Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-337/2023 26.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Vəliyev Vasif Valeh oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-31/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-31/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli hökmü (hakim Z.Hacıyev) ilə xx.xx.1980-ci ildə Ağsu rayonu Ərəbmehdibəy kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-141/2020 saylı, 17 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzər bağlar massivində yeləşən evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməsi və 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəzasının əvvəlinin Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Xəzər bağlar massivi, bağ evini tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, eyni zamanda Zərərçəkmiş şəxs olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, zərərçəkmiş şəxsə narahatçılıq gətirən digər hərəkətlərin edilməsi, o cümlədən məhkəmə və hüquq mühafizə orqanlarının çağırışlarında iştirak etmək istisna olmaqla zərərçəkmiş şəxsə, həmçinin onun yaşadığı evə və təhsil aldığı məktəbə 50 metr məsafədə yaxınlaşmaq, zərərçəkmiş şəxslə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girməyin Təqsirləndirilən şəxs qadağan edilməsi hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət hökmünü çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, saat 12:00-13:00 radələrində Sumqayıt şəhəri 42-ci məhəllə 3 saylı binanın arxasında aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əl zərbəsi ilə vuraraq sonuncuya sağ təpə-ənsə nahiyəsinin dərialtı hematoması, sağ bazunun, qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid olan xəsarətlər yetirmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 31/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ləğv olunmalı və Təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə onun barəsində bəraət hökmü çıxarılmalıdır. Birinci instansiya məhkəməsi toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab etmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs qızı Nurlanaya şillə atmasına baxmayaraq, sonuncuya dəyməməsinə dair ifadəsi işdə toplanan sübutlarla uzlaşmır, əməlin törədilməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspert rəyi və materiallarda olan digər sənədlərlə tam sübuta yetirilir. Müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahidlər X2 və X4 təqsirləndirilən şəxsin ifadəsinə uyğun verdikləri ifadəyə gəldikdə, məhkəmə Təqsirləndirilən şəxs ilə şahidlərin dostluq münasibətində olduqlarını nəzərə alır və onların ifadələrini sonuncunun cinayət məsuliyyətindən yayındırma məqsədi daşıması kimi qiymətləndirir. Məhkəmənin gəldiyi bu nəticə ilə razı deyillər. İlk öncə məhkəməyədək sadələşdirilmiş icraat zamanı alınmış və Təqsirləndirilən şəxs elan olnmuş ittihamın əsasını təşkil edən məhkəmə-tibbi ekspertizasının 766 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə bağlı məhkəmə kollegiyasının nəzərinə çadırmaq istəyir ki, qeyd olunan ekspertiza rəyi ekspert rəyində ekspert qarşısında qoyulmuş suallara tam cavab verilməmişdir. Rəydə xəsarətin əmələ gəlmə mexanizmi kimi xəsarətin bərk küt əşyanın (əşyaların) təsirindən yaranması qeyd edilsə də həmin xəsarətin müayinə olunan şəxsin özü-özünə yetirməsinin istisna olunubolunmaması ilə bağlı xüsusata münasibət bildirilməmişdir. Bundan başqa, sözügedən rəydə Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş hansı xəsarətin - sağ təpə-ənsə nahiyəsinin dərialtı hematoması və ya sağ bazunun qançırının müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilməsi və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid olması aydın şəkildə göstərilməmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi ilə bağlı qeyd edilməlidir ki, zərərçəkmiş şəxsin məhkəmə-tibbi ekspertizası zamanı müayinə olunarkən ekspertə verdiyi məlumatlarla, istər məhkəməyədək sadələşdirilmiş icraat zamanı, istərsə də məhkəmə baxışı zamanı verdiyi ifadələri arasındakı ziddiyyətlər, onun mötəbərliyini və sübuti əhəmiyyətini şübhə altına alır. Belə ki, məlum məhkəmə-tibbi ekspertizası rəyinin İLK MƏLUMAT adlandırılan hissəsində göstərilmişdir ki, "Deməsinə görə, xx.xx.2022-ci ildə saat 15:00 radələrində Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində atası Sübhan əli ilə onun başına, boyun nahiyyəsinə vurmuş, sağ qolundan tutub sürümüşdür. Tibb müəssisəsinə müraciət etməyib. Şikayəti başında olan ağrılardandır". Məhkəməyədək sadələşdirilmiş icraat zamanı və məhkəmə baxışı zamanı verdiyi ifadələrində isə zərəçəkmiş şəxs bildirmişdir ki, atası Sübhan əl və yumruqla onun boynunun arxasından vurmuş, ikinci dəfə onu vurmaq istəyərkən anasının xalası Rəsmiyyə qoymamışdır. Onu vurduqdan sonra o, ağlaya-ağlaya evə getmişdir. Göründüyü kimi zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı müayinə olunarkən ekspertə atası Sübhanın əli ilə onun başına, boyun nahiyyəsinə vurduğunu, sağ qolundan tutub sürüdüyünü bildirsə də məhkəməyədək sadələşdirilmiş icraat zamanı və məhkəmə baxışı zamanı verdiyi ifadələrində atasının əl və yumruqla onun boynunun arxasından 1 dəfə vurduğunu, bundan sonra ağlaya-ağlaya evə getdiyini bildirmişdir. Bundan başqa məhkəmənin diqqətini ittiham tərəfinin yeganə şahidi olan Şahid ifadəsinə yönəltmək istəyir. Belə ki, Şahid məhkəməyədək sadələşdirilmiş icraat zamanı verilmiş ifadəsinin onun tərəfindən yazılması müdafiə tərəfi olaraq bizdə şübhə doğurduğundan, qeyd olunan şahid məhkəmə iclasında ifadə verən zaman bununla bağlı verilmiş suala məhkəməyədək sadələşdirilmiş icraat zamanı verilmiş ifadəsinin onun tərəfindən yazılmadığını, həmin ifadənin kimin tərəfindən yazılıdığını bilmədiyini, lakin ifadənin özünün imzaladığını bildirmişdir. Zərərçəkmiş şəxs və Şahid ifadələri, onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul edilə bilməz və həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı ibtidai araşdırma orqanının və birinci instansiya məhkəsinin gəldiyi nəticələr əsassızdır. Göstərilənlərlə yanaşı, birinci instansiya məhkəməsinin şahidlər X2 və X4 təqsirlənsdirilən şəxs Təqsirləndirilən şəxs ilə dostluq münasibətində olduqlarını nəzərə alıraq onların ifadələrini sonuncunun cinayət məsuliyyətindən yayındırma məqsədi daşıması kimi qiymətləndirməsini də əsassız hesab edir. İttiham tərəfinin yeganə şahidi olan və məhkəməyədək sadələşdirilmiş icraat zamanı özünün yazmadığı, ümumiyyətlə kimin tərəfindən yazıldığını bilmədiyi ifadəyə imza etdiyini etiraf etmiş, zərərçəkmiş şəxslə qohumluq münasibətlərində olan Şahid ifadəsini mötəbər sübut kimi qəbul etməsi, müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahidlərin isə təqsirləndirilən şəxslə dostluq münasibətində olduqlarını əsas gətirərək onların ifadələrini sonuncunun cinayət məsuliyyətindən yayındırma məqsədi daşıması kimi qiymətləndirməsi, məhkəmənin sübutlara qərəzli münasibət bəsləməsinin göstəricisidir. Müdafiə tərəfinin şahidlərinin verdikləri ifadənin şübhə altına alınmasına heç bir əsas yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmiş, iş üzrə ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlar isə təqsirləndirilən şəxsə elan olunmuş ittihamın əsasım təşkil edə bilməz. CİNAYƏT PROSESİ İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Dövlət ittihamçısı X7 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi ittiham hökmü çıxarılmasını təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət qanunvericiliyinin maddəsi üzrə əməlinin sübut olunması, cəza təyin edərkən təqsirləndirilən şəxsin əməlində ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni tədqiq edərək, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə cinayət və cinayətprosessual qanunvericilik normalarına riayyət edilməklə qəbul edildiyindən, apellyasiya şikayəti əsassız hesab edilməklə formal mülahizə kimi dəyərləndirilməli, gəlinən nəticənin ləğvi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin əsassızlığı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid bildirdi ki, xx.xx.2022ci il tarixdə bacısı X1 ünvan 3 ünvanına qonaq gəlmişdir. Evdə bacısı ona onların evində qalmasını, Könülün onu müalicə etməsini bildirmişdir. O da bacısı nəvəsi 2007-ci il təvəllüdlü Nurlananı dərman almaq üçün aptekə göndərmək istəmiş, lakin Nurlana ona atasından qorxduğu üçün tək getmək istəmədiyini, əvvəlki gün atasının onu vurduğunu demişdir. O, Nurlananı götürüb yaxınlıqda yerləşən aptekə dərman almağa getmişdir. Sumqayıt şəhəri, 42-ci məhəllə, 3 saylı evin arxasında Nurlananın atası Təqsirləndirilən şəxs görmüşlər. Sübhan onlara yaxınlaşmış, görüşmüş, hal-əhval tutmuşlar. Onlar qızı ilə münaqişə barədə söhbət edən zaman Nurlana atasının yalan dediyini bildirmiş, bu zaman Sübhan Nurlananın baş nahiyəsindən bir şillə vurmuşdur. O, onları ayırmışdır. Nurlana isə evə tərəf qaçmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə uşaqlıqdan dostdurlar. Hər həftənin bazar günü birlikdə kafedə yemək yeyirlər. Həmin gün o, Nəsimi və Sübhala kafeyə gedən zaman yolda Nurlana ilə Rəsmiyyə xanımın getdiyini görmüşlər. Sübhanla Rəsmiyyə söhbət etmək istəmiş, onlara söhbət edib gələcəyini bildirmiş, onlar da kənarda dayanıb gözləmişlər. Sübhanla onların nə danışdıqlarını eşitməmiş, Sübhanın Nurlanaya şillə atdığını, lakin şillənin ona dəymədiyini görmüşdür. Sonra Nurlana çıxıb evə getmişdir. Sübhanla Rəsmiyyə xanım da orada dayanıb söhbət etmiş, birlikdə aptekə getmiş, daha sonra Sübhanın əsəbi şəkildə telefonla danışdığını görmüşdür. Həmin vaxt onun yanında Nəsimi adlı şəxs də olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X8 ifadəsində bildirdi ki, 2022-ci ilin iyun ayında o, Sübhan və Ceyhun onların evinin arxasında görüşmüşlər. Nahar vaxtı olduğundan 22-ci məhəlləyə kafeyə nahar etmək üçün gedirmişlər. Bu zaman Sübhan yolda qızı Nurlananı görmüş, onun yanında başı bağlı bir xanım da olmuşdur. Onlar Sübhan ilə təxminən 80-100 metr məsafədə dayanmışlar. Sübhanın arxası, Nurlananın üzü onlara tərəf olmuşdur. Sübhan əsasən başı bağlı xanımla söhbət etmiş, arada əl-qol hərəkətləri edərək danışmış və qızına barmaq silkələmişdir. Bu zaman Sübhan Nurlanaya şillə atmış, lakin şillə ona dəyməmiş, Nurlana qaçıb getmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən məhkəmə-tibbi ekspertizasının 766 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “sağ təpə-ənsə nahiyəsinin dərialtı hematoması, sağ bazunun qançırı” xəsarətləri vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2362 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X9 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilmiş 330 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 1 nömrəli şəhər xəstəxananın poliklinika şöbəsinin psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş 608 saylı, xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs “ünvan 4 ünvanında qeydiyyatsız yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2001-ci il tarixli amnistiya qərarına əsasən azad olunmuşdur. Bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3500 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 326.2-ci maddələri ilə təqsirli bilinərək 04 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş və məhkəmə iclas zalında azad olunmuşdur. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 4/1213 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 36-cı vərəqində olan 16 iyun 2022-ci il tarixli Əməli törətmiş şəxsə vəkillər siyanıhısının təqdim edilməsi haqqında protokolda “Əməli törətmiş şəxs:” qrafasındakı imza; 37-ci vərəqində olan 16 iyun 2022-ci il tarixli Əməli törətmiş şəxsə vəkilin təqdim edilməsi haqqında protokolda “Əməli törətmiş şəxs:” qrafasındakı imza; 42ci vərəqində olan Əməli törətmiş şəxsin Azərbaycan Respublikası CPM-nin 91-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə bildirişdə “Bildirişi aldım Şübhəli şəxs:” qrafasındakı imza; 43-cü vərəqində olan 16 iyun 2022-ci il tarixli Əməli törətmiş şəxsin hüquq və vəzifələrinə dair yazılı bildirişin təqdim edilməsi barədə protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 44-cü vərəqində olan 16 iyun 2022-ci il tarixli Əməli törətmiş şəxsin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında bildirişdə “Əməli törətmiş şəxs:” qrafasındakı imza; 45-ci vərəqində olan 16 iyun 2022-ci il tarixli Əməli törətmiş şəxsə etiraz hüququnun izah edilməsi haqqında protokolda “Əməli törətmiş şəxs:” qrafasındakı imza; 46-cı vərəqində olan xx.xx.2022-ci il tarixli Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin protokolunda “İmza:” qrafasındakı imza və 47-ci vərəqində olan 16 iyun 2022-ci il tarixli Ekpert rəyinin cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə elan edilməsi haqqında protokolda “İmza: Təqsirləndirilən şəxs” qrafasındakı imza – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 4/1709 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 56-cı vərəqdində olan 17 iyun 2022-ci il tarixli Təhqiqatın qurtarmasını cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə elan etmək və məhkəməyədək sadələşmiş icraatın materiallarını təqdim etmək haqqında protokolun sonunda “Təqsirləndirilən şəxs” yazıların önündəki imza – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi əl zərbəsi ilə vuraraq sonuncunun sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə heç bir xəsarət yetirmədiyini mübahisələndirmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu əməl üzrə şahid qismində üç nəfər şəxs dindirilmiş, həmin şəxslərdən iki nəfər şəxs təqsirləndirilən şəxsin yaxın münasibətdə olduğu şəxs, bir nəfər şəxs zərərçəkmiş şəxsin qohumu (nənəsinin bacısı) olan şəxsdir. Şahid qismində dindirilmiş şəxslərdən təqsirləndirilən şəxsin törədilməsində ittiham olunan əməldə heç bir günahının olmadığını bildirən N.Paşayev və C.Mürsəlov hadisənin birbaşa şahidi olmamaqla yanaşı, təqsirləndirilən şəxs ilə yaxın münasibətdə olan şəxs olduqlarından onların onun maraq və mənafeyi naminə ifadə verməsi qaçılmaz olduğundan, onların ifadələri təqsirləndirilən şəxsin təqsirinin olmaması qənaətinə gəlinməsi üçün əsas ola bilməz. Şahid qismində dindirilən şəxs Şahid ifadəsi ilə zərərçəkmiş şəxsin ifadəsində göstərilən xüsusatla ekspertiza rəyinin tamamlaması təqsirləndirilən şəxsin təqsirli hüquqa zidd hərəkəti nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmaya dair xəsarət yetirilməsi qənaətinə gəlinməsi üçün əsasdır. Bu isə eksperiza rəyi və zərərçəkmiş şəxsin ifadəsində olan ziddiyyətlərlə bağlı şikayətin dəlillərinin formallığını qaçılmaz edir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (Cinayət Prosessual Məcəllənin 351.2-ci maddəsi). “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il qərarında qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə verilmiş ittiham əsaslı şübhə yaratmayan biri digərini təkzib etməyən sübutlarla təsdiq edildiyindən ittiham hökmünün çıxarılmasına dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bundan əlavə məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəza ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxsin islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, onu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Təqsirləndirilən şəxsin əməlini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza cəzanın məqsədləri baxımından ədalətli olmaqla, təqsirləndirilən şəxsin islah olunması üçün yetərli hesab edilə bilər. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə yekun nəticəyə gələrək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apelyasiya şikayəti təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-31/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 399.3-ci maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Bundan əlavə təqsirləndirilən şəxs F.İsmayılov hüquqlarının müdafiəsinin birinci və apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, apellyasiya instansiyası məhkəməsində Təqsirləndirilən şəxs göstərilmiş 7 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi3 vəkil işlədiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına 42 manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.1, 407.2 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-31/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil Müdafiəçi3 07 (yeddi) iş saatına görə 42 (qırx iki) manat məbləğində pul vəsaiti Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(105)-337/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-337/2023
26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver