Məhkəmə qərarları › İş №1(105)-689/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-689/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-689/2024 30.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), X1 və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Vəliyev Vasif Valeh oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçisi – Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-78/2024 nömrəli, 15 iyul 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-78/2024 nömrəli, 15 iyul 2024-cü il tarixli hökmü (hakimlər H.Əliyev (sədrlik edən), F.Hümbətov və A.Rzayeva) ilə xx.xx.2001-ci ildə Qobustan rayonu Ərəbşalbaş kəndində anadan olmuş, məhkum olunmamış, subay, işləməyən, orta təhsilli, Qobustan rayonu Ərəbşalbaş kəndində qeydiyyatda olan,faktiki Bakı şəhər Xəzər rayonu,Qala qəsəbəsi,Sülh küçəsində yaşamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və onun 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, həbsdə saxlanıldığı müddətin cəza müddətinə daxil edilməsi və cəzanın əvvəlinin onun tutulduğu vaxtdan, yəni 13 mart 2022-ci il tarixdən hesablanması, ərazi narkoloji dispanserdə narkomaniyadan profilaktik qeydiyyata götürülməsi hökm edilmişdir. Hökmdən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayının 12-dən 13-nə keçən gecə Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 100 manat müqabilində sonuncunun tapşırığı ilə Abşeron rayonu Saray qəsəbəsində yolun kənarından götürməklə Abşeron rayonunda yerləşən Qafqaz universitetinin yanında ona verməyə razılığa gəlmiş, 13 mart 2022-ci il tarixdə saat 05 radələrində Abşeron rayonu Saray qəsəbəsi, Saray qəsəbəsinə gedən yolun kənarında quraşdırılmış sürət radarının yanında yolun kənarında yerdən siqaret qutusunun içərisindən bir ədəd bükümdə çəkisi külli miqdar 14,275 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə çəkisi külli miqdar 2,961 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb üzərində saxlayaraq daşımış və piyada Qafqaz universitetinə doğru hərəkət edərkən Abşeron RPİ-nin post patrul xidməti bölüyünün əməkdaşları tərəfindən şübhəli kimi saxlanılaraq Abşeron RPİ-nin Saray polis bölməsinə gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkçənin sağ yan cibindən həmin siqaret qutusunun içərisindən bir ədəd bükümdə 14,275 qram narkotik vasitə heroin və bir ədəd bükümdə 2,961 qram olan psixotrop maddə metamfetamin ondan aşkar edilib götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını xahiş etmiş, şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Hacıağa oğluna verilmiş ittiham tam təkzib olunmaqla, onun ittiham olunduğu cinayət əməllərinə görə təqsirliliyi sübuta yetrilməmiş, əksinə məhkəmə istintaqı zamanı onun günahsız olması tam sübut olunmuşdur. Məhkəmə istintaqı zamanı özünü təqsirli bilməmişdir. Təqsirləndirilən şəxs Hacıağa oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından ona həmin ittiham üzrə bəraət verilməlidir. İlk növbədə məhz ittiham tərəfinin təqdim etdiyi və verilmiş ittihamın əsasını təşkil edən sübutların mötəbər olmadığını hesab edərək həmin sübutlarla bağlı aşağıdakılar qeyd edilməlidir. Cinayət işində olan xx.xx.2022-ci il tarixli raporta əsasən Təqsirləndirilən şəxs 05:55 radələrində avtomobillə Saray qəsəbəsi ərazisindən keçən təzə yolda saxlanılaraq Saray PB-nə gətirildiyi məlum olur. Lakin cinayət işində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokolun yuxarı hissəsində tərtib olunduğu yerin Saray qəsəbəsi göstərildiyi halda, protokolun birinci abzasında Təqsirləndirilən şəxs tutulduğu yer kimi Abşeron rayon Polis İdarəsinin inzibati binasında tutulduğu qeyd olunmuşdur. Bundan başqa qeyd olunan raportda Təqsirləndirilən şəxs polis nəfərləri tərəfindən xidmət aparılarkən təsadüfən rastlaşmaları nəticəsində saxlanıldığı göstərildiyi halda şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli qərarda Təqsirləndirilən şəxs Abşeron RPİ-nin bir qrup əməkdaşı tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanıldığı qeyd olunmuşdur. Göründüyü kimi qeyd olunan protokol və qərarda göstərmiş olduğu çatışmazlıqlar və ziddiyyətlər həmin sübutların mötəbərliliyini şübhə altına almaqla sübut kimi istinad oluna bilməzdi. Lakin məhkəmə qeyd olunan ziddiyyətlərin heç birininə əhəmiyyət vermədən həmin sübutları sadalamaqla kifayətlənmişdir. Digər yandan ibtidai istintaqı həyata keçirən orqan və onun toplayıb məhkəməyə təqdim etdiyi “sübutları” məhkəmədə müdafiə edən ittiham tərəfi cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarını kobud surətdə pozaraq təqsirləndirilən şəxsə qanunla müəyyən edilməmiş üsulla, yəni təqsirləndirilən şəxsin özünü və şahidləri aldadaraq özlərinin istədiyi kimi ifadələr yazdırıb, imza etdirməyə “nail olmuşdur.” Hesab edirlər ki, ibtidai istintaqın əvvəlində alınmış ifadə və izahatlar sübut kimi kimi qəbul edilə bilməz. Sübut mənbələri sübutların alınmasının prosessual forması olmaqla bitmir. Sübut mənbələri həm də sübutların müəyyən edilməsinin prosessual formasıdır. Qəbul edilə bilən sübutlar dedikdə sübutun alındığı mənbə nəzərdə tutulur. Qanunverici, cinayət təqibi orqanı üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmadığını qeyd etməklə yanaşı, belə sübutların alınma mənbələrinin dairəsini qəti şəkildə müəyyən edir. Qanunvericilik bununla bilavasitə hansı mənbənin sübutetmə vasitəsi kimi yararlı olmasını qabaqcadan göstərir. Cinayət mühakimə icraatında hər hansı bir faktik məlumatdan sübut kimi istifadə etmək üçün bu məlumatın işə aid olması ilə yanaşı, onun qəbul edilə bilən sübut mənbəyindən alınması da tələb olunur. Bundan başqa, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Lakin cinayət işinin materiallarından olan və məhkəmənin mötəbər sübut kimi istinad etdiyi sübutların tam əksini sübut edən və elə istintaqın özünün əldə etdiyi sübutlar var ki, məhkəmə həmin sübutları görməzdən gəlməyə çalışmış, onları digər sübutlarla qarşılıqlı şəkildə təhlil etmədən və formal olaraq sadalamaqla işini bitmiş hesab etmiş, məhkəmə istintaqı zamanı verilmiş ifadələri deyil istintaqın əvvəlində verilmiş ifsdələrə əsas götürmüşdür ki, bu zaman məhkəmə həmin halı əsaslandırmamışdır. Göründüyü kimi, hazırki iş üzrə sübutetmə predmelinə daxil olan əsas hallar iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. Hazırki iş üzrə ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyi barədə nəticəyə gəlməyə imkan vermir. Yalnız belə sübutların mövcudluğu vəziyyətində belə şəxs barəsində bəraət hökmünün çıxarılması üçün əsaslar kifayət edir. İttiham tərəfinin sübutları şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etmir. Lakin, məhkəmə istintaqı zamanı əldə olunmuş mötəbər, əsaslı və təkzibedilməz sübutlar təqsirləndirilən şəxsin təqsirsizliyini təsdiq edir. Hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. İttiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz elmiş olar. Sumqayıt Ağır Cinayətlər Məhkəməsi məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlara deyil, ibtidai istintaq zamanı toplanılmış sübutlara əsaslanmaqla və ittiham aktını hökmə köçürməklə öz işini bitmiş hesab etmiş, məhkəmə istintaqı zamanı əldə edilmiş sübutların qəbul edilməməsini öz hökmündə əsaslandırmamışdır. Belə ki, məhkəmə öz hökmündə göstərmişdir ki, məhkəmə, Təqsirləndirilən şəxs oğlanım aşkar olunan narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanımla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs oglunım öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla- cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib o!amır. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək saxladığı narkotik vasitənin və psixotrop maddənin külli miqdarda olması, videoçəkilişdə törətdiyi əməli etiraf etməsi və müdafiəçisinin istintaqa təqdim etdiyi səs yazılarında təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələrdən məlumatlı olmasının müəyyən edilməsi, Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitə və psixotrop maddə satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz. müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəsi də sübut kimi qəbul edir". İlk öncə məhkəmənin bu fikri ilə razılaşmayaraq bildirirlər ki, verilmiş ittihamda Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayının 12-dən 13-nə keçən geeə Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 100 manat müqabilində sonuncunun tapşırığı ilə Abşeron rayonu Saray qəsəbəsində yolun kənarından götürməklə Abşeron rayonunda yerləşən Qafqaz universitetinin yanında ona verməyə razılığa gəlməsi halı məhkəmə araşdırması zamanı heç bir sübutla öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs, Şahid3 və Şahid4 öz ifadələrində 20 yanvar metrostansiyasının yaxınlığında dayanarkən Samirə heç bir kimsənin yaxınlaşmadığını, kimsənin onu kənara çəkmədiyini, metrodan çıxdıqdan sonra “Bolt" şirkətindən taksi sifariş etdiklərini və həmin taksi ilə qızın konıım atdığı yerə getdiklərini bildirmişlər. Təqsirləndirilən şəxs taksi çağırması cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında baxış protokolla öz təsdiqini tapmış, onun istifadəsində olmuş ***-***-**-** nömrəsindən sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 22:23-də ***-***-**-** telefon nömrəsinə əlaqə saxlaması, həmin nömrənin sahibinin isə “Bolt” şikəlində işləyən X10 olması müəyyən edilmişdir. Həmçinin cinayət işində olan xx.xx.2022-ci il tarixli arayışdan da ***-***-**-** telefon nömrəsinin X10 olması və “Bolt” şirkətində taksi sürücüsü işləməsi müəyyən edilmişdir. Beləliklə qeyd olunanlardan göründüyü kimi Təqsirləndirilən şəxs ittihamda qeyd edildiyi kimi şəxsiyyəti istintaqa məlum olmayan hər hansı bir şəxslə əlbir olub cinayət əlaqəsinə girməsi, həmin şəxsin tapşırığı ilə narkotik vasitənin və psixotrop maddəni götürmək üçün Abşeron rayonu Saray qəsəbəsinə getməsi tamamilə inkar olunmaqla öz təsqdiqini tapmamışdır. Digər yandan Təqsirləndirilən şəxs mobil telefonu sonuncu dəfə 23:27-də Abşeron rayonu, H.Z.Tağıyev küçəsində qeydə alınması, onun özünün və Şahid3 bildirdiyi kimi saat 01 radələrində tutulması, Saraydakı Bölməyə aparılmaları, onların 4-5 saat qanunsuz saxlanılmaqla işgəncəyə məruz qalması və nəticədə etmədiyi cinayəti etiraf etməsinə məcbur edilməsini bir daha sübut etmiş olur ki, həmin ifadələrin sübut kimi qəbul edilməsi yol verilməzdir. Bundan başqa məhkəmə öz hökmündə göstərmişdir ki, “məhkəmə həmçinin, Şahid3 məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallara tənqidi yanaşır və hesab edir ki, Şahid3 məhkəmədə Təqsirləndirilən şəxs qarşı ifadə verərkən ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli qeyd etdiyi xüsusatlar onların qonşuluq və dostluq münasibətilərinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmasına kömək etmək cəhdi kimi izah olunur. Bu səbəbdən məhkəmə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini daha obyektiv ifadə kimi qəbul edir”. Bununla bağlı bildirmək istəyir ki, Şahid3 məhkəmə istintaqı zamanı onu da, həbs edilə biləcəyindən qorxduğu üçün Samirin əleyhinə, yəni yalan ifadə verdiyini bildirmişdir. Samirin Yaqubla dost və qonşu olmasını əsaslanan məhkəmə nəzərə almamışdır ki, onlar saxlanılın Polis Bölməsinə aparılan zamanda dost və qonşu olmuşlar. Əgər Yaqub qorxmasaydı və ya qorxudulmasaydı elə həmin vaxtda məhkəmənin istinad etdiyi kimi dostluq və qonşuluq münasibətlərini əsas tutaraq Samirə kömək edərdi. Hesab edirlər ki, məhkəmənin gətirdiyi bu dəlil tamamilə əsassızdır. Bundan başqa iş materiallarında olan səs yazılarından göründüyü kimi Şahid3 Samirin tutulması ilə bağlı fərqli fərziyələr irəli sürür, ciddi-cəhdlə onun hansı şəraitdə tutulmasını gizlətməyə və Samirin yaxın müddət ərzində buraxılacağına inandırmağa çalışır. Bütün bunlar isə Yaqubun tutulmağından qorxduğundan və ya tutdurulacağı ilə hədə qorxu gəlindiyini sübut etmiş olur. Bundan başqa məhkəmə öz hökmündə Tünzalə Şahbazovanın və Şahid4 ifadələrinə, həmçinin T.Şahbazova ilə Şahid3 arasında olan danışıqlara heç bir münasibət bildirməmiş, yalnız onları öz hökmündə şadlamaqla işini bitmiş hesab etmişdir. Qeyd olunanlardan göründüyü kimi məhkəmə öz hökmündə şahidlərin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrə nəzərə almamasını prosessual cəhətdən əsaslandırılmamış, əsaslandırma formal olmaqla hakimin işin obyektiv araşdırılmasında maraqlı olmadığım sübut etmiş olur. Beləliklə, təfsir edilənlərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Hacıağa oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1 5.07.2024-cü il tarixli hökmü istinad edilmiş maddi və prosessual normaların tələbləri ilə yanaşı həmçinin aşağıda qeyd edilən, ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə yönələn Cinayət-Prosessual Məcəlləsinin maddələrini pozmuşdur. Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, barəsində olan cinayət işinə yenidən baxılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, ittiham üzrə və verilən cəza ilə razı deyildir. CİNAYƏT PROSESİ İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətlərinin təmin edilməsini, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-78/2024 nömrəli, 15 iyul 2024cü il tarixli hökmünün ləğv edilməsini, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını, əgər Təqsirləndirilən şəxs bəraət verilməsi üçün kifayət qədər əsas olmaması nəticəsinə gələrsə, cinayət işində narkotik vasitənin satışını və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini sübut edən dəlillər olmadığından onun əməlinin CM-nin 234.1-1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Dövlət ittihamçısı2 apellyasiya şikayətlərinin təmin edilməməsini, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-78/2024 nömrəli, 15 iyul 2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üzrə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət qanunvericiliyinin maddəsi üzrə əməlinin sübut olunması ilə əsaslandırmış, cəza təyin edərkən təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran halın olmamasını, yüngülləşdirən hal kimi isə Vətən müharibəsi iştirakçısı olmasını, Qarabağın azad olunması uğrunda gedən döyüşlərdə medallarla təltif olunmasını nəzərə almışdır. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs və müdafiəçisi apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni tədqiq edərək, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə cinayət və cinayətprosessual qanunvericilik normalarına riayət edilməklə qəbul edildiyindən, apellyasiya şikayəti əsassız hesab edilməklə formal mülahizə kimi dəyərləndirilməli, gəlinən nəticənin ləğvi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXBnün polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, 12 mart 2022-ci il tarixdə iş yoldaşı Yalçınla birlikdə post patrul xidməti avtomobili ilə Saray ərazisində hərəkət etmişlər. Gecə saat 04 radələrində Abşeron rayonu Saray qəsəbə ərazisində avtomobillə hərəkətdə olarkən uzaqdan yolun kənarında iki nəfər cavan şəxsi piyada getdiklərini görüb gecə saatları olduğuna görə və ərazidə çoxlu oğurluqlar baş verdiyini nəzərə alaraq həmin şəxslərə maşınla yaxınlaşıb özlərini təqdim edib avtomobildən düşmüşlər. Onlardan həmin ərazidə nə iş gördüklərini,nə səbəbə görə gəldiklərini və ümumiyyətlə bu istiqamətdə sorğu sual etməyə başlamışlar. Samirin ayyaqabılarının palçıqlı olması onları şübhələndirmişdir. Onlardan biri yəni Yaqub cibindən telefon və qəpik, ayyaqqabıları palçıqlı olan Samir adlı şəxs isə köhnə telefon və siqaret qutusu çıxartdıb ona göstərmişdir. Sonra əşyalarını yenidən ciblərinə qoymuşlar. Sonra hər ikisini maşına mindirib Saray polis bölməsinə gətirmişlər. Saray polis bölməsində raport tərtib edərək material təhqiqatçıya həvalə edilmişdir. Vəkilin iştirakı və videoçəkilişlə şəxsi axtarış aparılan zaman özünü Samir kimi təqdim edən şəxs cibində olan bir qədər əvvəl yolun kənarında olan vaxtı göstərdiyi siqaret qutusunu təqdim edib masanın üzərinə qoymuşdur. Siqaret qutusunun içindən iki ədəd büküm aşkar edilmişdir. Həmin bükümlərdə olan maddələrin narkotik vasitə heroin və psixotrop maddə olan metamfetaminə oxşar kütlə olmuşdur. Sorğu zamanı Samir adlı şəxs həmin qutunu yolun kənarında götürdüyünü, içərisində nə olduğunu bilmədirini, tutulmamışdan əvvəl 20 yanvar metrosunun yanında olan tanımadığı şəxsin xahişinə əsasən onları yol kənarından götürdüklərini və Qafqaz Universitetinin yanında həmin şəxsə pul qarşılığında verməli olduqlarını bildirmişdir. Lakin onları saxladığı üçün həmin qutunu verə bilməmişdir. Daha sonra Samirin yanında olan Yaqub adlı şəxsin üzərinə şəxsi axtarış aparılmış və onun üzərindən hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, o, məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir.( cild 1, iş vərəqə 77-79) Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla qonşudurlar. Samirin tutulmamışdan təxminən bir həftə əvvəl telefonu xarab olmuşdur. Samirin narkotik vasitələrin istifadəsi barədə məlumatı yoxdur. Samirin telefonu xarab olduğundan tutulmamışdan bir neçə gün əvvəl Samir ondan özünün istifadəsi üçün mobil telefonunu istəmiş, o telefonu Samirə vermiş, Samir bir neçə gün ərzində öz nömrəsini onun telefonuna salıb istifadə etmişdir. 2022-ci ilin mart ayının 12-də axşam saatlarında yaşadığı evin yaxınlığında görüşüb söhbət edən vaxtı Samir Abşeron rayonunda yaşayan qardaşı ilə görüşməli olduğunu demişdir. İşi olmadığı üçün onunla yol yoldaşı olmağını xahiş etmişdir. Həmin günü saat 22-23 radələrində Samirlə birlikdə Qala qəsəbəsindən çıxıb bir manatlıq taksi ilə «Koroğlu» metrosuna qədər, oradan isə maşından düşüb metroya minib 20 yanvar metrostansiyasına getmişdir. Anar yanlarında olmuş, onlar Samirlə qabaqda getmiş, Anar arxalarında olmuşdur. Onlar Qafqaz universiteti tərəfə gəlmişlər. Oradan biraz aralaşan kimi yoldan keçən post patrul maşını birinci Anara yaxınlaşmışdır. Sonra onları saxlamış və nə üçün orada dayandıqlarını soruşub sənəd tələb etmişlər. Onlardan şübhələndiklərini bildirib Saray polis bölməsinə aparmışlar. Polis bölməsində üzərinə baxış keçirilmiş, heç bir qanunsuz əşya aşkar olunmamışdır. Samirin üstündən bir ədəd sadə telefon, bir ədəd onun verdiyi böyük telefon, iki ədəd alışqan çıxmışdır. Səhər saat 9-un yarısı onu bölmədən buraxmışlar. Samirlə 4-5 saat bölmədə olmuşlar. Samirin qışqırıq səslərini eşitmişdir. O, həmçinin, Samirin bir qızdan xoşu gəldiyini, özünün də həmin qıza yazdığını, Samirin bunu öyrəndiyini qeyd etmişdir. Polislər Anarı buraxmışlar. Onun özünü döyməmişlər, ancaq Samirin qışqırıq səslərini eşitmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid3 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Qala qəsəbəsindəki evinin yaxınlığında qonşuluqda yaşayır. Uşaqlıqdan dostluq edir. Təxminən üç aydır ki, Xiomi markalı 051435-17-68 nömrədən istifadə edir. Samirin tutulmamışdan təxminən bir həftə əvvəl telefonu xarab olmuşdur. Samirin narkotik vasitələrin istifadəsi ilə məşqul olması barədə məlumatı yoxdur və görməmişdir. 13 mart 2022-ci il tarixdə Samirin telefonu xarab olduğu üçün tutulmamışdan bir neçə gün əvvəl Samir ondan özünün istifadəsi üçün mobil telefonunu istədiyi üçün ona vermiş,Samir bir neçə gün ərzində öz nömrəsi ilə onun telefonuna salıb istifadə edirmiş. 2022-ci ilin mart ayının 12-də axşam saatlarında yaşadığı evin yaxınlığında görüşüb söhbət edən vaxtı Samir demiş ki,Abşeron rayonunda yaşayan qardaşı ilə görüşməli və ondan pul almalıdır. İşi olmadığı üçün onunla yol yoldaşı olmağını xahiş etdi. O, etiraz etməmişdir. Həmin günü saat 22-23 radələrində Samirlə birlikdə Qala qəsəbəsindən çıxıb bir manatlıq taksiyə «Koroğlu» metrosuna qədər, oradan isə maşından düşüb metroya minib 20 Yanvar metrostansiyasına getmişlər. 20 Yanvar metrosu tərəfdə digər yol maşına minmək istədikləri vaxtı yanlarına tanımadığı orta yaşlı oğlan yaxınlaşıb, boş olub-olmadıqlarını soruşmuş və Samirin qolundan tutub onu kənara çəkmişdir. Bir neçə dəqiqə onunla söhbət etdikdən sonra Samir qayıtmış və həmin şəxs yoldan keçən maşın saxlatdırıb onları əyləşdirmişdir. Yolda Samirdən həmin adamın kim olduğunu soruşanda həmin adamı tanımadığını, həmin şəxs ona bir ədəd qutunu götürüb bir saat sonra ona çatdırmaq lazım olduğunu demiş, qarşılığında Samirə 100 manat pul verəcəyini bildirmişdir. Maşına minəndə həmin adam sürücüyə Saray yolunun kənarında olan radarın yanına sürməsini demişdir. Artıq saat 02-03 radələrində Saray qəsəbəsinə çatıb maşını yol kənarında saxlatdırmış və maşından düşmüşlər. Samir həmin şəxsə «Qafqaz» universitetinin yanında onları bir saat sonra gözləyəcəyini demişdir. Samir ondan biraz aralaşmış və radar olan yerin yaxınlığında qaranlıq bir yerdə yerdən nəsə götürüb cibinə qoymuşdur. Nə olduğunu ondan soruşanda ona cavab verməmişdir. Onlar oradan biraz aralaşan kimi yoldan keçən post patrul maşını yanlarında saxlamış və nə üçün orada dayandıqlarını soruşub sənəd tələb etmişlər.Üstündə sənəd olmadığı üçün onlardan şübhələndiklərini bildirib Saray polis bölməsinə aparmışlar. Polisdə üzərinə baxış keçirilmiş, heç bir qanunsuz əşya aşkar olunmamışdır.Sonra ona məlum olmuş ki,Samirin yolun kənarından götürüb cibinə qoyduğu qutudan narkotik vasitə aşkar olunmuşdur. Samirlə polis maşınına minəndə yenə həmin qutuda nə olduğunu Samirdən soruşmuş, Samir ona cavab verməmiş və bir söz deməmişdir.( cild 1, iş vərəqə 81-83, 182-184) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid3 12 dekabr 2022-ci il tarixli ifadəsindən görünür ki, Şahid3 əvvəlki ifadəsini təsdiq edərək bildirmişdir ki, səs yazısı qonşuları Samirin atası Hacağagildə yazılmışdır. O səs yazısısın əvvəlcədən yazıldığını bilirmiş. Səsi yazan Hacağanın qardaşı Elmixan öz telefonuna yazmışdır. Səs yazılmamışdan əvvəl ona demişlər ki, Samir onun ifadəsini dəyişəcək və o da onların dediyi kimi dəyişsin, bəlkə Samiri buraxarlar. Nə söyləmək lazım olduğunu ondan soruşanda ona demişlər ki, bölmədə döyüldüklərini, üzərlərindən hər hansı bir qanunsuz əşyanın aşkar olunmadığını, hansısa qızla görüşəcəklərini bildirməyini xahiş etmişlər. O da artıq bezmiş və onlara razılığını vermişdir. Hansı gündə olduğunu xatırlamır, oktyabr ayında o, Hacağanın xahişi ilə onlara getmiş və orada onların verdikləri suallar əsasında əvvəlcədən ona dedikləri kimi də onlara cavab vermiş və onlar onun səsini yazmışlar ki, bəlkə həmin səs yazıda olanlar onun buraxılmasına kömək edəcək. Onun telefonu Samirdə olduğu üçün o kiminlə və nə yazışdığını bilmirmiş. Onlar maşından düşəndə Samir telefonda konuma baxıb demişdir ki, “deyəsən səhv yerə gəlmişik”, lakin sonra yolun kənarına keçib oradan nəsə götürüb baxmadan cibinə qoymuşdur. Həmin vaxt Anar yanlarında deyilmiş və çox aralıda imiş. Samirin də cibinə nə qoyduğunu o bilməmişdir, lakin şübhələnmişdir ki, burda nəsə düz deyil. Qeyd etmişdir ki, nə onu, nə də onun yanında Samiri döyməyiblər və işgəncə verməyiblər. Həmçinin onun döyülmək səsini eşitməmişdir. Həmin qızın kim olduğunu bilmir,sadəcə Tik-Tokda danışmış, yazışmışdır.Dediklərinin heç biri olmamışdır. Bir daha bildirirmişdir ki, bu sözləri o, Hacağanın xahişi ilə yazılan səs yazı olduğu üçün demişdir. Əslində elə bir şey olmayıb. Polis əməkdaşı yoldan hər hansı bir qutu götürüb onlara göstərməyib, üstlərinə də taxmayıblar, sadəcə demişlər ki, ciblərində nə varsa göstərsinlər. Onlar da göstərib yenidən ciblərinə qoymuşlar. Daha sonra bölmədə kimsə onlara təzyiq etməmiş və döyməmişdir, həmçinin Samirin döyülməsini də eşitməmişdir. Bu sözləri dediyi kimi onların xahişinə əsasən demişdir.( cild 1, iş vərəqə 271-272) Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs arvadının əmisi oğludur və onunla normal münasibəti var. Belə ki, axşam saatlarında evdə olan vaxtı Samir yanına gəlib qızla görüşə getdiyini, ona 50 manat pul lazım olduğunu bildirmişdir. Onda pul olmadığı üçün həyat yoldaşında bank kartı olduğunu demiş, Samir bu zaman 50 manat ona borca verməsini istəmiş, qardaşı Sənanın qaytaracağını bildirərərk telefonla qardaşına zəng vurub arvadı ilə danışdırmışdır. X9 bank kartını ona vermiş,o, Samirlə birlikdə yaxınlıqdakı bakomata getmiş və bankomat xırda pul verə bilmədiyindən 100 manat çıxarmışdır. Samir Yaquba zəng vurmuş və ondan gəlməsini xahiş etmiş, həmçinin telefonda Yaquba özü ilə mobil telefonu gətirməsini demişdir. Samirdə mobil telefon adi olduğundan Yaqubdan öz nömrəsini Yaqubun telefonunda Votsap açacağını xahiş etmişdir. Samirin telefonu adi olduğundan Yaqub öz telefonunu ona vermişdir. Bir qədər sonra Samirin istədiyi qızla Yaqubun da danışdığı məlum olmuş, ona görə də aralarında söz-söhbət olmuş, bu səbəbdən Samir “gedək qızla Montində görüşüb söhbət edək.” demişdir. Ona da onlarla getməsi təklif edilmişdir. Birlikdə 1 manatlıq taksi ilə “Koroğlu” metrostansiyasına getmişlər. Metrodan küçəyə çıxmış, Samir Yaqubun telefonu ilə taksi sifariş edəndə “Qafqaz” Universiteti qeyd etmişdir. Samirdən nə üçün «Montinə» getməli olduqları halda həmin yeri sifariş etdiyini soruşanda Samir işi olduğunu demişdir. Taksi gələndən sonra hər üçü taksiyə minmişdir. Yolda Samirə zəng gəlmiş, danışıqlardan qardaşı Sənan olduğunu anlamışdır. Samir qardaşına işi var deyəndə qardaşı ona “gəl yanıma ordan gedib işlərivi görərsən” demişdir. Samirin qardaşı ilə münasibəti olmadığı üçün həmdə gec olduğundan yolda düşmək istəmişdir. Artıq 20 yanvar metrosunu və avtovaqzalı keçmişlər. Dəqiq yadında qalmayan yerdə Samir taksini saxlatdırmış və o düşmüşdür. Yolu digər tərəfə keçəndə təxminən 800 metr irəlidə onların oturduğu taksinin dayandığını və hər ikisinin düşdüyünü görmüşlər. Yoldan keçən taksini saxlatdırıb Qala qəsəbəsinə qayıtmışdır. Sabahısı günü Yaqubla görüşəndə Yaqub Samirin tutulduğunu demişdir. Lakin nə üçün tutulduğunu bilməmişdir. Həmin vaxtı isə onda ümumiyyətlə telefon olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, günorta saatlarında Samir ondan 50 manat pul istəmiş, o da vermişdir. Sonra da Samir qızın yanına getmək üçün paltar alsın deyə gedib kartdan 100 manat çıxarmışdır. Onun oğlunun paltarın geyinib getmişlər. Samirin telefonu sınmış, Samir Yaqub ilə telefon düzəltdirməyə getmişdir. Samir onların evinə gəlib qızla görüşürmüş. Axşam ikisi bir telefonda qızla yazışmışdır. Samirin telefonu sınmış, o nömrəsini Yaqubun telefonuna salmışdır. O, Yaqub, yoldaşı Anar və Samirin eyni vaxt çıxıb qızla görüşə getdiyini bilmişdir. Qız yolda atasının evə gəldiyini, çıxa bilmədiyini demişdir. Oradan Samirin böyük qardaşıgilə gedəcəklərini ona demişlər, yoldaşı Samirin böyük qardaşı ilə danışmadığından maşından düşmüş, onlarla getməmişdir. Samirlə Yaqub getmişlər, bir maşın saxlamış, Yaqub darta-darta Samirlə onun maşına mindirildiyini demişdir. 300 metr o tərəfdə qəbirsanlığın yanında düşün 20 qram narkotik vasitə var, götürün deyilmişdir. Samir narkotik vasitə üçün yox, qardaşıgilə gəldiyini demiş, polislər bez qutusunda 200 qram narkotik vasitə olduğunu, götürməsini təkrar etmişlər. Samir yenə də götürmüyəcəyini bildirmişdir. 2 polis əməkdaşı onları döymüşlər. Yaqub birinci gün onlara hadisəni başqa cür danışmış, qızla görüşə getdiklərini, polisin onları görüb saxladığını, onu buraxdıqlarını, Samiri də 1 sutka saxlayıb buraxacaqlarını demişdir. X12 xəbər yoxdur demişdir. Yaqub “Samiri bölmədə saxlayıblar, gələcək” demişdir. Yaquba “dur gəl bura düzün danış” demişdir. Yaqub bölmədə pul istəyirlər demiş, o da “özüm apararam” demişdir. Yaqub gecə saat 3-də gəlib “bizi iranlı belə tutdu, polislər döydülər” demişdir. Bu vaxt o, Yaqubun telefona səsini yazmağa başlamışdır. Yaqubu əmisigilə aparmış, gecə saat 5-ə kimi Yaqubu danışdırıb səsini yazmışdır. Yaqub, həmçinin “polis Samirin və mənim əlimə telefon verərərk gedin narkotiki axtarın” dediyini qeyd etmişdir. Samirin danışdığı qız, Yaqubla da danışmış, buna görə mübahisələri də olmuşdur. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış X2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2022-ci ilin mart ayının ortalarında Samirlə bir həyətdə yaşadığı üçün axşam saat 17 radələrində Samirlə dostu Yaqub evlərində oturmuşlar. Qapı bir qonşu olduqları üçün bir yerdə böyümüşlər. Həmin vaxtı əri Anar bazarda idi. Samirlə Yaqubun danışığından başa düşmüş ki, onlar bir qız istəyir və həmin qız onların hər ikisi ilə münasibət saxlayır.Samirin telefonu bir gün əvvəl qırıldığı üçün ondan qardaşının telefonuna səs atmağını xahiş etmişdir. Telefonu Samirə vermiş, Samir Sənana səs atıb 50 manat onun kartına göndərməyini xahiş etdi. Sənan bildirdi ki, indi pulu yoxdur yalnız gecə göndərə bilər.Bir qədər sonra əri Anar da gəlmişdir. Sonra onun kartında 100 manat pul olduğu üçün Samirə kartı verib demiş ki, çıxart sonra verər.Onlar üçüdə biraz aralıda olan dükanın yanında bankomatdan pulu çıxarıb evə qayıtmışlar. Samir kartı qaytarmış və 100 manatı götürdüyünü demişdir. Həmçinin bildirdi ki, Sənan göndərəcək. Onların mübahisəsi davam edəndə o bildi ki, Samirin nömrəsi Yaqubun telefonuna salındı və qızla danışmağa başlamışlar. Nə danışdıqlarını isə bilməmişdir.Samir demiş ki, “gedək qızla görüşək”. Saat təxminən 23 radələrində o yatmağa getmişdir.Saat 03 radələrində Yaqubun bacısı ona zəng vurub bildirmiş ki, Samirlə Yaqub yoxdur. Yuxudan duranda Anar evdə idi. Anar ona demiş ki.onlar harasa qızla görüşməyə getmiş, Anar isə yarı yoldan qayıtmışdır. Sabahısı günün axşamı Yaqub onlara gəlmiş və demiş ki, qıza görə Sarayda polislər tərəfindən onları tutmuşlar. Tutulmanın səbəbi isə Samirin boynunda boş güllə olması ilə əlaqədar olmuşdur. Lakin Yaqubda elə bir şey olmadığı üçün onu buraxıblar. Samiri də yaxın saatlarda buraxacaqlar. Sabahısı günü əri Anarın telefonundan Yaquba səs atıb Samirlə maraqlanmış, Yaqub demiş ki, gələcək və 3 gün Samirdən səs çıxmadığı üçün gecə saat 04 radələrində Yaqubu çağırıb əvvəlcədən Anarın telefonu ilə səs yazısına başlayaraq Yaqub evə gələndən sonra ondan sorğu sual etməyə başlamışdır. Yaqub demiş ki, polislər onları tutmuş, Samir cibindəki pul qabını və «çeti» tullamışdır. Polislər tapa bilməmişlər. Sonra onları polisə aparıb toka vermişlər. Həmçinin onları inandırmış ki, Samiri polislər buraxacaqlar. Səsi yazanda əri Anar yanında olmuşdur. Yaqub bildirmiş ki, güya İranlı Samiri satmışdır. Bu söhbətdən sonra başa düşmüş ki, Samir həbs olunub. Samirin qardaşı Sənan telefona ona bildirmiş ki, iranlı Samiri buraxdırmaq istəyir, iranlının kim olduğunu soruşsa da Sənan bir söz deməmişdir. (cild 1, iş vərəqə 179-181, 241-244) Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürülmə aparılması haqqında” 13 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Hacıağa oğlu əynində qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd qara rəngli siqarət qutusunun içərisində 1 ədəd göy rəngli selofana bükülmüş tünd sarımtıl rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə və 1 ədəd ağ rəngli selofana bükülmüş içərisində şəffaf kristalik, spesifik iyə malik psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13 mart 2022-ci il tarixli 6/1457 saylı rəydən görünür ki, “Təqsirləndirilən şəxs” sözləri,soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd Kent markalı siqaret qutusunda bir ədəd bükümdə təmiz çəkisi, 14,275 qram olan qəhvə rəngli maddə kustar üsullar hazırlanmış narkotik vasitə heroindir.Digər bir bükümdə təmiz çəkisi 2,961 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetam indir. (cild 1 iş vərəqə 35-40.) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022ci il tarixli 1736 №-li rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur.Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.(cild 1, iş vərəqə 124-125.) Cinayət işinin materiallarında olan məhkəmə fonoskopik ekspertizasının xx.xx.2022-ci il tarixli 4/1527-4/1535 saylı rəydən görünür ki,bir ədəd ağ rəngli diskdə mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnində «Kİ» kimi nişan olunmuş diktorun səsi və nitqi ehtimal ki, Şahid3 məxsusdur. Bir ədəd ağ rəngli diskdə mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnində «Ql» kimi işan olunmuş diktorun səsi və nitqi ehtimal ki, X3 məxsusdur. Bir ədəd ağ rəngli diskdə mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnində «K2» kimi işan olunmuş diktorun səsi və nitqi ehtimal ki, X11,Şahid4 və ya digər şəxsə məxsus olub-olmamasını tədqiqi hissədə göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. Bir ədəd ağ rəngli diskdə mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnində «КЗ» kimi işan olunmuş diktorun səs və nitqinin X11, Şahid4 və ya digər şəxsə məxsus olub-olmamasım tədqiqi hissədə göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim olunmuş bir ədəd ağ rəngli diskdə olan mübahisəli fonoqramda situasiya ilə əsaslanmayan yarımçıq söz və ifadələr, diktorun emosional-psixoloji vəziyyətinin əsaslanmamış dəyişməsi, danışıqlarda sozlərarası və cümlələrarası məntiqi rabitənin pozulması, yazılışın aparıldığı akustik şəraitə məxsus fonun kəskin dəyişməsi kimi montaj əlamətləri müəyyən olunmadı. Mübahisəli fonoqramın qeydə alındığı yazı qurğusu ekspertiza tədqiqatına təqdim olunmadığından digər dəyişikliklərin olub olmadığını müəyyən etmək mümkün olmadı. Qeyd olunan fonoskopik fonoqramdakı danışıqların yazılı mətnində aşağıdakılar əks olunmuşdur: Q1- Bə demədin ki, sən tapbamışığ nə bilim nə K1- Yox biz səhf yerdə düşmüşdük K2- Bir dənə qardaş maşını/// Q1- Yox e, səhf yerə düşmüsüzsə əyər onu götürməmişsizsə nətər olur? K1-Polis başa saldı ki, Samirə ki, belə denən K2- Ayə siz görmədiz ki, mənim yanımda ... diyanıb .... K1- Ayə nə bilim nağayrım mən? Q1- Diyan e, sən dayan beş dəyqə. Samirə nə dedi? K1- Orda uşaq var idi, bizdən məndən də balaca idi Q1- Hm K1- O başa saldı ki, yəni ki, helə dinən ki, orda ki, biz götürməmişik, sənin üstündə olub yəni özü də bizə iş düşmür, çünki, neçə/// Q1- Ayə, o iranlı deyir ki K1- Hm Q1- Bular tutmuyublar?Mən buraxdırıram diyir K1- Kimi? Q1- Da sizi K1- Ayə o polislər var e, iranlını onsuz da axtarırlar, prostu tuta bilmillər, danışdılar əməlli başlı, prostu bizə iş düşmür. Samir də bu gün gələcək Q1- Nətər olur e...mal alır/// gedirsiz sizə iş düşmür? K1- İş düşmür Allah haqqı düşmür Q1- Ayə gülürlər e, camaat sizə K1- Bərəkət haqqı düşmür Q1- Elə şey ola bilməz e, sən nə danışırsan K1- Samir gələndə görəssən də Q1 - Ə, qramını/// onda yalandan deyirsiz, siz harasa gedmisiz onsuz bu bölməli axtarıb tapacam e, var yoxunu (söyüş) K1 - Axtar da Sahil bölməsindədi dedim get də ora prablem nədi Q1 - Səhər gedəy tezdən K1 - Samir orda deyil K2-Hardadı? K1 - İdarədədi o K2 - Hardadı o? K1 - Sumqayıtda məhkəmə idarəsi Q1 - Ayə gedib bütün bölmələri Sumqayıta ayə gedib gedib gedmisən çıxmısam ı sən çıxanda qol çəkdin da yaqin ki K1 - Hə izahat hə Q1 - Hə onlar var da yaqin ki, orda K1 - Hə izahatlar var da КЗ - Nə yazmısan orda K1 - Hm? İzahatda mən heç nədən xəbərim yoxdur, bizi elə başa saldılar biz ete Samiri prostu bi dənə şey elədi Q1 - Kim başa saldı axı? K2 - Bax ... yanıvızda diyanda nə dediz siz K1 - Polis qayıtdı dediki, axtardığıvızı tapdız. Samir bir az ora bura özü bildi axı patı söhbətidir. İranlı nə bilim nə, kimsə satmışdır o söhbətdə hə, pramoy min maşına, əməlli başlı bizim üst başımızı yoxladılar. Samirin üstündə çet var idi, yaxşı vaxtında tullayıb yerə, kaşeloku tullamışdı e, pramoy, kaşeloku zadı tapdı polis. Kartın zadın üstündə yazılıb axı, ad familiya dedi sən məni dolamısan sən kart sənin deyil?! Aləm dəymişdi birbirinə e. Getdik bir-iki saat yatdıq orda, iki saatdan sonra özüm ölüm tok bi dənə tok verdilər bizə. Səhər-səhər doqquzun yarısı bizi ayırdılar axı. Samiri apardılar mən qaldım orda. Q1 - Sənə kim dedi ki, Samir səhər çıxacaq? K1 - Hm? Orda rəis vardı, təhqiqatçıdır nədir nə zibildi КЗ - Ayə, onu buraxmazlar ayə iyirmi qram malnan nə danışırsan Q1 - Sadəcə səni buraxıblar ki K1 - Mənim üstümdə heç nə yox idi axı. Mənim üstüm tərtəmiz idi. Q1 - Nolsun, görsün hara gedirsən, necə gedirsən K1 - Getsin də, nömrələrim var da orda/// (İş vərəqə : 249-252.) Cinayət işinin materiallarında olan canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli 2898 saylı rəyindən görünür, vətəndaş Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət və xəsarət izi aşkar edilmir.( cild 1, iş vərəqə 287) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına gətirilib ilkin tibbi müayinədən keçirilən zaman bədəni üzərində hər hansı zədə olmadığı bildirilmişdir. Cinayət işinin materiallarında olan Kapital Bank ASC-dən alınmış diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, şahid qismində dindirilmiş Şahid3 və Şahid4 12 mart 2022-ci il tarixdə saat 17:53-də X6 adma olan plastik kartdan ATM vasitəsi ilə pul çıxarmaq üçün bankomatın qarşısında dayanmışlar. Təqsirləndirilən şəxs əlində mobil telefon saxladığı, Yaqub Əliyevin arxasında əynində ağ rəngli gödəkçədə, Şahid4 isə Təqsirləndirilən şəxs yanında əynində boz rəngli gödəkçədə dayanaraq pul əskinazlarını götürərək saydığı müşahidə olunur. (cild 1, iş vərəqə 205- 209) Cinayət işinin materiallarında olan "xxxx" MMCdən daxil olmuş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəyə daxil olan sms mətnlərinin və danışıqlarının habelə anten dairəsinin müəyyən edilməsi üçün NAR MMCdən daxil olmuş bir ədəd CD diskə baxış keçirilmişdir. Baxışla müəyyən olundu ki, Təqsirləndirilən şəxs sonuncu dəfə 12 mart 2022-ci il tarixdə saat 22:23-də ********** nömrə ilə əlaqə saxlamışdır. Həmin nömrənin sahibi «Bolt» taksi şirkətində işləyən xx.xx.1982-ci ildə anadan olmuş X7r. Daxil olan və çıxan zənglərin siyahısından istintaq əhəmiyyəti kəsb edən başqa məlumat əldə edilməmişdir. Anten dairəsinin siyahısından məlum olur ki, sonuncu dəfə xx.xx.2022-ci ildə saat 23:27:42-də Təqsirləndirilən şəxs mobil telefonu Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev küçəsində qeyd olunmuşdur. Həmçinin SMS tarixçələrinin siyahısından görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefon nömrəsi 12 mart 2022-ci il tarixdə saat 20:55-də digər bir cihazda «Whatsapp» mobil tətbiqdə qoşulmuşdur. Bunula da baxış zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrə 12 mart 2022-ci il tarixdə saat 20:55-dən yeni bir cihazda «Whatsapp» mobil tətbiqdə qoşulmuşdur.(cild 1, iş vərəqə 168-171) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının 9-cı bəndində göstərmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inam görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlibgəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini saxlama ilə bağlı ittiham verilmişdir. Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilməmiş, ittihamda göstərilən narkotik vasitənin və psixotrop maddələrin ona aidiyyəti olmamasını bildirmiş, gəlinən nəticədən müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində ona bəraət verilməli olmasını mübahisələndirmişlər. Apellyasiya icraatı zamanı bəraət verilməyəcəyi təqdirdə əməlin CM-nin 234.1-1-ci maddəsinə tövsif edilməklə cəza təyin edilməsini də xahiş etmişlər. Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilməsə də, onun ittiham əməlini törətməsi ibtidai istintaq zamanı müdafiəçi qismində dindirilərkən etirafedici ifadəsi, şahidlərin ifadələri, şəxsi axtarış keçirilməsinə dair və digər protokollarla, ekspert rəyləri, eləcə də, narkotik vasitənin və psixotrop maddənin götürülməsinə dair video çəkilişlə təsdiq edilir. Təqsirləndirilən şəxs təzyiq altında təqsirin etirafına dair ifadələr verilməsi, ittiham üzrə özünü təqsirli bilməsini mübahisələndirsə də, həmin xüsusat məhkəmə nəzarəti qaydasında mübahisələndirilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinin ikinci yarımbəndində qeyd edilmişdir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” iş üzrə (32132/07) 31 iyul 2014-cü il tarixli qərarında qeyd olnmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər. Həbsdə polis nəzarəti altında olan insanların işində olduğu kimi, sözügedən hadisələr bütünlükdə və ya qismən dövlət orqanlarının müstəsna səlahiyyəti daxilində olduqda, belə saxlanma zamanı yaranan xəsarətlərlə bağlı ciddi fakt prezumpsiyası yaranır”. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsdən ilkin etirafedici ifadələrin fiziki və ya psixoloji təzyiq altında alınması barədə dəlillərin əsassız hesab edilməlidir. Müdafiə tərəfinin mübahisələndirdiyi sübutlardan Şahid3 ifadəsində fərqliliklər, onunla bağlı səs yazıları, ona dair ekspertiza rəyinin müqayisəli təhlili onun ifadəsinin mötəbər sübut kimi qəbul edilməsini mümkünsüz edir. Çünki məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəsinə yönələn ifadə verdiyi halda, ibtidai istintaqda ittihamın təsdiqinə yönələn və onu inkar edən ifadələr vermişdir. Bu isə ifadənin mötəbərliliyinin şübhə altına alınmasını qaçılmaz edir. Hər hansı bir sübut o zaman mötəbər sübut kimi qəbul edilə bilər ki, ziddiyyətli hallardan hali olmalı, digər sübutla təkzib edilməməklə təsdiq edilməlidir. Lakin şahid ifadəsində olan ziddiyyətli xüsusatlar onun mötəbər sübut kimi qəbul edilməsini mümkünsüz edir. Müdafiə tərəfinin istinad etdikləri digər şahid ifadələri Şahid4 və T.Şahbazovanın ifadəsi ittihamın təkzibi üçün yetərli sübut kimi dəyərləndirilə bilinməz, ona görə ki onlar bilavasitə hadisəni görməmiş, həmçinin təqsirləndirilən şəxslə də qohumluq münasibətləri vardır. Apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı əldə edilməklə tədqiq edilmiş toplanılmış sübutlar arasında ziddiyyətli hallar yaratmadığından, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün kifayət qədər sübutlar topladığını və həmin sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirdiyi qənaətini qaçılmaz edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarı). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Belə olan halda məhkəmə kollegiyası təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə saxlamaqla bağlı ittihamın əsaslı hesab edilməsi nəticəsinə dair birinci instasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərini və həmin şikayət üzrə əsaslandırmaları formal mülahizə kimi dəyərləndiririr. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olduğundan, həmin hissədə də gəlinən nəticə ilə razılaşır. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.( cild 1, iş vərəqə 75) Cinayət işinin materiallarında olan sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2020-ci ildə Qarabağın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, “Ağdamın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Kollegiya qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası, təqsirləndirilən şəxsin islah edilməsi və həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən cəzanı ağırlaşdıran halın olmamasını və yüngülləşdirən halın olmasını nəzərə almışdır. Təqsirləndirilən şəxsin törətmiş olduğu əməl üzrə aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin növü, miqdarı nəzərə alınarsa onun barəsində təyin edilmiş cəzanın törədilmiş əməlin ictimai təhlükəliliyinə uyğun olmaqla, qanuni və əsaslı olmaqla, ədalətli hesab edilməlidir. Çünki təyin edilmiş cəzadan da yüngül cəzanının təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bundan əlavə onun tərəfindən törədilmiş əməl bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd təşkil edir ki, bu da cəmiyyətdə mənfi emosiyalar doğurmaqla onun şəxsiyyətini, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına təsiri cəzanın məqsəd və prinsipləri baxımından ədalətli hesab edilməlidir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara əsasən apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizə kimi dəyərləndirildiyindən apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-78/2024 nömrəli, 15 iyul 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-78/2024 nömrəli, 15 iyul 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar