Məhkəmə qərarları › İş №1(105)-76/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-76/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-76/2023 08.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), X2 və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Vəliyev Vasif Valeh oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 1(012)-437/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 1(012)-437/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli hökmü (hakim Ş.Nəcəfova) ilə xx.xx.1995-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, Abşeron rayonu Saray qəsəbəsi, Azadlıq küçəsində yerləşən fərdi evdə yaşamış Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs1 tutulduğu 02 (iki) gün müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməsi və cəzaçəkməsinin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması, seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini, cəza müddətinin azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Hökmə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək ona görə məhkum edilmişdir ki, o, 07 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində istintaqa məlum olmayan mənbədən, satış məqsədilə 60 manat müqabilində 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunan psixotrop maddələrin siyahısına”' daxil olan 7 ədəd siqaretin gümüşü kağızı bükümündə ayrı-ayrıqlıqda çəkiləri 0,101, 0,94, 0,1 10, 0,99, 0,94, 0,105 və 0,232qram olmaqla ümumi təmiz çəkisi 0,835 qram kııstrr üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkibinlərinə görə eyni olan psixotrop maddə metamfetamini əldə edib, özü ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsinə daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində tanışı Təqsirləndirilən şəxs2 həmin psixotrop maddə metamfetamindən bir ədəd siqaretin kağızı bükümündə 0,232 qram çəkidə pay verdikdən sonra qalan 6 ədəd gümüşü kağızı bükümündə ayrı-ayrıqlıqda çəkiləri 0,101, 0,94, 0,110, 0,99 0,105 qram, ümumi təmiz çəkisi 0,603 qram psixotrop maddə metamfetamini kibrit qutusunun içərisində əynində olan qara rəngli gödəkçəsinin sağ döş cibinə qoyaraq üzərində saxlamış, 09 aprel 2022-ci il tarixdə saat 17:55 radələrində Rayon Polis İdarəsinin X4 əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Abşeron rayonu, Mehdiabad qəsəbəsində saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ döş cibindən həmin bir ədəd kibrit qutusun içərisində 6 ədəd siqaretin gümüşü kağazı bükümündə 0,101, 0,94, 0,1 10, 0,99, 0,94 və 0,105 qram, ümumi təmiz çəkisi 0,603 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 3 il müddətinə məhkum edilmişdir. lakin bu cəza ilə razı deyildir. belə ki, o, narkotik istifadəçisidir, lakin onunla birgə cinayət məsuliyyətinə cəlb edilmiş şəxs Təqsirləndirilən şəxs2 yazığı gəldiyi üçün cinayəti öz üzərinə götürmüşdür. Məhkəmə zamanı dəfələrlə qeyd etsə də, onun narkotik istifadəçisi olduğunu heç kəs nəzərə almamışdır. O, əməlindən peşmandır, ancaq hesab edir ki, barəsində digər həbslə bağlı olmayan cəza növü seçilsə bir daha belə səhvə yol verməz. CİNAYƏT PROSESİ İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Dövlət ittihamçısı X7 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üzrə təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət qanunvericiliyinin maddəsi üzrə əməlinin sübut olunması ilə əsaslandırmış, cəza təyin edərkən Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cinayət əməlini səmimi etiraf etməsini, qadın olmasını nəzərə almış, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən ağırlaşdıran halların olmamasını, yüngülləşdirən hallar kimi isə törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, qardaşı X8 2-ci Qarabağ Müharibəsi iştirakçısı olmaqla Cəbrayılın və Zəngilanın azad olunmasına görə medalları ilə təltif edilməsini nəzərə almışdır. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 tərəfindən mübahisələndirilərək, apellyasiya şikayəti verilmiş, şikayətdə, hökmün dəyişdirilməsini, cəza müddətinin azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutları və məhkəmənin gəldiyi nəticələrin qanuna uyğunluğunu yoxlayaraq, hökmün cinayət və cinayət-prosessual qanunvericilik normalarına riayət edilməklə qəbul edildiyindən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini aşağıda qeyd edilənlərə əsasən əsassız hesab edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, Abşeron rayon polis idarəsinin X4 cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. Bildirmişdir ki, 07 avqust 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və 18 avqust 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar raportla bölmə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra Abşeron RPİnin TŞ- nin baş təhqiqatçısı, polis mayoru X1 Abşeron RPİ-nin Mehdiabad PB-nin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 və Abşeron RPİ-nin Mehdiabad PB-nin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və onlar əməliyyat- axtarış tədbirlərinin keçirməyə başlamışlar. Keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 17:55 radələrində Abşeron rayonu, Mehdiabd qəsəbəsi ərazisində məlumatda göstərilən əlamətlərə uyğun gələn şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqə göstərmişlər. Narkotik vasitələri saxlamaqda və satmaqda şübhəli olduğunu bildirib onları Abşeron RPİ-nin Mehdiabad PBnə dəvət etmişlər. O, raportla bölmə rəisinə müraciət etmişdir. Bölmə rəisinin göstərişi əsasında Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsində otaqların birində baş təhqiqatçı X5 tərəfindən dövlət hesabına tutulmuş vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə Abşeron rayon sakini Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs1 baş təhqiqatçı Rəfael Əsgərov tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi bildirilərkən Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçəsinin sağ döş cibindən bir ədəd kibrit qutusu çıxararaq təqdim etmişdir. Həmin bir ədəd kibrit qutusunun içərisinə baxdıqda 6 ədəd siqaretin gümüşü rəngli kağız bükümləri aşkar olunmuşdur. Həmin altı ədəd gümüşü rəngli siqaret kağızı bükümün içərisinə baxdıqda ağ rəngli kristal şəkilli maddə müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, əynində olan qara rəngli gödəkçəsinin sağ döş cibindən çıxararaq təqdim etdiyi bir ədəd kibrit qutusunun içərisindəki altı ədəd siqaretin gümüşü kağızı bükümündə olan psixotrop maddə metamfetamindir”. Bildirmişdir ki, “o, təxminən üç il olar ki, narkotik vasitə və psixotrop maddə qəbul edir, həmin üzərindən aşkar olunmuş metamfetamini 07 aprel 2022-ei il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində tanımadığı şəxsdən 60 manat müqabilində yeddi ədəd siqaretin gümüşü kağızı bükümündə əldə edib özü ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsinə daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində olarkən tanışı Təqsirləndirilən şəxs2 ilə görüşərək ona həmin metamfetamindən bir ədəd siqaretin gümüşü kağızı bükümündə pay vermiş qalan altı ədəd bükümləri isə bir ədəd kibrit qutusunda əynində olan qara rəngli gödəkçəsinin sağ döş cibinə qoyaraq özündə saxlamışdır”.Təqsirləndirilən şəxs1 üzərində aşkar olunan bir ədəd kibrit qutusunun içərisində 6 ədəd siqaretin gümüşü kağızma bülükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdi. Şəxsi axtarış keçirilməsi tam başa çatdıqdan sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, orada olan bütün iştirakçılar protokolun düzgünlüyünü, həmçinin aşkar edilmiş maddənin qablaşdırıldığı zərfi imzalamışlar. Keçirilmiş şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olunmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 izahatı alınmışdır. Bundan sonra Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsində otaqların birində baş təhqiqatçı X6 tərəfindən dövlət hesabına tutulmuş vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə bölməyə gətirilmiş digər şəxs Abşeron rayon sakini Təqsirləndirilən şəxs2nın üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs2 baş təhqiqatçı Rafael Əsgərov tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi bildirilərkən Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd siqaretin gümüşü kağazı büküm çıxaraq təqdim etmişdir. Həmin bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümünün içərisinə baxdıqda ağ rəngli kristal şəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd siqaretin gümüşü kağızı bükümünün içərisində olan psixotrop maddə metamfetamindir. Həmçinin o, bildirmişdir ki, təxminən altı ay olar narkotik vasitə və psixotrop maddə qəbul edir həmin üzərindən aşkar olunmuş metamfetamini xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində olarkən tanışı Təqsirləndirilən şəxs1 pay olaraq alıb üzərində daşıyaraq saxlamışdır. Təqsirləndirilən şəxs2nın üzərindən aşkar olunan bir ədəd siqaretin gümüşü kağızma bülükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Şəxsi axtarış keçirilməsi tam başa çatdıqdan sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuşdur, orada olan bütün iştirakçılar protokolun düzgünlüyünü, həmçinin aşkar edilmiş maddənin qablaşdırıldığı zərfi imzalamışlar. Keçirilmiş şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olunmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2nın izahatı alınmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Abşeron rayon Polis İdarəsinin X4 əməkdaşı Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan DVD farmatlı diskə Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirən zaman müəyyən edildi ki, əynində bz rəngli cins şalvar, qara rəngli gödəkçə, ayağında ağ rəngli idman ayaqqabısı olan orta boylu qadın əynində olan qara rəngli gödəkçəsinin sağ döş cibindən bir ədəd kibrit qutusu çıxararaq təqdim etdi. Həmin bir ədəd kibrit qutusunun içərisinə baxdıqda 6 ədəd siqaretin gümüşü rəngli kağız bükümləri aşkar olundu. Həmin altı ədəd gümüşü rəngli siqaret kağızı bükümün içərisinə bağdıqda ağ rəngli kristal şəkilli maddə müşahidə olundu.Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirdi ki, “əynində bz rəngli cins şalvar, qara rəngli gödəkçə, ayağında ağ rəngli idman ayaqqabısı olan orta boylu qadın onun özüdür, əynində olan qara rəngli gödəkçəsinin sağ döş cibindən çıxararaq təqdim etdiyi bir ədəd kibrit qutusunun içərisindəki altı ədəd siqaretin gümüşü kağızı bükümündə olan psixotrop maddə metamfetamindir ” . Bildirmişdir ki, “o, təxminən üç il olar ki, narkotik vasitə və psixotrop maddə qəbul edir, həmin üzərindən aşkar olunmuş metamfetamini 07 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində tanımadığı şəxsdən 60 manat müqabilində yeddi ədəd siqaretin gümüşü kağızı bükümündə əldə edib özü ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsinə daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində olarkən tanışı Təqsirləndirilən şəxs2 ilə görüşərək ona həmin ımetamfetamindən bir ədəd siqaretin gümüşü kağızı bükümündə pay vermiş qalan altı ədəd bükümləri isə bir ədəd kibrit qutusunda əynində olan qara rəngli gödəkçəsinin sağ döş cibinə qoyaraq özündə saxlamışdır”. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2022-ci il tarixli 6/2006 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2" üzərindən aşkar olunmuş sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,232 qram olan ağ rəngli kristallık hissəciklərindən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. (Siyahı 1). İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspıtizası Mərkəzinin 10 aprel 2022-ci il tarixli 6/2007 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1” üzərindən aşkar olunmuş sözləri olan zərldəki altı ədəd bükümdə ayrı-ayrılıqda 0,101, 0,94, 0,110, 0,99, 0,94, 0,105 qram, ümumi təmiz çəkisi 0,603qram olan ağ rəngli kristallik hissəciklərindən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına" daxildir. (Siyahı 1). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspıtizası Mərkəzinin 16 may 2022-ci il tarixli 6/2416 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2” üzərindən aşkar olunmuş sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,182 qram olan psixotrop maddə metametaminlə üzərində “Təqsirləndirilən şəxs1” üzərindən aşkar olunmuş sözləri olan zərldəki altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,483 qram olan psixotrop metamefetamin xarici əlamətlərinə və kompanent tərkiblərinə görə eynidirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 30 aprel 2022-ci il tarixli 2175 saylı rəyindən görünür ki Təqsirləndirilən şəxs1 Vida di qızında OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nətcəsində yaranan ASılılıq SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcbur müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaşı məsləhət görülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011-ci il tarixli qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011-ci il tarixli qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, narkotik vasitələrin satılması dedikdə, narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz olaraq hər hansı bir üsulla (əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər) yayılması anlaşılır. Təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı, onların xeyli miqdarda olması, istehlakçı ilə əvvəlcədən razılıq olması, narkotik vasitədən istifadə etməyən şəxs tərəfindən onun əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan hərəkətlər nəticəsində şəxsin narkotik vasitələri və ya psixotrop maddəni digər şəxsin faktiki sahibliyinə ötürməsinin forması, bunun əvəzli və ya əvəzsiz olması əməlin hüquqi tövsifinə təsir göstərmir. Təqsirləndirilən şəxs1 əməlini etiraf etməyərək, onun əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini mübahisələndirsə də, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 psixotrop maddəni verməsi, Təqsirləndirilən şəxs1 tərəfindən etiraf edilməklə digər sübutlarla da tamamlanır. Təqsirləndirilən şəxs1 tərəfindən əvəzsiz olaraq digər təqsirləndirilən şəxsə psixotrop maddəni verməklə yayması, həmin psixotrop maddənin satılmasını ehtiva etməklə ittihamın əsaslı olması qənaətini qaçılmaz edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarı). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Belə olan halda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 ifadəsinə tənqidi yanaşılmaqla, təqsirləndirilən şəxsin satış məqsədi ilə psixotrop maddə maddə əldə etməsi, saxlaması və satması nəticəsinə dair birinci instasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərini formal mülahizə kimi dəyərləndiririr. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olduğundan, həmin hissədə də gəlinən nəticə ilə razılaşır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Kollegiya qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası, təqsirləndirilən şəxsin islah edilməsi və həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə almışdır. Təqsirləndirilən şəxsin törətmiş olduğu əməl üzrə aşkar olunmuş narkotik vasitənin, psixotrop maddənin növü və miqdarı nəzərə alınarsa onun barəsində təyin edilmiş cəzanın törədilmiş əməlin ictimai təhlükəliliyinə uyğun olmaqla, qanuni və əsaslı olmaqla, ədalətli hesab edilməlidir. Çünki təyin edilmiş cəzadan da yüngül cəzanının təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara əsasən apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizə kimi dəyərləndirildiyindən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 1(012)-437/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, apellyasiya instansiyası məhkəməsində Təqsirləndirilən şəxs1 göstərilmiş 11 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi3 vəkil işlədiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına 66 manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 1(012)-437/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil Müdafiəçi3 11 (on bir) iş saatına görə 66 (altmış altı) manat məbləğində pul vəsaiti Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar