Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-258/2023 11.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ (apellyasiya şikayətinin yekun baxışına dair) Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X5, məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili X2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikasının CM-nin 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 1(060)-10/2017 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Məhkum tərəfindən verilmiş vəsatətin təmin edilməməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında video konfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(060)-10/2017 nömrəli hökmü (hakim İ.M.Mahmudov) ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə təqsirli bilinib, CM-nin178.2.3 və 178.2.4-cü maddələri ilə 4 il müddətinə, CM-nin 313-cü maddəsi ilə 1 il müddətinə dövlət yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü və 66.4cü maddələrinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla 1 il müddətinə dövlət yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CMnin 69.4-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində saxlanıldığı xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə qədər olan müddət ümumi cəza müddətinə hesablanmaqla üzərində 4 il 5 ay 27 gün azadlıqdan məhrumetmə cəzası saxlanmışdır. CM-nin 71.5-ci maddəsinə əsasən ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə ona təyin olunmuş şərti məhkumetmə ləğv olunmuş, CM-nin 67.1-ci maddəsinə əsasən ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Məhkum təyin olunmuş 9 il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə 1 il müddətinə dövlət yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək həbsdə saxlanıldığı müddət, yəni 1 ay 20 gün təyin olunmuş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 1 il müddətinə dövlət yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 il 4 ay 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş əsas 9 il 4 ay 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası 3 il sınaq müddətinə şərti hesab edilməsi hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(105)-28/2018 nömrəli qərarı (hakimlər E.M.Əhmədov /sədirlik edən/, N.R.Mövsümov və H.Ə.Nəbiyev) ilə Məhkum Azərbaycan Respublikasının CM-nin 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmaqla, zərərçəkmiş şəxs X3 apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qərarı (hakimlər M.Ə.Rzayev /sədirlik edən/, E.G.Rəhimov və E.M.Əhmədov) ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2018-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılməş prosessual müddətin bərpasına dair məhkum tərəfindən verilmiş vəsatətin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 1(102)- 684/2021 nömrəli qərarına (hakimlər İ.S.Qılıcov /sədirlik edən/, Ə.C.Seyidov və T.L.Kazımov) əsasən kassasiya şikayəti təmin edilməyərək Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2018-ci il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkum olunmuş Məhkum xx.xx.2022-ci il tarixdə (məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(060)- 10/2017 nömrəli hökmündən apellyasiya şikayəti verməklə yanaşı apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 1(060)-10/2017 nömrəli qərarı ilə (hakim A.İ.İsmayılov) Məhkum Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2017-ci il tarixli hökmündə şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Məhkum olunmuş Məhkum xx.xx.2022-ci il tarixdə (məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)- 10/2017 nömrəli qərarından apellyasiya şikayəti verməklə yanaşı apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 1(060)-10/2017 nömrəli qərarı ilə (hakim F.H.Əliyev) Məhkum Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından buraxılmış apellyasiya şikayəti vermə müddətinin bərpası barədə vəsatətinin rədd edilməsi, buraxılmış prosessual müddətin bərpa edilməməsi qərara alınmışdır. Məhkum olunmuş Məhkum Sumqayıt Şəhər Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 1(060)-10/2017 nömrəli qərarından apellyasiya şikayəti vеrərək Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 1(060)-10/2017 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 1(060)-10/2017 nömrəli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(060)-10/2017 nömrəli qərarından apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə vəsatəti təmin edilməmişdir. Qeyd edilən qərar ona 01 avqust 2022-ci il tarixdə Müalicə Müəssisəsinin əməkdaşları tərəfindən təqdim edildikdən 4 gün sonra Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərarından apellyasiya şikayətini Müalicə Müəssisəsinin qeydiyyat şöbəsinin əməkdaşlarına təqdim etmişdir. Tərəfindən verilmiş həmin şikayətə məhkəmə tərəfindən münasibət bildirilmədiyi üçün 03 noyabr 2022-ci il tarixdə şikayəti ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə yenidən müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli cavab məktubunda ərizəsinə cavab olaraq bildirilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərarından apellyasiya şikayəti Sumqayıt Şəhər Məhkəməsinə daxil olmamışdır. Buradan belə məlum olmuşdur ki, tərəfindən verilmiş 05 avqust 2022-ci il tarixli apellyasiya şikayətinin məhkəməyə çatdırılmamasının səbəbi Müalicə Müəssisəsinin işçilərinin öz vəzifə borclarına laqeyd yanaşması və maddi maraqlarının təmin edilməməsi, onların etik davranış qaydalarının pozulması olmuşdur. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ : Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X7 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, məhkum edilmiş şəxs birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilməsi müddətini üzrsüz səbəbdən ötürmüşdür. Qanunvericiliyə əsasən apellyasiya şikayəti hökm elan olunduqdan, həbsdə saxlanılan məhkum tərəfindən isə ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilməlidir. Apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ərzində verilməsini təsdiq edən hər sübut yoxdur. Bundan əlavə Müalicə Müəssisəsinin cavab məktubu da bu halı bir daha təsdiq etmişdir. Nəticədə prosessual müddət üzrsüz səbəbdən buraxılmışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında məhkum olunmuş şəxsin müdafiəçisi X6 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxslə konfidensial görüşdə ona təqdim edilmiş sənədlərdən də göründüyü kimi Məhkum səhhəti ilə əlaqədar Müalicə Müəssisəsində müalicə olunarkən Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərarından apellyasiya şikayətini Müalicə Müəssisəsinin qeydiyyat şöbəsinin əməkdaşlarına təqdim etsə də, apellyasiya şikayəti qeydiyyata alınmamış və məhkəməyə ünvanlanmamışdır. Bunun nəticəsində müdafiəçisi olduğu məhkumun hüquqları kobud şəkildə pozulmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Məhkum apellyasiya şikayətinin dəlililə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısı, məhkum və onun müdafiəçisinin çıxışlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini tətbiq edilməli cinayət prosessual hüquq normaları ilə müqayisəli şəkildə təhlil edib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan qərarı onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 1(060)- 10/2017 nömrəli qərarının surəti xx.xx.2022-ci il tarixli məktubla Məhkum təqdim edilməsi üçün göndərilmiş və xx.xx.2022-ci ildə poçt qəbzinə (xəbərnaməyə) imza edilməklə Bakı İstintaq Təcridxanasında qəbul edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-10/2017 nömrəli qərarından apellyasiya şikayəti və müddətin bərpası barədə vəsatət xx.xx.2022-ci ildə imzalanmış, xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə göndərilmiş, xx.xx.2022-ci ildə məhkəməyə daxil olmuşdur. Apellyasiya şikayəti prosessual müddət buraxılmaqla təqdim edilmişdir. Müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı sübut təqdim edilməmiş, işdə belə sübut yoxdur. Məhkum vəsatətdə göstərdiyi hallar isə onun mülahizələridir, həmin hallarla bağlı sübut yoxdur. Ümumiyyətlə, işdə müddətin üzürlü səbəbdən buraxılmasını təsdiq edən sübut yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıda göstərilənləri, habelə cinayət prosessual qanunvericiliyi nəzəriyyəsində prosessual müddətlər, prosessual müddətin ötürülməsi nəticələri barədə anlayışlara istinad etməyi zəruri hesab edir. Belə ki, müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin 08 may 2023-cü il tarixli, 3-16-17/36/2-990/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, Məhkum tərəfindən 05 avqust 2022-ci il tarixdə heç bir müraciət təqdim edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər. CPM-nin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində verilir. CPM-nin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Qanun normalarının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilməsi müddəti qərarın elan olunduğu vaxtdan 20 gün müddətinə verilir. Qanunverici yalnız həbsdə olan məhkumun müəyyən məhrumiyyətlərə məruz qalmasını istisna hal kimi nəzərə alaraq apellyasiya şikayəti verilməsi müddətini qərarın elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün qərarın surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. CPM-nin 28.1, 28.2 və 28.6-cı mаddələrinə görə məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrı-ayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. Həmin Məcəllənin 202.1-202.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı bu Məcəllə ilə müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır. Cinayət mühakimə icraatı zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesaba alınmır. Cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunduğu kimi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-10/2017 nömrəli qərarı xx.xx.2022-ci ildə məhkəmə qəbzinə imza etdirilməklə Məhkum təqdim edilmiş, sonuncu həmin qərardan xx.xx.2022-ci il tarixdə Müalicə Müəssisənin qeydiyyat şöbəsinə apellyaiya şikayəti verdiyini bildirsə də, sorğu əsasında alınmış cavabdan da göründüyü kimi Məhkum tərəfindən Müalicə Müəssisənin qeydiyyat şöbəsinə heç bir müraciət təqdim edilməmişdir. CPM-nin 203.1 və 203.3-cü mаddələrinə görə cinаyət mühаkimə icrааtı zаmаnı müddətlər kеçdikdən sоnrа аpаrılаn prоsеssuаl hərəkətlər müddət bərpа еdilməmişsə, еtibаrsız sаyılır. Cinаyət mühаkimə icrааtı zаmаnı üzrlü səbəblərə görə burахılmış müddət mаrаqlı şəхsin vəsаtəti və yа хаhişi ilə cinаyət prоsеsini həyаtа kеçirən оrqаnın qərаrı ilə bərpа оlunmаlıdır. Cinаyət prоsеsini həyаtа kеçirən оrqаnın qərаrındа bаşqа hаl nəzərdə tutulmаyıbsа, müddət digər şəхslər üçün dеyil, аncаq оnu burахmış şəхs üçün bərpа еdilir. İstinad edilən qanun normalarının mənasına görə müddətin buraxılması üzrlü səbəblərdən olmalıdır. CPM-nin 386.1-ci mаddəsinə görə аpеllyаsiyа şikаyətinin və yа аpеllyаsiyа prоtеstinin vеrilməsi müddəti üzrlü səbəblərə görə burахıldıqdа bu Məcəllənin 383-cü mаddəsində göstərilən şəхslər hökm və yа qərаrı çıхаrmış birinci instаnsiyа məhkəməsi qаrşısındа burахılmış müddətin bərpа еdilməsi hаqqındа vəsаtət qаldırmаq hüququnа mаlikdirlər. Qаnunvеriciliyin yuxarıda şərh оlunаn nоrmаlаrınа əsаsən məhkəmə kоllеgiyаsı hеsаb еdir ki, məhkum edilmiş şəxs Məhkum Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 1(060)-10/2017 nömrəli qərarı qаnunlа müəyyən еdilmiş müddət ərzində, yəni qərar ona təqdim olunduğu andan 20 gün müddətində аpеllyаsiyа şikаyəti vеrmək hüququ оlmuş, lakin həmin müddəti üzrsüz səbəbdən kеçirməklə apellyasiya şikayəti verdiyindən və müddətin üzürlü səbəblərdən buraxılmasını təsdiq edən hər hansı bir sübut vəsatətinə əlavə etmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq sonuncunun müddətin bərpasına dair vəsatətini təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla işin digər halları ilə təsdiq edilmədiyindən Sumqayıt Şəhər Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 1(060)-10/2017 nömrəli qərarının ləğv edilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz, ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə kollegiya qeyd edir ki, Məhkum hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə kollegiyası vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Məhkum apellyasiya icraatı zamanı göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 cinayət işinin materialları ilə tanış olub, məhkumla cəzaçəkmə müəssisəsində təklikdə görüşüb konfidensial ünsiyyət saxlaması və məhkəmə iclaslarında iştirak etdiyi cəmi 8 (səkkiz) iş saatına görə ödənilməli olan 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 92, 197, 198, 202, 203, 384.1, 384.2, 386, 391, 410 və 412-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Sumqayıt Şəhər Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkum apellyasiya məhkəməsinin iclasında dövlət vəsaiti hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 48 (qırx səkkiz) manat məbləğində vəsaitin ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cü maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(105)-258/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-258/2023
11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver