Məhkəmə qərarları › İş №1(105)-91/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-91/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-91/2023 07.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəhimov Elman Gülbaba oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Yusifova Ayşən Hafiz qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,149.2.4, 29, 149.2.5, 157.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-86/2022 nömrəli 02 noyabr 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayətləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-86/2022 nömrəli 02 noyabr 2022-ci il tarixli hökmü ilə (Hakimlər R.Ş.Əliyev -sədirlik edən, H.S.Əliyev -məruzəçi və F.Z.Hümbətov) xx xxxxxxxx 1990-cı ildə Qusar rayonunun Avaran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, Xaçmaz rayonu, Qaraçı kəndində daimi qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 149.2.4, 29, 149.2.5, 157.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona CM-nin 29, 149.2.4, 29, 149.2.5 maddələri ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 157.1-ci maddəsi ilə 1 (bir) il müddətinə islah işləri cəzası, CM-nin 181.2.3 və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 68.1.3-cü maddəsinə əsasən təyin olunmuş islah işləri cəzasının 4 (dörd) günü azadlıqdan məhrumetmə cəzasının 1 (bir) gününə bərabər hesablanaraq 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 11 il 6 ay (on bir altı ay) müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə təqsirləndirilmişdir ki, o, 24 sentyabr 2020-ci il tarixdə saat 20 radələrində Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmadan hamilə vəziyyətində olan Zərərçəkmiş şəxs2 iradəsi ziddinə onun ünvan 1 ünvanında yerləşən evinə qanunsuz daxil olub Zərərçəkmiş şəxs2 ilə zorla cinsi əlaqədə olmaq məqsədilə növü istintaqla müəyyən edilməyən kəsici-deşici alətlə öldürmə hədəsi ilə sonuncunun çənə nahiyəsinə bir zərbə vurub qəsdən ona “alt çənə nahiyəsinin çapıqlaşmış yarası” kimi dərəcəsi təyin olunmayan xəsarət yetirməklə müqavimətini qırmağa çalışmış, lakin Zərərçəkmiş şəxs2 qaçıb evdən çıxması səbəbindən bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayaraq başa çatdıra bilməmiş, bununla da, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olaraq Zərərçəkmiş şəxs2 öldürmə hədəsi ilə onunla cinsi əlaqədə olmağa, yəni zorlamaya cəhd etmişdir. Bundan başqa o, 23 iyun 2021-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirmək məqsədilə sonuncunun iradəsi ziddinə ünvan 2 ünvanında yerləşən evinə qanunsuz olaraq girib mətbəxdən götürdüyü bıçağı silah qismində istifadə edərək Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə əli ilə və bıçaqla qəsdən bir neçə zərbə vuraraq sonuncuya “alt dodağın selikli qişasına qansızma, sağ çiyin, sol sağrı və hər iki bud nahiyələrinin qançırları, sağ əlin arxa tərəfinin kəsilmiş yarası və sol əlin ovuc səthinin səthi kəsilmiş yaraları” kimi sağlamlığa yüngül zərər vuran, həyat və sağlamlıq üçün təhlükəli olan xəsarətlər yetirməklə basqın etmiş, daha sonra cinayətkar niyyətini davam etdirərək Zərərçəkmiş şəxs1 ilə zorla cinsi əlaqədə olmaq məqsədilə sonuncunu əlindəki bıçaqla öldürmə hədəsi ilə müqavimətini qırmağa çalışmış, lakin Zərərçəkmiş şəxs1 müqavimət göstərməsi nəticəsində bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayaraq başa çatdıra bilməyərək evi tərk etmiş, bununla da, o, zərərçəkmiş şəxsi təkrar öldürmə hədəsi ilə cinsi əlaqədə olmağa, yəni zorlamaya cəhd etmiş, habelə yaşayış sahəsinə qanunsuz olaraq girməklə silah qismində istifadə edilən əşyalar tətbiq etməklə özgənin əmlakını ələ keçirmə məqsədilə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın, yəni quldurluq etmişdir. Hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, barəsində olan cinayət işinə yenidən baxılmasını xahiş etmişdir. Həmçinin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi X1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünü ləğv edərək, Təqsirləndirilən şəxs əməlinin Zərərçəkmiş şəxs2 aid hissədə bəraət verilməsinə, Zərərçəkmiş şəxs1 aid hissədə əməlinin CM-nin 149.2.4, 149.2.5, 157.1, 181.2.3 və 181.2.5-ci maddələrindən CM-nin 177-ci maddəsinə tövsif edərək aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zərərçəkmiş şəxs2 ilə bağlı epizod yalnız fərziyyələr əsasında verilmişdir. Zərərçəkmiş şəxs1 epizodu ilə bağlı isə kifayət qədər zidiyyətlər mövcuddur. Həmçinin verilmiş ittiham işin faktiki hallarına uyğun gəlmir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində etiraf etmişdir ki, Zərərçəkmiş şəxs1 evinə pəncərədən oğurluq məqsədilə girmiş və sırf təsadüfən də hamam otağından çıxan Zərərçəkmiş şəxs1 ilə üz-üzə gəlib, sonuncu onu görüb qışqırmağa başlamış, Təqsirləndirilən şəxs isə onun sakitləşdirməyə çağırmış, əlini ağzı ilə tutub qışqırmağına mane olmuşdir. Hadisələr bu axında baş vermişdir. Ona qarşı heç bir quldurluq həyata keçirməmiş, zorlamağa da ümumiyyətlə cəhd etməmişdir. Məhkəmə baxışı zamanı dindirilən şahidlər də ziddiyətli ifadələr vermişdirlər. Belə ki, hətta Şahid2 hadisənin axşam saat 6-7 radələrində baş verdiyini söyləmiş, həmçinin bildirmişdir ki, “Kəmalə söyləmişdir ki, onun evinə girən şəxs onu zorlamaq istəmişdir, evindən də heç bir əşya və qiymətli nəsə götürməmişdir”. Bu ifadələr də bilavasitə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı hər hansı quldurluq niyyətinin və zorlama niyyətinin olmaması, evdən oğurluq etmək niyyətinə düşməsinə əsas verir. Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-86/2022 nömrəli 02 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları-Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamış və həmin sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, evin giriş hissəsi dəmir darvazadan ibarətdir. Həyətin ətrafı daş divar ilə əhatəyə alınmışdır. Evin sağ tərəfində kiçik bağ sahəsi vardır. Yaşayış evinin ətrafı qara suvaqdan ibarətdir. Evin həyətində müxtəlif kiçik əşyalar var. Həyətdə yerə beton tökülüb, evin qapısı dəmirdən ibarətdir. Hadisə baş verdiyi yer evin hamam otağıdır. Həmin hamamda əl-üz yumaq üçün nəzərdə tutulmuş çanaqda hadisə ilə bağlı qanabənzər ləkələr vardır. Evin yataq otağının döşəməsində yatağın yanında qan izləri var. Həmin şəxs evin yataq otağının pəncərəsindən içəri daxil olmuşdur və qeyd olunan pəncərənin pərdəsində qan ləkəsi vardır. Evin qonaq otağının qapısı taxtadan ibarətdir. Otaqda müxtəlif məişət əşyaları və televizorun üzərində zinət əşyaları vardır. (cild 1, i.v. 10-13) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 24 iyun 2021-ci il tarixli, 363 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - alt dodağın selikli qişasının qansızması, sağ çiyin, sol sağrı və hər iki bud nahiyələrinin qançırları bərk küt əşya (əşyalar), sağ əlin arxa səthinin kəsilmiş yarası və sol əlin ovuc səthinin səthi kəsilmiş yaraları isə iti kənarlı və ya iti uclu kəsici əşyanın (alətin) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Qeyd olunan xəsarətlər fiziki güc tətbiq edilməklə cinsi əlaqəda olma zamanı yetirilə bilərdi. (cild 1, i.v. 15) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 27 iyun 2021-ci il tarixli, 370 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarət- alt çənə nahiyəsinin çapıqlaşmış yarası iti uclu və ya iti kənarlı kəsici əşyanın (alətin) təsirindən törənməklə, yetirilmə müddəti müayinədən altı aydan bir ilə kimi tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (cild 1, i.v. 31). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 30 iyun 2021-ci il tarixli, 385 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarət -xayalığın qançırı bərk küt əşyanın tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Qeyd olunan xəsarət fiziki güc tətbiq etməklə cinsi əlaqəda olmağa cəhd zamanı qarşı tərəfdən yetirilə bilərdi (cild 1, i.v. 177). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 534/2021-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi: O/H/İ/. Ekspertizaya təqdim edilmiş bıçaq üzərində insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzər təyin olunduqda yalnız H antigenti alındı. Göstərilən qan ləkələri O/H/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər (cild 1, i.v. 220-223). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 2199 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal- hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini idarə etmək və onları qiymətləndirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştrak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilmiş cinayət əməlini törədən zaman psixi-emosional sferasında iş üçün kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt və ya güclü ruhi həyəcan vəziyyətində olmamışdır (cild 2, i.v. 27-29). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 01 oktyabr 2021-ci il tarixli, 637 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs cinsi əlaqədə olma qabiliyyətinə maneəçilik törədən xarici cinsiyyət üzvləri nahiyəsində mexaniki maneələr, anadan gəlmə qüsurlar, onların inkişafı, xəstəliklər və xəsarətlər nəticəsində törənmiş çapıqlar və digər dəyişikliklər aşkar edilməmişdir, yəni o, cinsi əlaqədə olma qabiliyyətinə malikdir (cild 2, i.v. 58). İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs ilə arasında keçirilən üzləşdirmə zamanı onun üzünə deyərək bir daha tam təsdiq etmişdir (cild 1, i.v. 92-94). İş materiallarında olan xx.xx.2021-ci il tarixdə zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması zamanı Zərərçəkmiş şəxs1 ifadəsində qeyd olunanları hadisə yerində dəqiq göstərərək öz ifadəsini təsdiq etmişdir (cild 1, i.v. 147-149). Apellyasiya baxışı zamanı Zərərçəkmiş şəxs1 məhkəməyə müraciət edərək, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-86/2022 nömrəli 02 noyabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə şəxsin tanınmaya təqdim edilməsi protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs üzündəki çopurlardan, dərisinin rənginin qara olmasından tanıyaraq sonuncunun onun evinə girib onunla zorla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir (cild 1, i.v. 95-97). İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs ilə arasında keçirilən üzləşdirmə zamanı onun üzünə deyərək bir daha tam təsdiq etmişdir (cild 1, i.v. 98-100). İş materiallarında olan xx.xx.2021-ci il tarixdə zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması zamanı Zərərçəkmiş şəxs2 ifadəsində qeyd olunanları hadisə yerində dəqiq göstərərək öz ifadəsini təsdiq etmişdir (cild 1, i.v. 161-163). Apellyasiya şikayətində Təqsirləndirilən şəxs əməlinin Zərərçəkmiş şəxs2 aid hissədə bəraət verilməsinə, Zərərçəkmiş şəxs1 aid hissədə əməlinin AR CM-nin 149.2.4, 149.2.5, 157.1, 181.2.3 və 181.2.5-ci maddələrindən CM-nin 177-ci maddəsinə tövsif edərək, aşağı həddə cəza təyin edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs bəraət verilməsi barədə apellyasiya şikayətində göstərilən dəlillər əsaslı hesab edilə bilməz. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın əsaslılığını müzakirə edərək aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xaçmaz RİHB-nın Qaraçı kənd icra nümayəndəliyindən təqdim olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kəndin və ərazi ictimai siyasi həyatında yaxından iştirak edir, fəallıq göstərir. Kənd sakinləri və qonşular arasında hörmət və nüfuz qazanmışdır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqə 158). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır (cild 2, iş vərəqə 15-16). İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs2 2010-cu il təvəllüdlü oğlu Elmar İbrahimxəlilov, 2015-ci il təvəllüdlü oğlu Tunar Bayramov, 2021-ci il təvəllüdlü qızı Mələy Bayramova adlı üç övladı vardır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2013-cü il təvəllüdlü X3 adlı övladı vardır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nin CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal, Azərbaycan Respublikası CM-nin 61.1.7-ci maddəsinə əsasən cinayəti onun üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törətməsini onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirmişdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini və təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəliliyi nəzərə alınaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə cinayət qanunvericiliyinə uyğundur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərində göstərilən dəlillərə görə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-86/2022 nömrəli 02 noyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edir. Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamadığından keyfiyyətli müdafiə hüququnun təmin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, apellyasiya instansiyası məhkəməsində Təqsirləndirilən şəxs göstərilmiş 06 (altı) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 vəkil işlədiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına 36 (otuz altı) manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 193, 397, 398.1.1, 407- 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,149.2.4, 29, 149.2.5, 157.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-86/2022 nömrəli 02 noyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya baxışı zamanı məhkəmədə hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil Müdafiəçi2 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar