Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-471/2022 20.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəhimov Elman Gülbaba oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Yusifova Ayşən Hafiz qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Zəngilan Rayon Məhkəməsinin 1(034)-2/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Zəngilan Rayon Məhkəməsinin 1(034)-2/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli hökmü ilə (hakim G.İmanova) xx.xx.1983-cü ildə Rusiya Federasiyasının Xabarovsk şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Mingəçevir şəhəri, H.Əliyev prospekti, bina 82/24, mənzil 46-da qeydiyyatda olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.1993-cü ildə Salyan rayonu, Qarabağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs2 ona görə təqsirləndirilmişdir ki, o, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.3 və 66.5-ci maddələri tətbiq edilməklə 03 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzası 08 ilə, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 07 ilə endirilmiş və həmin məhkəmənin xx.xx.2019 cu il tarixli qərarı ilə 10 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuş Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən, cinayətlərin residivi qaydasında, özgənin əmlakını gizli olaraq talama barədə Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs məxsus "xxxx" MMC-yə icarəyə verilmiş və Zəngilan rayonu, İkinci Ağalı kəndi ərazisində inşa edilən “Ağıllı kənd”-də istifadə edilən, “Hyundai R 290 LC-9” markalı, AZ 10-Z- 559 dövlət qeydiyyat nişanlı tırtıllı ekskavatorun ümumi dəyəri 1400,00 (7 ədəd x 200 manat) manat olan 07 ədəd forsunkalarını xx.xx.2022-ci il tarixdə saat 01 radələrində ekskavatorun üzərindən söküb gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs1 ona görə təqsirləndirilmişdir ki, o, özgənin əmlakını gizli olaraq talama barədə Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs məxsus "xxxx" MMC-yə icarəyə verilmiş və Zəngilan rayonu, İkinci Ağalı kəndi ərazisində inşa edilən “Ağıllı kənd"- də istifadə edilən, “Hyundai R 290 LC-9" markalı, AZ 10-Z-559 dövlət qeydiyyat nişanlı tırtıllı ekskavatorun ümumi dəyəri 1400,00 (7əd.x200 manat) manat olan 07 ədəd forsunkalarını xx.xx.2022-ci il tarixdə saat 01 radələrində ekskavatorun üzərindən söküb gizli olaraq talamaqla oğurluq etmişdir. Hökmdən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini və barələrində daha yüngül cəza təyin edilməsini xahiş etmişlər. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Zəngilan Rayon Məhkəməsinin 1(034)- 2/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları-Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamış və həmin sübutlara əsasən təqsirləndirilən şəxslərin əməlinə hüquqi qiymət vermişdir. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar- zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspert rəyi, habelə digər sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlini törətməsi tam təsdiq olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara düzgün qiymət verərək, əsaslı olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlini Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə tövsif edərək onları həmin maddə ilə təqsirli bilmişdir. Apellyasiya şikayətlərində təqsirləndirilən şəxslərin əməlinin tövsifi və cinayət törətməkdə təqsirli olması məsələləri mübahisələndirilmir. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin edilmiş cəzanın əsaslılığını müzakirə edərək aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, o, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasını tam çəkib qutardığı üçün şöbənin qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.2.2ci, 66.5-ci maddələri ilə təqsirli bilinərək 06 il azadlıqdan məhrum etmə cəzasına, 03 il Dövlət və yerli özünüidarə etmə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5, 178.2.2, 66.5-ci maddələrinə əsasən 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək üzərində qəti olaraq 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 03 il müddətinə Dövlət və yerli özünüidarə etmə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə cəzası saxlanılmış, xx.xx.2019-cu ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəkilməmiş cəzasının qalan 10 ay 22 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli höküm ilə Azərbaycan Respublikası CM-nin 192.2.2, 213.2.2, 32.5,213.2.2, 66.3, 66.4, 66.5-ci maddələrinə əsasən 09 il azadlıqdan məhrum etmə cəzasına, 03 il müəyyən vəzifə tutma hüququndan məhrum edilmiş, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.1, 66.3, 66.5-ci maddələrinə əsasən 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, 03 il müddətinə rəhbər vəzifə tutmaq hüququndan məhrum edilmiş, xx.xx.2016-cı ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarına əsasən CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddəti cəzası xx.xx.2016-ci il tarixli qanuna əsasən cinayət hesab olunmadığından xitam verilmiş, xx.xx.2014-cü il tarixli hökmdə CM-nin 66.5-ci maddəsinə dair müddəalar xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış, xx.xx.2015-ci il tarixli hökmlə təyin edilmiş əməl xx.xx.2016-cı il tarixli qanuna əsasən cinayət hesab olunmadığından azad olunmuş, CM-nin 66.3 və 66.5-ci maddələri xaric edilmiş və cinayət işinə xitam verilmş, xx.xx.2015-ci il tarixli hökmlə CM-nin 192.2.2, 213.2.2, 32.5,213.2.2, 66.3, 66.4, 66.5-ci maddələrinə əsasən 03 il Dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 192.2.2-ci maddəsi xx.xx.2016-ci il tarxdə qüvvədə olan 192.1-ci maddəsinə tövsif edilmiş, CM-nin 66.4, 66.5-ci maddələrinə əsasən 08 il müddətinə azadlıqdan məhrum etmə, 03 il müddətinə Dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilmə cəzası təyin edilmiş, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının xx.xx.2020-ci il tarixli qanunu tətbiq edilməklə qəti olaraq 03 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə və 07 il azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2019-cu ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə 10 ay 22 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad olunmuş, xx.xx.2019-cu ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, vergi ödəməkdən yayındığına görə CM-nin 213.1-ci maddəsi ilə başlanmış cinayət işinə xx.xx.2020-ci ildə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Cinayət işinin materiallarında olan xasiyyətnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf etməsini, səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, himayəsində bir az yaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmış və onlara Azərbaycan Respublikası CM-nin 8.1, 58.3, 60 və 63-cü maddələrinin tələblərinə əsasən ədalətli və qanuna uyğun cəza təyin edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərində göstərilən dəlillərə görə birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsas yoxdur, ona görə də apellyasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamadığından keyfiyyətli müdafiə hüququnun təmin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinin qərarı ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, apellyasiya instansiyası məhkəməsində Təqsirləndirilən şəxs1 göstərilmiş 06 (altı) iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına 36 (otuz altı) manat, Təqsirləndirilən şəxs2 göstərilmiş 06 (altı) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi3 vəkil işlədiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına 36 (otuz altı) manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 193, 397, 398.1.1, 407- 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Zəngilan Rayon Məhkəməsinin 1(034)-2/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 apellyasiya baxışı zamanı məhkəmədə hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkillər X2 və Müdafiəçi3 hər birinə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(105)-471/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-471/2022
20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver