Məhkəmə qərarları › İş №1(105)-6/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-6/2021

24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-6/2021 24.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim: Rzayev Məhəmmədəli Əsəd oğlu (sədrlik edən və məruzəçi), Hakimlər: Rəhimov Elman Gülbaba oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X87 qızının katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4, 177.2.3, 177.2.4, 221.2.1, 221.3, 317-2.1-ci maddələri, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4, 221.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,120.2.4, 29,120.2.7, 221.3 və 228.1-ci maddələri ilə təqsirli bilinib, məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2014-cü il tarixli, 1(101)96/2014 saylı hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4, Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri və birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş prokuror X36 tərəfindən verilmiş apelyasiya protestinə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2014-cü il tarixli, 1(101)96/2014 saylı (sədrlik edən hakim N.A.Kərimov, hakimlər R.A.Allahverdiyeva və T.X.Nəsrullayeva) hökmü ilə, xx xxxxxx 1983-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Şamaxı şəhəri, Xətai küçəsi, ev 5-də qeydiyyatda olan və yaşayan, barəsində həb qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4, 177.2.3, 177.2.4, 221.2.1, 221.3 və 317-2.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 29,120.2.1 və 29,120.2.4-cü maddələri ilə 11 il 3 ay müddətinə, CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə 3 il 6 ay müddətinə, CM-nin 221.2.1-ci maddəsi ilə 3 il müddətinə, CM-nin 221.3-cü maddəsi ilə 5 il müddətinə, CM-nin 317-2.1-ci maddəsi ilə 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cəzaları qismən toplamaq yolu ilə ona 12 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs3 Şamaxı rayon məhkəməsinin 15 fevral 2012-ci il tarixli hökmü ilə təyin olunmuş şərti məhkum etmə ləğv edilmiş və həmin hökmlə təyin olunmuş 3 il azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən birləşdirilmək yolu ilə ona qəti olaraq 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx xxxx 1989-cu ildə Rusiya Federasiyasının Saxalin vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şamaxı şəhəri, Ə.Qarayev küçəsi, ev 38-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 29,120.2.1 və 29,120.2.4-cü maddələri ilə 8 il 5 ay 7 gün müddətinə, CM-nin 221.3-cü maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 9 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,120.2.4, 29,120.2.7, 221.3 və 228.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə 11 il 3 ay müddətinə, CM-nin 221.3-cü maddəsi ilə 4 il müddətinə, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 12 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2014-cü il tarixli, 1(101)96/2014 saylı hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4, Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri və birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş prokuror X36 tərəfindən apelyasiya protesti verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli, 1(105)40/2015 saylı qərarı ilə dövlət ittihamçısının apelyasiya protestinə Təqsirləndirilən şəxs2 aid olan hissədə baxılmasına xitam verilmiş, Təqsirləndirilən şəxs2 ölümü ilə əlaqədar onun barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli, 1(105)40/2015 saylı hökmü ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29, 120.2.4, 177.2.3, 177.2.4, 221.2.1, 221.3 və 317-2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2014-cü il tarixli hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 221.2.1-ci maddələri ilə bəraət verilmiş, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4-cü maddələrindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmiş və həmin maddə ilə ona 4 il müddətinə, CM-nin 221.3-cü maddəsi ilə 4 il müddətinə, CM-nin 317-2.1-ci maddəsi ilə 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəzaları qismən toplamaq yolu ilə ona qəti 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Şamaxı rayon məhkəməsinin 15 fevral 2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin olunmuş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Sumqayıt Apelyasiya Məhkəməsinin hökmü ilə ona təyin edilmiş cəza ilə qismən birləşdirilmək yolu ilə ona qəti olaraq 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,120.2.1 və 29,120.2.4-cü maddələri ilə bəraət verilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli, 1(102)01/2017 saylı qərarı ilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində olan Sumqayıt Apelyasiya Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli, 1(105)40/2015 saylı hökmü ləğv edilmiş və iş yeni apelyasiya baxışına təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli, 1(105)15/2018 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4, Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş prokuror X36 tərəfindən verilmiş apelyasiya apelyasiya protesti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4, 177.2.3, 177.2.4, 221.2.1, 221.3 və 317-2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4 və 221.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2014-cü il tarixli, 1(101)96/2014 saylı hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4-cü maddələrindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilərək, hökmlə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası endirilmiş, hazırkı qərarla Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmiş əməli nəzərə alınmaqla Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökmlə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs3 ittihamından Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi xaric edilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, müddətin keçməsi ilə əlaqədar Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə cəza təyin edilməmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs3 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs3 Şamaxı rayon məhkəməsinin 15 fevral 2012-ci il tarixli hökmü ilə təyin olunmuş 03 il azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hazırkı qərarla ona təyin edilmiş cəzaya qismən birləşdirilərək, Təqsirləndirilən şəxs3 qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4-cü maddələrindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmiş, hökmlə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası endirilmiş, həmin epizod və hazırkı qərarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmiş, təkrar epizod üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs1 05 dekabr 2012-ci ildən 25 fevral 2016-cı ilədək həbsdə saxlanıldığı və azadlıqdan məhrum etmə cəzasını çəkdiyi müddət ona təyin edilmiş cəzaya hesablanaraq, Təqsirləndirilən şəxs1 cəzasını çəkmiş hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 1(102)9852/2018 saylı qərarı ilə məhkumlar Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barələrində Sumqayıt Apellyasiya Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli, 1(105)15/2018 saylı qərarı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2014-cü il tarixli hökmü ilə CM-nin 29, 120.2.1, 29, 120.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair (Təqsirləndirilən şəxs2 öldürülməsinə cəhd edilməsi epizodu) hissədə ləğv edilərək, cinayət işi baxılması üçün yeni apelyasiya baxışına təyin edilmişdir Azərbaycan Respublikası Ali Məhkəməsi 03 oktyabr 2018-ci il tarixli, 1(102)952/2018 saylı qərarını onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi məhkumun əməlini Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinə tövsif edərkən sübutların məcmusuna düzgün qiymət verməmiş, kifayət qədər araşdırma aparmamış, gəldiyi nəticəni əsaslandırmamışdır. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 öldürülməsinə cəhd edilməsi ilə bağlı verilmiş ittihamın sübutların təhlili üçün və işin hallarını obyektiv əks etdirən ifadələr apellyasiya instansiyası məhkəməsi tərəfindən ümumiyyətlə müzakirə edilməmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən 09 avqust 2011-ci il tarixdə Təqsirləndirilən şəxs3 tərəfindən Təqsirləndirilən şəxs2 ilə yaxın dost münasibətlərində olan Famil Hümbətova məxsus «Santa Fe» markalı avtomaşının zor tətbiq etməklə əlindən alınması və qaçırılması ilə əlaqədar sonuncunun xahişi ilə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3la görüşüb avtomaşının geri qaytarılmasına nail olsa da, həm danışıqlar və avtomaşının qaçırılması zamanı, həm də sonradan Təqsirləndirilən şəxs3 hərəkətləri və danışıqlarından narazı qaldığından Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 «cəzalandırmaq» barədə başqa şəxsin xahişi ilə 11 avqust 2011-ci il tarixdə saat 18-00 radələrində Şamaxı rayonu, Pirqulu yolunda yerləşən «Məlhəm» restoranının yaxınlığına Təqsirləndirilən şəxs3 çağıraraq həmin görüşə digər şəxslərlə birlikdə getmişdir. Təqsirləndirilən şəxs3 isə yaxın münasibətlərdə olduğu bir neçə şəxslə oraya gəlmişdir. Görüş zamanı Təqsirləndirilən şəxs2 qeyriləri ilə əlbir olub bir qrup şəxs halında Təqsirləndirilən şəxs3la gəlmiş şəxslərin gözləri qarşısında həmin şəxslərin müdaxilə etmələrinə hər hansı yolla imkan verməyərək sonuncuya qarşı kəsici kənarı olan silah və ya silah qismində kəsici kənarı olan və küt əşyalardan istifadə etməklə xuliqanlıq hərəkətləri edərək yüngül və az ağır bədən bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs3 18 avqust 2012-ci il tarixdə başqa şəxslə bir qrup şəxs halında Şamaxı rayonunun Göylər kəndinə gedən yolda «Azpetrol» yanacaq doldurma məntəqəsinin yanında, ictimai yerdə davranış və ümumi qaydaları kobud surətdə pozaraq, ətrafda olan şəxslərin gözü qarşısında cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə Zərərçəkmiş şəxs1 hücum edib zərərçəkmiş şəxsə zor tətbiq edərək ona yumruq və təpiklə zərbələr vurub sonuncuya bədən xəsarətləri yetirmişlər. Təqsirləndirilən şəxs3 26 sentyabr 2012-ci il tarixdə yaxın münasibətdə olduğu Zərərçəkmiş şəxs3 Növcuvan qızının yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində yalnız bacısı X15 olduğu vaxtda həmin evə gecə saatlarında qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs3 müvəqqəti istifadəsində olan 973,4 manat dəyərində «Toshiba» markalı kompyuteri və sonuncuya məxsus 230 manat dəyərində «Nokia C-3» markalı mobil telefon aparatını oğurlayıb 1.203,4 manat məbləğində, yəni xeyli miqdarda özgə əmlakını gizli yolla talamışdır. Təqsirləndirilən şəxs3 31 oktyabr 2012-ci il tarixdə, saat 14-00 radələrində Təqsirləndirilən şəxs1 və başqaları ilə birlikdə Şamaxı şəhərində yerləşən «Turist» restoranında olarkən, Zərərçəkmiş şəxs3 Növcuvan qızının yaşadığı evdən oğurladığı, X9 adına sənədləşdirilmiş «Toshiba» markalı noutbuk kompyuteri geri almaq üçün ora gəlmiş Zərərçəkmiş şəxs2 qarşı xuliqanlıq niyyəti ilə nəlayiq söyüşlər ünvanlamış, daha sonra əvvəlcədən aralarında olan razılığa əsasən, bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 və qeyri şəxslərlə birlikdə ictimai yerdə davranış və ümumi qaydaları kobud surətdə pozaraq, restoranda olan şəxslərin gözü qarşısında cəmiyyətə açıqca hörmətsizlik göstərərək və zərərçəkmişə zor tətbiq edərək, süfrədə olan çay dəsti əşyaları ilə, Təqsirləndirilən şəxs3 isə özündə olan bıçaqla Zərərçəkmiş şəxs2 baş nahiyəsinə, daha sonra isə digər şəxslərlə birlikdə onun yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuşlar. Sonuncu onların əlindən qaçıb restoran binasının qarşısına getdikdə onu təqib edərək, Zərərçəkmiş şəxs2 qarın nahiyəsinə bıçaqla vurmağa cəhd etdikdə sonuncu bıçağın kəsici hissəsindən tutaraq buna imkan vermədiyindən ovuc nahiyəsinə kəsilmiş yaralar yetirilmiş, qrupun digər üzvləri üzərində mismar olan taxta ilə, yumruq və təpiklə Zərərçəkmiş şəxs2 bir neçə zərbələr vurmaqda davam etmişlər. Bunun nəticəsində də sonuncunun alın nahiyəsinə, başın tüklü hissəsinə 8 ədəd, sağ əlinin İ və İİ barmaqlarına 2 ədəd kəsici kənarı olan alətlə, bel, sağ baldır və sol bud nahiyələrinə 7 ədəd deşici alətlə yüngül bədən xəsarətləri hesab edilən yaralar yetirmişlər. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 ilə onun arasında yaranmış şəxsi ədavətlər zəminində 20 noyabr 2012-ci il tarixdə Təqsirləndirilən şəxs2 öldürmək niyyəti ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 12 mm çaplı qoşalülə ov tüfəngi ilə silahlanıb Təqsirləndirilən şəxs1 idarə etdiyi «VAZ-21154» markalı avtomaşınla onu axtarıb saat 17-00 radələrində Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində Şamaxı şəhər mərkəzində, «Mebel» mağazasının qarşısında, insanların olduğu yerdə Təqsirləndirilən şəxs2 «Lexus RX-350» markalı avtomaşını idarə edən zaman sonuncunu taparaq tüfəngdən Təqsirləndirilən şəxs2 olduğu avtomaşına 2 dəfə atəş açmışdır. Təqsirləndirilən şəxs2 da başqa mənbədən qanunsuz olaraq əldə edib, idarə etdiyi maşında saxlayıb özü ilə gəzdirdiyi odlu silah hesab olunan avtomat silahdan bir dəfə atəş açmış, sonra isə onları təqib edərək Şamaxı-Bakı magistral yolunda «Turist» restoranının yanında onlara bir neçə dəfə atəş açmışdır. X3 qolundan, Təqsirləndirilən şəxs1 kürək nahiyəsindən yaralanmış, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşın da yolun sol kənarına çıxıb ağaca dəymişdir. Təqsirləndirilən şəxs2 də idarə etdiyi avtomaşınla hadisə yerindən Şamaxı şəhəri istiqamətində getmişdir. Apelyasiya protesti və apelyasiya şikayətlərinin dəlilləri: Birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş prokuror X36 apelyasiya protesti verərək, məhkum Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tətbiqi ilə bağlı müddəaların hökmdən xaric olunmaqla, təqsirləndirildən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 təqsirli bilinən maddələrinin sanksiyasında nəzərdə tutulan və cinayətlərin məcmusu üzrə daha ağır azadlıqdan məhrum etmə cəzası təyin edilməklə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2014-cü il tarixli hökmünün dəyişdirilməsini xahiş etmişdir. Apelyasiya protesti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi əsassız olaraq Təqsirləndirilən şəxs1 könüllü gəlib təqsirini boynuna almasını və cinayətin açılmasında, onun cinayətin digər iştirakçılarının ifşa edilməsində fəal kömək etməsini cəzanı yüngülləşdirən hal qismində nəzərə almış və ona Azərbaycan Respublikası CM-nin 60-cı maddəsində müəyyən edilmiş qaydalar üzrə cəza təyin etmişdir.Təqsirləndirilən şəxs1 könüllü gəlib təqsirini boynuna alma halını təsdiq edən nə ərizə, nə protokol cinayət işinə əlavə edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, cinayəti 20 noyabr 2012-ci il tarixdə törətdikdən sonra Təqsirləndirilən şəxs1 gizlənmiş, hüquq-mühafizə orqanları tərəfindən axtarılmış və yalnız 05 dekabr 2012-ci il tarixdə istintaqa gələrək şahid qismində ifadə vermişdir. Apelyasiya protesti müəllifinin fikrincə işin bu halları Təqsirləndirilən şəxs1 könüllü gəlib təqsirini boynuna almasını istisna edir. Bundan başqa, apelyasiya protestində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini pozaraq təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların cinayəti odlu silahdan istifadə edərək törətməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə almamış, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunması və yenidən cinayət əməli törətməsi qeyd edilsə də onun əməlinin cinayətlərin residivinin yaranması və residivinin növü hökmdə göstərilməmişdir. Ağırlaşdırıcı halın mövcüd olduğu halda məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 oğluna Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən cəzanın təyin edilməsi əsassızdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 oğluna cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, cəzanı ağırlaşdıran halları nəzərə almamış, onların şəxsiyyətlərinə və törədilmiş cinayətlərin ağırlığına uyğun olmayan yüngül cəza təyin etmişdir. Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2 apelyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs3 oğlunun barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2014-cü il tarixli hökmünün ləğv edilib, Təqsirləndirilən şəxs3 oğluna Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4, 177.2.3, 177.2.4 və 221.2.1-ci maddələri ilə bəraət verilməsi, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə olan ittihamın CM-nin 221.1-ci maddəsinə tövsif edilməsi və Təqsirləndirilən şəxs3 oğluna Azərbaycan Respublikası CM-nin 221.1 və 317-2.1-ci maddələri ilə aşağı həddə cəza təyin edilməsi barədə yeni hökmün çıxarılmasını xahiş etmişdir. Müdafiəçi2 oğlu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs3 oğlunun barəsində olan ittiham hökmü qanunsuz və əsassızdır. Hökm məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün halların araşdırılmaması, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi ilə çıxarıldığı üçün ləğv edilməlidir. Məhkəmə cinayət işi üzrə toplanmış sübutları tam, hərətərəfli və obyektiv yoxlamadan, yalnız cinayət işi üzrə ibtidai istintaq zamanı işə əlavə edilmiş sübutlara əsaslanıb, qərəzli mövqe tutaraq təqsirlindirlən şəxs Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittihamda təqsirli olmasına dair nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxs3 oğlunun barəsində olan hökm məhkəmə iclasında tədqiq edilmiş sübutlara yox, ehtimallara əsaslanır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlar tərəfindən ittihamda göstərilən əməllərin törədilməməsi barədə ifadə vermişlər. Cinayət işi üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs3 oğlunun onlara qarşı cinayət törətməməsi barədə ifadə vermiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 isə ümumiyyətlə məhkəmə iclasında dindirilməmişdir. Şahid Ə.Ə.Babayeva da məhkəmə iclasında göstərmişdir ki, Təqsirləndirilən şəxs3 oğlu oğurluq cinayəti törətməmişdir. Lakin birinci instansiya məhkəməsi heç bir əsas olmalan həmin sübutları nəzərə almamışdır. Təqsirləndirilən şəxs1 oğlunun müdafiəçisi Müdafiəçi4 apelyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2014-cü il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Müdafiəçi4 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs1 ittihamı məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadədə göstərmişdir ki, o, heç bir cinayət törətməmişdir. Məhkəmə iclasında digər təqsirləndirilən şəxslər də Təqsirləndirilən şəxs1 ifadəsini təsdiq etmişlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ibtidai istintaq orqanının topladığı Təqsirləndirilən şəxs1 adam öldürməyə sui-qəsd epizodu üzrə ittihamını təsdiq edən sübutlar ziddiyyətli və həqiqətə uyğun gəlməyən sübutlardır. İstintaq orqanı Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşından guya atəş açdığı iddia edilən tüfəngi tapıb işə əlavə etməmişdir. Buna baxmayaraq məhkəmə qərəzli mövqe tutub ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs1 adam öldürməyə cəhd cinayətini törətməsinə dair əsasız qətnaətə gəlmişdir. Təqsirləndirilən şəxs1 xuliqanlıqla bağlı ittihamı üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 tanımır, Təqsirləndirilən şəxs1 tərəfindən ona heç bir xəsarət yetirilməmişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərlə yanaşı Zərərçəkmiş şəxs2 qarşı cinayətin digər şəxslər də tərəfindən törədilməsinə dair qənaətə gələrək həmin şəxslərin şəxsiyyətlərini müəyyən etməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaya görə hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərini və apellyasiya protestini müzakirə edərək, məhkum edilmiş şəxslərin və onların müdafiəçilərinin apellyasiya şikayətlərinin təmin edilməsi, apelyasiya protestinin təmin edilməyərək, hökmün dəyişdirilməsi barədə, dövlət ittihamçısının apellyasiya şikayətlərinin təmin edilməməsi, apellyasiya protestinin təmin edilməklə hökmün dəyişdirilməsi barədə çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, apellyasiya protesti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2014-cü il tarixli, 1(101)96/2014 saylı hökmü dəyişdirilməlidir. Birinci instansiya məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilib ifadələrində göstərmişdir ki, o, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır. Təqsirləndirilən şəxs1 ilə qonşudurlar, aralarında münasibətləri yaxşıdır. Təqsirləndirilən şəxs2 ilə heç bir düşmənçilikləri olmayıb. O, 20 noyabr 2012-ci il tarixdə Təqsirləndirilən şəxs1 avtomaşınından Təqsirləndirilən şəxs2 avtomaşınına heç bir atəş açmamış, həmin gün ümumiyyətlə, Təqsirləndirilən şəxs2 görməmiş və aralarında heç bir hadisə baş verməmişdir. O, Təqsirləndirilən şəxs1 «VAZ 21154» markalı avtomaşınına naməlum avtomaşından atəş açılmasını təsdiq edir, lakin həmin avtomaşının Təqsirləndirilən şəxs2 məxsus olub-olmadığı barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs2 avtomaşınında karteç qırıqları aşkar edilməsini isə Təqsirləndirilən şəxs2 və sonuncunun tanışlarının ona qarşı sübutlar toplanması məqsədi ilə özlərinin avtomaşınına atəş açmaları kimi qiymətləndirir. Zərərçəkmiş şəxs3 Növcuvan qızı ilə isə münasibətləri olub, lakin o, “Toshiba” markalı kompyuteri oğurlamayıb. Nuranənin mobil telefonunu dəyişib ona bahalı telefon alıblar. Bundan sonra bir nəfər yaxınlaşıb satılan telefonun onun adına kreditdə olmasını bildirmiş, o isə həmin şəxsə gedib şikayət etməyi təklif etmişdir. Həmin şəxslə aralarında baş vermiş mübahisə zamanı isə bıçaqdan istifadə olunmayıb. Sumqayıt Apellyasiya Məhkəməsinin əvvəlki məhkəmə icraatı zamanı məhkəmə iclasında Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, 20 noyabr 2012-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşını ilə Bakı şəhərinə getmək üçün Şamaxı şəhərinin avtovağzal tərəfindən dörd yol adlanan yerə tərəf gələrkən məscidin yanında görmüşdür ki, arxadan qara rəngli «Lexus RX 350» markalı avtomaşını idarə edən Təqsirləndirilən şəxs2 işıqları ilə onlara avtomaşını saxlamaq işarəsi edir. Lətiflə münasibətləri pis olduğundan Lətifin onunla dalaşmaq istədiyini bilib o, Təqsirləndirilən şəxs1 demişdir ki, maşını saxlamasın. Təqsirləndirilən şəxs1 surətini artırmış, lakin Lətif onlardan əl çəkməyərək onları təqib etmişdir. Lətifdən aralandıqdan sonra o, Təqsirləndirilən şəxs1 maşını evə sürməsini demişdir. Evdən ov tüfəngi götürüb yenidən Təqsirləndirilən şəxs1 avtomaşınına oturmuş və onu avtovağzala aparmasını xahiş etmişdir. Avtovagzal tərəfə Ş.Şirvani küçəsi ilə hərəkət edərkən mebel mağazasının qarşısında Lətifin «Lexus RX 350» markalı avtomaşınının paralel getdiyini görmüşdür. Arxadan avtomaşına yaxınlaşıb Lətifin avtomaşında tək olduğunu görmüş və Əzizə demişdir ki, arxadan Lətifin idarə etdiyi avtomaşına yaxınlaşsın. Lətif avtomaşını yavaş sürmüş və Təqsirləndirilən şəxs1 Lətifin avtomaşınını irəli buraxıb yavaşça onun arxasınca avtomaşını sürməyə başlamışdır. O, avtomaşının qabaq sərnişin oturacağından qabaq sol qapının pəncərəsinin şüşəsini aşağa salıb ov töfəngini çölə çıxardaraq 3-4 metr məsafədən Lətifin avtomaşınının arxa sağ stopfarasını nişana alıb iki atəş açmışdır. Atəş açdıqdan sonra o, Əzizə həmin yerdən tez uzaqlaşmağını demiş, Əziz də əl əyləncini çəkib avtomaşını yerində 180 dərəcə fırladıb sürət yığaraq həmin yerdən uzaqlaşmağa başlamışdır. Lakin Lətif də öz avtomaşınını geriyə döndərib onların dalınca sürmüş və onları təqib edərək özündə olan avtomat silahından onlara bir neçə dəfə atəş açmışdır. Onların avtomaşını sürüşüb yolun sol hissəsinə keçməklə tam yoldan çıxıb orada olan ağaça çırpılmışdır. Lətif artıq dayanmış vəziyyətdə olan onların avtomaşınına tək-tək bir neçə dəfə atəş açmış və güllələr sağdan avtomaşına dəyərək, biri Əzizə, biri isə onun sol qoluna dəymişdir. O, Lətifi öldürmək istəməmiş, onun avtomaşına atəş açmağının məqsədi Lətifi qorxutmaq olmuşdur ki, Lətif ondan əl çəksin. Məhz bu məqsədlə arxadan Lətifin avtomaşınının sağ stopfarasını nişana alıb atəş açmışdır. Lətifi öldürmək istəsəydi, həmin gün onun avtomaşınına arxadan yox, soldan yaxınlaşıb yaxın məsafədən Lətifin özünə atəş aça bilərdi. Ona qarşı irəli sürülən ittihamda göstərilən digər cinayətləri o, törətməmişdir. Birinci instansiya məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittihamda təqsirli bilməyib ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan Təqsirləndirilən şəxs3 bir Şamaxı sakini kimi, Təqsirləndirilən şəxs2 isə məhəllə uşağı kimi tanıyır. Onu nahaq yerə tutublar. O, etibarnamə əsasında idarə etdiyi X10 məxsus “VAZ- 21154” markalı, AZ **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi fəaliyyət göstərirdi. Hadisə baş verən gün Təqsirləndirilən şəxs3 onu maşınla aparmasını ondan xahiş etmişdi. O da Sadiqi maşınla apararkən, onun maşınına atəş açdılar. Həmin vaxt onun avtomaşınından atəş açılmayıb, eləcə də, onun avtomaşınına atəş açan şəxsin kim olmasını görməmişdir. O, “Turist” restoranında heç kimi döyməyib, eləcə də, Təqsirləndirilən şəxs3 kiminləsə kompyuterlə bağlı söhbət etməsi barədə məlumatı yoxdur. Sadiq ona hansısa cinayəti törətmək barədə heç bir təklif etməyib və onlar arasında hər hansı bir razılaşma olmayıb. Bundan əlavə, Təqsirləndirilən şəxs3lə Təqsirləndirilən şəxs2 münasibətləri hər zaman yaxşı olub. Avtomobilinə atəş açılan gün o, Təqsirləndirilən şəxs2 görmüşdü. Müstəntiq ibtidai istintaq zamanı ona Lətifi gördüyü yeri əli ilə göstərməsini təklif etdi. O isə Lətifi gördüyü yeri əli ilə göstərəndə fotoqraf onun şəklini çəkdi. Odur ki, cinayət işinin materiallarında olan həmin şəkillərdə o, hadisənin baş verdiyi yeri deyil, həmin gün Lətifi gördüyü yeri göstərmişdir. O, ibtidai istintaq zamanı ifadələrə oxumadan imza edib, onun ibtidai istintaq zamanı imza etdiyi və məhkəmədə elan olunmuş ifadələri müstəntiq tərəfindən qərəzli olaraq yazılmışdır. Bu səbəbdən də həmin ifadələri təsdiq etmir. Məhkəməyədək icraat zamanı verdiyi və birinci instansiya məhkəməsində tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, Təqsirləndirilən şəxs3 ilə olan dost münasibətlərinə görə Sadiqin yanında həmişə olan şəxsləri Elçini, «Mosu» ləqəbi ilə tanınan Dünyamalını, idmançı Elgünü, «Qarğa» ləqəbli Anarı yaxından tanıyır. 31 oktyabr 2012-ci il tarixdə gündüz vaxtı Təqsirləndirilən şəxs3 təklifi ilə sonuncu və göstərdiyi şəxslərlə birlikdə «Turist» restoranına idarə etdiyi avtomaşınla gələrək oturub çay içmişlər. Həmin gün restoranda bir neçə şəxs oturmuş, restoranın həyətində 5-6 avtomaşın dayanmış, qonşu çardaqlarda da oturanlar çox olmuşdur. Restoranda bir çardaqda o, Sadiq, Elgün, «Mosu», Elçin, «Qarğa» Anar və Natiq oturmuşlar. Çay içdikləri zaman həmin restorana kənar şəxslərin gələcəyini bilməmiş, Sadiq bu barədə heç bir söz deməmişdir. Sonra Sadiqin mobil telefon nömrəsinə tanımadığı şəxs zəng etdikdə Sadiq həmin şəxsi restorana dəvət etmişdir. Həmin şəxslə Təqsirləndirilən şəxs3 telefonla danışdığı vaxt ərzində, o, telefon danışıqlarının məzmunundan kompyuterin qaytarılması barədə söhbət olduğunu başa düşmüş, lakin konkret olaraq hansı kompyuterin qaytarılmasını başa düşməmişdir, çünki əvvəllər bu barədə heç bir məlumatı olmamışdır. Sadiq həmin şəxslə danışdıqdan sonra özünü çox aqressiv aparmış və o, kompyuterin qaytarılması ilə əlaqədar söhbətin sonuncunun xoşuna gəlmədiyini başa düşmüşdür. 15- 20 dəqiqədən sonra restoranın həyətinə «Mercedes» markalı avtomaşın daxil olmuş və oradan düşən iki nəfərdən- tanımadığı şəxslərdən biri oturduqları yerə tərəf hərəkət etməyə başlamış, digəri isə avtomaşını bağlamaq üçün maşının yanında qalmışdır. Onlara tərəf gələn şəxs yaxınlaşıb Sadiqin kim olduğunu soruşmuş, Sadiq həmin şəxsi qarşılamış və aralarında kompyuterlə bağlı söz-söhbət başlamışdır. Həmin söhbətə o, fikir verməmiş, lakin Sadiqin «kompyuter qaytarılmayacaq» sözlərini eşitmişdir. Həmin şəxslə Sadiq arasında olan söhbət təxminən 3-4 dəqiqə çəkmiş, Bakıdan gələn şəxs Sadiqdən birbaşa kompyuterin qaytarılmasını tələb etmişdir. Bu zaman Sadiq və yanında olan Elgün, «Mosu» Bakı şəhərindən gələn şəxsi döyməyə başlamışlar. O, görmüşdür ki, süfrədə olan qab-qaşığı istifadə etməklə yanında olan dostları tanımadığı şəxsə zərbələr yetirirlər. Həmin şəxs müqavimət göstərmiş, masada olan qənd qabını götürərək Sadiqin başına vurmuşdur. Bundan sonra Sadiq, o, və yanlarında olan dostları çox əsəbiləşmiş və hamısı birlikdə həmin şəxsi döyməkdə davam etmişlər. Həmin şəxs əllərindən qaçmaq istədiyi zaman uşaqlardan biri və Sadiq dalınca getmişlər. Həmin şəxsin döyülməsində o, da iştirak edərək bir-iki zərbə yetirmişdir. Döyülən şəxs yerdən taxta parçasını götürüb Sadiqi vurmaq istədiyi zaman dostlarından kimsə əlindən taxta parçasını alıb həmin taxta parçası ilə bir neçə dəfə həmin şəxsi vurmuşdur. Bakı şəhərindən gələn şəxsin tanışı, yəni «Mercedes» markalı avtomaşının sürücüsü öz tanışını müdafiə etməmiş, ümumiyyətlə, onlara yaxınlaşmamışdır. Hadisə təxminən 15-20 dəqiqə çəkmişdir. Bakı şəhərindən gəlmiş şəxslər qaçdıqdan sonra o, Sadiqi və dostlarını öz avtomaşını ilə evlərinə aparmış və oradan evinə getmişdir. Bir neçə gündən sonra o, Sadiqi Bakı şəhərinə aparmış və sonuncu orada döyülən şəxsin dostu Rza adlı şəxslə görüşüb xahiş etmişdir ki, şikayət etməsin. 20 noyabr 2012-ci il tarixdə saat 15 radələrində avtomaşını ilə evdən çıxaraq avtomaşın ustasının yanına getmiş, sonuncu ilə görüşüb bir-iki dəqiqə söhbət edib çıxdıqda Sadiqi avtomaşının yanında görmüşdür. Sadiq avtomaşınına oturmuş və o, hərəkətə başlamışdır. Avtovağzal tərəfindən dörd yol adlanan yerə tərəf gələrkən məscidin yanında görmüşdür ki, arxadan qara rəngli 56 -298 nömrəsi olan «Lexus RX 350» markalı avtomaşında yaxşı tanıdığı Lətif gəlir və işıqları ilə ona avtomaşını saxlamaq işarəsi edir. Sadiq də Lətifin onları saxlatdırmaq istədiyini görüb avtomaşını saxlamamağı demiş və o, aralanmaq üçün avtomaşını sürətləndirmişdir. Lətiflə Sadiq arasında münasibətlərin çox gərgin və bir ildən artıq düşmənçilik həddində olduğu ona əvvəldən məlum olmuşdur. Belə ki, bir il əvvəl o, Şamaxı şəhərində olmadığı vaxtlarda Lətiflə Sadiq dalaşmış və aralarında düşmənçilik yarandığından bir-birilərinə Şamaxıda gəzməyə imkan verməyəcəklərini, bir-birilərini şəhərdə gördükdə «atacaqları» ilə hədə-qorxu gəlmələrini eşitmişdir. Buna görə Sadiqin göstərişi ilə Lətifin işarəsinə avtomaşını saxlamayaraq Lətifdən aralanmış və Sadiqi evinə gətirdikdən sonra Sadiq gözləməyini tapşıraraq evə getmişdir. 1-2 dəqiqədən sonra Sadiq ov tüfəngi ilə evdən çıxıb avtomaşına oturduqda o, Sadiqin Lətiflə yolda görüşəcəyini başa düşərək heç bir şey soruşmamışdır. Sadiq avtovağzal tərəfə aparmasını dedikdə o, Lətifin orada olacağını başa düşmüş və birbaşa avtomaşını Ş.Şirvani küçəsi ilə avtovağzala tərəf sürüb dörd yol adlanan yerdən keçərək mebel mağazasının qarşısına çatdıqda X88 İdarəsi tərəfindən Şirvani küçəsinə birləşən yolla Lətifin «Lexus RX 350» markalı avtomaşınının paralel getdiyini görmüş, Lətif irəli keçdikdə Sadiq yaxınlaşmaq barədə göstəriş verdikdən sonra o, sonuncunun Lətifə atəş açacağını başa düşmüş, bu zaman Sadiq sağında əlinin altında saxladığı atəş üçün hazır vəziyyətdə olan tüfəngin lüləsini pəncərədən çıxararaq «Mebel» mağazasının qarşısında 1-2 metr məsafədən Lətifin avtomaşınına iki dəfə atəş açmış və güllələr avtomaşının arxa sağ «stopfara»sına və arxa şüşəsinə dəymişdir. Daha sonra Sadiqin atəş açdığını və atəşin Lətifin avtomaşınına dəydiyini gördüyündən, eləcə də, Lətifin həmişə avtomatla gəzdiyini bildiyindən, qaçmaq üçün əl əyləncini çəkib avtomaşını yerində 180 dərəcə fırladıb geriyə, «Azər» şadlıq sarayı tərəfə Lətif gəldiyi yolla magistral yola çıxıb qaçmaq üçün sürmüşdür. Lətif də öz avtomaşınını geriyə döndərib onlar getdiyi yolla qayıdaraq oradan avtomat silahından bir dəfə atəş açmış, lakin güllə onun avtomaşınına dəyməmişdir. O, magistral yola çıxaraq sürətlə Bakı istiqamətinə dönüb sürməyə başlamış, avtovağzalın dairəsini keçib «Turist» restoranına çatdıqda sol güzgüdən arxadan Lətifin «Lexus» avtomaşını ilə onlara çatdığını görmüşdür. O, sürəti saatda 170 km-ə qədər qaldırsa da, Lətifin onlara çatıb sağdan keçdiyini gördükdə əyləcə basmış və həmin an Lətif avtomaşından avtomatdan onlara bir atəş açmışdır. Həmin gün xırda yağış yağdığından yer nəm olmuş, həmçinin avtomaşının sürəti yüksək olduğundan, avtomaşın sürüşüb yolun sağ hissəsindən çıxaraq yolun sol hissəsinə keçməklə tam yoldan çıxıb orada olan ağaça çırpılmışdır. Lətif artıq dayanmış vəziyyətdə olan avtomaşına tək-tək 5-6 dəfə atəş açmış və güllələr sağdan avtomaşına dəyərək, biri onun belinin sağ tərəfindən, Sadiqi isə sol qolunun yuxarı hissəsindən yaralamışdır. Lətif getdikdən sonra Sadiq dostları Elçinə zəng etmiş və 5-6 dəqiqə keçməmiş Elçin həmişə idarə etdiyi Dubay variantlı «VAZ 2121» markalı, dövlət qeydiyyat nişanının əvvəli və seriyası yadında qalmayan son rəqəmləri 552 olan avtomaşını ilə Şamaxı istiqamətindən hadisə yerinə gəlmiş, o, və Sadiq avtomaşından düşərək Elçinin avtomaşınına oturub Bakı istiqamətində getmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin əvvəlki məhkəmə icraatı zamanı 30 yanvar 2018-ci il tarixdə keçirilmiş məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs1 göstərmişdir ki, 20 noyabr 2012-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs3 xahişi ilə öz avtomaşını ilə sonuncunu Şamaxı şəhərinin avtovağzalına apararkən dörd yol adlanan yerə çatmamış məscidin yanında görmüşdür ki, arxadan qara rəngli «Lexus RX 350» markalı avtomaşın fara işıqları ilə onun idarə etdiyi avtomaşını saxlamaq işarəsi edir. O, həmin «Lexus RX 350» markalı avtomaşının Lətiv Nəbiyeva məxsus olduğunu və Lətiflə Sadiqin münasibətlərinin pis olduğunu bilmiş və Sadiqin xahişi ilə maşını saxlamadan surəti artırmışdır. Lakin Lətif onlardan əl çəkməyərək onları təqib etməyə başlamışdır. Lətifdən çətinliklə aralandıqdan sonra Sadiq ona maşını sonuncunun evinə sürməsini demişdir. Sadiq evə girib bir neçə dəqiqədən sonra evdən ov tüfəngi götürüb yenidən onun avtomaşınına oturmuş və onu avtovağzala aparmasını xahiş etmişdir. Avtovagzal tərəfə Ş.Şirvani küçəsi ilə hərəkət edərkən mebel mağazasının qarşısında Lətifin «Lexus RX-350» markalı avtomaşınının paralel getdiyini görmüşdür. Sadiqin xahişi ilə o, soldan Lətifin avtomaşınına yaxınlaşmış, sonra isə Lətifin avtomaşınını qabağa bıraxıb Lətifin idarə etdiyi avtomaşına arxadan yaxınlaşıb yavaş surətlə Lətifin idarə etdiyi avtomaşının arxasınca hərəkət etməyə başlamışdır. Sadiq həmin vaxt avtomaşının qabaq sol qapısının pəncərəsinin şüşəsini aşağa salıb ov töfəngini çölə çıxardaraq 3-4 metr məsafədən Lətifin avtomaşınına iki atəş açmış, atəş nəticəsində Lətifin idarə etdiyi avtomaşının arxa sağ stopfarası zədələnmişdir. Atəş açdıqdan sonra Sadiq ona həmin yerdən tez uzaqlaşmağını demişdir. O, avtomaşını yerində 180 dərəcə fırladıb sürət yığaraq həmin yerdən uzaqlaşmağa başlamışdır. Lakin Lətif də öz avtomaşınını geriyə döndərib onların dalınca sürmüş və onları təqib edərək özündə olan avtomat silahından onlara bir neçə dəfə atəş açmışdır. Onun avtomaşını sürüşüb yolun sol hissəsinə keçməklə tam yoldan çıxıb orada olan ağaça çırpılmışdır. Lətif artıq dayanmış vəziyyətdə olan onlara bir neçə dəfə atəş açmışdır. Güllələrdən biri onun belinə, bir isə Sadiqin qoluna dəymişdir. Sadiqin hərəkətlərindən o, başa düşmüşdür ki, Sadiq Lətifi öldürmək istəməmiş, Lətifin hərəkətlərindən əsəbiləşərək, sonuncunu qorxutmaq üçün Lətifin avtomaşınına atəşlər açmışdır, çunki Sadiq Lətifi öldürmək istəsəydi həmin gün bunu asanlıqla edə bilərdi. Məhkəməyədək icraat zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, 2010-cu ildə Rusiya Federasiyasından deportasiya olunaraq, Azərbaycana qayıtdığı vaxtlarda Şamaxı şəhərində Təqsirləndirilən şəxs3 ilə tanış olmuş və aralarında normal dost münasibətləri olmuşdur. Lakin sonralar münasibətləri Təqsirləndirilən şəxs3 bəzi hərəkətlərinə görə pisləşmiş və açıq düşmənçilik halına gəlmişdir. 09 avqust 2011-ci il tarixdə Təqsirləndirilən şəxs3 heç bir səbəb və əsas olmadan, qohumu Mübarizin dostu Famil Hümbətovun avtomaşınını sonuncunun əllərindən alıb naməlum yerə sürüb getmişdir. Bununla əlaqədar X74 RPŞ-nə müraciət etmiş və bu faktla bağlı cinayət işi qaldırılmışdır. Eyni zamanda Mübariz ona müraciət etmiş və o, Sadiqin telefon nömrəsinə zəng vurub Famil Hümbətovun avtomaşınının qaytarılmasını tələb etmişdir. Sadiq Şamaxı şəhəri, «Çinar» restoranında olduğunu deyərək, onu oraya dəvət etmiş, o, özünə məxsus «BMV» markalı avtomaşınla görüşə tək gedib Sadiqlə danışaraq Familin avtomaşınının qaytarılmasını tələb etmişdir. Sadiqin yanında 5-6 nəfər, o cümlədən, tanıdığı «Mosu» və Elgün olmuşlar. Bildiyinə görə, Familin avtomaşınında 1600 manat pul olmuş və həmin pullar Sadiq tərəfindən ələ keçirilmişdir. Sadiq Familin avtomaşınının açarlarını ona qaytarmış və həmin zaman oraya Mübariz də gəlmiş, onlar Familin avtomaşınını «Savalan» restoranının yanına gəlib qaytarmışlar. Təxminən bir həftə sonra o, özünə məxsus «BMV» markalı avtomaşınla evə qayıdarkən, evin qabağında tapançadan açılan atəş nəticəsində avtomaşının arxa şüşəsi, arxa farası dağılmış və bir-iki güllə avtomaşının salonuna keçərək sağ əlinə və baş nahiyəsinə dəymişdir. Sonra isə o, Sadiqin səsini, ünvanına pis söyüş söydüyünü eşitmiş və sonuncunun tanımadığı avtomaşınla hadisə yerindən qaçdığını görmüşdür. Sağ qolundan yaralansa da, xəstəxanaya müraciət etməmişdir. Daha sonra 2011-ci ilin oktyabr-noyabr aylarında Şamaxı şəhəri, aşağı qəbiristanlığın yanında, saat 15 radələrində Sadiq öz evinin yanında bilmədiyi silahdan iki dəfə sürdüyü «BMV» markalı avtomaşına tərəf atəş açıb və iki güllə avtomaşının arxa nömrəi bağlandığı yerə və yanına dəymişdir. O, Sadiqin belə hərəkətlərindən onu öldürməyə cəhd göstərdiyini başa düşmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs2 atəş açılan zaman əynində olan və güllə ilə zədələnən gödəkçəsini təqdim etmişdir. 20 noyabr 2012-ci il tarixdə saat 17 radələrində Şamaxı şəhərində özünə məxsus «Lexus RX 350» markalı avtomaşını idarə etdiyi zaman Təqsirləndirilən şəxs3 dostu Əziz adlı şəxs tərəfindən idarə edilən ağ rəngli «VAZ 21154» markalı avtomaşından ona əvvəl iki dəfə, daha sonra isə bir dəfə atəş açmış və həmin şəxslər avtomaşınla qaçmağa cəhd göstərmişlər. O, həmin avtomaşının arxasınca sürmüş, avtovağzalın yanında Sadiq yenə də onun idarə etdiyi avtomaşına atəş açmış və o, məcbur olub bir neçə il əvvəl Şamaxı şəhəri, Şirvan-göl adlanan yerdə tapıb evində gizlətdiyi və sonradan avtomaşında saxladığı «Kalaşnikov» markalı avtomatdan cavab atəşi açmışdır. Açdığı atəş nəticəsində Təqsirləndirilən şəxs1 tərəfindən idarə edilən avtomaşın yoldan çıxmış və şərab zavodunun yanında ağaca dəyib hərəkətsiz qalmışdır. O, Əzizin və Sadiqin maşından çıxdıqlarını görmüş, lakin sonuncuları öldürmək üçün imkanı olduğuna baxmayaraq, atəş açmaqdan imtina etmiş və öz yolu ilə çıxıb getmişdir. Birinci instansiya məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş ittihamda təqsirli bilməyib ifadələrində göstərmişdir ki, onun məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə münasibətləri yaxşı olub. Onun silahı olmayıb. O, heç kimə silahdan atəş açmayıb. Eləcə də, onun avtomaşınına silahdan atəş açılması barədə məlumatı yoxdur. Həmçinin o, Təqsirləndirilən şəxs1 avtomaşınının aşmasını görməmişdir. İbtidai istintaq zamanı ifadə verməmişdir. Məhkəmədə elan olunmuş ifadələr də ona məxsus deyil. Bu səbəbdən də o, həmin ifadələri təsdiq etmir. Əvvəlki apelyasiya məhkəməsi iclaslarında ifadələrin arasında olan ziddiyyətlə bağlı dindirilərkən Təqsirləndirilən şəxs2 göstərmişdir ki, məhkəmədə elan olunmuş ifadələr ona məxsus deyil, o, belə ifadə verməmiş və bu səbəbdən də həmin ifadələri təsdiq etmir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 31 oktyabr 2012-ci il tarixdə dostu Rza Şahbazovun xahişi ilə sonuncunun tanışı, Şamaxı şəhər sakini Nuranə adlı şəxsə müvəqqəti istifadə üçün verdiyi kompyuteri götürmək məqsədiylə Rza və Alik Musayevlə birlikdə Şamaxı şəhərinə gəlmişdir. Nuranəni tapdıqda sonuncu kompyuterin Sadiq adlı şəxsdə olduğunu bildirib sonuncu ilə telefon əlaqəsi yaratmış və o, Sadiqlə danışmışdır. Təqsirləndirilən şəxs3 telefonla danışdığı zaman Nuranədən kompyuteri götürdüyünü və özündə saxladığını təsdiq edərək, onları bu məsələni həll etmək üçün «Turist» yeməkxanasına dəvət etmişdir. X102 ilə Sadiq arasında münaqişə baş verəcəyindən ehtiyatlanaraq, Rzanı görüşə getməyə qoymamış, ona görə də o, Aliklə birlikdə həmin yeməkxanaya getmişdir. «Turist» yeməkxanasında Təqsirləndirilən şəxs3 və onun yanında 5-6 nəfər var idi. Həmin şəxslər çay içdiklərinə görə onları da çaya qonaq etmişlər. Söhbət zamanı Sadiq yenə də kompyuterin onda olduğunu bildirib qaytarmayacağını, Nuranədən istəməklərini deyib ona nalayiq söyüşlər ünvanladıqda aralarında mübahişə baş vermişdir. Sadiq ona tərəf gəldikdə ətrafında olan sonuncunun dostları masada olan çay dəsti əşyalarını onun baş nahiyəsinə, təpik və yumruqla bədəninə vurmağa başlamış, həmin şəxslərdən biri üzərində mismar olan taxta parçası ilə ona vurmuşdur. Həmin zaman Sadiq əlində olan bıçaqla onun alnının sol nahiyəsini kəsmiş, təkrarən qarın nahiyəsinə vurmaq istədikdə o, sağ əli ilə bıçağı tutduğundan əlinin iki barmağı kəsilmişdir, lakin hazırda onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Növcuvan qızı göstərmişdir ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs3 2010-cu ilin fevral ayından tanımaqla yaxın şəxsi münasibəti yaranmışdır. Digər Təqsirləndirilən şəxs1 isə Şamaxı sakini kimi tanıyır. O, 2012-ci ilin avqust ayında Masazır qəsəbəsində yerləşən kafedə işlədiyi zaman X24 ilə tanış olub münasibət yaratmış, sonuncu adına kreditlə götürdüyü «Toshiba» markalı kompyuteri onun istifadəsinə vermişdir. İş şəraiti ağır olduğundan 25 sentyabr 2012-ci il tarixdə o, Şamaxı şəhərinə qayıtmışdır, kompyuter və digər əşyaları isə Xırdalanda qalmışdır. Şamaxıda olarkən, Rzanın dostu Cəsur və başqaları onun yanına gəlib kompyuterin pulunu verməsini tələb etmişlər. O, isə kompyuterin Xırdalanda olduğunu bildirmiş, həmin şəxslər ona hədə-qorxu gəlmişlər. O, da bunu Təqsirləndirilən şəxs3 demişdir. Sadiq isə ona onun nömrəsini həmin şəxslərə verməyi tapşırmış, bundan sonra Cəsurgili bir daha ona zəng vurmamışlar. Təqsirləndirilən şəxs3 onun mənzilinə daxil olub heç nə oğurlamayıb. Eləcə də, o, polisə mənzilində oğurluq olması barədə heç bir ərizə verməyib. O, özünə məxsus “Nokia-C3” markalı telefonu isə Famil adlı şəxsə 80 manata satıb. Onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyədək icraat zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində Zərərçəkmiş şəxs3 Növcuvan qızı göstərmişdir ki, Təqsirləndirilən şəxs3 2010cu ilin fevral ayından tanımaqla yaxın şəxsi münasibəti yaranmışdır. 2012-ci ilin avqust ayında Masazır qəsəbəsində yerləşən kafedə işlədiyi zaman X24 ilə tanış olub münasibət yaratmış, sonuncu adına kreditlə götürdüyü «Toshiba» markalı kompyuteri onun istifadəsinə vermişdir. İş şəraiti ağır olduğundan 25 sentyabr 2012-ci il tarixdə o, Şamaxı şəhərinə qayıtmış və kompyuteri də özü ilə götürmüşdür. 26 oktyabr 2012-ci il tarixdə 2 ildən artıq müddət ərzində yaxın münasibətlərdə olduğu Təqsirləndirilən şəxs3 onun evdə olmadığı zaman yaşadığı evə gələrək, qeyd olunan kompyuteri və «Nokia C3» markalı telefon aparatını oğurlamış, evdə olan bacısı Əminə bunu görsə də, qorxduğundan heç bir söz deməmişdir. Bundan sonra o, həmin əşyaları Sadiqdən qaytarmağını tələb etsə də, sonuncu qaytarmamışdır. 27 sentyabr 2012-ci il tarixdə Sadiq onu Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən evlərin birinə aparıb həmin evdə ona məxsus telefonu və kompyuteri göstərərək həmin əşyaları onun evindən götürdüyünü demişdir. 31 oktyabr 2012-ci il tarixdə Rza onun Şamaxı şəhərində yaşadığı evinə gələrək kompyuteri qaytarmağı xahiş etmiş, o, da kompyuterin Sadiqdə olduğunu deyərək, sonuncunun telefon nömrəsini Rza ilə gələn Cəsura vermişdir. Sonuncu Sadiqlə danışdıqda Sadiq «Turist» restoranında görüş təyin etmişdir. Görüşə Rza ilə gələn Cəsur və Alik getmiş, təxminən yarım saatdan sonra sonuncu Rzaya zəng edib Cəsurun Sadiq və yanında olan 5 nəfər tərəfindən döyüldüyünü, Cəsuru xəstəxanaya apardıqlarını bildirmiş və Rza da xəstəxanaya getmişdir. Bir müddət sonra o, Rza ilə əlaqə saxladıqda sonuncu Cəsurun halının pis olduğunu, Bakı şəhərinə apardıqlarını demişdir. Bundan sonra Sadiq ona zəng edib Cəsurla söhbətlərinin alınmadığını, sonuncunu döydüyünü bildirmiş və kompyuter barədə soruşan olduqda ya kompyuteri vermədiyini, yaxud da 600 manata ona, yəni Sadiqə, satdığını deməyini tapşırmış, əks halda inciməməyi barədə xəbərdarlıq etmişdir. O, kompyuteri qaytarmaq lazım olduğunu dedikdə isə Sadiq gələnlərin dərsini verdiyini, kompyuteri qaytarmayacağını demişdir. Daha sonra o, Sadiqdən yanında kimlər olduğunu soruşduqda sonuncu həmişə yanında olan və oturub-durduğu «Mosu» ləqəbi ilə tanınan Dünyamalı, Elgün, Əziz və Anar olduğunu bildirmişdir. Sonuncu dəfə Sadiqi 06 noyabr 2012-ci il tarixdə görmüş, təxminən 14-15 noyabr 2012-ci il tarixdə Sadiq ona zəng vuraraq görmək istədiyini bildirmiş, o, görüşməkdən imtina etdikdə sonuncu saat 20 radələrində birbaşa onun yaşadığı evə gəlib nə üçün görüşmək istəmədiyini soruşaraq geyinməyini və yarım saat sonra gəlib götürəcəyini bildirmişdir. Təxminən yarım saat sonra Sadiq dostu Əzizin «VAZ-21154» markalı avtomaşınını özü idarə edərək gəlmiş və onun mobil telefonuna zəng edərək evdən çıxmağını demiş, lakin o, sonuncu ilə heç bir yerə getməyəcəyini bildirmişdir. Bu sözlərindən sonra Sadiq ona «qorxursan, sənə də güllə dəyər» dedikdə o, başa düşmədiyi üçün bu sözlərin mənasını soruşmuş, sonuncu da «oğlan var, deyib ki, Sadiq bu gecə Şamaxıda gəzərsə, Sadiq ana-bacımı «belə-belə eləsin» sözlərini nalayiq formada bildirmiş, lakin hədə-qorxu gələn şəxsin adını deməmişdir. Bu sözlərindən sonra o, Sadiqə bildirmişdir ki, ölmək istəyirsə, ölsün, onun isə uşağı var və ölmək istəmir. O, bundan sonra Sadiqlə görüşməmiş və telefon əlaqəsi saxlamamışdır. 20 noyabr 2012-ci il tarixdə Amaliya adlı rəfiqəsi ona zəng edərək Sadiqin dostu Əzizin avtomaşınında Şamaxı şəhərində digər avtomaşınla atışdığı və yaralandığı barədə məlumat vermiş, lakin Sadiqin kiminlə atışdığı, harada olduğu barədə heç bir söz deməmişdir. 2011-ci ilin avqust-sentyabr aylarında təxminən bir aydan artıq müddətdən sonra o, Sadiqlə görüşdükdə sonuncunun ayağında güllə yarası, qolunun sınığı olduğunu bilmiş, lakin Sadiq həmin xəsarətləri necə aldığı barədə ona heç bir söz deməmişdir. Həmin vaxtlarda Göylər kəndinə gedən yolda yerləşən «Səhər» kafesində işləmiş Əminə adlı bacısı ona bildirmişdir ki, rayonda SPİD xəstəsi kimi tanınan Lətif adlı şəxs Əminə ilə kafedə görüşərək Sadiqi güllələdiyini, sonuncuya yaşamağa imkan verməyəcəyini və onunla görüşmək istədiyini, sözü olduğunu demişdir. Lakin o, Lətiflə görüşməmiş, bundan sonra sonuncu ilə Sadiq arasında düşmənçilik olduğunu bilmişdir. Əvvəlki apellyasiya məhkəməsində icraat zamanı ifadələrin arasında olan ziddiyyətlər barədə dindirilərkən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 göstərmişdir ki, ibtidai istintaqda belə ifadə verməmiş, ifadə müstəntiq tərəfindən kompyuterdə yazılmış, o, isə həmin ifadəni oxumadan imzalamışdır. Zərərçəkmiş şəxs3 Növcuvan qızı birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq etmiş, ibtidai istintaqda verdiyi ifadəsini isə təsdiq etməyərək belə ifadə vermədiyini, müstəntiq tərəfindən yazıldığını bildirmişdir. Məhkəməyədək icraat zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Təqsirləndirilən şəxs3 uzaqdan tanıyır, lakin şəxsi tanışlığı olmadığından heç bir münasibətləri olmamış, sonuncunun cinayətə meylli və cinayət dəstəsi olduğunu, dəstənin üzvlərindən birinin əvvəllər onunla birlikdə güləşlə məşğul olan, Şamaxı şəhər sakini Elgün Ehtibarov olduğunu bilmişdir. O, 18 avqust 2012ci il tarixdə Şamaxı şəhəri, «Azpetrol» yanacaq doldurma məntəqəsinin yanında özünə məxsus «VAZ 2107» markalı avtomaşında olduğu zaman Elgün Ehtibarov ona zəng vurub görüşməyi təklif etmişdir. Həmin vaxt onun yanında atası və digər qohumları olmuşdur. O, maşınından çıxıb Elgün Ehtibarovla görüşmək üçün «Mebel» sexinə yaxınlaşmış və orada «Toyota Prado» markalı avtomaşından çıxan Elgün, Sadiq və əlavə tanımadığı 2 nəfər heç bir səbəb olmadan Elgün Ehtibarova qarşı zarafatı bəhanə kimi istifadə etməklə ictimai yerdə, yəni Şamaxı şəhərinin mərkəzi küçələrindən birində ona basqın edib döyməyə başlamışlar. O, idmançı kimi müqavimət göstərməyə çalışmış, lakin ona 4 nəfər hücum etdiyindən yerə yıxılmışdır. Lakin həmin şəxslər təpiklə, yumruqla onu döyməkdə davam etmişlər. Həmin yer ictimai yer olduğundan oraya qısa bir vaxt ərzində bir neçə nəfər yaxınlaşmış, təxminən 25-30 nəfər toplaşmış və faktiki olaraq həmin şəxslər onu cinayətkarların əllərindən alaraq müdafiə etmişlər. Birinci instansiya məhkəməsində şahid X47 ifadələrində göstərmişdir ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs2 onun qardaşıdır. O, Şamaxı şəhəri, «dörd yol» adlanan yerdə balaca mağaza icarəyə götürüb meyvətərəvəz alveri ilə məşğul olur. 20 noyabr 2012-ci il tarixdə mağazada olduğu zaman odlu silahdan atılmış atəşin səsinə mağazadan çıxıb ağ rəngli Təqsirləndirilən şəxs1 məxsus «VAZ 21154» markalı avtomaşından qardaşı Təqsirləndirilən şəxs2 «Lexus RX 350» markalı avtomaşınına atəş açıldığını görmüş, bu zaman əlavə bir atəşin də səsini eşitmişdir. «VAZ 21154» markalı avtomaşın qardaşının avtomaşınından çox yaxın olmuş, faktiki olaraq atəş «Lexus RX 350» markalı avtomaşının arxa hissəsindən 1-2 metr məsafədən atılmışdır. Təqsirləndirilən şəxs1 avtomaşınından atəş açıldıqdan sonra həmin avtomaşın hərəkət istiqamətini dəyişib şəhərin yuxarı hissəsinə getmiş, Lətif də öz avtomaşını ilə onların dalınca getmişdir. Avtomaşınlar uzaqlaşandan sonra o, bir neçə avtomat səsi eşitmiş və Lətif tərəfindən atıldığını başa düşmüşdür. O, «VAZ 21154» markalı avtomaşının Təqsirləndirilən şəxs1 məxsus olduğunu bilsə də, avtomaşınından atəş açanı görməmiş, yalnız səsindən başa düşmüşdür ki, atəş ov tüfəngindən açılmışdır. Hadisə baş verəndən sonra işlətdiyi 050 ***-**-** telefon nömrəsindən Lətifə zəng vuraraq sonuncu ilə danışmış, Lətif ona mağazanı bağlamağını və evə getməyini tapşırmışdır. Birinci instansiya məhkəməsində şahid X5 ifadələrində göstərmişdir ki, 2012-ci ilin Ramazan ayının axırıncı günü ailəsi ilə oğlu Mirələmin idarə etdiyi avtomaşınla Şamaxı rayonu, Məlikçoban kəndinə getdiyi zaman, saat 18-00 dəqiqə radələrində Şamaxı şəhəri, mərkəzi yolun üstündə, «Azpetrol» benzin doldurma məntəqəsinə təxminən 100-150 metr çatmamış Mirələmin mobil telefon nömrəsinə telefon zəngi gəlmiş və oğlu maşını saxlamaqla zəng vuran uşaqlarla görüşmək üçün icazə almışdır. Oğlu getdikdən 10-15 dəqiqə keçdikdən sonra avtomaşının arxasına baxıb təxminən 70-80 metr məsafədə kütləvi şəkildə müxtəlif şəxslərin toplaşdığını görmüşdür. O, həmin yerə yaxınlaşdıqda oğlu Mirələmi qan içində, döyülmüş və pis vəziyyətdə görüb avtomaşınına mindirərək nə baş verdiyini soruşmuşdur. Mirələm danışmışdır ki, heç bir səbəb olmadan Sadiq, Elçin, Elgün və adını bilmədiyi bir cavan oğlan Elçinin «Toyota Prado» markalı avtomaşınından çıxıb ona basqın edərək döymüşlər. Mirələm professional idmançı olduğundan bir-iki nəfərin hərəkətlərinə bir qayda olaraq adekvat cavab vermək iqtidarında olduğunu bilərək, o, buna inanmışdır. Daha sonra o, Mirələmi xəstəxanaya göndərmiş, özü isə Şamaxı RPŞnə gedib şikayət ərizəsi ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsində şahid X37 ifadələrində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında böyük mütəxəssis vəzifəsində işləyir. Məhkəmədə ona təqdim olunan təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 tanıyır. O, Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilməsində hal şahidi qismində iştirak etmişdir. 26 mart 2013-cü il tarixdə saat 16.10 dəqiqə radələrində əməliyyat məlumatı əsasında təcridxananın 8-ci rejim korpusunun 72 №-li kamerasında saxlanılan Təqsirləndirilən şəxs3 üzərinə təcridxananın əməkdaşları və digər hal şahidinin iştirakı ilə baxış keçirildi. Baxış zamanı sonuncunun əynində olan şalvarın sol cibindən «Cəzaçəkmə müəssisələrinin X45» ilə qadağan olunmuş, daxilində SİM-kartı olan 1 ədəd «Nokia» markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 həmin mobil telefonun özünə məxsus olduğunu bildirdi. Birinci instansiya məhkəməsində şahid X25 ifadələrində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında rabitə üzrə mütəxəssis vəzifəsində işləyir. Məhkəmədə ona təqdim olunan təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 tanıyır. O, Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilməsində hal şahidi qismində iştirak etmişdir. 26 mart 2013-cü il tarixdə saat 16.10 dəqiqə radələrində əməliyyat məlumatı əsasında təcridxananın 8-ci rejim korpusunun 72 №-li kamerasında saxlanılan Təqsirləndirilən şəxs3 üzərinə təcridxananın əməkdaşları və digər hal şahidinin iştirakı ilə baxış keçirildi. Baxış zamanı sonuncunun əynində olan şalvarın sol cibindən «Cəzaçəkmə müəssisələrinin X45» ilə qadağan olunmuş, daxilində SİM-kartı olan 1 ədəd «Nokia» markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsində şahid X72 ifadələrində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin BDYPİ YPPX-nin 3-cü tağımının baş yol patrul xidməti inspektoru vəzifəsində işləyir. O, 20 noyabr 2012-ci il tarixdə tağımın patrul xidməti üzrə inspektoru X48 ilə «BMW» markalı Az ** YP *** dövlət nömrə nişanlı patrul avtomaşınında Bakı-Yevlax magistral yolunun 100-cü km-dən 143-cü km kimi ərazidə xidmət aparmışdır. Təxminən saat 17-18 radələrində xidməti avtomaşında Şamaxı rayonunun Acıdərə adlanan ərazisində «Şirvan» restoranı qarşısında dayanıb xidmət apararkən, yadında qalmadığı «VAZ-2106» markalı avtomaşının sürücüsü dayanaraq Şamaxı şəhərinə yaxın «xxxx» zavodunun qarşısında qəza baş verdiyi barədə məlumat vermişdir. Ona görə onlar dərhal həmin əraziyə gəlib Bakı-Şamaxı magistral yolunun 116-cı km-də, Şamaxı «xxxx» zavodundan bir qədər aralı yolun sağında ehtiyat hissəsindən kənarda arxası yola tam perpendikulyar şəkildə ağaca çırpılmış vəziyyətdə ağ rəngli «VAZ-21154» markalı Az **- MR-*** dövlət nömrə nişanlı avtomaşınını görmüşlər. Avtomaşında sürücü və ya sərnişin olmamış, artıq avtomaşının qabaq və arxa nömrə nişanları açılmışdır. O, yerdə açıq vəziyyətdə olan nömrəni görüb qeydiyyat aparmışdır. Onlar hadisə yerinə gəldikdə orada «Xəzər TV»-nin əməkdaşı, Şamaxı şəhər sakini Rəşadın videoçəkiliş apardığını görmüşdür. Hadisə yerində yolla keçən sürücülər, çoxlu vətəndaşlar da olmuşdur. Onlar avtomaşını hadisə yerindən götürüb işlərini görmək istədiklərini bildirdikdə Şamaxı RPŞnin İB-nin müstəntiqi Ramiz Mecdunov bildirmişdir ki, həmin hadisənin BDYPİ-nə aidiyyatı yoxdur, avtomaşında atışma olub və bu hadisə ilə Şamaxı RPŞ-nin istintaq bölməsi məşğul olacaqdır, özü şəxsən hadisə yerini müayinə edib avtomaşından atılmış güllələr axtarılmaqla əl izləri götürülür və avtomaşına yaxınlaşmamağı və əl vurmamağı xahiş etmişdir. Həqiqətən də, o, avtomaşına diqqətlə baxdıqda avtomaşının arxa sol və sağ qapılarında güllədən yaranmış dəlikləri görmüş və bunun yol nəqliyyat hadisəsi olmadığını başa düşmüşdür. RPŞ-nin müstəntiqi Ramiz Mecdunov təxminən 3 saatdan artıq hadisə yerini müayinə etdikdən sonra təxminən saat 21-22 radələrində avtomaşını polis şöbəsinə nəql etmək üçün evakuator çağırmışdır. 23 noyabr 2012-ci il tarixdə saat 13 radələrində BDYPİ-nin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Rafiq Abbasov onu həmin hadisə ilə əlaqədar Şamaxı RPŞ-nə dəvət etmiş, oradan isə sonuncu ilə birlikdə hadisə yerinə gələrək təxminən saat 16 radələrində hadisə yerini müayinə etmişlər. Hadisə yerinin müayinəsi zamanı 7 ədəd 5,45 çaplı silahın gilizləri tapılıb götürülmüş və bu imza etdiyi protokolda öz əksini tapmışdır. O, hadisə yerinə gedəndə orada “Lexus RX 350” markalı avtomaşın görməyib. Birinci instansiya məhkəməsində şahid Əliyev Vidadi Sabir oğlu ifadələrində göstərmişdir ki, o, AR DİN-nin BDYPİ YPPX-nin 3-cü tağımının baş yol patrul inspektoru vəzifəsində işləyir. O, 20 noyabr 2012-ci il tarixdə tağımın patrul xidməti üzrə inspektoru, baş leytenant Elçin Həsənovun xidmət apardığı «BMW» markalı Az ** YP *** dövlət nömrə nişanlı patrul avtomaşınında Bakı-Yevlax magistral yolunun 100-cü km-dən 143-cü km kimi ərazidə xidmət aparmışdır. Təxminən saat 17-18 radələrində xidməti avtomaşında Şamaxı rayonunun Acıdərə adlanan ərazisində «Şirvan» restoranı qarşısında dayanıb xidmət apararkən yadında qalmadığı «VAZ-2106» markalı avtomaşının sürücüsü dayanaraq Şamaxı şəhərinə yaxın «xxxx» zavodunun qarşısında qəza baş verdiyi barədə məlumat vermişdir. Ona görə onlar dərhal həmin əraziyə gəlib Bakı-Şamaxı magistral yolunun 116-cı km-də, Şamaxı «xxxx» zavodundan bir qədər aralı yolun sağında ehtiyat hissəsindən kənarda arxası yola tam perpendikulyar şəkildə ağaca çırpılmış vəziyyətdə ağ rəngli «VAZ-21154» markalı Az **-MR-*** dövlət nömrə nişanlı avtomaşını görmüşlər. Avtomaşında sürücü və ya sərnişin olmamış, artıq avtomaşının qabaq və arxa nömrə nişanları açılmışdır. O, yerdə açıq vəziyyətdə olan nömrəni görüb qeydiyyat aparmışdır. Onlar hadisə yerinə gəldikdə orada «Xəzər TV»-nin əməkdaşı, Şamaxı şəhər sakini Rəşadın videoçəkiliş apardığını görmüşdür. Hadisə yerində yolla keçən sürücülər, çoxlu vətəndaşlar da olmuşdur. Onlar avtomaşını hadisə yerindən götürüb işlərini görmək istədiklərini bildirdikdə Şamaxı RPŞ-nin İB-nin müstəntiqi Ramiz Mecdunov bildirmişdir ki, həmin hadisənin BDYPİ-nə aidiyyatı yoxdur, avtomaşında atışma olub və bu hadisə ilə Şamaxı RPŞ-nin istintaq bölməsi məşğul olacaqdır, özü şəxsən hadisə yerini müayinə edib avtomaşından atılmış güllələr axtarılmaqla əl izləri götürülür və avtomaşına yaxınlaşmamağı və əl vurmamağı xahiş etmişdir. Həqiqətən də o, avtomaşına diqqətlə baxdıqda avtomaşının arxa sol və sağ qapılarında güllədən yaranmış dəlikləri görmüş və bunun yol-nəqliyyat hadisəsi olmadığını başa düşmüşdür. RPŞ-nin müstəntiqi Ramiz Mecdunov təxminən 3 saatdan artıq hadisə yerini müayinə etdikdən sonra təxminən saat 21-22 radələrində avtomaşını polis şöbəsinə nəql etmək üçün evakuator çağırmışdır. 23 noyabr 2012-ci il tarixdə saat 13 radələrində BDYPİ-nin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Rafiq Abbasov onu həmin hadisə ilə əlaqədar Şamaxı RPŞ-nə dəvət etmiş, oradan isə sonuncu ilə birlikdə hadisə yerinə gələrək təxminən saat 16 radələrində hadisə yerini müayinə etmişlər. Hadisə yerinin müayinəsi zamanı 7 ədəd 5,45 çaplı silahın gilizləri tapılıb götürülmüş və bu imza etdiyi protokolda öz əksini tapmışdır. Birinci instansiya məhkəməsində şahid X26 ifadələrində göstərmişdir ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs1 onun qardaşıdır. Digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tanısa da, onlarla münasibətləri olmamışdır. 2012-ci ilin yay aylarında Əziz Təqsirləndirilən şəxs3 dəstəsinə qoşulmuş və sonuncu ilə dost münasibətləri yaranmışdır. O, sonuncunun kriminala meylli olduğunu bilərək bir neçə dəfə qardaşına Sadiqlə münasibətlərinə son qoymasını demiş, lakin Əziz onun sözlərinə məhəl qoymamışdır. O, 20 noyabr 2012-ci il tarixdə qonşuluqda yaşayan Nəbi adlı şəxsin evində təmir işləri ilə məşğul olarkən, saat 17 radələrində qardaşının sinif yoldaşı Nadir onun 051 ***-**-** nömrəli telefonuna zəng vurub baş vermiş hadisə barədə ilkin məlumat vermişdir. Nadirin dediklərindən ona məlum olmuşdur ki, iki avtomaşın arasında qarşılıqlı atəş olmuş və bunun nəticəsində Əzizin avtomaşını Şamaxı-Bakı magistral yolundan çıxaraq ağaca dəymişdir. O, narahat olduğundan Nəbinin avtomaşını ilə Nəbi ilə birlikdə hadisə yerinə gəlmiş, lakin orada yalnız qəza vəziyyətində olan Əzizin avtomaşınını görmüşdür. O, bir neçə dəfə Əzizin 051 ***-**-** və 051 ***-**-** telefon nömrələrinə zəng vurmuş, lakin hər iki telefon nömrələri bağlı olmuşdur. Hadisə yerində təxminən 25-30 dəqiqə vaxt ərzində olduğu zaman o, hər dəqiqə qardaşının telefon nömrələrini yığmışdır. Təxminən 25-30 dəqiqədən sonra Əziz özü Nadirin telefon nömrəsinə zəng vurduqda Nadir telefonu ona vermişdir. O, Əzizlə qısa bir vaxt ərzində danışmış, sonuncu heç bir problem olmadığını və onu axtarmaq lazım olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid X16 ifadələrində göstərmişdir ki, o, Şamaxı RPŞ-nin PPX-nin polis serjantı vəzifəsində işləyir. Məhkəmədə ona təqdim olunan təqsirləndirilən şəxsləri Şamaxı sakinləri kimi tanıyır. O, 20 noyabr 2012-ci il tarixdə saat 17 radələrində özünə məxsus «VAZ 2106» markalı avtomaşınla Bakı-Şamaxı magistral yolu ilə Şamaxı şəhər istiqamətində hərəkət etdiyi zaman «xxxx» ASC-nin giriş darvazasına 250-300 metr qalmış avtomaşını saxlayıb yanacaq tökdüyü zaman 4-5 ədəd tək-tək, ardıcıl atılmış odlu silah atəşlərinin səslərini eşitmiş, başını qaldırdıqda magistral yolun «xxxx» ASC-nin qarşısında Şamaxı şəhəri tərəfindən gelən «VAZ-21154» markalı avtomaşının istiqamətini dəyişdiyini və sol ehtiyat hissəsini də keçib ehtiyat hissəsinin kənarında olan ağaca dəyərək qəza törətdiyini görmüşdür. Göstərilən avtomaşının arxası ilə gələn qara rəngli «Lexus-300» markalı avtomaşına oxşatdığı cip avtomaşını «VAZ» markalı avtomaşının ağacla toqquşmasını görüb «xxxx» ASC-nin giriş darvazasının qarşısında hərəkət istiqamətini dəyişərək magistral yolun ortasında əks istiqamətə dönmüş və Şamaxı şəhəri istiqamətinə getmişdir. Dönmə zamanı «Cip» markalı avtomaşının arxa şüşələrinin açıq vəziyyətdə olduğunu gördükdə o, həmin avtomaşından atəş açıldığını başa düşmüşdür. Ağacla toqquşmuş «VAZ» markalı avtomaşından əvvəllər tanıdığı iki nəfər - Əziz və Sadiq adlı şəxslər sərbəst çıxmış və qısa bir vaxt, yəni 1-2 dəqiqə keçdikdən sonra onların yanına Şamaxı istiqamətindən arxa nömrəsi olmayan «VAZ 2107» markalı qara rəngli avtomaşın və ağ rəngli Dubay variantlı «Niva» markalı avtomaşınlar yaxınlaşıb əks istiqamətə dönərək qəza törətmiş «VAZ» markalı avtomaşının yanında saxlamışlar. Sadiq və Əziz adlı şəxslər qara rəngli avtomaşına oturub Şamaxı istiqamətində getmişlər. O, öz avtomaşını ilə qəza törətmiş «VAZ-21154» markalı avtomaşına çatdıqda yanında yoldan keçən avtomaşınların sürücüləri dayanmış və bu zaman DYP-nin həmin ərazi üzrə tağımının əməkdaşları gəlmişlər. Birinci instansiya məhkəməsində şahid X11 ifadələrində göstərmişdir ki, Az ** BA *** dövlət qeydiyyat nömrəsi ilə olan avtomaşını təxminən 10 il bundan əvvəl Şamaxı rayonu, Şəhriyar qəsəbəsinin tanımadığı sakini gəlib 650 ABŞ dolları müqabilində istismara yararsız vəziyyətdə almışdır. Bundan sonra o, 3-4 il müddət ərzində Rusiyada yaşamış, qayıtdıqdan sonra həmin avtomaşının idarə edilməsinə, yaxud satılmasına dair heç bir etibarnamə verməmişdir. 2012-ci ilin oktyabr ayının ortalarında onun yanına Famil adlı polis nəfəri və qonşuluqda yaşayan Mübariz adlı şəxs gəlib həmin avtomaşını sənədləşdirmək üçün ondan baş etibarnamə istəmişlər. Həmin şəxslərdən avtomaşının olduğu yer və vəziyyəti barədə soruşduqda sonuncular bildirmişlər ki, avtomaşın istismar vəziyyətindədir. Onlar birlikdə Şamaxıda dövlət notariusu Yaşar adlı şəxsin yanına getmiş, o, adından baş etibarnamənin verilməsinə dair qeydiyyat kitabında qol çəkərək çıxıb iş yerinə qayıtmışdır. Birinci instansiya məhkəməsində şahid X49 ifadələrində göstərmişdir ki, o, təzə aparatları Bakı şəhərində «Mobitel» şirkətindən, işlənmiş telefon aparatlarını isə Şamaxı şəhər sakinlərindən alıb satır. İşlənmiş telefon aparatını satmaq istəyən şəxsdən telefon aparatını yalnız şəxsiyyət vəsiqəsi təqdim edildikdə alır. Daha sonra telefon aparatını satan şəxsin şəxsiyyət vəsiqəsinin surətini alıb özündə, yəni mağazanın sənədlərinin arasında saxlayır. Təqsirləndirilən şəxs3 ona telefon satmamışdır. Bir xanım “Nokia C-3” markalı telefonu satmaq üçün ona yaxınlaşmış, lakin sonuncunun şəxsiyyət vəsiqəsi olmadığından o, həmin telefonu götürməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsində məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahid X49 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, o, təzə aparatları Bakı şəhərində «Mobitel» şirkətindən, işlənmiş telefon aparatlarını isə Şamaxı şəhər sakinlərindən alıb satır. İşlənmiş telefon aparatını satmaq istəyən şəxsdən telefon aparatını yalnız şəxsiyyət vəsiqəsi təqdim edildikdə alır. Daha sonra telefon aparatını satan şəxsin şəxsiyyət vəsiqəsinin surətini alıb özündə, yəni mağazanın sənədlərinin arasında saxlayır. 2012-ci ilin oktyabr ayında işlədiyi mağazaya Şamaxı şəhər sakini Təqsirləndirilən şəxs3 gəlib satmaq üçün «Nokiya C-3» markalı işlənmiş telefon aparatını təklif etmişdir. O, aparata baxıb 80 manata almağa razı olmuş və Təqsirləndirilən şəxs3 şəxsiyyət vəsiqəsinin surətini alaraq sonuncuya telefon aparatının 80 manata satılmasına dair qəbz yazdırmışdır. 80 manatı şəxsən Təqsirləndirilən şəxs3 vermiş, telefon aparatının mənbəyi barədə Sadiqdən heç bir şey soruşmamışdır. Birinci instansiya məhkəməsində şahid X62 ifadələrində göstərmişdir ki, məhkəmədə ona təqdim olunan təqsirləndirilən şəxsləri tanımır. O, dostu Rza Şahbazovun xahişi ilə sonuncunun tanışı Nuranə adlı şəxsdən Rzaya məxsus kompyuteri götürmək üçün 31 oktyabr 2012-ci il tarixdə sonuncu və Zərərçəkmiş şəxs2lə birlikdə Şamaxı şəhərinə getmiş, Nuranəni tapdıqda sonuncu kompyuterin Sadiq adlı şəxsdə olduğunu bildirmiş və həmin şəxslə telefon əlaqəsi saxlamışdır. Cəsur Sadiqlə danışdıqdan sonra sonuncunun «Turist» restoranında görüş təyin etdiyini bildirmiş, Nuranə Rzanı görüşə buraxmadığından o, Cəsurla ikisi getmişlər. Restoranda onlar Sadiqin və sonuncunun yanında olan 6 nəfər şəxsin çardaqların birində çay süfrəsində oturduqlarını görmüşlər. Cəsur kompyuteri istədikdə Sadiq kompyuteri Nuranədən almalı olduqlarını bildirmiş, daha sonra isə Sadiq yerindən qalxıb Cəsura tərəf hərəkət etdikdə yanında olan şəxslər süfrədə olan çay dəstgahı əşyaları ilə sonuncunun baş nahiyəsinə vurmuş və təpik, yumruqları ilə döyməyə başlamışlar. Ətrafda oturan digər çardaqlarda olan şəxslər bunu görsələr də, müdaxilə etmədilər, Cəsur onlardan restoranın girişi tərəfə qaçdıqda Sadiqin yanında olan şəxslərdən biri üzərində mismar olan taxta parçası ilə Cəsuru vurmağa başlamış, digərləri də sonuncunu döyməkdə davam etmişlər. Yalnız yeməkxananın otaqlarının birində olan polis əməkdaşları səs-küyə çıxdıqda Sadiq və yanında olan şəxslər Cəsurdan əl çəkib qaçmışlar. Bundan sonra o, öz avtomaşını ilə polis əməkdaşı ilə birlikdə Cəsuru xəstəxanaya aparmışdır. Cəsurun döyülməsinə Sadiq və yanında olan şəxslər eyni vaxtda və heç bir göstəriş olmadan başladıqlarından sonuncular arasında bu barədə əvvəlcədən razılıq olduğunu hesab edir. Hadisədən təxminən 2 həftə sonra Cəsur ona zəng vurub Sadiq görüş təyin etdiyini demiş və görüşə getmək üçün onu Abşeron rayonu, Masazır qəsəbəsində olan «Cənub» kafesindən götürməyini xahiş etmişdir. O, Cəsuru götürdükdə sonuncu yolda danışmışdır ki, Sadiq zəng vurub üzr istəmək üçün görüş təyin etmişdir. Həmin görüşə Rza öz avtomaşını ilə gəlmişdir. Yolda olduqları zaman Sadiq zəng vurub «Cip» markalı avtomaşında olacağını demişdir. Onlar görüş yerinə gəldikdə «CİP» markalı qara rəngli avtomaşını görmüş, həmin avtomaşına yaxınlaşdıqda avtomaşında Sadiqi görməmiş, daha sonra Sadiq zəng vurub «VAZ 21154» markalı avtomaşında oluduğunu demiş, həmin avtomaşın yanlarından yavaşça keçib saxlamayaraq öz hərəkətini davam etdirmişdir. Birinci instansiya məhkəməsində şahid X24 ifadələrində göstərmişdir ki, məhkəmədə ona təqdim olunan təqsirləndirilən şəxsləri tanımır. O, «Maqnit» mağazasından «Toshiba» markalı kompyuteri kreditlə götürüb sənədləşdirmişdir. Həmin kompyuteri yaxın münasibətlərdə olduğu Şamaxı rayon sakini Zərərçəkmiş şəxs3 xahişinə əsasən, müvəqqəti istifadə üçün sonuncuya vermişdir. Sonradan Nuranə ilə əlaqə yarada bilmədiyindən kompyuteri qaytarmaq məqsədiylə Zərərçəkmiş şəxs2 və Alik Musayevlə birlikdə sonuncuya məxsus «Mercedes» markalı avtomaşınla 31 oktyabr 2012-ci il tarixdə Şamaxı şəhərinə gedib Nuranənin evini tapdıqda sonuncu bildirmişdir ki, kompyuteri və Nuranənin özünə məxsus mobil telefonu Sadiq adlı şəxs heç kimin icazəsi olmadan götürüb qaytarmaqdan imtina etmişdir. Nuranə «Palma» kafesində işlədiyi zaman bir neçə dəfə Sadiqin cinayətkar olduğunu söyləyib dəfələrlə sonuncudan şikayət edərək bildirmişdir ki, heç bir əsas və səbəb olmadan Sadiq ona dəfələrlə işgəncə vermişdir. Nuranə Sadiqin telefon nömrəsinə zəng vuraraq, kompyuterin qaytarılmasını xahiş etmiş, lakin Sadiq kobud şəkildə kompyuteri qaytarmaqdan imtina etmişdir. Buna görə Nuranə məcbur olub sonuncuya ikinci dəfə zəng vurmuşdur. Nəhayət, Sadiq kompyuteri qaytarmaq üçün onu Şamaxı şəhəri, «Turist» restoranına dəvət etmiş, lakin Nuranə ona görüşə getməyə imkan verməyib bildirmişdir ki, aralarında olan yaxın münasibətlərə görə Sadiq mütləq ona qarşı nəsə edəcəkdir. Buna görə o, Nuranənin evində qalmış, Sadiqlə görüşə onun xahişi ilə Zərərçəkmiş şəxs2 və Alik Musayev getmişlər. O, «Turist» restoranında Sadiq və sonuncunun dəstəsi tərəfindən Zərərçəkmiş şəxs2 döyülməsi barədə yalnız sonuncunun və Alik Musayevin dediklərindən bilmişdir. Cəsur onun döyülməsində 6 nəfərin iştirakı olduqları barədə dəfələrlə danışmış, o, belə başa düşmüşdür ki, Təqsirləndirilən şəxs3 və yanında olan cavan uşaqlar kompyuterin dalınca gələnləri gözləmişlər. Təqsirləndirilən şəxs3 nə özü, nə də onun dəstə üzvləri onu və Cəsuru tanımasalar da, kompyuterin qaytarılması ilə əlaqədar gələn şəxslərə qarşı xuliqanlıq hərəkətləri edəcəklərini qabaqcadan planlaşdırmışlar. Noyabr ayının əvvəllərində Sadiq ona zəng vurub Abşeron rayonu, Masazır qəsəbəsində görüşməyini xahiş etmişdir. O, təxminən yarım saatdan sonra Masazır qəsəbəsində, Əliağa Vahid heykəlinin yanında «Vaz 21154» markalı ağ rəngli avtomaşınla iki nəfərlə gəlmiş Sadiqlə görüşmüşdür. Sadiq ondan Zərərçəkmiş şəxs2lə danışmağını və sonuncunun polis orqanlarına verdiyi şikayəti geri götürməsini xahiş etmş, o isə bildirmişdir ki, bununla əlaqədar birbaşa Zərərçəkmiş şəxs2lə danışmalı, sonuncunun razılığını almalıdır. Təxminən 1 həftə sonra Cəsur zəng vurub Sadiqin görüşmək istədiyini bildirmiş və o, Cəsur və Alik Xırdalan şəhərində, magistral yolu dairəsinin yanına gəlmiş, bir neçə dəqiqədən sonra yanında əvvəlki «VAZ 21154» markalı avtomaşın dayanmadan keçmiş və həmin vaxt Cəsurun telefon nömrəsinə Sadiq zəng vurub onların hərəkətlərindən narazılığını bildirərək onlarla görüşməkdən imtina etmişdir. Şamaxı rayon polis şöbəsində Zərərçəkmiş şəxs2 ifadə verdiyi zaman döyülməsində iştirak edən şəxsləri görmüş, lakin onları tanımadığını bildirmişdir. Cəsur polisdə olduğu zaman həmin şəxsləri gördükdə Zərərçəkmiş şəxs3 zəng vurub həmin şəxsləri tanımadığını bildirərək, görüşdürməsini xahiş etmişdir. Bununla əlaqədar Nuranə ona zəng vuraraq, Cəsuru həmin uşaqlarla görüşdürməsi barədə məsləhət almış, lakin o, sonuncuya qəti bildirmişdir ki, bu məsələyə baş qoşmasın. Hesab edir ki, Cəsur həmin şəxsləri tanımaqdan qorxmuşdur, çünki göstərilən şəxsləri tanımadığı halda Cəsurun həmin şəxslərlə görüşmək istəməsinin səbəbini başa düşmək olmur. Birinci instansiya məhkəməsində şahid X15 ifadələrində göstərmişdir ki, o, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan şəxslərdən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tanıyır. Zərərçəkmiş şəxs3 Növcuvan qızı isə onun bacısıdır. Bacısı Zərərçəkmiş şəxs3 Növcuvan qızı Bakıya işləməyə gəlmişdi. Lakin bir müddət sonra anası Nuranəyə zəng edib uşağın xəstə olduğunu və Şamaxıya qayıtmasını bildirdi. Nuranə də kompyuteri və paltarlarını Bakıda qoyub Şamaxıya qayıtdı. Şamaxıda olarkən, bir neçə şəxs qapını döyüb Nuranəni soruşdular və kompyuterin pulunu istədilər. Daha sonra isə Nuranəyə hədə-qorxu gəldilər. Onlar isə qardaşları və ataları olmadığından bir yaxın kimi Təqsirləndirilən şəxs3 bu barədə dedilər. Onlar Təqsirləndirilən şəxs3 pislik görməyiblər. O, ibtidai istintaq zamanı ifadələrinə qorxaraq imza edib. Bu səbəbdən də həmin ifadələri təsdiq etmir. Birinci instansiya məhkəməsində şahid X7 məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələri ziddiyyətli olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. O, həmin ifadələrində göstərmişdir ki, Şamaxı rayonunda Xanlar adlı şəxsə məxsus «Səhər» restoranında qabyuyan işlədiyi zaman, təxminən 2012-ci ilin oktyabr ayının ortalarında kafedə olan otağa -qonaqlarla oturan kafenin müdiri Xanlara çay apardıqda həmin otaqda Xanlardan başqa iki nəfərin olduğunu və həmin şəxslərin mobil telefonunda olan fotoşəkilə baxıb güldüklərini görmüşdür. Onun otağa daxil olduğunu görən kimi əvvəllər həmin restoranın müştərisi kimi tanıdığı Famil adlı şəxs mobil telefonu ona göstərərək demişdir ki, «bacı bax, qorxma, biz onu daldan bıçaqla vurduq». O, mobil telefona baxıb fotoşəkildə lüt vəziyyətdə uzanmış Təqsirləndirilən şəxs3 görmüş, lakin fotoşəkili ona uzaqdan göstərdiklərindən harada çəkildiyini bilməmişdir. O, həmin şəxslərin hərəkətlərindən narazılığını bildirmiş, lakin sonuncular onun dediklərinə heç bir məhəl qoymayaraq demişlər ki, bərk gedən adamlarla belə edirlər. O, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2lə olan münasibətlərini bildiyindən Sadiqə qarşı hərəkətin Lətif tərəfindən edildiyini başa düşmüş və demişdir ki, «siz indi gülürsünüz, lakin Lətifin ömrü də az qalıb». Xanlar gülə-gülə ona baxıb orada olan şəxslərdən birini göstərərək, Lətif olduğunu bildirmişdir. Lətif ona baxıb demişdir ki, bacısı Nuranəyə Sadiqlə olan münasibətlərinə son qoymasını desin, çünki gec-tez Lətif Sadiqi öldürəcəkdir. Bu sözləri Nuranəyə çatdırmaq üçün Lətif ona pul təklif etmiş, lakin o, bu təklifə razı olmamış və demişdir ki, Nuranənin telefon nömrəsini tapıb öz sözünü bilavasitə desin. Bir neçə dəqiqədən sonra Lətif və Famil Familə məxsus olan ağ rəngli «Santa Fe» markalı avtomaşına minib getmişlər. Bu barədə o, bacısına dedikdə Nuranə bildirmişdir ki, Familin atası Faiq Sadiqi cəzalandırmaq üçün Lətifə pul vermiş və buna görə Lətif Famillə birlikdə Sadiqi kruqa salıb bıçaqlamışlar. 2012-ci ilin sentyabr ayının axırlarında bacısı Nuranə «Toshiba» markalı kompyuteri Bakı şəhərindən gətirəndən sonra bir neçə dəfə Təqsirləndirilən şəxs3 yanında Nuranədən həmin kompyuteri verməsini xahiş etmiş, lakin sonuncu hər dəfə ona rədd cavabı vermişdir. 26 sentyabr 2012-ci il tarixdə axşam vaxtı Təqsirləndirilən şəxs3 onların yaşadığı evə gəlib Nuranəni aparmışdır. Gec olsa da, Nuranənin evə qayıdacağını bildiyindən o, evin qiriş qapısını bağlamayaraq 24 radələrində yatmışdır. Təxminən bir saatdan sonra otaqda kənar şəxsin olduğunu hiss edərək oyandıqda Təqsirləndirilən şəxs3 görmüşdür. Həmin vaxt Sadiq gətirdiyi çantaya artıq kompyuteri qoymuş və həmin çantaya Nuranənin mobil telefon aparatını qoyurdu. O, bacısına məxsus əşyaların aparılmasının səbəbi barədə soruşduqda Sadiq gülə-gülə Nuranənin icazə verdiyini demişdir. O, Sadiqdən çox qorxduğundan heç bir söz deməmiş, Nuranənin telefon aparatı Sadiqdə olduğuna görə bacısına da zəng edə bilməmişdir. Sadiq kompyuteri və mobil telefon aparatını gətirdiyi qara rəngli idman çantasına qoyub çıxıb getmişdir. Nuranə evə qayıtdıqda o, sonuncuya bu barədə danışmış, Nuranə isə həmin əşyaların aparılmasında Sadiqə heç bir icazə vermədiyini, əksinə Sadiqin gecə vaxtı öz dostunun yanına getmək adı ilə Nuranə ilə birlikdə qaldığı evdən çıxıb qayıdanda həmin kompyuteri və telefon aparatını göstərib «mən həmin kompyuteri səndən bir neçə dəfə xahiş etmişəm, sən mənə vermədin, indi baxaq görək sən bu kompyuteri məndən ala biləcəksənmi» dediyini bildirdi. Birinci instansiya məhkəməsində şahid X38 ifadələrində göstərmişdir ki, o, Şamaxı rayon X4 Şöbəsinin müdiri vəzifəsində işləyir. 11 avqust 2012-ci il tarixdə, saat 20 radələrində ev telefonuna növbətçi tibb bacısı zəng edib şöbəyə yaralı xəstə daxil olduğunu bildirmişdir. O, dərhal xəstəxanaya gəlib görmüşdür ki, 1983-cü il təvəllüdlü Şamaxı şəhər sakini Təqsirləndirilən şəxs3 döş qəfəsinin sol arxa divarının daxilə keçməyən kəsilmiş yarası, sol mil sümüyünün tipik yerini dəyişmiş sınığı, sol ovucun kəsilmiş yaraları, sol budun aşağı 1/3 hissəsinin kəsilmiş yarası xəsarətləri ilə daxil olmuşdur. O, xəstəni müayinə edib şəxsən Şamaxı RPŞ-nə zəng vurub məlumat vermişdir. Təqsirləndirilən şəxs3 bildirmişdir ki, həmin xəsarətləri avtonəqliyyat qəzası nəticəsində almışdır. O, öz növbəsində sonuncunun dediklərini olduğu kimi stasionar kartada qeyd etmişdir. O, əməliyyat keçirib Təqsirləndirilən şəxs3 sümüklərini yerinə qoyub qips sarığısı ilə sarımışdır. Sonuncunun üzərində bütün əməliyyatları qurtardıqdan sonra dəqiq qənaətə gəlmişdir ki, Sadiqin bədənində olan xəsarətlər yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilməz və bunu Təqsirləndirilən şəxs3 bildirib yalan danışmamağını və hadisənin həqiqətdə necə olduğunu soruşsa da, sonuncu əvvəlki sözlərini təkrar etmişdir. Bir neçə dəqiqədən sonra 10 nəfər polis əməkdaşları, onlardan üzdən tanıdığı, lakin adlarını bilmədiyi 2 nəfər müstəntiqlər də gəlmişlər. Müstəntiqlərdən biri Təqsirləndirilən şəxs3 izahat alıb getdikdə sonuncunun yanında gecə 2 nəfər polis əməkdaşlarından ibarət post qurulmuşdur. 12 avqust 2012-ci il tarixdə Təqsirləndirilən şəxs3 yanına bir neçə polis əməkdaşı gəlib Sadiqlə söhbət etmiş, saat 18 radələrində Təqsirləndirilən şəxs3 onun etirazına baxmayaraq, öz təkidi ilə xəstəxanadan çıxmışdır. Birinci instansiya məhkəməsində şahid X39 ifadələrində göstərmişdir ki, o, AR ƏNnin Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsində ƏŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 mart 2013-cü il tarixdə saat 16.10 radələrində əməliyyat məlumatı əsasında təcridxananın 8-ci rejim korpusunun 72 №-li kamerasında saxlanılan Təqsirləndirilən şəxs3 üzərinə təcridxananın əməkdaşları və hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sonuncunun əynində olan şalvarın sol cibindən «Cəzaçəkmə müəssisələrinin X45» ilə qadağan olunmuş, daxilində SİM-kartı olan 1 ədəd «Nokia» markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsində şahid X63 ifadələrində göstərmişdir ki, o, AR ƏNnin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında nəzarətçi vəzifəsində işləyir. 26 mart 2013-cü il tarixdə saat 16.10 radələrində əməliyyat məlumatı əsasında təcridxananın 8-ci rejim korpusunun 72 №-li kamerasında saxlanılan Təqsirləndirilən şəxs3 üzərinə təcridxananın əməkdaşları və hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sonuncunun əynində olan şalvarın sol cibindən «Cəzaçəkmə müəssisələrinin X45» ilə qadağan olunmuş, daxilində SİM-kartı olan 1 ədəd «Nokia» markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsində şahid X31 ifadələrində göstərmişdir ki, o, “Turist” restoranında ofisiant işləyir. Məhkəmədə ona təqdim olunan təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 bir Şamaxı sakini kimi tanıyır. 31 oktyabr 2012-ci il tarixdə işlədiyi restoranda saat 15 radələrində təxminən 25-30 nəfər müştəri olmuş, göstərilən şəxslərdən təxminən 10-15 nəfər çardaqlarda, 10 nəfər otaqlarda, restoranın müdiri Həsənin otağında 4-5 nəfər Şamaxı RPŞ-nin əməkdaşları oturmuşlar. Həmin vaxtda restorana 5-6 nəfərdən ibarət bir dəstə cavan oğlanlar gəlmiş və onlardan biri Təqsirləndirilən şəxs3 olmuşdur. Təqsirləndirilən şəxs3 dəfələrlə onun işlədiyi restorana bir qayda olaraq 4-5 nəfərdən ibarət olan dost-tanışları ilə gəlmişdir. Bu dəfə də o, 5-6 nəfərlə birlikdə adətən gəldiyi ağ rəngli «VAZ 21154» markalı avtomaşınla gəlmişdir. Təqsirləndirilən şəxs3la birlikdə gələn şəxslərin arasında iki nəfər hündür boy, idman bədən quruluşu olan, digər iki nəfər cavan, arıq uşaqlar olmuşdur. O, həmin şəxsləri dəfələrlə Təqsirləndirilən şəxs3 yanında görmüşdür. Bir neçə dəqiqədən sonra restoranın həyətinə «Mercedes» markalı avtomaşın gəlmiş və oradan tanımadığı şəxslər düşmüşdür. O, həmin vaxt restoranda hər hansı mübahisənin və ya davanın şahidi olmamışdır. İbtidai istintaq zamanı ifadələrinə oxumadan imza etmişdir. Birinci instansiya məhkəməsində şahid X12 ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələri ziddiyətli olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. O, həmin ifadələrində göstərmişdir ki, 31 oktyabr 2012-ci il tarixdə işlədiyi restoranda saat 15 radələrində təxminən 25-30 nəfər müştəri olmuş, göstərirlən şəxslərdən təxminən 10-15 nəfər çardaqlarda, 10 nəfər otaqlarda, restoranın müdiri Həsənin otağında 4-5 nəfər Şamaxı RPŞ-nin əməkdaşları oturmuşlar. Həmin vaxtda restorana 5-6 nəfərdən ibarət bir dəstə cavan oğlanlar gəlmiş və onlardan biri Təqsirləndirilən şəxs3 olmuşdur. O, Təqsirləndirilən şəxs3 Şamaxı şəhər sakini kimi tanımış, sonuncu dəfələrlə işlədiyi restoranına bir qayda olaraq 4-5 nəfərdən ibarət olan dost-tanışları ilə gəlmişdir. Bu dəfə də o, 5-6 nəfərlə birlikdə adətən gəldiyi ağ rəngli «VAZ 21154» markalı avtomaşınla gəlmişdir. Təqsirləndirilən şəxs3la birlikdə gələn şəxslərin arasında iki nəfər hündür boy, idman bədən quruluşu olan, digər iki nəfər cavan, arıq uşaqlar olmuşdur. O, həmin şəxsləri dəfələrlə Təqsirləndirilən şəxs3 yanında görmüşdür. Bir neçə dəqiqədən sonra restoranın həyətinə «Mercedes» markalı avtomaşın gəlmiş və oradan tanımadığı şəxslər düşmüşdür. Təxminən 10 dəqiqədən sonra Təqsirləndirilən şəxs3 oturduğu yerdən səslər gəlmiş və o, orada oturan şəxslərin arasında dava başladığını anlasa da, oraya yaxınlaşmadığından konkret olaraq davada kim iştirak etdiyini bilmir. Həmin səs-küyə otaqda oturan polis əməkdaşları çıxdıqda Təqsirləndirilən şəxs3 və onun dəstəsi onları görən kimi restoranın həyətindən qaçmışlar. Polis əməkdaşları döyülmüş şəxsə ilkin yardım göstərməklə həmin şəxsi xəstəxanayə göndərmişlər. Təqsirləndirilən şəxs3 və onun dəstəsi restorandan qaçdıqdan sonra o, sonuncuların oturduğu çardağa gəlib bir neçə ədəd sınmış stəkanları görmüşdür. Birinci instansiya məhkəməsində şahid X40 ifadələrində göstərmişdir ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs3 məhlə uşağı kimi, Təqsirləndirilən şəxs1 Şamaxı sakini kimi tanıyır, Təqsirləndirilən şəxs2 isə adını eşidib. O, 2012-ci ilin avqust ayının əvvəlləri saat 16-17 radələrində idarə etdiyi avtomaşınında Şamaxı şəhərinin Azərbaycan küçəsində yerləşən «Şirvan klub güləş zalı»nın yanından keçərkən bir neçə şəxs əl edərək saxlatdırıb xahiş etmişdir ki, onları «Azpetrol» yanacaqdoldurma məntəqəsinin yanına aparsın. Avtomaşına güləşçi kimi tanıdığı Elgün, tanımadığı, əvvəllər görmədiyi iki nəfər şəxs də oturmuşdur. O, həmin şəxsləri «Azpetrol» yanacaq doldurma məntəqsinə çatdırdıqda Göylər kəndi yolunun döngəsinə təxminən 50 metr çatmamış avtomaşınını saxlatdırmış və maşından enən kimi yolun kənarında dayanmış Mirələm yaxınlaşıb təxminən 2 dəqiqə söhbət etməmiş üçü də Mirələmin üstünə cumub döyməyə başlamışlar. 3 nəfərin Mirələmin üstünə düşüb təpik, sillə, yumruq vurduqlarını gördükdə o, həmin şəxsləri aralamağa çalışmış, həmin vaxt orada olan tanımadığı şəxslər də davanı görüb avtomaşınlarını saxlayan tanımadığı sürücülərlə birlikdə dalaşmaya son qoymuşlar. Bundan sonra onlar Elgünlə Mirələmi barışdırmışlar və o, bundan sonra işə getmişdir. Mirələmlə olan mübahisə zamanı Təqsirləndirilən şəxs3 və Dünyamalı adlı şəxs orada olmayıb. 20 noyabr 2012-ci il tarixdə təxminən saat 17 radələrində evdə olduğu zaman Sadiq ona zəng vurub tərəfindən törədilmiş yol qəzası barədə qısa məlumat verərək, Bakı- Şamaxı magistral yolun 116-ci km-də, yəni «Şərab zavodu»nun yanına gəlib oradan aparmağı xahiş etmişdir. Aralarında olan yaxın münasibətlərə görə o, evdən çıxıb benzin doldurma məntəqəsinə, oradan isə Sadiqin dediyi yerə, təxminən 5-6 dəqiqədən sonra çatmışdır. Həmin yerə çatan kimi Təqsirləndirilən şəxs1 «VAZ 21154» markalı avtomaşınını əzilmiş vəziyyətdə, Sadiqin və Əzizin yolun əks tərəfində durub onu gözlədiklərini görmüşdür. Sadiq ona heç bir söz demədən onun «Niva» markalı avtomaşınının arxa oturacağına Əzizlə birlikdə oturmuş və Sadiqin xahişinə görə o, «Şirvan» restoranı tərəfinə sürmüşdür. Sadiqin qolunda qan izləri olmuş, «Şirvan» restoranının yanında birdən Sadiq ondan Şamaxı şəhərinə aparmasını xahiş etmiş və o, sonuncunu xəstəxanaya aparmağı təklif etmişdir. Lakin, Sadiq buna razı olmamış və tələb etmişdir ki, sonuncunu evinə aparsın. O, «Şirvan» restoranından Şamaxı şəhəri istiqamətinə getdiyi zaman Sabir qəsəbəsində Əzizin dalınca gələn «VAZ 21154» markalı avtomaşını görmüş və Əziz avtomaşınından düşüb yuxarıda göstərilən avtomaşınına oturaraq, Bakı istiqamətinə getmişdir. O isə Sadiqi sonuncunun evinə gətirib düşürmüşdür. Birinci instansiya məhkəməsində verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında ziddiyyətlər olduğundan şahid X17 ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. O, həmin ifadələrində göstərmişdir ki, 2012-ci ilin avqust ayının əvvəlləri saat 16-17 radələrində idarə etdiyi avtomaşınında Şamaxı şəhərin Azərbaycan küçəsində yerləşən «Şirvan klub güləş zalı»nın yanından keçərkən qarşısında dayanan Sadiq ona əl edərək saxlatdırıb xahiş etmişdir ki, dostları ilə birlikdə «Azpetrol» yanacaqdoldurma məntəqəsinin yanına aparsın. Sadiqlə avtomaşına sonuncunun dostları - güləşçi kimi tanıdığı Elgün, Ruslan kimi çağırılan «Mosu» ləqəbli Dünyamalı, üçüncü şəxs isə tanımadığı, əvvəllər görmədiyi, Sadiqlə bir yaşda olan arıq hündür boylu sarıyanız şəxs olmuşdur. Həmin şəxsləri «Azpetrol» yanacaq doldurma məntəqəsinə çatdırdıqda Göylər kəndi yolunun döngəsinə təxminən 50 metr çatmamış avtomaşınını saxlatdırmış və maşından enən kimi yolun kənarında dayanmış Mirələm yaxınlaşıb təxminən 2 dəqiqə söhbət etməmiş dördü də Mirələmin üstünə cumub döyməyə başlamışlar. Sadiqlə Mirələmi o, yaxın dostlar kimi tanımış, aralarında olan söhbətdən belə başa düşmüşdür ki, aralarında olan zarafata görə sözləri düz gəlməmişdir. 4 nəfər Mirələmin üstünə düşüb təpik, sillə, yumruq vurduqlarını gördükdə o, həmin şəxsləri aralamağa çalışmış, həmin vaxt orada olan tanımadığı şəxslər də davanı görüb avtomaşınlarını saxlayan tanımadığı sürücülərlə birlikdə dalaşmaya son qoymuşlar. 20 noyabr 2012-ci il tarixdə təxminən saat 17 radələrində evdə olduğu zaman Sadiq ona zəng vurub tərəfindən törədilmiş yol qəzası barədə qısa məlumat verərək, Bakı-Şamaxı magistral yolun 116-ci km-də, yəni «Şərab zavodu»nun yanına gəlib oradan aparmağı xahiş etmişdir. Aralarında olan yaxın münasibətlərə görə o, evdən çıxıb benzin doldurma məntəqəsinə, oradan isə Sadiqin dediyi yerə təxminən 5-6 dəqiqədən sonra çatmışdır. Həmin yerə çatan kimi Təqsirləndirilən şəxs1 «VAZ 21154» markalı avtomaşınını əzilmiş vəziyyətdə, Sadiqin və Əzizin yolun əks tərəfində durub onu gözlədiklərini görmüşdür. Sadiq ona heç bir söz demədən onun «Niva» markalı avtomaşınının arxa oturacağına Əzizlə birlikdə oturmuş və Sadiqin xahişinə görə o, «Şirvan» restoranı tərəfə sürmüşdür. Sadiqin qolunda qan izləri olmuş, «Şirvan» restoranının yanında birdən Sadiq ondan Şamaxı şəhərinə aparmasını xahiş etmiş və o, sonuncunu xəstəxanaya aparmaı təklif etmişdir. Lakin Sadiq buna razı olmamış və tələb etmişdir ki, sonuncunu evinə aparsın. «Şirvan» restoranından Şamaxı şəhəri istiqamətinə getdiyi zaman Sabir qəsəbəsində Əzizin dalınca gələn «VAZ 21154» markalı avtomaşını görmüş və Əziz avtomaşınından düşüb yuxarıda göstərilən avtomaşınına oturaraq, Bakı istiqamətinə getmişdir. O isə Sadiqi sonuncunun evinə gətirib düşürmüşdür. Yolda Sadiq ona yalnız qəza barədə danışmış və buna görə yalnız səhərisi gün atışma barədə eşitmiş, lakin Sadiqin kriminala meylli şəxs olduğunu və ona qarşı hər bir hərəkət edə biləcəyinə görə polis orqanlarına məlumat verməkdən qorxmuşdur. Birinci instansiya məhkəməsində şahid X2 ifadələrində göstərmişdir ki, o, AR MTE və PA Birliyinin Şamaxı şöbəsinin rəisi vəzifəsində işləyir. Məhkəmədə ona təqdim olunan təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tanıyır, onlar barələrində tibb-ekspert rəylərini vermişdir. O, 12 avqust 2011-ci il tarixdə Şamaxı RPŞ-nin İB-nin rəisi İlqar Hacıyevin təliqəsinə əsasən, Şamaxı rayon mərkəzi xəstəxanasında Təqsirləndirilən şəxs3 müayinə edib bu barədə müvafiq akt tərtib etmişdir. Müayinə zamanı Təqsirləndirilən şəxs3 döş qəfəsinin arxa səthində, sol əlin ovuc səthində, sol budun aşağı 1/3-nin iç səthindən baldırın yuxarı 1/3-nə kimi boylama istiqamətdə kəsilmiş yaralar, sol mil sümüyünün qapalı sınığı aşkar olunmuş, xəsarətlərin yetirilməsi müddəti 11 avqust 2011-ci il tarixə uyğun olmuşdur. Kəsilmiş yaralar kəsici, yaxud da kəsici-deşici kənarları olan alətlə, mil sümüyünün sınığı isə küt əşyanın təsirindən, yaxud yıxılma zamanı törədilə bilər. Təqsirləndirilən şəxs3 sözlərinə baxmayaraq, göstərilən xəsarətlər avtoqəza nəticəsində əmələ gəlməyə uyğun deyildi. Birinci instansiya məhkəməsində şahid X32 ifadələrində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında işləyir. Məhkəmədə ona təqdim olunan təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 tanıyır. 26 mart 2013-cü il tarixdə saat 16.10 dəqiqə radələrində əməliyyat məlumatı əsasında təcridxananın 8-ci rejim korpusunun 72 №-li kamerasında saxlanılan Təqsirləndirilən şəxs3 üzərinə təcridxananın əməkdaşları və hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sonuncunun əynində olan şalvarın sol cibindən «Cəzaçəkmə müəssisələrinin X45» ilə qadağan olunmuş, daxilində SİM-kartı olan 1 ədəd «Nokia» markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs3 həmin telefonun özünə məxsus olduğunu bildirdi. Birinci instansiya məhkəməsində şahid X78 ifadələrində göstərmişdir ki, məhkəmədə ona təqdim olunan təqsirləndirilən şəxsləri Şamaxı sakinləri kimi tanıyır. 18 fevral 2013-cü il tarixdə əvvəllər tanıdığı Mübariz Ömərov ona zəng vurub Qobustan rayonu, Təklə kəndinə aparmağını xahiş etmiş, sonuncu yol xərcini verəcəyini dediyinə görə o, razılaşmışdır. Mübariz qaldığı məhəlləyə gəldikdə Ülvi Kazımovu görmüş və Ülvi onun avtomaşınına oturmuşdur. Mübariz Ömərovun qaldığı evə çatdıqda Ülvi onun telefonundan Mübarizə zəng vurmuş və Mübariz evdən çıxıb avtomaşınına oturmuşdur. Daha sonra onlar Şamaxı şəhərindən çıxıb Qobustan şəhəri istiqamətinə getmiş, yolda Mübariz bir dəfə avtomaşından çıxıb, Ağdərə kəndində olan benzindoldurma məntəqəsinə gedib içmək üçün «Kola» almış, yolu davam etdikdə orada olan avtobus dayanacağının yanında Təqsirləndirilən şəxs2 görmüşlər. Həmin vaxt Mübariz maşının saxlanılmasını demiş və o, avtomaşınını saxladıqda Lətif yaxınlaşıb onun avtomaşınına oturmuşdur. Bundan sonra maşınla hərəkət etməyə başlayan kimi avtomaşının yanına başqa bir neçə avtomaşın yaxınlaşaraq hərəkəti davam etməyə qoymamış, oradan çıxan polis əməkdaşları onları saxlayaraq Qobustan rayon polis şöbəsinə gətirmiş və orada Təqsirləndirilən şəxs2 üzərinə aparılmış baxış nəticəsində «Kalaşnikov» markalı avtomat aşkar edilib götürülmüşdür. Birinci instansiya məhkəməsində şahid X64 ifadələrində göstərmişdir ki, məhkəmədə ona təqdim olunan təqsirləndirilən şəxsləri Şamaxı sakinləri kimi tanıyır. 18 fevral 2013-cü il tarixdə qaldığı məhəllədə X65 görmüş və onun avtomaşınına oturmuşdur. Mübariz Ömərovun qaldığı evə çatdıqda o, Azərin telefonundan Mübarizə zəng vurmuş və Mübariz evdən çıxıb Azərin avtomaşınına oturmuşdur. Daha sonra onlar Şamaxı şəhərindən çıxıb Qobustan şəhəri istiqamətinə getmiş, yolda Mübariz bir dəfə avtomaşından çıxıb Ağdərə kəndində olan benzindoldurma məntəqəsinə gedib içmək üçün «Kola» almış, yolu davam etdikdə orada olan avtobus dayanacağının yanında Təqsirləndirilən şəxs2 görmüşlər. Həmin vaxt Mübariz maşının saxlanılmasını demiş və Azər avtomaşınını saxladıqda Lətif yaxınlaşıb avtomaşına oturmuşdur. Bundan sonra maşınla hərəkət etməyə başlayan kimi avtomaşının yanına başqa bir neçə avtomaşın yaxınlaşaraq hərəkəti davam etməyə qoymamış, oradan çıxan polis əməkdaşları onları saxlayaraq Qobustan rayon polis şöbəsinə gətirmiş və orada Təqsirləndirilən şəxs2 üzərinə aparılmış baxış nəticəsində «Kalaşnikov» markalı avtomat aşkar edilib götürülmüşdür. Birinci instansiya məhkəməsində şahid X73 ifadələrində göstərmişdir ki, o, Şamaxı RPİ-nin DYPB-nin rəisi vəzifəsində işləyir. Məhkəmədə ona təqdim olunan təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 Şamaxı sakini kimi tanıyır. 31 oktyabr 2012-ci il tarixdə saat 13 radələrində Şamaxı RPŞ-nin əməkdaşları İrşad Hüseynov, Hüseyn Muradxanov, Əliqulu Ağaliyev və Azad İsmayılovla birlikdə «Turist» restoranında otaqların birində nahar etdikləri zaman həyətdə səs-küy və dava-dalaş səsləri eşidərək otaqdan çıxdıqda görmüşlər ki, Şamaxı şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs3 və yanında olan 5-6 nəfər tanımadığı bir şəxsi təpik, yumruq və əllərində olan taxta parçası ilə vururlar. Bunun qarşısını almaq məqsədi ilə sonunculara yaxınlaşdıqda Sadiq və yanında olan şəxslər səs-küy salaraq qaçmışlar. O və digər polis əməkdaşları döyülən şəxsə yaxınlaşıb sifəti qan içində olduğunu, vəziyyəti qənaətbəxş olmadığını gördükdə yaxınlıqda xidmət aparan RPŞ-nin DYPB-nin əməkdaşı Valehə zəng edərək çağırıb zərərçəkmişi xəstəxanaya aparmağını tapşırmış və Valeh gələrək xidməti avtomaşınla həmin şəxsi Mərkəzi rayon xəstəxanasına aparmışdır. Birinci instansiya məhkəməsində şahid X33 ifadələrində göstərmişdir ki, 20 noyabr 2012-ci il tarixdə saat 17 radələrində yaşadığı Sabir qəsəbəsinə getmək məqsədi ilə Şamaxı şəhərində, Şamaxı-Bakı magistral yolunun üstündə yerləşən «Diaqnostika mərkəzi»nin yanından tanımadığı, dövlət nömrə nişanına fikir vermədiyi ağ rəngli «VAZ 2106» markalı avtomaşına minmiş, həmin avtomaşın təxminən 200-300 metr hərəkət etdikdən sonra sol tərəfindən yan-yana ötüşməklə ağ rəngli «VAZ 21154» və onun sağında qara rəngli «cip» tipli avtomaşınlar yüksək sürətlə onları keçərək Bakı istiqamətində gözdən itmişlər. «Turist» restoranının yanından keçdikləri zaman atəş səsi eşitmiş, daha 400-500 metr hərəkət etdikdən sonra isə ağ rəngli «VAZ 21154» markalı avtomaşının yolun əks istiqamətinə çıxaraq şumlanmış sahənin yanındaki ağaca dəydiyini, «cip» tipli avtomaşının hərəkətini yavaşladığını görmüş, oturduğu avtomaşının sürücüsü həmin yer xətalı olduğunu deyərək sürətini artırıb həmin yerdən uzaqlaşmışdır. O, arxaya baxdıqda «cip» tipli avtomaşının dönüb Şamaxı istiqamətində getdiyini görmüşdür. Birinci instansiya məhkəməsində şahid X50 ifadələrində göstərmişdir ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs3 orta məktəbdə oxuduğu zamandan tanıyır. Daha sonra X29 təhsil aldığı zaman X23 təhsil almış, münasibətləri davam etmiş və Bakı şəhərində kirayə götürülmüş mənzildə tez-tez görüşmüşlər. Təhsillərini bitirdikdən sonra onlar Şamaxı şəhərinə qayıdıb yaxın dost münasibətlərini davam etmişlər. Təqsirləndirilən şəxs3 təxminən 2007-2008-ci illərdə əmisi Lazımı döyən beş nəfərə qısas almaq məqsədiylə bıçaqla müxtəlif bədən xəsarətləri yetirmiş və buna görə məhkum olunmuşdur. Azadlıqa çıxdıqdan sonra Sadiq tam şəkildə dəyişmiş və sonuncunun cinayətə meylli olduğuna fikir vermişdir. Dəfələrlə Sadiq heç bir səbəb olmadan mübahisə yaradıb mübahisə edən şəxsləri bir qayda olaraq döyməyə çalışmışdır. 31 oktyabr 2012-ci il tarixdə Təqsirləndirilən şəxs3 və onun dostları Seymur, Natiq, Əziz, Elgün, «Mosu» Şamaxı şəhərində olan «Turist» yeməkxanasında Bakı şəhərindən gələn və Sadiqdən kompyuterin qaytarılmasını tələb edən şəxsin dostunu döymüşlər. 2011-ci ilin avqust ayında Təqsirləndirilən şəxs3 ona məxsus «SANTA FE» markalı avtomaşını onun və dostu Mübariz Ömərovun əlindən alıb qaçırmışdır. Həmin günün axşamı o, Təqsirləndirilən şəxs2, Mübariz, Sadiq və Seymur Mədrəsə qəsəbəsinin yanında «Çinar» restoranında görüşmüş və Sadiq mübahisə zamanı Mübarizə əl atıb bir-iki dəfə təpiklə və yumruqla vurmuşdur. 11 avqust 2011-ci il tarixdə Təqsirləndirilən şəxs2 ona zəng vurub Təqsirləndirilən şəxs3 barışmaq istədiyini və buna görə onu Şamaxı rayonu, Pirquluya gedən yolun üstündə olan «Məlhəm» restoranının yanında gözlədiyini demişdir. Lətifin dediklərindən ona bəlli olmuşdur ki, Sadiqlə görüşdə sonuncu və Mübariz Ömərov da iştirak edəcəklər. O, oraya bir az gec çatmış, bu zaman Şamaxı şəhəri istiqamətinə gedən yaşıl rəngli «VAZ 2121» markalı Rusiya nömrəsi ilə avtomaşınla rastlaşmış və həmin avtomaşını idarə edən Natiq öz avtomaşınından ona hədə-qorxu işarəsi göstərmiş, lakin Təqsirləndirilən şəxs3 həmin avtomaşında olduğunu görməmişdir. «Məlhəm» restoranına çatanda restoranla üzbəüzdə yolun sağ tərəfində Sadiqlə yaxın dost münasibətlərdə olan Seymurun «BMV 745» markalı və Təbrizin «VAZ 2199» markalı avtomaşınlarını görmüşdür. Avtomaşınından çıxan kimi yanına Təqsirləndirilən şəxs2 öz «BMV 530» markalı avtomaşını ilə və həmin avtomaşında olan Mübariz Ömərov yaxınlaşıb demişlər ki, orada gözləməsin, lazım olduğu halda Sadiq onunla görüşəcəkdir. Bu zaman onun Təqsirləndirilən şəxs3 bədən xəsarətlərinin yetirilməsi barədə heç bir məlumatı olmamışdır. Səhərəsi gün o, Lətif və Mübarizlə görüşdüyü zaman Təqsirləndirilən şəxs3 bıçaqla bədən xəsarətləri yetirilməsi barədə Sadiqi xəstəxanada gördüyündən kifayət qədər məlumatı olmuşdur. Lətif və Mübariz Sadiqlə olan dava-dalaş barədə danışdıqlarından sonuncuda «Makarov» tipli tapanca olduğu ona məlum olmuş, Mübariz və Lətif konkret olaraq Təqsirləndirilən şəxs3 bıçaq yarasının kim tərəfindən yetirildiyini deməsələr də, bunun Mübariz Ömərov tərəfindən yetirildiyini başa düşmüşdür, çünki əvvəllər onun avtomaşınının qaçırılmasına görə söhbət olduğu zaman Təqsirləndirilən şəxs3 bir neçə dəfə Mübarizə sillə və təpik vurmuşdur. Həmçinin Şamaxı şəhərində olan söz-söhbətlərdən eşitmişdir ki, dalaşma nəticəsində Mübariz Sadiqi bıçaqlamışdır. Bununla bağlı onu Şamaxı RPŞ-nin müstəntiqi xəstəxanaya dəvət etmiş və Sadiqlə üzləşdirmişdir. Sadiq xəstəxanadan çıxdıqdan 10-15 gündən sonra Təbriz adlı şəxslə birlikdə sonuncuya məxsus «BMV 525» markalı avtomaşınla Təqsirləndirilən şəxs2 Şamaxı şəhərində görüb sonuncunun idarə etdiyi «BMV» markalı avtomaşına «Makarov» tipli tapançadan bir neçə dəfə atəş açmışlar. Lətif silahsız olduğundan onlardan qaçıb öz evinə gəlmişdir. Həmin vaxt Təbriz və Sadiq Lətifin evinə gələrək dəmir darvazanın qarşısından Lətifi və onun ailə üzvlərinin ünvanlarına söyüş söymüşlər. Bir neçə gündən sonra X93 şəhərində gördükdə sonuncu silahsız olduğundan Lətifdən öz evinə tərəf qaçmağa başlamışdır. Lətif onun dalınca birbaşa onun evinə gəlib oradan Sadiqin əmisi Lazım və babası çıxmışlar. Lətifdə silah olduğuna baxmayaraq həmin şəxslərə qarşı heç bir hərəkət etməyib, sözlə onlardan Sadiqi yığışdırmasını tələb edib çıxıb getmişdir. Lakin Sadiq evindən «Makarov» tipli tapancanı götürüb Lətifin avtomaşınının arxasına üç dəfə atəş açmışdır. 20 noyabr 2012-ci il tarixdə o, Qobustan RPŞ-ndə işdə olarkən sahə müvəkkili Fərid adlı şəxslə birlikdə məhkəmə tərəfindən çıxarılmış məcburi gətirmə qərarının icrası ilə məşgul olmuşdur. Saat 18 radələrində Mübariz ona zəng vurub Lətiflə Sadiq arasında atışma baş verdiyi barədə ilkin məlumat vermişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs2lə 25 dekabr 2012-ci il tarixdə gecə saat 24 radələrində işdən qayıtdığı zaman görüşmüşdür. Lətif qaynatasının «VAZ 2109» avtomaşınında olmuş və yanında qaynı Məlik adlı şəxs da oturmuşdur. İkinci dəfə qardaşı Elyara məxsus «Lexus 470» qara rəngli avtomaşınla Lətifi Qobustan şəhərindən 26 yanvar 2013-cü il tarixdə götürüb Bakı şəhərinə gətirmiş, bir–iki saatdan sonra birlikdə Bakı şəhərindən çıxıb Şamaxı şəhərinə qayıtmış, Lətif Şamaxı şəhərinə çatmamış Sabir qəsəbəsində düşmüşdür. Birinci instansiya məhkəməsində şahid X51 ifadələrində göstərmişdir ki, məhkəmədə ona təqdim olunan təqsirləndirilən şəxsləri tanıyır. 20 noyabr 2012-ci il tarixdə dostu Famil Hümbətovla birlikdə sonuncunun avtomaşını ilə Mərəzə qəsəbəsinə getdiyi zaman Şamaxı-Bakı magistral yolunda Təqsirləndirilən şəxs1 «VAZ 21154» markalı avtomaşınını əzilmiş vəziyyətdə yolun kənarında görüb Familin avtomaşınından çıxaraq orada toplaşmış şəxslərə yaxınlaşmışdır. Orada olan şəxslərdən «universam» mağazasının müdirinin oğlunu görmüş və nə baş verdiyini soruşduqda həmin şəxs baş vermiş atışma barədə ilkin məlumat vermişdir. Sonuncunun dediklərindən ona məlum olmuşdur ki, atışma Sadıq Hüseynov və onun qohumu və dostu Təqsirləndirilən şəxs2 arasında baş vermişdir. Təqsirləndirilən şəxs2 «Lexus RX 350» markalı avtomaşını hadisə yerində olmadığından sonuncudan nə baş verdiyini soruşa bilməmişdir. Daha sonra o, Famili Qobustan rayon polis şöbəsinə, sonuncunun iş yerinə aparmış və saat 24 radələrinə kimi orada qalmışdır. Yalnız 5 gündən sonra, təxminən 25-26 noyabr 2012-ci il tarixlərdə Lətif 051 axırıncı rəqəmləri 99-94 olan telefon nömrəsindən zəng vurub Quba rayonunda olduğunu demiş, lakin hadisə ilə əlaqədar ona heç nə deməyib. Eləcə də digər Təqsirləndirilən şəxs3 da ona hadisə barədə heç nə deməyib. Əvvəllər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 arasında münasibətlər normal olub. Bundan başqa onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 “Çinar” restoranında görüşmələrindən xəbəri olmayıb. “04” markalı maşın ona məxsus olub və o, həmin maşınla “Məlhəm” restoranına gedib çay içib qayıdıb. Lakin o, “Məlhəm”də Təqsirləndirilən şəxs3 bıçaqlanmasını eşitməyib. Birinci instansiya məhkəməsində verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri ziddiyyət təşkil etdiyindən şahid X27 ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. O, həmin ifadələrində göstərmişdir ki, 20 noyabr 2012-ci il tarixdə dostu Famil Hümbətovla birlikdə sonuncunun avtomaşını ilə Mərəzə qəsəbəsinə getdiyi zaman Şamaxı-Bakı magistral yolunda Təqsirləndirilən şəxs1 «VAZ 21154» markalı avtomaşınını əzilmiş vəziyyətdə yolun kənarında görüb Familin avtomaşınından çıxaraq orada toplaşmış şəxslərə yaxınlaşmışdır. Orada olan şəxslərdən «universam» mağazasının müdirinin oğlunu görmüş və nə baş verdiyini soruşduqda həmin şəxs baş vermiş atışma barədə ilkin məlumat vermişdir. Sonuncunun dediklərindən ona məlum olmuşdur ki, atışma Sadıq Hüseynov və onun qohumu və dostu Təqsirləndirilən şəxs2 arasında baş vermişdir. Təqsirləndirilən şəxs2 «Lexus RX 350» markalı avtomaşını hadisə yerində olmadığından sonuncudan nə baş verdiyini soruşa bilməmişdir. Daha sonra o, Famili Qobustan rayon polis şöbəsinə, sonuncunun iş yerinə aparmış və saat 24 radələrinə kimi orada qalmışdır. Yalnız 5 gündən sonra, təxminən 25-26 noyabr 2012-ci il tarixlərdə Lətif 051 axırıncı rəqəmləri 99-94 olan telefon nömrəsindən zəng vurub Şamaxı rayonunda olan vəziyyət barədə soruşmuş, özünün Quba rayonunda olduğunu, Sadiqin odlu silahdan ona atəş açdığını və bunun qarşısını almaq məqsədiylə «Kalaşnikov» tipli avtomatından atəş açdığını bildirdiyini göstərmişdir. X69 Nəbiyevin arasında olan düşmənçilik barədə çoxdan eşitmiş və bilmişdir. Belə ki, 2011-ci ilin avqusta ayında Şamaxı rayon polis şöbəsi ilə üzbəüz Sadiq dostu Seymur adlı şəxslə sonuncuya məxsus «BMV» markalı avtomaşınla gəlib faktiki olaraq Familin «Santa Fe» markalı avtomaşınını əlindən almışdır. Həmin günün axşamı Təqsirləndirilən şəxs2 Sadiqə zəng vurub aldığı avtomaşının qaytarılmasını tələb etdikdə Sadiq «Çinar» restoranında görüş təyin etmişdir. Famil, Lətif və o, Lətifin avtomaşını ilə oraya gəldikdə orada Sadiqi, Natiqi, Seymuru, Əzizi və digərlərindən ibarət sonuncunun dəstəsinin olduğunu görmüşlər. Lətif Sadiqi çağıraraq Familin avtomaşınının qaytarılmasını tələb etmiş, Sadiq isə Famili və Lətifi söymüşdür. Daha sonra Familin avtomaşınını «Savalan» restoranında qaytaracağına Sadiq söz verərək həmin restorana getməyi təklif etmiş və onlar hamısı «Savalan» restoranına getmişlər. X95 söhbət etdiyi zaman xəstə olduğundan bir nəçə dəfə qusmuş, daha sonra Sadiq Familə maşını qaytarmışdır. Səhərisi gün Şamaxı şəhərində Sadiqin Lətifi döydüyü barədə söhbət yayılmış, bu sonuncunun xoşuna gəlmədiyindən Sadiqi axtarmağa başlamış və nəhayət, ona zəng vuraraq Şamaxı rayonu, Məlhəm kəndinə gəlməyini tələb etmişdir. O, özünün «VAZ 2104» markalı avtomaşını ilə Məlhəm qəsəbəsi, mərkəzi yolun sağ tərəfində olan restorana gəlmiş, lakin orada yalnız Famili və Lətifi görmüşdür. Lətif Sadiqlə dalaşma olduğu və bunun nəticəsində Sadiqi bıçaqladığı barədə demişdir. Daha sonra Sadiqin xəstəxanaya düşdüyünü eşitmiş və təxminən 10-15 gündən sonra Sadiq dostu Təbrizlə birlikdə olarkən Lətifin idarə etdiyi «BMV» markalı avtomaşının arxasına «Makarov» tipli tapançadan bir neçə dəfə atəş açmışdır. Lətifdə həmin vaxt silah olmadığından avtomaşını öz evinə sürmüş və gizlənmişdir. Sadiq və Təbriz Lətifin evinin qabağına gəlib və orada Sadiq yenə bir neçə dəfə güllə atmışdır. O, «VAZ 2101» markalı avtomaşının Az **-BA-*** dövlət qeydiyyat nişanını alması üçün Famildən 200 manat məbləğində pul alıb avtomaşının sahibinə vermiş və birlikdə notariat kontoruna getməklə Familin əmisi oğlunun adına etibarnamə almışlar. Daha sonra həmin avtomaşın sökülmüş, avtomaşının dövlət qeydiyyat nişanı Famildə qalmış və sonuncu həmin qeydiyyat nişanını «Lexus» markalı avtomaşında istifadə etmək üçün Lətifə vermişdir. Birinci instansiya məhkəməsində ifadələri elan olunub araşdırılmış şahid X18 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 20 noyabr 2012-ci il tarixdə saat 16:30 radələrində zavodun ərazisinin aşağı hissəsində olarkən magistral yol tərəfdən maşınların toqquşmasına oxşar səs eşitdiyi üçün zavodun ərazisi ilə dərhal magistral yola tərəf getmiş və yol tərəfdən zavodun çıxışında digər gözətçi ilə rastlaşıb yola çıxdıqda zavodun darvazasından Şamaxı şəhər istiqamətində təxminən 200-250 metr məsafədə yolun sağında ağ «VAZ» markalı avtomaşının ağaca çırpıldığını, avtomaşının ətrafında yoldan keçən xeyli avtomaşınların dayandığını görmüşlər. O, qəza törətmiş avtomaşının sahibini nə avtomaşının yanında, nə də ki kənarında görməmişdir. Birinci instansiya məhkəməsində ifadələri elan olunub araşdırılmış şahid X19 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, təkər ustası kimi Şamaxı şəhəri, «dörd yol» adlanan yerdə olan sexdə işləyir. 20 noyabr 2012-ci il tarixdə işdə olmadığından, yalnız səhəri gün ağ rəngli «VAZ 21154» markalı avtomaşından qara rəngli «Lexus RX 350» markalı avtomaşına bir neçə dəfə atəş açıldığını, daha sonra «Lexus RX 350» markalı avtomaşında oturan şəxsin avtomat silahdan «VAZ» markalı avtomaşına atəş açdığını xatırlaya bilmədiyi şəxslərdən eşitmişdir. Konkret olaraq «VAZ 21154» və «Lexus RX 350» markalı avtomaşınlarda oturanlar və qarşılıqlı atəşdə iştirak edən şəxslər barədə məlumatı olmasa da, söhbətlər zamanı Sadiqin və Lətifin adlarını eşitmiş, lakin atışma zamanı göstərilən şəxslərin konkret hərəkətlərinin nədən ibarət olduğunu bilmir. Birinci instansiya məhkəməsində ifadələri elan olunub araşdırılmış şahid X52 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 20 noyabr 2012-ci il tarixdə saat 17 radələrində evində olarkan mobil telefonuna dostu Təqsirləndirilən şəxs1 zəng edib öz avtomaşını ilə Şamaxı-Bakı yolunda avtoqəza törətdiyini və vəziyyətinin pis olduğunu bildirərək qəza törətdiyi yerə gəlməyini xahiş etmişdir. O, qardaşı Ceyhuna məxsus «VAZ 21014» avtomaşınla həyətdən çıxıb Bakı şəhəri istiqamətinə gedən yolda, Şərab zavodu ilə üzbəüz yolun solunda Əzizin idarə etdiyi «VAZ 21154» markalı avtomaşının ağaca dəydiyini görmüş və Əzizə zəng etdikdə sonuncu ağ rəngli «VAZ 2121» markalı avtomaşında rayon ərazisində «Şirvan» restoranının yanında onu gözlədiyini bildirmişdir. O, rayonun Sabir qəsəbəsindən 200-300 metr aralandıqda sonradan Elçin Nəcəfovun idarə etməsini bildiyi, dövlət nömrə nişanında son rəqəmləri 552 olan ağ rəngli «VAZ 2121» markalı avtomaşının əks istiqamətdən hərəkət etdiyini və ona işıqla işarə etdiyini görüb idarə etdiyi avtomaşını yolun kənarında saxlamışdır. Dostu Əziz həmin avtomaşının qabaq sağ oturacağından düşərək yolu keçib onun idarə etdiyi avtomaşına oturmuş və Bakı şəhəri istiqamətində sürməyi xahiş etmişdir. Əziz onun idarə etdiyi avtomaşınına oturduqdan sonra Elçinin idarə etdiyi avtomaşın Şamaxı istiqamətinə hərəkətini davam etmişdir. 5-10 dəqiqə keçdikdə Əzizin mobil telefonuna zəng gəldiyini eşitmiş və Əziz zəng edənin dostları X20 olduğunu bildirərək ondan zəngə cavab verməyini xahiş etmişdir. Nadir Əzizlə bundan əvvəl danışdığını bildirib sonuncudan geriyə qayıtmasını xahiş etməsinə baxmayaraq, Əziz bunu etmədiyinə görə Əzizlə danışmaq istədiyini bildirmiş, o, mobil telefonu Əzizə verdikdə sonuncu RPŞ-nin müstəntiqi Ramizlə danışdıqdan sonra ondan tez Bakıya çatdırmağını xahiş etmişdir. O, Əzizdən Elçinin avtomaşınında daha kimlərin olduğunu soruşduqda sonuncu Elçindən başqa həmin avtomaşının arxa oturacağında Sadiqin olduğunu bildirmiş, həm də Sadiqlə Lətifin yolda odlu silahdan istifadə etməklə atışdıqlarını və atışma zamanı güllənin belindən sürtülüb keçdiyini, Sadiqin isə qolundan yaralandığını demiş, bundan sonra Əziz əyində olan əğ rəngli idman gödəkçəsini görsətdikdə güllənin bel nahiyəsindən sürtülüb keçdiyini ,buna görə gödəkçənin cırıldığını görmüşdür. Bakı şəhəri, Sulutəpə qəsəbəsinin dairəsinə çatdıqda Əziz avtomaşını saxlatdırıb düşərək çıxıb getmiş, o isə Şamaxıya qayıtmışdır. Birinci instansiya məhkəməsində ifadələri elan olunub araşdırılmış şahid X41 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, özünə məxsus «VAZ 21154» markalı Az ** MU *** dövlət qeydiyyat nişanlı avtomaşınla Ağsu-Bakı-Ağsu istiqamətində taksi xidməti göstərir. Təqsirləndirilən şəxs3 ilə 2012-ci ilin avqust ayında tanış olmuş, sonuncunu ona Moskva şəhərində işləyən bir biznesmen kimi təqdim etmişlər. Tanış olduqdan sonra Sadiq onun mobil telefonunu götürmüş və ayrı-ayrı vaxtlarda sonuncunun zəngi ilə Bakı daxilində bir neçə dəfə xatırlamadığı müxtəlif ünvanlara aparmışdır. 20 noyabr 2012-ci ildə saat 24 radələrində Sadiq xatırlamadığı telefon nömrəsindən zəng edib harada olduğunu soruşmuş, və o, Bakı şəhərində «Şamaxınka»da olduğunu dedikdə Qobustan rayonu Ceyrankeçməz kəndindən götürüb Bakı şəhərinə aparmağını xahiş etmiş və o, gəldiyini bildirmişdir. Buna görə də o, sərnişin götürmədən birbaşa Sadiqin dediyi Ceyrankeçməz kəndinə yola düşmüş, yolda Müşfiq qəsəbəsində DYP-nin postunu keçdikdə ona əl edən və Mərəzə qəsəbəsinə gedən tanımadığı polis serjantını götürmüşdür. Mərəzədə dövlət qeydiyyat nömrəsini xatırlamadığı «Mercedes» markalı avtomaşında Sadiqi görmüş, Sadiq avtomaşından düşdükdə sonuncunun axsadığını görmüş və Sadiqdən səbəbini öyrəndikdə bilmişdir ki, Sadiq avtomaşınla qəzaya düşüb, qəza nəticəsində ayağı burxulub, sol qolundan isə güllə dəyib. Güllənin səbəbini soruşduqda Sadiq bildirmişdir ki, Lətif adlı şəxs avtomatdan atəş açmaqla yaralamışdır. O, əvvəldən də eşitmişdir ki, Sadiqlə Lətif adlı şəxs arasında Şamaxı şəhərində bir neçə dəfə davaları olmuş, bu barədə Sadiq özü danışmışdır. Bakı şəhərinə gəldikdən sonra o, sonuncunu Hərbi hospitalın yanında düşürmüşdür. Birinci instansiya məhkəməsində ifadələri elan olunub araşdırılmış şahid X20 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə məktəb yoldaşı kimi yaxın münasibətlərdə olmuş, 20 noyabr 2012-ci il tarixdə saat 13 radələrində Əzizin yaşadığı evə gedib sonuncu ilə görüşmüş, təxminən 30 dəqiqədən sonra evinə qayıtmışdır. Həmin gün saat 16-17 radələrində evdə olduğu zaman Əziz özünün 051 ***- **-** mobil telefonundan onun 055 ***-**-** telefon nömrəsinə zəng edərək idarə etdiyi ağ rəngli «VAZ 21154» markalı avtomaşınla qəza törətdiyini bildirib hadisə yerinə gəlməyini xahiş etmişdir. O, Əziz dediyi yerə, yəni Sabir sovxozuna gedən yola tanımadığı «VAZ 2106» markalı avtomaşınla getmiş, Şərab zavodu ilə üzbəüz Əzizin avtomaşınını yolun solunda ağaca dəymiş vəziyyətdə görmüşdür. Əziz hadisə yerində olmadığından sonuncunun mobil telefonuna zəng etmiş, Əziz cavab verərək qəza törətdiyi yerə gələcəyini bildirmişdir. O, Əzizin qardaşı Əlibabanın 051 ***-**-** telefon nömrəsinə zəng vurub hadisə barədə, hadisə yerində olan polis əməkdaşı Əliquluya qəza törətmiş avtomaşının Təqsirləndirilən şəxs1 məxsus olduğunu bildirmişdir. Sonra yenə də Əzizin telefon nömrəsini yığmış və sonuncu ilə polis əməkdaşı Ramiz adlı şəxs danışmışdır. Ramiz Əzizlə danışdığı zaman sonuncudan hadisə yerinə təcili gəlməsini tələb etmiş, daha sonra Əzizin telefon nömrəsi bağlı olmuşdur. Birinci instansiya məhkəməsində ifadələri elan olunub araşdırılmış şahid X42 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 11 avqust 2012-ci il tarixdə növbədə olduğu zaman saat 20 radələrində şöbəsinin sarğı otağına 1983-cü il təvəllüdlü, Şamaxı şəhər sakini Təqsirləndirilən şəxs3 30 nəfərə yaxın cavan, təxminən 25-30 yaşda olan heç birini tanımadığı şəxslər tərəfindən gətirildi. Sadiq ağrıdan qışqıraraq, yalnız söyüş söymüş və kimisə kəsəcəyi, öldürəcəyi ilə hədələmişdir. Sonuncu ilə gələn cavanlar Sadiqin kiminləsə dalaşdığını demiş, Sadiqin özünün də danışığından bunu başa düşmüşdür. Təqsirləndirilən şəxs3 kürək nahiyəsində, belində və əllərində, sol budunun dərin kəsilmiş yaraları, sol əlinin sınığı olmuşdur. Budunda olan yaradan kəskin qanitirmə var idi. O, şöbə müdiri Ədalət Həmidova məlumat vermiş, sonuncu gəlib xəstəyə baxaraq Şamaxı RPŞ-nə məlumat vermiş və intensiv tibbi yardıma başlamış, sol buduna və kürək nahiyəsinə tikişlər qoymuş, sol qolunun sınığı qips sarğısı ilə sarğılanmışdır. Bütün bu əməliyyatlarda o, həkimə köməklik etmişdir. Bundan sonra xəstə palataya köçürülmüşdür. Əməliyyatlar aparıldığı zaman 10 nəfər polis əməkdaşı gəlmiş, gecə vaxtı 2 nəfər polis əməkdaşlarından ibarət post qurulmuşdur. Birinci instansiya məhkəməsində ifadələri elan olunub araşdırılmış şahid X21 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 18 avqust 2012-ci il tarixdə Ramazan ayının axırıncı günü qohumu Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomaşınla digər qohumları, Mirələmin valideynləri və Fəhmin Gülalıyevlə birlikdə Şamaxı rayonu Məlikçoban kəndinə qəbir üstünə getdikləri zaman saat 18 radələrində Şamaxı şəhəri, mərkəzi yolun üstündə, «Azpetrol» benzin doldurma məntəqəsinə təxminən 100-150 metr çatmamış Mirələmin mobil telefon nömrəsinə telefon zəng gəlmiş və sonuncu maşını saxlamaqla zəng vuran dostu ilə görüşmək üçün getmişdir. Mirələm getdikdən 10-15 dəqiqə keçdikdən sonra sonuncunun atası İsaməddin və Fəhminlə birlikdə Mirələm arxasınca getmiş, mebel sexinin yanında Mirələmi gözünü tutub dayandığını, ətrafında insanların yığışdığını görmüşlər. Onlar nə baş verdiyini soruşduqda sonuncu bildirmişdir ki, Elgün və yanında olan digər şəxslər tərəfindən döyülmüşdür. Birinci instansiya məhkəməsində ifadələri elan olunub araşdırılmış X28 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 18 avqust 2012-ci il tarixdə Ramazan ayının axırıncı günü qohumu Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomaşınla digər qohumları, Mirələmin valideynləri və Tehran Abdullayevlə birlikdə Şamaxı rayonu Məlikçoban kəndinə qəbir üstünə getdikləri zaman saat 18 radələrində Şamaxı şəhəri, mərkəzi yolun üstündə, «Azpetrol» benzin doldurma məntəqəsinə təxminən 100-150 metr çatmamış Mirələmin mobil telefon nömrəsinə telefon zəng gəlmiş və sonuncu maşını saxlamaqla zəng vuran dostu ilə görüşmək üçün getmişdir. Mirələm getdikdən 10-15 dəqiqə keçdikdən sonra sonuncunun atası İsaməddin və Tehranla birlikdə Mirələm arxasınca getmiş, mebel sexinin yanında Mirələmi gözünü tutub dayandığını, ətrafında insanların yığışdığını görmüşlər. Onlar nə baş verdiyini soruşduqda sonuncu bildirmişdir ki, Elgün və yanında olan digər şəxslər tərəfindən döyülmüşdür. Birinci instansiya məhkəməsində ifadələri elan olunub araşdırılmış şahid X22 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs3la 2011-ci ilin ortalarında Natiq adlı şəxs vasitəsiylə tanış olmuş, təxminən 2012-ci ilin ortalarından aralarında dost münasibətləri yaranmış, buna görə Sadiqlə ən yaxın münasibətlərdə olan Əziz, Elgün, «Mosu», Natiq, Seymur adlı Şamaxı şəhər sakinlərini tanımış, lakin sonuncularla heç bir münasibəti yoxdur. Təxminən 2012-ci ilin noyabr ayının ortalarında Sadiq və Əziz, sonuncuya məxsus olan «VAZ 21154» markalı avtomaşınla yanına gəlib birlikdə Abşeron rayonu, Masazır qəsəbəsinə getməyini xahiş etmişlər. Yolda Sadiq danışmışdır ki, yanında olan dostları ilə birlikdə Şamaxı şəhərində «Turist» restoranında kompyuterı götürmək məqsədilə Bakı şəhərindən gələn bir şəxsi döymüş və həmin şəxs barələrində polis orqanlarına şikayətlə müraciət etmişdir. Sadiq şikayətçinin dost-tanışları ilə görüşmək istəmiş və sonunculardan şikayətin geri götürülməsini xahiş etmək istəmişdir. Onlar Masazır qəsəbəsində həmin şəxsi tapıb danışmış, lakin söhbətləri alınmamışdır. Həmin şəxs Sadiqə bildirmişdir ki, Sadiq onun dostunu döydüyünə görə həmin şəxslə görüşüb şikayətinin geri götürülməsini xahiş etməlidir. O, həmin söhbətə qarışmamış, lakin Sadiqin və həmin şəxsin söhbətlərindən başa düşmüşdür ki, Sadiq və onun dostları restoranda xuliqanlıq əməlləri törətmiş və bunun nəticəsində Bakıdan gələn şəxsi döymüşlər. 20 noyabr 2012-ci il tarixdə Şamaxı şəhərində baş vermiş hadisə barədə Sadiqdən təxminən 3-4 gündən sonra ilkin məlumat almışdır. Belə ki, Sadiq onun telefon nömrəsinə zəng vurub hadisə barədə ilkin məlumat vermiş və bildirmişdir ki, bu barədə yanına gələndən sonra ətraflı danışacaqdır. Bir neçə gündən sonra sonuncu yanına gəlib bildirmişdir ki, Sadiqə və Əzizə qara rəngli «Lexus» markalı avtomaşından avtomatdan atəş açılmış və bunun nəticəsində Əzizin avtomaşını yoldan çıxıb ağaca dəymişdir. Eyni zamanda Sadiq bildirmişdir ki, bu hadisəyə görə o, polis orqanları tərəfindən axtarılır və xahiş etmişdir ki, əvvəllər verdiyi telefon nömrəsini işlətməsin. Təqsirləndirilən şəxs3 axtarışda olduğu barədə məlumat aldıqdan sonra sonuncu ilə cəmi 5-6 dəfə görüşmüş, Sadiq ona zəng vurmadan birbaşa məhəlləyə gəlmişdir. 2013-cü ilin yanvar ayının axırlarında qohumu X71 şəhərindən qayıtdıqdan sonra Sadiq onu tapmaq üçün Şəfinin telefon nömrəsinə zəng vurmuşdur. 13 fevral 2013-cü il tarixdə Sadiq, Şəfi və o, bir-iki saat yaşadığı məhəllədə olmuş, daha sonra Sadiq onu evdə düşdürmüş və Şəfi ilə birlikdə tanımadığı bir yerə getmişlər. Sadiq bildirmişdir ki, həmin yerdə gecə qalmaq üçün açarları götürəcəkdir. 14 fevral 2013-cü il tarixdə saat 15 radələrində Şəfi ona zəng vurub Bakı şəhəri, Nəsimi rayonu, «Zəngəzur» kafesinə dəvət etmişdir. O, oraya gələndə yalnız Şəfi ilə görüşmüş, daha sonra kafenin kabinetinə Sadiq, dalınca tanışı Emin adlı şəxs də gəlmişlər. 5-10 dəqiqə keçdikdən sonra kabinetə mülki geyimdə olan şəxslər daxil olaraq Sadiqin kim olduğunu soruşmuş, daha sonra onları kafedən çıxarıb mikroavtobusa otuzdurmuşlar. şahid qismində dindirilmiş X47 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qardaşıdır. O, Şamaxı şəhəri, «dörd yol» adlanan yerdə balaca mağaza icarəyə götürüb meyvə-tərəvəz alveri ilə məşğul olur. 20 noyabr 2012-ci il tarixdə mağazada olduğu zaman odlu silahdan atılmış atəşin səsinə mağazadan çıxıb ağ rəngli Təqsirləndirilən şəxs1 məxsus «VAZ 21154» markalı avtomaşından qardaşı Təqsirləndirilən şəxs2 «Lexus RX 350» markalı avtomaşınına atəş açıldığını görmüş, bu zaman əlavə bir atəşin də səsini eşitmişdir. «VAZ 21154» markalı avtomaşın qardaşının avtomaşınından çox yaxın olmuş, faktiki olaraq atəş «Lexus RX 350» markalı avtomaşının arxa hissəsindən 1-2 metr məsafədən atılmışdır. Təqsirləndirilən şəxs1 avtomaşınından atəş açıldıqdan sonra həmin avtomaşın hərəkət istiqamətini dəyişib şəhərin yuxarı hissəsinə getmiş, Lətif də öz avtomaşını ilə onların dalınca getmişdir. Avtomaşınlar uzaqlaşandan sonra o, bir neçə avtomat səsi eşitmiş və Lətif tərəfindən atıldığını başa düşmüşdür. O, «VAZ 21154» markalı avtomaşının Təqsirləndirilən şəxs1 məxsus olduğunu bilsə də, avtomaşınından atəş açanı görməmiş, yalnız səsindən başa düşmüşdür ki, atəş ov tüfəngindən açılmışdır. Hadisə baş verəndən sonra işlətdiyi 050 ***-**-** telefon nömrəsindən Lətifə zəng vuraraq sonuncu ilə danışmış, Lətif ona mağazanı bağlamağını və evə getməyini tapşırmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs2 idarə etdiyi «Lexus RX-350» markalı avtomaşına baxış protokolundan görünür ki, avtomobilin baqaj qapısının sağ kənarında yerləşən 103-111 mm 2 ədəd biri birinə şaquli vəziyyətdə dəliklər aşkar olunmuş, arxa baqaj qapısının üzərindəki şüşə aşağıdan sağ küncdən keçməklə oval formada sınmışdır. Sınmış şüşənin aşağısında olan sınmış vəziyyətdə blok fara içərisində 6 ədəd 10x10x12x10x18x14 mm diametrli ölçüdə güllələr aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Təqsirləndirilən şəxs1 idarə etdiyi «VAZ-21154» markalı avtomaşına baxış protokolundan görünür ki, avtomaşının salonunda sol qabaq oturacağın altında 12 mm çaplı ov silahının gilizi aşkar edilərək götürülmüşdür. Məhkəmə-ballistik ekspertizasının 22 yanvar 2013-cü il tarixli 19281/8219719/20 №-li rəyindən görünür ki, «Lexus RX-350» markalı avtomaşınında aşkar olunmuş 6 ədəd deformasiya uğramış metal predmetlər yivsiz ov tüfənglərində patronların doldurulmasında, o cümlədən «VAZ-21154» markalı avtomaşında aşkar olunmuş 12 mm çaplı gilizin, istifadə edilən atəş komponentləri – karteçdir. «Lexus RX-350» markalı avtomaşın üzərində aşkar edilmiş zədələrin 12 mm çaplı yivsiz ov tüfəngindən 2 atəş nəticəsində yaranması istisna edilmir, zədələr diametri təxminən 8,6 mm-li səpələnmiş karteçlərin təsirindən yaranan giliz zədələridir. Silahın lülə ağzı kəsimi ilə hədəf arasında məsafə 2,5 metrdən yuxarı, arxadan önə, aşağıdan yuxarıya doğru istiqamətdə olmuşdur. Məhkəmə iclasında dindirilmiş ekspert X43 göstərmişdir ki, «Lexus RX-350» markalı avtomaşına 2 atəş 2,5 metrdən 5 metrə qədər məsafədən atılmışdır. Atəş zamanı avtomaşın ya dayanmış vəziyyətdə, ya da çox cüzi sürətlə hərəkət etmişdir. İşdə olan «Maqnit» mağazasının məktubdan və alqı-satqı müqaviləsindən görünür ki, 25 sentyabr 2012-ci il tarixdə mağaza tərəfindən X13 kreditlə «Toşiba» markalı noutbuk kompyuteri satılmışdır. Məhkəmə-tibbi ekspertizasının 19 avqust 2012-ci il tarixli 528 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənin üzərində sol göz yuvasında və sağ qaş yönündə, sağ qulaq seyvasında, qulaq arxası nahiyədə qançır, boynun ön səthində, sağ saidin, sağ əlin, sol və sağ dirsək oynaqlarının, sol mil-bilək oynağının arxa səthlərində, sol diz oynağının ön səthində, sağ və sol baldırların ön səthində, sağ ayağın arxa səthində sıyrıqlar aşkar edilmişdir. Xəsarətlər küt əşyalarla yetirilmiş, yetirilmə müddəti 18 avqust 2012-ci il tarixə uyğün gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 28 noyabr 2012-ci il tarixli 765/89 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 alın, sağ və sol təpə, ənsə nahiyələrində 6 ədəd, sağ əlin 1-ci və 2-ci barmaqlarında 2 ədəd kəsici kənarı olan alətlə, bel nahiyəsində, sol budun orta 1/3-nin yan səthində, sağ baldırın orta 1/3-nin ön səthində 7 ədəd deşici alətlə yetirilmiş yaralar vardır, yetirilmə müddəti 31 oktyabr 2012-ci il tarixə uyğundur, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid xəsarətlərdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara qiymət verərək qeyd edir ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 Növçuvan qızının və şahid X7 məhkəməyədək icraat zamanı verdikləri ifadələr zərər çəkmiş şəxs C.F.Səbziyevin, şahidlər R.F.Şahbazovun və A.M.Musayevin ifadələri, şahid X12 məhkəməyədək icraat zamanı verdiyi ifadə şahid X44 ifadələri ilə, şahid X17 məhkəməyədək icraat zamanı verdiyi ifadə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və şahid İ.Zərərçəkmiş şəxs1 ifadələri ilə tam təsdiq olunur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 Növçuvan qızının, şahidlər X7, X12, X17 məhkəməyədək icraat zamanı verdikləri ifadələri həqiqətə uyğun gələn, obyektiv ifadə kimi qiymətləndirmiş, onların məhkəmə iclasında verdikləri ifadələri isə həqiqətə uyğun olmayan Təqsirləndirilən şəxs3 cinayət məsuliyətindən azad etmək məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası birinci və apelyasiya instansiyası məhkəmələrində tədqiq edilmiş sübutları təhlil edərək nəticəyə gəlir ki, həmin sübutların məcmusu ilə Təqsirləndirilən şəxs3 18 avqust 2012-ci il tarixdə digər şəxslərlə əlbir olub bir qrup şəxs halında ictimai qaydanı kobud sürətdə pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 hücum edərək ona yumruq və təpiklə zərbələr vurması, 26 sentyabr 2012-ci il tarixdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 Növcuvan qızının yaşadığı evinə qanunsuz girməklə «Toshiba» markalı noutbuku və «NokiaC-3» markalı mobil telefonunu oğurlaması, 31 oktyabr 2012-ci il tarixdə Təqsirləndirilən şəxs1 və digər şəxslərlə əlbir olub bir qrup şəxs halında silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud sürətdə pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik edərək zərər çəkmiş şəxs X8 döyüb sağlamlığına yüngül zərər vurması, 20 noyabr 2012-ci il tarixdə digər Təqsirləndirilən şəxs1la əlbir olub biq qrup şəxs halında ov tüfəngindən Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomaşına iki atəş açması və Azərbaycan Respublikası Ədiyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanıldığı zaman 26 mart 2013-cü il tarixdə cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşya–mobil telefonu saxlaması tam təsdiq olunmuşdur. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs1 31 oktyabr 2012-ci il tarixdə digər Təqsirləndirilən şəxs3 və digər şəxslərlə əlbir olub bir qrup şəxs halında silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud sürətdə pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik edərək zərər çəkmiş şəxs X8 döyüb sağlamlığına yüngül zərər vurması, 20 noyabr 2012-ci il tarixdə digər Təqsirləndirilən şəxs3la əlbir olub bir qrup şəxs halında ov tüfəngindən Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomaşına iki atəş açması tam təsdiq olunmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi4 apelyasiya şikayətlərinin təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamla bağlı istintaq və məhkəmə tərəfindən lazımi araşdırmanın aparılmaması, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 onlara elan edilmiş ittihamda təqsirlərinin sübuta yetirilməməsinə dair dəlilləri əsassızdır və apelyasiya şikayətlərinin dəlillərinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2014-cü il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs1 tam bəraət, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4, 177.2.3, 177.2.4 və 221.2.1-ci maddələri ilə bəraət verilməsi, onun əməlinin CM-nin 221.3cü maddəsindən 221.1-ci maddəsinə tövsif etməklə Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-nin 221.1 və 317-2.1-ci maddələri ilə ittiham hökmünün çıxarılması üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs3 əməllərini Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4, 177.2.3, 177.2.4, 221.2.1, 221.3 və 317-2.1ci maddələri ilə, Təqsirləndirilən şəxs1 əməllərini isə Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4 və 221.3-cü maddələri ilə tövsif etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 qarşı törədilmiş xuliqanlıq əməlinin Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qarşı törədilmiş xuliqanlıq əməlinin Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi, Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qarşı törədilmiş xuliqanlıq əməlinin Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilməsi ilə razılaşsa da, hesab edir ki, aşağıda göstərilən əsaslara görə Təqsirləndirilən şəxs3 oğurluqla bağlı Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə olan ittihamından CM-nin 177.2.4-cü maddəsi xaric edilməlidir. Belə ki, istintaq orqanı və birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs3 tərəfindən zərər çəkmiş şəxsin evinə qanunsuz daxil olmaqla ümumi dəyəri 1203, 4 manat olan noutbuk kompyuterinin və mobil telefonunun oğurlanmasını nəzərə alıb cinayət işi üzrə ibtidai araşdırma zamanı və cinayət işinə birinci instansiya məhkəməsində baxıldığı zaman qüvvədə olan cinayət qanununa əsasən onun əməli yaşayış sahəsinə qanunsuz daxil olmaqla yanaşı xeyli ziyan vurmaqla törədilən əməl kimi qiymətləndirərək, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yanaşı CM-nin 177.2.4-cü maddəsi ilə tövsif etmişdir. Hazırda qüvvədə olan Azərbaycan Respublitkası CM-nin 177-ci maddəsinin qeydinə əsasən «xeyli miqdar» beş min manatdan yuxarı məbləğ təşkil edir. Ona görə də hazırda qüvvədə olan cinayət qanununa əsasən Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərədə tutulmuş cinayət tərkibini yaratmır. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinə əsasən əməlin cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli törətmiş şəxslərə şamil edilir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs3 ittihamından Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi xaric edilməlidir. Bundan başqa məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə cəza təyin zamanı cinayət qanunvericiliyinin zamana görə qüvvəsinin şərtləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-10.4-cü maddələrinə əsaəsn əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Belə olan halda məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin vəziyyətlərinin yüngülləşməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.3, 221.2.1, 221.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə yeni redaksiyada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.4-cü maddələri ilə isə köhnə redaksiyada təqsirli bilinməlidirlər. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.3, 221.2.1, 221.3 maddələri ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3 maddəsi ilə (yeni hazırda qüvvədə olan redaksiyada) nəzərdə tutulmuş əməllərin az ağır cinayətlər kateqoriyasına aid olduğundan və cinayət əməllərini törətmələrindən Azərbaycan Respublikası CM-nin 75.1.2-ci maddələri ilə müəyyən edilmiş müddətlərin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinin tələblərinə uyğun olaraq ona qeyd olunan maddələr üzrə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən isə yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın "Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların nəzərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 317- 2.1-ci maddəsi ilə verilmiş ittihamla bağlı onu qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində həbs axtarış qərarı qəbul edilmişdir. Qeyd olunan qərarın icrası ilə əlaqədar olaraq sonuncu Rusiya Federasiyasında tutularaq Azərbaycan Respublikasına ekstradisiya edilmişdir. Rusiya Federasiyası Baş Prokurorluğundan daxil olmuş 08.06.2020-ci il tarixli 81/2- 415-20 nömrəli məktubda göstərilmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən baxılan 1(105)73/2019 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nın 29, 120.2.1, 29, 120.2.4, 177.2.3, 177.2.4, 221.2.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən, hazırda Moskva şəhərində 4 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 verilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti təmin edilmiş və verilmə haqqında qərar qanuni qüvvəyə mindikdən sonra onun Azərbaycanın səlahiyyətli orqanlarına ötürülməsi Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinə həvalə edilmişdir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmasına razılıq verilməmişdir. «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Minsk Konvensiyasının 66-cı maddəsinə əsasən Rusiya Federasiyası Baş Prokurorluğunun razılığı olmadan Təqsirləndirilən şəxs3 onun verilməsinədək törətdiyi və bu verməyə səbəb olmamış cinayətə görə məsuliyyətə cəlb etmək və ya cəzaya məruz qoymaq olmaz. Azərbaycan Respublikası 148-ci maddəsinin İİ-ci hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası CPM-nin 2.1.4.-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə X1 mənbəyi hesab edilir. Həmin Məcəllənin 2.3-cü maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Məcəllədən fərqli digər qaydalar müəyyən olunduqda, beynəlxalq müqavilənin qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Təqsirləndirilən şəxs3 barəsində olan Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi üzrə cinayət təqibinə xitam verilməlidir. Birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsi icraatında tədqiq edilmiş sübutlara əsasən – təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, məhkəmə ekspertizalarının rəyləri və digər sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 əməllərini Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4-cü maddələri, Təqsirləndirilən şəxs1 əməllərini isə Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4 -cü maddələri ilə tövsif edilməsindəbirinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası işin müəyyən olunmuş hallarına hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, apellyasiya şikayətlərində mübahisə edilən əsas məsələ təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 qarşı tüfəngdən atəş açılması ilə əlaqədar hərəkətlərinə hüquqi qiymət verilməsidir, yəni onların əməllərinin tövsifidir. Hesab edilir ki, məhkumlar Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası CM-in 29, 120.2.1 və 29, 120.2.4-cü maddələrinin tərkib əlamətləri mövcud olmuşdur. Məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasınagətirib çıxara bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərində qeyd edilən dəlillərlə razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4-cü, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4 -cü maddələri ilə təqsirli bilərək məhkum etmişdir. Belə ki, məhkəmə kollegiyası öz mövqeyini əsaslandırmaq üçün cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarlarındakı tövsiyyələrinə istinad etməyi məqsədə müvafiq hesab edir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il qərarına əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəstlə törədilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir,onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması,zərərçəkmiş şəxsin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Burada təqsirkarın niyyəti məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Qanunun mənasına görə, əməlin ümumi təhlükəli üsulla adam öldürmə (AzərbaycanRespublikası CM-in 120.2.4-cü maddəsi) kimi qiymətləndirilməsi üçün təqsirləndirilən şəxsin cinayətkar qəsdinin həyata keçirilməsi üçün seçdiyi üsulun dəqiqləşdirilməsi zəruridir, yəni təqsirləndirilən şəxs digər şəxsi öldürməyə yönəldilmiş qəsdi həyata keçirərkən tətbiq etdiyi üsulun zərərçəkmiş şəxslə yanaşı digər şəxsin və ya şəxslərin həyatı və sağlamlığı üçün təhlükə törətdiyini dərk etməlidir. Həmin qərarın 8-ci bəndində deyilir: “Ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürməkistərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi və birinci instansiya məhkəməsində tədqiq edilmiş ifadəsindən görünür ki, 20 noyabr 2012-ci il tarixdə saat 15 radələrində avtomaşını ilə evdən çıxaraq avtomaşın ustasının yanına getmiş, sonuncu ilə görüşüb çıxdıqda Təqsirləndirilən şəxs3 avtomaşının yanında görmüşdür. Təqsirləndirilən şəxs3 avtomaşına oturmuş və onlar hərəkətə başlamışlar. Avtovağzal tərəfdən dörd yol adlanan yerə tərəf gələrkən məscidin yanında görmüşdür ki, arxadan qara rəngli məxsus “Lexus RX 350” markalı avtomaşında yaxşı tanıdığı Təqsirləndirilən şəxs2 gəlir və avtomaşının işıqları ilə ona avtomaşını saxlamaq işarəsi edir. Təqsirləndirilən şəxs3 da Təqsirləndirilən şəxs2 onları saxlatdırmaq istədiyini görüb avtomaşını saxlamamağı demiş və o, Təqsirləndirilən şəxs2 aralanmaq üçün sürəti artırmışdır. Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs3 arasında münasibətlərin çox gərgin və bir ildən artıq düşmənçilik həddində olduğu ona əvvəldən məlum olmuşdur. Belə ki, bir il əvvəl o, Şamaxı şəhərində olmadığı vaxtlarda Lətiflə Sadiq dalaşmış və aralarında düşmənçilik yarandığından biribirilərinə Şamaxıda gəzməyə imkan verməyəcəklərini, bir-birilərini şəhərdə gördükdə “atacaqları” ilə hədələmələrini eşitmişdir. Buna görə də Təqsirləndirilən şəxs3 göstərişi ilə Təqsirləndirilən şəxs2 işarəsinə avtomaşını saxlamayaraq aralanmış və Təqsirləndirilən şəxs3 evinə gətirmişdir. Təqsirləndirilən şəxs3 onu gözləməyi tapşıraraq evə getmiş və 1-2 dəqiqədən sonra ov tüfəngini götürərək qayıdıb maşına oturmuşdur. S. Hüseynov avtovağzal tərəfə sürməyi tapşırdıqda, o, Təqsirləndirilən şəxs2 orada olacağını başa düşmüşdür. Avtomaşını S.Ə.Şirvani küçəsi ilə avtovağzala tərəf sürüb dörd yol adlanan yerdən keçərək mebel mağazasının qarşısına çatdıqda X88 İdarəsi tərəfdən S.Ə.Şirvani küçəsinə birləşən yolla Lətifin “Lexus RX 350” markalı avtomaşının paralel getdiyini görmüş, Təqsirləndirilən şəxs2 irəli keçdikdə, Sadiq yaxınlaşmaq barədə göstəriş verdikdən sonra o, sonuncunun Lətifə atəş açacağını başa düşmüşdür. Sadiq atəş üçün hazır vəziyyətdə olan tüfəngin lüləsini pəncərədən çıxararaq Lətifin maşınına 2 dəfə atəş açmış və güllələr avtomaşının arxa şüşəsinə və “stopfarasına” dəymişdir. Daha sonra Lətifin həmişə avtomatla gəzdiyini bildiyindən, qaçmaq üçün əl əyləcini çəkməklə avtomaşını geri döndərib qaçmaq üçün sürmüşdür. Təqsirləndirilən şəxs2 də öz avtomaşınını geriyə döndərib onlar getdiyi yolla sürmüş və avtomatdan bir dəfə atəş açmışdır, lakin güllə dəyməmişdir. O, magistral yola çıxaraq Bakı şəhəri istiqamətində sürməyə başlamış, lakin Lətifin də arxadan sürətlə artıq onlara çatdığını güzgüdə görmüşdür. O, avtomaşının əyləcinə basmış, yağış yağması ilə əlaqədar olaraq yol nəm olduğundan avtomaşın sürüşüb yoldan çıxaraq ağaca çırpılmışdır. Təqsirləndirilən şəxs2 avtomatdan daha 5-6 dəfə atəş açmış, güllələrdən biri onun belinin sağ tərəfindən, Təqsirləndirilən şəxs3 isə sol qolundan dəyib xəsarətləndirmişdir. Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdiyi və birinci instansiya məhkəməsində tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs3la onun münasibətləri əvvəlcə normal olmuş, lakin sonradan Təqsirləndirilən şəxs3 onun yaxın adamlarına qarşı etdiyi qanuna zidd hərəkətləri nəticəsində aralarında kəskin ədavət yaranmışdır. Təqsirləndirilən şəxs3 onun haqqında etdiyi hərəkətlərdən və danışdıqlarından başa düşmüşdür ki, Təqsirləndirilən şəxs3 onu öldürmək istəyir. Təqsirləndirilən şəxs2 həmçinin atəş açılan zaman əynində olan və güllə ilə zədələnən gödəkçəsini təqdim etmişdir. 20 noyabr 2012-ci il tarixdə saat 17 radələrində Şamaxı şəhərində özünə məxsus “Lexus RX 350” markalı avtomaşını idarə etdiyi zaman Təqsirləndirilən şəxs3 dostu Əziz adlı şəxs tərəfindən idarə edilən ağ rəngli “VAZ 21154” markalı avtomaşından ona əvvəl iki dəfə, daha sonra isə bir dəfə atəş açmış və həmin şəxslər qaçmağa cəhd göstərmişlər. O həmin avtomaşının arxasınca sürmüş, avtovağzalın yanında Sadiq yenə də onun idarə etdiyi avtomaşına doğru atəş açmış və o, məcbur olub özü ilə avtomaşında gəzdirdiyi “Kalaşnikov” markalı avtomatdan cavab atəşi açmışdır. Açdığı atəş nəticəsində Təqsirləndirilən şəxs1 tərəfindən idarə olunan avtomaşın yoldan çıxmış və ağaca dəyib dayanmışdır.” İfadələrdən göründüyü kimi, Təqsirləndirilən şəxs3 heç də apellyasiya məhkəməsinin qərarında göstərildiyi kimi sakit vəziyyətdə Təqsirləndirilən şəxs2 olduğu avtomaşına atəş açmamış, əksinə, həm Təqsirləndirilən şəxs3 və həm də Təqsirləndirilən şəxs1 bilmişlər ki, Təqsirləndirilən şəxs2 həmişə özü ilə odlu silah gəzdirir və hər an atəş aça bilər. Ona görə də Təqsirləndirilən şəxs3 tüfəngdən açdığı iki atəşdən sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 iradəsindən asılı olmayaraq avtomaşını geriyə döndərmiş və əks istiqamətdə hərəkət etmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs3 üçüncü atəşi açmağa imkanı olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 istiqamətində atəş açarkən həm onun olduğu avtomaşının, həm də Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin hərəkətdə olmasının onun nişan almasını çətinləşdirməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müxtəlif ziddiyyətli ifadələr verməklə özlərini məhkəmə istintaqında həmin cinayət əməlini törətməməsi ilə əlaqədar özünümüdafiə xarakterli ifadə versələr də məhkəmə baxışı zamanı həmin ifadələr iş üzrə araşdırılan mötəbər sübutlarla təkzib olunmuş və onların Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələrindəki təqsiri - məhkəmə istintaqı zamanı şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, eləcə də iş üzrə tədqiq edilən digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi həmin sübutların məcmusuna qiymət verib, düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4-cü maddələri ilə tövsif edərək, onları həmin maddələrlə təqsirli bilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 27.2 və 27.3-cü maddələrinə əsasən, cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. Başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 28 və 29-cu maddələrinə istinad olunmaqla həmin Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Bunadan başqa məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarında olan Şamaxı rayon məhkəməsinin 15 fevral 2012-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 185.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən cəza ona şərti tətbiq edilmiş və 1 il 6 ay sınaq müddəti müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 18.1 və 61.1.1-ci maddələrinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs3 tərəfindən yenidən qəsdən cinayət törədilməsi ilə əlaqədar onun əməlində cinayətlərin residivinin olmasına dair nəticəyə gəlmiş və ona cəza təyin edərkən işin bu halını cəzanı ağırlaşdıran hal qismində nəzərə almışdır. Birinci instansiya məhkəməsinin bu mövqeyi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki. birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs3 törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngüllləşdirən halları, onun cinayətləri törətməkdə rolunu və cinayət hadisəsi baş verən zaman qüvvədə olan Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4-cü maddələri ilə təyin edilmiş cəza dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cəza təyin edilməli və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 şərti məhkum etmənin ləğv edilməsi ilə əlaqədar Şamaxı Rayon Məhkəməsinin 15 fevral 2012-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı qərarla Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 hazırkı cinayət işi üzrə 14 fevral 2013-cu il tarixdən 14 fevral 2018-ci il tarixədək həbsdə olduğu müddət ona təyin olunmuş cəzadan çıxılmalı, onun cəzaçəkmə müddətinin əvvəli 04.03.2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə kollegiyası həmçinin belə bir nəticəyə gəlir ki, cinayət işinin materiallarından görünür ki, 5 dekabr 2012-ci il tarixdə Təqsirləndirilən şəxs1 prokurorluğun müstəntiqi tərəfindən şahid qismində dindirilmişdir. Şahid qismində dindirilərkən Təqsirləndirilən şəxs1 göstərmişdir ki, cinayət törətdikdən sonra o, gizlənmiş, 05 dekabr 2012-ci il tarixdə onun atası Rusiyadan gəlmiş və onu polis şöbəsinə aparmışdır. Cinayət işin materiallarına Təqsirləndirilən şəxs1 könüllü gəlməsi barədə heç bir sənəd əlavə edilməmiş, könüllü gəlib təqsirini boynuna almaya dair protokol tərtib edilməmişdir. Təqsirləndirilən şəxs1 ifadəsindən də görünür ki, onu atası polisə aparmışdır. İşin bu halları onun könüllü gəlib təqsirini boynuna alması faktını müəyyən etmir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 könüllü gəlib təqsirini boynuna alması və ona Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən cəza təyin edilməsinin əsassız olduğuna dair apelyasiya protestinin dəlili ilə razılaşaraq belə qənaətə gəlir ki, həmin müddəalar hökmdən xaric edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4-cü maddələrində (köhnə reaksiyada) nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası CM-nin 29,120.2.1 və 29,120.2.4-cü maddələri təyin olunmuş 8 (səkkiz) il 5 (beş) ay 7 (yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası, ağrlaşdırılaraq ona qəti olaraq Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4-cü maddələri ilə (köhnə redaksiyada) 11 (on bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. . Təqsirləndirilən şəxs1 05.12.2012-ci il tarixdən 25 02.2016-cı il tarixədək həbsdə olduğu müddət ona təyin olunmuş cəzadan çıxılmalı, onun üzərində qəti olaraq 7 (yeddi) il 9 (doqquz) ay 10 (on) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, dərhal məhkəmə iclas zalında həbsə alınmaqla cəzasının əvvəli 24.06.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 399.1.3 və 399.1.5-ci maddələrinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı zamanı birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin və apelyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, dövlət ittihamçısının və təqsirləndirilən şəxslərin müdafiəçilərinin çıxışlarını nəzərə alaraq hesab edir ki, müdafiəçilərin apelyasiya şikayətləri təmin edilməməli, apelyasiya protesti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2014-cü il tarixli, 1(101)96/2014 saylı hökmü yuxarıda göstərilən əsaslara görə dəyişdirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 apellyasiya məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi cəmi 17 (on yeddi) iş saatına görə 102 (bir yüz iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 398.1.4, 405.1.1, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 və Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4, 177.2.3, 221.2.1, 221.3, 317-2.1-ci maddələri, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4, 221.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,120.2.4, 29,120.2.7, 221.3 və 228.1-ci maddələri ilə təqsirli bilinib, məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2014-cü il tarixli, 1(101)857/2014 saylı hökmü Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.3, 221.2.1, 221.3 maddələri ilə (yeni hazırda qüvvədə olan redaksiyada) təqsirli bilinsin. Azərbaycan Respublikası CM-nin 75.1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin olunmasın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.4 -cü maddəsi ittihamnan xaric edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə cinayətr təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4-cü maddələri ilə(köhnə redaksiyada) hökmlə təyin edilmiş 11 (on bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 oğlununun Cinayət Məcəlləsinin 185.2-ci maddaəsi ilə təqsirli bilinərək 1.6 ay sınaq müddəti müəyyən edilməklə 3-il müddətinə azdlıqdan məhrumetmə cəzasının təyin edilməsinə dair Şamaxı rayon Məhkəməsinin 15.02.2012-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkumetmə ləğv edilsin və həmin hokmlə təyin edilmiş 3-il müddətinə azdlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı qərarla ona təyin edilmiş 11 (on bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmıə cəzası ilə qismən birləşdirilsin və ona qəti 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 14 fevral 2013-cu il tarixdən 14 fevral 2018-ci il tarixədək həbsdə olduğu müddət ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 6 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 04.03.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4-cü maddələri ilə (köhnə redaksiyada) 11 (on bir) il 03 (üç) ay nmüddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3 maddəsi ilə (yeni, hazırda qüvvədə olan redaksiyada) təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 75.1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 05 .12. 2012-ci il tarixdən 25 02.2016-cı il tarixədək həbsdə olduğu müddət ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 7 (yeddi) il 9 (doqquz) ay 10 (on) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 dərhal məhkəmə iclas zalında həbs edilsin. Cəzasının əvvəli 24.06.2021-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı təcridxanasına və Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 apellyasiya məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 qızına sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 17 (on yeddi) iş saatına görə 102 (bir yüz iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt Regional Vəkil Bürosunun hesabına (“xxxx” ASC-nin Sumqayıt filialı hesab №AZ03TURA********************, VÖEN: **********) köçürülsün. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar