Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-357/2021 04.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəhimov Elman Gülbaba oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Yusifova Ayşən Hafiz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru X1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 1(012)-361/2018 saylı 04 avqust 2020-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 29.11.2018-ci tarixli, 1(012)-361/2018 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 66.5-ci maddəsinə əsasən 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 03.07.2020-ci il tarixdə məhkəməyə müraciət edərək 29.11.2018-ci il tarixli hökmdən şikayət vermə müddətinin bərpa edilməsini, apelyasiya şikayətinin baxılması üçün işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 1(012)-361/2018 saylı 04 avqust 2020-ci il tarixli qərarı ilə (hakim Sevinc Quliyeva) məhkum Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 29.11.2018-ci il tarixli hökmündən apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Məhkum Təqsirləndirilən şəxs qərardan şikayət verərək, müddətin bərpasına dair vəsatətin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs şikayətini onunla əsaslandırmışdır ki, keçirdiyi sarsıntılar və səhhətində problemlər olduğuna görə Abşeron Rayon Məhkəməsinin 29.11.2018-ci tarixli, 1(012)-361/2018 saylı hökmündən vaxtında şikayət verə bilməmişdir. Buna görə 29.11.2018-ci il tarixli hökmündən şikayət vermə müddətinin bərpa edilməsini, apelyasiya şikayətini baxılması üçün işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi aşağıda göstərilənlərə əsasən hesab etmişdir ki, vəsatət əsassız olduğuna görə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsinə əsasən hökm elan olunduğu andan 20 gün müddətində apelyasiya şikayəti və ya protesti verilə bilər. Azərbaycan Respublikası CPM-nin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apllyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, hökmün elan olunması zamanı məhkum Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak etmişdir. 29.11.2018-ci il tarixli məhkəmə qəbzindən görünür ki, Təqsirləndirilən şəxs hökmün surəti 29.11.2018-ci il tarixdə məhkəmə iclas zalında təqdim edilmişdir. Təqsirləndirilən şəxs özü qəbzə imza etməklə hökmün surətini götürmüşdür. Azərbaycan Respublikası CPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesi iştirakçısının cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında məhkəmənin qəbul etdiyi prosessual qərar və hərəkətlərdən yuxarı məhkəməyə şikayət etmək hüququ vardır. Təqsirləndirilən hökmün surətini aldığı vaxtdan sonra 20 gün müddətində şikayət verməmişdir. Yalnız 01 il 08 ay 06 gündən sonra məhkəməyə müraciət etmişdir. Təqsirləndirilən şəxs vəsatətində xəstə olduğunu göstərsə də bu barədə məhkəməyə subut təqdim etməmişdir. Təqsirləndirilən şəxs vəsatətində hökmün onun iştirakı ilə elan edildiyini və hökmün surətini 29.11.2018-ci il tarixdə aldığını təsdiq etmişdir. Hökm qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmişdir. İş materiallarına əsasən Təqsirləndirilən şəxs 29.11.2018-ci il tarixli hökmün nəticə hissəsində hökmdən hansı müddətlərdə və qaydada şikayət verilməsi hüququ aydın izah olunmuşdur. Eyni zamanda, işdəki 29.11.2018-ci il tarixli məhkəmə iclası protokolundan da görünür ki, hökmün elan olunduğu məhkəmə iclasında da məhkuma hökmdən şikayət vermə qaydası və müddəti izah olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 386.1-ci maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi müddəti üzürlü səbəblərə görə buraxıldıqda CPM-nin 383-cü maddəsində göstərilən şəxslər müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İş materialllarından göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən apelyasiya şikayəti verilməsi müddəti üzürsüz səbəbdən buraxılmışdır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək haqlı olaraq belə nəticəyə gəlmişdir ki, apelyasiya şikayəti verilməsi müddətinin buraxılmasının səbəbləri üzrsüz olduğuna görə vəsatət təmin olunmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-361/2018 saylı 04 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs şikayəti bu qərarın ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 3981.1-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 1(012)-361/2018 saylı 04 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apelyasiya şikayəti təmin edilməsin. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elman Rəhimov Hakimlər Elman Əhmədov Məhəmmədəli Rzayev
Məhkəmə qərarları › İş №1(105)-357/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-357/2021
04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver