Məhkəmə qərarları › İş №1(105)-520/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-520/2021

29.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-520/2021 29.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Vəliyev Vasif Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs4, müdafiəçisi X3, Təqsirləndirilən şəxs1, müdafiəçisi X6, Təqsirləndirilən şəxs3, müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və müdafiəçisi X10 iştirakı ilə, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Şamaxı Rayon Məhkəməsinin 1(074)-49/2021 saylı, 09 iyun 2021-ci il tarixli hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin 1(074)-49/2021 saylı, 09 iyun 2021-ci il tarixli hökmü (hakim N.İsmayılov) ilə xx.xx.1994-cü il tarixdə Şamaxı rayonu Həmyəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Azərbaycan Avtomobil Yolları X28 İstismar İdarəsinin 8 saylı Xüsusi təyinatlı yol istismar idarəsinin Şamaxı rayonu Həmyə kəndi ərazisində yerləşən çınqıl karxanasında fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu Həmyəli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs4 21.01.2021-ci il tarixdən 23.01.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzanın icrasının Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunması və cəzaçəkmə müddətinin əvvəlinin həmin şöbədə qeydiyyata alındığı andan hesablanması, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, xx.xx.1986-cı il tarixdə Şamaxı rayonu Şorbaçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, 2 uşaq atası, orta təhsilli, Azərbaycan Avtomobil Yolları X28 İstismar İdarəsinin 8 saylı Xüsusi təyinatlı yol istismar idarəsinin Şamaxı rayonu Həmyə kəndi ərazisində yerləşən çınqıl karxanasında fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu Şorbaçı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs1 22.01.2021-ci il tarixdən 23.01.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzanın icrasının Hacıqabul rayon İcra və Probasiya şöbəsinə həvalə olunması və cəzaçəkmə müddətinin əvvəlinin həmin şöbədə qeydiyyata alındığı andan hesablanması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, xx.xx.1988-ci il tarixdə Sabirabad rayonu Quruzma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, Azərbaycan Avtomobil Yolları X28 İstismar İdarəsinin 8 saylı Xüsusi təyinatlı yol istismar idarəsinin Şamaxı rayonu Həmyə kəndi ərazisində yerləşən çınqıl karxanasında fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Quruzma kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs3 22.01.2021-ci il tarixdən 23.01.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Sabirabad rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzanın icrasının Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə olunması və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanması, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması xx.xx.1993-cü il tarixdə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, 1 işaq atası, orta təhsilli, Azərbaycan Avtomobil Yolları X28 İstismar İdarəsinin 8 saylı Xüsusi təyinatlı yol istismar idarəsinin Şamaxı rayonu Həmyə kəndi ərazisində yerləşən çınqıl karxanasında fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu 2-ci Udullu kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs2 22.01.2021-ci il tarixdən 23.01.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddətin ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzanın icrasının Hacıqabul rayon İcra və Probasiya şöbəsinə həvalə olunması və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Təqsirləndirilən şəxs4 hökmdən apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini, barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməklə yeni hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 hökmdən apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini, barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməklə yeni hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 hökmdən apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini, barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməklə yeni hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs3 hökmdən apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini, barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməklə yeni hökm çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs4 19 yanvar 2021-ci il tarixdə saat 13 radələrində iş yoldaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında fəhlə işlədikləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Şamaxı rayonu Həmyə kəndi ərazisində yerləşən qum-çınqıl karxanasından bir ədədi 15 (on beş) manat 15 (on beş) ədəd doqquz santimetr diametrli, boru formalı, dəmir lent rolikləri, bir metrinin qiyməti 10 (on) manat olan 35 (otuz beş) metr 12x6x0,25 santimetr ölçülü, dördkünc formalı dəmir profilləri və bir metrinin qiyməti 1,50 (bir manat əlli qəpik) manat olan 03 (üç) metr 20 millimetrlik armaturu, ümumilikdə həmin müəssisəyə məxsus 579,5 (beş yüz yetimiş doqquz manat əlli qəpik) manat dəyərində metal materialı karxananın ərazisindən gizli olaraq çıxarıb yaxınlıqdan keçən Pirsaat çayının kənarında yerləşən boş torpaq sahəsinə yığıb dəmir tullantılarının alqı-satqısı ilə məşğul olan Şamaxı rayonu, Həmyə kənd sakini Şahid2 satmaq istəyərkən karxananın sahə rəisi işləyən Zərərçəkmiş şəxs1 tərəfindən əməlləri aşkar olunaraq qarşısı alındığı üçün öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyib oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs1 19 yanvar 2021-ci il tarixdə saat 13 radələrində iş yoldaşları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında fəhlə işlədikləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Şamaxı rayonu Həmyə kəndi ərazisində yerləşən qum-çınqıl karxanasından bir ədədi 15 (on beş) manat 15 (on beş) ədəd doqquz santimetr diametrli, boru formalı, dəmir lent rolikləri, bir metrinin qiyməti 10 (on) manat olan 35 (otuz beş) metr 12x6x0,25 santimetr ölçülü, dördkünc formalı dəmir profilləri və bir metrinin qiyməti 1,50 (bir manat əlli qəpik) manat olan 03 (üç) metr 20 millimetrlik armaturu, ümumilikdə həmin müəssisəyə məxsus 579,5 (beş yüz yetimiş doqquz manat əlli qəpik) manat dəyərində metal materialı karxananın ərazisindən gizli olaraq çıxarıb yaxınlıqdan keçən Pirsaat çayının kənarında yerləşən boş torpaq sahəsinə yığıb dəmir tullantılarının alqı-satqısı ilə məşğul olan Şamaxı rayonu, Həmyə kənd sakini Şahid2 satmaq istəyərkən karxananın sahə rəisi işləyən Zərərçəkmiş şəxs1 tərəfindən əməlləri aşkar olunaraq qarşısı alındığı üçün öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyib oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs2 19 yanvar 2021-ci il tarixdə saat 13 radələrində iş yoldaşları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında fəhlə işlədikləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Şamaxı rayonu Həmyə kəndi ərazisində yerləşən qum-çınqıl karxanasından bir ədədi 15 (on beş) manat 15 (on beş) ədəd doqquz santimetr diametrli, boru formalı, dəmir lent rolikləri, bir metrinin qiyməti 10 (on) manat olan 35 (otuz beş) metr 12x6x0,25 santimetr ölçülü, dördkünc formalı dəmir profilləri və bir metrinin qiyməti 1,50 (bir manat əlli qəpik) manat olan 03 (üç) metr 20 millimetrlik armaturu, ümumilikdə həmin müəssisəyə məxsus 579,5 (beş yüz yetimiş doqquz manat əlli qəpik) manat dəyərində metal materialı karxananın ərazisindən gizli olaraq çıxarıb yaxınlıqdan keçən Pirsaat çayının kənarında yerləşən boş torpaq sahəsinə yığıb dəmir tullantılarının alqı-satqısı ilə məşğul olan Şamaxı rayonu, Həmyə kənd sakini Şahid2 satmaq istəyərkən karxananın sahə rəisi işləyən Zərərçəkmiş şəxs1 tərəfindən əməlləri aşkar olunaraq qarşısı alındığı üçün öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyib oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs3 19 yanvar 2021-ci il tarixdə saat 13 radələrində iş yoldaşları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında fəhlə işlədikləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Şamaxı rayonu Həmyə kəndi ərazisində yerləşən qum-çınqıl karxanasından bir ədədi 15 (on beş) manat 15 (on beş) ədəd doqquz santimetr diametrli, boru formalı, dəmir lent rolikləri, bir metrinin qiyməti 10 (on) manat olan 35 (otuz beş) metr 12x6x0,25 santimetr ölçülü, dördkünc formalı dəmir profilləri və bir metrinin qiyməti 1,50 (bir manat əlli qəpik) manat olan 03 (üç) metr 20 millimetrlik armaturu, ümumilikdə həmin müəssisəyə məxsus 579,5 (beş yüz yetimiş doqquz manat əlli qəpik) manat dəyərində metal materialı karxananın ərazisindən gizli olaraq çıxarıb yaxınlıqdan keçən Pirsaat çayının kənarında yerləşən boş torpaq sahəsinə yığıb dəmir tullantılarının alqı-satqısı ilə məşğul olan Şamaxı rayonu, Həmyə kənd sakini Şahid2 satmaq istəyərkən karxananın sahə rəisi işləyən Zərərçəkmiş şəxs1 tərəfindən əməlləri aşkar olunaraq qarşısı alındığı üçün öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyib oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs R.Camalov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təyin olunmuş cəza törədilmiş əməllə qətiyyən uyğun deyil. Onların oğurladığı şeylər əslində öz maddi dəyərini itirmiş predmetlərdir. 60-70 sm uzunluqda dəmir şvellər, kəsilib atılmış metallardır. Armaturlar isə dağılmış və daş altında qalmış tərəflərindən təmizlənərək bir yerə yığılmış dəmirlərdir. İstismara yararsız olan atılmış dəmir roliklərdir ki, bunları ancaq metal yığan sexlərə kiloqramı 20 qəpikdən vermək mümkündür. Bu metallar əslində çoxdan öz balans dəyərini itirmişlər. Eyni zamanda həmin dəmirlər müxtəlif yerlərdə daşların arasında, parçalanmış betonların içərisində olanda müdriyyət özü onlara razılıq vermişdi ki, təmizləyin yığın bir yerə satın. Amma təmizləyib bir yerə yığılandan sonra dedi ki, olmaz. Onlarda başqa rayondan gəlib burada ailə üçün çörək pulu qazanırlar. 200 kq.qırıntını metalloma verib 4 nəfərə cəmisi 40 manat pul qazanacaqdılar. 4 ay idi idarə maaşlarını da vermirdi. Gündəlik çörək pulları da yox idi. Vəziyyət onları bu hərəkəti etməyə məcbur etdi. İndi buna görə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmaq bu özü bir ədalətsizlikdir. Özü də nişanlıdır, toylara icazə verilən kimi ailə qürmaq istəyir. Nişanlısı da Sumayıt şəhər sakinidir. Toya qolbaqla getmək ona ölümdən betərdir. Zərər ödənilib, zərərçəkmişlə barışmış, ərizə də vermişlər. Onlara ağır cəza verilməsində də maraqlı deyillər. Belə olan halda məhkəmə ona azadlıqdan məhrum etmə cəzası təyin edərək barəsində CM-nin 70ci maddəsini tətbiq edə bilərdi və ya CM-nin 62-ci maddəsini tətbiq edərək barəsində daha yüngül cəza növünü tətbiq edə bilərdi. Azadlığın məhdudlaşması cəzasız belə formal tərkibli cinayət əməli üçün həddən ağır bir cəzadır. Əvvəllər də məhkum olunmamışdır. O, baş verənlərdən çox peşmandır. Anlamışdır ki, hətta dəyərsiz hesab olunan bir şeyi də icazəsiz götürmək olmaz. Bir daha belə bir hərəkətə yol verməyəəckdir. Barəsində çıxarılan hökm dəyişdirilməli, ailə vəziyyətini, maddi durumunu nəzərə alaraq barəsində CM-nin 70-ci maddəsi tətbiq olunmalıdır. Təqsirləndirilən şəxs1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təyin olunmuş cəza törədilmiş əməllə qətiyyən uyğun deyil. Onların oğurladığı şeylər əslində öz maddi dəyərini itirmiş predmetlərdir. 60-70 sm uzunluqda dəmir şvellər, kəsilib atılmış metallardır. Armaturlar isə dağılmış və daş altında qalmış tərəflərindən təmizlənərək bir yerə yığılmış dəmirlərdir. İstismara yararsız olan atılmış dəmir roliklərdir ki, bunları ancaq metal yığan sexlərə kiloqramı 20 qəpikdən vermək mümkündür. Bu metallar əslində çoxdan öz balans dəyərini itirmişlər. Eyni zamanda həmin dəmirlər müxtəlif yerlərdə daşların arasında, parçalanmış betonların içərisində olanda müdriyyət özü onlara razılıq vermişdi ki, təmizləyin yığın bir yerə satın. Amma təmizləyib bir yerə yığılandan sonra dedi ki, olmaz. Onlarda başqa rayondan gəlib burada ailə üçün çörək pulu qazanırlar. 200 kq.qırıntını metalloma verib 4 nəfərə cəmisi 40 manat pul qazanacaqdılar. 4 ay idi idarə maaşlarını da vermirdi. Gündəlik çörək pulları da yox idi. Vəziyyət onları bu hərəkəti etməyə məcbur etdi. İndi buna görə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmaq bu özü bir ədalətsizlikdir. O, Hacıqabul rayonu Şorbaçı kəndində yaşayır, ailəlidir, iki övladı var. atası da xəstə, İİ qrup əlildir. Xəstəliyi ilə bağlı onu tez-tez xəstəxanaya aparmalı olur. Ailəsini saxlamaq, atasının müalicəsi ilə bağlı harada, olursa-olsun iş tapıb işləməlidir. Bu cəzaya məhkum olunmağı isə o deməkdir ki, rayon ərazisində iş olarsa işləyə bilər, rayondan kənara çıxmağı isə mümkün deyil. Rayonda isə həmişə iş tapmaq çətindir. Ona verilən cəza isə o deməkdir ki, Hacıqabul rayonu ərazisindən kənara çıxa bilməz. Belə olan vəziyyətdə ailəsinin maddi durumu həddən artıq ağırlaşa bilər, digər tərəfdən isə iş üzrə maddi zərər yoxdur. Zərərçəkmişlə barışmışlar. Ərizə də vermişlər. Onlara ağır cəza verilməsində də maraqlı deyillər. Belə olan halda məhkəmə ona azadlıqdan məhrum etmə cəzası təyin edərək barəsində CM-nin 70-ci maddəsini tətbiq edə bilərdi və ya CM-nin 62-ci maddəsini tətbiq edərək barəsində daha yüngül cəza növünü tətbiq edə bilərdi. Azadlığın məhdudlaşması cəzasız belə formal tərkibli cinayət əməli üçün həddən ağır bir cəzadır. Əvvəllər də məhkum olunmamışdır. O, bu baş verəndən çox peşimandır. Anlamışdır ki, dəyərsiz hesab olunan bir şeyi də icazəsiz götürmək olmaz. Bir daha belə bir hərəkətə yol verməyəcək. Barəsində çıxarılan hökm dəyişdirilməli, ailə vəziyyətini, maddi durumunu nəzərə alaraq barəsində CM-nin 70-ci maddəsi tətbiq olunmalıdır. Təqsirləndirilən şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təyin olunmuş cəza törədilmiş əməllə qətiyyən uyğun deyi. Onların oğurladıqları əslində maddi dəyərini itirmiş predmetlərdir. 60-70 sm uzunluğunda dəmir şverlər, kəsilib atılmış metallardır. Armaturlar isə dağılmış və daş altında qalmış, tərəflərindən təmizlənərək bir yerə yığılmış dəmirlərdir. İstismara yararsız olan atılmış dəmir roliklərdir ki, bunları ancaq metal yığan sexlərə kiloqramı 20 qəpikdən vermək mümkündür. Bu metallar əslində çoxdan öz balans dəyərini itirmişlər. Eyni zamanda həmin dəmirlər müxtəlif yerlərdə daşların arasında, parçalanmış betonların içərisində olanda müdriyyət özü onlara razılıq vermişdi ki, təmizləyin yığın bir yerə satın, amma təmizləyib, .bir yerə yığılandan sonra dedi ki, olmaz. Onlar da başqa rayondan gəlib burada ailələri üçün çörək pulu qazanırlar. 200 kq. qırıntını metalloma verib 4 nəfərə cəmisi 40 manat pul qazanacaqdılar. 4 ay idi idarə maaşlarını da vermirdi. Gündəlik çörək pulları da yox idi. Vəziyyət onları bu hərəkəti etməyə məcbur etmişdir. İndi buna görə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmaq bu özü bir ədalətsizlikdir. Hazırda o, Sabiabad rayonunda yerləşən "xxxx" ASC-də işləyir, idarə Şamaxıda yerləşir. O, isə Hacıqabul rayonu İİ Udulu kəndində yaşayır, ailəlilidir, bir uşağı var. Bu cəzaya məhkum olunmağı işini itirmək deməkdir. İndi isə iş tapmaq çətindir. Ona verilən cəza isə o deməkdir ki, Hacıqabul rayonu ərazisindən kənara çıxa bilməz. Belə olan vəziyyətdə ailəsinin maddi durumu həddən artıq ağırlaşa bilər. İş üzrə maddi zərər yoxdur. Zərərçəkmişlə barışmışlar. Ərizə də vermişlər. Onlara ağır cəza verilməsində də maraqlı deyil. Ona məhkəmə azadlıqdan məhrum etmə cəzası təyin edərək, CM-nin 70-ci maddəsini tətbiq edə və ya CM-nin 62-ci maddəsini tətbiq edərək barəsində daha yüngül cəza növünü tətbiq edə bilərdi. Azadlığın məhdudlaşdırılması cəzası belə formal tərkibli cinayət əməli üçün həddindən artıq ağır cəzadır. Əvvəllər məhkum olunmamışdır. O, baş verənlərdən çox peşmandır. Anlamışdır ki, hətta dəyərsiz hesab olunan bir şeyi də icazəsiz götürmək olmaz. Bir daha belə bir hərəkətə yol verməyəəckdir. Barəsində çıxarılan hökm dəyişdirilməli, ailə vəziyyətini, maddi durumunu nəzərə alaraq barəsində CM-nin 70-ci maddəsi tətbiq olunmalıdır. Təqsirləndirilən şəxs3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təyin olunmuş cəza törədilmiş əməllə qətiyyən uyğun deyil. Onların oğurladıqları əslində maddi dəyərini itirmiş predmetlərdir. 60-70 sm uzunluğunda dəmir şvellər, kəsilib atılmış metallardır. Armaturlar isə dağılmış və daş altında qalmış, tərəflərindən təmizlənərək bir yerə yığılmış dəmirlərdir. İstismara yararsız olan atılmış dəmir roliklərdir ki, bunları ancaq metal yığan sexlərə kiloqramı 20 qəpikdən vermək mümkündür. Bu metallar əslində çoxdan öz balans dəyərini itirmişlər. Eyni zamanda həmin dəmirlər müxtəlif yerlərdə daşların arasında, parçalanmış betonların içərisində olanda müdriyyət özü onlara razılıq vermişdi ki, təmizləyin yığın bir yerə satın, amma təmizləyib, .bir yerə yığılandan sonra dedi ki, olmaz. Onlar da başqa rayondan gəlib burada ailələri üçün çörək pulu qazanırlar. 200 kq. qırıntını metalloma verib 4 nəfərə cəmisi 40 manat pul qazanacaqdılar. 4 ay idi idarə maaşlarını da vermirdi. Gündəlik çörək pulları da yox idi. Vəziyyət onları bu hərəkəti etməyə məcbur etmişdir. İndi buna görə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmaq bu özü bir ədalətsizlikdir. O, isə Sabirabad rayonu Quruzma kəndində yaşayır, sürücü olmaqla harada iş olsa orada işləyib ailəmi dolandırır. Uşaqlarına, ailəsinə ondan başqa kimsə yoxdur ki, baxsın. Bu cəzaya məhkum olunmağı isə o deməkdir ki, rayon ərazisində iş olarsa işləyə bilər, rayondan kənara çıxmağı isə mümkün deyil. Rayonda isə həmişə iş tapmaq çətindir. Ona verilən cəza isə o deməkdir ki, Sabirabad rayonu ərazisindən kənara çıxa bilməz. Belə olan vəziyyətdə ailəsinin maddi durumu həddən artıq ağırlaşa bilər, digər tərəfdən isə iş üzrə maddi zərər yoxdur. Zərərçəkmişlə barışmışlar. Ərizə də vermişlər. Onlara ağır cəza verilməsində də maraqlı deyillər. Belə olan halda məhkəmə ona azadlıqdan məhrum etmə cəzası təyin edərək barəsində CM-nin 70-ci maddəsini tətbiq edə bilərdi və ya CM-nin 62-ci maddəsini tətbiq edərək barəsində daha yüngül cəza növünü tətbiq edə bilərdi. Azadlığın məhdudlaşması cəzasız belə formal tərkibli cinayət əməli üçün həddən ağır bir cəzadır. Əvvəllər də məhkum olunmamışdır. O, bu baş verəndən çox peşimandır. Anlamışdır ki, dəyərsiz hesab olunan bir şeyi də icazəsiz götürmək olmaz. Bir daha belə bir hərəkətə yol verməyəcək. Barəsində çıxarılan hökm dəyişdirilməli, ailə vəziyyətini, maddi durumunu nəzərə alaraq barəsində CM-nin 70-ci maddəsi tətbiq olunmalıdır. CİNAYƏT PROSESİ İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Təqsirləndirilən şəxs4 müdafiəçisi X14 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs1 müdafiəçisi X19 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 müdafiəçisi X20 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Dövlət ittihamçısı2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi ittiham hökmü çıxarılmasını təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət qanunvericiliyinin maddəsi üzrə əməlinin sübut olunması ilə əsaslandırmış, cəza təyin edərkən təqsirləndirilən şəxslərin əməllərində cəzanı ağırlaşdıran halların olmamasını və Təqsirləndirilən şəxs4 əməlində yüngülləşdirən hal kimi ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənilərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, Təqsirləndirilən şəxs1 əməlində yüngülləşdirən hal kimi ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənilərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, Təqsirləndirilən şəxs2 əməlində yüngülləşdirən hal kimi ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənilərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, Təqsirləndirilən şəxs3 əməlində yüngülləşdirən hal kimi isə ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənilərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alınmışdır. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxslər vermiş olduqları apellyasiya şikayətlərində hökmün ləğv edilməsini, barələrində CM-nin 70-ci maddəsinin tətbiq edilməklə yeni hökm çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və cinayət prosesi iştirakçılarının işin halları və şikayətin dəlilləri ilə bağlı fikirlərini dinləyərək müəyyən edir ki, hazırkı cinayət işi ilə bağlı təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 29,177.2.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı faktlar, həmin faktları sübut edən dəlillər və həmin dəlillərin birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymətləndirilməsi mübahisələndirilmir. Apellyasiya şikayətlərində təyin edilmiş cəza mübahisələndirilmişdir. Məhkəmə kollegiyası daha sonra apellyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilmiş cinayət əməli, оnun həmin əmələ aidiyyatı və təqsirliliyi ibtidai istintaq оrqanı tərəfindən tоplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin etirafları, şahidlərin ifadələri və digər mötəbər sübutların məcmusu ilə təsdiq olunmuş və düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1-ci maddəsinə tövsif edilmişdir. Həmçinin birinci instansiya məhkəməsi əməlin tövsifi, sübutların tədqiqi və qiymətləndirilməsi zamanı cinayət qanununa və cinayət prosessual qanunvericilik normalarına düzgün riayət etmiş, səhvə yol verməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə iş materiallarını, birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutları və məhkəmənin gəldiyi nəticələrin qanunauyğunluğunu yoxlayaraq hesab edir ki, hökmün cinayət və cinayət-prosessual qanunvericilik normalarına riayət edilməklə qəbul edildiyindən, apellyasiya şikayətləri təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinin əsassızlığı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Şorbaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 25 yanvar 2021-ci il tarixli 25 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs1 arvadı X21, oğlu X7 və qızı X4 ibarət ailə üzvləri ilə birlikdə Hacıqabul rayonunun Şorbaçı kəndində yaşayır. Azərbaycan Respublikası Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Şorbaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 25 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 adına verilmiş xasiyyətnamədən görünür ki, o, anadan olduğu vaxtdan hal-hazıra kimi Hacıqabul rayonunun Şorbaçı kəndində yaşayır. Ərazidə yaşadığı müddətdə ictimaiyyət arasında nizam-intizamlı, səmimi, təvazökar, zəhmətsevər şəxs kimi tanınmışdır. O, 2004-2006-cı illərdə müddətli hərbi xidmətdə olmuş, xidmət zamanı yoldaşlarının və rəhbərliyin rəğbətini qazanmışdır. Onun barəsində ərazidə yaşadığı müddətdə nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır. Nikah haqqında şəhadətnamənin və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 evli olmaqla, himayəsində 30.03.2010-cu il təvəllüdlü və 05.02.2013-cü il təvəllüdlü iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının İİ Udullu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 25 yanvar 2021-ci il tarixli 47 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 arvadı X8 və oğlu X15 ibarət ailə üzvləri ilə birlikdə Hacıqabul rayonunun İİ Udullu kəndində yaşayır. Azərbaycan Respublikası Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının İİ Udullu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 25 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 adına verilmiş xasiyyətnamədən görünür ki, o, əhali arasında həmişə özünü nümunəvi aparmış, sakit təbiətli olmaqla qohum qonşularla münasibəti yaxşıdır. Hər hansı şəxslərlə borc, düşmənçilik, ədavət, münaqişə və sair kmi qərəzli münasibətlərinin olması barədə icra nümayəndəliyinə məlumat daxil olmamışdır. Nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 evli olmaqla, himayəsində 22.04.2020-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Sabirabad İcra Hakimiyyəti Başçısının Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 26 yanvar 2021-ci il tarixli 221 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs3 arvadı X22 və oğulları X29 və X16 ibarət ailə üzvləri ilə birlikdə Sabirabad rayonunun Qruzma kəndində yaşayır. Azərbaycan Respublikası Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 26 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşadığı Qruzma kəndində özünü nümunəvi aparmış, onun ailəsi müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 evli olmaqla, himayəsində 2013-cü il təvəllüdlü və 2017-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Həmyəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 10 fevral 2021-ci il tarixli 46 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs4 X1, X5, X26 və X11 ibarət ailə üzvləri ilə birlikdə Şamaxı rayonu Həmyəli kəndində yaşayır. Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Həmyəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs4 adına verilmiş xasiyyətnamədən görünür ki, o, kəndin ictimai siyasi işlərində yaxından iştirak edib. Təqsirləndirilən şəxs4 müsbət xasiyyəti ilə kənd camaatı arasında hörmət qazanmışdır. O, mehriban, səliqəli və işgüzar bir insandır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X31 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 29 yanvar 2021-ci il tarixli 56 nömrəli məktubundan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs4 Şamaxı RMX-nin Poliklinika şöbəsinin Ruhi-əsəb və Narkolji kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X31 Ərazi Bölmələrini İdarəetmə Birliyi Hacıqabul Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 02 fevral 2021-ci il tarixli 313 nömrəli məktubundan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Əsgərov X18 Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin konsultativ poliklinika şöbəsinin Ruhiəsəb və Narkolji kabinetlərində qeydiyyatda deyildir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X31 Ərazi Bölmələrini İdarəetmə Birliyi Hacıqabul Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 02 fevral 2021-ci il tarixli 314 nömrəli məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Cəfərov X2 Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin konsultativ poliklinika şöbəsinin Ruhi-əsəb və Narkolji kabinetlərində qeydiyyatda deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sabirabad Mərkəzi Rayon Xəstəxanasının Poliklinika şöbəsinin 02 fevral 2021-ci il tarixli 169 nömrəli tibbi arayışından görünür ki, Xəlilov X13 rayon poliklinikasında əsəb-ruhi və narkolji kabinetlərində heç bir xəstəliklə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 11.02.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 11.02.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 11.02.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 11.02.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ərizəsindən görünür ki, təqsirləndirlən şəxslər tərəfindən vurulmuş ziyan ödənildiyi üçün onlara qarşı hər hansı tələbləri yoxdur və onların cəzalandırılmasında maraqlı deyillər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2ci maddəsi). Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Kollegiya qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxslər barəsində cəza təyin edilərkən əməllərində cəzanı ağırlaşdıran halların olmaması, yüngülləşdirən halların olması nəzərə alınmaqla, barələrində 1 (bir) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxslər barələrində təyin edilmiş cəzanın şərti cəza ilə əvəz edilməsini xahiş etmişdir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Kollegiya qeyd edir ki, şərti məhkum etmə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxsin əməlincə cəzanı ağırlaşdıran halların olmaması, yüngülləşdirən hallar müəyyən edilsə də, ictimai təhlükəli əməli onlar bir qrup şəklində fəhlə işlədikləri müəssisəyə qarşı törətmişlər. Təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən yüngülləşdirici hallar nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasında ciddi cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası deyil, azadlığın məhdudlaşdırılması cəzasının yarısı həddində cəza təyin edilmişdir ki, təqsirkarın şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilmə halları nəzərə alınarsa, onlara təyin olunmuş cəzanın şərti cəza ilə əvəz edilməsi cəzanın məqsəd və prinsipləri ilə ziddiyyətli halın yaranmasını qaçılmaz edəcəkdir. Çünki cəzanın məqsədi sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə yönəldiyindən və təyin edilmiş cəza təqsirləndirilən şəxsin islah olunması üçün yetərli olmaqla, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyinə uyğun olduğu üçün şikayət təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara və apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətin dəlilləri əsassız olmaqla formal mülahizə kimi dəyərləndirildiyindən şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 1(074)-49/2021 saylı, 09 iyun 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinin apelyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, apellyasiya instansiyası məhkəməsində Təqsirləndirilən şəxs3 göstərilmiş 7 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi3 vəkil işlədiyi Sumqayıt Regional Vəkil Bürosunun hesabına 42 manat, Təqsirləndirilən şəxs4 göstərilmiş 6 iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Sumqayıt Regional Vəkil Bürosunun hesabına 36 manat, Təqsirləndirilən şəxs1 göstərilmiş 6 iş saatı həcmində hüquqi yardımla bağlı X6 vəkil işlədiyi Sumqayıt Regional Vəkil Bürosunun hesabına 36 manat, Təqsirləndirilən şəxs2 göstərilmiş 6 iş saatı həcmində hüquqi yardımla bağlı X10 vəkil işlədiyi Sumqayıt Regional Vəkil Bürosunun hesabına 36 manat məbləğində pulların köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiysına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 1(074)-49/2021 saylı, 09 iyun 2021-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsində göstərilmiş hüquqi yardımla bağlı məhkum Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqlarını müdafiə etmiş müdafiəçinin haqqı 7 iş saatı müəyyən edilməklə, 42 (qırx iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3, məhkum Təqsirləndirilən şəxs4 məhkəmədə hüquqlarını müdafiə etmiş müdafiəçinin haqqı 6 iş saatı müəyyən edilməklə, 36 (otuz altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X9, məhkum Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş müdafiəçinin haqqı 6 iş saatı müəyyən edilməklə, 36 (otuz altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X12, məhkum Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmiş müdafiəçinin haqqı 6 iş saatı müəyyən edilməklə, 36 (otuz altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X17 ödənilsin və qeyd olunan məbləğlərin Sumqayıt Regional Vəkil Bürosunun ("xxxx" ASC Sumqayıt filialı, kod:508212; VÖEN **********; Müxbir hesab AZ26NABZ********************; SWİFT BİK: TURAAZ Sumqayıt Regional Vəkil Bürosu Hesab AZ03TURA********************AZN VÖEN: ********) hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar