Məhkəmə qərarları › İş №1(105)-596/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-596/2021

01.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-596/2021 01.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Quliyev Elsevər Boris oğlunun katibliyi, dövlət ittihamçısı X1 və məhkum Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 917/2017 saylı, 10 iyun 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə ilkin məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-917/2017 saylı, 01 avqust 2017-ci il tarixli hökmü (hakimlər N.Kərimov (sədrlik edən), R.Allahverdiyeva və T.Nəsrullayeva) ilə xx xxxxxx 1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Abşeron Rayon Məhkəməsinin 19 iyul 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə hər ay qazancının 20 % məbləğində pul dövlət nəfinə tutlmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 5 (beş ) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəlinin 09 mart 2017-ci il tarixdən hesab edilməsi, cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Məhkum Təqsirləndirilən şəxs hökmdən 16.04.2021-ci il tarixdə apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatət verərək, apelyasiya şikayəti vermək üçün müddətin bərpa edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hüququnu bilməməkdən apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-917/2017 saylı, 10 iyun 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 01 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 01 avqust 2017-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunması barədə vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun hüquqi savadı olmamışdır. Çox təəssüflər olsun ki Bakı Ağır Cinayətlər Məhkəməsi ərizəsini nəzərə almamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və cinayət prosesi iştirakçılarının apelyasiya şikayətlərinin dəlilləri ilə bağlı fikirlərini dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsi barədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1.7-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarıldıqda 20 (iyirmi) gün müddətində verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, buraxılmış müddətin bərpa edilməsi üçün əsas, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin buraxılmasının üzrlü səbəblərə əlaqədar olmasıdır. Bunun üçün prosessual müddətin bərpa edilməsini xahiş edən şəxs, həmin müddətin onun iradəsindən asılı olmadan buraxılmasını sübut etməlidir. Məhkum tərəfindən mübahisələndirilən hökm 08.08.2017-ci il tarixdə qəbzə imza edilməklə əldə edilmişdir. Məhkum hüquqi savadının olmadığına görə apellyasiya şikayəti vermə müddətinin ötürüldüyünü mübahisələndirsə də, hökmün hökm etdi (nəticə) hissəsində Təqsirləndirilən şəxs ökmün surətinin aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti vermək hüququ aydın və anlaşılan formada izah edilmişdir. Məhkumun qanunu bilməməsi onu məsuliyyətdən azad etmir. Bundan əlavə, hökmün aldığı vaxtdan üç ildən artıq müddətdə nəyə əsasən cəza çəkməsini bilməməsi məntiqsizdir və bunu həmin müddət ərzində mübahisələndirməyərək susması inandırıcı olmamaqla, onun prosessual müddətin bərpa edilməsi üçün göstərmiş olduğu əsaslar formal mülahizə kimi dəyərləndirilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin buraxılması üzurlü vəsatətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq buraxılmış müddətin bərpa etmemisdir. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-917/2017 saylı, 10 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci intansiya məhkəməsinin hökm və ya qərarı yalnız həmin Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin təmin edilmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 384, 386, 391 və 410cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-917/2017 saylı, 10 iyun 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edlməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-917/2017 saylı, 10 iyun 2021-ci il tarixli qərarı apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan Azərbaycan Respublikası CPM-nin 410.1.1-ci maddəsinə əsasən 1 (bir) ay müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar