Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-8/2024 01.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ (apellyasiya protesti və apellyasiya şikayətlərinin yekun baxışına dair) Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Elbəyli Vüsalə Rasim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə8, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə bəraət verilməsi, Azərbaycan Respublikası CM-nin 162-1.1, 313 və 308.1-ci maddələri təqsirli bilinməsinə dair cinayət işi üzrə Şamaxı Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 1(074)-15/2022 nömrəli hökmündən zərərçəkmiş hüquqi şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə və Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şamaxı Rayon Məhkəməsinin 1(074)-15/2022 nömrəli 21 dekabr 2022-ci il tarixli hökmü ilə (hakim E.Hümbətov) xx xxxxxx 1969-cu il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, "xxxx" Azərbaycan-X3 təsisçisi və direktoru, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162-1.1, 313 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi, Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsinə aid hissədə Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsinə əsasən bəraət verilməsi, Azərbaycan Respublikası CM-nin 162-1.1 və 313-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə, yəni Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsində göstərilən əsasla ona cəza təyin edilməməsi, Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə 2000 manat cərimə cəzası təyin edilməsi hökm edilmişdir. İŞİN HALLARİ : Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162- 1.1, 313 və 308.1-ci maddələri ilə ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, "xxxx" Azərbaycan-X3 baş direktoru olarkən öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək və qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməyərək üzümçülük təsərrüfatında işçilərin əmək müqaviləsi bağlanılmadan xeyli sayda şəxsi işlərə cəlb edilməklə işlətmiş, həmçinin Zərərçəkmiş şəxs2 adına saxta müqavilə tərtib edərək vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı etmişdir. Həmçinin, məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsilə bəraət verilmişdir ona görə ki, o, Şamaxı rayonu, Çıraqlı kəndi ərazisində xüsusi mülkiyyətində olan 103,666 hektar torpaq sahəsinin 46 hektarında üzümçülük fəaliyyəti ilə məşğul olması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə və 49-cu maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməmiş əmək müqaviləsi olmadan 2018-ci ilin dekabr ayından 2020-ci ilin aprel ayına, yəni işlərin dayandırılmasına və işçilərin işdən kənarlaşdırılması tarixinə kimi ödənilməli olan, ancaq ödənilməyən vergi və məcburi dövlət sosial sığorta haqlarının məbləğinin keçirilmiş ekspertiza, həmin ekspertiza rəyi üzrə ekspertin dindirilməsinin nəticəsində yenidən ekspertiza keçirilməklə müəyyən edilməsinin mümkün olmaması, mütəxəssisin də işçilərin sayına görə vergi və məcburi dövlət sosial sığorta haqların məbləğinin müəyyən edildiyinə dair ifadəsində göstərilən xüsusatları nəzərə alınaraq ekspertizanın təftiş əsasında aparılan və əldə olunan maliyyə sənədlərinə uyğun keçirilməsinin mümkünlüyü, cinayət işinin materiallarında olan sənədlərlə rəy verilməsinin mümkünsüzlüyünə dair ekspertin ifadəsində göstərilənlərə əsasən 2018-ci ilin dekabr ayından 2020-ci ilin aprel ayınadək olan dövrdə ümumilikdə 14862,50 manat məcburi sığorta haqqı və 89,04 manat gəlir vergisi müəyyən edildiyindən və bu halın şəxsin xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınması halı kimi dəyərləndirilməsini mümkünsüz etmişdir. Çünki təqsirləndirilən şəxs tərəfindən yayındırılan vergi və məcburi dövlət sosial sığorta haqlarının həddi məsuliyyətə cəlb edilmə üçün müəyyən edilən həddən aşağıdır. APELLYASİYA PROTESTİNİN VƏ ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ : Dövlət ittihamçısı1 apellyasiya protesti verərək Şamaxı Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs CM-nin 213.1-ci maddəsi ilə bəraət verilməsi hissəsində əsassız və işin faktiki hallarına uyğun olmadığına görə ləğv edilməsi və sonuncuya CM-nin 213.1 və 308.1-ci maddələri ilə dövlət və yerli özünüidarə orqanlarında, kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə ittiham hökmü çıxarılmasını xahiş etməklə apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmədə yekun nitqi ilə çıxış edərək Təqsirləndirilən şəxs CM-in 162-1.1 və 313-cü maddələri ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə cəza təyin edilməməklə ittiham hökmü çıxarılmasını, CM-in 213.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 46.2-ci maddəsi tətbiq edilərək 01 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında, kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, CM-nin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 03 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılmasını təklif etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1, 213.1, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şamaxı Rayon Məhkəməsinin 21 dekabr 2022ci il tarixli hökmü bəraət verilməsi hissəsində əsassız və işin faktiki hallarına uyğun olmadığına görə ləğv edilməli və Təqsirləndirilən şəxs CM-in 213.1 və 308.1-ci maddələri ilə təqsirli ittiham hökmü çıxarılmalıdır. Belə ki, məhkəmə hökmündə Təqsirləndirilən şəxs CM-in 213.1-ci maddəsi ilə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verərkən gəldiyi nəticəni onunla əsaslandırmağa çalışmışdır ki, hazırki cinayət işi üzrə 2018-ci ilin dekabr ayından 2020-ci ilin aprel ayınadək olan dövrdə ümumilikdə 14862,50 manat məcburi sığorta haqqı və 89,04 manat gəlir vergisi müəyyən edildiyindən və bu hal şəxsin xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınması halı kimi dəyərləndirilməsini mümkünsüz edir. Təqsirləndirilən şəxs tərəfindən yayındırılan vergi və məcburi dövlət sosial sığorta haqlarının həddi məsuliyyətə cəlb edilmə üçün müəyyən edilən həddən aşağıdır. İttiham aktında göstərilmiş vergi və məcburi dövlət sosial sığorta haqlarından yayındırılmış məbləğin hesablanması zamanı şübhəli məqamlar olmuş və bu məqamları aradan qaldıran sübutlar mövcud deyil. Məhkəmənin mövqeyinə görə, şahid ifadələrinə və mütəxəssis rəyinə istinad edilərək ittiham irəli sürülsə də, həmin ittihamın əsası kimi istinad edilən sübutların müqayisəli təhlili nəticəsində ittiham qismən əsaslı hesab olunur. Şahid qismində dindirilən şəxslərin həmin torpaq sahəsində işlədikləri mübahisə predmeti təşkil etmir. Təqsirləndirilən şəxs işləyən şəxslərlə bilavasitə əlaqələrinin olmadığını, yalnız həmin təsərrüfatda işləyənlərə ümumi rəhbərliyi həyata keçirən şahid qismində dindirilən Zərərçəkmiş şəxs22 ifadəsi ilə müəyyən olunur. O, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli məhkəmə icraatı zamanı vermiş olduğu ifadəsində həmin torpaq sahəsində üzümçülük təsərrüfatının idarə edilməsi, işlərin görülməsi ilə əlaqədar işçilərə əmək haqqının ödənilməsinin ona verilmiş normativlər əsasında ödənişlər edildiyini, 2018ci ilə kimi digər şəxslər tərəfindən verilmiş tapşırıqların icrasını həyata keçirdiyini, 2018-ci ildən sonra təqsirləndirilən şəxs tərəfindən əmək haqlarının verildiyini, həmin təsərrüfatda işçilərin 2020-ci ilin aprel ayına kimi işlədiklərini göstərmişdir. Digər zərərçəkmiş şəxs qismində dindirilmiş şəxslər işin əsl sahibinin kim olduğunu bilmədiklərini, onların görülmüş işə görə isə Zərərçəkmiş şəxs22 tərəfindən əmək haqqı ödənildiyini bildirmişlər. İbtidai istintaq zamanı vermiş olduqları ifadələrini oxumadan imzaladıqlarını, Təqsirləndirilən şəxs isə yalnız cinayət işi başlanandan sonra gördüklərini bildirmişlər. Mütəxəssis də müstəntiq tərəfindən verilmiş qərara istinadən göstərilənlərə əsasında müvafiq rəy vermişdir. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürülərkən Zərərçəkmiş şəxs22 əsas ifadəsinə istinad edilmiş, digər zərərçəkmiş şəxslər məhkəmə istintaqı zamanı dindirilərkən Təqsirləndirilən şəxs tanımadıqlarını, onu orada görmədiklərini bildirmişlər. İbtidai istintaq zamanı toplanmış sübutlardan fərqli olaraq, məhkəmə istintaqı zamanı tərəflərin çəkişmə prinsipinə riayət edilməklə tədqiq edilmiş sübutların müqayisəli təhlili nəticəsində Zərərçəkmiş şəxs22 ifadəsi ilə təqsirləndirilən şəxsin, həmçinin Zərərçəkmiş şəxs22 şirkət hesabından ödənişlərin edilməsinə dair sənədlər bir-birini tamamlamışdır. Tədqiq edilmiş sübutların müqayisəli təhlili nəticəsində ittiham tərəfinin iddia olunduğu kimi Təqsirləndirilən şəxs tərəfindən 2012-ci ildən deyil, 2018-ci ilin sonundan başlayaraq 2020-ci ilin aprel ayına, yəni işlərin dayandırılmasına və işçilərin işdən kənarlaşdırılması tarixinə kimi işlərə rəhbərliyin edildiyi, üzümçülük təsərrüfatında işləyən şəxslərə əmək haqqı formasında ödənişlər edilməsindən ötrü Zərərçəkmiş şəxs22 pul vəsaitləri göndərildiyi təsdiq edilir. 2018-ci ilin dekabr ayına kimi Təqsirləndirilən şəxs üzümçülük təsərrüfatına rəhbərlik etməsinə və işçiləri əmək müqaviləsi bağlamadan işə cəlb etməsinə dair toplanmış sübutlardan gəlinən nəticə, həmin sübutların məhkəmə istintaqı zamanı müqayisəli təhlili zamanı təsdiq olunmamaqla təkzib olunmuşdur. Zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən məhkəmə istintaqı zamanı qismən də olsa fərqli ifadələr çəkişmə prinsipinə riayət edilməklə, ibtidai istintaq zamanı vermiş olduqları ifadələrindəki ziddiyyətlər aydınlaşdırılmaqla əldə edildiyindən, məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlar nəzərə alınmalıdır. 2020-ci ilin aprel ayına, yəni işlərin dayandırılmasına və işçilərin işdən kənarlaşdırılması tarixindən sonrakı xx.xx.2020-ci il tarixə kimi olan dövr ərzində həmin torpaq sahəsinin özgəninkiləşdirilərək A.Məmmədovun mülkiyyətində olması, Zərərçəkmiş şəxs22 da aprel ayından orada işlərinin dayandırmasını bildirməsi və işçilərin işləməməsinə dair göstərilən xüsusatların təkzib edilməsinə dair əsaslı şübhə yaratmayan mötəbər sübut ittiham tərəfindən təqdim edilmədiyindən, həmin dövr üzrə də ittiham əsaslı hesab edilə bilməz. Şamaxı Rayon Məhkəməsinin həmin hökmlə gəldiyi nəticə əsassızdır. Məhkəmə yekun nəticəyə gələn zaman istintaq zamanı toplanmış sübutları əsassız olaraq şübhə altına almış, istintaq zamanı dindirilmiş zərərçəkmiş şəxslərin nə səbəbdən məhkəmə istintaqı zamanı fərqli və ziddiyyətli ifadə vermələrini araşdırmamış, onların ifadələrinə tənqidi yanaşmamış, məhkəmə istintaqında verdikləri ifadələri rəhbər tutmuş, həmin zərərçəkmiş şəxslərin ilkin şikayət ərizələrində və hələ cinayət işi başlamadan ilkin araşdırma dövründə nə səbəbdən Təqsirləndirilən şəxs adını qeyd etmələri və əmək haqlarını məhz Təqsirləndirilən şəxs tələb etmələrini, məhz onlara əmək haqları ödənildikdən sonra məhkəmə baxışında gəlib tamam ziddiyyətli ifadə vermələrini qiymətləndirməmiş, əlavə mötəbər sübutlar olmadan məhkəmədə verdikləri ifadələrini əsaslı hesab etmiş, Təqsirləndirilən şəxs həmin torpaq sahəsində təsərrüfat işlərinə rəhbərlik edən şəxs kimi hazırda ölmüş olan Şakir adlı şəxsin adını qeyd etməsini, Şakir adlı şəxs öldükdən sonra onun ailə üzvləri tərəfindən heç bir ödəniş edilmədən nə səbəbdən bu qədər qiymətli bir torpaq sahəsinin ona verilməsini şübhə altına almamış, onu özünün müdafiəsi üçün irəli sürdüyü dəlil kimi qiymətləndirməmiş, əksinə istintaq orqanı tərəfindən toplanmış sübutları əsassız olaraq şübhə altına alaraq hissəvi bəraət vermişdir. Digər tərəfdən məhkəmə iş üzrə ibtidai istintaq zamanı alınmış mütəxəssis rəyini şərti, şübhə doğuran rəy kimi qəbul edib nəzərə almamaqda da haqlı olmamışdır. Belə ki, qeyd olunan rəyi sübut növü kimi qəbul etmədiyi halda nədənsə məhkəmə obyektiv həqiqətin müəyyən edilməsi məqsədilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilib müvafiq rəy alınmasına təşəbbüs göstərməmişdir. Mütəxəssis rəyi ilə Təqsirləndirilən şəxs təsərrüfata rəhbərlik etdiyi xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə hesablanmış 269858,33 manat əmək haqqından ümumilikdə 9197,58 manat vergi, 67464,59 manat sosial sığorta haqqları, 1031,34 manat işsizlikdən sığorta haqqı (cəmi 77693,5 manat) aidiyyəti üzrə büdcəyə ödənilməkdən yayındırıldığı qeyd edilməsinə baxmayaraq, məhkəmə tərəfindən tam əsassız olaraq Təqsirləndirilən şəxs 2018-ci ilin dekabr ayından 2020-ci ilin aprel ayınadək təsərrüfata rəhbərlik etdiyi və həmin dövr ərzində ümumilikdə 14862,50 manat məcburi sığorta haqqı və 89,04 manat gəlir vergisini ödəməkdən yayınması rəhbər tutulmuşdur. Bundan başqa məhkəmə hökmdə hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin vergidən yayındırılmış məbləğin hesablanması zamanı cinayət işi üzrə şübhəli məqamlar olduğunu, bu məqamları aradan qaldıran sübutların mövcud olmadığını, təqsirləndirilən şəxs tərəfindən ittiham aktında göstərilən cinayətin törədilməsini təsdiq edən sübutların kifayət etmədiyini qeyd etsə də, lakin hökmdə həmin “şübhəli məqamların” nədən ibarət olmasını göstərə bilməmişdir. Məhkəmə isə iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş yuxarıda şərh edilmiş kifayət qədər sübutlarla təsdiq edilən işin faktiki hallarını nəzərə almamış, hökmdə bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərməmiş, nəticədə işin faktiki hallarına uyğun olmayan qərar qəbul edərək təqsirləndirilən şəxsə bəraət vermişdir. Eyni zamanda məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ən yüngül cəza təyin edilərkən xidməti vəzifələrinin icrası ilə əlaqədatr özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə və qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən suiistifadə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan cəza təyin etməklə ona əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin edilməməsi cinayət qanununun qeyd olunan normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası CPM-nin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də Təqsirləndirilən şəxs şəxsiyyətinə əhəmiyyət verilməmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin törədilmə üsulunun ictimai təhlükəliliyini, şəxsiyyətini xarakterizə edən halları, digər zərərçəkmiş şəxslərlə barışıq əldə etməməsini, törətdiyi cinayət əməlini səmimi etiraf edib ifadə verməməsini, cinayəti törətmədiyini bildirdiyi halda halda zərərçəkmiş şəxslərlə necə barışıq əldə etməsini nəzərə almamış, hökmün həmin hissəsində obyektivliyini təmin edə bilməmişdir. Belə olduğu təqdirdə məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə islah olunması qənaətinə gəlməsini və belə bir mövqe nümayiş etdirməsini hökmdə əsaslandıra bilməmişdir. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə3 Cinayət-Prosessual Məcəlləsinin 89.1, 179.1, 179.2, 179.3, 183.1, 183.2 və 187.1-ci maddələrinə istinad etməklə Şamaxı Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 1(074)-15/2022 nömrəli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs CM-nin 213.1-ci maddəsi ilə törətdiyi cinayət əməlinə düzgün hüquqi qiymət verilərək ittiham hökmü çıxarılmaqla zərərçəkmiş Fond tərəfindən verilmiş mülki iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin Audit İdarəsinin 3 sentyabr 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs təsərrüfata rəhbərlik etdiyi xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə hesablanmış 269858,33 manat əmək haqqından 9197,58 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqqı (sığortaedənin vəsaiti hesabına ödənilən 22%) 57794,37 manat, Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqqı (sığortaolunanın gəlirlərindən tutulan 3 %) 7881,05 manat, Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqqı (sığortaedənin vəsaiti hesabına ödənilən 15% 200 manatdan artıq hissədən) 1073,5 manat, Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqqı (sığortaolunanın gəlirlərindən tutulan 10 % 200 manatdan artıq hissədən) 715,67 manat, İşsizlikdən sığorta haqqı (sığortaedən tərəfindən ödənilən 0,5% həcmində) 515,67 manat, İşsizlikdən sığorta haqqı (sığortaolunan tərəfindən ödənilən 0,5% həcmində) 515,67 manat, ümumilikdə 9197,58 manat vergi, 67464,59 manat sosial sığorta haqqları, 1031,34 manat işsizlikdən sığorta haqqı (cəmi 77693,5 manat) aidiyyəti üzrə büdcəyə ödənilməkdən yayındırılması müəyyən olunmuşdur. Odur ki, iş üzrə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallar məhkəmə tərəfindən gözardı edilmiş, Təqsirləndirilən şəxs törətdiyi əməllərə yanlış hüquqi qiymət verilmiş, nəticədə ədalətsiz hökm çıxarılmışdır. İş üzrə zərərçəkmiş şəxs Dövlət Sosial Müdafiə Fonduna vurulmuş zərər ümumilikdə 67.695,08 manat (altmış yeddi min altı yüz doxsan beş manat səkkiz qəpik) təşkil edir. İş üzrə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi 67.695,08 manat manat ziyanın Təqsirləndirilən şəxs Fondun xeyrinə tutulması barədə mülki iddiaçı kimi çıxış etmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.4-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Tərəfimizdən verilmiş mülki iddia ərizəsində iş üzrə dəymiş zərərin mahiyyəti tam şəkildə izah edilmiş, ərizə qanunvericilikdə nəzərdə tutulmuş normalarla əsaslandırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X9 Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 1(074)-15/2022 nömrəli hökmünün ləğv edilməsi, Lokal Gəlirlər Baş İdarəsinin mülki iddiasının təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin nümayəndəsi X10 ifadə verib göstərdi ki, əslində mülki iddiadan yaranan borcu tələb edirlər, həmin məbləğ də, 67.695,08 manat təşkil edir. Vergini onların təşkilatı-yığdığı üçün və vergidən yayınan məbləğin onlara ödəniləcəyini nəzərə alaraq mülki iddianın təmin olunmasını istəyirlər, işəgötürən pulu DSMF-ə ödəməlidir, amma pul vergi orqanı tərəfindən yığılır, yığılan pullar vergiyə ödənilməli idi, pul vergi idarəsində yığılır və nəticədə DSMF-ə köçürülür. Zərərçəkmiş şəxsin tələbilə bağlı hökmdə münasibət bildirilməmişdir. Təqsirləndirilən şəxs təsərrüfata rəhbərlik etdiyi xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə hesablanmış 269858,33 manat əmək haqqından 9197,58 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqqı (sığortaedənin vəsaiti hesabına ödənilən 22%) 57794,37 manat, Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqqı (sığortaolunanın gəlirlərindən tutulan 3 %) 7881,05 manat, Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqqı (sığortaedənin vəsaiti hesabına ödənilən 15% 200 manatdan artıq hissədən) 1073,5 manat, Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqqı (sığortaolunanın gəlirlərindən tutulan 10 % 200 manatdan artıq hissədən) 715,67 manat, İşsizlikdən sığorta haqqı (sığortaedən tərəfindən ödənilən 0,5% həcmində) 515,67 manat, İşsizlikdən sığorta haqqı (sığortaolunan tərəfindən ödənilən 0,5% həcmində) 515,67 manat, ümumilikdə 9197,58 manat vergi, 67464,59 manat sosial sığorta haqqları, 1031,34 manat işsizlikdən sığorta haqqı (cəmi 77693,5 manat) aidiyyəti üzrə büdcəyə ödənilməkdən yayındırılması müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2022-ci il tarilxi 9/44257 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilən səbəblərdən görülmüş işlərin mövsümi xarakterli olub-olmamasını müəyyən etməık mümkün olmadı. Həmçinin qeyd edilir ki, iş materilalarında sualda dövrə deyil, sonrakı dövrlərə yəni 2021-ci ilin oktyabr ayına dair bir neçə əmək müqaviləsi bildirişi (bildirişlərdə müqavilənin başlanma və bitmə tarixinin bir ayadək olduğu göstərmişdir) öz əksini tapmışdır. Hazırkı rəyin tədqiq hissəsində göstərildiyi kimi təqdim edilmiş iş materialalrında sualda soruşulan dövrə deyil, sonrakı dövrlərə, yəni 2021-ci ilin oktyabr ayına dair bir neçə əmək müqaviləsi bildirişi (bildirişlərdə müqavilənin başlanma və bitmə tarixinin bir ayadək olduğu göstərilmişdir) öz əksini tapmışdır. Tədqiqi hissədə göstərilən səbəblərdən hazırkı ekspertiza zamanı hesablama aparmaq mümkün olmamışdır. Ekspert rəyi ilə bağlı bildirilir ki, ekspert tərəfindən rəy verilməməsi və ya hesablama aparıla bilməməsi o demək deyildir ki, şəxs tərəfindən büdcəyə ödənilməkdən yayındırılan vergi məbləği və sığorta məbləği yoxdur. Ekspertin iş materiallarındakı sənədlər rəy verilməsi üçün kifayət etmədikdə CPM-nin 97.6.1-cı maddəsinə əsasən rəy verilməsi üçün müqayisəli tədqiqat aparmaq məqsədi ilə zəruri obyekt və nümunələri əldə etmək, əlavə obyekt və digər materialların təqdim olunmasını tələb etmək hüququ vardır. Eyni sənədlər əsasında mütəxəssis rəyi verilmiş və vergi və sığorta məbləği müəyyənləşdirilmiş, lakin ekspert tədqiqatı aparılması mümkün olmamışdır. Bu hallar da hökmdə aydınlaşdırılmamışdır. Həmçinin hökmdə qeyd olmuşdur ki, yenidən ekspertiza keçirilməsi ədalətli məhkəmə araşdırılmasının ağlabatan müddətdə aparılmasını istisna edir. Məhkəmə işin daha tez yekunlaşdırılmasını ədalətli qərar qəbul etməkdən üstün tutmuşdur. Hökmdə qeyd olunmuşdur ki, 2018-ci ilin dekabr ayından 2020-ci ilin aprel ayına, yəni işlərin dayandırılmasına və işçilərin işdən kənarlaşdırılması tarixinə kimi ödənilməli olan, ancaq ödənilməyən vergi və məcburi dövlət sosial sığorta haqların məbləğinin keçirilmiş ekspertiza, həmin ekspertiza rəyi üzrə ekspertin dindirilməsinin nəticəsində yenidən ekspertiza keçirilməklə müəyyən edilməsinin mümkün olmaması, mütəxəssisin də işçilərin sayına görə vergi və məcburi dövlət sosial sığorta haqların məbləğinin müəyyən edildiyinə dair ifadəsində göstərilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, ekspertizanın təftiş əsasında aparılan və əldə olunan maliyyə sənədlərinə uyğun keçirilməsinin mümkünlüyü, cinayət işinin materiallarında olan sənədlərlə rəy verilməsinin mümkünsüzlüyünə dair ekspertin ifadəsində göstərilənlər ədalətli məhkəmə araşdırılmasının ağlabatan müddətdə aparılması (işə baxılmasının bilə-bilə uzadılması, süründürməçilik hallarını yaradacağı və s.) baxımından yenidən ekspertiza keçirilməsini istisna etdiyindən, mütəxəssis tərəfindən verilmiş yazılı izahata (ifadəyə) əsasən 2018-ci ilin dekabr ayından 2020-ci ilin aprel ayınadək olan dövrdə ümumilikdə 14862,50 manat məcburi sığorta haqqı və 89,04 manat gəlir vergisi müəyyən edildiyindən və bu halın şəxsin xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınması halı kimi dəyərləndirilməsini mümkünsüz etdiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə bəraət verilməlidir. Çünki onun tərəfindən yayındırılan vergi və məcburi dövlət sosial sığorta haqlarının həddi məsuliyyətə cəlb edilmə üçün müəyyən edilən həddən aşağıdır. Eyni mütəxəssis tərəfindən istintaqda verilmiş mütəxəssis rəyini məhkəmə əsassız hesab etmişdir. Təqaüddə olduğu halda məhkəmədə şahid kimi dindirilərkən verdiyi ifadəsində isə ümumilikdə 14862,50 manat məcburi sığorta haqqı və 89,04 manat gəlir vergisi müəyyən etmişdir. Məhkəmə hansısa əsasa görə bu hesablamanı daha yüksək hüquqi qüvvəyə malik sənəd kimi qəbul etmişdir. Təqaüddə olan şəxsin məhkəmə prosesində hesabladığı borc məbləği necə olur ki daha üstün tutulur? Halbuki Vergi Xidmətinin əməkdaşı olarkən ona təqdim olunmuş iş materiallarında daha dolğun məlumatlar, hesablama metodları və yayındırılmış məbləği hesablamaq üçün kifayət qədər vaxtı vardı. Bütün bunlar onu göstərir ki, birinci instansiya məhkəməsi tərəfindən araşdırma düzgün aparılmamış, iş materialları düzgün tətqiq edilməmiş, sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan yalnış və əsassız qərar qəbul etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə kollegiyasının iclasında dövlət ittihаmçısı Dövlət ittihamçısı2 apellyasiya protesti və apellyasiya şikayətlərini müdafiə edib, Şamaxı Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs CM-in 213.1-ci maddəsi ilə bəraət verilməsi hissəsində əsassız və işin faktiki hallarına uyğun olmadığına görə ləğv edilməsi və Təqsirləndirilən şəxs CM-in 213.1 və 308.1-ci maddələri ilə dövlət və yerli özünüidarə orqanlarında, kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yeni hökm çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə8 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun izahat verməklə Şamaxı Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 1(074)-15/2022 nömrəli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs CM-nin 213.1-ci maddəsi ilə törətdiyi cinayət əməlinə düzgün hüquqi qiymət verilərək ittiham hökmü çıxarılmaqla zərərçəkmiş Fond tərəfindən verilmiş mülki iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edib, Şamaxı Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 1(074)-15/2022 nömrəli hökmünün ləğv edilməsi və mülki iddianın təmin edilməsi barədə yeni qərar çıxarılması xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətlərinə və apellyasiya protestinə ayrı-ayrılıqda etiraz edərək protestin və şikayətlərin təmin edilməməsini, həmçinin Şamaxı Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 1(074)-15/2022 nömrəli hökmündən apellyasiya şikayəti verməmələrinə baxmayaraq hökmdən narazı olduqlarını Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə bütovlükdə bəraət verilməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR : Аzərbаycаn Respublikаsının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) 397.1-ci mаddəsinə əsasən apellyasiya instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və bu Məcəllənin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. CPM-nin 397.2-ci mаddəsinə əsasən birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instаnsiyаsı məhkəməsi tərəfindən yаlnız apellyasiya şikаyətinin və yа apellyasiya prоtestinin hüdudlаrındа yоxlаnılır. Birinci instаnsiyа məhkəməsi tərəfindən cinаyət qаnununа və bu Məcəllənin nоrmаlаrınа riаyət edilməsi apellyasiya instаnsiyаsı məhkəməsi tərəfindən apellyasiya şikаyətinin və apellyasiya prоtestinin dəlillərindən аsılı оlmаyаrаq yоxlаnılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərində və müdafiə tərəfinin çıxışlarında göstərilən hallarla bağlı CPM-nin 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlillərinə uyğun olaraq təqsirləndirilən şəxsin cinayət əməllərinə və həmin əmələ görə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını, apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlillərini əldə olunmuş mütəxəssis və ekspert rəylərilə birlikdə araşdırıb, dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrini, təqsirləndirilən şəxs və müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayətləri təmin edilməməli, apellyasiya protesti isə qismən təmin olunmaqla Şamaxı Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 1(074)-15/2022 saylı hökmü cəza təyini hissəsində dəyişdirilməli, digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ibtidai istintaq orqanı tərəfindən təqdim olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs CM-nin 213.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirli olmasının təsdiq olunmamasına görə sonuncuya həmin maddə ilə bəraət verilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin Təqsirləndirilən şəxs CM-nin 213.1-ci maddəsi ilə bəraət verilməsinə dair Şamaxı Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli hökmünün əsassız olması barədə dəlillərinə (məhkəmə kollegiyası hazırkı qərarın “apellyasiya protestinin dəlilləri” hissəsində ətraflı şərh olunduğunu nəzərə alaraq həmin dəlilləri təkrar sadalamağa zərurət görmür) qiymət verərək hesab edir ki, həmin dəlillər aşağıda qeyd olunanlarla təkzib olunduğundan apellyasiya protestinin vergidən yayınmaya dair ittihamın təmin olunaraq Təqsirləndirilən şəxs barəsində CM-nin 213.1-ci maddəsilə də ittiham hökmü çıxarılması üçün qanuni əsas kimi qəbul oluna bilməz. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs "xxxx" Azərbaycan – X3 5 yanvar 2010-cu ildən təsisçisi və direktoru olaraq digər səlahiyyətlərə malik maddi məsul, vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh vəzifəli şəxs kimi işəgötürən tərəfindən əmək münasibətlərinə daxil olan hər bir şəxslə əmək müqaviləsi bağlanılmalı olduğu halda öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək və qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməyərək 2011-ci ilin yanvar ayından 2020-ci ilin sentyabr ayınadək olan müddətdə Şamaxı rayonu, Çıraqlı kəndi ərazisində xüsusi mülkiyyətində olan 103,666 hektar torpaq sahəsinin 46 hektarında üzümçülük fəaliyyətinin təmin edilməsi üçün ayrı-ayrı şəxsləri ərazidə xüsusi aqrotexniki və köməkçi işlərə, o cümlədən, 2011-ci ilin yanvar ayından işləyən Zərərçəkmiş şəxs15 fəhlə və Zərərçəkmiş şəxs2 gözətçi, Zərərçəkmiş şəxs8 traktorçu kimi, 2012-ci ilin yanvar ayından Zərərçəkmiş şəxs22 aqronom, Zərərçəkmiş şəxs7, X2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 fəhlə kimi, 2012-ci ilin dekabr ayından Zərərçəkmiş şəxs17 və Zərərçəkmiş şəxs16 fəhlə kimi, 2015-ci ilin yanvar ayından Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs20, X4, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs11 fəhlə kimi, 2017-ci ilin yanvar ayından Zərərçəkmiş şəxs19 və Zərərçəkmiş şəxs10 fəhlə kimi, 2017-ci ilin yanvar ayından Zərərçəkmiş şəxs23 sürücü kimi, 2019-cu ilin dekabr ayından Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs6 fəhlə kimi, ümumilikdə 25 nəfər, yəni xeyli sayda işçiləri əmək müqaviləsi bağlamadan 2014-cü ilin fevral ayından 2020-ci ilin sentyabr ayınadək olan müddətdə müvafiq işlərin yerinə yetirilməsinə vahid niyyətlə cəlb edib, yerinə yetirdikləri işlərlə əlaqədar həmin şəxslərə ödənilmiş əmək haqqından 58.497,5 manat məbləğində məcburi tutulmalar, o cümlədən, məcburi dövlət sosial sığorta haqqı və məcburi dövlət sosial sığorta ayırmaları, həmçinin, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirməli olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 16.1.7-1, 22-1.2, 53.1, 77.3, 78.1, 97.3, 98, 102.1.6, 116.2, 130.1, 130.2 və 149-cu maddələrinin tələblərini pozaraq, bununla əlaqədar bəyannamə təqdim etməməklə 2011- 2020-ci illər ərzində qeyd edilən məcburi tutulmalar və 9.197,58 manat gəlir vergisi olmaqla, vahid niyyətlə xeyli miqdar təşkil edən ümumilikdə 67.695,08 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı və gəlir vergisi, 1031,34 manat işsizlikdən sığorta haqqı olmaqla cəmi 77693,5 manat dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmasına dair ittiham irəli sürülmüş və bu ittihamın irəli sürülməsi üçün əsas Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi olmuşdur. İş materiallarından müəyyən olunduğu kimi, Korrupsiya qarşı mübarizə baş idarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas O.B.Duşdurov tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarda (mütəxəssis təyin olunması haqqında) zərərçəkmiş şəxslərlə əmək müqaviləsi bağlanılmadığı halda xx.xx.2012-ci il tarixdən – xx.xx.2021-ci il tarixədək ödənilməkdən yayındırılmış vergilərin məbləği, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının məbləğinin nə qədər olmasının müəyyən edilməsi üçün mütəxəssis rəyinin alınması qərara alınmışdır (cild 1, i.v.263-265). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin Audit İdarəsinin 3 sentyabr 2021-ci il tarixli mütəxəssis rəyindən göründüyü kimi aparılmış hesablamalar 25 nəfər şəxsin işlədiyi müddətdə Təqsirləndirilən şəxs təsərrüfata rəhbərlik etdiyi xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrü əhatə etmiş və həmin şəxslərə ödənilmiş ümumilikdə 297175,0 manat olmaqla həmin məbləğə münasibətdə zəruri vergilər hesablanmışdır (cild 1, 268-273). Apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iş materialları ilə müəyyən etmişdir ki, ittiham üzrə qeyd edilən 25 nəfər şəxsdən Şamaxı rayon prokurorluğunda vermiş olduqları izahatlarında təqsirləndirilən şəxsə məxsus olmuş üzüm sahəsində 1 nəfər Zərərçəkmiş şəxs22 (cild 1, i.v. 58-61) 2012-ci ildən işləməsini, 22 nəfəri, o cümlədən Zərərçəkmiş şəxs14 (cild 1, i.v.88-90), Zərərçəkmiş şəxs13 (cild 1, i.v. 91-93), Zərərçəkmiş şəxs12 (cild 1, i.v. 94-96), Zərərçəkmiş şəxs11 (cild 1, i.v. 97-99), Zərərçəkmiş şəxs10 (cild 1, i.v. 100-102), Zərərçəkmiş şəxs9 (cild 1, i.v. 103-105), Zərərçəkmiş şəxs8 (cild 1, i.v. 106-108), Zərərçəkmiş şəxs7 (cild 1, i.v. 109-111), Zərərçəkmiş şəxs5 (cild 1, i.v. 115-117), Zərərçəkmiş şəxs4 (cild 1, i.v. 118-120), Zərərçəkmiş şəxs3 (cild 1, i.v. 121-123), Zərərçəkmiş şəxs21 (cild 1, i.v. 124-126), Zərərçəkmiş şəxs2 (cild 1, i.v. 127-129), Zərərçəkmiş şəxs1 (cild 1, i.v. 130-132), Zərərçəkmiş şəxs18 (cild 1, i.v. 133-135), X2 (cild 1, i.v. 137-139), Zərərçəkmiş şəxs19 (cild 1, i.v. 140-142), Zərərçəkmiş şəxs17 (cild 1, i.v. 143-145), Zərərçəkmiş şəxs20 (cild 1, i.v. 146-148), Zərərçəkmiş şəxs16 (cild 1, i.v. 149- 151), Zərərçəkmiş şəxs23 (cild 1, i.v. 152-154), Zərərçəkmiş şəxs15 (cild 1, i.v. 155-157) 2015-ci ildən işləmələrini, 1 nəfər Zərərçəkmiş şəxs6 (cild 1, i.v. 112-114) 2019-cu ildən işləməsini gəstərmişlər. 1 nəfər X4 isə (cild 1, i.v.26) Əmək Müfəttişliyinə verdiyi izahatında işlədiyini amma hansı müddətdə işləməsi qeyd edilməmişdir. Adı çəkilən zərərçəkmiş fiziki şəxslər Korrupsiya qarşı mübarizə baş idarəsinin İstintaq İdarəsinin müstəntiqi tərəfindən ifadələri alınarkən onlardan 2 nəfər - Zərərçəkmiş şəxs15 (cild 1, i.v. 178-181) və Zərərçəkmiş şəxs8 (cild 1, i.v. 182-185) 2011-ci ilin yanvar ayından (halbuki torpaq sahəsi xx.xx.2011-ci ildə alınıb), 1 nəfər - Zərərçəkmiş şəxs2 (cild 1, i.v. 226-229) 2011-ci ilin dekabr ayından, 4 nəfər - X2 (cild 1, i.v. 214-217), Zərərçəkmiş şəxs7 (cild 1, i.v. 222-225), Zərərçəkmiş şəxs5 (cild 1, i.v. 234-237) və Zərərçəkmiş şəxs3 (cild 1, i.v. 248-513) 2012-ci ilin yanvar ayından, 2 nəfər - Zərərçəkmiş şəxs17 (cild 1, i.v. 218-221) və Zərərçəkmiş şəxs16 (cild 1, i.v. 238-241), 2012-ci ilin dekabr ayından, 10 nəfər - Zərərçəkmiş şəxs22 (cild 1, i.v. 165-169), Zərərçəkmiş şəxs12 (cild 1, i.v. 170-173), Zərərçəkmiş şəxs20 (cild 1, i.v. 174-177), Zərərçəkmiş şəxs18 (cild 1, i.v. 186-190), Zərərçəkmiş şəxs21(cild 1, i.v. 191-194), Zərərçəkmiş şəxs4 (cild 1, i.v. 206-209), Zərərçəkmiş şəxs9 (cild 1, i.v. 230-233),Zərərçəkmiş şəxs13 (cild 1, i.v. 245-247), Zərərçəkmiş şəxs11 (cild 1, i.v. 252- 255) və Zərərçəkmiş şəxs1 (cild 1, i.v. 256-259) 2015ci ildən, 3 nəfər - Zərərçəkmiş şəxs19 (cild 1, i.v. 203-205), Zərərçəkmiş şəxs10 (cild 1, i.v. 210-213) və Zərərçəkmiş şəxs23 (cild 1, i.v. 242-244) 2017-ci ildən, 2 nəfər - Zərərçəkmiş şəxs14 (cild 1, i.v.195-198) və Zərərçəkmiş şəxs6 (cild 1, i.v. 199-202) 2019-cu ildən işləmələrini göstərmiş, 1 nəfər - X4 isə müstəntiq tərəfindən dindirilməmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi 25 nəfər şəxsin əksəriyyəti 2015-ci ildən, həmçinin 2012, 2017 və 2019-cu ildən işləmişlər, lakin ittihamda istinad edilən 3 sentyabr 2021-ci il tarixli mütəxəssis rəyində vurğulanmışdır ki, Təqsirləndirilən şəxs təsərrufatında işləmiş 25 nəfər şəxsin xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə hesablanmış 297175,0 manat əmək haqqından Təqsirləndirilən şəxs təsərrüfata rəhbərlik etdiyi xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 9197,58 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqqı (sığortaedənin vəsaiti hesabına ödənilən 22%) 57794,37 manat, Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqqı (sığortaolunanın gəlirlərindən tutulan 3 %) 7881,05 manat, Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqqı (sığortaedənin vəsaiti hesabına ödənilən 15% 200 manatdan artıq hissədən) 1073,5 manat, Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqqı (sığortaolunanın gəlirlərindən tutulan 10 % 200 manatdan artıq hissədən) 715,67 manat, cəmi 1031,34 manat işsizlikdən sığorta haqqı, o cümlədən İşsizlikdən sığorta haqqı (sığortaedən tərəfindən ödənilən 0,5% həcmində) 515,67 manat, İşsizlikdən sığorta haqqı (sığortaolunan tərəfindən ödənilən 0,5% həcmində) 515,67 manat olmaqla ümumilikdə 67464,59 manat ödənilməli olan vergi və sosial sığorta haqqları aidiyyəti üzrə büdcəyə ödənilməkdən yayındırılmışdır(cild 1, i.v.269-273). Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162-1.1, 213.1, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2022-ci il tarilxi 9/4257 saylı ekspert rəyilə müəyyən olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilən səbəblərdən görülmüş işlərin mövsümi xarakterli olubolmamasını müəyyən etməık mümkün olmadı. Həmçinin qeyd edilir ki, iş materilalarında sualda dövrə deyil, sonrakı dövrlərə yəni 2021-ci ilin oktyabr ayına dair bir neçə əmək müqaviləsi bildirişi (bildirişlərdə müqavilənin başlanma və bitmə tarixinin bir ayadək olduğu göstərmişdir) öz əksini tapmışdır. Hazırkı rəyin tədqiq hissəsində göstərildiyi kimi təqdim edilmiş iş materialalrında sualda soruşulan dövrə deyil, sonrakı dövrlərə, yəni 2021-ci ilin oktyabr ayına dair bir neçə əmək müqaviləsi bildirişi (bildirişlərdə müqavilənin başlanma və bitmə tarixinin bir ayadək olduğu göstərilmişdir) öz əksini tapmışdır. Tədqiqi hissədə göstərilən səbəblərdən hazırkı ekspertiza zamanı hesablama aparmaq mümkün olmamışdır (cild 3, i.v.210-217). Apellyasiya icraatı zamanı verilmiş apellyasiya şikayətlərinin dəlillərində, eləcə də apellyasiya protestində birinci instansiya məhkəməsi tərəfindən ziddiyyətli nəticəyə gəlinməsi vurğulandığından, məhkəmə kollegiyası məhkəmə araşdırması zamanı ziddiyyətli halların aydınlaşdırılması üçün əsaslandırılmış mütəxəssis rəyinin əldə edilməsi məqsədilə məhkəmə iclasına dəvət edilmiş Vergilər Nazirliyinin Vergi Cinayətləri İbtidai Araşdırma Baş İdarəsinin Audit şöbəsinin dövlət vergi müfəttişi X5 tərəfindən verilmiş 24 iyul 2023-cü il tarixli mütəxəssis rəyi məhkəməyə daxil olduqdan sonra məhkəmə iclasında sonuncu vermiş olduğu mütəxəssis rəyində müəyyən etdiyi halları açıqlayarkən məlum olmuşdur ki, Vergi Xidməti olaraq sosial yığıma görə hesablamalar 2019-cu ildən edilmiş və bu onunla əsaslandırılmışdır ki, 2019-cu ilə qədər olan hesablamalar Dövlət Sosial Müdafiə Fonduna aid olmuşdur. Bununla əlaqədar zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi vasitəsilə məhkəməyə mütəxəssis dəvət edilmiş və Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X8 məhkəmə iclasında mütəxəssis kimi fikiri dinlənilərək qərara alınmışdır ki, hazırkı cinayət işi üzrə verilən ittiham çərçivəsində 2012-ci ildən 2019-cu ilədək olan müddətlə bağlı sosial yığımlara görə hesablamalar mütəxəssis tərəfindən yuxarıda göstərilən halların iş materialları ilə ətraflı şəkildə öyrənilməklə rəy verilməsi zəruridir. Bununla əlaqədar məhkəmə kollegiyasının mütəxəssis rəyinin alınmasına dair 31 iyul 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosisl Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 16 avqust 2023-cü il tarixli rəydə bildirilmişdir ki, araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində sığorta edən "xxxx" MMC-nin 2012-ci ildən 2019-cu ilədək məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqları üzrə hesabatlarının qeyd olunmadığı müəyyən olunmuşdur ki, bununla bağlı bildirilir ki, sığortaedən tərəfindən sözügedən dövrlərin məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqları üzrə hesabatlarının təqdim olunmaması ilə əlaqədar sorğuda adları qeyd edilən işcilərin əmək haqqı məbləğlərinin müəyyən edilməməsi səbəbindən hesablanmalı olan məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları barədə rəyin verilməsi mümkün olmamışdır. Həmçinin bildirilir ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqinə 01 yanvar 2018-ci ildən başlanılmışdır. O da bildirilir ki, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə hesabatların vaxtinda təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının qaytarılması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Bundan əlavə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqinə isə 01 yanvar 2021-ci ildən başlanılmışdır (cild 5, i.v. 122-123). Məhkəmə kollegiyası hazırkı cinayət işilə bağlı istintaq zamanı əldə edilmiş mütəxəssis rəyilə birinci instansiya məhkəməsində əldə edilmiş mütəxəssis və ekspertiza rəyləri, həmçinin apellyasiya instansiyası məhkəməsində əldə edilən mütəxəssis rəyləri arasında ziddiyyətli müxtəlif nəticələr olduğundan, MMC-nin vergiyə cəlb olunmalı vergilərinin dəqiq müəyyən edilməsi məqsədilə yenidən təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməklə əldə olunacaq nəticələrin əvvəlki rəylərdən fərqlənəcəyi təqdirdə bunun səbəblərinin əsaslandırılmış cavablarla müəyyən edilməsinə dair məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı qəbul edilməklə həmin halların aydınlaşdırılması üçün ekspertlər qarşısında müvafiq suallar qoyulmuşdur (cild 5, i.v. 149- 156). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2023-cü il tarilxi 9/7512 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, birinci sual üzrə: - sualda soruşulan dövrə deyil sonrakı dövrlərə yəni 2021-ci ilin oktyabr ayına dair bir neçə əmək müqaviləsi bildirişi (bildirişlərdə müqavilənin başlanma və bitmə tarixinin bir ayadək olduğu göstərilmişdir) öz əksini tapmışdır. Həmçinin qeyd edilir ki, görülmüş işlərin mövsümi xarakterli olub-olmamasını da müəyyən etmək mümükün olmadı. İkinci və üçüncü suallar üzrə: - Rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən xx.xx.2012-ci il tarixdən – xx.xx.2021-ci il tarixədək olan dövrlərə dair vergi, işsizlikdən sığorta və məcburi dövlət sosial haqları üzrə hesablama aparmaq mümkün olmadı. Dördüncü sual üzrə: - Hazırkı rəyin tədqiq hissəsində göstərildiyi kimi, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılma Baş İdarəsinin Audit şöbəsinin dövlət vergi müfəttişi Elçin Əliyev tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli və Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin dövlət vergi müfəttişi X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəylərində aparılan hesablamalar mühasibat sənədləri ilə deyil, ifadələr və baza məlumatları əsasında tərtib olunduğundan, həmçinin Vergi Məcəlləsində mütəxəssis rəyinə istinadən vergilərin, işsizlikdən sığorta və məcburi dövlət sosial haqlarının hesablanması nəzərdə tutulmadığından həmin rəylərlə bağlı ziddiyyətin olub-olmamasını müəyyən etmək mümkün olmadı. Beşinci sual üzrə: - İş üzrə əldə olunmuş mütəxəssis rəylərindəki hesablama üsulları rəyin tədqiqat hissəsində ətraflı qeyd edilmişdir. Eyni zamanda qeyd edilir ki, tədqiqi hissədə göstərildiyi kimi, Vergi Məcəlləsində mütəxəssis rəyinə istinadən vergilərin, işsizlikdən sığorta və məcburi dövlət sosial haqlarının hesablanması nəzərdə tutulmamışdır (cild 5, i.v. 168- 173). Kollegiya qeyd edir ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin dövlət vergi müfəttişi X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən göründüyü kimi: - Dövlət Vergi Xidmətinin AVİS və Hesabat/Axtarış informasiya sisteminin məlumatlarına əsasən "xxxx" MMC tərəfindən torpaq sahəsinin icarəyə götürülməsi, qeyd olunan işçilərlə əmək müqaviləsi bağlanılmasına dair heç bir məlumat aşkar edilmədi. - Əmək haqlarının verilməməsi barədə şikayət edən şəxslər 2012-ci ildən başlayaraq üzüm bağlarının salınması, becərilməsi və yığımı zamanı işləmiş şəxslərdir. - Eyni zamanda şikayət edən şəxslər işlədikləri dövr ərzində onlarla əmək müqaviləsi bağlanmadığını, işlədikləri dövr ərzində son vaxtlaradək maaşların Təqsirləndirilən şəxs tərəfindən aqronom X11 vasitəsilə verildiyini, 2019-cu ilin dekabr ayından 2020-ci ilin may ayınadək olan dövr ərzində isə maaşlarının vaxtlı-vaxtında verilmədiyini və nəticədə bu dövr ərzində 25 nəfər işçiyə ümumilikdə 15092,0 manat məbləğində ödənilməmiş əmək haqqı borcu yarandığını bildirmişlər. - Yenidən araşdırma zamanı Zərərçəkmiş şəxs20 - X7 verdiyi izahatda əmək haqqı borcu 482,0 manat göstərildiyi halda, Korrupsiya qarşı mübarizə idarəsinə verdiyi ifadədə 510,0 manat göstərildiyi, Zərərçəkmiş şəxs15 – X7 verdiyi izahatda əmək haqqı borcu 471,0 manat göstərildiyi halda, Korrupsiya qarşı mübarizə idarəsinə verdiyi ifadədə 530,0 manat göstərildiyi, Zərərçəkmiş şəxs8 - X7 verdiyi izahatda əmək haqqı borcu 1250,0 manat göstərildiyi halda, Korrupsiya qarşı mübarizə idarəsinə verdiyi ifadədə 1750,0 manat göstərildiyi, Zərərçəkmiş şəxs7 - X7 verdiyi izahatda əmək haqqı borcu 550,0 manat göstərildiyi halda, Korrupsiya qarşı mübarizə idarəsinə verdiyi ifadədə 502,0 manat göstərildiyi, Zərərçəkmiş şəxs19 - X7 verdiyi izahatda əmək haqqı borcu 110,0 manat göstərildiyi halda, Korrupsiya qarşı mübarizə idarəsinə verdiyi ifadədə 350,0 manat göstərildiyi, Zərərçəkmiş şəxs10 - X7 verdiyi izahatda əmək haqqı borcu 540,0 manat göstərildiyi halda, Korrupsiya qarşı mübarizə idarəsinə verdiyi ifadədə 580,0 manat göstərildiyi müəyyən edilmişdir. - Bundan əlavə, 2014-2015-ci illərdə Şamaxı rayon təhsil şöbəsi ilə Zərərçəkmiş şəxs14 əmək müqaviləsinin olduğu (FİN xxxxxxx), 2014-cü ildən 2021-ci ilə qədər Şamaxı rayon mədəniyyət şöbəsi ilə Zərərçəkmiş şəxs12 (FİN xxxxxxx) əmək müqaviləsinin olduğu, Zərərçəkmiş şəxs8 (VÖEN **********) vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olduğu, 2016-2021-ci il “X18 Sanayi və Ticaret anonim şirkəti”nin Azərbaycan Respublikası filialı ilə Zərərçəkmiş şəxs2 (FİN xxxxxxx) əmək müqaviləsinin olduğu, 2017-ci il "xxxx" MMC ilə Zərərçəkmiş şəxs18 (Bakıda və Şamaxı xaric regional filialı mövcuddur) əmək müqaviləsinin olduğu araşdırmada aşkar olunmuşdur. - Məhkəmə baxışı zamanı vergilərin Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən edilmiş dövr üzrə (son 7 il) hesablanmalı olmasının, sığorta ayırmalarının hesablanması üçün isə qanunvericilikdə dövr müəyyən edilmədiyindən sığorta ayırmalarının bütün dövrə hesablanmalı olduğu, ifadələr və araşdırma ilə müəyyən edilmiş digər xüsusatların nəzərə alınmalı olduğu qeyd edildi. Məhkəmədə təqdim olunan materiallarda imza ilə ödənişlərin alındığı və ya ödənildiyi barədə hər hansı sənəd aşkar olunmadığından hesablamalar ifadələrdən və baza məlumatlarından istifadə edilməklə aparıldı. "xxxx" MMC-nin (VÖEN **********) nümayəndələri tərəfindən 169750,0 manat əmək haqqı məbləğininn ödənildiyi məhkəmədə təsdiqini taparsa təqdim olunmuş ifadələr və araşdırma ilə müəyyən edilmiş xüsusatlar nəzərə alınmaqla 2397,36 manat verginin və 16408,60 manat dövlət sosial müdafiə fonduna ayırmalar, işsizlikdən sığorta və icbari sığorta haqlarının hesablanması məqsədə uyğundur (cild 5, i.v. 93-98). Göründüyü kimi, istintaq orqanının istinad etdiyi 3 sentyabr 2021-ci il tarixli mütəxəssis rəyində Təqsirləndirilən şəxs məxsus olmuş təsərrufatda işləmiş 25 nəfər şəxsin xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə hesablanmış əmək haqqı və həmin əmək haqqına münasibətdə tutulmalı olan vergilərin, işsizlikdən sığorta və məcburi dövlət sosial haqlarının müəyyən edilmiş ümumi məbləğinin cinayət tərkibini yaratmış olması nəticəsinə gəlinmiş, halbuki istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya icraatı zamanı əldə edilmiş mütəxəssis rəyləri və həmin rəylər əsasında ekspert rəyində müəyyən edilmiş nəticəyə əsasən müvafiq verginin və dövlət sosial müdafiə fonduna ayırmalar, işsizlikdən sığorta və icbari sığorta haqlarının ümumi məbləğinin 50.000 manatı keçməməsi CM-nin 213-cü maddəsinin dispozisiyası ilə müəyyən edilmiş cinayət tərkibini yaratmadığından Təqsirləndirilən şəxs həmin maddə ilə ittiham irəli sürülməsi üçün əsasları istisna edir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, istintaq orqanı tərəfindən ittihamın tərkib hissəsi kimi əmək müqaviləsi olmadan işə cəlb edilmiş şəxslərin siyahısında olan Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs18 Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyilə müəyyən edildiyi kimi müxtəlif işəgötürənlərlə əmək müqaviləsi də mövcud olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya icraatı zamanı Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin dövlət vergi müfəttişi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi əsas götürülməklə 2397,36 manat verginin və 16408,60 manat məbləğində dövlət sosial müdafiə fonduna ayırmaların (işsizlikdən sığorta və icbari sığorta haqlarının) Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsindən yayındırılması təsdiqini tapır, lakin qeyd edilən məbləğlərin cəmi xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası apellyasiya protestinin Təqsirləndirilən şəxs CM-nin 213.1-ci maddəsi ilə bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin qənaətinin əsassız olması barədə dəlilləri ilə bağlı cinayət qanunvericiliyinin CM-nin 213.1-ci maddəsi ilə cinayət məsuliyyəti yaranması əsaslarına verilən anlayışlara istinad etməyi də zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs həmçinin ittiham olunduğu CM-nin 213.1-ci maddəsinin dispozisiyasında cinayət əməlinin obyektiv cəhəti qanunla müəyyən edilmiş xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmada ifadə olunmuşdur. Maddənin qeyd hissəsində “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşüldüyü təsbit edilmişdir. Apellyasiya icraatı zamanı yuxarıda qeyd edilən əsaslara görə Təqsirləndirilən şəxs tərəfindən yayındırılan verginin və məcburi dövlət sosial sığorta haqlarının məbləği CM-nin 213.1ci maddəsinin dispozisiyasında nəzərdə tutulan xeyli miqdar həddini keçmədiyindən sonuncuya qarşı vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ittihamını mümkünsüz edir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin həmin ittiham üzrə gəldiyi nəticə əsaslı olmaqla apellyasiya protestinin dəlilləri CM-nin 213.1-ci maddəsilə ittihamın təsdiq edilməsi üçün əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “...İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər...”. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiümətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı). CРМ-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. CРМ-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CРМ-nin 21-ci maddəsi Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin ll hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiaham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin, müdafiəçinin, mülki cavabdehin) müdafiəsi üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. CРМ-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CРМ-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CРМ-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. CРМ-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CРМ-nin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. CРМ-nin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CРМ-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CРМ-nin 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində vurğulanır ki, “...Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilibyetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir...”. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inam görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “Erkapis Xorvatiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 25 aprel 2013-cü il tarixli qərarında göstərilir ki, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdursa, məhkəmələr şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. Digər səbəblər arasında ibtidai istintaq zamanı dindirmə ittiham tərəfinin məhkəmədə iş üzrə ittihamı müdafiə etmək üçün məlumat toplaması prosesidir. Halbuki məhkəmə prosesi, məhkəmə iclasında araşdırılıb əldə edilən sübutlara ədalətli hüquqi qiymət verilməsi nəticəsində təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyən etmək üçün kifayətdir. Məhkəmə kollegiyası apellyasiya məhkəmə baxışında cinayət işinin materiallarını araşdırıb belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ittiham edilən CM-nin 162-1.1, 313 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara düzgün hüquqi qiymət verilmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və hazırda mübahisələndirilən hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş bu sübutlar əsasında birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs ittiham oldunduğu CM-nin 162-1.1, 313 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi barədə işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş və düzgün olaraq onun əməllərini CM-nin 162-1.1, 313 və 308.1-ci maddələri ilə tövsif etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış hüquqi şəxslərin nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərində qeyd edilən təqsirləndirilən şəxsin əməlində CM-nin 213-cü maddəsinin tərkib əlamətlərinin mövcudluğu və bununla əlaqədar mülki iddianın tutulmasının zəruriliyi barədə iddialarla bağlı onu qeyd edir ki, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində aparılan hesablamalar nəticəsində Təqsirləndirilən şəxs tərəfindən üzümçülük təsərrüfatında işçilərin əmək müqaviləsi bağlanılmadan xeyli sayda şəxsi işlərə cəlb edilməklə işlətməsi nəticəsində vergidən yayındırılan 2397,36 manat və 16408,60 manat dövlət sosial müdafiə fonduna ayırmaların (işsizlikdən sığorta, icbari sığorta və ya məcburi dövlət sosial sığorta haqlarından) həddi cinayət məsuliyyətinə cəlb edilmə üçün müəyyən edilən həddən aşağı olduğu üçün cinayət təqibi qaydasında tələb edilməsini mümkünsüz etsə də, həmin məbləğlərin digər məhkəmə icraatı qaydasında iddia irəli sürməklə tələb edilməsini istisna etmir. Apellyasiya protestinin dəlillərinin yuxarıda qeyd edilən hüquqi əsaslanmaya görə CM-nin 213.1-ci maddəsinə dair ittihamın qəbul edilməməsi, həmçinin eyni məzmun təşkil edən apellyasiya şikayətlərinin dəlillərinin də əsassız olmasını özü-özlüyündə təsdiq etdiyindən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin təmin edilməsi üçün hüququ əsas görmür. Məhkəmə kollegiyası apellyasiya protestinin Təqsirləndirilən şəxs CM-nin 308.1-ci maddəsilə təyin edilmiş yüngül cəzanın əsassızlığı ilə bağlı dəlillərini təhlil edərək aşağıdakı nəticəyə gəlir. Belə ki, Təqsirləndirilən şəxs təyin olunmuş cəza məsələsini məhkəmə kollegiyası işin halları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, apellyasiya protestində sonuncunun təqsirlli bilindiyi CM-nin 308.1-ci maddəsilə minumum həddə cərimə cəzasının təyin edilməsi törətdilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri və cəzanı yüngülləşdirən halların həddindən artıq nəzərə alınaraq məhkum olunmuş şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunmasının cərimə cəzası ilə mümkün olub-olmaması məsələlərinin birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırmaması barədə dəlilləri əsaslıdır. Belə ki, mübahisələndirilən məhkəmə hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş fiziki şəxslərə vurulan ziyanın ödənilməsi və həmin zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmaması, törətmiş olduğu ictimai təhlükəli əməldə peşman olmasını və bu da törətmiş olduğu əmələ tənqidi münasibətinin göstəricisi olmaqla cəzanı yüngülləşdirən hallar kimi, həmçinin CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alınaraq onun barəsində cərimə cəzasının təyin edilməsi barədə yekun nəticəyə gəlinmişdir. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməllər nəticəsində zərərçəkmiş fiziki şəxslərə münasibətdə ziyanın ödənilməklə əməlinin etiraf edərək peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş fiziki şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alsa da işin digər diqqətəlayiq hallarını nəzərdən qaçırmışdır. Belə ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan qənaətə gələrkən, törətdilmiş cinayətin хaraktеrini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə alınması qənaətinə gəlsə də, faktiki olaraq vəzifəli şəxs kimi qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək və qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməyərək üzümçülük təsərrüfatında işçilərin əmək müqaviləsi bağlanılmadan xeyli sayda şəxsi işlərə cəlb edilməklə işlətməsi, həmçinin Zərərçəkmiş şəxs2 adına saxta müqavilə tərtib edərək vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı etməsi nəticəsində cinayət tərkibi yatarmasada iş üzrə mütəxəssis rəyi əsasında müəyyən olunmuş vergi və digər sosial ödənişlərin ödənilməsindən yayınması, müəyyən olunmuş büdcədən yayınma halı ilə bağlı vurulmuş ziyanın könüllü şəkildə ödənilməməsi halı təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində cəza təyin edilməsinə əsas vermir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş cəzanı yüngülləşdirən hallara əsasən minimum cəza təyin edilməsi ilə razılaşmır və yuxarıda göstərilən işin faktiki hallarına görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CMnin 308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini zəruri hesab edir. Belə ki, cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən CMnin 8.1-ci, 9.2-ci, 41.2-ci və 58.3-cü maddələrinə əsasən məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində vurğulanır ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. X14 48-ci bəndində qeyd edildiyi kimi cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. İş materiallarından görünür ki, CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə yuxarıda qeyd olunan qanun normalarının tələbləri və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən hallar baxımından Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CMnin 2 və 41-ci və ədalət prinsipini müəyyən edən CM-nin 8-ci maddəsinin tələblərinə uyğun sayıla bilməz. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsina və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CPM-nin 346.1.11 və 346.1.12-ci maddəsinə tələblərinə uyğun olaraq məhkəmə tərəfindən müşavirə otağında təqsirləndirilən şəxsə məhz hansı cəzanın təyin edilməli olduğu və təyin edilmiş cəzanın çəkilməli olub-olmadığı məsələləri müzakirə edilməlidir. Yuxarıda qeyd olunan qanun normalarının tələblərinə görə təqsirləndirilən şəxsə məhz hansı cəzanın təyin edilməli olduğunu müəyyən etmək üçün məhkəmə cinayət qanununun törədilmiş əmələ görə cinayət məsuliyyəti nəzərdə tutan normasının sanksiyasını, konkret cəza növünün təyin olunması şərtlərini, habelə cinayət qanunun cəza təyin etmənin əsaslarını müəyyən edən normalarını (CM-nin 58-71 və 85-86-cı maddələri) rəhbər tutur. İttiham hökmü çıxarılarkən cəza təyin etmə məsələsi ən mühüm məsələ olduğundan, məhkəmə cinayət qanunun bütün tələblərini nəzərə almaqla, cəzanın fərdiləşdirilməsi prinsiplərindən istifadə etməklə ədalətli, qanuni və layiqli cəza təyin etməli və bu zaman cəzanın məqsədlərinə nail olunması da diqqət mərkəzində olmalıdır. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, apellyasiya protestində iddia olunan Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan cəza təyin edilməklə ona əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin edilməməsinə dair dəlili əsassızdır ona görə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 23-cü bəndində vurğulanmışdır ki, “Məhkəmələr əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarına görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulması, təqsirkara başqa növ əsas cəza təyin olunduğu halda onun barəsində CM-in 46.2-ci maddəsinə müvafiq olaraq əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin olunmasını istisna etmir. Yalnız şəxsə əsas cəza qismində təyin olunmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının həm də əlavə cəza qismində təyin edilməsinə yol verilmir. O da nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 46-cı maddəsində müəyyən vəzifə tutma hüququndan məhrum etmə və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə “və ya” bağlayıcısı ilə bir-birindən ayrılmaqla alternativ cəzalar kimi təsbit edildiyindən, eyni bir cinayətə görə həmin cəzaların istər əsas, istərsə də əlavə cəza qismində eyni zamanda təyin edilməsinə yol verilmir. Hökm çıxarıldığı vaxt şəxsin artıq müəyyən vəzifəni tutmaması və yaxud fəaliyyət növü ilə məşğul olmaması onun barəsində əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan və yaxud müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzasının tətbiq edilməsini istisna etmir. CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedoqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır...”. Qeyd edilən Plenum Qərarının 23-cü bəndinin 2-ci abzasının 30 aprel 2021-ci il tarixdə dəyişiklik edilənədək qüvvədə olmuş əvvəlki redaksiyasında qeyd olunurdu ki, “...CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Məhkəmələr nəzərə almalıdırlar ki, həmin maddənin geniş təfsirinə yol verilmir. Məhkəmə qərarları ilə digər orqanlarda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilə bilməz...”. Göründüyü kimi, istinad edilən Plenum Qərarının 23-cü bəndinin istər əvvəlki, istərsə də yeni redaksiyasında cinayət qanunu normasının tələbindən irəli gələrək, CM-nin 46.1-ci maddəsində təsbit edilmiş alternativ cəzalardan birincisinin yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilməsi barədə izah verilmişdir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs "xxxx" Azərbaycan – X3 5 yanvar 2010-cu ildən təsisçisi və direktoru olaraq digər səlahiyyətlərə malik maddi məsul, vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh vəzifəli şəxs kimi ittiham edilən cinayət əməllərini törətdiyindən, həmin müştərək müəssisə dövlət və ya yerli özünüidarə orqanına aid edilmədiyindən onun barəsində müəyyən vəzifə tutma hüququndan məhrum etmə və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etməyə dair əlavə cəza təyin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin 1(074)-15/2022 nömrəli 21 dekabr 2022-ci il tarixli hökmü Təqsirləndirilən şəxs CM-nin 308.1-ci maddəsi ilə 2000 manat cərimə cəzası təyin edilməsi hissəsində dəyişdirilməli, Təqsirləndirilən şəxs CM-nin 308.1ci maddəsi ilə təqsirli bilinərək qazancından 20 faiz tutulmaqla iki il müddətinə islah işləri cəzasına məhkum edilməli, Şamaxı Rayon Məhkəməsinin 1(074)-15/2022 nömrəli 21 dekabr 2022-ci il tarixli hökmü apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya protesti qismən təmin edilməli, apellyasiya şikayətləri isə təmin olunmamalıdır. Belə ki, CPM-nin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-nin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. CPM-nin 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Qeyd olunanlara əsasən və CPM-nin 397-399, 404, 405, 407, 410 və 412-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı QƏRARAALDİ: Şamaxı Rayon Məhkəməsinin 1(074)-15/2022 nömrəli 21 dekabr 2022-ci il tarixli hökmü apellyasiya protestinə əsasən Təqsirləndirilən şəxs CM-nin 308.1-ci maddəsi ilə 2000 manat cərimə cəzası təyin edilməsi hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs CM-nin 308.1-ci maddəsi ilə aylıq qazancından 20 (iyirmi) faiz tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun aylıq qazancından dövlət nəfinə ilk məbləğ tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş islah işləri cəzasını iş yeri üzrə çəksin. Qərarın icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Şamaxı Rayon Məhkəməsinin 1(074)-15/2022 nömrəli 21 dekabr 2022-ci il tarixli hökmü apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya protesti qismən təmin edilsin. Apellyasiya şikayətləri təmin edilməsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(105)-8/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-8/2024
01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver