Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-241/2020 17.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Rzayev Məhəmmədəli Əsəd oğlu (sədrlik edən və məruzəçi), Hakimlər – Əhmədov Elman Məmməd oğlundan və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Vəliyev Vasif Valeh oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(060)-58/2020 saylı hökmündən Zərərçəkmiş şəxs11 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(060)-58/2020 saylı hökmü ilə (hakim X8) xx xxx 1961-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı övladı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00dan 07:00- dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2-da yaşayan ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmışdır ona görə ki, o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib, ipoteka fondundan 65.000 (altmış beş min) manat məbləğində güzəştli şərtlərlə ipoteka krediti almasında köməklik göstərəcəyini yalan vəd verib aldadaraq, xx xxxxxx 2014-cü il tarixdə Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən şəxsi təsərüfatının ərazisində 6.000 (altı min) manat, almaq istədiyi evin qiymətləndirilməsini həyata keçirmək adı ilə 2014-cü ilin noyabr ayının son günlərində Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində 650 (altı yüz əlli) manat, cəmi 6.650 (altı min altı yüz əlli) manat pulunu vahid qəsdlə alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs3 xeyli miqdarda zərər vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs7 Qasım oğlunun etibarından sui-istifadə edib, ipoteka fondundan 75.000 (yetmiş beş min) manat məbləğində güzəştli şərtlərlə ipoteka krediti almasında köməklik göstərəcəyini yalan vəd verib aldadaraq, xx xxxxxxx 2014-cü il tarixdə Sumqayıt şəhəri ərazisində yerləşən 4 saylı notariat kontorunda 3.000 (üç min) manat, almaq istədiyi evin qiymətləndirilməsini həyata keçirmək adı ilə 2014-cü ilin noyabr ayının son günlərində Sumqayıt şəhəri ərazisində 650 (altı yüz əlli) manat, cəmi 3.650 (üç min altı yüz əlli) manat pulunu vahid qəsdlə alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs7 zərər vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə edib, ipoteka fondundan 80.000 (səksən min) manat məbləğində güzəştli şərtlərlə ipoteka krediti almasında köməklik göstərəcəyini yalan vəd verib aldadaraq, 2015-ci ilin mart ayının sonlarında əri X4 vasitəsilə Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivinin ərazisində 7.000 (yeddi min) manat, almaq istədiyi evin qiymətləndirilməsini həyata keçirmək adı ilə 2015-ci ilin yay aylarında Abşeron rayonu Xırdalan şəhəri ərazisində 650 (altı yüz əlli) manat, cəmi 7.650 (yeddi min altı yüz əlli) manat pulunu vahid qəsdlə alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs11 xeyli miqdarda zərər vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə X1 etibarından sui-istifadə edib, ipoteka fondundan 80.000 (səksən min) manat məbləğində güzəştli şərtlərlə ipoteka krediti almasında köməklik göstərəcəyini yalan vəd verib aldadaraq, 2015-ci ilin avqust ayının sonlarında Bakı şəhəri N.Nərimanov rayonu ərazisində yerləşən N.Nərimanov adına parkda 3.000 (üç min) manat, 2015-ci ilin noyabr ayının əvvələrində həmin ərazidə 13.000 (on üç min) manat, cəmi 16.000 (on altı min) manat pulunu vahid qəsdlə alıb ələ keçirərək, zərərçəkmiş Kazım Ağaməmmədova xeyli miqdarda zərər vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib, onun oğlu Şahid2 ipoteka fondundan 60.000 (altmış min) manat məbləğində güzəştli şərtlərlə ipoteka krediti almasında köməklik göstərəcəyini yalan vəd verib aldadaraq, xx xxxxxxxx 2015-ci il tarixdə saat 12 radələrində Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariat kontorunda 7.000 (yeddi min) manat, almaq istədikləri evin qiymətləndirilməsini həyata keçirmək adı ilə 2015-ci ilin noyabr ayının son günlərində Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində oğlu Şahid2 vasitəsilə 550 (beş yüz əlli) manat, cəmi 7.550 (yeddi min beş yüz əlli) manat pulunu vahid qəsdlə alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs5 xeyli miqdarda zərər vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs13 etibarından sui-istifadə edib, ipoteka fondundan 97.000 (doxsan yeddi min) manat məbləğində güzəştli şərtlərlə ipoteka krediti almasında köməklik göstərəcəyini yalan vəd verib aldadaraq, xx xxxxxxx 2015-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən 1 saylı notariat kontorunda 10.000 (on min) manat pulunu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs13 xeyli miqdarda zərər vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə X2 etibarından sui-istifadə edib, ipoteka fondundan 50.000 (əlli min) manat məbləğində güzəştli şərtlərlə ipoteka krediti almasında köməklik göstərəcəyini yalan vəd verib aldadaraq, xx xxxxxx 2015-ci il tarixdə Sumqayıt şəhəri 5-ci məhəllə ərazisində yerləşən Sumqayıt Onkologiya xəstəxanasının yaxınlığında 3.000 (üç min) manat pulunu alıb ələ keçirərək, zərərçəkmiş Günəl Hacıyevaya zərər vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, ipoteka fondundan 50.000 (əlli min) manat məbləğində güzəştli şərtlərlə ipoteka krediti almasında köməklik göstərəcəyini yalan vəd verib aldadaraq, xx xxxxxx 2015-ci il tarixdə Sumqayıt şəhəri 5-ci məhəllə ərazisində 2.600 (iki min altı yüz) manat pulunu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 zərər vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib, onun oğlu X7 ipoteka fondundan 75.000 (yetmiş beş min) manat məbləğində güzəştli şərtlərlə ipoteka krediti almasında köməklik göstərəcəyini yalan vəd verib aldadaraq, xx xxxxxx 2015-ci il tarixdə Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsinin ərazisində 3.000 (üç min) manat pulunu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs9 zərər vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edib, onun oğlu Əsədli Röyal Xudaverdi oğluna ipoteka fondundan 60.000 (altmış min) manat məbləğində güzəştli şərtlərlə ipoteka krediti almasında köməklik göstərəcəyini yalan vəd verib aldadaraq, xx xxxxxx 2015-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən 1 saylı notariat kontorunda 4.000 (dörd min) manat, almaq istədiyi evin qiymətləndirilməsini həyata keçirmək adı ilə 2016-ci ilin yanvar ayında Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən fərdi evdə 650 (altı yüz əlli) manat, cəmi 4.650 (dörd min altı yüz əlli) manat pulunu vahid qəsdlə alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs12 zərər vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib, ipoteka fondundan 70.000 (yetmiş min) manat məbləğində güzəştli şərtlərlə ipoteka krediti almasında köməklik göstərəcəyini yalan vəd verib aldadaraq, 2015-ci ilin noyabr ayının son günlərində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisindən keçən Bakı-Sumqayıt avtomagistral yolunun üzərində yerləşən körpünün yaxınlığında 4.000 (dörd min) manat, almaq istədiyi evin qiymətləndirilməsini həyata keçirmək adı ilə 2016-cı ilin yanvar ayının əvvələrində eyni ilə həmin ərazidə 650 (altı yüz əlli) manat, cəmi 4.650 (dörd min altı yüz əlli) manat pulunu vahid qəsdlə alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs6 zərər vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib, ipoteka fondundan 75.000 (yetmiş beş min) manat məbləğində güzəştli şərtlərlə ipoteka krediti almasında köməklik göstərəcəyini yalan vəd verib aldadaraq, Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən 3 saylı notariat kontorunda xx xxxxxx 2016-cı il tarixdə 1.800 (bir min səkkiz yüz) manat, xx xxxxxx 2016cı il tarixdə 3.500 (üç min beş yüz) manat, xx xxxx 2016-cı il tarixdə 2.700 (iki min yeddi yüz) manat, almaq istədiyi evin qiymətləndirilməsini həyata keçirmək adı ilə 2016-cı ilin sentyabr ayının əvvələrində ünvan 4 ünvanında yerləşən evdə 550 (beş yüz əlli) manat, cəmi 8.550 (səkkiz min beş yüz əlli) manat pulunu vahid qəsdlə alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs4 xeyli miqdarda zərər vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edib, ipoteka fondundan 50.000 (əlli min) manat məbləğində güzəştli şərtlərlə ipoteka krediti almasında köməklik göstərəcəyini yalan vəd verib aldadaraq, 2017-ci ilin aprel ayında Sumqayıt şəhəri 6-cı məhəllə Nizami küçəsində 7.000 (yeddi min) manat pulunu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs8 xeyli miqdarda zərər vurmaqla dələduzluq etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs11 apelyasiya şikayəti verərək Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(060)-58/2020 saylı hökmünün ləğv olunmasını, Təqsirləndirilən şəxs Dəyyam oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və Təqsirləndirilən şəxs 13.755 (on üç min yeddi yüz əlli beş) manat məbləğində maddi ziyanın və 15.000 (on beş min) manat məbləğində mənəvi ziyanın alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü qanunsuz və əsasssızdır. Təqsirləndirilən şəxs barəsində hökmlə verilmiş cəza çox yüngül, törədilmiş cinayətə münasibətdə adekvat deyil. Bundan əlavə həmin hökmlə mülki iddia tələbi də qanunsuz və əsassız olaraq baxılmamış saxlanılmışdır. Təqsirləndirilən şəxs qəsdən törətdiyi dələduzluq cinayəti nəticəsində vurduğu maddi ziyanın bir hissəsini ancaq onun barəsində şikayət etdikdən sonra hissə-hissə ödəmiş, yerdə qalan ziyanın ödənilməyən hissəsini, yəni 1698 (min altı yüz doxsan səkkiz) manatı onun poçt ünvanına təqsirləndirildiyi CM-nin müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə əlaqədar olan cəzaya məhkum olunmaması üçün göndərmişdir. Təqsirləndirilən şəxsin barəsində verilən cəza onun islah olunması üçün yetərli cəza hesab oluna bilməz. Yəni bu şəxs törətdiyi cinayət əməli nəticəsində vurduğu ziyanı ancaq ona görə ödəmişdir ki, məhkəmə ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza versin. Təqsirləndirilən şəxs barəsində təyin olunan cəza onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun deyil, həmçinin ona təyin olunmuş cəza onun islah olunması üçün yetərli hesab oluna bilməz. Birinci instansiya məhkəməsinə təqdim etdiyi mülki iddia ərizəsində təqsirləndirilən Təqsirləndirilən şəxs 21.450 manatməbləğində maddi ziyanın və 15.000 manat məbləğində mənəvi ziyanın ödənilməsini tələb etsə də, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə gedişində iddia tələbinin maddi ziyana aid hissəsindən (əvvəl ödənilən 6000 manatdan əlavə) 1698 manat hissəsinin ona ödənilməsini etiraf etmiş, yerdə qalan məbləğin, yəni 21.450 - 7698 = 13.755 manatın ona ödənilmədiyini bildirmiş, (həmin 21.450 manat pulu ona verəcəyinə dair Təqsirləndirilən şəxs yazılı iltizamı cinayət işinə əlavə edilib), sonra mülki iddia ərizəsinə mənəvi ziyanla bağlı hissəsində isə xəstəlik tarixçəsini əks etdirən rəsmi sənədlərin təsdiq edilmiş surətlərini əlavə etmiş, lakin məhkəmə mülki iddianın baxılmamış saxlanılması kimi bir cümləni hökmə yazmaqla heç bir hüquqi əsaslandırma aparmamışdır. Dövlət ittihamçısı apelyasiya instansiyası məhkəməsində çıxış edərək, apelyasiya şikayətinə etiraz edərək, Təqsirləndirilən şəxsbarəsində olan Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs11 apellyasiya instansiyası məhkəməsində çıxış edərək, Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(060)-58/2020 saylı hökmünün ləğv olunmasını, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və Təqsirləndirilən şəxs 13.755 (on üç min yeddi yüz əlli beş) manat məbləğində maddi ziyanın və 15.000 (on beş min) manat məbləğində mənəvi ziyanın alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apelyasiya instansiyası məhkəməsində çıxış edərək, apelyasiya şikayətinə etiraz edərək, Təqsirləndirilən şəxs barəsində olan Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs5 apelyasiya instansiyası məhkəməsində çıxış edərək, apelyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Digər zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apelyasiya şikayətinin təmin edilməyərək, hökmün dəyişdirilməməsi, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş şəxsin apelyasiya şikayətinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxması barədə çıxışlarını dinləyib, işdəki sübutları apelyasiya şikayəti ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, aşağıda şərh olunanlara əsasən, apelyasiya şikayəti təmin edilməməli və hökm dəyişdirilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2. və 178.2.4-cü maddələri ilə təqsirli bilmişdir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, məhkəmə istintaqı zamanı sübutların əldə olunması, onların tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və proses iştirakçılarının, o cümlədən məhkum edilmiş şəxsin qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkan və şərait yaradılmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində çıxarılmış hökmün dəyişdirilməsi, Təqsirləndirilən şəxs Dəyyat oğlunun törətdiyi cinayət əməlini Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və maddi və mənəvi ziyanın ödənilməsi barədə apelyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Dəyyam oğlunun Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi barədə düzgün nəticəyə gəlmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Dəyyam oğlunun əməlini müzakirə edərək Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2002-ci il tarixli və xx xxxx 2015-ci il 7 № -li qərarların tövsiyələrini nəzərə alır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və yaxud əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsi və ya əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz və əvəzsiz olaraq əldə etmə başa düşülməlidir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli 7 nömrəli Qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan suiistifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin Qərarın 36-cı bəndində məhkəmələrə izah olunmuşdur ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayətdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin olunacaq cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin xarakteri və törədilməsi şəraitinə, həmçinin təqsirkar şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s) əsasən müəyyən edilir. Həmin qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Göstərilən Plenum qərarlarının izahına görə məhkəmələr cəza təyin edərkən təkcə cəzanı yüngülləşdirən halları nəzərə almaqla kifayətlənməməli, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini səciyyələndirən halları, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməlində Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin tərkib əlamətləri mövcud olmuş və onun həmin əməlləri törətməkdə təqsiri birinci instansiya məhkəməsi tərəfindən aparılmış məhkəmə istintaqı ilə tam təsdiq olunmuş və törətdiyi cinayət əməlinə uyğun cəza təyin edilmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona cəzanın məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə almışdır. Cinayət işinin materiallarında olan DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü İsmayıl Fərruxlu ad, soyadlı bir azyaşlı övladı vardır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun himayəsində azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əməlindən peşman olması və zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.13 və 59.2-ci maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə almış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 Qasım oğlu, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, X5, Zərərçəkmiş şəxs12 Firudin qızı, Zərərçəkmiş şəxs13 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyan tam ödənilmiş və sonuncudan şikayət və tələbləri yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş 2600 manat məbləğində maddi ziyan tam ödənilmiş və Təqsirləndirilən şəxs şikayətçi deyildir. İş materiallarında olan zərərçəkmiş şəxs X6 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona 2400 manat pul verilmiş və sonuncunun ona 600 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan poçt qəbzlərindən görünür ki, zərərçəkmiş şəxs X3 600 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2016, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli əlyazma qəbzlərdən görünür ki, 3000, 1000 və 2000 manat pul Zərərçəkmiş şəxs11 əri Əliyev Ələsgərə verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli poçt qəbzindən görünür ki, Zərərçəkmiş şəxs11 hesabına 1698 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs11 21450 manat məbləğində maddi və 15000 manat məbləğində mənəvi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 6650 manat, Zərərçəkmiş şəxs7 3650 manat, Zərərçəkmiş şəxs11 7650 manat, Zərərçəkmiş şəxs10 16000 manat, Zərərçəkmiş şəxs5 7550 manat, Zərərçəkmiş şəxs13 10000 manat, Günəl Hacıyevaya 3000 manat, Zərərçəkmiş şəxs2 2600 manat, Zərərçəkmiş şəxs9 3000 manat, Zərərçəkmiş şəxs12 4650 manat, Zərərçəkmiş şəxs6 4650 manat, Zərərçəkmiş şəxs4 8550 manat və Zərərçəkmiş şəxs8 7000 manat miqdarında ziyan vurulması müəyyən edilmiş, Təqsirləndirilən şəxs əməlində CM-nin 178.2.1, 178.2.3 və 178.3.2-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını, məhkumun şəxsiyyətini, onun ailə vəziyyətini, cəzasını yüngülləşdirən halları tam nəzərə almış və qanuna uyğun cəza təyin etmişdir. Birinci instansiyası məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyinin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Beləliklə, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178..2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunması barədə Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(060)-58/2020 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs11 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178..2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(060)-58/2020 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-410-cu maddələrində müəyyən edilmiş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən hakim: Məhəmmədəli Rzayev Hakimlər: Elman Rəhimov Hökümə Babayeva
Məhkəmə qərarları › İş №1(105)-241/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-241/2020
17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver