Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-705/2021 18.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Rzayevin sədrliyi və məruzəsi ilə, X10 Əhmədov və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Aytən İlqar qızı Əliyevanın katibliyi, Dövlət ittihamçısı X7, təqsirləndirilən şəxs Məhkum1, "xxxx" MMC-nin nümayəndəsi X12, Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs X3 nümayəndəsi X5 və onun vəkili Nümayəndə2 iştirakları ilə, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 1(060)- 9/2015 saylı hökmündən "xxxx" MMC-nin direktoru Şahid5 tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 1(060)-9/2015 saylı hökmü ilə (hakim İ.A.Məmmədov) xx.xx.1963-cü ildə Kürdəmir rayonu, Şilyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Sumqayıt şəhəri 32-ci məhəllədə fəaliyyət göstərən “X4 şirkəti” MMC-yə məxsus ticarət mərkəzində nəzarətçi-rüsumçu vəzifəsində işləyən, əvvəllər məhkum olunmayan, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27/17, mənzil 12-də qeydiyyatda olan və yaşayan, 20 may 2016-cı il tarixdən həbsdə olan Məhkum1 Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətiimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı andan hesablanması, iş üzrə verilmiş mülki iddianın baxılmamış saxlanılması qərara alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 1(060)-9/2015 saylı hökmündən Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti, mülki iddiaçı – zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, X8, Zərərçəkmiş şəxs7, X1 nümayəndəsi X11 və təqsirləndirilən şəxs Məhkum1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 29 iyul 2015-ci il tarixli, 1(105)-310/15 saylı qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 1(060)-9/2015 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 may 2016-cı il tarixli, 1(105)-117/16 saylı qərarı ilə təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxslərin apellyasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya protesti isə təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 1(060)-9/2015 saylı hökmü dəyişdirilərək Məhkum1 höklə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası 05 (beş) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Məhkum1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək, məhkəmə iclas zalından dərhal həbs edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 20 may 2016-cı il tarixdən hesablanması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 may 2016-cı il tarixli, 1(105)-117/16 saylı qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, X2 və Zərərçəkmiş şəxs4 tərəfindən kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 oktyabr 2016-cı il tarixli, 1(102)- 1438/16 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 20 may 2016-cı il tarixli, 1(105)-117/16 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 may 2016-cı il tarixli, 1(105)-117/16 saylı qərarından təqsirləndirilən şəxs Məhkum1 və onun müdafiəçisi A.M.Əzizov tərəfindən kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 oktyabr 2016-cı il tarixli, 1(102)- 1438/16 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 20 may 2016-cı il tarixli, 1(105)-117/16 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 fevral 2017-ci il tarixli, 1(102)- 171/2017 saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 20 may 2016-cı il tarixli, 1(105)-117/16 saylı qərarı dəyişdirilərək, Məhkum1 təyin edilmiş 05 (beş) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzasının müddəti 04 (dörd) il 07 (yeddi) ay azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Məhkum1 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 1(060)-9/2015 saylı hökmündən iş üzrə "xxxx" MMC-nin direktoru Şahid5 apellyasiya şikayəti verərək, Sumqayıt şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 1(060)-9/2015 saylı hökmünün dəyişdirilərək, hökmün təsviri hissəsindən zərərçəkmişlərə dəymiş maddi ziyanın miqdarı (ölçüsü) barədə rəqəmlərin hökmdən xaric edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə baxışı iclası zamanı müəyyən edilmişdir ki, apellyasiya şikayəti apellyasiya şikayətini verməyə hüququ olmayan şəxs tərəfindən verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC-nin apellyasiya şikayətinin verməyə hüququ olub-olmamasının müəyyən edilməsi mühüm rol oynayır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 383.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxsin mənafeyinə aid hissədə—məhkum edilmiş şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi; bəraətin dəlil və əsaslarına aid hissədə—bəraət almış şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi; tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinə dair— yetkinlik yaşına çatmamış şəxsin özü, onun qanuni nümayəndəsi və ya müdafiəçisi; tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair—barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş şəxsin qanuni nümayəndəsi və müdafiəçisi, xəstəliyin xüsusiyyəti ona öz hüquqlarından istifadə etməyə mane olmadıqda isə həmin şəxsin özü; zərər çəkmiş şəxsin mənafelərinə aid hissədə—zərər çəkmiş şəxs (xüsusi ittihamçı) və onun nümayəndəsi; mülki iddiaya dair hissədə—mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri; hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair hissədə - hüquqi şəxsin nümayəndəsi və ya müdafiəçisi apellyasiya şikayəti vermək hüququna malikdir. Göründüyü kimi, qanunverici qəbul olunmuş hökmdən kimlərin şikayət vermə hüququnun olmasını konkret müəyyən etmişdir. Bundan başqa məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə "xxxx" MMC özünü şahid qismində olan şəxs kimi göstərməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Qanunvericiliyində hüquqi şəxsin şahid statusu yoxdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 9-cu maddəsinə əsasən cinayət prosesində iştirak edən şahid, digər şəxslər kateqoriyasına aidir. Həmin Məcəllənin 95.1-ci maddəsinə əsasən iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs şahid hesab olunur. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayəti vermiş şəxs "xxxx" MMC – hazırkı cinayət işi üzrə çıxarılmış hökm üzrə onun maraqlarına toxunan şəxs hesab olunan bilməz. Belə ki, sözü gedən cinayət işinin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı dövründə hüquqi şəxsə qarşı heç bir iddia və tələb irəli sürülməmişdir və həmin cinayət işi üzrə təqsirləndirilməmişdir. Belə olan halda isə cinayət işi üzrə hüquqi şəxs olaraq "xxxx" MMC hazırkı vəziyyətdə marağına toxunan şəxs qismində çıxarılmış və qanuni qüvvəsini almış hökmdən apellyasiya şikayəti vermə hüququ olan şəxs hesab oluna bilməz. O cümlədən, o da qeyd olunmalıdır ki, mübahisəli hökmə, bütün instansiya məhkəmələri tərəfindən baxılaraq müvafiq qərarlar qəbul olunmuş və həmin hökm qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsaəsn birinci instansiya məhkəməsinin çıxardığı, qanuni qüvvəyə minməyən hökmlərindən apellyasiya şikayəti verilməsi nəzərə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 389.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin hökm və ya qərarından apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi onların qanuni qüvvəyə minməsini dayandırır. Qeyd olunan normanın mənası baxımından kollegiya hesab edir ki, hazırkı mübahisəli hökm üzrə müvafiq apellaysiya şikayətləri üzrə işə baxılmış və hökm qanuni qüvvəsini almışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şahid "xxxx" MMC-nin direktoru Şahid5 Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 1(060)-9/2015 saylı hökmündən verdiyi apellyasiya şikayəti icraata qəbul edilməkdən imtina olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 391.3.5-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Həmin Məcəllənin 391.5-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Həmin Məcəllənin 391.12-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması nəticələrinə dair çıxarılmış qərarlarından kassasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda şahid "xxxx" MMC-nin direktoru Şahid5 Sumqayıt şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 1(060)-9/2015 saylı hökmündən verdiyi şikayət məhkəmənin icraatına qəbul edilməkdən imtina edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 391.5-ci maddəsini rəhbər tutaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 1(060)- 9/2015 saylı hökmündən "xxxx" MMC-nin direktoru Şahid5 tərəfindən verilmiş apellyasiya şikayətinin məhkəmənin icraatına qəbul edilməkdən imtina edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410.1.1-ci maddəsinə əsasən 1 (bir) ay müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(105)-705/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-705/2021
18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver