Məhkəmə qərarları › İş №1(105)-6/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Hökm — İş №1(105)-6/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(105)-6/2024 19.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X15 Rzayevin sədrliyi və məruzəsi ilə, hakimlər Elman Gülbaba oğlu Rəhimov və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Aytəkin Qurban qızı Hacıyevanın katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci bəndi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2014-cü il tarixli, 1(101)-362/2014 nömrəli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ÜƏ Y Y Ə N E T D İ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2014-cü il tarixli, 1(101)-362/2014 nömrəli hökmü ilə (sədrlik edən və məruzəçi hakim - X16, hakimlər - X17 və X27) xx xxxxxx 1968-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci bəndi ilə (08 dekabr 1960-cı il tarixli qanun) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə əlaqədar ona cəza təyin edilməmişdir. Birinci instansiya məhkəməsinin hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2015-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki 06 may 2014-cü il tarixli hökmü dəyişdirilmədən, apellyasiya protesti təmin edilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Dövlət ittihamçısı2 kassasiya protesti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 24 fevral 2015-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini, eyni zamanda təqsirləndirilən şəxsin müdafiəçisi R.M.Məmmədova verdiyi kassasiya şikayətində Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 09 mart 2016-cı il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti təmin edilmiş, təqsirləndirilən şəxsin müdafiəçisi R.M.Məmmədova tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2015-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2017-ci il tarixli hökmü ilə apellyasiya protesti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 01 sentyabr 2000ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci bəndi ilə təqsirli bilinərək ona həmin maddə ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş cəza 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından da narazı qalan dövlət ittihamçısı Zəfər Ramazanov kassasiya protesti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2017-ci il tarixli hökmünün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2017-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2017ci il tarixli hökmü kassasiya protestinə münasibətdə ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası 09 aprel 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 01 sentyabr 2000- ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci bəndi ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə əlaqədar cəza təyin edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2014-cü il tarixli hökmü ləğv edilmiş, apellyasiya protesti təmin edilməmiş, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci bəndi ilə bəraət verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 aprel 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı Səyavuş Sadıqov tərəfindən kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2019-cu il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş və Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü madddəsinin 1-ci bəndi ilə Təqsirləndirilən şəxs bəraət verilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2019-cu il tarixli hökmü kassasiya protestinə münasibətdə ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. İ. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94cü maddəsinin 1-ci bəndi ilə ona görə təqsirli bilinmişdir ki, o, 1994-cü ilin oktyabr ayının əvvəllərində X18, X19 və iş yoldaşları X20, X23 ilə birlikdə qabaqcadan əlbir olub razılaşaraq əvvəlcədən tanıdıqları Rafiq Pirəliyevin qızının əri X21 qəsdən həyatdan məhrum etmək məqsədi ilə Rafiq Pirəliyevin sifarişi və Ağamehdi Salayevin tapşırığı əsasında X21 08 oktyabr 1994-cü il tarixdə yeyib-içdikdən sonra, saat 18 radələrində söhbət etmək adı altında onu X20 və X23 ilə birlikdə sonuncunun idarə etdiyi «QAZ- 24» markalı avtomaşınına mindirərək Novxanı bağlar sahəsində X5 məxsus 1383 saylı bağ evinin həyətinə aparmış və orada elektrik naqilini Ceyhun Şərifovun boynuna keçirib boğarkən X42 Şərifovun ayaqlarını, Mehdi Əliyev isə onun qollarını elektrik naqili ilə bağlamış və onu boğaraq tamah məqsədi ilə öldürüb meyitini həyətdə olan su quyusuna atdıqdan sonra, Rafiq Pirəliyev buna görə Ağamehdi Salayevə 2400 ABŞ dolları (4.200.000 manat) məbləğində pul vermiş və Ağamehdi Salayev isə həmin pulun 1000 ABŞ dollarını (1.750.000 manat) Vaqif Kərimova, Mehdi Əliyevə və ona vermişdir. İİ. Apellyasiya protestinin dəlilləri: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hökmün təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayəti 8 oktyabr 1994-cü il tarixdə törətdiyindən, onun qeyd edilən əmələ görə cinayət məsuliyyətinə cəlb edilmə müddətinin keçməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb oluna bilmədiyi göstərilsə də, məhkəmənin bu mövqeyi ilə razılaşmaq mümkün deyil. Dövlət ittihamçısı fikrini bununla əsaslandırmışdır ki, 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 7-1-ci maddəsinin 2-ci hissəsinə əsasən qəsdən adam öldürmə ağır cinayətlərə aiddir. Həmin Məcəllənin “cəza təyin etmənin ümumi prinsipləri” adlanan 35-ci maddəsinə əsasən məhkuma cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, müqəssirin şəxsiyyəti və işdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Həmin Məcəllənin 44-cü maddəsinin 4-cü hissəsində isə göstərilmişdir ki, qanuna görə ölüm cəzası təyin edilə bilən cinayət törətmiş şəxs barəsində müddətin tətbiq edilməsi məsələsini məhkəmə həll edir. Əgər məhkəmə müddəti tətbiq etməyi lazım bilməzsə, ölüm cəzası təyin oluna bilməz və bu, azadlıqdan məhrumetmə ilə əvəz edilir. Şərh olunan maddələrin məzmunundan görünür ki, məhkəmə Təqsirləndirilən şəxs barəsində müddətin tətbiq edilməsi məsələsini həll edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətmiş şəxsin şəxsiyyətini və işdə məsuliyyəti yüngülləşdirən halların olmamasını nəzərə alınmalı idi. Eyni zamanda, 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 34-cü maddəsində (57, 58, 59, 60, 61, 70, 70-1, 74, 80, 81, 88-1, 94, 102, 109, 115, 118, 170, 191-1, 208, 212-2, 233, 235, 237, 242, 243, 244, 246-1, 252, 256, 257, 258, 259, 261 və 262-ci maddələr) ölüm cəzası nəzərdə tutulmuşdur. Həmin cinayətlərin ən ağırlarından biri məhz ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə cinayətidir. Həmçinin tamah məqsədi ilə və ya sifarişlə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə cinayəti hazırda qüvvədə olan olan CM-nin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlərə aid edilmiş və həmin cinayətə görə CM-nin 120.2-ci maddəsinin sanksiyasında on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuş, 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 7-1-ci maddəsinin 2-ci hissəsinə əsasən isə ağır cinayətlərə aid edilmiş və cinayətə görə CM-in 94-cü maddəsinin 1-ci bəndinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ölüm cəzaları nəzərdə tutulmuşdur.Lakin məhkəmə cinayətin ağırlığını və ictimai təhlükəlilik dərəcəsini, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, tamah məqsədi ilə, sifariş və tapşırıq əsasında törədilməsini, törədilmiş cinayətin 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nə əsasən ağır, hazırda qüvvədə olan CM-nə əsasən isə xüsusilə ağır cinayət hesab edilməsini, Təqsirləndirilən şəxs ittiham edildiyi maddənin sanksiyasında 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə və ölüm cəzalarının nəzərdə tutulmasını, Təqsirləndirilən şəxs cinayətin törədilməsində xüsusilə fəal iştirak etməsini və məhz onun zərərçəkmiş şəxsi elektrik naqili ilə boğub öldürməsini, müvafiq olaraq Təqsirləndirilən şəxs şəxsiyyətinin ictimai təhlükəliliyini, habelə cəzanı yüngülləşdirən halların olmamasını nəzərə almamış, cinayət qanunu normalarını düzgün tətbiq etməmişdir. Digər tərəfdən, hökmdə CM-nin 73.4-cü və CM-nin (köhnə redaksiyada) 44-cü maddəsinə əsasən “ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulan cinayəti törətmiş şəxs barəsində müddətin tətbiq olunması məsələsi məhkəmə tərəfindən həll edilir” müddəasını qeyd edən məhkəmə həmin maddələrin məzmununun fərqli olduğunu, 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 44-cü maddəsində ömürlük azadlıqdan məhrumetmə deyil, ölüm cəzası nəzərdə tutulan cinayəti törətmiş şəxsin qeyd olunmasına diqqət yetirməmişdir. Bu isə onu göstərir ki, məhkəmənin hökmü tərtib edilərkən 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin və hazırda qüvvədə olan CM-nin normaları kifayət qədər təhlil edilməmiş və məhkəmə səhv nəticələr çıxarmışdır. Lakin birinci instansiya məhkəməsi müddətin tətbiq edilməsi nəticəsinə gələrkən nə işin faktiki hallarını, nə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, nə də cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə almamış, müddətin tətbiqinin mümkünlüyünü ümumiyyətlə əsaslandırmamış, sadəcə məsuliyyətə cəlb etmə müddətinin keçməsini əsas götürməklə kifayətlənmişdir. Bundan əlavə, hökmün təsviriəsaslandırıcı hissəsində göstərilmişdir ki, hazırda qüvvədə olan CM-nin 75-ci maddəsinə əsasən xüsusilə ağır cinayətin törədildiyi gündən 15 il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-in 75.2-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, müddətlər törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Eyni zamanda həmin Məcəllənin 75.5-ci maddəsində göstərilmişdir ki, həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayəti törətmiş şəxslərə müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə müddəası tətbiq olunmur. Qanunun bu tələbi təsdiq edir ki, müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə yuxarıda qeyd olunan cinayətlərə şamil oluna bilməz. Qanunda şəxsiyyət əleyhinə olan cinayətlər nəzərdə tutulmadığından, Təqsirləndirilən şəxs barəsində cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı normanın tətbiqi birmənalıdır. Bu halda 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 44-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Belə ki, CM-nin 73.4-cü və 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-in 44- cü maddəsində nəzərdə tutulmuşdur ki, ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayəti törətmiş şəxs barəsində müddətin tətbiq olunması məsələsi məhkəmə tərəfindən həll edilir. Lakin məhkəmənin bu mövqeyi ilə razılaşmaq mümkün deyil. Belə ki, məhkəmə nəzərə almamışdır ki, 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin və hazırda qüvvədə olan CM-nin tərtibatı, məzmun və strukturu arasında əhəmiyyətli fərqlər var. Məsələn, 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-də sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayəti törətmiş şəxslərə müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə müddəasının tətbiq olunmaması”na dair müddəa olmamış, ümumiyyətlə sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ayrıca şəkildə ayrılmamışdır. Digər tərəfdən, məsuliyyətə cəlb etmə müddətinin cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanmasını nəzərdə tutan müddəa da yalnız hazırda qüvvədə olan CM-də öz əksini tapmış, 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 44-cü maddəsində yalnız şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi anınadək müddətin keçib-keçməməsi öz əksini tapmışdır. Məsuliyyətə cəlb edilmiş şəxsin cinayət məsuliyyətindən azad olunması isə 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 46-cı maddəsinin 1-ci hissəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən cinayət əlamətləri olan əməl törətmiş şəxs cinayət dəyişilməsi nəticəsində onun törətdiyi əməl öz ictimai təhlükəlilik xarakterini itirmiş hesab olunsun və ya həmin şəxs daha ictimai təhlükəli şəxs olmasın. Digər tərəfdən 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 44-cü maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, qanuna görə ölüm cəzası təyin edilə bilən cinayət törətmiş şəxs barəsində müddətin tətbiq edilməsi məsələsini məhkəmə həll edir. Əgər məhkəmə müddəti tətbiq etməyi lazım bilməzsə, ölüm cəzası təyin oluna bilməz və bu, azadlıqdan məhrumetmə ilə əvəz edilir.Hazırda qüvvədə olan CM-nin 75.4-cü maddəsinə əsasən ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulan cinayəti törətmiş şəxs barəsində müddətin tətbiq olunması məsələsi məhkəmə tərəfindən həll edilir. Məhkəmə, müddətin keçməsi ilə bağlı bu şəxsin cinayət məsuliyyətindən azad olunmasını mümkün hesab etmədikdə, həmin şəxsə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edə bilməz. Şərh olunan maddələrin məzmunundan aydın olur ki, müddətin tətbiqi imperativ norma kimi məhkəmənin üzərinə vəzifə qoymamış, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsindən, habelə məhkumun şəxsiyyətini səciyyələndirən hallardan asılı olaraq müddətin tətbiqinin mümkünlüyünün məhkəmə tərəfindən həll edilməsi hüquq kimi təsbit edilmişdir. Yəni məhkəməyə işin hallarından asılı olaraq müddətin tətbiqi məsələsinin müzakirə və həll edilməsi səlahiyyəti verilmişdir. Lakin məhkəmə qeyd edilən normaları düzgün şərh etməmiş və müddətin tətbiqini imperativ norma kimi qəbul etmiş, nəticədə cinayət qanunu norması düzgün tətbiq olunmamışdır. Beləliklə, sifariş əsasında, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah məqsədilə ilə qəsdən adam ödürmə cinayətini törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı normanın tətbiqinin birmənalı olması nəticəsinə gələn məhkəmənin mövqeyi tam əsassız olmuşdur. Bundan başqa, hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 44-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Hökmün nəticəvi hissəsində isə məhkəmə belə bir nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 94-cü maddəsinin 1-ci bəndi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar ona cəza təyin edilməsin.Göründüyü kimi hökmün təsviriəsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsinin mümkün olmaması nəticəsinə gələn məhkəmə öz gəldiyi nəticələrə zidd olaraq Təqsirləndirilən şəxs 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 94-cü maddəsinin 1-ci bəndi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmiş, hökmdə şərh edilmiş hallarla məhkəmənin gəldiyi nəticə arasında əhəmiyyətli ziddiyyət olmuşdur. Digər tərəfdən, hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs 8 oktyabr 1994-cü il tarixdə X13 öldürülməsi ilə cinayət hadisəsindən sonra qaçıb gizlənməmiş, əksinə 1995-ci ilin dekabr ayında CM-nin (köhnə red.) 220-ci maddəsinin 1-ci hissəsi ilə məhkum edilmiş və cəzasını çəkib qurtarmışdır. Cəzasını çəkdikdən sonra bir müddət Bakı şəhərində yaşamış, 2003-cü ildə isə işləmək məqsədi ilə Qazaxıstan Respublikasına getmişdir. Bu cinayətlə bağlı 12 aprel 2001- ci il tarixdə onun barəsində təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərar Təqsirləndirilən şəxs yalnız 21 oktyabr 2013-cü il tarixdə elan edilmişdir. Qeyd olunan fakt onu göstərir ki, Təqsirləndirilən şəxs istintaqdan və məhkəmədən qaçıb gizlənməmişdir. Lakin məhkəmənin qeyd olunan mövqeyi və gəldiyi nəticə əsassızdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, hazırki iş üzrə 29 oktyabr 1994-cü il tarixdə cinayət işi başlanmış, lakin cinayət törətmiş şəxsləri müəyyən etmək mümkün olmadığından iş üzrə icraat 29 yanvar 1995-ci il tarixdə dayandırılmışdır. 30 noyabr 2000ci il tarixdə iş üzrə icraat təzələnmiş, 1 dekabr 2000-ci il tarixdə cinayətin Mehdi Əliyev, Ağamehdi Salayev və Vaqif Kərimov, 2 dekabr 2000-ci il tarixdə isə Rafiq Pirəliyev şübhəli şəxs qismində tutulmuş və 3 dekabr 2000-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuşlar. Təqsirləndirilən şəxs istintaqdan gizləndiyinə görə ona ittiham elan etmək mümkün olmamış, ittiham elan etmək məqsədi ilə tutulması üçün 18 dekabr 2000-ci il tarixli qərarla barəsində axtarış elan olunmuşdur. 12 aprel 2001-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 94cü maddəsinin 1-ci bəndi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmədiyindən, 30 aprel 2001-ci il tarixli qərarla o tapılıb istintaqa təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. Axtarışda olan təqsirləndirilən şəxs Azərbaycan Respublikasına ekstradisiya edilmiş və 19 oktyabr 2013-cü il tarixdə istintaqa təqdim edilmiş, 21 oktyabr 2013-cü il tarixdə ona 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 94-cü maddəsinin 1-ci bəndi ilə ittiham elan etmək mümkün olmuşdur. Beləliklə müəyyən olunur ki, qeyri-aşkar şəraitdə törədilmiş cinayətlə əlaqədar uzun müddət cinayəti törətmiş şəxsləri müəyyən etmək mümkün olmamış, 2000-ci ilin dekabr ayında cinayət törətmiş şəxsləri müəyyən etmək və onlardan Mehdi Əliyevi, Ağamehdi Salayevi, Vaqif Kərimovu və Rafiq Pirəliyevi istintaqa cəlb mümkün olmuş, Təqsirləndirilən şəxs isə istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan olunmuş və onu 2013-cü ilin oktyabr ayınadək onu istintaqa təqdim mümkün olmamışdır. İİİ. Proses iştirakçılarının çıxışları Dövlət ittihamçısı2 apellyasiya instansiyası məhkəməsində apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, apellyasiya protestini müdafiə edir və mövqeyində hər hansı dəyişiklik yoxdur.Təqsirləndirilən şəxsin törətdiyi əməl ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə cinayətidir. Birinci instansiya məhkəməsi hadisədən uzun müddət keçməsi əsası ilə təqsirləndirilən şəxsin cəza çəkmədən islah edilməsi qənaətinə gəlmişdir. Halbuki bu mövqe düzgün hesab edilə bilməz. Belə ki, əvvəlki Cinayət Məcəlləsinin 44-cü maddəsinə görə əgər cinayət məsuliyyətinə cəlb etmə müddəti keçirsə, şəxsə cəza təyin edilmə məsələsini məhkəmə həll edirdi. Məhkəmə bu halda yalnız sanksiyada nəzərdə tutulmuş ölüm cəzasından başa digər cəza növlərini təyin edə bilərdi. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs bu cinayəti tamah və sifariş məqsədilə və qabaqcadan əlbir olan bir qrup şəxs halında törədib və təqsirləndirilən şəxs cinayətin törədilməsində aktiv iştirak edərək zərərçəkmiş şəxsin iplə boğulmasını bilavasitə həyata keçirmişdir. Bu da cinayətin ictimai təhlükəlilik dərəcəsini artıran hallardan biridir. Buna görə də məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində cəza təyin edilməməsi qənaətinə gəlinməsi əsassız olmuşdur.Onun barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli idi. Bundan əlavə hadisənin üzərindən 30 il müddət keçsə əməl qəsdən adam öldürmə cinayəti olduğundan onun ictimai təhlükəliliyi hər zaman aktiv aktivdir və heç zaman ictimai təhlükəliliyini itirmir. Hətta yeni Cinayət Məcəlləsində əvvəlkindən fərqli olaraq qanunverici qəsdən adam öldürmənin ikinci hissəsini xüsusilə ağır cinayətlər kateqoriyasına aid etmişdir. Yəni cinayətin hansı müddətdə törədilməsindən asılı olmayaraq təqsirləndirilən şəxs cəzalandırılmalıdır. Apellyasiya protestinin təmin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya instansiyası məhkəməsində çıxış edərək bildirdi ki, cinayətin üzərindən 30 il müddətdən artıq vaxt keçmiş və apellyasiya protestində də bu hal mübahisələndirilməyərək ancaq yüngülləşdirici hal olmadığına görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi xahiş olunmuşdur. Hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilməz. Şəxsiyyət əleyhinə cinayətlərdə müddət məsələsinin tətbiqi məhkəmənin hüququ kimi təsbit edilmişdir. Cinayətin üzərindən 19 il müddət keçdiyi üçün məhkəmə haqlı olaraq cəza təyin etməmişdir. Zərəçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə olunmuşdur və əvvəlki qanunvericilikdən fərqli olaraq hal-hazırda bu cəzanı yüngülləşdirən haldır. Bundan başqa apellyasiya qaydsında işə baxılarkən məhkəmə istintaqı ilə təqsirləndirilən şəxsin alibiliyin müəyyən edilməsi əsası ilə barəsində bəraətverici hökm çıxarılmışdır. Cinayəti törədən şəxslər cinayət məsuliyyətinə cəlb edilmişlər. Onlar məhkəmədə verdikləri ifadələrində açıq-aşkar Salehin Nadir xaricdə olduğu üçün əməlin onun üzərinə atılmasını istədiyini demişlər. Onlar ibtidai istintaqdakı ifadələrini təsdiq etməmişlər. Məhkəmədə dindirilən şahidlərdən heç biri Nadirin bu əməli törətdiyi barədə ifadə verməyiblər və ibtidai istintaqdakı ifadələrini təsdiq etməyiblər. Zərərçəkmiş şəxsin hüquqi varisi də məhkəməyə teleqram ünvanlayaraq Nadirin bu əməli törətmədiyini, ailə münasibətlərinin yaxın olduğunu və hadisə baş verən vaxt onunla Dərbənd şəhərində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs 1994-cü ildən bu cinayətə görə təqib edilib və hər zaman həbs edilcəyi narahatçılığı ilə yaşayıb. Apellyasiya protestinin əsassız olması və onun əməli törətməməsi əsası ilə barəsində bəraətverici hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs çıxış edərək bildirdi ki, 1990-cı illərdə Azərbaycana qayıtmışdır. Həmin vaxtlarda dəstələr quraraq alaylardan texnika və silah-sursat qaçıraraq milli ordu və cəbhəyə göndərmişdir. Hər zaman dövləti və xalqı üçün çalışmışdır. Ceyhunu 1990-cı illərdən tanımış və mehriban münasibətləri olmuşdur. 1994-cü ildə o, Ceyhunla mühafizəçi kimi ofisdə işə başlamış, sonra isə o, işi istəmədiyi üçün ayrılmışdır. Həmin vaxtlarda Ceyhunun Ağamehdi adlı şəxsin yeznəsi ilə münasibətləri yaxşı deyilmiş. O buna görə Rusiyaya getmiş və ona da bu barədə təklif etsə də, uşaqları kiçik olduğundan razı olmamışdır. O, Dərbənddə bacanağının yas mərasimində iştirak edəndə Ceyhunun anasını görmüşdür. O 3-4 gün olar ki, Ceyhunun evə gəlmədiyini bildirərək və bununla bağlı ondan soruşdu. O isə məlumatının olmadığını demişdir. Bunun üzərindən bir neçə gün keçdikdən sonra Ceyhunun meyidi aşkar edilmişdir. O özü bilet alaraq ölkəyə qayıtmışdır. Təqsirsizdir və illərdir ki etmədiyi cinayətə görə evindən və vətənindən didərgin düşmüşdür. Ceyhunun anası da cinayət törədilən vaxt onun ölkədə olmadığını təsdiq etmişdir. Barəsində bəraətverici hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq zərərəçəkmiş şəxsin hüquqi varisi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İV. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Həmçinin “Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli” Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərinə uyğun olaraq hökmün qanuniliyini apellyasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyib, işdəki sübutları apellyasiya protesti ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, aşağıda şərh olunanlara əsasən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2014-cü il tarixli, 1(101)-362/2014 nömrəli hökmü ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ifadə verərək göstərmişdir ki, 1991-1993-cü illərdə maddi cəhətdən çətinlik çəkdiyi üçün ailəsini dolandırmaq məqsədi ilə Sumqayıt şəhəri, «Şərq» bazarında köşk açaraq işlədərkən, orta məktəbdə bir sinifdə oxuduğu dostu X7 vasitəsi ilə Sumqayıt şəhərində «ENERQO-MAŞ» kiçik müəssisəsinin direktoru vəzifəsində işləyən, iş adamı kimi tanınan X19 ilə tanış olmuşdur. X8 işə götürərək müxtəlif növ metal qırıntılarının toplanmasına cəlb etmiş, həmin işdə müəyyən qazanc olduğundan bu işə dostu Mehdi Əliyevi də cəlb etmişdir. Həmin ərəfədə müəssisəyə işə düzəlmək üçün gəlib-gedən X22 və onun qaynatası, vaxtı ilə Ağamehdi Salayevlə bir zavodda işləmiş X9 tanımışdır. Ceyhun Şərifov itkin düşməzdən bir müddət əvvəl ona demişdir ki, Rusiya şəhərində yaşayan qohumlarının yanına getməyə hazırlaşır, onu da özü ilə apara bilər, o bu təklifdən imtina etmişdir. X14 Ağamehdi Salayevin yanında işləyərkən sonuncunun bacısı oğlu və kürəkəni kimi tanımış, sonuncu qaynatasına məxsus ağ rəngli «QAZ-24» markalı avtomaşını idarə etmişdir, aralarında yalnız iş münasibətləri olmuşdur. Bir müddət Ağamehdi Salayevin yanında işləyib əmək haqqı ala bilmədiyindən işdən çıxıb yaxınlıqda yerləşən X2 müəssisəinə işə düzəlmiş, axırıncı dəfə Ceyhun Şərifovu nə vaxt gördüyünü xatırlamamışdır. 1994-cü ilin oktyabr ayının əvvəllərində X6 MR-nın Dərbənd şəhərində yaşayan baldızı əri X28 ağır xəstəliyi ilə əlaqədar 07 oktyabr 1994-cü il tarixdə mərhum atası Mikayılla birlikdə Dərbəndə getmiş, ora çatarkən artıq Arifin vəziyyəti ağırlaşmış, elə həmin günü də vəfat etmişdir. Həmin gecə Arifin yaxın qohumu olub Dərbənd şəhərində yaşayan Əli-İmrangildə gecələmişdir. Dəfninə çatmayıb yas mərasimində iştirak etməklə orada bir neçə gün qalıb Sumqayıt şəhərinə qayıtdıqda Ceyhunun artıq bir neçə gün əvvəl evdən gedib qayıtmadığını ailəsi tərəfindən axtarıldığını eşitmişdir. Bir neçə gündən sonra Ceyhun Şərifovun valideynləri onun yanına gələrək Ceyhunu ondan soruşsalar da ondan xəbərsiz olduğunu bildirmiş, Ceyhun Şərifovun meyiti Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki bağ evlərinin birinin həyətindəki su quyusunda aşkar edilmişdir. Hadisədən bir neçə gün sonra o, Sumqayıt şəhər prokurorluğuna çağırılaraq hadisə ilə əlaqədar dindirilib sərbəst buraxılmış, bir daha istintaqa cəlb edilmədiyindən istintaqın sonrakı gedişatından məlumatı olmamışdır. O, həmin dövr də Bakı da yaşadığı müddətdə Sumqayıt şəhəri xalq məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 220-ci maddəsinin 1-ci hissəsi ilə (köhnə redaksiya ilə) təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum edilmiş, məcburi əməyə cəlb edilməklə təyin edilən 01 il cəza şərti hesab edilmişdir. Cəzasını çəkib qurtardıqdan sonra, bir müddət Bakı şəhərində yaşamış, lakin yaxşı iş tapa bilmədiyi üçün dolanışıq məqsədi ilə Rusiya Federasiyasına getmiş, 2003-cü ilə qədər Rusiya Federasiyasında yaşadıqdan sonra, 2003-cü ildə Qazaxıstan Respublikasında qalaraq daimi məskunlaşmışdır. O, 2013-cü ilin iyun ayında Astana şəhərinin polis əməkdaşları tərəfindən tutularkən barəsində axtarış olduğunu bilmişdir. O, heç vaxt istintaqdan yayınmamış və gizlənməmişdir, axtarışda da olduğunu bilməmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varis qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Ceyhun Şərifov onun oğludur. Oğlu 1992-ci ildə onlarla bir binada yaşayan X10 Pirəliyeva ilə evlənmişdir. Evlilik ərəfəsində oğlu Ceyhun Səidəni qısqanıb çox incidirdi. Ceyhun hadisədən bir müddət əvvəl Rusiya Federasiyasına getməyə hazırlaşıb hətta paltarlarını yığsa da 8 oktyabr 1994-cü il tarixdə günorta saatlarında evdən heç bir sənəd və paltar götürmədən çıxıb getmiş, bir daha qayıtmamışdır. Həyat yoldaşı Tofiq Şərifovla oğlunu axtarmağa başlamış, həmin ərəfədə oturub-durduğu Təqsirləndirilən şəxs, Mehdi Əliyev və Vaqif Kərimovdan soruşub tapa bilmədiklərindən Ağamehdi Salayevin yanına getdikdə sonuncu onları oğlu X30 Federasiyasına getdiyinə əmin etmişdir. Oğlunun həqiqətən bir müddət əvvəl Rusiya Federasiyasına getmək istədiyini nəzərə alıb söylənilənlərin həqiqət olduğuna inanmışdır. Lakin, 29 oktyabr 1994-cü il tarixdə oğlunun meyiti Sumqayıt bağlar ərazisindəki su quyusunda aşkar edilmiş, istintaq aparılarkən oğlunun qaynatası Rafiq, Pirəliyevin sifarişi ilə qətlə yetiridiyini və hadisə günü oğlunun ağ rəngli “QAZ-24”markalı avtomaşında harasa aparıldığını eşitmişdir. İş üzrə şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, o, Ceyhun Şərifovu qaynatası Ağamehdinin vasitəsi ilə tanımış, qaynatası həm də onun dayısıdır. Qaynatası Ceyhunu işə götürməyi ondan xahiş etmiş, amma Ceyhun əsəb xəstəliyi ilə əlaqədar hərbi xidmətdən azad olunduğundan Ceyhunu işə götürməmişdir. 1994-cü ildə dayısı onu yanına çağırıb demişdir ki, Nadir və Mehdi adlı şəxsləri işə götürsün, onlar Ceyhunun tanışlarıdır. O da onları gözətçi vəzifəsinə işə götürmüş, bundan sonra Ceyhun tərəfindən ona qarşı münasibət pisləşmişdir. Həmin vaxtlarda onların maddi vəziyyətləri çox yaxşı olmuş, ona görə də Ceyhun bir dəfə qaynatasına demişdir ki, ona hər ay haqq da verməlidirlər. Buna görə qaynatası onu otağından qovmuşdur. Sonra da Ceyhun onun yanına gəlib təklif etmiş ki, qaynatasını öldürüb var-dövlətini ələ keçirsinlər. Bu sözə görə o da, Ceyhunu otaqdan qovmuşdur. Bir müddət keçəndən sonra eşitmişdir ki, Ceyhunun meyidini Novxanı bağlar massivində su quyusunda tapıblar. Bundan, sonra isə qaynatasını adam oğurluğu üstündə tutmuşlar, o da, qaynatasının yanına gedəndə qaynatası ona demişdir ki, Ceyhunu da öldürüb. Birdən işin üstü açılsa o öz boynuna götürsün, çünki cavandır cəzanı da azaltmaqda ona köməklik göstərəcək. O, qaynatası ilə razılaşmışdır. Amma Ceyhunun ölüm məsələsi orada açılmamışdır. Qaynatası tutulmamışdan əvvəl onun yanına Tehran adlı bir nəfər də gəlib-gedirdi, Tehran cinayət aləmində olan şəxs idi. 2000-ci ildə Tehran Novxanı bağlar massivində Qalib adlı şəxsi öldürüb basdırması ilə əlaqədar dindirilərkən Ceyhun Şərifovun öldürülməsi barədə də ona sorğu–sual edəndə həmin hadisənin dayısının və onun tərəfindən törədildiyini demişdir. Bu səbəbdən Ceyhun Şərifovun öldürülməsi faktı ilə əlaqədar dayandırılmış cinayət işinin icraatı təzələnmiş və o, istintaqa cəlb edilmişdir. Həmin vaxt dayısı Ağamehdi demişdir ki, Tehran izahat formasında yazıb bildirib ki, guya dayısı, Ceyhunu Novxanı bağlar massivindəki 1383 saylı bağ sahəsinə Nadir və Mehdi ilə aparıb, orada boynuna elektrik naqili salmaqla boğub oradakı quyuya atıblar. Hadisəni Tehran təfsilatı ilə bildiyi üçün dayısı həbs edilməsin deyə onun əvəzinə həmin hadisəni onun Nadir və Mehdi ilə birlikdə boyunlarına almağını gələcəkdə hər üçünü həbsdən azad etdirəcəyini vəd etmişdir. Ağamehdi həm dayısı, həm də qaynatası olduğu üçün sözündən çıxmamışdır. Vaqif Kərimov ibtidai istintaq zamanı (2000-ci ildə) vermiş olduğu ifadəsində göstərmişdir ki, 08 oktyabr 1994-cü ildə Ceyhunu idarə etdiyi Qaz-24 markalı, K7624 az dövlət nömrəli avtomaşınla Nadir və Mehdi ilə birlikdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində xaş yeyib, araq içdikdən sonra Ceyhunu evə düşürtmüşlər, günortadan sonra Ceyhunla görüşüb birlikdə dənizkənarı kafelərin birində qutab yeyib araq içdikdən sonra yaxınlıqda yerləşən tanımadığı bağların birinə getmişlər, sökülmüş daş hasardan içəri daxil olaraq orada Nadir yerdən götürdüyü şunuru Ceyhunun boğazına ataraq boğmağa başlamış, Nadirə kömək etmək Ceyhunun ölümünü daha tezləşdirmək üçün əldən çıxmasına imkan verməyib Ceyhunun ayaqlarını, Mehdi isə əllərini tutub hərəkət etməyə imkan verməmişlər, onu boğub öldürmüş və orada olan su quyusuna atmışlar. Sonra isə Ağamehdini, onu və Mehdini həbs etmişlər. Nadir isə Bakı şəhərində olmadığına görə istintaqa cəlb edilməmişdir. X48 Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 11 sentyabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci bəndi ilə (köhnə redaksiyada) təqsirli bilinərək 12 (on iki) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtarmışdır. İş üzrə şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, o, 1994-cü ildə Salayev Ağamehdinin yanında cangüdən işləmiş, o, Ağamehdini Ceyhun vasitəsi ilə tanımışdır. Son vaxtlar Ceyhun onlardan uzaqlaşmış, həmin ərəfədə Ağamehdi onlara demişdir ki, Ceyhun onlardan satqınçılıq edir və ona görə də onlar Ceyhundan şübhələnməyə başlamışlar. Ceyhun öz ailəsini də çox incidirmiş, Ceyhunu nə qədər başa salsalar da o, öz bildiyini edirmiş. Onlar həmişə Ceyhuna deyirmişlər ki, haqlarında nə danışır, nə edir desin. Ceyhun da hər dəfə onları ələ salırmış, doluyurmuş və deyirmiş ki, nə bilir onu da edəcək. Ona görə də X12 xoşu gəlməmişdir. 29 oktyabr 1994-cü ildə Ceyhunun meyidi Novxanıda bağlarından tapılmış, cinayət işi başlanılmış, təqsirkar müəyyən edilmədiyindən cinayət işinin icraatı dayandırılmışdır. Bir müddət sonra eşitmişdir ki, Vaqif Kərimovu, Ağamehdi Salayevi həbs etmişlər. Vaqifin ifadəsi əsasında isə onun özünü həbs etmişlər. Həbsxanada olarkən ona məlum olmuşdur ki, Vaqif Kərimov dayısı Ağamehdi Salayevin tapşırığı əsasında həmin cinayəti öz üzərinə götürmüş və ifadəsində göstərmişdir ki, guya bu cinayəti birlikdə yəni, o, Təqsirləndirilən şəxs və Vaqif Kərimov törətmişlər. Guya onlar həmin cinayəti etiraf etdikləri halda Ağamehdi Salayev kənarda qalacaq, sonra isə onların cəzalarının yüngülləşməsinə köməklik edəcəkdir. Lakin, bu belə olmamış həmin vaxt onu Vaqif Kərimovu və Ağamehdi Salayevi həbs etmişlər. Təqsirləndirilən şəxs isə respublikada olmadığına görə onu tapıb istintaqa cəlb edə bilməmişlər. Sonradan Ceyhunun qaynatası X9 da həbs etmişlər. Bildiyi ondan ibarətdir ki, bu cinayəti Ağamehdi Salayev törətmişdir. Buna baxmayaraq onun yerinə cəzanı onlar çəkmişlər. Təqsirləndirilən şəxs bu cinayətin törədilməsində xəbəri olmamışdır.Respublikada olmadığına görə, onun adını qəsdən Ağamehdi Salayev çəkdirmişdir ki, cinayəti özündən uzaqlaşdıra bilsin. Onun ibtidai istintaq da vermiş olduğu ifadə həqiqəti əks etdirmir. Belə ki, o və həmkarları bu cinayəti sadəcə olaraq öz üzərlərinə götürmüşlər. Mehdi Əliyev ibtidai istintaq zamanı (2000-ci ildə) vermiş olduğu ifadəsində göstərmişdir ki , 08 oktyabr 1994-cü ildə Ceyhunu idarə etdiyi Qaz-24 markalı, K7624 az dövlət nömrəli avtomaşınla Nadir və Vaqif ilə birlikdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində xaş yeyib araq içdikdən sonra Ceyhunu evə düşürtmüşlər, günortadan sonra Ceyhunla görüşüb birlikdə dənizkənarı kafelərin birində qutab yeyib araq içdikdən sonra yaxınlıqda yerləşən tanımadığı bağların birinə getmişlər, sökülmüş daş hasardan içəri daxil olaraq orada Nadir yerdən götürdüyü şunuru Ceyhunun boğazına ataraq boğmağa başlamış, Nadirə kömək etmək Ceyhunun ölümünü daha tezləşdirmək üçün əldən çıxmasına imkan verməyib Ceyhunun əllərini, Vaqif isə ayaqlarını tutub hərəkət etməyə imkan verməmişlər, onu boğub öldürmüş və orada olan su quyusuna atmışlar. Sonra isə Ağamehdini, onu və Vaqifi həbs etmişlər. Nadir isə Bakı şəhərində olmadığına görə istintaqa cəlb edilməmişdir. X49 Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 11 sentyabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci bəndi ilə (köhnə redaksiyada) təqsirli bilinərək 12 (on iki) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtarmışdır. İş üzrə şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, 1992-ci ilin mart ayında qonşuluqda yaşayan Şərifov Ceyhun onun qızını qaçırdaraq evlənmişdir. Birgə yaşadıqları müddət ərzində Ceyhun qızına həm mənəvi, həm də fiziki işgəncələr verirmişdir. Ceyhunun xasiyyəti olduqca tünd idi, o, həm qızını həmdə onları bezdirmişdir. Ağamehdi Salayevi aliminium zavodunda işləyən vaxtlardan tanımışdır. Ağamehdi özünə çox yaxşı şərait qurmuşdu, ofis açıb cavanları başına yığıb çox yaxşı pul qazanırdı. Ona görə o, Ağamehdidən xahiş etmişdir ki, kürəkəni Ceyhunu da bir işə götürsün. Sonra Ağamehdi bir gün onu yanına çağırıb demişdir ki, Ceyhuna nə iş deyirsə bəyənmir, onu işə götürə bilməz. Buna baxmayaraq Ağamehdi ona həmçinin demişdir ki, Ceyhunu qoşaram Rusiyaya mal aparıb gətirər, həm işləyər, həm də ağlı başına gələr. Həqiqətən də bir neçə gündən sonra Ceyhun Rusiyaya getməyə hazırlıq görmüşdür. 08 oktyabr 1994-cü ildə Ceyhun evdən getmiş və bir daha qayıtmamışdır. O, Ağamehdinin yanına getmiş, Ceyhunu soruşmuş, Ağamehdi ona demişdir ki, Ceyhunu Rusiyaya göndərib. Sonra isə 29 oktyabr 1994-cü ildə Ceyhunun meyidi Novxanıda bağlarından tapılmış, cinayət işi başlanaraq təqsirkar müəyyən edilmədiyindən cinayət işinin icraatı dayandırılmışdır. Hadisədən təxminən bir il sonra işdə olan vaxt yanına Tehran adlı şəxs gəlmiş, Ceyhunu kimin öldürmələrini bildiyini, əgər 50.000 ABŞ dolları verməsə gedib Ceyhunun qohumlarına bu barədə xəbər verəcəyini demişdir. O, həmin hadisədən xəbərinin olmadığını desədə, Tehran ona beş gün vaxt vermişdir. Sonra yenə onun evinin qarşısına gələrək pulu nə vaxt verəcəyini soruşmuş, o da veriləcək pulunun olmadığını demişdir. Sonra isə o, Ağamehdinin yanına getmiş, Tehran haqqında danışmış və Ağamehdi ona həmin vaxt bildirmişdir ki, Tehran çox axmaq adamdır, gərək ona pul versinlər. Amma Ağamehdi pulu vermək istəməmiş və həmçinin istəmişdir ki, pulu o versin. Sonra Ağamehdi qəzetin arasında 5 paçka 10.000 manatlıq əskinas vermiş və o, həmin pulu götürüb evə aparmış, bir neçə gündən sonra Ağamehdi ona zəng vurub demişdir ki, Tehran yanındadı ofisə gəlsin. O, həmin pulları Ağamehdinin kabinetində Tehrana vermiş və Tehran onlardan əl çəkmişdir. 2000-ci ilin noyabr ayında dayandırılmış işin icraatı təzələnmiş, həmin işlə əlaqədar Əliyev Mehdi və Kərimov Vaqif etdikləri cinayəti etiraf etmişlər. X44 və Kərimov Vaqifi həbs etmişlər. İstintaq vaxtı onlar Təqsirləndirilən şəxs də adını çəkmişlər. Lakin, Nadir tapılıb istintaqa cəlb edilməmişdir. İstintaqın sonrakı mərhələsində cinayətin birgə iştirakçısı kimi onu və Ağamehdini də həbs etmişlər. Məhkəmə istintaqı zamanı Ağamehdi ölmüş, onu isə həbs etmişlər. Onun bu cinayət hadisəsindən xəbəri olmamışdır. Bu cinayətin kimlər tərəfindən törədildiyini bilmir, heç bir günahı olmadığı halda uzun müddət günahsız cəza çəkmişdir. Rafiq Pirəliyev ibtidai istintaq zamanı (2000-ci ildə) vermiş olduğu ifadəsində göstərmişdir ki, Ceyhun Şərifov ailə qurduğu qızını incidib işgəncə etdiyinə görə Ağamehdi Salayevdən yeznəsi Ceyhunun sifarişlə öldürməsini xahiş etmiş, Ağamehdi Salayev də onun sifarişi əsasında Ceyhun Şərifovu öldürtmüş, bu işi gördüyünə görə o, Ağamehdi Salayevə 2400 ABŞ dolları pul vermişdir. X45 Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 11 sentyabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17, 94-cü maddəsinin 1-ci bəndi ilə (köhnə redaksiyada) təqsirli bilinərək 13 (on üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtarmışdır. İbtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94cü maddəsinin 1-ci bəndi ilə (köhnə redaksiyada) təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə məsuliyyətinə verilmiş və bu cinayətin onun tapşırığı əsasında törədilən X19 məhkəmə istintaqı dövründə öldüyü üçün barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X29 göstərmişdir ki, 1995-ci il tarixdə Təqsirləndirilən şəxs adlı tanışı ilə söhbət əsnasında Nadir ona Ceyhunun qaynatası R.Pirəliyevin sifarişi ilə öldürüldüyünü bildirib. Bu haqda biləndən sonra o, Rafiqdən bu məlumatın yayılmaması üçün evinə gedərək pul tələb edib və əks təqdirdə polisə xəbər verəcəyi ilə hədələmişdir. Rafiq ona hal-hazırda pulu olmadığını və sabah gəlməsini xahiş etmişdir. Səhərisi günü o, yenidən Rafiqgilə getmiş, Rafiq ona bükülü halda 5 milyon manat pul vermiş və xahiş etmişdir ki, bu haqda heç kimin yanında danışmasın. Cinayət işinin materiallarında olan Məhkəmə-tibb ekspertizasının 30 oktyabr 1994cü il tarixli, 130 saylı rəyindən görünür ki, X31 bədəni üzərində aşağıdakı xəsarətlər olmuşdur: boynun stranqulyasiyon şırımı, dilaltı sümüyün sınması, başın sağ alın və təpə nahiyələrinin dərialtı qansızmaları, sol saidin içəri səthinin çapıq toxumaları. Göstərilən xəsarətlər sol saidin çapıq toxumaları özü tərəfindən 3-6 ay əvvəl və ya daha çox ölümündən qabaq yetirilməsinə uyğundur, başın dərialtı qansızmaları, boynun stranqulyasiyon şırımı, dilaltı sümüyün sınığı küt alətin təsirindən yetirilmişdir, həyatidirlər, stranqulyasiyon şırımın xarakterinə əsasən demək olar ki, ilgək başqası tərəfindən qoyulmuşdur, meyitin bədəni üzərində çürümə dəyişiklikləri fonunda qarşılıqlı mübarizə və özünü müdafiəyə xarakterik xəsarətlər aşkar olunmamışdır. X31 ölümünə səbəb boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində baş vermiş asfiksiya olmuşdur. Stranqulyasiyon şırımın xarakterinə əsasən demək olar ki, ilgək boynuna mərhumun oturmuş və ya uzanmış vəziyyətdə qoyula bilər. X39 ölümündən qabaq spirtli içki qəbul etmiş və göstərilən miqdar canlı şəxslərdə orta dərəcəli sərxoşluğa aid edilir. Cinayət işinin materiallarında olan Məhkəmə ballistik-trasoloji-kimyəvi ekspertizasının 30 dekabr 1994-cü il tarixli 5762/5820/5821 saylı rəyindən görünür ki, hadisə yerindən götürülmüş 1 saylı naqillə meyitin üzərindən götürülmüş 3-4 saylı naqillər, hadisə yerindən götürülmüş 2 saylı naqillə meyitin üzərindən götürülmüş 5 saylı naqil formalarına və ölçülərinə görə uyğun gəlirlər, hal-hazırda rənglərinə görə fərqlənirlər, elektrik naqilləri arasında vahid kəsilmə xətti olmadığından onların əvvəllər vahid bütövlük təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Hadisə yerindən götürülmüş 1 saylı naqilin və meyitin üzərindən götürülmüş 3-4 saylı naqillərin hər iki ucları hadisə yerindən götürülmüş 2 saylı naqillə meyitin üzərindən götürülmüş 5 saylı naqilin ucu 2 işlək hissəsi iti kəsici predmetin təsirindən kəsilmişdir, belə predmetə iti ağızlı kəlbətin aiddir. 2 və 5 saylı naqillərin digər ucları faktiki qüvvənin təsirindən qoparılmışdır. Cinayət işinin materiallarında olan Məhkəmə kompleks ambulator psixatrik və psixoloji ekspertizasının 20 dekabr 2013-cü il tarixli, 1451 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, cinayət işinin materiallarından və hal-hazırki psixatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması (o cümlədən pataloji affekt) kəmağıllıq və sair psixi xəstəlik əlamətlər aşkar olunmayıb. Həmin dövürdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs xarakterin psixopatalogiyası aşkar olunmadı, özünü müdafiə etməyə meyillilik, eqosentrizm nümayişkəranəlik, məsuliyyətsizlik, soyuqqanlılıq, laqeydlilik, özündən razılıq və sair kimi fərdi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hansı psixi emosional vəziyyətdə olduğunun hal-hazırda müəyyən etmək mümkün olmadı, istintaq tərəfindən müəyyən edilmiş cinayət hadisəsinin baş vermə motivlərinə əsasən Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olması nəticəsinə gəlinir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işinin materiallarında olan 18 dekabr 2000-ci il tarixli qərarından görünür ki, təqsirlləndirilmiş şəxs qismində cəlb olunması barədə qərar verilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 150 və 278-ci maddələrinə istinad edilərək axtarış elan edilməsi, ittiham elan edilməsi üçün tutulması qərara alınmışdır. Cinayət işinin materiallarında olan 30 aprel 2001-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat sonuncu tutulub istintaqa təhvil verilənədək Azərbaycan Respublikası CPM-nin 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır.(İİ cild, 4) Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 22 iyul 2013-cü il və 18 oktyabr 2013-cü il tarixli və Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun 23 iyul 2013-cü il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2013-cü il tarixdə təqsirləndirilən şəxs Qazaxıstan Respublikasının Astana şəhərində tutulmuşdur və barəsində xx.xx.2013-cü il tarixdə Qazaxıstan Respublikasında həbs qətimkan tədbiri seçilmişdir. O, xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Cinayət işinin təzələnməsi haqqında 19 oktyabr 2013-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Kollegiya Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci bəndi ilə təqsirli bilinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsada, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə əlaqədar ona cəza təyin edilməməsi ilə bağlı gəlinən nəticə ilə razılaşmır. Belə ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsini etiraf etməsə də onun CM-nin qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş və iş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə, ekspertiza rəyləri ilə və digər mötəbər və təkzib olunmaz istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək cinayətin baş verdiyi 8 oktyabr 1994-cü il tarixdə Azərbaycan Respublikasının hüdudlarından kənarda Rusiya Federasiyasının Dərbənd şəhərində olmaqla bacanağı Arif Teymurovun dəfnində iştrak etdiyini, həmin müddətdə qohumlarının evində gecələdiyini, bu səbəbdən Mehdi Əliyev və Vaqif Kərimovla birlikdə Ceyhun Şərifovun qətlə yetirilməsində iştirak etməməsi barədə dəlil irəli sürmüşdür. Lakin cinayət işinin materiallarından görünür ki, X31 meyiti aşkar edildikdən bir ay sonra, 9 noyabr 1994-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs cinayətin baş verdiyi 8 oktyabr 1994-cü il tarixdə harada olmasını bir mənalı surətdə xatırlamadığını göstərmişdir (cild 1, iş vərəqə 55-58). Halbuki, əgər Təqsirləndirilən şəxs 7 oktyabr 1994-cü ildə bacanağı Arif Teymurovun dəfnində iştirak edib, bir həftə də orada qaldıqdan sonra 14 oktyabrda Sumqayıta qayıtmışdısa, 9 noyabrda - 24 gün sonra istintaq orqanı tərəfindən qəsdən adam öldürməyə görə şübhəli şəxs qismində dindirilərkən bu faktı bildirə bilərdi. Çünki, onun əlində təkzibedilməz bir dəlili vardı və bu dəlili istintaq orqanının ona qarşı bütün şübhələrini təkzib edirdi. Amma nədən Təqsirləndirilən şəxs həmin zaman bacanağı Arif Teymurovun dəfnində iştirak etməsini yadına sala bilməyib? Hadisənin üzərindən 19 il müddət keçdikdən sonra o, necə 19 il əvvəl yaxın qohumu olmayan şəxsin dəfnində iştirak etdiyi tarixi asanlıqla xatırlaya bilir? Bundan başqa, cinayət işinin materiallarından görünür ki, işin ibtidai istintaqı zamanı 18 dekabr 2000-ci il tarixdə şahid qismində dindirilən Təqsirləndirilən şəxs atası Mikayıl Mehdiyev də 8 oktyabr 1994-cü ildə oğlu ilə birlikdə göstərilən dəfn mərasimində iştirak ediyi barədə heç nə göstərməmişdir (cild 1, iş vərəqə 238-240). Bundan başqa Məhkəmə Kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, sözügedən cinayət işi Ali Məhkəmənin qərarı ilə 3 dəfə kassasiya protesti əsasında ləğv edilmiş və bu qərarların heç birində Təqsirləndirilən şəxs istinad olunan cinayət əməlinin sübuta yetirilməsi şübhə altına alınmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 09 mart 2016-cı il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Təqsirləndirilən şəxs müdafiəçisinin kassasiya şikayəti təmin edilməmiş və qərarda göstərilmişdir ki, “Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, təqsirləndirilən şəxsin təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının (01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş) CM-in 94-cü maddəsinin 1-ci bəndi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Təqsirləndirilən şəxs müdafiəçisi Rəna Məmmədovanın kassasiya şikayətinin başlıca dəlili təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməməsinin qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. İşdən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilmiş cinayət əməlini törətməsini etiraf etməsə də, onun CMin qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş və iş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə, məhkəmə tibbi ekspertizasının rəyi ilə və iş üzrə toplanmış digər sənədlərlə təsdiq olunur. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-in 72-74-cü maddələrində göstərilmiş hallar iş üzrə müəyyən edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr onun barəsində qanunun bu normasını tətbiq etməməklə haqlı olmuşlar. Daha sonra, məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxan məhkəmələr tərəfindən müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs 1994-cü ilin oktyabr ayının əvvəllərində X18, X19 və iş yoldaşları X20, X23 ilə birlikdə qabaqcadan əlbir olub razılaşaraq əvvəlcədən tanıdıqları Rafiq Pirəliyevin qızının əri X21 qəsdən həyatdan məhrum etmək məqsədi ilə Rafiq Pirəliyevin sifarişi və Ağamehdi Salayevin tapşırığı əsasında X21 08 oktyabr 1994-cü il tarixdə yeyib-içdikdən sonra, saat 18 radələrində söhbət etmək adı altında onu X20 və X23 ilə birlikdə sonuncunun idarə etdiyi «QAZ-24» markalı avtomaşınına mindirərək Novxanı bağlar sahəsində X5 məxsus 1383 saylı bağ evinin həyətinə aparmış və orada elektrik naqilini Ceyhun Şərifovun boynuna keçirib boğarkən X42 Şərifovun ayaqlarını, Mehdi Əliyev isə onun qollarını elektrik naqili ilə bağlamış və onu boğaraq tamah məqsədi ilə öldürüb meyitini həyətdə olan su quyusuna atdıqdan sonra, Rafiq Pirəliyev buna görə Ağamehdi Salayevə 2400 ABŞ dolları (4 200 000 manat) məbləğində pul vermiş və Ağamehdi Salayev isə həmin pulun 1000 ABŞ dollarını (1.750.000 manat) Vaqif Kərimova, Mehdi Əliyevə və ona vermişdir. Bu əməl cinayət xarakteri daşıdığından ibtidai araşdırma orqanı tərəfindən ona düzgün olaraq Azərbaycan Respublikasının (01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş) CM-in 94cü maddəsinin 1-ci bəndi ilə ittiham verilmiş, işə baxan məhkəmələr də həmin ittihamın tam sübuta yetirilməsi barədə düzgün nəticəyə gəlmişlər. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır”. Bundan başqa Məhkəmə Kollegiyası şahid qismidə ifadələri alınmış İsmayılov Əli- İmran Xandadaş oğlunun və X4 ifadələrində göstərdikləri xüsusatları cinayət işinin materiallarındakı sübutlarla müqayisəli şəkildə tədqiq edərək onların ifadələrini həqiqətə uyğun olmayan və Təqsirləndirilən şəxs məsuliyyətdən kənarda qalmasına yönəlik ifadələr kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 126-cı maddəsinə əsasən yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. Şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinin tələblərinə əsasən cinayət hadisəsinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olması, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyatının sübuta yetirilməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olması, əməlin cinayət olmasını aradan qaldıran halların olmadığı hallar təsdiq edildikdə məhkəmə məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq təqsirləndirilən şəxsin təqsirini sübuta yetirilmiş hesab edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» xx.xx.2005-ci il tarixli qərarında göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir. (CPM-nin 349.5-ci maddəsi). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il qərarının 23-cü bəndində görə məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə razılaşaraq, habelə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Bundan başqa Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə əlaqədar ona cəza təyin edilməməsinə dair düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş CM-in 7-1-ci maddəsinin 2-ci hissəsinə əsasən qəsdən adam öldürmə ağır cinayətlərə aiddir. Həmin CM-in "cəza təyin etmənin ümumi prinsipləri" adlanan 35-ci maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, müqəssirin şəxsiyyətini və işdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin CM-in 44-cü maddəsinin 4-cü hissəsində isə göstərilmişdir ki, qanuna görə ölüm cəzası təyin edilə bilən cinayət törətmiş şəxs barəsində müddətin tətbiq edilməsi məsələsini məhkəmə həll edir. Əgər məhkəmə müddəti tətbiq etməyi lazım bilməzsə, ölüm cəzası təyin oluna bilməz və bu, azadlıqdan məhrumetmə ilə əvəz edilir. İşin materialları ilə tam təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs sifariş və tapşırıq əsasında zərərçəkmiş şəxsi tamah məqsədi ilə qəsdən həyatdan məhrum etmək üçün bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 08 oktyabr 1994-cü il tarixdə saat 18 radələrində zərərçəkmiş şəxsi Novxanı bağlar sahəsində 1353 saylı bağ evinin həyətinə aparmış və orada elektrik naqilini zərərçəkmiş şəxsin boynuna keçirdib boğaraq qəsdən öldürmüş, bundan sonra zərərçəkmiş şəxsin meyitini su quyusuna atmışdır. Göründüyü kimi, məhz Təqsirləndirilən şəxs zərərçəkmiş Ceyhun Əliyevin qətlə yetirilməsində fəallıq göstərərək elektrik naqilini sonuncunun boynuna keçirib onu boğmuşdur. Bundan əlavə, birinci instansiya məhkəməsinin hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs 8 oktyabr 1994-cü il tarixdə X13 öldürülməsi ilə bağlı törədilmiş cinayət hadisəsindən sonra qaçıb gizlənməmiş, əksinə 1995-ci ilin dekabr ayında CM-in 220-ci maddəsinin 1-ci hissəsi ilə təqsirləndirilən şəxs edilmiş və cəzasını çəkib qurtarmışdır. Cəzasını çəkdikdən sonra bir müddət Bakı şəhərində yaşamış, 2003-cü ildə isə işləmək məqsədi ilə Qazaxıstan Respublikasına getmişdir. Bu cinayətlə bağlı 12 aprel 2001-ci il tarixdə onun barəsində təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərar Təqsirləndirilən şəxs yalnız 21 oktyabr 2013-cü il tarixdə elan edilmişdir. Qeyd olunan fakt onu göstərir ki, Təqsirləndirilən şəxs istintaqdan və məhkəmədən qaçıb gizlənməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin materiallarından göründüyü kimi, 29 oktyabr 1994-cü il tarixdə cinayət işi başlanılmış, lakin cinayət törətmiş şəxslərin müəyyən edilməsi mümkün olmadığından iş üzrə icraat 29 yanvar 1995-ci il tarixdə dayandırılmışdır. 30 noyabr 2000-ci il tarixdə iş üzrə icraat təzələnmiş, 1 dekabr 2000-ci il tarixdə cinayətin iştirakçıları Mehdi Əliyev, Ağamehdi Salayev və Vaqif Kərimov, 2 dekabr 2000-ci il tarixdə isə Rafiq Pirəliyev şübhəli şəxs qismində tutulmuş və 3 dekabr 2000-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuşlar. Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyinə görə ona ittiham elan etmək mümkün olmamış, ittiham elan edilməsi məqsədi ilə tutulması üçün 18 dekabr 2000-ci il tarixli qərarla barəsində axtarış elan olunmuşdur. 12 aprel 2001-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 94-cü maddəsinin 1-ci bəndi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmədiyindən 30 aprel 2001-ci il tarixli qərarla sonuncu tapılıb istintaqa təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. Axtarışda olan Təqsirləndirilən şəxs 18 iyul 2013-cü il tarixdə Qazaxıstan Respublikasının Astana şəhərində tutularaq Azərbaycan Respublikasına ekstradisiya edilmiş və 19 oktyabr 2013-cü il tarixdə istintaqa təqdim edilmiş, 21 oktyabr 2013-cü il tarixdə ona 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş CM-in 94-cü maddəsinin 1-ci bəndi ilə ittiham elan edilməsi mümkün olmuşdur. Təqsirləndirilən şəxs 22 oktyabr 2013-cü il tarixdə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 94-cü maddəsinin 1-ci bəndi ilə yeni ittiham elan edilərək barəsində Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İstintaqın sonrakı mərhələsində onun həbsdə saxlama müddəti 01 ay, yəni istintaq müddətinə uyğun 31 yanvar 2014-cü il tarixədək uzadılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1 -ci bəndi ilə (08 dekabr 1960-cı il tarixli qanun) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə əlaqədar ona cəza təyin edilməmiş, barəsində seçilmiş qətimkan tədbiri ləğv edilmiş və o dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Daha sonra cinayət işi üzrə mübahisəli hökm və apellyasiya məhkəməsinin qərarı 3 dəfə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya protesti və şikayəti ilə daxil olmuş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2017-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş və Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü madddəsinin 1-ci bəndi ilə Təqsirləndirilən şəxs bəraət verilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2019-cu il tarixli hökmü kassasiya protestinə münasibətdə ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Məhkəmə kollegiyasının 18 dekabr 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunaraq cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Kollegiya qeyd cinayət işinin materiallarını təhlil edərək qeyd edir ki, göründüyü kimi 5 il 10 ay 1 gün cinayət işi təqsirləndirilən şəxslər müəyyən edilmədiyindən dayandırılmış qalmış,Təqsirləndirilən şəxs xx.xx.2000 - xx.xx.2013-cü ilədək 12 il 07 ay və xx.xx.2019 xx.xx.2024-cü il tarixədək 4 il 8 ay 4 gün olmaqla cəmi 17 il 03 ay 04 gün axtarışda olmuşdur. 18 iyul 2013-cü il (Qazaxıstan) - 06 may 2014-cü il olmaqla cəmi 09 ay 18 gün olmaqla həbsdə saxlanılmış, hal-hazırda xx.xx.2024-cü il tarixdən həbsdədir. Göründüyü kimi qeyri-aşkar şəraitdə törədilmiş cinayətlə əlaqədar uzun müddət cinayəti törətmiş şəxslərin müəyyən edilməsi mümkün olmamış, yalnız 2000-ci ilin dekabr ayında cinayət törətmiş şəxsləri müəyyən etmək və onlardan Mehdi Əliyev, Ağamehdi Salayev, Vaqif Kərimov və Rafiq Pirəliyevi istintaqa cəlb etmək mümkün olmuş, Təqsirləndirilən şəxs isə istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan olunmuş və onun 2013-cü ilin oktyabr ayına kimi istintaqa təqdim edilməsi mümkün olmamışdır. Ona görə də Məhkəmə Kollegiyası cinayətin ağırlığını və içtimai təhlükəlilik dərəcəsini, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, tamah məqsədi ilə sifariş və tapşırıq əsasında törədilməsini, törədilmiş cinayətin 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş CM-ə əsasən ağır, hazırda qüvvədə olan CM-ə əsasən xüsusilə ağır cinayət hesab edilməsini, Təqsirləndirilən şəxs ittiham edildiyi maddənin sanksiyasında 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə və ölüm cəzasının nəzərdə tutulmasını, Təqsirləndirilən şəxs cinayətin törədilməsində xüsusilə fəal iştirak etməsini və məhz onun zərərçəkmiş şəxsi elektrik naqili ilə boğub öldürməsini, müvafiq olaraq Təqsirləndirilən şəxs şəxsiyyətinin ictimai təhlükəliliyini, nəzərə alaraq cinayət məsuliyyətinə cəlb etmə müddətinin tətbiq etməyi lüzum bilmir və hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94cü maddəsinin 1-ci bəndi ilə təqsirli bilinməli və o müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinaə və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 23 iyun 2023-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bi konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayət törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. İş materiallarında olanzərərçəkmiş şəxsin hüquqi varisi X3 tərəfindən verilmiş 28 mart 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən və 29 oktyabr 2024-cü il tarixli teleqramdan görünür ki, o və onun ailə üzvlərinin Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş şəxs hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 24 dekabr tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında da qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2013-cü il (Qazaxıstan) - 06 may 2014-cü il olmaqla cəmi 9(doqquz) ay 18(on səkkiz) gün olmaqla həbsdə saxlanılmış, hal-hazırda 22 avqust 2024-cü il tarixdən həbsdədir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Ağır Cinayətlər Məhkəməsinin 11 sentyabr 2001-ci il ratixli hökmü ilə, iş üzrə maddi sübut Sumqayıt şəhər Prokurorluğunda saxlanılmış elektrik naqilləri, asma qıfıl və açarın məhv edilməsi və məhkəmə məsrəfinin müştərək qaydada digər təqsirləndirilən şəxslərdən tutulması nəzərə alınmalıdır. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası apellyasiya protestinin dəlilləri ilə razılaşır və ona görə də hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2014-cü il tarixli, 1(101)-362/2014 nömrəli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci bəndi ilə təqsirli bilinərək, ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, həbsdə olduğu 09(doqquz) ay 18(on səkkiz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 07 (yeddi) il, 02(iki) ay, 12(on iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cəzasının əvvəli 22 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması apellyasiya şikayətinin və ya apelyasiya protestinin baxılmasının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökmün ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 351-353, 398.1.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci bəndi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2014-cü il tarixli, 1(101)-362/2014 nömrəli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci bəndi ilə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə olduğu 09(doqquz) ay 18(on səkkiz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 07 (yeddi) il, 02(iki) ay, 12(on iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasının əvvəli 22 avqust 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Ağır Cinayətlər Məhkəməsinin 11 sentyabr 2001-ci il tarixli hökmü ilə, iş üzrə maddi sübut Sumqayıt şəhər Prokurorluğunda saxlanılmış elektrik naqilləri, asma qıfıl və açarın məhv edilməsi və məhkəmə məsrəfinin müştərək qaydada digər təqsirləndirilən şəxslərdən tutulması nəzərə alınsın. Hökm elan edildiyi andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar