Məhkəmə qərarları › İş №1(105)-873/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-873/2025

21.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(105)-873/2025 21.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X9 (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Abdullayeva Naibə Ilham qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X13 Müdafiəsi üzrə Idarənin prokuroru X4, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1, Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313cü maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmü ilə ## #### 1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmuş, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyəti üzrə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin olunmamış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli ## ###### 2023-cü il tarixdən hesablanmaqla, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Iş üzrə maddi sübut məsələsi həll edilmişdir. Işin halları: Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edib özgənin külli və xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən ələ keçirməklə dələduzluq etmiş, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə zərər vurmuş, tamah niyyəti ilə rəsmi sənədlərə biləbilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyərkən Cəmiyyətin Nizamnaməsinə əsasən direktor kimi Cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, rəsmi sənədləri imzalamaq, Cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, onların vəzifə maaşlarını müəyyən etmək, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi haqqında əmrlər vermək səlahiyyətlərini həyata keçirən məsul şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 21-ci məhəllə ünvanında yerləşən * nömrəli binada mənzil satmaq səlahiyyətinin olduğuna zərərçəkmiş şəxs5 inandırıb aldadaraq, ## #### 2022-ci il tarixdə Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Mərkəzi Plaza”nın *** nömrəli otağında zərərçəkmiş şəxs5 külli miqdarda 60.000 manat pulunu ələ keçirmiş, qeyd olunan binanın 2-ci blok, 9-cu mərtəbəsində yerləşən 2 otaqlı, 89,9 kv/metr ölçülü, ** nömrəli mənzilin 70.000 manat müqabilində X1ma satılmasına və dəyərinin qismən ödənilməsinə dair məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - ##.##.2022-ci il tarixli nömrəsiz alqı-satqı müqaviləsini və mənzilin dəyərindən 60.000 manat ödənilməsi barədə ##.##.2022-ci il tarixli, *** nömrəli maliyyə arayışını imzası və Cəmiyyətin möhürü ilə təsdiq edərək həmin tarixlərdə Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Mərkəzi Plaza”nın *** nömrəli otağında Vidadi Məmmədova verməklə özgənin külli miqdarda 60.000 manat pulunu öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmiş, tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə qeyd olunan mənzilin sahibi zərərçəkmiş şəxs1 qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Bundan başqa o, təkrarən, tamah niyyətilə, “xxxx” MMC-nin direktoru vəzifəsində işləyərkən Cəmiyyətin Nizamnaməsinə əsasən direktor kimi Cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, rəsmi sənədləri imzalamaq, Cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, onların vəzifə maaşlarını müəyyən etmək, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi haqqında əmrlər vennək səlahiyyətlərini həyata keçirən məsul şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 21-ci məhəllə ünvanında yerləşən * nömrəli binada iaşə obyektini 850.000 manat pul müqabilində satmaq səlahiyyətinin olduğuna zərərçəkmiş şəxs2 Bahadur oğlunu inandırıb aldadaraq, ## ##### 2022-ci il tarixdə Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Mərkəzi Plaza”nın *** nömrəli otağında ilkin olaraq zərərçəkmiş şəxs2 külli miqdarda 300.000 manat pulunu ələ keçirmiş, qeyd olunan binanın 2-ci mərtəbəsində yerləşən, 764 kv/metr ölçülü iaşə obyektini 600.000 manat müqabilində zərərçəkmiş şəxs2 Bahadur oğluna satılmasına və dəyərinin ödənilməsinə dair məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - ##.##.2022-ci il tarixli nömrəsiz alqı-satqı müqaviləsini və mənzilin dəyərinin tam ödənilməsi barədə ##.##.2022-ci il tarixli, ** nömrəli maliyyə arayışını imzası və Cəmiyyətin möhürü ilə təsdiq edərək həmin tarixdə Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Mərkəzi Plaza”nın *** nömrəli otağında zərərçəkmiş şəxs2 verməklə özgənin külli miqdarda əmlakını, yəni 300.000 manat pulunu öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə qeyd olunan obyektin sahibi Fərəndə Cahangirovanın faktiki olaraq iaşə obyektindən məhrum etməklə fiziki şəxsin qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Bundan başqa o, təkrarən, tamah niyyətlə, “xxxx” MMC-nin direktoru vəzifəsində işləyərkən Cəmiyyətin Nizamnaməsinə əsasən direktor kimi Cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, rəsmi sənədləri imzalamaq, Cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, onların vəzifə maaşlarını müəyyən etmək, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi haqqında əmrlər vermək səlahiyyətlərini həyata keçirən məsul şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, MMC-yə məxsus ünvan 2 ünvanında layihələşdirilmiş yaşayış binasının tikintisinin aparılmasına maddi-texniki imkanının olduğuna zərərçəkmiş şəxs4 inandırıb aldadaraq, ## ##### 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “xxxx” MMC-nin rəsmi ofisində zərərçəkmiş şəxs4 külli miqdarda 68.232 manat pulunu ələ keçirmiş, qeyd olunan ünvanda tikilməsi planlaşdırılan binanın 1-ci blok, 6-cı mərtəbəsində yerləşən 2 otaqlı, 85,29 kv/metr ölçülü, ** nömrəli mənzilin 68.232 manat müqabilində X5 və dəyərinin tam ödənilməsinə dair məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - ##.##.2023-cü il tarixli ** nömrəli alqı-satqı müqaviləsini və mənzilin dəyərinin tam ödənilməsi barədə ##.##.2023-cü il tarixli nömrəsiz maliyyə arayışını imzası və Cəmiyyətin möhürü ilə təsdiq edərək həmin tarixdə ünvan 2 ünvanında yerləşən “xxxx” MMC-nin rəsmi ofisində zərərçəkmiş şəxs4 verməklə özgənin külli miqdarda 68.232 manat pulunu öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, təkrarən, tamah niyyətlə “xxxx” MMC-nin direktoru vəzifəsində işləyərkən Cəmiyyətin Nizamnaməsinə əsasən direktor kimi Cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, rəsmi sənədləri imzalamaq, Cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, onların vəzifə maaşlarını müəyyən etmək, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi haqqında əmrlər vermək səlahiyyətlərini həyata keçirən məsul şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, MMC-yə məxsus Sumqayıt şəhəri, Inşaatçılar qəsəbində layihələşdirilmiş yaşayış binasının tikintisinin aparılmasına maddi-texniki imkanının olduğuna zərərçəkmiş şəxs6 inandırıb aldadaraq, 2023-cü ilin iyul ayı ərzində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Mərkəzi Plaza”nın *** nömrəli otağında yerləşən ofisində zərərçəkmiş şəxs6 xeyli miqdar sayılan 30.000 manat pulunu ələ keçirmiş, qeyd olunan ünvanda tikilməsi planlaşdırılan 3-cü binanın, 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, 85,29 kv/metr ölçülü, * nömrəli mənzilin zərərçəkmiş şəxs6 satılmasına və dəyərinin tam ödənilməsinə dair məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri imzası və Cəmiyyətin möhürü ilə təsdiq edərək zərərçəkmiş şəxs6 verməklə özgənin külli miqdar sayılan 30.000 manat pulunu öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, təkrarən zərərçəkmiş şəxs3 Malik oğluna direktoru olduğu “xxxx” MMC-nin Sumqayıt şəhəri, Inşaatçılar qəsəbəsində yerləşən ərazidə bina tikintisinə dair layihəsinin olduğunu və layihənin təsdiqlənməsi üçün 30.000 manat pula ehtiyacı olduğunu bildirərək, həmin pulu verəcəyi təqdirdə layihənin təsdiqlənməsindən sonra satışından əldə olunacaq gəlirdən 36000 manat pul vəsaitini ona verəcəyi ilə bağlı yalan vəd verərək, ## ###### 2023-cü il saat 10 radələrində, Sumqayıt şəhəri, Nərimanov küçəsində yerləşən Zeytun restoranının qarşısında “Toyota Avalon” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində zərərçəkmiş şəxs3 Malik oğlundan 30.000 manat pul vəsaitini alıb vədinə əməl etməyərək aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə təkrarən xeyli miqdarda dələduzluq etmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək ona yüngül cəza təyin edilməsini (təyin edilmiş cəzanın şərti hesab edilməsi, azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, məntəqə tipili cəzaçəkmə müəssisəsində cəzasını çəkilməsini) xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, 7 epizod üzrə zərərçəkmiş şəxslər barəsində yüksək fikirləri, ona daha yüngül cəza təyin edilməsini xahiş etməsi birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, ona qarşı qərəzli şəkildə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protesti verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)- ***/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmü cinayət qanunu normasını düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli ##.##.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 03 ay yəni ##.##.2024-cü il tarixədək uzadılmışdır. ## #### 2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. ## #### 2024-cü il tarixdə Cinayət-Prosessual Məcəllənin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. ## ###### 2024-cü il tarixdə saat 00:20-də Təqsirləndirilən şəxs Sumqayıt şəhərində tutularaq istintaqa təhvil verildiyindən həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. ## ###### 2024-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, R cənab Elçin Məmmədov tərəfindən cinayət işi üzrə istintaq müddəti 1 ay uzadılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli ##.##.2024-cü il tarixdən hesablanmaqla 01 (bir) ay 18 (on səkkiz) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət qanununun tələblərini pozaraq cəzaçəkmə müddətinin əvvəlini ## ###### 2023-cü il tarixdən hesablamış, hansı ki, Təqsirləndirilən şəxs ## #### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixdək həbsdə və ya ev dustaqlığında olmamış, yəni məhkəmə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Belə ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi ## ###### 2025-ci il tarixli hökmlə Təqsirləndirilən şəxs cəza təyin etdikdən sonra, cəzaçəkmə müddətinin əvvəlini ##.##.2024-cü il tarixdən hesablanmaqla təyin etməli, ## ###### 2023-cü il tarixdən ## #### 2024-cü il tarixədək həbsdə olduğu müddəti təyin edilmiş cəzadan CM-nin 69.3-cü maddəsinə əsasən çıxmalı idi. Məhkəmə baxış iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə baxış iclasında iştirak edən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, onunla barışdığını bildirmişdir. ## ##### 2026-cı il tarixdə təyin edilmiş məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs3 yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, onunla barışdığını bildirmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X4 apellyasiya protestinin dəlillərini müdafiə edərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmü cinayət qanunu normasını düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmişin, şahidlərin ifadələrini, istintaq və məhkəmə iclas protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 178.3.2 və 313-cü maddələri ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və birbiri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin və protestin dəlillərinə münasibətdə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-in 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Iş materiallarında olan zərərçəkmiş şəxs5 ##.##.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənildiyindən sonuncu ilə barışmışdır. zərərçəkmiş şəxs4 birinci instansiya məhkəməsində verdiyi ifadəsində Təqsirləndirilən şəxs ödədiyi pulun ona tam geri qaytarıldığını və sonuncu ilə barışdığını bildirmişdir. Iş materiallarında olan ailə tərkibi haqqında arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində ##.##.2007-ci il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X2 adlı iki yetkinlik yaşına çatmayan övladı vardır Iş materiallarında olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Əməliyyat və Statistik Informasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Apellyasiya instansiya məhkəməsində aparılan icraat zamanı zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs6, zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs3 yazılı ərizə təqdim edərək onlara dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdıqlarını bildirmişdir. Birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxsnın himayəsində iki yetkinlik yaşına çatmayan övladının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almış, cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Apellyasiya məhkəməsi zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs6, zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs3 barışması və dəymiş ziyanın tam ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası cinayət iş materiallarını tədqiq edərək hesab edir ki, şəxsə törədilmiş cinayət əməlinə görə cəza verilməsinin məqsədi onun islah olunmasına və cəmiyyətə yenidən formalaşmış şəxs kimi qayıtmasına şərait yaratmaqdır. Lakin bir çox hallarda şəxs törətdiyi ictimai-təhlükəli əməlinin mahiyyətini və onun nəticəsini görür, öz məsuliyyətini dərk edir, əməlindən peşman olmaqla yanaşı yaşadığı həyat təcrübəsi nəticəsində cəmiyyətin digər üzvlərinin hüquq və mənafelərinin əhəmiyyətini başa düşür, əməli nəticəsində dəymiş ziyanı ödəyir. Hazırkı iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi ictimai təhlükəli əməlin mahiyyətini başa düşmüş, bütün zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş və hamısına dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin müddəalarının tətbiq edilməsini məqsədəmüvafiqdir. Verilmiş apellyasiya protestinin dəlilləri ilə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Iş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli ##.##.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 03 ay, yəni ##.##.2024-cü il tarixədək uzadılmışdır. ## #### 2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. ## #### 2024-cü il tarixdə Cinayət-Prosessual Məcəllənin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. ## ###### 2024-cü il tarixdə saat 00:20-də Təqsirləndirilən şəxs Sumqayıt şəhərində tutularaq istintaqa təhvil verildiyindən həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. ## ###### 2024-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, R cənab Elçin Məmmədov tərəfindən cinayət işi üzrə istintaq müddəti 1 ay uzadılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli ##.##.2024-cü il tarixdən hesablanmaqla 01 (bir) ay 18 (on səkkiz) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Iş materiallarının tədqiqi nəticəsində müəyyən olunur ki, cəzaçəkmə müddətinin əvvəli düzgün hesablanmayaraq ##.##.2023-cü il tarixdən hesablanmışdır. Halbuki ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixə qədər həbsdə və ya ev dustaqlığında olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, verilmiş apellyasiya protesti təmin edilməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmü dəyişdiriməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixə qədər həbs olduğu müddət (7 (yeddi) ay) hazırkı hökmlə ona təyin 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində 05 (beş) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli ## ###### 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. 404-cü maddəsində göstərilmişdir ki, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. 398.1.4-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.4, 404, 405.1.1 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli qərar qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək, həmin orqanın çağırışlarına vaxtında gəlmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Cəzanın icrası Bakı şəhər probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad olunsun. Qərarın bu hissəsinin icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən müdafiəçi1 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaiti Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar