Məhkəmə qərarları › İş №1(105)-62/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-62/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-62/2023 17.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəhimov Elman Gülbaba oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Yusifova Ayşən Hafiz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)- 129/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-129/2022 nömrəli, 07 oktyabr 2022ci il tarixli hökmü ilə (Hakim H.Əliyev ) xx.xx.1973-cü ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Füzuli rayonu, Əzizbəyov küçəsi, ev 3-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 18-ci məhəllə, yataqxana 2-də məskunlaşmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə təqsirləndirilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 7,937 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 5,918 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetmini satış məqsədi ilə əldə edib daşıyaraq saxlamış, 28 iyul 2021-ci il tarixdə saat 00:05-də Sumqayıt şəhəri, 18-ci məhəllə, yataqxana 2-nin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirildikdən sonra, polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı təmiz çəkisi 5,935 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və yaşadığı Sumqayı şəhəri, 18-ci məhəllə, 2 nömrəli yataqxananın yeməkxana otağındakı çarpayının baş hissəsindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 2,002 qram qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin yerdən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 5,918 qram psixotrop maddə metamfetamin və səthində psixotrop maddə metamfetaminə məxsus izlər olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməklə həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Ona cəza təyin edilərkən şəxsiyyəti, ilk dəfə məhkum olması və ailə vəziyyəti nəzərə alınmamışdır.Eyni zamanda apellyasiya şikayətində ibtidai istintaq zamanı təzyiqə məruz qaldığını göstərmişdir. Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)- 129/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları-Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamış və həmin sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 iyul 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması, satması və istifadə etməsi barədə Sumqayıt ŞPİ-nə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə Sumqayıt şəhəri ərazisində əməliyyataxtarış tədbirləri keçirilməsinə dair Sumqayıt ŞPİ-nin CAŞ-ın rəis müavini, polis mayoru Şahid1 28 iyul 2021-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. (cild 1, vərəqə 4, 86) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Şəxsi axtarış keçirilməsi haqqında, Evə baxış keçirilməsi və Diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, həmin diskə daxil olduqda, orada «00027.MTS» və «00028.MTS» sözləri yazılmış 02 ədəd qovluğ müəyyən edilir ki, «00027.MTS» sözləri yazılmış birinci qovluqda 08 dəqiqə 44 saniyədən ibarət videogörüntü var. Həmin videogörüntüyə baxdıqda müəyyən edilir ki, video görüntünün ilk saniyəsində polis geyimində olan şəxs özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Səbuhi Dadaşov olduğunu bildirir. Daha sonra digər şəxlər özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin CAŞ-nın müavini, polis mayoru Şahid1, CAŞ- nın kiçik inspektoru Şahid3 və CAŞ-nın kiçik inspektoru Şahid2 olduqlarını bildirirlər. Təhqiqatçı daha sonra saxlanılan şəxsə özünü təqdim etməsini xahiş edir. Saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçı saxlanılan şəxsin hansı əsasla saxlanılmasını bildirir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci məhəllə, yataqxana 2-nin yaxınlığında saxlanıldığı bildirilir. Daha sonra Təqsirləndirilən şəxs saxlayanların Sumqayıt ŞPİ- nin CAŞ-nın əməkdaşları olduqlarını və saxlanılan zaman heç bir etirazının olmadığı üçün onlarla birlikdə PB-ə gəldiyini qeyd edir. Sonra təhiqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün müdafiçəsi Sumqayıt şəhər Regional Vəkillər Bürosunun vəkili X2 təqdim edilir və bundan sonra hüquq və vəzifələri barədə bildiriş təqdim edilir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağam edilmiş hər- hansı bir əşya və predmetin olması barədə soruşur, sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd göy rəngli mobil telefonu, 01 ədəd şəffaf rəngli sellofan büküm, alışqan, pul təqdim etdi. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə istifadəçisi olduğunu soruşduqda Təqsirləndirilən şəxs 6 ildir ki, narkotik vasitə marixuana və arada psixotrop maddə metamfetamin istifadə etdiyini bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən aşkar olunmuş şəffaf rəngli sellofana bükülmüş bükülünün imərisindəki kütlənin nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs həmin bükümün narkotik vasitə olan marixuana olduğunu, Bakı şəhəri, Nərimanov rayonunda tanımadığı şəxsədən 4-5 gün bündan əvvəl 250 manata, ümumilikdə 2 qram çəkidə psixotrop maddə olan metamfetamin, 2 bağlamada marixuana aldığını bildirir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aknış olduğu narkotik vasitənin və psixotrop maddənin digər hissəsinin harada °ltttası soruşulur və Təqsirləndirilən şəxs yaşadığı evdə olduğunu bildirir. Ödənişi post termilan aparatları vasitəsi ilə eldiyini, narktoik vasitəni və psixotrop maddəni aldığı Şəxsi sosial şəbəkə olan instagram vasitəsi ilə taış olduğunu bildirir. Sonra ötürülmüş büküm elektron tərəzidə çəkilir və çəkisinin 6,40 qram olması müəyyən edilir. Sonra Sonra vəkil Günay Cəfərovanın “sizə məxsudur” sualına Təqsirləndirilən şəxs mənə məxsusdur deyə cavab verir. Narkotik vasitə təhqıqatçı tərəfindən qablaşdırılan zaman vəkil Günay Cəfərovanın “sizə hər hansı təzyiq və ya işgəncə olubmu” sualına Təqsirləndirilən şəxs xeyr deyə cavab verir. Sonra təhqiqatçı tərəfindən götürülmüş büküm qablaşdırılır və imzalar çəkilir. Bundan sonra Təqsirləndirilən şəxs evə baxış keçirilməsi ilə bağlı etirazının olub-olmaması soruşuldu və Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdi. Bundan sonra videoçəkiliş dayandırılır. “00028”.MTS” yazılmış ikinci qovluqda 09 dəqiqə 10 saniyədən ibarət görüntü var. Həmin görüntüyə baxdıqda müəyyən edilir ki, saniyəsində polis geyimində olan şəxs özünü təqdim edərək ŞPİ-nın 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Səbuhi Dadaşov olduğunu bildirir. X3 şəxsi axtarışda Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və psixotrop maddə olmasını etiraf etməsini ona görə də yaşadığı evə baxış keçirilməsii bir daha nəzərə çatdırır. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs bir daha etirazının olub olmamasını soruşur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirir və onun yaşadığı evə ilk öncə özü sonra iştirakçılar daxil olur. Sonra müdafiəçi Təqsirləndirilən şəxs evin ona məxsus olmasını bir daha soruşur və Təqsirləndirilən şəxs həmin evin ona məxsus olmasını və həmin evdə tək yaşadığını bildirir.Sonra təhqiqatçı narkotik vasitənin harada olması ilə bağlı Təqsirləndirilən şəxs sual verir. Təqsirləndirilən şəxs evdə olan çarpayının sağ tərəfinin baş hissəsində döşəyin altından 01 ədəd gümüşü rəngli siqaret kağızında bükümü, 01 ədəd kibrit qutusunu və 01 ədəd qara rəngli tərəzini təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi kibritin içərisində narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümün içərisindəki kütlənin şüşə yəni psixotrop maddə metamfetamin olduğunu və həmin kütlətələri şəxsi axtarış zamanı götürülümüş kütlə ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonunda İnstagram sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu şəxsin qoyduğu yerdən götürdüyünü bildirdi. Bundan sonra götürülmüş kütlələr elektron tərəzidə çəklir və kibrit qutusunun içindəki kütlə ilə birlikdə çəkisinin 5,90 qram olması, 01 ədəd gümüşü rəngli bükümün içərisindəki kütlənin çəkisinin 6,44 qram olması müəyyən olundu. Sonra baxışla bağlı protokol tərtib edildi. Bundan sonra kibrit qutusunun içərisindəki kütlə kibrit qutusu ilə birlikdə, 01 ədəd gümüşü rəngli siqaret kağızında olan i büküm, 01 ədəd elektron tərəzi qablaşdırıldı və qablaşma imzalandı. Qablaşdırılmadan sonra təhqiqatçı divanda olan kibrit qutularının nə üçün orada olduğunu və boş olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin kibrit qutularının evin kibritləri olduğunu, gümüşü rəngli falqanın isə şüşə çəkərkən ıatıladə etdiyini bildirir. Bundan sonra digər otaqlara baxış keçiı ilıı və sübut əhəmiyyətli heçnə aşkar olunmur. Bundan sonra videoçəkiliş dayandırılır. (cild 1, iş vərəqə 87-88) Diskə baxış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/718 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “E.Q..Şükürovun üzərindən...” yazıları olan kağız paketdəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 5,935qram və üzərində “E.Q..Şükürova məxsus evdə...” yazıları olan kağız paketdəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 2,002qram, olan bitki mənşəli kütlələr tərkibindəki narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi-7,931qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Bir ədəd qara rəngli elektron tərəzinin üzərində çətənə(kannabis) bitkisinin hissəcikləri yoxdur. (cild 1, iş vərəqə 40-43) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3141 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “E.Q..Şükürova məxsus...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 5,918 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış maddə - metaçfetamindir, bir ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetaminə məxsus izlər vardir. İz mikrohissəcikləri cüzi olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan respublikasının Qanunu ilə tsədiq edilmiş Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. (cild 1, iş vərəqə: 45-50) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə- narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 3940 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsinə yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaiyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dipanserində qeydiyyata alınması məsləhət görünür. (cild 1, iş vərəqə: 146-147) Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə aparılan danışıqlara və “sms” yazışmalarına dair "xxxx" MMC mobil rabitə operatorundan götürülən məlumatlardan və həmin məlumatların əks olunduğu “Məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, ***-***-**-** mobil nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuş, müxtəlif nömrələr ilə narkotik vasitələrin satış məqsədli yazışmaların olması müəyyən edilmişdir. (cild 1, iş vərəqə 116-122) Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə aparılan danışıqlara və “sms” yazışmalarına dair "xxxx" MMC mobil rabitə operatorundan götürülən məlumatlardan və həmin məlumatların əks olunduğu “Məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” xx.xx.2021- ci il tarixli protokoldan görünür ki, ***-***-**-** mobil nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuş, müxtəlif nömrələr ilə narkotik vasitələrin satış məqsədli yazışmaların olması müəyyən edilmişdir. (cild 1, iş vərəqə 123-145) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “Maddi sübut kimi tanıma haqqında” 03 avqust 2021-ci il tarixli qərardan görünür ki, qalıq çəkisi 5,818 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış maddəmetamfetamin, qalıq çəkisi 7,837 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq, saxlanılması üçün Sumqayıt ŞPİnin saxlanc anbarına təhvil verilmiş, 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (cild 1, iş vərəqə 90) Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC-i tərəfindən təqdim edilmiş, yaddaşında isə 04 ədəd birincisi birincisi “Nömrənin_Məxsusluq_Tarixçəsi”, ikincisi “SMS_Tarixçəsi_”, üçüncüsü “SMS_Tarixçəsi_”, dördüncüsü “Zənglərin detallaşması_” adlı fayllar olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə: 123-145) Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC-i tərəfindən təqdim edilmiş, yaddaşında isə 04 ədəd birincisi birincisi “SMS_Tarixçəsi_” ikincisi “SMS_Tarixçəsi_”, üçüncüsü “Zənglərin detallaşması_”, dördüncüsü “Zənglərin_Məxsusluq_Tarixçəsi” adlı fayllar olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə: 116-122) Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərdiyi “tutularkən təzyiq və işgəncəyə məruz qalması” barədə dəlilinə münasibətdə qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən ona qarşı qanunsuz hərəkətlər edilməsinə dair cinayət haqqında məlumatın aidiyyəti üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna göndərilmişdir. Sumqayıt şəhər Prokurorluğunun 30 may 2022-ci il tarixli 327C-22 nömrəli məktubu ilə bildirilmişdir ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və mənəvi təzyiqə məruz qalması barədə 30 aprel 2022-ci il tarixli müraciət şəhər prokuorluğunda araşdırılmış, araşdırma zamanı onun göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 2, iş vərəqə: 83). Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın əsaslılığını müzakirə edərək aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur (cild1, iş vərəqə: 96-97). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı Mənzil- Kommunal sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, X4 barəsində 22 saylı MKSyə şikayət daxil olmamışdır (cild 1, iş vərəqə 156). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikasının CM-nin 15.4-cü maddəsinə əsasən cinayətin ağır cinayətlər sırasına aid edilməsini və təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəliliyi nəzərə alınaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə cinayət qanunvericiliyinə uyğundur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətində göstərilən dəlillərə görə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-129/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edir. Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamadığından keyfiyyətli müdafiə hüququnun təmin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, apellyasiya instansiyası məhkəməsində Təqsirləndirilən şəxs göstərilmiş 06 (altı) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına 36 (otuz altı) manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 193, 397, 398.1.1, 407- 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)- 129/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya baxışı zamanı məhkəmədə hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil Müdafiəçi 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar