Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-44/2024 14.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəhimov Elman Gülbaba oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Elman Məmməd oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Yusifova Ayşən Hafiz qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi3, Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 1(060)-721/2023 nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 1(060)-721/2023 nömrəli hökmü ilə (hakim R.Quliyev) xx.xx.1979-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, ailəli, ali təhsilli, işsiz, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 9, mənzil 12-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə təqsirləndirilmişdir ki, o, xx.xx.2021-ci il tarixdə, saat 20 radələrində yaşadığı ünvan 1 ünvanının qarşısında tanışı Zərərçəkmiş şəxs yaşadığı evə gəlməsini irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun baş və sağ qol nahiyəsinə dabankeşlə vuraraq ona sağ dirsək oynağının hemartrozu, sağ dirsək sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişməyən, sümüküstü sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa Az ağır zərərvurmaya aid edilən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına AZ AĞİR zərər vurmuşdur. Hökmdən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilərək barəsində bəraət hökmü çıxarılması xahiş olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 1(060)-721/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları-Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamış və həmin sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermişdir. Belə ki, iş materiallarında olan və birinci instansiya məhkəməsində məhkəmə baxışında tədqiq edilmiş “cinayət işinin başlanması haqqında” 25 fevral 2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt şəhər prokuroru tərəfindən Sumqayıt ŞPİ-nin müstəntiqi, polis kapitanı Turan Hacıyevin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı ləğv edilmiş, fakta görə AR CM-nin 127.1-ci maddəsi ilə cinayət işi başlanılmış, ibtidai istintaqın aparılmasından ötrü Sumqayt ŞPİ İŞ-ə göndərilmişdir (i.v. 1) 06 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 65-66) Azərbaycan Respublikası SN “MTE və PAB” Publik hüquqi şəxsinin 1692 nömrəli xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ dirsək oynağının hemartrozu, sağ dirsək sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişməyən, sümüküstü altı sınığı. Qeyd olunan xəsarətlər küt əşya (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. (i.v. 20-22) Azərbaycan Respublikası SN “MTE və PAB” Publik hüquqi şəxsinin 1692 saylı, xx.xx.2023-cü il tarixli əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər TTYX-na müraciət edərkən onun bədəni üzərində aşağıdakı xəsarətlər olmuşdur: sağ dirsək oynağının hemartrozu, sağ dirsək sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişməyən sınığı. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2021-ci il tarixdə dabankeşlə vurulma nəticəsində əmələ gələ bilərdi, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. (i.v. 104- 109) “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 05 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulub İŞ-ə təhvil verənədək barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. (i.v. 101) 14 iyul 2023-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyi üçün iş üzrə icraat təzələnmişdir. (i.v. 111) Apellyasiya şikayətində hökmün ləğv edilməsi və Təqsirləndirilən şəxs bəraət verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs bəraət verilməsi barədə apellyasiya şikayətində göstərilən dəlillər əsaslı hesab edilə bilməz. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın əsaslılığını müzakirə edərək aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 109A); Birinci instansiya məhkəməsi cəza təyini zamanı Təqsirləndirilən şəxs himayəsində 02 övladının olmasını AR CM-nin 59.2-ci maddəsində əsasən onun əməlini yüngülləşdirən hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəliliyi nəzərə alınaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə cinayət qanunvericiliyinə uyğundur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətində göstərilən dəlillərə görə Sumqayıt Şəhər Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 1(060)-721/2023 nömrəli hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edir. Təqsirləndirilən şəxs müdafiə hüququnun təmin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, apellyasiya instansiyası məhkəməsində Təqsirləndirilən şəxs göstərilmiş 02 (iki) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 vəkil işlədiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına 12 (on iki) manat məbləğində məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 193, 397, 398.1.1, 407- 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 1(060)-721/2023 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya baxışı zamanı məhkəmədə hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil Müdafiəçi2 02 (iki) iş saatı üçün 12 (on iki) manat Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(105)-44/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-44/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver