Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-294/2020 20.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və X6 ibarət tərkibdə, Vəliyev Vasif Valeh oğlunun katibliyi, dövlət ittihamçısı X8, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmələrinə dair Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(059)35/2020 saylı hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında (Sumqayıt şəhəri, S.Vurğun küçəsi 120) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(059)35/2020 saylı hökmü (hakim B.Ələkbərov) ilə xx xxxxxx 1987-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 1 (bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması və onun üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbirinin dəyişdirilməsi və onun barəsində “həbs” qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbs edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, czaçəkmə müddətinin əvvəlinin xx xxxx 2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə qeydiyyata alınması, xx xxxxxx 1977-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Zarat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olan, Siyəzən rayonu Zarat kəndində qeydiyyatda olan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-citarixli, 1(059)-14/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 qəti olaraq təyin edilmiş və çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanması və azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplanılmaqla, o, qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxxx 2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata alınması, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,099 qram olan narkotik vasitə olan heroinin, qalıq çəkisi 1,047 qram olan psixotrop maddə olan metafetaminin və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,094 qram olan narkotik vasitə olan heroinin hökmün qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X9 üzərilərində, eləcə də Təqsirləndirilən şəxs1 idarə etdiyi **-PG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, “Daewoo Gentra” markalı avtomobildə xx xxxx 2020-ci il tarixdə videoçəkiliş ilə aparılan şəxsi axtarış və götürmə, həmçinin baxışın görüntülərinin köçürülmüş 4 ədəd, habelə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 alınmış məlumatların yerləşdiyi 1 ədəd, cəmi 5 ədəd CD disklər cinayət işində saxlanılması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərcinin tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilməsi hökm edilmişdir. Hökmdən Təqsirləndirilən şəxs1 apelyasiya şikayəti verərək, hökmün dəyişdirilərək, barəsində 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Hökmdən Təqsirləndirilən şəxs2 apelyasiya şikayəti verərək, işinin düzgün aparılmasını, azadlıqdan məhrumetmə cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, satış məqsədi olmadan Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə saat 01:00 radələrində Siyəzən rayonu, Zarat kəndi ərazsində 110 manata almaqla qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, təmiz çəkisi 0,149 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və təmiz çəkisi 1,147 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini üzərində saxlamış, həmin gün saat 01:30 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Siyəzən rayonu, Zarat kəndi ərazisində saxlanılaraq RpŞ-yə gətirilib növbətçi hissədə üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibində "Kent” markalı siqaret qutusunun içərisində 1 ədəd kağız bükümün içərisində ağ rəngli şəffaf sellofan bükülüdə 0,149 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd kağız bükümün içərisində ağ rəngli şəffaf sellofan bükülülərdə 0,081 və 1,066 qram çəkilərdə olmaqla, 1,147 qram ümumi təmiz çəkidə, kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən ümumi təmiz çəkisi 0,323 qram çəkidə narkotik vasitə heroin və ümumi təmiz çəkisi 1,147 qram çəkidə psixotrop maddə metafetamin əldə edərək, həmin narkotik vasitələrdən 0,149 qram heroini və 1,147 qram psixotrop maddə metafetamini xx xxxx 2020-ci il tarixdə, təxminən saat 01:00 radələrində Siyəzən rayonu, Zarat kəndi ərazisində Təqsirləndirilən şəxs1 110 manata sataraq, qalan 0,174 qram narkotik vasitə heroini üzərində saxlamış, həmin gün saat 05:00 radələrində Siyəzən RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Xalıqov X7 rayonu, Zarat kəndi ərazisində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində onun üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkcənin sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,048 qram, 0,023 qram, 0,075 qram və 0,028 qram olmaqla 4 ədəd siqaretin gümüşü rəngli iç kağızlarına bükülmüş vəziyyətdə aşkar olunaraq götürülmüşdür. APELYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona təyin edilmiş cəza şəxsiyyətinə və cinayətin ağırlığına uyğun deyildir. Belə ki, məhkəmə onun barəsində cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməyini, himayəsində iki uşağın, bir azyaşlı olmaqla daha bir yetkinlik yaşına çatmayan uşaqların olmasını, gəncliyini və barəsində yaşayış yeri üzrə şikayət olmamasını, müsbət xarakterizə edilməyini cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, lakin onun xroniki hepatit “B” xəstəsi olmasını (qaraciyərin iltihabı), oğlu Hüseynin onurğu-bel sütunun əyri olmasını və bununla əlaqədar mütəmadi müalicə olunmasını, atası Abasqulu Əhmədovun sağ ayağın topuğundan amputasiya olunduğundan ikinci qrup Qarabağ əlili olmasını, habelə hazırda insult (paralic) keçirdiyinə görə yataq xəstəsi olmasını, onun ona qulluq etməyini və ilk dəfə cinayət törətdiyini cəzanı yüngülləşdirən hal kimi nəzərə almayaraq, barəsində tətbiq edilən maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəza növünü təyin etməyərək, daha ciddi cəza növündə cəza təyin etmişdir. Bununla da əməlində tövsif olunan maddənin sankiyasında nəzərdə tutulan cəza növlərinin daha ciddi növündə cəza təyin edilmişdir. Məhkəmə iş üzrə müəyyən edilmiş yüngülləşdirici halların məcmusunu tam nəzərə almamış və barəsində cəza təyin edərkən maddənin sanksiyasında az ciddi cəza növü kimi nəzərdə tutulan bir il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsinə dair qərar çıxarmamışdır. Bankmayaraq ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun səmimi peşmançılığını, ailə vəziyyətinin ağır olması, qardaşının həbsdə olmasını, özünün və qardaşının ailəsinin başsız qalmasını, işinin düzgün aparılmamasını, azadlıqdan məhrumetməni azadlıqdan məhdudlaşdırma ilə əvəz edilməsini xahiş etmişdir. CİNAYƏT PROSESİ İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Təqsirləndirilən şəxs1 apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Dövlət ittihamçısı X11 apelyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarılmasını təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət qanunvericiliyinin maddəsi üzrə əməllərinin sübut olunması ilə əsaslandırmış, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən ağırlaşdıran halların olmamasını, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində biri azyaşlı olmaqla, daha bir yetkinlik yaşına çatmayan uşaqlarının olmasının olmasını, gəncliyinin və barəsində yaşayış yeri üzrə şikayət daxil olmamaqla, müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hal olmasını, Təqsirləndirilən şəxs2 isə cəza təyin edərkən ağırlaşdıran halların olmamasını, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində biri azyaşlı olmaqla, iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hal olmasını nəzərə almışdır. Təqsirləndirilən şəxslər birinci instansiya məhkəməsinin gəldiyi nəticədən vermiş olduqları apelyasiya şikayətlərində barələrində təyin edilmiş cəzanı mübahisələndirmişlər. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla iş materiallarını araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 ifadəsindən görünür ki, xx xxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 üzərində və idarə etdiyi **-PG-*** dövlət qeydiyyat nişanlı,"Daewoo Gentra” markalı avtomobildə, həmçinin Siyəzən şəhəri, H.Əliyev küçəsindəki 29 saylı binanın 30-cu mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X9 üzərində narkotik vasitə saxlamaları barədəəməliyyat aparatına daxil olmuş məlumat əsasında tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmaqla, təsdiq edilmişdir. Bundan sonra, RPŞ-nin rəhbərliyinin tapşırığı ilə birinci qrupda o və PPXT-nın polis nəfəri Şahid6, ikinci qrupda isə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 və DYPB-nin YPX-nin inspektoru Şahid3 olmaqla iki qrup şəklində Siyəzən rayonu, Zarat kəndi ərazisinə gedərək beton yolun kənarında kəndin girəcəyindəki ətraf ərazini müşahidəyə götürmüşlər. Beləliklə, xx xxxx 2020-ci il tarixdə, təxminən saat 01:00 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi **-PG-*** dövlət qeydiyyat nişanlı, "Daewoo Gentra” markalı avtomobillə Siyəzən rayonu, Zarat kəndi istiqamətində hərəkət edərək avtomobili kəndin girəcəyində saxlamaqla, avtomobildən düşüb getdiyini görmüşlər. Daha sonra, avtomobildə sərnişin qismindəəyləşmiş X14 avtomobildən düşərək avtomobilin yanında dayanıb siqaret çəkdiyi zaman digər qrupda olan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 və DYPB-nin YPX-nin inspektoru Şahid3 tərəfindən saxlanılmışdır. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs1 da idarə etdiyi avtomobilə tərəf gəldiyi zaman o və PPXT-nın polis nəfəri Şahid6 tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs1 və Namiq Quliyevun üzərlərində şəxsi axtarış, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə isə baxış keçirilməsi üçün hər iki şəxs tərəflərindən RPŞ-yə gətirilmişlər. Əvvəlcə RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs1 üzərində videoçəkiliş ilə şəxsi axtarış keçirilməsinə başlanılmış, bundan qabaq Təqsirləndirilən şəxs1 və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin, Təqsirləndirilən şəxs1 üzərinə keçiriləcək şəxsi axtarış zamanı onun müdafiə hüququnun təmin olunması məqsədilə şəxsi axtarışda Müdafiəçi2 də iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa, könüllü təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd əzilmiş vəziyyətdə olan “Kent” markalı siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. RPŞ-nin TQ-nun təhqiqatçısı Fəzail Fərzəlibəyli tərəfindən həmin “Kent” markalı siqaret qutusunun içərisinə baxıldığında orada 3 ədəd gümüşü rəngli siqaret kağızları olan bükülülər aşkar olunmuşdur. Daha sonra, həmin gümüş bükülülərdən ikisi açıldığında hər iki gümüş bükülünün içərisindəəlavə olaraq şəffaf rəngli sellofan bükülü, həmin bükülülərin içərisində isə ağ rəngli kristal şəkilli psixotrop maddə metafetaminə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Daha sonra, Fəzail Fərzəlibəyli tərəfindən üçüncü gümüşü rəngli kağız bükülü açıldığında, onun da içərisində ağ rəngli sellofan bükülü, həmin bükülünün də içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş həmin 3 ədəd bükümlərdə olan kütlələr tərəflərindən götürülərək 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürləndikdən sonra müvafiq qaydada imzalanmışdır. Bundan sonra, tərəfindən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır.Daha sonra, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş və doğru olduğundan Təqsirləndirilən şəxs1, o və digər iştirakçılar imza etmişlər. Bundan sonra, müvafiq olaraq videoçəkiliş vasitəsi ilə RPŞ-nin növbətçi hissəsində X9 üzərində Müdafiəçi2 iştirakı ilə hüquq və vəzifələri izah olunmaqla videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilsə də, Namiq Quliyevin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Namiq Quliyevin üzərində keçirilən şəxsi axtarış iləəlaqədar protokol tərtib olunaraq ucadan oxunmuş və doğru olduğundan o və digər iştirakçılar imza etmişlər. Daha sonra, RPŞ-nin inzibati binasının həyətində Təqsirləndirilən şəxs1 saxlanılarkən idarə etdiyi 90- PG-480 dövlət qeydiyyat nişanlı, ağ rəngli,“Daewoo Gentra” markalı avtomobilə özünün və Müdafiəçi2 iştirakı ilə videoçəkiliş vasitəsilə baxış keçirilməsinə başlanılmışdır. Həmin avtomobilə baxış zamanı avtomobildən də qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 saxlanılarkən idarə etdiyi **-PG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, “Daewoo Gentra” markalı avtomobilə baxış keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş və doğru olduğundan Təqsirləndirilən şəxs1, o və digər iştirakçılar imza etmişlər. Təqsirləndirilən şəxs1 ilkin izahatında üzərindən aşkar olunmuş 3 ədəd bükülülərdə olan kütlələrin narkotik vasitə heroin və psixotrop maddə metafetamin olduğunu və həmin kütlələri xx xxxx 2020-ci il tarixdə gecə təxminən saat 01:00 radələrində Siyəzən rayonu, Zarat kəndi ərazisində Siyəzən rayon sakini Təqsirləndirilən şəxs2 110 manata aldığını bildirdiyindən, Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən olunması istiqamətində keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində həmin şəxsin Siyəzən rayonu Zarat kəndində yaşayan Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmişdir. Bundan sonra, xx xxxx 2020-ci il tarixdə tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmaqla, təsdiq edilmişdir. RPŞ-nin rəhbərliyinin tapşırığı ilə NMQ-nun əməliyyat müvəkkili Şahid2la birlikdə xx xxxx 2020-ci il tarixdə, saat 05:00 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı Siyəzən rayonu, Zarat kəndində yerləşən evinin qarşısına gəlmişlər. Qapını döydükdə Təqsirləndirilən şəxs2 atası Zeybulla Xalıqov açmışdır. X5 Xalıqovun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, Təqsirləndirilən şəxs2 RPŞ-yə aparmalı olduğlarını qeyd etmişlər. Zeybulla Xalıqov etiraz etməyərək, onları yaşadıqları evə dəvət etmiş, bir qədər sonra Təqsirləndirilən şəxs2 yatdığı otaqdan çıxaraq onlara yaxınlaşmışdır. Onlar Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, onu RPŞ-yə dəvət etdikdə, sonuncu razılaşmışdır. Daha sonra, Təqsirləndirilən şəxs2 evin girişində olan asılqandan asılmış gödəkcəsini yanlarında geyinərək onlarla birlikdə evdən çıxıb RPŞ-yə getmişdir. RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs2 üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs2 və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin, Təqsirləndirilən şəxs2 üzərinə keçiriləcək şəxsi axtarış zamanı onun müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda Müdafiəçi1 da iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda sonuncu üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra, tərəfindən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan gödəkcəsinin sağ yan cibindən 4 ədəd siqaretin gümüşü rəngli kağız bükülüsü aşkar olunmuşdur. Fəzail Fərzəlibəyli tərəfindən həmin bükülülər ayrı-ayrılıqda açıldığında içərilərində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlələr olduğu müəyyən olunmuşdur. Daha sonra, tərəfindən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən qanunla qadağan olunmuş hər hansı əlavəəşya və predmet aşkar olunmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 4 ədəd siqaretin gümüşü rəngli kağız bükülüləri içərisindəki kütlələrlə birlikdə tərəflərindən götürülərək 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. O və digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Daha sonra, Təqsirləndirilən şəxs2 üzərində keçirilən şəxsi axtarış iləəlaqədar protokol tərtib olunaraq ucadan oxunmuş, doğru olduğundan o və digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslər Siyəzən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2, KTQ-nin baş inspektor kriminalisti Şahid4, PPXTnın polis nəfəri Şahid6, DYPB-nin YPX-nin inspektoru Şahid3, RPŞ-nin növbətçi hissənin növbətçi köməkçisi Şahid7, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid RPŞ-nin növbətçi hissənin məsul növbətçisi Şahid5 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Cinayət işinin İ cild 91-93-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/78 saylı ekspert rəyindən görünür ki, üzərində "Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlə...” sözləri qeyd olan zərfdəki 1 ədəd bükümdə, təmiz çəkisi 0,149 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 2 ədəd bükümdə, ümumi təmiz çəkisi 1,147 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlə...” sözləri qeyd olan zərfdəki 4 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,174 qr. qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs1 götürülmüş heroin və Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş heroinlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş heroinin təmiz çəkisi 0,149 qram təşkil etmiş, tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,099 qram qalmışdır. Metafetaminin ümumi təmiz çəkisi 1,147 qram təşkil etmiş, tədqiqata 0,1 qram sərf edildikdən sonra qalıq 1,047 qram qalmışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 0,174 qram təşkil etmiş, tədqiqata 0,08 qram sərf edildikdən sonra qalıq 0,094 qram qalmışdır. Cinayət işinin İ cild 247-248-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X3 Ekspert komissiyası tərəfindən xx xxxxx 2020-ci il tarixdə verilmiş, 857 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması iləəlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İİ cild 1-2-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X3 Ekspert komissiyası tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş, 812 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması iləəlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İ cild 24-25-ci vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində qara gəngli gödəkcə, qara rəngli uzunqol köynək, qara rəngli cins şalvar və qara rəngli ayaqqabı olmuş, bu zaman ona qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynindəki qara gəngli gödəkcənin sağ yan cibindən 1 ədəd "Kent” markalı siqaret qutusunu çıxararaq təhqiqata təqdim etmişdir. Həmin qutunun içərisində 3 ədəd bükülü olmuş, bükülülərə baxıldıqda 2 ədəd bükülünün içərisində kristal formada psixotrop maddə olan metafetaminə oxşar kütlə, digər 1 ədəd bükülünün içərisində isə narkotik vasitə olan heroinə bənzər kütlənin olması aşkar edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş "Nikon” markalı aparat vasitəsilə edilmişdir. Cinayət işinin İ cild 44-45-ci vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı X9 əynində qara rəngli dəri gödəkcə, qara rəngli uzunqol köynək, boz rəngli cins şalvar və qara rəngli, ipli ayaqqabı olmuşdur. Şəxsi axtarış zamanı X10 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya vəpredmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, lakin, sonuncu üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra, Namiq Quliyevin üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, bu zaman sonuncunun üzərində hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş "Nikon” markalı aparat vasitəsilə edilmişdir. Cinayət işinin İ cild 48-49-cu vərəqələrində olan avtomobilə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan avtomobildə hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet olub-olmaması soruşularkən, sonuncu avtomobildə hər hansı qanunla qadağan olunmuş heç bir əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra, 90- PG-480 dövlət qeydiyyat nişanlı, "Daewoo Gentra” markalı avtomobilə baxış keçirilsə də, baxış zamanı avtomobildən hər hansı qanunla qadağan olunmuş əşya predmet aşkar olmamışdır. Baxış keçirilməsi zamanı videoçəkiliş "Nikon” markalı aparat vasitəsilə edilmişdir. Cinayət işinin İ cild 79-80-ci vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 başında qara rəngli papaq, əynində qara, sarı və qəhvəyi rəngli gödəkcə, göy rəngli uzunqol və uzunboğaz köynək, onun altında göy rəngli uzunqol düyməli köynək, boz rəngli parça şalvar və qara rəngli ayaqqabı vardır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunsa da, o, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra, RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 tərəfindən şəxsi axtarışa başlanılmış, bu zaman Təqsirləndirilən şəxs2 əynində olan gödəkcənin sağ yancibindən 4 ədəd gümüşü rəngli siqaretin iç kağızına bükülülər aşkar olunmuşdur. Bükülülər açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Həmin bükülülər götürülərək zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş "Nikon” markalı aparat vasitəsilə edilmişdir. Cinayət işinin İ cild 105-107-ci, 123-124-cü vərəqələrində olan Siyəzən RPŞ-nin İBnin müstəntiqinin xx xxxx 2020-ci il tarixli, eləcə də işin 215-216-cı vərəqələrində olan xx xxxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,099 qram olan narkotik vasitə olan heroin, qalıq çəkisi 1,047 qram olan psixotrop maddə olan metafetamin və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,094 qram olan narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ- də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Həmçinin, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X9 üzərilərində keçirilmiş şəxsi axtarışın, həmin tarixdə Siyəzən RPŞ-nin inzibati binasının həyətində Təqsirləndirilən şəxs1 saxlanılarkən idarə etdiyi **-PG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, "Daewoo Gentra” markalı avtomobilə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 04 ədəd, eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 alınmış məlumatların yerləşdiyi 1 ədəd CD disklər iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin İİ cild 09-27-ci vərəqələrində olan cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 isə həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə, X14 barəsində isə Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə cinayət təqibi rədd edilmişdir. Cinayət işinin İ cild 181-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 xx xxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cild 182-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 xx xxxx 2020-ci il tarixli tələbnaməsindən, işin İ cild 237- 240-cı vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(059)-14/2o2o saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti cəza olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsdir. Cinayət işinin İ cild 11-ci vərəqəsində olan xx xxxx 2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 158-159-cu vərəqələrindəki xx xxxx 2020-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Əhmədov X4 RPŞ-nin MSY- dən azad edilmiş və onun barəsində həmin tarixdə "başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cild 143-144-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(059)-8/2020 saylı məhkəmənin həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə 03 (üç) ay müddətinə "həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxx 2020ci il tarixdən hesablanmışdır. Cinayət işinin İ cild 190-191 -ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, himayəsində xx xxxxxx 2011 -ci il təvəllüdlü Əkbər və xx xxxxxx 2016-cı il təvəllüdlü Sərfinaz adında biri azyaşlı olmaqla, daha bir yetkinlik yaşına çatmayan övladı olan Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs2 barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Zarat kənd İƏD üzrə nümayəndəliyinə heç bir rəsmi şikayət daxil olmamışdır. Cinayət işinin İ cild 218-221-ci vərəqələrində olan arayışdan, xasiyyətnamədən və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, himayəsində xx xxxx 2012-ci il təvəllüdlü Gülçin və xx xxxxxx 2015-ci il təvəllüdlü Hüseyn adında biri azyaşlı olmaqla, daha bir yetkinlik yaşına çatmayanövladı olan ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, xx xxxx 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmçinin həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin narkotik vasitələrdən istifadəyə görə cinayət məsuliyyətinə cəlb edilməsi onun şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin satılması isə narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz olaraq hər hansı bir üsulla yayılması anlaşılır. Təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı, onların xeyli miqdarda olması, istehlakçı ilə əvvəlcədən razılıq olması, narkotik vasitədən istifadə etməyən şəxs tərəfindən onun əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan hərəkətlər nəticəsində şəxsin narkotik vasitələri və ya psixotrop maddəni digər şəxsin faktiki sahibliyinə ötürməsinin forması, bunun əvəzli və ya əvəzsiz olması əməlin hüquqi tövsifinə təsir göstərmir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq satma cinayəti onları başqa şəxs aldığı andan başa çatmış hesab edilir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 narkotik vasitə əldə etməsi, sonuncunun da həmin narkotik vasitəni satması təqsirləndirilən şəxslərin ifadələri, iş üzrə şahid qismində dindirilmiş şəxslərin ilə yanaşı ekspertiza rəyi ilə də onlardan aşkar edilmiş narkotik vasitə heroinin xarici əlamələrlər və tərkibindəki komponentlərə görə eyni tərkibli narkotik vasitə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxslər cinayət işi üzrə şübhəli şəxs qismində dindirilərkən üzləşdirmə istintaq hərəkətinin aprılması zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitə heroin və metamfetamini Təqsirləndirilən şəxs2 aldığını, sonuncu isə narkotik vasitəni ona satdığını etiraf etmişdir. Həmin istintaq hərəkəti müdafiəçilərin iştirakı ilə aparılmışdır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların İ siyahısının 5-ci bəndinə görə 0,15 qramdan artıq (təmiz halda qramlarla) heroin şəxsi istehlak miqdarından artıq, 2 qramdan artıq (təmiz halda qramlarla) isə heroin isə külli miqdarda hesab edilir. Həmin siyahının İİ siyahı bölməsində göstərilən psixotrop maddələr siyahısında göstərilən metafetamin 0,15 qramdan artıq (təmiz halda qramlarla) metamfetamin şəxsi istehlak miqdarından artıq, 2 qramdan artıq (təmiz halda qramlarla) metamfetamin isə külli miqdarda hesab edilir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 üzərində aşkar edilərək götürülmüş psixotrop maddə olan 1,147 qram metamfetamin şəxsi istehlak miqdarından artıq olmaqla dəfələrlə artıq olsa da, narkotik vasitə olan 0,149 qram heroin şəxsi istehlak miqdarından az təşkil edir. Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop vasitələrdən istifadəyə görə cinayət məsuliyyəti üzərində aşkar edilmiş metamfetamə görə yaransa da, narkotik vasitə olan heroin aşkar edilsə də, həmin narkotik vasitənin miqdarı şəxsi istihlak miqdarından az təşkil edir ki, bu da onun həmin narkotik vasitəyə görə cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ittiham verilməsini istisna edir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddənin satışı, Təqsirləndirilən şəxs1 psixotrop maddə olan 1,147 qram metamfetamindən istifadəyə görə verilmiş ittiham əsaslı olması barədə gəldiyi razılaşsa da, 0,149 qram narkotik vasitə olan heroindən istifadəyə görə ittihamın əsaslı olması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etməyərək, hesab edir ki, 149 qram narkotik vasitə olan heroinin qanunsuz olaraq əldə edilməsi və saxlanılmasına dair müddəalar Təqsirləndirilən şəxs1 verilmiş ittihamdan çıxarılmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin edilmiş cəza ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2ci maddəsi). Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Kollegiya qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası, təqsirləndirilən şəxsin islah edilməsi və həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin barəsində cəza təyin edərkən əməllərində cəzanı ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində biri azyaşlı olmaqla, daha bir yetkinlik yaşına çatmayan uşaqlarının olmasının olmasını, gəncliyinin və barəsində yaşayış yeri üzrə şikayət daxil olmamaqla, müsbət xarakterizə edilməsini, Təqsirləndirilən şəxs2 isə törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində biri azyaşlı olmaqla, iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin satışına görə ittiham edilir ki, həmin maddənin (CM-nin 234.2-ci maddəsi) sanksiyası 3 (üç) ildən 7 (yeddi) ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Təqsirləndirilən şəxsə törətmiş olduğu əmələ görə 3 (üç) il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bu da təqsirləndirilən şəxsin təqsirli bilindiyi maddənin sanksiyasının minimum həddində cəza təyin edilməsini ehtiva etməklə, təqsirləndirilən şxəs Təqsirləndirilən şəxs2 apelyasiya şikayətinin dəlillərinin əsassız olması qənaətini qaçılmaz edir. Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddənin istifadəsinə görə ittiham verilmiş, təqsirli bilindiyi psixotrop maddənin həcmi şəxsi istehlak miqdarından dəfələrlə artıq artıqdır. Təqsirləndirilən şəxsin törətmiş olduğu əmələ görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsdə aşkar edilmiş psixotrop maddənin həcmi nəzərə alınarsa, onun barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsi, cəzanın məqsəd və prinsipləri baxımından ədalətli hesab edilə bilməz. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə X15 Məhkəməsinin x xxxx 2013cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə cəza təyin edilməsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən, cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8, 58.3-cü maddələrinin tələblərinə uyğun törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə almış, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini müzakirə etmişdir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə yekun nəticəyə gələrək hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, Quba Rayon Məhkəməsinin 1(027)11/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.2, 407.2 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(059)35/2020 saylı hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs1 verilmiş ittihamdan onun 0,149 qram heroinin qanunsuz olaraq əldə edilməsi və saxlanılmasına dair müddəalar çıxarılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətləri təmin edilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Ruhiyyə Əsgərova Hakimlər: Nazim Mövsümov Vidadi Cəfərov
Məhkəmə qərarları › İş №1(105)-294/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-294/2020
20.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver