Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-694/2024 30.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin apellyasiya instansiya məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru X3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Qusar Rayon Məhkəməsinin 1(029)- 74/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə (videokonfrans vasitəsi ilə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Qusar Rayon Məhkəməsinin 1(029)-74/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.İ.Cəlilov) Təqsirləndirilən şəxs (xx xxxxxxx 1984-cü il tarixdə Qusar rayonu, Hil kəndində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş (Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş) məhkumluğu ödənilməmiş, Qusar şəhəri, Əzizbəyov küçəsi, ev 34-də qeydiyyatda olan və Qusar rayonu Balaqusar kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 1 (bir) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 15 may 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, 14 may 2024-cü il tarixdə, saat 18 radələrində Qusar şəhəri ərazisində istintaqa məlum olmayan mənbədən 01 ədəd kibrit qutusunda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək özü ilə daşıyıb üzərində saxlamış, onun cüzi bir hissəsini 14 may 2024-cü il tarixdə axşam saatlarında istifadə etmiş, 15 may 2024- cü il tarixdə, saat 17:50 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “Family” mağazasının qarşısında saxlanılmış və həmin gün saat 18:41 radələrində üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zaman əynində olan qara rəngli idman gödəkçənin sol qolunun bilək hissəsinin altından həmin narkotik vasitədən qalıq qalmış 01 ədəd kibrit qutusunda təmiz çəkisi 0,721 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan xeyli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Apellyasiya protestinin dəlilləri: Dövlət ittihamçısı apellyasiya protesti verərək Qusar Rayon Məhkəməsinin 1(029)- 74/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli hökmünün dəyişdirilərək, Təqsirləndirilən şəxs cinayətlərin təhlükəli residivinə görə cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə yekun qərarında gəldiyi nəticəni onunla əsaslandırmağa çalışmışdır ki, Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67, 76.6.3-cü maddəsinə əsasən 3 il müddətinə azadıqdan məhrumetmə cəzasına məhkum edilsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Qusar Rayon məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli hökmünə münasibətdə məhkumluğu ödənilmişdir. Belə ki, şəxs məhkəmənin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Təqsirləndirilən şəxs Qusar Rayon Məhkəməsinin 09 oktyabr 2019-cu ii tarixli hökmü ilə məhkum olunduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən " az ağır" cinayətlər təsnifatına aid olmuşdur. Məhkəmə hesab edir ki, həmin əmələ görə hazirki iş üzrə məhkumluq ödənilmişdir. Bundan başqa məhkəmə səhvə yol verib Təqsirləndirilən şəxs cinayətin təhlükəli residivinə görə deyil, təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 03 ii müddətə azadlıqdan məhrum etmə cəzasinın üçdə ikisindən az cəza təyin etmişdir. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya instansiya məhkəməsində dövlət ittihamçısı çıxış edərək birinci instansiya məhkəməsi tərəfindən cinayət qanunun normasının düzgün tətbiq olunmadığını, təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın qanuni olmadığını bildirərək apellyasiya protestinin təmin edilməsini, Qusar Rayon Məhkəməsinin 1(029)-74/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli hökmünün dəyişdirilməsini xahiş etdi. Məhkum edilmiş şəxs və onun müdafiəçisi apellyasiya instansiyası məhkəməsində çıxış edərək apellyasiya protestinin təmin olunmaması , Qusar Rayon Məhkəməsinin 1(029)-74/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli hökmünün dəyişdiirlmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Apellyasiya protestinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya protestinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya protesti təmin edilməli, Qusar Rayon Məhkəməsinin 1(029)-74/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli hökmü dəyişdirilməlidir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməkdə özünü təqsirli bilmişdir. Onun əməli səmimi etirafından başqa, iş üzrə dindirilmiş şahidlərin ifadəsi, ekspertiza rəyləri, eləcə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarla tam sübut olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın əsaslılığını müzakirə edərək aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə 10 ay, 22 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi təqsirli bilinirək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmış, xx.xx.2023-cü il tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay, 01 gün hissəsi vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki hökmlər üzrə təqsirli bilinib məhkum edildiyi əməllər cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Eynu zamanda CM-nm 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər 2 dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi hər hökm üzrə məhkumluqları ödənilməmişdir. Onun əməlində cinayətlərin təhlükəli residivi olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hökmdə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivinin olmasına görə deyil, cinayətin residivinin olması ilə bağlı qanunun normasının tətbiqində yalnışlığa yol verib nəticə etibarı ilə təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan müddətdən aşağı həddə, yəni 01 ii 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin CM-nin 234.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi 3 il müddətə azadlıqdan məhrum etmə cəzasıdır. Həmin cəzanın 2/3 hissəsi 2 il müddət təşkil etməsinə baxmayaraq, məhkəmə Təqsirləndirilən şəxs 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Beləliklə də, birinci instansiya məhkəmə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 11-ci bəndində göstərilmişdir ki, cinayətlərin residivi, təhlükəli residivi və xüsusi təhlükəli residivi zamanı cəza təyin edərkən, məhkəmələr Cinayət Məcəlləsinin 65.1 və 65.2-ci maddələrində göstərilmiş halları nəzərə almalıdırlar. Birinci instansiya məhkəmələri tərəfindən həmin qaydaların pozulduğu hallarda, apellyasiya instansiya məhkəməsi dövlət ittihamçısının apellyasiya protestinə və ya zərərçəkmişin apellyasiya şikayətinə əsasən, hökmü Cinayət-Prosessual Məcəlləsinin 397.2, 398.1.4, 399.1.4, 399.1.5, 403, 404 və 405.1-ci maddələrinə uyğun olaraq dəyişdirməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya protestində göstərilən dəlillər əsaslı sayılaraq protest təmin edilməli, Qusar Rayon Məhkəməsinin 1(029)-74/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli hökmü dəyişdirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Qusar Rayon Məhkəməsinin 1(029)-74/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilərək ona həmin maddə ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq olunmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün apellyasiya instansiyası məhkəməsinin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş 5 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 vəkil işlədiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına 30 manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 193, 397, 398.1.4, 407- 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Qusar Rayon Məhkəməsinin 1(029)- 74/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya protesti təmin edilsin. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya baxışı zamanı məhkəmədə hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil Müdafiəçi2 05 (beş) iş saatı üçün 30 (otuz) manat Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddələrində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(105)-694/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-694/2024
30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver