Məhkəmə qərarları › İş №1(105)-520/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-520/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-520/2024 22.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ (apellyasiya protestinin yekun baxışına dair) Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və X1 ibarət tərkibdə, Elbəyli Vüsalə Rasim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 may 2024-cü il tarixli, 1(124)-10/2024 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 may 2024-cü il tarixli, 1(124)-10/2024 nömrəli hökmü ilə (hakimlər A.T.Rzayeva (sədrlik edən və məruzəçi) F.Z.Hümbətov və H.S.Əliyev) xx.xx.1983-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, Lənkəran rayonu, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbirinin seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə həmin Məcəllənin 42.1.4-cü maddəsinə əsasən onun təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməsi və onun təqsirsiz hesab olunması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal həbsdən azad edilməsi, iş üzrə maddi sübutlar – Abşeron RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, qalıq qalmış 8,760 qram psixotrop maddə metamfetamin və 14,350 qram narkotik vasitə heroin, bir ədəd elektron tərəzi narkotik vasitəsini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, iş üzrə sübut kimi qiymətləndirilmiş, bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Kapital banka” məxsus plastik kart, bir ədəd Leobanka məxsus plastik kart, iki ədəd “Huavei” markalı və bir ədəd “Samsung” markalı mobil telefonlar Təqsirləndirilən şəxs qaytarılması hökm edilmişdir. İŞİN HALLARİ : Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilərək məhkəmə məsuliyyətinə verilmişdir ona görə ki, o, 07 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 01 ədəd bükümdə, təmiz çəkisi 14,450 qram külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə-heroini və 01 ədəd bükümdə təmiz çəkisi 8,860 qram külli miqdarda ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Xırdalan şəhərinə daşımış, 08 aprel 2022ci il tarixdə saat 19 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq Abşeron RPİ-yə gətirilib xidməti otaqların birində üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sol yan cibində saxladığı, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxil edilmiş həmin 01 ədəd bükümdə 14,450 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxil edilmiş 01 ədəd bükümdə 8,860 qram çəkidə ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, eləcə də əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən üzərində heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ : Dövlət ittihamçısı apellyasiya protesti verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan 20 may 2024-cü il tarixli bəraət hökmünün ləğv edilərək onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək maddənin sanksiyası həddində cinayət qanunvericiliyinin müddəalarına uyğun cəza təyin edilməklə məhkum edilməsinə dair yeni ittiham hökmü çıxarılmasını xahiş etməklə apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmənin hökmdə gəldiyi nəticə əsassızdır, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 may 2024-cü il tarixli hökmü birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsası ilə ləğv edilməli, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.4.3-cü maddəsi ilə ittiham hökmü çıxarılmalıdır. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 il olar ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istifadəçisidir. xx.xx.2022-ci il tarixdə təxminən 3 ay öncə sosial şəbəkədə tanış olduğu Əli adlı şəxslə ondan narkotik vasitə və psixotrop maddə almaq məqsədilə əlaqə saxlamış, həmin vaxt Əli ona Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən binalardan birinin blokunda pilləkənin altına bir büküm narkotik vasitə və bir büküm də psixotrop maddə qoyacağını, bir qədər sonra gedib həmin bükümləri götürməyimi bildirmişdir. O da həmin gün axşam saatlarında Əlinin ona başa saldığı yerə gedib həmin bükümləri götürərək öz üzərində cibində saxlamışdır. xx.xx.2022ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Müşfiq küçəsi ilə piyada hərəkət etdiyi zaman tanımadığı 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib DİN-nin BMCQMl-nin əməkdaşları olduqlarını bildirdikdən sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda, öz üzərində saxlamaqda və satışında şübhəli bilindiyi üçün onu Abşeron RPl-nə dəvət etmişlər. O da, etiraz etməyib onlarla birlikdə Abşeron RPl-nə gəlmişdir. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutularaq şübhəli şəxs kimi ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə, psixotrop maddə vardırsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra isə o, üzərində psixatrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin olduğunu bildirmiş və əynində olan boz rəngli cins şalvarının sol yan cibindən şəffaf sellofan kəsiyinə bükülmüş iki büküm çıxarıb təqdim edərək həmin bükümlərin birində heroin və digərində isə metamfetamin olduğunu bildirişdirm. Həmçinin əynində olan qış gödəkçəsinin sol yan cibində saxladığı bir ədəd elektron tərəzini də çıxarıb onlara təqdim etmişdir. Həmin bükümlər və elektron tərəzi kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunmuş, həmçinin bu barədə protokol tərtib edilərək ucadan oxunmuşdur. Sorğu zamanı o həmin 2 bükümdəki psixotrop maddəni və narkotik vasitəni bir gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə sosial şəbəkədə tanıdığı Əli adlı şəxsin vasitəsilə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən binaların birinin blokunda pilləkənin altında gizlədilmiş yerdən götürərək öz üzərində saxladığını bildirmişdir (cild 1, i.v. 61). Apellyasiya protestinin müəllifi onu da vurğulamışdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən sərbəst ifadə vermiş, bütün qeyd edilən dindirmələrdə təqsirləndirilən şəxsin müdafiə hüququ qorunub saxlanılmış, müdafiəçi ilə təmin edilmiş və sərbəst ifadə vermiş, baş vermiş cinayəti sərbəst formada təsdiq etmiş, lakin məhkəmə təqsirləndirilən şəxsin bu ifadələrini sübut kimi qəbul etməmiş, həmin sübutların mötəbərsizliyinin nədən ibarət olmasını hökmdə qeyd etməmişdir. Həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı ifadə vermiş şahidlər Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin aşkar olunduğunu, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor tətbiq olunmadığını göstərmiş, şahidlərin ifadələri arasında heç bir ziddiyyyət olmamışdır. Habelə, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar edilməsi digər sübutlarla da təsdiq edilmişdir. Belə ki, iş üzrə 08 aprel 2022-ci il tarixdə saat 20:40 radələrindən saat 20:53 radələrindək olan müddət ərzində Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim etdiyi bir ədəd DVD diskinə baxış keçirilmiş, diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdə saat 19 radələrinde Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində keçirilən əməliyyataxtarış tədbirləri zamanı Xırdalan şəhəri, M.Müşfiq küçəsində saxlanılaraq Abşeron RPİnə gətirilib xidməti otaqların birində üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı sonuncunun əynində olan boz rəngli cins şalvarının sol yan cibində saxladığı təmiz çəkisi 14,450 qram külli miqdarda qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 01 ədəd bükümdə təmiz çəkisi 8,860 qram külli miqdarda ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotıop maddə metamfetamin və əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən 08 aprel 2022-ci il tarixdə saat 19 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Xırdalan şəhəri, M.Müşfiq küçəsində saxlanılaraq Abşeron RPİ-nə gətirilib xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sol yan cibində saxladığı narkotik vasitə-heroin, 01 ədəd bükümdə psixotrop maddə metamfetamin və əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür (cild 1, i.v. 155). Məhkəmə “şəxsi axtarış və götürmə haqqında” protokolu mübahisələndirsə də, lakin həmin protokoldan və videoçəkilişdən də görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin aşkar edilmiş və narkotik vasitələrin satışı ilə məşğul olduğunu, narkotikin pulunun üzərindən aşkar edilən bank kartına vurulduğunu, həmin kartların “LeoBank” və “Kapital Bank”-a məxsus olduğunu bildirmişdir. Qeyd edilməlidir ki, məhkəmə nəzarəti qaydasında həm keçirilmiş əməliyyat-axtarış tədbirinin qanuniliyi, həm də qətimkan tədbiri məsələsinə baxılarkən şəxsin tutulmasının əsaslılığı və qanuniliyi məhkəmə tərəfindən yoxlanılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş şahid ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs qanunvericiliyin tələblərinə uyğun saxlanılmış, ona qarşı hər hansı qanunsuzluğa yol verilməsi halları aşkar edilməmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı şahid ifadələrinin sübut kimi mötəbərliyi şübhə doğurmamış və həmin sübutlar törədilmiş cinayəti təsdiq etmişlər. Odur ki, hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılması, tutulması, üzərində şəxsi axtarış və götürmə aparılması tam qanuni aparılmış, ona qarşı qanunsuzluğun olması nə ibtidai istintaq zamanı, nə də məhkəmə zamanı öz təsdiqini tapmamışdır. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Abşeron RPİ-yə aparılarkən tam sağlam olması, sonradan onun bədənində aşkar edilmiş xəsarətlərin məhz onun saxlanılmasından sonra polis əməkdaşları tərəfindən yetirilməsi və buna görə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin zorakılıq, işgəncə və digər qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alınması və buna görə də həmin ifadələrin ona qarşı ittihamı təsdiq edən sübutlar kimi qəbul edilə bilməməsi barədə məhkəmənin gəldiyi qənaət də düzgün olmamışdır. Belə ki, qeyd olunanlarla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılmış və Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi, qeyri-insani rəftara, təsir və təzyiqlərə, fiziki zorakılığa məruz qalması, şərəf və ləyaqətinin alçaldılmağı ilə bağlı göstərdikləri öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi, qeyri-insani rəftara, təsir və təzyiqlərə, fiziki zorakılığa məruz qalmasını istisna edən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qüvvədə olan qərarın olmasına baxmayaraq, əsassız olaraq ondan ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin ona qarşı ittihamı təsdiq edən sübutlar kimi qəbul edilə bilməməsi qənaətinə gəlmişdir. Qeyd etmək olar ki, Təqsirləndirilən şəxs təqsirini sübut edəcək sübutların mötəbərliliyini şübhə altına alacaq heç bir hal müəyyən edilməmişdir. Lakin buna baxmayaraq, məhkəmə sübutlara öz şəxsi yanaşmasını ortaya qoyaraq sübutların mötəbər olmadığını vurğulamış, hansı ki, bu hal məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə daxil olan və çıxan SMS-lər, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş 4169 7413 0231 9361 rəqəmləri əks olunmuş Kapital Banka məxsus plastik bank kartı, Leobanka məxsus üzərində 4098 5844 5808 2995 rəqəmləri əks olunmuş bank kartı ilə aparılmış əməliyyatlar barədə məlumatlar ibtidai istintaq orqanı tərəfindən götürülmüş, lakin cinayət təqibi üzrə icraatın tezliyi ilə əlaqədar hazırki cinayət işinə deyil, ayrılmış cinayət işinə əlavə olunmuşdur. Göstərilən məlumatlar məhkəməninin təşəbbüsü ilə əldə edilmiş və məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələrinə tutulduğu günədək narkotik vasitə və psixotrop maddələrin satışını ehtiva edən çoxsaylı SMS-lər daxil olmuş, həmçinin 4169 7413 0231 9361 rəqəmləri əks olunmuş Kapital banka və Leobanka məxsus üzərində 4098 5844 5808 2995 rəqəmləri əks olunmuş bank kartlarına tutulduğu günədək mütəmadi müxtəlif məbləğlərdə pul vəsaitləri daxil olmuşdur. Eyni zamanda narkotik vasitələrin satışını ehtiva edən SMS-lərlə bank kartlarına mədaxil olunan pul vəsaitləri vaxt baxımından paralel şəkildə olmuşdur. Qeyd olunan xüsusatlar Təqsirləndirilən şəxs narkotik vasitə və psixortop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bir daha təsdiq edir. Hesab edir ki, ibtidai istintaq zamanı toplanmış və məhkəmə istintaqı zamanı məhkəməyə təqdim edilmiş sübutlar məhkəmə müşavirə otağına gedənədək öz mötəbərliyini qorumuş, onların həqiqiliyinə və doğruluğuna heç bir xələl gəlməmişdir. Məhkəmə kollegiyasının subyektiv hüquqşünas və faktlara düzgün olmayan yanaşması əsassız bəraət hökmü ilə nəticələnmişdir. Qərar qəbul edənin daxili inamı isə yalnız məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlar əsasında formalaşa bilər. Hazırki iş üzrə isə tədqiq olunmuş sübutlar birbaşa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini tam təsdiq edir. İttihamı təsdiq edəcək yetərincə sübutun olmasına baxmayaraq, məhkəmə həmin sübutları yox, müdafiə tərəfinin sübutlara “düzgün olmayan yanaşmasını” əsas götürməklə bəraət hökmü çıxarmışdır. Yuxarıda qeyd edilənlərə əsasən iş üzrə əldə edilmiş sübutlar (şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol, polis əməkdaşlarının şahid qismində verdikləri ifadələr, ekspertiza rəyləri) öz mötəbərliyini itirməmiş və şəxsin təqsiri kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə cinayət işi üzrə ibtidai istintaq dövründə toplanmış bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmamaqla yekun nəticəyə gəlmiş və mülahizələrə əsaslanan əsassız bəraət hökmü çıxartmışdır. Göstərilənlərə əsasən, iş üzrə ibtidai istintaq zamanı toplanılmış və məhkəmə baxışında sair dəlillərlə də bir daha təsdiq olunmuş sübutlara əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamaqla daşıması məhkəmə baxışında dindirilmiş şahid ifadələri və iş üzrə digər sənədlərlə tam sübuta yetirilmişdir. Göründüyü kimi, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan hökmündə gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, həmin hökmdə şərh edilmiş hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olmuşdur ki, həmin hallar Təqsirləndirilən şəxs təqsirliliyi məsələsinə təsir göstərməklə işin faktiki hallarına uyğun olmamışdır. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ : Məhkəmə kollegiyasının iclasında dövlət ittihаmçısı X5 apellyasiya protestinin dəlillərini müdafiə edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 may 2024-cü il tarixli, 1(124)-10/2024 nömrəli hökmündə məhkəmənin gəldiyi nəticələrin düzgünlüyünə təsir göstərən faktiki hallar və sübutların nəzərə alınmadığına görə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama bəraət verildiyini əsassız və qanunsuz hesab etdiklərindən hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası çərçivəsində cinayət qanunvericiliyinin tələblərinə uyğun cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etdi. Bəraət almış - təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya instansiyası məhkəməsində çıxış edərək bildirdi ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı bütün hallar araşdırılmış, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibinin olmadığı müəyyən olunmuşdur. İbtidai istintaq kobud qanun pozuntularına yol verilməklə aparılmış, bu hallar birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmaqla ədalətli araşdırılma aparılaraq ibtidai istintaq zamanı yol verilmiş pozuntular nəzərə alınaraq hüquqlarını müdafiə etdiyi şəxsin təqsirinin olmaması müəyyən edilmişdir. Məhkəmənin hökmündə qeyd edilən əsaslara görə də apellyasiya protestinin dəlillərinin işin hallarına uyğun olmaması səbəbindən təmin olunmamasını və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. Bəraət almış - Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində müdafiəçinin qeyd etdiklərilə eyni fikirdə olmasını, hazırkı cinayət işi üzrə təqsirinin olmaması üçün ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, buna görə də birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin dəlillərində işin faktiki halları və əməlin hüquqi tövsifi mübahisələndirildiyindən CPM-nin 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, daha sonra isə apellyasiya protestinin dəlillərinə uyğun olaraq Təqsirləndirilən şəxs ittiham olunan əməli törədib-törətməməsinə və təqsirləndirilən şəxsə bəraət verilməsinin əsaslı olubolmamasına hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını araşdırıb, dövlət ittihamçısı, təqsirləndirilən şəxs və onun müdafiəçisinin çıxışlarını dinləyib apellyasiya protestinin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya protesti təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 may 2024-cü il tarixli, 1(124)-10/2024 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 139-cu maddəsinə görə cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə psixatrop maddəni əldə edib saxlamağı və daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, bəraət almış - Təqsirləndirilən şəxs həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində eyni məzmunlu ifadələr verərək ona verilmiş ittihamda özünü təqsirli bilməyərək vurğulamışdır ki, 08 aprel 2022-ci il tarixdə təxminən saat beş radələrində polis əməkdaşları ünvanını dəqiq bilmədiyi, Xırdalanda yerləşən evə daxil olmuşlar və həmin vaxt evdə beş nəfər olmuşlar. Polis əməkdaşları evə daxil olduqdan sonra evi axtarmağa başlamış, lakin evdə heç nə tapa bilməmişdir. Bundan sonra Anar adlı polis əməkdaşı cibindən narkotik vasitə və psixotrop maddə çıxarıb ona bildirmişdir ki, cibindən çıxardığı maddələri ev yiyəsindən aldığını söyləməli və ev yiyəsinin üzünə durmalı, ya da ki içəri gedəcəkdir. Saat 4-dən 11-ə kimi polis əməkdaşları ilə aralarında münaqişə olmuş, hətta ekspert rəyindən də qabırğasının sındırıldığını görmək olar. Ev yiyəsinin üzünə durmamaq üçün Anar adlı polis əməkdaşının cibindən çıxarmış olduğu maddələri öz üzərinə götürmüşdür. O, kimisə satmamaq üçün çəkilişlə 18 qram maddəni öz boynuna götürmüş, lakin sənədlərə baxdıqda üzərindən 22 qram narkotik vasitə və psixotrop maddənin aşkar olunduğunun qeyd edildiyini görmüşdür. Necə olur ki, 18 qram maddə sonradan 22 qram olur. O, Bakı şəhərini tanımır, videoçəkilişdə ona deyilənləri demiş, heç bu dəqiqə də Nəriman Nərimanov rayonunun ərazisini əyani şəkildə göstərə bilməz. Onu polis əməkdaşları Xırdalanda, Nazim adlı şəxsin evində saxlayıblar. O, Nazim adlı şəxsin evinə qonaq getmişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o “kakos” kimi bilinən narkotik vasitənin və “şüşə” adlanan psixotrop maddənin isifadəçisi olmuşdur. Rusiya Federasiyasından Azərbaycan Respublikasına 2019-cu il tarixdə anasının vəfat ilinə görə gəlmiş, daha sonra da pandemiya düşdüyü və atası da vəfat etdiyi üçün Rusiya Federasiyasına qayıda bilməmişdir. Rusiya Federasiyasından qayıdandan sonra Lənkəran şəhərində yaşamışdır. Nazim adlı şəxsi ortaq tanışlar vasitəsilə təxminən 4-5 ay olar ki tanımışdır. Nazimgildə yaşamamış, sadəcə onlara qonaq getmişdir. Nazim evində ailə üzvləri ilə birlikdə yaşayır. Nazimin anket məlumatlarını dəqiq olaraq bilmir, onun yaşadığı evə təxminən 4-5 dəfə qonaq kimi gedib-gəlmişdir. Nazim adlı şəxs heç bir yerdə işləmir, Xırdalanda İcra Hakimiyyətinin yaxınlığında yaşayır. Polis əməkdaşlarının nə səbəbə Nazim adlı şəxsin üzünə qarşı durmağını tələb etdiklərini bilmir. O, narkotik vasitəni şəxsi istifadəsi üçün müxtəlif yerlərdən təxminən 20-30 manata almış, gündəlik olaraq yarım qram narkotik vasitə istifadə etmişdir. Rusiya Federasiyasından gəldikdən sonra dam ustası işləmişdir. Nazim adlı şəxs də narkotik vasitə istifadəçisidir. Polis əməkdaşları Nazimi polis idarəsinə aparmamışdırlar. Oradakı şəxslər arasında təkcə özü kənar şəxs olmuş, qalan şəxslər Nazimin qohumları olmuşlar. Yəqin o, kənar şəxs olduğu üçün polis əməkdaşları məhz onun Nazimin üzünə durmağını tələb etmişdirlər. Həmin şəxslərin aralarında qadın və ya uşaq olmamışdır. Ümumiyyətlə saxlanıldıqları evdə yaşayış olmamış, təmir işləri getmişdir. Orada qabaq-qabağa iki ev olmuş, onlar təmirsiz evdə saxlanmışlar. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Şəxsi axtarış və götürmə zamanı onun üzərindən İran pulu deyil, Rusiya Federasiyasına məxsus pul vahidi aşkar olunmuşdur. Saxlanılan zaman üzərində “KapitalBank”-a və “LeoBank”-a məxsus bank kartları olmuşdur. Ona məxsus 03 ədəd mobil telefonun ikisi işlək vəziyyətdə olmuş, biri isə işləməmişdir. İşləyən mobil telefonları “Samsung” və “Lenovo” markalı olmuşdur. Mobil telefonunda “whatsapp” proqramı mövcud olmuşdur. Mobil telefonunun üzərində “***-***- **-**” mobil nömrəsi olmuşdur. “Whatsapp” proqramı ilə aparmış olduğu mesajlaşmalarda yalnız şəxsi istifadəsi üçün kimlərdənsə narkotik vasitə istəmişdir. Şəxsi istifadəsi üçün narkotik vasitə istədiyi adamları tanımamış, ümumiyyətlə, Azərbaycanda 3-5 nəfər adam tanımışdır. O, əvvəllər Rusiya Federasiyasında narkotik vasitədən istifadə etdiyi üçün məhkum olunmuşdur. Onu “Anar” və “Roman” adlı polis əməkdaşları döymüşdür. Anar onu elə evdə döymüşdür. O, polis əməkdaşları tərəfindən döyüldüyünü müstəntiqə ifadə verən zaman bildirmişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saat dörd-beşə işləmiş saxlanılmışdır. O, saxlanılan zaman evə beş nəfər polis əməkdaşı gəlmişdir. Polis əməkdaşları evə gələn zaman Nazim köhnə evdə olmuş, o isə təzə evdə olmuşdur. Hər iki ev eyni həyətin içərisindədir. Polis əməkdaşları evə pəncərədən daxil olmuşdurlar. Polis əməkdaşları evə gələn zaman o, evdə tək olmamışdır. Yanında olmuş şəxslərin anket məlumatlarını bilməmişdir. Polis əməkdaşları Nazimgilin evinə narkotik vasitələrə görə basqın etmişdir. Polis əməkdaşları Nazimin evində axtarış aparmış, onun gözünün qabağında heç nə tapmamışdırlar. Onun da üzərində polis əməkdaşları axtarış aparmış və üzərindən qızıl nişan üzüyü, yüz əlli min rus pulu, 100 manat və 21 manat olmaqla ümumilikdə 121 manat pul vəsaiti aşkar etmişdirlər. Təxminən saat yeddi radələrində onu Abşeron RPİ-yə aparmışdırlar. Abşeron RPİ-yə aparıldıqdan təxminən bir saat yarım sonra üzərində şəxsi axtarış keçirilmiş, saatı tam olaraq dəqiq şəkildə xatırlamır. Vəkil üzərində şəxsi axtarış aparılmamışdan təxminən 20 dəqiqə qabaq gəlmiş, şəxsi axtarış zamanı ona nə verilmişdirsə, üzərindən də onlar aşkar olunmuşdur. Belə ki, üzərindən tərəzi, “kakos” və “şüşə” çıxmış, lakin üzərindən aşkar olunmuş tərəzi, “kakos” və “şüşə”nin heç biri ona məxsus olmamışdır. Ona məxsus bank kartları pulqabında olmuş, həmin kartlar “KapitalBank” və “LeoBank”a məxsus bank kartları olmuşdur. Polis əməkdaşlarının təzyiqlərinə baxmayaraq heç kimin adını verməmişdir. O, üzərində şəxsi axtarış aparılmamışdan qabaq vəkillə təkbətək söhbət etməmiş, heç vəklin adını belə bilməmişdir. Kürdəxanıda dözülməz ağrıları olduğu üçün təxminən 10 gün sonra o tibbi sanitar məntəqəsinə göndərilmiş, Kürdəxanıya daxil olan zaman üzərində bədən xəsarətləri və izləri qalmışdır. Polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində qulağının pərdəsi cırılmışdır, qabırğasında şiş yaranmış, həmin xəsarət hələ də qalmaqdadır. Müvəqqəti saxlama yerində olarkən şikayəti əsasında prokurorluq əməkdaşları gələrək izahatını almışlar. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq onu da bildirmişdir ki, polis əməkdaşları onu döyən zaman yanındakı şəxsləri çölə çıxarmış, təxminən saat 7 radələrində onu polis şöbəsinə aparmışdırlar. Şöbədə bir nəfər tanımadığı şəxs kabinetdə olmuş, sonradan kamera və s. gətirmişlər. Amma o, yenə də polis əməkdaşları ilə razılaşmamışdır. Axırda görmüşdür ki, ağrıları var, qabırğası ağrıyır, nəfəs də ala bilmir, polis əməkdaşları ilə onu narkotik vasitədən şəxsi istifadə ilə bağlı tutmaları ilə razılaşmışdır. Polis əməkdaşları ona bükülüdə narkotik vasitə və tərəzi vermiş, növbəti gün onu polis şöbəsindən 10-12 dəqiqəlik məsafədə yerləşən böyük bir xəstəxanaya aparmışlar. O, xəstəxanada olarkən yoxlanışdan keçmiş, xəstəxanada ona heç kim heç nə deməmişdir. Qabırğası sındığına görə tibbi sanitar məntəqədə müalicə almış, ekspert MSY-yə gəlib onu yoxlamışdır. Onu sanksiya məhkəməsinə səhv etmirsə üç gün sonra aparmışlar və orda da eyni xüsusatları qeyd etmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 və DİN-nin BNMİ-nin polis baş leytenantı Şahid2 ittihamda göstərilən xüsusatlara uyğun fadələr verməklə yanaşı Təqsirləndirilən şəxs saxlanılarkən sonuncuya qarşı fiziki və ya digər təzyiqlər göstərilməmiş, üzərində hər hansı xəsarətin olmasını görməmiş və sonuncunun xəstəxanaya aparılmasını xatırlamaqıdlarını göstərsələr də, Təqsirləndirilən şəxs onu saxlayan və döyən polis əməkdaşlarının arasında hazırda ifadə verən Şahid1 də olduğunu, onu döyən digər əməkdaşların Anara tabe olduqlarını, onun göstərişi əsasında hərəkət etdiklərini, qonaq getdiyi evdə döyüldüyünü bildirmişdir. Birinci instansiya məhkəməsi cinayət prosessual qanunvericiliyinin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etməyərək hesab etmişdir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır ona görə ki, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatların, yəni polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması nəticəsində özünə qarşı ifadə verməsi aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapır. Belə ki, videoçəkilişdə və ilkin izahatında Təqsirləndirilən şəxs göstərmişdir ki, narkotik vasitə və psixotrop maddəni Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən binaların birinin blokundan gizlədilmiş yerdən əldə etmişdir. Narkotik vasitə və psixotrop maddəni qeyd edilən yerə sosial şəbəkədən tanıdığı Əli adlı şəxsin qoyduğunu və həmin narkotik vasitələri 250 manata aldığını göstərmişdir. Təqsirləndirilən şəxs istintaq orqanına etiraf xarakterli ifadə vermədiyi, döyülmə və işgəncə nəticəsində özünə qarşı ifadə verməsi ilə bağlı əsaslı ehtimallar onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Abşeron Rayon Məhkəməsinin 10 aprel 2022ci il tarixli qərarı ilə də təsdiq olunur. Belə ki, istintaq orqanının tərtib etdiyi təqsirləndirilən şəxsin dindirilməsi protokoluna əsasən 10 aprel 2022-ci il tarixdə özünə qarşı ifadə verməklə üzərində narkotik vasitə və psixotrop maddə olmasını guya etiraf edən Təqsirləndirilən şəxs bundan dərhal sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı həmin gün hakim tərəfindən dindirilərkən məhkəmədə ona elan olunmuş ittiham üzə özünü təqsirli bilmədiyini, BNMİnin əməkdaşları Anar, Roma və adını bilmədiyi, lakin üzdən tanıdığı daha 4 nəfər şəxs tərəfindən döyüldüyünü və narkotik vasitənin ona məxsus olmadığını bildirmiş, ona görə də təqdimatın təmin olunmamasını xahiş etmişdir. Bundan başqa birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinədən keçirilməsinə dair ekspertizanın 11 aprel 2024-cü il tarixli, 690 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmətibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmiş, X6 rayon Mərkəzi Xəstəxanasında kliniki müayinəsi zamanı qoyulmuş diaqnoz “döş qəfəsinin yumşaq toxumalarının əziyi” xəsarətlə (qançır, sıyrıq, yara və s.) müşayiət olunmadığı üçün zərərvurma dərəcəsinin təyinində nəzərə alınmamışdır. Sözü gedən ekspert rəyinin anamnez hissəsində qeyd olunmuşdur ki, müayinə olunanın deməsinə görə, 08 aprel 2022-ci il tarixdə, saat 19:00 radələrində Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən Xırdalan şəhərində tutularaq Abşeron Rayon Polis İdarəsinə aparılması zamanı xəsarət almışdır. Həmçinin şəxsin Abşeron rayonu Mərkəzi Xəstəxanasına 09 aprel 2022-ci il tarixdə, saat 11:20-də ağrı, nəfəs almanın çətinləşməsi, baş ağrıları şikayətləri ilə polis briqadasının müşayiəti ilə daxil olduğu da əks olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatların aydınlaşdırılması üçün müvafiq olaraq Abşeron rayonu Mərkəzi Xəstəxanasına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğular verilmiş, Abşeron Rayon Mərkəzi xəstəxanasından alınmış sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs 09 aprel 2022-ci il tarixdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına müracət etmiş və ona tibbi yardım göstərilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasından məhkəməyə göndərilmiş sənədlərin surətlərindən görünür ki, xəstə polis briqadasının müşayəti ilə daxil olmuş, rentgenoloji müayinədən keçmiş, müvafiq sənədlər məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından alınmış 08 may 2023-cü il tarixli sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və müayinə zamanı rentgenoloji olaraq sol 10-cu qabırğanın yerdəyişməyən sınığı müşahidə edilmişdir. Həmçinin məhkumun tibbi kitabçasında həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar hissəsində Təqsirləndirilən şəxs həbs olunan zaman xəsarət aldığını bildirdiyi göstərilmişdir. Döş qəfəsi üzvlərinin rentgen müayinəsində isə hər iki ağ ciyərlərdə zəif fibroz kölgəliklər müşahidə olunduğu qeyd edilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs şikayəti əsasında rayon prokurorluğunda aparılmış araşdırma materialdan görünür ki, həmin material üzrə yalnız Təqsirləndirilən şəxs izahatı alınmış və həmin izahatda o, polis əməkdaşları tərəfindən döyülməsini göstərmişdir. Cinayət işinin materiallarında olan Abşeron rayon prokurorluğunun “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında 11 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs izahatında 08 aprel 2022-ci il tarixdə Xırdalan şəhərində polis əməkdaşları tərəfindən tutularkən döyüldüyünü, sol qabırğasına zərbələr vurulduğunu, onu döyən polislərin adını bilmədiyini göstərmiş, lakin qərarın qəbul edilməsi üçün əsa kimi yalnız xx.xx.2022-ci il tarixli 690 saylı rəy götürülmüşdür ki, həmin rəydə də Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmasi sonuncunun Abşeron rayon Mərkəzi Xəstəxanasında kliniki müayinəsi zamanı qoyulmuş diaqnozun “döş qəfəsinin yumşaq toxumalarının əziyi” xəsarətlə (qançır, sıyrıq, yara və s.) müşayiət olunmadığı üçün zərərvurma dərəcəsinin təyinində nəzərə alınmaması ilə əsalandırılmışdır. Halbuki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına xx.xx.2022-ci il tarixdə daxil olmuş Təqsirləndirilən şəxs artan ağrıları ilə əlaqədar xx.xx.2022-ci il tarixində keçirilən rentgenoloji müayinə zamanı sol 10-cu qabırğanın yerdəyişməyən sınığı müşahidə edilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlərin edilməsi ilə bağlı Abşeron rayon prokurorluğunun “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında 11 iyun 2022-ci il tarixli qərarla bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Qeyd olunan materiallar əsasında məhkəmə istintaqı zamanı məhkəmə-tibb ekspertizası təyin edilmiş, məhkəmə tibb ekspertizasının 24 aprel 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan arxa xətti üzrə X qabırğanın yerdəyişməyən sınığı küt təsir mexanizminə malik əşya ilə yetirilə bilərdi, törənmə müddəti qərarda göstərilən tarixi inkar etmir və dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Təqsirləndirilən şəxs qeyd olunan xəsarətin lokalizasiyasını, xarakterini və əmələgəlmə mexanizmini nəzərə alaraq demək olar ki, yıxılma zamanı həmin nahiyənin küt əşyaya çırpılması nəticəsində yaranması daha inandırıcıdır. Birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin müddəalarını rəhbər tutaraq qeyd etmişdir ki, şahid ifadələrinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulanadək tam sağlam olmuş, sonradan onun bədənində aşkar edilmiş xəsarətlərin məhz onun saxlanılmasından sonra polis əməkdaşları tərəfindən yetirilməsi ehtimal olunur. Bu hal isə Təqsirləndirilən şəxs təhqiqat və ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış izahat və ifadələrin zorakılıq, işgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alınmasını təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs həbsdə olub azadlığı məhdudlaşdırılarkən yalnız polis əməkdaşlarına verdiyi izahat və ifadələrində özünə qarşı ifadə verməklə onun üzərində narkotik vasitə və psixotrop maddənin olmasını göstərmişdir. Təqsirləndirilən şəxs həbs qətimkan tədbiri seçilərkən məhkəmədə etdiyi çıxışında polis əməkdaşları tərəfindən tutularaq döyülməyə və işgəncəyə məruz qaldığını, bunun nəticəsində xəsarət aldığını, onda narkotik vasitə olmadığı halda polis əməkdaşlarının onun üzərinə qoyduqları narkotik vasitəni və psixotrop maddəni boynuna almağa məcbur olduğunu göstərmişdir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 aprel 2022-ci il tarixli protokol, eləcə də Təqsirləndirilən şəxs ilkin izahatı, təqsirləndirilən şəxs qismində ondan alınmış 10 aprel 2022-ci il ifadəsi, mötəbərliyi şübhəli olan sübutlar kimi qiymətləndirildiyindən, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz və həmin izahat və protokollar ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Apellyasiya protestinin dəlillərində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən sərbəst ifadə verməklə, bütün qeyd edilən dindirmələrdə təqsirləndirilən şəxsin müdafiə hüququ qorunub saxlanılmaqla müdafiəçi ilə təmin edilərək sərbəst ifadə verməsi, baş vermiş cinayəti sərbəst formada təsdiq etsə də, lakin məhkəmə təqsirləndirilən şəxsin bu ifadələrini sübut kimi qəbul etməyərək həmin sübutların mötəbərsizliyinin nədən ibarət olmasını hökmdə qeyd etməməsi barədə dəlillərilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs özünə qarşı alınmış etirafedici ifadələrə münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Həmçinin, birinci instansiya məhkəməsi hazırkı baxılan cinayət işi üzrə məhkəmə tərəfindən araşdırılmalı olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olmasına da istinad edərək Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə araşdırma apararkən Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini də nəzərə almaqla polis əməkdaşları Şahid1, Şahid2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə bağlı qeyd etmişdir ki, göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən CPM-nin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz, ona görə ki, təqsirləndirilən şəxsi tutaraq ona qarşı sübut toplayan, ittihamın təsdiq olunmasında maraqlı olan, eləcə də vəzifələrinə uyğun olaraq biri-digərinə tabe olan polis əməkdaşlarının verdikləri ifadələr isə qərəzsiz və obyektiv ifadə kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, həmin ifadələr еyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks еtdirən informasiya daşıyıcısıdır. Bu ifadələr Təqsirləndirilən şəxs vеrilmiş ittihamın təsdiqi ilə yanaşı, еyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının da təsdiqi vasitəsidir. Polis əməkdaşlarının cinayət təqibi üzrə prosessual fəaliyyətinin əsaslığı və şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baхımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Birinci instansiya məhkəməsi, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi, mənsubiyyəti və mümkünlüyü üzrə qiymətləndirilməsini zəruri hesab etmişdir. Belə ki, istintaq orqanının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsində istinad etdiyi və əsas sübut kimi təqdim etməyə çalışdığı sənəd “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 aprel 2022-ci il tarixli protokol olmuşdur. Protokola əsasən Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdə saat 19 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Xırdalan şəhəri, M.Müşfiq küçəsində saxlanılaraq Abşeron RPİ-nə gətirilib xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sol yan cibində saxladığı narkotik vasitə-heroin, 01 ədəd bükümdə psixotrop maddə metamfetamin və əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi yuxarıda göstərdiyi halları əsas gətirərək bildirmişdir ki, “Şəxsi axtarış və götürülmə aparılması haqqında” 08 aprel 2022-ci il tarixli protokol bu əsaslara görə də mötəbərliyi şübhə altına alınan sübut olduğundan, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübut kimi qəbul oluna bilməz və həmin protokol ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Bundan əlavə, cinayət işinin materiallarına əlavə edilmiş və birinci instansiya məhkəməsində elan olunaraq tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasına əsasən əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli, 6/1964 №li rəyindən göründüyü kimi tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 14,450 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 8,860 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, elektron tərəzinin üzərində heroinin izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Heroin Azərbaycan Respublikasının 2005 il 28 iyun tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitlər”-in siyahısına (Siyahı İ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Həmin ekspert rəyi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminlə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin və psixotrop maddənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitə və psixotrop maddəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2761 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu “Narkomaniya” xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi halı belə ona qarşı irəli sürülmüş ittiham üzrə sübut kimi qiymətləndirilməsinə əsas ola bilməz. Bu qənaətini əsaslandırarkən birinci instansiya məhkəməsi “Sakit Zahidov Azərbaycana qarşı” işilə bağlı Avropa Məhkəməsinin qərarına istinad edərək qeyd etmişdir ki, həmin qərarda müəyyən edildiyi kimi, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarına görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (bax, Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Apellyasiya protestinin dəlillərində təqsirləndirilən şəxsin istifadəsində olmuş ***-***- **-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə daxil olan və çıxan SMS-lərdə Təqsirləndirilən şəxs tutulduğu günədək narkotik vasitə və psixotrop maddələrin satışını ehtiva edən çoxsaylı SMS-lərlə, sonuncudan aşkar olunmuş 4169 7413 0231 9361 rəqəmləri əks olunmuş Kapital Banka məxsus plastik bank kartı və Leobanka məxsus üzərində 4098 5844 5808 2995 rəqəmləri əks olunmuş bank kartlarına tutulduğu günədək mütəmadi müxtəlif məbləğlərdə pul vəsaitləri daxil olması narkotik vasitələrin satışını ehtiva edən SMS-lərlə bank kartlarına mədaxil olunan pul vəsaitləri vaxt baxımından paralel şəkildə olmasına dair dəlilləri əsaslı hesab edilə bilməz ona görə ki, istintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxsə narkotik vasitələrin satışını ehtiva edən mesajların gəlməsi, eləcə də Təqsirləndirilən şəxs istifadəsində olan iki ədəd plastik kartlara müxtəlif vaxtlarda mədaxil və məxaric əməliyyatları həyata keçirilməsi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin baxışı zamanı müəyyən edildiyi kimi məhkəməyədək ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrkən əsasən özünün etirafedici ifadəsinə, şahidlər - polis əməkdaşlarının ifadələrinə, habelə şəxsi axtarış haqqında protokoluna istinad etmiş, lakin bu sübutların hər biri ayrı-ayrılıqda tədqiq edilərkən hər bir sübutun mötəbərlik tələblərinə uyğun olub-olmadığını yoxlanıldıqda ittihamın əsassız olması barədə birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. O da qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin hökmünü apellyasiya protestinin dəlilləri ilə birgə təhlil edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, habelə Azərbaycan Respublikası Konstitusiyasına, Avropa İnsan Hüquqları Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, apellyasiya protestinin dəlilləri birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təqsirləndilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verməsinə dair nəticəsi iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, ittiham tərəfindən təqdim olunmuş sübutlarla Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “...İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər...”. CPМ-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 125.2-ci maddəsinə əsasən аşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.7. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sübutların mümkünlüyünü ən vacib şərtlərindən biri kimi məlumatların, sənədlərin və əşyaların əldə edilməsi yalnız CPM-də göstərilən istintaq və məhkəmə hərəkətləri vasitəsi ilə həyata keçirilməsidir. Eyni zamanada istintaq və məhkəmə hərəkətləri CPM-də müəyyən olunmuş tələblərə riayət edilməklə həyata keçirilməlidir. Ümumilikdə, bu qayda əldə edilmiş məlumatların mümkünlüyünün təmin etməyə yönəldilmişdir. CPM-də müəyyən edilmiş proseduraya əməl etmədən CPM-nin tələblərinin pozulması ilə əldə edilən məlumatlar, sənədlər və əşyalar sübut kimi qəbul edilə bilməz. Qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın əsası kimi çıxış edə bilməz, habelə CPM-nin 139-cu maddəsində göstərilən hər hansı halın sübut edilməsi üçün onlardan istifadə edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs təqsirini mötəbər yolla sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayət-prosessual qanunvericiliyin müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, sübutlar şübhəli və ziddiyyətlidir. İttiham tərəfinin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması məhkəmənin gəldiyi qənaəti daha da möhkəmləndirmişdir. Qeyd edilənlənlər isə Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin qənaəti cinayət və cinayət-prosessual qanun normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Göründüyü kimi, təqsirləndirilən şəxsə tamamilə haqlı olaraq bəraət verilmiş, gəlinmiş nəticənin və qanuniliyini şübhə altına almağa əsas yoxdur. Belə ki, CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CРМ-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin yuxarıda göstərilən normalarının həm məzmununa həm də mənasına görə, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. CРМ-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. CРМ-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CРМ-nin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. CРМ-nin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CРМ-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CРМ-nin 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində vurğulanır ki: - “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir...”. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inam görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlibgəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “Erkapis Xorvatiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 25 aprel 2013-cü il tarixli qərarında göstərilir ki, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdursa, məhkəmələr şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. Digər səbəblər arasında ibtidai istintaq zamanı dindirmə ittiham tərəfinin məhkəmədə iş üzrə ittihamı müdafiə etmək üçün məlumat toplaması prosesidir. Halbuki məhkəmə prosesi, məhkəmə iclasında araşdırılıb əldə edilən sübutlara ədalətli hüquqi qiymət verilməsi nəticəsində təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyən etmək üçün kifayətdir. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Xüsusi olaraq qeyd edilmişdir ki, hazırkı cinayət işinə baxan birinci instansiya məhkəməsi ibtidai istintaq orqanının səhvlərini aradan qaldıraraq şahidlərin kifayət qədər ziddiyyətli və uzlaşmayan ifadələrini, eləcə də yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli digər sübutları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirməmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayətprosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Beləliklə, apellyasiya protestində öz əksini tapan dəlillərin araşdırılması zamanı əldə olunmuş məlumatlar onu deməyə əsas verir ki, ittiham tərəfinin istinad etdiyi hallar sonuncuya CM-nin 234.4.3-cü maddəsilə təqsirli bilinməsi üçün kifayət etmir ona görə ki, nə ibtidai istintaq orqanı, nə də məhkəmə istintaqında ittiham tərəfi, bu ittihamın təsdiq edilməsi üçün kifayət edəcək həddə sübut təqdim etməmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, CPM-nin tələblərinin pozulması ilə, cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmələr nəzərə almalıdır ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-nin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-nin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Məhkəmənin yuxarıda şərh edilən sübutlar barədə qənaətinin CPM-nin 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, apellyasiya protestində birinci instansiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən müəyyən olunur ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsinə əsas ola biləcək hallar iş üzrə mövcud deyildir, bu baxımdan apellyasiya protestinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya protestinin dəlilləri birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz, ona görə də apellyasiya protesti təmin olunmamalı, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 may 2024-cü il tarixli, 1(124)- 10/2024 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bundan əlavə kollegiya qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs apellyasiya icraatı zamanı göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iki cilddən ibarət cinayət işinin materialları ilə tanış olub, məhkəmə proseslərində iştirak etdiyi cəmi 8 (səkkiz) iş saatına görə ödənilməli olan 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-nin 197, 198, 397-399, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 may 2024-cü il tarixli, 1(124)-10/2024 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 48 (qırx səkkiz) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar