Məhkəmə qərarları › İş №1(105)-542/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-542/2022

08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-542/2022 08.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cəfərov Vidadi Cəfər oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X2, məhkum olunmuş Təqsirləndirilən şəxs iştirakları ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(012)-68/2020 saylı qərarından Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 nümayəndəsi Təqsirləndirilən şəxs tərəfindən verilmiş şkayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(012)-68/2020 saylı qərarına əsasən (hakim Ş.H.Nəcəfova) Təqsirləndirilən şəxs mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,03 ha torpaq sahəsi, ünvan 1i ünvanında yerləşən 1,84 ha 2 nəfər ümumi birgə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ünvan 1i ünvanında yerləşən 0,012 ha sənaye, nəqliyyat və digər həyətyanı torpaq sahəsi, ünvan 1i ünvanında yerləşən 0,64 ha həyətyanı torpaq sahəsi, ünvan 1i ünvanında yerləşən 1,8416 ha həyətyanı torpaq sahəsi üzərində həbs qoyulmuşdur. Həmin qərardan Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 nümayəndəsi Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və şikayətdə həbs qərarının ləğv edilməsini, onların mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0,03 ha torpaq sahəsi, ünvan 2i ünvanında yerləşən 1,84 ha 2 nəfər ümumi birgə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ünvan 3i ünvanında yerləşən 1,8416 ha torpaq sahələri üzərinə qoyulmuş həbsin götürülməsi, ünvan 2i ünvanında yerləşən 0,012 ha sənayə nəqliyyat və digər həyətyanı torpaq sahəsi və Belyəqan rayonu, Aşağı Çəmənli kəndi ünvanında yerləşən 0,64 ha həyətyqanı torpaq sahəsinin yarı hissəsinə (ona aid olan hissəsinə) həbsin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, eyni zamanda Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 nümayəndəsi Təqsirləndirilən şəxs vəsatət verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(012)-68/2020 saylı qərarından şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(012)-68/2020 saylı qərarına əsasən (hakim V.İ.Həsənov) vəsatət təmin edilərək Abşeron Rayon Məhkəməsinin 1(012)- 68/2020 saylı 12 iyun 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 nümayəndəsi Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi müddəti bərpa edilməklə şikayətin işlə birlikdə apellyasiya qaydasında baxılmasından ötrü Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(012)-68/2020 saylı qərarından Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, eləcə də sonuncuların nümayəndəsi Təqsirləndirilən şəxs tərəfindən verilmiş şikayət hazırkı icraat qaydasında baxıla bilməz. Belə ki, mübahisələndirilən Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(012)-68/2020 saylı qərarı Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 və X3 iddianın təmin edilməsi barədə vəsatətləri təmin edilərək Təqsirləndirilən şəxs mülkiyyətində olan əmlaklar üzərinə həbs qoyulmuşdur. Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(012)-68/2020 saylı hökmünə əsasən iş üzrə zərərçəkmişlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Əbil oğlunun, X4 və X3 cavabdeh Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iddiaları qismən təmin edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(012)-68/2020 saylı hökmündən təqsirləndirilən şəxs və zərərşəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Əbil oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(105)-53/2021-ci il tarixli qərarla dəyişdirilmədən saxlanılmış, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə razılaşmayan məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilməyərək Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(105)-53/2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum olunmuş Təqsirləndirilən şəxs barəsindəki cinayət işinə məhkəmə instansiyalarında baxılarkən həmin cinayət işi üzrə mülki iddialara dair qəbul edilmiş əmlak üzərinə həbs qoyma barədə məhkəmə qərarı mübahisələndirilmədiyindən hazırda həmin qərardan verilmiş şikayətə cinayət mühakimə icraatı qaydasında cinayət işinin davamı kimi baxıla bilməz. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 253-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 254-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət işi üzrə məhkəməyədək icraat zamanı mülki iddiadan imtina edildikdə və ya cinayət təqibi üzrə icraata xitam verildikdə əmlak üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs müstəntiqin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmış qərarına əsasən ləğv edilir. Məhkəmə icraatı zamanı və bu maddədə göstərilməyən digər hallarda əmlak üzərinə qoyulmuş həbs yalnız məhkəmənin qərarı əsasında ləğv edilə bilər. Məhkəmə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz səlahiyyətləri daxilində cinayət təqibi orqanı tərəfindən qanunsuz üzərinə həbs qoyulmuş əmlakı həbsdən azad edir. Göründüyü kimi qanunvericilik təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslərə cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququnu verir, lakin bu qəbildən olan müraciətlərə CPM-nin məhkəmə nəzarətinin həyata keçirilməsi fəslinə aid xüsusi icraat qaydasında, yəni hökmlərin icrası qaydasında baxılmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 nümayəndəsi Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlərin təmin edilməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(012)-68/2020 saylı qərarı ləğv edilməli, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 hazırkı müraciətlərilə bağlı hökmün icrası qaydasında baxılması üçün rayon məhkəməsinə müraciət etmələri izah edilməlidir. Yuxarıda göstrəilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 253, 454-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARAALDİ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(012)-68/2020 saylı qərarı ləğv edilsin. Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 nümayəndəsi Təqsirləndirilən şəxs tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(012)-68/2020 saylı qərarından şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatət üzrə icraata xitam verilsin. Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 izah edilsin ki, hazırkı müraciətlərilə hökmün icrası qaydasında baxılması üçün Abşeron Rayon Məhkəməsinə müraciət edə bilərlər. Qərardan kassasiya şikayəti və kassasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar