Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-7/2021 21.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, Səfərəliyeva Gülnar Mirzahid qızının katibliyi, dövlət ittihamçısı X19, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, müdafiəçilər X16, Müdafiəçi12, X13, Müdafiəçi14, Müdafiəçi13, Müdafiəçi1, zərərçəkmiş şəxsin hüquqi varisi X6 iştirakı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1, 182.3.2 və 221.2.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1, 182.3.2, 221.2.1-ci və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1, 182.3.2 və 221.2.1-ci maddələri, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs5 müdafiəçisi Müdafiəçi5, Təqsirləndirilən şəxs3, müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs1, müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs4, müdafiəçisi X13 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli hökmü ilə (Hakim A.İ.Paşayevin sədrliyi, hakimlər Ə.Q.Quliyev və İ.X.Həsənzadədən ibarət tərkibdə) 20 avqust 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1, 182.3.2 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11-ci maddələri ilə 18 (on səkkiz) il müddətə, 144.2.3, 144.2.4, 144.2.6-cı maddələri ilə 9 (doqquz) il müddətə, 182.3.1, 182.3.2-ci maddələri ilə 12 (on iki) il müddətə, 221.2.1-ci maddəsi ilə isə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 06 aprel 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. 29 avqust 1993-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1, 182.3.2, 221.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11-ci maddələri ilə 17 (on yeddi) il müddətə, 144.2.3, 144.2.4, 144.2.6-cı maddələri ilə 9 (doqquz) il müddətə, 182.3.1, 182.3.2-ci maddələri ilə 12 (on iki) il müddətə, 221.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə, 234.1-ci maddəsi ilə isə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 03 aprel 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1, 182.3.2 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11-ci maddələri ilə 17 (on yeddi) il müddətə, 144.2.3, 144.2.4, 144.2.6-cı maddələri ilə 9 (doqquz) il müddətə, 182.3.1, 182.3.2-ci maddələri ilə 12 (on iki) il müddətə, 221.2.1-ci maddəsi ilə isə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 cinayətlərin məcmusu üzrə qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 11 iyul 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. 21 avqust 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6-cı maddələri ilə 9 (doqquz) il müddətə, 182.3.1, 182.3.2-ci maddələri ilə isə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsi tətbiq edilməklə, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs4 cinayətlərin məcmusu üzrə qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 22 iyun 2017-ci il tarixdən hesablanması qərara alınmışdır.ır xx xxxxxx 1984-cü il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bahar” yaşayış massivində ünvansız fərdi tikilidə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.6, 182.3.1 və 182.3.2ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.6-cı maddələri ilə 9 (doqquz) il müddətə, 182.3.1, 182.3.2-ci maddələri ilə isə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs5 cinayətlərin məcmusu üzrə qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 30 oktyabr 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 2017-ci ilin mart ayında Bakı və Xırdalan şəhərlərində özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və digər şəxslərlə mütəşəkkil dəstədə birləşərək, dəstə üzvlərindən İran İslam Respublikasının vətəndaşı olan digər şəxsin 2016-cı ildən etibarən şərikli kommersiya fəaliyyəti ilə məşğul olduğu Zərərçəkmiş şəxs ona olan 30.000 ABŞ dolları məbləğində borcunu qaytarmadığını iddia edərək, Zərərçəkmiş şəxs oğurlanaraq şəxsiyyəti üzərində zor tətbiq olunmaqla qeyd olunan pul vəsaitinin tələb olunub alınaraq öldürülməsi barədə sifarişini digər dəstə üzvü “Miri” adlı şəxs vasitəsilə alıb icrasına razılaşmış, Zərərçəkmiş şəxs yaşadığı ünvanı, hərəkət marşrutunu, əməllərinin törədilməsi üçün əlverişli vaxt, məkan, üsul və vasitələr müəyyənləşdirildikdən sonra, dəstə üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4la birlikdə özünün idarə etdiyi “Mercedes Benz” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşınla 29 mart 2017-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs yaşadığı Xırdalan şəhəri, H.Əliyev prospekti, 23 saylı evin qarşısına gəlib onun əl və baş nahiyəsindən tutaraq həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, iradəsi əleyhinə avtomaşına mindirib Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Manqal” adlı kafeyə apararaq oğurlamış, daha sonra orada onları gözləyən dəstə üzvləri Təqsirləndirilən şəxs3 və digər şəxslə birlikdə Zərərçəkmiş şəxs özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələmiş, həmçinin əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmaqla İran İslam Respublikasının vətəndaşı olan şəxsə verməli olduğu 51.660 (əlli bir min altı yüz altmış) manata bərabər 30.000 ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitini hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs pulunun olmadığını bildirdikdə dəstə üzvləri Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və digər şəxslə birlikdə onun əl və baş nahiyəsindən tutub həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, iradəsi əleyhinə onun idarə etdiyi “Mercedes Benz” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşına mindirərək, əvvəlcədən əldə olunmuş razılığa əsasən digər dəstə üzvü Təqsirləndirilən şəxs5 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bahar yaşayış massivində yerləşən bağ evinə apararaq, orada Zərərçəkmiş şəxs paltarlarını soyunduraraq bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirməklə, özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələyərək, İran İslam Respublikasının vətəndaşına verməli olduğu külli miqdarda pul vəsaitini yenidən hədə-qorxu ilə tələb etmiş, barəsində edilən zorakılıq səbəbindən hədəni real qəbul edən Zərərçəkmiş şəxs qeyd olunan pul vəsaitinin əvəzinə ilkin olaraq arvadına məxsus qızıl-zinət əşyalarını verməyə razılaşması ilə əlaqədar saat 23 radələrində onu yaşadığı Xırdalan şəhərində yerləşən evinə apararaq arvadı X7 məxsus 15.000 manat dəyərində bir cüt brilyant qaşlı sırğa və bir ədəd qızıl üzük dəstini qəbul edib ələ keçirdikdən sonra növbəti gün saat 11 radələrində görüşməyə razılaşmış, daha sonra cinayət əməllərini davam etdirərək 30 mart 2017-ci il tarixdə, saat 18 radələrində yenidən dəstə üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və digər şəxslə birlikdə Xırdalan şəhərinə gəlib Zərərçəkmiş şəxsla görüşmüş, sonuncu qızıl-zinət əşyalarının satılmasında iştirak etmək istəmədiyini bildirdikdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Karvan“ çay evinə aparılması barədə dəstə üzvü Təqsirləndirilən şəxs2 göstəriş vermiş, özü isə Təqsirləndirilən şəxs3 və dəstə üzvü olan digər şəxslə birlikdə qızıl-zinət əşyalarını satmaq üçün ayrı-ayrı zərgərlərə təklif etmiş, mütəşəkkil dəstənin tələblərini qane edən qiymət verilmədiyindən hədə-qorxu ilə ələ keçirdikləri qızıl əşyalarını satmayaraq özlərində saxlayıb, saat 22 radələrində Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Karvan“ çay evinə gəlib, orada dəstə üzvü Təqsirləndirilən şəxs2la birlikdə gözləyən Zərərçəkmiş şəxs əlavə pul vəsaitlərinin verilməsini hədə-qorxu ilə tələb edərkən aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və dəstə üzvü olan digər şəxslə birlikdə çay evinin qarşısına çıxaraq küçədə bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına ləyaqətini alçaldan nalayiq ifadələr işlədərək, ətrafda olan digər şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs qarşı zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək sonuncunun sifət nahiyəsinə yumruq zərbələri endirib ona alın nahiyəsinin sağ və orta hissəsinin, sağ almacıq, burun və üst dodağın sağ hissəsinin sıyrıqları, sağ gözün üst qapağının qançırı, üst dodağın sağ hissəsinin selikli qişasının əzilmiş yarası kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə xuliqanlıq etmiş, Zərərçəkmiş şəxs hücum edən şəxslərlə gücünün uyğunsuzluq təşkil etdiyini görüb özünü müdafiə edib həyat və sağlamlığına zərər vuran şəxslərin ictimai təhlükəli qəsdlərinin qarşısını almaq məqsədilə istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində gəzdirdiyi odlu silah olan 9 mm kalibrli “Pietro Beretta” markalı tapançadan atəşlər açarkən, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxsla əlbəyaxa olmuş, sonuncunun qəsdən öldürülməsi ilə bağlı əvvəlcədən planlaşdırılmış və mütəşəkkil dəstənin vahid niyyəti ilə ifadə olunan məqsədinə nail olmaq üçün dəstə üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və digər şəxsin müdaxiləsi ilə Zərərçəkmiş şəxs müqaviməti qırıldıqda sonuncunun əlindən silahı alıb ətrafda olan şəxslərin həyatı üçün təhlükə yaratmasına məhəl qoymayaraq onun sağ gicgah alın nahiyəsinə bir dəfə atəş açmaqla Zərərçəkmiş şəxs qəsdən başın dəlib keçən güllə yarasından ibarət olub baş beyin toxumasının dağılması və hissəvi evakuasiyası, kəllə tağı və əsası sümüklərinin qəlpəli sınıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olub ölümünə səbəb olan ağır dərəcəli bədən xəsarəti yetirməsi ilə onu mütəşəkkil dəstə tərkibində ümumi təhlükəli üsulla, tamah məqsədilə, sifarişlə, hədə-qorxu ilə tələb etməklə əlaqədar qəsdən öldürmüşdür. Təqsirləndirilən şəxs2 2017-ci ilin mart ayında Bakı və Xırdalan şəhərlərində özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və digərləri ilə mütəşəkkil dəstədə birləşib, həmin dəstənin tərkibində aparılmış vəzifə bölgüsünə əsasən üzərinə düşən vəzifələri yerinə yetirərək, dəstə üzvlərindən İran İslam Respublikasının vətəndaşı olan digər şəxsin 2016-cı ildən etibarən şərikli kommersiya fəaliyyəti ilə məşğul olduğu Zərərçəkmiş şəxs ona olan 30.000 ABŞ dolları məbləğində borcunu qaytarmadığını iddia edərək, Zərərçəkmiş şəxs oğurlanaraq şəxsiyyəti üzərində zor tətbiq olunmaqla qeyd olunan pul vəsaitinin tələb olunub alınaraq öldürülməsi barədə sifarişini dəstə üzvü “Miri” adlı şəxs vasitəsilə alıb icrasına razılaşaraq, Zərərçəkmiş şəxs yaşadığı ünvanı, hərəkət marşrutunu, əməllərinin törədilməsi üçün əlverişli vaxt, məkan, üsul və vasitələr müəyyənləşdirildikdən sonra, dəstə üzvləri Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1lə birlikdə, sonuncunun idarə etdiyi “Mercedes Benz” markalı, **-HE-*** dövlət nömrə nişanlı avtomaşınla 29 mart 2017-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs yaşadığı Xırdalan şəhəri, H.Əliyev prospekti, 23 saylı evin qarşısına gedib əl və baş nahiyəsindən tutaraq həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, iradəsi əleyhinə avtomaşına mindirib Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Manqal” adlı kafeyə apararaq oğurlamış, orada onları gözləyən dəstə üzvləri Bilal Bayarmov və digər şəxslə birlikdə Zərərçəkmiş şəxs özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələmiş, Təqsirləndirilən şəxs1 əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmaqla İran İslam Respublikasının vətəndaşı olan şəxsə verməli olduğu 51.660 (əlli bir min altı yüz altmış) manata bərabər 30.000 ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitini hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs pulunun olmadığını bildirdikdə dəstə üzvləri Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və digər şəxslə birlikdə əl və baş nahiyəsindən tutub həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, iradəsi əleyhinə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşına mindirərək, əvvəlcədən əldə olunmuş razılığa əsasən digər dəstə üzvü Təqsirləndirilən şəxs5 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bahar yaşayış massivində yerləşən bağ evinə apararaq, orada Zərərçəkmiş şəxs paltarlarını soyunduraraq bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirməklə, özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələyərək, dəstə üzvü olan İran İslam Respublikası vətəndaşına verməli olduğu külli miqdarda pul vəsaitini yenidən hədə-qorxu ilə tələb etmiş, barəsində edilən zorakılıq səbəbindən hədəni real qəbul edən Zərərçəkmiş şəxs qeyd olunan pul vəsaitinin əvəzinə ilkin olaraq arvadına məxsus qızıl-zinət əşyalarını verməyə razılaşması ilə əlaqədar saat 23 radələrində onu yaşadığı Xırdalan şəhərində yerləşən evinə gətirərək arvadı X7 məxsus, 15.000 manat dəyərində brilyant qaşlı bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük dəstini qəbul edib ələ keçirdikdən sonra növbəti gün saat 11 radələrində görüşməyə razılaşmış, daha sonra cinayət əməllərini davam etdirərək 30 mart 2017-ci il tarixdə, saat 18 radələrində yenidən dəstə üzvləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və digər şəxslə birlikdə Xırdalan şəhərinə gedib Zərərçəkmiş şəxsla görüşmüş, sonuncu qızıl-zinət əşyalarının satılmasında iştirak etmək istəmədiyini bildirdikdə Təqsirləndirilən şəxs1 göstərişi ilə onu Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Karvan“ çay evinə aparmış, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və digər şəxs qızıl-zinət əşyalarını satmaq üçün ayrı-ayrı zərgərlərə təklif etmiş, mütəşəkkil dəstənin tələblərini qane edən qiymət verilmədiyindən hədə-qorxu ilə ələ keçirdikləri qızıl əşyalarını satmayaraq özlərində saxlayıb, saat 22 radələrində Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Karvan“ çay evinə gedərək Zərərçəkmiş şəxs əlavə pul vəsaitinin verilməsini hədə-qorxu ilə tələb edərkən aralarında yaranmış mübahisə zamanı çay evinin qarşısına çıxaraq küçədə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və digər şəxslə birlikdə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına ləyaqətini alçaldan nalayiq ifadələr işlədərək ətrafda olan digər şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs qarşı zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlər edilərək, sonuncunun sifət nahiyəsinə yumruq zərbələri endirilib ona alın nahiyəsinin sağ və orta hissəsinin, sağ almacıq, burun və üst dodağın sağ hissəsinin sıyrıqları, sağ gözün üst qapağının qançırı, üst dodağın sağ hissəsinin selikli qişasının əzilmiş yarası kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirilməsi ilə bir qrup şəxs halında xuliqanlıq etmiş, Zərərçəkmiş şəxs hücum edən şəxslərlə gücünün uyğunsuzluq təşkil etdiyini görüb özünü müdafiə edib həyat və sağlamlığına zərər vuran şəxslərin ictimai təhlükəli qəsdlərinin qarşısını almaq məqsədilə istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində gəzdirdiyi odlu silah olan 9 mm kalibrli “Pietro Beretta” markalı tapançadan atəşlər açarkən, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxsla əlbəyaxa olmuş, o, sonuncunun qəsdən öldürülməsi ilə bağlı əvvəlcədən planlaşdırdılmış və mütəşəkkil dəstənin vahid niyyəti ilə ifadə olunan məqsədinə nail olmaq üçün əlverişli şərait yarandığını görüb dəstə üzvləri Təqsirləndirilən şəxs3 və digər şəxslə birlikdə müdaxilə edərək Zərərçəkmiş şəxs müqavimətini qırmaqla özünü müdafiə imkanını şüurlu surətdə məhdudlaşdırmış, bundan istifadə edən Təqsirləndirilən şəxs1 tərəfindən silahın Zərərçəkmiş şəxs əlindən alınıb ətrafda olan şəxslərin həyatı üçün təhlükə yaratmasına məhəl qoymayaraq Zərərçəkmiş şəxs sağ gicgah alın nahiyəsinə bir dəfə atəş açılmaqla ona qəsdən başın dəlib keçən güllə yarasından ibarət olub baş beyin toxumasının dağılması və hissəvi evakuasiyası, kəllə tağı və əsası sümüklərinin qəlpəli sınıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olub ölümünə səbəb olan ağır dərəcəli bədən xəsarəti yetirilməsi ilə Zərərçəkmiş şəxs mütəşəkkil dəstə tərkibində ümumi təhlükəli üsulla, tamah məqsədilə, sifarişlə, hədə-qorxu ilə tələb etməklə əlaqədar qəsdən öldürülməsində birgə icraçı qismində iştirak etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 5,88 qram çəkidə narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəni qurudulmuş marixuananı şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edib üstündə saxlamış, 31 mart 2017-ci il tarixdə, saat 21:40-da Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu, Quşçuluq massivində saxlanılaraq şəxsi axtarışı keçirilərkən həmin narkotik vasitə əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd kibrit qutusunda aşkar edilib götürülmuşdür. Təqsirləndirilən şəxs3 2017-ci ilin mart ayında Bakı və Xırdalan şəhərlərində özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və digərləri ilə mütəşəkkil dəstədə birləşib həmin dəstənin tərkibində aparılmış vəzifə bölgüsünə əsasən üzərinə düşən vəzifələri yerinə yetirərək, dəstə üzvlərindən İran İslam Respublikasının vətəndaşı olan digər şəxsin 2016-cı ildən etibarən şərikli kommersiya fəaliyyəti ilə məşğul olduğu Zərərçəkmiş şəxs ona olan 30.000 ABŞ dolları məbləğində borcunu qaytarmadığını iddia edərək, Zərərçəkmiş şəxs oğurlanaraq şəxsiyyəti üzərində zor tətbiq olunmaqla qeyd olunan pul vəsaitinin tələb olunub alınaraq öldürülməsi barədə sifarişini dəstə üzvü “Miri” adlı şəxs vasitəsilə alıb icrasına razılaşaraq, Zərərçəkmiş şəxs yaşadığı ünvanı, hərəkət marşrutunu, əməllərinin törədilməsi üçün əlverişli vaxt, məkan, üsul və vasitələr müəyyənləşdirildikdən sonra, 29 mart 2017-ci il tarixdə, saat 17 radələrində dəstə üzvləri Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən, sonuncunun idarə etdiyi “Mercedes Benz” markalı, **- HE-*** dövlət nömrə nişanlı avtomaşınla Zərərçəkmiş şəxs yaşadığı Xırdalan şəhəri, H.Əliyev prospekti, 23 saylı evin qarşısından əl və baş nahiyəsindən tutularaq həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edilməklə, iradəsi əleyhinə avtomaşına mindirilib oğurlanaraq onun digər dəstə üzvü ilə birlikdə gözlədiyi Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Manqal” adlı kafeyə gətirilmiş, orada dəstə üzvləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və digər şəxs ilə birlikdə Zərərçəkmiş şəxs özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələmiş, Təqsirləndirilən şəxs1 əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmaqla dəstə üzvü İran İslam Respublikasının vətəndaşına verməli olduğu 51.660 (əlli bir min altı yüz altmış) manata bərabər 30.000 ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitini hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs pulunun olmadığını bildirdikdə dəstə üzvləri Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və digər şəxslə birlikdə onun əl və baş nahiyəsindən tutub həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, iradəsi əleyhinə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz” markalı, **-HE-*** dövlət nömrə nişanlı avtomaşına mindirərək əvvəlcədən əldə olunmuş razılığa əsasən digər dəstə üzvü Təqsirləndirilən şəxs5 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bahar yaşayış massivində yerləşən bağ evinə apararaq orada Zərərçəkmiş şəxs paltarlarını soyunduraraq bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirməklə, özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələyərək, İran İslam Respublikasının vətəndaşına verməli olduğu külli miqdarda pul vəsaitini yenidən hədə-qorxu ilə tələb etmiş, barəsində edilən zorakılıq səbəbindən hədəni real qəbul edən Zərərçəkmiş şəxs qeyd olunan pul vəsaitinin əvəzinə ilkin olaraq arvadına məxsus qızılzinət əşyalarını verməyə razılaşması ilə əlaqədar saat 23 radələrində onu yaşadığı Xırdalan şəhərində yerləşən evinə apararaq arvadı X7 məxsus, 15.000 manat dəyərində brilyant qaşlı bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük dəstini qəbul edib ələ keçirdikdən sonra növbəti gün, saat 11 radələrində görüşməyə razılaşmış, cinayət əməllərini davam etdirərək 30 mart 2017-ci il tarixdə, saat 18 radələrində yenidən dəstə üzvləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və digər şəxslə birlikdə Xırdalan şəhərinə gəlib Zərərçəkmiş şəxsla görüşmüş, sonuncu qızıl-zinət məmulatının satılmasında iştirak etmək istəmədiyini bildirdikdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs Xırdalan şəhəri, 28ci məhəllədə yerləşən “Karvan“ çay evinə aparılması barədə dəstə üzvü Təqsirləndirilən şəxs2 göstəriş vermiş, o, Təqsirləndirilən şəxs1 və digər şəxs isə birlikdə qızıl-zinət əşyalarını satmaq üçün ayrı-ayrı zərgərlərə təklif etmiş, mütəşəkkil dəstənin tələblərini qane edən qiymət verilmədiyindən hədə-qorxu ilə ələ keçirdikləri qızıl əşyalarını satmayaraq özlərində saxlayıb saat 22 radələrində Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Karvan“ çay evinə gələrək Zərərçəkmiş şəxs əlavə pul vəsaitlərinin verilməsini hədə-qorxu ilə tələb edərkən aralarında yaranmış mübahisə zamanı çay evinin qarşısına çıxaraq küçədə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və digər şəxslə birlikdə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına ləyaqətini alçaldan nalayiq ifadələr işlədərək ətrafda olan digər şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs qarşı zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlər edilərək sonuncunun sifət nahiyəsinə yumruq zərbələri endirilib ona alın nahiyəsinin sağ və orta hissəsinin, sağ almacıq, burun və üst dodağın sağ hissəsinin sıyrıqları, sağ gözün üst qapağının qançırı, üst dodağın sağ hissəsinin selikli qişasının əzilmiş yarası kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirilməsi ilə bir qrup şəxs halında xuliqanlıq etmiş, Zərərçəkmiş şəxs hücum edən şəxslərlə gücünün uyğunsuzluq təşkil etdiyini görüb özünü müdafiə edib həyat və sağlamlığına zərər vuran şəxslərin ictimai təhlükəli qəsdlərinin qarşısını almaq məqsədilə istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində gəzdirdiyi odlu silah olan 9 mm kalibrli “Pietro Beretta” markalı tapançadan atəşlər açarkən, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxsla əlbəyaxa olmuş, o, sonuncunun qəsdən öldürülməsi ilə bağlı əvvəlcədən planlaşdırdılmış və mütəşəkkil dəstənin vahid niyyəti ilə ifadə olunan məqsədinə nail olmaq üçün əlverişli şərait yarandığını görüb dəstə üzvləri Təqsirləndirilən şəxs2 və digər şəxslə birlikdə müdaxilə edərək Zərərçəkmiş şəxs müqavimətini qırmaqla özünü müdafiə imkanını şüurlu surətdə məhdudlaşdırmış, bundan istifadə edən Təqsirləndirilən şəxs1 tərəfindən silahın Zərərçəkmiş şəxs əlindən alınıb ətrafda olan şəxslərin həyatı üçün təhlükə yaratmasına məhəl qoymayaraq Zərərçəkmiş şəxs sağ gicgah alın nahiyəsinə bir dəfə atəş açılmaqla ona qəsdən başın dəlib keçən güllə yarasından ibarət olub baş beyin toxumasının dağılması və hissəvi evakuasiyası, kəllə tağı və əsası sümüklərinin qəlpəli sınıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olub ölümünə səbəb olan ağır dərəcəli bədən xəsarəti yetirilməsi ilə Zərərçəkmiş şəxs mütəşəkkil dəstə tərkibində ümumi təhlükəli üsulla, tamah məqsədilə, sifarişlə, hədə-qorxu ilə tələb etməklə əlaqədar qəsdən öldürülməsində birgə icraçı qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs4 2017-ci ilin mart ayında Bakı və Xırdalan şəhərlərində özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və digərləri ilə mütəşəkkil dəstədə birləşib, həmin dəstənin tərkibində aparılmış vəzifə bölgüsünə əsasən üzərinə düşən vəzifələri yerinə yetirərək, dəstə üzvlərindən İran İslam Respublikasının vətəndaşı olan digər şəxsin 2016-cı ildən etibarən şərikli kommersiya fəaliyyəti ilə məşğul olduğu Zərərçəkmiş şəxs ona olan 30.000 ABŞ dolları məbləğində borcunu qaytarmadığını iddia edərək, Zərərçəkmiş şəxs oğurlanaraq şəxsiyyəti üzərində zor tətbiq olunmaqla qeyd olunan pul vəsaitinin tələb olunub alınaraq öldürülməsi barədə sifarişini dəstə üzvü “Miri” adlı şəxs vasitəsilə alıb icrasına razılaşaraq, Zərərçəkmiş şəxs yaşadığı ünvanı, hərəkət marşrutunu, əməllərinin törədilməsi üçün əlverişli vaxt, məkan, üsul və vasitələr müəyyənləşdirildikdən sonra, dəstə üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə birlikdə, sonuncunun idarə etdiyi “Mercedes Benz” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşınla 29 mart 2017-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs yaşadığı Xırdalan şəhəri, H.Əliyev prospekti, 23 saylı evin qarşısına gəlib əl və baş nahiyəsindən tutaraq həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, iradəsi əleyhinə avtomaşına mindirib Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Manqal” adlı kafeyə apararaq oğurlamış, orada onları gözləyən dəstə üzvləri Təqsirləndirilən şəxs3 və digər şəxslə birlikdə Zərərçəkmiş şəxs özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələmiş, Təqsirləndirilən şəxs1 əli ilə onun sifət nahiyəsinə vurmaqla İran İslam Respublikasının vətəndaşına verməli olduğu 51.660 (əlli bir min altı yüz altmış) manata bərabər 30.000 ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitini hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs pulunun olmadığını bildirdikdə dəstə üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və digər şəxslə birlikdə əl və baş nahiyəsindən tutub həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, onu iradəsi əleyhinə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşına mindirərək əvvəlcədən əldə olunmuş razılığa əsasən digər dəstə üzvü Təqsirləndirilən şəxs5 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bahar yaşayış massivində yerləşən bağ evinə apararaq, orada Zərərçəkmiş şəxs paltarlarını soyunduraraq bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirməklə, qolu ilə boyun nahiyəsini sıxmaqla özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələyərək, İran İslam Respublikasının vətəndaşına verməli olduğu 30.000 ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitinin hədə-qorxu ilə tələb edilməsində, onların qanunsuz hərəkətləri səbəbindən hədəni real qəbul edən Zərərçəkmiş şəxs qeyd olunan pul vəsaitinin əvəzinə ilkin olaraq arvadına məxsus qızıl-zinət əşyalarını verməyə razılaşdırılmasında, həmin tarixdə saat 23 radələrində Xırdalan şəhərində Zərərçəkmiş şəxs 15.000 manat dəyərində brilyant qaşlı bir cüt sırğa və bir ədəd üzükdən ibarət xeyli miqdarda əmlakının hədə-qorxu ilə tələb edilib alınmasında mütəşəkkil dəstənin üzvü kimi birgə icraçı qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs5 2017-ci ilin mart ayında Bakı və Xırdalan şəhərlərində özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və digərləri ilə mütəşəkkil dəstədə birləşib, həmin dəstənin tərkibində aparılmış vəzifə bölgüsünə əsasən üzərinə düşən vəzifələri yerinə yetirərək, dəstə üzvü olan İran İslam Respublikası vətəndaşının 2016-cı ildən etibarən şərikli kommersiya fəaliyyəti ilə məşğul olduğu Zərərçəkmiş şəxs ona olan 30.000 ABŞ dolları məbləğində pul borcunu qaytarmadığını iddia edərək, Zərərçəkmiş şəxs oğurlanaraq onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bahar yaşayış massivində yerləşən bağ evinə gətirilib şəxsiyyəti üzərində zor tətbiq olunmaqla qeyd olunan pul vəsaitinin tələb olunub alınması barədə sifarişini dəstə üzvü Təqsirləndirilən şəxs1 aldıqdan sonra, cinayətin törədilməsinə əlverişli şərait yaratmaq üçün öz ailə üzvlərini qayınatasının Bakı şəhəri, Əhmədli qəsəbəsində yerləşən evinə aparmış, digər dəstə üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 sonuncunun idarə etdiyi “Mercedes Benz” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşınla 29 mart 2017-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs yaşadığı Xırdalan şəhəri, H.Əliyev prospekti, 23 saylı evin qarşısına gəlib onun əl və baş nahiyəsindən tutaraq həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, iradəsi əleyhinə avtomaşına mindirib Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Manqal” adlı kafeyə apararaq oğurlamış, orada onları gözləyən dəstə üzvləri Təqsirləndirilən şəxs3 və digər şəxslə birlikdə Zərərçəkmiş şəxs özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələmiş, Təqsirləndirilən şəxs1 əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmaqla İran İslam Respublikası vətəndaşına verməli olduğu 51.660 (əlli bir min altı yüz altmış) manata bərabər 30.000 ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitini hədəqorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs pulunun olmadığını bildirdikdə dəstə üzvləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və digər şəxs tərəfindən əl və baş nahiyəsindən tutulub həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, iradəsi əleyhinə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşına mindirilərək onun evinə gətirilib, orada Zərərçəkmiş şəxs paltarları soyundurularaq bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirilməklə, özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələnərək İran İslam Respublikasının vətəndaşına verməli olduğu 30.000 ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitinin hədə-qorxu ilə tələb edilməsində, onların qanunsuz hərəkətləri səbəbindən hədəni real qəbul edən Zərərçəkmiş şəxs qeyd olunan pul vəsaitinin əvəzinə ilkin olaraq arvadına məxsus qızıl-zinət əşyalarını verməyə razılaşdırılmasında, həmin tarixdə saat 23 radələrində Xırdalan şəhərində Zərərçəkmiş şəxs 15.000 manat dəyərində brilyant qaşlı bir cüt sırğa və bir ədəd üzükdən ibarət xeyli miqdarda əmlakının hədə-qorxu ilə tələb edilib alınmasında mütəşəkkil dəstənin üzvü kimi birgə icraçı qismində iştirak etmişdir. Apelyasiya şikayətlərinin dəlilləri: Təqsirləndirilən şəxs5 müdafiəçisi Müdafiəçi5 apelyasiya şikayətində Bakı Agır Cinayətlər Məhkəməsinin 18 dekabr 2018-ci il tarixi hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3; 144.2.6 182.3.1; 182.3.2-ci maddələri ilə barəsində başlanmış cinayət təqibinə əməlində cinayət tərkibi olmadığına görə bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Müdafiəçi apelyasiya şikayətində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs5 qarşı irəli sürülmüş ittihamla razı deyil və aşağıda göstərilən hallara əsasən onun təqsiri sübuta yetirilməmişdir. Belə ki, ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-**, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** və Təqsirləndirilən şəxs1 Oqtay oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrələrin hərəkət trayektoriyaları, danışıqlar aparılan zaman mobil nömrələrin qeydə alındığı antenna dairələri və sms yazışmalarına dair məlumatlar olan telefona baxış keçirilməsinə dair 29 aprel 2017-ci il tarixli protokoldan məlum olur ki, mart ayı ərzində Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəsinə mart ayı ərzində 100-ü 29 və 30 mart tarixlərində olmaqla cəmi 227 dəfə zəng olunmuşdur. Həmçinin, 29 mart tarixində Zərərçəkmiş şəxs Hövsan qəsəbəsində Təqsirləndirilən şəxs5 məxsus evdə olarkən, saat 20:51-dən 20:55-dək həmin mobil nömrə ilə əlaqə saxlamış, 197 saniyə danışıq aparmışdır. Mart ayının 30-da isə 14:09- da 36 saniyə, 15:34-də 129 saniyə, 16:16-da 22 saniyə, 16:34-də 09 saniyə, 17:00-da 79 saniyə, 17:04-də 15 saniyə, 17:12-də 236 saniyə, 19:39-da 6 saniyə, 20:03-də 5 saniyə, 20:11-də 19 saniyə, 20:18-də 24 saniyə həmin nömrə ilə danışıq aparmışdır. Hesab edir ki, eyni nömrə ilə hadisə günündə Zərərçəkmiş şəxs bu qədər sıx intensivliklə əlaqə saxlaması və onun Hövsandakı evdə məcbur saxlanıldığı iddia edildiyi zaman bu qədər uzun müddət telefonla danışıq apara bilməsi şübhə doğuran və diqqət çəkən bir məqamdır. Həmçinin Zərərçəkmiş şəxs ölməzdən əvvəl sonuncu dəfə həmin nömrə ilə əlaqə saxlamışdır. Düşünür ki, ***-***-**-** mobil nömrəsinin kimə məxsus olduğunun müəyyən edilməsi iş üçün əhəmiyyətli faktların aşkarlanması istiqamətində böyük rol oynayacaqdır. Bundan sonrə müəyyən edilmişdir ki, qeyd olunan nömrənin sahibi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbuhi göstərmişdir ki, həqiqətəndə o, Zərərçəkmiş şəxsla 29 mart 2017-ci ildə danışmışdır və onlar telefonla danışarkən özünü sərbəst aparmış və heç bir hədə qorxu və ya ona qarşı hər-hansı bir qeyri qanuni hərərkət edilməmişdir. Təqsirləndirilən şəxs3 apelyasiya şikayətində işinə yenidən düzgün və ədalətli baxılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi3 apelyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2018-ci il tarixi hökmünün Təqsirləndirilən şəxs3 dair hissədə ləğv edilməsini və onun əməlində cinayət tərkibi olmadığı üçün bəraət verilməsini xahiş etmişdir. Müdafiəçi apelyasiya şikayətində qeyd edir ki, həmin hökmü Təqsirləndirilən şəxs3 dair hissədə qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlarda hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 125.1.-ci maddəsinə əsasən “Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər”. Əgər baş vermiş cinayət hadisəsinə diqqət yetirilsə Təqsirləndirilən şəxs3 ona görə məhkum edilmişdir ki, cinayət işi üzrə digər məhkumlarla əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup təşkil etmişdir. Lakin Təqsirləndirilən şəxs3 onlarla əlbir olmağı barədə heç bir dəlil sübutu yoxdur. Azərbaycan Respublikası CPM-nin 125.2.-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda zorakılıq, hədə-qorxu, aldatma və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Qanunun 125.3.-cü maddəsinə əsasən isə bu Məcəllənin 125.2.-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və əldə olunan dəlillər, cinayət hadisəsində hal şahidlərinin olmaması, yəni şahidlərin hadisədə iştirak etmədən özgədən eşitdiklərinə görə məlumat vermələri Azərbaycan Respublikası CPM-nin 124.1.-ci maddəsinin tələblərinə əsasən məhkum Təqsirləndirilən şəxs3 əməlində cinayət əlamətlərinin olmamasını, cinayətin onun tərəfindən törədilməsini, onun təqsirli olmamasını sübut edir. Yəni, ittihamın Təqsirləndirilən şəxs3 aid hissədə dəlil, sübut olmadığı təsdiqlənir. Cinayət işi üzrə məhkum Təqsirləndirilən şəxs3 verilmiş ittihamların sübut olunmamasına baxmayaraq qeyd edilmiş şübhəli hallar onun ziyanına təfsir edilmişdir. Təqsirləndirilən şəxs1 apelyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv edib əməlində cinayət tərkibi olmadığından cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 apelyasiya şikayətində qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin barəsində çıxardığı 18.12. 2018-ci il tarixli hökmü ilə razı deyil və ona elan edilmiş ittihamı qərəzli, qeyriobyektiv, tam araşdırılmadan verilmiş, məhkəmə isə həmin itihamı olduğu kimi köçürərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları araşdırmadan ona ittiham hökmü çıxarmışdır. Qeyd edir ki, məhkəmə tərəfindən onun və qeyrilərinin mütəşəkkil dəstə şəklində birləşmiş, nə də sifarişlə adam öldürmələri sübuta yetirilməmiş, verilmiş ittiham yalnız əsassız ehtimallar üzərində qurulmuşdur. Bundan başqa məhkəmə uydurma “Miri” adlı şəxsin mövcud olmasını sübuta yetirə bilməmişdir. Onun və qeyrilərinin mütəşəkil dəstə şəklində birləşməsi də sübuta yetirilməmişdir. Cinayət törədiməsində heç bir vəzifə bölgüsü aparmamışlar və göstərilən cinayəti törətməmişlər. Hökmdə mütəşəkkil dəstə üzvləri arasında hər hansı bir bölgünün aparılması öz əksini tapmamışdır. Qeyd edir ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə, 29.03.2017-ci il tarixində 17:28-dən başlayaraq Əhmədli və Hövsan qəsəbələrində gəldikləri vaxtlar nəzərə alınmaqla günün sonuna qədər 23 telefon zəngi olub, zənglərdən 12 danışığı olub, onlardan 13-ü onun tərəfindən edilib, digər 10 zəng ona daxil olub. Həmçinin 29 mart tarixində Zərərçəkmiş şəxs Hövsan qəsəbəsində Təqsirləndirilən şəxs5 məxsus evdə olarkən, 4 müxtəlif telefon nömrəsi ilə danışığının olması və orada olduğu müddətdə vaxtının çoxunu telefonla danışdığı faktdır. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs 29.03.2017-ci il tarixdə saat 23:00 radələrində evinə qayıtmış oradan qızılları götürərək yenidən Əhmədli qəsəbəsinə könüllü şəkildə qayıtmışdır. Göstərilənlər ona əsas verir ki, 29.03.2017 və 30.03.2017-ci il tarixlərdə Zərərçəkmiş şəxs azadlığı və hərəkətləri məhdudlaşdırılmamışdır. Yəni o, sərbəst şəkildə istədiyi qədər telefonla danışmış və heç kimə ona hər-hansı bir təzyiqlərin olmasını, onun oğurlanması haqqında məlumatlar və hüquq mühafizə orqanlarına şikayət verməmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 apelyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 18.12.2018-ci il tarixli 1(101)-390/2018 saylı hökmünü Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1; 120.2.4; 120.2.5; 120.2.11; 144.2.3; 144.2.4; 144.2.6; 182.3.1; 182.3.2; 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməsinə dair hissədə ləğv edərək, ona elan edilmiş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi səbəbindən barəsində bəraət hökmü qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi apelyasiya şikayətində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1; 120.2.4; 120.2.5; 120.2.11-ci maddələri ilə ittiham olunması tamamilə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündə və istintaq ittihamında göstərilir ki, Zərərçəkmiş şəxs hücum edən şəxslərlə gücünün uyğunsuzluq təşkil etdiyini görüb özünü müdafiə edib həyat və sağlamlığına zərər vuran şəxslərin ictimai təhlükəli qəsdlərinin qarşısını almaq məqsədilə istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində gəzdirdiyi odlu silah olan 9 mm kalibrli “Pietro Beretta” markalı tapançadan atəşlər açarkən, o, Zərərçəkmiş şəxsla əlbəyaxa olmuş, sonuncunun qəsdən öldürülməsi ilə bağlı əvvəlcədən planlaşdırdılmış və mütəşəkkil dəstənin vahid niyyəti ilə ifadə olunan məqsədinə nail olmaq üçün əlverişli şərait yarandığını görən dəstə üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Samir Kazımovun müdaxiləsi ilə Zərərçəkmiş şəxs müqaviməti qırıldıqda sonuncunun əlindən silahı alıb ətrafda olan şəxslərin həyatı üçün təhlükə yaratmasına məhəl qoymayaraq onun sağ gicgah alın nahiyəsinə bir dəfə atəş açmaqla Zərərçəkmiş şəxs qəsdən öldürmüşlər. Hesab edir ki, istintaq tərəfindən və məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs1 və qeyrilərinin nə mütəşəkkil dəstə şəkilində birləşməsi, nə də sifarişlə adam öldürmələri sübuta yetirilməmiş, hökm yalnız əsassız ehtimallar üzərində qurulmuşdur. Bundan əlavə istintaq uydurma “Miri” adlı şəxsin mövcud olmasını da sübuta yetirə bilməmişdir. Məhkəmə bu nəticəyə gəlməsini cinayət işində şahid qismində dəvət olunmuş Şahid2 Asif oğlunun ifadəsinə əsaslanırdı. Halbuki, şahid məhkəmə istintaq zamanı bildirdi ki, o ölüm anının şahidi olmamış digər şəxslərlə birlikdə yalnız mərhumun artıq ölmüş vəziyyətini görmüşdür, gülləni kimin atdığını görməmişdir və məhkəməyə qədər istintaq zamanı onun adından yazılmış ifadəsini oxumadan imzalamışdır. Onun bu ifadəsi 06.04.2018-ci il tarixli məhkəmə iclas protokolunun 104-106-cı səhifələrində öz əksini tapmışdır. Şahid2 adından məhkəməyə qədər istintaq zamanı iş materiallarına əlavə olunmuş şahid ifadəsinin uydurma və həqiqətə uyğun olmaması aşağıda göstərilən hallarla sübuta yetirilir. Şahid2 ifadəsində göstərir ki, Valeh adlı şəxs, onun arxasınca, Təqsirləndirilən şəxs1, qiyabi tanıdığı Xırdalan şəhər sakini olan Kənan, tanımadığı digər 2 və ya 3 nəfər şəxsin çölə çıxdıqlarını görmüşdür. Halbuki, cinayət işində şahid qismində dindirilmiş Şahid3 Teymur oğlu və X17 öz ifadələrində göstərirlər ki, ilk öncə əvvəldən Kənanla gələn tanımadığı şəxs, ondan təxminən 2-3 dəqiqə sonra Xəyal, Samir, Kənan və digər tanımadığı şəxs kafedən çölə çıxmışlar. Elmar həmçinin guya ifadəsində göstərir ki, o, həmin vaxt «Karvan» çay evi ilə «515» çay evinin arasında yerləşən parkın içərisində olmuş, Təqsirləndirilən şəxs1 öz ifadəsində göstərir ki, ona qarşı atılan ilk atəş parkın içərisindən olub, lakin bu fakt istintaq orqanı tərəfindən aydınlaşdırılmayıb. Elmar ifadəsində göstərir ki, hava qaranlıq olsa da, «Karvan» çay evinin qarşısı işıqlı olduğundan baş verənləri görmüşdür. Bu vaxt Xəyalla Valeh tutaşmışlar. Xəyal Valehin qollarından tutaraq onun atəş açmasına mane olmuşdur. Amma buna baxmayaraq Valeh əlindəki tapançadan atəş açmışdır. Xəyal və Valeh tutaşaraq «Karvan» çay evinin yanındakı avto yuma məntəqəsi istiqamətində getmişlər. Onların getdikləri istiqamətdən atəş səsləri eşidilmişdir. Atəş səslərinin bəziləri gur, bəziləri isə yavaş səslə eşidilmişdir. Hansı güllə ki, Xəyala dəymiş həmin atəş küt, hansı atəş ki, boşa açılmış onun səsi gur eşidilmişdir. Elmarın guya verdiyi bu ifadə həqiqətə uyğun gəlmir belə ki, Valehlə Xəyal tutaşmış vəziyyətdə olsaydılar bu fakt digər sübutlarla təsdiqlənərdi, yəni tutaşmanın izləri onların əynindəki paltarlarda, dırnaqlarında, tutaşma anı silah və barıtın izləri onların hər ikisinin üzərində olardı, bundan əlavə bu səhnə heç-bir şəkildə Xəyalın arxadan iki güllə yarasının almasına aydınlıq gətirmir. Əksinə cinayət işinin materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında 31 mart 2017-ci il tarixli protokoldan görünür ki, atəşin açılma yerlərinə işarə edən gilizlər hadisə yerindən 20, 18, 15, 12 və sairə məsafələrdə aralı olub. Bundan əlavə məhkəmə istintaqı zamanı ekspert qismində dəvət edilmiş Şahid7 suallarına cavab verərkən bildirmişdir ki, Təqsirləndirilən şəxs1 açılan atəş 1 metrdən artıq məsafədən olmuşdur, bu hal özlüyündə Valehlə Xəyal arasında hər hansı bir tutaşmanın olmasını istisna edir. Şahid7 bu ifadəsi 16.03.2108-ci il tarixli məhkəmə iclas protokolunun 93-cü səhifəsində də öz əksini tapmışdır. Elmar həmçinin guya ifadəsində göstərmişdir ki, sonuncu atəş açılarkən ətrafda olan insanlardan kimsə qışqıraraq «Vurdular» demişdir. Lakin həmin şəxs kimin vurulduğunu deməmişdir. Eləcə də o, həmin sözü konkret olaraq kimin dediyini bilməmişdir. Bu ifadə belə həqiqət hesab edilsə, belə məlum olur ki, hadisə zamanı orada kifayət qədər şahid olmuşdur lakin istintaq orqanlarının qeyri-peşəkar fəaliyyəti nəticəsində həmin şəxslər müəyyən edilməmişdir. Bundan əlavə bildirmək istəyir ki, törədilən cinayətlərin açılmasında mühüm rol oynayan və müşahidə kameraları tətbiq olunana qədər beynəlxalq kriminalistik statistika üzrə açılan cinayətlərin 80% təşkil edən lakin hazırki vəziyyətdə təyin olunmuş məhkəmə daktiloskopik ekspertizası əl izlərinin aydın olmaması səbəbindən müsbət nəticəsini verməmişdir. Belə ki, cinayətin aləti olan tapancanı tutmaq üçün bütövlükdə əlin 5 barmağının və ovucun silahla təmasda olunması digər əllə isə silahın döyüş vəziyyətinə gətirmək lazım gərəkdir və bu vəziyyətdə metal silahın bütün hissələrindən o cümlədən döngəli hissələrindən və silahın üzərində atəş nəticəsində bişmiş barmaq izlərinin təmizlənməsi üçün xüsusi vasitələr və zaman lazımdır. Nəzərə alınsa ki, şahidlər Şahid3 Teymur oğlu, X17 verdikləri ifadələrdə göstərirlər ki, 5-6 atəş səsindən 2-3 dəqiqə sonra çölə çıxdılar və digər Şahid4 məhkəməyə verdiyi ifadəsində göstərir ki, eşitdiyi atəş səsindən 3-4 dəqiqə sonra Xəyal onlara gəlmişdir. Onun bu ifadəsi 09.03.2018-ci il tarixli məhkəmə iclas protokolunun 94-95-ci səhifələrində bir neçə yerdə, həmçinin, məhkəmə hökmündə də öz əksini tapmışdır. Bu hal hadisədən dərhal sonra silahın üzərində olan barmaq izlərinin silinməsi imkanını tamamilə istisna edir. Hesab edir ki, məhkəmə xüsusilə nəzərə almalıdır ki, istintaq Zərərçəkmiş şəxs tərəfindən həmin silahdan atəş açmasını qəbul etməsinə baxmayaraq silahın üzərindən Nəcəfovun da əl və barmaq izləri aşkar olunmamışdır. Bundan əlavə qeyd etmək istəyir ki, silahdan atəş açılan zaman bu hal atəşin əlavə faktorları ilə müşayiət olunur, yəni atəş zamanı silahın barıtının izləri və yaxud silahın mexanizminin yağlarının izləri və bu izlərin heç bir Kompleks məhkəmə trasoloji və ballistik ekspertizasının 4 may 2017-ci il tarixli 8241/8242/8243/8244 nömrəli rəyinə əsasən (Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs məxsus sol və sağ əlin tampon nümunələrindən atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilmədi) Təqsirləndirilən şəxs1 aşkar edilməmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş X24 və X20 ifadələrində bildirirlər ki, tanımadığı bir nəfər şəxsin üzü üstə yerdə uzandığını və onun nəfəs aldığını görüblər. Hesab edir ki, bu faktın özü də qəsdən adam öldürmə halını istisna edir belə ki, cinayət təcrübəsinə əsasən şəxs qəsdən öldürülərkən cinayətkarlar zərərçəkmişə yalnız bir xəsarətin yetirilməsilə kifayətlənməyərək əlavə ölümcül xəsarətlər də yetirirlər. Eyni zamanda məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iş materiallarında olan “meyitin ekspertizası” protokolunda göstərilmiş Zərərçəkmiş şəxs sifət nayihələrində göstərilən dərəcəsi müəyyən olunmayan xəsarətlərin yaranma səbəbi onun üzü üstünə düşməsi nəticəsində yaranması istisna edilmir. Məhkəmənin istinad etdiyi Məhkəmə tibbi bioloji ekspertizasının 18 may 2017-ci il tarixli 197/2017-MTBŞ nömrəli rəyindən Zərərçəkmiş şəxs məxsus uzunqol kofta və qolsuz mayka üzərində həmçinin alfa aqqlyutinini də alındı. Bu qan ləkələri Balfa/H/(lll) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Lakin göstərilən ləkələrdə bir neçə şəxsin qanı olduğu halda, bu ləkələrdə həmçinin O (1) qruplu şəxsin, o cümlədən Təqsirləndirilən şəxs1 də qarışmış qanının olması mümkündür kimi qiymətləndirilməsi əsassızdır. Belə ki həmin rəylə diqqətlə tanış olsaq görərik ki, ekspert qarşısında qoyulan 1-ci sualda mərhum Zərərçəkmiş şəxs paltarlarının üzərində Təqsirləndirilən şəxs1 qanının olub-olmaması qoyulduğu üçün ekspert rəyində göstərmişdir ki, “göstərilən ləkələrdə bir neçə şəxsin qanı olduğu halda, bu ləkələrdə həmçinin 0(1) qruplu şəxsin, o cümlədən Təqsirləndirilən şəxs1 də qarışmış qanının olması mümkündür” yəni istənilən qan qruplu şəxsin ola bilər. Beləlikə bu rəydə Nəcəfovun öldürülməsində bilavasitə Təqsirləndirilən şəxs1 təqsirini sübuta yetirmir. Məhkəmənin istinad etdiyi digər hal isə Məhkəmə-materialşünaslıq ekspertizasının 19 aprel 2017-ci il tarixli 8245 nömrəli rəyində Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvarın üzərindən tapılmış mavi rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlməsidir. Hesab edir ki, bu yanaşmada tamamilə yanlışdır belə ki, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs1 iş materiallarından göründüyü kimi iki gün ərzində yaxın təmasda olublar yəni onlar bir yerdə oturub və yanaşı hərəkətlər etmişlər və bu zaman onların şalvarlarının bir-birinə toxunması istisna oluna bilməz. Əgər onların dırnaqlarının altından bir birinin paltarlarının lifləri tapılsaydı bu onlar arasında tutaşmanın göstəricisi olardı. Hesab edir ki, baş verən hadisənin ən obyektiv və həqiqətə uyğun olması məhz müdafiəçisi olduğu Təqsirləndirilən şəxs1 tərəfindən verilən ifadədir. Belə ki, o qeyd edir ki, “Kafedən çıxdıqdan sonra təxminən 4-5 addım atdıqdan sonra siqaret çıxardaraq, yandırdım. Bu zaman “Karvan” çay evinin önündə yerləşən parkdan bir səs eşitdim. Səs Valehə məxsus idi və o mənə dedi ki, sən məni təhqir etdin?, məni vurdun? Bundan sonra ani olaraq silah səsi eşitdim və hiss etdim ki həmin silah zərbəsi boşa getdi. Bundan sonra mən hamıya qaçın deyib qaçmağa başladım bu zaman ikinci səsi eşitdim və hiss etdim ki həmin güllə mənim qarın nahiyəmdən dəydi və mən yıxıldım (məs bu and Xəyalın əlindən maşının açarı düşə bilərdi), yenidən qalxıb qaçmağa başladım. Bu zaman Kənan da mənim yanımda idi ona da təcili qaçıb canını qurtarmasını bildirdim. Elə həmin an yenidən bir güllənin sağ çiyin nahiyəsindən dəyməsini hiss etdim və yenə də qaçmağa davam etdim. Həmin zaman yaxınlıqda olan dostum Qvaminin də yaşadığı evin önünə çatanda binanın önünə dönmək istəyən zaman, yenidən bir silah zərbəsi mənim sol bilək nahiyəmdən dəydi. Bu zaman mən yenə də yıxıldım və təcili qalxaraq, həmin binanın blokuna daxil oldum və dostum Qvaminin yaşadığı evə qalxdım. Bundan sonra Qvami mənim yaralı olduğumu görüb, təcili-tibbi yardım stansiyasına zəng etdi. Təcili tibbi yardım briqadası gələrək məni xəstəxanaya apardı. Bundan sonra nə baş verməsindən xəbərim yoxdur. Qeyd edirəm ki, mən Qvaminin yaşadığı bloka daxil olduqdan sonra 1-2 silah səsi daha eşitmişdim”. Belə ki, Xəyal tərəfindən 06.04.2017-ci il tarixində verilən ilk ifadəsi zamanı onun istintaqın əlində olan sübutlardan məlumatı yox idi və onun verdiyi ifadə istintaq materiallarında olan sübutlarla təsdiqlənir. Yəni iş materiallarına əlavə olunmuş Abşeron rayon polis idarəsindən daxil olmuş 14 aprel 2017ci il tarixli 128- 66652-1217 nömrəli məktuba əlavə edilən 1 ədəd video diskdən görünür ki, Xəyal yıxılır və onun yıxılma tərzi həqiqətən də güllənin dəyməsi səbəbindən ola bilər, O Kənanla birlikdə təlaş içində qaçır və Qvaminin olduğu bloka daxil olur. Bundan əlavə Hadisə yerinə baxış keçirilməsi haqqında 31 mart 2017-ci il tarixli protokoldan Qarajın “jalüz” tipli qapısının üst hissəsində 1 ədəd dəlik vardır. “Karvan çay evi” ilə üzbəüz fasadı yaşıl rəngdə “alkapon’la üzlənmiş binanın sol yan divarının kənarında, meyitdən 20 metr məsafədən 1 ədəd giliz, həmin gilizdən 2,2 metr, meyitdən 18 metr məsafədən 1 ədəd giliz, bu gilizdən 3 metr, meyitdən 15 metr məsafədən 1 ədəd giliz, meydançanın mərkəzində meyitdən 12 metr sağ tərəfdə və sonuncu qeyd olunan gilizin aşkar olunduğu yerdən 11 metr məsafədən 1 ədəd giliz, həmin gilizdən 8 metr, eləcə də meyitdən 8 metr məsafədən 1 ədəd giliz, “Kişi salonu”nun divarının sol dibindən, meyitdən 12 metr, axırıncı qeyd olunan gilizdən isə 5 metr məsafədən 1 ədəd giliz aşkar edilərək götürülmüşdür. “Kişi salonu”nun yerləşdiyi binanın ön divarının 3 metr hündürlüyündə zədə vardır. Həmin binadan 3 metr məsafədə asfalt üzərindən əzilmiş halda 1 ədəd güllə aşkar edilərək götürülməsi qeyd edilir və həmin protokolda qeyd edilən gilizlərin yerləri xəyalın təsvir etdiyi situasiyaya daha yaxındır. Bundan başqa Təqsirləndirilən şəxs1 avtomobilinin açarının Zərərçəkmiş şəxs meyitinin yanından tapılması məsələsi məhkəmə istintaqı zamanı şahidlər Qurbanov Elvin və Cəfərov Zaur tərəfindən “Karvan” çay evinin qarşısından tapılaraq ora qoyulması aydınlaşdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid X14 bildirmişdir ki, hadisə günü Xəyal ona zəng etmiş, ona yaralı olduğunu və xəstəxanaya aparıldığını demişdir. Eldar dərhal özünü xəstəxanaya çatdırmış və Xəyalın gətirilməsi ilə eyni vaxtda xəstəxanaya gəlmişdir. O, Xəyalın xərəyə qoyulmasına və içəri aparılmasına kömək edərkən, Xəyalın “Valehdən bunun qisasını alacağam, ondan mənə etdiyi hərəkətin hesabını soruşacağam” kimi ifadələr sayıqladığını eşitmişdir. Bu halda bilavasitə Xəyalın Valehin ölümündən xəbəri olmadığını təsdiqləyir. Zərərçəkmiş şəxs ölümündə Xəyal və qeyrilərinin əlinin olmaması digər faktlada öz əksini tapır, hadisə baş verən günü həmin ərazidə həm Xəyalın həmdə Kənanın maşınları “Karvan” çay evinin qarşısındakı dayanacaqda qalmışdır. Əgər bu planlaşdırılmış ölüm olsaydı onlar ən azından hadisə yerindən öz maşınları vasitəsilə çıxardılar, qaçaraq təlaş içində deyil, görünür hadisə anı onlardan heç biri maşınlarına yaxın dura bilməyib. Ümumiyətlə hesab edir ki, hazırkı istintaq təqsirləndirilən şəxslərə və Təqsirləndirilən şəxs1 münasibətdə qərəzli aparılmışdır belə ki, iş materiallarından görünür ki, şahidlər Qurbanov Elvin, Cəfərov Zaur və Şahid14 istintaq tərəfindən həmin şahidlərin bildirdiyi kimi müəyyən olunub dindirilmələrinə baxmayaraq ifadələri cinayət işinin materiallarına əlavə olunmamışdır, 14 aprel 2017-ci il tarixli 128- 66652-1217 nömrəli məktuba əlavə edilən 1 ədəd video çəkiliş orijinal şəkildə deyil kompüter monitorundan zəif keyfiyyətdə çəkilmiş şəkildə cinayət işinin materiallarına əlavə olunmuşdur halbuki, orijinal video təqdim olunsaydı bəlkə orada səslər və keyfiyyətli video görüntü tədqiq oluna bilərdi, həmçinin bildirmək istəyir ki, video görüntünün təxminən 25 dəqiqəsi kəsilərək məhkəməyə təqdim olunmamışdır halbuki, bəlkə həmin görüntüdə yeni şahidlər müəyyənləşdirilə bilərdi. Bundan əlavə Zərərçəkmiş şəxs tərəfindən 30 mart 2017-ci ildə Xırdalan şəhərində hadisə yerinə silah gətirərək Təqsirləndirilən şəxs1 Oqtay oğlunun sağlamlığına üç güllə yarası (Məhkəmə tibbi kriminalistik ekspertizanın 20 iyul 2017-ci il tarixli 291/2017- MTKŞ nömrəli rəyindən görünür) ilə dəymiş xəsarətə və odlu silahla öldürülməsinə cəhd edilməsinə görə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120, 228-ci maddələrinin əlamətləri olduğu halda zərər çəkmiş şəxs qismində tanınaraq cinayət işi başlanmaması istintaqın qeyri-obyektiv aparılmasına açıq dəlalət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3; 144.2.4; 144.2.6-cı maddələri ilə ittiham olunması tamamilə əsassızdır. İttiham sadalanan maddələri tətbiq edərkən göstərilmişdir ki, guya Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yaşadığı ünvanı, hərəkət marşrutunu, əməllərinin törədilməsi üçün əlverişli vaxt, məkan, üsul və vasitələr müəyyənləşdirildikdən sonra, dəstə üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4la birlikdə, özünün idarə etdiyi “Mercedes Benz” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşınla 29 mart 2017-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs yaşadığı Xırdalan şəhəri, H.Əliyev prospekti, 23 saylı evin qarşısına gəlib əl və baş nahiyəsindən tutaraq həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, iradəsi əleyhinə avtomaşına mindirib Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Manqal” adlı kafeyə apararaq oğurlamışlar. Hesab edir ki, ittiham bu maddə ilə də təsdiqini tapmamışdır. Belə ki, ittihamda göstərilmiş Zərərçəkmiş şəxs yaşadığı ünvanı, hərəkət marşrutunu, mütəşəkkil dəstənin əməllərinin törədilməsi üçün əlverişli vaxt, məkan, üsul və vasitələr müəyyənləşdirilməsini hansı şəkildə həyata keçirdiyini və nəyə görə bu qənaətə gəldiyini açıqlaya bilməmişdir. Bundan əlavə istintaq materiallarına əlavə olunmuş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs1 və digər şəxslər dostu Samirin xahişilə Zərərçəkmiş şəxsla “Makromart” supermarketinin qarşısında görüşərək oradan Xəyalın idarə etdiyi avtomobilə oturaraq Əhmədli qəsəbəsinə getmişlər və onlar görüşməmişdən əvvəl yəni 29.03.2017-ci il tarixində saat 16:52-də Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********33 mobil nömrəsilə Zərərçəkmiş şəxs istifadəsində olan +**********25 mobil nömrəsinə zəng vurmuş və onlar 36 saniyə telefon danışığı aparmışlar, sonra həmin tarixdə 17:23-də Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 zəng vurmuş və onlar 8 saniyə telefonla danışmışlar, daha sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs eyni nömrəsindən zəng vuraraq 18 saniyə danışaraq (qeyd edim ki, sonuncu danışıq hər iki telefonun eyni anten dairəsində olduğunu göstərir) Əhmədli qəsəbəsinə könüllü getmişlər. Belə bir vəziyyətin olduğu halda istintaqın Zərərçəkmiş şəxs zorla aparılması tamamilə əsassızdır belə ki, “Makromart” supermarketi çox böyük ticarət obyekti olduğu üçün onun daima qarşısında çoxlu sayda insan olur, bundan əlavə marketin hər tərəfi təhlükəsizlik kameralarının mühafizəsi altındadır və günün işıqlı vaxtıda belə bir hal olsaydı video görüntülər və yaxud ən azından şahid ifadələri iş materiallarına əlavə edilərdi. Bundan əlavə şəxsin oğurlanaraq əli qolu tutulmuş şəkildə Əhmədli qəsəbəsində yerləşən və xeyli sayda müştərisi olan “Manqal” adlı kafeyə apararılması və çay məclisindən bir müddət sonra eyni şəkildə oranı tərk etmələri xüsusilə gülünc doğurur. Halbuki, həmin kafenin girişi və onların maşınlarının saxladıqları ərazi bilavasitə kafe ilə üz-üzə yerləşən tibb klinikasınn kamera müşahidəsi altındadır (iş materiallarında olan “Manqal” kafesində olan Xəyalla əlaqəli epizodla bağlı hadisə yerinin vide çəklişinin 1:53 - 1:55 dəqiqələrində klinikanın müşahidə kameraları görsənir) və bu fakt həqiqətə uyğun olsaydı mütləq şəkildə həmin təhlükəsizlik kameralarının görüntüləri iş materiallarına əlavə olunardı. Həmçinin qeyd etmək istəyir ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə O, 29.03.2017-ci il tarixində 17:28 başlayaraq Əhmədli və Hövsan qəsəbəsəbələrinə getdikləri vaxtlar nəzərə alınmaqla günün sonuna qədər 23 telefon zəngi olub, zənglərdən 12 ilə danışığı olub, onlardan 13 onun tərəfindən edilib digər 10 zəng ona daxil olan olub. Zərərçəkmiş şəxs istifadəsində olan digər +**********25 mobil telefon nömrəsinə həmin vaxt daxil və çıxan zənglər barəsində məlumatlar iş materiallarında olmadığından həmin faktlara istinad edə bilmir, amma istisna olunmur ki, həmin nömrədə Valehin aktiv istifadəsində olub. Həmçinin, 29 mart tarixində Zərərçəkmiş şəxs Hövsan qəsəbəsində Təqsirləndirilən şəxs5 məxsus evdə olarkən, 4 müxtəlif telefon nömrəsi ilə danışığının olması və orada olduğu müddətdə vaxtının çoxunu telefonla danışdığı faktdır və həmin hal məhkəmə istintaq dövründə şahid qismində dəvət olunmuş Şahid13 tərəfindən təsdiqlənmişdir. 17.08.2018-ci il tarixli məhkəmə iclas protokolunun 226-cı səhifəsindən də görünür ki, Səbuhi məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hadisədən bir gün əvvəl axşam Valehlə telefon danışığı zamanı arxadan səslər eşitdiyini, Valehdən “o nə səslərdir, sənə qışqırırlar?” sualını verdiyini, cavabında isə Valehin “yox telefonla danışırlar” dediyini bildirmişdir. Bundan əlavə iş materiallarından göründüyü kimi Zərərçəkmiş şəxs 29.03.2017-ci il tarixində 23:00 radələrində evinə qayıtmış oradan qızılları götürərək yenidən Əhmədli qəsəbəsinə könüllü şəkildə qayıtmışdır. Yuxarıda sadalanan faktlar bilavasitə ona dəlalət edir ki, Zərərçəkmiş şəxs 29.03.2017-ci və 30.03.2017-ci il tarixlərində azadlığı və hərəkətləri məhdudlaşdırılmamışdır. Yəni o sərbəst şəkildə istədiyi qədər telefonla danışmış və heç kimə ona hər-hansı bir ciddi təziqlərin olmasını onun oğurlanması barədə məlumatlar və hüquq mühafizə orqanlarına şikayətlər verilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham olunması tamamilə əsassızdır. Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Ali Məhkəmənin 23 mart 2004-cü il tarixli Plenum Qərarına əsasən, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədə ailədə, mənzildə,qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə,sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarına əsasən, Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Lakin Təqsirləndirilən şəxs1 və qeyrilərinin ictimai qaydanı pozmaq, cəmiyyətə açıqca hörmətsizlik göstərmək kimi bir niyyəti olmayıb. Onun ictimai qaydanı pozan, cəmiyyətə hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi barədə heç bir sübut, heç bir şahid ifadəsi yoxdur. Mübahisə yalnız hadisənin iştirakçılarını əhatə etmiş və onların şəxsi münasibətləri zəminində meydana gəlmişdir. Məhkəmədə dindirilmiş heç bir şahid və ya digər sübut Təqsirləndirilən şəxs1 və qeyrilərinin xuliqanlıq cinayətinin hər hansı əlamətini icra etməsini təsdiq etməmişlər. Bu o deməkdir ki, burada ictimai qaydanı pozmaq və ya cəmiyyətə qarşı hörmətsizlik ifadə etməkdən söhbət belə gedə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.1; 182.3.2-ci maddələri ilə ittiham olunması tamamilə əsassızdır. İttiham göstərir ki, İran vətəndaşı Bəşir Qahramaninin 2016-cı ildən etibarən meyvə-tərəvəz məhsullarının ticarəti ilə məşğul olduğu Zərərçəkmiş şəxs şərikli kommersiya fəaliyyətindən ona 30.000 ABŞ dolları məbləğində pul borcunun yaranmasını iddia edərək həmin pulu qaytarmadığına görə, sonuncunun oğurlanaraq şəxsiyyəti üzərində zor tətbiq olunmaqla qeyd olunan pul vəsaitinin Təqsirləndirilən şəxs1 və qeyriləri tələb etmişlər. Hazırkı ittihama münasibətdə bildirmək istəyir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və qeyriləri tərəfindən hədə-qorxunun mövcud olması sübuta yetirilməmişdir, əksinə göstərilir ki, Xəyal öz maşını vasitəsilə 29.03.2017-ci il tarixində Əhmədli qəsəbəsinə gedəcəyi üçün dostu Samir adlı şəxsin xahişi ilə Valehin də onlar gəlməsini və bu məqsədlə onunla əlaqə saxlanmasını xahiş etmişdir. Samir isə Zərərçəkmiş şəxs digər tanışı olan Bəşir adlı şəxsə olan borcun qaytarılmasını ondan tələb etmişdir. Belə bir vəziyyətdə borcun istənilməsini tələb etmə kimi qiymətləndirilməsi əsassızdır. Hesab edir ki, Zərərçəkmiş şəxs psixoloji portretini yaradaraq onun həyata baxışını nəzərə alsaq, əgər Təqsirləndirilən şəxs1 və qeyriləri tərəfindən ona qarşı alçaldıcı hərəkətlər olunsaydı, 29.03.2017-ci il tarixində Hövsandan evə qayıtdıqdan sonra təkrar Əhmədli qəsəbəsinə qayıdarkən özü ilə qızıl deyil elə qanunsuz istifadəsində olan “Beretta” markalı silahını aparıb qisasını alardı. Digər problem isə borcun məbləğinin və tələb olunan məbləğin müəyyən olunmasındadır. Məhkəməyə qədər olunan istintaq materiallarından görünür ki, guya X15 və Şahid1 öz ifadələrində Zərərçəkmiş şəxs İran vətəndaşına 30 000 ABŞ dolları pul vəsaitinin borclu olduğu və həmin vəsaitin Xəyal və qeyriləri tərəfindən istənildiyi bildirilir. Halbuki məhkəmə istintaqı zamanı Y.Nəcəfova da, Şahid1 da Valehin iranlıya nə qədər borcunun olmasını bilmədiklərini bildirmişlər. 23.02.2018-ci il tarixli məhkəmə iclas protokolunun 66-cı səhifəsində, həmçinin, bu hal öz təsdiqini tapmış və N.X36 vətənadaşına nə qədər borcu olduğunu ona dediyini öz ifadəsində bildirməmişdir. Şahid1 isə eyni zamanda məhkəmə istintaqı zamanı ifadəsində bildirmişdir ki, Xəyal Valehin borcunu 10 000 manat müqabilində tam şəkildə həll edəcəyinə köməklik göstərdiyini bildirmişdir. İş materiallarından göründüyü kimi Zərərçəkmiş şəxs tərəfindən borcun müqabilində qızıl zinət əşyaları verilmiş və Kompleks məhkəmə materialşünaslıq və əmtəəşünaslıq ekspertizasının 6 iyul 2017-ci il tarixli 15603/15604 nömərli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində 1 ədəd yarımşəffaf yaşıl və ağ şəffaf qaşları olan üzük - üzərində “585” əyar damğası həkk edilmişdir, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 5,02 qramdır, yarımşəffaf yaşıl qaş zümrüd, ağ şəffaf qaşları isə brilyantdır, 8 ədədinin hər birinin ölçüsü 0,114 karat, 3/3 keyfiyyətlidir, qiyməti 875,0 manatdır, 1 ədəd sarı-gümüşü rəngli metaldan üzərində 1 ədəd şəffaf yaşıl və ağ şəffaf qaşları olan sırğa cütü - üzərində “585” əyar damğası həkk edilmişdir, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 9,18 qramdır, şəffaf yaşıl qaş zümrüd, ağ şəffaf qaşları isə brilyantdır, 16 ədədinin hər birinin ölçüsü 0,114 karat, 3/3 keyfiyyətlidir, qiyməti 1707 manatdır və beləliklə əşyanın ümumi dəyəri 2 582 manat təşkil edir. Şahid qismində dindirilmiş Şahid3 Teymur oğlu, X17 öz ifadələrində göstərirlər ki, Kənan və tanımadığı bir nəfərin əyləşdiyini görmüşdür. Bundan təxminən beş dəqiqə sonra Təqsirləndirilən şəxs1, dostu Samir və tanımadığı başqa bir nəfərlə birlikdə kafeyə daxil olmuşdur. Lakin həmin kabinetdən deyibgülmək səsləri gəlmiş, jurnal üzrə həmin kabinetə 4 çaynik çay aparılmışdır. Bütün bunlarla yanaşı iş üzrə hal şahidləri qismində dindirilmiş şəxslər şahidlik etdikləri faktlar üzrə müvafiq şəxsləri məhkəmə iclasında tanıya bilməmiş, onların şəxsiyyətini müəyyən edə bilməmişlər. Prokurorluğun ittihamda gəldiyi nəticə Təqsirləndirilən şəxs1 özünü müdafiə üçün dəlillər gətirərək 30 mart 2017-ci il tarixdə saat 22 radələrində Xırdalan şəhəri, 28-ci Məhəllədə yerləşən “Karvan çay evi”-nin qarşısında baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs tərəfindən ona yetirilmiş güllə yaralarının ikisinin arxadan onun qol və çiyin nahiyələrinə dəydiyi üçün fiziki cəhətdən hər iki əlindən istifadə etməklə Zərərçəkmiş şəxs müqavimət göstərməyinin həqiqətə uyğun olmadığını, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Samir Kazımov, Billal Bayramov, İran İslam Respublikasının vətəndaşı Bəşir Qahramani, “Miri” adlı şəxs və ya digər şəxslərlə mütəşəkkil dəstədə birləşmədiyini, Zərərçəkmiş şəxs oğurlamadıqlarını, ondan hədə-qorxu ilə pul tələb etmədiklərini, həyat və sağlamlığı üçün təhlükəli olan hərəkət etmədiklərini, Zərərçəkmiş şəxs könüllü olaraq onun idarə etdiyi avtomaşına əyləşdiyini, bir yerdə olduqları müddət ərzində öz mobil telefonundan istifadə etdiyini, sərbəst şəkildə mağazaya gedib özünə siqaret aldığını, Zərərçəkmiş şəxs qarşı xuliqanlıq hərəkətləri etmədiyini və onu vurmadığını göstərmişdir.Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 ifadələrində göstərdiyi həmin xüsusatlar inandırıcı deyil və işin müəyyən edilmiş obyektiv halları ilə tam uyğunsuzluq təşkil etdiyini göstərməsinə baxmayaraq bu qənaətə gəlmə səbəbi aydınlaşdırılmamışdır. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi Təqsirləndirilən şəxs1 qarşı elan edilmiş ittihamların heç biri nə istintaq zamanı, nə də məhkəmə araşdırması zamanı heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Ona qarşı elan edilmiş ittiham tamamilə ehtimallar və şübhələr üzərində qurulmuşdur ki, qanunvericiliyin tələbinə əsasən də, şübhə və ya ehtimallar əsasında heç kəs cinayət törədilməsinə görə təqsirli bilinə bilməz. Məlum olduğu kimi törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin (cinayətin obyektinin; cinayətin obyektiv cəhətinin; cinayətin subyektinin; cinayətin 35 subyektiv cəhətinin) bütövlükdə hamısının (həm də eyni vaxt ərzində) mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Həmçinin, Azərbaycan Respublikasının CPM-nin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Təqsirləndirilən şəxs X3 apelyasiya şikayəti verərk, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2018-ci il tarixi hökmü ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs apelyasiya şikayətində göstərmişdir ki, hökmdən narazıdır, hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü ləğv edilməlidir. Belə ki, təqsirli bilindiyi cinayətlərin olna heç bir aidiyyatı yoxdur. Qeyd edir ki, əsasız olaraq məhkum olunmuşdur. Birinci instansiya məhkəməsi ibtidai istintaq orqanının səhvini təkrarlayaraq tam günahsız olduğu halda onu 13 il azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir. Təqsirləndirilən şəxs X1 müdafiəçisi X13 apelyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəmənin 18 dekabr 2018-ci il tarixli hökmünü Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair hissədə ləğv edilməsini və onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Müdafiəçi apelyasiya şikayətində qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs4 hər hansı bir şəxslərlə mütəşəkkil dəstədə birləşməsi, Zərərçəkmiş şəxs hədə-qorxu ilə pul tələb etməsi və onun öldürülməsi barədə tapşırıq alması, bununla bağlı hər hansı bir hərəkət etməsi, Zərərçəkmiş şəxs “Manqal” adlı kafeyə və Hövsan qəsəbəsinə aparılmasında iştirak etməsi, ona zor tətbiq etməsi, Zərərçəkmiş şəxs arvadına məxsus zinət əşyalarının alınmasında iştirak etməsinə dair ittiham tərəfi heç bir sübut təqdim edə bilmədi. İttiham tərəfi, yalnız, digər təqsirləndirilən şəxslərin (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3,Təqsirləndirilən şəxs5) Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində aparılmış ibtidai istintaq zamanı verdikləri ifadələrə əsaslanmışdır. Qeyd edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 Təqsirləndirilən şəxs4 hadisədə iştirakı barədə ifadələrinin fiziki və psixi zorakılıq təsiri nəticəsində alındığını bildirdilər. Təqsirləndirilən şəxs3 isə ifadəsini xatırlamadığını, ifadə elan olunduqdan sonra isə ifadənin doğru olmadığını, ifadəsini oxumadan imza etdiyini, belə bir ifadə vermədiyni bildirdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 Təqsirləndirilən şəxs4m baş vermiş hadisədə iştirakının olmamasına dair ifadələrini Məhkəmə istintaqı zamanı ittiham tərəfi təkzib edə bilmədi. Göründüyü kimi məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin verdikləri ifadələr və onların ibtidai istintaq zamanı verdikləri ifadələr tədqiq olunarkən Təqsirləndirilən şəxs4 mütəşəkkil dəstədə birləşməsi, Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməsi, hədə-qorxu ilə ondan pul tələb etməsi və əmlakının alınmasında iştirak etməsi sübuta yetməmişdir. Bundan başqa, həm istintaq orqanı, həm də ittiham tərəfi Təqsirləndirilən şəxs4 məxsus olan mobil telefonun anten darəsinə dair məlumatlarda telefonun hadisə baş verən zamanda Əhmdəli qəsəbəsində, Hövsan qəsəbəsində işləməsinə dair sənədlərə isdinad edir. Qeyd edir ki, Təqsirləndirilən şəxs4 ibtidai istintaqda və məhkəmə istintaqında bildirmişdir ki, 29 mart 2017-ci il tarixdə Xırdalan qəsəbəsində Təqsirləndirilən şəxs2la kafedə çay içmişlər, telefonu kafedə qalmış, həmin telefonu Təqsirləndirilən şəxs2 özü ilə götürmüşdür. O, kafedən sonra idman zalına getmişdir. Bu halı Təqsirləndirilən şəxs2 da təsdiq etmiş və Təqsirləndirilən şəxs2 bildirmişdir ki, kafedə çay içdikdən sonra Təqsirləndirilən şəxs4 getmiş, onun mobil telefonu kafedə qaldığından o, telefonu götürmüşdür, telefon onda qalmış, telefonu Alikə qaytara bilməmişdir. Bu ifadələri təkzib etmək üçün ittiham tərəfi məhkəmə istintaqı zamanı heç bir sübut təqdib edə bilmədi . Bundan başqa, telefonun anten dairəsinin Əhmədli və Hovsan qəsəbəsində işləməsinə dair mobil operatorun məktubu Təqsirləndirilən şəxs4 hazırki ittihamları vermək üçün mötəbər sübut deyil. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Hakimlərin məhkəmədə təsdiqini tapmayan ifadələrə və sənədlərdə əks olunan mötəbər olmayan məlumatlara əsaslanması qanusnuzdur. Əlavə olaraq onu da bildiririk ki, məhkəmə istintaqı zamanı təsdiq olunmuşdur ki, ümumiyyətlə Zərərçəkmiş şəxs Əhmədli və Hövsan qəsəbələrində olarkən onun azadlığı məhdudlaşdırılmayıb, Zərərçəkmiş şəxs sərbəst hərəkət edib, telefonla saatlarla danışıb. Eyni zamnada Zərərçəkmiş şəxs kafeyə - Manqal kafesinə aparılaraq oğurlanması dəlili də absurddur, şəxs kafeyə aparılırsa o oğurlanmış şəxs neçə hesab oluna bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə görə hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəfindən təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili və hüquq düşüncəsi ilə həll edirlər. Bakı Ağır cinayətlər Məhkəməsi hökm çıxararkən məhkəmə istintaqında tədqiq olunmuş sübutlara deyil, ibtidai istintaq orqanının ibtidai araşdırmada gəldiyi nəticələrə əsaslanmaqla maddi və prosessual normalara zidd olan hökm çıxararq Təqsirləndirilən şəxs4ı azadlıqdan məhrum etmişdir. Təqsirləndirilən şəxs2 apelyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2018-ci il tarixi hökmü ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs apelyasiya şikayətində göstərmişdir ki, hökmdən narazıdır, hökmü qanunsuz, əsasız və ədalətsiz hesab edir. Təqsirli bilindiyi cinayətlərin ona heç bir aidiyyatı yoxdur. Qeyd edir ki, əsasız olaraq məhkum olunmuşdur. Əlavə olaraq qeyd edir ki, X4 tam günahsızdır və bu hadisəyə ümumiyyətlə aidiyyatı yoxdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını yoxlayıb, apelyasiya şikayətlərinin təmin edilərək təqsirləndirilən şəxslərə bəraət verilməsinə dair məhkumların və müdafiəçilərinin, apelyasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının, zərərçəkmiş şəxsin hüquqi varisinin çıxışlarını dinləyib hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ibtidai istintaq orqanı tərəfindən təqdim olunan sübutları ətraflı araşdırıb tədqiq etmiş, işin faktiki halları barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin özlərini təqsirli bilməmələrini, onların ümumiyyətlə belə bir cinayət törətməmələrinə dair ifadələrini iş materiallarına uyğun olmayan, özlərini müdafiə məqsədilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatları kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxslərin əməlləri iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, məhkəmə baxışı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarla da təsdiq olunur. Bu səbəbdən məhkəmə kollegiyası iş üzrə çıxarılmış hökmün ləğv olunması, təqsirləndirilən şəxslərə bəraət verilməsi barədə apelyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır. Belə ki, hökmdə ittihamı təsdiq edən kifayət qədər dəlillər gətirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxslərin qeyd olunan cinayət hadisəsini törətmələrini təsdiq edən kifayət qədər mötəbər sübutlar mövcuddur. Belə ki, apelyasiya məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 29 mart 2017-ci ildə evdən çıxaraq Allahverdiyə zəng vurmuşdur. Allahverdi ondan 200 manat pul istəmişdi. O, Allahverdiyə zəng edəndə onun telefonuna Kənan cavab vermiş və telefonun onda qadığını bildirmişdir. Allahverdinin harda olmasını soruşanda o, Ramizin pivəxanasında olduğunu demişdir. Onun yanına getmişdir. Təxminən 20-30 dəqiqə orada oturmuş və pivə içmişdir. Biraz sonra ona Samir adlı keçmiş sinif yoldaşı zəng etmişdir. Bir neçə gün qabaq ona Əhmədli qəsəbəsinə gələcəyimi demişdir. Buna görə də zəng etmişdi ki, ora gedib-getməyəcəyimi soruşsun. Həm də ona bir nəfər yoldaşın da ora gedəcəyini, onu Xırdalandan götürməyini xahiş etmişdir. Həmin adamla AAF parkın yanında tanış olub getmişlər. Həmin adam Zərərçəkmiş şəxs idi. Yolda Valeh maşını saxlatdırıb düşüb iki qutu siqaret alıb. Sonra yollarına davam edərək Əhmədli qəsəbəsinə getmişlər. Orada “Bakı” kinoteatırının arxasında bir kafedə oturmuşlar. Sonra oraya Samir və Bilal gəlmişdir. Birlikdə oturub yemək yeyib, çay içmişlər. Söhbət əsnasında ona məlum olmuşdur ki, Valehin Samirə borcu var. Onun söhbətə müdaxilə etməyinin səbəbi Samirin onun keçmiş sinif yoldaşı olduğundan böyüklük etmək istəməsi olmuşdur. Samirdən Valehin nə qədər borcu olduğunu soruşmuşdur. Məlum oldu ki, Valehin Samirə 10-15 min ABŞ dolları təxminən 22-23 min manat cıvarında borcu var. Valehdən pulu ödəməməsinin səbəbini soruşmuşdur. Bir az söhbət edəndən sonra o, 1-2 günə pulu qaytaracğını bildirmişdir. Ordan çıxıb Xırdalana qayıdanda uşaqlara oturmalarını, Zığ qəsəbəsindən bacanağından tozsoran götürüb qayıdacağını bildirmişdir. Uşaqlar da bekar olduqlarını və onla getmək istədiklərini bildirmişlər. Birlikdə Zığ qəsəbəsinə Bahar yaşayış massivinə yola düşmüşlər. Ora çatanda bacanağı Məhəmmədə zəng edərək tozsoranı götürməyə gəldiyini bildirmişdir. Ora çatanda hazır çayı olduğunu deyərək onları çaya dəvət etmişdir. Həmin vaxt Valeh maşında oturmuşdur. Sonra Valeh də maşından düşmüşdür. Orda olduqları müddət ərzində demək olar ki, Valeh ancaq telefonla danışmışdır. Orada pul barəsində bir kəlmə də olsa söhbət etməmişlər. Sonra Valeh, Xırdalana qayıtmalı olduğunu bildirmişdir. Ordan Əhmədliyə gəlmişlər. Samir ondan Əhmədlidə qalmasını xahiş etmişdir. O, uşaqlara üzrxahlıq etmişdir ki, Xırdalana özləri qayıtsınlar. Təxminən bir-iki saat sonra Valeh ona zəng edərək, Əhmədlidə olduğunu öyrənmiş və bildirmişdir ki, qızılı var ama lom kimi deyil əl işi kimi vermək istəyir. Yarım saat sonra Valeh Əhmədliyə gəlmiş, qızılları gətirmişdir. O, da ordan qaynatasıgilə getmişdir. Səhərisi gün Valeh zəng edib qızılları nə vaxt göstərəcəyini soruşmuşdur. O, Valehə qızılların Samirdə olduğunu, Samir gələndən sonra aparıb göstərəcəklərini bildirmişdir. Təxminən bir saat sonra Samir gəlmiş və AAF parkın yanında görüşmüşlər. Valehə onlarla birlikdə MUM-a qızılları göstərməyə getməyi təklif etmişdir. Valeh Onlarla getməyə razı olmamışdır. Kənana təklif etmişdir ki, bir qıraqda oturub çay içsinlər. Kənanla Valeh çayxanaya getmişlər. Onlar isə MUM-a getmişlər. Qızıla cəmi 1.400-1.500 pul təklif etmişlər. Gətirib qızılları Valehə qaytarıb demişdir ki, “bu sənin borcunu ödəməyə çatmaz”. Valeh qızılı başqa adama verib borc pul götürəcəyini bildirmişdir. Valeh onlarla sağollaşaraq ordan çıxmışdır. 15 dəqiqə sonra onlarda eve getmişlər. Qapıdan çıxanda əvvəlcə Samirlə Bilal, arxalarınca Kənan sonra da o, çıxmışdır. Elə bu vaxt bağın çıxışında səs gəldi, kimsə onu çağırmışdır. Onu kimin çağırdığını dəqiqləşdirmək üçün arxaya çevriləndə Valehin əlindəki silahı ona tərəf tuşladığını görmüşdür. Bu vaxt Valeh atəş açmışdır. Atəş açılan kimi o qaçın demiş və yerə yıxılmışdır. Yıxılan kimi qalxıb avtoyuyucu tərəfə qaçmışdır. Avtoyuyucunu qaça-qaça keçmişdir. Valeh bir dəfə güllə ilə onu vurmuşdur. O, yıxılıb və durub yenə qaçmışdır. Yaxında olan beş mərtəbəli binanın tinini dönüb izi itirmək istəmişdir. Valeh də arxasınca güllə ata-ata gəlirmiş. Düz binanın tinində qoluna güllə dəymişdir. Bloka girəndə “Karvan” çay evi tərəfdən bir dəfə də güllə səsi gəlmişdir. O, bloka girib Qivamigilin qapısını döymüşdür. Oğlu Sadiq qapını açmışdır. İçəri girərək təcili yardım çağırmalarını bildirmişdir. Təcili yardım gəlmiş və onu xəstəxanaya aparmışlar və reanimasiya şöbəsinə yerləşdirilmişdir. Palataya keçəndən sonra o, Valehin öldüyünü, özünü ödürdüyünü eşitmişdir. Apelyasiya məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs4 elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, 29 mart 2017ci ildə Xırdalan şəhərində idi. Həmin gün saat 10-11 radələrində Xırdalan bazarına tərəf gəlmiş və çayxanada Kənanla görüşmüşdür. Oturub çay içmişlər. Ondan sonra evə gedib, çantasını götürüb məşqə getmişdir. Təxminən 15:00 radələrində artıq məşq zalında olmuşdur. Məşq edib təxminən 16:30 radələrində evə getmişdir. Çayxanadan gedəndə telefonunu orda unutmuşdur. Sonra da fikirləşmişdir ki, Kənanla qonşudular, yəqin burdan keçəndə telefonunu qaytarar. Həmin gecə qardaşına zəng gəlmiş və çayxanada atışma olduğunu demişlər. Qardaşı yuxulu olduğundan tam başa düşməmişdir. Maraqdan durub həmin çayxanaya getmişdir. Çünki “ karvan” çayxanası həmişə çay içdikləri yerdir. Gedəndə orda çoxlu polis olduğunu görmüşdür. Ordakı tanıdığı Amil adlı polisdən baş verənləri soruşanda o, ölən şəxsin Xəyala üç dəfə atəş açdığını və özünü vurduğunu demişdir. Sonra o, xəstəxanaya Xəyalın yanına getmişdir. Ama həkimlər onu görməyə qoymamışlar. Apelyasiya məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, Ramizin pivəxanası deyilən yerdə oturmuşdur. Həmin vaxt Allahverdinin telefonu onda olmuşdur. Telefona zəng gəldi, zəng edən Xəyal idi. Allahverdinin telefonun onda qaldığını bildirmişdir. Biraz sonra Xəyal da gəlmiş və onlar oturub pivə içib, söhbət etmişlər. Sonra Xəyala zəng gəlmişdir, Xəyal zəng edənin uşaqlıq dostu olduğunu, onun yanına gedəcəyini əgər işi yoxdursa onunla gedə biləcəyini bildirmişdir. Bekar olduğundan onunla getməyə razı olmuşdur. Gedəndə yol üstü Valehlə görüşmüş və onu da götürüb getmişlər. Əhmədli qəsəbəsinə getmişlər və kafedə oturmuşlar. Bu vaxt oraya Samir və Bilal gəlmiş və oturub yemək yemişlər. Orada söhbət zamanı məlum olmuşdur ki, Valehin Samirə borcu var. Onlar borc söhbəti etmişlər, amma onlar qarışmamışlar. Həmin vaxt Xəyal, Samir və Valehin arasında bir az mübahisə düşmüşdür. Sonra ordan çıxıb Zığ qəsəbəsinə getmişlər. Xəyal bacanağından maşın üçün tozsoran götürəcəkmiş. Birlikdə Məhəmmədgilə getmişlər. Məhəmməd onları evə dəvət etmiş və çay içmişlər. Onlar evdə olanda Valeh çöldə telefonla danışırmış. Sonra çıxıb Əhmədliyə qayıtmışlar. Xəyal Əhmədlidə qalası olmuşdur. O, Valehlə birlikdə Xırdalana qayıtmışdır. Bazarın yanında düşüb öz maşınına əyləşib evə getmişdir. Valeh də öz evinə getmişdir. Səhərisi gün o, Xəyal, Samir və Bilal görüşmüşlər. Həmin vaxt Valeh qızıl gətirmişdi. Valehə qızıl göstərməyə getmək təklif olunsa da o, getmədi və o, Valehlə birlikdə “Karvan” çay evinə gəlmişlər. Xəyal, Samir və Bilal qızıl göstərməyə getdilər. O, Valehlə çayxanada oturmuşdur. Biraz sonra Xəyalgil qayıtmışlar və bildirmişlər ki, qızıla görə 1.500 manat verirlər. Valeh bildirmişdir ki, adam var qızılı ona girov kimi verib əvəzində 7-8 min pul götürəcək. Hamısı razı olmuşlar. Xəyal qızılı Valehə qaytardı, Valeh isə ona (Kənan) verib səhər qiymətləndirməyə aparacaqlarını dedi. Valeh getdikdən təxminən 15-20 dəqiqə sonra onlar da çayxanadan çıxmışlar. Çayxanadan əvvəlcə Samir və Bilal, arxasınca isə o və Xəyal çıxmışlar. Onlar maşınlara tərəf gedəndə arxadan kimsə Xəyalı səsləmişdir. Hamı arxaya çevrilmiş, həmin vaxt Valeh atəş açmışdır. Valehin atdığı birinci güllə heç kimə dəyməmişdir. Sonra Xəyal qaçın deyə qışqırmış, ikinci güllə Xəyala dəymiş və o yıxılmışdır. Xəyal qışqırmış və yenidən durub qaçmışdır. O, Xəyala ikinci güllə dəyməsini görməmiş, amma səsini eşitmiş, yəni Xəyalın qışqırıq səsindən ona güllə dəydiyini başa düşmüşdür. Onlar binanı dönəndə Xəyala üçüncü güllə dəymiş və o, yerə yıxılmışdır. Xəyal durub bloka qaçmış, o isə nənəsigilin evinə tərəf qaçmışdır. Apelyasiya məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs5 elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs1 onun bacanağıdır. Allahverdini bir dəfə təxminən iki əvvəl çayxanada görmüşdür. O biri təqsirləndirilənləri tanımır. 29 mart 2017-ci il tarixdə Xəyal ona zəng edərək, tozsoranı götürmək istədiyini bildirmişdir. Xəyal gələndə darvazanı o, açmış və yanında iki nəfərin də olduğunu görmüşdür. Onları evə çay içməyə dəvət etmişdir. Həmin vaxt mərhum onlarla birlikdə evə girməmiş, Xəyalın maşınına söykənib təxminən on dəqiqə telefonla danışmışdır. Sonra o da içəri girib çay içmişdir. Onun evində olduqları müddətdə heç kim Valehə təzyiq göstərməmiş, pul istəməmişdir. Apelyasiya məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, idmançıdır və Samir onun məşq yoldaşı olmuşdur. 29 mart 2017-ci ildə Samirin dostu və onunda tanıdığı Xəyal, onunla gələn sonradan tanıdığı Valeh və Kənanla birlikdə görüşmüşlər. Əhmədli qəsəbəsində kafedə oturub yemək yeyib, çay içmişlər. Həmin vaxt Samir və Valeh arasında pul barədə söhbət gedirmiş. Kənanla o, öz aralarında söhbət edirmişlər, onların söhbətinə qulaq asmırmışlar. Onların aralarında borc söhbətinə görə yüngül mübahisə olmuşdur, amma sonra sakitləşmişlər. Kafedən qalxıb gedəndə Xəyal bacanağından tozsoran götürmək üçün Zığ qəsəbəsinə getməli olduğunu bildirmişdir. Orada tək qalmamaq üçün onlarla getmişdir. Ora çatanda Xəyal maşından düşüb bacanağı Məhəmmədlə görüşmüş və az sonra Xəyal onlara Məhəmmədin hamısını çay içməyə dəvət etdiyini bildirmişdir. Çay içmək üçün içəri keçmişlər. Həmin vaxt Valeh çöldə durub telefonla danışırmış. Sonradan Valeh də içəri girib çay içmiş və tələsdiyini dediyi üçün hamısı çıxıb getmişdir. Ordan çıxanda X22 getmişlər. Səhərisi gün o, Samirlə birlikdə Xırdalana getmiş, Valeh qızıl gətirmişdir lakin həmin qızılı satmağa özü getməmişdir. O, Samir və Xəyal qızılları götürüb birlikdə MUM-a getmişlər. Valehin gətirdiyi qızıllara görə cəmi 1.500 manat pul təklif etmişlər. Qızıllarıda götürüb geri qayıtmışlar. Xırdalanda “Karvan” çay evində Kənan və Valeh oturub çay içmişlər. Qızılları Valehə qaytarmışlar. Çay içdikdən sonra Valeh getmişdir. Biraz sonra onlar da çıxmışlar. İlk olaraq Samirlə o, çıxmış, arxalarınca isə Kənan və Xəyal gəlirmişlər. Maşına tərəf gedəndə kimsə arxadan Xəyalı çağırmışdır. Bu an atəş açılmış. Güllə Xəyala dəymiş və Xəyal onlara qaçın demişdir. Onlar da qaçmışlar. Apelyasiya məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində bildirdi ki, təqsirləndirilən şəxsləri tanımır. 29 mart 2017-ci il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs saat 12:00-da oğlanlarına ortopedik ayaqqabı sifariş vermək üçün evdən çıxmışdır. 2-3 saat sonra evə gəlmişdir, evdə çay içən zaman telefonuna zəng gəlmişdir. Telefonla danışandan sonra harasa çıxıb getmişdir. Valeh evə birdə həmin gün saat 23:50-də qayıtmışdır. Evə qayıdanda çox əsəbi idi. Nə olduğunu soruşanda o, bildirmişdir ki, “iranlı Bəşirə borcum var, o mənim üstümə 5 nəfər adam göndərib. O, adamlar məni Hövsanda yerləşən bir evə aparıb orda məni döydülər. Mən onlara evdə qızılım var, verim mənnən əl çəkin dedim. İndi məni gətiriblər ki, qızılı onlara verim.” O, Valehdən o adamların kim oldduğunu soruşsa da o, cavab verməmişdir. O, məcbur qalıb üzərində brilliyant və zümrüd qaşlar olan üzük və sırğa dəstini Valehə vermişdir. Valeh evə həmin gecə saat 01:52-də qayıtdı. Qızıl dəsti Valehdə deyildi. Qızılları qiymətləndirilməyini soruşanda Valeh bildirmişdir ki, qızılları qiymətləndirmək üçün sabah gedəcəklər. Səhərisi gün Valeh qızılı qiymətləndirimək üçün getmişdir. O, bir neçə saat sonra Valehə zəng etmişdir. O qızılların cəmi 5000 manat dəyərində qiymətləndirildiyini bildirmişdir. O, bir neçə saat da Valehi gözləmişdir. Onun evə gəlmədiyini görüb saat 22:34-də Valehə zəng etmişdir. Onun telefonuna həkim cavab verib, Valehin xəstəxanada olduğunu bildirmişdir. Səhərə yaxın öyrənmişdir ki, Valeh rəhmətə gedib. Apelyasiya məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı şahid qismində dəvət edilmiş X9 ifadəsində bildirdi ki, təqsirləndirilən şəxsləri tanımır. Təqsirləndirilən şəxs1ı süd satan kimi tanıyır. Hadisə günü evdə oturmuşdur, çöldən atışma səsələrinin gəldiyini eşitmişdir. Tez pəncərədən həyətə baxmışdır. Təqsirləndirilən şəxs1 qaça-qaça qapıdan içəri keçdiyini görmüşdür. Səhv etmirsə onu kimsə qovalayırmış. Başa düşmüşdür ki, atəş səsləri ona açılan güllələrin səsiymiş. Sonradan bu hadisəni televizorda görəndə başa düşdmüşdür ki, həmin gün qaça-qaça gələn həqiqətən də Təqsirləndirilən şəxs1 imiş. Şahid ona verilnə suallara cavab olaraq bildirdi ki, Xəyalın arxasınca 2 nəfər qaçırmış, atışma səsini saat 21:00-22:00 arasında eşitmişdir. Atışma 10-15 dəqiqə davam etmişdir.Atışma səsi gələndə balkona çıxmışdır. Hava qaralmışdı, qaranlıq idi. Ordan maşın keçirdi deyə onun işığında Xəyalı tanımışdır. Xəyalın arxasınca qaçan adamları tanımamışdır. Xəyal qaça-qaça qonşu binaya daxil olmuşdur. Atışma vaxtı başqa heç kimi görməmişdir. Silah səsləri hələ dayanmamış o içəri daxil olmuşdur. Apelyasiya məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı Şahid13 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsləri tanımır. Zərərçəkmiş şəxs onun dayısı oğludur. Valehin İranlı vətəndaşa borcu olduğunu eşitmişdir. Valeh hadisə günündən bir gün qabaq ondan pul istəmişdir, o da pulunun olmadığını ona bildirmişdir. Mərhumun öldüyü vaxt yolda olmuşdur. Şahid13 suallara cavab olaraq bildirdi ki, qaydalara uyğun olaraq “Ovçu” mağazası işlədir amma Valehə silahı o verməmişdir. Valeh ondan 3-5 min manat pul istəmişdir, lakin pulun nə üçün ona lazım olduğunu bildirməmişdir. Hadisədən 1-2 gün qabaq Valeh axşam 10-a qalmış bir dəfə pul istəmişdir. Valehin evinə yaxın ərazidə onunla görüşmüşdür. 28- 30 mart tarixlərində Valehlə 277 dəfə danışığının olmasından xəbəri yoxdur, yalnız deyə bilər ki, mərhum ona dəfələrlə yığıb o, isə götürməmişdir. Valeh pula görə sıxıntı keçirirmiş, on görə tez-tez ona zəng edirmiş. Mart ayının 29-u Valehlə aralarında da pul söhbəti olub. Borcunun nəylə bağlı olduğunu bilmirmiş. Valeh pula görə onu kiminsə təhdid etdiyini deməmişdir. Valeh mart ayının 29-u ona zəng eləmiş, onunla danışanda səs-küy gəlirmiş, bir az da həyəcanlı imiş, Valehdən harada olduğunu soruşmuş, lakin Valeh deməmişdir. Pula görə onu öldürmək barədə bir söz deməmişdir. Valehin öldüyünü isə yolda olduğu zaman eşitmişdir. Valehlə telefonda danışan zaman ona elə gəlmişdir ki, kimsə Valehin üzərinə qışqırır. Həmin günü Valehə 300-400 manat pul vermişdir. Apelyasiya məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı Məhkəmə Ekspertiza Mərkəzinin trasaloji ekspertiza üzrə eksperti X10 ifadəsində bildirdi ki, verdiyi rəyi təsdiq edir. Ekspert ona verilən suallara cavab olaraq bildirdi ki, Silah üzərində əl izlərinin silinməsi qeyri-mümkündür. Metalda izlərin qalmasını çox nadir hallarda əldə edirlər. Təkrar ekspertiza ilə nəticə əldə etmək çox çətin məsələdir. Vakumun insan əl izinin silinməsinə təsiri yoxdur.Silahda zərərçəkmiş şəxsin əl izləri ilə bağlı sual qoyulmayıb. Apelyasiya məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı Məhkəmə Ekspertiza Mərkəzinin ballistik ekspertiza üzrə eksperti X2 ifadəsində bildirdi ki, verdiyi rəyi təsdiq edir. Ekspert ona verilən suallara cavab olaraq bildirdi ki, qarşılıqlı mübarizədə atəş izləri başqadır, mexaniki zədə ayrıdır. Məsafə 1 m-ə qədər olmuşdur. Məsafəni zədənin forması, ölçüsü və atəş faktoruna əsasən vermişdir. Bəzən güllə bədəndə olan möhkəm hissələrdən çıxmaya da bilər. O, bədəndə yox yalnız paltarda olanlar barədə rəy vermişdir. Onlar zədələri nömrələyir və onları ayrı-ayrı tədqiq edirlər. Paltarların götürülmə qaydası var, onlar götürülərkən qablaşdırılır. Barıt izlərinin itməsinə küləkli, yağışlı hava səbəb ola bilər. Həmin anda hadisə zamanı atəş faktoru ola bilər, lakin nümunələrdə qalmaya bilər. Hədəfdən hədəfə keçdikcə atəş faktorları dəyişir, yəni əynində gödəkçə olub, uzunqol köynək olub, atəş faktoru ged-gedə zəifləyir. Məsafənin müəyyən edilməsinə mis-metal izi təsir edir. 1 metrdən sonra atəş faktorları qalmaya bilər. Apelyasiya məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı Məhkəmə Ekspertiza Mərkəzinin materialşünaslıq ekspertiza üzrə eksperti X5 qızı ifadəsində bildirdi ki, vermiş olduğu rəyi təsdiq edir. Belə ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd gödəkçə, 01 ədəd köynək, 01 ədəd var, 01 ədəd mayka, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd gödəkçə, 01 ədəd var, 01 ədəd köynək, 01 ədəd mayka və 01 ədəd köynəyin səthləri üzərində kənar lif hissəcikləri vardır. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvarın üzərindən tapılmış mavi rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəldiyi müəyyən edilmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, qarşılıqlı təmas, eyni stolda oturma zamanı lif qala bilər. Dava edəndə lif qalmaya da bilər. Sintetik liflər bir-birinə lif buraxmaya bilər. Şalvarda lif aşkarlanıb. Çoxluq olanda eyniləşdirmə verirlər. Gödəkçə sintetik olur. Zərərçəkmiş şəxsin şalvarında təqsirləndirilən şəxslərin paltarının lifi aşkar olunmayıb. Apelyasiya məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-tibb eksperti X21 ifadəsində bildirdi ki, verdiyi rəyi təsdiq edir. Ona verilən suallara cavab olaraq Şahid7 bildirdi ki, Təqsirləndirilən şəxs1 paltarlarında barıt izləri vardı, 1m-ə qədər məsafədə heç nə aşkar olunmur. 35-40 sm-dən uzağı 1m-ə dək hisslər qala bilir, 1 metrdən keçdikdən sonra qalmır. Güllənin bədənə daxil olma strukturu zərərçəkmişin əynindəki paltarlardan asılıdır. Güllə arxadan və öndən girmişdir. Güllənin atılması ardıcıl olduğundan hissəcikləri müəyyən etmək mümkün olmamışdır. Atəş faktoru yaxın məsafədə müəyyən olunur, amma atəşin surətini müəyyən etmək olur. Barıt qazları güllənin üzərində 10-25 sm məsafədə ola bilir. Ola bilər ki güllə ağciyərə, qaraciyərə daxil olsun, gülləni özündə saxlaya bilər, sümüyə dəyib çıxa da bilər. Apelyasiya məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı təyin edilmiş məhkəmə video-texniki ekspertizası əsasında verilmiş 16.09.2019-cu il tarixli, 17722 ekspert rəyindən görünür ki, təqdim olunmuş mübahisəli videogörüntüdə 00 dəq 42 sandə, 01 dəq 14san-də kadrlar arası keçid prosesi baş vermişdir. Kadrlar arası qeydə alınan keçid proseslərinin seçmə çəkiliş nəticəsində yəni ki, operatorun istənilən məqamda videoqeydiyyatı dayandıraraq bir müddətdən sonra çəkiliş davam edərək ola bilər.Tam dəqiqliklə həmin halların yaranma mexanizmi və texniki xüsusiyyətlərini müəyyən etmək çəkiliş aparan cihazın təqdim edilmədiyinə görə müəyyən etmək mümkün olmamışdır. Tədqiq olunan mübahisəli videogörüntüdə hər hansı bir effektlərin əlavəsi, real hadisələri təhrif edən elementlərin əlavəsi halları və digər montaj əlamətləri müəyyən olunmadı. Təqdim olunmuş mübahisəli videogörüntü çəkiliş aparan “DVR” tipli cihazda nümayiş olunan görüntülərin orijinal çəkilişi deyil, mobil cihaz vasitəsilə təkrar seçmə çəkilişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə tibbi ekspertizasının 31 mart 2017-ci il tarixli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində olan giriş dəliyi başın sağ gicgah-alın nahiyəsində, çıxış dəliyi sol gicgah-təpə nahiyəsində yerləşən, dəlib-keçən, yara kanalı boyunca alın, gicgah və təpə sümüklərinin qəlpəli, yerinidəyişən sınıqları, kəllə əsasının sınığı, baş beyin toxumasının dağılması və hissəvi evakuasiyası ilə müşayiət olunan 1 ədəd dəlib-keçən odlu silah yaralanması xəsarətləri həyatidirlər, mərhumun ölümündən az əvvəl mis tərkibli mərmi (güllə) ilə doldurulmuş odlu silahdan açılmış bir atəş nəticəsində törənmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə bir başa səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs meyitində olan digər xəsarətlərdən – alın nahiyəsinin sağ hissəsinin 1 ədəd, alın nahiyəsinin orta hissəsinin 3 ədəd, alın nahiyəsinin sol hissəsinin 1 ədəd, sağ almacıq nahiyəsinin 1 ədəd, burun nahiyəsinin 1 ədəd və üst dodağın sağ hissəsinin 1 ədəd sıyrıqları, sağ gözün üst qapağının qançırı, üst dodağın sağ hissəsinin selikli qişasının əzilmiş yarası da həyati olub, mərhumun ölümündən əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlərin əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyin toxumasının dağılması və hissəvi evakuasiyası, kəllə tağı və əsası sümüklərinin qəlpəli sınıqları ilə müşayiət olunan başın dəlib-keçən odlu silah güllə yarası olmuşdur. Meyitin və meyitdən götürülmüş yaraların məhkəmə-tibbi kriminalistik tədqiqatına əsasən Zərərçəkmiş şəxs başında olan odlu silah yaralanmasında sağ gicgah-alın nahiyəsində olan odlu silah (güllə) yarası giriş dəliyi, sol gicgah-təpə nahiyəsində olan yara isə çıxış dəliyi kimi qiymətləndirilir. Başında olan odlu silah yarasının istiqaməti sağdan-sola, bir qədər öndən-arxaya və aşağıda-yuxarıya doğrudur. Atəşin məsafəsi atəşin əlavə faktorlarının təsir etdiyi (barıt qazları, hiss) 10-40 sm məsafədən açılmış bir atəşdir. Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (31.03.2017-ci il saat 09:00) təxminən 8-12 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə tibbi ekspertizasının 06 aprel 2017-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 adına tərtib olunmuş stasionar xəstənin tibbi kartasına əsasən kliniki müayinə zamanı onun bədənində qarın nahiyəsinin ön səthinin 1 ədəd, sol said nahiyəsinin 1 ədəd və sağ bazu nahiyəsinin 1/3-nin 1 ədəd dəlib-keçən odlu silah yaraları vardır, həmin xəsarətlər 30 mart 2017-ci il tarixdə yetirilməyə uyğun gəlir, dərəcəsinə görə ayrı-ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Digər xəsarətlərdən sol sağrı nahiyəsinin sıyrığı bərk küt əşya təsirindən törənmişdir və 30 mart 2017-ci il tarixdə yetirilməyə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə tibbi-bioloji ekspertizasının 18 may 2017-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi Balfa\H\(İİİ), Təqsirləndirilən şəxs1 isə ABO sistemi üzrə qrup göstəricisi Oalfa, betadır (İ). Ekspertizaya təqdim edilmiş 4 ədəd pambıq topasına hopdurulmuş nümunələrdə, 2 ədəd çay dəsmalı, 1 ədəd tuman, 1 cüt ayaqqabı, Zərərçəkmiş şəxs əl dırnaq kəsiklərində, ona məxsus uzunqol gödəkçə, uzunqol kofta, şalvar və qolsuz mayka, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd uzunqol gödəkçə, uzunqol sviter, şalvar, uzunqol kofta və qolsuz mayka, 1 ədəd tapança üzərində insan qanı ləkələri aşkar olundu. 4 ədəd pambıq topası, 1 ədəd tuman, 1 cüt ayaqqabı, Zərərçəkmiş şəxs əl dırnaq kəsiklərində, ona məxsus uzunqol gödəkçə, uzunqol kofta, şalvar və qolsuz mayka, 1 ədəd tapança üzərində olan ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və “H” antigenləri, tuman, Zərərçəkmiş şəxs məxsus uzunqol kofta və qolsuz mayka üzərində həmçinin alfa aqqlyutinini də alındı. Bu qan ləkələri Balfa/H/(İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Lakin göstərilən ləkələrdə bir neçə şəxsin qanı olduğu halda, bu ləkələrdə həmçinin O(İ) qruplu şəxsin, o cümlədən Təqsirləndirilən şəxs1 də qarışmış qanının olması mümkündür. 2 ədəd çay dəsmalı, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd uzunqol gödəkçə, uzunqol sviter, şalvar, uzunqol kofta və qolsuz mayka üzərində olan ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “H” antigeni alındı, Təqsirləndirilən şəxs1 məxsus uzunqol kofta və qolsuz mayka üzərində həmçinin alfa və beta aqqlyutininləri də alındı. “H” antigeni O (İ) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə Oalfa, beta(İ) qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs1 məxsus ola bilər. Bu ləkələrdə Zərərçəkmiş şəxs qanının olması inkar olunur. Məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə materialşünaslıq ekspertizasının 19 aprel 2017-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd gödəkçə, 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd mayka, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd mayka və 01 ədəd köynəyin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvarın üzərindən tapılmış mavi rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Məhkəməyədək icraat zamanı keçirilmiş kompleks məhkəmə trasoloji və ballistik ekspertizasının 4 may 2017-ci il tarixli rəyindən görünür ki, təqdim edilmiş 1 ədəd “Beretta” markalı tapançanın və sandıqçanın səthində aşkar olunmuş papilyar naxış izlərinin ayrıayrı fraqmentləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdırlar. Tədqiqata təqdim edilmiş 1 ədəd predmet zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Beretta” markalı yivli odlu döyüş silahıdır-tapançadır, sazdır, atəş açmaq üçün yararlıdır, tətiyini çəkmədən öz-özünə atəşin açılması mümkün deyil və onun üzərində təyinatını dəyişdirən hər-hansı əlavə və dəyişikliklər edilməmişdir. Silahın üzərində onun nömrəsini bildirən zavod nişanı aşkar edilmədiyindən onun nömrəsini müəyyən etmək mümkün olmamışdır. Çaxmağın döyüş bölməsindən çıxması üçün tətiyə 3,9 kq qüvvə tələb olunur. Tədqiqata təqdim edilmiş 6 ədəd predmet zavod üsulu ilə istehsal olunmuş “Browning”, “Glok 17”, “Steyr”, “Parabellum”, “Zəfər”, “Beretta” konstruksiyalı tapançalarda və sair silahlarda döyüş sursatı kimi istifadə edilən 9x19 mm kalibrli patronların atəş prosesində ayrılmış hissəsidir-gilizidirlər. Həmin gilizlər, təqdim edilmiş “Beretta” markalı tapançadan atılmışlar. Tədqiqata təqdim edilmiş 3 ədəd predmet, zavod üsulu ilə istehsal edilmiş, “Browning, “Zəfər”, “Steyer”, “Parabellum”, “Glok” tapançalarda və sair silahlarda döyüş sursatı kimi istifadə edilən, 9x19 mm kalibrli patronun atəş prosesində ayrılmış hissəsidir güllə örtüyüdürlər. Təqdim edilmiş 3 ədəd güllə örtüyü deformasiyaya uğradığdan, üzərində atıldığı silahın lülə kanalından qalmağa xarakterik izlər kifayət qədər olmadığından eyniləşmə tədqiqatı aparılmamışdır. Tədqiqata təqdim edilmiş iki ədəd predmet, 9 mm kalibrli “Astra400”, “Astra600”, “Beretta 92”, “Beretta 93R”, “Glock 17”, “Walther P38”, “Walther MP” tapançalarında və sair uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən 9x19 mm kalibrli patronlardır, təyinatı üzrə istifadə edilməyə yararlıdır. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 məxsus geyim əşyalarının səthindən, Təqsirləndirilən şəxs1 məxsus geyim əşyalarındakı zədələrin ətrafından atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilmişdir. Tədqiqata təqdim edilmiş silahın lülə kanalından atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilməsinə əsasən həmin silahdan atəş (atəşlər) açılmışdır. Lakin hazırlanmış elmi metodika olmadığından atəşin vaxtını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs məxsus sol və sağ əlin tampon nümnələrindən atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 1 ədəd göy rəngli gödəkçə, 1 ədəd göy rəngli uzunqol köynək, 1 ədəd belində kəməri olan şalvar, 1 ədəd ağ rəngli mayka üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədə yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd gödəkçə, 1 ədəd uzunqol qara rəngli köynək, 1 ədəd boz rəngli köynək, 1 ədəd ağ rəngli mayka üzərindəki zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərin və mis metal izinin aşkar edilməsinə əsasən, təqdim edilmiş 1 ədəd gödəkçə, 1 ədəd uzunqol qara rəngli köynək, 1 ədəd boz rəngli köynək, 1 ədəd ağ rəngli mayka üzərindəki “1", “2”, “4”, “5” zədələri giriş, “3”, “6” zədələri çıxış zədələri olmaqla 1 metrə qədər məsafə daxilində yetirilməyə xarakterikdir. “4” nömrəli zədə öndən arxaya, “5” nömrəli zədə arxadan önə doğru yetirilməyə xarakterikdir. “1”, “2” nömrəli zədələrin çıxış zədəsi olmadığından açılan atəşin istiqamətini müəyyən etmək mümkün deyildir. Belə zədələr təqdim edilmiş silahdan açılmış güllənin təsirindən də yarana bilər. Zərərçəkmiş şəxs məxsus sol əlin tampon nümunəsində his aşkar edildi. Məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə kompyuter-texniki ekspertizasının 11 may 2017-ci il tarixli rəyindən görünür ki, “Cellebrite” firmasının “UfedTouch” markalı kompleks qurğunun tətbiqi nəticəsində “Cellebrite” firmasının “X27 6” adlı proqram təminatının tərtib etdiyi hesabatlara əsasən tədqiqata təqdim edilmiş 1 ədəd “iPhone” markalı “A1332” modelli və 1 ədəd “iPhone” markalı “A1549” modelli həssas təzyiqlə (sensorlu) çalışan smartfonların yaddaşlarında saxlanılmış məlumatlar, həmçinin saxlanılan və pozulmuş SMS-lərin izləri müəyyən olunaraq, “Cellebrite” firmasının “X27 6” adlı proqram təminatının tərtib etdiyi hesabatlar 11 may 2017-ci il tarixli 10707 №-li ekspert rəyinə əlavə olunmuş üzərlərində “10707 №-li ekspert rəyi üzrə DVD disk” sözləri yazılmış 2 ədəd diskə köçürülmüşdür. Məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə kompyuter-texniki ekspertizasının 11 may 2017-ci il tarixli 10707 nömrəli rəyinə əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 08 iyun 2017-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan “İphone6” markalı mobil telefonun yaddaşında mütəşəkkil dəstə üzvləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və digərləri tərəfindən Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb edilməklə ələ keçirilmiş, 08 aprel 2017-ci il tarixdə ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs2 tərəfindən istintaqa təqdim edilmiş üzərində yaşıl və parlaq qaşları olan sarı metaldan 1 cüt sırğa və 1 ədəd üzük dəstinin fotoşəkili müəyyən edilmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş kompleks məhkəmə materialşünaslıq və əmtəəşünaslıq ekspertizasının 6 iyul 2017-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində 1 ədəd yarımşəffaf yaşıl və ağ şəffaf qaşları olan üzük - üzərində “585” əyar damğası həkk edilmişdir, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 5,02 qramdır, yarımşəffaf yaşıl qaş zümrüd, ağ şəffaf qaşları isə brilyantdır, 8 ədədinin hər birinin ölçüsü 0,114 karat, 3/3 keyfiyyətlidir, qiyməti 875,0 manatdır. 1 ədəd sarı-gümüşü rəngli metaldan üzərində 1 ədəd şəffaf yaşıl və ağ şəffaf qaşları olan sırğa cütü – üzərində “585” əyar damğası həkk edilmişdir, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 9,18 qramdır, şəffaf yaşıl qaş zümrüd, ağ şəffaf qaşları isə brilyantdır, 16 ədədinin hər birinin ölçüsü 0,114 karat, 3/3 keyfiyyətlidir, qiyməti 1707,0 manatdır. Məhkəməyədək icraat zamanı keçirilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 10 iyul 2017-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəməyədək icraat zamanı keçirilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 04 iyul 2017-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəməyədək icraat zamanı keçirilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 01 avqust 2017-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəməyədək icraat zamanı keçirilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 26 sentyabr 2017-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərərkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs4 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs4 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəməyədək icraat zamanı keçirilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 12 dekabr 2017-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs5 ittiham olunduğu əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərərkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs5 ittiham olunduğu əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs5 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə tibbi-bioloji ekspertizasının 28 iyul 2017-ci il tarixli nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus uzunqol gödəkçə, şalvar, uzunqol kofta və qolsuz mayka üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri bir şəxsə məxsus olduğu halda Balfa/H/(İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə qanın qarışıq olduğu halında isə həmçinin O(İ) qruplu şəxsin, o cümlədən də Təqsirləndirilən şəxs1 qarışmış qanının olması da inkar olunmur. Məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə tibbi-kriminalistik ekspertizanın 20 iyul 2017-ci il tarixli rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs1 qarnın ön divarında 1 ədəd, sol saiddə orta 1/3-də 1 ədəd və sağ bazuda yuxarı 1/3-də 1 ədəd dəlibkeçən odlu silah yarası olmuşdur. Qarnın ön divarında olan yaranın giriş dəliyi solda, çıxış dəliyi ön qoltuqaltı xətt üzrə qabırğa qövsündən 2 sm aşağıda yerləşir. Yara kanalının istiqaməti içəridən bayıra doğru olmaqla yumşaq toxumaları zədələyir və qarın boşluğuna nüfuz etmir. Sol saiddə olan yaranın istiqaməti arxadan önə olmaqla giriş dəliyi saidin aşağı 1/3-nin arxa səthində, çıxış dəliyi saidin ön səthinin yuxarı 1/3-dən sağ bazuda olan yaranın istiqaməti arxadan önə olmaqla giriş dəliyi bazunun yuxarı 1/3-nin arxa səthində, çıxış dəliyi isə bazu sümüyü başının proyeksiyasına uyğun dəridə yerləşmişdir. Qeyd edilən xəsarətlər patronu güllə ilə doldurulmuş odlu silahdan açılan 3 atəş təsirindən atəşin əlavə faktorları təsir edən məsafədən (bir metrə qədər məsafə daxilində) açılmışdır, qərarın təsviri hissəsində qeyd edilən vaxtda və şəraitdə, yəni 30.03.2017-ci il tarixdə yetirilə bilərdi. Sol saiddə olan dəlib-keçən yaranın giriş və çıxış dəliyinin paltarda olan zədəyə uyğun gəlməməsini həmin qolun atəş vaxtı fırlanma hərəkəti etməsi ilə izah etmək olar. Xəsarətlər qısa müddət ərzində yetirildiyindən onların ardıcıllığını təyin etmək mümkün deyildir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus maykanın, alt köynəyin, sviterin, gödəkçənin ön hissəsində solda 1 ədəd, alt köynəyin, sviterin, gödəkçənin sağ qolun ön hissəsində 1 ədəd, sol qolun aşağı hissəsində 1 ədəd odlu silah yaralanmasının giriş dəlikləri, maykanın, alt köynəyin, sviterin, gödəkçənin ön hissəsində ortada 1 ədəd, alt köynəyin, sviterin, gödəkçənin sağ qolun arxa hissəsində 1 ədəd, alt köynəyin, sviterin, gödəkçənin sol qolun aşağı hissəsində 1 ədəd odlu silah yaralanmasının çıxış dəlikləri aşkar edildi. Bu zədələr Təqsirləndirilən şəxs1 qarın nahiyəsinin ön səthində olan 1 ədəd, sağ bazu nahiyəsinin 1/3-nin 1 ədəd, sol qolun aşağı hissəsində 1 ədəd olan odlu silah zədələnmələri ilə yerləşmələrinə görə nisbi olaraq üstüstə düşürlər. Xəsarətlərin yerləşmə nahiyələri və xarakteri onların Təqsirləndirilən şəxs1 tərəfindən özünə yetirilə bilməsini inkar edir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus paltarların üzərində olan zədələrə əsasən demək olar ki, o, xəsarət alan zaman müxtəlif duruş vəziyyətlərində və silahın lüləsinin ağız kəsiyi giriş dəliklərinin yerləşdiyi nahiyələrə doğru yönəlmiş vəiziyyətdə olmuşdur. Məhkəməyədək icraat zamanı keçirilmiş ambulator məcburi narkoloji ekspertizasının 24 may 2017-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmə halları olub. Lakin Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat zamanı keçirilmiş ambulator məcburi narkoloji ekspertizasının 13 dekabr 2017-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs5 narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsiredici dərman preparatı olan tramadoldan istifadə etmə halları olub. Lakin Təqsirləndirilən şəxs5 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs5 narkomaniya xəstəliyindən əziyyət çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə bioloji ekspertizasının 14 aprel 2017-ci il tarixli rəyinə əsasən vətəndaş Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş təmiz çəkisi 5,83 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Apelyasiya məhkəməsi ibtidai istintaq, birinci instansiya və apelyasiya məhkəməsində tədqiq olunan sübutlara qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxslərin təqsirləri tam sübuta yetirilir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1, 182.3.2-ci maddələri ilə təqdirləndirilmələrinə dair kollegiya qeyd edir ki, işin faktiki hallarından, təqsirləndirilən şəxslərin ifadələrindən, zərərçəkmişin hüquqi varisinin ifadələrindən və digər sübutlardan onların zərərçəkmiş Zərərçəkmiş şəxs onda olan 30.000 ABŞ dolları məbləğində pulun hədə-qorxu ilə tələb etmələri və bu məqsədlə onun oğurlanması faktı tam sübuta yetirilir. Belə ki, Apelyasiya məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsləri tanımır. 29 mart 2017-ci il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs saat 12:00-da oğlanlarına ortopedik ayaqqabı sifariş vermək üçün evdən çıxmışdır. 2-3 saat sonra evə gəlmişdir, evdə çay içən zaman telefonuna zəng gəlmişdir. Telefonla danışandan sonra harasa çıxıb getmişdir. Valeh evə birdə həmin gün saat 23:50-də qayıtmışdır. Evə qayıdanda çox əsəbi idi. Nə olduğunu soruşanda o, bildirmişdir ki, “iranlı Bəşirə borcum var, o mənim üstümə 5 nəfər adam göndərib. O, adamlar məni Hövsanda yerləşən bir evə aparıb orda məni döydülər. Mən onlara evdə qızılım var, verim mənnən əl çəkin dedim. İndi məni gətiriblər ki, qızılı onlara verim.” O, Valehdən o adamların kim oldduğunu soruşsa da o, cavab verməmişdir. Apelyasiya məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs5 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 onun bacanağıdır. Allahverdini bir dəfə təxminən iki əvvəl çayxanada görmüşdür. O biri təqsirləndirilənləri tanımır. 29 mart 2017-ci il tarixdə Xəyal ona zəng eləmişdi və onlara gəlib tozsoranı götürmək istədiyini bildirmişdir. Xəyal gələndə darvazanı o, açmış və yanında iki nəfərin də olduğunu görmüşdür. Onları evə çay içməyə dəvət etmişdir. Həmin vaxt mərhum onlarla birlikdə evə girməmiş, Xəyalın maşınına söykənib təxminən on dəqiqə telefonla danışmışdır. Sonra o da içəri girib çay içmişdir. Onun evində olduqları müddətdə heç kim Valehə təzyiq göstərməyib, pul istəməyib. Təqsirləndirilən şəxs5 məhkəmədəki ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, yaşadıqları ev rütubətli olduğu üçün 29 mart 2017-ci il tarixdən təxminən iki-üç gün əvvəl həyat yoldaşı və iki azyaşlı övladını qayınatası Sabir Məmmədova məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən mənzilə aparmış, özü isə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bahar” yaşayış massivində yerləşən evində tək qalmışdır. 29 mart 2017-ci il tarixdə gün ərzində yaşadığı evdə olmuş, saat 21-22 radələrində bacanağı Təqsirləndirilən şəxs1 ona zəng edərək evdə olub-olmadığını soruşub “Əhmədlidəyəm, Sizə gəlirəm” demiş, o isə buna etiraz etməmişdir. Xəyal onun evinə gəlməsinin səbəbini bildirməmiş, onun özü də Xəyaldan bu barədə soruşmamışdır. Xəyal ondan ailə üzvlərinin evdə olub-olmadığını soruşduqda ona evdə tək olduğunu demişdir. Bundan təxminən 40-50 dəqiqə sonra Xəyal ona yenidən zəng edərək qapını açmasını bildirmiş və o, həyətə düşüb qapını açmışdır. Həmin vaxt Xəyal dörd nəfərlə birlikdə qapıdan həyətə daxil olmuş, o, həmin şəxslərdən Xəyalın dostları Kənan və Aliki tanımış, digər iki şəxsin adlarının “Maqa” ləqəbli Bilal və Valeh olmasını isə sonradan, yəni yaşadığı evdə gedən söhbətlər zamanı bilmişdir. Sonra o, qapını bağlayıb Xəyalgillə birlikdə yaşadığı evə daxil olmuşdur. Xəyalgil evə daxil olarkən Valeh təxminən 5-6 dəqiqə həyətdə dayanıb mobil telefonu ilə kiminləsə danışmışdır. Xəyal qonaq otağındakı divana uzanmış, Kənan onun yanında əyləşmiş, Alik divanla üzbəüz yerləşən kresloda, Bilal girişdən sağda yerləşən masa arxasına əyləşmiş, Valeh isə girişdən sağ tərəfdə yerləşən masanın yanında ayaq üstə dayanmışdır. Bu vaxt o, çay gətirmək üçün mətbəxə getmişdir. Bilal söhbətə başlayaraq Valehdən pulu nə vaxt çatdıracağını soruşmuş, daha sonra Alik, Bilal, Kənan və Xəyal Valehi nalayiq söyüşlərlə təhqir edib ona “Pulu nə vaxt çatdırırsan? Neçə vaxtdır ki, qaçıb gizlənirsən, pulu verməlisən başa düşdün?” kimi sözlər deyib onu hədələmişlər və pulu verməsini tələb etmişlər. Valeh isə onlara “mənə möhlət verin, borcumu qaytaracam” demişdir. Bundan sonra o, kiminsə yerə yıxılma səsini eşitmişdir. Dərhal həmin otağa daxil olarkən Xəyalın döşəmə üzərində uzanıqlı vəziyyətdə olduğunu görmüş, nə baş verdiyini soruşduqda Xəyal “Valehə təpik atanda yıxıldım” demişdir. Bundan sonra təxminən beş dəqiqə sakitlik olmuş, Alik adlı şəxs arxa tərəfdən Valehə yaxınlaşıb sağ qolu ilə onun boyun nahiyəsini sıxaraq ondan pulu nə vaxt qaytaracağını soruşmuş, Valeh isə yenə də onlardan ona vaxt verilməsini xahiş etmişdir. Belə olduqda o, söhbətə müdaxilə etmiş və Alikin əlindən tutub ona “sıxma, vaxt istəyirsə vaxt verin, qaytaracaq deyirsə, qaytarar yəqin” demişdir. O, Valehlə digərlərinin aralarında borc pul mübahisəsinin olmasını bilsə də, konkret olaraq Valehin kimə nə qədər pul borclu olmasını bilməmiş və bu barədə soruşmamışdır. X38, Bilal, Alik və Kənana “qızıllarım var, mənimlə birlikdə gedək onu sizə verim, ya da imkan verin satım onun pulunu Sizə verim” demişdir. Valehin bu sözündən sonra Xəyal, Alik, Bilal və Kənan sakitləşib Valehlə razılaşmışlar və hamısı birlikdə onun evini tərk edib getmişlər. Xəyal və tanışları onun yaşadığı evdə 20-25 dəqiqə müddətində olmuşlar. Bu müddət ərzində onun evində Xəyal, Bilal, Alik, Kənan, Valeh və onun özündən başqa heç kim olmamışdır. 30 mart 2017-ci il tarixdə axşam vaxtı zəng edib həyat yoldaşı və uşaqları ilə maraqlananda bacanağı Xəyalın güllələndiyini və “Semaşko” xəstəxanasında olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11-ci maddələri ilə təqsirləndirilməsi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, onların bu cinayəti törətməsi aşağıdakı sübutlarla sübuta yetirilir. Məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə tibbi-bioloji ekspertizasının 28 iyul 2017-ci il tarixli nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus uzunqol gödəkçə, şalvar, uzunqol kofta və qolsuz mayka üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri bir şəxsə məxsus olduğu halda Balfa/H/(İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə qanın qarışıq olduğu halında isə həmçinin O(İ) qruplu şəxsin, o cümlədən də Təqsirləndirilən şəxs1 qarışmış qanının olması da inkar olunmur. Məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə tibbi-bioloji ekspertizasının 18 may 2017-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi Balfa\H\(İİİ), Təqsirləndirilən şəxs1 isə ABO sistemi üzrə qrup göstəricisi Oalfa, betadır (İ). Ekspertizaya təqdim edilmiş 4 ədəd pambıq topasına hopdurulmuş nümunələrdə, 2 ədəd çay dəsmalı, 1 ədəd tuman, 1 cüt ayaqqabı, Zərərçəkmiş şəxs əl dırnaq kəsiklərində, ona məxsus uzunqol gödəkçə, uzunqol kofta, şalvar və qolsuz mayka, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd uzunqol gödəkçə, uzunqol sviter, şalvar, uzunqol kofta və qolsuz mayka, 1 ədəd tapança üzərində insan qanı ləkələri aşkar olundu. 4 ədəd pambıq topası, 1 ədəd tuman, 1 cüt ayaqqabı, Zərərçəkmiş şəxs əl dırnaq kəsiklərində, ona məxsus uzunqol gödəkçə, uzunqol kofta, şalvar və qolsuz mayka, 1 ədəd tapança üzərində olan ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və “H” antigenləri, tuman, Zərərçəkmiş şəxs məxsus uzunqol kofta və qolsuz mayka üzərində həmçinin alfa aqqlyutinini də alındı. Bu qan ləkələri Balfa/H/(İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Lakin göstərilən ləkələrdə bir neçə şəxsin qanı olduğu halda, bu ləkələrdə həmçinin O(İ) qruplu şəxsin, o cümlədən Təqsirləndirilən şəxs1 də qarışmış qanının olması mümkündür. 2 ədəd çay dəsmalı, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd uzunqol gödəkçə, uzunqol sviter, şalvar, uzunqol kofta və qolsuz mayka üzərində olan ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “H” antigeni alındı, Təqsirləndirilən şəxs1 məxsus uzunqol kofta və qolsuz mayka üzərində həmçinin alfa və beta aqqlyutininləri də alındı. “H” antigeni O (İ) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə Oalfa, beta(İ) qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs1 məxsus ola bilər. Bu ləkələrdə Zərərçəkmiş şəxs qanının olması inkar olunur. Birinci instansiya məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində ərzaq mağazası işlədir. O, Xəyal və Allahverdini Xırdalan sakinləri kimi tanımış, onlarla qonşu kimi münasibəti olmuşdur. Hadisə günü gündüz Təqsirləndirilən şəxs1 mağazanın yanında süd satdığını görmüşdür. Axşam saatlarında o, mağazanın qarşısında olduğu vaxt xeyli sayda adamın mağazadan yuxarı istiqamətdə getdiklərini görmüşdür. O da adamlara qoşulub həmin istiqamətdə getmişdir. Ətrafa yığılan adamlardan nə baş verdiyini soruşduqda, kimlərinsə dava etdiklərini demişlər. O, binanın qarşısına çatanda güllə səsləri eşitmiş və qaçıb blokda gizlənmişdir. Sonra o, mağazaya qayıtmışdır. Bundan bir müddət sonra isə o, hadisə baş verdiyi yerə getmiş, Zərərçəkmiş şəxs meyitinin yerdə uzanmış vəziyyətdə qaldığını görmüşdür. Təcili tibbi yardım gəldikdən sonra o, evinə getmişdir. O, hadisənin birbaşa şahidi olmamış, o, hadisə yerinə çatdıqda Zərərçəkmiş şəxs artıq ölmüş olmuşdur. O, gülləni kimin atdığını görməmişdir. Şahid2 məhkəmədəki ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Qardaşlar” adlı ərzaq mağazasını işlətdiyi üçün qeyd olunan ərazidə yaşayan sakinləri və həmin əraziyə gəlib-gedən şəxləri tanıyır. 30 mart 2017-ci il tarixdə işlədiyi marketin arxa tərəfində yerləşən “Karvan” çay evinin qarşısında baş vermiş silahlı insident zamanı silahdan açılmış atəşdən xəsarət almış Təqsirləndirilən şəxs1 məhəllədə “Qazel” markalı avtomobillə “Qəbələ südü” satan şəxs kimi tanımışdır. Xırdalan şəhər sakinləri Kənan və Aliki Xəyalın yaxın dostları kimi tanıyır. 30 mart 2017-ci il tarixdə, saat 22 radələrində işlətdiyi dükandan çıxıb “515” çay evinin yanında olan parkın içərisindən keçməklə “Karvan” çay evinə doğru gedərkən həmin çay evindən ilk olaraq qiyabi tanıdığı Valeh adlı şəxs, onun arxasınca Təqsirləndirilən şəxs1, qiyabi tanıdığı Xırdalan şəhər sakini olan Kənan, tanımadığı digər iki və ya üç nəfər şəxsin çölə çıxdıqlarını görmüşdür. Təqsirləndirilən şəxs1 çay evinin qarşısında Valeh adlı şəxslə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Valeh Xəyala “Sən idin mənə təpik atan” dedikdə Xəyal nə isə deyib “Karvan” çay evi ilə üzbəüz yerləşən obyektin yan tərəfində dayanan Valehin sifətindən yumruqla vurmuşdur. O, həmin vaxt “Karvan” çay evi ilə “515” çay evinin arasında yerləşən parkın içərisində olmuş, hava qaranlıq olsa da, “Karvan” çay evinin qarşısı işıqlı olduğundan baş verənləri görmüşdür. Valeh həmin zərbənin təsirindən arxaya doğru getmiş və Xəyala “Adə, ay oğraş sən məni vurdun” deyib əlini bel nahiyəsinə apararaq çıxardığı tapançadan Xəyala tərəf atəş açmışdır. Bu vaxt Xəyalla Valeh əlbəyaxa olmuşlar. Xəyal Valehin qollarından tutaraq onun atəş açmasına mane olmuşdur. Amma buna baxmayaraq Valeh əlindəki tapançadan atəş açmışdır. Xəyal və Valeh əlbəyaxa olub “Karvan” çay evinin yanındakı avtoyuma məntəqəsi istiqamətində getmişlər. Onların getdikləri istiqamətdən atəş səsləri eşidilmişdir. O, bir neçə şəxsin arxadan Valehə yaxınlaşdıqlarını görmüşdür. Lakin həmin şəxslərin kimlər olmasını o bilməmişdir. Sonuncu atəş açılarkən ətrafda olan insanlardan kimsə qışqıraraq “Vurdular” demişdir. Lakin həmin şəxs kimin vurulduğunu deməmişdir. Eləcə də o, həmin sözü konkret olaraq kimin dediyini bilməmişdir. O, Xəyalla birlikdə “Karvan” çay evindən çölə çıxan digər şəxslərin hansı istiqamətdə getdiklərini görməmişdir. Sonra camaatla birlikdə hadisə yerinə doğru gedərkən eşitmişdir ki, “Karvan” çay evinin yaxınlığındakı qarajın qarşısında kişi meyiti var. Meyitə baxarkən isə onun Valeh olduğunu görmüşdür. Həmin vaxt Valeh xırıldamışdır. O, Valehin kim tərəfindən vurulmasını görməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq Şahid2 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri müqayisəli şəkildə tədqiq edib, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunduğundan həmin ifadəni səmimi ifadə kimi qiymətləndirmiş və sübut kimi qəbul etmişdir. Yuxarıda qeyd olunan sübutlardan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11-ci maddələri ilə təqsirləndirilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası CM-nin 145-146-cı maddələrinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi ilə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan yaratmış olsun. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin faktiki halları ilə əlaqəli şəkildə nəzərdən keçirib, cinayət işinin materiallarını araşdırıb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs qarşı hər hansı cinayət törətmədiklərinə dair dəlilləri yuxarıda sadalanan mötəbər sübutlarla təkzib olunduğundan, həmçinin onların törətdikləri cinayət hərəkəti cinayət işinin materialları ilə, o cümlədən, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, məhkəmə ekspertizası rəyləri, istintaq hərəkəti protokolları və digər sənədlərlə tam təsdiqini tapdığından Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1, 182.3.2 və 221.2.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1, 182.3.2, 221.2.1-ci və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1, 182.3.2 və 221.2.1-ci maddələri, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1, 182.3.2 və 221.2.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1, 182.3.2, 221.2.1-ci və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1, 182.3.2 və 221.2.1-ci maddələri, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətləri təmin edilməsin. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-410-cu maddələrində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kasassiya şikayəti və kasassiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(105)-7/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-7/2021
21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver