Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-562/2021 10.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının hakimləri: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), hakimlər Cəfərov Vidadi Cəfər oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Kərimova Səbinə İntizam qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X2 və məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 229.1 və 134-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-31/2014 saylı 28 yanvar 2014-cü il tarixli hökmündən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə məhkumun vəsatətinin təmin edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-31/2014 saylı 11 fevral 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-31/2014 saylı 28 yanvar 2014-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 229.1 və 134-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 120.2.2, 120.2.4cü maddəsi ilə 14 (on dörd) il müddətə, CM-nin 229.1-ci maddəsi ilə 3 (üç) il müddətə, CM-nin 134-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla məhkumun üzərində qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinə vəsatət ilə müraciət edərək həmin hökmdən apellyasiya şikayəti verilməsi müddətinin üzürlü səbəbdən buraxılmasını göstərməklə müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-31/2014 saylı 11 fevral 2021-ci il tarixli qərarı ilə məhkumun Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2014-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair vəsatəti təmin edilməmişdir (Hakim Ə.M.Abasov). Həmin qərardan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və buraxılmış müddətinin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. O, apellyasiya şikayətində göstərmişdir ki, apellyasiya şikayəti vermək üçün müəyyən olunmuş prosessual müddəti üzrlü səbəbdən ötürmüşdür. Belə ki, apellyasiya şikayəti aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdr. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair məhkumun, apelyasiya şikayətinin rədd edilib qərarın dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının təklifini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsində Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, hökmdən vaxtında şikayət verməməsinin səbəbi xəstəliyi ilə bağlı olmuşdur, belə ki, o bir müddət müalicə müəssiəsində olmuş, sonra isə müxtəlif səbəblərdən şikayət verə bilməmişdir. Odur ki, nəzərə almağı məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsinə əsasən apelyasiya şikayəti və ya apelyasiya protesti apelyasiya şikayəti və ya apelyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müddətində verilir. Belə ki, cinayət işinin materiallarında olan qəbzdən (i.v. 414) görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2014-cü il tarixli hökmün surətini 05 fevral 2014-cü il tarixdə almışdır. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, qeyd edilən hökmdən narazı qalan Təqsirləndirilən şəxs 03.02.2014-cü il tarixdə apellyasiya şikayəti vermiş, 18.02.2014-cü il tarixdə isə şikayətini geri götürmüşdür. Məhkəmə prosesləri məhkum Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmiş, məhkəmə proseslərində məhkumun hüquqlarının müdafiəsi üçün vəkillə təmsil olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi vəsatətdə göstərilən səbəbləri və halları hökmdən apellyasiya şikayəti vermək üçün buraxılmış 7 ildən artıq müddəti üzrlü hesab etməmiş, haqlı və düzgün olaraq, məhkumun vəsatətini təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 229.1 və 134-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-31/2014 saylı 28 yanvar 2014-cü il tarixli hökmündən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə məhkumun vəsatətinin təmin edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-31/2014 saylı 11 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 384, 385 və 386-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 229.1 və 134-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-31/2014 saylı 28 yanvar 2014-cü il tarixli hökmündən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə məhkumun vəsatətinin təmin edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-31/2014 saylı 11 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməsin. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-410-cu maddələrində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №1(105)-562/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-562/2021
10.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver