Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-6/2025 06.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Rzayevin sədrliyi və məruzəsi ilə, hakimlər Elman Məmməd oğlu Əhmədov və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Hacıyeva Aytəkin Qurban qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi6 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci və 182.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-164/2024 nömrəli, 04 iyun 2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxs, müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə qapalı məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-164/2024 nömrəli, 04 iyun 2024-cü il tarixli hökmü ilə (Hakimlər: X8 (sədrlik edən), X13 və X9) xx.xx.1992-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 19 sentyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. İ İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, hədə-qorxu ilə tələb etmə məqsədi ilə Zərərçəkmiş şəxs arvadı Şahid ilə arasında 2019-cu ildən etibarən müxtəlif yerlərdə olduğu intim münasibətlər zamanı sonuncunun onun tərəfindən çəkilmiş çılpaq fotoşəkillərin və video görüntülərin Zərərçəkmiş şəxs istifadəsində olan 050 *** ** ** və 055 *** ** ** GSM mobil nömrələrin «Whatsapp» proqram təminatına göndərərək həmin fotoşəkilləri və video görüntüləri internet sosial şəbəkələrdə yayıb onu rüsvay edəcəyi ilə hədələmiş, 26 dekabr 2021-ci il tarixdə axşam radələrində Bakı şəhəri, «Koroğlu» metrostansiyasının qarşısındakı ərazidə 2000 manat pulunu alıb həmin videoların köçürüldüyü yaddaş kartını sonuncuya verərək, zərərçəkmiş Ceyhun Abıyevin əmlakını hədə-qorxu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə xeyli miqdarda əmlak tələb etmə məqsədi ilə Zərərçəkmiş şəxs arvadı Şahid ilə arasında 2019-cu ildən etibarən müxtəlif yerlərdə yaşadığı intim həyatın sonuncunun onun tərəfindən çəkilmiş çılpaq fotoşəkillərini və video görüntülərini özünə məxsus mobil telefonun yaddaşında saxlayaraq silmədiyini bildirib, həmin çılpaq fotoşəkilləri və video görüntüləri internet sosial şəbəkələrdə yayıb onu rüsvay edəcəyi ilə hədələyərək, 05 yanvar 2022-ci il tarixdən başlayaraq müxtəlif tarixlərdə Zərərçəkmiş şəxs istifadəsində olan 050 *** ** ** və 055 *** ** ** saylı GSM mobil nömrələrə zənglər edərək həmin çılpaq fotoşəkillərin və video görüntülərin sosial şəbəkələrdə yaymaması müqabilində zərər çəkmiş Zərərçəkmiş şəxs 10.000 manat məbləğində xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir. İİ Apellyasiya şikayətlərinin dəlilləri: Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 182.1-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı səs yazılarına dair fonoskopik ekspertiza keçirilərək təqsirləndirilən şəxsin səsləri müəyyən edilmişdir. Müdafiə tərəfi olaraq hesab edir ki, ibtidai istintaq bir tərəfli keçirilmişdir. Məhkəmə iclasında tərəfindən təqsirlədirilən şəxs və zərərçəkmiş şəxsin ittiham aktında göstərilən mobil operatorlardan ittiham aktında göstərilən tarixlərdə anten dairələrinin müəyyən edilməsi barədə vəsatətlər verilsədə təmin edilməmişdir. Eyni zamanda tərəfindən təqsirləndirilən şəxslə istintaq təcridxanasında görüş keçirilmiş və bildirmişdir ki, zərəçəkmiş şəxsdən 10000 manat pul tələb etməmişdir. Cinayət işinin materialları ilə tanış olarkəndə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən ittiham aktında qeyd edilən məbləği tələb etməmişdir. Müdafiə tərəfi olaraq belə qənaətə gəlir ki, ibtidai istintaq birtərəfli və qərəzli aparılmışdır. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayəti verərək, mübahisəli hökmün ləğv edilməsi, Təqsirləndirilən şəxs bəraət verilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ittiham aktında göstərilən əsassız arqumentləri olduğu kimi hökmə köçürmüş, zərərçəkmiş şəxsin formal mülahizələri olan ifadələri, iş üzrə keçirilmiş birtərəfli, natamam ekspertiza rəyini möhtəbər sübut növü kimi qəbul etmişdir.Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı həqiqəti bildirmiş, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmişdir. Həmçinin təqsirləndirilən şəxsin Ceyhundan əvvəlcə 2000 manat pul tələb etməsi və alması, daha sonra 10000 manat pul tələb etməsini də təsdiq edən hər hansı bir möhtəbər sübut iş materiallarında mövcud deyildir. Həqiqətdə də belə bir hal baş verməmişdir. Cinayət işi materiallarında yer alan ittiham aktından da görünür ki, təqsirləndirilən şəxsin ifadələri təhrif olunmuş qaydada göstərilmişdir. Şahid qismində dindirilmiş Şahid ifadəsi də zərəçəkmiş şəxsin ifadəsinə uyğunlaşdırılmışdır. Təqsirləndirilən şəxsin ifadələri də şahid və zərərçəkmiş şəxsin ifadələrinə uyğun tərtib olunmuşdur. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza rəyindən də müayinə üçün yalnız təqsirləndirilən şəxsin səs yazısı təqdim olunmuş, qarşı tərəf olaraq zərəçəkmiş şəxsin səs yazıları təqdim olunmamışdır. Bununla da natamam ekspertiza rəyi alınaraq sübut növü kimi işə əlavə edilmişdir. İttiham aktında istər təqsirləndirilən şəxsin, istərsə də zərəçəkmiş şəxsin ifadələrində göstərilir ki, guya Təqsirləndirilən şəxs tərəfindən zərəçəkmiş şəxsə zəng olunmuş və onda videogörüntülərin olması bildirilmişdir. Halbuki, təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqında ona zərəçəkmiş şəxs tərəfindən zəng olunduğunu bildirmişdir. İş üçün mühüm əhəmiyyət kəsb edən ekspertiza rəyinin birinci hissəsində səs yazısının Təqsirləndirilən şəxsa məxsus olması göstərilsə də, ikinci hissəsində isə zərərçəkmiş şəxsin səs yazısı ekspertizaya təqdim olunmadığından Təqsirləndirilən şəxslə danışan şəxsin zərərçəkmiş şəxs olması təsdiqini tapmır. Təqsirləndirilən şəxs nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı özünü təqsirli bilməmiş və onun əməlinə tövsüf edilmiş maddi norma ilə razlaşmamışdır, ümumiyyətlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin keyfiyyətli hüquqi yardım baxımından müdafiəsi təşkil edilməmişdir. Həmçinin bir ildən artıq çəkən məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs keyfiyyətli hüquqi yardım almaq imkanından kənar saxlanılmışdır. Sadaladığı bu faktlar cinayət işi materialları ilə də tam təsdiq olunur. Təqsirləndirilən şəxsin daha sonradan guya 10000 manat pul tələb etməsi əməldə CM-nin 182.2.4-cü maddənin tərkibini yaradır ki, bu faktı isə təsdiq edən heç bir sübut iş materiallarında yoxdur və işə baxan məhkəmə iş materiallarını düzgün qiymətləndirməkdən yayınmışdır. Həqiqəti araşdırmaqda maraqlı olmayan birinci instansiya məhkəməsi Konstitusiyanın 125-ci maddəsinin Vİİ bəndinə əsaslanan tələbləri yerinə yetirməmişdir. Təqsirləndirilən şəxsin əməlinə tövsif edilən Cinayət Qanunvericiliyinin yuxarıda göstərilən normaları, işin həqiqi halları ilə uyğunlaşmır. Yəni birinci instansiya məhkəməsinin hökmdə göstərdiyi dəlillər ibtidai istintaq dövründə həqiqətə uyğun olmayan məlumatlar əsasında, heç bir möhtəbər sübutla təsdiqlənməyən formal mülahizələri əks etdirən ittiham aktına əsaslanır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə iş üzrə heç bir araşdırma aparmamış, iş materiallarında olan sənədləri əlaqəli şəkildə təhlil etməmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, özünü təqsirli bilməmiş və cinayət işinə yenidən baxılıb ədalətli hökm çıxarılmasını xahiş etmişdir. İİİ Proses iştirakçılarının çıxışları Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi6 apellyasiya instansiyası məhkəməsində çıxış edərək bildirdi ki, məhkəmə araşdırması zamanı istintaqın aparılması ilə bağlı olmayan vəsatət versə də, təmin edilməmişdir. Belə ki, götürmə protokolunda iki hal şahidindən birinin imzası olmamışdır. Həmçinin həmin istintaq hərəkəti ilə bağlı videoçəkiliş də mövcud olmamışdır. Buna görə həmin sübutun sübutlar siyahısından çıxarılması barədə vəsatət verilsə də, təmin edilməmişdir. Zərərçəkmiş şəxs ifadəsində diski polisə gətirib təqdim etdiyini bildirmişdir. Yəni onun hansı şəraitdə təqdim edilməsi məhkəməyə məlum deyil. Bundan başqa iş materiallarındakı disk sınıq vəziyyətdə olmuşdur. Ekspertizada səs nümunəsi təqsirləndirilən şəxsə aid hissədə yoxlanılsa da, zərərçəkmiş şəxsə dair hissədə yoxlanılmayıb. Buna görə də həmin sübutun mötəbər sübut kimi qiymətləndirilməsi qəbul edilməzdir. Zərərçəkmiş şəxs əvvəlki ifadələrində ona 10 dekabr 2021-ci il tarixində zəng edildiyini, 15 dekabr 2021-ci il tarixdə isə Koroğlu metrostansiyası yaxınlığında təqsirləndirilən şəxslə görüşərək ona 2000 manat pul verdiyini bildirsə də, apellyasiya instansiya məhkəməsində verdiyi ifadəsində Koroğlu metrostansiyası yaxınlığında təqsirləndirilən şəxsə pul vermədiyini və ona verilən suallara cavab olaraq pulu nə vaxt və harada verdiyini xatırlamadığını bildirmişdir. Onun bu cür ziddiyyətli ifadələrindən sonra verdiyi vəsatətlər təmin edilməli olduğu halda təmin edilməmişdir. Zərərçəkən şəxs 2021-ci ilin dekabrında ona zəng edildiyini, 5 yanvar 2022ci il tarixində ondan 10 000 manat pul istənildiyini və 2022-ci ilin iyun ayında polisə şikayət etdiyini bildirib. Ona nə üçün 6 ay sonra şikayət etdiyi və sübut toplamaq üçün təqsirləndirilən şəxsin səs yazılarını qeydə almaması barədə sual verildikdə o buna vaxtının olmadığını bildirib ki, bu da məntiqli deyil. Hədə-qorxu ilə tələb etməni heç bir sübut təsdiq etmir. Ekspert rəyi ilə səs nümunələrinin Elvinə aid olduğu təsdiq olunsa belə, digər səs nümunlərinin Ceyhun Abıyevə məxsusluğu sübut edilmədiyinə görə cinayət tərkibi yarana bilməz. Təqsirləndirilən şəxs bütün ifadələrində Zərərçəkmiş şəxs heç vaxt zəng etmədiyini və ondan pul istəyib almadığını bildirib. Zərərçəkən şəxs ona dəfələrlə zəng etdiyi halda təqsirləndirilən şəxs hədə-qorxu ilə tələb etmə cinayəti üzrə necə təqsirləndirilə bilər? İbtidai istintaqı aparmış müstəntiq tərəfindən təqsirləndirilən şəxsə məxus bütün nömrələr üzləşdirmə protoklunda əsassız olaraq qeyd edilib. Bütün bu hallar isə araşdırılmamışdır. Qeyd olunanlara əsasən təqsirləndirilən şəxs barəsində bəraətverici hökm çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs apellyasiya instansiyası məhkəməsində çıxış edərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, təqsirləndirilən şəxs onu maddi və mənəvi zərərə məruz qoymuşdur. Müdafiəçi əməli təsdiq edə bilən sübutların olmadığını irəli sürsə də, təqsirləndirilən şəxsin videogörüntüləri erotik saytlarda paylaşacağı və pulu Ülkərin istəməsi barədə səs qeydləri mövcuddur. O, çox qorxmuş və mənəvi sarsıntı keçirmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır və barışıq əldə oluna bilməz. Təqsirləndirilən şəxs həbsdə ola-ola azad olunacağı halda da onu döyəcəyi və öldürəcəyi barədə hədə-qorxular edibdir. Hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı X3 çıxış edərək, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq apellyasiya şikayətlərinin təmin edilmədən, hökmün isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində son sözlə çıxış edərək bildirmişdir ki, o, Zərərçəkmiş şəxs nə pul istəmiş, nə də pul almışdır. Zərərçəkənin polisə təqdim etdiyi iki səs yazısı və üç şəkil əsasında ona 7 il 6 ay müdddətinə cəza təyin edilib. Onun mobil telefonu istintaqdadır və hələ qaytarılmayb. Həmin telefondakı səs yazıları çıxarılsaydı, o deyil, Zərərçəkmiş şəxs tutulardı. Zərərçəkmiş şəxs onu bezdirmiş, o da insan kimi əsəbləşib onu acılamışdır. Ona təqsirsiz ola-ola 7 il 6 ay cəza təyin edilib. Ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İV Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını nəzərdən keçirib, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyib, işdəki sübutları apellyasiya şikayətləri ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, aşağıda şərh olunanlara əsasən, apellyasiya şikayətləri təmin edilməməli və mübahisəli hökm dəyişdirilməməlidir. Məhkəmə kollegiyası ilk olaraq onu qeyd edir ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadəsini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, məhkəmə istintaqı zamanı sübutların əldə olunması, onların tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və proses iştirakçılarının, o cümlədən təqsirləndirilən şəxsin qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkan və şərait yaradılmışdır. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, ekspertiza rəyləri, işdə olan istintaq və məhkəmə hərəkətlərinə dair protokollarla Təqsirləndirilən şəxs CM-nin 182.2.2 və 182.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddələr ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamla təqsirli bilməyərək göstərmişdir ki, iş üzrə şahid qismində olan Şahid ilə “Tiktok” adlı sosial şəbəkə vasitəsi ilə tanış olmuş, bir müddətdən sonra görüşməyə başlamışdırlar. Ülkərin evli olduğunu bilməmiş, Ülkər ona özünü subay kimi təqdim etmişdir. Bir müddətdən sonra Ülkərin əri Zərərçəkmiş şəxs ona zəng etməyə başlamış, Ülkərin əri olduğunu, onun nömrəsini Ülkərin telefonunda tapdığını, Ülkəri hardan tanıması barədə soruşmuşdur. Ceyhun ona “Ülkər məni necə birlikdə yaşayayaşaya aldadıbsa, səni də elə aldadıb” demiş və onu söymüşdür. Bundan sonra o dəstəyi asmış, onunla danışmamışdır. Ceyhun ona hər dəfəsində görüşmək istədiyini bildirdiyi üçün onunla razılaşmışdır. Daha sonra Ülkər ona zəng edərək artıq boşanmaq üçün sənədlərini verdiyini, ev tutacağı halda onunla birlikdə yaşayacağını demişdir. Cinayət işinin materiallarında olan videolar Ülkərin ona təzə tanış olduqları vaxtlarda göndərdiyi videolardır. O heç bir video çəkməmişdir. Ülkər onu həmişə görüşməyə təhrik etmiş, yaşadığı evin ünvanını özü ona vermişdir. Daha sonra Ülkər ona onda olan video görüntü və şəkilləri Ülkərin özünə göndərməsini, əks halda onu tapıb öldürəcəyini demişdir. O da hamısını ona göndərmişdir ki, artıq ondan əl çəksinlər. Daha sonra o nömrəsini dəyişmişdir. Onun iki nömrəsi olmuş, Ülkər həmin nömrələrin ikisini də bilmişdir. Bir müddət keçəndən sonra məktəblərin başlanmağına bir ay qalmış Ülkər ona zəng edərək Ayna Soltanov tərəfdə şirniyyat sexində işlədiyini demiş, ev tapıb bir yerdə yaşamaqlarını təklif etmişdir. Ülkərin anasının da onların münasibətlərindən xəbəri olmuş, ev tutduqdan sonra Ülkər anası və uşaqları ilə birlikdə həmin evə gəlmişdirlər. Ülkərin anası onun anası ilə kəbin kədirmək barəsində söhbət etmiş, Ülkərin anası 3-4 gün qaldıqdan sonra getmişdir. Daha sonra Ülkər ona qaldıqları yerin çox uzaq olduğunu, uşaqları ordan məktəbə apara bilməyəcəyini demiş, bundan sonra 33 nömrəli məktəbin yaxınlığında bir ev tapmış, həmin evdə 10 günə yaxın müddətdə qalmışdırlar. Sonra Ülkərə “ər”inin zəng edərək video görüntüləri istədiyini demiş, Ülkər də ona onunla yaşadığı üçün Ceyhunun acığa düşdüyünü demişdir. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, Ülkərlə dəqiq hansı tarixdə tanış olduqlarını xatırlamır. Əvvəldən Ülkərin evli olduğunu bilməmiş, Ülkər özünü subay kimi təqdim etmişdir. Ülkərlə görüşmüş, amma həmin intim videoları və şəkilləri o, çəkməmiş, Ülkərin özü çəkib ona göndərmişdir. Həmin videoları registratorda saxlamqda başqa bir niyyəti olmamışdır. Həmin videolar Ülkərin telefonunda olmuşdur. Registrator onun maşınında Ülkəri tanımamışdan qabaq da olmuş, həmin videolar onun telefonunda qalmış, Ceyhunla danışıqdan sonra videoları silmişdir. Daha sonra Ceyhunu bloka atmışdır. Həmin videolarda onun görüntüsü olmamış, Ülkərin də üzü görsənməmişdir. O, tutulduğu vaxta qədər Ülkərlə bir yerdə yaşamışdır. Öz şəxsi istifadəndə olan mobil telefon vasitəsilə Ceyhuna zəng etməmiş, ondan pul istəməmişdir. Pul məsələsini Ceyhun özü uyudurub ki, o, tutulsun. Ceyhundan 2.000 manat pul almamış, sonradan 10.000 manat pul istəməmiş, ümumiyyətlə, onun pula ehtiyacı olmamışdır. Ceyhunun özü nömrəsini taparaq ona zəng etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid təxminən 2020- ci il tarixdən tanıyır, onunla arasındakı münasibəti sosial şəbəkə vasitəsi ilə olmuşdur. 2020-ci il tarixdə təxminən yanvar-fevral ayları ərzində Şahid ilə onun razılığı ilə onun idarə etdiyi Opel markalı avtomaşının salonunda gizlin bir yerdə əlaqədə olmuş, sonuncu ilə intim və lüt video görüntülərini öz telefonuna çəkərək istifadəsində olan mobil telefonunun qaleriyasında saxlamışdır. Sonradan öyrənmişdir ki, Ülkər ailəlidir. Buna baxmayaraq Ülkərlə olan münasibəti davam etmiş, bəzən onunla olan intim vəziyətini və ya onun lüt şəkillərini Ülkərin istifadəsində olan mobil telefonun votsapına atmışdır. Münasibəti gizlin olaraq xeyli müddət davam etmiş, sonradan Ülkərlə arasında narazılıqlar yaranmış və sonuncu onunla görüşmək istəməmişdir. O da sonuncunu qorxutmaq üçün özündə olan Ülkərin lüt şəkillərini sosial şəbəkələrdə yayacağını deyərək Ülkərlə görüşmüşdür. O, Ülkəri bir daha qorxutmaq üçün sonuncunun əri Zərərçəkmiş şəxs istifadəsində olan 050 *** ** ** və 055 *** ** ** mobil telefon nömrələrinə istifadəsində olan 051 *** ** ** mobil telefon nömrəsi ilə 25 dekabr 2021-ci il tarixdə zəng vurub onunla Bakı şəhəri, Koroğlu metrostansiyasının qarşısında görüşmək üçün razılaşmışdır. 26 dekabr 2021 -ci il tarixdə axşam radələrində razılaşdığı yerdə Ceyhunla görüşmüş, ona əlində olan telefonun yaddaş kartını içərsindəki Şahid ilə arasında olan intim lüt vidiogörüntü olan kartı Ceyhuna vermişdir. Bundan sonra Ülkərlə olan münasibəti daha da sınmışdır. Bundan sonra gizli nömrəli mobil telefonla Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefonuna mesajlar göndərərək Şahid özündə olan intim və lüt video görüntülərini silmədiyini Ülkər Abiyevlə olan həmin görüntüləri rüsvayedici məlumatlar yaymaqla, hədələyərək xx.xx.2022-ci il tarixdə saat 15 radələrində ondan pul tələb etmiş, lakin həmin pulu ala bilməmiş və eşitmişdir ki, Ceyhun onun barəsində polisə şikayət ərizəsi yazıb, ona görə də həmin vaxtdan sonra Ceyhunla olan əlaqəni kəsmişdir. Göstərmişdir ki, sosial şəbəkədə instaqram «Elvin- official» adlı səhifəsi vardır, həmin səhfədən tanışları ilə özünə aid görüntüləri vardır və həmin görüntüləri paylaşmamışdır. Zərərçəkmiş şəxs istifadəsində olan 050 611 17 22 və 055 *** ** ** mobil telefon nömrələrinə 25 dekabr 2021-ji il tarixdə həmin video görüntüləri sosial şəbəkərərdə yayacağı ilə hədələyərək Bakı şəhəri Koroğlu metrostansiyasının qarşısında 26 dekabr 2021-ci il tarixdə axşam radələrində Ceyhunla təkbətək görüşmüş ona telefonunda olan onunla Ülkərin lüt video görüntüsü olan kartı çıxarıb Ceyhuna vermişdir. Lakin ondan pul almamış, bundan sonra onun şəxsi istifadəsində olan mobil telefonuna gizli nömrədən mobil telefonla onun istifadəsində olan mobil telefonuna mesajlar göndərərək Ülkər arasında olan intim və lüt video görüntüləri silmədiyini həmin görüntüləri rüsvayedici məlumatları yaymağını bildirmiş, ondan pul tələb etmiş, amma Cehundan pul almamış, yəni sonuncu ona pul verməmişdir. O, Ceyhuna arvadı Ülkər Abiyevlə arasında olan lüt şəkillərini mobil telefonunda nümayiş etdirərək rüsvayedici məlumatları sosial şəbəkələrdə yayacağım deyib hədə-qorxu gəlsə də, pul ala bilməmiş, yəni pul almamışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Ceyhundan pul istəməmiş, ibtidai istintaq dövründə verdiyi ifadənin həmin hissəsini müstəntiq özü yazmışdır. Həmin hissə ilə razı deyildir. Apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq etdi. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2012-ci ildə Lənkəran rayonunun Liman şəhərində Şahid ilə ailə həyatı qurmuş, Ülkərlə aralarında 9 yaş fərq olmuşdur. Həmin nikahdan iki oğlu var. Lənkəran rayonundan Bakı şəhərinə köçmüş, hal-hazırda Abşeron rayonu, Masazır kəndi Yeni Bakı şəhərciyində yaşayır. Özü restoranda inzibatçı işləmiş, səhər saat 09:00-dan işə gedib və gecə saat 01:00-03:00 radələrində evə gəlmişdir. Arvadının ona xəyanət etdiyini heç vaxt düşünməmişdir. Günlərin birində Qara Qarayev ərazisində olan zaman onun telefonuna zəng gəlmiş, həmin şəxsin kim olduğunu soruşmuşdur. Zəng edən şəxs ona “Tez evə get və evə çatanda mənə xəbər elə. Ülkərə heç nə demə” demişdir. Bu zəngdən sonra evə getmiş və qapıya çatanda onun istifadəsində olan mobil nömrəsinə yüzlərlə intim video görüntü və şəkillər göndərilmişdir. Həmin şəkillər və video görüntülər təqsirləndirilən şəxs Elvinin idarəyə etdiyi “Opel” markalı avtomobildə, onların yaşadığı evdə və həmçinin Qurtuluş 32-ci binada Elvinlə Ülkərin kirayə tutduqları evdə olan gizlin çəkilmiş görüntülər olmuşdur. Bunları görəndən sonra sarsılmış, amma özünü itirməyərək, Ülkərə “Səbirli ol, mən araşdıracam, görüm nə məsələdir?” demişdir. Elvin videokartları ona verməyi müqabilində ondan 2.000 manat pul gətirməyini istəmiş, ondan əvvəl daha çox məbləğdə pul tələb etmiş, o qədər məbləğdə pulu olmadığını demişdir. Lakin Elvin demək olar ki, Ülkərlə birlikdə bütün günü onun evində olduğundan onun pulunun olmasını bilmiş, bu barədə həm də Ülkər ona demişdir. Gecə saatlarında Elvinlə Bakıda Əzizbəyov metrosunun yaxınlığında görüşmüş, həmin vaxt Elvin ona iki ədəd yaddaş kartı verərək “Bundan başqa daha heç nə yoxdur” demişdir. Görüş zamanı Elvinə 2.000 manat pulu vermiş, Elvin də yaddaş kartını ona vermişdir. Daha sonra bir müddət keçəndən sonra istifadəsində olan nömrəyə ayrı-ayrı nömrələrdən, xarici nömrələrdən zənglər gəlmişdir. Həmin görüşdən 10-15 gün keçəndən sonra Elvin yenidən ondan 10.000 manat pul istəmiş və əgər həmin məbləği verməyəcəyi təqdirdə video görüntüləri, şəkilləri yayacağı ilə hədələmişdir. Lakin o, həmin pulu – 10.000 manatı ona verməmişdir. Həmin söhbətdən sonra Elvin mütəmadi olaraq onu həmin görüntüləri yayacağı ilə hədələmişdir. Bundan sonra o, Baş Mütəşəkkil Cinayətlarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət etmişdir. Birinci dəfə Elvinə o özü zəng etmişdir. Buna səbəb Ülkərin telefonunda bloklanmış nömrənin olmasını görməyi olmuşdur. Ülkərə demədən həmin bloklanmış nömrəyə zəng etmişdir. Telefonu kişi açmış və Safuranın əri olduğunu demişdir. Safuranın kim olduğunu soruşduqda Masazırda onlar yaşadıqları evin yaxınlığında olan məktəbdə guya ki, uşaqlarının bir yerdə oxuduğunu və Safuranın da həmin uşaqların anası olduğunu demişdir. Bu hadisədən sonra şübhələnmiş və həmin nömrəni saxlamışdır. Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində dövlət ittihamçısının suallarına cavab olaraq pulu Elvinə yaddaş kartını ondan almaq və el-oba içində biabır olmamaq üçün verdiyini, Elvini əvvəldən tanımadığını, ona göndərilən video görüntülərdə, şəkillərdə Ülkərin üzünün açıq-aydın göründüyünü bildirmişdir. Rəsmi olaraq bir ilə yaxındır ki, boşanmışdırlar. Ona vurulan ziyan ödənməmiş, Təqsirləndirilən şəxs şikayətçidir. Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Elvinə 2.000 manat pul vermişdir. Elvin ondan ikinci dəfə də 10.000 manat pul istəmiş, lakin o, ikinci dəfə həmin pulu verməmişdir. Elvin pulu verməyəcəyi təqdirdə həmin video görüntüləri yayacağı ilə hədələmişdir. Ona vurulan ziyan geri ödənilməmişdir. İbtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində müdafiəçinin suallarına cavab olaraq Elvinin ondan əvvəlcə 4.000 manat pul istədiyini, lakin o qədər məbləğdə pulu olmadığından Elvinə Əzizbəyov metrosunun yaxınlığından 2.000 manat pul verib ondan yaddaş kartlarınıını götürdüyünü bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi birinci instansiya məhkəməsində elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, X11 ilə 2012-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuş, birgə nikahdan 2 övladı doğulmuşdur. Təxminən 10 dekabr 2021-ci tarixdə saat 18 radələrində yaşadığı ünvan 2 ünvanıda olan vaxtı Təqsirləndirilən şəxs adlı şəxs onun istifadəsində olan ***-***-**-** və 055-671-17¬22 saylı mobil nömrələrinə zəng vuraraq həyat yoldaşı Ülkərin onda intim görüntüləri olan video olduğunu bildirib həmin video görüntüləri sosial şəbəkədə yaymaması üçün ondan 2000 manat pul tələb etmişdir. O, sonuncuya inanmayıb onun kim olduğunu və həyat yoldaşını haradan tanımasını soruşduqda, ona Ülkərlə internet vasitəsi ilə tanış olduğunu bildirmiş və sübut üçün onun nömrəsinin votsapına çoxlu sayda Ülkərlə ona aid olan video və fotolarını göndərmişdir. Bundan sonra Ülkərdən bu barədə soruşduqda sonuncu etiraf edib «əcəb etmişəm» deyərək ona cavab vermişdir. O, isə qohum-əqrəba və dost-tanış içərisində biabır olmaması üçün Elvinin göstərdiyi ünvana getmək üçün təxminən 15 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxslə Bakı şəhərində Koroğlu metrostansiyasınm yaxınlığında görüşüb ona göndərdiyi videoları sosial şəbəkələrdə yaymaması üçün tələb etdiyi 2000 manat pulu verib, sonuncuda olan görüntülərin olduğu yaddaş kartını almışdır. Həmin kartı evə gətirib videoları Ülkərə göstərmiş, sonuncu isə ondan xəbərsiz həmin görüntüləri biabır olmaması üçün silmişdir. Buna baxamayaraq Təqsirləndirilən şəxs təxminən 5 yanvar 2022-ci il tarixdən etibarən ona müxtəlif nömrələrdən zəng vuraraq yenidən Ülkərə məxsus intim video görüntüləri yaymaqla ona hədə qorxu gələrək 10.000 manat ödəmədiyi təqdirdə həmin görüntüləri sosial şəbəkədə yaymasını bildirmişdir. O, isə onunla dəfələrlə danışıb demişdir ki, imkanı yoxdur. Buna baxmayaraq Elvin mütəmadi olaraq ona zəng vurub pul tələb etməkdə davam etmişdir. Demək olar ki, Elvin hər gün gizli nömrələrdən ona zəng vurub narahat etmiş, bu səbəbdən Elvinin qanunsuz hərəkətləri barədə tədbir görülməsi üçün DİN-nin BMCMİ-nin rəhbərliyinə müraciət etməli olmuşdur. Göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs ona X5 lüt çılpaq halda görüntülərini Watsaap sosial şəbəkəsi vasitəsilə ona atıb demişdir ki, «bax bu videonu paylaşacam», o həmin videoya baxdıqda görmüşdür ki, həqiqətəndə video görüntüdə olan şəxs arvadı X5 onunla olan görüntüsüdür. O, ilk əvvəl şikayət etmək istəməmiş, fikirləşmişdir ki, pul verdikdən sonra ondan uzaqlaşar, lakin təxminən 5 yanvar 2022-ci il tarixdən etibarən ona müxtəlif nömrələrdən zəng vuraraq yenidən Ülkərə məxsus intim video görüntüləri yaymaqla ona hədə qorxu gələrək 10.000 manat ödəmədiyi təqdirdə həmin görüntüləri sosial şəbəkədə yaymasını bildirməsi və ondan əl çəkməməsini bildikdən sonra polisə şikayət etmişdir. Bundan sonra isə Elvin onun polisə şikayət etdiyi bilmiş və onunla əlaqələrini kəsmişdir. Apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs bildirdi ki, avtomobildə videogörüntüləri Elvin çəkmişdir. Ülkərin hərəkətlərindən şübhələnməyə başlamışdır. Restoranda işlədiyi üçün evə gecə saat 01:00 - 02:00 radələrində gəlirdi. Bəzən Ülkərə zəng etdikdə ya zəng çatmırdı, ya da zənglərə cavab vermirdi. Bir dəfə onu güdmək üçün işdən icazə alıb gəlmişdir. Ancaq Ülkər evdən kənara çıxmamışdır. Bir dəfə onun telefonunda bloklanmış nömrə görmüşdür. Həmin nömrəyə zəng etmiş və ona Safuranın əri olduğunu demişdir. Safuranın kim olduğunu soruşduqda oğlu ilə onun oğlunun eyni məktəbdə oxuduğunu, ola bilsin ki, arvadının valideyn kimi Ülkərə zəng etdiyini demişdir. Ona inansa da, həmin nömrəni silməmişdir. Sonra həmin nömrədən dəqiq xatırlamadığı tarixdə ona zəng gələrək Ülkərin heç bir məlumatı olmamasını və evə getməyini istəmişdir. O, həmin vaxt Qara Qarayev ərazisində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Evə axşam saatlarında daxil olub ona gəldiyini demişdir. Ona yüzdən artıq şəkil və video göndərmişdir. Arvadı özünü öldürmək istəsə də, qoymamış və məsələnin qanunla həll olunacağını demişdir. Elvinlə həmin gün Koroğlu metrostansiyası yaxınlığında görüşmüşlər. Elvinə zəng edərək harada olduğunu soruşmuşdur. O, ona iki ədəd yaddaş kartı verərək söyüş işlətmişdir. Bir müddət sonra ona zəng edərək həmin görüntüləri sosial şəbəkədə paylaşacağını demişdir. Ona iki övladının olduğunu deyərək bunu etməməsini xahiş etmişdir. Ondan ona yaddaş kartlarını verərkən başqa görüntülər olmadığını soruşduqda ona “yox, hələ, var” demişdir. Bir müddət sonra ondan pul istəmiş və o ona 2 000 manat pul vermişdir. Ona iki ədəd Flashkart vermişdir. Ola bilsin ki, birinci dəfə ona flask kart, ikinci dəfə yaddaş kartı vermis olsun. Ancaq and içdi ki, başqa görüntülər yoxdur. Yenidən bir müddət sonra həmin görüntüləri sosial şəbəkə və erotik saytlarda paylaşağı ilə hədələyərək ondan pul istəmişdir. Yenə də iki övladının olduğunu, onların gələcəyi üçün bunu etməməsini istəsə də, paylaşacağı ilə hədələmişdir. Bundan sonra Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinə şikayət etmiş və o saxlanılmışdır. O Masazırda yaşamış və Elvinlə Ülkər həmin evdə dəfələrlə görüşmüşlər. Bunu təsdiq edən videogörüntülər mövcuddur. Ancaq onun şübhələndiyindən ehtiyat edərək Qurtuluş ərazisində 32-ci binada ev tutub və intim əlaqələrini orda davam etdiriblər. Ola bilsin ki, Elvin Ülkərə pul verməmiş, ya da hansısa başqa səbəbdən mübahisə etmiş olsunlar. Elvinin əlində tikiş olmuşdur. Uşaqlarının gözü qarşısında pəncərin şüşəsini əli ilə vuraraq sındırıb və buna görə təcili tibi yardım çağırılıb. Həmin vaxt o Elvinlə görüşmüş və Elvin özü bunları ona danışmışdır. Fotoşəkillərin birində onların kirayə tutduqları evdə Elvin kresloda, Ülkərin isə onun qucağında olduğu əks olunub. Onlar təkcə “İnstagram” vasitəsilə yox, “Youtube” vasitəsilə də yazışıblar. Elvin “Youtube” kanalı yaratmışdır. “Tiktok”, “İnstagram” və “Whatsapp” vasitəsilə də yazışmışlar. O, ona öz nömrəsindən yox, müxtəlif nömrələrdən zəng etmişdir. Həmin nömrələrin hər biri onda var və polisə təqdim etmişdir. Elvin özü ona dəfələrlə zəng etmişdir. Doğrudur ki, iki-üç dəfə o da Elvinə zəng etmiş və görüşmək istəmişdir. Anten məlumatları da bunu təsdiq edir. O, ona təkcə videogörüntü göndərməmiş, həm də hədə-qorxu etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2012-ci ildə iş üzrə Zərərçəkmiş şəxsla ailə həyatı qurmuşdur. Həmin nikahdan iki oğlu var. İş üzrə Təqsirləndirilən şəxslə tanışlıqları 2018-2019-cu illərə təsadüf etmişdir. Elvinlə tanışlığı təsadüfi olmuşdur. Elvinlə öz istəyi ilə yox məcburiyyət qarşında danışmışdır. Elvin ona qarşı hədə-qorxu etmiş və o da buna görə Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Elvin onların münasibətlərinə aid olan videoları, fotoşəkilləri onun keçmiş ərinin istifadə etdiyi telefona göndərmişdir. Bununla da onlar arasında mübahisə, dava-dalaş başlamışdır. “Tiktok” sosial şəbəkəsində uşağının ad günü videosunu paylaşmışdır. İş üzrə təqsirləndirilən şəxs Elvin də həmin videonu götürərək onun üzü düşən kadrı ayrı-ayrı səhifələrdə paylaşmışdır. Daha sonra Elvin artıq onu təhdid etməyə başladı ki, “Ya səni görəcəm, ya da ki, sənin şəkilərini paylaşacam”. Elvin onunla danışması üçün hədə-qorxu gəlmişdir. O, bununla bağlı olaraq polisə şikayət etmişdir. Elvinin bu hərəkətlərini valideynlərinə də, keçmiş ərinə də demişdir. Elvin onu öldürəcəyi ilə hədələmişdir. Elvinə lüt şəkillərini, videolarını göndərməmişdir. Elvinin Ceyhundan pul istəməyi haqqında məlumatı olmayıb. Keçmiş əri Elvinin ona verdiyi videolar, şəkillər olan yaddaş kartını ona göstərmişdir. Həmin şəkilləri, videoları Elvinin özü çəkmişdir. Həmin videoların nə vaxt çəkilməsi ilə bağlı onun xəbəri olmamışdır. Elvin videoları, fotoşəkiləri gizlin çəkmişdir. İbtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Onun iş üzrə təqsirləndirlən şəxs Elvinin tutulmağı ilə heç bir əlaqəsi yoxdur, bununla bağlı şikayət etməmişdir. Birinci dəfə Elvin ona yazmağa başlamış, o da ona ailəli olduğunu demişdir. Həmin videoları, şəkilləri Elvinə göndərməmiş, hamısı yalandır. Əgər, həmin şəkillərin biri gerçəkdirsə, digərləri qurmadır. Şahid məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə 2012-ci il tarixdə el adəti ilə ailə qurmuş, birgə nigahdan 2 övladı doğulmuşdur. 2022-ci ilin may ayından əri Ceyhunla ailədə yaranmış narazılığa görə mübahisələri yaranmışdr. Təqsirləndirilən şəxs təxminən 5 ildir ki, sosiyal şəbəkə tik-tok vasitəsi ilə tanyır, elə həmin vaxtdan yəni təxminən 2019-cu il tarixdə Elvinlə Abşeron rayonu Masazır kəndində həyətdə gizlin olaraq görüşmüşdür. Elvin onunla görüşən vaxtı ondan xoşu gəldiyini və onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. O, isə razı olmadığını dedikdə Elvin isə ona «narahat olma bunu heç kəs bilməyəcək» demişdir. Lakin Elvin günün bütün saatlarında onun istifadəsində olan 051 *** ** ** mobil nömərnin vatçapına davamlı olaraq zənglər etmiş, onunla danışıb görüşmək istəmişdir. Həmin vaxtı onun bu hərəkətlərinə görə əri Ceyhuna bu barədə məlumat vermişdir. Lakin əri Ceyhun əhəmiyyət verməmiş, təxminən sonrakı günlərdə, yəni 2020-ci ilin sonlarında Elvinlə onun idarə etdiyi markasını və qeydiyat nişanını xatırlamadığı avtomaşında görüşmüşdür. Həmin vaxtı Elvin avtomaşını gizlin əraziyə sürərək kimsənin olmadığı yerdə onunla cinsi əlaqədə olmuş, həmin vaxtı Elvin onunla olan intim əlaqənin yəni lüt şəkillərini öz telefonuna çəkmişdir. Bu görüşdən sonra Elvin ona zənglər etmiş, o, isə telefona cavab vermək istəməmiş, hətta bildirmişdir ki, evlidir və ondan əl çəksin. Lakin Elvin onu hədələyərək onunla görüşməyəcəyi təqdirdə özündə olan lüt şəkillərimi sosial şəbəkələrdə yayıb ərinə göstərəəyini bildirmişdir. O da, bundan sonra Elvinlə onun kirayədə tutuğu tanımadığı mənzillərdə görüşmüş, həmin mənzillərdə Elvinlə cinsi əlaqədə olmuşdur, elvinlə cinsi əlaqə görüşlərin, yəni onun lüt şəkillərini telefonunda vidioya səkmişdir. Elvindən ayrılandan sonra onunla yenidən görüşmək üçün əvvəlcədən həmin görüntüləri onun istifadəsində olan NOT-8 markalı mobil telefonuna atmışdır. Onun bu kimi hərəkətləri ilə davamlı olaraq görüşüb cinsi əlaqədə olmuşdur. Bundan sonra, yəni 2021-ci ilin dekabr ayının sonlarında Elvin ona zəng edib görüşmək istədiyini bildirəndə ona telefonda bildirmişdir ki, bunun bir sonu olmalıdır və ondan əl çəkməsini demişdir. Lakin Elvin bunu qəbul etmək istəmədiyini deyib onun telefonunda olan yaddaş kartında bizim cinsi əlaqələrin görüntülərinin olduğunu demişdir. Bundan sonra eşitmişdir ki, Elvin əri Ceyhunun mobil telefonuna zəng vuraraq onunla Bakı, şəhəri Koroğlu metorstansiyasının yaxınlığında görüşərək intim çəkliş vidio kartını əri Ceyhuna vermişdir. Bundan sonra Ceyhun evə gələndə bu barədə onunla danışıb Elvinlə görüşünü dedikdə əvvəl inkar etmiş, lakin sonra Ceyhun həmin kartdakı görüntüləri ona göstərdikdə o, Elvinlə olan intim münasibətlərinin doğru olduğunu etiraf etmişdir. Elə həmin vaxtdan, yəni 2021-ci ilin dekabr ayından sonra əri Ceyhunla faktiki olaraq ər- arvad kimi ayırılmış və hazırda ayrı yaşayırlar. Göstərmişdir ki, Təqsirləndirilən şəxs qorxur, sonuncunun tutulması gələcəyi üçün təhlükəli olar. Elvin özü də onu əvvəllər hədələdiyi üçün onun əleyhinə hansı hərəkət edərsə, ona mənə qarşı təhlükə yaradar, bu səbəbdən də Təqsirləndirilən şəxs şikayətçi deyildir. Təqsirləndirilən şəxs onunla olan qeyri rəsmi münasibətdə olduğu özündə olan intim və lüt video görüntülərini ünvan 4 ünvanına istifadəsində olan 050 *** ** ** və 055 *** ** ** mobil telefon nömrələrinə 25 dekabr 2021-ci il tarixdə göndərib rüsvayedici məlumatları olan həmin vidio görüntüləri sosial şəbəkərərdə yayacağı ilə hədələyərək 2000 manat məbləğində pulu verməsini əri Ceyhundan eşitmiş, lakin Təqsirləndirilən şəxs, yenidən istifadəsində olan gizli nömrəli mobil telefonla Ceyhun istifadəsində olan mobil telefonuna mesajlar göndərərək özündə olan intim və lüt video görüntülərini silmədiyini həmin görüntüləri rüsvayedici məlumatlar yaymaqla, hədələyərək xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu Masazır kəndi yeni Bakı şəhərciyi ev İC, mənzil 87-də Zərərçəkmiş şəxs 10.000 manat pulu hədə-qorxu ilə tələb etməsi barədə məlumatı olmamışdır. Cinayət işi materiallarında olan 13 iyun 2022-ci il tarixli şikayət ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ərizə yazaraq Təqsirləndirilən şəxs hədə-qorxu gəlməklə və şantaj etməklə ondan külli miqdarda pul tələb etdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixli raportdan və materialın aidiyyəti üzrə göndərilməsi barədə qərarlardan görünür ki, 2021-ci ilin sonlarında Təqsirləndirilən şəxs X7 məxsus 050 *** ** ** və 055 *** ** ** saylı mobil nömrələrinə zəng vuraraq sonuncunun arvadı Ülkər Abıyeva ilə münasibəti olduğunu, onda Ülkər Abıyevaya məxsus intim video görüntülərin olduğunu bildirib hədə-qorxu gələrək həmin video görüntüləri sosial şəbəkələrdə yaymaması üçün 2000 manat pul tələb etmiş, Ceyhun Abıyev isə həmin videogörüntülərin yayılmaması üçün Bakı şəhərində Koroğlu metrosunun yanında 2000 manatı Təqsirləndirilən şəxs verib videogörüntülərin yazıldığı yaddaş kartını almş, lakin həmin vaxtdan 6 ay sonra Təqsirləndirilən şəxs yenidən müxtəlif mobil nömrələrdən və gizli nömrələrdən X15 rayonu, Masazır qəsəbəsində evində olarkən hədə-qorxu gələrək həmin videogörüntüləri silmədiyini və sosial şəbəkələrdə yayması üçün 10000 manat pulu tələb etmişdir. “təqdim etmə və götürmə aparılması haqqında” 18 avqust 2022-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs özündə olan arvadı Şahid intim video görüntülərinin köçürüldüyü bir ədəd yaddaş kartını və həmin görüntülərdən çıxardığı 16 ədəd fotoşəkili təqdim edərək həmin görüntələri ona Təqsirləndirilən şəxs tərəfindən göndərildiyini bildirdi. Təqdim edilmiş Şahid intim və çılpaq video görüntülərinin köçürüldüyü bir ədəd yaddaş kartı və həmin görüntülərdən çıxarılmış 16 ədəd fotoşəkil sübut əhəmiyyətli olduğundan götürüldü və qablaşdırıldı. 20 sentyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Ceyhun Abıyev ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demiş və onu ifşa etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-dən alınmış 11 noyabr 2022-ci il tarixli, 5/1278 nömrəli rəylə müəyyən edilmişdir ki, təqdim edilmiş bir ədəd «Anroid 9» əməliyyat sistemi ilə təchiz olunmuş «Xiaomi Note8» markalı «G1908C3JG» modelli, «**********33996, **********33992» imei kodlu mobil startfon hal hazırda işlək vəziyyətdədir. Təqdim olunan «Xiaomi Note 8» markalı «Ğ1908C3JG» modelli mobil startfonun yaddaşında (kontaktlar, zənglər, SMS, mesajlar, foto, video, audiofayllar, VVhatsApp, Teleqram proqram təminatları, İntaqram sosial şəbəkəsi vasitəsi ilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-dən alınmış 03 aprel 2023-cü il tarixli, 4/408-4/413 nömrəli rəylə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunan 1 ədəd fləş yaddaş kartında qeydə alınmış mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «Kİ» kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «Kİ» kimi işarə olunmuş diktorun səsi və nitqinin adından eyniləşdirici tədqiqat tələb olunan X6 eksperimental səs və nitq nümunəsi ekspertiza tədqiqatına təqdim olunmadığından X7 və ya hər hansı digər şəxsə məxsus olub-olmadığını müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında olan mübahisəli fonoqramlarda diktorun emosional-psixoloji vəziyyətinin əsaslanmamış dəyişməsi, yazılışın aparıldığı akustik şəraitə məxsus fonun kəskin dəyişməsi kimi montay əlamətləri müəyyən olmadı. Mübahisəli fonoqramlardakı danışıqlar eyni bir danışığın tam olmayan hissələridir. Lakin mübahisəli fonoqramların qeydə alındığı yazı qurğusu (qurğuları) ekspertizaya təqdim olunmadığından digər dəyişikliklərin olub-olmadığını müəyyən etmək mümkün olmadı. Apellyasiya instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsə məxsus mobil telefona baxış keçirilərək 2022-ci ilin 5-8 iyul tarixlərində hissə-hissə olmaqla 70 757 43 03 mobil telefon nömrəsindən səs yazıları, fotoşəkil və videoların göndərildiyi müəyyənləşdirilir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arvadı Şahid ilə intim əlaqədə olan zaman qeydə aldığı video görüntüləri, Şahid çılpaq video görüntüləri və həmin video görüntülərdən çıxarılmış foto şəkilləri sosial şəbəkələrdə yaymaqla zərər çəkmiş şəxsi rüsvay edəcəyi barədə hədəqorxu gələrək ondan 2.000 manat məbləğində pul tələb edərək almaması, eyni əsaslarla yenidən zərər çəkmiş şəxsə hədə-qorxu gələrək ondan 10.000 manat məbləğində pul tələb etməməsi, Zərərçəkmiş şəxs onu “tutdurmaq” üçün bütün iş materiallarında göstərilən halları uydurması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirməklə haqlı nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə kollegiyası yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 182.2.2 və 182.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun təqsiri iş materiallarında olan sübutlarla tam təsdiq edilir. Eyni zamanda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs özünü qeyd olunan maddələr üzrə təqsirli bilməməsini cinayət məsuliyyətindən yayınmağa yönəlmiş ifadə kimi qiymətləndirir və iş materiallarında olan mötəbər sübutlarla təkzib olunduğundan inandırıcı hesab etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 25 dekabr 1998-ci il tarixli qərarında göstərilmişdir ki, rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədəqorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir (24 dekabr 2021-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Zərər çəkmiş şəxsin yaxın qohumları dedikdə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 7.0.32-ci maddəsində göstərilən şəxslər, yəni babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr başa düşülməlidir. Hədənin zərərçəkmiş şəxsə çatdırılmasından sonra sonuncunun cinayətkar tələbi yerinə yetirməkdən, məsələn əmlakı verməkdən imtina etməsi də əməlin başa çatmayan cinayət kimi qiymətləndirilməsi üçün əsas vermir. Təqsirkarın əməli cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edildikdə təkrarlığı təşkil edən hər bir hədə-qorxu ilə tələb etmə cinayəti üzrə təqsirkarın məqsədinin yönəldiyi əmlakların miqdarları toplanılmayaraq əməllərin hər biri üzrə ayrı-ayrılıqda müəyyən olunmalıdır. Bu zaman təkrarlıq yalnız Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən cinayətlərdən təşkil olunduqda, bütövlükdə bu cinayətlərin çoxluğu Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə, cinayətlərin təkrar törədilməsi ilə yanaşı təqsirkarın əməllərində CM-in 182.2-ci maddəsində göstərilən digər tövsifedici əlamətlər olduqda isə CM-in 182.2.2-ci, habelə həmin tövsifedici əlamətləri nəzərdə tutan CM-in 182.2-ci maddəsinin digər normaları ilə tövsif edilməlidir. Hədə-qorxu ilə tələb etmə, istər xeyli miqdarda əmlak əldə etmək (CM-in 182.2.3-cü maddəsi), istər külli miqdarda əmlak əldə etmək (CM-in 182.3.2-ci maddəsi), istərsə də xüsusilə külli miqdarda əmlak əldə etmək (CM-in 182.4-cü maddəsi) məqsədi ilə törədilmiş olsun, formal tərkibli cinayətlər olduğundan müvafiq məqsədin müəyyən edilməsi Cinayət Məcəlləsinin həmin maddələri ilə məsuliyyətin yaranması üçün kifayət edir və ziyanın real olaraq vurulması tələb olunmur. Məhkəmə Kollegiyası Müdafiəçi3 apellyasiya şikayətinin təqsirləndirilən şəxsin əməlinin CM-in 182.1-ci maddəsinə tövsif edilməsi, Müdafiəçi4 şikayətinin Təqsirləndirilən şəxs bəraət verilməsi barədə, təqsirləndirilən şəxsin özünün təqsirli hesab etməməsi barədə dəlillərinə hüquqi qiymət verərək, həmin dəlilləri əsassız hesab edir. Belə ki, iş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arvadı Şahid ilə arasında 2019-cu ildən etibarən müxtəlif yerlərdə olduğu intim münasibətlər zamanı sonuncunun onun tərəfindən çəkilmiş çılpaq fotoşəkillərin və video görüntülərin Zərərçəkmiş şəxs istifadəsində olan «Whatsapp» proqram təminatına göndərərək həmin fotoşəkilləri və video görüntüləri internet sosial şəbəkələrdə yayıb onu rüsvay edəcəyi ilə hədələmiş, ilk dəfə 2000 manat pulu hədə-qorxu ilə ələ keçirmiş, daha sonra isə 10.000 manat məbləğində pulu hədə qorxu ilə tələb etmişdir. Kollegiya onu da qeyd edir ki, Cinayət Məcəlləsinin 182-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli formal tərkibli olmaqla, dispozisiyasında göstərilən hərəkətlərdən hər hansı birinin edildiyi andan başa çatmış hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CPM-nin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 145-146-cı maddələrinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi ilə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan yaratmış olsun. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» xx.xx.2005-ci il tarixli qərarında göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir. (CPM-nin 349.5-ci maddəsi). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il qərarının 23-cü bəndində görə məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilməməsi özünümüdafiə xarakteri daşıyır. Belə ki, onun bu əməli törətməsi zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmədə elan edilib araşdırılmış ilkin təhqiqat və istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri bu əməllərin təqsirləndirilən şəxs tərəfindən törədilməsini sübuta yetirdiyi tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Bundan başqa, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cəza təyin edilməsinin ümumi prinsipləri nəzərə alınmaqla, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 04 saylı qərarında göstərilən tövsiyələrinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, ona cəzanın məqsədlərini təmin edən qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (30 aprel 2021-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməlində Azərbaycan Respublikası CM-in 182.2.2 və 182.2.4-cü maddələrinin tərkib əlamətləri mövcud olmuş və onun həmin əməli törətməkdə təqsiri birinci instansiya məhkəməsi tərəfindən aparılmış məhkəmə istintaqı ilə tam təsdiq olunmuş və törətdiyi cinayət əməlinə uyğun cəza təyin etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 24 dekabr tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CMin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan...Hüquqları Məhkəməsinin 9 iyul 2013cü il tarixli qərarında da qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, təqsirləndirilən şəxsin şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın növünün dəyişdirilməsi, cəzanın daha da yüngülləşdirilməsi üçün əsas yoxdur. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxs və müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci və 182.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)- 164/2024 nömrəli, 04 iyun 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 410cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci və 182.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-164/2024 nömrəli, 04 iyun 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(105)-6/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-6/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver