Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-36/2021 04.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Vəliyev Vasif Valeh oğlunun katibliyi, dövlət ittihamçısı X9, Zərərçəkmiş şəxs, nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-305/2020 saylı, 07 avqust 2020-ci il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında (Sumqayıt şəhəri, S.Vurğun küçəsi 120) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-305/2020 saylı, 07 avqust 2020-ci il tarixli hökmü (hakimlər E.Mikayılov (sədrlik edən), Ə.Abasov və M.Ağalarov) ilə xx xxxx 1985-ci il tarixdə Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, “xxxx” adlı diş klinikasında həkim-stomatoloq işləmiş, ünvan 1 ünvanda qediyyatda olmaqla, Sumqayıt şəhəri, «Qurd dərəsi» bağlar massivi ərazisində yerləşən evdə yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 05 avqust 2019-cu il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə maddi sübutların: Sumqayıt şəhər prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılmaqla Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 (bir) ədəd maykanın, 01 (bir) ədəd yaşıl rəngli üst geyiminin, 01 (bir) yaşıl rəngli şalvar dəyərini itirdiyindən və Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd qara rəngli dəstəyi və tiyəsi olan bıçağın hökmün qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs götürülmüş 3 (üç) ədəd DVD diskin cinayət işi materiallarında saxlanması hökm edilmişdir. Hökmdən Dövlət ittihamçısı apelyasiya protesti verərək, hökmün ləğv edilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsi ilə təqsirli bilinməklə ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə məhkum edilməsinə dair yeni hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apelyasiya şikayəti verərək, hökmün ləğv edilərək, Təqsirləndirilən şəxs əməlinin CM-nin 126.1-ci maddəsinə tövsif edilməsi və barəsində yüngülləşdirici hallar nəzərə alınmaqla Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək, hökmün ləğv edilərək, əməlinin CM-nin 126.1-ci maddəsinə tövsif edilməsi və barəsində yüngülləşdirici hallar nəzərə alınmaqla azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsi ilə ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, xuliqanlıq niyyəti ilə başqa şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, 03 avqust 2019cu il tarixdə həkim-stamotoloq kimi işlədiyi ünvan 3 ünvanda yerləşən “xxxx” adlı diş klinikasında həmin klinikanın tibb qeydiyyatçısı vəzifəsində işləyən Şahid12 aralarında yaranmış mübahisə zəminində nəlayiq ifadələrlə təhqir etdiyinə görə sonuncu həmin klinikanın baş həkimi vəzifəsində işləyən Zərərçəkmiş şəxs bu barədə bildirib, habelə onun Zərərçəkmiş şəxs ünvanına da nəlayiq ifadələr söylədiyini dediyindən sonuncunun bu məsələyə aydınlıq gətirmək üçün 05 avqust 2019-cu il tarixdə, saat 15 radələrində onu xidməti otağına dəvət edərək iradını bildirməsini öz şəxsiyyətinə qarşı təhqir kimi qəbul edib bunu bəhanə edərək, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş və cinayətkar niyyətini həyata keçirmək üçün özünə məxsus “Kia markalı”, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxladığı məişət təyinatlı və soyuq silah hesab edilməyən qatlanan tipli cib bıçağını özü ilə götürüb həmin gün saat 18 radələrində klinikaya qayıdaraq Zərərçəkmiş şəxs xidməti otağına daxil olub sonuncunun üzərinə hücum edib əlində olan bıçaqla həyat üçün vacib orqanlarının yerləşdiyi nahiyələrinə qəsdən 9 zərbə vurub sonuncuya qarının ön divarının daxilə keçərək mədəni, mədəaltı vəzi, böyük piyliyi, diafraqmanı və sol ağ ciyəri zədələyən, epigastral nahiyəni daxilə keçərək böyük piyliyi və mədəni zədələyib böyük piyliyin çıxarılması ilə nəticələnən, sol bel nahiyəsinin daxilə nüfuz edib böyrəyi zədələyən və böyrəyin çıxarılması ilə nəticələnən, enən çənbər bağırsağı zədələyən, sol kürəkaltı nahiyənin döş boşluğuna keçərək sol ağ ciyəri zədələyən deşilmişkəsilmiş yaraları kimi yetirilən anda həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid olan və qarnın ön səthinin qarın boşluğuna keçməyən, sol budun və sağ budun, sol kürəkaltı nahiyənin döş boşluğuna keçməyən, sol əlin İ barmağının kəsilmiş-deşilmiş yaraları kimi canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan, cəmi 9 ədəd xəsarət yetirmiş, lakin sonuncunun müqavimət göstərməsi və ətrafdakı şəxslərin Şahin Baxşəliyevi tibb müəssisəsinə çatdırıb vaxtında müalicə tədbirləri görüldüyünə görə həyatı xilas olduğundan öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətini başa çatdıra bilməyərək xuliqanlıq niyyəti ilə qəsdən X8 cəhd göstərmişdir. APELYASİYA PROTESTİNİN VƏ ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı apelyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsinə tövsif etməsi ilə əlaqədar gəldiyi nəticəni əsaslandırmağa çalışarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Şahin Baxşəliyevi xuliqanhq niyyəti ilə öldürməyə cəhd etməmiş, hadisə məhz zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanunsuz hərəkətləri nəticəsində, yəni Təqsirləndirilən şəxs ailəsinin ünvanına söyüş söyməsinə görə baş vermiş, məhkəmə istintaqında da Təqsirləndirilən şəxs Şahin Baxşəliyevi qəsdən xuliqanhq niyyəti ilə öldürmyə cəhd etməsini təsdiq edən hal müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi həmin nəticə əsassız və işin hallarına ziddir. Məhkəmə hökmdə zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini və cinayət işinin materiallarında olan biri digəri ilə ayrılmaz surətdə bağlı olan iş üçün əhəmiyyətli sayılan sənədlərə bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməyərək düzgün hüquqi qiymət verməmiş, nəticədə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsindən həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif etməkdə səhvə yol vermişdir. Belə ki, iş üzrə ibtidai istintaq zamanı dindirilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2017-ci ilin mart ayından etibarən “xxxx” MMC-nin direktoru vəzifəsində işləyir, Təqsirləndirilən şəxs poliklinikada işləyən həkim - stamotoloq kimi tanımışdır. 03 avqust 2019-cu il tarixdə, saat 14 radələrində əməliyyatdan çıxıb öz xidməti otağına gəldikdə qeydiyyat şöbəsində işləyən Şahid12 yanına gəlib ağlayaraq stamotoloq işləyən Pərviz tərəfindən təhqir edildiyini bildirmiş, İranədən hadisənin səbəbi barədə soruşduqda sonuncu, pul xırdalamaq üçün bir nəfər şəxsin ona yaxınlaşdığını və onda xırda pul olmadığına görə həmin şəxsə köməklik edə bilmədiyini, bu səbəbdən Pərvizin onu nalayiq söyüşlərlə təhqir etdiyini, hətta onu işə götürənin ünvanına nalayiq ifadələr işlətdiyini bildirmiş, o öz növbəsində sahə müvəkkilinə zəng edərək hadisə barədə məlumat vermiş, sahə müvəkkili işləyən Elvin adlı şəxs qısa müddət ərzində klinikaya gələrək İranə adlı xanımdan ərizə və izahat alaraq çıxıb getmiş, 05.08.2019-cu il tarixdə, saat 14-15 radələrində, İranə onun xidməti otağına gələrək həyat yoldaşının Pərviz ilə görüşdüyünü, görüş zamanı Pərvizin İranənin ünvanına deyil, məhz onun ünvanına söyüş söydüyünü deməsi barədə məlumat vermiş, Pərviz gəldikdə onun yanına gəlməsini işçilərinə bildirmiş, təxminən 1 saatdan sonra Pərviz, onun xidməti otağına gəlmiş, həmin vaxt o, xidməti otaqda tək olmuşdur. Pərvizlə söhbət zamanı sonuncudan 03.08.2019-cu il tarixdə hansı səbəbdən Şahid12 təhqir etməsini soruşmuş, Pərviz, cavab olaraq Şahid12m təhqir etmədiyini bildirdikdə o, əvvəlcədən baxdığı kamera görüntülərinə əsasən hadisə baş verən zaman orada olan şəxsləri yəni, Əliabbas və Həsəni xidməti otağına dəvət etmiş, Əliabbas və Həsən onun xidməti otağına gələrək Pərvizin qeydiyyatçı işləyən Şahid12 ünvanına nalayiq sözlər dediyini təsdiqləmişlər. O, stomotoloq işləyən Pərvizdən nə üçün Şahid12m işə götürən şəxsi, yəni onu təhqir etdiyini soruşduqda Pərviz cavab olaraq onun ünvanına nalayiq ifadələr işlətdiyini təsdiq etmiş, o, bundan sonra Pərvizlə bir yerdə işləyə bilməyəcəyini, sonuncuya xəbərdarlıq etmiş, Pərviz isə onun ünvanına nalayiq sözlər işlədərək xidməti otağından çıxıb getmişdir. 05.08.2019-cu il tarixdə, saat 17 radələrində klinikanın 17 saylı otağından çıxıb Öz xidməti otağına keçdikdə mühasib işləyən Leyla xanımın əyləşdiyi otaqla onun xidməti otağının arasında Pərvizin dayandığını görmüş, xidməti otağına keçmək istəyərkən Pərviz onun ünvanına nalayiq sözlər işlədərək belindən çıxardığı bıçaqla ilk olaraq ürək nahiyyəsinə bir zərbə endirmiş, o isə Pərvizə müqavimət göstərməyə çalışdıqda Pərvizin ona daha çox bıçaq zərbələri endirməyə başlamış, səs-küyə ətrafda olan şəxslər də gəldiyindən hadisə sakitləşmiş və o, ətrafda olan həkim yoldaşları tərəfindən öz xidməti otağına aparılmışdir. O, hadisədən bir qədər öncə Pərvizin etdiyi söyüşlərə görə onunla birlikdə işləməyəcəklərini deyib otaqdan qovduğu üçün Pərvizin onu öldürmək istədiyini bildirmiş, Pərvizin ailə üzvlərinin ünvanına biədəb söyüşlər söymədiyini, aldığı 9 xəsarətin hamısının yalnız Pərvizin tərəfindən ona yetirildiyini bildirmişdir. Zərərçəkmiş şəxs Şahin Baxşəliyev həmin ifadəsini üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı da təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Lakin məhkəmə istintaqında zərər çəkmiş şəxs kimi dindirilən Şahin Baxşəliyev hadisənin yaranma mexanizmi ilə bağlı ibtidai istintaq dövründə vermiş olduğu ifadədən fərqli ifadə verərək 5 avqust 2019-cu il tarixdə, Şahid12 qarşı Təqsirləndirilən şəxs etmiş olduğu hərəkətin səbəbini öyrənmək məqsədilə Təqsirləndirilən şəxs öz otağına çağırandan sonra, Şahid4 və Şahid10 də öz xidməti otağına çağıraraq onlardan bu barədə soruşduqda, onların hər ikisi Təqsirləndirilən şəxs qeydiyyatçı işləyən Şahid12 ünvanına nalayiq sözlər dediyini təsdiqləmiş, o, stomatoloq işləyən Pərvizdən nə üçün Şahid12m və onu işə götürən şəxsi, yəni onun özünü təhqir etdiyini soruşduqda Pərviz cavab olaraq ona “həkim həmişə sən bizi söyürsən, bir dəfə də biz söymüşük” demiş, Pərvizin bu sözləri ona pis təsir etdiyindən, əsəbi şəkildə Pərvizə qarşı söyüş söymüş və bundan sonra daha onunla bir yerdə işləyə bilməyəcəyini deyib otağından qovduğunu bildirmişdir. Göründüyü kimi, zərərçəkmiş şəxs Şahin Baxşəliyevin ibtidai zamanı verdiyi ifadələrindən, o cümlədən üzləşmə zamanı həmin ifadələri təsdiq etməsinə baxmayaraq, məhkəmə istintaqı zamanı fərqli və ziddiyyətli ifadələr verməsi məhkəmə tərəfindən araşdırılmamış və buna qiymət verilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində 03 avqust 2019-cu il tarixdə, saat 15 radələrində “xxxx” adlı diş klinikasında Nüsrət Qədirov adlı baş texnikin yanında işlədiyi zaman klinikanın dəhlizindən qışqırıq, dava-dalaş səsləri eşitmiş, nə baş verdiyini öyrənmək üçün dərhal klinikanın dəhlizinə çıxıb dəhlizdə İranə adlı tibb qeydiyyatçısı ilə Təqsirləndirilən şəxs dalaşdığım, mübahisə zəminində Pərvizin İranəyə və onu işə yola salanın ünvanına nalayiq ifadələrlə söyüşlər yağdırdığını eşitmiş, mübahisənin qarşısını almaq üçün dərhal Pərvizi güclə Öz iş otağına aparmış, 5 avqust 2019-cu il tarixdə günorta radələrində klinikanın baş həkimi Zərərçəkmiş şəxs, onu və Əliabbası iş otağına çağırmış, Zərərçəkmiş şəxs iş otağına daxil olduqda Təqsirləndirilən şəxs otaqda stulda əyləşdiyini görmüş, baş həkim Zərərçəkmiş şəxs ondan Pərvizin 3 avqust 2019-cu il tarixdə İranə adlı tibb qeydiyyatçısı ilə dalaşan zaman sonuncunun ünvanına söyüşlər söyüb-söymədiyini soruşmuş, bu zaman Pərviz, ona danışmağa macal verməyərək dərhal Zərərçəkmiş şəxs niyə belə hərəkət etdiyini, arada münaqişə yaratmaq istədiyini soruşaraq sonuncuya acıqlanmış, o isə Zərərçəkmiş şəxs sualına cavab verməyərək bu barədə heç bir söz deməmiş, daha sonra Zərərçəkmiş şəxs acıqlı halda Təqsirləndirilən şəxs kollektivə uyğun hərəkət etmədiyini bildirərək onunla işləməyəcəyini demiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs hələ görüşəcəklərini bildirərək otaqdan çıxıb getmiş, Zərərçəkmiş şəxs otağında olan zaman sonuncu, nə Təqsirləndirilən şəxs özünə, nə də ailəsinə qarşı nalayiq ifadələr işlətmədiyini bildirmişdir. İbtidai istintaq zamanı Şahid10 və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı o, öz ifadəsində dediklərini bir daha Təqsirləndirilən şəxs üzünə bildirərək təsdiq etmişdir. Həmçinin, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 da Şahid10 ilə eyni məzmunlu ifadə verərək, ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxsla üzləşmə zamanı da bir daha təsdiq etmişdir. Lakin məhkəmədə şahid kimi dindirilən Şahid10 və Şahid4 ibtidai istintaq zamanı vermiş olduqları ifadələrindən fərqli məzmunda ifadələr verərək 5 avqust 2019-cu il tarixdə, Zərərçəkmiş şəxs otağında olan zaman sonuncunun Şahid12 qarşı Təqsirləndirilən şəxs etmiş olduğu hərəkətin səbəbini öyrənmək məqsədilə onları öz xidməti otağına çağıraraq bu barədə soruşduqda, onların hər ikisinin Təqsirləndirilən şəxs qeydiyyatçı işləyən Şahid12 ünvanına nalayiq sözlər dediyini təsdiqləmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nə üçün Şahid12m və onu işə götürən şəxsi, yəni onun Özünü təhqir etdiyini soruşduqda Pərviz cavab olaraq ona “həkim həmişə sən bizi söyürsən, bir dəfə də biz söymüşük” demiş, Pərvizin bu sözlərindən sonra Zərərçəkmiş şəxs əsəbi şəkildə Pərvizə qarşı söyüş söymüş və bundan sonra daha onunla bir yerdə işləyə bilməyəcəyini deyib otağından qovduğunu bildirmişlər. Göründüyü kimi, məhkəmə hökmdə zərər çəkmiş şəxs və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrinə tənqidi yanaşmayaraq, əsassız olaraq məhkəmə istintaqında verdikləri ziddiyyətli və bir-birini inkar edən ifadələrinə istinad etməklə Təqsirləndirilən şəxs əməlini CM-nin 29,120.2.2-ci maddəsindən həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif etmiş, onların ibtidai istintaq və məhkəmə baxışı dövründə ifadələrində olan ziddiyyətləri araşdırmamış, nəticədə də işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 3 saylı qərarının tələblərinə əhəmiyyət verilməmiş, təqsirləndirilən şəxsin ifadələrinə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verilməmiş, ifadələrinə tənqidi yanaşılmalı olduğu halda buna ümumiyyətlə diqqət yetirilməmişdir. Bunlardan başqa, ibtidai istintaq və məhkəmə istintaqı dövründə şahid qismində dindirilmiş Şahid12 ifadələrində göstərmişdir ki, 2019-cu İlin iyul ayından etibarən Sumqayıt şəhəri ərazisində yerləşən “xxxx” adlı diş klinikasında tibb qeydiyyatçısı vəzifəsi üzrə fəaliyyət göstərmiş, Təqsirləndirilən şəxs işlədiyi dövr ərzində klinikada 1-2 dəfə görmüş, lakin həkim - stamotoloq işlədiyindən xəbərsiz olmuşdur. 03 avqust 2019-cu il tarixdə “xxxx” adlı diş klinikasının girişində, qeydiyyat şöbəsində olduğu zaman tanımadığı, əvvəllər görmədiyi orta yaşlı qadınla kişi ona yaxınlaşıb pul xırdalamaq istədiklərini bildirmiş, o, kassada xırda pulun olmadığına görə pulu xırdalaya bilməyəcəyini deyib üzrxahlıq etmiş, bu zaman pulunun xırdalanmağını istəyən tanımadığı şəxs ona qarşı nalayiq ifadələr işlədərək “erməni qırılmışları, siz insan deyilsiz” demiş, o isə həmin şəxslərə iradını bildirmiş və işi ilə məşğul olmağa davam etmiş, təxminən yarım saat sonra Təqsirləndirilən şəxs, ona yaxınlaşaraq müştərisi ilə hansı səbəbdən münaqişə yaratdığını, niyə müştərisinin pulunu xırdalamadığını soruşmuş, o, Pərvizə kassada pulun olmadığını, bu səbəbdən pulu xırdalamadığını bildirmiş, Pərviz isə cavabında ona qarşı nalayiq ifadələr işlədərək ilk öncə onun özünü, sonra ailəsini, daha sonra isə nəslini söyərək onu işə götürən barəsində də nalayiq ifadələr işlədərək onun üzərinə hücum etmək istədikdə həmin vaxt orada olan Əlabbas, Həsən və adını xatırlamadığı digər işçilər onu tutmuş, daha sonra o, əri Elvin Məmmədovun istifadəsində olan 077 *** ** ** saylı mobil telefon nömrəsinə zəng edərək hadisə barədə məlumat vermiş, Zərərçəkmiş şəxs onu, öz xidməti otağına çağırıb söhbət etmiş, baş vermiş hadisəni aydınlaşdıracağım, hüquqmühafizə orqanlarına məlumat verəcəyini ona bildirmiş, 5 avqust 2019-cu il tarixdə, saat 18 radələrində klinikanın girişində qeydiyyat şöbəsində olduğu zaman Zərərçəkmiş şəxs otağından möhkəm səs-küy eşitmiş və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs baş həkim Zərərçəkmiş şəxs otağında bıçaqla vurmuşdur. Baş həkim Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla mübahisə edərkən onun Özü ilə yanaşı onu işə qəbul edən şəxsi yəni, Zərərçəkmiş şəxs də söyərək barəsində nalayiq ifadələr işlətdiyini bildirmiş, Zərərçəkmiş şəxs isə öz növbəsində hüquq-mühafizə orqanlarına bu barədə məlumat vermişdir. Göründüyü kimi, həm zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, həm də şahidlər Şahid10 və Şahid4 ibtidai istintaq zamanı verdikləri ifadələrində, Şahid12 isə həm məhkəmə, həm də ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs Şahid12 ünvanına nalayiq ifadələr işlədərək onu və İranəni işə götürən şəxsi söymələrini bildirmişlər ki, məhz bundan sonra baş həkim X16 İbrahimovu iş yerində kobud davranışına görə işdən çıxartması səbəbindən, Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən X8 cəhd etmişdir. Məhkəmənin təqsirləndirilən şəxs Pərviz İbrahiovun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xuliqanhq niyəti olmadan öldürməyə cəhd etməsi qənaətinə gəlməsi anlaşılan deyil və məhkəmə istintaqında araşdırılmış hallarla uyğunsuzluq təşkil edir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə görə ittiham verilmişdir ona görə ki, o, “xxxx” adlı diş klinikasında həmin klinikanın tibb qeydiyyatçısı vəzifəsində işləyən Şahid12 aralarında yaranmış mübahisə zəminində nalayiq ifadələrlə təhqir etdiyinə görə sonuncu həmin klinikanın baş həkimi vəzifəsində işləyən Zərərçəkmiş şəxs bu barədə bildirib, habelə onun Zərərçəkmiş şəxs ünvanına da nalayiq ifadələr söylədiyini dediyindən sonuncunun bu məsələyə aydınlıq gətirmək üçün 05 avqust 2019-cu il tarixdə, saat 15 radələrində onu xidməti otağına dəvət edərək iradını bildirməsini öz şəxsiyyətinə qarşı təhqir kimi qəbul edib bunu bəhanə edərək, heç bir səbəb olmadan xuliqanlıq niyyəti (motivi) ilə öz şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoyaraq, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək, ictimai qayda və ictimai maraqları, habelə əxlaq normalarını pozmaqla etinasızlıq göstərərək Zərərçəkmiş şəxs öldürməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər Şahid12, Şahid10 və Şahid4 məhkəmə və ibtidai istintaq dövründə verdikləri ifadələrindən də göründüyü kimi, münaqişənin yaranma səbəbi Təqsirləndirilən şəxs qanunsuz və əxlaqsız hərəkətləri olmuş, o, səbəbsiz yerə heç bir əsas olmadan, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona qarşı haqlı iradını özünə qarşı təhqir kimi qəbul edib öz şəxsiyyətini cəmiyyətin və zərərçəkmiş şəxsin şəxsiyyətinin fövqündə qoyaraq, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək, ictimai qayda və ictimai maraqları, habelə əxlaq normalarını pozmaqla etinasızlıq göstərərək xuliqanlıq niyyəti ilə qəsdən onu öldürməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs 3 avqust 2019-cu il tarixdə “xxxx” adlı diş klinikasında tibb qeydiyyatçısı vəzifəsində işləyən Şahid12 ilə mübahisə edərək onu və İranəni işə götürən şəxsin ünvanına ədəbsiz sözlər işlədərək onu təhqir etmiş, bu hadisələrin davamı olaraq da 5 avqust 2019-cu il tarixdə mübahisənin təşəbbüskarı özü olmaqla, etmiş olduğu qanunsuz hərəkətlərə görə ona öz haqlı iradını bildirən klinikanın baş həkimi Zərərçəkmiş şəxs hərəkətlərini özünə qarşı təhqir kimi qəbul edərək heç bir əsaslı səbəb olmadan sonuncunu qəsdən xuliqanlıq niyyəti ilə öldürməyə cəhd etmişdir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər Şahid12, Şahid10 və Şahid4 məhkəmə və ibtidai istintaq dövründə verdikləri ifadələrində göstərdiyi dəlillərə tənqidi və iş materiallarında olan bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməklə yanaşmamış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanhq niyyəti ilə öldürməyə cəhd etməsinin hüquqi əsaslarının nə də ifadə olunduğunu göstərməmiş, təqsirləndirilən şəxsin əməllərinə hüquqi qiymət verərkən subyektiv mülahizələrə əsaslanmış və Təqsirləndirilən şəxs əməlini xuliqanlıq niyyəti olmadan, yəni mübahisə zəminində qəsdən adam öldürmə kimi tövsif edilməsində səhvə yol vermişdir. İş materiallarında Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayətini törətməsini təsdiq edən kifayət qədər sübutlar mövcud olmuş, lakin məhkəmə kollegiyası həmin sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, əsassız olaraq hökmdə işin faktiki hallarına uyğun olmayan nəticələrə gəlmişdir. İşə baxan məhkəmə Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti olmadan qəsdən adam öldürməyə cəhd cinayətini törədilməsini istisna etməklə tətbiq edilməli olan cinayət qanunu normasını tətbiq etməmiş, tətbiq edilməməli olan cinayət qanunu normasını tətbiq etmiş, cinayət qanunu normasını düzgün şərh etməməklə əməlin tövsifmdə səhvə yol vermişdir. Məhkəmənin Təqsirləndirilən şəxs əməlini düzgün tövsif etməməklə göstərdiyi səhv yanaşma bu istiqamətdə formalaşmış vahid məhkəmə təcrübəsinə, yəni «Qəsdən Adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarına da uyğun olmamışdır. Təqsirləndirilən şəxs və müdafiəçisi eyni məzmunlu vermiş olduqları apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin l(10l)-305/2020 saylı 7 avqust 2020-ci il tarixli hökmü ləğv edilməli Təqsirləndirilən şəxs barəsində CM-nin 29,120.1 maddəsi üzrə tövsif dəyişdirilməli, Təqsirləndirilən şəxs əməlində adam öldürməyə cəhd cinayətinin tərkibi olmadığından Təqsirləndirilən şəxs əməli CM-nin 126.,1 maddəsinə tövsif edilməli, onun əməlində yüngülləşdirici hallar olduğundan barəsində Azərbaycan Respublikası CM nin 62 və ya 70-ci maddəsi tətbiq edilərək maddənin dispozisiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməlidir. İbtidai istintaq zamanı qərəzli mövqe sərgiləməklə yanaşı işin bir sıra faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və nəticədə özünün qərəzli mövqeyindən çıxış etməklə müdafiə etdiyim şəxsə qarşı ağır ittiahm irəli sürmüşdür, İşi araşdıran 1-ci inistansiya məhkəməsi tərəfindən də işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan halların təsdiq və ya təkzib edilməsi üçün şəxslərin dindirilməməsi, sənədlərin, maddi və ya digər sübutların tələb edilməməsi və işin hərtərfli və tam araşdırlmaması nəticədə Təqsirləndirilən şəxs. Gülməmməd oğluna törətdiyi əmələ görə deyil daha ağır cəzanın verilməsinə gətirib çıxarmışdır. Cinayət etməyə cəhdə verilən tərif onun obyektiv və subyektiv əlamətlərinə əsaslanır. Cinayət etməyə cəhdin birbaşa qəsdlə mümkünlüyü məhkəmə təcrübəsindədə öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə Məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarı ilə verilən izahatda qeyd edilir ki, qəsdən adam öldürməyə cəhd ancaq birbaşa qəsdlə mümkündür. Cinayətə cəhd zamanı şəxs cinayəti başa çatdırmaq üçün zəruri saydığı və obyektiv olaraq cinayətin başa çatması üçün kifayət hesab edilən hərəkətləri (hərəkətsizliyi) edir, lakin onun iradəsindən asılı olmayan səbəblər üzündən cinayət başa çatmır. İbtidai istintaq və məhkəmə istintaqı zamanı verilmiş ifadə və izahatlardan da göndüyü kimi Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsi öldürmək niyyəti olmamışdır. İşin faktiki halarından da göründüyü kimi Təqsirləndirilən şəxs klinikada həkimstomotoloq vəzifəsində çalışmış və zərərçəkmiş şəxsi sadəcə olaraq həmin klinikanın baş həkimi kimi tanımışdır. Yəni əvvələr həmin şəxslə hər hansı bir münaqişə yaşamamışdır. Bu da onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsi həyatdan mərhum etmək kimi bir planı və fikri olmamışdır. Nəzərə alsa ki, təqsirləndirilən şəxs ali ixtisaslı həkimdir və qarşsındakı insanı həyatdan məhrum etmək kimi bir fikrə düşmüş olsa ona bədənin müxtəlif yerlərindən yox sadəcə bir zərbə ilə (məs: artirelial damarın kəsməklə, ürək nahiyədən vurmaqla) həmin əməli başa çaldıra bilərdi. Lakin bir daha qeyd etmək isdəyir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək niyəti olmamışdır ki, bu halda da hazırkı ittiham üzrə onun əməlinin tövsif edilməsi tam yalnış qənaət olmuşdur. Belə ki, ibtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə uzun müddət tanış olmaqla, eyni klinikada işlədikləri, aralarında heç bir ədavət olmadığı, hadisə baş verməzdən iki gün əvvəl Təqsirləndirilən şəxsla klinikanın digər əməkdaşı arasında mübahisə baş verdiyi, həmin mübahisənin aydınlaşdırılması üçün Zərərçəkmiş şəxs özünün Təqsirləndirilən şəxs xidməti otağına dəvət etməsindən sonra orada olan şahidlərin yanında Təqsirləndirilən şəxs arvadına, anasına pp varyoxunıın ünvanına ağır söyüşlər işlətməklə, məhz Zərərçəkmiş şəxs öz təşəbbüsü ilə Təqsirləndirilən şəxsla mübahisə yaratdığı və aralarında yaranmış mübahisə nəticəsində Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs vuraraq sonuncuya xəsarət yetirmiş olduğu, həmin hadisənin məhz zərərçəkmiş şəxsin özünün qanunazidd hərəkətləri nəticəsində baş verməsi öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanıda Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun zərərçəkmiş şəxsi öldürmək niyyəti olmamış məqsədi onu qorxutmaq olmuşdur ki, aralarında yaranan münaqişə zamanıda ilk zərbəni zərərçəkmiş şəxsin ayaq nahiyəsinə yetirmişdir. Bu hal isə şəxsin bilavasitə adam öldürməyə cəhd etmədiyi anlamına gəlir. İbtidai istintaq və məhkəmə istintaqı zamanı bir neçə şahid ifadələri olmuşdur ki, həmin ifadələr arasında da kifayət qədər ziddiyətli məqamlar vardır. Belə ki, şahid ifadələrinə nəzər yetirdikdə maraqlı senari ilə yazılmış məqamlarla rastlaşır ki, bunlardan biri ondadır ki, eyni məzmunlu ifadə verən şahidlərin bəziləri zərəçəkmişin şəxsin paltarında qanabənzər ləkələr olduğunu, digəri paltarın tamamı ilə qan içində olduğunu, biri kürəyindən bıçaq sallandığını və Təqsirləndirilən şəxs bıçağı çıxarıb təkrar vurmağa cəhd etdiyini, bəziləri isə Təqsirləndirilən şəxs onu vurmaq üçün bıçağı əlidə saxladığını bildirilər. İbtidai istintaqın yazdığı senaridə ən maraqlı məqam ordadır ki, klinikada çalışan və hazırkı cinayət işi üzrə ifadə vermiş şahidlər həkim və tibb işçiləri bir-birini tanımadığı halda məhz Təqsirləndirilən şəxs tanıdıqların bildirmişdirlər. Dindirilən şahidlər təqsirləndirilən şəxsə, zərərçəkmiş şəxsin əvvəllər ədavətinin olmadığını qeyd etsədə, istintaq orqanın qurduğu senariyə əsasən Təqsirləndirilən şəxslə münaqişəsi zamanı və hətda münaqişə bitdikdən sonrada Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürməyə cəhd etdiyini bildirmişdirlər. Halbuki ölümə cəhd əməlinə hüquqi qiymət vermək üçün peşəkar hüququşünas olmaq lazımdır. Göründüyü kimi şahid ifadələrində yazılan bütün izahatlar istintaq orqanının qərəzli və əvvəlcədən hazırlanmış senarisinə uyğun olmuşdur. Şahid işin nəticəsində maraqlı olmayan şəxs olmalıdır. Şahidin işin nəticəsində marağı olmasa da, onun başqa marağı tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri-xidməti asılılıq, qohumluq, dostluq və.s ola bilər. Belə maraq şəxsi şahid kimi cəlb etmək üçün maneə olmasada, ibtidai İstintaq və məhkəmə tərəfindən şahidin işdə iştirak edən şəxslərlə habelə proses iştirakçiları ilə münasibətləri aydınlaşdırılmalı, onların ifadələri ciddi yoxlanılmalı və hərtərəfli qiymətləndirilməli idi. Şahidin şəxsi mülahizəsi və fikri deyil, işin halları barəsində verdiyi məlumat sübut əhəmiyyətinə malik olmalıdır. Hazırki iş üzrə şahid qismində dindirilmiş olan şəxslər, zərərçəkmişlə yaxın tanışlıq, habelə xidməti asılılıq münasibətində olmuşdur ki, bu da işin nəticəsində onların tərəfsiz olmaması qənaətinə gəlməyə əsas verir. Şahidlərin verdikləri ifadələr arasında kəskin ziddiyyət olmaqla fərq vardır. Belə olan halda iş üzrə şahid qimində dindirilmiş şahidlərin ifadələri mötəbər sübut kimi qəbııl edilə bilməz və istintaq zamanı bütün halların təqsirləndirilən şəxsin əleyhinə ağır şəkildə istifadə olunmasıda istifadə edilə bilməzdi. Əlavə olaraq iş materiallarına nəzər yetirdikdə məhkəmə tibbi-ekspertizasının 15.10.2019-cu il tarixli , 1496 sax lı rəyi mövcuddur ki, həmin rəylə ''Baku Medikal” Klinikasının 09.08.2019-cu il tarixli kompüter tomoqrafiya nəticələrini əks etdirən arayış ciddi ziddiyət təşkil edir. Belə ki, Məhkəmə tibbi-ekspertizasının 15.10.2019-cu il tarixli, 1496 sax lı rəyində qeyd edilir ki, "X5 bədəni üzərində qarının ön divarının daxilə keçərək mədəni, mədəaltı vəzi, böyük piyliyi, diaqfarmanı və mədəni zəzdələyən böyük piyliyin çıxarılması ilə nəticələnən yarası, sol bel nahiyəsinin daxilə keçərək böyrəyi zədələyən və böyrəyin çıxarılması ilə nəticələnən, enən çənbər bağırsağı zədələyən deşilmiş kəsilmiş yarası, sol kürəkaltı nahiyənin döş boşluğuna keçərək sol ağciyəri zədələyən yarası, qarnın ön səthinin qarın boşluğuna keçməyən yarası, sol kürəkaltı nahiyənin döş boşluğuna keçməyən yarası, sol budun bir ədəd deşilmiş-kəsilmiş yarası, sağ budun l ədəd deşilmiş-kəsilmiş yarası sol əlin 1 barmağının kəsmiş yarası aşkar edilmişdir”. Zərəçəkmiş şəxsin böyrəyinin çıxarılması və böyük piyliyin çıxarılması əməliyyatı deyilənlərə görə "X25" xəstəxan asında həyata keçirilmişdir ki, istintaq orqanı və 1-ci inistansiya məhkəməsi bıı halı araşdırmadan həmin xəsarətində Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi qənaətinə gəlmişdir. Lakin “Baku Medical” Klinikasının 09.08.2019-cu il tarixli Kompüter tоmoqrafıya arayışında isə sol böyrəyin funksiyalarının keçirilmiş əməliyatla bağlı izlənilməməsi qeyd edilir. Mədəaltı vəzin ölçüləri normal, kənarları dəqiq, parenximasının struktur ası homogendir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin İ avqust 2014-cü il tarixli 269 saylı qərarı ilə xasarət dərəcələri müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İ avqust 2014-cü il tarixli 269 saylı qərarı ilə xasarət dərəcələri müəyyən edilmişdir. Həmin qərarın 1.2.13 bəndinin son cümləsində vurğulanaraq qeyd edilir ki, “Əgər hemopnevmotraks əlamətləri yoxdursa, dərialtı emfizema məhdud xarakterlidirsə və yara plevra boşluğuna keçməmişdirsə belə hallarda döş qəfəsinin yaralanmasında aşkar olunmuş dərialtı enfizema daxilə keçən xəsarət əlaməti kimi qiymətləndirilməməlidir. Hesab edir ki, məhz qarının ön divarının daxilə keçərək mədəni, mədəaltı vəzi, böyük pix liyi, diaqfarmanı və mədəni zəzdələyən böyük piyliyin çıxarılması ilə nəticələnən xəsarətlərələ bağlı rəyi vermiş ekspert xəstəni bilavasitə müayinə etməmiş və sadəcə istintaq orqanın qurduğu senari əsasında rəy vermişdir. Hkspcrt rəyində mədəaltı vəzin zədələndiyi qeyd edilsədə "Baku Medical" Klinikasının 09.08.2019-cıı il tarixli kompüter tomoqrafiya arayışında "Mədəaltı vəzin ölçüləri normal, kənarları dəqiq,parenximasının strukturası homogendir” kimi qeyd edilir. Bundan əlavə şahid qismində dindirilmiş və zərərçəkmiş şəxsi bilavasitə əməliyyat etmiş həkim Şahid2 verdiyi izahatla iş materiallarında olan ekspert rəyləri arasında kifayət qədər ziddiyətli məqamlar mövcuddur. İş üzrə şahid kimi dindirilmiş cərrah-həkim X14 qeyd elmişdir ki, zərərçəkmiş şəxs Şahin Baxşəliyevi əməliyyat edib sol ağ ciyərinin dilçiк seqmentinin kəsilmiş deşilmiş yarasını, diaqfarmanın kəsilmiş deşilmiş yarasını tikib qarın boşluğunun sanasiya və drenaj edilməsini həyata keçirmişdir. Bundan başqa hər hansı bir əməliyyat etməmişdir. Göründüyü kimi ilkin tibbi yardım göstərən həkim də zərərçəkmiş şəxsin böyrəyinin xəsarət alması ilə bağlı hər hansı yara və zədə müşahidə etməmişdir. Bütün bu hallar məhkəmə istintaqı zamanı da araşdırılmamış cərrah- həkim Şahid2 şahid qismində dindirilsədə ekspert rəyini vermiş ekspert ibtidai istintaq və məhkəmə istintaqı zamanı dindirilməmiş və üzləşdirmə aparılmamışdır. X25” və “Şəfqət” Klinikasına sorğu verilərək X2 aid "X25” və “Şəfqət” Klinikasında olan xəstəlik vərəqəsinin surəti, xəstənin epiqrezi və ya xəstəxandan sonuncun əməliyyat və xəstəliyi ilə bağlı yazılı məlumat verilməsi xahiş edilsədə sorğu bu günədək cavablandırılmamışdır. İstintaq zamanı zərərçəkmiş şəxsin böyrəyinin çıxarılması və böyük piylıyin çıxarılması əməliyyatının hansı səbəbdən aparılması ilə bağlı heç bir araşdırma aparmamışdır. Bu da məhz P.G.lbrahimovıın ağır şəkildə cəzalandırılmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsinin hökmündə həmin hökmünün ləğv edilməsi üçün CPM-nin tələbləri daxilində əsaslar mövcuddur. CİNAYƏT PROSESİ İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı X15 apelyasiya şikayətlərinin təmin edilməməsini, apelyasiya protestinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)305/2020 saylı, 07 avqust 2020-ci il tarixli hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsi ilə təqsirli bilinməklə ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə məhkum edilməsinə dair yeni hökm qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs apelyasiya protestinin təmin edilməməsini, apelyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə apelyasiya protestinin təmin edilməməsini, apelyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 apelyasiya protestinin təmin edilməməsini, apelyasiya şikayətlərinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)305/2020 saylı, 07 avqust 2020-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilməsi və barəsində yüngülləşdirici hallar nəzərə alınmaqla ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsi qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs son sözündə ədalətli qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə təqsirləndirilən şəxsin əməlinin CM-nin 126.1-ci maddəsi ilə sübut olunması, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əməlində cəzanı ağırlaşdıran halların olmamasını, əməli əsas etibarı ilə qismən etiraf edib peşman olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, yaşayş yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsinəd iki azyaşlı uşağının olmasını, könüllü olaraq təqsirini boynuna almasını, zərərçəkmiş şəxslə barışıq əldə edərək zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən dövlət ittihamçısı apelyasiya protesti və təqsirləndirilən şəxsin müdafiəçisi apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və cinayət prosesi iştirakçılarının işin halları və apelyasiya şikayətinin dəlilləri ilə bağlı fikirlərini dinləyərək müəyyən edir ki, hazırkı cinayət işi ilə bağlı təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı faktlar, həmin faktları sübut edən dəlillər və həmin dəlillərin birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymətləndirilməsi mübahisələndirilir. Dövlət ittihamçısı apelyasiya protestində təqsirləndirilən şəxsin əməlinin CM-nin 29, 120.2.2-ci maddəsindən 29, 120.1-ci maddəsinə tövsüf olunmasını qanunsuz və əsassız hesab edərək hökmün ləğv edilərək təqsirləndirilən şəxsə CM-nin 29, 120.2.2-ci maddəsinin sankisyası həddində cəza verilməsini xahiş etmiş, təqsirləndirilən şəxs və müdafiəçisi apelyasiya şikayətində isə hökmünün ləğv edilərək əməlin CM-nin 29, 120.1-ci maddəsindən 126.1-ci maddəyə tövsüf olunaraq həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya pretoestinin və şikayətlərinin dəlilləri üzrə qismən məhkəmə istintaqı aparılmaqla cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni tədqiq edərək, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə cinayət və cinayət-prosessual qanunvericilik normalarına riayyət edilməklə qəbul edildiyindən, apelyasiya protesti və şikayətləri əsassız hesab edilməklə formal mülahizə kimi dəyərləndirilməli, gəlinən nəticənin ləğvi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Apelyasiya şikayətlərindən fərqli olaraq apelyasiya protestində təqsirləndirilən şəxs barəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv edilərək, onun əməlinin daha ağır maddə ilə tövsif edilməklə həmin maddənin sanksiyası həddində cəza verilməsi xahiş edildiyindən məhkəmə kollegiyası ilk öncə apelyasiya protestinin dəlilləri üzrə dəyərləndirilmə aparılmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 2007-ci ildən hadisə baş verdiyi, yəni 05 avqust 2019-cu il tarixdək ünvan 4 ünvanda yerləşən keçmiş adı 1 saylı Stomatoloji poliklinika olan “xxxx” adlı klinikada stomatoloq vəzifəsində işləmiş, zərərçəkmiş şəxsi həmin klinikanın baş həkimi olaraq tanımışdır. Şahin Baxşəliyevlə əvvəllər münasibəti çox yaxşı olmuş, lakin hadisədən əvvəlki son bir ildə münasibətləri pisləşmiş, dəfələrlə dolayı formada o heç bir əsaslı səbəb olmadan ünvanına nalayiq sözlər işlətmişdir. 05 avqust 2019-cu il tarixdə saat 15 radələrində işə gəlib klinikanın giriş qapısından içəri daxil olub qeydiyyat şöbəsinin qarşısından keçən vaxt klinikanın işçisi Şahid5 yaxınlaşaraq baş həkim Zərərçəkmiş şəxs öz yanına çağırdığını bildirmişdir. İş otağına daxil olub geyimini dəyişdikdən sonra baş həkim Zərərçəkmiş şəxs iş otağına getmiş, özünün iş otağında Zərərçəkmiş şəxs 03 avqust 2019-cu il tarixdə klinikanın qeydiyyat şöbəsində işləyən İranə adlı tibb qeydiyyatçısı ilə arasında nə baş verdiyini soruşmuş, cavab olaraq baş vermiş hadisəni baş həkimə danışıb bütün günahın İranə xanımda olduğunu bildirmiş, bu vaxt Zərərçəkmiş şəxs hadisə baş verən zaman orada olmuş diş texnikləri Əlabbas və Həsəni də öz iş otağına çağırmışdır. Bundan sonra isə Zərərçəkmiş şəxs ondan İranənin və onun özünün ünvanına söyüş-söyüb söymədiyini soruşmuşdur. O isə onun ünvanına və İranənin ünvanına söyüş söymədiyini, İranə özü söyüş söydüyünə görə onun ünvanına küçük sözü işlətdiyini demiş, həmin vaxt o, aralarında baş vermiş mübahisə zamanı İranəni işə götürən şəxsin ünvanına pis söz işlətdiyini İranənin baş həkimə məhz həmin pis sözü sonuncunun ünvanına dediyini çatdırdığını başa düşmüş və buna görə də baş həkim Zərərçəkmiş şəxs həmin sözü məhz onun ünvanına işlətmədiyini, sadəcə olaraq İranənin öz işinə yaramadığını, müalicəyə gəlmiş xəstələrlə kobud davrandığına görə elə-belə söz kimi işlətdiyini demişdir. Bu zaman Zərərçəkmiş şəxs əsəbləşərək başında olan tibbi baş geyimini çıxardıb masanın üzərinə çırpmış, daha sonra isə Zərərçəkmiş şəxs onun iki gün əvvəl özünü İranənin əri kimi təqdim etmiş “Emin” adlı şəxslə olmuş görüşü zamanı özünün xəbəri olmadan avtomobildə həmin şəxslə olmuş söhbətinin, yəni orada İranəyə pis söz demiş şəxsin ünvanına həmin şəxsin nalayiq söyüşlər söydüyü, onun isə konfliktə girməyərək heç bir cavab vermədiyi əks olunduğu videogörüntüləri nümayiş etdirərək kənar şəxslərin yanında şəxsiyyətini alçatmışdır. Bundan sonra Zərərçəkmiş şəxs özündən çıxaraq onu təhqir etmiş və həyat yoldaşının və anasının ünvanına nalayiq söyüşlər işlədərək söyüşlə otağı tərk etməyini, onunla işləmək istəmədiyini və artıq onun işdən qovulduğunu bildirərək uca səslə otaqdan qovmuşdur. İş yoldaşlarının yanında biabır olaraq Zərərçəkmiş şəxs iş otağından çıxıb getmiş və özünü sakitləşdirmək üçün bir qədər avtomobili ilə Sumqayıt şəhəri ərazisində gəzərək Zərərçəkmiş şəxs iş kollektivi içində işlətdiyi nalayiq ifadələri fikirləşib özünü sakitləşdirə bilməmişdir. Bu səbəbdən onu cəzalandırmaq məqsədilə təxminən iki-üç il əvvəl Şamaxı rayonunda univermaqdan suvenir kimi aldığı qara rəngli bıçağı özümə məxsus “KİA” markalı avtomobildən götürüb belinə taxmışam, sonra isə işlədiyi klinikasına yola düşmüş, həmin gün saat 17:30 radələrində klinikasının həyətinə daxil olmuşdur. Birbaşa Zərərçəkmiş şəxs qəbul otağından keçərək iş otağına daxil olmuş, həmin vaxt Zərərçəkmiş şəxs qəbul otağında Leyla adlı işçi olmuş, Zərərçəkmiş şəxs özü isə otağında giriş qapısına yaxın dayanmışdır. Otağa daxil olaraq Zərərçəkmiş şəxs nə üçün başqa şəxslərin yanında onun ünvanına nalayiq sözlər işlətdiyini, onu biabır edərək, əsassız yerə işdən qovduğunu soruşduqda, sonuncu qışqıraraq əcəb etdiyini bildirib, oradan rədd olub-çıxıb getməsini bildirmişdir. Zərərçəkmiş şəxs belə münasibətindən sonra o, özünü saxlaya bilməyib belindən bıçağı çıxarıb onu cəzalandırmaq məqsədi ilə Zərərçəkmiş şəxs ayaq nahiyəsinə bir bıçaq zərbəsi vuraraq bir qədər kənara çəkilmişdir. Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək üzərinə yeriyərək əlbəyaxa olduqda aralaşmaq üçün Şahinə bir neçə dəfə də bıçaq zərbələri endirib bıçağı tullamış, lakin Zərərçəkmiş şəxs aldığı bıçaq yaralarına baxmayaraq onun üzərinə hücum etməkdə davam etmiş, onlar əlbəyaxa vəziyyətdə dəhlizə kimi çıxmışlar. Dəhlizdə olarkən ətrafda olan şəxslər onları ayırmış və Tural adlı iş yoldaşı, onu tutub klinikadan çölə çıxarmışdır. Bundan sonra yaşadığı evə getmiş, ailə üzvlərinə törətdiyi hadisə barədə məlumat vermiş, sonra isə təslim olmaq üçün Sumqayıt şəhər Polis İdarəsinə gedərək baş vermiş hadisə barədə bildirmişdir. İttihamla razı deyil, çünki Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, sonuncu onu və ailə üzvülərini pis sözlərlə təhqir etdiyinə görə onu cəzalandırmaq üçün ona bir neçə dəfə bıçaqla xəsarət yetirmişdir. Onu da bildirəm istəyir ki, hadisədən sonrakı dövrdə baş vermiş hadisə ilə bağlı Zərərçəkmiş şəxs dəfələrlə üzürxaqlıq etmişdir. Buna görə də Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)305/2020 saylı, 07 avqust 2020-ci il tarixli hökmünü ləğv edərək, əməlimin 126.1-ci maddəsinə tövsif edilməsi və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini müdafiə edərək, göstərmişdir ki, “xxxx” klinikasının direktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxsla yaxşı münasibəti olmuşdur. Hadisə təqsirləndirilən şəxslə klinikanın qeydiyyat şöbəsində işləyən İranə adlı işçi arasında yaranmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs yanına çağırmış, qadına qarşı düzgün hərərkət etmədiyini irad tutumuşdur. Söhbət zamanı onunla fikir ayrılığı yaranmış, təqsirləndirilən şəxs sonra otağımdan çıxmış, bir müddətdən sonra ona zəng edərək otağına gəldiyini bildirmiş, o da otağına gəlib ondan üzr istəyəcəyini güman etmiş, lakin otağına gəldikdən sonra ona bıçaqla xəsarətlər yetirmişdir. Hazırda onu bağışlamışam və ona qarşı şikayətim yoxdur. Otağında Təqsirləndirilən şəxsla söhbət zamanı onunla işləmək istəmədiyini bildirmiş, lakin o müqavimət göstərərək onu işdən çıxarda bilməyəcəyini demiş, Təqsirləndirilən şəxs qarşı hər hansı alçaldıcı söz işlətmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 5 ünvanda yaşayır. O, 2004-cü ildən 2016-cı ilədək müddət ərzində ünvan 6oji Poliklinikasının baş həkimi vəzifəsində işləmiş, 2016-cı ildə həmin poliklinikanı özəlləşdirib “xxxx” MMC adı ilə fəaliyyət göstərməyə başlamışdır. 2017-ci ilin mart ayından etibarən həmin klinikanın direktoru vəzifəsində işləyir. O, təxminən on ildən artıq müddətdir ki, Təqsirləndirilən şəxs həmin poliklinikada işləyən həkim-stomatoloq kimi tanımışdır. Pərviz ilk öncə stomatoloji kilinikada həkim-stomatoloq vəzifəsində işləmiş, 2017ci ildə isə klinika özəlləşib MMC olduğundan Pərviz ilə illik xidməti müqavilə bağlamışdır. Pərviz həmin xidməti müqavilə əsasında klinikanın 4 nömrəli xidməti otağında fəaliyyət göstərmişdir. İşgüzar münasibətləri normal olsa da, son bir il ərzində bir neçə dəfə işə gecikməsi və klinikanın daxili qaydalarına riayət etməməsi ilə bağlı sonuncuya irad bildirmişdir. Hadisə ilə bağlı bildirir ki, 03 avqust 2019-cu il tarixdə, saat 14 radələrində əməliyyatdan çıxıb öz xidməti otağına gəldikdə qeydiyyat şöbəsində işləyən Şahid12 yanına gəlib ağlayaraq stomatoloq işləyən Pərviz tərəfindən təhqir edildiyini ona bildirmişdir. O, İranədən hadisənin səbəbi barədə soruşduqda sonuncu, pul xırdalamaq üçün bir nəfər şəxsin ona yaxınlaşdığını və onda xırda pul olmadığına görə həmin şəxsə köməklik edə bilmədiyini, bu səbəbdən Pərvizin ora gələrək təhqir etdiyini, hətta onu işə götürənin ünvanına nalayiq ifadələr işlətdiyini bildirmişdir. O öz növbəsində sahə müvəkkilinə zəng edərək hadisə barədə məlumat vermiş, sahə müvəkkili işləyən Elvin adlı polis əməkdaşı qısa müddət ərzində klinikaya gələrək İranə adlı xanımdan ərizə və izahat alaraq çıxıb getmişdir. Hadisə günü, yəni 05 avqust 2019-cu il tarixdə saat 14- 15 radələrində işlədiyi “xxxx” diş klinikasına gələrək xidməti iş otağına keçmişdir. Həmin ərəfədə İranə onun xidməti otağına gələrək həyat yoldaşının Pərviz ilə görüşdüyünü, görüş zamanı Pərvizin İranənin ünvanına deyil, məhz onun ünvanına söyüş söydüyünü deməsi barədə ona məlumat vermişdir. O, bu sözləri eşitdikdən sonra qeydiyyat şöbəsində işləyən xanımlara Pərvizə klinikaya daxil olduğu zaman onun xidməti otağına getməsi barədə məlumat verilməsini tələb etmişdir. Təxminən bir saatdan sonra Pərviz onun xidməti otağına gəlmiş və həmin vaxt o, xidməti otaqda tək olmuşdur. Pərvizlə söhbət zamanı sonuncudan 03 avqust 2019-cu il tarixdə hansı səbəbdən qeydiyyat şöbəsində işləyən Şahid12 adlı xanımı təhqir etməsini soruşmuşdur. Pərviz isə cavab olaraq Şahid12 təhqir etmədiyini bildirdikdə o, əvvəlcədən baxdığı kamera görüntülərinə əsasən hadisə baş verən zaman orada olan işçiləri, yəni Əliabbas və Həsəni də xidməti otağına dəvət etmişdir. Bir neçə dəqiqədən sonra Əliabbas və Həsən onun xidməti otağına gələrək Pərvizin qeydiyyatçı işləyən Şahid12 ünvanına nalayiq sözlər dediyini təsdiqləmişlər. O, stomatoloq işləyən Pərvizdən nə üçün Şahid12 və onu işə götürən şəxsi, yəni onun özünü təhqir etdiyini soruşduqda Pərviz cavab olaraq ona “həkim həmişə sən bizi söyürsən, bir dəfə də biz söymüşük” demişdir. Pərvizin bu sözləri ona pis təsir etmiş və əsəbi şəkildə Pərvizə qarşı söyüş söymüş və bundan sonra daha onunla bir yerdə işləyə bilməyəcəyini deyib otağından qovmuş, Pərviz də xidməti otağından çıxıb getmişdir. O, 05 avqust 2019-cu il tarixdə, saat 17 radələrində klinikanın 17 saylı otağından çıxıb öz xidməti otağına keçdikdə mühasib işləyən Leyla xanımın əyləşdiyi otaqla onun xidməti otağının arasında Pərvizin dayandığını görmüşdür. O, xidməti otağına keçmək istəyərkən Pərviz onun az öncə dediyi sözlərin səbəbini soruşmuş, o isə Pərvizə acıqlı cavab verərək çıxıb getməsini tələb etdikdə, Pərviz belindən çıxardığı bıçaqla ilk olaraq ürək nahiyəsinə bir zərbə endirmişdir. O, Pərvizə müqavimət göstərməyə çalışdıqda Pərviz ikinci zərbəni sol arxa döş qəfəsinə vurmuşdur. O, aldığı xəsarətlərə baxmayaraq əlləri ilə Pərvizə müqavimət göstərməyə davam etmiş və qarşlıqlı mübarizə şəraitində dəhlizdən onun qəbul otağına keçid qapısı açılmış və onlar dəhlizə çıxmışlar. Pərviz isə dəhlizdə olarkən hərəkətlərini yenə də davam etdirərək bıçaqla ona bədəninin müxtəlif nahiyələrindən yeni zərbələr endirmiş, o da Pərvizin ona qarşı əlavə bıçaq zərbələri endirməsinin qarşısını almağa çalışmışdır. Elə həmin vaxt ətrafda olan Fariz adlı şəxs hadisəyə müdaxilə edərək Pərvizin ona daha çox bıçaq zərbələri endirməsinin qarşısını almışdır. Daha sonra səsküyə ətrafda olan şəxslər də gəldiyindən hadisə sakitləşmiş və oradakı şəxslər Pərvizi oradan aparmış, onu isə həkim yoldaşları öz xidməti otağına aparmışlar. Bundan sonra isə çoxlu qan itirdiyini görüb orada olan şəxslərdən onu «Şəfqət» klinikasına aparmalarını xahiş etmişdir. Orada əməliyyat olunduqdan sonra «X25» klinikasına aparılmış və orada da əməliyyat olunmuşdur. Əvvəlki klinikada onu əməliyyat edib sol ağ ciyərin dilcik seqmentinin deşilmişkəsilmiş yarasını, diafraqmanın kəsilmiş-deşilmiş yarasını tikib qarın boşluğunun sanasiya və drenaj edilməsini həyata keçirilmiş, lakin onun bədəni üzərində başqa xəsarətlər də olduğu üçün “X25”-ya aparılmış və orada da əməliyyat olunaraq böyrəyini və böyük piyliyini çıxarmışlar. Məhkəmə-tibb ekspertizasının 23.09.2019-cu il tarixli, 1496 saylı rəyinə əsasən bədənində müəyyən edilmiş doqquz ədəd xəsarətin hamısı Təqsirləndirilən şəxs tərəfindən hadisə günü ona yetirilmişdir. Hadisəyədək səhhətində hər hansı bir problemi olmamış, üzərində aparılmış əməliyyatlar məhz aldığı xəsarətlərlə bağlı olmuşdur. Hadisə ilə bağlı bir daha bildirir ki, Pərviz ona ilk xəsarəti yetirdikdən sonra, o, Pərvizə müqavimət göstərmiş və qarşılıqlı şəkildə mübarizə apardıqları şəraitdə onlar hər ikisi otaqdan dəhlizə çıxmışlar. Dəhlizdə olarkən Təqsirləndirilən şəxs əlində olan bıçaqla onu vurmağa davam etmişdir. Təqsirləndirilən şəxsla hadisədən təxminən 1 il əvvəl “xxxx” adlı diş klinikasının daxilində siqaret çəkdiyi üçün irad bildirmiş, bu zaman Təqsirləndirilən şəxs ona heç bir cavab verməmiş, həmçinin hadisədən təxminən 7-8 ay öncə “xxxx” adlı diş klinikasının daxilində Təqsirləndirilən şəxs baxıl geyinmədiyi üçün üçün, sonuncuya “özün baxıl geyinə bilmirsənsə get evdən arvadını gətir, qoy o geyindirsin” sözlərini demişdir. Həmin vaxt ətrafda klinika işçilərinin olub-olmamasını xatırlamasa da, Təqsirləndirilən şəxs ona heç bir cavab qaytarmamışdır. Ümumiyyətlə Təqsirləndirilən şəxs klinikada işlədiyi müddətdə sonuncunun işçi heyəti ilə, eləcə də onun özü ilə hər hansı bir konflikti olmamış, Şahid12 ilə yaşanmış konfliktin səbəbləri barədə tam olaraq məlumatlı olmamışdır. Qeyd etdiyi Pərviz və Rənanın arasında baş vermiş hadisə barədə o, sahə müvəkkilinə zəng edərək bu barədə məlumat vermişdir. Sahə müvəkkili işləyən Elvin adlı polis əməkdaşı klinikaya gələrək İranə xanımdan ərizə və izahat alaraq çıxıb getmiş, lakin həmin araşdırmanın nəticəsi baprədə onun məlumatı yoxdur. Şahid12 qohumu ilə Təqsirləndirilən şəxs arasında baş tutmuş görüş və orada baş verənlər barədə heç bir məlumatı olmamış, bu barədə sonuncular ona heç bir məlumat verməmişlər. Xidməti otağında Təqsirləndirilən şəxsla mübahisə edərkən, sonuncuya heç bir video görüntü nümayiş etdirməmiş və bu barədə Pərvizin dediklərini təsdiq etmir. Şahid12 sonradan onun xidməti otağına gələrək Təqsirləndirilən şəxs onun ünvanına söyüş söydüyünü bildirməsindən sonra işçilərə Pərviz işə gəldikdə onun otağına gəlməsini demələrini tapşırmış və 05 avqust 2019-cu il tarixdə, saat 16 radələrində Pərviz onun yanına gəlmiş və orada aralarında mübahisə baş vermişdir. Həmin mübahisə zamanı o, Pərvizi söyüb təhqir etmiş və Pərviz də ona söyüşlə cavab verərək otaqdan çıxıb getmişdir. Hadisədən bir qədər öncə Pərvizin dediyi sözlərə görə xidməti otağında digər iki nəfərin yanında sonuncuya qarşı söyüşlə cavab verib, daha birlikdə işləməyəcəklərini deyib otaqdan qovduğu üçün Pərvizin onu öldürmək istədiyini düşünür. Xidməti otaqda olarkən Pərviz Şahid12 ilə mübahisə edərkən, onun ünvanına söyüş söymədiyini izah etməyə çalışsa da, həmin vaxt özü də baş verənlərdən kifayət qədər əsəbi olmuş, klinikada belə bir hadisələrin yaşanmasını həzm edə bilmədiyindən, ani olaraq özündən çıxaraq Pərvizə qarşı nalayiq ifadələr işlətmiş və onu otaqdan qovmuş və bir daha onunla işləməyəcəyini bildirmişdir. Hadisədən sonrakı dövrdə Təqsirləndirilən şəxs və sonuncunun yaxın qohumları baş vermiş hadisə ilə bağlı ona dəfələrlə üzrxahlıq etmişlər. Bildirir ki, hazırda Təqsirləndirilən şəxsla barışıblar. Baş vermiş hadisə ilə bağlı hal-hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və maddi tələbi yoxdur, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını və digər halları nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. İbtidai istintaq zamanı dindirilərkən Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsindən görünür ki, ailəsi ilə birlikdə ünvan 5 ünvanda yaşamışdır. O, 2004-cü ildən 2016-cı ilədək müddət ərzində ünvan 6oji Poliklinikasının baş həkimi vəzifəsində işləmiş, 2016-cı ildə həmin poliklinikanı özəlləşdirib “xxxx” MMC adı ilə fəaliyyət göstərməyə başlamışdır. 2017-ci ilin mart ayından etibarən həmin klinikanın direktoru vəzifəsində işləmişdir. O, təxminən 8-9 ildir ki, Təqsirləndirilən şəxs poliklinikada işləyən həkim - stamotoloq kimi tanımışdır. Pərviz, ilk öncə stomotoloji kilinikada həkim - stamotoloq vəzifəsində işləmiş, 2017-ci ildə isə klinika özəlləşib MMC olduğundan Pərviz ilə illik xidməti müqavilə bağlamışdır. Pərviz, həmin xidməti müqavilə əsasında klinikanın 4 nömrəli xidməti otağında fəaliyyət göstərmiş, işlədiyi müddət ərzində dəfələrlə işə gecikmiş, klinikanın daxili qaydalarına riayət etmədiyindən o, dəfələrlə sonuncuya bu barədə irad bildirmişdir. O, 05 avqust 2019-cu il tarixdə baş vermiş hadisə ilə bağlı göstərmişdir ki, 03 avqust 2019-cu il tarixdə, saat 14 radələrində əməliyyatdan çıxıb öz xidməti otağına gəldikdə qeydiyyat şöbəsində işləyən Şahid12 yanına gəlib ağlayaraq stamotoloq işləyən Pərviz tərəfindən təhqir edildiyini bildirmişdir. O İranədən hadisənin səbəbi barədə soruşduqda sonuncu, pul xırdalamaq üçün bir nəfər şəxsin ona yaxınlaşdığını və onda xırda pul olmadığına görə həmin şəxsə köməklik edə bilmədiyini, bu səbəbdən Pərvizin onu nəlayiq söyüşlərlə təhqir etdiyini, hətta onu işə götürənin ünvanına nəlayiq ifadələr işlətdiyini bildirmişdir. O öz növbəsində sahə müvəkkilinə zəng edərək hadisə barədə məlumat vermiş, sahə müvəkkili işləyən Elvin adlı şəxs qısa müddət ərzində klinikaya gələrək İranə adlı xanımdan ərizə və izahat alaraq çıxıb getmişdir. O, 05.08.2019-cu il tarixdə, saat 14-15 radələrində, işlədiyi “xxxx” adlı diş klinikasına gələrək üzərində nömrəsi olmayan, giriş qapısının sol tərəfində divarda adı və vəzifəsi əks olunan xidməti iş otağına gəlmişdir. Elə həmin ərəfədə İranə onun xidməti otağına gələrək həyat yoldaşının Pərviz ilə görüşdüyünü, görüş zamanı Pərvizin İranənin ünvanına deyil, məhz onun ünvanına söyüş söydüyünü deməsi barədə məlumat vermişdir. O, bu sözləri eşitdikdən sonra qeydiyyat şöbəsində işləyən xanımlara Pərvizə klinikaya daxil olduğu zaman onun xidməti otağına getməsi barədə məlumat verilməsini tələb etmişdir. Təxminən 1 saatdan sonra Pərviz, onun xidməti otağına gəlmiş, həmin vaxt o, xidməti otaqda tək olmuşdur. Pərvizlə söhbət zamanı sonuncudan 03.08.2019cu il tarixdə hansı səbəbdən qeydiyyat şöbəsində işləyən Şahid12 adlı xanımı təhqir etməsini soruşmuşdur. Pərviz, cavab olaraq Şahid12 təhqir etmədiyini bildirdikdə o, əvvəlcədən baxdığı kamera görüntülərinə əsasən hadisə baş verən zaman orada olan şəxsləri yəni, Əliabbas və Həsəni xidməti otağına dəvət etmişdir. Bir neçə dəqiqədən sonra Əliabbas və Həsən onun xidməti otağına gələrək Pərvizin qeydiyyatçı işləyən Şahid12 ünvanına nəlayiq sözlər dediyini təsdiqləmişlər. O, stomotoloq işləyən Pərvizdən nə üçün Şahid12 işə götürən şəxsi, yəni onu təhqir etdiyini soruşduqda Pərviz cavab olaraq onun ünvanına nəlayiq ifadələr işlətdiyini təsdiq etmişdir. O, bundan sonra Pərvizlə bir yerdə işləyə bilməyəcəyini, sonuncuya xəbərdarlıq etmişdir. Pərviz isə onun ünvanına nəlayiq sözlər işlədərək xidməti otağından çıxıb getmişdir. O, 05.08.2019-cu il tarixdə, saat 17 radələrində klinikanın 17 saylı otağından çıxıb öz xidməti otağına keçdikdə mühasib işləyən Leyla xanımın əyləşdiyi otaqla onun xidməti otağının arasında Pərvizin dayandığını görmüşdür. O, xidməti otağına keçmək istəyərkən Pərviz onun ünvanına nəlayiq sözlər işlədərək belindən çıxardığı bıçaqla ilk olaraq ürək nahiyəsinə bir zərbə endirmiş, o isə Pərvizə müqavimət göstərməyə çalışdıqda Pərviz ikinci zərbəni sol arxa döş qəfəsinə vurmuşdur. O, aldığı xəsarətlərə baxmayaraq əlləri ilə Pərvizə müqavimət göstərməyə davam etmişdir. Həmin vaxt dəhlizdən onun qəbul otağına keçid qapısı açılmış və onlar dəhlizə çıxmışlar. Pərviz isə dəhlizdə olarkən hərəkətlərini yenə də davam etdirərək bıçaqla ona bədəninin müxtəlif nahiyələrindən yeni zərbələr endirmişdir. O, Pərvizin ona qarşı əlavə bıçaq zərbələri endirməsinin qarşısını almağa çalışmışdır. Elə həmin vaxt ətrafda olan Fariz adlı şəxs, hadisəyə müdaxilə edərək Pərvizin ona daha çox bıçaq zərbələri endirməsinin qarşısını almışdır. Daha sonra səs-küyə ətrafda olan şəxslər də gəldiyindən hadisə sakitləşmiş və o, ətrafda olan həkim yoldaşları tərəfindən öz xidməti otağına aparılmışdir. Bundan sonra isə çoxlu qan itirdiyini görüb orada olan şəxslərdən onu Şəfqət klinikasına aparmalarını xahiş etmişdir. O, hadisədən bir qədər öncə Pərvizin etdiyi söyüşlərə görə sonuncuya daha birlikdə işləməyəcəklərini deyib otaqdan qovduğu üçün Pərvizin onu öldürmək istədiyini bildirmişdir. Bundan başqa o Pərvizin ailə üzvlərinin ünvanına biədəb söyüşlər söymədiyini, aldığı 9 xəsarətin hamısının yalnız Pərvizin tərəfindən ona yetirildiyini bildirmişdir. Apelyasiya icraatı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-təcrübi və Tədris Birliyinin Sumqayıt şəhər Şöbəsində məhkəmə-tibbi ekspert X10 ifadəsindən görünür ki, istintaq şöbəsinin müstəntiqi Elgün Hüseynovun qərarı əsasında 23.09.2019-cu il tarixdə Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspetizasını keçirmiş və ekspertiza zamanı müstəntiq tərəfindən “Şəfqət” klinikasının tərtib etdiyi ******* saylı xəstəlik tarixi tərtib olunmuşdur. Xəstəlik tarxindən görünür ki, zərərçəkmiş şəxs 04.10.2019-cu il tarxidə, 17:25 radələrində həmin klinikanın cərahiyyə şöbəsinə daxil olmuşdur. Zərərçəkmiş şəxs xəstəxnaya daxil olarkən onda səkkiz bıçaq yarası aşkar olunmuşdur və ona təcili cərahi müdaxilə edilmişdir. Zərərçəkmiş şəxs yetirilmiş səkkiz biçaq zərbəsinin dördü ağır xəsarətdir. Hadisə 05.08.2019-cu il tarixdə olmuşdur, lakin o, rəy vermək üçün ona 23.09.2019-cu il tarixdə baxmış keçirmişdir. Zərərçəkmiş şəxs ilkin olaraq xəstəxanaya daxil olmuş, xəstəxanada yatandan sonra onlara daxil olmuş və bu barədə xəstəlik kitabçası vardır. O, Zərərçəkmiş şəxs əməliyyatdan çox sonra baxış keçirmişdir. Zərərçəkmiş şəxs böyrəyi ilkin cərrahi əməliyyatda çıxarılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid12 ifadəsindən görünür ki, 2019-cu ilin iyul ayından etibarən Sumqayıt şəhəri ərazisində yerləşən “xxxx” adlı diş klinikasında tibb qeydiyyatçısı vəzifəsi üzrə fəaliyyət göstərir. Orada işlədiyi dövr ərzində həmin klinikada yalnız xəstəxananın baş həkimi Şahin Baxşəliyevi tanımışdir. Təqsirləndirilən şəxs işlədiyi dövr ərzində klinikada bir-iki dəfə görmüş, lakin onun həkim stomatoloq işlədiyindən xəbərsiz olmuşdur. 03 avqust 2019-cu il tarixdə “xxxx” adlı diş klinikasının girişində olan qeydiyyat şöbəsində olduğu zaman tanımadığı, əvvəllər görmədiyi orta yaşlı qadınla bir kişi ona yaxınlaşıb pul xırdalamaq lazım olduğunu bildirmişlər. O, həmin şəxslərə kassada xırda pulun olmadığını, bu səbəbdən pulu xırdalaya bilməyəcəyini deyib üzrxahlıq etmişdir. Bu zaman pulunun xırdalanmağını istəyən tanımadığı şəxs ona qarşı nalayiq ifadələr işlədərək “erməni qırılmışları. Siz insan deyilsiz” deyərək səs-küy salmışdır. Həmin şəxsin bu sözləri ona çox pis təsir etdiyindən, o da öz növbəsində həmin şəxslərin cavabını kobüd formada qaytarmış, ətrafda olanların vəziyyəti sakitləşdirmələrindən sonra isə öz işi ilə məşğul olmağa davam etmişdir. Bundan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs ona yaxınlaşaraq müştərisi ilə hansı səbəbdən münaqişə olduğunu, niyə müştərisinin pulunu xırdalamadığını soruşduqda o, Pərvizə kassada pulun olmadığını və bu səbəbdən pulu xırdalamadığını demişdir. Həmçinin həmin müştərinin onun özünə qarşı işlətdiyi ifadələri təkrarlayıb, yenidən əsəbləşərək erməni onun arvadıdı, qızıdır deyərək etirazını bildirmişdir. Bundan sonra heç gözləmədiyi halda Təqsirləndirilən şəxs ona küçük deyib onu təhqir edici ifadələr işlətmiş, onu işə götürən barəsində də “hansı fahişə səni işə götürüb” demişdir. Buna görə aralarında mübahisə yaranmış, lakin klinikanın işçilərindən orada olan Əlabbas, Həsən və adını xatırlamadığı digər işçilər onları sakitləşdirmişlər. Daha sonra o, əri Elvin Məmmədovun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək hadisə barədə məlumat vermişdir. Elvin, onu telefonda sakitləşdirərək baş həkim Zərərçəkmiş şəxslə danışacağını, söhbəti yoluna qoyacağını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs onu öz xidməti otağına çağırıb söhbət etmiş və baş vermiş hadisəni aydınlaşdıracağını, hüquqmühafizə orqanlarına məlumat verəcəyini ona bildirmişdir. O da Zərərçəkmiş şəxslə söhbətdən sonra sakitləşmişdir. Bundan iki gün sonra, yəni 05 avqust 2019-cu il tarixdə saat 18 radələrində o, klinikanın girişində qeydiyyat şöbəsində olduğu zaman Şahin Baxşalıyevin otağından möhkəm səs-küy eşitsə də, qeydiyyat şöbəsindən kənarlaşa bilmədiyi üçün otağa gedib nə baş verdiyini öyrənə bilməmişdir. Bundan bir neçə dəqiqə sonra isə Təqsirləndirilən şəxs əsəbi halda klinikadan çıxıb getdiyini, əynindəki köynəyin üzərində qanabənzər ləkələrin olduğunu görmüşdür. Gördüklərindən çox qorxmuş, klinikanın bufetinə doğru getdikdə Zərərçəkmiş şəxs üst-başının qan içində olduğunu, ətrafında camaatın toplaşdığını görmüşdür. Lakin, qandan qorxduğu üçün sonuncuya yaxınlaşmamışdır. O, Zərərçəkmiş şəxs Pərvizin mübahisə edərkən onun özü ilə yanaşı onu işə qəbul edən şəxsi yəni, Zərərçəkmiş şəxs də söyərək barəsində nalayiq ifadələr işlətdiyini Zərərçəkmiş şəxs bildirmişdir. O zaman Zərərçəkmiş şəxs öz növbəsində hüquq-mühafizə orqanlarına bu barədə məlumat vermişdir. Bir qədər sonra Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları “xxxx” adlı diş klinikasına gələrək onun ərizəsini və izahatını almışlar. Təqsirləndirilən şəxs onunla mübahisə zamanı, onu işə götürən şəxsi söyərkən dəqiq olaraq Şahin Baxşəliyevin adını çəkməmiş, eyni zamanda sonuncunu baş həkim və ya direktor adı ilə adlandırıb söyüş söyməmişdir. O zaman o, Pərvizin sözlərinin Zərərçəkmiş şəxs ünvanlandığını düşünərək bu barədə Zərərçəkmiş şəxs bildirmişdir. Təqsirləndirilən şəxs onu işə götürəni söyərkən direktor Zərərçəkmiş şəxs yox, klinikanın tibb qeydiyyatçısı işləyən Çinarə adlı xanımı nəzərdə tutması barədə heç bir şey deyə bilməz. Pərviz aralarındakı mübahisə vaxtı onun özünə küçük dedikdən sonra, hansı “fahişə səni işə götürüb” ifadəsini işlətmiş, o da Pərvizin həmin ifadəni məhz direktor Zərərçəkmiş şəxs ünvanına işlətdiyini düşünmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə aralarında daha əvvəl hər hansı bir münaqişənin və ya mübahisənin baş verməsinin şahidi olmamış, sonuncular normal işgüzar münasibətdə olmuşlar. Qeyd etdiyi kimi Zərərçəkmiş şəxs baş vermiş hadisə, yəni Pərvizin işlətdiyi ifadələr barədə o bildirmiş, bu zaman Zərərçəkmiş şəxs polisə məlumat verəcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşı onların iş yerinə gələrək ondan ərizə və izahat almışdır. Həmin polis əməkdaşının adını xatırlamır. Baş vermiş hadisə barədə həmçinin əri Elvin Məmmədova zəng edərək məlumat vermiş, sonuncu ona həkim Zərərçəkmiş şəxslə danışacağını, söhbəti yoluna qoyacağını bildirmişdir. Ərinin sonradan Təqsirləndirilən şəxsla görüşüb-görüşməməsi barədə məlumatsızdır. Sonuncu ona bu barədə heç bir məlumat verməmiş, düşünür ki, belə bir hadisə olsaydı əri ona bu barədə məlumat verərdi. Aralarında yaranmış mübahisə ilə bağlı onun Pərvizə qarşı heç bir şikayəti yoxdur. Qeyd etdiyi kimi, o Pərvizin klinikada həkim işlədiyini bilməmiş və ona müraciət etmiş şəxslərin Pərvizin xəstələri olması barədə məlumatı olmamışdr. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsindən görünür ki, üç ildən artıqdır ki, Sumqayıt şəhərində “xxxx” adlı diş klinikasında diş texniki işləyir. T əqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmin klinikada işləyən həkimlərdən biri kimi tanıyır və aralarında heç bir ədavət yoxdur. Zərərçəkmiş şəxs işlədiyi klinikanın baş həkimidir və onunla da münasibətləri yaxşıdır. Hadisə ilə bağlı bildirir ki, 03 avqust 2019-cu il tarixdə saat 15 radələrində iş yeri olan diş klinikasında Nüsrət Qədirov adlı baş texnikin yanında işlədiyi zaman klinikanın dəhlizindən qışqırıq səsləri eşitmiş və nə baş verdiyini öyrənmək üçün dərhal klinikanın dəhlizinə çıxmışdır. Bu zaman dəhlizdə İranə adlı tibb qeydiyyatçısı ilə Təqsirləndirilən şəxs sözlə mübahisə etdiklərini, Pərvizin mübahisə zəminində İranəyə və onu işə götürənin ünvanına nəsə nalayiq sözlər işlətdiyini və İranənin də Pərvizin ünvanına nalayiq ifadələr işlətdiyinin şahidi olmuşdur. Buna görə də o və iş yoldaşı Şahid10 onları sakitləşdirərək Pərvizi öz iş otaqlarına aparmışlar. Mübahisə sakitləşdikdən bir qədər sonra isə Pərviz klinikadan çıxıb getmişdir. Bundan iki gün sonra, yəni 05 avqust 2019-cu il tarixdə günorta radələrində klinikanın baş həkimi Zərərçəkmiş şəxs onu və iş yollaşı Həsəni öz iş otağına çağırmışdır. O, Zərərçəkmiş şəxs iş otağına daxil olduqda Təqsirləndirilən şəxs otaqda olduğunu və stulda əyləşdiyini görmüşdür. O, otaqda olarkən Zərərçəkmiş şəxs Pərvizdən 03 avqust 2019cu il tarixdə İranə adlı tibb qeydiyyatçısı ilə dalaşan zaman İranənin və onun özünün ünvanına söyüşlər söyüb-söymədiyini soruşmuşdur. Pərviz isə baş həkimə onu söymədiyini demiş və Zərərçəkmiş şəxs niyə belə hərəkət etdiyini, arada münaqişə yaratmaq istədiyini soruşaraq vəziyyəti sakitləşdirmək istəmişdir. Onun özü və iş yoldaşı Həsən Zərərçəkmiş şəxs Pərvizin İranəyə və yaxud ona qarşı söyüşlər söyüb-söyməməsi barədə heç bir söz deməmişlər. Həmin söhbət vaxtı Zərərçəkmiş şəxs acıqlı halda Təqsirləndirilən şəxs özünə və ailəsinə qarşı nalayiq ifadələr işlədərək Pərvizin onların kollektivinə uyğun hərəkət etmədiyini, buna görə də daha onunla bir yerdə işləməyəcəyini deyib onu otaqdan qovmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvanına heç bir təhqiredici söz işlətməmiş, lakin görüşəcəklərini deyib otaqdan sakit çıxıb getmişdir. Təqsirləndirilən şəxs Şahid12 ilə mübahisə edərkən sonuncuya “hansı fahişə səni işə götürüb” ifadəsini işlətmişdir. Həmin sözlərin kimə ünvanlanmış olması ona aydın olmamışdır. O, Şahid12 ilə Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisə və orada işlədilmiş ifadələr barədə Zərərçəkmiş şəxs heç bir söz deməmişlər. Düşünür ki, həmin ifadəni Şahid12 Zərərçəkmiş şəxs çatdırmış və Zərərçəkmiş şəxs də özünün ünvanına təhqir kimi qəbul etmiş və Pərvizi xidməti otağına dəvət etmiş və səbəbini aydınlaşdırmaq istəmişdir. İş üzrə btidai istintaq zamanı 05 avqust 2019-cu il tarixdə Zərərçəkmiş şəxs, nə Təqsirləndirilən şəxs, nə də onun ailəsinə qarşı nalayiq ifadələr işlətməməsini bildirməsi ilə bağlı bildirir ki, həmin vaxt istintaq getdiyi müddətdə məsələni Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs və ailəsinin öz aralarında həll edəcəklərini düşündüyündən, hadisənin təfərrüatları barədə tam dolğun ətraflı ifadə verməmişdir. Həmçinin həmin vaxt direktor Zərərçəkmiş şəxs hələ də Təqsirləndirilən şəxs etdiyi hərəkətlərə görə sərt münasibətini klinikada da hiss etdirdiyindən arada problemin yaşanmasını istəməmişdir. Baş vermiş hadisə ilə bağlı bildirir ki, baş həkimin otağında olan zaman Təqsirləndirilən şəxs heç bir formada mübahisə yaratmağa çalışmamışdır. Baş həkim Zərərçəkmiş şəxs xidməti otağında sonuncu Pərvizdən İranəin və onun ünvanına söyüş söyübsöymədiyini soruşarkən, Pərviz mübahisəni sakitləşdirməyə çalışmış, Zərərçəkmiş şəxs sözlərinə, təhqirinə və onu işdən qovmasını bildirdiyinə görə heç bir nalayiq ifadə işlətməmiş və sakitcə otaqdan çıxıb getmişdir. Təqsirləndirilən şəxs klinikada işlədiyi müddətdə işçi heyətlə normal münasibətdə olmuş, kollektiv üzvlərindən hər hansı biri ilə mübahisəsi olmamışdır. Təqsirləndirilən şəxs ümumiyyətlə geri qayıdıb Zərərçəkmiş şəxs hər hansı bir formada xəsarət yetirə biləcəyini ağlına belə gətirməmiş, çünki Pərviz özü təbiətcə sakit biri olmuşdur. Belə düşünür ki, Pərviz belə bir hərəkətə yol vermişdirsə, bunun üçün daxilində kifayət qədər səbəb formalaşmış və özünü cilovlaya bilməmiş və bu hərəkətə yol vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid10 ifadəsindən görünür ki, iki ildir Sumqayıt şəhərində fəaliyyət göstərən “xxxx” adlı diş klinikasında diş texniki işləyir. Təqsirləndirilən şəxs Pərviz İbarahimovu həmin klinikada işləyən həkimlərdən biri kimi tanıyır. Həmin klinikanın baş həkimi isə Zərərçəkmiş şəxsdir və onların hər ikisi ilə onun münasibətləri yaxşıdır. X17 və qeydiyyatçı Rənanın arasında baş vermiş mübahisənin şahidi olmuşdur. Belə ki, 03 avqust 2019-cu il tarixdə təxminən saat 15 radələrində o, öz iş yerində, yəni “xxxx” diş klinikasında Nüsrət Qədirov adlı baş texnikin yanında işlədiyi zaman klinikanın dəhlizindən qışqırıq səsləri eşitmişdir. Nə baş verdiyini öyrənmək üçün dərhal klinikanın dəhlizinə çıxdıqda dəhlizdə İranə adlı tibb qeydiyyatçısı ilə Təqsirləndirilən şəxs bir-birləri ilə mübahisə etdiklərini və Pərvizin İranəyə və onu işə götürənin nəsə təhqiredici söz işlətdiyini eşitmişdir. Bu zaman onun özü və səsə dəhlizə çıxmış iş yoldaşı Əliabbas onları sakitləşdirərək Pərvizi öz iş otağına aparmışlar. Bundan bir az sonra isə Pərviz həkim klinikadan çıxıb getmişdir. Bundan iki gün sonra, yəni 05 avqust 2019-cu il tarixdə günorta radələrində o, iş yerində olan zaman klinikanın baş həkimi Zərərçəkmiş şəxs onu və Əliabbası iş otağına çağırmışdır. O, Əliabbas ilə birlikdə Zərərçəkmiş şəxs iş otağına daxil olduqda Təqsirləndirilən şəxs da otaqda olduğunu görmüşdür. Onların yanında Zərərçəkmiş şəxs ondan Pərvizin 03 avqust 2019-cu il tarixdə İranə adlı tibb qeydiyyatçısı ilə dalaşan zaman sonuncunun və özünün ünvanına söyüşlər söyüb-söymədiyini soruşmuşdur. O isə səsə dəhlizə çıxdığını, həmin şəxslərin mübahisə etdiklərini, lakin dəqiq nə kimi sözlər işlətdiklərini eşitmədiyini bildirmişdir. Bu zaman Pərviz həkim onların söhbətinə müdaxilə edərək baş həkim Zərərçəkmiş şəxs niyə belə hərəkət etdiyini, şəçxsən onu söymədiyini bildirərək, nə səbəbə münaqişə yaratmaq istədiyini soruşaraq Zərərçəkmiş şəxs sakitləşdirmək istəmişdir. Bu zaman Zərərçəkmiş şəxs bir qədər acıqlı olduğuna görə Təqsirləndirilən şəxs qarşı nalayiq ifadələr işlədərək onun düzgün hərəkət etmədiyini və buna görə də onu işdən azad etdiyini deyərək Təqsirləndirilən şəxs otaqdan qovmuş və Pərviz heç nə demədən oradan çıxıb getmişdir. Bundan sonra nə baş verdiyi barədə onun özünün məlumatı yoxdur. Lakin, sonradan bildiyinə görə Pərviz sonradan iş yerinə qayıtmış və baş həkim Zərərçəkmiş şəxs bıçaqlamışdır. Təqsirləndirilən şəxs klinikada işlədiyi müddətdə işçi heyətlə normal münasibətdə olmuş, kollektiv üzvlərindən hər hansı biri ilə mübahisəsi olmamışdır. Təqsirləndirilən şəxs Şahid12 ilə mübahisə edərkən sonuncuya “hansı fahişə səni işə götürüb” ifadəsini işlədiyb-işlətməməsini dəqiq eşitməmişdir. Onun özü Şahid12 ilə Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisə barədə Zərərçəkmiş şəxs heç bir söz deməmişdir. Belə güman edir ki, həmin hadisə barədə baş həkim Zərərçəkmiş şəxs Şahid12 özü demişdir. İbtidai istintaq zamanı məsələnin Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında həll edəcəklərini düşünmüş və bu səbəbdən hadisənin təfərrüatları barədə tam dolğun ətraflı ifadə verməmiş, yəni 05 avqust 2019-cu il tarixdə baş həkim Zərərçəkmiş şəxs otağında olan zaman sonuncunun Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətməməsini deməmişdir. İş üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxsla üzləşdirilmiəsi üçün çağrıldığı vaxt oraya iş yoldaşı Əliabbas və baş həkim Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxsla üzləşdirilmə üçün prokurorluq binasına dəvət olunmuşdur. Həmin vaxt öz iş yerində problemin yaşanmasını istəməmiş və buna görə onlar baş həkim Zərərçəkmiş şəxs otağında olan zaman sonuncunun Təqsirləndirilən şəxs ünvanına nalayiq sözlər işlədib onu otaqdan qovudluğu barədə ətraflı ifadə verməmişdir. Hadisə günü Zərərçəkmiş şəxs otağında olarkən Təqsirləndirilən şəxs mübahisə yaratmağa çalışmamış, Zərərçəkmiş şəxs davranışlarına qarşılıq mübahisəni sakitləşdirməyə çalışmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sözlərinə, təhqirinə və onu işdən qovmasını deməsi ilə bağlı heç bir nalayiq ifadə işlətməmiş və otaqdan çıxıb getmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 ifadəsindən görünür ki, 2017-ci ilin oktyabr ayından etibarən Sumqayıt şəhərində yerləşən “Summodern” adlı klinikada tibb qeydiyyatçısı işləməyə başlamış və hal hazırda da həmin klinikada fəaliyyətini davam etdirir. Klinikada işlədiyi dövr ərzində iş kollektivi ilə, eyni zamanda Təqsirləndirilən şəxs və baş həkim Zərərçəkmiş şəxslə münasibəti yaxşı olmuşdur. Hadisə ilə bağlı bildirir ki, 03 avqust 2019-cu il tarixdə İranə adlı tibb qeydiyyatçısı Təqsirləndirilən şəxs müştərisinin pulunu xırdalamadığı üçün, ilk öncə İranə ilə həmin müştəri arasında daha sonra isə elə o səbəbdən Pərviz və İranə arasında mübahisə baş vermişdir və həmin şəxslər bir-birinə qarşı nalayiq ifadələr işlətmişlər. Lakin, həmin vaxt şəxsən Pərvizin baş həkim Şahin Başxaliyevin ünvanına hər hansı formada nalayiq ifadələr işlətməsinin şahidi olmamış və belə bir söz eşitrməmişdir. Hadisə günü, yəni 05 avqust 2019-cu il tarixdə səhər saat 08:00-da işə başlamış və saat 11 radələrində klinikanın girişində qeydiyyat şöbəsində olarkən Təqsirləndirilən şəxs klinikaya daxil olmuşdur. O, bu barədə baş həkim Zərərçəkmiş şəxs məlumat vermiş, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs onun yanına göndərməyini ona demişdir. Buna görə də o, Təqsirləndirilən şəxs Şahin həkimin onu öz otağına getməsini dediyini ona bildirmişdir. Bundan bir az sonra Təqsirləndirilən şəxs baş həkimin iş otağına getmiş, lakin orada nə baş verməsindən məlumatı olmamışdır. Həmin gün saat 18 radələrində o, qeydiyyat şöbəsində olarkən klinikanın dəhlizindən hay-küy və qışqırıq səsləri eşitdiyindən nə baş verdiyini öyrənmək üçün qeydiyyat şöbəsindən klinikanın dəhlizinə qaçmışdır. Bu zaman uzaqdan Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs tutaşdığını görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs arxası ona tərəf olmuş, sonunculara yaxınlaşdıqda isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs möhkəm tutduğunu və ona zərbələr endirmək istədiyini, Zərərçəkmiş şəxs isə öz canını Pərvizin əlindən qurtarmaq üçün çalışdığını, ətrafdakı şəxslərin isə Təqsirləndirilən şəxs aralamağa çalışdıqlarını görmüşdür. Bir neçə saniyə ərzində ətrafdakı şəxslərin köməyi ilə sonuncuları araladıqdan sonra Təqsirləndirilən şəxs klinikadan çıxıb getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs əynində olan paltarların üzərində qanabənzər ləkələr olduğunu, bir ədəd bıçağın yerdə olduğunu, baş həkim Zərərçəkmiş şəxs qan itirdiyini görmüşdür. Bundan sonra orada olan şəxslər tez bir zamanda Zərərçəkmiş şəxs ilk növbədə öz xidməti otağına, sonra isə “Şəfqət Klinikası”-na aparmış və onlar da baş həkimin yanına həmin klinikaya getmişlər. Bildiyinə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arasında normal münasibət olmuş və onların əvvəllər birbirləri ilə mübahisə etmələrinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs 05 avqust 2019-cu il tarixdə saat 18 radələrində klinikaya arxa qapıdan daxil olduğu üçün o, sonuncunun nə vaxt klinikaya gəldiyini görməmişdir. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs klinikanın dəhlizində dalaşan zaman Pərviz, sonuncuya müxtəlif nahiyələrdən zərbələr endirmiş, lakin ətrafdakı şəxslər onları ayırmağa çalışmışlar. Həmin vaxt bıçaq Təqsirləndirilən şəxs əlində olmuş və Zərərçəkmiş şəxs bıçaq zərbələri endirməyə çalışmışdır. Onları ayırdıqdan sonra isə Pərviz klinikadan çıxıb getmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid6 ifadəsindən görünür ki, 2011-ci ildən etibarən “xxxx” adlı diş klinikasında işləmişdir. Hadisə günü, yəni 05 avqust 2019-cu il tarixdə o, həmini klinikada işdə olmuş və həmin gün saat 18 radələrində klinikanın bufetində olarkən qəfildən klinikanın dəhlizindən hay-küy və qışqırıq səsləri eşitmişdir. Bufetdən klinikanın dəhlizinə nə baş verdiyini öyrənmək üçün çıxdıqda isə iş yoldaşı Təqsirləndirilən şəxs baş həkim Zərərçəkmiş şəxs arxa hissədən iki əli möhkəm tutaraq sağa sola tərəf çəkdiyini, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs canını qurtarmaq üçün əlindən gələni etdiyini görmüşdür. Təxminən 3-4 saniyə ərzində hamı otaqlardan klinikanın dəhlizinə çıxmışdır, bir neçə şəxsin köməkliyi ilə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlindən alaraq onları ayırmışlar. Sonra o, Pərvizin orada qalacağı halda Zərərçəkmiş şəxs əlavə xəsarətlər də yetirə biləcəyini düşünüb mübahisənin davam etməsinin qarşısını almaq üçün Pərvizi klinikadan kənarlaşdırmışdır. O, Pərvizi klinikadan çıxardıb Zərərçəkmiş şəxs otağına qayıtdıqda Şahinin qan içində divanda uzadılmış vəziyyətdə olduğunu, qan itirdiyini görmüşdür. Daha sonra Zərərçəkmiş şəxs “Şəfqət Klinikası”-na aparmışlar. Əvvəllər iclaslarda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bir neçə dəfə irad tutub, tənqid etmiş, Pərviz həmin tənqidləri sakit qəbul etmiş və aralarında hər hansı bir münaqişə baş verməmişdir. İş üzrə istintaq zamanı 05 avqust 2019-cu il tarixdə saat 18 radələrində “xxxx” adlı diş klinikasında baş vermiş hadisəni əks etdirən videogörüntülər ona nümayiş etdirilmiş, o Təqsirləndirilən şəxsla birlikdə klinikaya gələn şəxsi əvvəllər gördüyünü, həmin şəxsin əvvəllər Təqsirləndirilən şəxs yanına bir neçə dəfə gəlib dişlərini müalicə etdirdiyini və həmin şəxsin adının Elnur olduğunu müstəntiqə bildirmişdir. Həmin Elnur adlı şəxs də hadisə zamanı Pərvizlə Şahini ayırmağa çalışmışdır. Onun özü Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla neçə dəfə və necə vurmasını görməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid7 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxsla Sumqayıt şəhərində eyni məhəllədə yaşamış və bir tanış kimi yaxşı münasibətlərdə olmuşlar. Zərərçəkmiş şəxs də xeyli müddətdir ki, tanıyır və onunla da yaxşı münasibətdə olmuşdur. O, Pərvizin diş klinikasında həkim işlədiyini bildiyinə görə sonuncunun işlədiyi “xxxx” adlı diş klinikasına arabir gedib öz dişlərini müalicə etdirmişdir. Hadisə günü, yəni 05 avqust 2019-cu il tarixdə günorta saatlarında o, Təqsirləndirilən şəxsla mobil telefon vasitəsilə əlaqə saxlayaraq dişini müalicə etdirmək üçün “xxxx” adlı diş klinikasına getmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə yolda olduğunu, klinikaya gedəcəyini ona deyərək saat 17 radələrində onu yolüstü Sumqayıt şəhəri“Heydər Parkı” adlanan ərazidən özünə məxsus qara rəngli “Kia” markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomobillə götürmüşdür. Yolda olarkən Pərviz ona işlədiyi diş klinikasının baş həkimi Zərərçəkmiş şəxs camaat içində nalayiq ifadələrlə onu təhqir etdiyini bildirmişdir. O, Pərvizdən bir neçə dəfə həmin söhbətin necə baş verdiyini soruşsa da, Pərviz ona ətraflı məlumat verməmişdir. Onlar “xxxx” adlı diş klinikasına çatdıqdan sonra Pərviz avtomobili klinikanın dayanacağında saxlamış və onlar avtomobildən enib klinikaya daxil olduqda Pərviz ondan beş nömrəli iş otağının qarşısında gözləməyini, özünün isə baş həkimin yanına gedib 2-3 dəqiqə ərzində öz iş otağına qayıdacağını ona bildirmişdir. O, öz növbəsində klinikaya daxil olub dəhlizlə sağa doğru Pərvizin 5 nömrəli iş otağının qarşısına keçmişdir. Pərviz isə klinikaya daxil olduqda dəhlizlə sola doğru baş həkimin otağına tərəf getmişdir. O, Pərvizin otağının qarşısında bir neçə dəqiqə gözləyib qəfildən dəhlizin əks tərəfindən baş həkimin otağının qarşısından möhkəm qışqırıq səsləri eşitmişdir. Həmin istiqamətdə hərəkət edərək nə baş verdiyini öyrənmək üçün baş həkimin otağına yaxınlaşdıqda isə Pərvizlə Şahinin tutaşaraq dəhlizə çıxdıqlarını, baş həkim Zərərçəkmiş şəxs əynindəki paltarlarının qan içində olduğunu görmüşdür. Tez yaxınlaşıb onları ayırmışdır. Ondan başqa bir nəfər adını xatırlamadığı cavan oğlan da Pərvizlə Şahini ayırmağa ona kömək etmişdir. Pərvizlə Şahini ayırdıqdan sonra Tural adlı həkim Pərvizi həmin yerdən uzaqlaşdırıb klinikadan çölə çıxartmış, o da öz növbəsində Pərvizin dalıyca klinikadan çıxmışdır. Pərviz avtomobilə minərkən o da birlikdə avtomobilə minib Pərvizdən niyə belə hərəkət etdiyini soruşduqda Pərviz, Şahini bıçaqlamaq istəmədiyini, lakin söhbət zamanı Şahinin ona qarşı nalayiq ifadələr işlətdiyi üçün əsəbləşib onu bıçaqladığını demişdir. Pərviz ona evə gedib ailəsi ilə görüşüb polisə təslim olacağını ona demişdir. Buna görə də o, Pərvizlə sonuncunun yaşadığı ünvana birlikdə getmiş, Pərviz ailəsi ilə görüşdükdən sonra o, Pərvizi Sumqayıt şəhər Polis İdarəsinə apararaq baş vermiş hadisə barədə məlumat vermişlər. 05 avqust 2019-cu il tarixdə Təqsirləndirilən şəxsla görüşərkən sonuncunun üzərində bıçaq saxladığından xəbərsiz olmuşdur. Təqsirləndirilən şəxs işlədiyi klinikanın baş həkiminə qarşı belə bir hərəkət edəcəyini heç vaxt güman etməmişdir. “xxxx” adlı diş klinikasının baş həkimi Zərərçəkmiş şəxslə onunla münasibətləri yaxşı olmuş, o ailə üzvləri ilə birlikdə həmin klinkaya müalicəyə gedərkən dəhlizdə Zərərçəkmiş şəxs onunla görüşərək ona qarşı hörmət göstərmiş, onların arasında hər hansı bir ədavət, düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında hadisə gününə qədər hər-hansı mübahisə olub-olmadığı barədə onun məlumatı olmamışdır. Hadisə baş verməzdən birbaşa əvvəl, yəni Təqsirləndirilən şəxsla birlikdə həmin klinikaya gəldikdən sonra Pərviz ona özünün iş otağının qarşısında gözləməsini demiş və baş həkim, yəni Zərərçəkmiş şəxs yanına gedib 2-3 dəqiqə öz iş otağına qayıdacağını ona bildirmişdir. Həmin hadisə onun üçün gözlənilməz olmuşdur. Onlar klinikaya gələn zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs cəzalandırmaq istədiyini və bu məqsədlə onun yanına gedəcəyi barədə ona bir söz deməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid8 ifadəsindən görünür ki, 2008-ci ildən etibarən «Summodern» adlı klinikada texnik işləməyə başlamış və halhazırda da həmin klinikada fəaliyyətini davam etdirir. Klinikada işlədiyi dövr ərzində iş kollektivi ilə münasibəti normal olmuş, iş otağının nömrəsi 21 olmaqla, baş həkimin qəbul otağına yaxındır. 05 avqust 2019-cu il tarixdə, səhər saat 09:00-da işə başlamış, saat 13:00-dan 14:00-a qədər müddət ərzində nahar fasiləsinə klinikadan kənara çıxmış, sonra işə geri qayıtmışdır. Həmin gün saat 18 radələrində xidməti otağında işləyərkən klinikanın dəhlizindən hay-küy, qışqırıq səsləri eşitmiş və iş otağından klinikanın dəhlizinə nə baş verdiyini öyrənmək üçün çıxmışdır. Bu zaman iş yoldaşı Təqsirləndirilən şəxs baş həkim Zərərçəkmiş şəxs arxa hissədən iki əli möhkəm tutaraq sağa sola çəkdiyini, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs canını qurtarmaq üçün əlindən gələni etdiyini görmüşdür. Təxminən 3-4 saniyə ərzində hamı otaqlardan klinikanın dəhlizinə doluşmuş, bir neçə şəxsin köməkliyi ilə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlindən alaraq onları aralamışlar. Bundan sonra Təqsirləndirilən şəxs klinikadan çıxıb getmişdir. Zərərçəkmiş şəxs əynində olan paltarların üzərində qanabənzər ləkələr olmaqla, sonuncu qan itirdiyinə görə orada olan şəxslər tez bir zamanda Zərərçəkmiş şəxs ilk növbədə öz xidməti otağına, sonra isə “Şəfqət Klinikası”na aparmışlar. Onlar da sonuncunun yanına həmin klinikaya getmişlər. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında normal münasibət olmuş, hər hansı bir ədavət, düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasındakı baş vermiş münaqişənin baş vermə səbəbi barədə hər hansı bir məlumatı yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid13 ifadəsindən görünür ki, 05 avqust 2019-cu il tarixdə, saat 18 radələrində Sumqayıt şəhərində yerləşən “xxxx” adlı diş klinikasına müayinə olunmaq üçün klinikada fəaliyyət göstərən Ələs adlı həkimin yanına getmişdir. Rentgen müayinəsindən keçdikdən sonra yenidən Ələs adlı həkimin iş otağına getdikdə Ələs həkim rentgenin nəticələrinə baxıb əməliyyat lazım olduğunu bildirərərk onu əməliyyatın tarixini dəqiqləşdirmək üçün həmin klinikanın baş həkimi Zərərçəkmiş şəxs otağına göndərmişdir. O, Zərərçəkmiş şəxs otağına keçib 1 həftə ərzində qəbul etməli olduğu dərmanların adlarını alıb otaqdan çıxdıqda qəbul otağının giriş qapısının yanında dayanmış, adını sonradan bildiyi Təqsirləndirilən şəxs baş həkimin otağına daxil olmuşdur. O isə sağollaşmaq üçün Ələs həkimin otağına keçib təxminən 1-2 dəqiqə otaqda söhbətləşən zaman Zərərçəkmiş şəxs otağından möhkəm qışqırıq səsləri gəlmişdir. O, nə baş verdiyini öyrənmək üçün Ələs həkimlə birlikdə dərhal klinikanın dəhlizinə çıxdıqda Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs üzbəüz şəkildə tutaşdıqlarını, Zərərçəkmiş şəxs əynindəki paltarların qan içində olduğunu, kürək nahiyəsində bıçağın sallandığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tutub özünə çəkmək, sonuncunun kürəyindəki bıçağı götürüb yenidən zərbələr endirmək istədiyini, Zərərçəkmiş şəxs isə var gücü ilə Təqsirləndirilən şəxs əlindən canını qurtarmağa çalışırdığını, möhkəm müqavimət göstərdiyini görmüşdür. O, dərhal yaxınlaşaraq arxa tərəfdən Təqsirləndirilən şəxs əllərini tutmuşdur, Pərviz isə onun əlindən çıxıb yenidən Zərərçəkmiş şəxs üzərinə hücüm etməyə cəhd etdikdə ətrafdakı şəxslərin köməyi ilə Pərvizlə Şahini ayırıb Zərərçəkmiş şəxs öz iş otağına aparmışlar. 05 avqust 2019cu il tarixdə Zərərçəkmiş şəxs iş otağına daxil olarkən qəbul otağında adını bilmədiyi bir xanımın olmuş, Zərərçəkmiş şəxs isə öz otağında tək olmuşdur. Zərərçəkmiş şəxs iş otağından çıxarkən oraya Təqsirləndirilən şəxs tək girmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, 1991-ci ildən etibarən müxtəlif xəstəxanalarda həkim - cərrah işləmişdir. Hal-hazırda 1 saylı Sumqayıt şəhər xəstəxanasında həkim - cərrah işləyir. 05 avqust 2019-cu il tarixdə baş vermiş hadisə ilə bağlı olaraq bildirmişdir ki, həmin gün saat 18 radələrində istifadəsində olan 050 *** ** ** saylı nömrəli mobil telefon nömrəsinə bir neçə ildir ki tanıdığı, “xxxx” adlı diş klinikasında işləyən Nüsrət adlı şəxs zəng edərək məhəlləyə düşməyini xahiş etmişdir. O, məhəlləyə düşdükdə Nüsrətin məhəllədə onu gözlədiyi görmüş, avtomobilə əyləşib söhbət edərkən Nüsrət, ona “xxxx” klinikasının baş həkimi - Zərərçəkmiş şəxs bıçaqlandığını, sonuncunu Şəfqət klinikasına apardıqlarını bildirirək əməliyyat etmək lazım olduğunu demişdir. O, birinci Nüsrətin sözlərinə inanmamış, biraz sonra Şəfqət klinikasına çatdıqda Zərərçəkmiş şəxs qan içində olduğunu, bədəni üzərində bir neçə dənə xəsarət olmuşdur. O, Zərərçəkmiş şəxs əməliyyat edib sol ağ ciyərin dilcik seqmentinin deşilmiş-kəsilmiş yarasını, diafraqmanın kəsilmiş-deşilmiş yarasını tikib qarın boşluğunun sanasiya və drenaj edilməsini həyata keçirmiş, sonuncuya bundan başqa hər hansı bir tibbi-müdaxilə etməmiş, üzərində başqa hər hansı bir əməliyyat keçirməmişdir. Daha sonra Zərərçəkmiş şəxs bədəni üzərində başqa xəsarətlər olduğu üçün “X25”ya aparmışlar. İstintaq zamanı müstəntiq tərəfindən məhkəmətibb ekspertizasının 23.09.2019-cu il tarixli, 1496 saylı rəyi ona təqdim olunmuş, həmin rəylə tanış olduqda Zərərçəkmiş şəxs bədəni üzərində qarnın ön səthinin qarın boşluğuna keçməyən yarası, sol budun 1 ədəd kəsilmiş-deşilmiş yarası, sağ budun 1 ədəd deşilmişkəsilmiş yarası, sol kürəkaltı nahiyənin döş boşluğuna keçməyən deşilmişkəsilmiş yarası, sol əlin İ barmağının kəsilmiş-deşilmiş yarası kimi 5 ədəd yüngül xəsarətlərin olduğunu, ağır xəsarətlərdən isə sol ağ ciyərin dilcik seqmentinin deşilmiş-kəsilmiş yarasını, qarın boşluğunun gematoma sahəsinin drenə edilməsi və diafraqmanın kəsilmiş-deşilmiş yarasının tikilməsi əməliyyatılarını görmüşdür. Digər 1 ağır xəsarətlə bağlı aparılmış böyrəyin çıxarılması və böyük piyliyin çıxarılması əməliyyatı “X25”da həyata keçirilmiş ola bilər. Belə ki, o, həmin əməliyyatları həyata keçirməmiş, Zərərçəkmiş şəxs həmin nahiyələrdə hər hansı bir tibbi yardım, eləcə də müdaxilə etməmişdir. Məhkəmə-tibb ekspertizasının 23.09.2019-cu il tarixli, 1496 saylı rəyində qeyd edilmiş xəsarətlərin yeri və sayının onun aşkar etdikləri ilə təxminən uyğun olduğunu bildirir. Zərərçəkmiş şəxs böyrək nahiyəsində əməliyyat aparıldığı nəzərə alınmaqla, özünün sonuncunun üzərində əməliyyat keçirdiyi müddətdə, həmin nahiyələrə hər hansı tibbi müdaxilə etməməsinin səbəbini izah etməkdə, hadisənin üzərindən uzun müddət keçdiyindən çətinlik çəkir. Çox güman ki, həmin nahiyədə kəskin qanaxma müşahidə etmədiyindən hər hansı tibbi müdaxilə etməmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş birinci instansiya məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ifadəsindən görünür ki, ünvan 8 ünvanda əri Xaliq Nağıyev, övladları Əli və Fidanla birlikdə yaşamış, 1998-2002-ci illər ərzində “Azərbaycan Dövlət İqtisad Universiteti”nin Əmtəəşünaslıq fakültəsi üzrə ali təhsil almışdır. O, 09.01.2019-cu il tarixdən 13.09.2019-cu il tarixədək müddət ərzində Sumqayıt şəhəri ərazisində yerləşən “xxxx” adlı klinikada mühasib vəzifəsi üzrə fəaliyyət göstərmişdir. Həmin dövr ərzində iş kollektivi ilə münasibətinin normal olduğunu, iş rejiminin stabil olduğunu, yəni hər gün saat 09:00-dan 17:00-a qədər iş saatı, saat 13:00-dan 14:00-a qədər müddət ərzində nahar fasiləsi, həftənin 6-cı və bazar günləri isə qeyri iş günləri olduğunu və iş otağının baş həkimin qəbul otağına bitişik olduğunu bildirmişdir. O, 05 avqust 2019-cu il tarixdə baş vermiş hadisə ilə bağlı olaraq qeyd etmişdir ki, həmin gün qayda üzrə saat 09:00-da işə başlamış, saat 13:00-dan 14:00-a qədər müddət ərzində yalnız nahar fasiləsində klinikadan kənara çıxmışdır. Saat 18 radələrində xidməti otağında işləyərkən klinikanın baş həkimi Şahin Baxşəliyevin yanına klinikada fəaliyyət göstərən diş həkimi Təqsirləndirilən şəxs daxil olmuşdur. O, Şahin Baxşəliyevin otağının giriş qapısının həmişə açıq olduğunu, klinikada fəaliyyət göstərən digər həkimlərin də istədiyi vaxt baş həkimin qəbuluna girərək onunla məsləhət etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs, Şahin Baxşəliyevin otağına daxil olmaq üçün ilk növbədə onun qəbul otağına daxil olmuş, həmin vaxt onunla salamlaşıb heç bir söz demədən çox sakit və təmkinli vəziyyətdə, əlində isə heç nə olmadan, paltarı səliqəli vəziyyətdə sonuncunun otağına keçmişdir. Bir neçə saniyə keçdikdən sonra qəfildən Pərvizlə Şahin möhkəm tutaşaraq qəbul otağına çıxmışlar. o Pərvizlə Şahinə tərəf baxdıqda Şahinin geyiminin üzərində qanabənzər ləkələrin olduğunu görmüşdür. Şok vəziyyətinə düşərək nə edəcəyini bilməyib uca səslə qışqıraraq kömək çağırmışdır. Baş həkimin qəbul otağında olarkən Pərviz, Şahinlə üzbəüz dayanaraq sol əli ilə Şahinin sol çiyin nahiyəsindən tutub özünə tərəf çəkmişdir, sağ əlində isə bıçaq olmuşdur. Pərviz, Şahinə bıçaq zərbələri endirmək üçün münasib şərait yaratmaq istəsə də Şahin Pərvizin əlindən çıxıb öz canını qurtarmaq üçün yerində cəld şəkildə fırlanıb öz yaxasını Pərvizin əlindən qurtarmaq üçün cəhd etmişdir. Bir neçə saniyə sonra Şahin, Pərvizin əlindən canını qurtara bilməyəcəyini görüb qəbul otağının qapısını açıb özünü qapıdan klinikanın dəhlizinə atmışdır, lakin Pərviz yenə də Şahini əlindən buraxmaq istəməmişdir. Şahin isə özünü müdafiə edib Pərvizin əlindən canını qurtarmaq üçün cəhdlərə davam etdmiş, dəhlizə çıxan kimi klinikanın dəhlizində olan tanımadığı şəxslər Şahinlə Pərvizə yaxınlaşıb onları güclə ayırmışlar və Zərərçəkmiş şəxs dərhal öz otağına aparmışlar. Pərvizin isə hara getməsindən onun xəbəri olmamışdır, təxminən 1-2 dəqiqə sonra Zərərçəkmiş şəxs otaqdan çıxarıb “Şəfqət” klinikasına aparmışlar. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs dalaşan zaman onlar bir-birlərinə qarşı heç bir söz deməmişlər, Pərviz Şahini bıçaqla yenidən vurub öldürməyə cəhd etmiş, Şahin isə öz canını Pərvizin əlindən qurtarmaq üçün əlindən gələni etmişdir. Habelə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs otağına daxil olarkən tək olmuş, o, Pərvizi dəhlizdə kiminsə gözləməsini görməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs otağına daxil olarkən Zərərçəkmiş şəxs otağında özündən başqa heç kim, qəbul otağında isə ondan başqa heç kim olmamışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş birinci instansiya məhkəmə iclasında ifadəsi elan edilmiş X6 ifadəsindən görünür ki, hadisənin baş verməsindən təxminən bir il əvvəldən “xxxx MMC”-də stomatoloq həkim vəzifəsində işləmişdir. Həmin klinikanın direktoru Zərərçəkmiş şəxsdur. Münasibətləri hər zaman yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Soyadı Baxşaliyev olsada direktor işləyən Şahin həkimlə heç bir qohumluq əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs kilinikada işləyən stomatoloq həkim kimi tanımış, normal münasibətlər olmuşdur. Əvvəllər Pərviz və Şahin arasında heç bir mübahisəyə şahid olmamış, bu haqda heç bir məlumatı yoxdur. 05 avqust 2019-cu il tarixdə, saat 17 radələrində işlədiyi xxxx klinikasının 7 saylı otağında xəstə Fariz adlı şəxslə söhbət edən vaxt dəhlizdən səs-küy gəldiyini eşitmiş, həmin vaxt yanında olan ilk öncə Fariz, ardı ilə isə o nə baş verdiyini öyrənmək məqsədi ilə klinikanın dəhlizinə çıxmışlar. O çölə çıxan vaxt Şahin həkimlə Pərviz həkimin bir-birilərinin yaxalarından tutduğunu, ətrafda olan şəxslərin isə hadisəyə müdaxilə edərək əlbəyaxa olan şəxsləri ayırmağa çalışdığını görmüşdür. O yaxınlaşan zaman Pərviz və Şahin ətrafdakı şəxslərin köməkliyi ilə bir-birilərindən ayırmışlar. O direktor işləyən Şahin həkimə baxan zaman qara rəngli bıçağın sonuncunun əynində olan paltarın kürək nahiyəsi hissəsinə ilişib asılı qaldığını görmüş və bıçağı paltardan çıxarıb dəhlizdə yerə tullamışdır. Onlar ətrafda olan şəxslərin köməkliyi ilə Şahin həkimi öz xidməti otağında divana uzatmış, o isə yenidən dəhlizə qayıdıb bir az öncə Şahin həkimin paltarından dartıb yerə qoyduğu bıçağı özü ilə gətirdiyi sellofan bükülüyə qoyub Şahin həkimin xidməti otağında yerə qoymuşdur. Bundan sonra isə Şahin həkim “Şəfqət” kilinikasına aparılmış, Pərvizdən isə ümumiyyətlə məlumatı olmamışdır. O hadisə baş verən zaman Pərvizin əlində bıçaq görməmiş, bir ədəd qara rəngli bıçağı Şahinin əynində olan paltarın kürək nahiyəsi hissəsinə ilişib qaldığını görmüşdür. Həmin bıçağı da Şahinin paltarından özü çıxarıb ilk öncə yerə tullasa da sonradan sellofan torbaya bükərək Şahinin xidməti otağında yerə qoymuşdur. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs direktor işləyən Zərərçəkmiş şəxs xəsarət yetirməkdə köməklik göstərən hansısa bir şəxs görməmiş, o dəhlizə çıxan zaman Şahin və Pərviz bir-birilərinin yaxasından tutaraq dartışmış, ətrafda olan şəxslər isə onları ayırmağa çalışmışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş birinci instansiya məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid9 ifadəsindən görünür ki, 1991-1997-ci illər ərzində Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsi üzrə ali təhsil almış, ali təhsili başa vurduqdan sonra “xxxx” adlı klinikada fəaliyyət gsötərməyə başlamış, halhazırda həmin klinikada fəaliyyətini davam etdirir. Klinikada işlədiyi dövr ərzində iş kollektivi ilə münasibəti yaxşı olmuşdur. 05 avqust 2019-cu il tarixdə, saat 09:00-da işə gəlmiş və gün ərzində klinikada olmuşdur. Həmin gün saat 18 radələrində 41 nömrəli iş otağından çıxıb dəhliz boyunca klinikanın bufetinə doğru gedərkən klinikanın baş həkimi – Zərərçəkmiş şəxs otağının qarşısına yaxınlaşan zaman onun otağından Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla tutaşaraq otaqdan dəhlizə çıxdıqlarını, ətrafdakı şəxslərin də onları ayırmaq istədiklərini görmüşdür. Bir neçə saniyə ərzində onları ayırmışlar, o tez Zərərçəkmiş şəxs yaxınlaşıb ona kömək edərək otağa aparmış, ona ilkin tibbi yardım göstərmişdir. Bir neçə dəqiqə otaqda qaldıqdan sonra Zərərçəkmiş şəxs öz təkidi ilə onu Sumqayıt şəhəri ərazisində yerləşən “Şəfqət” adlı klinikaya aparmışlar. Orada Zərərçəkmiş şəxs əməliyyat etmişlər. O, Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs tutaşaraq otaqdan dəhlizə çıxan zaman gördükdə Təqsirləndirilən şəxs əlində bıçaq olmamış, həmin vaxt bıçaq Zərərçəkmiş şəxs kürək nahiyəsində paltarının üstündə asılı vəziyyətdə qalmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zərbə endirməsini görməmişdir, çünki o sonunculara yaxınlaşdıqda artıq onları ayırmışlar. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında normal münasibət olmuş, hər hansı bir ədavət, düşmənçilik olmamışdır. Eşitdiyinə görə bu münaqişlərə səbəb klinikanın qeydiyyat şöbəsində işləyən tibb qeydiyyatçısı Şahid12 ilə Təqsirləndirilən şəxs arasında yaranmış mübahisə nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs haqqında dediyi nalayiq ifadələr olmuşdur. İbtidai istintaqda şahid qismində dindirilmiş birinci instansiya məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid11 ifadəsindən görünür ki, 2017-ci ildən etibarən “xxxx” adlı klinikasında tibb bacısı vəzifəsi üzrə işləmişdir. O, 05 avqust 2019-cu il tarixdə baş vermiş hadisə ilə bağlı olaraq bildirmişdir ki, həmin gün saat 18 radələrində klinikanın qeydiyyat şöbəsində olarkən dəhlizdən səs-küy, qışqırıq səsləri eşitmiş, nə baş verdiyini öyrənmək üçün həmin tərəfə getmiş, Zərərçəkmiş şəxs otağına yaxınlaşdıqda Şahid6 adlı həkimin Təqsirləndirilən şəxs arxa hissədən hər iki əli ilə tutub məcburi kənarlaşdırdığını, Təqsirləndirilən şəxs əlində bıçaq olduğunu görmüşdür. O, bildirmişdir ki, Təqsirləndirilən şəxs klinikaya bir nəfər dostu ilə gəlmiş, həmin şəxs kənarda dayanmış, mübahisə zamanı isə Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs ayırmağa cəhd etmişdir. Təqsirləndirilən şəxs, klinikadan çıxıb getdikdən sonra Zərərçəkmiş şəxs dərhal Sumqayıt şəhəri ərazisində yerləşən Şəfqət klinikasına aparmışlar. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, əvvəllər Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında normal münasibət olmuş, hər hansı bir ədavət, düşmənçilik olmamışdır. 05 avqust 2019cu il tarixdə baş vermiş hadisələrin səbəbi kimi o 03 avqust 2019cu il tarixdə klinikanın qeydiyyat şöbəsində işləyən tibb qeydiyyatçısı - Şahid12 ilə Təqsirləndirilən şəxs arasında yaranmış münaqişə zəminində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs haqqında dediyi nalayiq ifadələri göstərmiş, ümumilikdə Təqsirləndirilən şəxs çox kobud, iş kollektivində çox adamla mübahisə edən biri olduğunu qeyd etmişdir. “Cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında” 05.08.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2019-cu il tarixdə saat 17:35-də həkim – stamotoloq işlədiyi ünvan 9 ünvanda yerləşən “xxxx” adlı diş klinikasının içərisində 18 nömrəli otaqda aralarında yaranmış şəxsi münaqişə zəminində baş vermiş mübahisə zamanı qeyd edilən klinikanın direktoru işləyən Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi bıçaqla çoxsaylı zərbələr vurub sonuncuya ağır xəsarətlər yetirməsi barədə daxil olmuş məlumat əsasında toplanmış material əsasında fakta görə CM-in 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (cild 01, iş vər. 01) Sumqayıt ŞPİ-nin məsul növbətçisinin nhəmin idarənin rəisi vəzifəsini müvəqqəti icra edən səlahiyyətli şəxsə olan 05.08.2019-cu il tarixli raportundan görünür ki, məsul növbətçi tərəfindən raportla 05.08.2019-cu il tarixdə saat 19.00-da Sumqayıt şəhəri, 1-ci məhəllə ev 4, mənzil 47-də yaşayan, 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs çoxsaylı bıçaq xəsarətləri ilə Sumqayıt şəhər Şəfqət klinikasına gətirilməsi barədə məruzə olunmuşdur. (cild 01, iş vər. 03) Hadisə yerinə baxış keçirilməsi haqqında 05 avqust 2019-cu il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Sumqayıt ŞPİ-nin İş-nin müstəntiqi polis mayoru X13 tərəfindən dəvət olunmuş hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı hadisə yeri ünvan 9 ünvanda yerləşən “xxxx” adlı diş klinikasında dəhlizin sonundakı otağın qarşısı olduğu müəyyən edilmiş, iş otağına daxil olduqda giriş hissədən sol tərəfdə divarın kənarında sellofan bükülüdə 01 ədəd açılıb-qatlanan, dəstəyi və özü qara rəngli bıçaq aşkar olunaraq iş üçün əhəmiyyət kəsb etdiyindən qanunamüvafiq qaydada qablaşdırılaraq götürülmüş, divarın qurtaracağında qara rəngli oturacaq və divanlar olduğu müəyyən edilmiş, divanın qarşısında bir sağ tayı olan üzərində qanabənzər ləkələr olan geyim ayaqqabısı olduğu, ayaqqabının olduğu döşəmələrdə qan laxdtaları müşahidə edilmişdir. (Cild İ, i/v. 4-12) “Könüllü gəlmə barədə” 05.08.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05.08.2019-cu il tarixdə, saat 22.30-da könüllü olaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gələrək 05.08.2019-cu il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri, xxxx adlı diş klinikasında aralarında yaranmış şəxsi münaqişə zəminində klinikanın baş həkimi – Zərərçəkmiş şəxs bir neçə bıçaq zərbəsi endirib ona ağır xəsarətlər yetirməsi barədə məlumat vermişdir. (cild 01, iş vər. 17) “Əşyanın tanınmaya təqdim edilməsi barədə 06 avqust 2019-cu il tarixli protokol və həmin protokollara əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs ona nömrələnməklə təqdim olunmuş hadisə yerindən aşkarlanaraq götürülmüş bir ədəd bıçaq və daha 03 ədəd bıçaqlardan 02 sıra nömrəsi ilə işarələnmiş bir ədəd qara rəngli dəstəyi və tiyəsi olan bıçağı tanımış və həmin bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirdiyini bildirmişdir. (cild 01, iş vər. 23-24) Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 06.08.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-126.1-ci maddəsində nəzrədə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından 06.08.2019-cu il tarixdə saat 11.30-da Sumqayıt ŞPİ-nin İş-nin müstəntiqi tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 33-34) Sumqayıt şəhər Məhkəməsinin 4(060)-186/2019 saylı, 06.08.2019-cu il tarixli “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki,CM-in 126.1-ci maddəsi ilə təqsirləndiirlən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs etmə müddətinin əvvəli 06.08.2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 70-71) “Əşyanın təqdim edilməsi, əşyaya baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” 07 avqust 2019-cu il tarixli protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin İş-nin müstəntiqi tərəfindən dəvət olunmuş hal şahidlərinin və X4 və intensiv terapiya şöbəsində tibb bacısı işləyən X7 iştirakları ilə, sonuncu Zərərçəkmiş şəxs məxsus 01 ədəd mayka, bir ədəd həkimə aid üst geyimi və bir ədəd şalvarı təqdim edərək həmin paltarlarının 05.08.2019-cu il tarixdə Zərərçəkmiş şəxs bıçaq xəsarətləri ilə reanimasiya şöbəsinə daxil olarkən əynində olduğunu bildirmiş, təqdim olunmuş 01 dədə kişi maykası, bir ədəd dəst həkimə aid yaşıl rəngli üst geyimi və bir ədəd yaşıl rəngli şalvara baxış keçirilərkən müəyyən edilmişdir ki, bir ədəd qəhvəyi rəngli kişi maykasının üzərində altı ədəd, yaşıl rəngli geyimin üzərində iki ədəd kəsik olduğu aşkarlanmış, şalvarın üzərində isə hər hansı bir zədə izi müəyyən edilməmişdir. Bundan sonra qeyd olunan paltarlar fotoşəkilləri çəkilməklə iş üzrə əhəmniyyət kəsb etdiyindən götürülmüşdür. (cild 01, iş vər. 72-75) Şahid12 Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin rəisinə olan 03.08.2019-cu il tarixli ərizəsindən görünür ki, Şahid12 ərizə ilə müraciət edərək işlədiyi Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “xxxx” klinikasında həkim vəzifəsində çalışan Pərviz adlı şəxsin onun ünvanına nalayiq ifadələrlə söyərək təhqir etməsi, şəxsiyyətini alçaltması barədə məlumat vemriş və həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. (cild 01, iş vər. 77) Məhkəmə-tibbi ekspertizasının 15.10.2019-cu il tarixli, 1496 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində qarnın ön divarının daxilə keçərək mədəni, mədəaltı vəzi, böyük piyliyi, diafraqmanı və sol ağ ciyəri zədələyən yarası, epigestral nahiyənin daxilə keçərək böyük piyliyi və mədəni zədələyən böyük piyliyin çıxarılması ilə nəticələnən yarası, sol bel nahiyəsinin daxilə keçərək böyrəyi zədələyən və böyrəyin çıxarılması ilə nəticələnən, enən çənbər bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası, sol kürəkaltı nahiyənin döş boşluğuna keçərək sol ağ ciyəri zədələyən yarası, qarnın ön səthinin qarın boşluğuna keçməyəm yarası, sol budun 1 ədəd kəsilmiş-deşilmiş yarası, sağ budun 1 ədəd deşilmişkəsilmiş yarası, sol kürəkaltı nahiyənin döş boşluğuna keçməyən deşilmiş-kəsilmiş yarası, sol əlin İ barmağının kəsilmiş yarası xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər deşicikəsici alətlə, təkrari zərbələrlə yetirilmişdirlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən ekspertizaya təqdim olunmuş bıçaqla yetirilmişdir, 05.08.2019-cu il tarixə uyğundur, dərəcəsinə görə qarnın ön divarının daxilə keçərək mədəni, mədəaltı vəzi, böyük piyliyi, diafraqmanı və sol ağ ciyəri zədələyən yarası, epigastral nahiyənin daxilə keçərək böyük piyliyi və mədəni zədələyən böyük piyliyin çıxarılması ilə nəticələnən yarası, sol bel nahiyəsinin daxilə keçərək böyrəyi zədələyən və böyrəyin çıxarılması ilə nəticələnən, enən çənbər bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası, sol kürəkaltı nahiyənin döş boşluğuna keçərək sol ağ ciyəri zədələyən yarası – həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilmişdir. Qarnın ön səthinin qarın boşluğuna keçməyən yarası, sol budun 1 ədəd kəsilmiş-deşilmiş yarası, sağ budun 1 ədəd deşilmiş-kəsilmiş yarası, sol kürəkaltı nahiyənin döş boşluğuna keçməyən deşilmişkəsilmiş yarası, sol əlin İ barmağının kəsilmişdeşilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilmişdir. Zərərçəkmiş şəxs xəsarət yetirilən anda xəsarət yetirmiş şəxslə müxtəlif qarşılıqlı vəziyyətdə olmuşdur. Yara kanallarının istiqaməti öndən arxaya, yuxarıdan aşağıya, aşağıdan yuxarıya, arxadan önə doğru istiqamətlərdə olmuşdur. Zərərçəkmiş şəxs əynində olan və ekspertizaya təqdim edilmiş paltarlardakı zədələrlə bədəni üzərində olan zədələr yerləşmə nahiyəsinə görə bir-birinə uyğun gəlmişdir. (cild 01, iş vər. 125-129) X1 30.10.2019-cu il tarixli ərizəsindən və “Götürmənin aparılması haqqında” 30 oktyabr 2019-cu il tarixli protokoldan görünür ki, Sumqayıt şəhər prokurorluğunun müstəntiqi tərəfindən dəvət olunmuş hal şahidlərinin iştirakı ilə “xxxx” adlı diş klinikasında quraşdırılmış videokameraların qeydə alındığı görüntülərin əks olunduğu və Zərərçəkmiş şəxs təqdim etdiyi 03 ədəd disk götürülmüşdür. (cild 01, iş vər. 152,155-157) “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 03 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, Sumqayıt şəhər prokurorluğunun müstəntiqi tərəfindən dəvət olunmuş hal şahidlərinin, Təqsirləndirilən şəxs və müdafiəçisinin, eyni zamanda Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin Kriminalistika şöbəsinin baş məsləhətçisi Elnur Əhmədovun iştirakları ilə Təqsirləndirilən şəxs verdiyi ifadəsinin düzgünlüyünün müəyyən edilməsi və ya dəqiqləşdirilməsi məqsədilə həmin ifadələri onun iştirakı ilə yerində yoxlanmışdır. Müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ibtidai isitntaq zamanı verdiyi ifadəsində göstərdiklərini əyani olaraq göstərmişdir. (cild 01, iş vər. 220- 223) “Texniki vasitələrə baxış keçirilməsi haqqında” 03 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, Sumqayıt şəhər prokurorluğunun müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs işlədiyi “xxxx” adlı diş klinikasında baş həkim – Zərərçəkmiş şəxs 05 avqust 2019-cu il tarixdə çoxsaylı bıçaq zərbələri endirərək sonuncuya ağır xəsarətlər yetirməsi hadisəsini özündə əks etdirən 01 ədəd DVD-RW diskə təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi Nail Məmmədovun iştirakı ilə tərəfimdən baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diskə daxil olduqda “Moy DVD“ yazısı altında 20 hissədən ibarət video görüntü pəncərəsi vardır. Birinci və ikinci pəncərəyə daxil olduqda “xxxx” adlı diş klinikasının həyətinin giriş hissəsində quraşdırılmış kamera vasitəsilə 05 avqust 2019-cu il tarixdə saat 17:30:01-dən 17:30:32-yə qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin görüntülərdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Üçüncü pəncərəyə daxil olduqda “xxxx” adlı diş klinikasının həyətinin giriş hissəsində quraşdırılmış kamera vasitəsilə 05 avqust 2019-cu il tarixdə saat 17:30:33-dən 17:32:15-ə qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin video görüntüdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Dördüncü pəncərəyə daxil olduqda “xxxx” adlı diş klinikasının həyətinin giriş hissəsində quraşdırılmış kamera vasitəsilə 05 avqust 2019-cu il tarixdə saat 17:32:16-dan 17:38:02-yə qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin görüntüyə baxdıqda Təqsirləndirilən şəxs, saat 17:34:35-də klinikanın həyətinə daxil olan qara rəngli Kia markalı avtomobilin ona məxsus olduğunu bildirmişdir, həmin vaxt avtomobilin sükanında Pərviz, yanında isə Elnur adlı tanışı vardır, saat 17:34:55-də Pərviz və tanışı Elnur avtomobildən enib saat 17:35:12-də klinikanın giriş qapısından içəri daxil olduqları görünür. Həmin video görüntüdə bundan başqa iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Beşinci pəncərəyə daxil olduqda “xxxx” adlı diş klinikasının həyətinin giriş hissəsində quraşdırılmış kamera vasitəsilə 05 avqust 2019-cu il tarixdə saat 17:38:03-dən 17:45:21-ə qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin görüntüyə nəzər saldıqda saat 17:38:12-də Pərvizin özünə məxsus Kia markalı avtomobilə əyləşərək Elnur adlı tanışı ilə birlikdə klinikadan kənarlaşdıqları ayırd edilmişdir. Saat 17:41:42-də klinikanın içindən bir neçə nəfər şəxsin Zərərçəkmiş şəxs kömək edərək onu klinikanın həyətinə çıxardıqları, daha sonra onu avtomobilə əyləşdirərək klinikanın həyətindən apardıqları görünür. Həmin video görüntüdə bundan başqa iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Altıncı pəncərəyə daxil olduqda “xxxx” adlı diş klinikasının həyətinin giriş hissəsində quraşdırılmış kamera vasitəsilə 05 avqust 2019-cu il tarixdə saat 17:45:22-dən 17:48:50-yə qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin video görüntüdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Yeddinci pəncərəyə daxil olduqda “xxxx” adlı diş klinikasının həyətinin giriş hissəsində quraşdırılmış kamera vasitəsilə 05 avqust 2019-cu il tarixdə saat 17:48:51-dən 17:51:00-a qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin video görüntüdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Səkkizinci pəncərəyə daxil olduqda “xxxx” adlı diş klinikasının həyətinin giriş hissəsində quraşdırılmış kamera vasitəsilə 05 avqust 2019-cu il tarixdə saat 17:51:01-dən 17:51:00-a qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin video görüntüdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Doqquzuncu pəncərəyə daxil olduqda “xxxx” adlı diş klinikasının içində quraşdırılmış kamera vasitəsilə 05 avqust 2019-cu il tarixdə saat 17:30:01-dən 17:44:00-a qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin video görüntüyə baxdıqda saat 17:35 radələrində klinikanın dəhlizində olan şəxslərin qaçaraq baş həkimin otağına doğru getdikləri görünür. Bundan əlavə video görüntüdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Onuncu pəncərəyə daxil olduqda “xxxx” adlı diş klinikasının içində quraşdırılmış kamera vasitəsilə 05 avqust 2019-cu il tarixdə saat 17:44:01-dən 17:50:59-a qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin video görüntüdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. On birinci və on ikinci pəncərəyə daxil olduqda “xxxx” adlı diş klinikasının içində baş həkimin iş otağının giriş qapısı tərəfdə quraşdırılmış kamera vasitəsilə 05 avqust 2019-cu il tarixdə saat 17:30:01dən 17:30:33-ə qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin video görüntüdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. On üçüncü pəncərəyə daxil olduqda “xxxx” adlı diş klinikasının içində baş həkimin iş otağının giriş qapısı tərəfdə quraşdırılmış kamera vasitəsilə 05 avqust 2019-cu il tarixdə saat 17:30:34-dən 17:31:06-ya qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin video görüntüdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. On dördüncü pəncərəyə daxil olduqda “xxxx” adlı diş klinikasının içində baş həkimin iş otağının giriş qapısı tərəfdə quraşdırılmış kamera vasitəsilə 05 avqust 2019cu il tarixdə saat 17:31:24-dən 17:31:38-ya qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin video görüntüdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. On beşinci pəncərəyə daxil olduqda “xxxx” adlı diş klinikasının içində baş həkimin iş otağının giriş qapısı tərəfdə quraşdırılmış kamera vasitəsilə 05 avqust 2019-cu il tarixdə saat 17:31:39-dan 17:32:23-ə qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin video görüntüdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. On altıncı pəncərəyə daxil olduqda “xxxx” adlı diş klinikasının içində baş həkimin iş otağının giriş qapısı tərəfdə quraşdırılmış kamera vasitəsilə 05 avqust 2019-cu il tarixdə saat 17:32:33-dən 17:33:10-a qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin video görüntüdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. On yeddinci pəncərəyə daxil olduqda “xxxx” adlı diş klinikasının içində baş həkimin iş otağının giriş qapısı tərəfdə quraşdırılmış kamera vasitəsilə 05 avqust 2019-cu il tarixdə saat 17:33:29dan 17:34:32yə qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin video görüntüdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. On səkkizinci pəncərəyə daxil olduqda “xxxx” adlı diş klinikasının içində baş həkimin iş otağının giriş qapısı tərəfdə quraşdırılmış kamera vasitəsilə 05 avqust 2019-cu il tarixdə saat 17:34:33-dən 17:34:50-yə qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin video görüntüdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. On doqquzuncu pəncərəyə daxil olduqda “xxxx” adlı diş klinikasının içində baş həkimin iş otağının giriş qapısı tərəfdə quraşdırılmış kamera vasitəsilə 05 avqust 2019-cu il tarixdə saat 17:34:51-dən 17:49:17-yə qədər qeydə alınmış video görüntü əks edilmişdir. Həmin video görüntüyə baxdıqda klinikanın dəhlizi boyunca tək gəlib saat 17:35:30-da baş həkimin otağına daxil olan, açıq göy və ağ rənglərin qarışığından ibarət qısaqol köynəkli, qara şalvarlı şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edildi, 17:35:42-də dəhlizdə gəzən qırmızı rəngli köynəkli şəxsin adının Fariz olduğu müəyyən edildi, saat 17:36:07də Pərvizlə birlikdə klinikaya daxil olan Elnur adlı şəxsin klinikanın dəhlizində gəzərək baş həkimin otağına doğru gəldiyi görünür, saat 17:36:10-da Pərvizlə Şahinin tutaşaraq klinikanın dəhlizinə çıxdıqları görünür, bu zaman Elnur onların dalaşdıqlarını görüb tez qaçaraq onlara yaxınlaşır və onları ayırmağa cəhd edir, bir neçə saniyə sonra saat 17:36:20-də klinikanın iş otaqlarında olan şəxslərin dəhlizə çıxdıqları görünür, saat 17:36:46da Pərvizin iş Tural adlı iş yoldaşının onu tutaraq klinikanın dəhlizi boyunca apardığı görünür, Elnurun da onların dalıyca getdiyi müəyyən edilir, dəhlizdə olan şəxslərdən bəziləri Zərərçəkmiş şəxs otağına, bəziləri isə öz otaqlarına gedir, saat 17:41:35-də Zərərçəkmiş şəxs iş otağından çıxarılaraq aparıldığı müəyyən edildi. Bundan əlavə video görüntüdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. İyirminci pəncərəyə daxil olduqda “xxxx” adlı diş klinikasının içində baş həkimin iş otağının giriş qapısı tərəfdə quraşdırılmış kamera vasitəsilə 05 avqust 2019-cu il tarixdə saat 17:49:18-dən 17:51:00-a qədər qeydə alınmış video görüntü əks edilmişdir, həmin video görüntüdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. (Cild İ, i/v. 224-226) Məhkəmə-tibbi kriminalistik ekspertizasının 29.11.2019-cu il tarixli, 592/2019 MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus həkim üst geyiminin (köynəyin) üzərində altı ədəd və maykanın üzərində yeddi ədəd, həkim üst geyiminin (köynəyin) sağ-yan cibinin üzərində üç ədəd cibin yalnız üst qatını zədələyən deşilmişkəsilmiş zədələr aşkar edilmişdir. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələr ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənmişdir. Ekspertizaya təqdim edilmiş X3 məxsus həkim şalvarı üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş X3 məxsus paltarların məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmi aşağıdakı kimi qiymətləndirilmişdir: Həkim üst geyimin (köynəyin) və maykanın bütün səthi boyu fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. Həkim şalvarının üzərində fasilələrlə yerləşən, kənarları əsasən qeyri-düz, konturları aydın görünən, bəzi hissələrdə nisbətən homogen, kəskin intensivlikdə olan, bəziləri zolaq şəkilli, bəziləri uzunsov formalı qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir. Həkim şalvarının üzərində fasilələrlə yerləşən çoxsaylı nisbi-düz və qeyri-düz dairəvi və ovalvari formalı (ölçüləri 0,2x0,4sm-dək) qan ləkələri sıçrantı xarakterlidir, qan mənbəyinə və ya qanlı səthə kinetik enerji impulsu verməklə əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş bıçağın məhkəmə-tibbi bioloii tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirilmişdir: Bıçağın dəstəyinin və tiyəsinin hər iki səthinin üzərində fasilələrlə yerləşən qan ləkələri qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmamışdır. Ekspertizaya təqdim olunmuş bıçağın üzərində sonradan heç bir əlavə və dəyişikliklər edilməmişdir. (cild 01, iş vər. 237-243) Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 09.12.2019-cu il tarixli, 2545 saylı ekspert rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməmişdir. Qərarın təsviri hissəsində göstərilən əməli törətdiyi zaman Təqsirləndirilən şəxs psixi vəziyyəti situasiya ilə əlaqəli nevrotik reaksiya kimi qiymətləndirilmişdir. Cinayət işi materiallarından və psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs Gülmməmməd oğlu ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəməpsixoloji ekspertizası üzrə belə nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs intellektualmnestik imkanları normaya uyğundur. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında həssaslıq, emosional reaksiyalara meyllilik aşkar edilmişdir. Çılğınlıq, hövsələsizlik, özünə qarşı hörmət tələb etmək kimi xarakterik xüsusiyyətlərə malikdir. Hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar edilməmişdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslik, qəzəblilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (cild 01, iş vər. 244-247) Məhkəmə-bioloji ekspertizasının 06.02.2019-cu il tarixli, 886/2019-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu – “A/İİ/”, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu “O/İ/”-dur. Ekspertizaya təqdim edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus xüsusi tibbi geyim forması olan köynək və şalvar, mayka, Təqsirləndirilən şəxs götürülmüş qatlanan cib bıçağı üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A, H antigenləri və həmçinin əksər ləkələrdə beta aqqlyutinini də alınmışdır. Beləliklə, bu qan ləkələri A-beta/H//İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs onun qanında müşayiətçi H antigeni olduğu təqdirdə məxsusdur. Ləkələrdə Təqsirləndirilən şəxs qanının olması yalnız həmin ləkələrdə qanın qarışıq olduğu halında mümkündür. Elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan dəqiq tədqiqat metodları olmadığı üçün təqdim edilən maddi sübutlar üzərindəki qan ləkələrinin əmələ gəlmə müddəti barədə fikir söyləmək mümkün olmamışdır. (cild 01, iş vər. 249-253) Sumqayıt şəhər X21 1 saylı Məhəllə Komitəsinin sədri tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Qurd dərəsi bağlar massivində yaşamaqla, daima çalışmışdır ki, yoldaşları arasında hörmət qazansın və buna da nail olmuşdur. O, gözəl övlad və ailə başçısıdır. Barəsində həmin vaxtadək istər ərazi nümayəndəliyinə və istərsə də, başqa təşkilatlara heç bir şikayət xarakterli məlumat daxil olmamışdır. Yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (cild 02, iş vər. 05) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş 03 dekabr 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vər. iş vər. 9-10). “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 11 dekabr 2019-cu il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnın 29, 120.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nın 120.2.1, 120.2.3, 120.2.4, 221.1, 221.3. və 228.4-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi, Şahid7 əməllərində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının CM-nın 120.2.1ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilməsi, istintaq zamanı Zərərçəkmiş şəxs götürülmüş 3 (üç) ədəd disk, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş “01 (bir) ədəd mayka, 01 (bir) ədəd yaşıl rəngli üst geyimi, 01 (bir) yaşıl rəngli şalvar” və Təqsirləndirilən şəxs məxsus “01 (bir) ədəd qara rəngli dəstəyi və tiyəsi olan bıçaq” xüsusiyyətlərinə və əlamətlərinə, eləcə də aşkar olunduğu yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması qərara alınmışdır. (cild 02, iş vər. 46-64) İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş 26 yanvar 2020-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında kompyuter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş, və baxış zamanı həmin videogörüntülərdə “Texniki vasitələrə baxış keçirilməsi haqqında” 03 dekabr 2019-cu il tarixli protokolda qeyd olunan halların əyani olaraq öz əksini tapması, yəni05 avqust 2019-cu il tarixdə, saat 17:34:55-də Pərviz və tanışı Elnur avtomobildən enib saat 17:35:12-də klinikanın giriş qapısından içəri daxil olduqları, saat 17:38:12-də Pərvizin özünə məxsus Kia markalı avtomobilə əyləşərək Elnur adlı tanışı ilə birlikdə klinikadan kənarlaşdıqları, saat 17:41:42-də klinikanın içindən bir neçə nəfər şəxsin Zərərçəkmiş şəxs kömək edərək onu klinikanın həyətinə çıxardıqları, daha sonra onu avtomobilə əyləşdirərək klinikanın həyətindən apardıqları, saat 17:35 radələrində klinikanın dəhlizində olan şəxslərin qaçaraq baş həkimin otağına doğru getdikləri, açıq göy və ağ rənglərin qarışığından ibarət qısaqol köynəkli, qara şalvarlı Təqsirləndirilən şəxs klinikanın dəhlizi boyunca tək gəlib saat 17:35:30-da baş həkimin otağına daxil olduğu, saat 17:36:07-də Pərvizlə birlikdə klinikaya daxil olan Elnurun klinikanın dəhlizində gəzərək baş həkimin otağına doğru gəldiyi, saat 17:36:10-da Pərvizlə Şahinin tutaşaraq klinikanın dəhlizinə çıxdıqları, bu zaman Elnurun onların dalaşdıqlarını görüb tez qaçaraq onlara yaxınlaşdığı və onları ayırmağa cəhd etdiyi, bir neçə saniyə sonra saat 17:36:20-də klinikanın iş otaqlarında olan şəxslərin dəhlizə çıxdıqları, saat 17:36:46-da Pərvizin Tural adlı iş yoldaşının onu tutaraq klinikanın dəhlizi boyunca apardığı, Elnurun da onların dalınca getdiyi, dəhlizdə olan şəxslərdən bəzilərinin Zərərçəkmiş şəxs otağına, bəzilərinin isə öz otaqlarına getdiyi, saat 17:41:35-də Zərərçəkmiş şəxs iş otağından çıxarılaraq aparıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarı qərarında göstərmişdir ki, sübutları hərtərfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin həmin qərarda göstərmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Qanunun məzmununa görə məhkəmə öz nəticələrini şərh edərkən iş üzrə toplanılan, lakin məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inam görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs öldürməyə cəhd edilməsinə görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarında adam öldürmə ilə bağlı cinayət işlərinə baxan məhkəmələrə tövsif edilmişdir ki, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərər çəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə usulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonra davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Həmin qərarın 6-cı maddəsində qeyd olunmuşdur ki, qəsdən adam öldürmə o vaxt CMnin 120.2.2 maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir. Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmiş şəxsin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. “B.Yusifovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il qərarında qeyd edilmişdir ki, CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, 03 avqust 2019-cu il tarixdə “xxxx” diş klinikasında Şahid12 ilə Təqsirləndirilən şəxs arasında mübahisə baş vermiş, bu barədə Şahid12 Zərərçəkmiş şəxs bildirməklə yanaşı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs də ünvanına nalayiq ifadələr işlətdiyini bildirməsindən sonra, Zərərçəkmiş şəxs Pərbiz İbrahimovu xidməti otağına çağırtdırmış, sonuncu oraya getdikdən sonra Şahid10 və Şahid4 iştirakı ilə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nalayiq ifadələrlə təhqir edib, mübahisə edərək, otaqdan qovmuş və bundan bir müddət sonra geri qayıdan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yuxarıda qeyd olunan xəsarətləri yetirmiş, bu zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs müqavimət göstərmiş, ikisi birlikdə dəhlizə çıxdıqdan sonra da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməyə, öz növbəsində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs müqavimət göstərməyə davam etmiş, kənar şəxslərin onları aralamasından sonra, Təqsirləndirilən şəxs oradan çıxıb getmiş, Zərərçəkmiş şəxs isə orada olan şəxslərin köməkliyi ilə xəstəxanaya aparılmaqla, sonuncuya tibbi yardım göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəcxs zərərçəkmiş şəxsi qəsdən öldürmək istəmədiyini mübahisələndirsə də, onun ifadəsinin öz məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır və onun yuxarıda qeyd edildiyi kimi Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etməsi özünün ibtidai istintaq və məhkəmə iclasında verdiyi qismən etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, hadisənin baş verməsinin bir hissəsini özündə əks etdirən videogörüntülərlə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. İttiham tərəfi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı cinayət əməlinin xuliqanlıq niyyəti ilə törədilməsini mübahisələnilməsi ilə bağlı qeyd olunmalıdır ki, xuliqanlıq niyyətinin mahiyyəti belə motivlə cinayət törədən şəxsin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyrimüəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsindən, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər etməsidir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən cinayət hadisəsi törədilməmişdən iki gün qabaq Şahid12 ilə Təqsirləndirilən şəxs arasında mübahisə baş vermiş, həmin mübahisə ilə bağlı Zərərçəkmiş şəxs şəxsən özü Təqsirləndirilən şəxs hadisədən iki gün sonra otağına çağıraraq mübahisə etmiş, bu vaxt Təqsirləndirilən şəxs yumşaq cavablar verərək mübahisə yaranmasının qarşısını almaq cəhdlərinə məhəl qoymadan, Təqsirləndirilən şəxs orada olan digər şəxslər Şahid10 və Şahid4 yanında nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranmış və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs otağından qovaraq, işdən çıxardığını bildirmişdir. Yalnız bu hadisələrin baş verməsindən sonra həmin gün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs otağına qayıdaraq, sonuncudan həmin gün onu digər işçilərin yanında söyüb biabır etməsinin səbəbini soruşarkən, Zərərçəkmiş şəxs ona cavabı ilə yaranmış təkrar mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurub öldürməyə cəhd etməklə ittihamda qeyd olunan xəsarətləri yetirmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı nalayiq ifadələr ilə təhqir etmədiyini apelyasiya instansiya məhkəməsində mübahisələndirsə də, onun göstərdiyi xüsusatlar şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə təkzib olunur. Belə ki, Şahid10 və Şahid4 də ifadələrində 08 avqust 2019-cu il tarixdə Zərərçəkmiş şəxs xidməti otağında olarkən sonuncunun Pərvizin mübahisəni yumşaltmağa çalışma cəhdlərinə fikir vermədiyini, Pərvizi nalayiq ifadələrlə təhqir edərək, daha birlikdə işləməyəcəklərini bildirərək otaqdan qovduğunu təsdiq etmişlər. İbtidai istintaq zamanı verdikləri ifadələrində göstərilən xüsusatı bildirməmələri ilə bağlı isə mübahisənin Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında həll olunacağını düşündüklərini və eyni zamanda Zərərçəkmiş şəxs o zaman hələ də Təqsirləndirilən şəxs etdiyi hərəkətlərə görə sərt münasibətini klinikada da hiss etdirdiyini və bu səbəbdən məsələyə qarışmaq istəmədikləri ilə izah etmişlər. Həmçinin iş materiallarında olan 11 dekabr 2019-cu il tarixli üzləşdirmə protokollarının məzmunundan da görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə, Şahid10 və Şahid4lə eyni tarixdə üzləşərkən Zərərçəkmiş şəxs xidməti otağında olarkən, onun söhbətə son qoymasını xahiş etdiyini, buna baxmayaraq Zərərçəkmiş şəxs onun özünün, arvadının və ailəsinin ünvanına nalayiq ifadələr işlətdiyini sonuncuların üzünə qarşı söyləmişdir. Məhkəmə kollegiyası qeyd edilənlər üzrə dəyərləndirmə apararaq qeyd edir ki, zərərçəkmiş şəxsin ifadəsinin təhrif olunması ilə bağlı qeyd etdikləri onun tərəfindən (vəkil olan nümayəndəsi də iştirak etdiyi halda) məhkəmə iclas protokoluna qeyd etməməsi apelyasiya instansiya məhkəməsində vermiş olduğununun əsaslılığını şübhə altına alınmasını qaçılmaz edir. Hətta hadisənin baş verməsində bilavasitə iştirakçı olan Şahid12 da zərərçəkmiş şəxsin otağından möhkəm səs-küy eşitdiyini, bundan bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs əsəbi halda çıxıb getdiyini qeyd etməsi zərərçəkmiş şəxsin birinci instansiya məhkəməsində vermiş olduğu ifadənin əsaslığı qənəatini ehtiva edir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “Erkapiç Xorvatiyaya qarşı” (51198/08) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 25.04.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalətli məhkəmə araşdırılması anlayışı tələb edir ki, ibtidai araşdırmada verilmiş ifadə protokolundan daha çox məhkəmədə verilmiş ifadələrə üstünlük verilsin, ona görə ki, birinci əsasən cinayət təqibi orqanının öz işini formalaşdırmaq üçün topladığı məlumat prosesidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin şahidlərin ibtidai istintaq zamanı deyil, məhz məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrin mötəbər sübut kimi qəbul edilməli olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, yəni qəsdən Zərərçəkmiş şəxs öldürməyə cəhd etməsinin məhz xuliqanlıq niyyəti ilə yetirilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticənin əsassız hesab edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qanuni və əsaslı hesab edilməlidir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən onun Zərərçəkmiş şəxs qarşı törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsi ilə tövsif edilsə də, hadisənin onların aralarında məhz Zərərçəkmiş şəxsun təşəbbüsü ilə yaranmış mübahisə zəminində sonuncunun Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətdiyinə görə törədilmiş, sonuncu da hadisə vaxtı zərərçəkmiş şəxsə məhz qəsdən öldürmək niyyəti ilə xəsarət yetirmiş olduğu və öz iradəsindən asılı olmayan səbəblərə görə bu istəyini başa çatdıra bilməmişdir. Törədilmiş əməlin xarakteri və vurulmuş zərbələrin xüsusiyyəti bu qənaəti qaçılmaz etdiyindən, apelyasiya şikayətinin və apelyasiya protestinin dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti olmadan öldürməyə cəhd etməsi barədə nəticəyə gəlinərkən baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, sübutlar toplamış və həmin sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, yekun məhkəmə qərarı qəbul etmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürməyə cəhd etməsi barədə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə qanuni və əsaslıdır. Bundan əlavə kollegiya birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilməsi ilə bağlı gəldiyi nəticə üzrə dəyərləndirmə apararaq qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Təqsirləndirilən şəxsə cəza təyin edilərkən cəzanı ağırlaşdıran halların olmaması, təqsirləndirilən şəxsin əməlində yüngülləşdirən halallar nəzərə alınmaqla cəza təyin edilmişdir ki, bu birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edərkən, cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8, 58.3-cü maddələrinin tələblərinə uyğun törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini nəzərə aldığı qənaətini qaçılmaz edir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi üçün hər hansı bir müstəsna hal müəyyən edilməmişdir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayətlərinin və protestinin dəlilləri əsassız olmaqla, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 399.3-ci maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.1, 407.2 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-305/2020 saylı, 07 avqust 2020-ci il tarixli hökmü apelyasiya protestinə və şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(105)-36/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-36/2021
04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver