Məhkəmə qərarları › İş №1(105)-494/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-494/2021

11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-494/2021 11.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X2 Rzayevin sədrliyi və məruzəsi ilə, hakimlər Elman Gülbaba oğlu Rəhimov və Elman Məmməd oğlu Əhmədovdan ibarət tərkibdə, Aytən İlqar qızı Əliyevanın katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi3 və Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Abşeron Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 1(012)-38/2021 saylı hökmündən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 1(012)-38/2021 saylı hökmü ilə (hakim V.İ.Həsənov) xx.xx.1970-ci il tarixdə İmişli rayonu, Cahar kəndində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, İmişli şəhəri, C.Qəhrəmanov küçəsində qeydiyyatda olmaqla faktiki olaraq İmişli rayonu, Cahar kəndində yaşamış, Abşeron Rayon Məhkəməsinin 26.11.2020-ci il tarixli qərarı ilə barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən16.01.2020-ci tarixdən 18.01.2020-ci il tarixədək tutulduğu 02 gün müddət təyin olunmuş azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 26 noyabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmışdır ki, o, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq məqsədlə tanışı Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 21-ci məhəllədə yerləşən yeni inşa olunmuş 14 mərtəbəli binanın 2-ci blokunun 5-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 76 kv.m olan mənzili göstərərək, həmin mənzilin ona məxsus olmasını və ucuz qiymətə ona satmaqla adına rəsmiləşdirilməsini bildirərək, sonuncuya evin çertyojunun şəkillərini “Vatsap” sosial şəbəkəsi vasitəsi ilə göndərməklə həmin mənzil üçün ilkin olaraq 5000 (beş min) manat, bir il ərzində hissəhissə olmaqla 10000 (on min) manat, qalan məbləği isə 7 il 10 ay ərzində ayda 370 manat ödəməklə satacağı adı ilə Zərərçəkmiş şəxs ilə 2016-cı iıin dekabr ayının ortalarında Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi ərazisində görüşərək, 5000 manat məbləğində pulunu, həmin evə işıq xətti çəkiləcəyi adı ilə 2017-ci iıin yanvar ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi ərazisində görüşüb 2000 manat məbləğində pulunu, həmin evə qaz xətti çəkiləcəyi adı ilə 2017-ci iıin aprel ayının ortalarında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına parkda görüşüb 2000 manat məbləğində pulunu, həmin evə su xətti çəkiləcəyi adı ilə 2017-ci iıin iyul ayının axırlarında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına parkda görüşüb 2000 manat məbləğində pulunu, həmin evə lift çəkiləcəyi adı ilə 2017-ci iıin sentyabr ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına parkda görüşüb 3000 manat pulunu, həmin evə müqavilə sənədləri düzəldilməsi adı ilə 2017-ci iıin dekabr ayının ortalarında Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi ərazisində görüşüb 1000 manat məbləğində pulunu ümumilikdə 15000 məbləğində pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs ümumilikdə 15000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 1(012)-38/2021 saylı hökmünün ləğv edilməsini, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmlə razı deyil. Məhkəmə ona ağır cəza verib. İş üzrə düzgün aradırma aparılmamış, onun hüquqları kobud pozulmuşdur. Sübutlar düzgün tədqiq edilməmişdir. Sübutların mötəbərliliyi böyük şübhə doğurur. Bu hallar araşdırılmalıdır. Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 1(012)-38/2021 saylı hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs AR CM-in 178.2.4-cü maddəsi ilə daha ağır cəza təyin edilməsini və mülki iddiamı təmin etməklə təqsirləndirilən şəxsdən 15000 manatın alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində çıxarılan hökmlə razı deyil. Məhkəmənin təyin etdiyi cəza ədalətsizdir, heç bir yüngülləşdirici hal olmamasına baxmayaraq məhkəmə ona həddən aşağı cəza kəsmişdir. Ona görə də məhkəmənin hökmü bu hissədə dəyişdirilməli və azadlıqdan məhrumetmə cəzasının həddi çoxaldılmalıdır. Belə ki, təqsirləndirilən şəxs ondan üzr istəməmiş, ona vurduğu ziyanı ödəməmişdir. Əksinə, onu əxlaqsızlıqla ittiham etmiş, onun sevgilisi kimi qələmə vermişdir. Bütün bunları da deməkdə məqsədi məni rüsvay etmək və ittihamdan imtina etməkdir. Eyni zamanda mülki iddia ilə bağlı qeyd edir ki, məhkəmə bu hissədə kobud səhvə yol vermişdir. Təqsirləndirilən şəxs onun ümumilikdə 15000 manat pulumu mənimsəmişdir, bu hal istintaq orqanının gəldiyi nəticə ilə öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs bunu etiraf etmişdir. Məhkəmə isə mülki iddianı baxılmamış saxlayarkən qeyd edir ki, guya o, buna dair məhkəməyə əlavə sübut təqdim etməmişdir. Sual olunur, əgər təqsirləndirilən şəxsin onun pulunu mənimsəməsi şübhəlidirsə, onda hakim onu niyə CMin 178.2-ci maddəsi ilə məhkum etmişdir? Bu hal ilə məhkəmə özü öz hökmünü şübhə altına almışdır. Hesab edir ki, məhkəmənin hökmü dəyişdirilməli, ona daha ağır cəza təyin olunmalı və mülki iddia təmin olunmalıdır. Dövlət ittihamçısı X3 apellyasiya instansiyası məhkəməsində çıxış edərək, təqsirləndirilən şəxsin şikayətinin təmin olunmamasını, zərərçəkmiş şəxsin şikayətinin təmin olunmasını, Abşeron Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 1(012)-38/2021 saylı hökmünün zərərçəkmiş şəxsin mülki iddiasına münasibətdə dəyişdirilərək mülki iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya instansiyası məhkəməsində çıxış edərək təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayətini müdafiə edərək, zərərçəkmiş şəxsin apellyasiya şikayətinə etiraz etmiş, Abşeron Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 1(012)-38/2021 saylı hökmünün ləğv edilməsini, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs apellyasiya instansiyası məhkəməsində çıxışında təqsirləndirilən şəxsin ona dəymiş ziyanın ödənilmədiyini bildirirək, təqsirləndirilən şəxsin apellyasiya şikayətinin təmin edilməməsini, özünün verdiyi apellyasiya şikayətinin təmin olunmasını, Abşeron Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 1(012)-38/2021 saylı hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs AR CM-in 178.2.4-cü maddəsi ilə daha ağır cəza təyin edilməsini və mülki iddiamı təmin etməklə təqsirləndirilən şəxsdən 15000 manatın alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, dövlət ittihamçısının təqsirləndirilən şəxsin şikayətinin təmin olunmamasını, zərərçəkmiş şəxsin şikayətinin Abşeron Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli hökmünün zərərçəkmiş şəxsin mülki iddiasına münasibətdə dəyişdirilərək mülki iddianın təmin edilməsi barədə, məhkumun və onun müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi barədə və zərərçəkmiş şəxsin verdiyi apellyasiya şikayətinin təmin olunması barədə çıxışlarını dinləyib, işdəki sübutları apellyasiya şikayətləri ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, aşağıda şərh olunanlara əsasən, zərərçəkmiş şəxsin apellyasiya şikayəti qismən təmin edilməli və hökm mülki iddiaya dair hissədə dəyişdirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi onun özünün birinci instansiya məhkəməsində etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, məhkəmədə dindirilmiş, həmçinin məhkəmə iclasında tədqiq edilərək ifadəsi elan olunmuş şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmış, onun əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, məhkəmə istintaqı zamanı sübutların əldə olunması, onların tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və proses iştirakçılarının, o cümlədən məhkum edilmiş şəxsin qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkan və şərait yaradılmışdır. Birinci instansiya məhkəməsində məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 2016-cı ildən etibarən Aytəkin adlı xanımı tanımışdır. Aytəkingilin Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evində kirayə yaşamışdır. Sonra Aytəkin ona zəng edərək bildirmişdir ki, “həyat yoldaşından ayrılıb və o, evin kirayə haqqını həyat yoldaşına yox onun özünə versin”. Beləcə Aytəkinlə aralarında münasibət yaranmış və Aytəkin ona Abşeron rayonu, Xırdalan şəhərindən ev almaq istədiyini bildirmişdir. Aytəkinə demişdir ki, “Abşeron rayonu, Xırdalan şəhərində bina tikən tanışları var həmin şəxslərin vasitəsi ilə ev ala bilərlər”. Həmin evə ikisi də pul qoyub almalı olmuşlar. Hətta həmin evin qiyməini orada işləyən Namiq adlı şəxsdən də öyrənmişdir. Bundan əlavə olaraq binanın şəkillərini və evin çertyojunun şəkillərini “Vatsap” sosial şəbəkəsi vasitəsi ilə Aytəkinə göndərmişdir. Bu müddət ərzində, Aytəkindən müxtəlif vaxtlarda Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsinin yaxınlığında 2000 (iki min),1000(min),(500) manat olmaqla bir il yarım ərzində ümumilikdə 11800 (on bir min səkkiz yüz) manat pul almışdır. Lakin həmin pulu ev almaq üçün yox borc kimi almışdır. Aytəkinə demişdir ki, həmin pulu düzəltdikdən sonra pulun üstünə pul qoyacaq və ev alacaqlar. Lakin işi alınmadığına görə o, evi ala bilməmiş və pulu Aytəkinə qaytara bilməmişdir. Aytəkin qardaşı İlkinlə 2019-cu ilin fevral ayında Masallı rayonunda görüşən zaman İlkin ondan, Aytəkindən aldığı 15000 manat pula görə borc müqaviləsi istəmişdir. Həmin vaxt İlkinə söz versə də sonra borc müqaviləsi verməmişdir. Bundan sonra isə Aytəkinin ondan polisə şikayət etdiyini bilmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Birinci instansiya məhkəməsində məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qardaşının ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur və müxtəlif ünvanlara gedərək fizioterapevt kimi xəstələrə kömək etmişdir. Oun mobil nömrəsini xəstələr birbirlərinə vemişlər və beləcə müxtəlif şəxslərə evlərində tibbi yardım göstərmişdir. 2016-cı ilin təxminən noyabr aylarında ona bir nəfər şəxs zəng vurub özünü Məbud adlı şəxs kimi təqdim edərək qızının onun köməyinə ehtiyacı olduğunu bildirmişdir. Həmin şəxslə Bakı şəhəri, 28 may metrosu yaxınlıqda görüşərək marşurut avtobusuna minmişlər. Həmin marşurut avtobusla Tibb Universitetinin yaxınlığında bir binaya daxil olmuşlar və oradakı mənzildə Məbud adlı şəxs ona Nübar adlı qızını göstərmişdir. Orada həmin qıza köməklik göstərmişdir. Məbud ona bildirmişdir ki, “onun bacısınında qolunda problemi var”. Məbud ona bacısının mobil nömrəsini vermiş və o, telefon vasitəsi ilə Məbudun Mərziyyə adlı bacısı ilə danışaraq Mərziyyəyə məsləhətlər vermişdir. Söhbətlərin birində Məbud ondan harada yaşadığını soruşmuşdur. Məbuda bildirmişdir ki, o qardaşı ilə bir ünvanda yaşayır. Məbud isə ona bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində özünə məxsus 3 ədəd mənzili vardır, Həmin mənzili Namiq adlı tanışından almışdır. Məbud ona demişdir ki, “hal hazırda həmin evlərdən birini ona ucuz qiymətə əlverişli şərtlərlə sata bilər. 2016-cı ilin dekabr ayının əvvəllərində o, taksiyə əyləşərək Abşeron rayonu, Xırdalan şəhərinə gəlmişdir. Orada Məbud ona bir bina göstərmişdir. Həmin binanın 5-ci mərtəbəsinə qalxmışlar və orada Məbud ona iki otaqlı sahəsi 76 kv.m bir mənzil göstərmişdir. Həmin mənzil onun xosuna gəlmişdir. Məbud ona bildirmişdir ki, ilkin olaraq həmin mənzil üçün 5000(beş min) bir il ərzində 10000 (on min) manat qalan məbləği isə 7 il 10 ay ərzində aylıq 370 manat olmaqla ödəməli olmuşdur. 5000 min manat pulu evə baxdıqdan təxminən 1 həftə sonra Məbud ondan istəmişdir. 2016-cı iıin dekabr ayının ortalarında həmin pulu qardaşı İlkindən alaraq Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi ərazisində Məbudla görəşərək Məbuda vermişdir. Məbuddan müqavilə istədikdə isə Məbud ona bildirmişdir ki, 3 gündən sonra ona müqavilə verəcəkdir. Bundan sonra bir neçə dəfə Məbuda zəng vurmuş və Məbud müxtəlif bəhanələr gətirərək ona müqavilə verəcəyini bildirirmişdir. Bundan sonra Məbud onu anasıyla tanış etmişdir. Məbud 2017-ci ilin yanvar ayının əvvəllərində ona zəng edərək bildirirmişdir ki, evə işıq çəkilir 2000 manat pul lazımdır. 2017-ci iıin yanvar ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi ərazisində Məbudla görəşərək Məbuda 2000 manat vermişdir. Həmin söhbətdən bir müddət sonra Məbud 2017-ci iıin aprel ayının ortalarında ona zəng edərək bildirmişdir ki, “evə qaz çəkilir 2000 manat pul lazımdır”, 2017-ci iıin aprel ayının ortalarında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına parkda Məbudla görəşərək Məbuda 2000 manat vermişdir. Məbud 2017-ci ilin iyul ayının axırlarında ona zəng edərək bildirmişdir ki, evə su çəkilir 2000 manat pul lazımdır, 2017-ci iıin iyul ayının axırlarında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına parkda Məbudla görəşərək Məbuda 2000 manat vermişdir. Məbud 2017-ci iıin sentyabr ayının əvvəllərində ona zəng edərək bildirmişdir ki, binaya lift çəkilir 3000 manat pul lazımdır. 2017-ci iıin sentyabr ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına parkda Məbudla görəşərək Məbuda 1000 manat vermişdir. Məbud 2017-ci ilin dekabr ayının ortalarında ona zəng edərək bildirmişdir ki, evin müqaviləsinə görə 3000 manat pul lazımdır. 2017-ci iıin dekabr ayının ortalarında Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi ərazisində Məbudla görəşərək Məbuda 3000 manat vermişdir. Məbud bu cür bəhanələrlə ondan bir il ərzində 10000 (on min) manat pul almışdır. Bundan sonra o, hər dəfə Məbuda evə baxmaq istədiyini bildirdikdə Məbud ona müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra Məbud onu şantaj edərək bildirmişdir ki, onun qardaşı İlkinə deyəcək ki, o, Məbudla qeyri rəsmi nigahda olmuşdur. Beləcə Məbud onu susdurmaq istəmişdir. Bundan sonra bir müddət gözlədikdən sonra məcbur qalaraq Məbudun onu aldatması barədə polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs aldığı pulu indiyənədək qaytarmdığına görə ondan şikayətçidir. Birinci instansiya məhkəməsində məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə bir yerdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 116 mənzil 97-də kirayədə yaşayır. Zərərçəkmiş şəxs onun bacısıdır və onunla bir yerdə onun evində yaşayır. Bacısı Aytəkin özünə fərdi ev tikmək istəmişdir. Təxminən 2016-cı ilin oktyabr ayında Aytəkin ona bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Məbud adlı müştərisi vasitəsi ilə ev tapıb, həmin ev Məbuda məxsusdur. Aytəkin ona bildirmişdir ki, həmin şəxsin ailə üzvlərini tanıyır və məbud həmin evi güzəştli şərtlərlə ona verəcəkdir. Bunun üçün də Aytəkin ondan 5000 (beş min) manat pul almışdır. Sonra həmin evi təmir etmək üçün hissə-hissə Aytəkin həmin Məbud adlı şəxsə 10000 manat pul vermişdir. Sonradan bilmişdir ki, Məbud adlı şəxs bacısı Aytəkini aldatmışdır. Telefon vasitəsi ilə bir neçə dəfə Məbudla əlaqə saxlayaraq danışdıqda Məbud ona pulu geri qaytaracağını bildirsə də onu aldatmışdır. 2019-cu ilin fevral ayında o, Masallı rayonunda Məbudla görüşmüş və Məbuda bildirmişdir ki, heç olmasa onunla borc müqaviləsi bağlasın. Orada Məbud onu borc müqaviləsi verməsi ilə bağlı yalan vəd verərək aldatmışdır. Bundan sonra dəfələrlə Məbuda zəng etsə də Məbud ona müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Birinci instansiya məhkəməsində məhkəmə baxış iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsi ilə bir yerdə Bakı şəhəri,Yasamal rayonu,Həsən bəy ünvan 3 ünvanında yaşayır. 2008-ci ildən etibarən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 21-ci məhəllədə bina tikməyə başlamışlar. Həmin binanı tikən şirkətin təsisçiləri sırasındadır. Əslən İmişlidən olan Məbud adlı şəxsi tanıyır. Məbudu təxminən 2-3 dəfə görmüşdür. Amma Məbudla hər hansı bir dostluq və ya iş əlaqəsi yoxdur. Məbud ona bir dəfə zəng vuraraq evlərin qiyməti ilə maraqlanmışdır. Əslən İmişli rayonundan olmasına baxmayaraq və Məbudun özünü yaxından tanımasa da qardaşını tanımışdır. Ona görə telefonla özünü ona təqdim etdikdən sonra Məbudla telefonla bir neçə dəfə danışmışdır. O, heç vaxt Məbud adlı şəxsə nə mənzil satmış nə də Məbudun hər hansı bir qohumuna mənzil satmışdır. Həmin binanın 2-ci blok 5-ci mərtəbəsində 1 ədəd 2 otaqlı 76 kv.m olan mənzil olsada həmin mənzilin ona heç bir aidiyyatı yoxdur və onda olan məlumata görə həmin mənzil başqa bir şəxsə satılmışdır. Məbud adlı şəxsin ondan mənzil alması ilə bağlı dedikləri yalandır. Birinci instansiya məhkəməsində məhkəmə baxış iclasında Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı bir nəfər əynində bənövşəyi rəngli paltar, ağ rəngli şalvar, qəhvəyi rəngli yaylıq olan qadın fasadı çəhrayı və ağ rənglə rənglənmiş 14 mərtəbəli binanı göstərməsinin görüntüləri və fotoşəkilləri əks etdirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində bənövşəyi rəngli paltar, ağ rəngli şalvar, qəhvəyi rəngli yaylıq olan qadın Zərərçəkmiş şəxsdır. Aytəkingilin Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evində kirayə yaşamışdır. Sonra Aytəkin ona zəng edərək bildirmişdir ki, həyat yoldaşından ayrılıb və o, evin kirayə haqqını həyat yoldaşına yox onun özünə versin.. Beləcə Aytəkinlə aralarında münasibət yaranmış və Aytəkin ona Abşeron rayonu, Xırdalan şəhərindən ev almaq istədiyini bildirmişdir. O, isə Aytəkinə demişdir ki, “Abşeron rayonu, Xırdalan şəhərində bina tikən tanışları var həmin şəxslərin vasitəsi ilə ev ala bilərlər. Həmin evə ikisi də pul qoyub almalı olmuşlar. Hətta o, həmin evin qiymətlətrini orada işləyən Namiq adlı şəxsdən də öyrənmişdir. Bundan əlavə olaraq binanın şəkillərini və evin çertyojunun şəkillərini “Vatsap” sosial şəbəkəsi vasitəsi ilə Aytəkinə göndərmişdir. Bu müddət ərzində Aytəkindən müxtəlif vaxtlarda 2000 (iki min),1000(min),(500) manat olmaqla bir il yarım ərzində ümumilikdə 11800 (on bir min səkkiz yüz) manat pul almışdır. Lakin həmin pulu ev almaq üçün yox borc kimi almışdır. Aytəkinə demişdir ki, həmin pulu düzəltdikdən sonra pulun üstünə pul qoyacaq və ev alacaqmışlar. Lakin işi alınmadığına görə evi ala bilməmiş və pulu Aytəkinə qaytara bilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində çıxarılmış hökmün ləğv olunması, barəsində bəraət hökmü çıxarılması barədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməsi barədə düzgün nəticəyə gəlmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi sübutların məcmusuna qiymət verib, düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edərək onu həmin maddə ilə təqsirli bilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlinin tövsifini müzakirə edərək Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 31 yanvar 2002-ci il tarixli və 11 iyun 2015-ci il 7 № -li qərarların tövsiyələrini nəzərə alır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 yanvar 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və yaxud əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsi və ya əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz və əvəzsiz olaraq əldə etmə başa düşülməlidir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan suiistifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin Qərarın 36-cı bəndində məhkəmələrə izah olunmuşdur ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin ifadələrini, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, məhkəmədə elan edilib araşdırılmış ilkin təhqiqat və istintaq hərəkətlərinin protokollarını cinayət əməllərinin baş verməsini, bu əməllərin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini sübuta yetirdiyi üçün ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarının məcmusuna qiymət verərək, Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəlməsini nəzərə alıb onun əməllərinin həmin maddələrlə tövsif edilməsini əsaslı saymışdır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs bu əməli törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmədə elan edilib araşdırılmış ilkin təhqiqat və istintaq hərəkətlərinin protokolları, bu əməllərin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini sübuta yetirdiyi tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapdığından, onun təqsirsiz olmasına əsas verən sübutlar olmadığından təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılması dəlilləri ilə razılaşmayaraq əsassız hesab edir. Zərərçəkmiş şəxs mülki iddianın təmin olunması barədə dəlillərinə qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsinə dair hissədə mülki iddianın təmin olunmaması barədə əsassız nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı təqdim etdiyi mülki iddia tələbinin araşdırılması və ona qiymət verilməsinin hazırki cinayət işinə baxılan müddətdə mümkün olmadığından, habelə mülki iddiaçı iddiasını əsaslandıra biləcək heç bir tutarlı sübutu məhkəməyə təqdim etmədiyindən və mülki iddia tələbi üzrə əlavə araşdırma aparılması tələb olunduğundan, zərərçəkmiş şəxsin mülki iddia tələbinin baxılmamış saxlanması barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya mhkəməsinin mülki iddia ailə bağlı gəldiyi nəticə təqsirləndirilən şəxs barəsində ittiham hömünün çıxarılması əsaıs ilə uzlaşmır. Belə ki, iddia ərizəsində qeyd olunan məbləg təqsirləndiriln şəxsə qarşı yönəlmiş ittihamın əsasını təşkil eir və qeyd olunan ittham üzrə Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi onun özünün birinci instansiya məhkəməsində etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, məhkəmədə dindirilmiş, həmçinin məhkəmə iclasında tədqiq edilərək ifadəsi elan olunmuş şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla təsdiq olunmuşdur. Və bunun nəticəsi olaraq təsirləndirilən şəxs barəsində ittiham hömü çıxarılmışdır. Belə ki, iş materiallarından da müəyyən olunur ki, ibtidai istintaq zamanı, eləcə də birinci məhkəməsində məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ilkin olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi ərazisində görüşərək, 5000 manat məbləğində pulunu, həmin evə işıq xətti çəkiləcəyi adı ilə 2017-ci ilin yanvar ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi ərazisində görüşüb 2000 manat məbləğində pulunu, həmin evə qaz xətti çəkiləcəyi adı ilə 2017-ci ilin aprel ayının ortalarında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına parkda görüşüb 2000 manat məbləğində pulunu, həmin evə su xətti çəkiləcəyi adı ilə 2017-ci ilin iyul ayının axırlarında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına parkda görüşüb 2000 manat məbləğində pulunu, həmin evə lift çəkiləcəyi adı ilə 2017-ci ilin sentyabr ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına parkda görüşüb 3000 manat pulunu, həmin evə müqavilə sənədləri düzəldilməsi adı ilə 2017-ci ilin dekabr ayının ortalarında Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi ərazisində görüşüb 1000 manat məbləğində pulunu, ümumilikdə 15000 məbləğində pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs ümumilikdə 15000 manat məbləğində zərər vurması öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə verilmiş verilmiş mülki iddia maddi ziyanla bağlı hissədə zərərçəkmiş şəxs tərəfindən sübuta yetdiyindən mülki iddianın təmin edilməli və məhkum Təqsirləndirilən şəxs 15000 (on beş min) manat maddi ziyan tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Bundan başa məhkəmə kollegiyası zərərçəkmiş şxs tərəfidən verilmiş apellyasiya şikayətinin təqsirləndirilən şəxsə ağır cəza verilməsi dəlliləri ilə razılaşdmır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin olunacaq cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin xarakteri və törədilməsi şəraitinə, həmçinin təqsirkar şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayətdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s) əsasən müəyyən edilir. Həmin qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Göstərilən Plenum qərarlarının izahına görə məhkəmələr cəza təyin edərkən təkcə cəzanı yüngülləşdirən halları nəzərə almaqla kifayətlənməməli, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini səciyyələndirən halları, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməlində Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinin tərkib əlamətləri mövcud olmuş və onun həmin əməlləri törətməkdə təqsiri birinci instansiya məhkəməsi tərəfindən aparılmış məhkəmə istintaqı ilə tam təsdiq olunmuş və törətdiyi cinayət əməlinə uyğun cəza təyin edilmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona cəzanın məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, təqsirəldirilən şəxsə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə həmin maddənin sanksiyası həddində, yəni 03 (üç) il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını, məhkumun şəxsiyyətini, onun ailə vəziyyətini, cəzasını yüngülləşdirən halları tam nəzərə almış və qanuna uyğun cəza təyin etmişdir. Birinci instansiyası məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyinin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası apellyasiya şikayətlərinin məhkuma təyin olunmuş cəzanın sanksiyası barədə dəlilləri ilə razılaşmayaraq, Zərərçəkmiş şəxs apellyasiya şikayətinin mülki iddiaya dair hissəsində razılaşaraq, mülki iddianın təmin olunmasıl üçün əsaslar müəyyən edir və ona görə də hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Abşeron Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 1(012)-38/2021 saylı hökmü dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Abşeron Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 1(012)-38/2021 saylı hökmü mülki iddiaya dair hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs 15000 (on beş min) manat maddi ziyan tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-410-cu maddələrində müəyyən edilmiş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar