Məhkəmə qərarları › İş №1(105)-7/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Hökm — İş №1(105)-7/2024

16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(105)-7/2024 16.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının hakimləri: X8 (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəsirov Natiq Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin apellyasiya instansiya məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi6 iştirakları ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Abşeron Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli hökmündən birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə edən prokuror Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli hökmü ilə (hakim S.Quliyeva) xx xxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda faktiki yaşayan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs1 ona görə məhkum edilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən 2019-cu ilin yanvar ayında qanunsuz olaraq əldə etdiyi bir ədəd nömrəsi silinmiş Azərbaycan Respublikasında, İqlim EİM-də istehsal olunmuş, 9 mm kalibrli Zəfər modelli texniki cəhətdən saz, atəş üçün yararlı və yivli odlu silahı, “Zəfər”, modelli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla texniki cəhətdən saz, istifadəyə yararlı bircərgəli və 15 ədəd 9x19 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş sandıqçanı, 15 ədəd Azərbaycan Respublikasında istehsal olunmuş, 9x19 mm kalibrli olmaqla həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı və döyüş sursatı sayılan patronları üzərində gəzdirməklə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsində yerləşən 34 saylı mənzilə daşıyaraq orada saxlamış, 10 aprel 2019-cu il tarixdə tanışı Təqsirləndirilən şəxs2 müvəqqəti yaşadığı Abşeron rayonu, Gənclər şəhərciyi, bina 66, mənzil 12-yə gətirib sonuncuya vermişdir. Hökmə əsasən ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə olan əməlləri Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinə tövsif edilmiş və onlar həmin maddə ilə təqsirli bilinmişlər. Qeyd edilən hökmdən Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru tərəfindən apelyasiya protesti verilmişdir. İşə baxan Sumqayıt Apellyasiya Məhkəməsi (Sədrlik edən və məruzəçi hakim E.G.Rəhimov (sədrlik edən və məruzəçi), hakimlər E.M. Əhmədov və M.Ə.Rzayev) 24 noyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya protestini təmin etmədən hökmü qüvvəsində saxlamışdır. Dövlət ittihamçısının kassasiya protestinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi (Sədrlik edən Ə.C.Seyidov, hakimlər T.L.Kazımov, Ə.Ə.Novruzov) 06 oktyabr 2021-ci il tarixli qərarla apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib, cinayət işini yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Həsənov X6 Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli hökmü ilə onlara təyin edilmiş 01 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının müddətinin sona çatması ilə əlaqədar 10 oktyabr 2020-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad edilmişlər. İşə yenidən baxılarkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dəfələrlə məhkəmə iclaslarına gəlmədiklərindən Sumqayıt Apelyasiya Məhkəməsinin 11 mart 2022-ci il tarixli qərarı ilə barələrində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır. 15 aprel 2022-ci il tarixdə Əhmədov X7 RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. 06 iyun 2022-ci il tarixdə cinayət işi Təqsirləndirilən şəxs2 tutulması faktına əsasən təzələnmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 28 iyun 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Abşeron Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs2 barəsində ləğv edilərək, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə təqsirli bilənərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 fevral 2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 28 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs2 kasssaiya şikayəti təmin edilməmişdir. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. 06 dekabr 2023-cü il tarixdə cinayət işi Təqsirləndirilən şəxs1 tutulması faktına görə ona aid hissədə təzələnmişdir. APELYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Apellyasiya protestində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair Abşeron rayon məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə təqsirli bilinərək onlara həmin maddənin sanksiyasına uyğun cəza təyin edilməklə yeni hökm çıxarılması xahiş olunmuşdur. Protest onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatlarını əldə etmə, saxlama, gəzdirmə və daşıma barədə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə cinayətkar plana uyğun olaraq Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi bir ədəd nömrəsi silinmiş Azərbaycan Respublikasında, İqlim EİM-də istehsal olunmuş, 9 mm kalibrli Zəfər modelli texniki cəhətdən saz, atəş üçün yararlı və yivli odlu silahı, “Zəfər”, modelli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla texniki cəhətdən saz, istifadəyə yararlı bircərgəli və 15 ədəd 9x19 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş sandıqçanı, 15 ədəd Azərbaycan Respublikasında istehsal olunmuş, 9x19 mm kalibrli olmaqla həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı və döyüş sursatı sayılan patronları üzərində gəzdirməklə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsində yerləşən 34 saylı mənzilə daşıyaraq orada saxlamış, 10 aprel 2019-cu il tarixdə qrupun digər üzvü Təqsirləndirilən şəxs2 müvəqqəti yaşadığı Abşeron rayonu, Gənclər şəhərciyi, bina 66, mənzil 12-yə gətirib cinayətkar sövdələşməyə əsasən qanunsuz saxlamaq məqsədi ilə sonuncuya vermiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq odlu silahlara aid olan “Zəfər” tapancası, döyüş sursatları əldə edib saxlamaları və gəzdirmələri barədə Azərbaycan Respublikası DİN BMCMİ-nə daxil olmuş məlumat əsasında qeyd edilən idarənin əməkdaşları tərəfindən 11 aprel 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 həmin gün, saat 00:05-də Abşeron rayonu, Gənclər şəhərciyi, 66 saylı binanın yaxınlığında saxlanılaraq üzərinə keçirilən baxış zamanı əynindəki qara rəngli şalvarın kəmərinin bel nahiyəsinə keçirdiyi Təqsirləndirilən şəxs1la birgə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi bir ədəd “Zəfər” modelli silah içərisində 15 ədəd patron olan bir ədəd sandıqça ilə birlikdə aşkar edilərək götürüldüyündən onlar Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişlər, lakin məhkəmə onların törətdiyi əməli CM-nin 228.1-ci maddəsinə tövsif etməkdə haqlı olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 228.2.1- ci maddəsi ilə törətdikləri cinayət əməli onların işin halları ilə bağlı ifadələri və şahidlərin ifadələri, baxış protokolları, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş sənədlərlə, eləcə də, iş üzrə toplanılmış digər materiallarla təsdiq edilir. Məhkəmə ən azından Rusiyaya getməyə hazırlaşan Təqsirləndirilən şəxs1 özü ilə silah və onun komplekt hissələrini daşıya bilməyəcəyini, Təqsirləndirilən şəxs2la bu səbəbdən saxlanılması ilə bağlı qabaqcadan razılaşaraq əlbir olduqlarını nəzərə almamışdır. CİNAYƏT PROSESİ İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı Səyavuş Sadıqov apellyasiya protestinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs1 aid hissədə ləğv edilməsini, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə ittiham hökmü çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi6 apellyasiya protestinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Təqsirləndirilən şəxs1 apellyasiya protestinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Apellyasiya protestinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi 06 oktyabr 2021-ci il tarixli qərarında göstərmişdir ki, işə baxan məhkəmələr məhkumların qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etməmişdir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, məhkəmələrin mövqeyinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilən cinayət əməlləri ayrı ayrılıqda törədilən cinayət əməlləridir və törədilmə vaxtlarına görə fərqlənirlər. Belə ki, Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayət əməli onun odlu silahı əldə etdiyi vaxtdan başlayıb Təqsirləndirilən şəxs2 təqdim etdiyi vaxtda bitmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli isə Təqsirləndirilən şəxs1 tərəfindən silah ona təqdim edildiyi andan başlamış, polis əməkdaşları tərəfindən aşkar edilənədək davam etmişdir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 02 nömrəli qərarında göstərilmişdir ki, bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Məhkəmə kollegiyası qeyd etmək istəyir ki, odlu silahın qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşülməlidir. Belə saxlama təqsirli şəxsin bilavasitə niyyətinə bağlı olur, o həmin qanunsuz predmetlərin müəyyən saxlanc yerlərində saxlanıldığını bilir, belə saxlama onun iradəsinə uyğun, digər şəxslərdən istifadə etməklə, yaxud təkbaşına olur, istənilən vaxt həmin predmeti yenidən faktiki sahibliyinə qaytara bilir. Bu halda şəxsin niyyəti həmin predmetin saxlanmasına yönəlir, cinayətin subyektiv tərəfi ilə əhatə olunur. İşin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatlarını əldə etmə, saxlama, gəzdirmə və daşıma barədə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, Təqsirləndirilən şəxs1 özündə olan odlu silahı və onun komplekt hissələrini özündə saxlamış, üzərində gəzdirmiş, daşımış və Təqsirləndirilən şəxs2la odlu silahı və onun komplekt hissələrini saxlanılması ilə bağlı razılaşmış, sonuncu da keçirilmiş əməliyyat tədbiri nəticəsində bel nahiyəsinin ortasında əynində olan qara rəngli cins şalvarın kəmərinə keçirilmiş vəziyyətdə gəzdirdiyi silahı içərisində 15 ədəd patron olan 01 ədəd sandıqçası ilə birgə çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri cinayət əməlinin obyektiv cəhəti özlüyündə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə kimi hərəkətləri ehtiva edir. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatlarını əldə etmə, saxlama, gəzdirmə və daşıma barədə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə cinayətkar plana uyğun olaraq Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi bir ədəd nömrəsi silinmiş Azərbaycan Respublikasında, İqlim EİM-də istehsal olunmuş, 9 mm kalibrli Zəfər modelli texniki cəhətdən saz, atəş üçün yararlı və yivli odlu silahı, “Zəfər”, modelli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla texniki cəhətdən saz, istifadəyə yararlı bircərgəli və 15 ədəd 9x19 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş sandıqçanı, 15 ədəd Azərbaycan Respublikasında istehsal olunmuş, 9x19 mm kalibrli olmaqla həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı və döyüş sursatı sayılan patronları üzərində gəzdirməklə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsində yerləşən 34 saylı mənzilə daşıyaraq orada saxlamış, 10 aprel 2019-cu il tarixdə qrupun digər üzvü Təqsirləndirilən şəxs2 müvəqqəti yaşadığı Abşeron rayonu, Gənclər şəhərciyi, bina 66, mənzil 12yə gətirib cinayətkar sövdələşməyə əsasən qanunsuz saxlamaq məqsədi ilə sonuncuya vermiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq odlu silahlara aid olan “Zəfər” tapancası, döyüş sursatları əldə edib saxlamaları və gəzdirmələri barədə Azərbaycan Respublikası DİN BMCMİ-nə daxil olmuş məlumat əsasında qeyd edilən idarənin əməkdaşları tərəfindən 11 aprel 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 həmin gün saat 00:05-də Abşeron rayonu, Gənclər şəhərciyi, 66 saylı binanın yaxınlığında saxlanılaraq üzərinə keçirilən baxış zamanı əynindəki qara rəngli şalvarın kəmərinin bel nahiyəsinə keçirdiyi Təqsirləndirilən şəxs1la birgə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi bir ədəd “Zəfər” modelli silah içərisində 15 ədəd patron olan bir ədəd sandıqça ilə birlikdə aşkar edilərək götürüldüyündən onlara Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ittihamı elan edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə iclasında ifadəsində göstərmişdir ki, 2018-ci ilin təxminən dekabr ayının sonlarında Bakıdan tanıdığı “Çinqaçiuk” ləqəbi ilə tanınan Natiq adlı şəxsə məxsus dəqiq xatırlamadığı telefon nömrəsi ilə əlaqə saxlayaraq ona tezliklə Bakıya gələcəyini və onun üçün silah tapmasını istəmişdir. Natiq ondan silahı nə üçün istədiyini soruşduqda Natiqə sadəcə maraq üçün əldə etmək istədiyini bildirmişdir. Natiq problem olmadığını və onun üçün silah tapa biləcəyini bildirmişdir. 2019-cu ilin təxminən yanvar ayının sonlarında Bakıda olarkən Natiqlə əlaqə saxlamış və silah tapıb-tapmadığını soruşmuşdur. Natiq silah tapdığını və qiymətinin 1200 manat olduğunu bildirmişdir. Natiqlə razılaşmış və Natiq ona silahı Şıxov yolunda adını hazırda xatırlamadığı kafenin yaxınlığında ağacın altına qoyacağını bildirmişdir. Həmin axşam saat 19 radələrində Natiqin dediyi yerdən sellofan paketə bükülmüş bağlamanı götürmüşdür. Paketi götürdükdən sonra Yasamalda “Dərə” adlanan yerə gəlmiş və orada qarajın içərisində həmin sellofan bükülünü açmışdır. Bükülünün içərisində bir ədəd silah, bir ədəd sandıqça və 15 ədəd patron olmuşdur. Həmin silahı, sandıqçanı və patronları yenidən sellofana büküb qarajda gizlətmişdir. Bundan sonra Natiqlə yenidən əlaqə saxlamış və ona “Azneft”-in dairəsinə gəlməsini, orada bir nəfər şəxsin ondan pulu alacağını bildirmişdir. Həmin gün saat 23 radələrində “Azneff’-in dairəsində Natiqin dediyi şəxsə 1200 manat pulu vermişdir. 2019-cu ilin təxminən mart ayının ortalarında tanışı Təqsirləndirilən şəxs2 ilə Abşeron rayonunda qarşılaşmışdır. Həmin gün Rafiqin kirayə yaşadığı Abşeron rayonu, Abşeron Gənclər şəhərciyi, bina 66, mənzil 12-yə getmişdir. Həmin gün yeyib içdikdən sonra Rafiqin kirayə yaşadığı evdə qalmışdır. Həmin ünvanda Rafiq Aynurə adlı qadınla birlikdə qalırmış. Müəyyən vaxtlar Yasamalda olan evində, müəyyən vaxtlar isə Rafiqin kirayə yaşadığı ünvanda qalmışdır. 10 aprel 2019-cu il tarixdə, saat 17 radələrində Rafiqin yaşadığı mənzilə gəlmişdir. Natiqdən aldığı silahı və patronlarla sandıqçanı da özü ilə gətirmişdir. Həmin gün Rafiqlə bir qədər söhbət etdikdən sonra ona üzərində olan silahı Rafiqə göstərmişdir. Rafiq silaha baxmış və çox xoşuna gəldiyini bildirmişdir. Rafiqə növbəti gün Rusiya Federasiyasına qayıtmaq istədiyini və silahı saxlamaq üçün ona vermək istədiyini bildirmişdir. Rafiq onunla razılaşmış və silahı ondan alaraq baxmağa başlamışdır. Bu zaman Rafiqin qeyri-rəsmi birlikdə yaşadığı Aynurə adlı qadın içəri daxil olmuş və silahı Rafiqin əlində gördükdə dərhal Rafiqə silahdan çox qorxduğunu və onu evdən aparmasını bildirmişdir. Ona görə də, Rafiq silahı evdə saxlamağın təhlükəli olacağını bildirərək silahı meyvə-tərəvəz satışı ilə məşğul olduğu dükana aparmaq istədiyini bildirmişdir. Bundan sonra həmin gün, saat 23-24 radələrində Rafiq 15 ədəd patronu sandıqçaya doldurmuş və sandıqçanı silaha keçirərək silahı əynindəki qara rəngli cins şalvarın kəmərinin bel nahiyəsinə keçirərək aşağı düşmüşdür. Bundan təxminən 30-40 dəqiqə sonra qapı açılmış və Rafiq bir neçə mülki geyimli şəxslə içəri daxil olmuşdur. İçəri daxil olan şəxslər xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını, yanlarında olan şəxslərin isə hal şahidi olduqlarını bildirmişlər. Bu zaman Aynurə də onların yanına gəlmişdir. Həmin şəxslər onlara yaxınlaşaraq şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etmələrini xahiş etmişlər. Onlar şəxsiyyət vəsiqələrini polis əməkdaşlarını təqdim edərək öz anket məlumatlarını bildirmişlər. Bundan sonra hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilmiş, lakin əhəmiyyət kəsb edən heç bir predmet aşkar edilməmişdir. Polis əməkdaşları Rafiqin üzərindən aşkar olunmuş tapançanın ona məxsus olub olmadığını soruşmuşlar. Həmin silahın ona məxsus olduğunu və həmin silahı 2019-cu ilin yanvar ayında “Azneft” dairəsi adlanan yerdə “Çinqaçiuk” ləqəbi ilə tanıdığı Natiq adlı şəxsdən 1200 manata aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları Şahid7 bu barədə maraqlandıqda o da sorğu zamanı həqiqətən də həmin tapançanın ona məxsus olmasını bildirmişdir. Bundan sonra Rafiqin mənzilinə baxış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir predmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə BMCMİ-yə getmiş və orada ona müdafiəçi olaraq vəkil X9 təyin və təqdim olunduqdan sonra protokol tərtib edilərək doğruluğunu imzası ilə təsdiq etmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, silahlara marağı olduğu üçün həmin silahı alaraq üzərində gəzdirdiyni, Rusiya Federasiyasına getmək istədiyi üçün həmin silahı Rafiqə vermişdir Məhkəmə kollegiyası cinayət işinin materiallarını yoxlayıb, apellyasiya protestinin dəlillərini müzakirə edib, dövlət ittihamçısının protestin təmin olunması, təqsirləndirilən şəxsin və müdafiəçisinin protestin rədd edilib, hökmün dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməli, hökm ləğv edilməklə Təqsirləndirilən şəxs1 barəsində yeni ittiham hökmü çıxarılmalıdır. Məhkəmə kollegiyası ibtidai araşdırma orqanı tərəfindən toplanmış, birinci və apellyasiya instansiyası məhkəmələrində araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə ixtisaslaşdırılıb, həmin maddə ilə təqsirli bilinməsi üçün kifayət qədər sübutlar mövcuddur. Belə ki, digər Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsində ifadəsində Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə irəli sürülmüş, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, bu məqsədlə cinayətkar plana uyğun olaraq qanunsuz olaraq silah əldə etməsi barədə ittiham üzrə özünü təqsirli bilməmişdir. O, qanunsuz olaraq odlu silah, onun sandıqça və patronlarını əldə edib, üzərində gəzdirməklə işlədiyi yerə daşımaqda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, orta təhsilini İmişli rayonu, Yalavac kənd orta məktəbdə almışdır. 1998-2000-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Rusiya Federasiyasına getmiş və 2012-ci il tarixdə isə Azərbaycan Respublikasına qayıtmışdır. Evlidir və bu evlilikdən biri qız, biri oğlan olmaqla iki övladı var. Tutulduğu tarixdə rəsmi olaraq heç bir yerdə işləməsə də, meyvə tərəvəz satışı ilə məşğul olmuşdur. 2018-ci ilin əvvəllərində işlə əlaqədar Abşeron rayonuna gələrək, orada Gənclər şəhərciyində 66 saylı binadan özünə kirayə mənzil tapmış və həmin binanın yaxınlığında meyvə-tərəvəz satışı ilə məşğul olmağa başlamışdır. Həmin mənzildə özü tək yaşamış, ailə üzvləri isə İmişlidə qalmış, ayda iki-üç dəfə sonuncuları görmək üçün İmişliyə getmişdir. 2018-ci ilin yanvar ayının əvvəllərində Şahid7 ilə tanış olmuş və yaxın münasibətləri yaranmaqla qeyri-rəsmi nikahda yaşamağa başlamışlar. 2019-cu ilin təxminən mart ayının ortalarında tanışı Samirlə Abşeron rayonu, Gənclər şəhərciyində təsadüfən qarşılaşmışdır. Rusiyada işlədiyi müddətdə Samirlə tanış olmuş və çox yaxşı münasibətləri yaranmışdır. Həmin gün Samiri kirayə yaşadığı mənzilə dəvət etmişdir. Samir onunla razılaşmış onlar birlikdə Təqsirləndirilən şəxs2 yaşadığı evə getmişdir. Orada Aynurə ilə Samiri tanış etmişdir. Aynurə onlar üçün yemək hazırlamış və həmin gün yeyib-içdikdən sonra Samir onlarda gecələmişdir. Samir müəyyən vaxtlar Yasamalda olan evində, müəyyən vaxtlar isə onun kirayə yaşadığı mənzildə qalmışdır. 10 aprel 2019-cu il tarixdə, saat 17 radələrində Samir onun yaşadığı mənzilə gəlmiş və bir qədər söhbət etdikdən sonra üzərində olan silahı ona göstərmişdir. Silah çox xoşuna gəldiyini Samirə bildirmişdir. Silahın markasını dəqiq bilməmiş, lakin silahın içərisində sandıqça və həmin sandıqçanın içərisində isə 15 ədəd patron olmuşdur. Samir ona bir neçə gündən sonra Rusiya Federasiyasına gedəcəyini və silahı saxlamaq üçün ona vermək istədiyini bildirmişdir. Silah çox xoşladığından silahı ondan alaraq baxarkən Aynurə içəri daxil olmuş və silahı onun əlində gördükdə dərhal nə baş verdiyini soruşmuşdur. Bu zaman Samir silahın ona məxsus olmasını, Rusiyaya getməli olduğunu və saxlamaq üçün silahı Rafiqə vermək istədiyini bildirmişdir. Aynurə buna etiraz edərək silahın evdə saxlanılmasını istəmədiyini və silahı evdən aparmasını təkid etmişdir. Aynurə ilə bir qədər mübahisə olsa da, sonda Aynurə ilə razılaşmış və onun sözündən sonra silahı evdə saxlamağın təhlükəli olacağını düşünərək silahı təhlükəsiz yer tapana qədər meyvə-tərəvəz satışı ilə məşğul olduğu piştaxtasına qoymaq qərarına gəlmiş, təxminən 23-24 radələrində silahı əynindəki qara rəngli cins şalvarın kəmərinin bel nahiyəsinə keçirərək aşağı düşüb, blokdan çıxaraq dükana tərəf gedərkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Yanlarında olan iki nəfər şəxsi göstərərək onların hal şahidi olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan şəxsiyyətini təsdiq edən sənəd tələb etmiş, sonra əməliyyat- axtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış etmiş, üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olmasını soruşmuşlar. O, üzərində tapança olduğunu bildirərək, bel nahiyəsinin ortasında əynində olan qara rəngli cins şalvarın kəmərinə keçirilmiş vəziyyətdə, içərisində 15 ədəd patron, 01 ədəd sandıqçası olan silahı çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan silahı haradan əldə etməsi barədə maraqlandıqda silahın hazırda kirayədə yaşadığı mənzildə qonaq olan tanışı Təqsirləndirilən şəxs1 məxsus olmasını və silahlara marağının olduğu üçün ondan götürərək üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş içərisində 15 ədəd patron olan sandıqça ilə birgə silah zərfə qoyulub qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra 11 aprel 2019-cu il tarixdə, saat 00:55-də polis əməkdaşları ilə birgə kirayədə yaşadığı mənzilə daxil olmuşdur. Polis əməkdaşları içəri daxil olduqdan sonra orada Samirə xidməti vəsiqələrini göstərib polis əməkdaşları, yanlarındakı şəxslərin isə hal şahidi olduqlarını bildirmişlər. Bu zaman Aynurə də onların yanına gəlmişdir. Polis əməkdaşları Samirə və Aynurənin şəxsiyyətlərini təsdiq edən sənədlərə baxdıqdan sonra hal şahidlərinin iştirakı ilə Samirin üzərinə baxış keçirilmiş, lakin qeyri-qanuni heç bir şey aşkar edilməmişdir. Polis əməkdaşlarına Samirdə aşkar olunmuş tapançanın özünə məxsus olduğunu və həmin silahı 2019-cu ilin yanvar ayında “Azneft” dairəsi adlanan yerdə “Çinqaçuk” ləqəbi ilə tanıdığı Natiq adlı şəxsdən 1200 manata aldığını bildirmişdir. Şahid7 də həqiqətən də həmin tapançanın Samirə məxsus olmasını bildirmişdir. Aynurə Samirin həmin silahı yaşadıqları evə qonaq gələrkən özü ilə üzərində kəmərinə keçirilmiş vəziyyətdə gətirdiyini gördüyünü bildirmişdir. Bundan sonra mənzilə baxış keçirilmiş, qeyri-qanuni heç bir şey aşkar edilməmişdir.Polis əməkdaşları ilə birlikdə BMCMİ-yə getmişlər,ona hüquqlarının müdafiəsi üçün vəkillərin siyahısı təqdim edilmişdir. Qərar əsasında vəkil X10 müdafiəçi qismində dəvət edilərək ona təqdim edilmişdir. Bundan sonra ona müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və baş verənlərlə bağlı protokol tərtib edilərək doğruluğunu o da imzası ilə təsdiq etmişdir. İbtidai istintaq zamanı və məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 10 aprel 2019-cu il tarixdə baş idarəyə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq odlu silahlara aid olan “Zəfər” tapançası, döyüş sursatları əldə edib saxlaması və gəzdirmələri göstərilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün baş idarə rəhbərliyinə raportla məruzə edilib əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra müvafiq əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupunun rəhbəri o, üzvləri isə Şahid3, Şahid2 və Şahid4 təyin edilmişdir. Bundan sonra Şahid3 və Şahid4 keçiriləcək əməliyyat axtarış tədbirində hal şahidi qismində iştirak etmələri üçün iki nəfər vətəndaşı baş idarəyə dəvət etmiş, sonunculara hüquq və vəzifələri izah olunduqdan sonra əməliyyat qrupu və hal şahidləri ilə birlikdə 10 aprel 2019-cu il tarixdə, saat 23:50-də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olması ehtimal olunan əraziyə, yəni Abşeron rayonu, Abşeron Gənclər şəhərciyi, bina 66-nın yaxınlığına çatıb özlərinə mövqe seçərək müşahidəyə başlamışlar. 11 aprel 2019-cu il tarixdə, saat 00:05-də Abşeron rayonu, Abşeron Gənclər şəhərciyi, bina 66-nın yaxınlığında zahiri əlamətləri Təqsirləndirilən şəxs2 bənzər şəxs müşahidə olunduqda həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirərək şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs2 onlara öz anket məlumatlarını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs2 əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edilmiş və üzərində hər hansı bir qanunsuz əşya, predmetin olması soruşulmuşdur. Təqsirləndirilən şəxs2 tapançası olduğunu bildirərək, bel nahiyəsinin ortasında əynində olan qara rəngli cins şalvarının kəmərinə keçirilmiş vəziyyətdə gəzdirdiyi 01 ədəd üzərindən nömrəsi silinmiş “Zəfər” tapançasına bənzər silahı içərisində 15 ədəd patron olan 01 ədəd sandıqçası ilə birgə çıxararaq onlara təqdim etmişdir. Rafiq təqdim etdiyi silahın hazırda kirayədə yaşadığı mənzildə qonaq olan tanışı Təqsirləndirilən şəxs1 məxsus olduğunu, silahlara marağı olduğu üçün Təqsirləndirilən şəxs1 götürərək üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş içərisində 15 ədəd patron olan 01 ədəd sandıqça ilə birgə 01 ədəd tapançaya bənzər silah zərfə qoyulub qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs2 polis əməkdaşlarının yaşadığı evə daxil olmalarına etirazının olmadığını bildirdikdən sonra qeyd edilən formada ərizə yazmış və tədbirin davamı olaraq həmin gün, saat 00:55-də Təqsirləndirilən şəxs2, əməliyyat qrupunun üzvləri və hal şahidləri ilə birgə Abşeron rayonu, Abşeron Gənclər şəhərciyi, bina 66-da 4-cü mərtəbəsində kirayədə yaşadığı mənzil 12-yə getmişlər. Təqsirləndirilən şəxs2 qapını açdıqdan sonra onlar içəri daxil olub mənzilin qonaq otağında əyləşmiş zahiri əlamətləri Təqsirləndirilən şəxs1 bənzər olan şəxsə və bir nəfər qadına yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmiş və sonunculardan şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etmələrini xahiş etmişlər. Bundan sonra həmin şəxslərin Təqsirləndirilən şəxs1 və Şahid7 Məmməd qızı olmalarını müəyyən etmişlər. Həmin vaxt hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirsələr də, əhəmiyyət kəsb edən heç bir predmet aşkar edilməmişdir. Verdikləri suallara cavab olaraq Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş tapançanın həqiqətən ona məxsus olduğunu və həmin tapançanı 2019-cu ilin yanvar ayında “Azneft” dairəsi adlanan yerdə “Çinqaçiuk” ləqəbi ilə tanıdığı Natiq adlı şəxsdən 1200 manata aldığını bildirmişdir. Şahid7 sorğu zamanı bildirmişdir ki, həqiqətən də həmin tapança Təqsirləndirilən şəxs1 məxsusdur, 10 aprel 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 yaşadığı evə qonaq gələrkən özü ilə üzərində kəmərinə keçirilmiş vəziyyətdə gətirdiyini görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Abşeron Gənclər şəhərciyi, bina 66-da 4-cü mərtəbəsində kirayədə yaşadığı mənzil 12- yə baxış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir predmet aşkar edilməmişdir. Tədbirin keçirildiyi yerdə adamlar toplaşdığından və sənədləşmənin aparılması üçün əlverişli şərait olmadığından əməliyyat tədbirinin keçirilməsinin nəticəsinə və maddi sübutun götürülməsinə dair protokolun tərtib edilməsi üçün Baş İdarəyə yollanmışlar. Protokol tərtib edilməzdən əvvəl saxlanılan Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün özünün istəyi ilə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili X9 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün özünün istəyi ilə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili X10 Baş İdarəyə dəvət edilmişdir. Protokol əməliyyat tədbirinin keçirilməsində iştirak etmiş əməliyyat qrupunun üzvləri, hal şahidləri və protokol tərtib olunmadan öncə dəvət olunmuş müdafiəçilər X4 Əliyevin iştirakları ilə onun tərəfindən tərtib edilmişdir. Tərtib edilmiş protokol bütün iştirakçılara uca səslə oxunmuş və etiraz daxil olmadığı üçün imzalanmışdır. İbtidai istintaq zamanı və məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Məmməd qızı ifadəsində göstərmişdir ki, 2018-ci ilin təxminən yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs2 ilə tanış olmuş və çox yaxşı münasibətləri yaranmışdır. Həmin tarixdən Rafiqlə qeyri- rəsmi yaşamağa başlamışdır. 2019-cu ilin təxminən mart ayının ortalarında Rafiq bir nəfər tanışı ilə evə gəlmiş və həmin şəxsin adının Samir olduğunu və onu Rusiya Federasiyasında olarkən tanıdığını, həmin gün təsadüfən rastlaşdıqlarını bildirmişdir. Həmin gün onlar yeyib-içdikdən sonra Samir onların evində qalmışdır. Bundan sonra müəyyən vaxtlar Samir onlara gələrək, Rafiqlə yeyib içdikdən sonra onlarda qalmışdır. Samirdən xoşu gəlmədiyi üçün Samir qonaq gəldiyi vaxtlarda əsasən onların birlikdə yeyib içdiyi otağa keçməmişdir. 10 aprel 2019-cu il tarixdə, saat 17 radələrində Samir yenidən onlara gəlmiş, həmin gün qapını o, açaraq Samirlə salamlaşıb içəri keçməsini təklif etmişdir. Samir içəri keçdikdə bel tərəfindən kəmərinə keçirilmiş vəziyyətdə silahın olduğunu görüb, dərhal mətbəxə keçərək bu barədə Rafiqə bildirmək istəsə də Samir Rafiqlə birlikdə olduğu üçün bunu edə bilməmişdir. Bundan sonra özü mətbəxdə qalmaqla Rafiqin də mətbəxə keçməsini gözləmiş, müəyyən vaxtlarda Rafiq onu səsləyərək mətbəxdən bəzi şeylər istədikdə onların oturduğu otağa keçmiş, istədiklərini verdikdən sonra isə mətbəxə qayıtmışdır. Rafiqlə Samir uzun müddət söhbət etdikdən sonra onların yanına keçmiş və bu zaman Rafiqin əlində silahın olduğunu görmüşdür. Dərhal Rafiqdən nə baş verdiyini və silahı haradan tapdığını soruşmuşdur. Onun təşvişə düşdüyünü gördükdə Samir dərhal silahın özünə məxsus olmasını bildirmişdir. Samirdən silahı nə üçün Rafiqə verməsini soruşduqda Samir Rusiya Federasiyasına getdiyini, ona görə də silahı saxlamaq üçün Rafiqə verdiyini bildirmişdir. Dərhal etiraz edərək silahı Rafiqə verməməsini bildirmişdir. Rafiq ona heç bir problemin olmadığını Samir geri qayıtdıqdan sonra silahı Samirə təhvil verəcəyini və heç nədən narahat olmamasını bildirmişdir. Bundan sonra Rafiqə etiraz edərək həmin silahı evdə saxlamamasını və dərhal evdən aparmasını bildirmişdir. O Rafiqlə bir qədər mübahisə etdikdən sonra yekunda Rafiq onunla razılaşmış və silahı evdən aparacağını bildirmişdir. Rafiq Samirdən aldığı silahı əynindəki qara rəngli cins şalvarın kəmərinin bel nahiyəsinə keçirərək aşağı düşmüşdür. Bundan sonra o, yenidən mətbəxə keçmiş və Samir digər otaqda qalmışdır. Rafiqin getməsindən təxminən bir saat sonra qapı açılmış və içəri Rafiqlə birlikdə bir neçə mülki geyimli şəxs daxil olmuşdur. İçəri daxil olan şəxslər Samirə xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını, yanlarında olan şəxslərin isə hal şahidi olduqlarını bildirmişlər. Bu zaman o da polis əməkdaşlarının yanına gəlmişdir. Polis əməkdaşları onlara yaxınlaşaraq şəxsiyyət vəsiqələrini təqdim etmələrini xahiş etmişlər. Şəxsiyyət vəsiqəsini polis əməkdaşlarına təqdim edərək anket məlumatlarını bildirmişdir. Bundan sonra hal şahidlərinin iştirakı ilə Samirin üzərinə baxış keçirilmiş, lakin əhəmiyyət kəsb edən heç bir predmet aşkar edilməmişdir. Polis əməkdaşları Samirdən Rafiqin üzərindən aşkar olunmuş tapançanın Samirə məxsus olub olmadığını soruşmuşlar. Samir həmin silahın özünə məxsus olduğunu və həmin silahı 2019-cu ilin yanvar ayında “Azneft” dairəsi adlanan yerdə “Çinqaçiuk” ləqəbi ilə tanıdığı Natiq adlı şəxsdən 1200 manata aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ondan bu bu barədə maraqlanmış və o, həqiqətən də həmin tapançanın Samirə məxsus olmasını, Samirin həmin silahı yaşadıqları evə qonaq gələrkən özü ilə üzərində kəmərinə keçirilmiş vəziyyətdə gətirdiyini gördüyünü bildirmişdir. Bundan sonra onların yaşadığı mənzilə baxış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir predmet aşkar edilməmişdir. Həmin vaxt bloka qonşular toplaşdığından polis əməkdaşlarının təklifi ilə Baş İdarəyə yollanmışlar və orada tərtib olunmuş protokolu imzaladıqdan və izahat verdikdən sonra oradan çıxıb yaşadığı evə getmişdir. İbtidai istintaq zamanı və məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşları Şahid4, Şahid2 Məhərrəm oğlu və Şahid3 Qasım oğlu digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İbtidai istintaq zamanı və məhkəmə iclasında hal şahid qismində dindirilmiş Şahid6 və məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid5 işin halları ilə bağlı təqsirləndirilən şəxslər və şahidlərin ifadələri ilə eyni məzmunlu ifadə vermişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizanın 11 aprel 2019-cu il tarixli, 19/139R nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah Azərbaycan dövlətində, İQLİM EİM-də istehsal olunmuş 9 mm Kalibrli Zəfər modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 15 ədəd 9x19 mm kalibirli patron yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Zəfər modelli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsidir- darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 15 ədəd patron zavod üsulu ilə Azərbaycan dövlətində istehsal olunmuş 9x19 mm Kalibrli olmaqla, həmin Kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatlarını əldə etmə, saxlama, gəzdirmə və daşıma barədə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə cinayətkar plana uyğun olaraq Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi bir ədəd nömrəsi silinmiş Azərbaycan Respublikasında, İqlim EİM-də istehsal olunmuş, 9 mm kalibrli Zəfər modelli texniki cəhətdən saz, atəş üçün yararlı və yivli odlu silahı, “Zəfər”, modelli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla texniki cəhətdən saz, istifadəyə yararlı bircərgəli və 15 ədəd 9x19 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş sandıqçanı, 15 ədəd Azərbaycan Respublikasında istehsal olunmuş, 9x19 mm kalibrli olmaqla həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı və döyüş sursatı sayılan patronları üzərində gəzdirməklə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsində yerləşən 34 saylı mənzilə daşıyaraq orada saxlamış, 10 aprel 2019-cu il tarixdə qrupun digər üzvü Təqsirləndirilən şəxs2 müvəqqəti yaşadığı Abşeron rayonu, Gənclər şəhərciyi, bina 66, mənzil 12- yə gətirib cinayətkar sövdələşməyə əsasən qanunsuz saxlamaq məqsədi ilə sonuncuya vermiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq odlu silahlara aid olan “Zəfər” tapancası, döyüş sursatları əldə edib saxlamaları və gəzdirmələri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında qeyd edilən idarənin əməkdaşları tərəfindən 11 aprel 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 həmin gün, saat 00:05-də Abşeron rayonu, Gənclər şəhərciyi, 66 saylı binanın yaxınlığında saxlanılaraq üzərinə keçirilən baxış zamanı əynindəki qara rəngli şalvarın kəmərinin bel nahiyəsinə keçirdiyi Təqsirləndirilən şəxs1la birgə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi bir ədəd “Zəfər” modelli silah içərisində 15 ədəd patron olan bir ədəd sandıqça ilə birlikdə aşkar edilərək götürüldüyündən onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri ittiham elan edilmişdir. Apelyasiya kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının hərtərəfli araşdırılması, iş üçün mühüm əhəmiyyət kəsb edən hallarının düzgün müəyyən edilməməsi səbəbindən Təqsirləndirilən şəxs1 əməlinə düzgün hüquqi qiymət verilməmiş, onun əməlinin Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə olan hissəsi düzgün olmayaraq CM-nin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə əməlinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 02 nömrəli qərarından göstərilmişdir ki, bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qeyd edilən normada qabaqcadan əlbir olan bir qrup şəxsin hər hansı formada iştirakçılığı deyil, qabaqcadan əlbir olan bir qrup şəxsin cinayətin obyektiv cəhətinin icrasında birgə iştirakçılığı nəzərdə tutulur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri cinayət əməlinin obyektiv cəhəti özlüyündə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə kimi hərəkətləri ehtiva edir. Məhkəmə hökmdə, Təqsirləndirilən şəxs1 bir ədəd nömrəsi silinmiş Azərbaycan Respublikasında, İqlim EİM-də istehsal olunmuş, 9 mm kalibrli Zəfər modelli texniki cəhətdən saz, atəş üçün yararlı və yivli odlu silahı, “Zəfər”, modelli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla texniki cəhətdən saz, istifadəyə yararlı bircərgəli və 15 ədəd 9x19 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş sandıqçanı, 15 ədəd Azərbaycan Respublikasında istehsal olunmuş, 9x19 mm kalibrli olmaqla həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı və döyüş sursatı sayılan patronları üzərində gəzdirməsini, yaşadığı mənzilə daşıyaraq orada saxlamasını, Təqsirləndirilən şəxs2 verdiyini, Təqsirləndirilən şəxs2 üzərində gəzdirməklə işlədiyi meyvə-tərəvəz mağazasasına daşımaq istəyərkən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı saxlanılaraq üzərinə keçirilən baxış zamanı aşkar edilərək götürülməsi nəticəsinə gəlmiş, bununda öz yanlış mövqeyini nümayiş etdirmişdir. İşin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatlarını əldə etmə, saxlama, gəzdirmə və daşıma barədə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, Təqsirləndirilən şəxs1 özündə olan odlu silahı və onun komplekt hissələrini özündə saxlamış, üzərində gəzdirmiş, daşımış və Təqsirləndirilən şəxs2la odlu silahı və onun komplekt hissələrini saxlanılması ilə bağlı razılaşmış, sonuncu da keçirilmiş əməliyyat tədbiri nəticəsində bel nahiyəsinin ortasında əynində olan qara rəngli cins şalvarın kəmərinə keçirilmiş vəziyyətdə gəzdirdiyi silahı içərisində 15 ədəd patron olan 01 ədəd sandıqçası ilə birgə çıxararaq (yuxarıda qeyd edilən plenum qərarında birbaşa göstərilən qaydada) polis əməkdaşlarına təqdim etmişdir. Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinin tələblərinə əsasən cinayət hadisəsinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olması, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyatının sübuta yetirilməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olması, əməlin cinayət olmasını aradan qaldıran halların olmadığı hallar təsdiq edildikdə məhkəmə məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq təqsirləndirilən şəxsin təqsirini sübuta yetirilmiş hesab edir. Sumqayıt Apellyasiya Məhkəməsinin 28 iyun 2022-ci il tarixli hökmü ilə iş üzrə maddi sübut kimi tanınanaraq, saxlanması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş bir ədəd nömrəsi silinmiş Azərbaycan Respublikasında, İqlim EİM-də istehsal olunmuş, 9 mm kalibrli Zəfər modelli texniki cəhətdən saz, atəş üçün yararlı və yivli odlu silahın, «Zəfər» modelli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla texniki cəhətdən saz, istifadəyə yararlı bircərgəli və 15 ədəd 9x19 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş sandıqça və eksperimental atəş zamanı istifadə olunduqdan sonra qalan 12 ədəd Azərbaycan Respublikasında istehsal olunmuş, 9x19 mm kalibrli olmaqla həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı və döyüş sursatı sayılan patronun dövlət nəfinə müsadirə olunması və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə kollegiyası cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə hesab edirki, Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi cinayət işinin materialları və işin həqiqi halları ilə tam təsdiqini tapmışdır. Təqsirləndirilən şəxsin törətdiyii əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2, 58.3 və 64-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 22 noyabr 2023-cü il tarixdə tutulmuşdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını əlaqəli şəkildə araşdırıb apellyasiya protestinin dəlillərini müzakirə edərək hesab edir ki, hökm ləğv edilməli, Təqsirləndirilən şəxs1 barəsində «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin Qərarı tətbiq edilməlidir. Belə ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 5 noyabr 2021-ci il tarixli qərarının 23-cü bəndində göstərilir ki, amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində məhkəmələr tərəfindən tətbiq edilir. Həmin Qərarın 30-cu bəndinə əsasən apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 5 noyabr 2021-ci il tarixli qərarının: 33-cü bəndinə məhkəmələr tərəfindən amnistiyanın tətbiqi məsələlərinə baxılarkən məhkəmə iclasında müvafiq prokurorun və müdafiə tərəfinin iştirakı ilə bağlı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara riayət edilməlidir. 9.3-cü bəndinə əsasən Məhkəmələr icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir. 9.2.3-cü bəndinə görə bu Qərarın 4-cü və 5-ci hissələrində nəzərdə tutulmuş şəxslərin cəzalarını azaldır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 4-cü bəndinin tələbinə görə Bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılsın (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarır. Azərbaycan Respublikası CPM-in 399.1, 399.1.2-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, eləcə də həmin Məcəllənin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunun normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası CPM-nin 401.1.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi ictimai təhlükəli əməlin tövsüfünə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir göstərdiyi halda hökm və ya qərar ləğv edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Odur ki, həmin hesabla, apellyasiya instansiyası məhkəməsində Təqsirləndirilən şəxs1 göstərilmiş 8 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi6 vəkil işlədiyi Sumqayıt 1 saylı Vəkil Bürosunun hesabına 48 (qırx səkkiz) manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 347, 348, 349, 351, 352, 353, 356, 358, 394, 397, 398.1, 398.1.2, 399.1, 399.1.2, 401.1, 401.1.2, 403, 407, 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Abşeron Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 barəsində olan hissədə ləğv edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası “8 noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarının 4, 9.2.3, 9.3-cü bəndlərinə əsasən 6 (altı) ay azaldılsın və üzərində 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 11 aprel 2019-cu il tarixdən 10 oktyabr 2020-ci il tarixədək həbsdə olduğu müddət nəzərə alınsın və üzərində qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 tutulduğu gündən, yəni 22 noyabr 2023-cü il tarixdən hesablansın. Apellyasiya protesti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 28 iyun 2022-ci il tarixli hökmü ilə cinayət iş üzrə maddi sübut kimi tanınanaraq, saxlanması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş - bir ədəd nömrəsi silinmiş Azərbaycan Respublikasında, İqlim EİM-də istehsal olunmuş, 9 mm kalibrli Zəfər modelli texniki cəhətdən saz, atəş üçün yararlı və yivli odlu silahın, «Zəfər» modelli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla texniki cəhətdən saz, istifadəyə yararlı bircərgəli və 15 ədəd 9x19 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş sandıqça və eksperimental atəş zamanı istifadə olunduqdan sonra qalan 12 ədəd Azərbaycan Respublikasında istehsal olunmuş, 9x19 mm kalibrli olmaqla həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı və döyüş sursatı sayılan patronun dövlət nəfinə müsadirə olunması və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Təqsirləndirilən şəxs1 apellyasiya baxışı zamanı məhkəmədə hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil Müdafiəçi6 08 (səkkiz) iş saatı üçün 48 (qırx səkkiz) manat Sumqayıt 01 saylı Vəkil Bürosu vasitəsi ilə ödənilsin. Qərarın icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar