Məhkəmə qərarları › İş №1(105)-96/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-96/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-96/2022 12.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim – Cəfərov Vidadi Cəfər oğlu, Hakimlər – Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, Səfərəliyeva Gülnar Mirzahid qızının katibliyi, Dövlət ittihamçısı X3, Təqsirləndirilən şəxs1 və müdafiəçisi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-116/2021 saylı 05.11.2021-ci il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-116/2021 saylı 05.11.2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim – R.Ş.Əliyev, hakimlər H.S.Əliyev (məruzəçi), F.Z.Hümbətov) xx xxxxx 1970-ci ildə Şabran rayonu Şahnəzərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işsiz, Şabran rayonu, Şahnəzərli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 27 may 2021-ci il tarixdən 29 may 2021ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 2 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılmaqla üzərində qəti cəza olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlanğıcının 05 noyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalından həbs edilməsi hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 ona görə məhkum edilmişdir ki, o, istintaqla müəyyən edilməmiş mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi çətənə (kannabis) bitkisinin toxumlarının 11 ədədini Şabran rayonu, Şahnəzərli kəndində yaşadığı evin həyətyanı sahəsində fındıq ağaclarının arasında dibçək formasında hazırlanmış içərisinə torpaq doldurulmuş ağ rəngli sellofan torbalarda, 8 ədədini isə həmin ərazidə bostan bitkilərinin arasında olan sahədə 2021-ci ilin təxminən mart ayının axırlarında qanunsuz olaraq əkmiş və bu toxumlardan əmələ gələn tərkibində narkotik maddələr olan 19 (on doqquz) ədəd şitillərə mütəmadi olaraq aqrotexniki qaydada qulluq göstərib onları yetişdirməklə külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq kultivasiya etmiş, 27 may 2021-ci il tarixdə, saat 15 radələrində, Şabran RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində yaş vəziyyətdə ümumi çəkisi 775,0 qram, boyu 15 sm-84 sm təşkil edən, tərkibində narkotik maddələr olan 19 ədəd çətənə (kannabis) bitkiləri qeyd olunan ərazidə aşkar edilərək götürülmüşdür. Apelyasiya şikayətinin dəlilləri: Məhkəmənin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apelyasiya şikayəti verərək, təqsirləndirilən şəxs barəsində şərti cəza təyin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi apelyasiya şikayətində qeyd edir ki, təqsirləndirilən şəxs ona təyin olunmuş cəza ilə razı deyil. Belə ki, o, ağır xəstədir. Apelyasiya şikayətində daha sonra qeyd edilir ki, təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, məhkəmədə səmimi ifadə vermiş, törətdiyi əməldən peşiman olduğunu və ağır xəstə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin xəstə olmasını, himayəsində azyaşlı uşağının olmasını, ilk dəfə məsuliyyətə cəlb olunmasını və törətdiyi əməldən peşiman olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci və 70-ci maddələrinə əsasən ona şərti cəza təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını yoxlayıb, apelyasiya şikayətinin təmin edilməsinə dair təqsirləndirilən şəxsin və müdafiəçisinin, şikayətin rədd edilməklə hökmün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, hökm dəyişdirilməməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilmişdir. Onun əməli səmimi etirafından başqa, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də, birinci instansiya məhkəməsində tədqiq olunmuş digər mötəbər sübutlarda da öz əksini tapmış və bu hissə üzrə hökmün əsaslılığı şübhə doğurmur. Apelyasiya şikayətinin təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi barədə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə sadalan hallar onun cəza çəkmədən islah olunmasının mümkünlüyünə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxarkən Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməsinin zəruriliyini hökmdə əsaslandırmış, təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə almışdır. Kollegiya hesab edir ki, müdafiəçinin apelyasiya şikayətində qeyd etdiyi hallar təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın şərti tətbiq edilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən səmimi peşiman olmasını, himayəsində azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət vermişdir. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-ci maddəsinin sanksiyasında 3 (üç) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayət əməli qəsdən törədilməklə Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Cəza təyininin ümumi prinsiplərini nəzərə alan birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minumum həddə yaxın cəza təyin etmişdir. Beləliklə, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-116/2021 saylı 05.11.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün apelyasiya instansiyası məhkəməsinin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, apelyasiya instansiyası məhkəməsində Təqsirləndirilən şəxs1 göstərilmiş 5 iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Sumqayıt Regional Vəkil Bürosunun hesabına 30 manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-116/2021 saylı 05.11.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin edilməsin. Apelyasiya məhkəməsində göstərilmiş hüquqi yardımla bağlı Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş müdafiəçinin haqqı 5 iş saatı müəyyən edilərək, 30 (otuz) manat olmaqla Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 ödənilsin və qeyd olunan məbləğ "xxxx" ASC-nin Sumqayıt filialına (hesab №AZ03TURA********************, VÖEN: **********) köçürülsün. Qərarın icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyinə tapşırılsın. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kasassiya şikayəti və kasassiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar