Məhkəmə qərarları › İş №1(105)-673/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-673/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-673/2024 30.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Rəhimov Elman Gülbaba oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin apellyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Sumqayıt regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-80/2024 nömrəli, 16 may 2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə (videokonfrans vasitəsi ilə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-80/2024 nömrəli, 16 may 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim F.Z.Hümbətov, hakimlər H.S.Əliyev və A.T.Rzayeva) Təqsirləndirilən şəxs (xx xxxxxx 1974-cü ildə Göyçay rayonu, Potu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Göyçay rayon məhkəməsinin 13 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Göyçay rayonu, Potu kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-1-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Göyçay rayon məhkəməsinin 13 iyun 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 07 sentyabr 2022-ci il tarixdən 08 sentyabr 2022-ci il tarixədək və 11 avqust 2022-ci il tarixdən 13 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılaraq üzərində qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 28 yanvar 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan metadon tərkibli dərman preparatını əldə edib, üzərində saxlamaqla Göyçay rayonu ərazisində daşımış, 11 avqust 2022-ci il tarixdə saat 17 radələrində Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Göyçay rayonu Potu kəndində yerləşən Poçt məntəqəsinin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 18:00 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərinə baxış keçirilən zaman əynindəki boz rəngli şalvarın sağ yan cibindən 04 (dörd) ədəd üzərində «Methadone 40» markalanma görtərisici olan və «F/M40» yazısı həkk olunmuş dairəvi formalı həblər və üzərində «..40» yazısı həkk olunmuş Vı həb hissəsi olmaqla ümumi təmiz çəkisi 0,18 (sıfır tam yüzdə on səkkiz) qram qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə hesab olunan metadon tərkibli təsiredici dərman preparatı olan həblər aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib, üzərində saxlayaraq Şamaxı şəhəri ərazisində daşımış, 07 sentyabr 2022-ci il tarixdə saat 05 radələrində Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı–Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı şəhəri ərazisindən keçən 122-ci kilometirliyində yerləşən “Şamaxı” restoranının həyətində saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 05:56 dəqiqədən etibarən rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sol yan cibindən ağ və qara rəngli 02 (iki) ədəd sellofan bükümdə külli miqdarda, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 9,140 (doqquz tam mində yüz qırx) qram və 45,210 (qırx beş tam mində iki yüz on) qram olmaqla ümumi təmiz çəkisi 54,350 (əlli dörd tam mində üç yüz əlli) qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,220 (sıfır tam mində iki yüz iyirmi) qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək barəsində çıxarılmış hökmün qismən dəyişdirilərək, ona təqsirli bilindiyi maddənin aşağı həddində daha yüngül, ədalətli və humanist cəza təyin edilməsini xahiş etmişdir. Tərəflərin məhkəmədəki çıxışları: Məhkum edilmiş şəxs və onun müdafiəçisi apellyasiya instansiyası məhkəməsində çıxış edərək təqsirləndirilən şəxsin etdiyi əməldən peşman olmasını nəzərə alaraq onun cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Apellyasiya instansiya məhkəməsində dövlət ittihamçısı çıxış edərək apellyasiya şikayətinin təmin edilməsi üçün əsas olmadığnı, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsə ədalətli cəza təyin olunduğunu bildirərək şikayətin təmin edilməməsini, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-80/2024 nömrəli, 16 may 2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) tələblərinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-in 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, apellyasiya şikayətini müdafiə edən təqsirləndirilən şəxsin və müdafiəçinin, apellyasiya şikayətinin təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-80/2024 nömrəli, 16 may 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilmişdir. Onun əməli səmimi etirafından başqa, iş üzrə dindirilmiş şahidlərin ifadəsi, ekspertiza rəyləri, eləcə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmış və bu hissə üzrə hökmün qanuniliyi apellyasiya şikayətində də mübahisələndirilmir. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın ağır olması barədə apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, şikayətlərdə sadalanan hallar təqsirləndirilən şəxsə daha yüngül növdə cəza təyin edilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs 2011 və 2014-cü il tarixlərdə 2 dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqan məhrum etmə cəzalarına məhkum edilmiş, həmin məhkumluqları ödənilmişdir. Daha sonra o, Göyçay rayon məhkəməsinin 04 mart 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün maddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 20 may 2020-ci il tarixli qərarı ilə hökm dəyişdirilməklə 01 il 06 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Göyçay rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 05 ay 19 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 22 iyul 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs həmin hökmə münasibətdə məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmasına və məhkumluğunun ödənilməsinə baxmayaraq, yenidən qəsdən cinayət törətməsi təqsirləndirilən şəxsə münasibətdə hər hansı bir hüquqi nəticə doğurmasa da, onun şəxsiyyətini xarakterizə edən hallar kimi qiymətləndirilir. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi, eyni zamanda əvvəlki məhkumluğuna səbəb olan əməllərə diqqət etməklə hazırki əməlin törədilmə şəraiti və üsulunu nəzərə alınsa, onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyini göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hökmdə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər 3 dəfə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkum edilmiş, lakin əvvəlki məhkumluqlardan, ona təyin edilmiş cəzalardan nəticə çıxarmamış və islah yoluna düşməyərək yenidən eyni xarakterli cinayətlər törətmişdir. Bu amillər isə təqsirləndirilən şəxsin şəxsiyyətinin cinayətə meyilli olmasının bilvasitə təzahürüdür. Apellyasiya şikayətinin dəlillərində və müdafiə tərəfinin çıxışlarında təqsirləndirilən şəxsə təyin edilən cəzanın yüngülləşdirilməsinə münasibətdə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş çərçivədə cəza təyin etmişdir ki, məhkəmə kollegiyası da birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzanı törədilən cinayət əməlinə adekvat hesab edir və cəzanın yüngülləşdirilməsinə dair dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59, 61, 65-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona qanuni və kifayət qədər ədalətli cəza təyin olunmuşdur. İş materiallarında Təqsirləndirilən şəxsna təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi üçün hər hansı bir əsas yoxdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxsə ağır cəza təyin olunması barədə dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının dəyişdirilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün apellyasiya instansiyası məhkəməsinin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsində Təqsirləndirilən şəxs göstərilmiş 5 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi3 vəkil işlədiyi Sumqayıt regional Vəkil Bürosunun hesabına 30 manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 193, 197, 394, 397, 398, 407, 410-cu maddələrini rəhbər tutaraq Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-80/2024 nömrəli, 16 may 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilməsin. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya baxışı zamanı məhkəmədə hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil X2 5 (beş) iş saatı üçün 30 (otuz) manat Sumqayıt regional Vəkil Bürosu vasitəsi ilə ödənilsin. Qərar elan olunduğu vaxtdan dərhal sonra qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cü maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar