Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-50/2023 25.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), X3 və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Vəliyev Vasif Valeh oğlunun katibliyi, dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakı ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 234.1, 234.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 1(012)-75/2022 saylı, 21 oktyabr 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 1(012)-75/2022 saylı, 21 oktyabr 2022-ci il tarixli hökmü (hakim Ş.Nəcəfova) ilə xx xxxx 1994-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu Masazır kəndi N.Əsədov küçəsi ev 58-də qeydiyyatda olan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddət ona təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 03 (üç) il 01 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkməsi müddətinin başlanğıcı tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi və məhkəmə zalından həbs edilməsi, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin X5 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər. Hökmdən Təqsirləndirilən şəxs2 Əkbər oğlu apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini, barəsində daha az cəza təyin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Hökmə əsasən Təqsirləndirilən şəxs2 Əkbər oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinərək ona görə məhkum edilmişdir ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 fevral 2016-cı il tarixdə, saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Abşeron rayonu Masazır kəndində yerləşən Laçın rayonu Çıraqlı kənd tam orta məktəbin plasmas pəncərəsini dəmir parçası ilə açmaqla qanunsuz içəri daxil olub, daha sonra məktəbin direktoru Zərərçəkmiş şəxs3 otağının qapısını sındırmaqla otağa girib, otaqdakı saxlanc yeri olan seyfindən 700 (yeddi yüz) manat pulu ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 fevral 2016-cı il tarixdə, saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Abşeron rayonu Masazır kəndində yerləşən Masazır kənd 2 saylı tam orta məktəbin plasmas pəncərəsini dəmir parçası ilə açmaqla qanunsuz içəri daxil olub, daha sonra məktəbin direktorun otağının qapısını sındırmaqla həmin otağa girib, stolun üstündə olan 150 manat dəyərində bir ədəd “Toshiba” markalı, “Satellite C50-A528” modelli noutbuk kompyuteri ələ keçirib, zərərçəkmiş Masazır kənd 2 saylı orta məktəbə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 fevral 2016-cı il tarixdə, saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Sumqayıt şəhəri ”Tuq zavod” qəsəbəsində yerləşən 42 saylı tam orta məktəbin pəncərəsini vintaçanla açaraq qanunsuz içəri daxil olub, oradan məktəbin akt zalındakı masanın üzərindən 700 manat dəyərində olan bir ədəd ”Toshiba” markalı notbuk kompyuteri ələ keçirib, zərərçəkmiş Sumqayıt şəhər 42 saylı tam orta məktəbinə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 fevral 2016-cı il tarixdə, saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Abşeron rayonu Masazır kəndində yerləşən Ə.Vahid adına 1 saylı tam orta məktəbin 1-ci mərtəbəsinin plasmas pəncərəsini açmaqla qanunsuz içəri daxil olub, daha sonra məktəbin direktorun qəbul otağının qapısını sındırmaqla otağa girib, otaqda stolun üstündə olan 1095 manat dəyərində bir ədəd “Nexus” markalı noutbuk kompyuteri ələ keçirib, zərərçəkmiş Ə.Vahid adına 1 saylı tam orta məktəbinə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 fevral 2016-cı il tarixdə, saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən Xırdalan şəhər 2 saylı tam orta məktəbin plasmas pəncərəsini özündə olan vint açanla açmaqla qanunsuz içəri daxil olub, daha sonra məktəbin direktoru Zərərçəkmiş şəxs1 otağının qapısını sındırmaqla otağa girib, otaqda stolun siyirməsində pul qabıda olan Zərərçəkmiş şəxs1 məxsus 2500 manat pulu və 130 manat dəyərində bir ədəd “Samsung duas” markalı, SM-G355/DS modelli, **********55083 və **********55080 imeyi kodlu mobil telefonu üstündəki 5 manat dəyərində sim nömrə kartı ilə birlikdə ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 2635 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 fevral 2016-cı il tarixdə, saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən Xırdalan 1 saylı tam orta məktəbin plasmas pəncərəsini özündə olan vint açanla açaraq qanunsuz içəri daxil olub, daha sonra məktəbin direktoru X2 otağının qapısını sındırmaqla otağa girib oradan Kəmalə Yusifovaya məxsus 580 manat pulunu və 1300 manat dəyərində görüntü kamerasını ələ keçirib, zərərçəkmiş Kəmalə Yusifovaya ümumilikdə 1880 manat mələğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 0,843 qram, tiryəkdən kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxil olan narkotik vasitə heroini və bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 9,022 qram və bir ədəd qırmızı rəngli dəmir qutunun içərisində 06 ədəd şəffaf rəngli sellofan bükümlərdə, hər birinin çəkisi ayrı-ayrılıqda 0,993 qram, 0,835 qram, 0992 qram, 0,996 qram, 0,999 qram və 0,944 qram, ümumi təmiz çəkisi 14,781 qram, xaş-xaş bitkisindən kustar üsulla hazıralnmış, tünd qəhvəyi rəngli narkotik vasitə tiryəki 19 sentyabr 2019-cu il tarixdə, saat 04 radələrində Abşeron rayonu Masazır qəsəbəsində tanışı Təqsirləndirilən şəxs1 üzərində saxlamaq üçün alaraq əynindəki qara rəngli parça materialından olan pencəyin sağ döş cibində saxlamış, həmin tarixdə saat 05:20-də Abşeron rayonu Masazır kəndində olarkən həmin ərazidə xidmət aparan Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon Pİ-nə gətirilib üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli parça materialından olan pencəyin sağ döş cibində bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,843 qram narkotik vasitə heroin və 07 ədəd bükümlərdə ümumi təmiz çəkisi 14,781 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, 3 il, 1 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzadan narazıdır. Bu cinayət əməlini 2016-cı ildə törətmişdir. O, Abşeron Rayon Məhkəməsinin qərarı ilə 2016-cı ildə 7 ay Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. 2016-2022-ci il 28 sentyabr tarixə qədər digər cinayətlərə görə iki dəfə cəza çəkmişdir. 4 il əvvəl açılan və 7 ay müddətinə istintaq təcridxanasında saxlanılması ilə əlaqədar eyni əmələ görə iki dəfə məsuliyyətə cəlb olunmamalıdır. Axırıncı cəzadan amnistiya ilə azad olunmuşdur. CİNAYƏT PROSESİ İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi5 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Dövlət ittihamçısı X4 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üzrə təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət qanunvericiliyinin maddəsi üzrə əməlinin sübut olunması ilə əsaslandırmış, cəza təyin edərkən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran halın olmamasını, yüngülləşdirən hal kimi isə zərərçəkmiş şəxslərə vurmuş zərəri tam ödəməsini, Təqsirləndirilən şəxs4 əməlində cəzanı ağırlaşdıran halın olmamasını, yüngülləşdirən hal kimi isə vurulmuş ziyanın qaytarılmasını nəzərə almışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Təqsirləndirilən şəxs2 tərəfindən mübahisələndirilərək, barəsində daha az cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və cinayət prosesi iştirakçılarının işin halları və şikayətin dəlilləri ilə bağlı fikirlərini dinləyərək müəyyən edir ki, hazırkı cinayət işi ilə bağlı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı faktlar, həmin faktları sübut edən dəlillər və həmin dəlillərin birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymətləndirilməsi mübahisələndirilmir. Apellyasiya şikayətində təyin edilmiş cəza mübahisələndirilmişdir. Məhkəmə kollegiyası daha sonra apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayət əməli, оnun həmin əmələ aidiyyatı və təqsirliliyi ibtidai istintaq оrqanı tərəfindən tоplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin özünün etiraf ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri və digər mötəbər sübutların məcmusu ilə təsdiq olunmuş və düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Həmçinin birinci instansiya məhkəməsi əməlin tövsifi, sübutların tədqiqi və qiymətləndirilməsi zamanı cinayət qanununa və cinayət prosessual qanunvericilik normalarına düzgün riayət etmiş, səhvə yol verməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini aşağıda qeyd edilənlərə əsasən əsassız hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 Abşeron rayon məhkəməsinin 09 aprel 2014-cu il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Abşeron rayon İcra şöbəsinin 11 oktyabr 2016-cı il tarixli, 17/751972/16-5 saylı məktubunda göstərilmişdir ki, Abşeron rayon məhkəməsinin 09 aprel 2014cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2000(iki min) manat məbləğində cərimə cəzasına məhkum olunmuş, “28 may Respublika günü münasibətilə Anmistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016cı il tarixli Qərarının 1.8-ci bəndinin təsiri altına düşmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 7(103)348/2022 saylı qərarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 7(008)-656/2022 saylı qərarı ləğv edilmiş, Abşeron Rayon Məhkəməsinin 28 iyul 2021 -ci il tarixli, 1(012)-423/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 barəsində “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.4, 9.2.2 və 9.3-cü bəndləri tətbiq edilərək cəzadan azad edilmiş, məhkum Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından dərhal azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2ci maddəsi). Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Kollegiya qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası, təqsirləndirilən şəxsin islah edilməsi və həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə almışdır. Təqsirləndirilən şəxs tərəfindən ictimai təhlükəli əməl bir qrup şəklində təkrarən törədilməsi, törətmiş olduğu əməllərin ictimai təhlükəliliyi və xarakteri, o cümlədən şəxsiyyəti nəzərə alınarsa təyin edilmiş cəza, cəzanın məqsəd və prinsipləri baxımından qanuni və əsaslı olmaqla yanaşı ədalətli hesab edilməlidir. Təqsirləndirilən şəxsin törətmiş olduğu əməllərə görə artıq cəza çəkdiyini mübahisələndirməsi ilə əlaqədar kollegiya qeyd edir ki, o, törətmiş olduğu əmələ görə məhkəməyədək icraat zamanı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar istintaq təcridxanasında saxlanılmış, həmin müddət də ona cəza təyin edilərkən də nəzərə alınmışdır. Onun bir əmələ görə iki dəfə məsuliyyətə cəlb edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktları olmadığından, təqsirləndirilən şəxsin göstərdiyi xüsusat onun bir əmələ görə iki dəfə məsuliyyətə cəlb edilməsikimi dəyərləndirilməsini mümkünsüz edir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara və apelyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətin dəlilləri əsassız olmaqla formal mülahizə kimi dəyərləndirildiyindən şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 1(012)-75/2022 saylı, 21 oktyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, apellyasiya instansiyası məhkəməsində Təqsirləndirilən şəxs2 göstərilmiş 17 (on yeddi) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi5 vəkil işlədiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına 102 (bir yüz iki) manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 1(012)-75/2022 saylı, 21 oktyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil Müdafiəçi5 17 (on yeddi) iş saatına görə 102 (bir yüz iki) manat məbləğində pul vəsaiti Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(105)-50/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-50/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver