Məhkəmə qərarları › İş №1(105)-73/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-73/2020

29.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-73/2020 29.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim: Rzayev Məhəmmədəli Əsəd oğlu (sədrlik edən və məruzəçi), Hakimlər: X5 və X3 ibarət tərkibdə, İsgəndərov Tural Mahir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Abşeron rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(012)-371/2019 saylı hökmündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N ETDİ: Abşeron rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(012)-371/2019 saylı hökmü ilə (hakim Ş.H.Nəcəfova) xx xxxx 1966-cı ildə Cəbrayıl rayonun Xələfli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Tibb Universitetinin “Şüa Diaqnostikası və Terapiyası” kafedrasında assistent vəzifəsində işləyən, məhkum olunmamış, Cəbrayıl rayonu, Xələfli kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, ona qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilməsi, həbsdə saxlanıldığı cəmi 01 (bir) gün müddətin CM-nin 69.3 maddəsinin tələbləri nəzərə alınmaqla həbsdə saxlamanın bir günü islah işləri cəzasının üç gününə bərabər tutulmaqla cəzasından çıxılması və üzərində qəti olaraq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 1 (bir) il 05 (beş ) ay 27 (iyirmi yeddi) gün müddətinə islah işləri cəzasının saxlanılması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə görə, Təqsirləndirilən şəxs ittiham elan edilmişdir ona görə ki, o, cavabdeh kimi özü X2 ilə birlikdə 69.000 (altmış doqquz min) manat məbləğində borcu Zərərçəkmiş şəxs xeyrinə xx xxxxxx 2015-ci il tarixədək ödənilməsinin öhdəsinə götürməsi barədə barışıq sazişinin təsdiq edilməsinə dair Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(012)-4936/2015 saylı qanuni qüvvəyə minmiş qərardadını üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Abşeron rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 3(012)-1054/2018 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilməsinə və ona icra üçün yeni müddət təyin olunmasına baxmayaraq hərəkətlərini davam etdirməklə qeyd olunan rayon məhkəməsinin qanuni qüvvəyə minmiş qərardadını qərəzli olaraq icra etməmişdir. Apelyasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(012)-371/2019 saylı hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə həddindən artıq yüngül cəza verilmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli əsaslı olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin birinci instansiya məhkəməsi törədilmiş cinayət əməlinə görə cəza təyin edərkən kobud qanun pozuntusuna yol vermişdir. Həmçinin Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı istintaqdan gizləndiyi üçün axtarışda olması da məhkəmə araşdırması zamanı nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən bir çox mühüm faktları nəzərə almamışdır. Təqsirləndirilən şəxslə barışmamasına, ona vurulmuş maddi zərərin ödənilməməsinə məhkəmə araşdırması zamanı düzgün hüquqi qiymət verilməmişdir. Apelyasiya instansiya məhkəməsində Dövlət ittihamçısı2 oğlu çıxış edərək apelyasiya şikayətinin təmin edilməsini, Abşeron rayon Məhkəməsinin xx xxxxxxx 2019cu il tarixli, 1(012)-371/2019 saylı qərarının dəyişdirilməsini, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 apelyasiya instansiyası məhkəməsində çıxış edərək apelyasiya şikayətinə etiraz etmiş, təqsirləndirilən şəxs barəsində olan Abşeron rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(012)- 371/2019 saylı hökmünün dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs apelyasiya instansiyası məhkəməsində çıxış edərək apelyasiya şikayətini müdafiə etmiş, apelyasiya şikayətinin təmin edilməsini, Abşeron rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(012)-371/2019 saylı hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, dövlət ittihamçısının və zərərçəkmiş şəxsin apelyasiya şikayətinin təmin edilməsi və hökmün dəyişdirilməsi barədə, məhkumun və onun müdafiəçisinin isə apellyasiya şikayətinin təmin edilməməsi, hökmün dəyişdirilməməsi barədə çıxışlarını dinləyib, işdəki sübutları apelyasiya şikayəti ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, aşağıda şərh olunanlara əsasən, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli və Abşeron rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(012)-371/2019 saylı hökmü dəyişdirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə özünü təqsirli bilməsi ilə yanaşı, onun bu əməli törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmış, onun əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və bu hissə üzrə hökmün qanuniliyi apellyasiya şikayətində mübahisələndirilmir. Təqsirləndirilən şəxsə təyin olunmuş yüngül cəzanın ləğv edilərək, təqsirləndirilən şəxs barəsində daha ağır həddə cəza təyin edilməsi barədə zərərçəkmiş şəxsin apelyasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etməmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, nəzərə aldığı iş üzrə cəzanı yüngülləşdirən halları hökmdə əsaslandırmamışdır. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(012)-4936/2015 saylı qərardadından görünür ki, iddiaçı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs Saydam oğlu arasında barışıq sazişi bağlanmış və Təqsirləndirilən şəxs Saydam oğlu və yoldaşı X2 iddiaçı Zərərçəkmiş şəxs olan 69000 manat borcu ödəməyi öhdələrinə götürmüşdür. İş materiallarında olan Abşeron rayon İcra Şöbəsinin xx xxxxxx 2016-cı il tarixli icraata başlamaq haqqında qərarından və tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, məlum icra sənədi üzrə icraata başlanılmış və borclu Təqsirləndirilən şəxs oğluna 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Xidmətinin Abşeron rayon Məşğulluq Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğlu mərkəzə dəvət olunmuş, lakin Bakı şəhərində olmadığı üçün mərkəzə gəlməkdən imtina etmişdir. İş materiallarında olan xx xxxxxxx 2016-cı il tarixli qəbzin surətindən görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən 5000 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin xx xxxxxxx 2018-cı il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına daşınmaz əmlak qeydə alınmamışdır. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 8(012)- 369/2017 saylı qərardadından görünür ki, Cəbrayıl rayonu, Xələfli kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır kəndində yaşayan Təqsirləndirilən şəxs oğlunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 3(012)-1110/2018 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu xx.xx.2018-ci il tarixli, 2(012)-1054/2018 saylı icra sənədini icra etmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 500 (beş) yüz manat inzibati cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 məhkumluq barədə arayışından görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2016-cı il tarixdə 5000 manat, birinci instansiya məhkəmə gedişatı zamanı 6000 manat Zərərçəkmiş şəxs ödəniş etmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, borcundan istintaq zamanı 5000 manat, məhkəmə gedişatı zamanı isə 6000 manat məbləğində pul ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Cinayət işinin materiallarında olan Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(012)-4936/2015 saylı qərardadından görünür ki, iddiaçı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında barışıq sazişi bağlanmış və Təqsirləndirilən şəxs Saydam oğlu və yoldaşı X2 iddiaçı Zərərçəkmiş şəxs olan 69000 manat borcu ödəməyi öhdələrinə götürmələrinə baxmayaraq, qərardadı icra etməkdən qərəzli olaraq boyun qaçırmış, yalnız ibtidai istintaq zamanı 5000 manat və birinci instansiya məhkəmə gedişatı zamanı 6000 manat ödəniş etməklə, həmin vaxtdan etibarən heç bir borc ödənişi etməmişdir. Zərərçəkmiş şəxs apelyasiya məhkəməsindəki izahatında Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin hökmünün qəbul edilməsindən sonrakı vaxt ödəməli olduğu borcundan heç bir ödəniş etmədiyini, borcun ödənilməsi üçün heç bir cəhd göstərmədiyini və hər dəfə borcun ödənilməsindən boyun qaçırdığını qeyd etdi. Kollegiya hesab edir ki, bu hal məhkumun qərəzli olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə laqeyd münasibətinin göstəricisidir. Məhkəmə kollegiyası bundan başqa onu da qeyd edir ki, Təqsirləndirilən şəxs oğlu birinci instansiya məhkəməsinin mübahisələndirilən hazırkı xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş islah işləri cəzasının təyin olunduğu müddətdən sonra və hətta apellyasiya məhkəməsi icraatı zamanı da təqsirləndirilən şəxsə dəfələrlə xəbərdarlıq edilməsinə və vaxt verilməsinə baxmayaraq məhkəmə qərardadının icrasına laqeyd yanaşaraq hazırkı vaxtadək onun tərəfindən heç bir ödəniş edilməmişdir. Ona görə də məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin bu halları nəzərə alınmadan, məhkumun şəxsiyyətinə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyinə uyğun olmayan azadlığın məhdudlaşdırılması növündə yüngül cəza təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Belə ki, cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. (CM-nin 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, xx xxxx 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyasının fikrincə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə törətdiyi cinayətin ağırlığına uyğun olmayan islah işləri növündə yüngül cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2 və 58.3-cü maddələrinin normalarını düzgün tətbiq etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətini və törətdiyi cinayətin ictimai təhlükəliliyini nəzərə alıb, təqsirləndirilən şəxsin islah edilməsi, habelə cəzanın digər məqsədlərinə nail olmaq üçün ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətini müzakirə edən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həyat şəraitinə təsirini nəzərə alır və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyası ilə nəzərdə tutulmuş aşağı həddində azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsini məqsədəuyğun hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin apellyasiya şikayəti əsaslı hesab edilməklə təmin edilməli, məhkəmənin mübahisə edilən hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təyin edilmiş aylıq qazancından 15 (on beş) faiz məbləğində pulun dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzası 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməli, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 01 (bir) gün müddət hazırki qərarla ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Abşeron rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(012)-371/2019 saylı hökmü Təqsirləndirilən şəxs oğlunun barəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 399.1.4 və 399.1.5-ci maddələrinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1-ci, 398.1.4-cü, 399.1.4, 399.1.5, 407-ci və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Abşeron rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(012)-371/2019 saylı hökmü dəyişdirilsin. Abşeron rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(012)-371/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzası 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 01 (bir) gün müddət hazırki qərarla ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan – xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitrensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasına həvalə edilsin Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən : Məhəmmədəli Rzayev Hakimlər: Telman Quliyev Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar