Məhkəmə qərarları › İş №1(105)-385/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-385/2024

09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-385/2024 09.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının hakimləri:Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 1(060)-681/2023 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq (videokonfrans əlaqə sistemi vasitəsi ilə), məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 1(060)-681/2023 saylı hökmü ilə (hakim R.R.Mustafayev) Təqsirləndirilən şəxs (xx xxxxxxxx 1980-ci ildə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Sumqayıt şəhəri, 4-cü mkr., ev 30/80, mənzil 2-də qeydiyyatda olan, faktiki olaraq Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 18, otaq 171 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə PX-in 3 saylı İstintaq Təcridxanasında saxlanılan) AR CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib, 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(060)-31/2023 saylı hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplanması və ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 16 mart 2023-cü il tarixdən 18 mart 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli onun tutulduğu 05 sentyabr 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkum Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 1(060)-681/2023 saylı hökmündən apellyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən Sumqayıt Apellyasiya Məhkəməsinin 23 may 2024-cü il tarixli, 1(105)-385/2024 saylı qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 1(060)-681/2023 saylı hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti hərəkətsiz saxlanılmış və hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar CPM-nin 386-cı maddəsinin tələblərinin yerinə yetirilməsi üçün 20 (iyirmi) gün müddət müəyyən edilmişdir. Məhkəmə kollegiasyı qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 386.1-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün 20 (iyirmi) gün müddət təyin edilməsinə baxmayaraq, məhkum apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair vəsatət ilə müraciət etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.4-cü maddəsinə əsasən bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti verilməmiş hesab edilməli və baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 391, 408 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 1(060)-681/2023 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti verilməmiş hesab edilsin və baxılmamış saxlanılsın. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar