Məhkəmə qərarları › İş №1(105)-29/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Hökm — İş №1(105)-29/2023

23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(105)-29/2023 23.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və X4 ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 noyabr 2007-ci il tarixli hökmünün Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissəsindən təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi – Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasının vəkili X11 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 noyabr 2007-ci il tarixli hökmü ilə (hakimlər F.A.Qasımov (s.e), M.F.Əsədov və Ə.M.Abasov) 02 yanvar 1956-cı ildə Abşeron rayonunun Saray qəsəbəsində anadan olmuş, evli, əvvəllər məhkum olunmamış, DİN NBPİ Dəmir yolu nəqliyyatında polis idarəsi X25 şöbəsi Sumqayıt xətt polis məntəqəsinin rəisi vəzifəsində xidmət edən, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikasının CM-nin 234.4.3 və 204.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 9 (doqquz) il müddətinə, Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq əmlakı müsadirə olunmamaqla 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 20 iyun 2007-ci ildən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X16, X6, X9, X3 və X12 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək müxtəlif cəzalara məhkum olunmuşlar. Həmin hökmdən Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyasının (hakimlər: M.H.Zeynalov (sədrlik edən və məruzəçi), İ.M.Həsənov və R.S.İsgəndərov) 29 may 2008-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilərək Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 noyabr 2007-ci il tarixli hökmü dəyişdirilərək Məhkum təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə cinayət təqibinə xitam verilməsi və Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tətbiq edilib cəzaların toplanmasına dair hissənin hökmdən xaric edilməsi, ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təyin olunmuş 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyasının 29 may 2008-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının (hakimlər: M.Ağazadə (sədrlik edən və məruzəçi), N.Hüseynov və V.Həşimovdan ibarət tərkibdə) 08 dekabr 2009-cu il tarixli qərarı ilə Məhkum kassasiya şikayəti qismən təmin edilərək ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təyin olunmuş cəza 2 il azaldılaraq üzərində 7 (yeddi) il azadlıqdan məhrumetmə cəzasının saxlanılması qərara alınmışdır. 07 iyun 2010-cu il tarixdə Məhkum İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (bundan sonra mətndə “Avropa Məhkəməsi”) ərizə ilə müraciət edərək “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə “Avropa Konvensiyası”) 6-cı maddəsinin 1 və 3(c) bəndlərinə əsaslanmaqla onun barəsindəki cinayət işinə məhkəmələrdə baxılarkən həmin Konvensiyada nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasından şikayət etmişdir. Məhkum ərizəsi Avropa Məhkəməsi tərəfindən icraata qəbul edilmiş və ərizəyə 32370/10 nömrəsi verilmiş sonda isə işi siyahıdan çıxarmağı müvafiq hesab etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 sentyabr 2022-ci il tarixli, 12(102)-3(a)/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri üzrə məhkəmə kollegiyasının 08 dekabr 2009-cu il tarixli qərarı və onunla bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 29 may 2008-ci il qərarı Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair hissədə ləğv edilməsi və cinayət işi həmin hissədə Sumqayıt Apellyasiya Məhkəməsində yeni apellyasiya baxışına təyin olunması qərara alınmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum ittiham elan edilmişdir ona görə ki, o, külli miqdarda, yəni ümumi xalis çəkisi 100,171 qram olan narkotik vasitə - heroini istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, daşımış və saxlamış, istintaqa məlum olmayan vaxtda və şəraitdə 10 ədəd saxta 100 ABŞ dollarlıq əskinaslarını əldə etmiş və saxlamışdır. 18 iyun 2007-ci il tarixdə Məhkum yaşadığı ünvan 2 ünvanında keçirilmiş axtarış zamanı külli miqdarda, yəni ümumi xalis çəkisi 100,171 qram olan narkotik vasitə - heroin və 10 ədəd saxta 100 ABŞ dollarlıq əskinaz aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətlərinin dəlilləri: Məhkum və onun müdafiəçisi X13 apellyasiya şikayətlərində iş üzrə bütün fatiki halların araşdırılmadığını, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmadığını, ehtimal və fərziyələrə əsaslandığını, hal şahidlərinin, həmçinin məhkumun özünün verdiyi ifadələrin saxtalaşdırıldığını qeyd etməklə Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya məhkəməsinin iclasında Dövlət ittihamçısı apellyasiya şikayətlərinin dəlillərini qəbul etməyərək verilmiş ittihamla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək apellyasiya şikayətlərinin təmin edilməməsini və qəbul edilmiş məhkəmə hökmünün mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətlərində göstərilənlərin əsaslı olmasının Avropa Məhkəməsində də hazırkl iş üzrə şikayətə baxılması zamanı müəyyən edilən kobud pozuntuların olması da təsdiq etmiş, həmçinin məhkəmə araşdırılması zamanı aparılmış qismən istintaq zamanı hal şahidlərinin də ifadələrində bir daha ittihamda göstərilən narkotik vasitənin aşkar olunmasının şahidi olmadıqlarını bildirmələri ona dəlalət edir ki, Məhkum verilən ittiham əsassız olmuş, bu baxımdan şikayətlərin təmin edilməsini və Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayətlərinin təmin edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (CPM-nin 8-36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Ədalət mühakiməsinin əsas vəzifələrindən biri – təqsiri müəyyən edərkən cinayəti törətmiş şəxsləri cəzalandırmaqdan və təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Ədalət mühakiməsi qaydalarının özbaşına dəyişdirilməsinə yol verilmir (CPM-nin 8.0.5, 28.2 və 28.6-cı maddələri). Ədalət mühakiməsi bu şərtlə öz mahiyyətinə uyğun qəbul oluna bilər ki, o hər bir şəxsin Azərbaycan Respublikası Konstitusiyasında (60-cı maddəsinin İ hissəsində), habelə beynalxalq – hüquqi aktlarda (ələlxüsüs “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı, “Mülki və siyasi hüquqlar haqqında Beynalxalq Pakt”ın 14-cü, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 8-ci maddlərində) təsbit olunmuş məhkəmə müdafiəsi və ya ədalətli məhkəmə araşdırılması hüquqlarının səmərəli bərpasını təmin etmiş olsun. Bu baxımdan məhkəmə icraatının həqiqətin müəyyən edilməsini təmin etməsi vəzifəsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində nəzərdə tutulması əhəmiyyətlidir. Məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz sürətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən CPM-də daha geniş təsbit olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O həm, Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasının və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, elecə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası CPM-nə əsasən yuxarı məhkəməyə şikayət vermək hüququ ilk əvvəl apellyasiya məhkəmə icraatının hesabına təmin olunur. Qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına (o cümlədən hökmə) apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bu növ icraatda məhkəməyə qədər və ya birinci məhkəmə araşdırması zamanı işin hallarının hərtərəfli və tam araşdırılmasına, törədilmiş cinayət əməlinə lazımı cinayət-hüquqi qiymətin verilməsinə və cinayət prosesinin iştirakçılarının hüquqlarının təmin edilməsinə təsir etmiş və ya təsir edə biləcək qanun pozuntusu aşkarlanaraq aradan qaldırılır. Bu isə yuxarı məhkəməyə imkan yaradır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qanunsuz və ya əsassız məhkəmə aktını vaxtında ləğv edərək yeni qərar qəbul etsin. Bununla da qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhfləri düzəldilmiş olur və bu səhflərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Xüsusilə qeyd olunmalıdır ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoхlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoхlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoхlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunların tələbinə uyğun hazırki cinayət işi üzrə həm məhkəməyədək icraat zamanı, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəmə iclasında tədqiq edilmiş sübutları işin faktıkı hallarına uyğun qiymətləndirib, cinayət və cinayət prosessual qanunların tətbiqinin qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları müəyyən etmişdir. Cinayət işinin materiallarında Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham olunması üçün əsas kimi, ibtidai istintaq zamanı keçirilmiş əməliyyat axtarış tədbiri olaraq sonuncunun yaşadığı ünvan 2 ünvanında 18 iyun 2007-ci il tarixdə aparılmış axtarış zamanı külli miqdarda, yəni ümumi xalis çəkisi 100,171 qram olan narkotik vasitə heroin və 10 ədəd saxta 100 ABŞ dollarlıq əskinaz aşkar edilərək götürülməsi olmuşdur. Məhkum narkotik vasitə ilə birlikdə saxta 10 ədəd 100 ABŞ dollarlıq əskinaslarını əldə edib saxlaması ilə əlaqədar da Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsilə verilmiş ittiham yuxarıda istinad edilən Sumqayıt Apellyasiya Məhkəməsinin 29 may 2008ci il tarixli qərarına əsasən təqsirliliyi sübuta yetirilmədiyindən Məhkum birinci instansiya məhkəməsinin hazırda mübahisələndirilən hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə cinayət təqibinə xitam verilmişdir. Məhkəmə kollegiyasının iclasında qismən istintaqla aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, məhkum olunmuş Məhkum cinayət təqibinin bütün mərhələlərində, o cümlədən məhkəmə iclaslarında dəfələrlə ardıcıl və eyni məzmunlu ifadələr verərək göstərmişdir ki, o, heç vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, hər hansı miqdarda heroin və ya digər narkotik vasitə əldə etməmiş və yaşadığı evdə saxlamamışdır. 18 iyun 2007-ci il tarixdə yaşadığı evdə axtarış aparılması zamanı oradan tapılması güman edilən 100,171 qram çəkidə narkotik vasitə olan heroin ona məxsus deyildir. Onun bu dəlilləri ibtidai araşdırma orqanı tərəfindən yoxlanılmamış, həmin dövrdə onun bir sıra hüquqları da pozulmuş və o, tamamilə əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında dindirilmiş hal şahidi Şahid2 ifadəsində göstərdi ki, 2007-ci ildə o, Saray Bələdiyyəsinin üzvü idi, hadisədən 1 gün əvvəl keçmiş və mərhum Bələdiyyə sədri Ənvər müəllim ona və bütün üzvlərə zəng edib dedi ki, sabah səhər tezdən 6-da olsunlar bələdiyyədə və sabahı tezdən o, biraz gecikmiş və gəlib ki, hamı ordadır, kənd icra nümayəndəsi Bibixanım da orda idi. Müəyyənləşdirdilər ki, onu və Bibixanımı hal şahidi kimi Azad müəllimin evinə apardılar. Bu vaxta qədər onlar niyə çağırıldıqlarından məlumatları yox idi. Azad müəllimin evinə çatanda qapıda çoxlu əli silahlı, maskalı adamlar var idi. Həyətdə və darvazadan çöldə. Evin girişi 2-ci mərtəbədən idi. Darvaza açıq idi. İçəri daxil oldular və birbaşa qalxdılar 2-ci mərtəbəyə. Pilləkənlər çöldən idi. Qapını döydülər, Azad müəllim yarıyuxulu vəziyyətdə qapını açdı. Hətta corablarını belə onların yanında geyindi. Evi axtarmağı deyəndə, Azad müəllim çox səmimi dedi ki, buyurun keçin, öz evinizdir. Orada axtarış aparan 2 qrup adamlar idi. 1 qrup adamların yanında Bibixanım idi, digər qrup adamların yanında o idi. Hər qrup başqabaşqa otağı axtarırdı. Adam çox idi, deyə bilməz dəqiq 5-6 ya 10 nəfər idi. Evin hər yerini axtardılar. Doladları axtardılar, paltarları dağıtdılar. Belə tapılası bir şey olmadı. O, ilk dəfə idi ki, axtarışda iştirak edirdi. Pulu Azad müəllimin yoldaşı Tubu xanım 2 bağlamada gətirdi. Bağlamaların içərisində pul idi. Onları təqdim etdi və yanında da kağız idi. Kağızı sonradan verdi. Kağızda bağlamaların içindəki pulların seriya nömrəsi sıra ilə yazılmışdır. O, 1-ci dəfə idi ki, pulların nömrələrinin harasa qeyd edildiyini görürdü. Xanım dedi bu pulların 2000-ni anasının ölülük-dirilik puludur, digər 1700-ü isə dayısının ölülük-dirilik puludur. Dayısının övladı olmadığına görə pulları onlar saxlayırmış. Birinci mərtəbədə bir otaq var idi orada köhnə çarpayı var idi. Birdən eşitdilər ki, Azad müəllimin səsi gəlir. Yüksək səslə deyirdi bu haradan çıxdı?, kim qoyub bunu?, əl izini yoxlayın. Hətta bəlkə də söyüş söyürdü. Hamımız səsə çıxdıq. Deyirdi xahiş edirəm gəlin əl izi götürün, haradan, kim götürüb. Düşüb gəldik navesin altına orada akt tərtib etdilər və ucadan oxumağa başladılar. Onlar dedilər 5000 ABŞ dolları adı çəkiləndə Nailə xanım dedi ki, nə 5000 ABŞ dolları, orada 3700 ABŞ dolları var. Nömrələri də sıra ilə yazılmışdır. Sonra ona dedilər hal şahidi kimi imza edin, o orada böyük kim idisə ona dedi ki, öz qeydimi edib ondan sonra imza edəcək. Deyib ki, nə görmüşsə onu yazacaq. Deyib ki, xanım pulu verənda saymadınız və demədiniz axı nə qədərdir. İndi deyirsiniz ki, məbləğ 5000-dir, xanım deyir 3700-dür. O, indi kimə inansın. Pul təqdim olunanda sayıb verən olmadı. Bir də o, deyib ki, narkotik vasitənin tapılmasını görməmişdir. Onlar dedi sən necə görməmisən? O, da bir adamı göstərib deyib ki, həmin adamla başqa otaqda olub. Ona göstərdilər ki, bunu görmürsən? Deyib ki, indi görür, amma haradan və necə çıxdığını görməyib. Məhkəmə kollegiyasının iclası zamanı hal şahidi Şahid2 proses iştirakçılarının suallarına verdiyi cavablardan müəyyən olundu ki, Məhkum evində axtarış zamanı narkotik vasitənin haradan çıxarıldığını görməmiş, lakin orada stolun üstündə bükülü vəziyyətdə selofanı görməsini soruşanda deyib ki, bunu görür, amma hardan çıxmasını görməmiş, içində nə olduğunu, hansı maddə olduğunu deməmişlər. Dedilər ki, hansısa otaqdan çıxıb, Azad müəllim qışqırdı ki, əl izini yoxlayın. İstintaqda verdiyi izahatını təsiq edir. Əslində orada ifadə verməyib sual-cavab ediblər o da cavablandırıb. Əvvəllər Ağır Cinayətlər Məhkəməsində də, Sumqayıt Apellyasiya Məhkəməsində də iştirak etmiş, hər ikisində də eyni ifadəni vermişdir. Məhkum kənd adamı kimi qiyabi tanımış və o günə kimi şəxsi tanışlığı olmayıb. İlk dəfə o gün öz evində görmüşdür. Azad müəllimin evinə gedəndə səhər saat 7-dən gec olmazdı. Çünki onları saat 6-ya çağımışdılar və o biraz gec gəlmiş, orada biraz müəyyənləşdirdilər ki, kim getsin. Heç kəs getmək istəmirdi. Elə Azad müəllimi tanımadığı üçün onu göndərdilər. Ona görə biraz vaxt keçdi. Küçə qapısı açıq idi, içəridə də çöldə də əli silahlılar var idi. Özü də onlar çox idilər. O, narkotik vasitənin haradan çıxdığını görməmiş. O, indi Bələdiyyədə müavindir, o vaxt isə bələdiyyə üzvü olub. Evin birinci mərtəbəsinə çöldən necə pilləkənlə qalxılırsa elə oradan da düşülür. Birinci mərtəbə çöl kimidir. Ora evdən girilmir. Evə də oradan girilmir. 2-ci mərtəbəyə qalxmasaydılar, ora yəni birinci mərtəbəyə girmək olurdu. O, deyilən otağa kiminsə giribçıxmağını görməmiş, heç görə də bilməzdi, çünki o, başqa otaqda olmuş və ora daxil olanları görə bilməzdi. O, təhkim olunmuş qrupun yanında olub və yalnız onun yanında axtarış aparan şəxsi görmüşdür. Həmin vaxt Bibixanımın da yanında olanları görə bilməzdi, çünki hərəsi ayrı-ayrı otaqlarda idilər. Kladovka 1-ci mərtəbədə olub. Orada qapı açıq idi və orada tikinti materiallarının yığılması görünürdü. Məhkəmə kollegiyasının iclasında dindirilmiş hal şahidi Şahid1 ifadəsində göstərdi ki, 2007-ci ildə o, Saray İcra nümayəndəsində işləyərkən, Saray Bələdiyyəsinin bir üzvünü və onu səhər tezdən hal şahidi kimi bir ünvana aparmışlar və onlar həmin ünvana çatanda qapı açıq olmuş və orada hərbi geyimdə əlində silah olan adamlar var idi. O, heç bilmirdi ki, kimin evinə gedirlər və onlar həyətə girib pillələrlə yuxarı qalxıb evin qapısına çatanda görüb ki, Azadın evinə gəliblər. Çünki evin qapısı döyüləndə Azad da onları görəndə çaşbaş qalıb, əlində də corabı. Sonra Azadın yoldaşı Nailə xanım pul gətirdi. ABŞ dolları idi. Dedi ki, anasının və dayısının ölülük dirilik puludur. Azadın bu puldan xəbəri yox idi. Aşağıda balkonun altında 1 otaq var idi. Onlar yuxarıda pul söhbəti etdilər, sonra aşağı düşəndə aşağıda otağın qapısı açıq idi və oradan 2 ədəd propan balon görsənirdi. Orada olan əməkdaş əlində yaşıl selofanla çıxmış, Azad dedi əşi o təmir işlərində istifadə edilən oxra olar, başqa heçnə. Sonra protokol tərtib etdilər. Onlara da imza etdirdilər, lakin Azad imtina elədi. Hadisə çoxdan olub. Yadında qalan budur. Əgər suallar olarsa cavablandırar. Məhkəmə kollegiyasının iclası zamanı hal şahidi Şahid1 proses iştirakçılarının suallarına verdiyi cavablardan müəyyən olundu ki, Məhkum evində axtarış zamanı otaqlara baxış aparılarən o tək əməliyyatçılarla bir otaqda, digər hal şahidi isə başqa yerdə olmuş, əməliyyatçılar Azadın həyat yoldaşından evdə pul olub-olmamasını soruşarkən xanım da gətirib pulları vermiş. O, axtarış aparan qrup üzvlərinin arxasınca aşağı həyətə düşmüş, onun qrupunda olan axtarış aparan şəxslər aşağıdakı açıq otağa girməmiş, onu da həmin otağa dəvət etməmişlər. Otağın ölçüsünü bilmir və içəri girməmişdir. Həmin otaqdan çıxıb əlində tapdığını göstərən əməkdaşın selofanı haradan gətirdiyini görməyib, əlindəki əhəngə oxşayırdı. Azad müəllim demiş ki, bu oxradır, çünki onların evi təzə təmirdən çıxmışdı. O, protokolu oxumamış və elə başa düşmüş ki, gördükləri yazılıb və düşünməyib ki, yalan yazarlar. Çünki dövlət adamlarıdır səhv yazmazlar. Onlar əvvəldən həyətə gələrkən küçə qapısı açıq olmuş, qrup üzvləri də həyətdə idi, 1-ci mərtəbədəki otağın qapısının qıfıllı və ya açıq olmasını bilmir. Azadgil 2-ci mərtəbədə yaşayırdı. 1-ci mərtəbədə yaşayışın olub-olmamasını bilmir. Azad bükülü tapılan kimi dedi əl izləri götürülsün. Əlində bükülü tapan əməkdaşın yuxarıda onun yanında axtarış aparan adamın olub-olmaması yadında deyil. O istintaq zamanı da ifadələri necə var, elə də deyibdir. İndi istintaqda verdiyi ifadələri yadında qalmayıb. Apellyasiya instansiyası məhkəməsində aparılmış qismən məhkəmə istintaqı zamanı Məhkum ifadələrilə o da müəyyən edilmişdir ki, onun yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitənin ora qohumçuluğu çatan və onunla birlikdə məhkum olunmuş Əliyev Elman tərəfindən qoyulmasını ehtimal edir, sonuncu da məhkəmə iclaslarında verdiyi ifadələrində bu faktı təsdiq etmişdir. Bundan başqa, onun barəsində çıxarılan hökmdə axtarış zamanı hal şahidləri qismində iştirak etmiş Şahid1 və Şahid2 da verdikləri ifadələr təhrif olunmuş, halbuki onlar da məhkəmə iclasında narkotik vasitənin haradan aşkar edilərək götürülməsini görmədiklərini bildirmişlər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilən istintaq-əməliyyat qrupunun üzvü olmuş X14 ifadələrində vurğulamışdır ki, Məhkum evində axtarış aparılan zaman evin birinci mərtəbəsində yaşayış üçün nəzərdə tutulmamış hissəsində, tikinti materialları və digər əşyaların yığıldığı yerdə qadın hal şahidinin iştirakı ilə divara söykənilmiş vəziyyətdə olan propan balonlarının birinin arxasından balaca bir selofan bükülüsü aşkar etmiş və həmin bükülünü çətinliklə, yəni propan balonunu bir qədər divardan çəkməyini, əlini onun arxasına salaraq selofan bükülünü çıxarmağına nəzarət edən qadın hal şahidi görmüş, digər hal şahidi bu zaman yanlarında olan başqa bir otaqda olmuşdur. Aşkar olunmuş selofan bağlamadakı maddəni gördükdə Məhkum bu maddənin “oxra” olduğunu bildirmiş, sonradan evdən aşkar olunmuş pul və selofan bağlamadakı maddə və digər əşyalar protokollaşdırılaraq qablaşdırılmaqla iştirakçılar tərəfindən imzalansa da, Azaq Quliyev protokolu imzalamaqdan imtina etmişdir (cild 8, i.v. 275). Göründüyü kimi, hal şahidləri X10 və Şahid1 hər birisinin ayrı-ayrılıqda məhkəmə iclaslarında verdikləri ifadələrlə də təsdiq olunur ki, 18 iyun 2007-ci il tarixdə onlar Məhkum yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, N.Aslanov küçəsi 17 saylı evdə axtarışın aparılmasında hal şahidləri qismində iştirak etmiş, lakin bu istintaq hərəkətinin aparılması nəticəsində evdən narkotik vasitənin haradan və necə götürülməsini onlar görməmişlər. Bu halı adları çəkilən şəxslər birinci instansiya məhkəməsində verdikləri ifadələri, həmçinin məhkəmələrə ünvanladıqları xx.xx.2008-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrində də qeyd etmişlər(cild 8, i.v. 236-237; cild 10, i.v.363, 365). Halbuki 14 dekabr 2016-cı il tarixədək qüvvədə olan redaksiyasında Azərbaycan Respublikası CPM-nin 244.1-ci maddəsinə əsasən axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidinin iştirakının məcburi olması nəzərdə tutulurdu. Azərbaycan Respublikası CPM-nin 245.3-cü maddəsinə əsasən müstəntiq axtarış və ya götürməni foto, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə etməklə aparmaq hüququna malikdir. Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Həmin Məcəllənin 245.5-ci maddəsinə əsasən müstəntiq axtarış və ya götürmə qurtaranadək axtarış və ya götürmənin aparıldığı yerdə olan şəxslərə oranı tərk etməyi, habelə öz aralarında və digər şəxslərlə ünsiyyətdə olmalarını qadağan edə bilər. Göründüyü kimi, qanunvericiliyin müəyyən etdiyi qaydaya uyğun olaraq axtarış aparılarkən 2 (iki) hal şahidinin iştirakı zəruridir, lakin sonralar qanunvericiliyə edilmiş dəyişiklikdə videoçəkiliş aparıldıqda bu hal istisna edilmişdir. Hazırkı iş üzrə axtarışın aparılması zamanı videoçəkiliş aparılmamış (sözsüz ki, həmin zamanda bu məcburi deyildi), eyni zamanda başqa-başqa otaqlarda aparılan axtarış zamanı hal şahidləri iki nəfər deyil axtarış qruplarının yanında yalnız bir nəfər olmuş və həmin hal şahidləri də tapılması güman edilən narkotik vasitənin konkret haradan və necə tapılmasını görmədiklərini bildirmişlər. Bundan əlavə hazırki cinayət iş üzrə məhkum olunmuş X16 həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında verdiyi ifadələrdən görünür ki, təxminən 2007-ci ilin iyun ayının əvvəllərində o, tanışı “Səid” adlı İran İslam Respublikasının vətəndaşı ilə Saray qəsəbəsində görüşərkən sonuncu ona 3-4 ədəd bağlamada narkotik vasitə və tərəzi olan torba vermiş və həmin əşyaları o, Sumqayıt şəhərindəki evinə qoyaraq orada saxlamış, bundan sonra isə “Səidi” avtovağzaldan yola salıb avtomaşınına əyləşdikdə arxa oturacağın üstündə daha bir torbanın olmasını görmüşdür. O, həmin torbadakı kütlənin də narkotik vasitə olmasına əmin olduğundan onu da yaşadığı evə aparmaq istəmiş, lakin bu vaxt avtomaşınının yaxınlığında içərisində tanımadığı şəxslərin oturduqları maşını görüb izlənildiyini başa düşərək öz avtomaşını ilə Məhkum yaşadığı Saray qəsəbəsinə, sonuncunun evinin həyətinə getmiş və ora çatdıqda avtomaşında olan torbanı pilləkənin altında olan, tikinti materialları saxlanılan otağa, sement torbalarının üstünə qoyub oranı tərk etmişdir. Bu haqda o, sonradan Məhkum zəng edərək bildirmək istəsə də, onunla telefon əlaqəsi yarada bilmədiyindən bunu edə bilməmiş, növbəti gün isə o tutulmuşdur. İbtidai araşdırma zamanı o bu haqda müstəntiqə bildirərək onun təkrarən dindirilməsini xahiş etsə də, onun vəsatəti təmin edilməmişdir. Göründüyü kimi, nə ibtidai araşdırma orqanı, nə də işə mahiyyəti üzrə baxmış birinci instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi yekun məhkəmə aktlarında şərh olunan ifadələrə qiymət verməmiş və Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsi barədə nəticəyə gəlmişdir. X5 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququ həmin maddədə göstərilən başqa hallarla yanaşı, həmçinin milli məhkəmələrin araşdırdıqları sübutları qanuna müvafiq mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirmələrini, bir sübutun digər sübutdan üstün olmasını əsaslandırmalarını və yalnız bundan sonra təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq şəxsin bu və ya digər cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması barədə nəticəyə gəlmələrini də ehtiva edir və bu vəzifənin yerinə yetirilməməsinə görə ədalətli məhkəmə araşdırması hüququnun pozulması barədə qənaət Avropa Məhkəməsinin bir çox qərarlarında təşəkkül tapmışdır. Hazırki iş üzrə qəbul etdiyi 30 sentyabr 2020-ci il tarixli qərarında da Avropa Məhkəməsi A.Q.X2 6-cı maddəsinin 1-ci bəndinin və 3(c) bəndinin pozulması ilə bağlı 09 sentyabr 2019-cu il tarixli Bəyannamədə göstərilənlərlə razılaşmış (faktiki bu pozuntuları müəyyən etmiş) və bu haqda öz mövqeyini əvvəllər mahiyyəti üzrə baxılmış şikayətlər əsasında qəbul etdiyi qərarlara istinad etməklə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai istintaq orqanının, istərsə də birinci instansiya məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi ilə bağlı təqsirliliyi və onun həmin cinayətin törədilməsinə aidiyyətinin olmasına dair gəldiyi qənaəti əsassız olmuş, birinci instansiya məhkəməsi sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi barədə gətirdiyi dəlillər, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və ibtidai istintaqın aparılmasında yol verilmiş kobud pozuntuları araşdırılmamış, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, birinci instansiya məhkəməsinin hökmündə irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan halların təsdiqi kimi ziddiyyətli sübutlara istinad olunmuş, birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi barədə ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələrin olmasını nəzərə almamış və bununla da sonuncu barəsində əsassız olaraq ittiham hökmü çıxarmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə işin faktiki halları arasında mövcud olan kəskin uyğunsuzluq, məhkəmə hökmündə işin faktiki hallarının düzgün qeyd olunmaması, birinci instansiya məhkəməsinin qanunsuz yolla əldə edilmiş, həmçinin saxtalaşdırılmış sübutlara istinad etməklə nəticəyə gəlməsi, əsassız hökm çıxarması qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı qeyd edir ki, yuxarıda göstərilən hallar özü özlüyündə məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (CPM-nin 399.1.1-ci maddəsi) və məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması (CPM-nin 399.1.2-ci maddəsi) əsasları ilə apellyasiya şikayətinə baxılmasının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsinin iclasında yuxarıda qeyd edilən bütün xüsusatlar araşdırılaraq, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hazırkı iş üzrə 30 sentyabr 2022-ci il tarixli qərarında qeyd edilən nöqsanlar nəzərə alınaraq müdafiə tərəfinin vəsatətlərində qeyd edilən Məhkum evində aparılmış axtarış zamanı iştirak etmiş hal şahidləri dindirilmiş, həmçinin hal şahidlərinin istintaq zamanı vermiş olduqları ifadələri və məhkəməyə ünvanladıqları notarial qaydada təsdiq edilmiş ərizələri və iş materialları tədqiq edilmişdir. Məhkəmə kollegiyası tərəfindən işin halları ilə bağlı aparılmış qismən məhkəmə istintaqı zamanı müəyyən edilmiş və işin faktiki halları ilə Məhkum birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsinin iclasında verdiyi ifadələrinin həqiqəti əks etdirməsi bir daha öz təsdiqini tapmış, həmçinin əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və ibtidai istintaqın aparılmasında qanun pozuntularına yol verilməsi müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, məhkəmə təqsirləndirilən şəхsin təqsirinin sübut olunmasında əməliyyat-aхtarış tədbirləri nəticəsində əldə еdilmiş materiallardan istifadə еdə bilər. Ancaq Azərbaycan Rеspublikası CPM-in 137-ci maddəsində qеyd еdilir ki, əməliyyat-aхtarış fəaliyyəti nəticəsində əldə еdilmiş matеriallar “Əməliyyat-aхtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim еdildikdə və yoхlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul еdilə bilər. Hazırkı cinayət işində əməliyyat-aхtarış tədbirləri nəticəsində əldə еdilmiş məlumatların mənbəyi müəyyən edilmədiyindən və Cinayət-Prosessual Məcəlləsinin tələblərinə cavab vеrmədiyi üçün sübut kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyasının mövqeyinə görə, istintaq orqanı tərəfindən ittihamın təsdiq olunması üçün istinad etdiyi evdə aparılan axtarış zamanı tərtib edilmiş protokolunun nəticəsinə əsasən Məhkum narkotik vasitələrin satış məqsədilə evindən tapılması güman edilən 100,171 qram çəkidə heroini qanunsuz əldə edib, daşıyaraq saxlaması qənaətinə gəlinməsinin mötəbər sübut kimi qəbul edilməsi, Məhkum həmin narkotik vasitənin ona aid olmaması barədə dəlillərinin ibtidai istintaq orqanı tərəfindən yoxlanılmaması tərəflər arasında mövcud olan çəkişmə prinsipinə ziddir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 13.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə, hər bir tərəf məhkəmədə təmsil olunur, hər bir tərəf məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malikdir və s. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin d) hissəsinə əsasən isə cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq hüququna malikdir. Həmçinin, Avropa Məhkəməsi “Rou və Devis Krallığa qarşı” məhkəmə işi üzrə 16 fevral 2000-ci il tarixli qərarında xatırlatmışdır ki, işə aid sübutların araşdırılması hüququ mütləq hüquq deyil və bunun əleyhinə dəlalət edən maraqlar, məsələn, şahidlərin müdafiəsi və cinayətin istintaqında polisin tətbiq etdiyi metodların məxfi saxlanması kimi məqamlar mövcud ola bilər. Lakin müdafiə tərəfinin hüquqlarının məhdudlaşdırılmasına 6-cı maddə əsasında yol verilən yeganə tədbirlər ciddi zərurətdən irəli gələn tədbirlərdir. Məhkəmə qərara almışdır ki, ittiham tərəfinin məxfi saxlanılan informasiyanı mühüm informasiya kimi qiymətləndirməsi tərəflərin bərabərliyi və məhkəmə araşdırmasının tərəflərinin çəkişmə prinsipinə uyğun deyil. Qeyd olunmalıdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı Avropa Konvensiyası müddəalarının və “Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Kollegiya vurğulamağı lazım bilir ki, iş üzrə toplanmış və araşdırılmış sübutların qanuna müvafiq qaydada qiymətləndirilməsi prinsipi, təqsirsizlik prezumpsiyası, hökmün və ya məhkəmənin digər yekun qərarının isə bu qiymətləndirməyə uyğun olaraq əsaslandırılmalı olması tələbi, habelə təqsirləndirilən şəxsin məhkəmə instansiyalarında iştirak etmək hüququ, nəticə etibarı ilə isə ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi tələbi müvafiq olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21, 33, 143-146, 351, 418.2.7 və 419.2-ci maddələrində və digər normalarda da nəzərdə tutulmuş və bu baxımdan Məhkum barəsində cinayət işinə baxılarkən bu tələblərə əməl edilməməsi, nəticədə isə onun ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına yol verilməsi hazırkı cinayət işinə yeni açılmış hallar üzrə yenidən baxılmasını labüd etmişdir. Azərbaycan Respublikası CPM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə Məhkum təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Proceccual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Nə istintaq orqanı, nə də birinci instansiya məhkəməsi tərəfindən qanunun bu tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, müdafiə tərəfinin irəli sürdüyü, Məhkum təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanmamışdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum evindən aşkar edilməsi güman edilən narkotik vasitənin sonuncunun olmaması barədə birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsinin iclasında verdiyi ifadələri inandırıcı və düzgün hesab edilməlidir. Beləliklə, aydın olur ki, cinayət işində məhkum edilmiş şəxs Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və ya yayma niyyətinin olması və bununla da Məhkum əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasını təsdiq edən məlumatlar yoxdur. Birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilməklə tətbiq edilməli olmayan cinayət qanunu normasını tətbiq etmişdir. Bu da hökmün ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır (CPM-in 21.1-ci maddəsi). Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. CPM-in müddəalarına uyğun sürətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirlməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (CPM-in 21.2-ci maddəsi). Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (CPM-in 21.3-cü madəsi). Məzmununa görə, yəni CPM-in bəzi digər normaları, o cümlədən 138.2, 139.04, 233.11, 351.1-351.4-cü maddələrinin müddəaları da təqsirsizlik prezumpsiyasını təmin edir. Göründüyü kimi Konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsin vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kim çıxış edir. Bu mövqe Avropa Məhkəməsinin Qaritski Polşaya qarşı iş üzrə 06 fevral 2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəllilərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi axtarışın nəticələrinə dair ifadələri yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Məhkum qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübütlardan, birinci instansiya məhkəməsində həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Məhkum qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunmalı, bir-birilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə kollegiyası həmçinin Məhkum şəxsiyyətini xarakterizə edən hallarla bağlı aşağıdakıları qeyd edir: Belə ki, məhkum edilmiş şəxs Məhkum evlidir, əvvəllər məhkum olunmamışdır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müharibə iştirakçısıdır, “İgidliyə görə “medalı ilə təltif edilmişdir, DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin X25 Şöbəsinin Sumqayıt Xətt Polis Məntəqəsinin rəisi vəzifəsində xidmət etmişdir. Beləliklə, iş üzrə toplanmış və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutları bir daha hərtərəfli təhlil edib həm onlara, həm də yuxarıda sadalanan qanun normalarına əsaslanaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki Məhkum və müdafiəçisi X7 apellyasiya şikayətləri təmin edilməli, Məhkum olunması barədə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 noyabr 2007-ci il tarixli hökmünün Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissəsi ləğv edilərək Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, həmçinin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.4-ci maddəsində göstərilmişdir ki, həmin Məcəllənin 42.1.4cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə məhkəmə bəraət hökmü çıxarır. Həmin Məcəllənin 55.1-ci maddısinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 399.1, 399.1.2-399.1.4-cü maddələrinə müvafiq olaraq məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi və cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 402.0.1-ci maddəsinə əsasən irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökm və ya qərarında qanunda göstərilən sübutlarla təsdiq edilmədikdə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar sübuta yetirilməmiş hesab edilir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 62.1-ci maddəsinə uyğun olaraq Məhkum izah edilməlidir ki, barəsində bəraət hökmü çıxarıldığından onun pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə əlaqədar olaraq, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə kollegiyası Məhkum təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi qənaitinə gəldiyindən, yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinin tələbinə uyğun olaraq, 18 iyun 2007-ci il tarixdə Məhkum yaşadığı ünvan 2 ünvanında keçirilmiş axtarış zamanı aşkar edilməsi güman edilən bir ədəd selofan bükülüdə olan ümumi xalis çəkisi 100,171 qram olan külli miqdarda narkotik vasitə heroinin kimə məxsus olması, həmin narkotik vasitənin Məhkum yaşadığı ünvanda yardımçı tikiliyə kim tərəfindən qoyulması və qeyd olunanlarla bağlı təqsirkar şəxsin müəyyən edilməsi məqsədi ilə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirkar şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsi bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 62.1, 346, 347, 349, 350, 352, 353, 356, 358, 394, 395, 397-403, 407, 410 və 412-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Hökm etdi: Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 noyabr 2007-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilsin. Məhkum qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə dair ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilsin. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinin tələbinə uyğun 18 iyun 2007-ci il tarixdə Məhkum yaşadığı ünvan 2 ünvanında keçirilmiş axtarış zamanı aşkar edilməsi güman edilən bir ədəd selofan bükülüdə olan ümumi xalis çəkisi 100,171 qram olan külli miqdarda narkotik vasitə heroinin kimə məxsus olması, həmin narkotik vasitənin Məhkum yaşadığı ünvanda yardımçı tikiliyə kim tərəfindən qoyulması və qeyd olunanlarla bağlı təqsirkar şəxsin müəyyən edilməsi məqsədi ilə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirkar şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Məhkum pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cü maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar