Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-93/2023 11.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X10 Rzayevin sədrliyi və məruzəsi ilə, hakimlər Elman Gülbaba oğlu Rəhimov və Elman Məmməd oğlu Əhmədovdan ibarət tərkibdə, Hacıyeva Aytəkin Qurban qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru X7, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə2 Hacıbala oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 1(012)-33/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə2 Hacıbala oğlu və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 1(012)-33/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə (hakim Şövkət Nəcəfova) xx xxxx 1963-cü ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, 02 iyun 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və onun 01 (bir) il müddətinə müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, təyin olunmuş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 03 (üç) il sınaq müddəti təyin edilməsi, sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması, hökmün icrası Bakı şəhər Probasiya Şöbəsinə, Sabunçu rayon İcra və Probarsiya şöbəsinə həvalə olunması, vurulmuş ziyanla əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət edilməsi zərərçəkmiş tərəfə izah edilməsi hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, 17 avqust 2020-ci il tarixdən "xxxx" MMC-nin direktoru işlədiyi müddət ərzində üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 7.8, “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”nin 2.3.4, 2.3.6.1, “Qazdan istifadə qaydaları”nın 3.3.7, 3.3.9, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.28, 9.29 və “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.3.6, 3.3.7, 3.3.18-ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına riayət etməməsi, yəni Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən "xxxx" MMC-nin balansında və istismarında olan yeraltı 40 mm-lik polad qaz borusunu saz vəziyyətdə saxlamaq üçün xüsusi razılığı olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi bağlamaması, qaz qurğularına xüsusi təlim keçmiş işçi heyəti tərəfindən xidmət göstərilməsini və "xxxx" MMC-nin satış-ofis sahəsinin daxilində qaz sızmasını müəyyən edən detektor quraşdırılmasını təşkil etməməsi səbəbindən həmin 40 mm-lik polad qaz borusunun üzərində yaranmış korroziya nəticəsində xətdə əmələ gəlmiş dəliklərdən sızan qaz borunun üstünə keçirilmiş 108 mm-lik futlyar vasitəsi ilə satış sahəsindən 20 sm məsafədə yerləşən baxış quyusuna, oradan isə satış sahəsinə dolduğu üçün partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığı əmələ gəlmiş, 19 noyabr 2020-ci il tarixdə? saat 16 radələrində satış sahəsində olan X17 işığı söndürən zaman elektrik açarında yaranmış qığılcımın təsirindən alışması səbəbindən baş vermiş partlayış zamanı X17 yuxarı tənəffüs yollarının yanıq xəstəliyi və ağır dərəcəli yanıq şoku ilə nəticələnən, baş, sifət, boyun, hər iki qulaq seyvanları, hər iki yuxarı ətrafları, gövdənin arxa, döş qəfəsinin ön səthinin sağ və sağ yan səthinin, göbək ətrafı, hər iki sağrı, bud, diz oynaqları, hər iki baldır və sağ ayaq nahiyələrinin, ümumi bədən səthinin təxminən 70- 75%-ni əhatə edən İİ-İİİ dərəcəli yanığı ilə müşahidə olunan sağlamlığına ağır xəsarət vurulmasına xarakterik xəsarətlər alaraq 27 noyabr 2020-ci il tarixdə saat 07:30-da müalicə olunduğu xəstəxanada ağır yanıq şokundan ölmüş, X4 baldırın orta 1/3-nin yanması ilə müşahidə olunan sağlamlığına yüngül dərəcəli zərər vurulmasına xarakterik xəsarət almış, eyni zamanda satış və sərgi salonu partlayışın təsirinə məruz qaldığı üçün digər ağır nəticə hesab edilən "xxxx" MMC-yə 204000 manat məbləğində tikinti üzrə maddi ziyan dəymiş, bununla da, Təqsirləndirilən şəxs üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olmaqla pozmuşdur. Apellyasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə2 Hacıbala oğlu apellyasiya şikayəti verərək, mübahisəli hökmün mülki iddianın baxılmamış saxlanılması hissəsində ləğv edilməsini və həmin hissədə mülki tələbin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual normaların tələblərini pozmuşdur. Belə ki, hadisə baş verən vaxtdan iki ilə yaxın müddət keçsə də mülki iddiaya laqeyd münasibət bəslənməsi zərərçəkmiş şəxsin üç nəfərdən ibarət ailə üzvləri mənəvi iztirablar çəkmələrindən əlavə mövcud qanunlar əsasında maddi təzminatlar nəzərdə tutulsa da, məhkəmə əsassız müddəaya əsaslanaraq mülki iddianın baxılmamış saxlamaqla zərərçəkmişin ailəsinin vəziyyətini nəzərə almamışdır.Bundan başqa məhkəmə hökm çıxarmağa “tələsərək" təkrar qaydada keçirilmiş yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının xx.xx.2022-ci il tarixli rəyində 2017-ci il də Binəqədi-Novxanı yolunun genişləndirilməsi məqsədi ilə bağlı qaz xəttinin üstü və futlyarın torpaqla qapanması ilə "xxxx" MMC-də baş vermiş yanğınla birbaşa texniki səbəbli əlaqənin mövcud olması müəyyən edilsə də təqsdiriləndirilən şəxslərin dairəsinin müəyyən edilməsinin vacibliyini nəzərə almamışdır. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 1(012)-33/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs cinayətin törədilməsinə aidiyyatı olmayan şəxs olduğundan barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində çıxarılmış ittiham hökmü qanunsuz və ədalətsizdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı fərqli ifadə versə də, məhkəmə təqsirləndirilən şəxsin ibtidai zamanı müstəntiqin qeyd etdiyi ifadəsini olduğu kimi hökmdə əks etdirmişdir. Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı özünü təqsirli bilməmişdir və məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etsə də, məhkəmə səhvən Təqsirləndirilən şəxs oğlunun məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etməsini öz hökmündə qeyd etmişdir. Təqsirləndirilən şəxs 17 avqust 2020-ci il tarixdə "xxxx" MMC-nin təsisçisi X3 əmrinə əsasən, 28 avqust 2020-ci il tarixdə isə "xxxx" MMC adından təsisçi X8 və digər təsisçi Nümayəndə1 birgə imzaladıqları qərara əsasən "xxxx" MMC-yə direktor təyin olunmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən əmr və qərarlarla tanış olmamış və onun direktor təyin olunması kollektivə təqdim olunmamışdır. Zavodu qəbul etməyi ilə bağlı heç bir təhvil-təslim aktı imzalanmamışdır. Həmçinin zavodda yanğın təhlükəsizliyi ilə bağlı maddi məsul şəxs olması ilə əlaqədar heç bir əmr verilməmişdir. 28 avqust 2020-ci il tarixdə "xxxx" MMC-də xx.xx.2020-ci il tarixindən, 2021-ci illərdə Təqsirləndirilən şəxs tərəfindən yenidənqurma işlərinin aparılması üçün təbdirlər planı hazırlanmışdır. Araşdırarkən məlum olmuşdur ki, X27 18 may 2018-ci il tarixli, 75 nömrəli əmrlə əməyin mühafizəsi və texniki təhlükəsizlik işləri üzrə cavabdeh şəxs təyin edilmişdir. Təhlükəsizlik işləri üzrə dedikdə yanğından mühafizə qaydaları da nəzərdə tutulur. Təqsirləndirilən şəxs direktor vəzifəsinə təyin olunduqdan sonra məlum olmuşdur ki, zavoda çəkilmiş komunikasiya xəttlərinin: suyun və qaz təchizatı üçün texniki şərt və layihələr zavodda olmamışdır. 2017-ci ilin iyul ayında Binəqdi-Novxanı yolu eni 7 metrdən 12,5 metrə qədər genişləndirilmişdir. Ən böyük nöqsanlar bu an baş vermişdir. Belə ki, yol sol sahilə 5,5 metr genişləndiyindən yolun sol hissəsində hava, qaz, su ötürücüsü 830 mm-lik metal boru futlyarın ağzı 2,5-3 metr uzunluğunda 2 metr hündürlükdə torpaqla doldurulmuşdur. Bu da sonra 830 mm-lik borudan axan kanalizasiya və qurunt suların axının qarşısını almış qaz xəttinin tez bir zamanda korroziyaya uğramasına səbəb olmuşdur. Qara metal bu cür hallarda ildə 0,1-0,5 mm-ə qədər korroziyaya uğrayır. "xxxx" MMC-yə qaz xətti texniki şərt və layihəyə uyğun olmayaraq lisenziyası olmayan təşkilat tərəfindən çəkilmiş və quraşdırılmışdır. İstintaq orqanı tam, hərtərəfli və obyektiv araşdırmamış, qərəzli mövqe seçərək birtərəfli qaydada istintaq apararaq, əsassız olaraq Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürmüşdür. Ümumiyyətlə hökmdə ekspert rəylərinə heç bir münasibət bildirilməmiş, yalnız iş materiallarında olan digər sənədlərlə bərabər sadalamışdır. Ekspert rəylərindən açıq aydın görünür ki, "xxxx" MMC-nin Nizamnaməsinin tələblərində «Direktor»un üzərinə bilavasitə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsinin qoyulması görünmədiyi və Binəqədi-Novxanı 2017-ci ildə aparılmış yolun genişləndirilməsi ilə bağlı qaz xəttinin üstü və futlyar torpaqla qapanması ilə "xxxx" MMC baş vermiş yanğınla birbaşa texniki səbəbli əlaqənin mövcud olduğu halda məhkəmə qanunsuz və əsassız olaraq bəraət hökmü çıxarmalı olduğu halda Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı X12 çıxış edərək, apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya instansiyası məhkəməsində çıxış edərək bildirdi ki, təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayında "xxxx" MMC-ə direktor vəzifəsinə təyin edilmişdir. Həmin zavoda 3 ay ərzində baxış keçirilməli deyildi. “Qaz təsərrüfatının təhlükəsizliyi” qaydalarının 3.3.17-ci bəndində qeyd edilir ki, fəaliyyətdə olan qaz kəmərlərinin texniki müayinəsi 5 ildən az olmayaraq aparılmalıdır. Qaz yeraltı borularla paylandığı üçün qaz xəttinə 3 aydan, yaxud 6 aydan bir baxış keçirilməsi düzgün deyil. Bundan əlavə həmin dövr pandemiya dövrünə təsadüf etmiş və demək olar heç bir dövlət orqanları və müəssisələr fəaliyyət göstərməmişdir. Eləcə də həmin vaxt ölkədə hərbi vəziyyət rejimi mövcud olmuşdur. Təqsirləndirilən şəxs ümumiyyətlə cinayətin subyekti deyildir. Zavod ona təhvil-təslim edilməmişdir. Bundan əlavə ekspert qarşısına təqsirləndirilən şəxsin üzərinə yanğın təhlükəsizliyi ilə bağlı vəzifələr qoyulub-qoyulmaması ilə bağlı suallar qoyulmuş və ekspert bunun görünmədiyini bildirmişdir. Baş vermiş yanğınla Binəqədi-Novxanı yolunun genişləndirilməsi arasında səbəbli əlaqənin olduğu müəyyən edilmişdir. Bu da təqsirləndirilən şəxsin təqsirli olmadığını sübut edir. Cinayətin subyekti olmayan bir şəxsin məhkum edilib cəzalandırılması ədalətli deyildir. Bundan əlavə təqsirləndirilən şəxs Birinci Qarabağ müharibəsinin qazisidir. Məhkəmədən ədalətli qərar qəbul edilərək təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin olmaması əsası ilə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində çıxış edərək, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə2 Hacıbala oğlu apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinəəsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını nəzərdən keçirib, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyib, işdəki sübutları apellyasiya şikayətləri ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, aşağıda şərh olunanlara əsasən, apellyasiya şikayətləri təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 1(012)-33/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk əvvəl onu qeyd edir ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəmə iclasında etdiyi çıxışında ona istinad edilən cinayətin törədilməsində özünü təqsirli bilməsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 04 aprel 2020-ci ildən 17 avqust 2020-ci il tarixədək "xxxx" MMC-də sex rəisi, həmin tarixdən hal-hazıra kimi isə "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. "xxxx" MMC-nin Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda dəmir-bəzək töküm və əl işləri zavodu fəaliyyət göstərir. Ümumi sahəsi 5300 kv.metrə yaxın olan müəssisənin təxminən 1200 kv.metr satış və sərgi sahəsindən, yerdə qalan hissəsi isə istehsalat və köməkçi sahələrdən ibarətdir. "xxxx" MMC-nin 38 nəfər işçisi vardır. 19 noyabr 2020-ci il tarixdə saat 09 radələrində işə getmiş, gün ərzində qeyri-adi bir hadisə baş verməmişdir. Saat 16 radələrində zavodun istehsalat sahəsinə gedərək aparılan işlərin keyfiyyətini yoxlamış, saat 16 radələrində geriyə, ofisə getmək üçün istehsalat sahəsindən çıxmaq istədikdə qəflətən partlayış baş vermiş və həmin an arakəsmə divarın yuxarı hissəsi istehsalat sahəsinin içərisinə tökülmüşdür. Divara yaxın sahədə olan rəngsaz Şahid1 ayağına divar qalıqları dəydikdən sonra yerə oturduğunu gördükdə sexdəki işçilərə sonuncuya köməklik edilməsini tapşıraraq partlayış baş vermiş sahəyə qaçmış, çatdıqda satış və sərgi sahəsində partlayışın baş verdiyini, "xxxx" MMC-nin mühasibi Aqşin Həsənzadənin yanıq xəsarətləri aldığını, içəridə dağıntıların olduğunu, satış və sərgi sahəsinin çölə olan pilləkən sahəsinin yanından, çöldən alov qalxdığını görmüşdür. Dərhal zavoda gələn qaz xəttinin bağlanması barədə işçilərə göstəriş vermişdir. Bundan sonra özünə məxsus «Mersedes» markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobildə Aqşini Bakı şəhər 5 saylı Kliniki xəstəxananın yanıq şöbəsinə aparmış, bir müddət xəstəxanada qaldıqdan sonra evə getmişdir. Belə ki, xəstəxanada olduğu vaxt alovun artıq söndürülməsi və hadisə yerinin mühafizəyə götürülməsi barədə məlumat almışdır. Ertəsi gün hadisə yerinə getmiş, hadisə yerində olan FHN əməkdaşları, ekspertlərin, "xxxx" QSC-nin əməkdaşları ilə birlikdə baxışda iştirak etmişdir. Əvvəlcə "xxxx" MMC-nin ətrafı və içərisi xüsusi cihazla yoxlanılmış, lakin hər hansı qaz sızması müəyyən olunmamışdır. Bundan sonra "xxxx" MMC-nin anbardarı Şahid2 təxminən 200 metr aralıda yerləşən X18 ərazisindən, "xxxx" MMC-yə ayrıca çəkilmiş qaz xəttinin ventilini icazə aldıqdan sonra açmış, bundan sonra "xxxx" MMCyə çəkilmiş, bir hissəsi Mehdiabad-Novxanı avtomobil yolunun altından keçən qaz xəttinin "xxxx" MMC-nin satış və sərgi sahəsinin qarşısındakı pilləkənin altında yerləşən kanalizasiya quyusunun içərisindən keçən hissəsində təbii qazın yığıldığı müəyyən olunmuşdur. Həmin sahəyə təbii qaz "xxxx" MMC-ni təbii qazla təchiz edən, diametri 40 mm-lik qaz xəttinin torpağın altı ilə çəkilmiş hissəsində korroziya nəticəsində əmələ gəlmiş dəliklərdən sızaraq yığılmışdır. Bir neçə gün sonra FHN-in əməkdaşları hal şahidlərinin iştirakı ilə qeyd olunan qaz xəttinin avtomobil yolunun altında qalan hissəsini ekskovatora qoşmaqla yerindən çıxartmışlar və müəyyən olunmuşdur ki, qaz xəttinin üzərində korroziya nəticəsində əmələ gəlmiş dəliklər vardır. Qaz xəttinin üzərində korroziya nəticəsində əmələ gəlmiş dəliklər olan hissəsi kəsici alət – elektrik mişarı ilə kəsilərək götürülmüş, daha sonra təbii qazın verilişi bərpa edilərək ərazidə qaz sızmasının olmadığı müəyyən edilmişdir. Hadisədən əvvəl "xxxx" MMC-nin satış və sərgi sahəsində olduğu vaxt hər hansı qaz qoxusu hiss etməmiş, həmin sahədə hər hansı qaz qurğu və ya cihazı olmamış, qazdan istifadə edilməmişdir. Partlayış "xxxx" MMC-ni təbii qazla təchiz edən diametri 40 mm-lik polad qaz borusunun avtomobil yolunun altı ilə keçən hissəsində, korroziya nəticəsində əmələ gəlmiş dəliklərdən sızan qazın "xxxx" MMC-nin sərgi və satış sahəsinə dolaraq alışmasından baş vermişdir. "xxxx" MMC-nin direktoru təyin olunduqdan sonra müəssisədə qaz sızmasını və dəm qazını müəyyən edən detektorun quraşdırılmasını təşkil etməmiş, həmin işləri 2020-ci ilin axırlarına, 2021-ci ilin əvvəllərinə planlaşdırmışdır. 19 noyabr 2020-ci il tarixə, yəni hadisənin baş verdiyi günə qədər müəssisənin əsas və köməkçi qaz qurğularını, nəzarət ölçü cihazlarını və avtomatik idarəetmə vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün xüsusi razılığı (lisenziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi bağlamamış və xüsusi təlim keçmiş işçi heyəti olmadığından 3 ayda 1 dəfədən az olmamaqla "xxxx" MMC-ni təbii qazla təchiz edən qaz xətti yoxlanılmamışdır. Apellyasiya məhkəməsinin məhkəmə istintaqında Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində vermiş olduğu ifadəni təsdiq edərək bildirdi ki, direktor kimi işlədiyi müddət 2 ay 21 günü əhatə edir. Əmr 17 avqust tarixində təsisçilərdən biri kimi verilib. 75 %-dən çox paya sahib olunduğu halda isə tək əmr verilə bilir. Direktor işlədiyi dövr pandemiya dövrünə təsadüf etmişdir. Qapanmalarla bağlı həftələrlə işləməmişlər. O, işə başladığı zaman su təchizatı və digər sahələrdə çatışmazlıqlar olmuş, bununla bağlı ilk öncə su xətti çəkilmiş və tərəfindən tədbirlər planı yazılmışdır. Bundan sonra texniki şərtlərin olmadığını öyrənmiş və işçilərdən də bununla bağlı soruşmuşdur. Qaz xətti texniki şərtləri olmamışdır. Bununla bağlı "xxxx" İstehsalat Birliyinə müraciət etmişdir. Çünki yol genişlənmiş və həmin ərazidən 7-8 qaz xətti keçərək hamısı torpaq altında qalmışdır. Qaz xətti texniki-tikinti şərtləri layihəsinə uyğun çəkilməmişdir. Layihəyə görə 6 ədəd dedektor 2013-cü ildə zavodda quraşdırılmalı idi. Partlayış baş verən sahədə təbii qazla işləyən heç bir avadanlıq olmamış və qaz xətti oradan keçməmişdir. Əlavə olaraq qeyd etdi ki, onunla əmək müqaviləsi bağlanılarkən vəzifə təlimatı ona verilməmiş və müqavilənin şərtləri ilə tanış olmamışdır. Texniki şərti hadisə baş verəndən sonra almışdır. Müəssisənin nizamnaməsi vardır və ekspertə təqdim edilmişdir. Bunun əsasında ekspert onun yanğın təhlükəsizliyi ilə bağlı vəzifə daşımadığı ilə bağlı rəy vermişdir. Vəfat vermiş zərərçəkmiş şəxs X17 xəstəxanada müalicə olunduğu zaman verdiyi izahatında göstərmişdir ki, 2016-cı ildən "xxxx" MMC-nin Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda dəmir-bəzək töküm və əl işləri zavodunda mühasib vəzifəsində işləyir. 19 noyabr 2020-ci il tarixdə saat 09 radələrində işə getmiş, gün ərzində xidməti işləri ilə məşğul olmuşdur. Saat 16:00-da namaz qılmaq üçün satış və sərgi sahəsində yerləşən, istifadəsiz otağa getmiş, işığı yandıraraq namaz qılmışdır. Namazını başa çatdırdıqdan sonra ayaqqabılarını geyinərək otaqdan çıxarkən divarda quraşdırılmış elektrik açarı vasitəsi ilə içərinin işıqlarını söndürmək istədikdə qəflətən partlayış baş vermiş, alov onu bürümüşdür. Dərhal çölə qaçmış, qısa müddətdən sonra "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs onu idarə etdiyi avtomobildə Bakı şəhər 5 saylı kliniki xəstəxananın yanıq şöbəsinə aparmışdır. Partlayış nəticəsində bütün bədəni yanmışdır. Hadisədən əvvəl namaz qıldığı və namazını başa vurub otaqdan çıxdığı vaxt içəridən qaz qoxusu hiss etməmişdir. "xxxx" MMC-nin satış və sərgi salonunda hər hansı qaz qurğu və cihazlarından istifadə edilməmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X5 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, X17 ilə evlənmiş, birgə nikahdan iki övladı var. Aqşin bir neçə il olar ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən "xxxx" MMC-yə məxsus dəmir-bəzək töküm və əl işləri zavodunda mühasib işləmişdir. 19 noyabr 2020-ci il tarixdə saat 08 radələrində Aqşin həmişə olduğu kimi işə getmişdir. Saat 16 radələrində evdə olduğu vaxt Aqşinin mobil telefonundan ona zəng olunmuş, telefona cavab verdikdə, "xxxx" MMC-nin direktoru Heydər bildirmişdir ki, müəssisədə baş vermiş partlayış nəticəsində Aqşin xəsarət aldığı üçün Bakı şəhər 5 saylı kliniki xəstəxananın yanıq şöbəsinə aparılmışdır. O, dərhal xəstəxanaya getmiş və çatdıqda həqiqətən də, Aqşinin xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyini, vəziyyətinin ağır olduğunu görmüşdür. Sonradan bilmişdir ki, əri Aqşin həmin gün saat 16 radələrində namaz qılaraq otağı tərk edərəkən işığı söndürdükdə partlayış baş vermişdir. Bir neçə gün müalicə almasına baxmayaraq, 27 noyabr 2020-ci il tarixdə əri Aqşin aldığı yanıq yaralarından müalicə olunduğu xəstəxanada ölmüşdür. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilən Nümayəndə1 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda dəmir sexi fəaliyyət göstərir. 19 noyabr 2020- ci il tarixdə saat 17 radələrində tanışları ona zəng edərək "xxxx" MMC-nin satış salonunda partlayış baş verdiyini, hadisə nəticəsində "xxxx" MMC-nin mühasibi Aqşin Həsənzadənin yanıq xəsarətləri alaraq xəstəxanaya aparıldığını, Şahid1 adlı fəhlənin isə bədən xəsarətləri aldığını bildirmişlər. Dərhal hadisə yerinə getmiş, çatdıqda həqiqətən də "xxxx" MMC-nin Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda fəaliyyət göstərən dəmir sexinin ön tərəfində olan satış sahəsində partlayış baş verdiyini, divarlarının dağılmaya və çatlamaya məruz qaldığını, kiçik sahədə baş vermiş yanğının söndürüldüyünü görmüşdür. Həmin vaxt xəstəxanada olan "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs hadisə barədə soruşduqda sonuncu bildirmişdir ki, saat 17 radələrində mühasib Aqşin satış və sərgi salonunun içərisində yerləşən, istifadəsiz olduğu üçün namaz otağı kimi istifadə olunan otaqda namaz qılıb qurtardıqdan sonra otağı tərk edərkən işığı söndürdükdə partlayış baş vermiş və Aqşin yanıq xəsarətləri almışdır. 27 noyabr 2020-ci il tarixdə Aqşin müalicə olunduğu xəstəxanada ölmüşdür. Təxminən 2014cü ildə podratçı təşkilat tərəfindən, 200 metr aralıda yerləşən X18 ərazisindən, bir hissəsi Mehdiabad-Novxanı avtomobil yolunun altından keçməklə "xxxx" MMC-yə ayrıca qaz xətti çəkilmişdir. "xxxx" MMC-nin satış və sərgi sahəsində hər hansı qaz qurğu və ya cihazı olmamış, qazdan istifadə edilməmişdir. xx.xx.2020-ci ildən hal-hazıra kimi "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxsdur. "xxxx" MMC-nin fəaliyyətinə cavabdehliyi direktor daşıyır. O cümlədən müəssisədə yanğın təhlükəsizliyinə və qaz təsərrüfatına cavabdeh şəxslərin təyin olunması direktorların vəzifəsinə aiddir. "xxxx" İstehsalat Birliyi ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış AMX3680/19 nömrəli «Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı Müqaviləsi»nin bəndlərindən irəli gələn tələblərin yerinə yetirilməsi "xxxx" MMC-nin direktoru tərəfindən həyata keçirilməlidir. Qeyd olunan qaz xəttində, həmçinin "xxxx" MMC-də istifadə olunan əsas və köməkçi qaz qurğularını, nəzarət ölçü cihazlarını və avtomatik idarətetmə vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün "xxxx" MMC-də xüsusi razılıq almaq şərti ilə öz xidmət sahəsi yaradılmamış və xüsusi razılığı olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi bağlanmamışdır. Hadisə ərəfəsində "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs olmuşdur. Partlayış "xxxx" MMC-ni təbii qazla təchiz edən diametri 40 mm-lik polad qaz borusunun avtomobil yolunun altı ilə keçən hissəsində, korroziya nəticəsində əmələ gəlmiş dəliklərdən sızan qazın "xxxx" MMC-nin sərgi və satış sahəsinə dolaraq alışmasından baş vermişdir. Baş vermiş hadisə nəticəsində "xxxx" MMC-yə tikinti üzrə 204000 manat maddi ziyan dəymişdir. O, zərərçəkmiş şəxsin hüquqi varisi X5 mülki iddiasını qəbul etməyərək onun rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən "xxxx" MMC-də anbardar vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, anbardar kimi vəzifəsi zavoda gələn xammalın qəbulundan, həmin malların istehsalat sahələrinə paylanmasından, hazır məhsulun sifarişçiyə təhvil verilməsindən ibarətdir. 19 noyabr 2020-ci il tarixdə saat 09 radələrində işə getmişdir. İşlədiyi anbar zavodun arxa tərəfində yerləşsə də, satış sahəsində ona iş üçün otaq ayrılmışdır. Həmin otaqda bir ədəd stol-stul və kompyuter olmuşdur. Otağın qapısı olsa da, açarla bağlanmamışdır. Həmin otaqdan namaz qılınması üçün istifadə olunmuşdur. Saat 16 radələrində zavodun arxa tərəfində yerləşən anbarda olduğu vaxt partlayış səsi eşitmiş və qaçaraq ofis sahəsinə çatdıqda satış və sərgi sahəsində partlayış baş verdiyini, X15 yanıq xəsarətləri aldığını, içəridə dağıntıların olduğunu görmüşdür. Sonra "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs özünə məxsus «Mersedes» markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə A.Həsənzadəni xəstəxanaya aparmışdır. Qaçaraq təxminən 200 metr aralıda yerləşən X18 ərazisinə getmiş və Stansiya növbətçisinə hadisə barədə məlumat vermişdir. Qısa müddətdən sonra stansiya növbətçisi "xxxx" MMC-yə təbii qazın verilişinin dayandırılması barədə göstəriş aldıqdan sonra qaz xəttinin ventilini bağlamışdır. Ertəsi gün hadisə yerində olan FHN-in əməkdaşları, ekspertlər, "xxxx" QSC-nin əməkdaşları ilə birlikdə baxış keçirilmişdir. Əvvəlcə "xxxx" MMC-nin ətrafı və içərisi xüsusi cihazla yoxlanılmış, lakin hər hansı qaz sızması müəyyən olunmamışdır. Bundan sonra təxminən 200 metr aralıda yerləşən X18 ərazisindən, "xxxx" MMC-yə ayrıca çəkilmiş qaz xəttinin ventili icazə aldıqdan sonra açılmış və baxış davam etdirilərkən müəyyən olunmuşdur ki, "xxxx" MMC-yə çəkilmiş, bir hissəsi Mehdiabad-Novxanı avtomobil yolunun altından keçən qaz xəttinin "xxxx" MMC-nin satış və sərgi sahəsinin qarşısındakı pilləkənin altında yerləşən, quyu sahəsindən keçən hissəsində təbii qazın yığılması vardır. Həmin sahəyə təbii qaz "xxxx" MMC-ni təbii qazla təchiz edən, diametri 40 mm-lik qaz xəttinin torpağın altı ilə çəkilmiş hissəsində korroziya nəticəsində əmələ gəlmiş dəliklərdən sızaraq yığılmışdır. Baxış keçirilərkən qeyd olunan qaz xəttinin avtomobil yolunun altında qalan hissəsi torpağın altından çıxarılmış və müəyyən olunmuşdur ki, qaz xəttinin üzərində korroziya nəticəsində əmələ gəlmiş dəliklər vardır. Qaz xəttinin üzərində korroziya nəticəsində dəliklər əmələ gəlmiş hissəsi elektrik mişarı ilə kəsilərək götürülmüş, daha sonra təbii qazın verilişi bərpa edilərək ərazidə qaz sızmasının olmadığı müəyyən edilmişdir. 2017-ci ildən "xxxx" MMC-nin anbardarı vəzifəsində işləməyə başlayanda artıq "xxxx" MMC təbii qazla təchiz olunmuşdur. Qaz xətti "xxxx" MMC-dən təxminən 200 metr aralıda yerləşən X18 ərazisindən, "xxxx" MMCyə ayrıca çəkilmişdir. Qaz xəttinin bir hissəsi Mehdiabad-Novxanı avtomobil yolunun altından keçməklə çəkilmişdir. Partlayış ilkin olaraq anbar otağında baş vermişdir. Həmin otaqda namaz qıldıqdan sonra çıxan mühasib A.Həsənzadə işığı söndürmək istədikdə partlayış baş vermişdir. Partlayış "xxxx" MMC-ni təbii qazla təchiz edən diametri 40 mm-lik polad qaz borusunun avtomobil yolunun altı ilə keçən hissəsində, korroziya nəticəsində əmələ gəlmiş dəliklərdən sızan qazın "xxxx" MMC-nin sərgi və satış sahəsinə dolaraq alışmasından baş vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Bakı X29 Departamentinin baş mühəndisi vəzifəsində işləyən Şahid7 ifadəsində göstərmişdir ki, əsas vəzifəsi qaz itkilərinin qarşısının alınması məqsədilə təkliflər verilməsinə və həyata keçirilməsinə nəzarət etməkdən, departamentin balansında olan bütün qaz kəmərlərinə qeyri qanuni qoşulmaların aşkar edilərək ləğv edilməsini təmin etməkdən, istismarda olan yeraltı qaz kəmərlərinin təhlükəsiz istismar edilməsi məqsədi ilə kəmərlər üzərində və onların qoruq zonasında olan tikililərlə bağlı “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”na uyğun olaraq müvafiq tədbirlər görülməsinin təmin edilməsindən, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın və “Tikinti norma və qaydalarını”nın tələblərinə uyğun olaraq fərdi yaşayış evlərinin və qaz təchizatı layihəsinin hazıarlanması ilə əlaqədar obyektlərin parametrlərinin dəqiq araşdırılması, prinsipial sxemin, texniki rəyin və texniki şərtin sorğu blankına uyğun olaraq tərtib edilməsinin təşkil edilməsindən və s. ibarətdir. 19 noyabr 2020-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən "xxxx" MMC-yə məxsus dəmir-bəzək töküm və əl işləri zavodunun satış və sərgi sahəsində partlayış hadisəsi baş verməsi barədə məlumat alaraq həmin ünvana getmişdir. Çatdıqda həqiqətən də "xxxx" MMC-yə məxsus dəmir-bəzək töküm və əl işləri zavodunun satış və sərgi sahəsində partlayış hadisəsinin baş verdiyini, binanın konstruktiv elementlərinin dağılmaya məruz qaldığını, yanğının söndürüldüyünü görmüş və bilmişdir ki, hadisə nəticəsində "xxxx" MMC-nin iki nəfər işçisi xəsarət aldıqları üçün xəstəxanaya aparılmışdırlar. Hadisə yerinə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən "xxxx" MMC-yə məxsus dəmirbəzək töküm və əl işləri zavodu təbii qazla təchiz olunmuş, qaz xətti "xxxx" MMC-nin yerləşdiyi sahədən təxminən 200 metr aralıda yerləşən qaz paylayıcı stansiyadan quraşdırılmış və "xxxx" MMC-yə məxsus qaz sayğacından diametri 40 mm-lik polad boru ilə yerüstü, partlayış baş vermiş sahə ilə üzbəüz ərazidə bir hissəsi avtomobil yolunun altı ilə çəkilməklə zavodun satış və sərgi sahəsinin giriş qapısının qarşısındakı baxış quyusundan dirsək vasitəsi ilə yuxarı qaldırılmış və zavodun içərisinə aparılmışdır. Baş vermiş partlayış hadisəsindən sonra əraziyə baxış keçirilərkən "xxxx" MMC-nin satış və sərgi sahəsinin qarşısındakı pilləkənin altında yerləşən kanalizasiya quyusunun içərisindən keçən hissəsində təbii qazın yığıldığı müəyyən olunmuşdur. Həmin sahəyə təbii qaz "xxxx" MMC-ni təbii qazla təchiz edən, diametri 40 mm-lik qaz xəttinin torpağın altı ilə çəkilmiş hissəsindən sızaraq yığılmışdır. Sonradan FHN-in əməkdaşları "xxxx" MMC-ni təbii qazla təchiz edən qaz xəttinin avtomobil yolunun altında qalan hissəsini ekskovatora qoşmaqla yerindən çıxartmışlar və müəyyən olunmuşdur ki, qaz xəttinin üzərində korroziya nəticəsində əmələ gəlmiş dəliklər vardır. Qaz xəttinin üzərində korroziya nəticəsində əmələ gəlmiş dəliklər olan hissəsi elektrik mişarı ilə kəsilərək götürülmüş, daha sonra təbii qazın verilişi bərpa edilərək ərazidə qaz sızmasının olmadığı müəyyən edilmişdir. "xxxx" İstehsalat Birliyinin əməkdaşları tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən "xxxx" MMC-yə məxsus dəmir-bəzək töküm və əl işləri zavodunu təbii qazla təchiz edən diametri 40 mm-lik qaz xəttinə texniki baxış və texniki xidmət aparılmamışdır. Çünki qeyd olunan qaz xətti 2013-cü ildə X1 və şəxsi vəsaiti hesabına çəkilmiş, qaz xətlərinin çəkilməsində "xxxx" İstehsalat Birliyinin hərhansı qurumu iştirak etməmişdir. Qeyd olunan qaz xətti və üzərindəki qaz avadanlıqları sifarişçinin balansında olduğu üçün "xxxx" İstehsalat Birliyinin əməkdaşları tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən "xxxx" MMC-yə məxsus dəmir-bəzək töküm və əl işləri zavodunu təbii qazla təchiz edən diametri 40 mm-lik qaz xəttinə texniki baxış və texniki xidmət aparılmamalıdır. Qeyd olunan qaz xəttinin çəkilməsi üçün əsas olan, "xxxx" İstehsalat Birliyi tərəfindən verilmiş Texniki şərtə əsasən yalnız birləşmə nöqtəsində işçi layihə əsasında abonent tərəfindən quraşdırılacaq siyirtmə "xxxx" İB-nin balansına təhvil veriləcək qurğu olmuşdur. Tərtib olunmuş işçi layihəsinə və hadisə yerinə baxış zamanı da "xxxx" MMC-nin yerləşdiyi sahədən təxminən 200 metr aralıda yerləşən qaz paylayıcı stansiyada quraşdırılmış, "xxxx" MMC-yə məxsus qaz sayğacının, diametri 40 mm-lik qaz xəttinin siyirtmədən sonra quraşdırıldığı müəyyən olunmuşdur. "xxxx" MMC-yə məxsus dəmir-bəzək töküm və əl işləri zavodunu təbii qazla təchiz edən diametri 40 mm-lik qaz xətti və üzərindəki qaz avadanlıqları sifarişçinin balansındadır. Qüvvədə olan qaydalara əsasən sənaye qaz qurğularından istifadə edən istehlakçılar əsas və köməkçi qaz qurğularını, nəzarət ölçü cihazlarını və avtomatik idarəetmə vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün xüsusi razılıq almaq şərtilə öz xidmət sahəsini yaratmalı və ya xüsusi razılığı olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi bağlamaqla 3 ayda 1 dəfədən az olmamaqla qaz kəmərlərinin yoxlanılmasını təmin etməlidirlər. Sızma nəticəsində partlayışın baş verdiyi 40 mm-lik qaz xəttinin sahibi və istismarçısı olan "xxxx" MMC tərəfindən həmin qaz xəttinə vaxtlıvaxtında, qüvvədə olan qaydalara əsasən texniki baxış və texniki xidmət göstərilsəydi hadisənin qarşısını almaq mümkün olardı. Partlayış "xxxx" MMC-ni təbii qazla təchiz edən diametri 40 mm-lik polad qaz borusunun avtomobil yolunun altı ilə keçən hissəsində, korroziya nəticəsində əmələ gəlmiş dəliklərdən sızan qazın "xxxx" MMCnin sərgi və satış sahəsinə dolaraq alışmasından baş vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən "xxxx" İstehsalat Birliyi Bakı X29 Departamentinin Abşeron rayonu üzrə Texniki istismar xidmətinin rəisi Şahid5 ifadəsində göstərmişdir ki, vəzifəsi "xxxx" İstehsalat Birliyinin balansında və istismarında olan yerüstü qaz kəmərlərinə vizual olaraq texniki baxışların keçirilməsini, aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsini, balansda olan yeraltı qaz kəmərlərinin siyahısının "xxxx" MMC-yə təqdim edilməsini, "xxxx" MMC tərəfindən aşkar olunmuş nöqsanlar barədə məlumat aldıqda həmin nöqsanların aradan qaldırılması işinin təşkilini və s. təmin etməkdən ibarətdir. 19 noyabr 2020-ci il tarixdə saat 17 radələrində "xxxx" İstehsalat Birliyinin 104 «qaynar xətti»ndən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda fəaliyyət göstərən, "xxxx" MMC-yə məxsus dəmirbəzək töküm və əl işləri zavodunda partlayış baş verməsi barədə məlumat alaraq qeyd olunan ünvana getmiş, çatdıqda həqiqətən də "xxxx" MMC-yə məxsus dəmir-bəzək töküm və əl işləri zavodunun satış və sərgi sahəsində partlayış baş verdiyini, artıq yanğının söndürüldüyünü görmüş və bilmişdir ki, "xxxx" MMC-nin işçisi yanıq xəsarətləri aldığı üçün xəstəxanaya aparılmışdır. Bir müddət həmin sahədə olduqdan sonra ərazini tərk etmişdir. "xxxx" MMC-ni təbii qazla təchiz edən qaz xətti həmin MMC-dən təxminən 200 metr aralıda yerləşən X18 ərazisindən, "xxxx" MMC-yə ayrıca çəkilmişdir. Qaz xəttinin bir hissəsi Mehdiabad-Novxanı avtomobil yolunun altından keçməklə çəkilmişdir. "xxxx" MMC-ni təbii qazla təchiz edən qaz xətti həmin MMC-nin balansında və istismarında olduğu üçün həmin qaz xətti barədə, o cümlədən xəttin uzunluğu, diametri, xəttə verilən təbii qazın təzyiqi, texniki baxışların nə vaxt, kimin tərəfindən və hansı qaydada keçirilməsi barədə məlumatı yoxdur. "xxxx" MMC-ni təbii qazla təchiz edən qaz xətti həmin MMC-nin balansında və istismarında olduğu üçün "xxxx" İstehsalat Birliyinin hər hansı qurumu həmin xətlərə texniki baxış keçirmir. Qüvvədə olan qaydalara əsasən qaz sayğacı və sayğacdan sonrakı qaz qurğu və avadanlıqları, o cümlədən də qaz xətti mülkiyyətçinin balansında olur. "xxxx" MMC-ni təbii qazla təchiz edən qaz xətti həmin MMC-dən təxminən 200 metr aralıda yerləşən X18 ərazisindən, "xxxx" MMC-yə ayrıca çəkilmiş, qaz sayğacı həmin X18 ərazisində, qaz xəttinin başlanğıcında quraşdırılmışdır. Odur ki, qaz sayğacı, sayğacdan sonra çəkilərək "xxxx" MMC-yə aparılmış qaz xətti həmin MMC-nin balansındadır. Hadisə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda fəaliyyət göstərən, "xxxx" MMC-yə məxsus dəmir-bəzək töküm və əl işləri zavodunun satış və sərgi sahəsinə təbii qazın dolması nəticəsində baş vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş "xxxx" MMC-nin direktoru Şahid3 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, "xxxx" MMC "xxxx" MMC-nin təsisçilərindən biridir. 19 noyabr 2020-ci il tarixdə saat 17 radələrində "xxxx" MMC-nin satış salonunda partlayış baş verməsi barədə məlumat alaraq həmin ünvana getmiş, çatdıqda həqiqətən də "xxxx" MMC-nin Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda fəaliyyət göstərən dəmir sexinin ön tərəfində olan satış sahəsində partlayış baş verdiyini, divarlarının dağılmaya və çatlamaya məruz qaldığını, kiçik sahədə baş vermiş yanğının söndürüldüyünü görmüşdür. Məlum olmuşdur ki, hadisə nəticəsində "xxxx" MMC-nin mühasibi Aqşin Həsənzadə yanıq xəsarətləri alaraq xəstəxanaya aparılmışdır. Saat 17 radələrində A.Həsənzadə satış sahəsində yerləşən, namaz qılmaq üçün istifadə olunan otaqda namaz qılıb qurtardıqdan sonra otağı tərk edərkən işığı söndürdükdə partlayış baş vermişdir. Baş vermiş partlayış hadisəsindən sonra ərazi qaz cihazları ilə yoxlanılarkən "xxxx" MMCnin satış və sərgi sahəsinin qarşısındakı pilləkənin altında yerləşən kanalizasiya quyusunun içərisindən keçən hissəsində təbii qazın yığıldığı müəyyən olunmuşdur. Həmin sahəyə təbii qaz "xxxx" MMCni təbii qazla təchiz edən, diametri 40 mm-lik qaz xəttinin torpağın altı ilə çəkilmiş hissəsindən sızaraq yığılmışdır. Sonradan FHN-in əməkdaşları "xxxx" MMC-ni təbii qazla təchiz edən qaz xəttinin avtomobil yolunun altında qalan hissəsini ekskovatora qoşmaqla yerindən çıxartmışlar və müəyyən olunmuşdur ki, qaz xəttinin üzərində korroziya nəticəsində əmələ gəlmiş dəliklər vardır. Qaz xəttinin üzərində korroziya nəticəsində əmələ gəlmiş dəliklər olan hissəsi elektrik mişarı ilə kəsilərək götürülmüş, daha sonra təbii qazın verilişi bərpa edilərək ərazidə qaz sızmasının olmadığı müəyyən edilmişdir. 27 noyabr 2020-ci il tarixdə Aqşin müalicə olunduğu xəstəxanada ölmüşdür. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən, 19 noyabr 2020-ci il tarixdə partlayış baş vermiş sahə "xxxx" MMC-yə məxsusdur. "xxxx" MMC-nin təsisçisi Nümayəndə1 və "xxxx" MMC-dir. "xxxx" MMC-nin 30 faiz payı Nümayəndə1, 70 faiz pay isə "xxxx" MMC-yə məxsusdur. xx.xx.2020-ci ildən halhazıra kimi "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxsdur. "xxxx" MMC-nin fəaliyyətinə cavabdehliyi direktor daşıyır. O cümlədən müəssisədə yanğın təhlükəsizliyinə və qaz təsərrüfatına cavabdeh şəxslərin təyin olunması direktorların vəzifəsinə aiddir. "xxxx" İstehsalat Birliyi ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış AMX-3680/19 nömrəli «Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi»nin bəndlərindən irəli gələn tələblərin yerinə yetirilməsi "xxxx" MMC-nin direktoru tərəfindən həyata keçirilməlidir. Qeyd olunan qaz xəttində, həmçinin "xxxx" MMC-də istifadə olunan əsas və köməkçi qaz qurğularını, nəzarət ölçü cihazlarını və avtomatik idarətetmə vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün "xxxx" MMC-də xüsusi razılıq almaq şərti ilə öz xidmət sahəsi yaradılmamış və xüsusi razılığı olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi bağlanmamışdır. Hadisə ərəfəsində "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs olmuşdur. Partlayış "xxxx" MMC-ni təbii qazla təchiz edən diametri 40 mm-lik polad qaz borusunun avtomobil yolunun altı ilə keçən hissəsində, korroziya nəticəsində əmələ gəlmiş dəliklərdən sızan qazın "xxxx" MMC-nin sərgi və satış sahəsinə dolaraq alışmasından baş vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş "xxxx" MMC-nin direktoru Şahid1 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 2017-ci ildən hal-hazıra kimi "xxxx" MMC-nin Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən zavodunda rəngsaz işləyir. 19 noyabr 2020- ci il tarixdə həmişə olduğu kimi saat 09 radələrində işə getmiş, gün ərzində qeyri-adi bir hadisə baş verməmişdir. Saat 16 radələrində zavodun satış və sərgi sahəsində elektrik yuvasına qoşulu olan mobil telefonunu götürərək işlədiyi istehsalat sahəsinə getmiş, satış və sərgi sahəsi ilə istehsalat sahəsinin arasında quraşdırılmış dəmir qapını açmış və istehsalat sahəsinə keçərək dəmir qapını örtmüş, bir-iki addım irəliyə getdikdən sonra qəflətən partlayış baş vermişdir. Partlayış nəticəsində divardan qopan kərpic qırıntıları sol ayağına dəymiş, zərbənin təsirindən yerə yıxılmış, sexdə olan "xxxx" MMC-nin işçilərinin köməyi ilə çölə çıxmış, satış və sərgi salonunu dağıntılara məruz qaldığını görmüşdür. X15 yanıq xəsarətləri aldığı üçün "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən xəstəxanaya aparıldığını eşitmişdir. Sol ayağında ağrılar olduğundan hadisə yerinə gələn təcili tibbi yardım avtomobilində təcili tibbi yardım stansiyasına aparılmış, ilkin tibbi yardım göstərildikdən və səhhətində hər hansı problem olmadığından evə buraxılmışdır. Hadisədən əvvəl "xxxx" MMC-nin satış və sərgi sahəsində olduğu vaxt hər hansı qaz qoxusu hiss etməmişdir. Partlayış "xxxx" MMC-ni təbii qazla təchiz edən diametri 40 mm-lik polad qaz borusunun avtomobil yolunun altı ilə keçən hissəsində, korroziya nəticəsində əmələ gəlmiş dəliklərdən sızan qazın "xxxx" MMC-nin sərgi və satış sahəsinə dolaraq alışmasından baş vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 19 noyabr 2020- ci il tarixdə həmişə olduğu kimi saat 08 radələrində işə getmiş və gündəlik işləri ilə məşğul olmuşdur. Saat 10 radələrində "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs kanalizasiya qoxusunun gəldiyini bildirərək kanalizasiyanın təmizlənməsini ona tapşırmışdır. Satış və sərgi sahəsinin qarşısındakı pilləkənin altında olan kanalizasiya quyusuna düşmək üçün dəmir lövhəni kənara qoymuş və içəriyə metal pilləkən qoyaraq quyuya düşmüş, əlindəki məftillə kanalizasiyanın borusunu təmizləmiş və çıxaraq quyunun qapağını bağlamışdır. Saat 16 radələrində istesalat sahəsində olduğu vaxt partlayış səsi eşitmiş, dərhal partlayış səsi gələn ofis sahəsinə qaçmış, çatdıqda satış və sərgi sahəsində partlayışın baş verdiyini, mühasib A.Həsənzadənin yanıq xəsarətləri aldığını, içəridə dağıntıların olduğunu, satış və sərgi sahəsinin çölə olan pilləkən sahəsinin yanından və çöldən alov qalxdığını görmüşdür. Ertəsi gün hadisə yerinə getdikdə "xxxx" MMC-nin satış və sərgi sahəsinin bir hissəsinin tam dağıldığını, digər hissəsinin isə partlayışın təsirinə məruz qaldığını görmüşdür. Hadisə yerində olan FHN əməkdaşları, ekspertlərin, "xxxx" QSC-nin əməkdaşları ilə birlikdə baxış keçirilərkən müəyyən edilmişdir ki, "xxxx" MMC-yə çəkilmiş, bir hissəsi Mehdiabad Novxanı avtomobil yolunun altından keçən qaz xəttinin "xxxx" MMCnin satış və sərgi sahəsinin qarşısındakı pilləkənin altında yerləşən, quyu sahəsindən keçən hissəsində təbii qazın yığılması vardır. Baxış zamanı xüsusi cihazla yoxlanıldıqda həmin sahədə qazın yığıldığı müəyyən olunmuşdur. 2020-ci ilin avqust ayının 17-dən hadisə baş verən günə qədər "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs əvvəl isə Orxan Mamedov olmuşdur. Partlayış hadisəsi ilkin olaraq "xxxx" MMC-nin satış və sərgi sahəsində, anbardar Şahid2 otağında baş vermişdir. Xəstəxanaya gedən zaman A. Həsənzadə bildirmişdir ki, həmin otaqda namaz qılmış, namaz qılıb qurtardıqdan sonra otağın işıqlarını söndürmək istədikdə partlayış baş vermişdir. 19 noyabr 2020-ci il tarixdə saat 10 radələrində "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs göstərişi ilə satış və sərgi sahəsinin qarşısındakı pilləkənin altında olan kanalizasiya quyusuna düşdüyü vaxt qoxu gəlsə də, həmin qoxunun kanalizasiya qoxusu olduğunu zənn etmişdir. Partlayış "xxxx" MMC-ni təbii qazla təchiz edən diametri 40 mm-lik polad qaz borusunun avtomobil yolunun altı ilə keçən hissəsində, korroziya nəticəsində əmələ gəlmiş dəliklərdən sızan qazın "xxxx" MMC-nin sərgi və satış sahəsinə dolaraq alışmasından baş vermişdir. Apellyasiya məhkəməsinin məhkəmə istintaqında ekspert X20 bildirdi ki, cinayət işi ilə bağlı verdiyi rəyi təsdiq edir. Cinayət işi ilə bağlı bir neçə dəfə ekspertiza təyin edilmişdir. İlkin olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən ekspertiza təyin edilmişdir. Abşeron Rayon Məhkəməsi tərəfindən təyin edilən ekspertiza üzrə isə rəy vermək ona həvalə edilmişdir. Rəylə bağlı vəsatət verərək tədqiqat obyektlərinə baxış keçirmişdir. Ekspertiza qarşısında qoyulmuş 1 və 2-ci suallarla bağlı tədqiqat aparmamış, lakin digər suallar üzrə tədqiqat apararaq müəyyən nəticələr əldə edilməsi mümkün olmuşdur. Tədqiqat obyektinə baxış zamanı müəyyən edilmişdir ki, obyektə çəkilmiş qaz xətti həm "xxxx" ASC tərəfindən MMC-yə verilmiş texniki şərtlərin tələblərinə, həm də layihəyə uyğun çəkilməmişdir. Bundan başqa futlyar sistem düzgün çəkilməmişdir. Qaz xətti torpağın altı ilə çəkilmişdir. Qaydalara görə futlyar xaricə çıxış etməlidir ki, hadisə baş verdiyi zaman təbii qaz xaricə sızsın. Futlyarın bağlanması hadisənin baş verməsinə səbəb ola bilir. Futlyar sistemi düzgün çəkilməsə belə mövcud olmuş, lakin onun xaricə çıxan səthi örtülmüşdür Bu da hadisənin baş verməsinə gətirib çıxarmışdır. Yol genişləndirilməsə və futlyar sisteminin üzəri örtülməsə idi, hadisənin baş vermə ehtimalı çox az idi və çox güman ki, bu hadisə baş verməyəcəkdi. Çünki, futlyar sistemindən çıxan qaz havaya sızacaqdı. Əlavə olaraq qeyd etdi ki, birbaşa səbəbli əlaqənin mövcud olduğu halda təqsirkanın necə müəyyənləşdirilə bilməsi sualı ilə bağlı bildirmişdir ki, bu məhkəmə tərəfindən hadisə ilə bağlı şəxslər, şahidlər, məsələn Təqsirləndirilən şəxs dindirilməsi vasitəsilə müəyyən edilməlidir ki, həmin ərazidə hansı tədbirlər görülmüşdür, yolun ilkin vəziyyəti necə olmuşdur və hansı işlər görülmüşdür. Birbaşa səbəbli əlaqə mövcud olduğu üçün hadisəni törədən şəxsin müəyyənləşdirilməsi üçün yenidən ekspertiza təyin edilsə belə, ekspert rəyində yalnız pozuntu müəyyən ediləcəkdir və təqsirkar şəxs yalnız istintaq və məhkəmə tərəfindən müəyyən edilə bilər. “Qaz xəttinin təhlükəsizliyi” qaydalarına görə abonent qaz qurğularının və cihazlarının təhlükəsiz sızmasına cavabdehlik daşıyır. Qaz xəttinə balansında olduğu qurum cavabdehlik daşıyır. Texniki şərtdə 6 ədəd dedektorun qoyulmalı olması göstərilsə də, dedektor qoyulmamışdır. Qaydalara görə dedektor "xxxx" ASC tərəfindən deyil, obyektin sahibi tərəfindən qoyulmalı idi. Texniki şərtdə bütün tələblərə əməl olunması abonentin üzərinə qoyulmuşdur. 22 iyun 2022-ci il tarixli ekspert rəyində üçüncü sual üzrə verilən cavabla razıdır İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X16” X30 Xətai rayon şöbəsinin 27 noyabr 2020-ci il tarixli 115 saylı rəyinə əsasən müəyyən olunmuşdur ki, X9 meyitinin bədənində-yuxarı tənəffüs yollarının yanıq xəstəliyi və ağır dərəcəli yanıq şoku ilə nəticələnən baş, sifət, boyun, hər iki qulaq seyvanları, hər iki yuxarı ətrafları, gövdənin arxa, döş qəfəsinin ön səthinin sağ və sağ yan səthinin, göbək ətrafı, hər iki sağrı, bud, diz oynaqları, hər iki baldır və sağ ayaq nahiyyələrinin, ümumi bədən səthinin təxminən 70-75%-ni əhatə edən İİ-İİİ dərəcəli termiki (alov) yanıqları aşkar edilmişdir. Yuxarıda qeyd olunan yanıq xəsarətləri yüksək hərarətin (alovun) yerli təsirindən mərhumun 2 saylı ŞKX-na müraciətindən bir qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni zavodda baş vermiş partlayış nəticəsində törənmişdir və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan ağır zərərvurmanın əlamətlərinə malikdirlər. A.Z.Həsənzadənin ölümünə səbəb ümumi bədən səthinin təxminən 70-75%-ni təşkil edən İİ-İİİ dərəcəli termiki yanıqlar nəticəsində baş vermiş ağır dərəcəli yanıq şoku olmuşdur. A.Z.Həsənzadənin ölümü M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstaxananın reanimasiya şöbəsində xx.xx.2020-ci il tarixdə, saat 07:30- da baş vermişdir, bu da meyit əlamətlərinin inkişaf dərəcəsi ilə təsdiq olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X16” X30 Nərimanov rayon şöbəsinin 28 yanvar 2021-ci il tarixli 43 saylı rəyinə əsasən müəyyən olunmuşdur ki, Şahid1 almış olduğu xəsarətlərdən-sol baldırın orta 1/3-nin yanıq sahəsi-keçmiş yanıq izi, yüksək hərarətin (alovun) təsirindən, sol dirsək oynağının və qarının küt travmaları isə küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlmişlər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2021-ci il tarixli 10/3725 nömrəli məhkəmə tikinti texniki ekspertiza rəyinin nəticə hissəsində göstərilir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən zavod tikilisində baş vermiş partlayış hadisəsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin hazırki mövcud olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 204000 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2021-ci il tarixli 10/3722 nömrəli məhkəmə yanğın-texniki ekspertiza rəyinin nəticə hissəsində göstərilir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən "xxxx" MMC-yə məxsus satış-ofis sahəsində baş vermiş partlayışın mənbəyi satış sahəsinin daxilində olmuşdur. Partlayış, "xxxx" MMC-ni təbii qaz ilə təmin edən yeraltı 40 mm-lik polad qaz borusunun üzərində korroziya nəticəsində yaranmış dəlikdən sızan qazın borunun üstünə keçirilmiş 108 mm-lik boru (futlyar) vasitəsi ilə satış sahəsindən 20 sm məsafədə yerləşən baxış quyusuna, oradan isə satış sahəsinə dolması və partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının hər hansı alışdırıcı mənbənin (qığılcımın) təsirindən yanması nəticəsində baş vermişdir. Baş vermiş hadisə ilə əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 7.8 bəndlərinin, “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” nin 2.3.4, 2.3.6.1 bəndlərinin, “Qazdan istifadə qaydaları” nın 3.3.7, 3.3.9 bəndlərinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.28, 9.29 bəndlərinin və “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.3.6, 3.3.7, 3.3.18 bəndlərinin tələbləri pozulmuşdur. Balansında olmaqla istismar etdiyi 40 mm-lik polad qaz borusuna texniki baxış keçirilməsini və "xxxx" MMC-nin satış-ofis sahəsinin daxilində qaz sızmasını müəyyən edən detektor quraşdırılmasını təşkil etmədiyinə görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 7.8 bəndlərinin, “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” nin 2.3.4, 2.3.6.1 bəndlərinin, “Qazdan istifadə qaydaları” nın 3.3.7, 3.3.9 bəndlərinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.28, 9.29 bəndlərinin və “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.3.6, 3.3.7, 3.3.18 bəndlərinin tələbləri "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. İş materiallarında olan təkrar qaydada keçirilmiş yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının 19 yanvar 2022-ci il tarixli rəyindən görünür ki, qərarın 1-ci və 2-ci suallarında göstərilən halların həlli xüsusi bilik tələb görə, ekspert tərəfindən həmin suallar üzrə tədqiqat aparılmadı. Suallarda məsələlər müvafiq qurumların məlumatları əsasında məhkəmə tərəfindən həll edilir. Qərarın üçüncü və dördüncü sualları üzrə təqdim edilmiş iş materiallarında və əlavə sənədlərdə olan məlumatlar alınmaqla, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən "xxxx" MMC-yə çəkilmiş qaz xəttinin yoldan keçən hissəsinin futlyara salındığını, futlyarın ucunun avtomobil yolunun kənarından 3,5 metr məsafədə kənara çıxarılmadığını, futlyarın ucunun döşəmədən 3 smdən az olmamaqla yuxarı çıxarılmadığını və qaz kəməri ilə futlyarın arasında qalan boşluğun qətranlanmış liflə, rezin tıxacla və ya digər elastik materialla doldurulmadığını nəzərə aldıqda, qaz xəttinin iş materiallarında olan xx.xx.2013-cü il tarixli, 15576 nömrəli “Texniki şərfin və «Qaz təchizatı. Layihələndirmə normalarının»(AzDTN 2.13-1) tələblərinə uyğun çəkilmədiyi müəyyən edilir. Qərarın beşinci sualı üzrə rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Binəqədi-Novxanı yolunda 2017-ci ildə aparılmış yolun genişləndirilməsi ilə bağlı qaz xəttinin üstü və futlyar sisteminin torpaqla qapanması ilə "xxxx" MMC-də baş vermiş yanğınla birbaşa texniki səbəbli əlaqənin mövcud olduğu müəyyən edilir. İş materiallarında olan təkrar-komisyon qaydada keçirilmiş yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının 22 iyun 2022-ci il tarixli rəyindən görünür ki, qərarın birinci və ikinci suallan üzrə "xxxx" MMC-nin Nizamnaməsinin tələblərində “Direktor”un üzərinə bilavasitə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsinin qoyulması görünmür. Lakin “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın “Yeraltı qaz kəmərlərinin yoxlanma-nəzarət dövrü” başlıqlı 1-ci cədvəlinin tələbinə görə, şəhərin, yaşayış məntəqələrinin tikilməyən hissələrində və qəsəbəarası hər hansı təzyiqli normal şəraitdə istismar olunan və texniki vəziyyəti kafi olan, qaz kəmərlərinə hər il cihazla yoxlama aparıldıqda 6 ayda 1 dəfədən az olmamaqla keçirilməli olduğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi günə qədər "xxxx" MMC-də direktor olduğu müddət ərzində (17 avqust 2020-ci il tarixdən 19 noyabr 2020-ci il tarixə qədər) qərarın 2ci sualında göstərilən öhdəliklərin yerinə yetirilməsinə texniki imkanının olub-olmamasına məhkəmə tərəfindən qiymət verilə bilər. Qərarın ücüncü sualı üzrə "xxxx" MMC-nin balansında olmaqla istismar edilən 40 mm-lik polad qaz borusuna texniki baxış keçirilməsi və "xxxx" MMC-nin satış-ofis sahəsinin daxilində qaz sızmasını müəyyən edən detektor quraşdırılması təmin edilməklə 40 mm-lik polad qaz borusunun üzərində korroziya nəticəsində yaranmış dəlikdən qaz sızıntısını, habelə "xxxx" MMC-nin satış-ofis sahəsinə dolan hava-qaz qarışığını müəyyən etmək olardı. Qərarın dörüncü sualı üzrə 14 aprel 2021-ci il tarixli,10/3722 saylı ekspert rəyi ilə 19 yanvar 2022-ci il tarixli, 10/6345 saylı ekspert rəyində hadisənin baş vermə səbəbinə dair mahiyyətcə fərq yoxdur. Məzmunca fərqin olması fərqli sualların qoyulması ilə bağlıdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən istintaqa təqdim olunmuş bir ədəd CD diskə baxış keçirilməsi haqqında 09 dekabr 2020-ci il tarixli protokola əsasən, həmin CD diskində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən "xxxx" MMC-yə məxsus dəmir-bəzək töküm və əl işləri zavodunun satış və sərgi sahəsinin daxilində partlayışın baş verdiyi an, baş vermiş partlayışdan sonra, binanın giriş qapısının qarşısında, baxış quyusunun yerləşdiyi sahədən yüksək təzyiqlə açıq alovun çıxması, eləcə də partlayış nəticəsində zavodun satış və sərgi sahəsi ilə istehsalat sahəsinin arasında yerləşən, mişar daşından inşa olunmuş divarın bir hissəsinin uçması öz əksini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 07 fevral 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.4350 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən xidmət binası və istehsal sexləri "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. İş materiallarında olan "xxxx" MMC-nin təsisçisi Şahid3 17 avqust 2020-ci il tarixli 35 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2020-ci ildən "xxxx" MMC-nin direktoru vəzifəsinə işə başlamışdır. İş materiallarında olan "xxxx" ASC-nin 22 dekabr 2020-ci il tarixli 01/xx-xx/3649 saylı məktubundan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən "xxxx" MMC-yə məxsus dəmir-bəzək töküm və əl işləri zavodunun elektrik təchizatı 14 dekabr 2012-ci il tarixli texniki şərt əsasənda y/st 91-PQ 919 saylı 6 kv-luq hava xəttindən təmin edilir. Partlayış hadisəsi baş verən zaman qeyd olunan 6 kv-luq hava xəttində heç bir qəza hadisəsi baş verməmişdir. İş materiallarında olan "xxxx" İB-in Bakı X29 Departamentinin 24 may 2021-ci il tarixli SOCAR**********30560046X00554 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən "xxxx" MMC-yə məxsus dəmir-bəzək toküm və əl işləri zavodunu təbii qazla təchiz edən 40 mm-lik qaz xətti layihə smeta sənədlərinə əsasən "xxxx" MMC-nin balans mənsubiyyətinə aiddir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X5 notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayəti, iddia və tələbi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cinayət işi üzrə özünü təqsirli bilməməsini cinayət məsuliyyətindən azad olunması və özünü müdafiə xarakteri daşıması ilə bağlı haqlı nəticəyə gəlmişdir. Həmçinin Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. 25 may 2001-ci il tarixdə təsdiq olunmuş “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”na (YTQ №01-2011) görə 1.2. yanğın təhlükəsizliyi təmin edilərkən qaydalarla bərabər, standartlar, tikini norma və qaydaları, texnoloji layihəşdirmə normaları, həmçinin müəyyən edilmiş qaydada təsdiq olunmuş digər normaiv sənədlər rəhbər tutulmalıdır. 7.8 qaz cihazlarının... istismarı, müvafiq qaydaların tələblərinə cavab verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları” nın tələblərinin 3.3-cü bəndinə əsasən sənaye qurğularından istifadə edən istehlakçılar əlavə olaraq aşağıdakıları yerinə yetirməlidirlər. 3.3.7 əsas və köməkçi qaz qurğularını, nəzarət ölçü cihazlarını və avtomatik idarəetmə vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün xüsusi razılıq(lisenziya) almaq şərti ilə öz xidmət sahəsini yaratmağı və ya xüsusi razılığı(lisenziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi bağlamağı; Bənd 3.3.9. qaz qurğularına xüsusi təlim keçmiş işçi heyəti tərəfindən xidmət göstərilməsini təmin etməyi; 01 oktyabr 2005-ci il tarixə təsdiq olunmuş “qaz təsərrüfatınnda texniki təhlükəsizlik qaydalarının” tələblərinə görə 3.3.6. “qaz kəmərlərinin yoxlanılması(gəzm usulu ilə) 3 ayda bir dəfədən az olmamaqla aparılmalıdır. 3.3.7 “yeraltı qaz kəmərlərinin yoxlanılması kəmər boyu xarici əlamətlər üzrə və cihazlarla qaz sızmaları aşkar edilməlidir; yeralatı keçidlərlə qazın olması aşkar etmək üçün nümunə götürülüb təhlil edilməlidir. 3.3.18. metalın korroziyası və borunun izolə örtüyünün vəziyyəti, qaz kəmərinin və ya ona bitişik qurğuların istismar prosesində qazılmış bütün şurflarda müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinin tələblərinə əsasən cinayət hadisəsinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olması, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyatının sübuta yetirilməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olması, əməlin cinayət olmasını aradan qaldıran halların olmadığı hallar təsdiq edildikdə məhkəmə məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq təqsirləndirilən şəxsin təqsirini sübuta yetirilmiş hesab edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» xx.xx.2005-ci il tarixli qərarında göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir. (CPM-nin 349.5-ci maddəsi). Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəliləri ilə razılaşmayaraq cinayət işi materiallarını və yuxarıda qeyd olunanları nəzərdən keçirərək Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da birinci instansiya məhkəməsinin gəldiyi nəticələri əsaslı hesab edir. Məhkəmə Kollegiyası təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, AMX-3680/19 saylı “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəsi arasında qazın alqı-satqısı” müqaviləsindən görünür ki, istehlakçının, yəni "xxxx" MMC-nin üzərinə bu müqavilədən və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək, qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etmək, tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırmaq və onu işlək vəziyyətdə saxlamaq və.s vəzifələri qoyulmuşdur. Qeyd edilən müqavilədən görünür ki, müqavilə xx.xx.2019-cu il tarixdə bağlanmış və MMC-nin üzərinə bir sıra vəzifələr qoyulmuşdur. Lakin ən başlıca vəzifə olan tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırmaq və onu işlək vəziyyətdə saxlamaq vəzifəsi tam olaraq yerinə yetirilməmişdir. Həmçinin iş materiallarında olan "xxxx" MMC-nin məktubuna əlavə edilmiş 10 mart 2021ci il tarixli 5779 nömrəli qaz təchizatı üçün texniki şərtin 4-cü bəndinə əsasən, texniki şərtin icrasından sonra abonentin balansında qalacaq avadanlıqları sırasına obyektə çəkiləcək qaz xətti, quraşdırılacaq qaz tənzimləyici qurğu, qaz avadanlığı, sayğac və detektor daxil edilmişdir. Qeyd edilən hallar məhkəmə istintaqı zamanı dindirilərən ekspert X13 ifadəsi və iş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2021ci il tarixli 10/3722 nömrəli məhkəmə yanğın-texniki ekspertiza rəyi və təkrar-komisyon qaydada keçirilmiş yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının 22 iyun 2022ci il tarixli rəyi ilə də müəyyən olunur. Həmin rəylərdə də qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs balansında olmaqla istismar etdiyi 40 mm-lik polad qaz borusuna texniki baxış keçirilməsini və "xxxx" MMC-nin satış-ofis sahəsinin daxilində qaz sızmasını müəyyən edən detektor quraşdırılmasını təşkil etməmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 17 avqust 2020-ci ildən "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin olunduqdan sonra da qeyd edilən vəzifəni icra etsədə hadisə baş verən günədək, yəni 19 noyabr 2020-ci il tarixədək "xxxx" MMC-nin balansında olmaqla istismar edilən 40 mm-lik polad qaz borusuna texniki baxış keçirilməsi və satış-ofis sahəsinin daxilində qaz sızmasını müəyyən edən detektor quraşdırılmasını təşkil etməmişdir. Əgər quraşdırılmanı təşkil etmiş olsaydı 40 mm-lik polad qaz borusunun üzərində korroziya nəticəsində yaranmış dəlikdən qaz sızıntısını, habelə MMC-nin satışofis sahəsinə dolan hava-qaz qarışığını müəyyən etmək olardı. Bundan başqa əsas və köməkçi qaz qurğularını, nəzarət ölçü cihazlarını və avtomatik idarəetmə vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün xüsusi razılıq (lisenziya) almaq şərt ilə öz xidmət sahəsini yaratmağı və ya xususi razılığı(lisenziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi bağlamamışdır. Qaz qurğularına xüsusi təlim keçmiş işçi heyəti tərəfindən xidmət göstərilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs direktor vəzifəsinə təyin olunduqdan sonra qaz kəmərlərində (gəzmə üsulu ilə) bir dəfədə olsun yoxlama aparmamışdır. Bundan başqa ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 19 noyabr 2020- ci il tarixdə, saat 10 radələrində "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs kanalizasiya qoxusunun gəldiyini bildirərək kanalizasiyanın təmizlənməsini ona tapşırmışdır. Satış və sərgi sahəsinin qarşısındakı pilləkənin altında olan kanalizasiya quyusuna düşmək üçün dəmir lövhəni kənara qoymuş və içəriyə metal pilləkən qoyaraq quyuya düşmüş,həmin vaxt qoxu gəlsə də, həmin qoxunun kanalizasiya qoxusu olduğunu zənn etmişdir. Əlindəki məftillə kanalizasiyanın borusunu təmizləmiş və çıxaraq quyunun qapağını bağlamışdır. Göründüyü kimi, partlayışdan əvvəl satış və sərgi sahəsinin qarşısındakı pilləkən tərəfdən anidən qoxunun gəlməsi MMC–nin direktorunda şübhə doğurduğundan Şahid4 bu barədə göstəriş versədə, bu barədə şahidin yuxarıda qeyd etdikləri ilə razılaşaraq kanalizasiyanın təmizlənməsini tapşırmışdır. Yəni həmin gün MMC-nin satış ofisində spesifik bir qoxunun yayılması şübhəsi yaranmış olsada bu barədə MMC-nin direktoru Təqsirləndirilən şəxs Hüseyin oğlu tərəfindən mütəxəssis dəvət olunaraq dəqiqləşdirilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları, ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olmaqla pozmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il qərarının 23-cü bəndində görə məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bu əməli törətməsi şahidlərin ifadələri, məhkəmədə elan edilib araşdırılmış ilkin təhqiqat və istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri bu əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini sübuta yetirdiyi tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapdığından, onun təqsirsiz olmasına əsas verən sübutlar olmadığından təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq əsassız hesab edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bundan başqa zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə2 Hacıbala oğlunun apellyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 179.1-ci və 179.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 354-cü maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirlməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddanın rədd edilməsi, iddanın baxılmamış saxlanılması barədə qərar qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (AR Mülki Məcəlləsinin 1096.1, 1096.2 və 1097.1-ci maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarının 65-ci bəndinə əsasən məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət-prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. Məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarında olan mülki iddiadan görünür ki, zərərçəkmiş şəxs X14 mənəvi zərər görə 150000 manat məbləğində zərərin müəyyən edilməsi və 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC tərəfindən ödənilməsi və tələb olunmuş məbləğin MMC-dən alınaraq ona ödənilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, "xxxx" MMC-nin özü hazırkı iş üzrə zərərçəkmiş şəxs qismində çıxış edir və mülki iddia Təqsirləndirilən şəxs qarşı deyil, "xxxx" MMC-yə qarşı qaldırılmışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə2 Hacıbala oğlunun mənəvi zərərin ödənilməsi ilə bağlı apellyasiya şikayəti təmin edilməməlidir. Eyni zamanda məhkəmə kollegiyası zərərçəkmiş hüquqi şəxsə, zərərçəkmiş şəxsin hüquqi varisinə və onun nümayəndəsinə qeyd edilən məsələ ilə bağlı mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququnun olduğunu izah edir. Beləliklə, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq şikayətlərin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə2 Hacıbala oğlu və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 1(012)-33/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 410cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 1(012)-33/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(105)-93/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-93/2023
11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver