Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(105)-9/2021 11.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim: Rzayev Məhəmmədəli Əsəd oğlu (sədrlik edən və məruzəçi), Hakimlər: Rəhimov Elman Gülbaba oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X71 qızının katibliyi, Dövlət ittihamçısı3, bəraət verilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi, mülki iddiaçı Zərərçəkmiş şəxs və onun vəkili Nümayəndə iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1 və 320.1-ci maddələri ilə bəraət verilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(060)4/2018 saylı hökmündən Dövlət ittihamçısı1 Xanhüseyn oğlu tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs və onun vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N ETDİ: Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(060)4/2018 saylı hökmü ilə (hakim R.O.Əsgərova) xx.xx.1968-ci il tarixdə Yardımlı rayonu, Honuba-Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı ailəli, ali təhsilli, “X78” MMC-də həkim anestezioloq-reanimatoloq işləyən, əvvələr məhkum olunmamış, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 38, mənzil 52-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 6-cı mkr, ev 47, mənzil 17-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1, 320.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməsi, Təqsirləndirilən şəxs yazılı surətdə üzr istənilməsinin həmin iş üzrə ibtidai istintaqı həyata keçirən Sumqayıt şəhər prokurorluğunun müstəntiqinə və həmin iş üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna həvalə edilməsi, Təqsirləndirilən şəxs, qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının izah edilməsi, cinayət işi üzrə keçirilmiş ekspertizanın dəyəri olan 240 manat 20 qəpik ekspertiza xərcinin Azərbaycan Respublikasının Dövlət Büdcəsinə aid edilməsi və Dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən bəraət almış Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş mülki iddianın təmin olunmması hökm edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(060)4/2018 saylı hökmündən Dövlət ittihamçısı1 Xanhüseyn oğlu tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə apelyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1 və 320.1-ci maddələri ilə təqsirli bilinib, ona həmin maddələrlə cəza təyin edilməsinə dair ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(105)260/2018 saylı qərarı ilə apelyasiya protesti və apelyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(060)4/2018 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 1(102)573/2019 saylı qərarı ilə kassasiya protesti və kassasiya şikayətləri təmin edilərək, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(105)260/2018 qərarı ləğv edilmiş və iş yeni apelyasiya baxışına təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi xx xxx 2019-cu il tarixli, 1(102)573/2019 saylı qərarını onunla əsaslandırmışdır ki, cinayət işinə baxmış məhkəmələrin sübutların toplanması, tədqiqi və qiymətləndirilməsi üzrə Azərbaycan Respublikası CPM-nin 143- 146-cı maddələrinin göstərişlərinə əməl etməməsi, araşdırılan cinayət işi üzrə təqsirləndirilən şəxs və şahidlər məhkəmə iclasında ifadələrində təqsirləndirilən şəxsin xeyrinə əhəmiyyətli dəyişikliklər etsələr də, məhkəmə onların əvvəlki ifadələrini (sərbəst ifadə və üzləşmə zamanı ifadələrini) elan edib tam, hərtərəfli və obyektiv tədqiq etməmiş, məhkəmə iclasındakı ifadələri əsas götürmüşdür. Şahidlər ibtidai istintaqdakı ifadələrinin müstəntiq tərəfindən dəyişdirildiyini, buna görə şahidlər müxtəlif bəhanələrlə prokurorluğa təkrar çağırıldıqlarını, müstəntiq ifadələrində hərf səhvi olduğunu səbəb kimi göstərərək ifadələrini dəyişdirib, onlara oxumağa imkan vermədən imzalatdırdığını, onlara hədə-qorxu və təzyiq etdiyini göstərmişlər. Məhkəmələr belə halların mövcud olub-olmamasını ətraflı yoxlamadan, açıqdan-açığa təqsirləndirilən şəxsin təqsirsizliyinə əsas verən istiqamətində dəyişdirilmiş həmin ifadələri əsaslı hesab edib məhkəmə iclasındakı ifadələrə üstünlük verməsi ilə əsaslandırmışdır. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1, 320.1-ci maddələri ilə ittiham elan edilmişdir ona görə ki, o, peşə vəzifələrini lazımi qaydada yerinə yetirməyib Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx.xx.2012ci il tarixli 70 nömrəli Əmri ilə təsdiq edilmiş “həkim anestezioloq-reanimatoloqun nümunəvi vəzifə Təlimatı”-nın 6, 8, 9-cu bəndlərinin tələblərini pozaraq xx.xx.2016-cı il tarixdə saat 10 radələrində “Adenoid 3 dərəcə, xroniki dekompense olunmuş tonzillit” dioqnozu ilə işlədiyi xəstəxanaya müraciət edən xx.xx.2013-cü il təvəllüdlü X21 üzərində icra ediləcək “adenotonzillektomiyya”(burun-boğaz nahiyyəsində artıq ət hissəsinin götürülməsi) əməliyyatından öncə elektrokardioqrafiya (EKQ) müayinəsi zamanı onda “sinoatrial blokadanın” olduğu müəyyənləşdirilib kardioloqun konsultasiyası tövsiyyə olunmasına baxmayaraq, əməliyyatın aparılmasını təxirə salmamış və xəstəni müayinələrdən tam keçirmədən, kəllədaxili təzyiqi qiymətləndirilmədən, mədə zondlanmadan, saat 12:10-da əməliyyata götürüb, fiziki göstəricilərini (3 yaş, 16 kq), əməliyyatın müddətini (25 dəq) nəzərə almadan əməliyyatdan öncə ona anestetik vasitə olan “Kalipsol” dərman preparatını 1-2 mq vurmaq əvəzinə, normadan xeyli artıq, yəni 150 mq dozada vena daxilinə yeritməsi anestezioloji ağırlaşmaya səbəb olmuş, əməliyyatdan sonra da qusmanın erkən və sonrakı profilaktikasını aparmamış, xəstəyə dinamik nəzarəti həyata keçirməmiş, sonuncuda müşahidə edilən qusmanın qeyd edilən dərman preparatının əks təsirindən yaranıb qusuntu kütləsinin tənəffüs yollarına düşərək xəstənin asfiksiyadan ölə biləcəyini lazımi diqqət və ehtiyatlılıq göstərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görməmiş, nəticədə X45 tənəffüs yollarının qusuntu kütləsi ilə tutulmasından asfiksiya olaraq saat 21:20-də xəstəxanada onun ehtiyatsızlığından ölmüşdür. Bundan başqa, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 70 nömrəli Əmri ilə təsdiq edilmiş “həkim anestezioloq-reanimatoloqun nümunəvi vəzifə Təlimatı”-nın 15, 24.4-cü bəndlərinin və xx.xx.2005-ci il tarixli 74 nömrəli əmri ilə təsdiq edilmiş “stasionar xəstənin tibb kartası haqqında Təlimat”-in tələblərini pozaraq xx.xx.2016-cı il tarixdə saat 21:20-də X21 onun ehtiyatsızlığından öldüyünü görüb məsuliyyətdən yayınmaq və baş vermış ölümün anestezioloji ağırlaşma ilə əlaqədar olmadığını göstərmək məqsədilə xəstəni əməliyyatdan sonra saat 13:50-də ekstubasiya edib palataya köçürdüyü halda, həmin vaxt saat 13:00-a kimi, palataya gətirdiyi andan saat 18 radələrinədək xəstəyə baxışı həyata keçirib müayinə etmədiyi halda, huşunun aydın olması, boğazındakı ağrılardan şikayət etməsi, xəstədə qusma halının baş verməməsi, süd və maye qəbul etməsi, həmçinin sonuncuya anestetik vasitə olan “Kalipsol” dərman preparatını 150 mq olması barədə Arzu Qurbanlıya açılmış 482 nömrəli stasionar xəstənin tibb kartasına bilə-bilə yalan məlumatlar daxil etməklə hüquq verən və vəzifədən azad edən rəsmi sənədi saxtalaşdırmışdır. Apelyasiya protesti və apelyasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs elan edilmiş ittihamlarla təqsirli bilinib cəzalandırılmasına dair yeni hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs həkim kardioloqların və eləcə də cərrah həkimin təkidlərinə baxmayaraq ürəyində problem olan uşağın əlavə yoxlanmalara ehtiyac olmadığını əsas gətirərək uşağı əməliyyata götürmüş, ona dozadan 3 dəfə artıq “Kalipsol” məhlulu vurmuş, əməliyyatdan sonra uşağa lazımi nəzarəti etməmiş, əməliyyatdan sona huşu özünə gəlməyən uşağın taleyi ilə maraqlanmamış, nəticədə Təqsirləndirilən şəxs bu cinayətkarcasına özünə güvənmədə ifadə olunan ehtiyatsızlığı ucbatından uşağın ölümünə səbəb olmuşdur. Qeyd edilən hərəkətlərlə zərərçəkmiş Arzu Qurbanlının ölümü arasında səbəbli əlaqə olması dəfələrlə keçirilmiş məhkəmə-tibbi ekspertizaları ilə təsdiq olunsa da, məhkəmə nədənsə, bu sübut növünü mötəbər hesab etməmiş, heç bir məsuliyyət daşımayan mütəxəssis rəyinə əsaslanmışdır. Arzu Qurbanlı əməliyyatdan sonra huşsuz vəziyyətdə olmuş və bu cür həkim cəzasız qalmamalıdır. Zərərçəkmiş şəxsin hüquqi varisinin vəkili Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1 və 320.1-ci maddələri ilə təqsirli bilinib, ona həmin maddələrlə cəza təyin edilməsinə dair ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi bəraət almış şəxsin və eyni zamanda təqsirləndirilən şəxslə eyni tibb müəssisəsində çalışan tibbi işçilərinin ibtidai istintaq zamanı deyil, məhz məhkəmə istintaqı zamanı verdikləri ifadələri əsas götürməklə bir sübutun qəbul edilməsinin, digər sübutların rədd edilməsinin motivlərini hökmdə əsaslandırmamışdır. Məhkəmənin Təqsirləndirilən şəxs bəraət verərkən hal-hazırda da ondan maddi və vəzifə baxımından asılı olan tibbi işçilərinin ifadələrinə əsaslanması qeyri-obyektiv olmaqla qanunsuzdur. Təqsirləndirilən şəxs xəstə Arzu Qurbanlnın palatasına gün ərzində iki dəfə baş çəkmişdir ki, nədənsə, həmin vaxtlar təqsirləndirilən şəxsin əməliyyatda olduğu vaxtalara təsadüf edir. Nümayəndənin fikrincə, gün ərzində əməliyyat olunmuş xəstəsinə asudə vaxtalırnda baş çəkməyən həkimin məhz əməliyyat otağından çıxıb Arzu Qurbanlını müayinə etməsi məntiqsizdir ki, məhkəmə də bu hala diqqət yetirməmişdir. Eyni zamanda, X63 növbətçi həkim olduğu üçün xəstəxanaya saat 18:00-da gəlsə də, təzyiqlər altında Abuzər Qurbanov məhkəmədə ifadəsini dəyişərək guya həmin gün səhər saat 9:00-dan xəstəxanaya gəldiyini, Arzu Qurbanlını bir neçə dəfə palatada müayinə etdiyini və xəstənin ayıq vəziyyətdə normal olduğu barədə ifadə vermiş və məhkəmə ifadənin dəyişməsi səbəbini araşdırmadan həmin ifadənin həqiqi və obyektiv xarakter daşıması qənaətinə gəlmişdir. Bundan əlavə, məhkəmə üç fərqli ekspertza rəyləri arasındakı ziddiyyətlərə aydınlıq gətirməmiş, onlara hüquqi qiymət verməmişdir. Təqsirləndirilən şəxs «anestoloji vəsait jurnalında» edilmiş dəyişikliklərə görə yox, X43 bilə-bilə yalan məlumatlar daxil edilməsinə görə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirləndirilsə də, məhkəmə səhvə yol verərək qeyd edilən jurnalın rəsmi sənəd olmadığını və həmin dəyişlikliyin Təqsirləndirilən şəxs tərəfindən edilməsinin sübuta yetirilməməsini əsas götürməklə ona həmin maddə ilə bəraət vermişdir. Bu hal isə, bir daha onu göstərir ki, birinci instansiya məhkəməsi nə təqsirləndirilən şəxsə verilmiş ittihamın mahiyyətini, nə də iş üzrə toplanmış sübutları ətraflı şəkildə araşdırmamış, onları müqayisəli şəkildə təhlil etməyərək əsassız və qanunsuz hökm çıxarmışdır. Dövlət ittihamçısı1 Xanhüseyn oğlu apellyasiya protesti verərək, birinci instansiya məhkəmsinin hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1, 320.1-ci maddələri ilə təqsirli bilib, ona həmin maddələrlə cəza təyin edilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, ibtidai istintaq zamanı bəraət almış şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması zərərçəkmiş şəxsin hüquqi varisinin, şahid İlham Ağayevin ifadələri ilə yanaşı, iş üzrə təyin olunmuş təkrar və əlavə komisyon məhkəmə-tibbi ekspertizalarının rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisinin, şahid İlham Ağayevin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələrini, iş üzrə toplanmış digər sübutları mötəbər hesab etmədiyi halda, hansı səbəbdən bəraət almış şəxsin və onun rəhbərliyi altında eyni tibb mərkəzində işləyən şahid qismində dindirilmiş tibb bacılarının məhkəmə istintaqı zamanı verdikləri ifadələrini mötəbər hesab edərək sübut növü kimi qəbul etdiyini hökmdə əsaslandırmamış, təqsirləndirilən şəxsin müdafiə xarakterli ifadəsini iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə araşdırmamışdır. Məhkəmə şahid qismində dindirilmiş X63un və tibb bacıları Şərqiyyə Məmmədova, Rəhimə Abdullayevanın, Təranə Şəfiyevanın, Ləzifə Xəlilovanın, ibtidai istintaq zamanı verdikləri ifadəni hansı təhdid və təzyiq altında dəyişməsi səbəbini araşdırmadan qeyd edilən xüsusatların həqiqi olması barədə nəticəyə gələrək Təqsirləndirilən şəxs tərəfindən hər hansı peşə səhlənkarlığına, səriştəsizliyə və tibbi pozuntuya yol verilməməsi barədə yekun nəticəyə gəlmişdir. Məhkəmə hansı səbəbdən zərərçəkmiş şəxs Arzu Qurbanlıda müşahidə edilən qusmanın kalipsol dərman preparatının əks təsirindən yaranması və qusuntu kütləsinin tənəffüs yollarına düşərək xəstənin asfiksiyadan ölməsinə səbəb olması barədə təkrar və əlavə komisyon məhkəmə-tibbi ekspertizalarının rəylərini mötəbər hesab etməməsini hökmdə əsaslandırmamışdır. Məhkəmə qeyd edilən ekspertiza rəyləri ilə Arzu Qurbanlının ölümü ilə tibbi pozuntular arasında hər hansı səbəbli əlaqə olmamasına dair nəticə arasında ziddiyyətlərə aydınlıq gətirməmiş, onlara hüquqi qiymət verməmişdir. İş üzrə keçirilmiş əlavə və təkrar komisyon məhkəmə-tibb ekspertizasının rəylərinə tənqidi yanaşan məhkəmə hesab etmişdir ki, göstərilən rəylər qeyri-obyektiv xarakter daşımışdır. Həmçinin, məhkəmə ekspert rəylərini qəbul etməməsinin səbəbini hökmdə əsaslandırmamışdır. Apellyasiya məhkəmə iclasında Dövlət ittihamçısı3 apellyasiya protestini müdafiə edərək, birinci instansiya məhkəmsinin hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1, 320.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə cəza təyin edilməsi və Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə xitam verilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinə məhkəmə istintaqı aparılmaqla baxıb iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək cinayət işinin materiallarını, apellyasiya protesti və apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya protesti qismən təmin edilməli, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(060)4/2018 saylı hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1 və 320.1-ci maddələri ilə təqsirli bilinməsinə dair yeni hökm çıxarılmalıdır. Apelyasiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 25 ildən artıqdır ki, anestezioloq kimi fəaliyyət göstərir və anestezioloq kimi vəzifələrinə əməliyyat aparılacaq xəstələri narkoza hazırlamaq, əməliyyat zamanı həyatı vacib olan orqanların funksiyasını nəzarətdə saxlamaq, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və narkoz dərman preparatlarının dozasını, anesteziyanın aparılma taktikasını müəyyən etmək, əməliyyat zamanı baş verən ağırlaşmaların qarşısını almaq, əməliyyatdan sonra isə həyati vacib olan orqanların funksiyası bərpa olunanadək və xəstəni anesteziyadan çıxanadək nəzarətdə saxlamaqdan ibarədir. Reanimatoloq kimi müxtəlif mənşəli xəstəliklər və travmalar zamanı həyati vacib orqanların fəaliyətinin bərpasını təmin etmək və lazımı reanimasyon tibbi tədbirləri həyata keçirmək, stasionarda xəstənin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik etmək, əlavə müayinə metodlarının zəruriliyini müəyyən etmək və xəstəni stasionarda müayinə edərkən hazırkı vəziyyətini qiymətləndirmək və xəstənin vəziyyətinə uyğun ardıcıllıqla və dəqiqliklə gördüyü işləri qeyd etmək, təyinatlar vermək və apardığı manipulyasiyaların nəticələrini qeyd etməkdən ibarətdir. xx.xx.2016-cı il tarixdə “X78”ndə işdə olarkən həmin mərkəzdə otolarinqoloq (burun-boğaz) həkimi işləyən X16 10:00 radələrində ona «adenoid İİİ dərəcəlı, xroniki dekompensə olunmuş tonzillit» diaqnozu ilə üç yaşlı qız uşağının əməliyyata gətirildiyini, əməliyyatdan əvvəl uşağın qan analizləri verib rentgen və elektrokardioqramma (EKQ) müayinələrindən keçmək üçün göndərdiyini, nəticələri əldə etdikdən sonra ona məlumat verəcəyini bildirmişdir. Saat 11:00 radələrində İlham həkim azyaşlı Arzu Qurbanlının yoxlanılmış analiz cavablarını, müayinə və elektrokardioqramma lentini (EKQ) təqdim edib, kardioloq Mehri Həşimovanın uşağa «periodik olaraq PQRST komplekslərinin itməsi-sinoatrial blokada» diaqnozu olmasına dair rəy verib kardioloqun konsultasiyasını tövsiyə etdiyini bildirmişdir. Təxminən 15 dəqiqədən sonra Mehri xanımın X64 işləyən uşaq kardioloqu Elşən Rzayevlə əlaqə saxlayıb, onunla Arzunun elektrokardioqrammasını müzakirə edib az yaşlı uşaqda ciddi bir şey olmadığı nəticəsinə gəldiklərini bildirdikdə, az yaşlının olduğu 123 №-li palataya gedib uşağı müayinə edərək anasından anamnez toplayıb xəstədə nəzərə çarpan dəyişiklik aşkar etmədikdə, Mehri Həşimova ilə görüşüb onun qoyduğu diaqnozu birgə müzakirə etməklə ondan Elşən həkimin də fikrini soruşmuşdur. Qoyulan diaqnozların onun aparacağı narkoza əks göstəriş olmadığını, əməliyyatın qısa müddətli, ümumi anesteziya ilə aparılacağını, öz bilik və səriştəsini nəzərə alıb əməliyyatı təxirə salmayaraq, onu keçirməyə bir problem olmadığını bildirmişdir. Xəstəni əməliyyata hazırlamaq üçün post şöbəsinin tibb bacısı Şərqiyyə Məmmədovaya azyaşlıya 50 mq kalipsol və 0,5 ml sibazon dərman preparatını vurmağı şifahi şəkildə tapşırmışdır. Arzu Qurbanlı əməliyyata götürülərkən 3 yaş 16 kq çəkisi, hərarəti 36 C dərəcə, huşu aydın, ümumi vəziyyəti kafi, dayaq hərəkəti sistemində patalogiyasız, tənəffüsü sərbəst, dili nəm və təmiz olmuşdur. Əməliyyatda anestezioloq-reanimatoloq kimi özü, cərrah kimi burunboğaz həkimi (otolarinqoloq) İlham Ağayev, anestezist-tibb bacısı Rəhimə Abdullayeva, əməliyyat üzrə tibb bacısı Bənövşə Yadigarova iştirak etmişlər. Əməliyyat saat 12:10-da başlayıb saat 12:55-də başa çatmışdır. Saat 13:50-də ekstubasiya olunub əməliyyatdan sonrakı dövrdə qeyri-adi ağırlaşmalar və kənaraçıxma olmamışdır. Xəstəni reanimasyon palataya köçürülməsinə ehtiyac bilməyib onu adi xəstə kimi 123 №-li ümumi palataya köçürüb sonra öz işi ilə məşğul olmuşdur. Azyaşlıya anası Xəyalə də olmaqla tibb bacısı nəzarət etmişdir. Saat 18:00-dək iki dəfə xəstəni palatasında müayinə etmiş, təxminən 18:00 radələrində uşağın qusması haqqında məlumat almışdır. Eyni zamanda xəstənin hərarəti 38,9 dərəcəyə yüksəlmişdir. “Analgin” “Dimedrol” qarışığı vurmağı Təranə Şəfiyevaya göstəriş vermişdir. Əlavə tədbirlərə ehtiyac görməmişdir. Saat 18:00 radələrində uşaq ayılmışdı, huşu aydın, özü aktiv idi. Hətta süd, maye və qida qəbul etmişdi. Tibb bacıları qida qəbul etməsinin İlham həkimin göstərişi ilə olduğunu bildirmişlər. Uşağın 220 saylı reanimasyon palataya köçürülüb oksigen aparatına və monitora qoşulmasına, qusma əleyhinə təyinat verilməsinə lüzum bilməyib ona hərarətinin düşməsi üçün «Analgin» və «Dimedrol» iynələri təyin etmişdir. Adətən qızdırmalı xəstələrə bu tipli müalicə üsulundan istifadə edirlər. Təxminən 15-20 dəqiqədən sonra palataya gələrkən Arzunun hərarətinin endiyini görüb İlham həkimlə palatanı tərk etmişlər. Təxminən saat 21:10-da klinikadan zəng edərək uşağın halının pisləşdiyini bildirmişlər və o, dərhal klinikaya getmişdir. İlham həkim xəstəxanaya ondan daha yaxın yerdə yaşamasına görə, xəstəxanaya daha tez çatmışdı. Artıq İlham və növbətçi anestezioloq-renanimatoloq Abuzər həkimin reanimasyon tədbirlərə başlayıb onu intubasiya edərək ürəyini masaj etdiyini görmüşdür. O, da dərhal onlara qoşulmuş və uşağa yardım etməyə başlamışdır. Sorucu vasitəsilə azyaşlının bronxlarından mədə möhtəviyyatı çıxartdıqda başa düşmüşdür ki, uşaq qusuntu kütləsinin tənəffüs yollarına düşməsi nəticəsində aspirasiya olub. Təxminən 30 dəqiqə davam edən reanimasyon tədbirlər nəticə verməmiş, saat 21:50-də Arzu Qurbanlıda bioloji ölüm qeydə alınmışdır. O, əlavə olaraq qeyd etdi ki, tibbi təlimata əsasən ümumi narkozla aparılan cərrahi əməliyyyatlardan sonra xəstədə anesteziyanın təsiri qurtaranadək və həyati vacib orqanların fəaliyyəti bərpa olunanadək həkim anestezioloq reanimatoloqun nəzarəti altında olmalıdır. Hər bir anestetik dərman preparatı, eləcə də bütün dərman preaparatları əlavə təsirlər göstərə bilər. Bir çox narkoz preaparatları qusma və bunun nəticəsində tənəffüs yollarının aspirasiyasını törədə bilər. Başqa narkoz preaparatlarından fərqli olaraq kalipsol udlaq-qırtlaq və öskürək reflekslərini pozmadığına görə nəfəs yollarının aspirasiyası ehtimalı kalipsolun qəbulu zamanı ehtimal olunmur. Stasionar xəstənin tibb kartası, stasionarın əsas tibbi sənədi olub hər bir xəstə üçün bütün xəstəxanalarda doldurulur. Baş həkim tərəfindən möhür vurulub təsdiqlənir. Tibb Mərkəzində əməliyyatdan əvvəl və ya əməliyyat zamanı istifadədə tətbiq ediləcək anestetik vasitənin adı, miqdarı tibbi mərkəzin cərrahiyyə şöbəsinin anestezioloji vəsait jurnalında anestezist-tibb bacısı Rəhimə Abdullayeva tərəfindən qeyd edilir. Təlimata əsasən əməliyyatdan əvvəl hər kq çəkiyə 3 mq «Kalipsol» dərman preparatının vurulmasını nəzərə alıb Arzu Qurbanlıya vena daxilinə 50 mq dozada «Kalipsol» dərman preparatı vurmuşdur. Lakin xəstəyə 150 mq-dək kalipsol preparatı vurulmuş olsaydı belə, həmin doza azyaşlının ölümünə səbəb ola bilməzdi. Arzu Qurbanlının əməliyyatı haqqında qeydlər edilən dəftər sonradan Sumqayıt şəhər Prokurorluğunun müstəntiqi Əflatun Hüseynov tərəfindən onların icazələri olmadan götürülmüşdür və bu sənəd müstəntiq tərəfindən götürülən günün səhərisi uşağın atası və yaxınları tərəfindən sosial şəbəkələrdə pozuntu və düzəliş edilmiş şəkildə “İsmayıl həkimin konspekti” adı ilə paylaşılmışdır. O, bunu görən kimi dərhal müstəntiqə zəng etmiş, bu kağızın nə olduğunu və onların əlinə necə düşdüyünü soruşmuşdur. X24 bunun Anestezioloji vəsait jurnalı”nda olduğunu demiş və qeyd etmişdir ki, güya uşağın atası onun xəbəri olmadan bu məlumatları telefonundan öz telefonuna köçürmüşdür. O, bunun yalan və mümkünsüz olduğunu deyərək, ona qəti etirazımı bildirmişdir. Belə ki, istənilən vətəndaş Prokurorluq binasına daxil olduqda üzərində olan mobil telefonlar həmin orqanın saxlancına verilir və idarədən çıxdıqda isə ona təhvil verilir. Sübut olunmamış dəlillərin yayılmasına şərait yaratdığına görə müstəntiqin məsuliyyət daşıdığını ona xatırlatmış və X24 onunla razılaşmış, səhv etdiyini etiraf etmiş və sosial şəbəkələrdə bu məlumatların yığışdırılacağına söz vermişdir. Sonradan zərərçəkmiş tərəfin müxtəlif sosial şəbəkədəki profilindən bu sənəd ictimaiyyətə yayılmışdır. O, azyaşlı Arzu Qurbanlının ölümündə özünü təqsirsiz hesab edir. Belə ki, ekstubasiya sərbəst tənəffüsün bərpa olunmasından sonra borunun nəfəs yolundan çıxarılmasıdır. Uşağın ürəyinə qulaq asmış və küy eşitməmişdir. Əməliyyatın keçirilməsinə cərrah həkim qərar verir, əməliyyat keçirilməsinə bir anestezoloq həkim kimi onun səlahiyyəti yoxdur. «Sino-arterial blokada» çox rast gəlinən xəstəlik deyil. 25 illik həkim fəaliyyətində Arzu Qurbanlı da bütün xəstələr kimi elektrokardioqramma olunmuşdur. Lakin exokardioqramma olunmamışdır. Əməliyyatdan qabaq zondlama olunmamışdır. Onun bütün dedikləri tibbi ədəbiyyatlarda öz əksini tapmışdır. Əgər kəllədaxili təzyiq haqqında istər klinik, istər anamnestik, istərsə də müayinələr əsasında heç bir məlumat yoxdursa, anestezioloq tərəfindən belə araşdırılma aparılmalıdır. Kalipsol udlaq-qırtlaq qusma reflekslərini pozmur. Mədə boş olan zaman xəstə qusmamalı idi. Ağız seliyi də mədədə möhtəviyyat yaradır. Lakin mədə bunu tezliklə on iki barmaq bağırsağa keçirir. Əməliyyatdan sonra zond qoyula bilməz, bu metod kəsik olan boğaz nahiyyəsində əlavə qıcıq vermiş olar. Arzu Qurbanlıya məxsus xəstəlik tarixində onun və Abuzər həkimin qeydləri var, İlham həkimin qeydləri isə lazım olan yerdə yox, ön səhifələrin birində dar, kiçik bir yerdə xırda şriftlərlə, sıxışdırılmış şəkildə yazılmışdır. Bu isə onu göstərir ki, İlham həkim xəstəlik tarixinə sonradan, naməlum şəraitdə qeydlər aparmışdır. Arzu Qurbanlıda anesteoloji ağırlaşma olmamışdır. Xəstədə qusmanın səbəbi əməliyyat olunmuş hissədən ağız boşluğuna yad olan yara ifrazatından və ya tikişlərdən də ola bilər. Ölümün səbəbi dolu mədə sindromudur. Qızdırmanın qusma ilə əlaqəsi yoxdur. Qızdırma orqanizmin əməliyyata olan reaksiyasıdır. Əməliyyat olunmuş xəstələrin böyük əksəriyyətində öyümə-qusma halları baş verir. Xəstənin kəllə daxili təzyiqinin olması ilə bağlı heç bir məlumatı olmamışdır. Xəstənin qanında hepatit olmamışdır. Kalipsolun qaraciyərə mənfi təsiri var. Xəstəlik kartında ardıcıllıqla qeydiyyat aparılır. Oksigen aparatından xəstənin ayrılmasına o qərar verməmişdir. Onda olan məlumatlara görə Arzu Qurbanlı saat 17:50-də yeyib, 18:00 və 21:00-da qaytarıb. Kəllə daxili təzyiqin obyektiv müayinədə əlamətləri olmadığından daha ətraflı araşdırmamış, xəstədə kəllə daxili təzyiqin əlamətlərini görməmişdir. O, kalipsolu daha artıq dozada da vura bilərdi, bu ölümə səbəb ola bilməz. Onun iş vaxtı saat 18:00-da bitir. Etiraf edir ki, qeydlərində uşağın palataya köçürülmə tarixini dəqiq yazmamışdır, çünki həmin vaxt saata baxmamışdı. Xəstə əməliyyat otağından palataya yerləşdirildikdən sonra xəstəyə baxış keçirilir. Arzu Qurbanlı xəstəxanaya saat 10 radələrində gətirilib. Xəstəni İlham həkim qəbul etmişdir. Arzunun əməliyyata götürülməsi haqqında qərarı İlham həkim, yəni cərrah verib. Qərarı xəstəxanada lor şöbəsi olarsa şöbənin həkimləri arasında konsilium qaydasında, olmadıqda isə individual qaydada qəbul edirlər. Cərrahi əməliyyat önü hansı analizlərin keçirilməsinin zəruriliyini müalicə həkimi müəyyən edir. Xəstənin bütün analizlərdən keçməsinə cərrah nəzarət edir. Xəstəlik kartında qeydlər İlham həkim tərəfindən həyata keçirilir. Arzu Qurbanlının xəstəlik kartında bütün məlumatlar tam əksini tapmamışdır. Əməliyyatın rəhbəri cərrahdır. Ürəyində sino-artral blokada müəyyən edilmiş xəstəyə adenotonzillektomiya əməliyyatı əks-göstəriş deyildir. Planlı şəkildə əməliyyat keçirilən xəstəyə zond qoyulması zəruri deyildir. Qusmanın profilaktikasının aparılması siptomatikdir. Xəstəyə 50 milliqram Kalipsol vurulub, lakin xəstəyə hətta 150 milliqram Kalipsol vurulsa idi belə, bu öz təsirini 21:00-a kimi itirməli idi. Əməliyyatdan sonra ekstubasiyanın gecikdirilməsi Ardon preaparatı ilə bağlıdır. Palatada xəstəni Məmmədova Şərqiyyə qəbul edib. O, Arzuya palataya yerləşdirilərkən, arada, qızdırması qalxarkən və düşərkən, ümumilikdə 4 dəfə baş çəkmişdir. Arzu Qurbanlıya yemək verilməsi barədə göstərişi İlham həkim verib. Xəstəyə təxminən əməliyyatdan 4 saat sonra yemək verilib. Arzu təxminən saat 18 radələrində qusmuşdur. Yemək yeməsə idi, öyümə baş verərdi, lakin qusmazdı. Xəstə uşağın mədəsindən qida məhsulları müxtəlif zaman kəsiyində evakuasiya oluna bilərdi, süd məhsulları təxminən 20 dəqiqə ərzində evakuasiya olunur. Bir həkim-anestezioloq kimi onun üzərində işləməli olduğu əsas sənəd xəstəlik kartıdır. O, Rəhimə Abdullayevaya anestezioloji vəsaitlər jurnalında 150 milliqramın 50 milliqramla dəyişdirilməsi barədə heç bir göstəriş verməmişdir. Bu dəyişiklik X24 tərəfindən olunub. Xəstəlik kartında onun və Abuzər həkimin qeydlərindən sonra İlham həkimin qeydləri vardır. Bu isə onun göstəricisidir ki, İlham həkim karta sonradan düzəlişlər etmişdir. Hadisə baş verən gün onun iş vaxtı saat 18:00-da başa çatmış və o, xəstəni növbətçi həkimə təhvil verərək xəstəxananı tərk etmişdir. Arzu Qurbanlının tənəffüs yollarından sorulub çıxarılan möhtəviyyat yemək tərkibli idi. Xəstə əməliyyatdan sonra yedizdirilmişdir. Əməliyyatdan sonra xəstənin yedizdirilməsinə göstəriş vermiş şəxs xəstənin ölümündə təqsirkardır. O, qeyd etdi ki, uşaq yatmış vəziyyətdə olsaydı, həmçinin əməliyyatdan sonra ayılmasaydı yemək yeyə bilməzdi. Xəstənin tənəffüs yollarında aşkar edilən möhnəviyyat bir daha sübut edir ki, xəstə əməliyyatdan sona ayılmış, ona maye şəkilli qida yedizdirilmişdir. Xəstə palataya yerləşdirildikdən bir müddət sonra ayılır. Qiymətləndirmə aparılır. Qiymətləndirmə onunla İlham həkim arasında olub. Qiymətləndirmə barədə qeydlər aparmışdır. Ağırlaşmaların qeydiyyat jurnalı onlarda yoxdur. Ağırlaşma halları xəstəlik kartında qeyd olunur. Ağırlaşma olduğu zaman xəstə intensiv və reanemasiya palatalarına yerləşdirilir. Kalipsol kəllə daxili təzyiqi artırmağa meyillidir. Kalipsolun qramı hər kiloqram çəkiyə və əməliyyatın müddətinə uyğun olaraq təyin olunur. Hər kiloqram çəkiyə 2-3 milliqram uyğundur. Kalipsolun ağrıkəsici və keyidici funksiyaları vardır. 2-3 milliqram yalnız 10-15 dəqiqə müddətinə təsirini saxlayır. Onun üçün də bu miqdar yetərli deyildir. O, Arzu Qurbanlının əməliyyatı zamanı 50 milliqram Kalipsol istifadə etmişdir. “X78” MMC-də anestezioloji şöbə olmadığı üçün şöbə müdiri vəzifəsi də yoxdur və bununla əlaqədar olaraq əməliyyat otağında narkoz aparatların texniki vəziyyətinə o cavabdehdir. Oksigen aparatında heç bir nasazlıq olmamışdır. xx.xx.2016-cı il tarixdə gündüz həkimi kimi işləmişdir. Əməliyyatdan əvvəl xəstə barədə məlumat toplamışdır. Xəstənin müayinələri həkim tərəfindən yoxlanılır. Müayinələr paket şəklində olur. Qanın ümumi analizi, qanın laxtalanması analizləri götürülüb. O, yalnız apardığı anestezoloq işinə cavabdehdir. Exo kardioqrammada əlavə hər hansı bir məlumat əldə edilməyəcəkdi deyə həmin prosedurun aparılmasına etiyac olmamışdır. X17 uşağa yeridib. Xəstəyə onun göstərişi ilə 50 mq kalipsol yeridilib. Əməliyyat təxminən yarım saat çəkib. Xəstə ona yeridilmiş dərmanların təsirindən çıxmasını gözlədikləri üçün əməliyyatdan gec çıxarılmışdır. Əməliyyatdan sonra uşaq özünə gəlmişdir, onunla kontakta girmişdir. Xəstənin kontakta girməyi vacib deyil, əsas reflekslərinin bərpa olunmasıdır. Xəstənin tənəffüsü tam bərpa olunub, gözünü açıb, refleksləri qayıdıb. Sonrakı dövrdə uşaq ayılıb da, su da içib, süd də içib. Bütün şahidlər bunu görüb. Hətta zərərçəkmiş Arzu Qurbanlının atası Sənan Qurbanlı hadisə günü, yəni xx.xx.2016-cı il tarixdə telekanallardan birinə verdiyi müsahibəsində «Uşaq əməliyyatdan ayılırdı, gözün açıb baxırdı, bir də yumurdu. Saat 4-də bir də gözünü açıb-yumanda bir az süd veriblər, bir də rostişka veriblər» barədə məlumat vermişdir. O, qeyd etdi ki, həmin müsahibənin lentə alındığı videogörüntülərdə uşağın valideyni Sənan Qurbanlı da hadisə günü uşağın qida qəbul etməsini təsdiq etmişdir. O, xəstəni əməliyyatdan çıxaranda gəlmiş, göstərişlər vermişdir. Ümumilikdə 4 dəfə xəstəyə baş çəkmişdir. Digər əməliyyatlarda iştirak edərkən belə o, əməliyyat otağından çıxıb xəstələrinə nəzarət edə bilir, çünki, onun köməkçisi var, həm də xəstəyə monitorla nəzarət edir. Ona görə də əməliyyat otağından qısa müddətə çıxa bilir. Xəstənin ölümünə səbəb boğazda aparılan əməliyyatda öyümə və mədədən çıxan möhtəviyyat olmuşdur. İyun ayından dekabr ayına kimi müstəntiqə etiraz etməməyinin səbəbi o zamana kimi ədalətli istintaqın aparıldığına inanmağı olmuşdur. Apelyasiya məhkəməsində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 2010-cu ildə X35 ilə ailə qurmuşlar. Rəsmi nikahlarından xx.xx.2012-ci ildə Xədicə, xx.xx.2013-cü ildə Arzu adlı iki qızları doğulmuşdur. 3 yaşınadək Arzunu tibbi müayinələrdən keçirtsələr də, ürəyini yoxlatmamışlar. Hadisədən bir müddət əvvəl Arzunun ağzı açıq, xoruldamaqla narahat yatdığından narahat olub 2016-cı ilin iyun ayının əvvəllərində onu Sumqayıt şəhərində yerləşən “X78”ndə işləyən burun-boğaz həkimi X27 müayinəsinə aparmışlar. Həkim rentgen müayinəsini aparıb onda burun-boğaz nahiyəsində artıq ət hissəsi olmaqla nəfəs yollarını tutub qulağına çirk yığıldığını deyərək, artıq ətin əməliyyat yolu ilə götürülməsini məsləhət bilmişdir. Həmin əməliyyatın keçirilməsinə qərar verdikdən sonra əri Sənan xx.xx.2016-cı ildə İlham həkimlə əlaqə saxladıqdan sonra xx.xx.2016-cı il tarixdə saat 10:00 radələrində Arzunu “X78”nə İlham həkimin yanına müayinə üçün aparmışlar. İlham həkim Arzunun burun-boğazını təkrar müayinə edib ona «adenoid İİİ dərəcə, xroniki dekompensə olunmuş tonzillit» diaqnozu qoyaraq, burun-boğaz nahiyəsində olan artıq ətin kəsilməsini növbəti dəfə məsləhət görmüşdür. Xidmət ödənişli olduğundan tibb mərkəzinin xəzinəsinə 300 manat köçürdükdən sonra qızının adına stasionar xəstənin tibbi kartı açılaraq, Mərkəzin 123 №-li palatasına yerləşdirilib rentgen müayinəsindən keçirilərək qan nümunələri götürülüb ürəyi EKQ edilmişdir. Elektrokardioqrammaya (EKQ) rəy yazan həmin mərkəzin həkimkardioloqu X57 aritmiyanın olduğunu müəyyən edib bu vəziyyətdə uşağın əməliyyat oluna bilməyəcəyini, EKQ-nin cavabını dəqiqləşdirmək üçün mütləq əlavə müayinə və həkim konsultasiyasına ehtiyac olduğunu, həmin müayinəni aparan həkimin səhər işdə olacağını deyib əməliyyata tələsməməyi, uşaqda ürək qüsurunun olmasına dair İsmayıl həkimə də dediyini söyləmişdir. Az sonra İlham həkim palataya gəlib Mehri həkimlə danışıb onun qoyduğu diaqnozla tanış olaraq Arzunun kardioqramma şəklini “Whatsapp” proqramı vasitəsilə “X78”ndə işləyib exokardioqramma etməyi bacaran Elşən həkimə göndərib müzakirə etdiyini, Elşən həkimin Arzuda ciddi problem görmədiyini, Mehri həkimin qoyduğu diaqnozun əməliyyata əks göstəriş olmadığını söyləmişdir. Eşitdiklərindən narahat olub əməliyyatı təxirə salıb uşağın ətraflı müayinə edilərək əməliyyatın aparılması məsələsini həll etməyi təklif etmişdir. İlham həkim getdikdən sonra həkim anestezioloqreanimatoloq Təqsirləndirilən şəxs palataya gəlib kardioloq Mehri Həşimovanın yazdığı diaqnozla tanış olmuş, həmin diaqnozu İlham və Elşən həkimlə müzakirə edib qoyulan diaqnozun onun aparacağı əməliyyata mənfi təsir etməyəcəyini, belə uşaqları çox əməliyyat etdiyini, həmin uşaqlarda istər əməliyyat zamanı, istərsə də əməliyyatdan sonra problem yaranmayacağını deyib Arzu barədə suallar verib cavab alaraq getmişdir. Saat 12 radələrində tibb mərkəzinin Şərqiyyə adlı tibb bacısı palataya gəlib digər tibb işçisi Rəhimənin yanında Arzunun sol dirsək venasından əlində iki müxtəlif ölçüdə dolu şprisdəki məhlulu yeritmişdir. Bundan dərhal sonra Arzu yatmışdır. Tibb bacısı onu qucağına götürüb əməliyyat otağına aparmışdır. Saat 13:00-da X76 əməliyyat otağından çıxıb əməliyyatın yaxşı keçdiyini, uşağın hazırda anestezioloq İsmayıl həkimin nəzarətində olmaqla 10-15 dəqiqədən sonra palataya gətirəcəklərini bildirmişdir. Həmin müddət keçsə də, uşağın gətirilmədiyini görüb tibb bacısı Şərqiyyədən və İlham həkimdən Arzunu soruşmuş, onlar narahat olmamağını bildirmişlər. Təxminən bir saata yaxın dəhlizdə gözləmiş, saat 14:00-da tibb bacıları qızı Arzunu xərəkdə palataya gətirsələr də, qızının huşu özünə gəlməmişdi, çağıranda cavab verib kontakta girmirdi, narkozdan ayılmamışdı, rəngi də ağarmışdı. İlham həkim Arzuya hər dəfə baş çəkərkən ondan əməliyyatdan xeyli vaxt keçsə də Arzunun nə üçün narkozdan ayılmadığını, huşsuz olduğunu soruşduğu zaman o, Arzunun narkozdan ayılmasına nəzarət etməli olan İsmayıl həkimə məlumat verdiyini, İsmayıl həkimin isə əməliyyatdan sonra xəstələrdə bu kimi halların normal olmasını və gəlib uşağa baxacağını vəd etdiyini bildirmişdir. Buna baxmayaraq, saat 18dək İsmayıl həkim palataya gəlməmiş, qızını müayinə edib vəziyyəti ilə maraqlanmamış, onun etdiyi şikayət və narazılıqlara belə əhəmiyyət verməmişdir. Saat 17 radələrindən sonra Arzunun vəziyyəti daha da pisləşməyə başlamışdır. Saat 18 radələrində Arzu qusaraq hərarəti qalxıb 39 C dərəcəyə çatmışdır. İsmayıl həkim yenə qızını müayinə etməmişdir. O, əri Sənana zəng edib Arzunun vəziyyəti barədə məlumat verib səs-küy salaraq, həkim çağırılmasını tələb etdikdə, tibb bacısı Təranə İsmayıl həkimin yanına gedib qayıdaraq İsmayıl həkimin əməliyyatdan sonra xəstənin qusub hərarətinin yüksəlməsinin normal olduğunu bildirib hərarətinin düşməsi üçün «Analgin» və «Dimedrol» təyin etdiyini deyib şprisdə hazır gətirdiyi məhlul halında dərmanları Arzunun venasına yeritdi. Buna baxmayaraq uşağın vəziyyəti düzəlməmiş, növbəyə gələn həkim anestezioloq-reanimatoloq Abuzər Qurbanov palataya gələrək uşağın vəziyyətini görüb onu dərhal tibb mərkəzinin 220 saylı reanimasyon palatasına köçürərək onun ayaqlarına, başına, qoltuqaltı nahiyələrinə soyuq dəsmal qoyub oksigen aparatına və monitora qoşmuş, bundan sonra Arzunun hərarəti və ürək döyüntüləri enib rəngi özünə gəlməyə başlamışdır. Az sonra İlham həkim palataya gəlib İsmayıl həkimin uşağı müayinə edibetmədiyini soruşmuşdur. İsmayıl həkim əməliyyatdan sonra ümumiyyətlə uşaqla maraqlanmamışdır. Hətta, qızı qusub vəziyyəti ağırlaşanda belə onu müayinə etmədən «Analqin» və «Dimedrol» iynəsi vurulmasına şifahi tapşırıq verəndə o, gedib İsmayıl həkimi palataya gətirmişdir. İsmayıl həkim Arzuya diqqət edib onun vəziyyətinin əməliyyatdan sonrakı dövrə uyğun olduğunu deyib ərinə uşağın vəziyyəti barədə yalnış məlumat verdiyinə iradını bildirib palatada təxminən 10 dəqiqə dayanmış, Arzunun vəziyyətinin yaxşılaşmağa doğru gedib hərarətinin 37,7 C dərəcəyə, ürək döyüntülərinin 158-ə düşdüyünü görüb, uşağın huşunun özünə gəlməməsinə əhəmiyyət verməyib getmişdir. Həkimlər getdikdən sonra tibb bacısı Rəhimə uşağın vəziyyətinin artıq normallaşdığını, İsmayıl həkimin gedərkən onu oksigen aparatından ayırmağı tapşırdığını və oksigenin artıq kifayət etdiyini deyərək qızını aparatlardan ayırmışdır. Saat 20:45-də Arzunun vəziyyəti yenidən pisləşmiş, qusaraq onda tənəffüs çatışmamazlığı yaranmış, qeyri-iradi hərəkətlər etməyə başlamışdır. Abuzər həkim onu oksigen aparatına qoşub müxtəlif dərman preparatları vursa da təsiri olmamışdır. Bundan sonra İlham və İsmayıl həkim gələrək Abuzər həkimə qoşulub birlikdə Arzuya tibbi yardımı davam etdirsələr də təxminən 30 dəqiqədən sonra İlham həkim palatadan çıxıb uşağın həyatını xilas edə bilmədiklərini demişdir. O, əlavə olaraq bildirdi ki, anestezioloq-renanimatoloq İsmayıl həkim Arzunu əməliyyatdan çıxarıb palataya keçirdikdən sonra onun narkozdan ayılmasını təmin etməyib, uşağa miqdarından artıq dozada kalipsol vurmuş, qusmasının qarşısını almaq üçün tədbirlər görməyib, etinasızlıq və laqeydlilik göstərib əməliyyatdan sonra Arzunu palatayada müayinə etməmiş, onu nəzarətdən kənar qoymuşdur. Nəticədə uşağın təkrar qusması qusuntu kütləsi tənəffüs yollarına düşərək aspirasiyasına səbəb olmuşdur. Elşən həkimə kardioqrammanın şəklini “Whatsapp” proqramı vasitəsilə Mehri xanım göndərmişdir. İsmayıl həkim də əməliyyat olunmasında heç bir problem olmadığını demişdir. Əməliyyat bitdikdən sonra Arzunun 15-20 dəqiqəyə palataya keçiriləcəyini söyləsələr də, uşaq 1 saatdan sonra palataya köçürülmüşdür. Palataya südü tibb bacısı Təranə gətirmişdir. Növbətçi X63 qızını reanimasyon palataya yerləşdirmişdir. İlham həkim və İsmayıl həkim ona keçirdiyi narahatçılıqla əlaqədar irad tutmuşlar. Apelyasiya baxışı zamanı verilən suallarla əlaqadər zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs bildirdi ki, əməliyyat olan gün uşaq səhər yedizdirilib xəstəxanaya gətirilmişdir. Uşaq ilk dəfə təxminən 06 radələrində, ikinci dəfə isə 9 radələrində qusmuşdur. Həkimlərdən heç biri hər hansı bir tədbir görməmişlər. Təqsirləndirilən şəxs bir dəfə də olsun Arzunun palatasına gəlməmiş, onu müayinə etməmişdir. Uşaq əməliyyatdan sonra ayılmamışdı, hərəkətsiz idi. Həkimlər isə onun bu vəziyyətinə əsəblərinin sakit olduğunu, ona görə də yatdığını deyirdilər. O, uşağının ölümündə təqsirkar şəxsin Təqsirləndirilən şəxs olmasını bilir və onun cəzalandırılmasını xahiş edir. Apelyasiya məhkəməsində şahid qismində dindirilmiş X50 birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 2016-cı ilin iyun ayının ortalarında Qurbanlı Sənan və arvadı Zərərçəkmiş şəxs ona müraciət edib azyaşlı qızı Arzunun ildə 5-6 dəfə “anqina” olmasından, getdikcə tənəffüsünün çətinləşməsindən şikayət etmişlər. O, Arzu Qurbanlının qulaq, burun və boğazını vizual müayinə edib onu burun-udlaq rentgenoqrafiyasına göndərmiş, rentgen müayinəsinə görə Arzuda udlaq badamcığının 3-cü dərəcəli hipertrofik olması müəyyən edilib damaq badamcıqları ilə yanaşı udlaq badamcığının da xaric edilməsi ilə götürülməsinə göstəriş olduğunu desə də, bu barədə seçimi valideynlərin üzərinə həvalə etmişdir. xx.xx.2016-cı il tarixdə azyaşlının atası Sənan onunla telefon əlaqəsi saxlayıb Arzunu əməliyyata gətirmək istədiklərini söylədikdə o, səhər uşağı klinikaya gətirməyi, müayinələrdən keçdikdən sonra qərar verəcəklərini bildirmişdir. xx.xx.2016-cı il tarixdə azyaşlı valideynləri ilə birlikdə səhər saat 10:00 radələrində tibb mərkəzinə onun yanına gəlmiş, azyaşlını yenə müayinə edib onda damaq və udlaq badamcıqlarının İİİ dərəcəli hipertrofiyası, dekompensə olunmuş xroniki tonzillit olduğunu müəyyən edib əməliyyata göstəriş olduğunu bir daha onlara izah etmişdir. Klinikada xidmət ödənişli olduğundan, valideynlər tibbi mərkəzin xəzinəsinə ödəniş etdikdən sonra Arzu Qurbanlının adına 482 saylı tibbi karta açılaraq o, xəstənin klinikanın 123 №-li palatasında yerləşdirilib əməliyyat qabağı müayinələrdən keçmək üçün göndərişlər vermişdir. Arzu tibb mərkəzində EKQ edilərək qan və sidik analizləri vermiş, kardioqrammaya rəy verən həkim kardioloq X58 sinus ritmi, aritmik, periodik olaraq PQRST komplekslərinin itməsi, sinoatrial blokada diaqnozu qoyaraq, ona uşaq kardioloqun konsultasiyasını tövsiyə etmişdir. Qoyulan diaqnozu əməliyyatda iştirak edəcək tibb mərkəzinin həkim anestezioloq-reanimatoloqu Təqsirləndirilən şəxs göstərmiş, sonuncu diaqnoza baxıb Arzunun yatdığı palataya gedərək, anası Xəyalə xanımdan qızı Arzu barəsində anamnez toplamış, bundan sonra uşaqda ciddi şey olmadığını, əslində dəfələrlə bundan ağır xəstələrin əməliyyatını apardığını demişdir. Arzuda ürəklə bağlı problemin olduğunu bilib anasına demişdir ki, ola bilsin əməliyyat təxirə salınıb uşaq kardioloji müayinədən keçdikdən sonra nəticəsindən asılı olaraq İsmayıl həkimlə müzakirə edib qərar qəbul edərlər. Azyaşlının anası onun fikri ilə razılaşmışdır. Diaqnozu dəqiqləşdirmək üçün Tibb Mərkəzində işləyən uşaq kardioloqu Elşən Rzayevlə telefon vasitəsilə əlaqə yaradıb harada olduğunu, Arzunu onun yanına göndərmək istədiyini bildirdikdə, işdə olmadığını söyləmişdir. Bundan sonra Mehri həkimin Arzuya qoyduğu “sinoatrial blokada” diaqnozu ilə azyaşlını əməliyyata götürülməsinin nə dərəcədə düzgün olduğunu soruşarkən, Elşən həkim təkrar müayinə aparılıb həkim konsultasiyası keçirilməsini məsləhət görmüşdür. “Whatsapp” proqramı vasitəsi ilə Arzunun kardioqrammasını Elşən həkimə göndərmiş, Elşən həkim göndərilən elektrokardioqramma görüntülərinə görə Arzuda «sinoatrial blokada» deyil «sinus aritmiyası»nı gördüyünü, buna baxmayaraq uşağın kardioloji müayinədən keçməklə kardioloq tərəfindən müayinə edilməsini məsləhət bilmişdir. İsmayıl həkimə bildirmişdir ki, X57 EKQ lentinə əsasən “sinoatrial blokada”, kardioloq Elşən Rzayev isə «sinus aritmiyası»nın olduğunu deyib əməliyyatı təxirə salmaqla diaqnozun dəqiqləşdirilməsi üçün əlavə müayinələrin lazım olduğunu bildirmişdir. İsmayıl həkimə xəstəlik tarixini və kardioqrammanın nəticəsini təqdim edərək əlavə müayinə və konsultasiya tövsiyə olunduğundan əməliyyatın təxirə salınmasını demişdir. İsmayıl həkim müayinələrin nəticələrinə baxıb Arzuda ciddi problem olmadığını, belə uşaqları çox əməliyyata götürdüyünü, Arzuya qoyulmuş istər «sinoatrial blokada» istər «sinus aritmiyası» keçirəcəyi əməliyyata əks göstəriş olmadığını, ona görə əməliyyatın başqa tarixə keçirilməsinə ehtiyac bilmədiyini, əməliyyat cəmi 20-25 dəqiqə çəkdiyindən heç bir problemin olmayacağını deyib əməliyyata hazırlaşmağı tapşırdı. Anestezioloq-reanimatoloq aparılan cərrahi əməliyyatlarda xəstənin həyati vacib orqanlarının dəstəklənməsinə məsuliyyət daşığından, İsmayıl həkim isə qoyulan diaqnozun azyaşlının həyatına əməliyyat zamanı və ya ondan sonra heç bir təhlükə yaratmacağını israrla bildirdiyindən onun fikri ilə razılaşmışdır. İsmayıl həkim Arzunu əməliyyata hazırlamağı tibb bacısı Şərqiyyəyə tapşırıb ona ağ kağızda təyinat yazmış, əməliyyat saat 12:30-da başlamış, əməliyyat öncəsi Arzunun çəkisi 16 kq, hərarəti 36C dərəcə, huşu aydın, ümumi vəziyyəti kafi, dayaq hərəkəti sistemində patalogiyasız, tənəffüsü sərbəst, tənəffüs hərəkətlərinin sayı 24, ürək tonları aydın, A/T 100/50, dili nəm və təmiz olmuşdur. Əməliyyatda özü, anestezioloq-reanimatoloq kimi İsmayıl həkim, cərrahiyyə tibb bacısı Bənövşə Yadigarova, anestezist-tibb bacısı Rəhimə Abdullayeva iştirak etmişlər. Əməliyyat saat 12:55-də qurtarıb xəstəni anestezioloqun nəzarətinə verib əməliyyat otağını tərk edib uşağın anasına əməliyyatın normal keçib uşağı 10-15 dəqiqədən sonra palataya keçirəcəklərini bildirmişdir. Həmin müddət keçdikdə uşağın anası ona yaxınlaşaraq, qızının nə üçün palataya köçürülmədiyini soruşmuş, o uşağın anestezioloqun nəzarətində olduğunu, 5-10 dəqiqədən sonra palataya gətiriləcəyini söyləmişdir. Arzu saat 14 radələrində ekstubasiyadan sonra tibb bacılarının vasitəsi ilə 123 №-li palataya keçirildi. Arzu palataya gətiriləndən bir neçə dəqiqə sonra ona baş çəkmiş, anası qızının hərəkətsiz olub ətrafa reaksiya görsətməməsindən şikayətlənmişdi. O, İsmayıl həkimin yanına gedib bu barədə ona məlumat verməklə X73nı müayinə etməyi xahiş etmişdir. Bundan sonra saat 17:30 radələrinədək bir neçə dəfə Arzunu müayinə edib ona baş çəkmiş, hər dəfə uşağın anası Xəyalə yanında olub, azyaşlı bu müddətdə eyni vəziyyətdə, sağçiyin üzərində uzanıqlı hərəkətsiz olub, onu adı ilə çağırsa da, qanaxmanın olmadığına əmin olmaq üçün boğazına baxarkən belə uşaqda ətrafa reaksiyanın olmadığını görüb xəstəlik tarixində qeydiyyat aparmaqla İsmayıl həkimə xəstənin bu vəziyyəti barədə bir neçə dəfə məlumat verib azyaşlını müayinə etməsini xahiş etmişdir. O, da hər dəfə, boğaz əməliyyatının xeyli sadə olduğunu, narkozdan sonra belə halların baş verə biləcəyini, bilik və təcrübəsinə görə uşaqda ciddi bir şey görmədiyini, hər an uşağı vəziyyətdən çıxara biləcəyini deyib narahat olmamağını və uşağı müayinə edəcəyini vəd etmişdir. Xəyalə saat 17 radələrində yenə də Arzunun narkozdan ayılmadığından şikayət etdikdə ona demişdir ki, uşağın narkozdan ayılmasına İsmayıl həkim cavabdehdir. Xəyalə bildirmişdir ki, hər dəfə deyirsiz amma İsmayıl həkim gəlib baxmır. İş saatı bitib evə getməzdən əvvəl İsmayıl həkimə yenə uşağın vəziyyəti və ananın narahatçılığı barədə məlumat vermiş, uşağa baxmasını xahiş etmişdir ki, növbəni təhvil verib evə gedə bilsin. İsmayıl həkim isə uşağın vəziyyətindən xəbəri olduğunu, əməliyyatdan sonra xəstələrdə belə halların baş verdiyini söyləmişdir. Saat 18 radələrində evə getmiş, yolda olarkən uşağın atası Sənan telefon əlaqəsi saxlayıb “uşaq qusub Siz ordasız?” soruşmuşdur. O, iş vaxtının qurtardığı üçün orada olmadığını desə də Arzunun qusduğunu eşidib dərhal klinikaya qayıdaraq saat 18:20-də oraya çatmışdır. Azyaşlı artıq növbədə olan Abuzər həkimin göstərişinə əsasən 220 №-li reanimasyon palataya köçürülmüşdü. Palataya daxil olarkən uşağın anası orada olmaqla ağlamış, uşaq uzanmaqla rəngi avazımış, ürək döyüntüləri çox olmaqla çətin nəfəs alıb hərarəti yüksək olmuş, o pulsoksimetrə (oksigen apparatı) qoşulmuşdur, tibb bacıları uşağın az əvvəl qusduğunu, bundan sonra hərarətinin 39 C dərəcəyədək yüksəlib bu vəziyyətə düşdüyünü bildirmişlər. Tibb bacılarından və uşağın anası Xəyalədən İsmayıl həkimin həmin vaxtadək uşağa heç baxmadığını öyrənib sonuncunu klinikada tapıb palataya gətirmişdir. Palatada olarkən İsmayıl həkimdən Arzunun vəziyyətini soruşmuş, o, narahatçılığa əsas olmadığını, narkozdan sonra bu kimi halların baş verə biləcəyini, xırda şeydən ötrü ananın səs-küy salıb üstəlik atasını da narahat etməyə ehtiyac olmadığını deyib irad bildirmişdir. Arzunun oksigen aparatına qoşulub ona hərarətsalıcı iynə vurulub vəziyyətinin artıq yaxşılığa doğru getdiyini gördükdən sonra, təxminən 10 dəqiqə palatada olub İsmayıl həkimlə birlikdə evə getmişdir. Palatanı tərk etdikdən sonra təklikdə İsmayıl həkimdən yenə Arzuda hər hansı ciddi problemin olub-olmadığını soruşaraq “nə edək ki, uşağı vəziyyətdən çıxardaq, çox narahatam” dedikdə İsmayıl həkim xəstədə ciddi bir şey olmadığını, narkozdan sonra uşaqların qusub hərarətinin yüksəlməsinin normal hal hesab edildiyini bildirib, xəstənin vəziyyətinin normallaşacağını söyləmişdir. Onlar hələ 220 №-li palatada olarkən İsmayıl həkimin göstərişinə əsasən Arzu oksigen aparatından ayrılmışdı. Saat 21:00-da zəng edib Arzunun vəziyyətinin yenidən ağırlaşdığını bildirdikdə dərhal klinikaya qayıdıb saat 21:15də oraya çatmışdır. Bu vaxt Arzu huşsuz, dəri örtüyü avazımış, hərarəti 37,5 C olub qeyliiradi hərəkətlər etdiyini növbədə olan Abuzər həkimin və digər tibbi personalın reanimasyon tədbirlərə başlayıb ürəyini masaj edib ona süni nəfəs verdiklərini görmüşdür. Uşağın nə üçün bu vəziyyətə düşməsini soruşduqda tibb bacıları uşağın təkrar qusub vəziyyətinin pisləşdiyini demişlər. Az sonra İsmayıl həkim də gəlmiş, onlar tibb işçilərinə qoşulub bütün reanimasyon tədbirləri həyata keçirmələrinə baxmayaraq, Arzunun həyatını xilas etmək mümkün olmamış, saat 21:50-də onda bioloji ölüm baş vermişdir. İlham Ağayev əlavə olaraq qeyd etdi ki, Arzu Qurbanlının əməliyatına yekun qərarı İsmayıl həkim verib. O, xəstənin ürəyində problem olması ilə bağlı İsmayıl həkimə məlumat vermişdi, lakin İsmayıl həkim verilmiş diaqnozun əməliyyat keçirilməsinə əks göstəriş olmadığını bildirib əməliyyat keçirmək qərarı vermişdir. O, xəstənin ürək problemləri ilə bağlı əməliyyatın bir gün sonraya təxirə salınmasını istəmiş, lakin İsmayıl həkim əməliyyatın həmin gün olunmasına qərar vermişdir. Ürəklə bağlı həyati vacib orqanlara görə və ümumiyyətlə planlı əməliyyatlarla bağlı son qərarı anestezioloqreanitamoloq verir, təcili əməliyyatlar da isə son qərarı cərrah verir. X73 exokordioqramma olunmamışdır. Xəstənin refleksləri tam bərpa olunduqdan sonra əməliyyatdan çıxarılır. İsmayıl həkim xəstənin vəziyyətinin normal olduğunu bildirdiyi üçün o, evə getmişdir. O, çıxıb gedənə kimi uşaq ayılmamışdı. Anestezioloqun işi xəstə tam ayıldıqdan sonra bitir. Qızdırmanın olması, nəfəsalmanın çətinləşməsi barədə anestezioloqa məlumat verilməlidir. Qızdırmanın və qusmanın səbəbi “Kalipsol” ola bilər. Arzuya nə qədər dərman vurulması ilə əlaqədar məlumatı yoxdur. Klinikaya qayıtdığı zaman artıq Arzu reanimasyon palataya keçirilmişdi. Xəstənin oksigen aparatından ayrılmasına İsmayıl həkim qərar vermişdir. Xəstənin vəziyyətinə əməliyyatdan sonra, həmçinin sağalana qədər cərrah məsuliyyət daşıyır, lakin cərrah xəstə ayıldıqdan sonra xəstəni təhvil alır və sadəcə xəstənin yarasına görə məsuliyyət daşıyır. Arzu Qurbanlı ilə bağlı vəziyyətdə isə xəstə ona təhvil verilmədiyi üçün, yəni ayılmadığı üçün onun cavabdehliyinə keçməmişdir. Anestezioloq anestezioloji dərman preparatanın təsiri bitənə qədər məsuliyyət daşıyır. Dərman vasitələrinin uçot jurnalını müstəntiq ona klinikada göstərib, prokurorluqda isə imza edib jurnalı və video görüntüləri təhvil almışdır. Apelyasiya məhkəməsində şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, 2003-2004-cü illərdən Sumqayıt şəhər xəstəxanasında və “X78” MMC-də anestezist tibb bacısı işləyir. Reanimasyon palatadakı xəstələrə nəzarət edir, dərmanların sərfiyyatı barədə baş tibb bacısına məlumat verir. Əməliyyat zamanı həkimin təyin etdiyi dərmanları hazırlayıb xəstəyə yeridir. Xəstəni əməliyyat otağında təhvil alır, xəstə analizləri verib cavablarını aldıqdan sonra əməliyyata hazırlanır. xx.xx.2016-cı il tarixdə ona məlumat vermişlər ki, lor əməliyyatı vardır. Əməliyyatdan əvvəl xəstəyə iynəni digər tibbi bacısı Şərqiyyə Məmmədova palatada vurub gətirmişdi ki, əməliyyat otağında qorxub əməliyyatın gedişinə mane olmasın. X28 təxmini saat 13 radələrində əməliyyata götürmüşlər. X76 əməliyyata başlamış və əməliyyat bitəndən sonra ayılma komandası verilmişdir. Xəstənin ağzında trubkanı çıxardandan sonra xəstə sərbəst nəfəs alırdı və sözlərə reaksiya verirdi. Palataya təhvil verib ordan çıxmışdır. Təxminən saat 16-17 arası palatanın qarşısından keçərkən palataya baxanda uşağın ögümək istədiyini görmüş, kömək etmiş və həmin vaxt uşaq qaytarmışdır. Həddindən çox qaytardığına görə uşağın anasının üstü də batmışdı. Uşaq təmiz süd qaytarmışdı, heç bir qan yox idi. Həmin vaxt sanitarda işləyən Süngül xanımı çağırıb uşağın və ananın paltarını dəyişməyi xahiş etmiş, ana ilə biyerdə uşağın paltarını dəyişmiş, Təranə xanımı çağıraraq uşağı ona təhvil vermişdir. Apelyasiya məhkəməsində şahid qismində dindirilmiş X13 göstərdi ki, 2011-ci ildən “X78” MMC-də anestezist tibb bacısı işləyir. xx.xx.2016-cı il tarixdə onu qəbul şöbəsinə çağırmış, həmin vaxt post tibb bacısı kimi fəaliyyət göstərmişdir. xx.xx.2018-ci il tarixdə səhər saatlarında Arzu Qurbanlı klinikaya daxil olmuş, konsultasiya olmuş və əməliyyata girmişdir. Həkim Təqsirləndirilən şəxs göstərişinə əsasən 0,5 ml sibazon və 50 mq kalipsol məhlulunu xəstəyə yeritdikdən sonra aparıb uşağı Rəhiməyə təhvil vermişdir. Əməliyyatdan sonra Rəhimə xanım, Ruhəngiz xanım və İsmayıl həkim uşağı palataya təhvil vermişdir. Əməliyyatdan sonra o, xəstənin yanında olmuş və xəstə onun göstərişlərinə cavab vermişdir. Adekvat reaksiya verirdi. Vəziyyəti normal idi. Uşaq ayılmış vəziyyətdə olmuşdur.Təxmini 1 saatdan sonra uşağı tibb bacısı Təranə xanıma təhvil vermiş, tez-tez uşağa baş çəkmiş, tibb bacısı Təranə Şəfiyevadan məlumat almışdır ki, İlham həkimin göstərişinə əsasən uşağın mayesini içizdirmişdir. Axşam tərəfi palataya gələndə uşağa baş çəkmiş, həmin vaxt uşaq ağlamışdır. Axşam evə getməzdən qabaq yenidən uşağa baş çəkib xəstəxanadan getmiş və səhər işə gələndə bilmişdir ki, Arzu Qurbanlı rəhmətə gedib. O, əlavə olaraq bildirdi ki, Arzu Qurbanlının ölümü ilə bağlı 3 dəfə müstəntiq tərəfindən prokurorluğa dəvət edilib dindirilmiş, istintaqda uşağın ayılmaması barədə ifadə verməmişdir. Birinci dəfə sərbəst ifadə vermiş və oxuyaraq ifadəsini imza etmişdir. İkinci dəfə müstəntiq tərəfindən çağırlarkən sonuncu ona ifadəsində müəyyən düzəlişlər etdiyini və ona görə ifadəni ikinci dəfə imza etməyi bildirmişdir. Həmin vaxt eynəyi üstündə olmadığından müstəntiqn ona təqdim etdiyi ifadəni oxuya bilməmiş və həmin ifadəni oxumadan imzalamaq məcburiyyətində qalmışdır.Üçüncü dəfə prokurorluğa çağırılanda üç saatdan artıq prokurorluqda gözləmiş, İsmayıl həkim gəldikdən sonra isə müstəntiq tərəfindən otaqdan çıxarılmış, daha sonra ona ifadə təqdim edərək ifadəsini oxumağa icazə verməyərək ona imzalatmışdır. Düşdüyü şərait onda qorxu və həyəcan yaratmış və qeyri-ixtiyari olaraq müstəntiqin sözlərinə inanıb ifadəsini oxumadan imza etmişdir. İstintaqda verdiyi ifadəsi məhkəmədə ona elan olunduqda, müstəntiqin onun dediklərinin tam əksini yazdığının şahidi olmuşdur. O, həmçinin bildirdi ki, xəstələrə vurulan dərman preparatının dozasını həkim seçir və İsmayıl həkimin təyinatına uyğun Arzu Qurbanlıya 50 mq kalipsol dərman preparatı vurmuşdur. O, xəstəyə 150 mq kalipsol dərman preparatı vurması barədə ifadə verməmişdir. Uşaq ayılana qədər uşağa nəzarət etmiş, uşaq ayılandan sonra artıq nəzarət etməmişdir. Ondan sonra tibb bacısı Təranə xanım nəzarət etmişdir. Apelyasiya məhkəməsində şahid qismində dindirilmiş X29 ifadəsində göstərdi ki, “X78” MMC-də tibb bacısı işləyir. Əməliyyat olunandan sonra xəstələrə qulluq edir. xx.xx.2016-cı il tarixdə X73 əməliyyat olunmuş və həmin tarixdə tibb bacısı kimi 123 saylı palatada fəaliyyət götərmiş və X73ya nəzarət etmişdir. Xəstəyə süd verilməsini İlham həkim tapşırmışdı. Bu tapşırığa əsasən o südü gətirmiş və anasının köməkliyi ilə 1-2 qurtum uşağa içizdirmişlər. Arada qızdırması olub. Qızdırma barədə həkimə məlumat vermiş, qızdırması salınmışdır. Lakin axşam saat 9 radələrində uşağı halı birdən pisləşmiş və bioloji ölüm baş vermişdir. O, əlavə olaraq bildirdi ki, Arzu Qurbanlının ölüm faktı ilə əlaqədar X24 tərəfindən iki dəfə prokurorluğa dəvət edilmişdir. Birinci dəfə müstəntiqin çağırışına getdikdə ifadəsini özü yazmış və oxuyaraq imzalamışdır. İkinci dəfə müstəntiq tərəfindən istintaqa çağrılan zaman istintaqda onu gözlətmiş, sonradan özü yazılmış ifadə gətirib ona imzalatdımış, müstəntiq ona öz ifadəsinin olduğunu bildirmiş, müstəntiqin dürüstlüyünə inanıb ifadəsini imzalamışdır. Arzu Qurbanlının yedizdirilməsi ilə bağlı qeyd etdi ki, xəstəyə yemək vermək barədə göstərişi İlham həkim vermiş və təyinata uyğun olaraq xəstəyə süd içizdirmişdir. Uşaq qaytaranda yanında olmamış, qaytaranda isə gedib köməklik göstərib, paltarını dəyişmişdir. Süd qarışıq azca maye kimi qan ləkələri olan qusuntu olmuşur. Apelyasiya məhkəməsində şahid qismində dindirilmiş X35 ifadəsində göstərdi ki, hadisə olmamışdan 20 gün qabaq uşağı İlham həkimin yanına aparmış, İlham həkim uşağa baxaraq uşağın vəziyyətinin yaxşı olmadığını, əməliyyat olmasa, uşağın bu vəziyyətinin gələcəkdə sağlamlığında problemlər yarada biləcəyini bildirmişdir. Evə gətirəndən bir neçə gün sonra uşaq yenə xəstələnmiş, uşağı həkimə aparmaq qərarına gəlmişdir. İlham həkimə zəng edəndə növbəti gün uşağı xəstəxanaya gətirməyi demişdir. İlham həkim əməliyyat olunmasını məsləhət görərək, əməliyyatdan sonra uşağın istər xəstəxanada qala biləcəyini, istərsə də evə gedə biləcəyini bildirmişdir. Xəstəxanada ödəniş etdikdən sonra təxmini saat 1-ə işləmiş uşağı əməliyyata aparmış, xəstəxanada qalmağına icazə olmadığı üçün işə çıxıb getmişdir. Saat 1 tamamda yoldaşına zəng edərək uşağını vəziyyətini soruşduqda hələ də uşağın əməliyyatdan çıxmadığını bildirmiş, İlham həkimə zəng edəndə ona öz işini gördüyünü, uşağı narkoz həkimə verdiyini bildirmişdir. Özü orada olmasa da, tez-tez yoldaşı ilə əlaqə saxlamış, yoldaşı uşağın süst, uzanıqlı vəziyyətdə olduğunu demiş, İlham həkimə zəng etdikdə isə uşağın vəziyyətinin elə olmalı olduğunu, ayılmamalı olmasını, ayılsa da iynə vurub yatızdırılacağını bildirmişdir. Həkimdən uşağa gedib baş çəkdiyini soruşanda gedib baş çəkdiyini bildirmişdir. Təxmini saat 5-də yenə uşaqdan yaxşı xəbər ala bilməmiş, yenidən İlham həkimə zəng etmiş, həkim ona uşağın artıq ayılmalı olması, uşağa süd verməyi tapşırmasını demişdir. Sonradan yoldaşı ilə əlaqə saxlayanda uşağının halının pisləşdiyindən məlumatı olmuşdur. İlham həkimə zəng etdikdə o yenidən xəstəxanaya getsə də, sonradan həm anestezioloq, həm də əməliyyat həkiminin uşağı qoyub getdiyindən məlumatı olmuşdur. Uşağın texmini saat 9 radələrində halı yenidən pisləşmış, sonradan artıq uşağın ölüm xəbərini almışdır. Birinci instansiya məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, 1978-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi fakültəsini bitirib 1982-ci ildən 2005-ci ilədək Sumqayıt şəhəri Onkoloji Dispanserdə həkim anestezioloq-reanimatoloq işləmişdir. 1 ildən çoxdur ki, Sumqayıt şəhərində yerləşən “X78”ndə anestezioloq-reanimatoloq vəzifəsində işləyir, iş vaxtı saat 09:00-dan saat 18:00-dək dir. Şöbə üzrə növbətçi olarkən iş vaxtı saat 18:00-dan növbəti gün saat 09:00dək olur. Hadisə baş verən gün səhər tezdən işə gəlmişdi. Arzu Qurbanlının nə ilə bağlı əməliyyat olunduğu ilə maraqlanmışdır. Təxminən saat 11 radələri olardı, Arzu Qurbanlı sakit şəkildə yatmışdı. Lor otağından soruşduqda bildirmişlər ki, uşaq boğazından əməliyyat olunacaq. Əməliyyat qurtardıqdan sonra xəstəni xərəkdə palataya aparmışlar. Uşaq oyanmışdı və ətraf ilə kontakta girirdi. Xəstənin üzünə toxunanda reaksiya verirdi. Qənbərov təcrübəli həkimdir, özü nəzarət edirdi. Saat 6-da növbəni o qəbul etmiş, bu zaman ona bildirmişlər ki, Arzu Qurbanlının qızdırması vardır. Xəstənin reanimasiyaya keçirilməsi və oksigen aparatına qoşulması barədə göstəriş vermişdir. Həmin vaxtı uşaq tam ayılmışdı və kontakta sərbəst şəkildə girirdi. Saat 21 radələrində uşaq qusmuş, özü uşağın ağız boşluğunu təmizləmişdir. 10-15 dəqiqə sonra uşağın nəbzi zəifləmiş və halı pisləşmişdir. Buna görə bütün həkimləri xəstənin yanına çağırmışdır. Axşama kimi tibbi tədbirlər görmüş, xəstənin ürəyini masaj etmiş, 20-25 dəqiqə sonra uşağın nəfəs yollarını sorucu aparatla təmizləmişdir. Lakin, ölümün qarşısını almaq mümkün olmamışdır. İbtidai istintaq zamanı dindirilmiş X22 məhkəmədə verdiyi ifadədən fərqli olaraq müstəntiq tərəfindən verilən "xəstənin əməliyyatdan 55 dəqiqə sonra ekstubasiya olunması nəyi göstərir?" sualına cavab olaraq göstərmişdir ki, bu xəstəyə vuralan narkoz preparatı olan "Kalipsol"un dərman dozasının artıq vurulmasından yaranmışdır. Bundan başqa, müstəntiqin "dediyinizə görə növbəni saat 18.00-da qəbul edib xəstəyə tibbi yardım göstərdikdən sonra Arzu Qurbanlnın tibbi kartında əməliyyatdan sonra İsmayıl həkim tərəfindən xəstənin vəziyyəti barədə qeydiyyat aparılıb təyinat verilmədiyini qeyd edirsiniz, lakin Arzu Qurbanlının tibbi kartında X76in 3 dəfə onu müayinə etdiyini, saat 16-da və 17.30-da müayinə edərkən Arzu Qurbanlının hüşunun aydın olmayıb kontakta girmədiyini qeyd etmişdir, Təqsirləndirilən şəxs isə saat 13.00-da, 15.00-da, 17.15-də və 17.50-də onu müayinə etməsinə dair qeydlər etməklə saat 17.15-də xəstəyə analqin və dimedrol iynələri vurulmasına dair təyinat verdiyi qeyd edilmişdir. Bundan başqa, "Arzunun adına tərtib edilmiş 482 nömrəli stosionar X32n görürünr ki, X76 saat 16.00 və 17.30-da xəstəni müayinə edərkən onun huşunun aydın olmaması, kontakta girmədiyini və bu barədə anestizioloqa məlumat verdiyini qeyd etmişdir. Bundan 20 dəqiqə sonra (saat 17.50-də) xəstəni müayinə edən anestizioloq-reanimotoloq Təqsirləndirilən şəxs isə xəstənin halının kafi olub, tənəffüıünün təmin edici, nəbzinin bir dəqiqədə 130 vurduğunu, bədən hərarətinin 37 dərəcə və süd və maye qəbul etməsini qeyd etimşdir, bundan on dəqiqə sonra isə (saat 18.00-da) siz Arzu Qurbanlını müayinə edərkən xəstənin kontakta girmədiyini, xəstənin hərarətinin 38 dərəcə olduğunu qeyd etmisiniz. Arzu Qurbanlının cəmi 30 dəqiqə ərzində 3 dəfə bir vəziyyətdən digər vəziyyətə düşməsi nə dərəcədə əsaslıdır" sualına huşu aydın olmayan və kontakta girməyən xəstənin on dəqiqədən bir vəziyyətinin dəyişməsi qeyri mümkündür, kontakta girməmə o deməkdir ki, çağırışa cavab vermir, komandaları yerinə yetirmir, ətraf mühitə reaksiyası yoxdur. Bu da qısa müddət ərzində bərpa edilə bilməz. Kontakta girməyən xəstənin maye və qida qəbul etməsi qeyri mümkündür" cavabını vermişdir. X5 qeyd etdi ki, xəstənin əməliyyatdan 55 dəqiqə sonra ekstubasiya olunması xəstəyə vuralan narkoz preparatı olan "Kalipsol"un dərman dozasının artıq vurulmasından yarana bilməz. Bundan başqa, o saat 18.00-da növbəni Təqsirləndirilən şəxs bir başa təhvil almışdır. Arzu Qurbanlının tibbi kartında X76in onu 3 dəfə müayinə etməsi xəstəlik tarixində yox idi. Əksinə Təqsirləndirilən şəxs xəstəni 4 dəfə müayinə etməsi xəstəlik tarixində öz əksini tapmışdı. Bundan başqa, növbəni qəbul edərkən Arzu Qurbanlının huşu özündə olmuşdur. O, kontakta girirdi, çağırışa cavab verirdi, komandaları yerinə yetirirdi və ətraf mühitə reaksiyası var idi. Əlavə olaraq X5 onu da qeyd etmişdir ki, ona əməliyyat otağında Arzu Qurbanlı üzərində keçirilən əməliyyat zamanı video görüntülər təqdim edilmiş və o görüntülərə də baxmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. Birini instansiya məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X51 ifadəsində göstərmişdir ki, 2002-ci ildə Tibb Universitetini bitirmişdir, müxtəlif klinikalarda və xəstəxanalarda işləmişdir, 2015-ci ilin dekabr ayından isə X64 həkim-kordioloq işləyir. xx.xx.2016-cı il tarixdə işdə olmamışdır. Ümumiyyətlə işə gəlməmişdir. Həmin günü Mehri Həşimova və lor cərrah İlham Ağayev mobil telefonun “Whatsapp” proqramı vasitəsilə ona Arzu Qurbanlının əməliyyat öncə çəkilmiş elektorokardioqramma müayinəsinin şəkilini göndərmişlər. İlham həkim təqdim edilmiş lentlə əlaqədar uşaqda patalogiyanın olubolmamasını soruşmuş, o Arzuda «sinoatrial blokada» deyil «sinus aritmiyası»na şübhə olduğunu bildirmişdir. Bu xəstəlik anadan gəlmə ürək qüsurlarında özünü göstərir və diaqnozu dəqiqləşdirilmək üçün exokardioqrafiya, holter monitorinq və elektrofizioloji müayinəsi zəruridir. “Whatsapp” proqramı vasitəsilə xəstəni kardioloji müayinə etmək və ya vəziyyəti ilə bağlı rəy vermək mümkün deyil. O, həmin lentin şəkillərinə görə rəy deyil, öz şəxsi fikrini söyləsə də yenə xəstənin kardioloji müayinə olunaraq konsultasiyasını tövsiyə etmişdir. xx.xx.2016-cı il tarixdə Mehri və İlhamla danışmışdır, İsmayıl həkimlə isə danışmamışdır. Buna ehtiyac da olmamışdır. «Sinoartral blokada» özü cərrahi əməliyyatla müalicə olunur və bu zaman da uşağa narkoz verilir. Cərrahi əməliyyatlar «sinoatrial blokada» ilə keçirilir. Bu əməliyyatlar narkoz altında aparılır. «Sinoatrial blokada»da narkoz əks-göstəriş deyildir. O, ibtidai istintaq zamanı verdiyi ifadədə “narkoz vermək olmaz” deməmişdir, bu anestezioloqun işidir. O, anestiezoloqun işinə müdaxilə edə bilməz. “Sinoartral blokada”sı olan xəstənin klinik əlamətləri olmalıdır. Anamnezdə bir sıra əlamətlər olmalıdır ki, bu diaqnoz qoyula bilsin. Birinci instansiya məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X36 ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxtı "X78” MMC-də həkim kardioloq işləmişdir. Hazırda “Azərkimya” İstehsalat Birliyində çalışır. İxtisası üzrə ona təqdim olunan kardioqrammalara rəy bildirir. Arzu Qurbanlının kardioqrammasına da o rəy bildirmişdir. Arzu Qurbanlının kardioqrammasını Elşən Rzayevə “whatsapp” proqramı ilə o göndərmişdir. Həmin gün rəfiqəsi də klinikada əməliyyat olunmuşdu, rəfiqəsinə baş çəkməyə gedərkən Arzu Qurbanlının anasını görmüş, Arzunun detallı müayinəyə ehtiyacı olduğunu bildirmişdir. Sinoatrial blokadanı kardioqrammada görmüşdür, Arzu Qurbanlı kardioqramma olunub. Əvvəlcə xəstə kardioqramma olunur, daha sonra o rəy verir. Həmin gün ismayıl həkimlə ünsiyyətdə olmamışdır. xx.xx.2016-cı il tarixdə Arzu Qurbanlının anasına həmin gün əməliyyatın baş tutmayacağını demişdi. İsmayıl həkim xəstəyə özü baxacağını və qərar verəcəyini bildirmişdir. Birini instansiya məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X37 ifadəsində göstərmişdir ki, 2007-ci ildən “X78” MMC-də post tibb bacısı işləyir. Təhsili də tibb bacısıdır. Səhər 8:30-da növbəti gün saat 08:30-dək işdə olur. xx.xx.2016-cı il tarixdə Arzu Qurbanlını bir dəfə anası ilə dəhlizdə görmüşdür. Palatalar tibb bacıları arasında bölüşdürüldüyündən Arzu Qurbanlı onun xəstəsi olmayıb. Axşam nə xəstəni, nə də xəstənin valideyinlərini görməyib. Onlarla heç bir danışıq etməmiş və ünsiyyətləri olmamışdır. Sadəcə olaraq xəstənin səsini eşidib, halının pis olduğunu başa düşüb Abuzər həkimi çağırıb. X61 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, o məhkəmə istintaqı zamanı Arzu Qurbanlının valideyinləri ilə təmasda olmadığını bildirdiyi halda, ibtidai istintaq zamanı müstəntiqin verdiyi suala cavab olaraq qeyd etmişdir ki, Arzunun anası ağlayıb uşağın narkozdan ayılmadığını, qusub halsız olmaqla hərarətinin qalxdığını, uşağına heç bir kömək göstərilmədiyini deyib ağladığının şahidi olmuşdur. Bu ziddiyyətli ifadələrin nəyə görə yaranması soruşulduqda şahid qeyd etmişdir ki, o istintaq zamanı belə bir ifadə verməmişdir. Bu müstəntiqin onun adından yazdığı ifadədir. Yadına gəlir ki, müstəntiq onu bir neçə dəfə prokurorluğa çağırmış, əvvəlki ifadədə hərif səhvi olduğunu deyib yenisinə imza etdirmişdir. Bir şahid kimi məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Birinci instansiya məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X38 ifadəsində göstərmişdir ki, “X78” MMC-də baş tibb bacısı işləyir. O, dərmanların, tibbi ləvazimatların alınması, saxlanılması, bölüşdürülməsi, klinikada gigiyenik qaydalara və əməkdaşlar arasında etik davranış qaydalarına əməl olunmasına nəzarət edir və sadaladığı vəzifələri yerinə yetirərkən qeydiyyatın aparılması üçün dəftərlər tutur. Dəftərlər qaytanlanır, baş həkim və baş tibb bacısı tərəfindən imzalanır və möhürlənir. Dərmanları baş həkimin göstərişinə əsasən mədaxil edir. Əməliyyat zamanı istifadə olunan dərmanların qeydiyyatı jurnalı cərrahi blokda olur. Anestezioloji vəsait jurnalı köməkçi, narkotik- psixotrop maddələrin qeydiyyatı jurnalı əsasdır və ona tabedir. xx.xx.2016-cı il tarixdə səhər tezdən tibb bacılarının ümumi kursunda olmuşdur, bunun üçün rəhbərlikdən icazə alıb səhər tezdən işə getməmişdir. Kurs bitəndən sonra təxminən saat 15 radələrində klinikaya qayıtmışdır. Həmin gün Arzu Qurbanlının əməliyyatı üçün istifadə olunmuş dərmanların miqdarı yadında deyildir. Cərrahi blokda olan anestezioloji vəsait jurnalında xəstəyə vurulan dərmanların miqdarını, o cümlədən kalipsolunda miqdarını anestezist tibb bacısı qeyd edir. Həmin gün də anestezist tibb bacısı Abdullayevə Rəhimə idi. Məmmədova Şərqiyyə də anestezist tibb bacısıdır. Hər gün istifadə olunan dərmanları tələbnamə şəklində yazıb təqdim edirlər. Nə qədər dərman lazım olduğunu tibb bacısı özü qeyd edir. Dərmanları ümumi şəkildə götürürlər. Həmin gün o kursda olduğu üçün Arzu Qurbanlının əməliyyatı üçün dərmanları tibb bacıları ehtiyatlarından istifadə ediblər. Tibb bacıları ondan ən azı 5 flakon kalipsol götürə bilərlər ki, kalipsolun bir flakonu da 10 ml tutur. Ondan, yəni baş tibb bacısından başqasının dərmanları bölüşdürmək səlahiyyəti yoxdur. Anestezioloji vəsait jurnalında düzəliş görməmişdir. O, jurnalda pozuntu görsə idi bu barədə Abdullayeva Rəhimə ilə danışardı. Anestezioloji vəsait jurnalında pozuntunu ilk dəfə prokurorluğda görmüşdür. Həkimlərin anestezioloji vəsait jurnalına müdaxilə etmək kimi səlahiyyətləri yoxdur. X41 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, o məhkəmə istintaqı zamanı anestezioloji vəsait jurnalında pozuntunu ilk dəfə prokurorluqda gördüyünü, onu kimin etməsini bilmədiyini bildirsə də, ibtidai istintaq zamanı müstəntiqin suallarına cavab verərkən bu pozuntunun Rəhimə tərəfindən edildiyini güman etdiyini, ona bu barədə iradlar etdiyini, Rəhimənin də öz növbəsində "lazım bilib etmişəm" kimi cavab verməsini və sairə kimi bildirmişdir. Bu ziddiyyətli ifadələrin nəyə görə yaranması soruşulduqda şahid qeyd etmişdir ki, o istintaq zamanı belə bir ifadə verməmişdir. Bu müstəntiqin onun adından yazdığı ifadədir. Yadına gəlir ki, müstəntiq onu bir neçə dəfə prokurorluğa çağırmış, əvvəlki ifadədə hərif səhvi olduğunu deyib yenisinə imza etdirmişdir. Lakin, yeni ifadəsini oxumağa imkan verməmişdir. Həmçinin qeyd edir ki, o prokurorluğa qış aylarında çağırılmış, həmin vaxtı əynində palto da olmuş, prokurorluğa ifadə vermək üçün anası ilə də getmişdi. anası da təsdiq edə bilər ki, ifadəni qış aylarında vermişdir, lakin ifadəsindən görünür ki, o guya avqust ayında prokurorluğa çağırılmış və ifadəsi həmin vaxtı alınmışdır. Bir şahid kimi ibtidai istintaq zamanı verdiyi ifadəni inkar edir, ona görə ki, həmin ifadə müstəntiq tərəfindən təhrif olunmuş ifadədir, o, Rəhimə Abdullayevaya irad bildirməmişdir. Məhkəmə istintaqı zamanı verdiyi ifadəsini isə təsdiq edir. Birinci instansiya məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdən “Real Tibb Mərkəzi” MMC-də həkim– laborant işləyir. X53 şəkər, Hepotit C, Hepotit B, qanın ümumi analizi, qan laxtalanması analizləri götürülmüşdür. Laboratoriyaya xəstəni qəbul edən həkimin adından xəstənin hansı analizləri verəcəyi barədə sənəd verilir. Təyinatı müalicə həkimi İlham həkim deyir. Birinci instansiya məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X39 ifadəsində göstərdi ki, 1996-cı il tarixdən Sumqayıt şəhər Uşaq Xəstəxanasında, 2016-cı ilin mart ayından Sumqayıt şəhərində yerləşən X64 növbətçi həkim-neonatoloq işləyir. xx.xx.2016-cı il tarixdə Tibb Mərkəzində növbədə olub saat 21 radələrində həkim otağına doğru gedərkən 220 №-li palatanın qarşısında tibb bacılarının ora-bura qaçdıqlarını görüb nə baş verdiyini bilmək üçün həmin palataya daxil olmuşdur. Növbətçi anestezioloqreanimatoloq Abuzər Qurbanovu, tibb bacıları Təranə Şəfiyeva və Rəhimə Abdullayevanı və Xəyalə xanımı görmüşdür. Anestezioloq xəstəyə kömək edirdi. Uşaq huşsuz, dəri örtüyünü avazımış, ürək və tənəffüsü tək-tək vurub zəif eşidilirdi. Sonra Təqsirləndirilən şəxs və digər həkimlər gəldiyi üçün o, palatanı tərk etmişdir. Sonra eşitmişdir ki, X73 vəfat edib. Xəstəni 21 radələrində görmüşdü, ölümcül vəziyyətdə idi. Narkozdan ayılıbayılmaması barədə heç nə deyə bilmir, bundan tam məlumatsızdır. Birinci instansiya məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, 13 ildir ki, cərrahiyyə tibb bacısı kimi fəaliyyət göstərir. 2005-ci ildən Sumqayıt şəhərində yerləşən “X78”nin cərrahiyyə şöbəsində tibb bacısı vəzifəsində işləyir. xx.xx.2016-cı il tarixdə növbədə olarkən Arzu Qurbanlını saat 12:00-da əməliyyat stolunda görmüşdür. Əməliyyatda ondan başqa anestizist tibb bacısı Rəhimə Abdullayeva, cərrah İlham Ağayev, anestizioloq-reanimatoloq Təqsirləndirilən şəxs iştirak etmişlər. Əməliyyat uğurla bitmiş və bundan sonra o, alətləri götürüb sterilizasiyaya aparmışdır. Həmin vaxt Arzu əməliyyat stolu üzərində olmaqla ekstubasiya olunmamışdı. Onun oturduğu otaq əməliyyat otağı ilə üz-üzə olduğundan xəstə palataya köçürülərkən kənardan görmüşdür. Ekstubasiya olunaraq sərbəst tənəffüslə aparıldı. Saat 22 radələrində xəstənin öldüyü xəbərini eşitmişdir. Əməliyyat bitdikdən yarım saat sonra otaqdan çıxmışdır, əməliyyat zamanı İlham həkimə kömək etmişdir. Xəstə süni tənəffüs aparatından ayrılmışdı. O, özü Arzu Qurbanlı ilə təmasda olmamışdır. xx.xx.2016-cı il tarixdə işdə olmadığı üçün X24un ilk dəfə anestezioloji vəsait jurnalına baxış keçirməyinin şahidi olmamışdır. Belə əməliyyatlar zamanı xəstəni palataya təxminən yarım və ya 1 saata köçürürlər. Xəstənin tənəffüsü bərpa olunmasa ekstubasiya olunmur. Anestezioloji vəsait jurnalı əməliyyat otağının qarşısındakı otağda stolun üzərində olur. Anestezioloji vəsait jurnalını X24 götürdü. Həmin gün o, və anestezist tibb bacısı Şərqiyyə Məmmədova növbədə olmuşlar. xx.xx.2016-cı il tarixdə müstəntiq gəlmiş və ondan jurnalların yerini soruşmuşdur. Jurnalı götürüb aparmaq istəyərkən müstəntiqə demişdir ki, icazəsiz hara aparırsınız jurnalı, cavabında prokurorluğun müstəntiqi olduğunu, istədiyi vaxt istədiyini apara biləcəyini söyləmişdir. Anestezioloji vəsait jurnalında düzəlişin olub-olmaması barədə məlumatı yoxdur. Anestezioloji vəsait jurnalında qeydləri o aparmamışdır. Jurnalın qaytarılması haqqında məlumatı yoxdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2016-cı il tarixli 82 №-li rəyindən görünür ki, 2013-cü il təvəllüdlü mərhum X21 ölümünə səbəb tənəffüs yollarının qusuntu kütləsi ilə tutulması nəticəsində asfiksiya olmuşdur. Müayinə zamanı onun tənəffüs yollarında açıq qəhvəyimtil-bozumtul rəngli möhtəviyyat vardır ki, bu da müayinə zamanı onun mədəsində aşkar edilmiş möhtəviyyatla eyni cinslidir və tərkibini horra şəkilli qida qalıqları təşkil edir ki, bu da onun ölümünə səbəb ola bilərdi. İş materiallarında olan komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2016-cı il tarixli 334/KEŞ saylı rəyindən görünür ki, «anestezioloji dərman preparatının artıq dozada vena daxilinə yeridilməsi ilə əlaqədar gecikmiş anestezioloji ağırlaşma baş vermişdir ki, bu səbəbdən qusma sindromu yaranmış və aspirasiya ilə nəticələnmişdir. Rəyə əsasən, əməliyyatdan sonra xəstəyə dinamik tibbi nəzarət anestezioloq tərəfindən tam şəkildə düzgün təşkil olunsaydı, yaranmış ağırlaşmanın qarşısının alınması imkanı ola bilərdi. Bununla da yaranmış gecikmiş anestezioloji ağırlaşma ilə baş vermiş ölüm arasında səbəbli əlaqənin olması inkar edilmir». İş materiallarında olan təkrar komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2017-ci il tarixli T 13/2017 saylı rəyindən görünür ki, azyaşlı Arzu Qurbanlı əməliyyat qabağı tibbi müayinələrdən tam keçirilməmiş, kəllədaxili təzyiqi tam qiymətləndirilməmiş, sino-atrial blokada diaqnozu müəyyən edilsə də, əməliyyat təxirə salınmamış, hipersalivasiyaqusmanın erkən və sonrakı profilaktikası aparılmalı olduğu halda, aparılmamış, mədə zondlanmalı olduğu halda zondlanmamış, xəstəyə normadan artıq hesab edilməklə 150 mq «kalipsol» dərmanı vurulmuş və bu əməliyyatın başa çatmasından sonra baş vermiş aspirasion asfiksiyanın səbəbi olmuşdur. Odur ki, Arzu Qurbanlının ölümünə səbəb olmuş gecikmiş anestezioloji ağırlaşma nəticəsində baş vermiş qusma ilə ölüm arasında birbaşa səbəbli əlaqə vardır. İş materiallarında olan təkrar komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2018-ci il tarixli T12/2018 saylı rəyindən görünür ki, mədənin zondlanması zərurəti, travmaların və sinoatrial blokadalar zamanı «Kalipsoldan» istifadə edilməsinin əks göstəriş olması, xəstənin əməliyyətdan qabaq geniş müayinələrdən keçirilməsi zəruriliyi, qusmanın, ürəkbulanmanın «Kalipsolun» ağırlaşması kimi qiymətləndirilməsi, «kalipsolun» tənəffüs yollarının müdafiəedici udlaq-qırtlaq reflekslərini zəiflətməsi, ləngitməsi və azaltması, «Kalipsolun» qara ciyərdə hepatit əlamətlərinin yaranmasına səbəb olması göstərilmişdir. Ekspertizanın rəyinə əsasən həkim-anestezioloq Təqsirləndirilən şəxs tərəfindən yol verilən bu pozuntular ilə Arzu Qurbanlının ölümü arasında birbaşa səbəbli əlaqə vardır. İş materiallarında olan xx xxxx 2016-cı il tarixli könüllü təqdim etmə və götürülmə haqqında protokola əsasən «Anestezioloji vəsait jurnalı həmin tarixdə saat 11-55-də «X62» götürülmüşdür. İş materiallarında olan xx xxxx 2016-cı il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, X24 tərəfindən X76in iştirakı ilə Sumqayıt şəhər prokurorluğunun binasında həmin jurnala baxış keçirilmiş və rəqəm pozuntuları aşkar edilmişdir. «Anestezioloji vəsait jurnalı»-na keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, jurnalda xx xxxx 2016-cı il tarixinə qədər «X64» aparılmış cərrahi əməliyyatlar barədə müvafiq qeydiyyatlar həmin jurnalda öz əksini tapmışdır. İş materiallarında olan sənədlərin texniki ekspertizasının xx xxxx 2016-cı il tarixli 14931 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 1 ədəd «anestezioloji vəsait jurnalı»-nın 72-ci səhifəsindəki xx.xx.2016-cı il tarix göstəricinin altında olan «Kalipsol» sözündən sonra gələn «50» rəqəminin yerində əvvəlcə «100» rəqəmi olmuş, sonradan isə ikinci «0» rəqəmini «5» rəqəminə dəyişdirilərək, «150» rəqəmi edilmiş, daha sonra isə «1» rəqəminin üstündən ağardıcı maddə çəkilərək, indiki «50» rəqəminə dəyişdirilmişdir. İş materiallarında olan xəttşünaslıq ekspertizasının xx xxxxxx 2016-cı il il tarixli 15916 saylı rəyindən görünür ki, «Real tibb klinikası»-nın cərrahiyyə şöbəsindən götürülmüş «Anestezioloji vəsait jurnalı»-nın 71-72-ci vərəqələrinin 493 sıra nömrəsi qarşısındakı «Kalipsol 50 mq» yazılarında olan «5» rəqəmi tədqiqi hissənin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan, həmin rəqəmin X10 tərəfindən, Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmaması haqqında rəy vermək mümkün deyil. İş materiallarında olan olan xx xxxx 2016-cı il tarixli könüllü təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, 2 ədəd «DVR» qurğusu «X62» xx xxxx 2016-cı il tarixdə saat 13-15-də götürülmüşdür. İş materiallarında olan istintaq orqanının xx xxxx 2016-cı il tarixli qərarı ilə təyin edilmiş məhkəmə-kompüter texniki ekspertizasının xx xxxxxx 2016-cı il tarixli 15895 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «DVR» tipli cihazların maqnit-informasiya daşıyıcısında xx.xx.2016-cı il tarixə aid görüntüləri əks etdirən videofayllar müəyyən olunmamışdır. İş materiallarında olan apelyasiya məhkəməsinin sorğusuna əsasən Sumqayıt şəhər prokurorluğunun müstəntiqi Əflatun Hüseynov tərəfindən məhkəməyə təqdim edilmiş xəstə X21 adına açılmış 482 nömrəli «X54»na baxış keçirilmiş və baxış zamanı Anesteziyanın protokolundan müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixdə Arzu Qurbanlıya sol dirsək venası punksiya olunaraq 150 ml fizioloji məhlul ilə sistem qoşulmuşdur: narkozun müddəti 25 dəqiqə, narkozun növü ümumi olmuşdur. A/T 80/40, nəbz 118, premedikasiya –sibazon 0,5 ml, kalipsol 50 mq, arduan 1 mq. Əməliyyatın gedişi fəsadsız olub. Refleksləri bərpa olunub, AT 85/40, nəbz 116. Həmçinin, tibbi kartada əks olunmuş anestizioloqun xəritəsindəki qrafikdən müəyyən olunur ki, Arzu Qurbanlıya vurulan narkozun tərkibi 150 ml fizioloji məhlul olmaqla 0,5 ml sibazon, 50 mq kalipsol, 1 mq arduan dərman preperatından ibarət olmuşdur. Qeyd edilən sənəd həkim Təqsirləndirilən şəxs imzası ilə təsdiq edilmişdir. Bundan başqa, xəstə Arzu Qurbanlya məxsus 482 nömrəli Tibbi Kartada hər hansı düzəliş, sonradan əlavə və ya qaralama müəyyən edilməmişdir. Kartada əks olunmuş həkim Təqsirləndirilən şəxs məxsus qrafada xx.xx.2016-cı il tarixdə saat 13:00, 15:00, 17:15, 17:50 radələrində qeydlər təsvir olunmuşdur. 13:00-da həkim Təqsirləndirilən şəxs tərəfindən xəstəlik tarixində – «əməliyyat qurtardıqdan sonra xəstə ekstubasiya olunaraq palataya gətirildi,huşu narkoz depressiyasına uyğun, tənəffüs spontan adekvatdır, ağ ciyərlərdə sərtləşmiş tənəffüs eşidilir, Ps-ritmik, 1 dəqiqədə 122 vurur,,müalicə davam etdirilir» qeydiyyatı aparılmışdır. 15:00-da həkim Təqsirləndirilən şəxs tərəfindən xəstəlik tarixində «halı kafidir, huşuaydındır, boğazında ağrıdan şikayət edir, tənəffüs sərbəst-təminedicidir, hemodinamika stabildir, qanaxma müşahidə olunmur, nəzarət davam etdilir» qeydiyyatı aparılmışdır. 17:15-də həkim Təqsirləndirilən şəxs tərəfindən xəstəlik tarixində «xəstəyə təkrar baxış zamanı bədən hərarəti 38,9 C-dir, tənəffüs nisbətən tezləşib, nəbz 1dəqiqədə 152 surur, bir qədər narahatdır, təyin edildi- analqin 50%-0,7 ml, dimedrol 1% -0,3 mlverildi» qeydiyyatı aparılmışdır. 17:50-də həkim Təqsirləndirilən şəxs tərəfindən xəstəlik tarixində «xəstənin halı kafidir, bədən hərarəti 37,2 C-dir, temperatura enib, tənəffüs sərbəst, təminedicidir, nəbzi 1 dəqiqədə 130 vurur, qanaxma əlamətləri yoxdur, süd və maye qəbul edib» qeydiyyatı aparılmışdır. X63 tərəfindən 482 nömrəli «X54»na edilmiş qeydlər xx.xx.2016-cı il tarixdə saat 18:00 və 21:00 radələrinə təsadüf edir və həmin qeydlər bir-birinə çox yaxın, sıxışdırılmış vəziyyətdə və xüsusilə kiçik həcmdə yazılışdan ibarətdir. 18:00-da X63 tərəfindən xəstəlik tarixində «uşaq yatır, tənəffüsü sərbəstdir, təminedicidir, SPO2-98-dir, dinamik nəzarətdədir, kontakta girmir, sakitdir, təyinata əməl olunur, temperatur 38C -dir» qeydiyyatı aparılmışdır. 21:00-da X63 tərəfindən xəstəlik tarixində «xəstə uşaq qusur, qeyri-iradi hərəkətlər edir, cəld ağız boşluğu təmizləndi, tənəffüs yollarını sakasiya edərək tənəffüsünü təmin etmək üçün intubasiya olunaraq süni tənəffüsə keçirildi, təyin edildi-deksametazon 4 mq v/d, atropin 0,4-0,3 v/d, çay sodası məhlulu 4-5q v/d. Şöbə müdiri və baş həkimə məlumat verildi və həkimlərin birgə səyi ilə ürəyin qapalı masajı və süni sektulyasiya daxil olmaqla reanimasiya tədbirləri davam etdilir» qeydiyyatı aparılmışdır. 21:20-də həkim Təqsirləndirilən şəxs tərəfindən xəstəlik tarixində «baxış zamanı xəstənin halı çox ağırdır Huşsuzdur, Dəri örtüyü kəskin avazayıb. Tənəffüs STA ilədir. Ürək tonları eşidilmir. Nəbz yuxu arteriyası üzərində əllənmir. Bəbəklər d=s tam genəlib. Azetleksiya qeyd olunur. Vena daxilinə adrenalin 0,1%-0,5 ml, kalsium-xlorid 10% -3 ml, deksametazon 4 mq edildi. Eyni zamanda ürəyin qapalı massajı aparıldı. Traxeya sanasiya edildi Xeyli qusuntu möhtəviyyatı xaric edildi. Aparılan tədbirlərə baxmayaraq yaxşılaşma olmadı. Təkrar adrenalin 0,1%-0,3 ml fizioloji məhlul 5 ml, atropin 0,1%-0,5 ml daxil edildi. Süni tənəffüs və ürəyin qapalı masajı davam etdirildi. Lakin tədbirlərə baxmayaraq saat 21:50-də ölüm qeydə alındı. Ölümün əlamətləri: Tənəffüs dayanıb, ürək tonları eşidilmir. Nəbz magistral damarlarda əllənmir. Bəbəklər tam genəlib, total aretleksiya qeyd olunur. Ensefaloqrafik olaraq ixoxət izlənir. Ölümün səbəbi: Ağ ciyərlərin aspirasiyası fonunda kəskin tənəffüs çatışmamazlığı» qeydiyyatı aparılmışdır. 21:55-də həkim Təqsirləndirilən şəxs tərəfindən xəstəlik tarixində «Meyit patalojianatomik müayinəyə göndərilir (Polis əməkdaşlarının nəzarəti ilə)» qeydiyyatı aparılmışdır. İş materiallarında olan X21 adına açılmış 482№-li «X43» keçirilən baxış zamanı həkim Təqsirləndirilən şəxs tərəfindən xəstəyə ümumi çəksi 150 ml fizioloji məhlul olmaqla sibazon 0,5 ml, kalipsol 50 mq, arduan 1 mq narkoz vurulduğu, eyni zamanda xəstənin davamlı olaraq nəzarətdə olması müəyyən edildi. İş materiallarında olan 482 №-li X32 X76 tərəfindən edilmiş qeydlərdən görünür ki, X76 xx.xx.2016-cı il tarixdə 3 dəfə, yəni saat 14:00, 16:00 və 17:30-da xəstəni müayinə edib və bu barədə qeydlərini aparmışdır. Qeyd edilən vaxtlarda X76 tərəfindən qeyd edilən məlumatlar ardıcıl, sıx şəkildə vərəqin boş qalmış sahəsinə yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliy tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 205 saylı ekspert rəyindən görünür ki, 1.İş üzrə rəy verilərkən Səhiyyə Nazirliyinin müvafiq protokolları, 70 saylı əmri, ekspertlərin nəzəri və praktiki bilikləri, bu sahə üzrə çoxsaylı tibbi ədəbiyyatlara istinad edilmişdir ki, bu da cinayət işi materiallarına əlavə edilmişdir. 2.Sinoaurikulyar (sinoatrial) blokada ürəkdə sinus düyününün zəifliyi sindromunun bir forması olub, elektrik impulsunun sinoatrial düyündən qulaqcıqlara ötürülməsinin blokadası ilə səciyyələnir. Sinoaurikulyar blokadanın inkişafına sinus düyününün zədələnməsi, miokardm üzvi zədələnməsi, azan sinirin yüksək tonusu səbəb ola bilər. Sinoaurikulyar (sinoatrial) blokada ürək qüsurları, miokarditlər, ürəyin işemik xəstəlikləri (aterosklerotik kardioskleroz, kəskin miokard infarktı, xüsusən arxa diafraqmal nahiyənin) kardiomiopatiyalardan əziyyət çəkən şəxslərdə rast gəlinir. Sinoaurikulyar blokadaların İ, İİ və İİİ dərəcələri ayırd edilir. İ dərəcəli sinuaurikulyar blokada adi elektrokardioqrammada aşkarlanmır. İİ dərəcəli sinuaurikulyar blokadada impulslarm bir qismi qulaqcıq və mədəciklərə çatmır, EKQ-də Samoylev-Venkebax dövrləri - P dişciyinin və onunla assosiasiyalı QRST kompleksinin itməsi müşahidə edilir (tibbi kartaya əlavə edilmiş elektrokardioqrammaya əsasən Arzu Qurbanlıda İİ dərəcəli blokada olmuşdur). İİİ dərəcəli blokada üçün impulslarm sinus düyünündən tam ötürülməməsi baş verir ki, bu da asistoliya və pasiyentin ölümünə səbəb ola bilər. Sinoaurikulyar blokadanın diaqnostikasında əsas rol elektrokardioqrafiya və EKQ-nin sutkalıq monitorinqi oynayır. Bundan başqa, Ketaminin (Kalipsol dərman preparatının) mərkəzi sinir sisteminə və ümumi qan dövranına mənfi təsirini nəzərə alaraq ürək və psixi xəstəliklər zamanı istifadə edilmir. Sinoaurikulyar (sinoatrial) blokada ürək xəstəliklərinin təsnifatına aid olduğundan həmin dərman preparatı tətbiq edilməli deyildi, əgər bu dərman preparatının tətbiqi nəzərdə tutulacaqdısa, əməliyyat planlı olduğundan anestezioloq-reanimatoloq tərəfindən təxirə salınmaqla ketamin-kalipsolun ürək ritminə təsiri nəzərə alınmaqla xəstəyə ən azı 5- 7 gün nəzarət edilməli idi (Anestezioloqlar üçün farmokologiya T.N.Kalvi, N.E.Vilyams). Bundan əlavə ürək xəstəlikləri mövcud olan şəxslərdə anesteziya ilə. aparılan əməliyyatlar zamanı arzuolunmaz riskləri artırır, ona görə də əməliyyqt önü dəqiq diaqnostika tələb edir, EKQ nəticələri müsbət olduqda anestezioloq bununla kifayətlənir, əlavə müayinələrə ehtiyac duyulmur, lakin ürək fəaliyyətinin pozulması ilə bağlı hər hansı şübhələr olduqda bunların dəqiqləşdirilməsi üçün anestezioloq-reanimatoloq tərəfindən pasient əlavə kardioloji müayinələrə (elektrokardioqrafiya, exokardioqrafiya, holter monitorinq və s.) göndərilir. Hazırkı halda xəstəyə diaqnozun dəqiqləşdirilməsi üçün kardioloji müayinələr tam şəkildə təyin edilib rəy alınmamışdır.
3. Planlı cərrahi əməliyyatlar zamanı əməliyyat öncəsi laborator müayinələrə qanın, sidiyin ümumi biokimyəvi müayinəsi, laxtalanma müddəti, (revmoprobalar, şəkər, ALAT, ASAT, billirubin, kreatin) İİV virusu və hepatitlər, qanın qrup təyini, rezus faktoru, elektrokardioqrafiya, rentgeno- qrafiya, böyüklərdə terapevtin, uşaqlarda isə pediatrın baxışı daxildir. Müayinələrin nəticələrindən aslı olaraq xəstədə hər-hansı digər xəstəliklərə şübhə varsa, bu halda həmin xəstəliyin növündən və aid olduğu sahədən aslı olaraq pasient sahəvi həkim-mütəxəssisə (kardioloq, endokrinoloq və s.) konsultasiyaya göndərilir və əlavə laborator müayinələr təyin edilir. Müəyyən edilmişdir ki, bu hadisə üzrə yalnız EKQ, rentgen müayinəsi, biokimyəvi analizlərdən şəkər, qan qrupu, qanın ümumi müayinəsi, Hepatit C və Hepatit B keçirilmiş, digər müayinələr, pediatrın baxışı aparılmamış, xəstənin əməliyyat öncəsi hazırlıq qaydaları pozulmuş, bununla da anestezioloq tərəfindən müvafiq qaydalara və standartlara uyğun olaraq klinik-laborator tədqiqatları müayinə və müalicənin aparılmasını və diaqnozu müəyyən etmək kimi anestezioloq-reanimatoloqun vəzifə təlimatının tələbləri pozulmuşdur.
4. Cinayət işi materiallarında mərhumun anası ifadəsində göstərmişdir ki, əməliyyatdan əvvəl anestezioloq-reanimatoloq ondan anamnez toplayarkən azyaşlıda beyindaxili təzyiq olmaqla Bakı şəhərində nevropatoloqun müalicəsini aldığını qeyd etmiş, o cümlədən Sumqayıt şəhər 3 saylı uşaq poliklinikasının azyaşlının adma açılmış ambulator tibbi kartada onun həqiqətən Bakı şəhərində nevropatoloqun müalicəsində olması müəyyən edilmişdir. Anestezioloq-reanimatoloq göstərilən məlumatı əldə etdiyindən əməliyyat zamanı istifadə edəcəyi “Kalipsol” (ketamin) dərman preparatı kəllədaxili təzyiqi artırdığından həmin xəstəlik üzrə “Kalipsof’un istifadə edilməsi əks göstəriş olmasına baxmayaraq azyaşlıda kəllədaxili təzyiqin olub- olmamasını dəqiqləşdirmək üçün xəstəyə əməliyyatın aparılmasını təxirə salıb onu nevropatoloqun müayinəsinə göndərməklə elektroensofaloqrafiya, exoensofaloqrafiya və kompüter tomoqrafiyası kimi müayinələrdən hər hansı birini keçirməklə xəstənin vəziyyətini müəyyən etməli idi ki, göstərilənlər anestezioloq-reanimatoloq tərəfindən edilməmişdir.
5. LOR əməliyyatları, o cümlədən ümumi anesteziya altında keçirilən təxirəsalınmaz əməliyyatlar zamanı da pasient qida qəbul etməmiş olsa da belə cərrahi əməliyyatdan öncə qida, o cümlədən əməliyyat nahiyəsindən gələn və mədəyə dolan qan kütləsi ilə xəstənin aspirasiya olmasının qarşısının alınması üçün mədə əməliyyatdan öncə nazoqastral zond vasitəsilə boşaldılmaqla zondlanır və əməliyyat sonrası dövrdə də zond saxlanılır. 6.7. Kalipsol dərman preparatı qeyri-inhalyasion narkoztörədici maddələr qrupuna aid olmaqla analgetik təsirə malik anestetik vasitədir. Beyində talamo-kortikal əlaqələri bloklayır, beynin afferent həssaslığını azaldır, mərkəzi sinir sisteminin opiat və serotonin reseptorlarmı aktivləşdirir. Tərkibi ketamin hidroxloriddən ibarətdir. Qısa və uzunmüddətli əməliyyatlarda istifadə edilir. Anesteziya zamanı monoterapiya və ya digər anestetik vasitələrlə kombinə edilməklə venadaxili, əzələdaxili damcı üsulu ilə yeridilir. Kalipsol (ketamin) - venadaxili 1-2 mq/kq, əzələdaxili isə 3-5 mq/kq vurulmalıdır. X55 3 yaş 16 kq çəkidə olduğunu nəzərə alaraq sonuncuya maksimal doza, hər kq-ma 2 mq olmaqla venadaxili 32 mq Kalipsol dərman preparatı vurulmalı idi. 8.9. Anestezioloji ağırlaşmalar 3 qrupa bölünməklə, həmin qruplar da öz-özlüyündə bir neçə yarım qruplara bölünür: 1. Ümumi anesteziyaya hazırlıq zamanı buraxılan səhvlər nəticəsində yaranan anestezioloji ağırlaşma; 2.Anesteziyanm yeridilməsi zamanı buraxılan səhvlər nəticəsində yaranan anestezioloji ağırlaşma; 3. Əməliyyatdan sonrakı dövrdə baş verən anestezioloji ağırlaşmalar. Bunların özləri də 3 qrupa bölünür: a)əməliyyat zamanı anestezioloji aparatların nasazlığı və düzgün istifadə edilməməsi nəticəsində yaranan anestezioloji ağırlaşmalar; bjxəstələrin xüsusi vəziyyətləri (şəkərli diabet, onkoloji, ürək və digər xəstəliklərdən əziyyət çəkməsi və s.) və anesteziyanm onlara təsiri nəticəsində yaranan ağırlaşmalar; cjhəkimlərin təcrübəsizliyindən, lazımi biliyi olmamağmdan, xəstəyə etinasız münasibətindən, narkoz aparatlarından və anestetik dərman vasitələrindən düzgün qaydada istifadə etməməsi nəticəsində yaranan anestezioloji . ağırlaşmalar, djanesteziya zamanı istifadə edilmiş anestetik dərman preparatlarının farmokoloji xüsusiyyətləri nəticəsində yaranan anestezioloji ağırlaşmalar. Kalipsol dərman preparatı da anestetik dərman preparatlarından biri olduğundan yuxarıda qeyd olunan anestezioloji ağırlaşma qrupuna daxildir. Ketamin dərman preparatının anestezioloji ağırlaşmalarına ürək-damar sistemi üzrə (hipertoniya, taxikardiya), anafılaktik reaksiya, hallusinasiyalar, əzələ tonuslarının artması və qusma daxildir.
10. Anestetik dərman preparatlarının bədəndən xaric olma dövründə anestezioloq xəstənin hemodinamikasma, normal ventilyasiyasma, tənəffüs yollarının müdafıəedici reflekslərinə, əzələ tonuslarının və huşun bərpasına, o cümlədən əməliyyat zamanı istifadə edilmiş anestezioloji dərman preparatlarının farmokinetik xüsusiyyətlərindən və verə biləcək ağırlaşmaların qarşısını almaq üçün (tənəffüs dayanması, dilin qatlanması, qusma və aspirasiya, ikincili yuxu, tənəffüs yollarının müdafıəedici udlaq-qırtlaq reflekslərinin ləngiməsi və s.) mütləq nəzarət etməlidir.
11. Cinayət işi materiallarından və Arzu Qurbanlının adına tərtib olunmuş stasionar X32kı növbətçi anestezioloq- reanimatoloqun və otolarinqoloq-cərrahm qeydiyyatlarından görünür ki, sonuncu əməliyyatdan sonra narkozdan ayılmamış, huşu aydın olmamaqla kontakta girməmişdir. Anestezioloq-reanimatoloq əməliyyat bitdikdən sonra da Arzu Qurbanlıya anesteziyanm təsiri qurtaranadək və həyati vacib funksiyaları tam bərpa olunanadək dinamik nəzarət etməli idi və bu onun mütləq vəzifə borcudur. Xəstə anesteziyanm təsirindən çıxanadək və həyati vacib funksional, metabolik göstəriciləri stabilləşənədək anestezioloq ona nəzarət edir. Əgər əməliyyatdan sonra xəstənin huşu özünə gəlməyibsə, anestezioloji ağırlaşmaya təhlükə varsa, nəzərə çarpan tənəffüs və qan dövranı pozğunluğu müəyyən edilirsə, anestezioloq xəstəyə dinamik nəzarəti davam etdirib onun bu vəziyyətinə uyğun olaraq təyinatlar verir. Xəstə anesteziyanm təsirindən çıxıb həyati vacib funksional-metobolik funksiyaları stabilləşdikdən sonra anestezioloq xəstənin faktiki vəziyyəti ilə bağlı tibbi kartada qeydiyyat apararaq onu hansı növbətçi həkimə təhvil verməsini qeyd edir, lakin azyaşlının adma tərtib olunmuş tibbi kartada bununla bağlı hər-hansı qeydiyyatın olması aşkar edilmədi, bundan sonra növbətçi həkim də xəstəni ona təhvil verən anestezioloqun sonuncu ümumi vəziyyətinə dair apardığı qeydiyyatlardan aslı olaraq xəstənin vəziyyətinə uyğun olaraq adekvat müalicə-müayinə tədbirlərini və nəzarəti davam etdirir.
12. Anesteziya zamanı istifadə edilmiş anestetik dərman preparatlarının farmokoloji xüsusiyyətləri nəticəsində yaranan anestezioloji ağırlaşmalardan biri də qusmadır. Bu ilk növbədə opioid tipli analgetik vasitələrə, ketaminə (Kalipsol), oksidləşmiş azota aiddir. Əməliyyat sonrası qusmanm yaranması birbaşa əməliyyat zamanı istifadə edilmiş anestetik vasitələrin dozasından aşlıdır. Ketaminin istifadəsi zamanı verdiyi anestezioloji ağırlaşmalar birbaşa onun dozasından aşlıdır. Ona görə də tövsiyə edilir ki, ketaminin arzuolunmaz ağırlaşmalarından biri olan qusmanm qarşısının alınması üçün mümkün qədər minimal dozadan istifadə edilməlidir. Göstərilən bu halda A.S.Qurbanlıya normadan xeyli artıq, yəni 150 mq dozada “Kalipsol” dərman preparatı venadaxili yeridildiyindən əməliyyatdan sonra Kalipsof’un törətdiyi anestezioloji ağırlaşma səbəbindən azyaşlıda qusma baş vermiş, bu da aspirasiyaya səbəb olmuşdur. 13.14. Kalipsol dərman preparatı norma daxilində orqanizmə venadaxili yeridildiyi halda onun 2-ci yarımfaza dövrü 2-3 saatı əhatə edə bilər, lakin digər anestetik vasitələrlə kombinə edildikdə, o cümlədən normadan xeyli artıq venadaxili orqanizmə yeridildikdə onun bədəndən xaric olma prosesi 8 saata qədər uzana bilər. Ümumiyyətlə, Kalipsol (ketamin) dərman preparatının bədənə yeridilmiş dozasının 90%-i 72 saat ərzində sidik vasitəsilə xaric olunur A.Qurbanlıya da əməliyyat zamanı “Kalipsol” dərman preparatı “Sibazon “Diazepam”la kombinə edildiyindən və normadan xeyli artıq vurulduğundan onun xaric olma prosesi də dozadan aslı olaraq adekvat olaraq uzanmışdır. 15.16.17. Qırtlaq boyunun yuxarı orta hissəsində nəfəs borusunun üstündə yerləşən tənəffüs, udqunma və öskürmə funksiyaları olan vacib bir orqandır. Nəfəs borusu ilə qida borusu arasındakı nəzarət sistemini həyata keçirir. “Kalipsol” (ketamin) tənəffüs yollarının müdafiəedici udlaq-qırtlaq reflekslərini zəiflədərək azaltdığından xəstənin qusuntu kütləsinin tənəffüs yollarına düşməsini və nəticədə aspirasiya olması riskini artırır.
18. Məhkəmə-tibb ekspertizası, patoloji anatomiya-bütün xəstəliklərin struktur (morfoloji) və dinamik əsaslarını, xəstə orqanizmində patoloji proseslər zamanı müxtəlif səviyyələrdə (orqanizm, orqan, toxuma, hüceyrə, ultrastruktur və molekul) inkişaf edən struktur dəyişiklikləri bu proseslərin forma və xarakterini, qarşılıqlı dinamik əlaqələrini, patogenez və morfogenezlərini, kliniki-morfoloji forma və mərhələlərini, xəstəlik və digər bütün patoloji proseslərin ağırlıq dərəcəsinin morfoloji əsaslarını, əsas xəstəliklərin və onların ağırlaşmalarının inkişaf mexanizmlərini və ölümün bilavasitə səbəbini öyrənir, müalicə tədbirləri zamanı həkim taktikasının nə dərəcədə düzgün seçilməsini, bu müalicə tədbirlərinin vaxtında aparılmasını, həcmini və sair bu kimi göstəriciləri, həmçinin klinik diaqnostika, müalicə, müayinə və profilaktika tədbirləri zamanı tibb işçiləri tərəfindən yol verilmiş səhvləri və səhlənkarlıqları, nöqsan və qüsurları aşkar edir. Tibbi nöqteyinəzərdən sağlamlığa zərərvurma, bədən xəsarəti ya ölüm, yəni xarici mühit amillərinin (mexaniki, fiziki, kimyəvi, bioloji, psixi) təsiri nəticəsində üzv və toxumaların anatomik tamlığının, yaxud fizioloji funksiyalarının pozulması, ya da xəstələnmə və patoloji hal kimi başa düşülür. Tibbi müdaxilələr, müayinə və müalicələr, yaxud müasir mürəkkəb diaqnostika metodları icra olunarkən tibb işçisi tərəfindən yol verilmiş qüsurlar nəticəsində yaranmış fəsadlarla ölümün baş verməsi arasında səbəbli əlaqəni müəyyən edir. Məhkəmə-tibb ekspertizası fəaliyyətində səbəbli əlaqə anlayışı hüquq elmində mövcud olan səbəbli əlaqə anlayışları ilə oxşar cəhətlərə malikdir, lakin burada səbəbli əlaqə anlayışına tibbi-bioloji nöqteyi nəzərdən yanaşılır. Məhkəmə-tibb ekspertizası fəaliyyəti zamanı səbəbli əlaqə dedikdə həkimin qanunsuz hərəkətləri (hərəkətsizliyi) ilə baş vermiş zərərlə (xəstənin ölümü, səhhətinin pisləşməsi, yeni bir xəstəliyin qazanılması, müalicə müddətinin artması və s.) arasındakı əlaqə başa düşülür. Göründüyü kimi, ölümün bilavasitə səbəbinin təyini və tibb işçisinin hərəkət və hərəkətsizliyi nəticəsində baş vermiş ölüm arasında səbəbli əlaqənin olub-olmaması məhkəmə-tibb ekspertizasının səlahiyyətinə daxildir. Məsələn, yetirilən travma yaranmış, şok-ölüm baş vermiş, bundan başqa xəstə xəstəxanaya daxil olarkən sonuncu mərhələdə olan onkoloji xəstəlikdən əziyyət çəkirdisə və xəstənin diaqnostikası, əməliyyatı, müalicəsi zamanı tətbiq edilmiş tibbi normalar əhəmiyyətli dərəcədə pozulmamışdırsa, tətbiq edilən yardımlarda buraxılan cüzi qüsurlarla baş vermiş ölüm arasında səbəbli əlaqə olmayacaqdır. Amma səbəbli əlaqə o halda mövcüd olur ki, xəstə planlı şəkildə xəstəxanaya daxil olub, xəstənin həyati üçün heç bir təhlükə olmazsa, aparılan cərrahi əməliyyat ağır kateqoriyaya aid deyilsə və yalnız həkimin müalicə prosesi zamanı öz peşə vəzifələrini lazımı qaydada yerinə yetirməməsi xəstənin ölümü ilə nəticələnərsə bu halda baş vermiş ölümlə həkimin hərəkətləri arasında birbaşa səbəbli əlaqə yaranacaqdır. Bundan başqa həkimin müalicə və diaqnostika prosesi zamanı yol verdiyi tibbi nöqsanlarla onun ölümü arasında səbəbli əlaqənin olub-olmamasını müəyyənləşdirərkən xəstənin tibb müəssisəsinə daxil olan zaman faktiki vəziyyəti və həkimin ölümün qarşısını almaq imkanı nəzərə ahmrQNəzərə alsaq ki, Arzu Qurbanlı xəstəxanaya daxil olarkən huşu aydın, hərəkət sistemi patologiyasız, periferik limfa vəziləri əllənməmiş, tənəffüsü sərbəst, ürək tonları aydın, nəbzi 92, arterial təzyiq (100/50) normal olmuş, əməliyyatı planlı və ona qoyulan adenoid İİİ dərəcə, xroniki tonzillit” diaqnozu onun həyat və sağlamlığı üçün təhlükə yaratmamış, təxirəsalınmaz əməliyyata ehtiyac olmamış və aparılan əməliyyat sadə və qısamüddətli olmuşdur. Əməliyyat zamanı anestezioloq tərəfindən azyaşlıya tətbiq edilən “Kalipsol” dərman preparatının normadan xeyli artıq venadaxili vurulması onda anestezioloji ağırlaşmaya səbəb olmuş və əməliyyatdan sonra da anestezioloji ağırlaşmanın qarşısının alınması üçün lazımi tədbirlər həyata keçirilmədiyindən aspirasyon asfiksiya ilə nəticələnmişdir. Odur ki, azyaşlı Arzu Qurbanlının ölümü ilə anestezioloqun yol verdiyi tibbi nöqsanlar arasında birbaşa səbəbli əlaqə vardır.
19. Xəstə narkozdan tam ayılıb həyati vacib funksiyaları bərpa olunanadək onun qidalandırılması əks göstərişdir. Anestetik təsirə malik ‘Kalipsol” (Ketamin) dərman preparatının tətbiqi tənəffüs yollarının müdafiəedici udlaq-qırtlaq reflekslərini zəiflədir, ləngidir və azaldır, bu da aspirasiya riskini artırır, belə olan halda onun süd və maye qəbul etməsi də mümkün deyildir.
20. Qəbul edilən qidanın növündən və həcmindən aslı olaraq onun mədədə evakuasiya dövrü müxtəlifdir. Bu bir neçə saatlarla davam edə bilər. O cümlədən qəbul edilmiş anestetik dərman preparatların təsirindən bədənin metobolik-funksional fəaliyyəti aşağı düşdüyündən mədədə olan qida da gec evakuasiya olunur. 21.22.23. Qusma müdafiə mexanizmi olub, mədə daxilindəki maddələrin ağızdan (və ya burundan) reflektor olaraq qayıtmasıdır. Qusma zamanı qarm əzələsi sıxılır, qida borusu genişlənir və mədə daxilindəki möhtəviyyatı qida borusu boyunca yuxarı itələyir. Bu, kifayət qədər mürəkkəb bir proses olmaqla tənəffüs, mədə-bağırsaq və qarm əzələləri kompleks şəklində qusma aktında iştirak edir. Bu koordinasiya beyində qusma mərkəzi tərəfindən idarə olunur və anestetik vasitələrin tətbiqi mərkəzi sinir sisteminə təsir göstərdiyindən beyində qusma mərkəzi qıcıqlanır və nəticədə ürəkbulanma və qusma aktı baş verir. Ona görə də qusma mərkəzinin həssaslığını azaltmaq üçün qusma əleyhinə və antihistamin dərman preparatlarından istifadə edilir. Belə ki, xəstədə qusma və ürəkbulanma halının baş verməsi üçün onun mütləq şəkildə qida qəbul etməsi zəruri deyil, o cümlədən Arzu Qurbanlmm da qusması onun qida qəbul etməsini təsdiq etmir, çünki mədə boş olduqda belə mədə şirəsi ifraz olunmağa davam edir, bu da qusmaya səbəb ola bilər. Arzu Qurbanlmm meyitinin müayinəsində onun mədə boşluğunda horra şəkilli möhtəviyyatm aşkar edilməsi hələ qida qalığı demək deyil, bu mədə şirəsi ilə ağız boşluğundan başlayaraq tüpürcək, selik, həmçinin əməliyyat zamanı cüzi qanaxma belə mədə boşluğuna toplanır, möhtəviyyatm qəhvəyi rəngdə olması mədə şirəsi ilə qanın qarışmasını bir daha təsdiq edir. A.Qurbanlmm mədəsində möhtəviyyatm aşkar edilməsi qida qalıqları demək deyildir, əgər qida qalıqları aşkar edilərdisə bu anestezioloqreanimatoloq tərəfindən əməliyyat önü hazırlıq qaydalarını pozaraq xəstənin mədəsinin boşaldılmayaraq zondlanmamasmı bir daha təsdiq edir. Kalipsol dərman preparatının digər xüsusiyyətlərindən biri də xəstədə hipersalivasiyasmı surətləndirməsidir, bunun təsirindən mədə boş olduqda belə mədə şirəsi mədəyə ifraz olunmaqda davam edir. Ona görə əməliyyat öncəsi mədəyə zond qoyulmadıqda, zəruri profilaktik tibbi tədbirlər (qusma əleyhinə dərman preparatları və s) görülmədikdə qusma baş verərkən tənəffüs yoluna düşmüş istənilən yad maddə, o cümlədən qusuntu kütləsi aspirasiya fonunda asfıksiyaya səbəb olur. 24.25 Ümumi anesteziya altında keçirilmiş cərrahi əməliyyatlardan sonra arzuolunmaz anestezioloji ağırlaşmaların profilaktikası üçün xəstənin fərdi, fiziki xüsusiyyətləri ilə birlikdə ona tətbiq ediləcək hər bir anestetik vasitətin farmokoloji xüsusiyyətləri və onun xəstənin orqanizminə təsiri nəzərə almır. Buna görə də xəstə əməliyyatdan öncə tam şəkildə bütün müayinələrdən keçirilir ki, əməliyyat zamanı və ya əməliyyatdan sonra arzuolunmaz fəsadlar yaranmasın. Bundan başqa ümumi qəbul olunmuş tibbi norma və qaydalara əsasən anestezioloq-reanimatoloq tək əməliyyat zamanı deyil, əməliyyatdan sonra da xəstə anesteziyanm təsirindən çıxanadək onun həyati vacib orqanlarının metobolik, funksional göstəriciləri stabilləşənədək cavabdehlik daşımaqla nəzarət etməli, əməliyyatdan sonra anestezioloji ağrılaşmalarm profilaktikasını və müalicəsini aparmalıdır. Buna baxmayaraq hələ saat 18 radələrində A.Qurbanlıda ilk dəfə qusma aktı müşahidə olunarkən aspirasyon sindromun qarşısının alınması anestezioloq tərəfindən xəstənin traxeya- bronxial şaxələrin (ağciyərlərin) natrium xloridlə yuyulması və sovrulması, damar daxili kortikostereoidlərin, antibiotiklərin yeridilməsi təmin edilməmiş, A.Qurbanlmm üzərində icra ediləcək “adenotonzillektomiya” əməliyyatından öncə elektrokardioqrafiya (EKQ) müayinəsi zamanı onda “sinoatrial blokadanın” olduğu müəyyənləşdirilib kardioloqun konsultasiyası tövsiyə olunmasına baxmayaraq əməliyyatın aparılmasını təxirə salmamış və xəstəni tam şəkildə müayinələrdən keçirmədən, kəllədaxili təzyiqi qiymətləndirmədən mədə zondlanmadan, saat 12.10-da əməliyyata götürüb, fiziki göstəricilərini (3 yaş, 16 kq) əməliyyatın müddətini (25 dəq.) nəzərə almadan əməliyyatdan öncə ona anestetik vasitə olan “Kalipsol” dərman preparatını 1-2 mq/kq vurmaq yəvəzinə, normadan xeyli artıq, yəni 150 mq dozada vena daxilinə yeritməsi anestezioloji ağırlaşmaya səbəb olmuş, əməliyyatdan sonra da qusmanm erkən və sonrakı profilaktikasını aparmamış, xəstəyə dinamik nəzarəti həyata keçirməmiş, sonuncuda müşahidə edilən qusmanm qeyd edilən dərman preparatının əks təsirindən yaranıb qusuntu kütləsinin tənəffüs yollarına düşərək xəstənin asfiksiyadan ölməsinə səbəb olmuşdur. Odur ki, anestezioloq-reanimatoloq tərəfindən yol verilən tibbi pozuntularla Arzu Qurbanlmm ölümü arasında birbaşa səbəbli əlaqə vardır.
26. Farmokoloji dərman preparatlarının əksəriyyəti nə qədər təhlükəsiz olmaqlarından aslı olmayaraq normadan artıq orqanizmə yeridildikdə toksiki təsirə malik olur. Hər bir dərman preparatı eyni zamanda həm müalicəvi həm də zəhərli təsirə malikdir. Ona görə də tibdə dərman preparatlarının xüsusiyyətlərindən aslı olaraq onların terapevtik (norma) dozası müəyyənləşdirilmişdir. Uşaqların dərman preparatlarına qarşı həssaslığı yaş faktoruna görə dəyişir, azyaşlı uşaqlar psixotrop (anestetik) dərman vasitələrinə qarşı daha həssas, ürək fəaliyyəti ilə bağlı dərmanlara qarşı isə az həssasdırlar. Bütün elmi ədəbiyyatlara əsasən Kalipsol venadaxili normada bədənin ümumi çəkisinə görə hər kq 1- 2 mq vurulmalıdır, normadan artıq doza vurulduqda isə anestezioloji ağırlaşmalar fonunda ölüm baş verir.
27. Qaraciyər orqanizmdə müxtəlif funksiyaları yerinə yetirir. Bu funksiyalardan biri orqanizmə düşən toksinlərin və zərərli maddələrin zərərsizləşdirilməsidir. Qaraciyərdə xüsusi fermentlər var ki, bu fermentlər zərərli maddələri zərərsizləşdirir. İstənilən dərman preparatı qaraciyərdə zərərsizləşdirilir. Qaraciyərin fermentləri orqanizmə düşən hətta ən zərərli dərmanı neytrallaşdıraraq orqanizmdən xaric edir. Lakin əgər insan dərmanları uzun müddət ərzində və yüksək dozalarda qəbul edirsə, qaraciyərin fermentləri öz funksiyalarını tam şəkildə yerinə yetirməyə çatdırmır. Nəticədə zərərli maddələr zərərsizləşdirilmir və qaraciyərdə yığılaraq orqanın hüceyrələrini dağıtmağa başlayır. Bu isə hepatitin inkişafına səbəb olur. Hepatitin bu forması “dərman hepatiti” adlandırılır. Ona görə də Kalipsol dərman preparatının normadan xeyli artıq vurulmasının qaraciyərə toksiki təsiri Arzu Qurbanlmm meyitindən götürülmüş tikələrin xx.xx.2016-cı il tarixli 995 və xx.xx.2017-ci il tarixli 2150 saylı məhkəmə-histoloji müayinə aktlarında qaraciyərdə kəskin hepatit əlamətləri kimi öz əksini tapmışdır.
28. Anestezioloq-reanimatoloqun göstərişinə əsasən Arzu Qurbanlıya ölümünə səbəb olacaq dozada, yəni 150 mq Kalipsol (ketamin) dərman preparatı yeridilmiş, bu da anestezioloji ağırlaşmaya səbəb olmuş, nəticədə qeyd edilən anestetik dərman preparatının əks təsirindən azyaşlıda qusmalar yaranmış, anestezioloq-reanimatoluqun hərəkətsizliyi və Kalipsol dərman preparatının yüksək dozada tətbiqi nəticəsində tənəffüs yollarının müdafıəedici udlaq-qırtlaq refleksləri ləngimiş, Arzu Qurbanlı saat 21.20-də qusuntu kütləsinin tənəffüs yollarına düşməsi nəticəsində aspirasyoıı asfiksiyadanölmüşdür.
29. X47 cərrahi əməliyyatdan sonra müşahidə edilən qusmalar yüksək dozada yeridilmiş Kalipsol dərman preparatının əks təsirindən beyində yerləşən qusma mərkəzinin qıcıqlanması nəticəsində yaranmış və anestezioloq-reanimatoloq tərəfindən qusmanm erkən və sonrakı profilaktikası aparılmamış, tətbiq edilən anestetik dərman vasitəsinin təsirindən sonra azyaşlıda funksional-metabolik proseslər, o cümlədən tənəffüs yollarının müdafıəedici udlaq-qırtlaq refleksləri ləngidiyindən həmin qusmalar qnun ölümünə səbəb olmuşdur.
30. Azyaşlı A.Qurbanlıda müşahidə edilən qusmalarm qida qəbulu ilə əlaqəsi yoxdur.
31. Hər bir cərrahi əməliyyat pasientin vəziyyətindən və orqanizmin fərdi xüsusiyyətlərindən aslı olaraq özündə ölüm riski daşıyır, buna baxmayaraq bu tibb işçisi tərəfindən öz peşə vəzifələrini layiqincə və lazımı şəkildə yerinə yetirməməsinə, risk faktorlarını qiymətləndirməməsinə və ya tibbi yardım göstərməkdən imtina etməsinə bəraət qazandırmır. Apellyasiya məhkəmə baxışı iclasında dindirilmiş ekspertlər X7 və X8 xx xxxx 2020ci il tarixli, 205 saylı ekspert rəyində qeyd edilənləri təsdiq edərək, rəyə uyğun ifadə vermişlər. Apellyasiya məhkəmə baxışı iclasında dindirilmiş ekspert X44 oğlu xx xxxx 2020-ci il tarixli, 205 saylı ekspert rəyini qismən müdafiə edərək, ifadəsində göstərmişdir ki, xəstəyə cərrahi əmaliyyat təyin etmək hüququ və xəstəni cərrahi əməliyyata götürmək hüququ cərraha məxsusdur. Əgər xəstəyə “sino-otrial blokada” diaqnozu qoyulubsa, “Kolipsol”un tətbiq edilməsi əks-göstəriş deyil, amma təyinatda ehtiyatlı olmaq lazımdır. Bu əməliyyat aparılmış xəstəyə qusmaya səbəb kolipsoldan başqa faktorlar ola bilər. Buna requltasiya aktı deyilir. O faktorlardır ki, məsələn, birinci növbədə mədənin hər hansı bir möhtəviyyat ilə dolması, bu qan da, qida da ola bilər, əsas da əməliyyat olan günü ola bilər. Udlaq və qırtlaq nahiyyəsində əməliyyat aparılırsa, qusmaya səbəb o da ola bilər. Tikiş düzgün qoyulmayıbsa, deməli, qansızma qida borusuna doğru davam edir. Qida borusundan mədəyə qan dolan kimi 5 mq və biraz ondan artıq olarsa, artıq bu qusma verməyə kifayətdir. Kollipsolu əgər ilk dəfədən 50 mq vurubsa, parçalanma müddəti 45-50 dəqiqə çəkir. Əgər sonradan yenə əlavə kollipsol vurulubsa, maksimum 3 saata qədər parçalanır. Kollipsolun hansı miqdarda vurulması əməliyyatın gedişatından asılıdır. Kollipsolu digər preparatlardan fərqləndirən xüsusiyyəti sərbəst tənəfüsü söndürməməsidir, tənəffüs etməkdə heç bir problem yaratmamasıdır. Kollipsolun ağırlaşdırıcı təsiri o ola bilər ki, əgər yüksək dozada vena daxilinə vurularsa, tənəfüsü mərkəzini süsləşməsi, ürək döyüntülərini artıra və kəllə daxili təzyiqi qaldıra bilər. Çox nadir hallarda qusmaya səbəb ola bilər. Kollipsol vurulduqdan sonra müddət çox keçdiyinə görə, yəni 9 saata yaxın müddət keçdiyinə görə xəstənin qusmasına səbəb kollipsolun təsiri deyil. Xəstə ayılmayıbsa, qidalandırılması mümkün deyil. Əgər qidalandırılıbsa, qida mədəyə keçə bilməz və qusmaya səbəb ola bilər. Qida uşağın mədəsində 4-5-6 saat qalır, sonra boşalır. Əgər əməliyyatdan sonra uşağa nəzarət edən orta tibb işçisi və ya həkim uşaqda qusmaya meyilli hallar müəyyən edərsə, mütləq qusma əleyhinə preparatlar vurulmalıdır. Onun fikrincə ölümün birbaşa səbəbi uşağın boğulmasıdır. Ona tez müdaxilə edilsə idi, xəstəni qurtara bilərdilər. Əgər əməliyyatda qanaxma və qansızma təhlükəsi olsaydı, zond mədədə saxlanıla bilərdi, əgər bu hallar yox idisə, zonu saxlamaq yalnız qıcıq faktoru olardı. Mədədə zondun saxlanılmasına ehdiyac yox idi. Anestezioloqun məsuliyyəti həyati-vacib funkiyalar bərpa olunana qədərdir. Bu funksiyalar temperaturun və qıcolmanın olmaması, təzyiqinin normal olması və sərbəst tənəffüs etməsidir. Əgər anestezioloqun iş saatı qurtarıb və digər həkim xəstəni təhvil alıbsa, artıq xəstəyə təhvil alan həkim cavabdehdir. 5-6 saatlıq əməliyyata 200 mq kolipsol istifadə edə bilərsiz. Əgər 200 mq işlədibsə və xəstə ağrını hiss edirsə, ağrıkəsicilər də əlavə olunmalıdır. Birdən birə 50 mq yox, 150 mq kollipsol vurulsa və əgər halı pisləşsə idi, dərhal xəstə pisləşərdi, birinci xəstənin ürəyi ritm pozğunluğu verərdi. Birdən birə yüksək doza vurulmanın ziyana səbəb olması 20 dəqiqə ərzində özünü göstərəcəkdi, axşama qalmazdı. Hər bir preparatın əks göstərişləri, əlavə təsirləri göstərilir, bu dərmanın instruksiyasıdır. Ancaq dərmanın praktikada istifadəsində fərqli olur, əgər aneztezioloq lazım bilirsə, dozanı qaldıra bilər. Xəstənin həyati funksiyaları bərpa olunana qədər əməliyyat otağında gözləmək həkimin borcudur. Anestezioloq ehtiyac olduğunu görərsə, əməliyyat otağından 3 saat sonra da çıxa bilər. Qusma əleyhinə Cerukal və Atrapil vurulmalıdır. Qusma əlamətləri varıydısa, dərmanlar vurulmalı idi. 17.55-də qusma olub, vəziyyəti stabilləşib və 18.00-da digər həkimə təhvil verilimişdir. Mədə boşalandan sonra ona nə isə dərman vurmaq lazım deyildi. Xəstənin mədəsini boşaltmaq barədə müalicə həkimi göstəriş verməli idi. Boş mədə ilə qusma ola bilməzdi, yalnız ögümə ola bilərdi. Ölümün birbaşa əlaqəsi boğulma ilə bağlıdır. Xəstənin mədəsi boş olmamışdır, onun mədəsində olan möhtəviyyat yoqurt möhtəviyyatı xatırladır, mədə turşusu ilə qarışmış və rəngi də dəyişmişdir. Mədə 3 saatdan tez heçnəyi evakuasiya etmir. Su isə 3 saatdan az qalır. Süd də 1-2 saatdan sonra həzmə gedir, çünki hər ikisi mədədə doluluq hissi yaradır. Kollipsol qırtlaq və udlaq reflekslərini zəiflətmir, yalnız yüksək doza və ya möhkəm sürətlə vurulsa, tənəffüs mərkəzini süstləşdirə bilər, süskün hala sala bilər, ona görə də kolipsolu yalnız anestezioloqlar tətbiq etməlidir. 150-200 mq kollipsol maksimal dozadır və xəstəyə hansı miqdarda kollipsol tətbiq etmək anestezioloqun qərarına baxır. Bu, ölümcül doza deyil. Ölüm birbaşa bu doza ilə bağlı deyil. “ Kolipsol” (ketamin) heç bir udlaq və qırtlaq refleksinə təsir etmir, hansısa bir funksiyasını pozmur, əksinə sərbəst tənəffüsün təmin edilməsinə kömək göstərir. Ancaq “Sibazon” və “Diazepam”la kombinə edildiyindən narkotik effekti uzun çəkə bilər. Əgər əməliyyat vaxtı uzanırsa və xəstə ağrını hiss edirsə, həkim toksiki dozaya qədər gedə bilər, simptomlar əmələ gəlirsə, artıq dayandırıb başqa preparatlardan istifadə edə bilər. 2 yaşlı uşaq üçün 100 mq da, 150 mq da vura bilər, çünki uşaq müqavimət göstərə bilər. Uşaq yatsa da, başını, boğazını tərpədə bilər. Maksimal doza ehdiyac olan zaman vurulur. Maksimal dozanın vurulmasına ehtiyacın olub-olmamasını anestezioloq müəyyən edir. Çünki vəziyyəti o görür. Qusma cəhdləri olsa idi, qusma əleyhinə dərmanlar vurulmalı idi, lakin hər həkim öz növbəsində nəzarət etməli idi. Preparatın təsir müddəti zəifləsə də, qusmaya səbəb preparat ola bilər, ancaq ölümün səbəbi boğulmadır, ona görə də növbətçi həkim bunun qarşısını almalı idi. Qeyd edilənləri digər ekspert Fəxrəddin Abbasovla müzakirə etmiş, lakin şəxsən bu rəyi verməmişdir. Hazırki rəyi oxumadan imza çəkmişdir. Məhkəmə kollegiyası cinayət işi materiallarina və yuxarıda qeyd olunanları nəzərdən keçirərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi sübutların toplanması, tədqiqi və qiymətləndirilməsi üzrə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin göstərişlərinə əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsinə əsasən Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermis olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkillər göstərilə bilər. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən şahid tərəfin məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı clmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə ,ideo və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini stisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə Tutulmuş digər hallarda yol verilir. Göstərilən prosessual maddələrin mənasına görə birinci instansiya məhkəməsi məhkəmə iclasında həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında toplanmış sübutları tədqiq etməlidir. Yəni, təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadə də sübut növüdür və məhkəmə iclasındakı ifadəsi ilə müqayisəli tədqiq edilməlidir. Əgər təqsirləndirilən şəxsin və şahidin məhkəmə iclasında və ibtidai istintaqda verdiyi ifadələr arasında fərq və ya ziddiyyət olarsa o zaman onların hər ikisi tədqiq edilməklə bu ziddiyyət və ya fərq aradan qaldırlmalı (CPM-nin 327,329-u maddələri), bunu aradan qaldırmaq mümkün omadıqda isə həmin ifadələrdən daha mötəbəri cinayət işi üzrə sübut kimi qəbul edilməlidir. Araşdırılan cinayət işi üzrə təqsirləndirilən şəxs və şahidlər məhkəmə iclasında ifadələrində təqsirləndirilən şəxsin xeyrinə əhəmiyyətli dəyişikliklər etsələr də, məhkəmə onların əvvəlki ifadələrini (sərbəst ifadə və üzləşmə zamanı ifadələrini) elan edib tam, hərtərəfli və obyektiv tədqiq etməmiş, məhkəmə iclasındakı ifadələri əsas götürmüşdür. Şahidlər ibtidai istintaqdakı ifadələrinin müstəntiq tərəfindən dəyişdirildiyini, buna görə şahidlər müxtəlif bəhanələrlə prokurorluğa təkrar çağırıldıqlarını, müstəntiq ifadələrində hərf səhvi olduğunu səbəb kimi göstərərk ifadələrini dəyişdirib, onlara oxumağa imkan vermədən imzalatdırdığını, onlara hədə-qorxu və təzyiq etdiyini göstərmişlər. Birinci instansiya Məhkəməsi belə halların mövcud olub-olmamasını ətraflı yoxlamadan, açıqdan-açığa təqsirləndirilən şəxsin təqsirsizliyinə əsas verən istiqamətində dəyişdirilmiş həmin ifadələri əsaslı hesab edib məhkəmə iclasındakı ifadələrə üstünlük vermişdir. Cinayət işinin 1-ci cild 109-112-ci vərəqində olan şahid -“ReaL” tibb klinikasının post şöbəsinin baş tibb bacısı X19 ibtidai istintaqdakı xx xxxx 2016-cı il tarixli ifadəsində göstərmişdir ki, xx.xx.2016-cı il tarixdə İsmayıl həkim ona ağ kağızda 150 mq ölçüdə “Kalipsol” və 0,5 mq “Sibazon” dərman preparatlarını Arzuya vurumasını yazaraq tapşırmış, o da həmin kağızda qeyd olunanaları 2 ədəd şpirisə dolduraraq Arzuya venadaxili yeritmişdir. Müstəntiqin təkrar sualına cavab olaraq da eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 2-ci cildinin 6-7-ci vərəqlərində olan X19 ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2016-cı il tarixli üzləşmə protokolundan müəyyən edilir ki, Ş.Məmmədova Təqsirləndirilən şəxs üzünə qarşı göstərmişdir ki, xx.xx.2016-cı il tarixdə saat 12 radələrində “adenoid xroniki tonzillit” diaqnozu ilə əməliyyat olunacaq azyaşlı Arzu Qurbanlıya həkim anestezioloq - reanimatoloq Təqsirləndirilən şəxs göstərişinə əsasən venadaxili 150 mq Kalipsol, 0,5 ml isə Sibazon yeritmişəm. Ş.Məmmədovanın bu ifadəsinə qarşı üzləşmədə iştirak edən Təqsirləndirilən şəxs göstərmişdir ki, X9 üzümə qarşı verdiyi ifadəni dinlədim, mənə aydındır. Onu qeyd etmək istəyirəm ki, tibb bacısının icazəsiz xəstəyə hər hansı dərman verib, iynə vurmağa səlahiyyəti yoxdur. O, cümlədən əməliyyatdan öncə həkimin göstərişi olmadan manipulyasiya etməyə ixtiyarı yoxdur. Onunla təsdiq edirəm ki, Arzu Qurbanlıya əməliyyat öncəsi anestetik dərman pereparatının vurulmasına mən göstəriş vermişəm. Dozasını da mən təyin etmişəm, o mənim təyin etdiyim dozadan artıq və ya əskik dərman preparatı vura bilməzdi.protokolun sonunda hər iki üzləşənlər əlyazma il “ifadəmi oxudum, sözlərimlə düzgün yazılıb” qeyd eilməklə imzalamışlar. Cinayət işinin 1-ci cild 113-117-ci vərəqələrində olan aneztezist tib bacısı X2 xx.xx.2016-cı il tarixli şahid ifadəsindən görünür ki, 123 saylı palataya daxil olarkən tib bacısı Şərqiyyənin əlində iki ədəd birində 0,5 mq “Sibazon”, digərində isə 150 maq”kalibsol” dərmanı olan şpris var idi. O, həmin pereparatların hamısını Arzunun venasına yeritdi və uşaq dərhal yuxuya getdi. Müstəntiqin suallarına cavab verərkən göstərmişdir ki, Anestezoloji vəsait jurnalı ona təqdim olunmuş, həmin jurnalda əməliyyatdan öncə və ya əməliyyat zamanı xəstəyə vurulan narkoz dərmanlarının adı və miqdarı qeyd olunur. Jurnalın 72-ci vərəqindəki 93-cü qrafasında xx.xx.2016 tarixdə X30 əməliyyat zamanı vurulmuş sedativ dərmanların adı və miqdarı mənim tərəfimdən yazılmış, mən oraya Kalipsol”150 mq yazmışdım, bu da Arzuya əməliyyatdan öncə Şərqiyyə tərəfindən venadaxili 150 mq miqdarında kalipsol preparatının vurulmasını göstərir. Həmin jurnalda düzəlişi mən İsmayıl həkimin göstərişindən sonra etmişəm. Mənə deyib sil, mən də silmişəm, həkimin göstərişini yerinə yetirmək mənim borcumdur. Xəstəlik tarixi mənim əlimdə olmadığından orada kalipsolun hansı miqdarda göstərildiyini bilməmişəm, bu səbəbdən jurnalda düzəlişin edilməsi tapşırılanda bunun hansı məqsədlə edilməsini dərk etməyib ağardıcı maye ilə onu silərək 50-yə düzəliş etmişəm. Cinayət işinin 2-ci cildinin 8-9-cu vərəqlərində olan X11 ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2016-cı il tarixli üzləşmə protokolundan müəyyən edilir ki, R.Abdullayeva Təqsirləndirilən şəxs üzünə qarşı göstərmişdir ki, anestezioloji vəsait jurnalında əməliyyatdan öncə və ya əməliyyat zamanı xəstəyə vurulan bütün narkoz dərmanlarının adı və miqdarı qeyd olunur. Jurnalın 72-ci vərəqindəki 493-cü qrafasında xx.xx.2016-cı il tarixdə X30 əməliyyat zamanı vurulmuş sedativ dərmanların adı və miqdarı mənim tərəfimdən yazılmış, mən oraya Kalipsol 150 mq yazmışdım, bu da Arzuya əməliyyatdan öncə Şərqiyyə tərəfindən venadaxili 150 mq miqdarda Kalipsol dərman preparatının vurulmasını göstərir. Həmin jurnalda düzəlişi mən İsmayıl həkimin göstərişindən sonra etmişəm, mənə deyib sil, mən də silmişəm, həkimin göstərişini yerinə yetirmək mənim borcumdur. Xəstəlik tarixi mənim əlimdə olmadığından orada Kalipsolun hansı miqdarda göstərildiyini bilməmişəm, bu səbəbdən jurnalda düzəlişin edilməsi tapşırılanda hansı məqsədlə bunun edilməsini dərk etməyib ağardıcı maye ilə onu silərək 50-yə düzəliş etmişəm. R.Abdullayevanın bu ifadəsinə qarşı üzləşmədə iştirak edən Təqsirləndirilən şəxs göstərmişdir ki, “X3 üzümə qarşı verdiyi ifadəni dinlədim, mənə aydındır. Onu qeyd etmək istəyirəm ki, mənim göstərişimə əsasən Rəhimə bunu icra etmişdir. Protokolun sonunda hər iki üzləşmədə iştirak edənlər əlyazmaları ilə “ifadəmi oxudum, sözlərimlə düzgün yazılıb....” qeyd etməklə imzalamışlar. Üzləşmə protokollarını həmin şahidlərin məhkəmə iclasında göstərdikləri kimi müstəntiqin dəyişib sonradan onlara imza etdirməsi mümkünsüzdür. Çünki həmin protokolu həm də belə dəyişikliklər mənafeyinə zidd olan və təqsirsizliyini sübut etməyə çalışan Təqsirləndirilən şəxs da imzalamışdır. Üzləşmədə iştirak edənlər protokolda yazılanların onların sözləri ilə düzgün yazıldığını əlyazmaları ilə yazıb təsdiq etmişlər. Üzləşmə protokolları məhkəmə iclasında elan edilib tədqiq edilməmişdir. Kalipsol preparatının həddindən çox vurulması mərhum Arzu Qurbanlıda anestezioloji ağırlaşmaya səbəb olması məhkəmə-tibb ekspertizalarının rəylərində təsbit edilmişdir. Cinayət işinin 1-ci cildinin 138-145-ci vərəqlərində olan şahid- “Real” tibb klinikasının həkim-anestezioloq-reanimatoloq həkimi X12 xx.xx.2016 tarixli ifadəsində müstəntiqin Arzu Qürbanlının tibbi kartasında Təqsirləndirilən şəxs tərəfindən saat 13:00, 15:00, 17:15 və 17:50-də xəstəni müayinə etməsinə dair qeyd etməklə saat 17:15-də analgin və dimidrol iynəsi vurulmasına dair təyinat etməsi qeyd edilmişdir, bu barədə nə göstərə bilərsiniz sualına cavab olaraq göstərmişdir ki, xəstənin əməliyyatdan sonra 8 saatlıq dövründə həkim-anesteziloq reanimatoloqun ona nəzarət etməli olmasını nəzərə alıb, onun qeydiyyatı mənim üçün əhəmiyyətli olduğundan xəstəlik tarixində onun qeydlərinə baxdım. Həmin qeydiyyatlar da onun tərəfindən aparılmamışdır. Yenə qeyd edirəm ki, növbəni qəbul edəndə tibbi kartada göstərilən saatlara dair İlham həkimin qeydləri olsa da, İsmayıl həkimin müayinə qeydləri olmamışdır. Arzunun vəziyyəti ağırlaşanda başıım ona qarışdı, öləndən sonra onu ekspertizaya göndərilməsi üçün tədbirlər gördüm, həmin vaxt həkimlər otağında idi. Növbənin sonunda diqqət edərkən İsmayıl həkimin qeydlərini gördüm. Olsun ki, İsmayıl həkim həmin müddətdə həmin qeydləri aparmışdır. Abuzər Qurbanov ibtidai istintaqa verdiyi ifadəsindən fərqli olaraq məhkəmə baxışında Təqsirləndirilən şəxs xeyrinə ifadələrini dəyişmişdir. Lakin birinci instansiya məhkəməsi onun ibtidai istintaqda verdiyi ifadəni tədqiq edib nəzərə almamış, məhkəmə baxışında verdiyi ifadəsini daha mötəbər hesab edilməsinin motivlərini bəraət hökmündə və qərarda göstərməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ibtidai istintaq müddətində və məhkəmə iclasında verdiyi ifadələrindən məlum olur ki, Zərərçəkmiş şəxs əməliyyatdan sonra daim qızı Arzu Qurbanlmın yanında olmuş, Zərərçəkmiş şəxs və ya digər şəxslər tərəfindən Arzu Qurbanlıya heç bir maye, qida və süd verilməmiş, Təqsirləndirilən şəxs əməliyyatdan sonra saat 14.00-dan saat 18.00-dək uşağa baş çəkməmiş və uşağın əməliyyata götürülməsinə qərar da məhz Təqsirləndirilən şəxs tərəfindən verilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X50 ifadəsində göstərmişdir ki, Arzu Qurbanlı tibb mərkəzində EKQ edilərək kardioqrammaya rəy verən həkim kardioloq X58 sinus ritmi, aritmik, periodik olaraq PQRST komplekslərinin itməsi, sinoatrial blokada diaqnozu qoyaraq, ona uşaq kardioloqun konsultasiyasını tövsiyə etmişdir. Qoyulan diaqnozu əməliyyatda iştirak edəcək tibb mərkəzinin həkim anestezioloq-reanimatoloqu Təqsirləndirilən şəxs göstərmiş, sonuncu diaqnoza baxıb Arzunun yatdığı palataya gedərək, anası Xəyalə xanımdan qızı Arzu barəsində anamnez toplamış, bundan sonra uşaqda ciddi şey olmadığını, əslində dəfələrlə bundan ağır xəstələrin əməliyyatını apardığını demişdir. Uşaq kardioloqu Elşən Rzayev yaxşı olar təkrar müayinə aparılıb həkim konsultasiyası keçirilsin. İsmayıl həkim əməliyyatın başqa tarixə keçirilməsinə ehtiyac bilmədiyini deyib əməliyyata hazırlaşmağı tapşırdı. Arzu saat 14 radələrində palataya gətiriləndən bir neçə dəqiqə sonra ona baş çəkərkən anası qızının hərəkətsiz olub ətrafa reaksiya görsətmədiyindən şikayətləndi. İsmayıl həkimi görüb bu barədə ona məlumat verməklə uşağa baş çəkməyi xahiş etmişdir. Bundan sonra saat 17:30 radələrinədək bir neçə dəfə Arzunu müayinə edib ona baş çəkmiş, hər dəfə uşağın anası Xəyalə yanında olub, azyaşlı bu müddətdə eyni vəziyyətdə, sağ çiyin üzərində uzanıqlı hərəkətsiz olub, onu adı ilə çağırsa da, qanaxmanın olmadığına əmin olmaq üçün boğazına baxarkən belə uşaqda ətrafa reaksiyanın olmadığını görüb xəstəlik tarixində qeydiyyat aparmaqla İsmayıl həkimə xəstənin bu vəziyyəti barədə bir neçə dəfə məlumat verib azyaşlını müayinə etməsini xahiş etmişdir. O da hər dəfə, boğaz əməliyyatının xeyli sadə olduğunu, narkozdan sonra belə halların baş verə biləcəyini, bilik və təcrübəsinə görə uşaqda ciddi bir şey görmədiyini, hər an uşağı vəziyyətdən çıxara biləcəyini deyib narahat olmamağını və uşağı müayinə edəcəyini vəd etmişdir. Xəyalə saat 17 radələrində yenə də Arzunun narkozdan ayılmadığından şikayət etdikdə ona demişdir ki, uşağın narkozdan ayılmasına İsmayıl həkim cavabdehdir. Xəyalə bildirmişdir ki, hər dəfə deyirsiz amma İsmayıl həkim gəlib baxmır. İş saatı bitib evə getməzdən əvvəl İsmayıl həkimə yenə uşağın vəziyyəti və ananın narahatçılığı barədə məlumat vermiş, uşağa baxmasını xahiş edib bildirmişdir ki, evə gedir, uşağa baxsın ki, evə rahat getsin. İsmayıl həkim isə uşağın vəziyyətindən xəbəri olduğunu, əməliyyatdan sonra xəstələrdə belə halların baş verdiyini söyləmişdir. X50 həmçinin qeyd etdi ki, xəstə exokordioqramma olunmamışdır. O, əməliyyatn bir gün sonraya təxirə salınmasını istəmiş, İsmayıl həkim isə həmin gün olmasına qərar vermişdir Məhkəmə iclasında tədqiq edilmiş “Real” Tibb X1 adına tərtib edilmiş xx.xx.2016-cı il tarixli, ******* saylı stasionar xəstənin tibbi kartından görünür ki, həmin tarixdə saat 14.40dan saat 15.15-dək, X20 adına tərtib edilmiş xx.xx.2016-cı il tarixli, stasionar xəstənin tibbi kartından görünür ki, həmin tarixdə saat 16.15-dən saat 17.10-dək korbağırsağın kəskin iltihabı diaqnozu ilə əməliyyat olunmuşlar və Təqsirləndirilən şəxs həmin əməliyyatda həkim anestezioloq-reanimatoloq kimi iştirak etmişdir. X49 adına olan xəstəlik tarixində əməliyyatdan sonra onun vəziyyəti ilə bağlı Təqsirləndirilən şəxs tərəfindən aparılmış qeydlərin Arzu Qurbanlının ölümündən sonra aparılması yuxarıda göstərilən sübutlarla yanaşı şahidlər Rəhimə Abdullayevanın, Şərqiyyə Məmmədovanın, Təranə Şəfıyevanın, Röya Əliyevanın ibtidai istintaq zamanı verdiyi ifadələrlə təsdiq edilsə də, bu ifadələr məhkəmə iclasında tədqiq edilməmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittihamda təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi məsələsini müzakirə edərək nəticəyə gəlmişdir ki, iş üzrə mötəbər sübutlar olan məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs oğlunun peşə vəzifələrini lazımi qaydada yerinə yetirməyib Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx.xx.2012-ci il tarixli 70 nömrəli Əmri ilə təsdiq edilmiş “həkim anestezioloq-reanimatoloqun nümunəvi vəzifə Təlimatı”-nın 6, 8, 9-cu bəndlərinin tələblərini pozaraq xx.xx.2016-cı il tarixdə saat 10 radələrində “Adenoid 3 dərəcə, xroniki dekompense olunmuş tonzillit” dioqnozu ilə işlədiyi xəstəxanaya müraciət edən xx.xx.2013-cü il təvəllüdlü X21 üzərində icra ediləcək “adenotonzillektomiyya”(burun-boğaz nahiyyəsində artıq ət hissəsinin götürülməsi) əməliyyatından öncə elektrokardioqrafiya (EKQ) müayinəsi zamanı onda “sinoatrial blokadanın” olduğu müəyyənləşdirilib kardioloqun konsultasiyası tövsiyyə olunmasına baxmayaraq, əməliyyatın aparılmasını təxirə salmamış və xəstəni müayinələrdən tam keçirmədən, kəllədaxili təzyiqi qiymətləndirilmədən, mədə zondlanmadan, saat 12:10-da əməliyyata götürüb, fiziki göstəricilərini (3 yaş, 16 kq), əməliyyatın müddətini (25 dəq) nəzərə almadan əməliyyatdan öncə ona anestetik vasitə olan “Kalipsol” dərman preparatını 1-2 mq vurmaq əvəzinə, normadan xeyli artıq, yəni 150 mq dozada vena daxilinə yeritməsi anestezioloji ağırlaşmaya səbəb olmuş, əməliyyatdan sonra da qusmanın erkən və sonrakı profilaktikasını aparmamış, xəstəyə dinamik nəzarəti həyata keçirməmiş, sonuncuda müşahidə edilən qusmanın qeyd edilən dərman preparatının əks təsirindən yaranıb qusuntu kütləsinin tənəffüs yollarına düşərək xəstənin asfiksiyadan ölə biləcəyini lazımi diqqət və ehtiyatlılıq göstərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görməmiş, nəticədə X45 tənəffüs yollarının qusuntu kütləsi ilə tutulmasından asfiksiya olaraq saat 21:20-də xəstəxanada onun ehtiyatsızlığından ölməsi və bundan başqa, onun Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 70 nömrəli Əmri ilə təsdiq edilmiş “həkim anestezioloq-reanimatoloqun nümunəvi vəzifə Təlimatı”-nın 15, 24.4-cü bəndlərinin və xx.xx.2005-ci il tarixli 74 nömrəli əmri ilə təsdiq edilmiş “stasionar xəstənin tibb kartası haqqında Təlimat”-ın tələblərini pozaraq xx.xx.2016-cı il tarixdə saat 21:20-də X21 onun ehtiyatsızlığından öldüyünü görüb məsuliyyətdən yayınmaq və baş vermış ölümün anestezioloji ağırlaşma ilə əlaqədar olmadığını göstərmək məqsədilə xəstəni əməliyyatdan sonra saat 13:50-də ekstubasiya edib palataya köçürdüyü halda, həmin vaxt saat 13:00-a kimi, palataya gətirdiyi andan saat 18 radələrinədək xəstəyə baxışı həyata keçirib müayinə etmədiyi halda, huşunun aydın olması, boğazındakı ağrılardan şikayət etməsi, xəstədə qusma halının baş verməməsi, süd və maye qəbul etməsi, həmçinin sonuncuya anestetik vasitə olan “Kalipsol” dərman preparatını 150 mq olması barədə Arzu Qurbanlıya açılmış 482 nömrəli stasionar xəstənin tibb kartasına bilə-bilə yalan məlumatlar daxil etməklə hüquq verən və vəzifədən azad edən rəsmi sənədi saxtalaşdırmamasının təsdiq olunmamasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutları həm ayrı-ayrılıqda, həm də vəhdət halında təhlil edərək qeyd edir ki, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə əsaslı hesab edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək onun əməli ilə Zərərçəkmiş şəxs ölümü arasında heç bir səbəbli əlaqə olmadığını və hər hansı bir jurnalda hansısa saaxtalaşdırma aparmadığını bildirmişdir. Halbuki, həm iptidai istintaq həmdə məhkəmə istintaqı zamanı şahid ifadələri və ekspertiza rəyləri və zərərçəkmiş şəxsin hüquqi varisinin verdiyi ifadələr tam təkzib olunmuşdur. Məhkəmə kollegiyası hazırkı cinayət işi üzrə ziddiyyətli ifadələr verən şahidlərin və təqsirlədirilən şəxsin iptidai istintaq zamanı verdikləri ifadələri daha mötəbər hesab edir və onların məhkəmə istintaqlarında verdiyi ifadələri mötəbər hesab etməyərək belə qənaətə gəlir həmin ifadələr Təqsirləndirilən şəxs məsuliyyətdən kənarda qalmasına yönəlmiş ifadələrdir və həqiqətə uyğun gəlmir. Bundan başqa Məhkəmə kollegiyası apellyasiya məhkəməsində dindirilmiş ekspert X6 onun özü tərəfindən imza olunaraq verilmiş ekspert rəyində qeyd olunan olan anestezologiyaya aid bəzi fikirlərin ona aid olmadığını və rəyi oxumayaraq imzalaması ilə bağlı dediklərinə tənqidi yanaşaraq onu qeyd edir ki, hazırkı ekspertiza rəyi kollegial olaraq hər üç ekspertlərin fikirləri dinlənilmək şərti ilə qəbul olunmuşdur. Və heç bir ekspert bu rəyin verilməsində xüsusi bir rəydə qalmamışdır. Əgər belə olmuş olsa idi, onda X15 tərəfində xüsusi rəy tərtib olunaraq iş materiallarına əlavə olunmalı idi. Belə ki, məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən ; Komission məhkəmə ekspertizası eyni ixtisas üzrə sayı iki nəfərdən az olmayan ekspertlər tərəfindən aparılır; Məhkəmə ekspertizasının komission xarakteri onu təyin (sifariş) etmiş orqan və ya şəxs, yaxud məhkəmə ekspertizası idarəsinin rəhbəri tərəfindən müəyyən edilir; Komission məhkəmə ekspertizasının təşkil edilməsi və aparılması onu təyin (sifariş) etmiş orqan və ya şəxs tərəfindən məhkəmə ekspertizası idarəsinin rəhbərinə həvalə edilir; Komissiya tərkibində məhkəmə ekspertizasının aparılması həvalə edilmiş hər bir ekspert müstəqildir və sərbəst olaraq özünün əldə etdiyi və başqa ekspertlər tərəfindən əldə olunmuş nəticələri qiymətləndirir və öz zəruri biliyi hüdudlarında qoyulmuş suallara cavab verir; Ekspertlər rəy verməmişdən qabaq öz aralarında məsləhətləşirlər. Ümumi rəyə gəldikdə, rəyə bütün ekspertlər tərəfindən imza edilir; Ekspertlər arasında fikir ayrılığı olduqda hər bir ekspert buna səbəb olan məsələ barəsində yazılı formada öz rəyini ayrıca tərtib edir. Göründüyü kimi, ekspert X15 qanunun ona verdiyi səlahiyyətlərdə istifadə etməmiş və yekun rəyə imza edərək gəlinmiş nəticəsi ilə razılaşmışdır. Buna görə də məhkəmə kollegiyası verilmiş rəyi qanuni və əsaslı hesab edərək sübut kimi mötəbər hesab edir. Yuxarıda qeyd olunanları ümiləşdirərək məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 140.0-cı maddəsinə əsasən cinayət prosesi gedişində aşağıdakı hallar yalnız aşağıda göstərilən sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Həmin Məcəllənin 140.0.1-ci maddəsinə əsasən ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində ekspertin rəyi ilə müəyyən edilir. Göstərilən qanunun mənasına görə cinayət prosesi gedişində ölümün səbəbi yalnız tibb sahəsində ekspertin rəyi sübutunun əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Zərərçəkmişin ölümünün səbəbi barədə ekspertiza rəylərinin hər hansı şahidin ifadəsinə istinad etməklə məhkəmə tərəfindən təkzib edilməsi Azərbaycan Respublikası CPM-nin 140.0.1-ci maddəsinin tələbinə ziddir. Həmin qanuna əsasən ölümün səbəbi yalnız tibb sahəsində ekspertin rəyi sübutunun əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Beləliklə məhkəmə kollegiyası apellyasiya protesti və şikayətinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1 və 320.1 maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair dəlilləri ilə razılaşaraq, habelə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd ounan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1 və 320.1-ci maddələrinə tövsif edir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. İş materiallarında olan Sumqayıt şəhər X74 xəstəxanası və X78 tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində həkimanesteziloq-reanimatoloq kimi tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metdolarından istifadə etməklə öz ixtisası üzrə peşakar səviyyədə tibbi yardım göstərmiş, vicdanlı, işgüzar həkim kimi tanınmış, daim öz vəzifə borclarını tələb olunduğu kimi yüksək səviyyədə yerinə yetirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X34 oğlunun cəzasını yüngülləşdirən hal müsbət xrakterizə olunmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Apelyasiya protestində Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi haqqında da tələb qoyulmuşdur. Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə , həmin Məcəllənin 320.1-ci maddəsinin sanksiyasında isə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi barədə dəlili ilə razılaşmayaraq, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yəni müsbət xarakterizə olunması, hadisənin ehtiyatsızlıqdan törədilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığa cəhd etməsini ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməsinə zərurət yoxdur, az ciddi cəza növü ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Ona görə də məhkəmə kollegiyası işin yuxarıda göstərilən halları nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş işlah işi növündə cəza təyin edilməsini qanunamüvafiq hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cəza təyin olunması ilə bağlı belə qənatə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Republikası Cinayət Prossesual Məcəlləsinin 39.1.3-cü maddəsinin tələbinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələblərinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın "Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların nəzərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Məhkəmə kollegiyası buradan belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs bu əməli böyük ictimai təhlükə törətməyən cinayət olduğundan AR CM-nin 320.1-ci maddəsi ilə Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 39.1, 39.1.3-cü maddələrinin tələbinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 44.1və 44.2.1-ci maddələrinə əsasəsn məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Bundan başqa məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini və hazırda ölkə ərazisində olan pandemiyya şəratində həkimlərə daha cox ehtiyac olmasını, nəzərə alaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi təyin edilməməsi qənatinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə kollegiyası müəli iddia ilə bağlı onu qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi ona vurulmuş mənəvi ziyan kimi 100 000 (yüz min ) manat məbləğində ziyanın təqsirləndirilən şəxsdən onun xeyrinə tutulmasını tələb etsə də, ona vurulmuş ziyanın nədən ibarət olmasını və nədə ifadə olunmasını göstərməmiş, həmçinin ona ziyanın vurulmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Ona görədə Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş mülki iddia baxılmamış saxlanılmalı və ona mülki mühakimə icratı qaydasında məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-xətşünaslıq ekspertiza üzrə tədqiqatın dəyəri 100,00 (bir yüz) manat və məhkəmə kompüter-texniki ekspertiza üzrə tədqiqatın dəyəri 67 (altmış yeddi) manat 20 (iyirmi) qəpik, sənədlərin texniki ekspertizası üzrə tədqiqatın dəyəri 73 (yetmiş üç) manat, cəmi 240 (iki yüz qırx) manat 20 (iyirmi) qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Cinayət işi üzrə xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxılmasının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökmün ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 351-353, 398.1.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM E T D İ:
Apellyasiya protesti qismən təmin edilsin. Apellyasiya şikayəti təmin edilsin . Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1 və 320.1-ci maddələri ilə bəraət verilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(060)4/2018 saylı hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs islah işləri növündə cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmənin əvvəli qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin edilməsin. Hökm elan olduğu andan qanuni qüvvəyə minir. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-xətşünaslıq ekspertiza üzrə tədqiqatın dəyəri 100,00 (bir yüz) manat və məhkəmə kompüter-texniki ekspertiza üzrə tədqiqatın dəyəri 67 (altmış yeddi) manat 20 (iyirmi) qəpik, sənədlərin texniki ekspertizası üzrə tədqiqatın dəyəri 73 (yetmiş üç) manat, cəmi 240 (iki yüz qırx) manat 20 (iyirmi) qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş mülki iddia baxılmamış saxlanılsın və ona mülki mühakimə icratı qaydasında məhkəməyə müraciət etmə hüququ izah olunsun. Hökmdən Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Sədrlik edən : Məhəmmədəli Rzayev
Hakimlər: Elman Rəhimov
Fuad Məmmədov