Məhkəmə qərarları › İş №1(105)-681/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-681/2024

12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-681/2024 12.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X2 Rzayevin sədrliyi və məruzəsi ilə, hakimlər Elman Gülbaba oğlu Rəhimov və Elman Məmməd oğlu Əhmədovdan ibarət tərkibdə, Hacıyeva Aytəkin Qurban qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)- 556/2024 nömrəli, 16 avqust 2024-cü il tarixli hökmündən Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-556/2024 nömrəli, 16 avqust 2024cü il tarixli hökmü ilə (Sədrlik edən hakim E.Q.Məmmədov, hakimlər N.N.Hüseynli və N.N.Mirzəyev) xx.xx.1995-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni yaşayış sahəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 13 dekabr 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. İ.İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən 5,723 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsində yerləşən “Balıq” restoranının qarşısına daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 13 dekabr 2023-cü il tarixdə saat 15:35 radələrində yuxarıda qeyd olunan ünvanda saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilib həmin gün saat 17:20-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda təmiz çəkisi 5,723 qram çəkidə ağ rəngli, kristallik formada, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, mübahisəli hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ibtidai istintaq bilərəkdən və məqsədyönlü şəkildə saxtalaşdırılmış, Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməmişdir, istintaq materiallarında buraxılmış bir sıra kobud pozuntular birinci instansiya məhkəməsinin diqqətindən yayınmış və məhkəmə yekun aktında qeyd edəcəyi bir sıra xüsusatlara qiymət verməmiş, bu isə o deməkdir ki, məhkəmənin gəldiyi nəticə işin bütün faktiki halları ilə açıq-aşkar uyğunsuzluq təşkil edir. Birinci instansiya məhkəməsi heç bir əsas olmadan Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşmışdır. Məhkəmənin gəldiyi nəticə işin faktiki halları ilə açıq-aşkar uyğunsuzluq təşkil edir, belə ki, məhkəmə təqsirəndirlən şəxsin əməlinin şahid ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd etsədə şahidlər məhkəmə istintaqı zamanı sərbəst ifadə verərək, ibtidai istintaq zamanı ifadələrinin müstəntiq tərəfindən yazıldığını və həmin ifadələrini təsdiq etmədiklərini, Sahil Mirzəyevin üzərindən narkitik vasitə aşkar edilmədiyini və onun narkitik vasitələrə hər hansi bir aidiyyatının olmadığını bildirmişlər. Hər iki şahid məhkəmədə sərbəst ifadə verib, işin reallığını əks etdirən, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsilə uyğunluq təşkil edən ifadə versələrdə, məhkəmə kollegiyası şahidlərin ifadələrinə tənqidi yanaşmışdır. Məhkəmənin təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs, şahidlər Şahid2 və Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin bir hissəsinə sübut, əsas hissəsinə isə mötəbər sübut kimi yanaşmaması məhkəmənin qərəzli və ittihama meylli mövqeyinin göstəricisidir və Sahil Mirzəyevin ifadəsi şahidlərin, digər istintaq hərəkətlərinin protokolları ilə uyğunluq təşkil edir və həmin sübutlarla məcmu halında və ayrı-ayrılıqda obyektiv qiymətlənirilməli idi. Lakin məhkəmə heç bir əsas olamadan təqsirləndirlən şəxs və şahidlərin ifadəsinə tənqidi yanaşmış və sübut kimi qəbul etməmişdir. Dindirilmiş şahidlər Şahid2 və Şahid3 təqsirləndirlən şəxslə dostluq münasibətlərində olması uzun illərə dayanır, onlar hər gün bir yerdə məşq edir və idman yarışlarına iştirak edirlər. Onların dostluğu cinayət işi məhkəməyə daxil olandan sonra yaranmamışdır. Məntiqi nəticə bundan ibraətdir ki, dostları belə polis əməkdaşları tərəfindən onun özünə qarşı ifadə verməyə məcbur edilmiş, sonradan həmin şəxslər məhkəmədə həqiqətləri bildirsədə, məhkəmə tərəfindən dostluq münasibətləri əsas gətirilərək şahidlərin ifadələrinə sübut kimi yanaşmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat axtarış tədbirləri ilə bağlı yaradılmış əməliyyat qrupunun üzvlərindən yalnız bir nəfər Şahid1 dindirilmiş, digər şahidlər məhkəməyə dəvət olunsada, məhkəmə iclasında gəlməmiş və şahid qismində ifadələri alınmamışdır. Məhkəmə istintaqı zamanı 3 nəfər şahid dindirilmiş, şahidlərdən Şahid2 və Şahid3 təqsirləndirlən şəxsin ifadəsinə və işin hallarına uyğun ifadələr versələrdə məhkəmə məhkəmə sonda düzgün hüquqi nəticəyə gəlməmiş, təqsirəndirlən şəxsin barəsində ittiham hökmü çıxarmışdır. Bundan əlavə qeyd edir ki, keçirilmiş əməliyyat axtarış tədbirlərinə dair qərar sonradan məhkəmə nəzarəti qaydasında qanuni hesab edilsədə, təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinə dair qərarda məhz hansı əməliyyat-axtarış tədbirinin keçirilməsi, əməliyyatın keçirləcəyi yer, vaxt və bitmə müddəti göstərilmədiyindən qanuna uyğun deyildir və bu yolla əldə edilmiş sübutlara istinad edilməsi yolverilməzdir. Həmçinin qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin narkotik vasitələrin döviyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat qeydiyyat işi açılmalı olduğu halda edilməmişdir. Bu hal daxil olmuş məlumatın həqiqiliyini şübhə altma alır. Bundan başqa DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdusa, aidiyyatı üzrə həmin məlumat üzrə müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsini, Sumqayət Şəhər Polis İdarəsinə və ya DİN-nin Baş Nakotiklərlə Mübarizzə idarəsinə göndərə bilərdilər. Tədbirin məhz həmin idarə tərəfindən keçirilməsi də Sahil Mirzəyevin ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edir. Cinayət işi materiallarına əsasın Sahil Mirzəyevə polis əməkdaşları yaxınlaşan zaman o üzərində narkotik vasitə olduğunu bildirmişdir. Belə olan halda saxlandığı yerdə onun üzərinə şəxsi axtarış və götürülmə aparılmalı və ya həmin yerə ən yaxın polis bölmə və polis idarəsində onun üzərinə baxış keçirilməli olduğu halda, saxlanıldığı yerdən təxminən 40 km uzalıqda yerləşən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılması və orada üzərinə şəxsi axtarış və götürmənin aparılması tamamilə qanunsuzdur. Belə ki, təqsirləndirlən şəxs ifadəsində saxlanıldıqdan 5-6 saat sonra üzərində şəxsi axtarışın aparıldığını bildirmişdir. Sahil Mirzəyevin saxlanıldığı yerdən DİNin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməsi, daha sonra işin təhqiqat idarəsinə həvalə edilməsi müvafiq yazışma və sədləşmənin aparılması, onun hüquq və vəzifələrinin izah edilməsi, müdafiəçi ilə təmin edilməsi kifayət qədər vaxt kəsimində baş vermişdir ki, bu vaxt ərzində onun təyziq və işgəncələrə məruz qalmasına və etirafedici ifadə verməyə məcbur edilməsinə əsas verir İİİ. Proses iştirakçılarının çıxışları Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya instansiyası məhkəməsində şikayətin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində çıxış edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı2 apellyasiya instansiyası məhkəməsində çıxış edərək, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İV. Hüquqi məsələlər Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını nəzərdən keçirib, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyib, işdəki sübutları apellyasiya şikayəti ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, aşağıda şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-556/2024 nömrəli, 16 avqust 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərinə uyğun olaraq, hökmün qanuniliyini apellyasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilməsə də, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş digər sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və bu hissə üzrə hökmün əsaslılığı şübhə doğurmur. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək sərbəst ifadəsində göstərmişdir ki, onun narkotik satışı ilə məşğul olması ilə bağlı heç bir sübut yoxdur, ona görə də o, narkotik satışı ilə məşğul olan cinayətkar kimi tutulmağının səbəbini anlaya bilmir. Onun heç telefonunda da narkotikin satışı ilə məşğul olmağı barədə sübut olmayıb. Əgər üstündə narkotik vasitə olsaydı, elə onu tutduqları yerdə üzərinə baxış keçirərdilər. Lakin polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıb, orada təzyiqlərlə, ailəsi ilə hədələyərək narkotiki üzərinə götürməyə məcbur etmişdirlər. O, əvvəllər narkoloji dispanserdə mühafizəçi işləmişdir, bilir ki, narkoman necə olur, ona görə o polis əməkdaşlarına təklif eləmişdir ki, onu başqa maddə ilə “yükləsinlər”. O, nə qədər təzyiqə məruz qalsa da, əvvəl heç nəyə imza çəkməmişdir, sonra evindən narkotik çıxaracaqları ilə hədələdikləri üçün məcbur qalıb razı olmuşdur. O, idmanla məşğuldur, idman yarışlarında ölkənin bayrağını qaldırır, odur ki, ittiham olunduğu cinayət əməli ilə heç bir əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, “Tiktok” sosial şəbəkəsində ona qarşı təhqiramiz sözlər işlədən bir nəfər üçün video çəkib belə ifadələrin düzgün olmadığını bildirmişdir. O ifadələri işlədən insan “yetim Sabir, avara” deyə tanınır. Həmin adam xaricdə yaşayır, hazırda da saxta dollar dövriyyəsi ilə məşğul olduğu üçün tutulub. Onun tutulmağının səbəbi də həmin Sabir adlı adamdır. Onun cinayətkar aləmlə heç bir əlaqəsi yoxdur. İttihamda qeyd olunduğu kimi 13 dekabr 2023-cü il tarixdə Coratda, Balıq restoranının qarşısında saat 15 radələrində saxlanılmışdır. Çəkiliş zamanı polis əməkdaşlarının istədiyi məzmunda ifadə vermişdir. Ailəsi və dostları onun zəif yeridir, ona görə istəməmişdir ki, dostları da hər hansı cinayət əməlinə görə şərlənsinlər. Fiziki olaraq da təzyiqlərə məruz qalmışdır. Qeyd etdiyi “TikTok”dakı məsələdən təqribi 10 gün sonra tutulmuşdur. Onu polis idarəsinə dəvət etməmiş, məcbur maşına mindirib oraya aparmışdırlar. Onu tutduqdan sonra saat 5-6 radələrində videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni yaşayış sahəsi, nömrəsiz fərdi evdə ailəsiylə birlikdə yaşayır. 13 dekabr 2023-cü il tarixdə saat 15:35 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsində yerləşən “Balıq” restoranının yaxınlığında tanışları Şahid3 və Şahid2 ilə birlikdə, Şahid3 idarə etdiyi “BMW” markalı, 77-HX324 dövlət qeydiyyat nişanlı avtomobilin yanında olan zaman beş nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, daha sonra o, özünü təqdim etmiş və polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişdirlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində adını “patı” kimi bildiyi psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onu və yanında olan tanışları Şahid3lə Şahid2 polis idarəsinə dəvət etmişlər. Onlar buna etiraz etmədiklərini bildirdikdən sonra Şahid3 idarə etdiyi avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gətirilmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona üzərindən narkotik vasitə və ya psixotrop maddə varsa, təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən 50 manat pul və 01 ədəd şəffaf selolofan bükümü çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması aşkar edilmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd büküm polis əməkdaşı tərəfindən ağ rəngli kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən üzərindən əlavə əşya və ya predmetlər aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon, polis əməkdaşı tərəfindən götürülmüşdür. 50 manat pul isə onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı üstündən aşkar edilmiş maddənin adını “patı” kimi tanıdığını, həmin maddəni 13 dekabr 2023-cü il tarixdə Sumqayıt şəhəri ərazisində küçədən tapdığını, az yaşlı uşaqların əlinə keçməsin deyə üstündə saxladığını, narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etmədiyini, eləcə də həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, Şahid3 və Şahid2la idman yoldaşı olduğunu, lakin üstündə olan maddədən onların məlumatının olmadığını bildirmişdir. Üzərində psixotrop maddə metamfetaminin aşkar edilməsini səmimi olaraq etiraf etmiş və törətdiyi cinayət əməlindən çox peşmandır. Daha sonra Şahid2 üstünə baxış keçirilmişdir. Şahid2 üzərində narkotik vasitələr və psixotrop maddələr varsa könüllü sürətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Şahid2 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu və həmin şalvarın sol yan cibindən 03 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Aşkar edilmiş “İphone” markalı mobil telefon və 03 manat pul Şahid2 geri qaytarılmışdır. X12 Vəliyevin üstünə baxış keçirilmişdir. Şahid3 üzərində narkotik vasitələr və psixotrop maddələr varsa könüllü sürətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid3 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu və həmin şalvarın sağ yan cibindən avtomobil açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Aşkar edilmiş “İphone” markalı mobil telefon və avtomobil açarı Şahid3 geri qaytarılmışdır. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini Sumqayıt şəhəri ərazisində küçədən tapmış, az yaşlı uşaqların əlinə keçməsin deyə üstündə saxlamış, heç bir zaman narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etməmiş, eləcə də həmin maddədən heç kimə verməmiş və heç kimə satmamışdır. Tapdığı psixotrop maddə metamfetaminin üzərindən götürməmişdir. Üzərində psixotrop maddə olmasından heç kimin xəbəri olmamışdır. Yaşadığı ünvanda və ya başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamamışdır. Üzərində heç bir xəsarət yoxdur. Nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməmişdir. Birlikdə saxlanıldığı Şahid3 və Şahid2 onun üzərində psixotrop maddə olmasından xəbərləri olmamışdır. Həmin şəxslər sadəcə olaraq onun idman yoldaşları olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun dostları da idmançıdır. Sabirin ancaq onunla problemi olmuşdur, ona görə də dostlarını idarədən buraxıb onu saxlamışdırlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, çünki həmin ifadəni polis əməkdaşlarının diqtəsi ilə vermişdir. Apellyasiya instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmədiyini və birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, 13 dekabr 2023-cü il tarixdə DİNin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında müvafiq rəsmiləşdirmə işləri həyata keçirildikdən sonra Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə onun rəhbərlik etdiyi əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən “Balıq” restoranının yaxınlığında olması müəyyən edilmiş və həmin yerə getmişlər. Qeyd edilən yerdə Təqsirləndirilən şəxs müəyyən etmişlər, Sahilin yanında Ramil və Murat adlı tanışları da olmuşdur. Onlar Ramilin idarə etdiyi avtomobilin yanında dayanmışlar. Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu BMCMİ-nin inzibati binasına dəvət etmişdirlər. O da etiraz etmədən onlarla birlikdə idarə etdiyi avtomobil və 02 nəfər tanışları ilə Baş İdarəyə gəlmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş və onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən mobil telefonu, 50 manat pulu və 01 ədəd şəffaf sellofan bükümü çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açılmış həmin bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmiş və həmin maddə qablaşdırılıb möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş maddənin adını “patı” kimi tanıdığını, həmin maddəni həmin gün Sumqayıt şəhəri ərazisində küçədən tapdığını, az yaşlı uşaqların əlinə keçməsin deyə üstündə saxladığını, narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etmədiyini, eləcə də həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, Şahid3 və Şahid2la idman yoldaşı olduğunu, lakin üstündə olan maddədən onların məlumatının olmadığını bildirmişdir. Daha sonra Şahid2 və Şahid3 üstünə baxış keçirilmiş, onların üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı maddə aşkar edilməmişdir. Şahid3 idarə etdiyi avtomobilə də baxış keçirilmişdir, lakin qanunsuz heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o Sahilin müəllimidir. Sahil çox güclü idmançıdır, həmçinin dini ibadətlə də məşğuldur, cinayətkar aləmlə əlaqəsi yoxdur. 13 dekabr 2023-cü il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsində yerləşən “Balıq” restoranının yaxınlığında tələbələri Şahid2 və Təqsirləndirilən şəxs ilə birlikdə, idarə etdiyi avtomobilin yanında olan zaman beş nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmiş və onların hərəsini bir maşına mindirib Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gətirmişdirlər. Polis idarəsində Sahili cəmi 1 dəqiqə görmüş, onda da Sahil balaca büküm göstərib həmin bükümü yolda tapdığını və atmaq üçün götürdüyünü bildirmişdir. Ondan Sahilin üstündə həmin bükümün olduğundan məlumatı olub-olmadığını soruşduqda o da məlumatının olmadığını demişdir. Onun üzərindən heç nə aşkar olunmadığı üçün onu idarədə saxlamamışdırlar. Şahid3 birinci instansiya məhkəməsində ona verilən sualları cavablandırarkən göstərmişdir ki, idarədə ona heç bir təzyiq göstərilməyib, saxlanılarkən maşını o idarə edirmiş, Sahilin işgəncəyə məruz qaldığını görməmişdir. Sahilin narkotiklə heç bir əlaqəsi yoxdur, ibtidai istintaq zamanı verdiyi ifadəsini xatırlamır. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, o, həmin ifadəsində göstərmişdir ki, 13 dekabr 2023-cü il tarixdə saat 15:35- də Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsində yerləşən “Balıq” restoranının yaxınlığında tanışları Şahid2 və Təqsirləndirilən şəxs ilə birlikdə, idarə etdiyi “BMW” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olan zaman beş nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdirlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs özünü təqdim etməyini xahiş etmiş və Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişdirlər. Təqsirləndirilən şəxs də həmin vaxt etiraf edib bildirmişdir ki, hazırda üzərində adını “patı” kimi bildiyi psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onları polis idarəsinə dəvət etmişdirlər. Onlar buna etiraz etmədiklərini bildirdikdən sonra idarə etdiyi avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmişdirlər. Polis idarəsində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və baxış keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmiş, bu təklifdən sonra Sahil əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən 50 manat pul və 01 ədəd şəffaf selolofan bükümü çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd büküm polis əməkdaşı tərəfindən ağ rəngli kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Onun üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon, polis əməkdaşı tərəfindən götürülmüşdür. 50 manat pulu isə özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş maddənin adını “patı” kimi tanıdığını, həmin maddəni 13 dekabr 2023-cü il tarixdə Sumqayıt şəhəri ərazisində küçədən tapdığını, az yaşlı uşaqların əlinə keçməsin deyə üstündə saxladığını, narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etmədiyini, eləcə də həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını bildirmişdir. Daha sonra Şahid2 üstünə baxış keçirilmiş, lakin onun üzərindən qanunsuz heç nə aşkar olunmamışdır. Daha sonra onun özünün üstünə və avtomobilinə baxış keçirilmiş, qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Şahid3 ona verilən sualları cavablandırarkən bildirmişdir ki, əgər Sahil öz dili ilə deməsə idi ki, narkotik ona məxsusdur, o heç vaxt inanmazdı. Sahil idarəyə aparılmazdan əvvəl polis əməkdaşlarına üzərində “patı” olduğunu deməmişdir. Onu dindirdikdən sonra ifadəsinin bəzi yerlərini oxuyub sonra imzalamışdır. Amma ifadəsini tam oxumamışdır, ona görə də ancaq məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsuatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X7 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 dekabr 2023- cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 15:35- də Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsində yerləşən “Balıq” restoranının yaxınlığında saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Təqdim edilmiş 01 ədəd sellofan bükümün içərisindən psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Aşkar edilmiş 01 ədəd sellofan büküm götürülmüşdür. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd edilənlər və şahidlərin ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. Məhkəmə eskpertizasının 14 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6402 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,723 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi: 5,723 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq 5,673 qram. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığının cavab məktubunda qeyd edilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən psixotrop maddə metamfetamini onun satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi aşkar edilmişdir. Bundan başqa keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əlavə məlumatlar da əldə edilmişdir. Lakin, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetamini satmaqda şübhəli olan şəxsin şəxsiyyətinin müəyyən edilərək istintaqa təmin edilməsi, Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi psixotrop maddəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib keçirməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(060)-987/2023 nömrəli qərarla “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 13 dekabr 2023-cü il tarixli qərarın qanunauyğun hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «metamfetamin» psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri 2 qram müəyyən edilmişdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələblərinə əsasən cinayət hadisəsinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olması, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyatının sübuta yetirilməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olması, əməlin cinayət olmasını aradan qaldıran halların olmadığı hallar təsdiq edildikdə məhkəmə məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq təqsirləndirilən şəxsin təqsirini sübuta yetirilmiş hesab edir. Birinci instansiya məhkəməsi qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarının tövsiyələrinə riayət etməklə Təqsirləndirilən şəxs əməlini düzgün olaraq külli miqdarda psixotrop maddəni satış məqsədi olmadan əldə edib saxlanılması və daşıması kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» xx.xx.2005-ci il tarixli qərarında göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-nin 349.5-ci maddəsi). Göstərilən prosessual maddələrin mənasına görə məhkəmə iclasında həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında toplanmış sübutları tədqiq etməlidir. Yəni, təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadə də sübut növüdür və məhkəmə iclasındakı ifadəsi ilə müqayisəli tədqiq edilməlidir. Əgər təqsirləndirilən şəxsin və şahidin məhkəmə iclasında və ibtidai istintaqda verdiyi ifadələr arasında fərq və ya ziddiyyət olarsa o zaman onların hər ikisi tədqiq edilməklə bu ziddiyyət və ya fərq aradan qaldırlmalı (CPM-nin 327,329-u maddələri), bunu aradan qaldırmaq mümkün omadıqda isə həmin ifadələrdən daha mötəbəri cinayət işi üzrə sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin özünü təqsirli hesab etməməsi ilə bağlı hal, apellyasiya şikayətinin müəllifinin hazırkı dəlilləri bütövlükdə olmaqla birinci instansiyası məhkəməsi tərəfindən artıq ətraflı yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu və həmin sübutlara əsaslanmaqla müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən hökmündə ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi özünümüdafiə xarakterlidir və məsuliyyətini yüngülləşdirməyə yönəlmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, məhkəmə istintaqı zamanı sübutların əldə olunması, onların tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və proses iştirakçılarının, o cümlədən təqsirləndirilən şəxsin qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkan və şərait yaradılmış, gəlinən nəticə hökmdə ətraflı şərh edilməklə əsaslandırılmışdır.Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri də birinci instansiya məhkəməsinin həmin mövqeyinin qanuniliyini şübhə altına almağa əsas vermir. Bundan başqa Apellyasiya Məhkəməsi apellyasiya şikayətinin şahidlərin ifadələrinə düzgün hüquqi qiymət verilməməsi, Təqsirləndirilən şəxs təyziq və işgəncələrə məruz qalaraq etirafedici ifadə verməyə məcbur edilməsi və digər bu xüsusda dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs həm şübhəli şəxs saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu, təhdid olunduğu üçün ilkin ifadələrində həmin psixotrop maddə metamfetamini əldə edib üzərində saxladığını bildirməsi ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. İş materiallarında olan Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılmış Təqsirləndirilən şəxs və müdafiəçi X3 iştirakı ilə 23 fevral 2024-cü il tarixdə saat 11:10-12:00-dək və 26 fevral 2024-cü il tarixdə saat 11:30-13:10-dək görüşmüşdür. Bundan başqa birinci instansiya məhkəməsi hesab etmişdir ki, şahidlər Şahid2 və Şahid3 təqsirləndirilən şəxslə yaxın münasibətləri, yəni dostluq münasibətləri olan şəxslərdir. Qeyd olunan səbəbdən onların təqsirləndirilən şəxsin xeyrinə ifadə vermələri anlaşılandır. Belə olan halda, məhkəmə onların məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşır, onların ibtidai istintaq zamanı heç bir təsir və təzyiq altında qalmadan şahid qismində dindirilərkən qeyd etdiklərini və üzləşdirmə zamanı verdikləri ifadələrini Təqsirləndirilən şəxs ittihamının əsasına (psixotrop maddənin əldə edilməsi ilə bağlı hissədə) qoyur. Göründüyü kimi birinci instansiya məhkəməsi şahidlər Şahid2 və Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadələrə hüquqi qiymət vermiş və düzgün olaraq onların ifadələrinə tənqidi yanaşmışdır. Bundan əlavə iş materiallarında olan Məhkəmə Tibbi Ekspertizasının 14 dekabr 2023-cü il tarixli, 1760 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı xəsarət aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X5 daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 14 dekabr 2024-cü il tarixli 8220 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X5 daxil olmuş məhkəmə-tibbi ekspertizasının 30 dekabr 2023-cü il tarixli, 4615/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 11 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə və fiziki zorakılığa məruz qalması barədə aparılmış araşdırma nəticəsində göstərilən xüsusatlar öz təsdiqini tapmadığından cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsini xx.xx.2023-cü il tarixli, 4(005)-1699/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona təsir və təzyiq olunmadığını, psixtrop maddəni yerdən tapdığını, kimsə istifadə etməsin deyə yerdən götürdüyünü, həmin vaxt isə müəllimi ilə görüşməli olduğundan ata bilmədiyini və üzərində saxladığını bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qalması faktı öz təsdiqini tapmır. Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” qərarı, № 15, § 25, 24 dekabr 2021-ci il). Həmin qərarının 23-cü bəndində görə məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs bu əməli törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi, şahidlərin ifadələri məhkəmədə elan edilib araşdırılmış ilkin təhqiqat və istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri bu əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini sübuta yetirdiyi tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapdığından, onun təqsirsiz olmasına əsas verən sübutlar olmadığından təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində psixotrop maddənin ona aid olmaması və təzyiqlərə məruz qalması barədə dəlilləri əsassızdır. Ona görə də təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsi üçün heç bir əsas və səbəb mövcud deyildir. Məhkəmə Kollegiyası təqsirləndirilən şəxsə cəza təyini məsələsinidə müzakirə edərək hesab edir ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 10 ay 11 gün azadlıqdan məhrum etmə cəzasına 02 il sınaq müddəti ilə şərti məhkum edilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməklə və məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü və xx.xx.2020-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməsinin zəruriliyini hökmdə əsaslandırmış, təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə almışdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, təqsirləndirilən şəxs X4 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cəza müəyyən edərkən, onun himayəsində 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmış, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olmaması müəyyən olunmuşdır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin aşağı həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onda aşkar olunmuş psixotrop maddənin miqdarı, habelə cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni, ədalətli və əsaslı olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinaə və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (30 aprel 2021-ci il tarixli dəyişikliklər nəzərə alınmaqla). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 24 dekabr tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndində qeyd edilmişdir ki, m əhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin tərkib əlamətləri mövcud olmuş və onun həmin əməli törətməkdə təqsiri birinci instansiya məhkəməsi tərəfindən aparılmış məhkəmə istintaqı ilə tam təsdiq olunmuşdur. Ona təyin edilmiş cəza ədalətli və qanunidir, təqsirləndirilən şəxsin şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın növünün dəyişdirilməsi, cəzanın daha da yüngülləşdirilməsi üçün əsas yoxdur. Beləliklə,Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-556/2024 nömrəli, 16 avqust 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 410cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)- 556/2024 nömrəli, 16 avqust 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar