Məhkəmə qərarları › İş №1(105)-737/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-737/2025

19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-737/2025 19.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin apellyasiya instansiya məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs və müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 1(124)-227/2025 nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında (videokonfrans əlaqə sistemi vasitəsi ilə) baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 1(124)- 227/2025 nömrəli hökmü ilə (hakimlər Fəhmin Hümbətov (sədrlik edən), Asif Əliyev, Aynur Rzayeva) Təqsirləndirilən şəxs (xx xxxxxxx 1991-ci ildə Cəlilabad rayonunun Alar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Alar kəndində qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə saxlanılan) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 228.2.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 26 sentyabr 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və odlu silahı əldə etmə, saxlamaqla daşıma barədə tanışı X9 ilə danışıb razılaşdıqdan sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncuya məxsus mobil telefonun “whatsapp” ani mesajlaşma sisteminə 13 fevral 2024-cü il tarixdə, saat 18:05-də narkotik vasitənin və odlu silahın qoyulduğu məkanı (konumu) və həmin tarixdə saat 18:33-də bu yerin 04 ədəd fotoşəklini göndərmiş, Vüqar Kərimov göndərilmiş məkana və şəkillərə uyğun olaraq qara rəngli çantaya qoyulmuş narkotik vasitənin və odlu silahın olduğu Quba rayonu, 1-ci Nügədi kəndinə gələrək onları götürdükdən sonra oradan uzaqlaşmaq istəyən zaman Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 fevral 2024-cü il tarixdə, saat 20 radələrində həmin yerdə saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən bir ədəd qara rəngli çantada təmiz çəkisi 955,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin çantanın içərisindən bir ədəd odlu silah hesab edilən nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, Tokarev(TT) konustruksiyalı, 7,62 mm kalibrli, yivli odlu silah növünə aid, texniki cəhətdən saz və atəşə yararlı tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 8 ədəd 7,62x25 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq və 05 ədəd döyüş sursatı hesab edilən, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotların ştat patronu aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-227/2025 nömrəli, 11 sentyabr 2025-ci il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etməklə apellyasiya şikayətini onunla əsslandırmışdır ki, ittihama əsasən guya Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və odlu silahı əldə etmə, saxlamaqla daşıma barədə tanışı X9 ilə danışıb razılaşdıqdan sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncuya məxsus mobil telefonun “whatsapp” animesajlaşma sisteminə 13 fevral 2024-cü il tarixdə, saat 18:05-də narkotik vasitənin və odlu silahın qoyulduğu məkanı (konumu) və həmin tarixdə saat 18:33-də bu yerin 04 ədəd fotoşəklini göndərmiş, Vüqar Kərimov göndərilmiş məkana və şəkillərə uyğun olaraq qara rəngli çantaya qoyulmuş narkotik vasitənin və odlu silahın olduğu Quba rayonu, 1-ci Nügədi kəndinə gələrək onları götürdükdən sonra oradan uzaqlaşmaq istəyən zaman Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 fevral 2024-cü il tarixdə, saat 20 radələrində həmin yerdə saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən bir ədəd qara rəngli çantada təmiz çəkisi 955,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin çantanın içərisindən bir ədəd odlu silah hesab edilən nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, Tokarev(TT) konustruksiyalı, 7,62 mm kalibrli, yivli odlu silah növünə aid, texniki cəhətdən saz və atəşə yararlı tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 8 ədəd 7,62x25 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq və 05 ədəd döyüş sursatı hesab edilən, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapançapulemyotların ştat patronu aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, təxmini 13 fevral 2024-cü il tarixdə X12 gələndə saxlamışlar. Təqsirləndirilən şəxs tutulmasında o iştirak etməmişdir. Köhnə xarabaxanada əlindəki çantanın içinə baxan yerdə Vüqar Kərimovu tutmuşdur. Bu zaman videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs ona çantanı götürməyini və qarşılığında pul alacağını bildirmişdi. Vüqar Kərimovun narkotik vasitə olan marixuananı götürməyə gəldiyini etiraf etmiş, lakin silahdan xəbərsiz olduğunu bildirmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X9 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, hadisə yadında qaldığı qədərilə 14 fevral 2024-cü il tarixdə hadisə baş vermişdir. Təqsirləndirilən şəxs ona Qubadan dərman götürmək lazım olduğunu, özünün işdə olması ilə bağlı götürə bilmədiyini bildirmişdir. Ona yol xərcini verəcəyini, dərmanları götürüb onu gözləyən şəxsə verməli olduğunu demişdir. Onun bu istəyinə qarşı onda şübhə oyanmışdır. İlk dəfə idi ki, belə dərman dalınca gedirdi. Polis əməkdaşları torbaya yanında baxış keçirmişlər. Torbadan silah və narkotik vasitə aşkar olunmuşdur. Daha sonra məhkəmə bildirmişdir ki, X7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə əsasən o, 1 ilə yaxındır ki, marixuana kimi tanınan narkotik vasitədən siqaretə doldurub çəkmək üsulu ilə qəbul etmişdir. Təqsirləndirilən şəxs təxminən 2 ilə yaxın müddətdir ki, tanıyır, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Qədir əvvəllər aptekdə işləmiş, həmin vaxtdan etibarən onun Qədir ilə münasibəti yaranmışdır. Tutulmamışdan əvvəl dostu Qədir ***-***-**-** saylı mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 13 fevral 2024-cü il tarixdə təxminən saat 12 radələrində WhatsApp vasitəsi ilə zəng edərək əlaqə saxlamışdır. Qədirin onunla əlaqə saxlayan zaman Quba rayonuna getməli olduğunu demişdir. O, hansı səbəbdən gedəcəyini soruşduqda Qədir ona Quba rayonundan çanta veriləcəyini və çantanı Bakı şəhərinə, Qədirin deyəcəyi şəxsə çatdıracağını demişdir. Lakin çantanın içərisində kankret olaraq nə olduğunu əvvəlcədən deməmişdir. O, taksi ilə qeyd olunan tarixdə təxminən saat 19- 20 radələrində Quba rayonuna gəlmişdir. Yolda oldu ğu zaman Qədir ona məkan göndərmişdir. Məkan Quba rayonunu göstərmişdir. Bakı-Quba avtomobil yolunda Nügədi kəndi yazılan lövhənin yaxınlığında taksidən düşmüşdür. Qədir ona zəng etmiş, getməli olduğu yolun istiqamətini izah etmişdir. O, Qədirdən çantanı ona verən şəxsin kim olduğunu soruşmuşdur. Qədir isə çantanın bir yerə qoyulduğunu, onun özünün oradan çantanı götürməli olduğunu bildirmişdir. Telefon danışığızamanı Qədir ona qara rəngli çantanın içərisində narkotik vasitə və bir ədəd sellofan torbada tapanca olduğunu demişdir. Bundan sonra o, artıq çantanın içərisində narkotik və tapanca olduğunu bilmişdir. Qədir ona tam olaraq narkotik vasitənin çəkisini deməmişdir. Daha sonra Qədir ona çantanın olduğu yerin şəklini göndərmişdir. Çantanı götürmək üçün o, asfalt yoldan xeyli irəliyə getmişdir. Ona göndərilən məkan vasitəsi ilə çantanın qoyulduğu yeri tapmışdır. Yaxınlaşaraq çantanı götürmüş və oradan uzaqlaşaraq çantanın içərisinə baxmaq istədiyi vaxt iki nəfər mülki formada olan şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər ona polis əməkdaşları olduqlarını deyərək özlərini təqdim edib odlu silahın qanunsuz saxlanması,daşınması, eləcə də barəsində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlıməlumat olduğunu bildirmişlər. Polis əməkdaşları ona üzərində şəxsi axtarış aparılması üçün Quba Rayon Polis Şöbəsinə məlumat verərək digər polis əməkdaşları və vəkil dəvət edəcəklərini bildirmişlər. Onu saxlayan polis əməkdaşları çağırdıqları digər polis əməkdaşları və vəkil gələnə kimi onun hərəkətlərini nəzarətdə saxlamışlar. Digər polis əməkdaşları gəldikdən sonra vəkilin iştirakı ilə videokəçilişdən istifadə edilməklə saxlanıldığı həmin yerdə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazadan əvvəl ona üzərində qanunla qadağan olunan hər hansı əşya və ya predmet varsa, hamısını təqdim etməyi təklif olunmuşdur. O, əynindəki çiynindən asdığı qara rəngli çantanın içərisində saxladığı bir dəd sadə qol saatı, bir ədəd “Xalq Bank”a məxsus plastik kart, bir ədəd metro kartı, bir ədəd qulaqcıq, bir ədəd burun dərmanı, bir ədəd təsbeh, cibindən isə bir ədəd “Redmi 12” markalı mobil telefon və siqareti təqdi etmişdir. Əlində olan qara rəngli çanatanın içərisinə baxdıqları zaman oradan yaşıl rəngli, spesifik iyə malik olan, narkotik vasitə-marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Bu vaxt kütlənin arasından qara rəngli sellofan torba çıxmışdır. Seloffan torba açılan zaman içərisində “TT” markalı tapanca, bir ədəd daraq və 06 (altı) ədəd patronların olmasımüəyyən edilmişdir. Narkotik vasitəyə bənzər kütlələr elektron tərəzi ilə çəkilən zaman çəkisinin 1.295 kiloqram olduğu məlum olmuşdur. O, həmin çantanı, yəni narkotik vasitəni və tapancanı Qədir üçün aparacaqdı. Qarşılığında Qədir ona 60 manat yol pulunu kart vasitə ilə göndərmişdir. Daha sonra aşkar olunmuş narkotik vasitə marixuana və bir ədəd “TT” markalı tapanca, daraq və 06 (altı) ədəd patronları ilə birlikdə olmaqla hər biri ayrı-ayrılıqda üzərinə zərf vurularaq qablaşdırılmış və götürülmüşdür. Qabşlaşdırmanın üzərinə o və müdafiəçisi imza edərək tamlığını təsdiq etmişlər. Bundan başqa üzərimnən qanunla qadağan edilən heç nə aşkar edilməmişdir. Video çəkiliş başa çatandan sonra üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu video çəkilişə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etmişlər. Videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən o daha ağır məsuliyyət daşıyacağından qorxduğu üçün çantanın içərisində olan tapançadan xəbəri olmadığını bildirmişdir. Lakin sonradan bu barədə yalan danışmağın onu məsuliyyətdən azad etməyəcəyini düşünərək həqiqəti etiraf etmişdir. Əslində onun çantanın içərisində narkotiklə yanaşı silah olmasından da məlumatı olmuşdur. O, Quba rayonuna çatdıqdan sonra hansı məqsədlə gəldiyini bilmişdir. rayonunda çantanın içərisində narkotik vasitə və tapancanı götürərək Bakı şəhərinə getməli olmuş və bu sifarişi ona dostu Qədir vermişdir. Çantanı götürdükdən sonra gəldiyi yolla geri qayıdıb asfalt yola çıxmağı, asfalt yola çıxdıqdan sonra da taksi vasitəsilə Bakı şəhərinə qayıtmağı düşünmüşdür. Qədir onun dostu olduğundan Qədirin xahişini icra etmişdir, Qədirin sonradan isə nə verəcəyini bilməmişdir. Ancaq Qədir qabaqcadan ona 60 manat pul ödəmişdir. Qədirin həmin narkotik vasitəni və tapancanı satmaq məqsədi ilə istədiyi barədə məlumatı olmamışdır. Qədir ona çantanı Bakı şəhərinə çatdırdıqdan sonar deyəcəyi şəxsə çatdırmalı olmuşdur. Ancaq həmin şəxs barədə məlumatsı olmamışdır. O, heç kimdən narkotik vasitə və odlu silah almamış, heç kimə də satmamışdır, satan şəxsləri tanımammışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı zor tətbiq edilməmiş və zor tətbiq etmə hədəsi işlədilməmiş, həmin vaxt hər hansı xəsarət almamışdır. Təqsirləndirilən şəxs həmin çantanı götürüb Bakı şəhərində deyəcəyi adama verdikdən sonra ona 200-300 manat da pul verəcəkdi. O da buna görə həmin çantanı götürüb Bakı şəhərinə aparmağa razılaşmışdır. Ona məxsus “Redmi 12” markalı mobil telefonda “kağız”, “tema” kimi qeyd edilən mesajlarda söhbət narkotik vasitə marixuanadan getmiş, mesaj yazan şəxslər onun tanışlarıdır, həmin şəxslərlə birlikdə arasıra narkotik vasitə istifadə etmiş, lakin o həmin şəxslərə narkotik vasitə satmamış, nə də verməmişdir, sadəcə o da narkotik vasitə istifadəçisi olduğundan ondan həmin şəxslər çəkmək üçün narkotik vasitə marixuana olub-olmadığını soruşmuşlar. Daha sonra məhkəmə öz hökmündə bildirmişdir ki, məhkəmə həmçinin hazırki iş üzrə şahid qismində dindirilmiş Vüqar Kərimovun da ifadəsinə tənqidi yanaşır, hesab edir ki, onun ibtidai istintaq zamanı və öz təqsirləndirilməsinə dair iş üzrə verdiyi ifadələri işin obyektiv hallarına uyğun olan daha obyektiv və ətraflı ifadələr kimi qiymətlərndirilməlidir. Bildirmək istəyir ki, məhkəmənin bu mövqeyi ilə razı deyil. Belə ki, əvvəla məhkəmə bilərəkdən iş üzrə şahid qismində dindirilmiş Vüqar Kərimov məhkəmə istintaqı zamanı ibbtidai istintaqdan fərqli olaraq tamamilə fərqli ifadələr vermiş, qeyd olunan çantanın işərisində narkotik maddənin və silahın olmasından xəbəri olmadığını bildirmiş, Qədirin ona heç bir sifariş vermədiyini, onunla heç bir narkotik maddə barədə sövdələşməsinin olmamasını bildirmişdir. Lakin məhkəmə bu xüsusatların heç birini hökmdə qeyd etməmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin üzərində heç bir narkotik vasitənin olmaması işin mübahisəsiz halıdır. Hörmətli Məhkəmə Kollegiyası hesab edir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi hazırki işə baxarkən Cinayət prossesual qanunvericiliyinin və Cinayət Məcəlləsinin tələblərini deyil, şəxsi mülahizələrini əsas götürmüşdür. Hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxsin törədilmiş cinayətə aidiyyatı yoxdur və onun təqsirliliyi sübuta yetirilmir. Elə bu əsaslarla da onun barəsində bəraət hökmü çıxarılmalıdır. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya məhkəməsinin iclasında Müdafiəçi3 apellyasiya şikayətinin dəlillərinə uygun çıxış edərək, hökmün ləğv edilməsini, hüquqlarını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs törədilmiş cinayətə aidiyyatı olmadığından, barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasına videokonfrans əlaqə sistemi vasitəsi ilə qoşulmuş Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək, hökmün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında dövlət ittihamçısı X4 çıxışında apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini, o cümlədən təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsaslar olmadığını, iş üzrə toplanmış sübutların ittihamın sübuta yetirilməsi üçün kifayət qədər olduğunu bildirərək, şikayətin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, təqsirləndirilən şəxsə bəraət verilməsi barədə təqsirləndirilən şəxsin və müdafiəçinin, şikayətin rədd edilməklə birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 1(124)-227/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyasiya şikayətində işin faktiki halları, əməlin tövsifi mübahisələndirilərək təqsirləndirilən şəxsə CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi iddia edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təqsirləndirilən şəxsə CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Əksinə apellyasiya şikayətində göstərilən xüsusatlar digər danılmaz sübutlarla - təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə tamamilə təkzib edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxsin məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələri ilə yanaşı, həmçinin şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə Təqsirləndirilən şəxs CM-nin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi həm ibtidai istintaq, həm də birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Xırdalan-Binəqədi şossesində öz evində yaşayırdı. Ali təhsilli olmuş, 600 balla universitetə qəbul olmuşdur. Onun əlinə silah dəyməmişdir. 2 il bundan əvvəl Azərbaycan Respublikası Təhsil Nazirliyinə diplomun verilməsi ilə bağlı müraciət etmiş, lakin heç bir cavab gəlməmişdir. O da öz ixtisası üzrə işləmişdir. Rayonda olan müddətdə ona ********** saylı mobil telefondan zəng gəlmişdir. Azər adlı şəxs ona zəng etmişdi. O, əvvəllər onun pasiyenti olmuşdur. Ona uşağının xəstə olduğunu bildirmiş və müalicə almalı olduğunu xahiş etmişdir. O, özü Qubada axtarışda olunmağına baxmayaraq heç yerə qaçıb getməmişdir. Hətta Cəbrayıl rayonunda hərbi xidmət zamanı həkim kimi işləməyinə dair müraciət də etmişdir. Polis əməkdaşları tərəfindən “Xırdalan kruqunda” tutulmuş və haqqında “axtarışda olub” yazılsa da belə hal mövcud olmamışdır. Hadisə günü məsciddə namaz qılanda 5 nəfər polis əməkdaşı məscidə gəlmiş, üzərinə axtarış keçirilmiş, lakin heç nə aşkar olunmamışdır. Polis əməkdaşları hadisə günündən sonra səhəri gün mülki geyimdə onu tutub Quba RPŞ-nə aparmışdır. 26 sentyabr 2024-cü il tarixdə Təhsil Nazirliyi ilə bağlı məhkəməsi olacaqdı, 1 gün əvvəl polis əməkdaşları tərəfindən tutulmuşdur. Vüqar Kərimovu isə yaşadığı ərazidə aptekdə işlədiyi vaxtdan etibarən tanımışdır. Ona Masazırda müalicə etdiyi şəxs qara rəngdə “Nokia” markalı mobil telefon və içində nömrə vermişdi. Telefon ona müalicə qarşılığında verilmişdir.Telefonun təxmini 15 manat qiyməti olmuşdur. Müalicə etdiyi adam Azər adlı şəxs olmuşdur.O, telefonun içindəki nömrəni özü istifadə etməmiş, Səyyad adlı şəxsə vermişdir. Həmin nömrə ilə “Whatsapp” mobil tətbiqi açılmış, lakin nömrə onun adına olmamışdır, hədiyyə olunmuşdur. Ona verilən nömrə “0908” ilə bitdiyi üçün xoşu gəlmiş və buna görə götürmüşdür. Whatsapp” mobil tətbiqinə gələn zənglər Azərbaycan nömrəsi olmamışdır. Başqa nömrə ilə zəng edən şəxsin adını öyrənməmişdir. Onunla cəmi 1 dəfə danışmışdır. Təxmini 3-4 saat sonra ona mesajlar yazılmış və silinmişdir. Daha sonra həmin nömrə ilə əlaqə saxlaya bilməmişdir. Zəng zamanı ona “əməliyyat olunmalıdı, çanta çatdırılmalıdır” deyilmişdir. O da ona Cəlilabad rayonunda olduğunu başqa heç bir yerinin olmadığını demişdir. Çantanı Qubaya aparıb gəlməyi çox çəkəcəkdi. Həmin şəxs isə çantanı Qubadan Bakıya gətirəcəyini demiş, lakin heç bir adres atmamışdır. Özünün Qubadan olduğunu və o getsə məlumat veriləcəyini bildirmişdir. Həmin ərəfədə Vüqar Kərimov Bakıda olmuşdur. Çantanın hansı ünvanda olması barədə heç bir məlumatı olmamışdır. Vüqar Kərimov onun tutuduğu vaxtdan 1 il əvvəl tutulmuşdur. Böyrək xəstəliyi ilə bağlı Cəlilabad rayon xəstəxanasına yazılmışdır. Vüqar Kərimov ilə Umbakı təcridxanasında olduğu müddətdə üzləşmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, O, Təqsirləndirilən şəxs tanımır. Onlara qanunsuz olaraq narkotik vasitənin əldə edilməsi, saxlanması və istifadə edilməsi ilə bağlı əməliyyat məlumatı digər şəxs Vüqar Kərimov barəsində daxil olmuşdur. Hadisə yerinə daxil olmuş məlumat əsasında getmişlər və əməliyyat tədbirikeçirən zaman Vüqarın çantanı açdığını görmüşlər. Bununla bağlı sorğu zamanı dostu Təqsirləndirilən şəxs çantanı Qubadan götürüb Bakıya gətirməli olduğunu bildirmişdir. Təhqiqatçının iştirakı ilə videoçəkiliş aparılmış, çantanın içindən narkotik vasitə marixuana və tapança aşkar edilmişdir. Vüqarın telefonuna baxış keçirmişlər. Təqsirləndirilən şəxs tərəfindən ona ünvan göndərilmişdir. X13 çatana yaxın narkotik vasitə marixuana olduğunu bilirdilər. 13 fevral 2024-cü il tarixdə Vüqar Kərimov tərəfindən saxlanılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Quba RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, təxmini 13 fevral 2024-cü il tarixdə X12 gələndə saxlamışlar. Təqsirləndirilən şəxs tutulmasında o iştirak etməmişdir. Köhnə xarabaxanada əlindəki çantanın içinə baxan yerdə Vüqar Kərimovu tutmuşdur. Bu zaman videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs ona çantanı götürməyini və qarşılığında pul alacağını bildirmişdi. Vüqar Kərimovun narkotik vasitə olan marixuananı götürməyə gəldiyini etiraf etmiş, lakin silahdan xəbərsiz olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş X9 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, hadisə yadında qaldığı qədərilə 14 fevral 2024-cü il tarixdə hadisə baş vermişdir. Təqsirləndirilən şəxs ona Qubadan dərman götürmək lazım olduğunu, özünün işdə olması ilə bağlı götürə bilmədiyini bildirmişdir. Ona yol xərcini verəcəyini, dərmanları götürüb onu gözləyən şəxsə verməli olduğunu demişdir. Onun bu istəyinə qarşı onda şübhə oyanmışdır. İlk dəfə idi ki, belə dərman dalınca gedirdi. Polis əməkdaşları torbaya yanında baxış keçirmişlər. Torbadan silah və narkotik vasitə aşkar olunmuşdur. Birinci instansiya məhkəməsində X7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi tədqiq edilərkən müəyyən olunmuşdur ki, o, 1 ilə yaxındır ki, marixuana kimi tanınan narkotik vasitədən siqaretə doldurub çəkmək üsulu ilə qəbul etmişdir. Təqsirləndirilən şəxs təxminən 2 ilə yaxın müddətdir ki, tanıyır, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Qədir əvvəllər aptekdə işləmiş, həmin vaxtdan etibarən onun Qədir ilə münasibəti yaranmışdır. Tutulmamışdan əvvəl dostu Qədir ***-***-**-** saylı mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 13 fevral 2024-cü il tarixdə təxminən saat 12 radələrində WhatsApp vasitəsi ilə zəng edərək əlaqə saxlamışdır. Qədin onunla əlaqə saxlayan zaman Quba rayonuna getməli olduğunu demişdir. O, hansı səbəbdən gedəcəyini soruşduqda Qədir ona Quba rayonundan çanta veriləcəyini və çantanı Bakı şəhərinə, Qədirin deyəcəyi şəxsə çatdıracağını demişdir. Lakin çantanın içərisində kankret olaraq nə olduğunu əvvəlcədən deməmişdir. O, taksi ilə qeyd olunan tarixdə təxminən saat 19-20 radələrində Quba rayonuna gəlmişdir. Yolda olduğu zaman Qədir ona məkan göndərmişdir. Məkan Quba rayonunu göstərmişdir. Bakı-Quba avtomobil yolunda Nügədi kəndi yazılan lövhənin yaxınlığında taksidən düşmüşdür. Qədir ona zəng etmiş, getməli olduğu yolun istiqamətini izah etmişdir. O, Qədirdən çantanı ona verən şəxsin kim olduğunu soruşmuşdur. Qədir isə çantanın bir yerə qoyulduğunu, onun özünün oradan çantanı götürməli olduğunu bildirmişdir. Telefon danışığı zamanı Qədir ona qara rəngli çantanın içərisində narkotik vasitə və bir ədəd sellofan torbada tapanca olduğunu demişdir. Bundan sonra o, artıq çantanın içərisində narkotik və tapanca olduğunu bilmişdir. Qədir ona tam olaraq narkotik vasitənin çəkisini deməmişdir. Daha sonra Qədir ona çantanın olduğu yerin şəklini göndərmişdir. Çantanı götürmək üçün o, asfalt yoldan xeyli irəliyə getmişdir. Ona göndərilən məkan vasitəsi ilə çantanın qoyulduğu yeri tapmışdır. Yaxınlaşaraq çantanı götürmüş və oradan uzaqlaşaraq çantanın içərisinə baxmaq istədiyi vaxt iki nəfər mülki formada olan şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər ona polis əməkdaşları olduqlarını deyərək özlərini təqdim edib odlu silahın qanunsuz saxlanması, daşınması, eləcə də barəsində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı məlumat olduğunu bildirmişlər. Polis əməkdaşları ona üzərində şəxsi axtarış aparılması üçün Quba Rayon Polis Şöbəsinə məlumat verərək digər polis əməkdaşları və vəkil dəvət edəcəklərini bildirmişlər. Onu saxlayan polis əməkdaşları çağırdıqları digər polis əməkdaşları və vəkil gələnə kimi onun hərəkətlərini nəzarətdə saxlamışlar. Digər polis əməkdaşları gəldikdən sonra vəkilin iştirakı ilə videokəçilişdən istifadə edilməklə saxlanıldığı həmin yerdə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazadan əvvəl ona üzərində qanunla qadağan olunan hər hansı əşya və ya predmet varsa, hamısını təqdim etməyi təklif olunmuşdur. O, əynindəki çiynindən asdığı qara rəngli çantanın içərisində saxladığı bir ədəd sadə qol saatı, bir ədəd “Xalq Bank”a məxsus plastik kart, bir ədəd metro kartı, bir ədəd qulaqcıq, bir ədəd burun dərmanı, bir ədəd təsbeh, cibindən isə bir ədəd “Redmi 12” markalı mobil telefon və siqareti təqdi etmişdir. Əlində olan qara rəngli çanatanın içərisinə baxdıqları zaman oradan yaşıl rəngli, spesifik iyə malik olan, narkotik vasitə-marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Bu vaxt kütlənin arasından qara rəngli sellofan torba çıxmışdır. Seloffan torba açılan zaman içərisində “TT” markalı tapanca, bir ədəd daraq və 06 (altı) ədəd patronların olması müəyyən edilmişdir. Narkotik vasitəyə bənzər kütlələr elektron tərəzi ilə çəkilən zaman çəkisinin 1.295 kiloqram olduğu məlum olmuşdur. O, həmin çantanı, yəni narkotik vasitəni və tapancanı Qədir üçün aparacaqdı. Qarşılığında Qədir ona 60 manat yol pulunu kart vasitə ilə göndərmişdir. Daha sonra aşkar olunmuş narkotik vasitə marixuana və bir ədəd “TT” markalı tapanca, daraq və 06 (altı) ədəd patronları ilə birlikdə olmaqla hər biri ayrı-ayrılıqda üzərinə zərf vurularaq qablaşdırılmış və götürülmüşdür. Qabşlaşdırmanın üzərinə o və müdafiəçisi imza edərək tamlığını təsdiq etmişlər. Bundan başqa üzərimnən qanunla qadağan edilən heç nə aşkar edilməmişdir. Video çəkiliş başa çatandan sonra üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu video çəkilişə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etmişlər. Videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən o daha ağır məsuliyyət daşıyacağından qorxduğu üçün çantanın içərisində olan tapançadan xəbəri olmadığını bildirmişdir. Lakin sonradan bu barədə yalan danışmağın onu məsuliyyətdən azad etməyəcəyini düşünərək həqiqəti etiraf etmişdir. Əslində onun çantanın içərisində narkotiklə yanaşı silah olmasından da məlumatı olmuşdur. O, Quba rayonuna çatdıqdan sonra hansı məqsədlə gəldiyini bilmişdir. Quba rayonunda çantanın içərisində narkotik vasitə və tapancanı götürərək Bakı şəhərinə getməli olmuş və bu sifarişi ona dostu Qədir vermişdir. Çantanı götürdükdən sonra gəldiyi yolla geri qayıdıb asfalt yola çıxmağı, asfalt yola çıxdıqdan sonra da taksi vasitəsilə Bakı şəhərinə qayıtmağı düşünmüşdür. Qədir onun dostu olduğundan Qədirin xahişini icra etmişdir, Qədirin sonradan isə nə verəcəyini bilməmişdir. Ancaq Qədir qabaqcadan ona 60 manat pul ödəmişdir. Qədirin həmin narkotik vasitəni və tapancanı satmaq məqsədi ilə istədiyi barədə məlumatı olmamışdır. Qədir ona çantanı Bakı şəhərinə çatdırdıqdan sonra deyəcəyi şəxsə çatdırmalı olmuşdur. Ancaq həmin şəxs barədə məlumatı olmamışdır. O, heç kimdən narkotik vasitə və odlu silah almamış, heç kimə də satmamışdır, satan şəxsləri tanımammışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı zor tətbiq edilməmiş və zor tətbiq etmə hədəsi işlədilməmiş, həmin vaxt hər hansı xəsarət almamışdır. Təqsirləndirilən şəxs həmin çantanı götürüb Bakı şəhərində deyəcəyi adama verdikdən sonra ona 200-300 manat da pul verəcəkdi. O da buna görə həmin çantanı götürüb Bakı şəhərinə aparmağa razılaşmışdır. Ona məxsus “Redmi 12” markalı mobil telefonda “kağız”, “tema” kimi qeyd edilən mesajlarda söhbət narkotik vasitə marixuanadan getmiş, mesaj yazan şəxslər onun tanışlarıdır, həmin şəxslərlə birlikdə arasıra narkotik vasitə istifadə etmiş, lakin o həmin şəxslərə narkotik vasitə satmamış, nə də verməmişdir, sadəcə o da narkotik vasitə istifadəçisi olduğundan ondan həmin şəxslər çəkmək üçün narkotik vasitə marixuana olub-olmadığını soruşmuşlar (cild 01, iş vər. 193- 199). Cinayət işi materiallarına əlavə edilmiş, X7 məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 04 noyabr 2024-cü il tarixli, 1(124)- 648/2024 nömrəli hökmündən görünür ki, Vüqar Kərimov məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, nadir hallarda narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Həmin marixuananı dost-tanışdan əldə etmişdir. O, tutulduğu vaxta kimi Bakı şəhərində yaşamışdır. Onun qeyd etdiyi dostunun adı Qədirdir. Qədiri 2-3 ildir ki, tanıyır. O, Qədirlə birlikdə marixuana qəbul etməmişdir. Qədir Bakıda yaşayır. Qədir rayonda bir nəfər şəxsin ona paltar verəcəyini bildirmişdir. Qədir birinci dəfə idi ki, onu rayona göndərirmiş. O, deyilən ünvandan çantanı götürə bilməmişdir. Qədir ona 30 manat yol pulu göndərmişdir. Tutulduğu gün üzərində olan mobil nömrəni xatırlamır. Onun narkotik alveri ilə bağlı “Whatsapp” vasitəsi ilə danışıqları olmamışdır. Qədir ondan rayona getməsini hadisə günü istəmişdir. O, əvvəllər Quba rayonunda olmamışdır. O, hadisə yerinə taksi ilə yaxınlaşmış, çantanı görmüş, amma çantaya əli dəyməmişdir. O, çantaya yaxınlaşan zaman polis əməkdaşları onu tutmuşdur. Çanta açılmamışdan əvvəl polis əməkdaşları çantada narkotik vasitələr və silah olduğunu bildirmişdir. Çanta tutulduğu yerdə açılmış və onun içərisində olan büküm narkotikə yox, daha çox kəklik otuna bənzəmişdir. Hadisə yerində həmin bükümü tərəzidə çəkməmiş, bölməyə aparıb orada çəkmiş və ümümi çəkisinin 950 qram olduğunu bildirmişlər. Polis əməkdaşları onu tutduqdan sonra telefonunu əlindən almışlar. Ondan sonra Qədiri tapa bilməmişlər. Qədir Azərbaycan Respublikası vətəndaşıdır. Həmin şəxs Təqsirləndirilən şəxsdur. Həmin şəxsin harada yaşadığını və işlədiyini bilmir. Qədirin kirayə yaşadığını bilir və onu aptekdən tanımışdır. Həmin apteki polis əməkdaşlarına bildirmişdir. O, tutulduqdan sonra Qədir onunla əlaqə saxlamamışdır. Daha sonra o, qeyd etmişdir ki, o, nadir hallarda narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Həmin marixuananı dost-tanışdan əldə etmişdir. O, tutulduğu vaxta kimi Bakı şəhərində yaşamışdır. Onun qeyd etdiyi dostunun adı Qədirdir. Qədiri 2-3 ildir ki, tanıyır. O, Qədirlə birlikdə marixuana qəbul etməmişdir. Qədir Bakıda yaşayır. Qədir rayonda bir nəfər şəxsin ona paltar verəcəyini bildirmişdir. Qədir birinci dəfə idi ki, onu rayona göndərirmiş. O, deyilən ünvandan çantanı götürə bilməmişdir. Qədir ona 30 manat yol pulu göndərmişdir. Tutulduğu gün üzərində olan mobil nömrəni xatırlamır. Onun narkotik alveri ilə bağlı “Whatsapp” vasitəsi ilə danışıqları olmamışdır. Qədir ondan rayona getməsini hadisə günü istəmişdir. O, əvvəllər Quba rayonunda olmamışdır. O, hadisə yerinə taksi ilə yaxınlaşmış, çantanı görmüş, amma çantaya əli dəyməmişdir. O, çantaya yaxınlaşan zaman polis əməkdaşları onu tutmuşdur. Çanta açılmamışdan əvvəl polis əməkdaşları çantada narkotik vasitələr və silah olduğunu bildirmişdir. Çanta tutulduğu yerdə açılmış və onun içərisində olan büküm narkotikə yox, daha çox kəklik otuna bənzəmişdir. Hadisə yerində həmin bükümü tərəzidə çəkməmiş, bölməyə aparıb orada çəkmiş və ümümi çəkisinin 950 qram olduğunu bildirmişlər. Polis əməkdaşları onu tutduqdan sonra telefonunu əlindən almışlar. Ondan sonra Qədiri tapa bilməmişlər. Qədir Azərbaycan Respublikası vətəndaşıdır. Həmin şəxs Təqsirləndirilən şəxsdur. Həmin şəxsin harada yaşadığını və işlədiyini bilmir. Qədirin kirayə yaşadığını bilir və onu aptekdən tanımışdır. Həmin apteki polis əməkdaşlarına bildirmişdir. O, tutulduqdan sonra Qədir onunla əlaqə saxlamamışdır. O, tutulduqdan sonra Qədir onunla əlaqə saxlamamışdır. O, uşaqlıqda və ya yaxud da indi heç bir xəsarət almamış və hazırda hər şeyi dərk edir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarışın keçirilməsi barədə” 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, X7 üzərinə şəxsi axtarış keçirilməsi zamanı əlində olan qara rəngli çantanın içərisinə baxdıqları zaman oradan yaşıl rəngli, spesifik iyə malik olan, narkotik vasitə-marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Bu vaxt kütlənin arasından qara rəngli sellofan torba çıxmışdır. Seloffan torba açılan zaman içərisində “TT” markalı tapanca, bir ədəd daraq və 06 (altı) ədəd patronların olması müəyyən edilmişdir. (Cild 1, iş vərəqi 13) “Şəxsi axtarışın keçirilməsi barədə” 13 fevral 2024-cü il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 01 ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Vüqar Kərimovun şəxsi axtarışı zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Ədliyyə Nazirliyi MEM-in məhkəmə bioloji ekspertizasının 14 fevral 2024-cü il tarixli, 3-16-16/2-7/243 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlə..." yazı və imzalar olan qara rəngli çantada təmiz çəkisi - 955,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Cild 1, iş vərəqləri 17-18) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə ballistik ekspertizasının 15 fevral 2024-cü il tarixli, 24/347 nömrəli rəyindən görünür ki: tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə edilməmişdir. Tədqiqata təqdim edilmiş 06 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotların ştat patronudur, döyüş sursatıdırlar. Patronlardan 05 ədədi təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Yuxarıda göstərilən səbəbdən digər 01 ədəd patron isə hal-hazırda atəş üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 8 ədəd 7,62x25 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsidir- darağıdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Darağın hissələrinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. DİN-in KTİ-də məhkəmə fiziki kimyəvi ekspertizası» keçirilmədiyindən qərarın f) bəndində qeyd olunan « Təqdim olunmuş silahdan axırıncı dəfə nə Vaxt atəş açılmışdır?» suala cavab verilməmişdir. (Cild 1, iş vərəqləri 30-33) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X2 Komissiyasının xx.xx.2024-cü il tarixli, 7419 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqləri 203-204) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3474 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən olunmamış və o, anlaqlıdır. Əqli-intellektual imkanlarına görə hadisəni adekvat qavraya və düzgün məlumat verə bilər. Təqsirləndirilən şəxs hadisə zamanı psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. (Cild 1, iş vərəqləri 205-208) Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 27 dekabr 2024-cü il tarixli qərardan görünür ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə maddi sübut kimi tanınmış bir ədəd ağ rəngli torbada qalıq çəkisi 954,8 qram narkotik vasitə qurudulmuş marixuana Quba RPŞ-nin maddi sübutların saxlanc anbarında, 01 ədəd №-si silinmiş keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, Tokarev(TT) konustruksiyalı, 7,62 mm kalibrli, yivli odlu silah növünə aid, texniki cəhətdən saz və atəşə yararlı tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 8 ədəd 7,62x25 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq və 04 ədəd döyüş sursatı hesab edilən, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapançapulemyotların ştat patronu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin silah-sursat anbarına təhvil verilmiş, "xxxx" MMC-dən daxil olan 01 ədəd CD disk və "xxxx" MMC-dən daxil olan 01 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 224-233) Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs çantanın hansı ünvanda olması barədə heç bir məlumatı olmaması, şəxsin çantanı Qubadan Bakıya gətirəcəyini deməsi, lakin heç bir adres atmaması və s. ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə kollegiyası həmçinin hazırki iş üzrə şahid qismində dindirilmiş Vüqar Kərimovun da məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır, hesab edir ki, onun ibtidai istintaq zamanı və öz təqsirləndirilməsinə dair iş üzrə verdiyi ifadələri işin obyektiv hallarına uyğun olan daha obyektiv və ətraflı ifadələr kimi qiymətləndirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «metamfetamin» psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri 2 qram müəyyən edilmişdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı, məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi barədə ifadələr verməkdə məqsədi hər vasitə ilə cinayət məsuliyyətindən yaxa qurtarmaq, özünü müdafiə etmək olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hökmdə vurğulamışdır ki, təqsirləndirilən şəxsin aşkar olunan narkotik vasitənin və silahın ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün irəli sürdüyü mülahizələri iş materiallarında olan sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Kollegiya onu da qeyd edir ki, məhkəmənin gəldiyi nəticələrin «yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı olması» barədə CPM-nin 349.5-ci maddəsi ilə müəyyən edilən müddəa o demək deyildir ki, təqsirlilik məsələsi müzakirə edilərkən yalnız məhkəmə iclasında verilən ifadələr əsas götürülməlidir. Qanunun mənasına görə, ibtidai araşdırma dövründə verilmiş ifadələr məhkəmə iclasında tədqiq edilərkən onların işin digər halları ilə uyğun gəlməsi müəyyən edildikdə daha mötəbər sübut kimi qəbul edilə bilər. Hazırki iş üzrə təqsirləndirilən şəxsin, habelə bir sıra şahidlərin ibtidai araşdırma vaxtı verdikləri ifadələri işin məhkəmə iclasında tədqiq edilən hallarına daha uyğun və inandırıcı hesab edən birinci instansiya məhkəməsi bu halı hökmdə qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələrini təhlil edərək, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşmış və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin özünü təqsirli hesab etməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri birinci instansiyası məhkəməsi tərəfindən artıq ətraflı yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu və həmin sübutlara əsaslanmaqla müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında haqlı nəticəyə gəlmişdir. İşdə təqsirləndirilən şəxsin ona istinad olunan cinayət əməllərini törətməsini təsdiq edən kifayət qədər sübutlar vardır. Birinci instansiya məhkəməsi mübahisələndirilən hökmdə ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, Təqsirləndirilən şəxs AR CM-nin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq cəhdidir. Belə ki, cinayət işinin materiallarından görünür ki, məhkəmə istintaqı zamanı sübutların əldə olunması, onların tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və proses iştirakçılarının, o cümlədən təqsirləndirilən şəxsin qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkan və şərait yaradılmış, gəlinən nəticə hökmdə ətraflı şərh edilməklə əsaslandırılmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri də birinci instansiya məhkəməsinin həmin mövqeyinin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası həmçinin yuxarıda qeyd olunanlarla bağlı cinayət hüquq nəzəriyyəsinə görə CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinəyət əməlinin törədilməsi anlayışına istinad etməyi də zəruri hesab edir. Belə ki, CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasından aydın olur ki, həmin maddədə nəzərdə tutulan cinayət əməli o zaman cinayət məsuliyyətinə səbəb olur ki, təqsirləndirilən şəxsin davranışı maddənin dispozisiyasında əksini tapmış cinayət tərkibinin obyektiv cəhətini təşkil edən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma və ya satma ilə nəticələnmiş olsun. Qeyd olunan maddədə nəzərdə tutulan cinayət əməli formal tərkibli cinayət əməli olduğundan onların başa çatmış hesab edilməsi üçün təqsirkarın qeyd olunan maddədə nəzərdə tutulan hərəkətləri (yaxud hərəkətlərdən birini) törətməsi faktını müəyyən etmək kifayətdir. Şərh olunan cinayətlərin kriminal nəticələri isə cinayət tərkibinin hüdudlarından kənarda qalır və yalnız məsuliyyətin fərdiləşdirilməsinə təsir göstərir. Həmin Məcəllənin 234.4.3-cü maddəsinin dispozisiyası isə yuxarıda qeyd olunan davranışın külli miqdarda narkotik vasitəyə münasibətdə törədilməsini özündə ehtiva edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 8 nömrəli qərarının 9-cu bəndinin ikinci abzasına əsasən “Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Həmin qərarın 16-cı bəndinin ikinci abzasına əsasən CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilibtörədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Aşkar edilmiş narkotiklərin bir növünün külli miqdar, digərinin isə külli miqdar təşkil etmədiyi hallarda əməl cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası CM-in 234.2 və 234.4.3-cü maddələri ilə deyil, yalnız CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır”. Birinci instansiya məhkəməsi qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarının tövsiyələrinə riayət etməklə təqsirləndirilən şəxs əməlini düzgün olaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və odlu silahı əldə etmə, saxlamaqla daşıma kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinin tələblərinə əsasən cinayət hadisəsinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olması, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyatının sübuta yetirilməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olması, əməlin cinayət olmasını aradan qaldıran halların olmadığı hallar təsdiq edildikdə məhkəmə məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq təqsirləndirilən şəxsin təqsirini sübuta yetirilmiş hesab edir. Azərbaycan Respublikası CM-nin 145-146-cı maddələrinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi ilə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan yaratmış olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhz qanunun bu tələbini rəhbər tutmaqla təqsirləndirilən şəxsin verilən ittiham üzrə təqsirli olması nəticəsinə gəlmişdir. Təqsirləndirilən şəxs törədilmiş cinayətə aidiyyatının olmamasına dair apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli, iş üzrə dindirilmiş digər təqsirləndirilən şəxs X7 və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmiş, onun əməli Azərbaycan Respublikası CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət vermiş, cəza təyininin ümumi prinsiplərini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyası həddində kifayət qədər ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası da, təyin edilmiş cəzanı törədilən cinayət əməlinə adekvat hesab edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırlması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs CM-nin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də, apellyasiya şikayəti təmin olunmamalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 1(124)-227/2025 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir (28 aprel 2025-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Odur ki, apellyasiya instansiyası məhkəməsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi cəmi 5 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193, 197, 397, 398.1.1, 407, 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 1(124)-227/2025 nömrəli hökmü apellyasiya şikayətinə müasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar