Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(105)-522/2021 24.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Vəliyev Vasif Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4, 313 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 8/2021 saylı, 07 iyun 2021-ci il tarixli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə və zərərçəkmiş hüquqi şəxs “X78” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-8/2021 saylı, 07 iyun 2021-ci il tarixli hökmü (hakim E.Məmmədov) ilə xx xxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, rəsmi işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 1, mənzil 24-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 313-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi, Təqsirləndirilən şəxs barəsində “X78” MMC-nin 007852, 007231, 007851, 007079, 008089, 009629 və 004935 nömrəli nəzarət kassa aparatlarının qeydiyyata salınması və qeydiyyatdan çıxarılması barədə aktları saxtalaşdırmasına görə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.3 və 43.3-cü maddələrinə əsasən xitam verilməsi, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən verilən ittiham üzrə digər nəzarət kassa aparatlarının qeydiyyata salınması və qeydiyyatdan çıxarılması barədə aktları saxtalaşdırmasına görə Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi, Təqsirləndirilən şəxs oglunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi hökm edilmişdir. Hökmdən Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti verərək, hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4, 313 və 320.1-ci maddələri ilə təqsirli bilinib, ona CM-nin 178.2.4-cü maddəsi üzrə təklif etdiyi həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, CM-nin 313 və 320.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyi üçün cəza təyin edilməməsinə dair ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxs “X78” MMC hökmdən apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsi, X23 barəsində cinayət qanunvericiliyinə müvafiq olaraq sərt cəza təyin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 178.2.4, 313 və 320.1-ci maddələri ilə ittiham olunaraq məhkəməyə verilmişdir ki, o, 01 aprel 2014-cü il tarixli əmrlə "xxxx" MMC-nin Bakı nümayəndəsinin rəhbəri kimi təyin edilməklə vəzifəli şəxs olaraq tamah məqsədi ilə rəsmi sənəd hesab edilən nəzarət kassa aparatlarının istismara verilməsi və istsmardan çıxarılması barədə aktlara yalan məlumatlar yazmış, 01 dekabr 2015-ci ildə həmin vəzifədən azad olunduqdan sonra kassa aparatlarının qeydiyyata salınması və çıxarılması barədə istifadə etməsi üçün saxta sənədlər tərtib etmiş, özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə, yəni dələduzluq yolu ilə ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, zavod nömrəsi 207667 olan nəzarət kassa aparatının Bakı şəhəri, Binəqədi rayonu, Sulu Təpə qəsəbəsində fəaliyyət göstərən mağazanın sahibi Hafiz Abdullayevin adına rəsmiləşdirilməsi barədə 18 fevral 2014-cü il tarixli, 43997 №-li aktda düzəlişlər etməklə 00208874 №-li kassa aparatının Bakı şəhəri, Xəzər rayonunda fəaliyyət göstərən geyim mağazasının sahibi Mətanət İmanovanın adından qeyddiyyatdan çıxarmaqda aktın qeydiyyatdan çıxarılması üçün aldığı 35 manat, kassa aparatına xidmət göstərməyə görə 18 fevral 2014-cü ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 35 ay ərzində aldığı 210 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 17 aprel 2014-cü il tarixli, 006650 №-li aktla adına rəsmiləşdirilmiş, zavod nömrəsi 00170880 №-li olan Teymur Xidiyevin adına rəsmiləşdirilmiş kassa aparatını 12 aprel 2014-cü il tarixdə tərtib etdiyi saxtalaşdırılmış 00204729 №-li aktla Bakı şəhəri, Binəqədi rayonunda fəaliyyət göstərən tikinti materialları mağazasının sahibi X37 adına rəsmiləşdirməklə aktın qeydiyyata düşməsi üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 17 aprel 2014-cü ildən 12 aprel 2015ci ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla 12 ay ərzində verilən 78 manat pulu, 12 aprel 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 21 ay ərzində aldığı 186 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 30 may 2014-cü il tarixli, 7494 №-li aktla Zaur Əliyevin adına rəsmiləşdirilmiş, zavod nömrəsi 00171703 №-li olan kassa aparatını 13 iyun 2014-cu il tarixdə tərtib etdiyi saxtalaşdırılmış aktla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən obyektə X2 adına 00752 №-li aktla rəsmiləşdirməklə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata salaraq aktın qeydiyyata düşməsi və çıxması üçün aldığı 70 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 30 may 2014-cü ildən 01 dekabr 2015-ci ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla 18 ay ərzində verilən 108 manat pulu, 00174232 zavod nömrəli kassa aparatının istismara verilməsi barədə 03 sentyabr 2014 tarixli, 9629 №li aktda zavod № qrafasında olan 00174232 rəqəminin yerinə 02 fevral 2015-ci ildə Binəqədi rayonunda fəaliyyət göstərən obyektin sahibi Taleh Mahmudovun adına rəsmiləşdirilmiş 00208642 kassa aparatının nömrəsini yazmaqla həmin saxta aktla Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən obyektin sahibi M.Əliyevin adına 02 fevral 2015-ci ildə qeydiyyata salmaqla kassa aparatının qeydiyyata düşməsinə görə aldığı 35 manat, kassa aparatına xidmət göstərməyə görə 02 fevral 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 19 ay ərzində aldığı 108 manat pulu, 00210724 zavod nömrəli kassa aparatına verilmiş 07 fevral 2015-ci il tarixli 12397 №-li aktda zavod nömrəsini müvafiq qrafada pozub həmin aktda zavod nömrəsini 00209677 edərək həmin kassa aparatını ünvan 1 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əliyev Samirin adına qeydiyyata almaqla kassa aparatının qeydiyyatına görə aldığı 35 manat, kassa aparatına xidmət göstərməyə görə 07 fevral 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 21 ay ərzində aldığı 126 manat pulu, zavod nömrəsi 00211452 №-li olan kassa aparatını 27 fevral 2016-cu il tarixdə tərtib etdiyi saxtalaşdırılmış aktla Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 41-də fəaliyyət göstərən mağazaya Emin Quliyevin adına 007535 №-li aktla rəsmiləşdirməklə aktın qeydiyyata düşməsi üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 07 may 2015-ci ildən 27 fevral 2016-cı ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla, 9 ay ərzində verilən 54 manat pulu, kassa aparatına xidmət göstərməyə görə 27 fevral 2016-cı ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 19 ay ərzində aldığı 114 manat pulu, 00210838 zavod nömrəli kasa aparatının "xxxx" MMC-nin adına istismara verilməsi barədə 28 aprel 2015-ci il tarixli aktda müvafiq qrafada zavod nömrəsini pozaraq yerinə 147088 rəqəmini yazaraq həmin nömrəli kassa aparatının Bakı şəhəri, Yasamal rayonu, Xiyabani 35D ünvanında yerləşən obyektin sahibi Axundov Samir adına istismara verilməsi barədə tərtib edərək aparatın qeydiyyata salınmasına görə aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 28 aprel 2015-ci il tarixdən 2017-ci ilin dekabr ayına kimi 31 ay ərzində hər ay 6 manat olmaqla aldığı 186 manat pulu, 00213331 zavod nömrəli kassa aparatının istismara verilməsi barədə ünvan 3 ünvanında yerləşən obyektin sahibi Abdulla Nəbiyevin adına rəsmiləşdirilmiş 27 may 2015-ci il tarixli, 014657 №-li aktda 00213331 zavod nömrəsini pozaraq onun yerinə 00239834 zavod nömrəsini yazaraq həmin nömrəli kassa aparatını qeyd edilən ünvandla yerləşən Abdulla Nəbiyevin adına qeydiyyata salmaqla kassa aparatının qeydiyyata alınmasına görə görə aldığı 35 manat , kassa aparatına xidmət göstərməyə görə 27 may 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 30 ay ərzində aldığı 180 manat pulu, 09 dekabr 2014-cü il tarixli 10918 №-li aktla Binəqədi rayonunda fəaliyyət göstərən mağazanın sahibi X6 adına qeydiyyata salınmış 00209985 №-li kassa aparatını qeydiyyatdan çıxarmaq üçün Suraxanı rayonu Bülbülə qəsəbəsi, S. Bəhlulzadə ev.85 ünvanında yerləşən obyektin sahibinin adına rəsmiləşdirilmiş 00202893 zavod nömrəli kassa aparatının istismardan çıxarılması barədə 27 iyul 2015-ci il tarixli 4935 saylı aktda zavod nömərsini pozub saxtalaşdıraraq 00209985 zavod nömrəli kassa aparatını Şirin İsmayılovun adından qeydiyyatdan çıxarılması barədə aldığı 35 manat pulu və 27 iyul 2015-ci il tarixdən hər ay 6 manat kassa aparatına xidmət göstərməyə görə 2017-ci ilin dekabr ayına kimi aldığı 204 manat pulu, 00204729 №-li zavod nömrəsi olan nəzarət kassa aparatının istismara verilməsi barədə 12 sentyabr 2015-ci il tarixli, 006239 nömrəli aktda həmin zavod nömrəsinin qarşısına 0 rəqəmi əlavə edib həmin nömrəni ********* edərək qeyd edilən kassa aparatını Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ev 1-də fəaliyyət göstərən obyektin sahibi X15 adına Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata salaraq aktın qeydiyyata düşməsi üçün aldığı 35 manat pulu, kassa aparatına xidmət göstərməyə görə 12 sentyabr 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 27 ay ərzində aldığı 162 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 005512 №-li aktda düzəlişlər etməklə akta 00214451 №-li zavod nömrəli kassa aparatının Bakı şəhəri, Binəqədi rayonu, BakıXırdalan yolunda mağazanın sahibi X7 adına quraşdırılması barədə 12 oktyabr 2015-ci ildə məlumatlar yazmaqla akın qeydiyata düşməsi üçün aldığı 35 manat pulu, kassa aparatına xidmət göstərməyə görə 12 oktyabr 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 25 ay ərzində aldığı 150 manat pulu, 00172356 №-li zavod nömrəsi olan nəzarət kassa aparatının istismara verilməsi barədə 27 noyabr 2014-cü il tarixli, 007231 nömrəli aktla qeydə alınmış kassa aparatının zavod nömrəsinin qarşısına 0 rəqəmi əlavə edib həmin nömrəni 14 noyabr 2015-ci ildə ********* edərək qeyd edilən kassa aparatını Sumqayıt şəhəri, 29-cu məhəllədə fəaliyyət göstərən mağazanın sahibi X38 adına Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata salaraq və aktın qeydiyyata düşməsi üçün aldığı 35 manat pulu və 14 noyabr 2015-cı ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 23 ay ərzində aldığı 144 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 05 may 2015-ci il tarixli, 8909 №-li aktla Fəxrəddin Kərimovun adına rəsmiləşdirilmiş, zavod nömrəsi 00172702 №-li olan kassa aparatını 18 noyabr 2015-ci il tarixdə tərtib etdiyi saxtalaşdırılmış aktla Sumqayıt şəhərində fəaliyyət göstərən mağazaya, hüquqi şəxs Sumqayıt Çoxsahəli Məişət Xidmətinin adına 006640 №-li aktla qeydiyyata salmaqla aktın qeydiyyata düşməsi üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 05 may 2015-ci ildən 18 noyabr 2015-cı ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla 6 ay müddətində verilən 36 manat pulu, 18 noyabr 2015-ci ildən kassa aparatına xidmət göstərməyə görə 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 23 ay ərzində aldığı 138 manat pulu, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində fəaliyyət göstərən mağazanın sahibi Anar Allahverdiyevin adına rəsmiləşdirilmiş nəzarət kassa aparatının istismara verilməsi barədə 007489 №-li aktda düzəlişlər etməklə akta 00171124 №-li zavod nömrəli kassa aparatının Abşeron rayonu, Novxanı qəsəbəsində fəaliyyət göstərən ağac satışı mağazasının sahibi X16 adına quraşdırılmasına dair 18 noyabr 2015-ci ildə barədə məlumatlar yazmaqla akın qeydiyata düşməsi üçün sonuncudan aldığı 35 manat pulu, hər ay 6 manat kassa aparatına xidmət göstərməyə görə 18 noyabr 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi 23 ay ərzində aldığı 138 manat pulu, Binəqədi rayonu, Biləcəri qəsəbəsində fəaliyyət göstərən mağazanın sahibi Turan Əlməmmədovun adına rəsmiləşdirilmiş nəzarət kassa aparatının istismara verilməsi barədə 18 noyabr 2015-ci il tarixli, 007536 №-li aktda düzəlişlər etməklə akta 00211836 №-li zavod nömrəli kassa aparatının Abşeron rayonu, Xırdalan şəhərində fəaliyyət göstərən mağazanın sahibi Elçin Bəkirovun adına quraşdırılması barədə məlumatlar yazmaqla aktın qeydiyata düşməsi üçün aldığı 35 manat pulu, kassa aparatına xidmət göstərməyə görə 18 noyabr 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat 23 ay ərzində aldığı 138 manat pulu, zavod nömrəsi 00215387 olan nəzarət kassa aparatını 18 noyabr 2015-cil tarixli 7537 nömrəli aktda düzəliş etməklə Nəsimi rayon R.Məmmədov ev.27 ünvanında yerləşən Əlibəyov Sədullanın adına 08 mart 2016-cı il tarixdə 00212903 zavod nömrəli qeydiyyata salaraq aktın qeydiyyata düşməsi üçün aldığı 35 manat pulu və 08 mart 2016-cı il tarixindən hər ay 6 manat kassa aparatına xidmət göstərməyə görə 2017-ci ilin dekabr ayına kimi 20 ay ərzində aldığı 120 manat pulu, zavod nömrəsi 172060 olan nəzarət kassa aparatının istismara verilməsi barədə 20 noyabr 2015-ci ildə 007525 №-li aktda düzəlişlər etməklə akta 00209733 №-li zavod nömrəli kassa aparatının Abşeron rayonu, Qobu qəsbəsində fəaliyyət göstərən marketin sahibi Mətanət Mövlayevanın adına quraşdırılması barədə məlumatlar yazmaqla akın qeydiyata düşməsi üçün aldığı 35 manat pulu və hər ay 6 manat kassa aparatına xidmət göstərməyə görə 20 noyabr 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi 24 ay ərzində aldığı 144 manat pulu, Binəqədi rayonu, Sulutəpə Qəsəbəsi R.Allahverdiyev küçəsində fəaliyyət göstərən ət mağazasına, Hafiz Abdullayevin adına tərtib olunmuş zavod nömrəsi 00207667 olan nəzarət kassa aparatının istismara verilməsi barədə 30 dekabr 2013-cü il tarixli, 004397 №-li aktda olan məlumatları dəyişərək həmin nömrəli akta 23 noyabr 2015-ci ildə 00208874 zavod nömrəli kassa aparatının istismara verilməsi barədə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində fəaliyyət göstərən geyim mağazasının sahibinin adına məlumatlar yazaraq aktın qeydiyyata düşməsi aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 30 dekabr 2013-cü ildən 23 noyabr 2015-ci ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla 24 ay ərzində verilən 138 manat pulu, 00173174 zavod nömrəli kassa aparatının istismara verilməsi barədə aktda qeyd edilən zavod nömərsini 25 noyabr 2015-ci ildə pozmaqla onunu yerinə 00179174 zavod nömrəsini yazıb Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi, ev.14, mənzil 14-də yerləşən obyektin sahibi Əlisultanov Nazimin adına qeydiyyata salaraq aktın qeydiyyata düşməsinə görə aldığı 35 manat pulu, kassa aparatına xidmət göstərməyə görə 25 noyabr 2015-ci il tarixindən 2017-ci ilin dekabr ayına hər ay 6 manat olmaqla 12 ay ərzində aldığı 150 manat pulu, zavod nömrəsi 215070 olan nəzarət kassa aparatının Bakı şəhəri, Binəqədi rayonu, Sulu Təpə qəsəbəsində fəaliyyət göstərən mağazanın sahibi Nemət Əhmədovun adına rəsmiləşdirilməsi barədə 25 noyabr 2015-ci il tarixli, 7227 №-li aktda zavod nömrəsini ağardıb pozmaqla onun yerinə 00297502 yazaraq həmin nömrəli kassa aparatının Bakı şəhəri, Yasamal rayonunda fəaliyyət göstərən kafenin sahibi X8 adına rəsmiləşdirməklə aktın qeydiyyata düşməsi üçün sonuncudan aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 25 noyabr 2015-ci ildən 2017-ci ilin dekabr ayına hər ay 6 manat olmaqla 24 ay ərzində kimi aldığı 144 manat pulu, zavod nömrəsi 00215070 olan nəzarət kassa aparatının Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində fəaliyət göstərən obyektin sahibi Nemət Əhmədovun adına rəsmiləşdirilməsi barədə olan 25 noyabr 2015ci il tarixli, ******* №-li aktda düzəlişlər edərək həmin akta 00207502 zavod nömrəli aktın Bakı şəhəri, Yasamal rayonu, D. Bünyatzadə küçəsində fəaliyyət göstərən kafenin sahibi X28 adına istismara verilməsi barədə məlumatlar yazmaqla akın qeydiyata düşməsi üçün aldığı 35 manat pulu, 25 noyabr 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 24 ay ərzində aldığı 144 manat pulu, 28 mart 2014-cü il tarixli, 006018 №li aktla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində fəaliyyət göstərən mağazanın sahibi Vaqif Xudayevin adına quraşdırılmış zavod nömrəsi 00170411 olan nəzarət kassa aparatının Qabil Əsgərovun adından istismardan çıxarılması barədə 26 noyabr 2015-ci il tarixli, 00419 №-li saxta akt tərtib etməklə aktın qeydiyyatdan çıxması üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 28 mart 2014-cü ildən 26 noyabr 2015-ci ilədək hər ay 6 manat kassa aparatına xidmət göstərməyə görə 20 ay ərzində aldığı 120 manat pulu, 00215065 zavod nömrəli nəzarət kassa aparatının Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən mağazanın sahibi Marta Jukovskayanın adına rəsmiləşdirilməsi barədə 28 noyabr 2015-ci il tarixli, 007668 akta düzəlişlər etməklə həmin akta 00210884 zavod nömrəli kassa aparatının Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində fəaliyyət göstərən qarşışıq mallar mağazasının Elgün Mahmudovun adına quraşdırılması barədə məlumatlar yazmaqla akın qeydiyata düşməsi üçün aldığı 35 manat pulu,kassa aparatına xidmət göstərməyə görə 28 noyabr 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 24 ay ərzində aldığı 144 manat pulu, STXM-nin nümayəndəsi olan Ağasəf Tərlanovun tərtib etdiyi Bakı şəhəri, Nəsimi rayonu, 00213458 zavod nömrəli kassa aparatının qeydiyyatdan çıxarılmasına dair 05 noyabr 2015-ci il tarixli, 4344 saylı aktda zavod nömrəsini ağardıb düzəliş etməklə saxtalaşdıraraq həmin nömrənin yerinə 03 sentyabr 2014-cü ildə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən dönərxananın sahibi Elşad Xəlilovun adına olan 00 172505 kassa aparatının nömrəsini yazaraq həmin nömrəli kassa aparatının qeydiyyatdan çıxması barədə 02 dekabr 2015-ci il tarixdə 4344 №-li saxta akt tərtib etməklə kassa aparatının qeydiyyatdan çıxarılmasına görə aldığı 70 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 05 noyabr 2015-ci ildən 02 dekabr 2015-ci ilə kimi olan dövr ərzində hər ay 6 manat olmaqla 2 ay ərzində aldığı 12 manat pulu, zavod nömrəsi 00209902 olan nəzarət kassa aparatının istismara verilməsi üçün 29 noyabr 2014-cü il tarixli, 111215 №-li aktla Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində fəaliyyət göstərən Fikrət Soltanovun adına rəsmiləşdirilmiş qeyd edilən nömrəli kassa aparatının qeydiyyatdan çıxarılması barədə 08 dekabr 2015-cı il tarixdə, 004632 №-li saxta akt tərtib edərək aktın qeydiyyata çıxarılması üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 29 noyabr 2014-cü ildən 08 dekabr 2015-ci ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla 13 ay ərzində verilən 78 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 02 iyun 2015-ci il tarixli, 006703 №-li aktla Səbuhi Əhmədovun adına rəsmiləşdirilmiş, 27 oktyabr 2015 tarixili 7225aktla qeydiyyata salnmış 00215013 zavod nömrəli kassa aparatının həmin nömrəsində düzəliş edərək onu 00215246 nömrəsi edib 28 noyabr 2015 ci il tarixdə Nəsimi rayonu, R. Z.Səfərov küçəsində yerləşən Alfa Ritm MMC nin adına rəsmiləşdirməklə aktın qeydiyyata düşməsinə görə 35 manat, kassa aparatına xidmət göstərməyə görə hər ay 6 manat 28 noyabr 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi aldığı 24 ay ərzində aldığı 144 manat pulu, zavod nömrəsi 00215246 №-li olan kassa aparatını 28 noyabr 2015-ci il tarixdə tərtib etdiyi saxtalaşdırılmış 007225 aktla Bakı şəhəri, Nəsimi rayonunda fəaliyyət göstərən tibb mərkəzinin sahibi hüquqi şəxs Alfa Ritm tibb mərkəzinin adına adına rəsmiləşdirməklə aktın qeydiyyata düşməsi üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 02 iyun 2015-ci ildən 28 noyabr 2015-ci ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla 5 ay ərzində verilən 30 manat pulu, 28 noyabr 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 24 ay ərzində aldığı 144 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 12 iyun 2015-ci il tarixli, 15529 №-li aktla Babək Hüseynovun adına rəsmiləşdirilmiş, zavod nömrəsi 00211558 №-li olan kassa aparatını 30 noyabr 2015-ci il tarixdə tərtib etdiyi saxtalaşdırılmış 007562 aktla Sumqayıt şəhəri, 9-ci mikrorayonda fəaliyyət göstərən mağazanın sahibi Əfsanə Mustafayevanın adına rəsmiləşdirməklə aktın qeydiyyata düşməsi üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 12 iyun 2015ci ildən 30 noyabr 2015-ci ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla 5 ay ərzində verilən 30 manat pulu, 30 noyabr 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 24 ay ərzində aldığı 144 manat pulu, zavod nömrəsi 00214717 olan nəzarət kassa aparatının istismara verilməsi 15 sentyabr 2015-ci il tarixli, 006352 №-li aktla Bakı şəhəri, Xətai rayonunda fəaliyyət göstərən mağazaya, Kivi MMC-nin adına rəsmiləşdirilmiş qeyd edilən nömrəli kassa aparatını sonuncunun adından 08 dekabr 2015-ci ildə çıxararaq həmin gün Bakı şəhəri, Binəqədi rayonunda fəaliyyət göstərən mağazanın sahibi Nərgiz Nağıyevanın adına qeydiyyata salaraq, aktın qeydiyyata salınması üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 15 sentyabr 2015-ci ildən 08 dekabr 2015-cı ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla 3 ay ərzində verilən 18 manat pulu, 08 dekabr 2015-cı ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 24 ay ərzində aldığı 144 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 18 fevral 2014-cü il tarixli, 5628 №-li aktla Elmar Tağıyevin adına rəsmiləşdirilmiş, zavod nömrəsi 00208928 №-li olan kassa aparatını 09 dekabr 2015-ci il tarixdə tərtib etdiyi saxtalaşdırılmış 007851 aktla Sumqayıt şəhəri, 17-ci mikrorayonda fəaliyyət göstərən mağazaya X29 adına rəsmiləşdirməklə aktın qeydiyyata düşməsi və çıxması üçün aldığı 70 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 18 fevral 2014-cü ildən 09 dekabr 2015-ci ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla 22 ay ərzində verilən 132 manat pulu və 09.12.15-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 24 ay ərzində aldığı 144 manat pulu, nəzarət kassa aparatlarıın istismara verilməsi barədə 005196 №-li aktla 00208394 zavod nömrəli kassa aparatının X24 Sumqayıt şəhəri, 29-cu məhəllədə yerləşən çayxanasına quraşdırılmasına 10 dekabr 2015-ci il tarixli saxtalaşdırılmış akt tərtib edərək sonuncudan aktın qeydiyyata düşməsi üçün aldığı 35 manat pulu, 21 sentyabr 2015-ci il tarixli, 006517 №-li istismara verilməsi barədə aktla Aslan Abbasovun adına qeydə alınmış zavod nömrəsi 00215458 №-li olan nəzarət kassa aparatını 18 dekabr 2015-ci il tarixdə, 007079 №-li saxta aktla yenidən Sumqayıt şəhəri, 17-ci mikrorayonda fəaliyyət göstərən Aslan Abbasovun adına Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata salaraq aktın qeydiyyata düşməsi üçün aldığı 70 manat pulu və 21 sentyabr 2015-ci ildən 18 dekabr 2015-ci ilədək olan dövr ərzində kassa aparatına xidmət göstərməyə görə hər ay üçün 6 manat olmaqla 3 ay ərzində aldığı 18 manat pulu, 18 dekabr 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 24 ay ərzində aldığı 144 manat pulu, 00205065 zavod nömrəli kassa aparatının istismara verilməsi barədə tərtib olunmuş 07 dekabr 2015-ci il tarixli, 007852 nömrəli aktda kassa aparatının zavod nömrəsinin qarşısına 0 rəqəmi əlavə edib ********* etməklə həmin tarixdə Sumqayıt Ş. Bakı Quba yolu Ünvanında yerləşən obyektin sahibi Musayev Qadirin adına rəsmiləşdirməklə və 11 aprel 2016-cı ildə tərtib etdiyi 5752 №-li saxta aktla qeydiyyatdan çıxararaq sonuncudan aldığı 35 manat pulu, kassa aparatına xidmət göstərməyə görə 07.12.2015-c ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 24 ay ərzində aldığı 144 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 010417 №-li aktla 00214327 zavod nömrəli kassa aparatının X25 Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində mağazasına quraşdırılmasına dair 19 dekabr 2015-ci il tarixli saxtalaşdırılmış akt tərtib edərək sonuncudan aktın qeydiyyata düşməsi üçün aldığı 35 manat pulu, kassa aparatına xidmət göstərməyə görə 19 dekabr 2015ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 24 ay ərzində aldığı 144 manat pulu, nəzarət kassa aparatlarının istismara verilməsi barədə 15 dekabr 2014-ci il tarixli 10189 №-li aktla Bakı şəhəri, Yasamal rayonu Əhməd Cəmil küçəsi ev 51591z-də fəaliyyət göstərən çay evinə quraşdırılmaqla Şahin İsmayılovun adına rəsmiləşdirilmiş zavod nömrəsi 00174488 olan nəzarət kassa aparatının istismardan çıxarılması barədə 04730 №-li aktla 23 dekabr 2015-ci ildə qeydiyyatdan çıxarmaqla buna görə aldığı 35 manat pulu və 15 dekabr 2014-cü ildən 23 dekabr 2015-ci ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla, 12 ay ərzində verilən 132 manat pulu, Sumqayıt şəhəri, 17-ci mikrorayonda fəaliyyət göstərən obyektin sahibi Aslan Abbasovun adına 00215458 nömrəli kassa aparatının istismara verilməsi barədə 30 dekabr 2015-cil tarixli, 006517 №li aktda dəyişiklik edərək 00166834 zavod nömrəli kassa aparatının Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Mehmandarov küçəsi ev 84-də fəaliyyət göstərən kafeyə, Zahid Azayevin adına istismara verilməsi barədə akt saxta akt tərtib etməklə aparatı Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata salaraq aktın qeydiyyata düşməsi və çıxmasına görə vergi ödəyicisndən aldığı 70 manat və kassa aparatına xidmət göstərməyə görə 30 dekabr 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 24 ay ərzində aldığı 144 manat pulu, STXM-nin digər nümayəndəsi tərəfindən tərtib edilmiş nəzarət kassa aparatlarının istsmardan çıxarılması barədə 004460 №-li aktla zavod nömrəsi 00173193 olan kassa aparatının nömrəsinin qarşısına əlavə 0 rəqəmi əlavə etməklə X39 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 1, mənzil 5-də fəaliyyət göstərən mağazasına 01 yanvar 2016-cı ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində ********* nömrə ilə qeydiyyata saldıqdan sonra həmin kasa aparatının 27 fevral 2016-cı ildə istsmardan çıxarılması barədə saxta akt tərtib edərək aktın qeydiyyata düşməsinə və çıxarılmasına görə aldığı 70 manat və və 01 yanvar 2016-cı ildən 27 fevral 2016-cı ilə kimi 12 ay ərzində kassa aparatına xidmət göstərməyə görə hər ay 6 manat olmaqla aldığı 72 manat pulu, 21 may 2015-ci il tarixli, 15134 №-li aktla Sadiq Əsgərovun adına rəsmiləşdirilmiş zavod nömrəsi 00212746 olan nəzarət kassa aparatını həmin şəxsin adından çıxararaq 15 yanvar 2016cı il tarixli, 8079 №-li akta dəyişiklik etməklə Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi ev Ddə fəaliyyət göstərən X17 adına Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata saldırmaqla sonuncudan aktın qeydiyyata çıxması üçün sonuncudan aldığı 35 manat, 21 may 2015-ci ildən 15 yanvar 2016-cı ilədək olan dövr ərzində hər ay 6 manat kassa aparatına 8 ay ərzində xidmət göstərməyə görə verilən 48 manat pulu, 15 yanvar 2016-cı ildən hər ay 6 manat kassa aparatına xidmət göstərməyə görə 2017-ci ilin dekabr ayına kimi 23 ay ərzində aldığı 138 manat və aktın qeydiyyata düşməsi üçün sonuncudan aldığı 35 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 016335 №-li aktda 15 yanvar 2016-cı ildə düzəlişlər etməklə akta 00173477 №-li zavod nömrəli kassa aparatının Bakı şəhəri, Suraxanı Hövsan qəsəbəsində fəaliyyət göstərən çayxanın sahibi X11 adına quraşdırılması barədə məlumatlar yazmaqla akın qeydiyata düşməsi üçün aldığı 35 manat pulu və hər ay 6 manat kassa aparatına xidmət göstərməyə görə 15 yanvar 2016-cı ildən 2017-ci ilin dekabr ayına kimi 24 ay ərzində aldığı 144 manat pulu, nəzarət kassa aparatlarıın istismara verilməsi barədə 007535 №-li aktı saxtalaşdıraraq həmin aktla 16 yanvar 2016-cı il tarixli, 00214814 №li kassa aparatını Bakı şəhəri Yasamal rayonu, Ə.Rəcəbli küçəsində fəaliyyət göstərən mebel salonuna, Müseyib Dadaşovun adına rəsmləşdirilməklə sonuncudan aldığı 35 manat pulu, manat kassa aparatına xidmət göstərməyə görə hər ay 6 olmaqla 2017-ci ilin dekabr ayına kimi 22 ay ərzində aldığı 132 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 17 aprel 2014-cü il tarixli, 6436 №-li aktla Narid Novruzovun adına qeydiyyata salınmış zavod nömrəsi 00170397 olan kassa aparatını 02 fevral 2016-cı il tarixli, 7970 nömrəli aktda dəyişiklik etməklə X40 adına Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata saldırmaqla aktın qeydiyyata düşməsi və çıxması üçün 70 manat, 17 aprel 2014-cü ildə 02 fevral 2016-cı ildək olan dövr ərzində kassa aparatına xidmət göstərməyə görə hər ay 6 manat olmaqla, 21 ay ərzində verilən cəmi 126 manat pulu, 02.02.16-cü ildən hər ay 6 manat kassa aparatına xidmət göstərməyə görə 2017-ci ilin dekabr ayına kimi 21 ay ərzində aldığı 126 manat pulu, 04 fevral 2016-cı il tarixli 008079 №-li saxtalaşdırdığı kassa aparatının istismara verilməsi barədə aktla 00211479 №-li nəzarət kassa aparatını Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan STQ ev 36, mənzil 8-də fəaliyyət göstərən obyektə Əzimzadə Baxşeyiş adına rəsmiləşdirib Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata saldırmaqla aktın qeydiyyata çıxması üçün aldığı 35 manat pulu, 04 fevral 2016-ci ildən 2017-ci ilin dekabr ayına kimi 22 ay müddətində kassa aparatına xidmət göstərməyə görə hər ay 6 manat olmaqla aldığı 132 manat və aktın qeydiyyata düşməsi üçün sonuncudan aldığı 35 manat pulu, nəzarət kassa aparatlaranın istismara verilməsi barədə 12 yanvar 2015-ci il tarixli 11586 №-li aktla Bakı şəhəri,Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində fəaliyyət göstərən Elmir Bağırzadənin adına rəsmiləşdirilmiş zavod nömrəsi 00209634 olan kassa aparatının qeydiyyatan çıxarılması barədə 16 fevral 2016-cı il tarixli, 004460 №-li saxtalaşdırılmış akt tərtib edərək cəmiyyətdən aldığı 35 manat pulu və 12 yanvar 2015-ci ildən 16 fevral 2016-cı ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla, 13 ay ərzində verilən 78 manat pulu, 00207309 zavad nömrəli nəzarət kassa aparatının istismara verilməsi barədə 21 dekabr 2013cü il tarixli, 003771 №-li aktla Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi C.Cabbarlı küçəsi ev 9, mənzil 38-də fəaliyyət göstərən obyektə X9 adına rəsmiləşdirilmiş, həmin nömrəli kassa aparatını 10 may 2016-cı il tarixdə tərtib etdiyi 003373 №-li saxtalaşdırılmış aktla Ruslan Ağayevin adından qeydiyyatdan çıxarmaqla aparatın qeydiyyat çıxarılmasına görə aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 21 dekabr 2013-cü ildən 10 may 2016-ci ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla 29 ay ərzində verilən 174 manat pulu, 00171179 zavod nömrəli kasssa aparatının Fiziki şəxs olan Vüqar Süleymanovun adına rəsmiləşdirilməsi barədə 26 iyun 2014-cü il tarixli, 006935 nömrəli aktın müvafiq qrafalarında olan rəqəmləri və zavod nömrəsini ağartmaqla kassa aparatının nömrəsini 20 fevral 2014-cü il tarixdə Bakı şəhəri, Suraxanı raoynunda fəaliyyət göstərən obyektin sahibi Rəşad Azməmmədovun adına rəsmiləşdirilmiş 00208981 zavod nömrəli kassa aparatının ünvan 6 ünvanında fəaliyyət göstərən mağazanın sahibi X26 adına qeydiyyata salmaqla kassa aparatının qeydiyyata düşməsi üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 20 fevral 2014-cü il tarixdən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 33 ay ərzində hər ay 6 manat olmaqla aldığı 198 manat pulu, 21 oktyabr 2014-cü il tarixli, 10451 №-li aktla fiziki şəxs Gülşən İbrahimovanın adına rəsmiləşdirilmiş zavod nömrəsi 00172284 olan nəzarət kassa aparatını 12 yanvar 2016-cı il tarixli 8079 №-li kasa aparatının istismara verilməsi barədə akta dəyişiklik etməklə Bakı şəhəri, Nəsimi rayonun Mərdanov Qardaşları küçəsi ev 38/40, mənzil 45-də fəaliyyət göstərən ərzaq mağazasına, İmran Dəmirovun adına Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata saldırmaqla İmran Dəmirovdan aktın qeydiyyata düşməsi və çıxması üçün aldığı 70 manat, 21 oktyabr 2014-cü ildən 12 yanvar 2016-cı ilə kimi olan dövr üçün Gülşən İbrahimovadan hər ay 6 manat kassa aparatına xidmət göstərməyə görə aldığı 15 ay ərzində aldığı cəmi 90 manat pulu, 12 yanvar 2016–cı ildən İmran Dəmirovdan hər ay 6 manat kassa aparatına xidmət göstərməyə görə 2017-ci ilin dekabr ayına kimi 23 ay ərzində aldığı 138 manat pulu, STXM-in digər nümayəndəsi tərəfindən tərtib edilmiş 00214685 №-li zavod nömrəsi olan nəzarət kassa aparatının istismara verilməsi barədə 12 yanvar 2016-cı il tarixli, 008079 nömrəli aktda həmin zavod nömrəsinin qarşısına 0 rəqəmi əlavə edib həmin nömrəni ********* edərək qeyd edilən kassa aparatını Bakı şəhəri, Binəqədi rayonunda fəaliyyət göstərən ərzaq mağazasının sahibi Pərviz Əsədullayevin adına Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata salaraq və sonradan qeydiyyatdan çıxararaq aktın qeydiyyata düşməsi və çıxması üçün aldığı 70 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 12 yanvar 2016-cı ildən 26 aprel 2016-cı ilədək olan dövr ərzində hər ay 6 manat olmaqla 4 ay ərzində verilən 24 manat pulu və hər ay 6 manat kassa aparatına xidmət göstərməyə görə 26 aprel 2016-cı ildən 2017-ci ilin dekabr ayına kimi 18 ay ərzində aldığı 108 manat pulu, 00214477 zavod nömrəli kassa aparatının Bakı şəhəri, Nəsimi rayonunda fəaliyyət obyektinin sahibi Taryel Abbasovun adına 20 oktyabr 2015-ci il tarixli, 7079 №-li istismara verilməsi barədə aktda düzəliş edərək yuxarıda göstərən zavod nömrəsini zavod № qrafasında 00147985 rəqəmi edərək həmin nömrəli kassa aparatının X41 Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən mağazasına quraşdırılmasına dair 01 fevral 2016-ci il tarixdə saxtalaşdırılmış akt tərtib edərək sonuncudan aktın qeydiyyata düşməsi üçün aldığı 35 manat pulu, kassa aparatına xidmət göstərməyə görə 01 fevral 2016-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 21 ay ərzində aldığı 126 manat pulu ,01 dekabr 2015-ci il tarixli, 007731 №-li istismara verilmə barədə aktla Mübariz Əhmədovun adına qeydə alınmış zavod nömrəsi 00172356 №-li olan nəzarət kassa aparatını 01 fevral 2016-cı il tarixli, 008089 №-li saxta aktla Sumqayıt şəhəri, 2-ci mikrorayonda fəaliyyət göstərən mağazanın sahibi Səbuhi Əhmədovun adına Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata salaraq aktın qeydiyyata düşməsi və çıxması üçün aldığı 70 manat pulu və 01 dekabr 2015-ci ildən 01 fevral 2016-cı ilədək olan dövr ərzində kassa aparatına xidmət göstərməyə görə hər ay üçün 6 manat olmaqla 3 ay ərzində aldığı 18 manat pulu, 01 fevral 2016-cı ildən dan 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat kassa aparatına xidmət göstərməyə görə 21 ay ərzində aldığı 126 manat pulu, 005016 №-li aktla 00172086 zavod nömrəli kassa aparatının X3 adından istsmardan çıxarılması barədə saxtalaşdırılmış akt tərtib edərək Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən mağazasına quraşdırılmasına dair 01 fevral 2016-ci il tarixli saxtalaşdırılmış akt tərtib edərək sonuncudan aktın qeydiyyata düşməsi üçün aldığı 35 manat pulu, 01 fevral 2016-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 21 ay ərzində aldığı 126 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 06 mart 2014-cü il tarixli, 5577 №-li aktla Ceyhun Quliyevin adına rəsmiləşdirilmiş, 00208637 №-li zavod nömrəsi olan kassa aparatını 02 fevral 2016-cu il tarixdə tərtib etdiyi kassa aparatının istismara verilməsi barədə 007257 nömrəli saxta aktda həmin zavod nömrəsinin qarşısına 0 rəqəmi əlavə edib həmin nömrəni ********* edərək qeyd edilən kassa aparatını Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi ev 52-də yerləşən İnternet kluba, Zeynal Zeynalovun adına Azərbaycan Respublikası Vergilər nazirliyində qeydiyyata salaraq aktın qeydiyyata düşməsi üçün aldığı 70 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 02 fevral 2016-cı ildən 01 iyun 2016-ci ilə kimi olan dövr ərzində hər ay 6 manat olmaqla 04 ay ərzində verilən 24 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 24 iyul 2014-cü il tarixli, 8790 №-li aktla Elçin Məmmədovun adına rəsmiləşdirilmiş, zavod nömrəsi 00173597 №-li olan kassa aparatını 09 fevral 2016-cı il tarixdə tərtib etdiyi saxtalaşdırılmış aktla Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi ev 1411, mənzil 12də fəaliyyət göstərən xidmət obyektinə, hüquqi şəxs "xxxx" MMC-nin adına 007535 №-li aktla rəsmiləşdirməklə aktın qeydiyyata düşməsi və çıxması və düşməsi üçün aldığı 70 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 24 iyul 2014-cü ildən 09 fevral 2016-cı ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla, 19 ay ərzində verilən 114 manat pulu, 09 fevral 2016-cı ildən 2017-ci ilin dekabr ayına kimi olan dövrdə 21 ay ərzində aldığı 126 manat pulu, kassa aparatına xidmət göstərməyə görə 27 fevral 2016-cı ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 19 ay ərzində aldığı 114 manat pulu, 27 avqust 2015-ci il tarixli, 005819 №-li aktla Bakı şəhəri, Yasamal rayonu, D.Bünyatzadə küçəsi ev 5-də fəaliyyət göstərən gözəllik salonuna X30 adına rəsmiləşdirilmiş zavod nömrəsi 00214327 olan nəzarət kassa aparatının istismardan çıxarılması barədə 24 fevral 2016-cı il tarixli, 004460 №-li saxta akt tərtib etməklə kassa aparatının qeydiyyatdan çıxarılması üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 27 avqust 2015-ci ildən 26 fevral 2016-cı ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla 6 ay ərzində verilən 36 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 19 dekabr 2014-cü il tarixli, 11911 №li aktla Rizvan Bayramovun adına rəsmiləşdirilmiş, zavod nömrəsi 00211161 №-li olan kassa aparatını 12 fevral 2016-cu il tarixdə tərtib etdiyi kassa aparatının qeydiyyatdan çıxarılması barədə 004630 nömrəli saxta akt tərtib edib Bakı şəhəri, Xətai rayonu, İ.Nəbi küçəsi ev 30-da fəaliyyət göstərən kafeyə Yasəmən Babayevanın adına quraşdırılmış qeyd edilən kassa aparatını qeydiyyatdan çıxarmaqla aktın qeydiyyatdan çıxması üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 19 dekabr 2014-cü ildən 27 fevral 2016-cı ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla 15 ay ərzində verilən 90 manat pulu, 16 mart 2014-cü il tarixli, 004630 №li aktla Bakı şəhəri, Binəqədi rayonu, Sulu Təpə qəsəbəsində fəaliyyət göstərən mağazanın sahibi X54 adına quraşdırılmış zavod nömrəsi 00170350 olan nəzarət kassa aparatının istismardan çıxarılması barədə 13 fevral 2016-cı il tarixli, 004630 №-li saxta akt tərtib etməklə aktın qeydiyyatdan çıxması üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 16 mart 2014-cü ildən 13 fevral 2016-cı ilədək olan dövr ərzində ona verilən hər ay 6 manat olmaqla 23 ay ərzində 138 manat pulu, 11 avqust 2014-cü il tarixli, 009308 №li aktla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində fəaliyyət göstərən mağazanın sahibi Həmzə Mikayılovun adına quraşdırılmış zavod nömrəsi 00174485 olan nəzarət kassa aparatının istismardan çıxarılması barədə 14 fevral 2016-cı il tarixli, 004663 №li saxta akt tərtib etməklə aktın qeydiyyatdan çıxması üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 11 avqust 2014-cü ildən 14 fevral 2016cı ilədək olan dövr ərzində ona hər ay 6 manat olmaqla 19 ay ərzində verilən 114 manat pulu, Bakı şəhəri Suraxanı rayonu, Yeni yaşayış sahəsində fəaliyyət göstərən mağazanın sahibi Elçin Mürsəlovun adına rəsmiləşdirilmiş nəzarət kassa aparatının istismara verilməsi barədə 010197 №-li aktda 14 fevral 2016-cı il tarixdə düzəlişlər etməklə akta 00213010 №-li zavod nömrəli kassa aparatının Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində fəaliyyət göstərən mağazanın sahibi X10 adına quraşdırılması barədə məlumatlar yazmaqla akın qeydiyata düşməsi üçün aldığı 35 manat pulu, 14 fevral 2016-cı il tarixdən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 21 ay ərzində aldığı 126 manat pulu, zavod nömrəsi 00214976 olan nəzarət kassa aparatının istismara verilməsi barədə 007535 №-li akta düzəlişlər etməklə 16 fevral 2016-cı il tarixdə tərtib etdiyi həmin nömrəli akta əlavə 0 rəqəmi əlavə etməklə onu ********* rəqəmi edərək həmin zavod nömrəli kassa aparatını Bakı şəhəri, Nəsimi rayonun, N.Yusifbəyli küçəsi ev 2-də fəaliyyət göstərən gözəllik salonunun sahibi İslam Rəcəbovun adına rəsmiləşdirmiş və həmin nömrəli kassa aparatının qeydiyyatdan çıxarılması barədə 10 may 2016-cı il tarixdə 007537 №-li akt tərtib etməklə aktın qeydiyyata düşməsi və çıxması üçün aldığı 70 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 16 fevral 2016-cı ildən 10 may 2016-cı ilədək hər ay 6 manat olmaqla 3 ay ərzində verilən 18 manat pulu, 31 iyul 2014-cü il tarixli, 004460 №li aktla Bakı şəhəri, Binəqədi rayonu, X82 küçəsində çay evinə, X50 adına quraşdırılmış zavod nömrəsi 00173042 olan nəzarət kassa aparatının istismardan çıxarılması barədə 24 fevral 2016-cı il tarixli, 004460 №-li saxta akt tərtib etməklə aktın qeydiyyatdan çıxması üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 31 iyul 2014-cü ildən 24 fevral 2016-cı ilədək olan dövr ərzində hər ay 6 manat olmaqla ona verilən 114 manat pulu, 04 dekabr 2014-cü il tarixli, ******* №li aktla Bakı şəhəri, Suraxanı rayonunda fəaliyyət göstərən mağazanın sahibi Gündüz Əzimovun adına quraşdırılmış zavod nömrəsi 00209897 olan nəzarət kassa aparatının istismardan çıxarılması barədə 27 fevral 2016-cı il tarixdə saxta akt tərtib etməklə aktın qeydiyyatdan çıxması üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 04 dekabr 2014-cü ildən 27 fevral 2016-cı ilədək olan dövr ərzində hər ay 6 manat olmaqla 14 ay ərzində ona verilən 84 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 016335 №-li aktda düzəlişlər etməklə akta 204836 №-li zavod nömrəli kassa aparatının Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində fəaliyyət göstərən mağazanın sahibi X18 adına quraşdırılması barədə 15 dekabr 2016-cı ildə məlumatlar yazmaqla aktın qeydiyata düşməsi üçün aldığı 35 manat pulu, hər ay 6 manat kassa aparatına xidmət göstərməyə görə 15 dekabr 2015-ci ildə 2017-ci ilin dekabr ayına kimi 24 ay ərzində aldığı 144 manat pulu, zavod nömrəsi 00209897 olan nəzarət kassa aparatının istismara verilməsi 04 dekabr 2014-cü il tarixli, ******* №li aktla Bakı şəhəri, Suraxanı rayonunda rayonunda fəaliyyət göstərən mağazanın sahibi Gündüz Əhmədovun adına rəsmiləşdirilmiş qeyd edilən nömrəli kassa aparatını sonuncunun adından 27 fevral 2016-cı il tarixdə sataxaşdırdığı aktla çıxararaq aktın qeydiyyatdan çıxarılması barədə aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 04 dekabr 2014-cü ildən 27 fevral 2016-cı ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla 26 ay ərzində verilən 156 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 008879 №-li aktla 00211736 zavod nömrəli kassa aparatının Tahir Xudayevin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən mağazasına quraşdırılması barədə 01 mart 2016-cı il tarixli saxtalaşdırılmış akt tərtib etməklə sonuncudan aktı qeydiyyata düşməsinə görə aldığı 35 manat pulu, 01 mart 2016cı ildən kassa aparatına xidmət göstərməyə görə 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 20 ay ərzində aldığı 120 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 03 dekabr 2015-ci il tarixli, 007735 №-li aktla X5 adına rəsmiləşdirilmiş zavod nömrəsi 00164438 №-li olan kassa aparatına dair məlumatları dəyişdirməklə 01 mart 2016-cı il tarixdə tərtib etdiyi saxtalaşdırılmış 007735 №-li aktla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində fəaliyyət göstərən mağazaya, Səyavuş Fərzəliyevin adına rəsmiləşdirməklə aktın qeydiyyata düşməsi və çıxması üçün aldığı 70 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 03 dekabr 2015-ci ildə 01 mart 2016-cı ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla 3 ay ərzində ona verilən 18 manat pulu, 01 mart 2016-cı ildən kassa aparatına xidmət göstərməyə görə 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat omaqla, 21 ay ərzində aldığı 126 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 28 may 2015-ci il tarixli, 15538 №-li aktla Taleh Sultanovun adına rəsmiləşdirilmiş zavod nömrəsi 00212903 №-li olan kassa aparatını 01 mart 2016-cı il tarixdə tərtib etdiyi saxtalaşdırılmış aktla Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində fəaliyyət göstərən mağazaya, X19 adına 00735 №-li aktla rəsmiləşdirməklə aktın qeydiyyata düşməsi və çıxması üçün aldığı 70 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 28 may 2015-ci ildən 08 mart 2016-cı ilə qədər olan dövr ərzində 10 ay ərzində hər ay 6 manat olmaqla verilən 60 manat pulu, 08 mart 2016-cı ildən kassa aparatına xidmət göstərməyə görə 2017-ci ilin dekabr ayına kimi, hər ay 6 manat olmaqla 21 ay ərzində aldığı aldığı 126 manat pulu, nəzarət kassa aparatlaranın istismara verilməsi barədə 03 iyun 2015-ci il tarixli 13355 №-li aktla Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 37-də fəaliyyət göstərən Zemba MMC-nin adına rəsmiləşdirilmiş zavod nömrəsi 00211862 olan kassa aparatının qeydiyyatan çıxarılması barədə 03 mart 2016-cı il tarixli, 004460 №-li akt tərtib edərək cəmiyyətdən aldığı 35 manat pulu və 03 iyun 2015-ci ildən 03 mart 2016-cı ilə qədər olan dövrdə 10 ay ərzində hər ay 6 manat olmaqla verilən 60 manat pulu, 12 oktyabr 2015-ci il tarixli, 006704 №li aktla Bakı şəhəri, Yasamal rayonu, H.B.Zədabi küçəsində fəaliyyət göstərən mağazanın sahibi Vahid Hüseynovun adına quraşdırılmış zavod nömrəsi 00215117 olan nəzarət kassa aparatının istismardan çıxarılması barədə 09 mart 2016-cı il tarixli, 004660 №-li saxta akt tərtib etməklə aktın qeydiyyatdan çıxması üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 12 oktyabr 2015-ci ildən 09 mart 2016-cı ilədək 6 ay ərzində ona verilən 30 manat pulu, 07.01.2015-ci il tarixdə 00211297 zavod nömrəli kassa aparatına verilmiş 12437 saylı aktı saxtalaşdıraraq kassanın zavod nömrəsini dəyişdirərək qarşısına 0 rəqəmi artırıb ********* etməklə 7535 saylı aktla Nərimanov rayonu, R. Yusifbəyli küçəsində yerləşən Rəcəbov İslamın adına qeydiyyata saldıqdan sonra 10 mart 2016-cı il tarixdə həmin zavod nömrəli kassa aparatını 7537 saylı saxta aktla qeydiyyatdan çıxartmaqla kassa aparatının qeydə alınmasına və çıxarılmasına görə aldığı 70 manat pulu, kassa apartına xidmət göstərməyə görə 10 mart 2015-ci ildən 10 mart 2016-cı ilədək hər ay 6 manat olmaqla 12 ay ərzində aldığı 72 manat pulu, 35 manat, kassa aparatına xidmət göstərməyə görə 19 mart 2016 tarixdən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 20 ay ərzində aldığı 120 manat pulu, nəzarət kassa aparatlarıın istismara verilməsi barədə 007575 №-li aktı 00208079 zavod nömrəli kassa aparatının Çiçək Qəmbərovanın Bakı şəhəri, Suraxanı rayonu, Zığ yolu ünvanında yerləşən mağazasına quraşdırılması barədə 12 aprel 2016-cı il tarixli saxtalaşdırılmış akt tərtib edərək sonuncudan aldığı 35 manat pulu, 12 noyabr 2016-ci ildən dan kassa aparatına xidmət göstərməyə görə 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 20 ay ərzində aldığı 120 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 02 dekabr 2015-ci il tarixli, 7664 №-li aktla Arzu Orucovun adına rəsmiləşdirilmiş, zavod nömrəsi 00214948 №-li olan kassa aparatını 14 iyun 2016-cu il tarixdə tərtib etdiyi saxtalaşdırılmış aktla Bakı şəhəri, Binəqədi rayonu, Müşfiqabad qəsəbəsində fəaliyyət göstərən obyektə Rəfail Məmmədovun adına 8879 №-li aktla rəsmiləşdirməklə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata salaraq aktın qeydiyyata düşməsi üçün aldığı 35 manat pulu və 14 iyun 2016-cı ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 17 ay ərzində aldığı 102 manat pulu, nəzarət kassa aparatlarıın istismara verilməsi barədə 005196 №-li aktla 00147910 zavod nömrəli kassa aparatının Rauf Quliyevin Sumqayıt şəhəri, 10-cü mikrarayonda yerləşən çayxanasına quraşdırılmasına dair 19 dekabr 2015-ci il tarixli saxtalaşdırılmış akt tərtib edərək sonuncudan aktın qeydiyyata düşməsi üçün aldığı 35 manat pulu, 19 dekabr 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 24 ay ərzində aldığı 144 manat pulu, zavod nömrəsi 00211235 olan nəzarət kassa aparatının istismara verilməsi 26 yanvar 2015-ci il tarixli,12416 №-li aktla Bakı şəhəri, Suraxanı rayonunda, fəaliyyət göstərən mağazanın sahibi Nurlan Həsənovun adına rəsmiləşdirilmiş qeyd edilən nömrəli kassa aparatını sonuncunun adından 11 may 2016-ci ildə çıxararaq həmin gün Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən mağazanın sahibi Tamilda Süleymanovun adına qeydiyyata salaraq, elə həmin gün 007876 №-li tarixli kassa aparatının qeydiyyatdan çıxarılması barədə saxta akt tərtib edərək aktın qeydiyyata salınması və qeydiyyatdan çıxarılması barədə aldığı 70 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 26 yanvar 2015-ci ildən 11 may 2016-cı ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla 16 ay ərzində verilən 96 manat pulu, zavod nömrəsi 00172282 olan nəzarət kassa aparatının Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən mebel mağazasına X31 adına rəsmiləşdirilmiş 24 oktyabr 2014-cü il tarixli, 010414 №- li aktda düzəliş edərək qeyd edilən kassa aparatının 19 may 2016-cı ildə qediyyatdan çıxarılması barədə saxta akt tərtib etməklə aktın qeydiyyatdan çıxması üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 24 oktyabr 2014-cü ildən 19 may 2016-cı ilədək olan dövr ərzində hər ay 6 manat olmaqla ona 19 ay ərzində verilən 114 manat pulu, 07.02.2015 tarixli 12228 №-li aktla Bakı şəhəri, Yasamal rayonu, K.Rəhimov küçəsi ev 15-də fəaliyyət göstərən Əbülfəz Qasımzadənin adına rəsmiləşdirilmiş 00210616 zavod nömrəli kassa aparatına verilmiş aktda zavod nömrəsini pozaraq onu yerinə 00171105 zavod nömrəsi yazıb 02 iyun 2016-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, R. Axundov 15/3 ünvanında yerləşən obyektin sahibi Oruc Ələsgərovun adına qeydiyyata salaraq aktın qeydiyyata düşməsinə görə aldığı 35 manat pulu, kassa aparatına xidmət göstərməyə görə 02 iyun 2016-cı il tarixindən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 17 ay ərzində aldığı 102 manat pulu, Sumqayıt şəhəri 1-ci mikrorayonda yerləşən, 00212797 zavod nömrəli kaasaya verilmiş 07 dekabr 2015ci il tarixli, 4460 №-li aktla C.Xəndan ev.50D 8MKR ünvanında yerləşən saylı qeydiyyatdan çıxma aktında düzəliş etməklə 24 iyul 2016-cı ildə, Yasamal R. Dadaş B. Ev 8 ünvanında yerləşən Məmmədov Turalın adından 00214327 zavod nömrəli kassa aparatını qeydiyyatdan çıxardaraq aktın qeydiyyatdan çıxarılması üçün aldığı 35 manat pulu və hər ay 6 manat olm 24 iyul 2016-cı ildən 2017-ci ilin dekabr ayına kimi 16 ay ərzində aldığı aqla 96 manat pulu, Sumqayıt Çox sahəli məişət xidməti müəssisəinin adına STXM-nin nümayəndəsi Q.Məmmədova tərəfindən tərtib olunmuş 00172702 zavod nömərli olan kassa aparatının istismardan çıxarılması barədə 07 avqust 2016-cı il tarixli, 008839 №-li akt yuxarıda göstərilən aparatın nömrəsinin qarşısına 0 rəqəmi əlavə etməklə nömrəni ********* edərək 05 avqust 2014-cü ildə istismara verilmiş kassa aparatını 07 avqust 2016-cı il 008839 №-li aktla qeydiyyatdan çıxarmaqla aktın qeydiyyatdan çıxarılması üçün aldığı 35 manat və kassa aparatına xidmət göstərməyə görə 05 avqust 2014-cü ildən 07 avqust 2016-cı ilədək olan dövr ərzində hər ay 6 manat olmaqla 24 ay ərzində verilən 144 manat pulu vahid niyyətlə cəmisi «X83» MMC-nin hesabına keçirməyərək cəmiyyətə xeyli miqdarda - 13.656 (on üç altı yüz əlli altı) manat ziyan vurmaqla dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmiş və saxta sənəd tərtib etmişdir. APELLYASİYA PROTESTİNİN VƏ ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istintaqdakı etirafedici ifadəsini təsdiq etməyib müstəntiqin onu aldadaraq ifadəyə imza etdirdiyini göstərsə də təqsirləndirilən şəxsin ali təhsilli olması, müdafiəçisinin iştirakı ilə həmin ifadəni oxuyub imza etməsi, işin faktiki hallarını, müvafiq ekspertiza rəylərini, üç ibtidai istintaq orqanına etirafedici izahat və ifadələrini nəzərə aldıqda istintaqdakı ifadəsinin daha səmimi və düzgün olması aydın görünür. Belə ki, ibtidai istintaqda təqsirləndirilən şəxsin müdafiəçisi ilə verdiyi ifadələrində ona təqdim edilən aktlara düzəlişlərin tərəfindən olunduğunu bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Vergi Cinayətləri ibtidai Araşdırılması Departamentində aparılmış araşdırmalar zamanı bildirmişdir ki, ona təqdim edilən aktlara tərəfindən xüsusi texniki vasitələrdən istifadə edərək düzəlişlər etmişdir. Rəylərdən görsəndiyi kimi, 004397, 006650, 014657, 006239, 005512, 007489, 007536, 007525, 007668, 007225, 007562, 016335, 005016, 004630, 008879, 007735, 006640, 007537, 004632, 006517 aktlara düzəlişlər olması və ya əsllərindən fərqlənməsi öz təsdiqini tapmışdır. Həmçinin verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs eyni nömrəli aktları bir neçə şəxsin adına qeydiyyatdan keçirmişdir. Belə ki, 006517 nömrəli aktı iki, 005196 nömrəli aktını iki, 004460 nömrəli aktı altı, 008079 nömrəli aktı iki, 004630 nömrəli akt iki, 007535 nömrəli akt dörd dəfə qeydiyyata keçirmişdir. Həmin qeyd edilən aktlar Təqsirləndirilən şəxs verilmiş ittihamda öz əksini tapmış, həmin və digər epizodlar üzrə ibtidai istintaqda dindirilən zaman sonuncuya təqdim edilmiş aktlar sırasında olmuş və təqsirləndirilən şəxs digər aktlarla birlikdə düzəlişlər olması müvafiq ekspert rəyi ilə təsdiqini tapan həmin aktlara da tərəfindən düzəlişlər edildiyini etiraf etmişdir. Məhkəmə 7 aktla yanaşı qeyd edilən həmin aktlara, eləcə də digər aktlara da düzəlişlərin Azər Nəsirəddinoğlu tərəfindən edilməsi fikrinə gəlməklə hökm çıxarılmalı idi. Belə ki, təqsirləndirilən şəxsin ibtidai istintaqdakı 3 ibtidai istintaq orqanına verdiyi ifadələrini, izahatlarını və rəylərdə düzəliş edilmiş aktları qarşılıqlı təhlil etdikdə qeyd edilən aktlara da Təqsirləndirilən şəxs tərəfindən düzəlişlərin edilməsi fikrinə asanlıqla gəlmək mümkündür. Məhkəmə hökmündə göstərmişdir ki, verilmiş ittihamda qeyd edilən pulları "X78" MMC-nin deyil, vətəndaşlara məxsus pullar olmuş, həmçinin həmin pulların həqiqətən vətəndaşlar tərəfindən Təqsirləndirilən şəxsna ödənilməsini təsdiq edən sübutların (qəbz, qaimə və s) nə istintaq, nə də ki, məhkəmə baxşında müəyyən olunmadığını və təqsirləndirilən şəxsin əməlində dələduzluq cinayətinin subyektiv cəhətinin əlamətinin olmadığını fikrinə gələrək CM-in 178.2.4-cü maddəsi ilə bəraət vermişdir. Lakin, təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs öncədən onda olan yazılmış aktların üzərində ağartmaq və ya digər yolla düzəliş edərək həmin vergi ödəyicisinə və ya onun mühasibinə həmin aktı yazıb verməklə həmin aktları yazmağa görə maksimum 15 manat pul almışdır. Həmçinin, ittiham tərəfi olaraq hesab edir ki, vətəndaşlar ödədikləri pulların MMCnin onlara göstərdiyi xidmətin müqabilində ödənilmiş məbləğ kimi qəbul edərək həmin pulları MMC-nin pulu hesab etdikləri üçün tərəflərindən ödənilən pulların aqibəti ilə maraqlanmamışdırlar. Eləcə də MMC-də həmin ödənilən pulların xidmətin müqabilində ödənilmiş məbləğ olduğu üçün ödənilmiş pullar MMC-yə məxsus olduğunu göstərmişdir. İş materiallarından, həmçinin məhkəmənin hökmdən görünür ki, kassa aparatlarına servis xidmətinin göstərilməsinə, həmçinin kassa aparatlarının istismara verilməsinə və istismardan çıxtarılmasına dair vətəndaşlar tərəfindən MMC-nin müəyyən etdiyi məbləğlərdə ödənişlər edilmişdir. Həmin ödənişlər əsasən Təqsirləndirilən şəxs ilə birlikdə işləyən Xətai, İlqar və digər şəxslər tərəfindən yığılaraq Təqsirləndirilən şəxsna təqdim edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs MMC-yə məxsus pulları ələ keçirmək üçün MMC- nin müvafiq əməkdaşlarının xəbəri olmadan müvafiq aktları saxtalaşdırmaqla dələduzluq cinayətini törətmişdir. Aktların saxtalaşdırılması səbəbi də pulların ələ keçirilməsi olmuşdur. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 aprel 2014-cü il tarixli əmrlə "xxxx" MMCnin Bakı nümayəndəsi rəhbəri kimi təyin edilməklə vəzifəli şəxs olaraq tamah məqsədi ilə rəsmi sənəd hesab edilən nəzarət kassa aparatlarını istismara verilməsi və istsmardan çıxarılması barədə aktlara yalan məlumatlar yazmışdır. Həmçinin məhkəmə hökmündə göstərmişdir ki, Təqsirləndirilən şəxs aktları saxtalaşdıran zaman tamah niyyətinin olması müəyyən edilməmişdir. Lakin məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqdakı 15 manat müqabilində aktları saxtalaşdırmasına dair etirafedici ifadəsini nəzərə almamışdır. Bundan başqa, məhkəmə hökmündə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs, həmçinin ittiham olunduğu CM-in 313-cü maddəsində nəzərdə tutulmuş cinayətin obyekti dövlət və bələdiyyə orqanlarının normal fəaliyyətidir. Odur ki, dövlət və ya yerli özünü idarə orqanı, yaxud dövlət və ya bələdiyyə müəssisəsi hesab edilməyən kommersiya və ya qeyri- kommersiya strukturları tərəfindən verilən rəsmi sənədlər bu cinayətin predmeti ola bilməz. Bu cür sənədlərin saxtalaşdırılması isə müvafiq əlamətlər olduqda, CM-in 320-ci maddəsi üzrə cinayət məsuliyyətinə səbəb ola bilər. Cinayət işinin materiallarından görünür ki, «X78» məhdud məsuliyyətli cəmiyyəti dövlət və ya bələdiyyə müəssisəsi hesab edilməyən kommersiya hüquqi şəxsdir. Ona görə də, iş üzrə Təqsirləndirilən şəxs rəsmi sənəd hesab edilən nəzarət kassa aparatlarının istismara verilməsi və istismardan çıxarılması barədə aktlara yalan və ya təhrif olunmuş məlumatlar daxil etməklə onları saxtalaşdırmasına dair əməli CM-in 313-cü maddəsi ilə tövsif edilə bilməz. Bundan başqa. Təqsirləndirilən şəxs tərəfindən saxtalaşdırılan aktların tamah və ya sair şəxsi niyyətlərlə törədilməsinə dair nə ibtidai istintaqda, nə də ki məhkəmə istintaqında hər hansı sübut müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs vəzifəli şəxs olmuş və tamah məqsədi ilə rəsmi sənəd hesab edilən nəzarət kassa aparatlarını istismara verilməsi və istismardan çıxarılması barədə aktlara yalan məlumatlar yazmış, onun tamah niyyəti ilə həmin cinayəti törətməsi yuxarıda sadalanlarla sübuta yetirilmişdir. Odur ki, məhkəmənin qeyd edilənlə bağlı nümayiş etdirdiyi mövqe yanlış olmuşdur. Bütun sadalanan sübutların təhlildən görünür ki, istintaq orqanı tərəfindən əsaslı olaraq Təqsirləndirilən şəxs CM-in 178.2.4, 313 və 320.1-ci maddələri ilə əsaslı ittiham verilmişdir. Məhkəmə tərəfindən iş üzrə sübutlar nəzərə alınmamış və təhlil olunmamış, bir-biri ilə müqayisə edilməmiş, əldə edilmiş sübutların mötəbərliliyi müəyyənləşdirilməmiş və sübutların məcmusuna hüquqi qiymət verilməmişdir. Məhkəmə isə Təqsirləndirilən şəxs tərəfindən törətdilmiş cinayətin kifayət qədər sübuta yetirilməsini nəzərə almadan əsassız olaraq onun təqsirliliyi sübuta yetirilməməsi qənaətinə gələrək ona bəraət vermişdir. Məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, bu isə bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həllinə təsir edən hal olmuşdur. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə tam, hərtərəfli və obyektiv baxmamış, təqsirkar barədə çıxarılmış hökm qeyri-obyektivdir və bu səbəbdən dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan nəticəyə gəlmişdir, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmiş olsa da məhkəmənin gəldiyi nəticə işin faktiki hallarını əhatə etmir, hökm çıxarıla kən zəruri olan cinayət qanunu normasının tətbiq edilməmişdir, tam və obyektiv araşdırma aparılmadıgından təqsirlə, dirilən şəxs layiqli cəzasını almamışdır. İşin materiallarında olan sənədlərdən görünür ki, “X78” MMC 2006-cı ildə təsis olunmuşdur. Həmin müəssisəsinin fəaliyyət istiqaməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə Respublika ərazisində Merkuri 130 F-01, Merkuri 111F, Merkuri 150 F-01 markalı nəzarət kassa aparatlarının təmiri, satışı ilə məşğul olmaq olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs MMC-nin və Vergilər Nazirliyinin xüsusi icazəsi ilə "xxxx"MMC-yə də (satış, təmir, xidmət) göstərməsinə icazə verilmişdir. X77 (sonradan təqibdən qaçmaq məqsədi ilə soyadını dəyişib Nəsrəddinoğlu etmişdir) 01.04.2014-cü ildə "xxxx"MMC-nin Bakı filialının rəhbəri təyin olunmuşdur. Sonradan Azərin bəzi sənədləri (aktları, kassa aparatlarının zavod nömrəsini) saxtalaşdərmasına və xidmət pullarını mənimsəməsinə görə 01.12.2015-ci ildə işdən çıxarılmışdır. "xxxx" MMC-dən alınaraq satılan kassa aparatları əsasnaməyə uyğun olaraq qeydiyyata düşmək üçün STXM-nin qeydiyyata düşmə aktı verilmişdir. Azər bu aktları onlara məlum olmayan kassa aparatlarını qeydiyyata salmaq üçün işçiyə verilən qeydiyyata düşmə aktını başqa bir kassa aparatında istifadə olunmaması üçün onlar tərəfindən akta qeydiyyata düşəcək kassa aparatının zavod nömrəsini və istehsal tarixi əvvəldən yazılmışdır. Hökmdə göstərilən bir sıra şahid ifadələri dəyişdirilərək verilmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilən dələduzluq cinayəti birinci instansiya məhkəməsi tərəfindən öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi tərəfindən faktiki olaraq təqsirləndirilən şəxsin məhkəmə zalından azad edilməsi ilə nəticələnən hökmün çıxarılmasının səbəbi təqsirləndirilən şəxs barədə məhkəmə istintaqının bir tərəfli apararaq, mənhəmə hökmündə və məhkəmə iclas protokolunda hakimin öz vəzifəsindən sui-istifadə edərək istədiyi dəyişikliklər aparıb düzgün olmayan nəticəyə gəlməsidir. Birinci instansiyası məhkəməsi qərar çıxararkən təqsirləndirilən şəxsə AR CM-nin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş əmələ xitam verərkən AR CPM-nin 39.1.3-cü və 43.3-cü maddələrinə istinad etmişdir. Həmin normaya müvafiq olaraq məhkəmə cinayət əməli törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsini əsas gətirmişdir. Birinci instansiya məhkəməsi ibtidai istintaqın hansısa səbəblərdən irəli gələrək təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin digər normaları ilə ( 178.2.4 və 313) nəzərdə tutulmuş əməllərinə bəraət verilməsinə süni olaraq tam zəmin yaratmışdır. İbtidai istintaqda ittiham tərəfi olan istintaq tərəfi əsassız olaraq təqsirləndirilən şəxsin müdafiəçisi rolunda iştirak etmişdir. Birinci instansiya məhkəməsi saxta sənəd düzəldərək başqasnın pullarını ələ keçirmək məqsədi ilə talayan şəxs barəsində müvafiq araşdırma aparmaq əvəzinə, həmin şəxsə bəraət verərək məsuliyyətdən azad etmişdir. Hazırkı iş üzrə dələduzluq və digər cinayətləri məhkəmənin gizlətməsi təqsirləndirilən şəxsə hansısa niyyətlərdən irəli gələrək bəraət hökmünü çıxarmaq məqsədi daşıyır. Əks halda dələduzluq və mənimsəmə cinayətləri ilə təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edildiyi halda onun barəsində cəlb etmə müddəti başa çatmamış olacaqdı. Təqsirləndirilən şəxs əməlində saxta sənədlər düzəldərək bilavasitə onlara məxsus pul vəsaitini əvəzsiz olaraq ələ keçirmiş, bununla onlara bir başa əmlak zərəri vurmuş və həmin əməli tamah məqsədi ilə bir başa qəsdlə etmişdir. O, bu əməlləri inamlarından sui-istifadə edərək və aldadaraq törətmişdir. Birinci instansiya məhkəməsi vəzifə mövqeyindən sui-istifadə edərək onun ibtidai istintaqda və mənkəmədə verdiyi ifadələrə özünə məxsus don geyindirmişdir. Məhkəmənin mövqeyindən belə görünür ki, təqsirləndirilən şəxs ona xeyr verirmiş və təqsirləndirilən şəxsin göstərdiyi xidmətlərin müqabilində gözlədiyi pulları almamışdır. Məhkəmənin bu mövqeyi özü özlüyündə müəmmalıdır. Belə ki, həmin mövqeyə əsaslanılsa təqsirləndirilən şəxs mənimsəmə cinayətini törətmiş olur. Bunlarla bərabər birinci instansiya məhkəməsi digər hallara da faktiki olaraq təqsirləndirilən şəxsin vəkili mövqeyindən yanaşmış və ümumiyyətlə sübutları qiymətləndirməmişdir. Təqsirləndirilən şəxsin cinayət əməli sübuta yetirildiyi halda məhkəmənin cinayət əməlini törədən şəxsi ifşa etmiş, əksinə onun gələcəkdə başqa cinayət əməlləri yaratması üçün şərait yaradır. İttihamda 76 ədəd aktın saxtalaşdırılması göstərilmişdir. Ekspertizanın keçirilməsi qərarında 76 ədəd aktdan söhbət getsə də ekspert rəyində 1-ci məktubda 56 ədəd aktın göndərilməsi qeyd edilib. Onlara istintaqa həmin aktların elektron variantlarını da bütün şahidlər olaraq təqdim etmişik. Hakim ekspertizanın ittihamda olan aktların əsilləri ilə işləməsi üçün Vergilər Nazirliyinə məktubla müraciət etməli və işin biləni olaraq onlarla məsləhətləşməli idi. Lakin o, məsləhətləşmədiyi üçün Vergilər Nazirliyində müəyyən problemlər yaranmışdır. Belə ki, Vergilər Nazirliyinin online kargüzarlıq sistemindən iş üzrə aktların kağız üzərində surətini çıxarıb təsdiq edib veriblər. Lakin, hakim bu aktların elektron daşıyıcıda olan kompyuter versiyasını istəməli idi. Dəfələrlə Vergiyə ünvanlanan məktubu məhkəmədən istəsələr də təqdim olunmamışdır. Çünki hakim bu məktubda yalnız vergi ödəyicilərinin adlarını qeyd etdiyi üçün Nazirlik həmin ödəyicilərə məxsus sistemdə olan bütün aktları göndərmişdir. İttihamda yalnız 2015-2016-cı illər ərzində saxtalaşdırılmış 76 ədəd aktdan söhbət gedirdi. Ekspertizaya isə 2018-2020-ci illər də daxil olmaqla ümumi 126 akt göndərilmişdir. Və xüsusi ilə qeyd edilməlidir ki, ekspert ittihamda olmayan həmin aktların bir çoxunun saxta olması barədə rəy verib. Bu isə işdə ciddi qarışıqlığa gətirib çıxarmışdır .Bu isə işdə saxtalığın olmasını təsdiq eidr. Təqsirləndirilən şəxs bu səbəblərə görə də mühakimə oluna bilər, mühakimə oluna bilməyəcəyi təqdirdə həmin bu aktlar da Sumqayıt şəhər Prokurorluğunun 1(060)-156/2020 №-li cinayət işinə əlavə edilməlidir. Əlavə olaraq qeyd edilməlidir ki, ittihamdakı 12, 13, 14, 17, 33, 37, 51, 51, 58, 65, 68, 72, 76 və 33-cü epizodlarda olan aktlarda kassa aparatlarının zavod nömrələri dəyişdirilərək 9 rəqəmli yazılmışdır. Zavod Merkuri 130 F-01 kassa aparatlarını zavoddan elə 8 rəqəmli istehsal edirsə Təqsirləndirilən şəxs 9 rəqəmli NKA-ları hardan və necə əldə etdiyi məlum deyil və bu məsələ qərarda qeyd edilməyib. Ümumiyyətlə isə, ekspertin bu məsələdən xəbəri olmamışdır. Məhkəmə gedişatı zamanı hakim ekspert qarşısına yalnız aktlarda ağardılmalarının olub-olmaması sualını qoymuşdur. Digər hallarda və situasiyalarda edilmiş saxtakarlıqlar barədə isə hakim ekspertdə heç bir sual verməmişdir. Ekspert rəyi gələn kimi məhkəmə qərar çıxarmışdır. Ekspert isə işi tam, hərtərəfli araşdırmamış və birtərəfli rəy bildirmişdir. Ekspert rəyində natamamlıqlar olduğu üçün təkrar ekspertizanın keçirilməsi zəruridir. Ekspert ittihamda olan 35 Aktın saxtalığını təsdiq etmişdir. Ancaq hakim bunları nəzərə almayıb. Əgər hakim ekspert rəyini nəzərə almayacaqdısa onda bu aktlar niyə ekspertizaya göndərib. Başqa bir məsələ ekspert rəyində 012397 nömrəli akt 3 dəfə saxta akt kimi qeyd edir.Ancaq ittihamda bu akt bir dəfə qeyd olunub. Bu mücərrədliklər ekspertin qeyri-peşəkar olmasını, hakimin isə sadəcə işi uzatmaq məqsədilə ekspert rəyini gözlədiyini göstərir.Odur ki, təkrar ekspertiza keçirilməsi zəruridir. Aktlardakı saxtakarlıqlara kassa aparatının zavod nömrəsinin qarşısına 0 rəqəmi artırmaq, eyni seriya nömrəli aktları dəfələrlə istifadə etmək, kompyuter programı (Paint) ilə aktların seriya nömrələrində dəyişikliklər etmək və s. aiddirlər. İttihamdakı 37, 43, 53, 59, 66, 67 və 75-ci epizodlarda olan aktlar eyni seriyalı aktlar olmuş 004460 nömrəli aktın dəfələrlə dəyişdirilməsi ilə yazılıb. Aktlardakı möhür birləşməsi və digər şəxslər tərəfindən yazılmış qeydlər bunu sübut etmişdir. İttihamdakı 54, 55 və 60-cı epizodlardakı 004630 nömrəli aktın dəfələrlə saxtalaşdırılması yolu ilə, 56-cı epizoddakı 004663 nömrəli aktın əsli GÖYGÖL rayonunda fəaliyyət göstərən 00207462 nömrəli kassa aparatına yazılmışdır. 35-ci epizoddakı 004730 npmrəli akt iki dəfə saxtalaşdırılmış və İsmayılov Şahin adlı bir şəxsə məxsus iki fərqli kassa aparatının qeydiyyatdanın çıxarılması üçün istifadə olunub. 31 və 71-ci epizodlarda olan 005196 nömrəli akt eyni aktın saxtalaşdırılmış formasıdır, 32 və 48-ci epizodlarda olan 007079 nömrəli akt həmçinin 38, 42, 46, 47-ci epizodlardakı 8079 nömrəli, 49-cu epizoddakı 008089 nömrəli və 63, 73-cü epizodlardakı 008879 nömrəli akt eyni bir aktın seriya nömrəsində yerdəyişmə edərək yazılmış və aktlardakı imza möhür birləşməsi və digər şəxslər tərəfindən yazılmış yazılar bunu sübut edir. 69-cu epizodda olan 007575 nömrəli aktın əsli STXM-nin başqa bir nümayəndəsi tərəfindən 02.11.2015-ci ilə 00173024 zavod nömrəli aparatı vasitəsi ilə yazılmışdır. İttihamdakı 6, 40, 52, 58 və 68-ci epizodlarda olan 007535 və 007537 nömrəli aktlar seriya nömrəsində proqram vasitəsi ilə yazılmışdır. İttihamdakı 7-ci epizodda olan 14289 nömrəli aktın əsli cinayət işinin Vİİ cildinin 210-cu vərəqində olan Təqsirləndirilən şəxs qəbul etdiyi NKA-nın hərəkət cədvəlində 2024-cü sıradadır. 27.05.2015-ci il tarixdə 00213331 zavod nömrəli kassa aparatını Nəbiyev Abdullanın adına qeydiyyata salmaq üçün yazılıb. Sonradan isə Azər həmin aktı saxtalaşdıraraq 00147088 zavod nömrəli kassa aparatını Axundov Samirin adına qeydiyyata salmaq üçün istifadə etmişdir. 13-cü epizodda olan 1040-cı sırada ********* nömrəli kassa aparatını Kərimov Fəxrəddinin adına qeydiyyatda olduğu halda Azər tərtib etdiyi tam ağardılmış saxta aktla kassa aparatının zavod nömrəsinin qarşısına 0 rəqəmi artırmaqla həmin kassa aparatıı ********* kimi Sumqayıt çoxsahəli məişət xidməti ASC-nin adına qeydiyyata salmışdır. 34-cü epizodda olan 010417 nömrəli aktın əsli cinayət işinin Vİİ cildinin 210-cu vərəqində olan NKA-nın hərəkət cədvəlində 1257-ci sıradadır və 18.10.2014-cü il tarixdə 00172363 zavod nömrəli kassa aparatını Məmmədov Elşənin adına qeydiyyata salmaq üçünn istifadə etmişdir. Sonradan isə 19.12.2015-ci il tarixdə həmin aktı saxtalaşdıraraq 00214327 nömrəli kassa aparatını Feyzullayev Əlinin adına qeydiyyata salmışdır. Aktlara vizual olaraq baxıldığında belə ağardıldığını görmək kifayət edir. 36-cı epizoddakı 006517 nömrəli akt NKA-nın hərəkət cədvəlində 2603-cü sıradakı 00215458 nömrəli kassa aparatını 21.09.2015-ci ildə Abbasov Aslanın adına qeydiyyata salmaq üçün istifadə edilmişdir. Sonradan isə Azər, 30.12.2015-ci il tarixdə həmin aktı saxtalaşdıraraq 00166834 zavod nömrəli kassa aparatını Azayev Zahidin adına qeydiyyata salmaq üçün istifadə etmişdir. 57-ci epizodda olan 010197 nömrəli aktı NKA-nın hərəkət cədvəlində 1236-cı sırada yerləşən 00174231 nömrəli kassa aparatını 17.02.2015-ci ildə Mürsəlov Elçinin adına qeydiyyata salmış və sonradan 14.02.2016-cı ildə həmin aktda dəyişikliklər edərək 00213010 nömrəli kassa aparatını Əliyeva Pərvanənin adına qeydiyyata salmışdır. 73-cü epizoddakı 010414 nömrəli aktı NKA-nın hərəkət cədvəlində 1266-cı sıradakı 00172282 zavod nömrəli kassa aparatını 24.10.2014-cü ildə Əliyev Vüqarın adma qeydiyyata salmış və sonra həmin aktı 19.05.2016-cı il tarixdə saxtalaşdıraraq çıxma aktı kimi istifadə edib və Əliyev Vüqarın adından həmin həmin kassa aparatını qeydiyyatdan çıxarıb. İttihamdakı 51-ci epizodda olan 007257 nömrəli akın satalaşdırılması barədə ekspert rəy verməmişdir. Bu akt vergi ödəyicisi Zeynalov Zeynalın (VÖEN: **********) adına ********* zavod nörməli kassa aparatını qeydiyyata salmaq üçün 02.11.2015-ci il tarixdə saxtalaşdıraraq istifadə olunub. 31.05.2016-cı ildə Təqsirləndirilən şəxs kompyuter programı ilə həmin aktın seriya nömrəsində dəyişiklik edərək, həmçinin yuxarıdan 4-cü sətrdə yerləşən istismara verilmə sözünü silərək həmin aktı qeydiyyatdan çıxma aktı edərək təkrarən saxtalaşdıraraq ********* nömrəli kassa aparatını Zeynalov Zeynalın admdar. qeydiyyatdan çıxarmışdır. İttiham elan edilmiş 76 ədəd aktların Təqsirləndirilən şəxs tərəfindən saxtalaşdırıldığı şahid ifadələri, üzləşmələr və Təqsirləndirilən şəxs etirafına görə istintaq tərəfindən təsdiqlənərək ittiham elan edilmişdir. Bütün ifadələr və üzləşmələrdə Xətai, Əzimxan İlqar və s onların xətti ilə yazılmış Aktların Azərin göstərişi ilə yazdıqlarını demişlər və Azərdə bunu təsdiq edib. Məhkəmə 4 ədəd aktı xəttşünaslıq ekspertizasına göndərir.Ancaq tam gizli, onların xəbəri olmadan. Məhkəmənin xəttşünaslıq ekspertizasına yolladığı 4 aktdan ikisi Azər tərəfindən yazılıb. İkisi isə 011958 və 006935 nömrəli aktlar ittihamda qeyd olunmayıb. Bu aktları ekspertizaya göndərir və cavab alır ki, Aktlar Azər tərəfindən yazılmayıb. Birinci instansiya məhkəməsində ciddi yanaşılmaması məhkəmənin yanlış olaraq cəzanı yüngülləşdirən hallar tətbiq etməklə təqsirləndirilən şəxs barədə bəraət hökmü çıxararaq məhkəmə zalından azadlığa . raxmışdır. Bununla da onun əmlak hüquqları pozulmuş, ona qarşı cinayət əməli törətmiş şəxs heç bir cəza almadan azad edilmişdir. CİNAYƏT PROSESİ İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı2 apellyasiya protestinin və şikayətinin təmin edilməsini xahiş etdi. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 apellyasiya protestinin və şikayətinin təmin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellysiya protestinin və şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi ittiham hökmü çıxarılmasını təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət qanunvericiliyinin maddəsi üzrə əməlinin qismən sübut olunması ilə əsaslandırmış, cəlb etmə müddətinin keçməsi ilə cəza təyin edilməmişdir. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin və şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəuri hesab edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X38 ifadəsindən görünür ki, o, 2015 ilin noyabr ayında Sumqayıt şəhəri, 29-cu məhəllədə dönərxana işlətmişdir. O, həmin dönərxanaya aldığı “Merkcury” markalı nəzarət kassa aparatını İlqar adlı şəxsdən 180 manata almışdır. İşlədiyi dövrdə ayda 6-7 manat serviz xidməti haqqını İlqara ödəmişdir. Bir müddət sonra sahənin polis əməkdaşı ona demişdir ki, işlətdiyi kassa aparatında problem var. Onun problemdən məlumatı olmamış, çünki halal pulunu verib kassa aparatını almışdır. Təqsirləndirilən şəxs adlı şəxsi tanımamış, ona nə serviz haqqı, nə də kassa aparatının qeydiyyata salınması və ya çıxarılması ilə əlaqədar pul verməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X37 ifadəsindən görünür ki, o 2013-2014-cü illərdə EUROHOME mağazalar şəbəkəsində mağaza işlətmişdir. Həmin müddətdə Təqsirləndirilən şəxs tanımışdır. Onun işlətdiyi mağazaya Təqsirləndirilən şəxs kassa aparatı quraşdırmışdır. Mağazaya quraşdırılan kassa aparatına görə 235 manat pulu o nağd olaraq Azərə ödəmiş, həmçinin kassa aparatına servis xidmət haqqı olaraq ona hər ay 6 manat xidmət haqqı ödəmişdir. Bəzi vaxtlarda kassa aparatına servis xidmət haqqı olaraq aylıq 6 manat xidmət haqqını keçəl bir oğlana, sonradan Əzimxan kimi tanıdığı şəxsə ödəmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X42 ifadəsindən görünür ki, o təxminən 2014-cü ilin sonlarında icarə əsasında kiçik sahibkar kimi işlətdiyi çayxana üçün «Merkuri 130 F» markalı nəzarət kassa aparatını özünü «Mercuri Servis»in əməkdaşı kimi təqdim etmiş Xətai adlı şəxsdən 235 manata pulunu bir neçə dəfəyə vermək şərti ilə nisyə almışdır. Lakin bir müddət sonra həmin çayxananı işlətmək ona sərf etmədiyindən fəaliyyətini dayandırmaq məcburiyyətində qalmış və aldığı kassa aparatını işlətməmişdir. Eyni zamanda həmin NKA-nın pulundan qalıq borcu kimi 50 manatı qaldığından müştəri çıxdığı halda satması üçün qeyd edilən şirkətin əməkdaşı kimi tanıdığı Təqsirləndirilən şəxsna vermişdir. Lakin sonralar Azər onunla görüşüb rəhbərliyi tərəfindən barəsində şər və böhtanla dolu şikayətlər edildiyini bildirib, ona satdığı kassa aparatına görə qalıq borcu olan 50 manat pulu alaraq NKA-nı isə onun özünə qaytarmışdır. Verilən suallara cavab olaraq Simur İmanov bildirmişdir ki, aldığı kassa aparatının qeydiyyata düşməsi və qeydiyyatdan çıxarılması üçün, habelə aylıq texniki servis xidməti üçün Təqsirləndirilən şəxsna heç vaxt heç bir məbləğdə pul verməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X20 ifadəsindən görünür ki, təxminən 2014-cü ilin payız aylarında Müşviqabad qəsəbəsi ərazisində özü üçün inşa etdirdiyi tikilini plastik qapı-pəncərə sexi kimi fərdi sahibkar qismində işlətməyə başlayanda özünü "xxxx" MMC-nin əməkdaşı kimi təqdim etmiş Azər adlı şəxslə tanış olmuş və sonuncudan işlətdiyi obyektə qoymaq üçün bir ədəd «Merkuri 130 F» markalı nəzarət kassa aparatını pulunu dörd dəfəyə ödəməklə cəmi 190 manata almağa razılaşmışdır. Lakin həmin vaxt özünün VÖEN-i olmadığından NKA-nı həmin vaxt onunla birgə çalışan və VÖEN-i olan qaynı oğlu Fikrət Soltanovun adına qeydiyyata salmışdır. Sonra özünə VÖEN açdırmış və aldığı aparatı ünvan 10 ünvanında yerləşən ofisə aparıb Azərə təhvil verərək öz adına saldırmağı xahiş etmişdir. Azər də kassa aparatını alıb bir müddət özündə saxlamış və sonra da o obyektdə olmadığından arvadı Gülşənə təhvil vermişdir. Uzun müddət sonra o, kassa aparatını qeydiyyatdan çıxarmaq üçün yuxarıda qeyd edilmiş ünvanda yerləşən «Merkuri Servis»in ofisinə gəldikdə oranın direktoru kimi özünü təqdim etmiş Nümayəndə2 adlı şəxs onun istifadəsində olan kassa aparatının oğurluq olduğunu, onun adına Təqsirləndirilən şəxs tərəfindən saxta aktla qeydiyyata salındığını, onun kassa aparatını isə başqasına satdığını bildirib Azərin əməlləri barədə Binəqədi RPİ-nin İŞ-nə şikayət etməyi təklif etmişdir. O, da bununla bağlı Azərə öz iradını bildirdikdə sonuncu öz növbəsində Nümayəndə2 şikayət edərək ona şər və böhtan atdığını bildirmişdir. Verilən suallara cavab olaraq Rəfail Məmmədov bildirmişdir ki, aldığı kassa aparatının qeydiyyata düşməsi və qeydiyyatdan çıxarılması üçün, habelə aylıq texniki servis xidməti üçün Təqsirləndirilən şəxsna heç vaxt heç bir məbləğdə pul verməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X27 ifadəsindən görünür ki, təxminən 8-9 il əvvəl qaynı X102 rayonunda Məzahir Rüstəmov küçəsində 9 mərtəbəli yaşayış evinin zirzəmisindəki “Elit” çay evini icarəyə götürüb işlətmişdir. Qaynının qeydiyyatı Bakı şəhəri olmadığına görə, VÖEN onun adına qeydiyyata alınmışdır. Həmin ərəfədə Vergilər İdarəsinin adını xatırlamadığı nümayəndəsi obyektə gəlib nəzarət kassa aparatı almağın vacibliyini bildirərək onları Rüfət adlı şəxslə tanış etmişdir ki, kassa aparatını həmin şəxsdən alsınlar. Onlar da həmin şəxsdən 270 manata “Mercuri 130F-01” markalı nəzarət kassa aparatı almış, eyni zamanda həmin şəxslə kassa aparatına texniki servis xidməti üçün ayda 6 manat ödəmək şərtilə müqavilə bağlamışlar. 4-5 il qaynı göstərilən qaydada Rüfətlə əməkdaşlıq etmişdir. Sonradan kassa aparatının prosessorunun dəyişməsi adı ilə kassa aparatını servisə aparıb qaytarmamışlar. Servisin əməkdaşlarının təklifi ilə bu barədə ərizə vermişlər. Aldıqları kassa aparatının qeydiyyata düşməsi və qeydiyyatdan çıxarılması üçün, habelə aylıq texniki servis xidməti üçün Təqsirləndirilən şəxsna heç vaxt heç bir məbləğdə pul verməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsindən görünür ki, o 2014-cü ildə Bakı şəhəri Günəşli qəsəbəsində icarəyə çayxana götürüb işlətmişdir. Təxminən 2014-cü ilin iyun ayında Xətai adlı şəxslə aralarındakı şifahi razılığa əsasən «Merkuri 130 F» markalı nəzarət kassa aparatını (NKA) pulunu üç dəfəyə ödəməklə cəmi 150 manata almağa razılaşmış və ilkin ödəniş kimi 50 manat nağd pul vermişdir. Təxminən 4-5 ay sonra aldığı aparata görə yenə də 50 manat ödəmiş və borcu kimi qalan 50 manatı isə obyekti bağlandığından verə bilməmişdir. Borcu qaldığından Xətai həmin kassa aparatını ondan götürüb işlədiyi ofisə təhvil vermiş, o özü isə obyekti artıq bağlandığından NKA-nı adından çıxarmaq üçün ünvan 10 ünvanında yerləşən ofisə getmişdir. Orada ondan 72 manat abunə borcu və NKA-yə görə 50 manat qalıq borcunu istəmişlər, lakin o, imkanı olmadığından borcunu verə bilmədiyini deyib ofisdən getmişdir. Sonradan bu problemini Təqsirləndirilən şəxsna bildirdikdə sonuncu ilə görüşüb birlikdə həmin ofisə getmişlər, bu zaman orada işləyən Qənirə adlı qadın Təqsirləndirilən şəxs söyüb təhqir edərək onları ofisdən qovmuşdur. Elə o vaxtdan da NKA rəsmi onun adında qalsa da faktiki olaraq onun mülkiyyət hüququ pozulmuş, kassa aparatı ona qaytarılmamışdır. Sonradan təxminən 2017-ci ilin qış aylarında tanımadığı adamın onun adından Binəqədi RPİ-yə şikayət etdiyini bilmiş və bununla bağlı istintaqa çağrılıb izahat verməli olmuşdur. Verilən suallara cavab olaraq Mahirə Abdullayevə bildirmişdir ki, kassa aparatını aldığı gündən NKA-nın qeydiyyata düşməsi və qeydiyyatdan çıxarılması üçün, habelə aylıq texniki servis xidməti üçün Təqsirləndirilən şəxsna heç bir məbləğdə pul verməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X51 ifadəsindən görünür ki, o, 2015-ci ilin dekabr ayının əvvəllərində ünvan 11 ünvanında yerləşən «Günaydın» kafesini icarəyə götürüb işlətmişdir. Obyektdə ondan əvvəl istifadə olunun «Merkuri 130F-01» markalı nəzarət kassa aparatını əvvəlki icarəçilərdən 250 manata almışdır. Təqsirləndirilən şəxs «Merkuri Servisin» Z.Bünyadov prospekti ev 11B ünvanındakı servisin işçisi kimi tanımışdır. Aldığı kassanı Azər ondan təhvil alıb bir neçə gün ərzində 02.12.2015-ci il tarixdə onun adına qeydiyyata saldırmışdır. Təxminən bir ay işlədikdən sonra sərf etmədiyi üçün obyekti sahibinə təhvil vermiş və kassa aparatını adından qeydiyyatdan çıxarmaq üçün yenidən «Merkuri Servisin» Z.Bünyadov prospekti ev 11B ünvanında yerləşən ofisinə müraciət etmişdir. Orada kassanı Azərlə razılaşıb 60 manata ona satmışdır. Sonradan ona məlum olmuşdur ki, «Merkuri Servisin» direktoru Nümayəndə2 onun kassasının oğurlanması barədə ondan xəbərsiz olaraq polisə şikayət edib. Lakin o bu barədə izahat verib bildirmişdir ki, kassasını könüllü olaraq özü Azərə satmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsindən görünür ki, o «X78» MMC-də operator vəzifəsində işləmiş, iş yeri Bakı şəhərinin Binəqədi rayonunda yerləşmişdir. Onun həmin şirkətdə vəzifəsi operator olsa da, telefon zənglərinə cavab verməkdən əlavə həmin şirkətdə kassir işləyən Qənirə xanım işlərini çatdıra bilməyəndə ona kömək etmiş, Qənirə işdə olmayanda isə sonuncunu əvəz etmişdir. Həmin ofisdə o, Azər və Qənirə birlikdə işləmişlər. Azər əsasən Binəqədi rayonunda fəaliyyət göstərən kassa aparatları ilə məşğul olmuş, Bakı şəhərinin digər rayonlarına Azad, Əzimxan, Xətai və Eldəniz adlı şəxslər baxmışdır. Həmin şəxslər ərazidən pulları yığıb Azərə vermiş, Azər də həmin pulları şirkətin xəzinəsinə təhvil vermişdir. Azər ayda 4000 manata yaxın şirkətin xəzinəsinə abunə haqqı ödəyirdi. Azərin saxta aktlara görə kimdənsə pul almasını görməmişdir. Tarixi yadında qalmadığı bir gün Azərin saxtalaşdırdığı aktlardan birini stolun üstündə görmüş, həmin aktın saxta olduğunu Azərə bildirdikdə sonuncu onun üstünə hirslə gələrək həmin aktı ondan geri almaq istəmiş, o aktı verməmiş və bu barədə rəhbərliyə bildirəcəyimi demişdir. Bundan sonra Azər onu təhdit etdiyindən o bu barədə polisə rəsmi olaraq şikayət ərizəsi yazmışdır. Sonralar isə Azərin aktları saxtalaşdırması ilə bağlı onu ibtidai istintaq orqanına dəvət etmişlər, o bu barədə ifadə vermişdir. X1 dindirilərkən təqsirləndirilən şəxs tərəfindən məhkəməyə Təqsirləndirilən şəxs şirkətə təhvil verdiyi abunə haqlarının qeydiyyat jurnalları təqdim edilmiş, şahidin və cinayət prosesi iştirakçılarının iştirakı ilə həmin jurnallara baxış keçirilmiş, şahid Gülnar Şıxamirova 2015ci ilin dekabr ayında 200 manat, 2016-cı ilin yanvar ayının 25-də 2064 manat, 12.02.2016-cı il tarixdə 500 manat, 12.02.2016-cı il tarixdə 100 manat, 2015-ci ilin dekabr ayında ümumilikdə 5000 manatdan artıq məbləğdə pulu Təqsirləndirilən şəxs qəbul edib jurnallara imza atdığını təsdiqləmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X32 ifadəsindən görünür ki, o 2015-ci ildə Təqsirləndirilən şəxs dəvəti ilə «Mercuri Servis»ə işləməyə gəlmiş və sonuncudan nəzarət kassa aparatlarını (NKA) alıb qiymətinin üstünə bir az pul qoyub satmaqla məşğul olmuş, satdığı kassa aparatlarının pulunu Azərə vermişdir. Satdığı hər bir kassa aparatının texniki servis xidmətini o, özü həyata keçirmiş və həmin texniki servis xidmətinə görə hər bir vergi ödəyicisindən yığılan aylıq olaraq 6 manat pulun 2 manatını əmək haqqı kimi özünə götürmüş, qalan 4 manatını isə «X78» MMC-nin işçisi Qənirəyə və ya Təqsirləndirilən şəxsna vermişdir. 2016-cı ildə o, Təqsirləndirilən şəxs işdən çıxdığını bildikdən sonra, müstəqil olaraq şirkətlə işləməyə başlamışdır və bir müddət sonra Azərlə işlədiyi dövrdə sonuncudan alıb satdığı kassa aparatlarının qeydiyyata düşmə və qeydiyyatdan çıxma aktlarının bəzilərinin saxta olduğu ona məlum olmuşdur. Onun eşitdiyinə görə, Azər nəzarət kassa aparatlarının istismara verilməsi barədə aktların zavod nömrələri olan hissəsinə əlavə olaraq bir rəqəm artırmaqla və aktın müəyyən hissələrini ağartmaqla saxtakarlıq etmişdir. 2016-cı ildə Təqsirləndirilən şəxs işdən çıxdıqdan sonra sonuncu ilə heç bir əlaqəsi olmamış və ona heç bir məbləğdə pul verməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 ifadəsindən görünür ki, 2015-ci ilin dekabr ayında Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 26/3, mənzil 3-də uşaq geyimləri mağazası açmışdır. Həmin mağazaya qoyduğu kassa aparatını İlqar adlı şəxsdən almışdır. O, şəxsən Təqsirləndirilən şəxs görməmişdir. Ancaq onunla bir neçə dəfə telefonda danışmışdır. Kassa aparatında nasazlıq olanda İlqar gəlib nasazlığı aradan qaldırmışdır. 2016ci ilin iyul ayında fəaliyyətini dayandırmışdır. Kassa aparatını qeydiyyatdan çıxarmaq üçün İlqara müraciət etmiş, lakin o bu məsələni gecikdirdiyindən «X78» MMC-yə müraciət etmişdir. Orada ona 170 manat borcu olduğu və həmin borc ödənəndən sonra kassanın qeydiyyatdan çıxarılacağı bildirilmişdir. O, növbəti gün həmin borcu ödəyib kassa aparatını götürmək istədikdə kassa aparatı ona verilməmişdir. Ona demişdirlər ki, Azərlə müəyyən problemlər var və buna görə də kassa aparatını ona qaytarmamışlar. Azərlə hansı problemin olduğunu o bilməmişdir. İşlədiyi dövrdə və sonra Təqsirləndirilən şəxsna kassa aparatının qeydiyyata salınması, çıxarılması və serviz haqqı kimi pul verməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X43 ifadəsindən görünür ki, o 2015-ci ilin dekabr ayında Bakı Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində yük avtomobillərinin satışı mağasını işlətmişdir. Həmin mağazada istifadə olunan nəzarət kassa aparatını Elvin adlı şəxsdən 170 manata almışdır. Serviz xidmət haqqı kimi hər ay Elvinə 7 manat pul ödəmişdir. Sonradan ona vergi orqanından kassa aparatının qanunsuz qeydiyyata alınması barədə telefonla məlumat verilmişdir. O, zəng edərək Elvinə bu barədə bildirmişdir. Sonradan adını xatırlamadığı şəxs ona zəng edərək Azər Nəsrəddinoğunun saxta akt tərtib edərək kassanı qeyri-qanuni qeydiyyata saldığını demişdir. Sonradan Elvin gəlib onun istifadə etdiyi kassa aparatını götürüb bir neçə gündən sonra qaytarmışdır. Təqsirləndirilən şəxsna kassa aparatının qeydiyyata salınması, çıxarılması və serviz haqqı kimi pul verməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X52 ifadəsindən görünür ki, o 2015-ci ildə fərdi sahibkar kimi fəaliyyət göstərmək üçün plastik qapı-pəncərə sexi icarəyə götürüb işlətmişdir. İcarədar öz adına olan kassa aparatını onun adına keçirməyi təklif etmiş, o razılaşmış və icarədara 100 manat verdikdən sonra kassa aparatını da götürərək Bakı şəhəri, Ayna Sultanovada yerləşən kassa aparatlarının təmiri və addan ada keçirilməsi üçün xidmət göstərən servisə getmişdir. Orada servisdə əyləşən adını bilmədiyi qadına 35 manat pul ödədikdən sonra kassa aparatını onun adına rəsmiləşdirmişlər. Bundan sonra servis xidməti üçün ayda şirkətdən gələn işçilərə ayda 6 manat pul ödəmişdir, hal hazırda da ödəyir. Ancaq onun servis xidməti göstərən şirkətlə servisə görə müqaviləsi yoxdur. Təqsirləndirilən şəxs tanımır, ona heç vaxt nə kassa aparatına texniki servis xidmətinə görə, nə də başqa bir şey üçün pul verməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X33 ifadəsindən görünür ki, o EUROHOME mağazalar şəbəkəsində işləmişdir. Yeni mağaza açılan zaman Təqsirləndirilən şəxs orada görüb tanımışdır. Azər həmin mağazaya kassa aparatı gətirib quraşdırmışdır. Sonradan onların müraciətinə əsasən Təqsirləndirilən şəxs ikinci kassa aparatını da gətirib mağazaya quraşdırmışdır. Azər kassa aparatını quraşdırdıqdan iki ay sonra Elnur adlı şəxs gəlib bildirmişdir ki, o, Azərlə eyni şirkətdə işləyir və onlar Elnura servis xidmət haqqı olaraq hər ay hər kassaya görə 6 manat məbləğində pul ödəməlidir. Sonradan onlar kassa aparatının birini Səbinə adlı işçinin adından çıxararaq onun adına qeydiyyata salinmasını xahiş etmişlər, həmin vaxt Elnur adlı şəxs onlara bildirmişdir ki, kassa aparatının birinin kodu çıxır, digərinin isə kodu çıxmır. Bundan sonra onu polis bölməsinə dəvət etmişlər və polisdə ona demişlər ki, Azər həmin kassa aparatlarının addan ada keçirilməsində saxtakarlıq etmişdir. Təqsirləndirilən şəxs mağazaya quraşdırdığı kassa aparatlarının pulunu Azərə müdriyyət verdiyindən məbləği xatırlamır, həmin kassa aparatlarına texniki servis xidmət haqqını Azərə deyil, Elnur adlı şəxsə vermişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X34 ifadəsindən görünür ki, o «X78» MMC-də 2014-cü ilin mart ayından işləməyə başlamış, onu həmin şirkətə Nümayəndə2 işə götürmüş və o ilkin olaraq mühasibatlıq işləri görmüş, sonradan 2014-cü ilin aprel ayında Nümayəndə2 göstərişi ilə o kassa aparatlarının satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs həmin şirkətdə işləməyə başlayandan tanımış, o Azərlə birlikdə kassa aparatlarının satışı ilə məşğul olmuş, Nümayəndə2 göstərişinə əsasən satılan kassa aparatlarının pulunu Azərə vermişdir. O həmin şirkətdə 2015-ci ilin sentyabr ayına kimi işləmiş, lakin onunla rəsmi müqavilə bağlanmamışdır. 2014-cü ildən 2015-ci ilin sentyabrına kimi satdıqları kassalara texniki servis xidmətinə görə yığdığı pulları Azərə vermiş, başqa şirkət də kassa aparatlarının satışını həyata keçirdiyinə görə rəqib olduğundan Nümayəndə2 deməsinə görə çalışırdılar ki, ayda 200 ədəd kassa aparatı satsınlar. Bunun üçün kassa aparatlarını nisyə də verib sonradan pulunu yığıb Azərə verirdi. Sonradan o şirkətdən işdən çıxan vaxt Azər ona bildirmişdir ki, onun kassa aparatlarına görə nisyədən 1500 manat şirkətə borcu qalıb. O da həmin məbləği şirkətə ödəmişdir. Azərlə işlədiyi dövrdə Azərin aktları saxtalaşdırdığını bilməmiş, sonradan onu Sumqayıt şəhər prokurorluğuna çağıranda prokurorluqda eşitmişdir ki, Azər aktları saxtalaşdırıb. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X24 ifadəsindən görünür ki, o Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 13/14, 8-ci sahədə pərdə mağazası işlətdyi dövrdə İlqar adlı şəxs vasitəsi ilə Təqsirləndirilən şəxs bir ədəd kassa aparatı almış, qiyməti yadında qalmamış və həmin kassa aparatı vergi orqanında qeydiyyatdan keçməmişdir. İlqar ondan aylıq ödəniş tələb etdikdə həmin ödənişi ödəməkdən imtina etmişdir. Sonradan ona gələn zəngə cavab verərək həmin kassa aparatının hansı qaydada aldığını izah etmiş, onda olan kassa aparatında hər hansı saxtakarlıq edilməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxsna kassa aparatının qeydiyyata salınması, çıxarılması və serviz haqqı kimi pul verməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X44 ifadəsindən görünür ki, 07 mart 2015-ci il tarixində ünvan 12 ünvanında kiçik sahibkar kimi fəaliyyətə başlamış və elə həmin vaxtdan da Zamir adlı şəxsdən nağd pula «Merkuri 130 F» markalı nəzarət kassa aparatını almışdır. Sonradan Zamir adlı şəxsin xəstəlikdən vəfat etdiyini bilmiş və bundan çox keçməmiş özünü Yunis kimi təqdim edən şəxs Zamirin qardaşı olduğunu bildirmişdir. Elə həmin vaxtdan da o, kiçik sahibkar kimi fəaliyyətini Yunislə davam etdirmiş, lakin bir müddət sonra obyektdə işini dayandırmaq məcburiyyətində qalmış və Yunis kassa aparatını onun adından çıxarıb digər fərdi sahibkar Sənan Axundov adlı şəxsin adına sənədləşdirmişdir. Kiçik sahibkar kimi fəaliyyət göstərdiyi dövrdə Təqsirləndirilən şəxs adlı şəxsi tanımamış, sonuncu ilə heç bir münasibəti olmamış, həmçinin NKA-nın qeydiyyata düşməsi və qeydiyyatdan çıxması üçün, habelə aylıq texniki servis xidməti üçün heç bir məbləğdə Təqsirləndirilən şəxsna pul verməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X16 ifadəsindən görünür ki, fərdi sahibkar kimi işlətdiyi obyektdə quraşdırdığı «Merkuri 130 F» markalı nəzarət kassa aparatını 2 saylı Ərazi Vergilər Departamentindən çöldə olan vergi ödəyicilərinə xidmət ofisindən Vasif adlı şəxsdən almışdır. Bundan sonra adını indi xatırlamadığı şəxsə ayda 6 manat olmaqla işlətdiyi kassa aparatına servis xidməti kimi bir-iki dəfə aylıq abunə haqqı ödəmişdir. Amma sonradan ona məlum olmayan səbəbdən həmin pulu almaq üçün heç kim gəlməmişdir. Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər ümumiyyətlə tanımamış, bu gün məhkəmədə birinci dəfə görmüş, sonuncu ilə heç bir münasibəti olmamış, həmçinin NKA-nın qeydiyyata düşməsi və qeydiyyatdan çıxması üçün, habelə aylıq texniki servis xidməti üçün Azərə heç bir məbləğdə pul verməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 ifadəsindən görünür ki, 2015-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni məhəllə Qobu qəbirstanlığı ilə üzbəüz fəaliyyət göstərdiyi obyektə fərdi sahibkar kimi «Merkuri 130 F» markalı nəzarət kassa aparatını əri ilə birlikdə Vasif adlı şəxsdən almışlar. Həmin kassa aparatını qeydiyyata saldıqları gündən təxminən iki ay ərzində adını və soyadını bilmədiyi, lakin üzdən tanıdığı şəxsə aylıq 6 manat olmaqla NKA-ya texniki xidmət üçün pul vermişlər. Sonradan həmin pulu verməmişlər. Təqsirləndirilən şəxs adlı şəxsi o, əvvəllər heç vax görməmiş, həmçinin həmin kassa aparatının qeydiyyata düşməsi və qeydiyyatdan çıxarılması üçün, habelə aylıq texniki servis xidməti üçün Təqsirləndirilən şəxs adlı şəxsə nə özü, nə də əri heç bir məbləğdə ödəniş etməmişlər. Ümumiyyətlə, Təqsirləndirilən şəxs adlı şəxsi o, 2020-ci ilin iyun ayında məhkəmə prosesində tanımışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X35 ifadəsindən görünür ki, o Nümayəndə2lə qohumdur, Təqsirləndirilən şəxs isə onunla işlədiyi müddətdə tanımışdır. O 2014-cü ilin fevral ayında qohumu Nümayəndə2 dəvəti ilə sonuncunun rəhbərlik etdiyi Merkuri kassa aparatlarının satışı və servisi firmasına işə gəlmişdir. İlk vaxtlar onun işi Təqsirləndirilən şəxs satdığı kassa aparatlarını vergi ödəyicilərinin fəaliyyət göstərdiyi ünvana çatdırmaq olmuşdur. Bunun müqabilində Nümayəndə2 ona aylıq 300 manat əmək haqqı ödəyəcəyini vəd etmişdir. İşə qəbul olub bir müddət işlədikdən sonra şəxsiyyət vəsiqəsini işlədiyi ofisə təqdim etsə də, orada onun əmək fəaliyyəti rəsmiləşdirilməmişdir. Bir müddət işlədikdən sonra Nümayəndə2 ona satılmış kassa aparatlarının texniki servis xidməti göstərməyi tapşırmışdır. Bunun üçün ona Suraxanı ərazisi təhkim edilmişdir. Onun işi vergi ödəyicilərinin fəaliyyət göstərdiyi obyektlərə getmək və orada qeydiyyata alınmış kassa aparatlarına texniki xidmət göstərməkdən ibarət olmuşdur. Texniki xidmətin müqabilində hər bir vergi ödəyicisindən Nümayəndə2 müəyyənləşdirdiyi qaydada altı manat pul almış, alınan pulun müqabilində vergi ödəyicisinə heç bir sənəd verməmişdir. O, bu hala narazılıq etdiyi üçün sonradan Azərin təkidi ilə onlara yığılan abunə sayının nisbətində qismən qəbz verilmişdir. Lakin qəbzin az verilməsinin səbəbini ona heç kim izah etməmişdir. Nümayəndə2 onu Azərin yanına işi öyrənmək üçün təyin etmişdir. Azər də onu evə gecə çox gec buraxdığından səhər işə vaxtında gələ bilməmişdir. Bununla bağlı Nümayəndə2lə dəfələrlə müzakirə etsə də bu bir nəticə verməmişdir. Nümayəndə2 birinci və ikinci ayların əmək haqqını işə gec gəlməyi bəhanə edərək verməmişdir. Sonradan Nümayəndə2lə əmək haqqı haqda danışdıqda sonuncu birinci ayın əmək haqqının verilməməsini həmin vaxt onun orada təcrübə keçdiyi ilə izah etmişdir. İşlədiyi dörd ay üçün əmək haqqı olaraq dəfələrlə təkidindən sonra ona yüz əlli manat pul verilmişdir. Sonra bu minvalla davam edə bilməyib işi tərk etmək qərarına gəlmişdir. Azərin satdığı kassaları vergi ödəyicilərinə apardığı üçün həmin yeri ondan başqa heç kim bilməmişdir. Bu səbəbdəndə işi davam etməsi üçün Azər məcbur qalaraq Nümayəndə2 ona əmək haqqı kimi borclu olduğu yeddi yüz əlli manat pulu öz cibindən vermişdir. Bundan sonra abunə yığmaqdan imtina etmişdir. O, vaxtdan sonra onun işi ancaq Azərin satdığı kassa aparatlarını vergi ödəyicilərinə çatdırmaq və onların həmin kassa üçün nisyədə olan borc məbləğini Azərə təhvil verməkdən ibarət olmuşdur. Lakin onun aylıq gəliri az olduğundan Azər Nümayəndə2 razılığıilə Xətai və Nizami rayonlarının abunələrinin yığılmasını ona tapşırmışdır. Bu dəfədə onun gəliri yığılan abunə haqlarının altı manatın iki manat olan hissəsi təşkil etmişdir. Əvvəlkindən fərqli olaraq bu dəfə Azər əmək haqqı kimi formalaşan iki manatları əldə etməsinə şərait yaratmışdır. Dekabr ayında Azərlə Rafiq arasında manatın dollar qarşısında devalyasiyasına görə narazılıq başlamış, bu prosesdən kənar qalsa da, Azərin artıq işə gəlməməsinə görə narahatçılıq keçirmişdir. X86 arasında münasibət daha da gərginləşmişdir. O və orada işləyən işçilər Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin təhqiqat və istintaq orqanlarına dəvət olunmuş, orada Nümayəndə2 rəhbərlik etdiyi müəsisədə fəaliyyəti barədə baş verənlər haqqında məlumat vermişdir. Nümayəndə2 bu hadisədən sonra onunla qohum kimi deyil, pis münasibət saxlamışdır. Xidmət göstərdiyi vergi ödəyicilərindən yığılan abunə haqlarına görə və ya ərazidə kassaların nisyəsinə görə idarəyə heç bir borcu qalmamışdır. Axrıncı dəfə 2016-cı ilin mart ayında abunə haqqlarını da qismən yığıb idarəyə təhvil vermişdir. Kassa aparatlarının quraşdırılmasına və abunə pulları nağd olaraq vergi ödəyicilərindən alınmışdır. Həmin vaxt onlara pulun qəbul edilməsi barədə hər hansı bir sənəd təqdim olunmamış, alınan pulları nağd şəkildə bəzən Azərə, bəzən isə ofisə vermiş, işlədiyi vaxtlarda Rafiq və ya digər şəxslərdən abunə pulunun və ya kassaların pulunun Azər tərəfindən idarəyə ödənilməməsi ilə bağlı hər hansı bir şikayət eşitməmişdir. Azərə verdiyi pullarıda Azər Nümayəndə2 təyin etdiyi Qənirə Məmmədovaya və ya başqa şəxsə vermişdir. Rafiqlə Azər arasında narazılıq yaranadan sonra Rafiq Azərdən şikayət etməyə başlamışdır. Nümayəndə2 Akustika və ya Büllur MMC-də hansı vəzifədə işlədiyini dəqiq bilməmişdir. Ancaq Nümayəndə2 həmin cəmiyyətlərin rəhbəri kimi tanımişıdır, çünki sonuncu özünü belə təqdim etmişdir. Abunə pulunu və kassa pulunu alarkən vergi ödəyicisinə hər hansı bir qəbz verilməmişdir. Onların təkidindən sonra verilən az sayda qəbzin surətini pullarla birlikdə Qənirə Məmmədovaya təhvil vermişdir. Onun tərəfindən nəzarət kassa aparatlarının istismara verilməsi barədə aktlar tərtib olunmuş, özü bilavasitə vergi ödəyicisindən kassa aparatı üçün pul alıb ofisə gələrkən pulu Qənirəyə və ya Gülnara verib onlardan aktı alıb Azərin adından yazmışdır. Azərin nəzarət kassa aparatlarına texniki servis xidmətinə görə yığılan pulları mənimsəməsini bilməmişdir, yığılan pulları Azər Nümayəndə2 təyin etdiyi firmanın işçilərinə ödəmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X21 ifadəsindən görünür ki, o fərdi sahibkar kimi Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində işlətdiyi obyektdə quraşdırdığı «Merkuri 130 F» markalı nəzarət kassa aparatını cəmi bir-iki ay işlətdikdən sonra həmin obyekti bağlamalı olmuşdur. O Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər ümumiyyətlə tanımamış, məhkəmədə birinci dəfə görmüş, sonuncu ilə heç bir münasibəti olmamış, həmçinin NKA-nın qeydiyyata düşməsi və qeydiyyatdan çıxması üçün, habelə aylıq texniki servis xidməti üçün Azərə heç bir məbləğdə pul verməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X45 ifadəsindən görünür ki, o fərdi sahibkar kimi fəaliyyət göstərmək üçün Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən obyekti açanda bir nəfər Vergi Departamentinin tanımadığı əməkdaşı yaxınlaşaraq ona həmin obyektə nəzarət kassa aparatının qoyulması barədə göstəriş vermişdir, o da bununla razılaşaraq bir ədəd «Merkuri 130 F» markalı nəzarət kassa aparatını almışdır. Həmin kassa aparatına servis xidməti üçün ayda 6 manat olmaqla bir neçə dəfə ödədikdən sonra STXM-nin işçisi ilə aralarında narazılıq yarandığından o, həmin pulu ödəməkdən imtina etmişdir. O Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər tanımamış, məhkəmədə birinci dəfə görmüş, sonuncu ilə heç bir münasibəti olmamış, həmçinin NKA-nın qeydiyyata düşməsi və qeydiyyatdan çıxması üçün, habelə aylıq texniki servis xidməti üçün Azərə heç bir məbləğdə pul verməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X22 ifadəsindən görünür ki, o kiçik sahibkar kimi fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən obyektində quraşdırılmış «Merkuri 130 F-07» markalı nəzarət kassa aparatını (NKA) tarixini xatırlamadığı vaxtda şəxsi vəsaiti hesabına Bakı şəhəri «Nizami» metrostansiyasının yaxınlığında yerləşmiş «Vergi ödəyicilərinə xidmət» ofisindən almışdır. Həmin NKA-nın zavod nömrəsi 00211479 olmaqa indiyə kimi işlədir. O həmin kassa aparıtını alıb işlətdiyi vaxtdan bu günədək Təqsirləndirilən şəxs adlı şəxsə NKA-nın qeydiyyata düşməsi və qeydiyyatdan çıxması üçün, habelə aylıq texniki servis xidməti üçün heç bir məbləğdə pul verməmişdir. Ümumiyyətlə, Təqsirləndirilən şəxs adlı şəxsi o, 2020-ci ilin iyun ayında məhkəmə prosesində tanımışdır. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmədə şahid qismində dindirilmiş Abdulla Nəbiyev ifadəsində göstərdi ki, o fərdi sahibkar kimi fəaliyyət göstərdiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi, ev 15/29-da yerləşən obyektdə quraşdırdığı bir ədəd «Merkuri 130 F» markalı nəzarət kassa aparatına (NKA) servis xidməti göstərilməsi üçün hər ayda 6 manat olmaqla adını xatırlamadığı bir şəxsə pul vermişdir. Bu gün o, məhkəməyə vergi borcuna görə dəvət edildiyini zənn etmiş, vergi borcuna görə Vergilər Nazirliyindən gələn məktubun telefonunda olduğunu və onu məhkəməyə təqdim edə biləcəyini bildirmişdir. Abdulla Nəbiyev həmçinin ifadəsində Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər ümumiyyətlə tanımadığını, bu gün məhkəmədə birinci dəfə gördüyünü, sonuncu ilə heç bir münasibəti olmadığını, həmçinin NKAnın qeydiyyata düşməsi və qeydiyyatdan çıxması üçün, habelə aylıq texniki servis xidməti üçün Azərə heç bir məbləğdə pul vermədiyini bildirmişdir. Cinayət işinin 1-ci cildinin 23-24 cü səhifələrində olan əmrlərdən çıxarışların surətlərindən görünür ki, X77 01 aprel 2014-cü ildə "xxxx" MMC-nin Bakı nümayəndəsinin rəhbəri təyin edilmiş, 01.12.2015-ci il tarixli 5 saylı əmr ilə isə X77- mütəxəssis özünün əmək funkssiyasının, müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə 01.12.2015-ci il tarixindən işdən azad edilmişdir. Cinayət işinin 3-cü cildinin 314, 315-ci vərəqlərində olan müqavilənin məzmunundan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin drektoru X55 ilə "xxxx" MMC-nin direktoru X46 arasında 15 il müddətinə müqavilə bağlanmışdır. Müqavilədə tərəflər arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 nömrəlıi qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Nəzarət Kassa Aparatlarının satışı, istehsalı, servis texniki xidmət və təmiri qaydaları haqqında” əsasnamənin 10.07-ci bəndinə uyğun olaraq “Sifariş verən” bu hüququ X84” MMC-yə verməsi qeyd olunmuşdur. İşdə olan məhkəmə-xətşünaslıq ekspertizasının 27 noyabr 2017-ci il tarixli, 29924 №-li rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş "xxxx" MMC-nin 013476 №-li nəzarət kassa aparatlarının istsmara verilmə aktında, «X78» MMC-nin 007852, 007231, 007851, 007079, 008089 №-li nəzarət kassa apartlarının istismara verilmə aktlarının kserosurətlərində «Zav.№», «NKA quraşdıran obyektin adı», «Ünvanı», «Fiziki şəxs», «İstsmara verilmə tarixi», «İstismara verilən tarixə olan fiskal hesabat», «NKA quraşdıran obyektin nümayəndəsi» qrafalardakı və sənədin tarixi göstəricilərində yazılar və imza qrafalarındakı imzalar (möhür üzərində əks olunmuş imzalardan başqa) Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Təqdim edilmiş "xxxx" MMC-nin 005196 №-li nəzarət kassa apartlarının istismara verilmə aktlarının kserosurətlərində «Zav.№», «NKA quraşdıran obyektin adı», «Ünanı», «Fiziki şəxs», «İstsmara verilmə tarixi», «İstismara verilən tarixə olan fiskal hesabat», «NKA quraşdıran obyektin nümayəndəsi» qrafalardakı və sənədin tarixi göstəricilərində yazılar və imza qrafalarındakı imzalar (möhür üzərində əks olunmuş imzalardan başqa) Təqsirləndirilən şəxs və X36 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. İşdə olan “Sənədlərin məhkəmə-texniki ekspertizasının” 15 fevral 2021-ci il tarixli 5/11 №-li ekspert rəyininin nəticə hissəsində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş cinayət işinin 9-cu cildində olan “Billur” və "xxxx" MMC-lərin Nəzarət kassa aparatlarının istismara verilmə və istismardan çıxarılma haqqında 004397 nömrəli aktın surətinin ZAV. №” NKA quraşdırılan obyektin adı “Fiziki şəxs” qrafalarda 006650 nömrəli aktın surətinin ZAV. №” qrafasında 012397 nömrəli aktın nüsxəsinin ZAV №” qrafasında 011958 nömərli aktın nüsxəsisinin ZAV. №” qrafasında, 014657 nömrəli aktın nüsxəsinin “Zav. №” qrafasında, 006239 nömrəli aktın surətinin “İstismara verilən tarixə olan fiskal hesabat” qrafasında, 005512 nömrəli aktın surətinin “Zav. №”, “Ünvanı”, “VÖEN”, “Fiziki şəxs”, “İstismara verilmə tarixi”, “İstismara verilən tarixə olan fiskal hesabat”, “NKA quraşdırılan obyektin nümayəndəsi” qrafalarda və sənədin aşağı hissəsindəki tarix göstəricisində, 007231 nömrəli aktın surətinin “İstismara verən STXM nümayəndəsi”, “Vəsiqə№_İmza” qrafalarından başqa bütün qrafalarda, 007489 nömrəli aktın surətinin “İstismara verən STXM nümayəndəsi”, “Vəsiqə№_İmza” qrafalarından başqa bütün qrafalarda, 007536 nömrəli aktın surətinin “İstismara verən STXM nümayəndəsi”, “Vəsiqə№_İmza” qrafalarından başqa bütün qrafalarda, 007525 nömrəli aktın surətinin “İstismara verən STXM nümayəndəsi”, “Vəsiqə№_İmza” qrafalarından başqa bütün qrafalarda, 007227 nömrəli aktın surətinin “İstehsal tarixi”, “İstismara verən 'STXM nümayəndəsi”, “Vəsiqə№_İmza” qrafalarından başqa bütün qrafalarda, 004419 nömrəli aktın surətinin “İstismara verən STXM nümayəndəsi”, “Vəsiqə№_İmza” qrafalarından başqa bütün qrafalarda, 007668 nömrəli aktın surətinin “İstismara verən STXM nümayəndəsi”, “Vəsiqə№_İmza” qrafalarından başqa bütün qrafalarda, 004344 nömrəli aktın surətinin “İstismara verən STXM nümayəndəsi”, “Vəsiqə№_İmza” qrafalarından başqa bütün qrafalarda, 007225 nömrəli aktın surətinin “İstismara verilmə tarixi”, “İstismara verən STXM nümayəndəsi”, “Vəsiqə№_İmza” qrafalarından başqa bütün qrafalarda, 007562 nömrəli aktın surətinin “Zav. №”, “NKA quraşdırılan obyektin adı”, “Ünvanı”, “VÖEN”, “Fiziki şəxs”, “İstismara verilən tarixə olan fiskal hesabat” qrafalarda, 006350 nömrəli aktın surətinin “Zav. №”, “Ünvanı”, “VÖEN”, “Fiziki şəxs”, “İstismara verilmə tarixi”, “İstismara verilən tarixə olan fiskal hesabat”, “NKA quraşdırılan obyektin nümayəndəsi”, “Ünvan telefonu” qrafalarda, 016335 nömrəli aktın surətinin “Zav. №”, “NKA quraşdırılan obyektin adı”, “Ünvanı”, “VÖEN”, “Fiziki şəxs”, “İstismara verilmə tarixi”, “İstismara verilən tarixə olan fiskal hesabat”, “NKA quraşdırılan obyektin nümayəndəsi”, “Ünvan telefonu” qrafalarda və sənədin aşağı hissəsindəki tarix göstəricisində, 005016 nömrəli aktın surətinin bütün qrafalarda, 016335 nömrəli aktın surətinin “Zav. №”, “NKA quraşdırılan obyektin adı", “Ünvanı”, “VÖEN”, “Fiziki şəxs”, “İstismara verilmə tarixi”, “İstismara verilən tarixə olan fiskal hesabat”, “NKA quraşdırılan obyektin nümayəndəsi” qrafalarda və sənədin aşağı hissəsindəki tarix göstəricisində, 005535 nömrəli aktın nüsxəsinin “İstismara verilmə tarixi” qrafasında və sənədin aşağı hissəsində olan tarix göstəricisində düzəlişlər müəyyən edildi. Tədqiqata hakimin məktubu ilə təqdim edilmiş “Billur” və "xxxx" MMC-lərinin Nəzarətkassa aparatlarının istismara verilmə və istismardan çıxarılma haqqında 006517 nömrəli aktın surətinin “Zav. №” qrafasında, 006517 nömrəli aktın surətinin “Zav. №” qrafasında və sənədin aşağı hissəsində olan tarix göstəricisində, 007668 nömrəli aktın surətinin “Zav. №”, “NKA quraşdırılan obyektin adı”, “Ünvanı”, “VÖEN”, “Fiziki şəxs”, “İstismara verilən tarixə olan fiskal hesabat”, “NKA quraşdırılan obyektin nümayəndəsi” qrafalarda, 005512 nömrəli aktın surətinin “Zav. №”, “Ünvanı”, “VÖEN”, “Fiziki şəxs”, “İstismara verilmə tarixi”, “İstismara verilən tarixə olan fiskal hesabat”, “NKA quraşdırılan obyektin nümayəndəsi” və sənədin aşağı hissəsindəki tarix göstəricisində, 012397 nömrəli aktın surətinin “Zav. №” qrafasında, 012397 nömrəli aktın surətinin “Zav. №” qrafasında, 004632 nömrəli aktın surətinin “Zav. №”, “NKA quraşdırılan obyektin adı”, “Ünvanı”, “VÖEN”, “Fiziki şəxs”,, “İstismara verilən tarixə olan fiskal hesabatı”, “NKA quraşdırılan obyektin nümayəndəsi” qrafalarda, 004632 nömrəli aktın surətinin “Zav. №”, “NKA quraşdırılan obyektin adı”, “Ünvanı”, “VÖEN” “Fiziki şəxs”, “İstismara verilən tarixə olan fiskal hesabatı”, “NKA quraşdırılan obyektin nümayəndəsi” qrafalarda, 006750 nömrəli aktın surətinin “Zav. №”, “İstismara verilmə tarixi”, “İtismara verilən tarixə olan fiskal hesabatı” qrafalarda və sənədin aşağı hissəsində olan tarix göstəricisində, 006239 nömrəli aktın surətinin “İstismara verilən tarixə olan fiskal hesabatı” qrafasında, 006239 nömrəli aktın surətinin “İstismara verilən tarixə olan fiskal hesabatı” qrafasında, 007210 nömrəli aktın surətinin “Zav. №”, “NKA quraşdırılan obyektin adı”, “Ünvanı”, “VÖEN” “Fiziki şəxs”, “İstismara verilən tarixə olan fiskal hesabat”, “NKA quraşdırılan obyektin nümayəndəsi” qrafalarda və sənədin aşağı hissəsində olan tarix göstəricisində, QQ7972 nömrəli aktın surətinin “Zav. №”, “İstehsal tarixi”, “istismara verilmə tarixi” qrafalarda və sənədin aşağı hissəsində olan tarix göstəricisində düzəlişlər müəyyən olundu. Həmin sənədlər surət olduğu üçün düzəlişlərin hansı üsulla aparılmasını və ilkin yazıların məzmununu müəyyən etmək mümkün olmadı. Təqdim edilmiş "xxxx" MMC-nin Nəzarət-kassa aparatlarının istismara verilmə haqqında 009629 nömrəli aktının və həmin aktının nüsxəsinin “Zav. №” qrafasındakı “20864” rəqəmlərin yerində əvvəlcə “17423” rəqəmli olub, “İstehsal tarixi” qrafasındakı ikinci “1” rəqəminin yerində əvvəlcə “7” rəqəmi olub, “İstismara verilmə tarixi” qrafasındakı və sənədin aşağı hissəsindəki tarix göstəricisindəki “02 02” rəqəmlərin yerində “30 01” rəqəmləri olub, sonradan üzərinə ağardıcı boya çəkilərək indiki yazılar icra edilmişdir. Təqdim edilmiş "xxxx" MMC-nin Nəzarət-kassa aparatlarının istismardan çıxarılma haqqında 004935 nömrəli aktının və həmin aktının nüsxəsinin “Zav. №”, “NKA quraşdıran obyektin adı”, “Ünvanı:”, “VÖEN”, “Fiziki şəxs”, “NKA-nın istismara verilmə tarixi”, “NKA-nın istismardan çıxma tarixə olan fiskal hesabatı” “NKA quraşdırılan obyektin nümayəndəsi” qrafalardakı ilkin yazılar mexaniki üsulla pozaraq indiki yazılar icra edilmişdir. Təqdim edilmiş "xxxx" MMC-nin Nəzarət-kassa aparatlarının istismara verilmə haqqında 006935 nömrəli aktının və həmin aktının nüsxəsinin “Zav. №” qrafasındakı “208981” rəqəmlərin yerində əvvəlcə “171179” rəqəmləri olub, “NKA quraşdıran obyektin adı” qrafasında əvvəlcə “Kafe” sözü olub, “Ünvanı:” qrafasında əvvəlcə “Bakı şəh, Binəqədi rayonu Sulutəpə qəs, ...Allahverdiyev” yazıları olub, “VÖEN” qrafasında əvvəlcə “003362292” rəqəmləri olub, “Fiziki şəxs” qrafasında əvvəlcə “X67” yazıları olub, “İstismara verilmə tarixi” qrafasında və sənədin aşağı hissəsindəki tarix göstəricisindəki “10 10” rəqəmlərin yerində əvvəlcə “25 06” rəqəmləri olub, “İstismara verilən tarixə olan fiskal hesabat” qrafasında əvvəlcə “0 sıfır” yazılar olub, “NKA quraşdırılan obyektin nümayəndəsi” qrafasında əvvəlcə “Süleymanov Vüqar" yazılar olub, “Ünvan telefonu” qrafasında əvvəlcə “Bakı Binəqədi Sulutəpə” yazıları olub, sonradan üzərinə ağardıcı boya çəkilərək indiki yazılar icra edilmişdir. Təqdim edilmiş "xxxx" MMC-nin Nəzarət-kassa aparatlarının istismara verilmə haqqında 011958 nömrəli aktının “Zav. №” qrafasındakı “147088” rəqəmlərin yerində əvvəlcə “210838” rəqəmləri olub, sonradan üzərinə ağardıcı boya çəkilərək indiki rəqəmlər icra edilmişdir. Təqdim edilmiş “Billur” və "xxxx" MMC-lərinin Nəzarət-kassa aparatlarının istismara verilmə və istismardan çıxarılma haqqında 007227, 004344, 006517, 007821, 007851, 005196, 004460, 006517, 004460, 008079, 008079, 008079, 008089, 008079, 007079, 004630, 004630, 004663, 010197, nömrə görünməyən, nömrə görünməyən, 007535, 004460, nömrə görünməyən, 007537, 004460, 004460, 007537, 005535, 005196, 007876, 010411,006640, 008142, 011766, 011766, 011798 nömrəli aktlarının surətlərində və 004344, 003526, 007227, 007227, 007227, 009803, 013334, 006756,007644, 004630,004630, 004630, nömrəsi oxunmayan, 05538, 005538, 005535, 014657, **********141600,**********945700, **********267500, 004630, 004630, 008079, 004460, 013355, 010414, 010411,008886, 007856, 007537, 007500, 007535, **********306100, nömrəsi oxunmayan **********705200, 004460, 004460, 008089, 008079, 005819 nömrəli aktların sürətlərində aşkar görünən düzəlişlərin izləri müəyyən edilmədi. İşdə olan məhkəmə-xətşünaslıq ekspertizasının 4/1180 saylı 5 mart 2021-ci il tarixli rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, 009629 nömrəli 01 yanvar 2014-cü il tarixli Nəzarət - kassa aparatlarının istismara verilmə aktındakı əlyazmalar və “Vəsiqə №” hissəsində “imza” qrafasındakı imza, 004935 nömrəli 01 may 2014-cü il tarixli Nəzarət kassa aparatlarının istismara verilmə aktındakı əlyazmalar, “Vəsiqə №” hissəsində “imza” qrafasındakı imza və “İsmayılov Şirin” yazılarının aşağı tərəfində yerləşən “imza” qrafasındakı imza- Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 011958 nömrəli oktyabr 2014-cü il tarixli Nəzarət - kassa aparatlarının istismara verilmə aktındakı əlyazmalar, “Vəsiqə №” hissəsində “imza” qrafasındakı imza və “Axundov S” yazılarından aşağıda yerləşən “İmza” qrafasındakı imza; 006935 nömrəli 23 aprel 2014-cü il tarixli Nəzarət - kassa aparatlarının istismara verilmə aktındakı əlyazmalar, “Vəsiqə №” hissəsində “İmza” qrafasındakı imza və “Yasamal ray” yazılarından aşağıda yerləşən “İmza” qrafasındakı imza; 009629 nömrəli Nəzarət - kassa aparatlarının istismara verilmə aktında “Mahmudov Taleh” yazılarından aşağıda yerləşən “İmza” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə — min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 178.2, 178.2.4-cü maddəsinin məzmununa görə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı, 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə kollegiyası qeyd edir ki, dələduzluq cinayət əməlinin tərkibində əmlakın suiistifadə etmə və ya aldatma yolu ilə ələ keçirilməsi və ya əmlak hüquqlarının əldə edilməsi ya aldatma ilə yaxud da etibardan sui-istifadə etmək ilə realizə edilir. Törədilmiş əməl o halda CMnin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Bu səbəbdən əmlakı sahibliyinə keçirərkən (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) şəxsdə bu cür (aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə) niyyətinin olmaması, sonrakı dövrdə əmlak, əmlakın əvəzi maliyyə çətinlikləri, iflasa uğrama kimi səbəblərlə əlaqədar mülkiyyətçiyə qaytarılmadıqda və yaxud şəxs əldə etdiyi əmlakın müqabilində üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmədikdə, onun belə hərəkət etməsi Azərbaycan Respublikası CM-in 178-ci maddəsinin dispozisiyası nöqteyinəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin subyektindən dələduza çevirmir. Hətta, zərərçəkmiş şəxsin maddi zərər görməsi təqsirkarın kriminal xarakterli niyyət və məqsədləri ilə bağlı olduqda belə, müstəsna olaraq bundan çıxış etməklə Azərbaycan Respublikası CM-in 178-ci maddəsinin tərkibinin mövcudluğu barədə mühakimə yürütmək düzgün deyil. Çünki, talama cinayətlərini xarakterizə edən ümumi əlamətlərdən və Azərbaycan Respublikası CM-in 178-ci maddəsinin dispozisiyasından irəli gələn mənaya görə, söhbət özgə əmlakının ələ keçirilməsində ifadə olunmuş dələduzluq cinayəti üzrə ittihamdan gedirsə, təqsirkarın zərərçəkmiş şəxsin mövcud olan əmlakını ələ keçirməsi (mövcud əmlak kütləsindən hansısa hissəsini ayırıb özünün və yaxud üçüncü şəxsin nəfinə keçirməsi) tələb olunur. Belə (əmlakın ələ keçirilməsi ilə bağlı) dələduzluqda zərərçəkmiş şəxsin maddi zərər görməsi onun gözlənilən artımı, qazancı almamasında deyil, mövcud olan əmlak kütləsinin ələ keçirilmiş əmlak hesabına azalmasında, yəni malik olduğu əmlakdan məhrum edilməsində ifadə olunmalıdır. İş üzrə zərərçəkmiş hüquqi şəxs olan «X78» MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyədək və məhkəmə istintaqı zamanı verdiyi ifadələrin məzmununa görə, ittihamda həmin MMC-ə qarşı törədilən dələduzluq cinayətləri kimi bütün epizodlarda «nəzarət kassa aparatlarının istismara verilməsi» və «nəzarət kassa aparatlarının istismardan çıxarılması»na dair aktların saxtalaşdırılmasına görə, habelə nəzarət kassa aparatlarına servis xidməti göstərilməyə görə vergi ödəyicilərinin ödədiyi ehtimal olunan pul vəsaitlərinin Təqsirləndirilən şəxs tərəfindən aldatma və etibardan sui-istifadə etməklə ələ keçirildiyini bildirmişdir. Başqa sözlə, «X78» MMC-nin ziyan çəkməsi Təqsirləndirilən şəxs, şirkəti əmlakından məhrum etməsində, yəni sonuncunun mövcud olan əmlak kütləsinin azalmasında deyil, gördüyü işlərin və göstərdiyi xidmətlərin müqabilində gözlədiyi pulu (mövcud əmlak kütləsinə artımı) almamasında ifadə olunmuşdur. Lakin təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ittiham aktının nəticə hissəsində adları sadalanan bir neçə şəxs istisna olmaqla digər nəzarət kassa aparatlarının istehlakçılarını, onlarla heç vaxt əlaqəsi olmadığından, ümumiyyətlə tanımadığını, habelə həmin şəxslərdən «nəzarət kassa aparatlarının istismara verilməsi» və «nəzarət kassa aparatlarının istismardan çıxarılması»na dair aktların tərtib edilməsinə görə, həmçinin servis xidmətinə görə onlardan hər hansı məbləğdə aylıq abunə haqqını almadığını bildirmişdir. Rəsmi qaydada əmək müqaviləsi ilə işlədiyi 01 aprel 2014-cü il tarixindən 01 dekabr 2015-ci il tarixinə kimi olan müddət ərzində isə o, yığdığı abunə pullarını «X78» MMCnin əməkdaşı Qənirə Məmmədovaya və digərlərinə istintaq orqanına və məhkəməyə təqdim etdiyi kitablarda imza etdirməklə təhvil vermişdir. Bundan başqa, 01 avqust 2019-cu il tarixinə qədər qüvvədə olmuş «Azərbaycan Respublikasının ərazisində nəzarət kassa aparatlarının tətbiq olunması haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 №-li qərarı ilə nəzərdə tutulmuş Əsasnamədə «nəzarət kassa aparatlarının istismara verilməsi» və «nəzarət kassa aparatlarının istismardan çıxarılması»na dair aktların tərtib edilməsinə görə nəzarət kassa aparatlarının (NKA) istehlakçıları tərəfindən hər hansı məbləğdə ödəniş edilməsi nəzərdə tutulmamışdı. Nəzarət kassa aparatlarına xidmət göstərməyə görə alınmış pullar dedikdə, yuxarıda adı çəkilən Qərara əsasən, nəzarət kassa aparatlarına servis xidməti göstərilməyə görə vergi ödəyiciləri tərəfindən ödənilən aylıq abunə haqqı nəzərdə tutulmuşdu və qeyd edilən servis xidməti, habelə ona görə ödəniləcək məbləğ tərəflər arasında bağlanmış müqavilə əsasında müəyyən edilməli idi. Nəzarət kassa aparatlarının istehlakçılara satılmasına baxmayaraq, həmin aparatların servis xidməti və ona görə alınacaq məbləğləri nəzərdə tutan müqavilələrin Təqsirləndirilən şəxs istinad edilən epizodlarda keçən şəxslərlə bağlandığına dair müqavilələrin olması nə ibtidai istintaqda, nə də məhkəmə icraatı zamanı müəyyən edilməmişdir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “Erkapiç Xorvatiyaya qarşı” (51198/08) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 25.04.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalətli məhkəmə araşdırılması anlayışı tələb edir ki, ibtidai araşdırmada verilmiş ifadə protokolundan daha çox məhkəmədə verilmiş ifadələrə üstünlük verilsin, ona görə ki, birinci əsasən cinayət təqibi orqanının öz işini formalaşdırmaq üçün topladığı məlumat prosesidir. Məhkəmə ibtidai istintaq mərhələsinin vacibliyini qeyd edərək bildirir ki, həmin mərhələdə əldə olunmuş sübutlar irəli sürülmüş ittiham üzrə həyata keçiriləcək məhkəmə prosesinin çərçivəsini müəyyən edirlər (bax: “Çan Avstriyaya qarşı” (Can v. Austria, no. 9300/81, Commission’s report of 12 July 1984, § 50,Series A no. 96). Eyni zamanda təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xüsusi ilə kövrək vəziyyətdə olur. Həmin şəxslərin vəziyyəti cinayət prosesini xüsusən sübutların əldə edilməsini və istifadə olunmasını tənzim edən qanunvericiliyinin çətinliyi ilə əlaqədar daha da kövrəlir. Bir çox işlərdə təqsirləndirilən şəxslərin kövrək vəziyyəti hüquqi yardımın alınması ilə yaxşılaşa bilər və bununla müdafiəçinin vəzifəsi, o cümlədən təqsirləndirilən şəxsə özünə qarşı ifadə verməmək üçün dəstək göstərilməsindən ibarətdir. Həmin hüquqa əsasən cinayət işində ittiham tərəfi təqsirləndirilən şəxsə qarşı mövqeyini sübut etmək üçün sonuncunun iradəsinə zidd olaraq məcburiyyət və ya təzyiq vasitəsilə əldə edilmiş sübutlardan istifadə etməməlidir (bax: “Yallo Almaniyaya qarşı” (Jalloh v. Germany [GC], no. 54810/00, § 100, ECHR 2006-...) və “Kolu Türkiyəyə qarşı” (Kolu v. Turkey, no. 35811/97, § 51, 2 August 2005). Məhkəmə kollegiyası qeyd edilənlər üzrə dəyərləndirmə apararaq qeyd edir ki, servis xidmətinə görə ödənilən pul məbləğlərinin servis xidməti göstərən şəxs, yəni konkret Təqsirləndirilən şəxs tərəfindən istehlakçıdan qəbul edilib sonradan «X78» MMC-yə ödənilməli olduğunu təsdiq edən heç bir sənəd (qəbz, çek, qaimə-faktura və sairə) və ya digər sübut nə ibtidai istintaq orqanına, nə də məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə “X78” MMC və ya "xxxx" MMC-nin xidmət göstərdiyi nəzarət kassa aparatlarının istehlakçılarının hər hansı birindən “nəzarət kassa aparatlarının istismara verilməsi” və “nəzarət kassa aparatlarının istismardan çıxarılması”na dair aktların tərtib edilməsinə, həmçinin onlardan servisə görə xidmət haqqının alınaraq müvafiq MMC-nin hesabına ödənilməməsi barədə hər hansı bir şikayət belə daxil olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş çoxsaylı şəxslər isə aldıqları kassa aparatlarının qeydiyyata düşməsi və qeydiyyatdan çıxarılması üçün tərtib edilmiş aktlara görə, habelə aylıq texniki servis xidməti üçün Təqsirləndirilən şəxsna hər hansı məbləğdə pul vermədiklərini göstərmişlər. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun 17.03.2011-ci il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası qeyd edilənlər üzrə dəyərləndirmə apararaq təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş dələduzluq ittiham üzrə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən hər hansı pul məbləğinin alınmasına dair iş materiallarında heç bir sübut olmadığından, zərərçəkmiş hüquqi şəxsin əmlakının iradəsinə zidd ələ keçirilməsi əsaslı şübhə yaratmayan mötəbər sübutlarla təsdiq edilmədiyindən, həmin hissədə birinci instansiya məhkəməsi haqlı olaraq təqsirləndirilən şəxs bəraət verilməli olması qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxsna qarşı irəli sürülmüş nəzarət kassa aparatlarının qeydiyyata salınması və qeydiyyatdan çıxarılması barədə aktları saxtalaşdırmasına dair ittiham üzrə yalnız 007852, 007231, 007851, 007079, 008089, 009629 və 004935 nömrəli nəzarət kassa aparatlarının qeydiyyata salınması və qeydiyyatdan çıxarılması barədə aktları saxtalaşdırmasında təqsiri əsaslı şübhə yaratmayan mötəbər sübutlarla təsdiq edildiyindən, birinci instansiya məhkəməsi həmin ittiham üzrə ədalətli məhkəmə araşdırılmasının nəticəsi kimi qanuni və əsaslı nəticəyə gəlsə də, vəzifə saxtakarlığına dair verilmiş ittiham üzrə bəraət verilməli olması barədə düzgün olmayan nəticəyə gəlmişdir. İşdən göründüyü kimi X77 01 aprel 2014-cü ildə "xxxx" MMC-nin Bakı nümayəndəsinin rəhbəri təyin edilmiş, 01.12.2015-ci il tarixli 5 saylı əmr ilə isə X77 - mütəxəssis özünün əmək funksiyasının, müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə 01.12.2015-ci il tarixindən işdən azad edilmişdir. Onun tərəfindən saxtalaşdırılması ekspert rəyi ilə təsdiq edilən aktlardan məhz onun həmin vəzifəni icra etdiyi müddət daxilində olan tarixi özündə ehtiva edən aktlar da müəyyən edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyrikommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin məzmununa görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 39-cu maddəsində cinayət təqibini istisna edən hallar göstərilmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi cinayət təqibini istisna edən hal kimi müəyyən edilmişdir. Həmin məcəllənin 44-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi müəyyən edildikdə şəxs təqsirli bilinməklə cəza təyin edilməməklə ittiham hökmü çıxarılır.. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməməlidir. Beləliklə məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya protesti və şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-8/2021 saylı, 07 iyun 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə bəraət verilməsi hissəsində ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə yəni Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsində göstərilən əsasla ona cəza təyin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 44, 344-349, 351, 353, 394, 397, 398, 399, 401, 407, 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, HÖKM ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-8/2021 saylı, 07 iyun 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə bəraət verilməsi hissəsində ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə yəni Azərbaycan Respublikası CPM-nin 39.1.3 və 44.2.1-ci maddəsində göstərilən əsasla ona cəza təyin edilməsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya protesti və şikayəti qismən təmin edilsin. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(105)-522/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Hökm — İş №1(105)-522/2021
24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver