Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-37/2023 03.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ (apellyasiya protestinin və apellyasiya şikayətinin yekun baxışına dair) Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və X3 ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X11, Zərərçəkmiş şəxs Ahmet oğlunun nümayəndəsi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(124)-79/2022 saylı hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Zərərçəkmiş şəxs Ahmet oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında audio-video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-79/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər R.Ş.Əliyev (sədirlik edən), F.Z.Hümbətov (məruzəçi) və H.S.Əliyev) xx xxxxxxx 1989-cu il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində azyaşlı uşaqları olan, ali təhsilli, işləməyən, məhkum olunmamış, Ağstafa rayonunun Köçəsgər kəndində qeydiyyatda olan və tutulanadək faktiki yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməsi və onun dərhal həbsdən azad olunması, bəraət alması ilə əlaqədar cinayət təqibi zamanı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olmasının izah edilməsi hökm edilmişdir. İŞİN HALLARİ : İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham irəli sürülmüşdür ona görə ki, guya o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə Türkiyə Respublikası vətəndaşı olan, tanışı Zərərçəkmiş şəxs Ahmet oğlunun Sumqayıt şəhəri ərazisində mobil telefon mağazası açıb işlətmək istədiyini bilərək, şəxsi əlaqələrindən istifadə edib, onu, müxtəlif markalı mobil telefonlarla təmin edəcəyi və bunun üçün 55000 (əlli beş min) manat pul tələb olunduğu barədə yalan məlumat verib aldadaraq, onun, öz adına olan "xxxx" ASCnin 4182 4957 8831 6440 hesab nömrəli kart vasitəsi ilə göndərdiyi 07 avqust 2019-cu il tarixdə 1300 (min üç yüz) manat, 16 avqust 2019-cu il tarixdə 157 (yüz əlli yeddi) manat, 30 avqust 2019-cu il tarixdə 70 (yetmiş) manat, «Million» ödəniş aparatı vasitəsi ilə göndərdiyi 18 avqust 2019-cu il tarixdə 100 (yüz) manat, 27 avqust 2019-cu il tarixdə 100 (yüz) manat, 31 avqust 2019-cu il tarixdə 1000 (min) manat və 148 (yüz qırx səkkiz) manat, "xxxx" ASC-nin ödəniş terminalı vavsitəsi ilə göndərdiyi 11 sentyabr 2019-cu il tarixdə 2970 (iki min doqquz yüz yetmiş) manat, "xxxx" ASC-nin 4169 7413 5831 7731 hesab nömrəsinə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində, yaşadığı evin yaxınlığında yerləşən «Million» ödəniş aparatı vasitəsi ilə göndərdiyi 28 sentyabr 2019-cu il tarixdə 900 (doqquz yüz) manat, 04 oktyabr 2019-cu il tarixdə 1700 (min yeddi yüz) manat, ümumilikdə 8445 (səkkiz min dörd yüz qırx beş) manat pulunu, bundan sonra, 2019-cu ilin oktyabr ayının ortalarında, sonuncunun yaşadığı, Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 11/38, 3 nömrəli mənzilində 40000 (qırx min) manat pulunu, daha sonra, "xxxx" ASC-nin 4169 7413 5831 7731 hesab nömrəsinə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində, yaşadığı evin yaxınlığında yerləşən «Million» ödəniş aparatı vasitəsi ilə göndərdiyi 26 noyabr 2019-cu il tarixdə 2000 (iki min) manat, 30 noyabr 2019cu il tarixdə 500 (beş yüz) manat, Sumqayıt şəhəri, Nizami küçəsi, Nizami parkının yaxınlığında yerləşən «Million» ödəniş aparatı vasitəsi ilə 04 dekabr 2019-cu il tarixdə göndərdiyi 1000 (min) manat, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən «Million» ödəniş aparatı vasitəsi ilə 01 dekabr 2019-cu il tarixdə göndərdiyi 200 (iki yüz) manat, Sumqayıt şəhəri, Şahid8 prospekti, 26-cı məhəllə ərazisində yerləşən «Million» ödəniş aparatı vasitəsi ilə xalası X6 "xxxx" ASC-nin 4169 7414 0372 3032 hesab nömrəsinə 05 yanvar 2020-ci il tarixdə göndərdiyi 1100 (min yüz) manat və qaynı X8 "xxxx" ASC-nin maaş kartının vasitəsi ilə "xxxx" ASC-nin 4169 7413 5831 7731 hesab nömrəsinə 03 dekabr 2019-cu il tarixdə göndərdiyi 1950 (min doqquz yüz əlli) manat, ümumilikdə 6750 (altı min yeddi yüz əlli) manat pulunu aldatma və etibardan sui-istifadə etməklə vahid qəsdlə ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs Ahmet oğluna ümumilikdə 55195 (əlli beş min yüz doxsan beş) manat – külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. APELLYASİYA PROTESTİNİN VƏ APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Dövlət ittihamçısı apellyasiya protesti verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(124)-79/2022 saylı hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib təklifi nəzərə alınmaqla cinayət qanunvericiliyin normalarına uyğun olaraq cəza təyin edilməklə barəsində yeni ittiham hökmünün çıxarılmasını xahiş etməklə apellyasiya protestini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı ifadələrində göstərdiyi xüsusatlar zidiyyətli olmaqla işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, ibtidai istintaq zamanı ifadələrinə əsasən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs zərərçəkmişdən götürdüyü pulları telefon alqı-satıqısı üçün yox, özü üçün iş görmək adı ilə faizə götürmüş, məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, götürdüyü pulun 10.000 manatına telefon almış, qalan 10.000 manatını 3 ay ərzində zərərçəkmişin özünə (nəyə görə alıb və nəyə görə qaytarması aydın deyil) qaytarmışdır. Belə olan təqdirdə təqsirləndirilən şəxsin dediklərini şərti olaraq qəbul etsək, zərərçəkmişin hansı hesabla ondan 40000 manat pul tələb etməsi, yenə də təqsirləndirilən şəxsin göstərdikləri ilə şərti razılaşsaq 27.000 manat pul tələb etməsi anlaşılan deyil. Yəni, qeyd edilən hallar hər hansı riyazi hesabla da uyğunluq təşkil edə bilməz. Şərh edilənlər təqsirləndirilən şəxsin istər ibtidai, istərsə də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsi aldadaraq ondan aldığı pulların əldə edilmə mexanizmini və məqsədini pərdələməyə xidmət etdiyini ehtiva edir. Təqsirləndirilən şəxsdən fərqli olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs Ahmet oğlu ibtidai istintaq və məhkəmədə verdiyi ifadələrində işin hallarına uyğun olmuşdur. Belə ki, zərəçəkmişin ifadələrində göstərdiyi xüsusatlar ibtidai istintaq zamanı dindirilmiş və məhkəmədə tədqiq edilmiş şahidlər - Şahid5, Şahid3, Şahid6, Şahid2, Şahid9, X15, X19, X4, X9, X16 və Şahid8 ifadələrində göstərdikləri xüsusatlarla da təsdiq edilmişdir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər - (Zərərçəkmiş şəxs 40000 deyil, 20000 manat aldığını, daha sonra satmaq üçün Zərərçəkmiş şəxs satıb qazanc əldə etməsi üçün 2 ədəd “Samsung A 10S” markalı, **********05145, **********05143 imei kodlu, 2 ədəd "Samsung A 60" markalı **********92882, **********92883 imei kodlu, 2 ədəd "Samsung A5" markalı, **********04535, **********04532 imei kodlu, 2 ədəd "Samsung A 10 S" markalı **********40338 **********40336 imei kodlu, 2 ədəd “Samsung A 10 S" markalı **********93465, **********93463 imei kodlu, 2 ədəd Samsung A 10 S" markalı **********978349, **********78347 imei kodlu, 2ədəd “Samsung A 10 S” markalı **********29405, **********29403 imei kodlu, 2 ədəd “Redmi Note 8" markalı **********81280, **********81298 imei kodlu, 2 ədəd “Samsung A 10 S" markalı **********37573, **********37571 imei kodlu, 2 ədəd "Samsung A 10 S” markalı **********49248, **********49246 imei kodlu, 2 ədəd "İphone 5S" markalı **********77361 imei kodlu, 2 ədəd "Redmi Note 8" markalı **********58957, **********68952 imei kodlu, 2 ədəd “Samsung A 10” markalı, **********79839, **********79836 imei kodlu, 2 ədəd "Redmi Note 8” markalı **********78424, **********78432 imei kodlu, 2 ədəd “Samsung A 10 S" markalı **********5917 və **********5917 imei kodlu, 2 ədəd “Samsung A 50 5F/DS" markalı **********56836 və **********56834 imei kodlu, 2 ədəd “Samsung A 10 S” markalı **********9500, **********95608 imei kodlu, 2 ədəd “Redmi Note 9” markalı **********68639 və **********98632 imei kodlu mobil telefonlar verdiyini, hazırda Bülentə 8100 manat borclu qalmışdır) toplanmış sübutlar və işin faktiki halları ilə (Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pulunu qaytarmaq üçün müxtəlif müddətləri bəhanə edərək möhlət istəməsi, lakin hər dəfə “Covid-19" pandemiyasını bəhanə edib pulunu qaytarmaqdan yayınması, adına torpaq sahəsini keçirib bu yolla ondan aldığı pulu qaytaracağını bildirməsi, lakin həmin torpaq sahəsini başqa şəxsə daha münasib qiymətə sataraq pulunu daha sonra qaytaracağını bildirməsi, daha sonra Bülentdən aldığı pulu Zaur adlı şəxsə verdiyini bildirməsi, lakin Zaur adlı şəxsə pul vermədiyinin məlum olması, ümumiyyətlə Zaurla hər hansı ticarət əlaqəsinin olmadığının müəyyən edilməsi, həmçinin Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən telefonları satması üçün Zərərçəkmiş şəxs verdiyini qeyd etsə də, həmin telefon sahiblərinin - Şahid9, X15, X19, X4, X9, X16 və Şahid8 müəyyən edilərək Pərvinin dediklərinin təkzib edilməsi, eləcə də telefon alqı satıqısı ilə əlaqədar aldığı pulların müəyyən hissəsinin şəxsi ehtiyaclarına xərcləməsi) təkzib edilmiş, təqsirləndirilən şəxsin zərərçəkmişin pullarını dələduzluq yolu ilə ələ keçriməsi tamamilə sübuta yetirilmişdir. Şərh edilənlər təqsirləndirilən şəxsin zərərçəkmişdən dələduzluq yolu əldə etdiyi pulların hər hansı kommersiya fəaliyyəti ilə əlaqədar olmadığını ehtiva edir. Ona görə ki, təqsirləndirilən şəxsin zərərçəkmişdən əldə etdiyi pullarla telefonlar alması müəyyən edilməmiş, təqsirləndirilən şəxsin zərərçəkmişə ödədiyi pulların zərərçəkmiş tərəfindən özü və yaxınlarına aldığı telefonların pulları olması təsdiq edilmişdir. Bütün bunlar təqsirləndirilən şəxs tərəfindən əvvəlcədən şişirdilmiş və ağlasığmaz faiz rəqəmləri ilə zərərçəkmişi aldadaraq əldə etməsi, sonradan həmin pulları müxtəlif bəhanələrlə aldadaraq qaytarmaması təqsirləndirilən şəxsin niyyətinin əvvəlcədən dələduzluq niyyəti olduğunu ehtiva edir. Məhkəmə hökmdə şərh edilənləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında, borc və yığılmış faizlərlə bağlı hər hansı bir kreditor və borclu münasibətlərin olmasını istisna etməsə də, lakin yuxarıda şərh edilənlərə düzgün hüquqi qiymət verə bilməmiş, nəticədə təqsirləndirilən şəxsə əsassız olaraq bəraət vermişdir. Göründüyü kimi, məhkəmə işi qeyri-obyektiv və birtərəfli apararaq cinayət qanunun və cinayət-prosessual qanunun normalarının tələblərini kobud pozmuş, bunun nəticəsi olaraq ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən və layiqli cəza almaqdan kənarda qalmışdır. Eyni zamanda birinci instansiya məhkəməsinin hökmündən Zərərçəkmiş şəxs Ahmet oğlu apellyasiya şikayəti verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(124)-79/2022 saylı hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş etməklə, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin mənasına görə, dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə törədilmiş hesab edilir. Bu halda təqsirkar təkcə əmlakı yox, həm də əmlaka olan hüquqları əldə edir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs etibarından sui-sitifadə etməklə onun 55.195 manat səxsi vəsaitimi dələduzluq yolu ilə əldə etmişdir. Həmin vəsaitdən 10.445 manat pulumu qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs onun 44.755 manat pulu qalmışdır. Əgər Təqsirləndirilən şəxs onun mənafeyi ilə bağlı dələduzluq cinayəti törətməmişdirsə, onda belə bir sual yaranır, bəs nə üçün onun inam və etibarından istifadə etməklə dələduzluq yolu ilə əldə etdiyi 55.195 manat puldan 10.445 manatı qaytarmışdır? İbtidai istintaqda olduğu kimi, məhkəmə istintaqında da onun dələduqzluq əməli tam sübuta yetdi. Çünki, Pərvin, pulu ondan alarkən əvvəlcədən niyyəti olmuşdur ki, pulunu ələ keçirsin və pul müqabilində ona mobil telefon verməyə vəd verərək, onun Pərvinə olan inam və etibarından istifadə etməklə puluna sahiblik etsin. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Təqsirləndirilən şəxs telefon almaq adı ilə ondan aldığı pulu alarkən, Pərvinin niyyəti aldığı pul müqabilində ona telefon vermək yox, onun pul vəsaitini ələ keçirmək niyyətində olmuşdur. Əgər belə bir niyyəti olmasaydı, aldığı pulun müqabilində ona heç olmasa, bir-neçə telefon göndərərdi. Pərvinin məqsədi dələduzluq niyyəti ilə onun pul vəsaitini ələ keçirmək olduğundan aldığı pulun müqabilində ona telefon göndərmədi. Məhkəmədə mülki iddia təqdim etsə də, məhkəmə kollegiyası iddia ərizəsini qəbul etmədi. Lakin əvvəlki məhkəmə iclasında sədrlik edən hakim ona bildirmişdir ki, tələbin əsaslıdır, növbəti məhkəmə iclasında mülki iddianı təqdim etsən, əsaslı olduğundan təmin edəcəkdir. Tam məsuliyyətlə bildirir ki, o, heç bir vaxt Pərvinə faizlə pul verməmişdir. Pərvinə faizlə pul verməyi barədə onun özünün, arvadı Şahid1, bacısı X10, anası Şahid4 məhkəmədə verdikləri ifadələri həqiqi niyyəti yox, Təqsirləndirilən şəxs məsuliyyətdən qurtarmaq niyyəti daşıyır. Əgər o, həqiqətən Pərvinə faizlə pul vermişdirsə, onlar bu barədə ibtidai istintaq zamanı da bildirə bilərdilər. Bu “iş birliyi” məhkəmədə yaranmışdır. Məhkəmədə ona verilmiş suala cavab olaraq bildirmişdir ki, evində Pərvinə nəğdi qaydada 40.000 manat, hissə-hissə isə Pərvinin və arvadının bank kart hesabına 15.190 manat pul ödəmişəm. Lakin məhkəmədə Təqsirləndirilən şəxs, Şahid1, Şahid2, Şahid4 ilə əlbir olan barəsində hakimlər bəraət hökmü çıxarmışlar. Buna çox əfsuslar olsun deməkdən başqa, digər bir söz demək olmaz. Çünki hakimlər nədənsə, nəzərə almamışlar ki, Şahid1, Şahid2, Şahid4 Təqsirləndirilən şəxs ailə üzvləridirlər. Onlar nəyin bahasına olursa olsun, Təqsirləndirilən şəxs məsuliyyətdən qurtarmaq üçün belə ifadələr vermişlər. Məhkəmə kollegiyası onların ifadələrinə tənqidi yanaşaraq, həmin ifadələri obyektiv həqiqətin tərənnümü kimi yox, əzizlərini cinayət məsuliyyətindən qurtarmaq səyi olması kimi obyektiv qiymət verməliydilər. Beləliklə, bəraət hökmü çıxarmış məhkəmə kollegiyası tərəfindən zərərçəkmiş şəxs olaraq onun hüquqları pozulmuş və nəticə etibarı ilə CPM-nin tələblərinə əməl olunmamışdır. Həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əzizlərinin onu cinayət məsuliyyətindən azad etmələri barədə məhkəmədə verdikləri ifadələrini digər sübutlarla qarşılıqlı surətdə araşdırmamışdır. Məhkəmə kollegiyası hansı normaya əsasən onun ifadələrini təsdiq edən ifadələr kimi sübut olaraq qəbul etməməsini əsaslandırmamışdır. Bu hər şeydən əvvəl CPM-nin 32, 42ci normalarının tələblərinə ziddir. Ədalət mühakiməsi həyata keçirilərkən yolverilməz sübutlar bir qayda olaraq ittiham və ya müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə baxışından xaric edilir. Hazırkı işdə məhkəmə kollegiyası təqsirləndirilən tərəfin həqiqətə söykənməyən ifadələrini həddindən artıq qabardaraq onun hüquq və mənafeyini kölgədə qoymuş, nəticədə məhkəmə kollegiyasının birtərəfliyinə şübhə yaranmışdır. Həmçinin qeyd edir ki, ibtidai istintaq aparılarkən müstəntiq tərəfindən CPM-nin 125.2-ci maddəsinin tələbləri pozulmadan sübutlar toplanmış və təqsirləndirilən şəxsin əməlinə CPM-nin normalarına uyğun qiymət verilərək, düzgün olaraq Təqsirləndirilən şəxs əməli Cinayət Məcəllənin 178.3.2-ci maddəsinə tövsif edilmiş və yuxarıda öyrənilən normalara uyğun olaraq Təqsirləndirilən şəxs həmin maddə ilə ittiham elan edilərək məhkəmə məsuliyyətinə verilmişdir. Lakin məhkəmə kollegiyası birtərəfliliyə əməl etməməklə, təqsirləndirilən şəxsin mənafeyinə uyğun olan və onun əzizlərinin ifadələrini sübut kimi qəbul etmiş, məhkəmədə verdiyi obyektiv həqiqəti ortaya qoyan və bu qəbildən olan digər ifadələri isə əsassız olaraq sübut kimi qəbul etməmişdir. Bu halın özü də məhkəmə kollegiyası tərəfindən qərəzsiz bəraət hökmünün çıxarılmasını şübhə altına alır. PROSESSUAL MƏSƏLƏLƏR : Apellyasiya instansiyasının məhkəmə baxışında dövlət itihamçısı X17 apellyasiya protestini müdafiə edib, protestin dəlillərinə uyğun çıxış edərək, apellyasiya protestinin və apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(124)-79/2022 saylı hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Apellyasiya instansiyasının məhkəmə baxışında Zərərçəkmiş şəxs Ahmet oğlunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin və apellyasiya protestinin təmin edilməsini, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(124)-79/2022 saylı hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Apellyasiya instansiyasının məhkəmə baxışında Təqsirləndirilən şəxs müdafiəçisi X7 apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, protestin və şikayətin təmin edilməməsini, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(124)-79/2022 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiyasının məhkəmə baxışında Təqsirləndirilən şəxs müdafiəçisinin izahatını müdafiə edərək, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(124)-79/2022 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi, təqsirləndirilən şəxs və müdafiəçinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya protesti və apellyasiya şikayəti təmin olunmamalı, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(124)-79/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ibtidai istintaq orqanı tərəfindən təqdim olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirli olmasının təsdiq olunmamasına görə sonuncuya həmin maddə ilə bəraət verilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin və apellyasiya şikayətinin Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(124)-79/2022 saylı hökmünün əsassız olması barədə dəlillərinə (məhkəmə kollegiyası hazırkı qərarın “apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri” hissəsində ətraflı şərh olunduğunu nəzərə alaraq həmin dəlilləri təkrar sadalamağa zərurət görmür) qiymət verərək hesab edir ki, həmin dəlillər aşağıda qeyd olunanlarla təkzib olunan dəlillər olmaqla apellyasiya protestinin və apellyasiya şikayətinin təmin olunaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılması üçün qanuni əsas kimi qəbul oluna bilməz. Belə ki, ibtidai istintaq zamanı göstərilən Təqsirləndirilən şəxs ümumilikdə 6750 (altı min yeddi yüz əlli) manat pulunu aldatma və etibardan sui-istifadə etməklə vahid qəsdlə ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs Ahmet oğluna ümumilikdə 55195 (əlli beş min yüz doxsan beş) manat – külli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətməsi ilə bağlı təqsirliliyini sübuta yetirə biləcək heç bir sübut mövcud olmamış, əksinə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təqsirsizliyi sübuta yetirilmişdir. Əvvəla, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ona CM-nin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxsla 2017-2018-ci illərdə “Saloğlu” mebel şirkətində işləyən zaman tanış olmuşdur. Belə ki, o, Saloğlu mebel şirkətində sex rəisi vəzifəsində çalışmış və 2019-cu ilə qədər həmin şirkətdə işləmişdir. Zərərçəkmiş şəxs da həmin şirkətdə proqram yazmaqla məşğul olmuşdur. Müəyyən müddət sonra Zərərçəkmiş şəxs işdən çıxmış, lakin aralarında olan münasibət davam etmişdir. Həmçinin Zərərçəkmiş şəxs Bakıda qeydiyyat problemi olduğu üçün onu bibisinin evində qeydiyyata salmışdır. Buna görə münasibətləri daha da yaxınlaşmışdır. 2019-cu ilin iyul ayında Bülent ona zəng edərək “Azərtexnolayn” şirkətində tutduğu vəzifədən çıxacağını, göbələk sexi və ya truba sexi açacağını bildirməklə birgə iş qurmağı təklif etmişdir. Lakin onunla iş qurmağa razılaşmamış, çünki həmin vaxt Ağstafa rayonunda 3 yerdə “Nilay telecom” adlı telefon mağazası olmuşdur. Sonra Zərərçəkmiş şəxsla birgə iş görməklə bağlı belə razılaşmışlar ki, o, Bülentə az-az telefon göndərəcək, Bülent isə Sumqayıt şəhərində internet vasitəsi ilə satdıqdan sonra əldə edilən gəliri yarı böləcəkdir. Bülent həmin telefonları özünün “İnstagram” sosial şəbəkəsində olan hesabı vasitəsi ilə sataraq əldə edilən gəlirin yarısını ona göndərmişdir. Həmin səhifədə Bülentin və ailəsinin şəkilləri olmaqla satılan telefonlar şəkilləri və qiymətləri olmuşdur. Həmçinin müdafiəçisinin məhkəməyə təqdim etdiyi həmin “İnstagram” sosial şəbəkəsinin şəkillərindən Bülentin müştərilərlə yazışması, müştərilərə telefonların qiymətini deməsi, telefonları onun adına satdığını vardır. Bülentin ona kart vasitəsi ilə göndərdiyi pul məbləğləri isə misal üçün 3.000 manatlıq telefon satdıqda 150 manat məbləğində gəlirin 75 manatını ona göndərmişdir. Digər 70 və onun kimi kiçik məbləğlər pullarda telefon satışından əldə edilən gəlirin yarısı, yəni onun payına düşən pullar olmuşdur. Daha sonra, 2019-cu ilin sentyabr ayının sonunda onun Ağstafa da telefon alverinin yaxşı getməsini bilən Bülent ona zəng edərək Emil adlı dostu olduğunu və Emilin 20.000 manat pulu 18 ay müddətinə ayda 1.500 manat pul ödəmək şərtilə vermək istədiyini demişdir. Lakin Bülentin bu təklifi əlverişli olmadığından onunla razılaşmamışdır. Bundan sonra, 2019-cu ilin oktyabrın ayının 9-da bacısına cehizlik mebel almaq üçün Bakıya gəlmiş və bu zaman Bülent ona zəng edib Neftçilərdə “Qafqaz” restoranında Emilin onunla danışmaq istədiyini demiş, onlarla görüşmüş, lakin yenə də təklifləri ilə razılaşmamışdır. Bundan 2-3 gün keçmiş “Riyad” mebel mərkəzində bacısına mebel axtararkən Bülent ona zəng edib Sumqayıta dəvət etmişdir. Sumqayıtda Bülentlə danışıb ondan 20.000 manat pulu 2021-ci ilin aprel ayına qədər qaytarmaq şərti ilə sayaraq götürmüşdür. Həmin 20.000 manat pulun Bülentin öz pulu olmasını hiss etmiş, lakin Bülent pulun guya Emilin olmasını demişdir ki, o, pulu vaxtında qaytarsın. Çünki Bülent əvvəlki söhbətlərində də faizə pul verdiyini demişdir. Pulu götürdükdən sonra hər ay Bülentə əsas borc və onun faizini ödəmişdir. Belə ki, misal üçün təqdim etdiyi əlyazma sənədlərində qeyd etdiyi Bülentə verdiyi 1500 manat pulun 1100 manatı əsas pul borc olmuş, 400 manatı isə faiz borcu olmuşdur. Ən sonda dekabrın 15-də 1500 manat pul göndərmişdir. 2019-cu ilin dekabrın ayının 31-də Bülətin qonaqları gəlmiş və onlarla Bakı şəhərində Gənclikdə kafe açacaqları barədə razılaşmışdılar. Bundan 1-2 gün sonra Bülent ona Emil pulunu geri istəyir deməklə pulun qaytarılmasını tələb etmişdir. 2020-ci ilin yanvarın 10-a qədər Bülentə 10 min manat pul qaytarmışdır. 2020-ci ilin yanvar ayının 19-da Bülentlə Emil onun Ağstafa rayonunda olan mağazasına gələrək bir neçə mobil telefon götürmüşlər. Ümumilikdə götürdükləri malların dəyəri 1560 manat olmuşdur. Həmçinin Emil ona təcili pul lazım olduğunu demişdir. Emillə Bülent ona 20.000 min manat pul verib 27 min manat pulu 18 aya yox, 3-cü ayda ondan almaq istəmişlər. Emil bu məsələdə sadəcə bir fiqur olmuş, onun pula heç bir aidiyyəti olmamışdır. Sonra 2019-cu ilin fevral ayında Bülentlə görüşmüş və Bülent ona demişdir ki, Emilin pulu verilməsə Emil ondan 20.000 manat əvəzinə 40.000 manat alacaqdır. Bunun üstündə Bülentlə mübahisə etmiş və ona “get məni polisə ver” deməklə pulunun olmadığını bildirmişdir. Daha sonra, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, Bülentdən 20.000 manat pulu telefon mağazasına əlavə mal gətirmək və Bülent istəyəndə ona daha çox telefon göndərmək üçün almışdır. Bundan sonra, dükanına 10.000 manatlıq mal gətizdirmiş, 10.000 manatı əlində saxlayaraq 3 ay sonra Bülentin özünə qaytarmışdır. Telefonlar onun mağazasına qeydiyyatlı və qeydiyyatsız olmaqla gətirilmiş və o, həmin telefonları topdan ucuz almışdır. Bu qaydada hissə-hissə Bülent ona 1.500-2.000 manat pul göndərib telefon sifariş etmiş, o, həmin məbləğdə topdan satış qiyməti ilə ucuz telefon alıb Bülentə göndərmiş, Bülent isə telefonları xırda-xırda sataraq əldə edilən gəlirin yarısını ona göndərmişdir. Bundan əlavə, Bülentlə aralarında olan ticarətin şəffaflığı üçün onun arvadı Elminanın adına bank kartı açılmış və Elminanın adına pullar göndərmişdir. Belə ki, Elminanın kartına ödədiyim 3.668 manat pul, götürdüyü borcumun ödənişi olmuşdur. Şahid3 3.500 manat ödədiyi pul isə Elminanın kartına göndərəndə faiz çox çıxdığı üçün Emilin kartına göndərmişdir. Həmin pul da faizə götürdüyüm pulun ödənişi olmuşdur. Emillə Elminaya ödədiyi pullarla birlikdə 20 min manat puldan onun Bülentə 8.090 manat borcu qalmışdır. Bülentin “Whatsapp” proqramı ilə təqdim etdiyi yazışma isə saxta yazışma olmuşdur. Belə ki, Bülent proqram yazmış və həmin proqram vasitəsilə istədiyi şəxsin adından digər şəxsə mesaj və səs göndərmək mümkün olmuşdur. Bu onun adından Bülent tərəfindən yazılan yazılardır ki, Bülent bunları ona qarşı istifadə etməyə çalışmışdır. Götürdüyü 20.000 manat puldan tutulana qədər Bülentə 10.800 manat pul və 1.560 manatlıq telefon vermişdir. Pulun qalanını ödəyə bilməməsini səbəbi isə pandemiya düşməsi və karantin rejimi ilə bağlı alverinin dayanması olmuşdur. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Ahmet oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2014-cü ilin aprel ayından tanımış, onunla yaxın ailəvi münasibətləri olmuşdur. 2019-cu ilin iyul–avqust ayında Sumqayıt şəhərində hansısa bir mağaza götürüb, həmin mağazada mobil telefonların alış-satışı ilə məşğul olmağı qərara almışdır. Bununla bağlı Təqsirləndirilən şəxslə məsləhətləşmiş və Pərvin ona Gürcüstan Respublikasından ucuz qiymətə mobil telefonlar gətizdirə biləcəyini demişdir. Pərvinin ona göndərdiyi siyahıdan ona lazım olan mobil telefonları seçmiş və sonra onların ümumi qiymətinin 55.000 min manat təşkil etdiyini demişdir. Mobil telefonların 2019-cu ilin dekabr ayının ortalarında lazım olduğunu deyərək, onları əldə etmək üçün, lazım olan 55.000 manat pulu hissə-hissə Pərvinə göndərəcəyi ilə bağlı razılaşmışdır. Pərvinin bank hesabı olmadığı üçün, pulları onun arvadı X5 "xxxx" ASC-də olan hesab nömrəsinə göndərmişdir. Sonradan Pərvinin özünün "xxxx" ASC-də olan hesab nömrəsinə bir neçə dəfə müxtəlif pul məbləğləri göndərmişdir. 07 avqust 2019-cu il tarixdən başlayaraq, 04 oktyabr 2019-cu il tarixə kimi olan müddət ərzində «Million» ödəniş aparatı, "xxxx" ASC-nin ödəniş terminalı və öz adına olan maaş kartı vasitəsi ilə Pərvinin və onun arvadı Günelin hesab nömrələrinə hissə-hissə ümumilikdə 8.445 manat pul göndərmişdir. Daha sonra, 2019-cu ilin sentyabr – oktyabr aylarında Pərvin ona zəng edərək, bacısı Aygünün toy məclisinin keçirilməsi üçün Bakı şəhərinə gəldiklərini demiş və yaşadığı Sumqayıt şəhərində olan evinə onları dəvət etmişdir. Pərvin iş qurmağa lazım olan mobil telefonlar almaq üçün 40.000 manat pulu götürməli olduğunu ona demişdir. Həmin vaxt özündə 20.000 manat pul olduğu üçün, məcbur olub köhnə iş yoldaşı Şahid3 20.000 manat borc pul istəmişdir. Növbəti gün saat 11:00 radələrində, Təqsirləndirilən şəxs bacısı Aygün Əliyeva ilə birlikdə onun Sumqayıt şəhərində yaşadığı evə gələrək, arvadı Elminanın yanında 40.000 manat pulu ondan götürmüşdür. Daha sonra, Pərvini “Qafqaz” kafesində Emil ilə tanış etmiş. Bir müddət sonra ona pul lazım olduğu üçün Pərvindən borc pul istəmiş, o, da pul göndərmişdir. 12– 15 dekabr 2020-ci il tarixlərdə, Pərvinin mobil telefonuna zəng edərək, ondan, sifariş etdiyi mobil telefonları göndərməsini istəmiş, Pərvin mobil telefonları sifariş etdiyini və 2–3 günə gələcəyini demişdir. 05 yanvar 2020-ci il tarixdə Pərvinə əlavə 1.100 manat da pul göndərmişdir. Bununla da, Pərvinə mobil telefonları gətizdirməsi üçün ümumilikdə 55.195 manat pul vermişdir. Daha sonra, bir neçə dəfə Pərvinə zəng etmiş, lakin o, müxtəlif bəhanələr gətirərək mobil telefonların qısa müddətdə gətiriləcəyini bildirmiş, lakin vədinə əməl etməmişdir. Sonra, Ağstafaya gedərək Pərvinlə görüşmüş, o, isə problemləri olduğu üçün, mobil telefonları gətizdirə bilmədiyini demişdir. Pərvindən pulunu istədikdə isə o, pulların bank hesablnda olduğunu demişdir. Pərvinə pullarını ondan almayana qədər Ağstafa rayonundan getməyəcəyini söyləyərək, «Nəsiboğlu» otelində yerləşmişdir. Bir neçə gün həmin oteldə qaldıqdan sonra, həftənin birinci günü Pərvinin işlətdiyi mağazaya gedərək, onunla görüşüb, pulu bank hesabından çıxararaq, onun pulunu verməsini tələb etmişdir. Pərvinlə birlikdə "xxxx" ASC-nin Ağstafa rayon filialına getmiş və Pərvinin maaş kartının və şəxsiyyət vəsiqəsinin şəkillərini göstərməklə bank hesabını yoxlatmış, bu zaman hesabda pulun olmadığını, hətta Günelin banka 2.970 manat borcu olduğunu bilmişdir. Sonra da Pərvin müxtəlif bəhanələrlə ona pul verməkdən yayınmışdır. Daha sonra verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs ümumilkdə bank vasitəsilə köçürərək 15.190 manat, nağd olaraq isə 40.000 manat pul vermişdir. Pərvinin isə ona 10.000 manat pul qaytarmışdır. Bundan əlavə, zərərçəkmiş şəxs “Bülentşaşmaz75” “İnstagram” hesabının həqiqətən ona məxsus olduğunu və ondan başqa heç kəsin istifadə etmədiyini, hesabda olan telefon şəkillərini paylaşmaq üçün Pərvində istəmiş və buna görə də orada Pərvinin dükanı olan “Nilay telekom” yazıları olmuşdur. Lakin həmin şəbəkə vasitəsi telefon satışını həyata keçirməmişdir. Pərvinə 40.000 manatı 35-40 ədəd telefon almaq üçün vermiş, lakin konkret olaraq hansı telefonları sifariş etdiyinə dair onda sənəd olmamışdır. Həmin müddətdə heç bir yerdə işləməmişdir. Pərvinin onun arvadı Elminaya göndərdiyi 3.668 manat pul isə onun öz pulu olmuşdur. İşləmədiyi üçün pul lazım olduğundan Pərvindən pul istəmiş və o, Elminanın kartına göndərmişdir. Pərvin xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixə qədər 3.668 manat pul göndərmiş, xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixdək isə o, Pərvinə 6.750 manat pul göndərmişdir. Həmçinin telefon biznesi ilə məşğul olmaq istədiyini və bununla bağlı Təqsirləndirilən şəxs külli miqdar pul verdiyini iddia edən Zərərçəkmiş şəxs əldə edəcəyi telefonları hansı dükanda, hansı şərtlərlə və hansı qaydada satacağını izah edə bilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 əri Zərərçəkmiş şəxs onun yanında Təqsirləndirilən şəxs telefon sifariş etmək üçün 40.000 manat pul verdiyini deməklə onunla oxşar məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2019-cu ilin sentyabr ayında Bülent mobil telefon alqı-satqısı ilə məşğul olmaq istədiyini bildirərək ondan 20.000 manat borc pul istəmişdir. O, da razılaşaraq Bülentə 20.000 manat pul vermişdir. Bülentin deməsinə görə pulu o, tanışı Təqsirləndirilən şəxs vermişdir. Bülent 2019-cu ilin dekabr ayında telefonların sifarişi üçün lazım olan pulu ödəsə də telefonların gətirilmədiyini ona demişdir. Bülentə pulu ona verdiyini və ondan da alacağını demişdir. Daha sonra, Bülentin pulunun və malının qaytarılmadığını görüb onunla birlikdə Ağstafaya gedib Pərvinlə görüşmüşdür. Pərvin pulu 2020-ci ilin fevral ayının 9-a qədər ödəyəcəyini söz vermişdir. Lakin Bülent pulu geri qaytarmadığı üçün 20.000 manatı ondan almışdır. Bildiyinə görə Bülent Pərvinə 50.000 manatdan çox pul vermişdir. Daha sonra, Şahid3 verilən suallara cavab olaraq Pərvinə 2019-cu ilin sentyabr ayında bacısının toyu ərəfəsində 3.500 manat pul borca verdiyini və Pərvinin həmin pulu ona kart vasitəsi ilə qaytardığını demişdir. Həmçinin Şahid3 Bülentə 20.000 manat pul verməyini onunla sonra telefon biznesində şərik olmaq istəməsi ilə izah etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əri Pərvinə 20.000 manat pulu 18 faizlə 1 il 6 ay müddətinə hər ay 1500 manat ödəmək şərtilə vermiş, lakin 3 ay sonra fikrindən daşınmış Pərvindən pulunu geri tələb etmişdir. Pərvin telefon mağazası işlətmiş və aldığı puldan 10.000 manatına mağazaya mal gətirtmiş, əllərində qalan pulla Zərərçəkmiş şəxs 11.800 manat pul qaytarmışlar. Pulu geri qaytarmaqlarına dair çekləri də olmuşdur. 3 ay ərzində pulu qaytarandan sonra 8.000 manat pul borcları qalmışdır. Lakin pandemiya başladığından pulu qaytara bilməmişlər, buna görə Zərərçəkmiş şəxsla aralarında narazılıq yaranmışdır. Daha sonra, Şahid1 verilən suallara cavab olaraq göstərdi ki, Pərvin bacısı Aygünlə birlikdə Zərərçəkmiş şəxs pulu almışdır. Pərvinlə telefon mağazası işlətdikləri üçün Bülent də telefon alqı-satqısı işi ilə məşğul olmaq istəmişdir. Buna görə, aldığı 3-4 ədəd telefonlara görə onun bank kartına Bülent pullar köçürmüşdür. Həmin telefonları Bülentə Ağstafadan maşınla göndərmişlər. Telefonlar satıldıqdan sonra əldə edilən gəlir yarı-yarı bölünmüşdür. Ümumilikdə Bülent onun bank kartına telefon alqısatqısı ilə bağlı 3-4 min manat pul göndərmişdir. Həmçinin o, ifadəsində göstərdi ki, Pərvindən qalan pulunu almaq üçün Bülent Ağstafaya gəlmişdir. Bülentə 8.000 manat borclarının qalmasına baxmayaraq Bülent onlardan əlavə 15.000 manat pul tələb etmişdir. Bülent verdiyi 20.000 manata görə 35.000 manat pul istəmiş, hazırda isə həmin pul 55.000 manat olmuşdur. Bülent özünün “İnstagram” səhifəsindən telefonları reklam edib satışı ilə məşğul olmuş və əldə edilən gəlirin onlara çatan hissəsini onun adına olan karta 100 manat, 148 manat və digər məbləğlər olmaqla göndərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2019-cu ilin oktyabr ayının sonlarında qardaşı Pərvinlə ona cehiz almaq məqsədilə Bakıya gəlmiş və birlikdə mağazaları gəzmişlər. Sonra Zərərçəkmiş şəxs Sumqayıtdakı mebel mağazalarına da baxmaq üçün onları dəvət etmişdir. Mağazaları gəzdikdən sonra Zərərçəkmiş şəxs onları evinə dəvət etmişdir. Evdə arvadı Elmina və qızı da olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs 20.000 manat pul sayaraq qardaşı Pərvinə vermişdir. Bülentdən həmin vaxt 40.000 manat pul götürməmişlər. Qardaşı Pərvin telefon mağazası işlətdiyi üçün Bülent həmin pulu ona faizlə vermişdir. Pərvin isə pulu 2021-ci ilə qədər qaytarmalı olmuşdur. Sonradan bildiyinə görə Pərvin Bülentə 11.000 manata yaxın pul qaytarmışdır. Bülentlə Pərvinin tanışlığı 2015-ci ildə işlədikləri “Saloğlu” mebel salonundan başlamışdır. Hətta Bülent gəzmək məqsədilə Ağstafaya qonaq da gəlmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 20.000 manat pulu faizlə götürmüş və əsas hissəsini qaytarmışdı, lakin 8.100 manat borcu qalmışdır. Bülent Şaşamaz isə oğlunun ona 55.000 manat borcu olduğunu demişdir. Bir müddət sonra Bülentin qaynanası ona telefonla zəng edərək Pərvinin Bülentdən götürdüyü 20.000 manat pulun qaytarılmasını tələb etmiş, sonra Bülent telefonu götürüb “siz bankdan kredit götürəndə faiz ödəmirsinizmi?” demişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Neftçilər metrostansiyası ərazisində tanışı Səidlə birlikdə Pərvinlə görüşüb çay içərkən Zərərçəkmiş şəxs da həmin yerə gəlmişdir. Sonra Bülent onları yemək yeməyə dəvət etmişdir. Bülentlə Pərvinin 2015-ci ildən tanış olduqlarını bilmişdir. Birlikdə oturarkən Pərvinlə Bülent pul barədə mübahisə etməyə başlamışlar. Buna görə X14 3-4 ay vaxt verməsini xahiş etmişlər, Pərvin isə 2020-ci ilin aprel ayına qədər pulu qaytaracağını demişdir. Sonra iyun ayında Bülent Ağstafaya gəlmişdir. Həmin vaxt Pərvin pandemiya səbəbindən pulu danışıldığı vaxtda qaytara bilmədiyini demişdir. Bülentdən yenidən Pərvinə noyabr ayına qədər vaxt verilməsini xahiş etmişlər. Sonra Bülent polisə şikayət etmişdir. Pərvinlə dost olduqları üçün Səidlə birlikdə Bülentdən Pərvinə görə xahiş etmişlər. Bülətnlə Pərvinin arasında restoranda olan mübahisə telefon alveri və 20.000 manatla bağlı olmuşdur. Lakin tam olaraq kimin kimə nə qədər borclu olduğunu o, bilməmişdir. Pərvin 4-5 min manat qaytardığını, qalan pulu da hissə-hissə qaytaracağını demişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hazırda mübahisləndirilən qərarında düzgün olaraq vurğulamışdır ki, istintaq orqanı toplanılmış sübutlara düzgün təhlil etmədən, onları birinin digərinə münasibətdə düzgün qiymətləndirmədən, işin hallarına yalnız zərərçəkmiş qismində tanıdığı şəxsin mövqeyindən yanaşaraq mülki mübahisədən irəli gələn bir münasibətlərə cinayət əməli kimi düzgün hüquqi qiymət vermədən Təqsirləndirilən şəxs irəli sürdüyü ittihamda faktiki olaraq olmayan sübutlara istinad edərək, yalnız fərziyyələr və onunla ziddiyyətli münasibətlərdə olan zərərçəkmiş şəxs qismində tanınmış şəxsin, onun arvadı və tanışının ifadələri əsasında Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə təqsirləndirilən şəxs qismində cəlb etmişdir. Belə ki, iş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs “bulent.sasmaz75” adlı “İnstagram” sosial şəbəkəsində olan səhifəsindən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs özü tərəfindən müxtəlif növdə mobil telefonların satışı həyata keçirilmişdir. Şəkillərin yüklənmə tarixi 2019-cu ilin iyul ayına aiddir. Həmin şəkillərdə həmçinin Təqsirləndirilən şəxsa aid “Nilay telecom” firma adı da mövcuddur (cild 2, i.v. 186-193). Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iş materiallarında olan bu dəlilin Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları, yəni onunla Zərərçəkmiş şəxs telefon satışı ilə bağlı birgə kommersiya fəaliyyətinin olması təsdiq etməklə yanaşı hələ 2019-cu ilin iyul ayından Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məxsus “Nilay telecom” telefon dükanının mallarının satışı ilə məşğul olmasını göstərməsi qənaətinə gəlməsi əsaslı olmuşdur. Bundan başqa, verilmiş ittihama və iş materiallarına əsasən Zərərçəkmiş şəxs öz adına olan kart vasitəsi ilə 07 avqust 2019-cu il tarixdə 1300 (bir min üç yüz) manat, 16 avqust 2019-cu il tarixdə 157 manat, 30 avqust 2019-cu il tarixdə 70 manat, «Million» ödəniş aparatı vasitəsi ilə göndərdiyi 18 avqust 2019-cu il tarixdə 100 manat, 27 avqust 2019-cu il tarixdə 100 manat, 31 avqust 2019-cu il tarixdə 1000 manat və 148 manat məbləğində pulları Təqsirləndirilən şəxs onun arvadı Şahid1 (Paşayeva) kartı vasitəsi ilə göndərmiş və həmin pullar Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə talanması vurğulansa da, Təqsirləndirilən şəxs isə ifadəsində bu pulların Zərərçəkmiş şəxs “İntagram” vasitəsi ilə onun göndərdiyi mobil telefonların satışından əldə edilmiş gəlirin ona aid olan hissəsinin olduğunu bildirmiş və aralarında olan telefon biznesilə bağlı əldə edilən gəlirdən Zərərçəkmiş şəxs göndərməsi iş materiallarından olan ödəniş qəbzlərinin surətlərindən də göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən Ağsatafa rayonundan “MilliÖn” ödəmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs arvadı Şahid5 bank hesabına xx.xx.2019-cu il tarixdə 717 və 1.000 manat olmaqla ümumilikdə 1.717 manat, xx.xx.2019cu il tarixdə 250 və 1.000 manat olmaqla ümumilikdə 1.250 manat, xx.xx.2019-cu il tarixdə 50 manat, xx.xx.2019-cu il tarixdə 50 manat, xx.xx.2019-cu il tarixdə 500 manat, xx.xx.2019-cu il tarixdə 101 manat olmaqla cəmi 3.668 manat, daha sonra isə xx.xx.2019cu il tarixdə 160 manat, xx.xx.2020-ci il tarixdə 500 manat və xx.xx.2020-ci il tarixdə 1.700 manat olmaqla ümumilikdə 6.028 manat məbləğində pul göndərməsilə də təsdiq olunmuşdur(cild 1, i.v. 123-133). Bu halla bağlı birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, ifadəsində pulunun olmaması və heç bir yerdə işləmədiyi səbəbindən Təqsirləndirilən şəxs pul istəməsi və sonuncu tərəfindən həmin pulun onun arvadı Şahid5 kart hesabına köçürülməsinin göstərməsinə baxmayaraq, iş materiallarından görünür ki, bundan sonra da Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun qohumlarının hesablarına xx.xx.2019cu il tarixdə 200 manat xx.xx.2019-cu il tarixdə 1.000 manat, xx.xx.2020-ci il tarixdə 1.100 manat və xx.xx.2019-cu il tarixdə 1.950 manat pul göndərmişdir. Bu isə bir daha Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi halları, yəni Bülent Şaşamazla onun arasında telefon satışı ilə bağlı biznes əlaqələrinin olması və birinin digərinə telefon alış-verişi ilə bağlı pulların göndərilməsini təsdiq edir. Həmçinin, iş materiallarından olan ödəniş qəbzlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs tanışı Şahid3 kart hesabına xx.xx.2020ci il tarixdə 1.000, 1.000, 1.000 və 500 manat olmaqla ümumilikdə 3.500 manat məbləğində pul göndərilmişdir. Bununla bağlı da Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs arvadı Şahid5 kartına pul köçürdükdə bank hesablaşmasına görə pul çox tutulduğundan o, 3.500 manat pulu Zərərçəkmiş şəxs sözünə əsasən onun tanışı Şahid3 kart hesabına köçürmüşdür. Şahid3 isə öz ifadəsində həmin məbləğdə pulu Təqsirləndirilən şəxsa bacısının toyuna görə borc verməsi və sonra Pərvinin 3.500 manat pulu ona qaytarması ilə izah etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi bu hala düzgün qiymət verərək qeyd etmişdir ki, yaxın tanışlıq münasibətlərində olmayan Şahid3 Təqsirləndirilən şəxsa heç bir təminatsız 3.500 manat pul borc verməsi inandırıcı olmamaqla yanaşı, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların, yəni həmin pulun Zərərçəkmiş şəxs göndərdiyinin daha bir sübutudur. Bundan başqa, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs çap edilmiş formada “whatsapp” yazışmalarını birinci instansiya məhkəməsinə təqdim edərək Təqsirləndirilən şəxs təqsirini təsdiq edən sübut kimi qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs isə bununla bağlı bildirmişdir ki, Zərərçəkmiş şəxs proqram vasitəsi ilə istənilən şəxsin nömrəsinə onun və digər şəxslərin adını yazmaqla özü yazışmalar aparmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2.9-cu maddəsinə əsasən sübutlar məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Birinci instansiya məhkəməsi də düzgün olaraq hesab etmişdir ki, Zərərçəkmiş şəxs çap edilmiş formada məhkəməyə təqdim etdiyi “whatsapp” yazışmalarının mötəbərliyinə əsaslı şübhələr olduğundan, bu sənədlər təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübut kimi qəbul edilə bilməz. İttiham tərəfi Təqsirləndirilən şəxs dələduzluq əməlini törətməsini təsdiq edən digər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən sübutlara qiymət verərək bu nəticəyə gəlir ki, həmin sübutlarla Təqsirləndirilən şəxs dələduzluq əməlini törətməsi sübuta yetirilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcüd olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Qanunun bu normalarını rəhbər tutaraq məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin dispozisiyasına əsasən dələduzluq cinayətinin obyektiv cəhətini etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təşkil edir. Göründüyü kimi həmin cinayətə görə məsuliyyət yalnız əmlakın aldatma və ya etibardan sui-istifadə yolu ilə ələ keçirməsi halında əmələ gələ bilər, aldatma və ya etibardan sui-istifadə etmə cinayət tərkibinin zəruri elementləri kimi çıxış edir və bu hallar cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, ittihamın əsaslı olması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə cinayət tərkibinin hər bir elementinin sübutlarla təsdiq olunmasında ifadə edilməlidir. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, guya özgənin əmlakını ələ keçirmə məqsədi ilə Türkiyə Respublikası vətəndaşı olan, tanışı Zərərçəkmiş şəxs Ahmet oğlunun Sumqayıt şəhəri ərazisində mobil telefon mağazası açıb işlətmək istədiyini bilərək, şəxsi əlaqələrindən istifadə edib, onu, müxtəlif markalı mobil telefonlarla təmin edəcəyi və bunun üçün 55000 (əlli beş min) manat pul tələb olunduğu barədə yalan məlumat verib aldadaraq, ümumilikdə 6750 (altı min yeddi yüz əlli) manat pulunu aldatma və etibardan sui-istifadə etməklə vahid qəsdlə ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs Ahmet oğluna ümumilikdə 55195 (əlli beş min yüz doxsan beş) min manat – külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin müəyən etdiyi kimi, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs arasında şərikli sahibkarlıq və borc münasibətləri mövcud olmuşdur. Belə ki, həm zərərçəkmiş şəxsin, həm təqsirləndirilən şəxsin, həmçinin də şahid qismində dindirilən şəxslərin ilkin və məhkəmə istintaqlarında verdiyi ifadələr ilə də həmin hal müəyyən edilir. Şəxsin təqsirlilik məsələsi həll olunarkən iş üzrə hər hansı bir şübhəyə yer qoymadan işin bütün halları tədqiq edilməli, qanuni və əsaslı yekun nəticəyə gəlinməsi üçün cinayət işi üzrə həqiqət müəyyən edilməlidir. Həqiqətə söykənməyən qərar qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi, istintaq orqanının gəldiyi nəticə, yəni zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs özünün “İnstagram” sosial şəbəkəsində Təqsirləndirilən şəxs hissəhissə götürdüyü telefonların satışı ilə məşğul olmasına baxmayaraq, 2019-cu ilin avqust ayından 2020-ci ilin yanvar ayınadək 55.195 manat məbləğində pulu hissə-hissə məlum olmayan sayda və modeldə mobil telefonların gətirilməsi üçün verməsi, bu məbləğin yalnız 40.000 manatının böyük məbləğdə olması digər məbləğlərin isə 70, 100, 148, 157 və digər kiçik məbləğlərdə olması, eyni zamanda həmin müddət ərzində Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs arvadı Şahid5 və tanışı Şahid3 bank hesablarına köçürməklə müvafiq olaraq 6.028 və 3.500 manat pulu göndərməsi bir daha onu sübut edir Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında kommersiya fəaliyyəti ilə bağlı əlaqələr olmuş və bu münasibətlər zəminində onların arasında pul alış-verişi olmuşdur. Mülki münasibətlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqaviləni bağlamazdan əvvəl özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyəti olsun. Bu hal isə məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs hərəkətlərində müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaətilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarında göstərilir ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Yəni dələduzluq cinayətinin yaranıb-yaranmaması birbaşa olaraq cinayətin subyektiv tərəfi-şəxsin dələduzluğa yönəlmiş niyyətinin olub-olmaması halı ilə şərtləndirilmişdir. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Göründüyü kimi, mübahisəli məqam Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus 55195 manat məbləğində pulunu ələ keçirməsi və ümumiyyətlə həmin məbləğdə pulun Təqsirləndirilən şəxs tərəfindən alınmasına dair düzünə hansı sübutun olması, çünki bu halı təsdiq edən şahidlər yalnız zərərçəkmiş şəxsin öz yaxınları olmuş, bu halı təsdiq edən digər hal yoxdur. Yəni, bununla bağlı şübhələr var və qanunun tələbinə görə bu şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyildir. Kollegiya qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pulunu ələ keçirmək niyyətində olmasına dəlalət edən sübutlar mövcud deyildir. Odur ki, Zərərçəkmiş şəxs kimi verdiyi ifadəsi Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamı təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.3-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Həmçinin məhkəmə kollegiyasının mövqeyinə görə istintaq orqanının və birinci instansiya məhkəməsinin istinad etdikləri – şahid ifadələri və sübutlar Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamı təsdiq edən sübutlar kimi qəbul edilə bilməz. Belə ki, qeyd olunan şəxslərin ifadələri də təqsirləndirilən və zərərçəkmiş şəxs arasında şərikli sahibkarlıq və borc münasibətlərinin olmasını təsdiq etməklə yanaşı, həmin şəxslərin arasında pul məbləğləri ilə bağlı münasibətləri əks etdirir. Eyni zamanda məhkəmə kollegiyasının mövqeyinə görə təqsirləndirilən və zərərçəkmişin verdiyi ifadələr mülki mühakimə icraatı qaydasında işə baxan məhkəmə araşdırması zamanı mülki mübahisə tərəfi olacaq şəxslərin arasındaki həmin mülki xarakterli mübahisənin həlli zamanı sübut kimi istifadə oluna bilər. Göründüyü kimi yuxarıda göstərilən ziddiyyətlər, uyğunsuzluqlar və anlaşmazlıqlar öz-özlüyündə ittihamın sübut kimi təqdim etdiyi zərərçəkmiş və şahid ifadələrinin, habelə digər sübutların həqiqiliyini əsaslı şübhə altına alır. Təbii ki, qanunvericiliyin tələbinə görə bütün şübhələr Təqsirləndirilən şəxs xeyrinə şərh olunmalıdır. Apellyasiya məhkəməsi yuxarıda sadalanan sübutlara qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında pul vəsaitinin ödənilməsi ilə bağlı mübahisə mövcuddur və pul vəsaitinin ödəməsi ilə əlaqədar münasibətlər də qeyrimüəyyən xarakter daşıyır. Bu münasibətlər mahiyyətcə mülki xarakterlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir halda ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Ahmet oğlunun maliyyə vəsaitini mənimsəmə niyyətinin əvvəldən yaranmasını sübut edən heç bir sübut cinayət işinin materiallarında əks olunmur. Məhkəmə kollegiyası eyni zamanda zərərçəkmiş şəxsin apellyasiya şikayətinin “əgər Təqsirləndirilən şəxs mənə qarşı dələduzluq etməmişdirsə, niyə 10445 (on min dörd yüz qırx beş) manat pulu geri qaytarmışdır?” dəlilinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs həmin pulu Zərərçəkmiş şəxs şikayətlərindən, istintaqın başlanılmasında sonra deyil, aralarında kommersiya mübahisələrinin getdiyi dövrlərdə ödəmişdir ki, bu da zərərçəkmiş şəxsin həmin dəlilinin əsassız olmasına dəlalət edir. Eyni zamanda apellyasiya protestinin “təqsirləndirilən şəxs pulun 10.000 (on min) manatını saxladığını, qalan 10.000 (on min) manatı ilə telefon aldığını məhkəmə iclasında desə də, istintaqda bildirməmişdir. Bu fikrin niyə ziddiyyət təşkil etdiyi mənə aydın deyil. Çünki Təqsirləndirilən şəxs 20.000 (iyirmi min) manat pul aldığını hər iki halda etiraf edir. Hətta hörmətli prokuror belə zərərçəkmiş şəxsin hansı hesabla Təqsirləndirilən şəxs 40.000 (qırx min) manat pul istəməsini başa düşə bilmir.” həmçinin, “təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən dələduzluq yolu ilə əldə etdiyi pullar guya hansısa kommersiya fəaliyyəti ilə əlaqədar deyil, həmin pullarla telefonların alınması öz təsdiqini tapmır və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə ödədiyi pullar, zərərçəkmiş şəxsin özünə və yaxınına aldığı telefonlardır.” dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bütün iş materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs telefon dükanı işlədir və bütün özünəməxsus pul dövriyyəsi telefonların alış-verişindədir və həmçinin zərərçəkmiş şəxsin məhkəmə iclasında ifadə verən zaman adlarını qeyd etdiyi telefon markalarını bazar qiymətlərinə fikir verdikdə görünük ki, zərərçəkmiş şəxs özünə, yoldaşına, qaynanasına, dostuna, qardaşına hərəyə iki-iki də telefon alsa, Təqsirləndirilən şəxs qaytardığı pulun miqdarından az qiymət təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməsində təqsirli olmasını təsdiq edən mötəbər, əsaslı, şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki qanuna görə verilən ittihamı sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır (CPM-in 21.1-ci maddəsi). Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. CPM-in müddəalarına uyğun sürətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirlməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (CPM-in 21.2-ci maddəsi). Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (CPM-in 21.3-cü madəsi). Məzmununa görə, yəni CPM-in bəzi digər normaları, o cümlədən 138.2, 139.04, 233.11, 351.1-351.4-cü maddələrinin müddəaları da təqsirsizlik prezumpsiyasını təmin edir. Göründüyü kimi Konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsin vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kim çıxış edir. Bu mövqeyi İnsan hüquqları Avropa Məhkəməsinin Qaritski Polşaya qarşı iş üzrə 06 fevral 2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəllilərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Avropa İnsan Hüquqları Məhkəməsi “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi göstərmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının CM-i ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Bu xüsusda məhkəmə İnsan Hüquqları Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) «Smirnova Rusiya Federasiyasına qarşı» iş üzrə qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, ibtidai istitntaq orqanının məhkəməyə təqdim etdiyi sübutlar şəxsin ittiham olunduğu əməldə təqsirli bilinməsinin müəyyən edilməsi üçün deyil, şəxsin məhkəməyə çıxarılması üçün əsas ola bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, iş üzrə ittiham tərəfinin istinad ediyi sübutlarla Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə birinci instansiya məhkəməsinin ona həmin maddəylə bəraət verməsi qanuni və iş üzrə müəyyən olunmuş faktiki hallara uyğun olmuşdur, dövlət ittihamçısının apellyasiya protestinin və zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən sübyektiv mülahizə xarakterli dəlillər olmaqla birinci instansiya məhkəməsinin hökmünün ləğv olunaraq Təqsirləndirilən şəxs barəsində CM-nin 178.3.2-ci maddəsi ilə ittiham hökmü çıxarılması üçün qanuni əsas kimi qəbul oluna bilməz və ona görə də apellyasiya protesti və apellyaisya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiümətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı). CРМ-nin 21-ci maddəsi Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin ll hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiaham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin, müdafiəçinin, mülki cavabdehin) müdafiəsi üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. Azərbaycan Respublikasının CРМ-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. CРМ-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CРМ-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CРМ-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CРМ-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CРМ-nin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. CРМ-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CРМ-nin 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində vurğulanır ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir...”. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inam görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlibgəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə, onun barəsində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış bəraət hökmü dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, CРМ-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. CРМ-nin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 42.2.4, 394, 397, 398, 407, 410 və 412-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(124)-79/2022 saylı hökmü apellyasiya protestinə və apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Zərərçəkmiş şəxs Ahmet oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu gündən CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(105)-37/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-37/2023
03.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver