Məhkəmə qərarları › İş №1(106)-10/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-10/2025

23.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-10/2025 23.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası X1 (sədrlik edən), Hacıyev Pərviz Vaqif oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə Səmədov Alim Nadir oğlunun katibliyi Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin şöbə prokuroru, ədliyyə müşaviri X8, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X5, Təqsirləndirilən şəxs, müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Ə.A.Əliyev (sədrlik edən), O.Y.Cəlilov və X.A.Nuriyev) 27 fevral 2024-cü il tarixli 1(099)-105/2024 saylı hökmü ilə xx.xx.1979-cu il tarixdə Salyan rayonu Qaraçala qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan rayonu Çadırlı kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum edilmiş; cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzanın əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması və haqqında seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmışdır. İşin halları Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs şəxsən tanıdığı, qızı - 18 may 2012-ci il təvəllüdlü Nazlı Bayramovanın sinif yoldaşı olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə “Əqli gerilik, davranış pozğunluğu, debillik dərəcəsində” diaqnozu ilə qeydiyyatda olmaqla 14 yaşına çatmayan, 15 avqust 2009-cu il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs zahiri görünüşü və yaşı haqqında əvvəlcədən məlumatının olması ilə əlaqədar aşkar surətdə on dörd yaşına çatmadığını və əqli inkişafdan geri qaldığını etibarlı şəkildə bilib dərk edərək, ona qarşı özündə cinsi istək formalaşdıraraq, azyaşlı olduğu üçün hər hansı müqavimət göstərmək imkanı olmamasından, valideyninin lal-kar, psixi xəstə olmaqla faktiki valideyn himayəsindən məhrum olmasından, habelə özünün fiziki cəhətdən kifayət qədər üstünlüyə malik olmasından təsiretmə üsulu kimi yararlanıb köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri edib öz cinsi ehtirasını pozğun formada təmin etmək qərarına gələrək Zərərçəkmiş şəxs 2022-ci ilin fevral ayından həmin ilin iyul ayınadək olan müddət aralığında dəqiq məlum olmayan aylarda və günlərdə 2 dəfədən artıq olmaqla ayrı-ayrı müxtəlif vaxtlarda yaşına, fiziki və əqli inkişafına görə barəsində edilən hərəkətlərin mənasını və xarakterini dərk etməyən, təqsirkara müqavimət göstərmək imkanında olmayan Zərərçəkmiş şəxs qızı Nazlı Bayramova ilə görüşmək bəhanəsi ilə Salyan rayonu Çadırlı kəndində yerləşən yaşadığı fərdi yaşayış evinə dəvət etdikdən sonra zəiflik vəziyyətindən istifadə etməklə yüngül əqli gerilik və azyaşlı olması ilə əlaqədar onunla baş vermiş hərəkətlərin xarakter və mənasını, yəni sosial-psixoloji mahiyyətini anlamaq qabiliyyətinə malik olmamasından, həmin vaxt öz hərəkətlərini idarə etmək iqtidarında, eləcə də ona müqavimət göstərmək imkanında olmamasından, yəni köməksiz vəziyyətindən istifadə edərək özünün əynindəki şalvar və tursikini aşağı çəkib Zərərçəkmiş şəxs isə əynindəki şalvarını və alt paltarını soyundurub, köynəyini isə yuxarı qaldırıb döşlərindən öpmək, ereksiya vəziyyətinə gəlmiş öz cinsi orqanını zərərçəkmiş şəxsin cinsiyyət üzvünə və arxa keçid anal dəliyinə sürtməklə spermasını xaric edib cinsi ehtirasını təmin etməklə aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib onunla təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin hökmündən Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayətləri vermiş, Müdafiəçi2 işə tam məhkəmə istintaqı aparılmaqla baxılmasını, istintaqın nəticəsindən asılı olaraq yeni, ədalətli qərar qəbul edilməsini, Müdafiəçi1 isə hökmün ləğv edilməsini, müdafiə etdiyi şəxsin təqsiri olmadığına görə onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətləri belə əsaslandırılmışdır ki, Zərərçəkmiş şəxs dəfələrlə Nazlını incitdiyi üçün təqsirləndirilən şəxs məktəb direktoruna, eləcə də qızının sinif rəhbərinə Zərərçəkmiş şəxs hərəkətləri ilə bağlı şikayət etmişdir. Nəhayət onun şikayətlərindən sonra Zərərçəkmiş şəxs məktəbdən xaric etmişlər. Zərərçəkmiş şəxs dəfələrlə Təqsirləndirilən şəxs qızı Nazlı ilə telefonda danışmaq üçün atası Həsənağa Abdullayevə məxsus mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona zəng etmişdir. Bəzi hallarda həmin nömrəyə zəng vuraraq Zərərçəkmiş şəxs zəng etməməsini tələb etmişdir. Zərərçəkmiş şəxs məktəbdən kənarlaşdırdığı üçün sonuncu Təqsirləndirilən şəxs guya ona qarşı əxlaqsız hərəkətlər etməsi ilə bağlı ifadə vermişdir. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, həqiqətən Təqsirləndirilən şəxs onun barəsində məktəb direktoruna və sinif rəhbərinə şikayətlər etmiş və bu şikayətlərin nəticəsi olaraq Zərərçəkmiş şəxs məktəbdən kənarlaşdırmışlar. Məhkəmə hökmdə, ümumiyyətlə, qeyd edilən məsələ ilə bağlı münasibətini bildirməmişdir. Bundan əlavə, məhkəmə istintaqı zamanı müdafiə tərəfindən vəsatətlər verilərək məktəb direktoru Ayazxan Fərəcovun və Zərərçəkmiş şəxs sinif rəhbərinin şahid kimi dindirilmələri xahiş edilsə də, vəsatət təmin edilməmişdir. Təmin edilməmə səbəbi isə qeyd edilən şəxslərin ifadələrinin sübut əhəmiyyətinin olmaması göstərilsə də, maraqlıdır ki, məhkəmə hökmdə Təqsirləndirilən şəxs Ayazxan Fərəcovla və Zərərçəkmiş şəxs sinif rəhbəri ilə üzləşdirmə protokollarına sübut kimi istinad etmişdir. Digər bir maraqlı hal ondan ibarətdir ki, iş materiallarında Zərərçəkmiş şəxs barəsində bir-birinə zidd iki xasiyyətnamə mövcud olduğu halda məhkəmə nədənsə bu hala da hüquqi qiymət verməmişdir. Ekspert rəyində qeyd edildiyi kimi, Zərərçəkmiş şəxs əgər öz hərəkətlərinin mahiyyətini anlamaq, həmin hərəkətlərin faktiki xarakterini, yəni ola biləcək nəticələrini dərk etmək iqtidarında olmamışdırsa, Zərərçəkmiş şəxs öz ifadəsində qeyd etdiyi, o, ikinci sinifdə oxuyarkən ona qarşı “pis hərəkətlər” etmiş şəxslərdən onu bezdirdiyi üçün Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng vurması, daha sonra polis əməkdaşları evlərinə gələrkən utandığı və anasından qorxduğu üçün onlara yalan məlumat verməsi qeyrimümkündür. Göründüyü kimi, ekspert rəyində göstərilən hallarla iş üzrə zərərçəkmiş şəxsin verdiyi ifadələr və hərəkətləri arasında ciddi ziddiyyətlər mövcuddur. Bundan başqa, 14 yaşına çatmamış zərərçəkən Zərərçəkmiş şəxs istintaq zamanı 2 dəfə izahatı alınmış, 6 dəfə ifadəsi alınmış, bir dəfə üzləşmə aparılmış, bir dəfə ifadəsi yerində yoxlanmışdır. 10 yanvar 2023-cü il tarixdə dayısı Şamo Abbasovun iştirakı ilə alınmış izahatında göstərmişdir ki, 2-ci sinifdə oxuyan zaman yay aylarında kəndlisi Sadiq adında oğlan atasının telefonuna zəng vurub onu çöllük sahəyə qoyun otardığı yerə çağırmışdır. Həmin vaxt Sadiq onunla bir neçə dəfə cinsi əlaqədə olmuşdur. Bu barədə heç kimə deməmişdir. Ondan sonra Sadiq onunla valideyni evdə olmayanda evdə, həyətdə, tualetdə cinsi əlaqədə olmuşdur. Sadiqdən başqa bir neçə adlarını bilmədiyi kənd uşaqları da əksər vaxt evlərində valideynləri olmayanda onunla cinsi əlaqədə olublar. Bu izahatı polisin baş müstəntiqi Arzu Hacıyev alıb. 12 yanvar 2023-cü il tarixli izahatı Salyan rayon Prokurorluğunun müstəntiqi Ceyhun Quliyev həkim Həsənovanın, müəllim Abışovanın qanuni nümayəndə Rəhimovun iştirakı ilə alıb. Bu izahatında Sevinc göstərir ki, Sadiq, Murad, Abbas və Fəqan adlı şəxslərdən başqa heç kim onunla intim münasibətdə olmayıb. xx.xx.2023-cü il tarixli zərərçəkən qismində dindirildiyi ilk ifadəsində də Sevinc bildirir ki, Sadiq, Murad, Abbas və Fəqandan başqa heç kim onunla intim münasibətdə olmayıb. Bu ifadəni Sevincin qanuni nümayəndəsi Qanuni nümayəndə, müəllimə Şəhla Səmədova, həkim-pediator Xoşbəxt Həsənova imzalamışlar. Zərərçəkmiş şəxs bu ifadəsindən 3 gün keçmiş prokurorluğun müstəntiqi Ceyhun Quliyev xx.xx.2023-cü il tarixdə Sevincdən yenə də ifadə almışdır. xx.xx.2023-cü il tarixli ifadəsi yenə də Qanuni nümayəndə, müəllimə Şəhla Səmədovanın, həkim-pediator Xoşbəxt Həsənovanın iştirakı ilə alınıb. Həmin ifadəsində Sevinc göstərir ki, Sadiq, Murad, Fəqan və Abbasdan başqa çox adam onunla cinsi münasibətdə olub. Həmin ifadəsində onun adından qeyd edilir ki, onun bakirəliyini Sadiq yox, xalası oğlu Səbuhi pozmuşdur. Ondan sonra isə bildirmişdir ki, Sadiq, Murad, Fəqan və yaşlı kişi Abbasdan sonra 1) qonşuları Ramin, 2) kəndlərində taksi işlədən Tahir, 3) kəndliləri İlahənin oğlu Ceyhun, 4) Əlibayram adlı kişi, 5) sinif yoldaşı Nazlının atası Arif (Rafik yox Arif) 6) Adil adlı yaşlı kişi, 7) Kazım 8) adını bilmədiyi sürücü də yadında qalmayan vaxtlarda onunla cinsi münasibətdə olublar. Müdafiə tərəfinin məhkəmədə qaldırdığı Sevincin dindirilməsində iştirak etmiş müəllimə Şəhla Səmədovanın, həkim-pediator Xoşbəxt Həsənovanın dindirilməsi barədə vəsatəti təmin edilməmiş, beləliklə, xx.xx.2023-cü ildə onların iştirakı ilə yuxarıdakı qaydada ifadə verən azyaşlı zərərçəkənin 3 gün sonra onların iştirakı ilə dindirilərkən əlavə 8 adamın adını çəkərək necə ifadə verməsi barədə ziddiyət yaranmışdır. Məhkəmə aydınlıq gətirməmişdir ki, 14 yaşına çatmayan, əqli gerilik, davranış pozğunluğu, debillik dərəcəsində diaqnozu ilə qeydiyyatda olan zərərçəkən cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müvafiq anda dərk və ya təsvir edilməsi qabiliyyətinə malikdirmi və onun ifadəsini sübut kimi qəbul etmək olarmı?. Müdafiə tərəfi hesab edir ki, bir halda ki, ekspertiza təsdiq edir ki, Zərərçəkmiş şəxs 14 yaşına çatmaması, onda aşkarlanan “yüngül əqli gerilik, davranış pozğuntuları, debillik,” diaqnozu ilə əlaqədar öz hərəkətlərinin mahiyyətini anlamaq, həmin hərəkətlərin faktiki xarakterini yəni baş verə biləcək nəticələrini tam dərk etmək qabiliyyətində deyil, onunla istintaq hərəkətlərinin aparılmasının mümkün olması ciddi şübhə doğurur. Bundan başqa, «kompleks məhkəmə-psixoloji və məhkəmə-psixiatrik ekspertizası»nın 18 yanvar 2023-ci il tarixli 98 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilən əqli gerilik yüngül ifadə olunduğundan və hadisə zamanı emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmadığından o, ona qarşı qeyd olunan hərəkətlər zamanı müqavimət göstərmək imkanına malik olmuşdur. Belə olduğu halda istintaq orqanı hansı əsasla ittihamda Zərərçəkmiş şəxs müqavimət göstərmək imkanının olmamasını qeyd etməsi başa düşülən deyil. Həmçinin, Zərərçəkmiş şəxs, müstəntiq Nahid Abbaslının “Rafikin yaşadığı evi təsvir edə bilərsinizmi” sualına cavab olaraq bildirmişdir ki, “Rafikin yaşadığı evin qapısı həmin vaxt yaşıl rəngli dəmir qapı idi (həmin vaxt bəlli deyil). Giriş qapısından sağ tərəfdə hamam və tualet, düz irəlidə isə ev yerləşir. Rafikin həyətində it də var idi. Evin qabağında 3-4 pilləli pilləkən var. Ev birmərtəbəlidir, həyətdə güllər və bağ vardı. Evin giriş otağında divan, televizor, stol var idi. Evin içində 2 ayrı otaq var idi. Evin girişindən sağ tərəfdə yerləşən otaqda yataq və çarpayı var idi. Rafik də məni məhz həmin otağa aparırdı”. Sevincin ifadəsinin yerində yoxlanması barədə xx.xx.2023-cü il tarixli protokola həmin ifadə köçürülmüşdür. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs adını ilk dəfə çəkdiyi xx.xx.2023-cü il tarixli ifadəsində, xx.xx.2023-cü il tarixli üzləşməsində belə fakt göstərməmişdir. Prosessual məsələlər Apellyasiya baxışında Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 apellyasiya şikayətlərini müdafiə etdilər və şikayətlərin məzmununa uyğun çıxış edib, Təqsirləndirilən şəxs bəraət verilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iştirak etmiş Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X9 apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qanuni, əsaslı və ədalətli nəticəyə gəldiyini göstərib, apellyasiya şikayətlərinin təmin olunmamasını və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X11 apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, təqsirləndirilən şəxsə bəraət verilməsi, əməlinin hüquqi tövsifinin dəyişdirilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətlərinin təmin olunmamasını və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etdi ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Ona görə də həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Konstitusiya Məhkəməsi qeyd olunan Qərarında hüquqi mövqeyini davam etdirərək vurğulamışdır ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayətprosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. İlk növbədə qeyd olunmalıdır ki, müdafiə tərəfi apellyasiya müraciətində işin faktiki hallarını mübahisələndirmiş və təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası müdafiə tərəfinin apellyasiya şikayətlərinin dəlillərinin təqsirləndirilən şəxsə bəraət verilməsinə yönəldiyini, cinayət işinin materiallarında zərərçəkmiş şəxsin kəmağıllıq xəstəliyindən əziyyət çəkməsinə dair tibbi sənədlər olduğunu nəzərə alaraq işə qismən məhkəmə istintaqı ilə baxılmasını qərara almış və məhkəmə istintaqında təqsirləndirilən və zərərçəkmiş şəxsləri dindirmiş, ekspertiza təyin etmiş, habelə cinayət işində olan digər sübutları tədqiq etmişdir. Həmçinin, Azərbaycan Respublikası CPM-in 392.3-cü maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər. Məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar cinayət işinin materiallarını yoxlayıb aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-in 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. CM-in 150.1-ci maddəsində zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə cinayət məsuliyyəti yaradan əməl kimi təsbit olunmuşdur. Seksual xarakterli zorakılıq hərəkətləri on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə CM-in 150.3.3-cü maddəsinin tərkibi yaranır. Onu da qeyd etmək lazımdır ki, əməlin cinayət olub-olmaması, törədilən cinayətin tərkib əlamətlərinin müəyyən edilməsi və əməlin Cinayət Qanunu norması üzrə tövsif edilməsi yuxarıda qeyd edilən Cinayət Məcəlləsinin müvafiq normaları əsasında aparılsa da, törədilən əməlin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar əsasında aparılır. Bu mənada Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının müəyyən etdiyi hüquqi prosedurların xatırladılması da zəruridir. Azərbaycan Respublikası CPM-in 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın mahiyyəti ondan ibarətdir ki, o, “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə “Əqli gerilik, davranış pozğunluğu, debillik dərəcəsində” diaqnozu ilə qeydiyyatda olmaqla 14 yaşına çatmayan, 15 avqust 2009-cu il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə sonuncuya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs birinci və apellyasiya instansiyası məhkəmələrində ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadələrində göstərmişdir ki, onunla o uşaq arasında məktəblə bağlı problem olmuşdur. Belə ki, Sevinc onun qızını məktəbdə döyürmüş, uşağı da ağlayıb üstünə gəlirmiş. Bu barədə məktəbə gedib direktora, müəllimə və Sevincin dayısına şikayətlər etmişdir. Bundan sonra onlarda razılığa gəlib, Sevinci məktəbdən uzaqlaşdırıb, uşaq evinə vermişlər. Sevinc həmişə ondan narazı qalıb, demişdir ki, “səni tutduracam, burdan uzaqlaşsam səndə şikayət edəcəm”. Məktəbin direktoru da demişdir ki, “bununla mən bacarmıram”. Özünü heç bir cinayətdə təqsirli bilmir, heçnədən həbsdə əzab çəkir, özü də xəstədir. Sevinci öyrədib yollayıblar, dediklərinin hamısı yalandır. İşinə ədalətlə baxılmasını xahiş edir. Sevinc onun evinə bir dəfə özü işdə olan vaxt gəlib, uşağı ilə oynayıb. Həmin vaxt evində kimlər olub onu bilmir. Sevinci öz uşağından həmişə uzaqlaşdırmağa çalışıb. Sevinc dəfələrlə ona zəng vurub, lakin özü telefona cavab verməyib söndürüb. Sonra isə geri yığıb ki, nəyə zəng vurursan, o isə uşağı ilə danışmaq istəyib. Evdə olanda isə telefonunu qızına verib, Sevinclə danışdırıb. İki dəfə belə hadisə olub ki, “qızım gör nə deyir”. Sevinci qətiyyən zəng vurub evinə çağırmayıb. İstintaq zamanı döyülüb, təhdid edilib, ondan 17 min manat pul istəyiblər. Qardaşları da bununla bağlı 102 xidmətinə zəng vurub şikayətlər ediblər. İstintaq zamanı müstəntiq onu soyundurub, sonra bədənində olanları yazıb ki, qız belə deyir. Ona qarşı sübut olmadığına görə bunu ediblər. Sevinc zəng vurarkən çox vaxt işdə olmuş, telefonu söndürmüş, sonra isə onun çoxlu zəngindən açıb deyirmiş ki, nə istəyirsən. Özü heç vaxt Sevincə zəng vurmayıb. İlk dəfə ona məxsus telefondan Sevincə zəng vurulmasının səbəbini bilmir, bəlkə də öz qızı zəng vurub. Bundan başqa onun tərəfindən Sevincə edilən zənglərin səbəbi odur ki, desin bizə zəng vurma. Özünün Sevinclə cinsi heç bir təması olmayıb. Günahsız yerə yatır, bunlar müstəntiqin oyunudur, onun cəzasını çəkir, bu işə ciddi baxılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, dəqiq xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs ona zəng edərək qızı Nazlıyla oynaması üçün evinə çağırmışdır. Lakin Rafik onu aldatmış, o Rafikgilə getdikdə onlar Nazlının nənəsigilə getmişdir. Həmin vaxt özü də onlarla birlikdə getmişdir. Sonra isə Rafiklə birlikdə geri qayıtmışdır. Həmin vaxt məktəbə gedən vaxtlar olmuşdur. Rafik ona demişdir ki, “gəl bizə”. O da Rafiklə birlikdə onun evinə getmiş, divanda oturmuşdur. Əvvəlcə Rafik gəlib divanda onun qucağında oturmuşdur. Sonra isə demişdir ki, “gəl o birisi otağa”. O da getmişdir. Həmin otaqda Rafik ona ayıb-ayıb şeylər etmişdir. Otaqda yerə uzadıb şalvarın əynindən çıxarmışdır. Daha sonra isə üstünə sürtmüşdür. Əvvəlcə qabaqdan sürtürmüş, sonra isə demişdir ki, gəl ağzına sor, o isə ağzına soxa bilməmişdir. Rafik isə məcbur eləmiş, o da ağzına soxmuşdur. Sonra isə evinə getmişdir. Təzdən Rafik onu bir-iki ya on gün keçməmiş yenə çağırırmış. Gedirmiş evinə deyirmiş ki, gəl Nazlı ilə oyna, o da oynamaq istəyirmiş. Lakin evinə getdikdə Rafik onu aldadırmış, evdə heç kim olmurmuş. Özü dördüncü sinifə gedəndə, məktəbi qurtaranda Rafik belə hərəkətlər edirmiş. Rafik bu hərəkətləri öz evində edib, çox olub belə hərəkətləri. Hər dəfə Rafikə inanıb Nazlıyla oynamaq üçün onun evinə getmişdir. Rafik isə onu otağa aparırmış, özü uzanırmış, Rafik isə üstünə çıxırmış. Rafikə etiraz edəndə neynirsən, o isə deyirmiş ki, ağzına sor, əm. Rafikin cinsiyyətin də görürmüş. Sonra isə beşinci sinifə gedəndə internat məktəbinə getmiş ki, ondan əl çəksinlər. Çünki Rafik ona qabaqdan sürtürmüş, ağzına soxurmuş, şalvarını soyundururmuş. Ona deyirmiş ki, çıxart şalvarını, o da çıxarırmış. Bu barədə internat məktəbində olanda qızlara demişdir. Qızlar isə gedib xəbərləmişdilər. Bunu yemək yeyərkən demişdir. Bundan sonra isə dayısını məktəbə çağırmışlar. Onu UZİ-yə aparmışlar. Sonra başqaları da pis-pis şeylər eləmişlər. Hər gün ona pis-pis şeylər eləyirlərmiş. Rafik öz nömrəsini ona vermiş, o da Rafikə zəng vururmuş. Ən çox isə Rafik zəng vurub danışırmış, deyirmiş ki, hardasan, o da deyirmiş evdə. Sonra Rafik deyirmiş ki, “gələrsən bizə”. O isə deyirmiş yaxşı. Rafikdən şikayətçidir, onunla barışmır, türməyə atılmasın istəyir. Birinci dəfə izahat verəndə Sadiqin, Muradın, Fəqanın və Səbuhinin adların polisə demişdir. Birinci dəfə Sadiq olub onu demişdir. Rafik barədə də düz danışır, Rafik də onu eliyib, allaha and içir. İlk dəfə Rafikin adı yadından çıxdığından onun adını çəkməyib. Yadındadır bütün onu eliyən on altı nəfər, yadına düşdükcə də adlarını deyib. Rafikin isə cinsiyyətində xal görmüşdür. Apellyasiya baxışı zamanı da Zərərçəkmiş şəxs eyni məzmunlu ifadə vermişdir. İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin və AZ-İİ № 417781 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2009-cu il təvəllüdlüdür. İşdə olan «Salyan Rayon Mərkəzi Xəstəxanası» X20 xx.xx.2023-cü il tarixli 102 nömrəli məktubu və əlavə olunmuş ambulator tibbi kartanın surətindən görünür ki, Zərərçəkmiş şəxs 24 iyun 2022-ci ildən poliklinika şöbəsində «əqli gerilik debillik dərəcəsində, davranış qüsurları» diaqnozu ilə qeydiyyatdadır. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 18 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamış, onun qızlıq pərdəsinin tamlığı pozulmuşdur, müddəti müayinədən iki həftə və artıqdır, dəqiq müddət müəyyən etmək mümkün deyildir. Qızlıq pərdəsində ağımtıl rəngli çapıqlar, uşaqlıq yolunun girəcəyinin genişlənməsi və s. bunu sübut edən əlamətlər hesab olunur. Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla (arxa keçəcək vasitəsilə) cinsi əlaqədə olma əlamətləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs tam cinsi yetkinlik mərhələsinə çatmamışdır, o, hamilə deyildir, zöhrəvi xəstəliyə və insanın immunçatışmazlığı virusuna yoluxması əlamətləri aşkar olunmamışdır. İşdə olan «X15» MMC-nin xx.xx.2023-cü il tarixli S/01-2023 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə psixoloji diaqnostika üçün həmin mərkəzə müraciət etmiş, müayinə nəticəsində xronoloji yaş 13 yaş 5 ay, zəka yaşı 9 yaş 1 ay, İQ=70 (norma 90-110 aralığını əhatə edir) səviyyəsində təyin olunmuşdur, göstəriciləri sərhəd zəkadadır, bərabərində özgüvən əskikliyi, stresə davamsızlığı və qorxuları mövcuddur. İşdə olan kompleks məhkəmə-psixoloji və məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 98 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs “Yüngül əqli gerilik, davranış pozuntuları ilə” müəyyən edilir. Elmi ədəbiyyatdakı məlumata əsasən əqli gerilik, intellektin ümumi səviyyəsini müəyyən edən və inkişaf prosesində meydana çıxan vərdişlərin zəifləməsi ilə xarakterizə olunan anadangəlmə ləngimə halı və ya natamam əqli inkişaf ilə özünü göstərən patologiyadır. Zərərçəkmiş şəxs onda aşkarlanan “Yüngül əqli gerilik” formasında psixi pozuntu səbəbindən və azyaşlı olması ilə əlaqədar olaraq öz hərəkətlərinin mahiyyətini anlamaq, həmin hərəkətlərin faktiki xarakterini, yəni ola biləcək nəticələrini dərk etmək iqtidarında olmamışdır. Zərərçəkmiş şəxs müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, ona qarşı edilən hərəkətlərdən özünü qorumaqdan məhrum etsin. Onunla istintaq hərəkətinin aparılması mümkündür. Zərərçəkmiş şəxs əqliintellektual imkanlarını müayinə edərkən qavrama, yaddaş, diqqət, təfəkkür, dərketmə proseslərinin normadan aşağı olması müəyyən edilməklə onda yüngül əqli gerilik əlamətləri aşkar olunur. Səthilik, primitivlik, impulsivlik, davranışının iradi tənzimlənməsində çatışmazlıq, tez inanmaq, məsuliyyətsizlik və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs müəyyən edilən əqli geriliklə əlaqədar o, iş üçün əhəmiyyətli halları tam həcmdə dərk etmək qabiliyyətinə malik deyil. Zərərçəkmiş şəxs təlqinə qapıla, başqalarının təsiri altında hərəkət edə bilər. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilməmişdir. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətləri ilə əlaqədar ona qarşı hüquqazidd hərəkətlər edilərkən tez inana, aldana bilərdi. Zərərçəkmiş şəxs onunla baş vermiş hərəkətlərin xarakter və mənasını, yəni sosial-psixoloji mahiyyətini anlamaq qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs müəyyən edilən əqli gerilik yüngül ifadə olunduğundan və hadisə zamanı emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmadığından o, ona qarşı qeyd olunan hərəkətlər zamanı müqavimət göstərmək imkanına malik olmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli AZ-İİ № 312529 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci ildə dəqiqləşdirilmiş ağciyər ürək çatışmamazlığından ölmüşdür. İşdə olan Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 32 nömrəli məktubundan görünür ki, X19 xx.xx.2023-cü il tarixdə həmin xəstəxanada psixiatrik tibbi müayinələrdən keçirilmiş və ona “Yüngül əqli gerilik və anadangəlmə surdomutizm (lal-karlıq)” diaqnozu qoyularaq qeydiyyata alınmışdır. İşdə olan «üzləşdirmə haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli hərəkətlər etdiyini, inandırıcı şəkildə sonuncunun üzünə qarşı demişdir. İşdə olan «zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması barədə» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü ildə videoçəkiliş aparılmaqla zərərçəkmiş şəxs qismində ifadəsi yerində yoxlanılarkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli hərəkətlər etdiyi Salyan rayonu, Çadırlı kəndində yerləşən fərdi yaşayış evini və həyətyanı sahəsini əvvəlcədən dəqiqliklə təsvir edərək ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli şəxsi müayinə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs sol ayağının bud nahiyyəsinin içəri tərəfində cinsiyyət orqanının sol tərəfində, paça arasında oval formalı, 4-5 sm ölçüdə qəhvəyi rəngli xal vardır. İşdə olan Salyan RİHB-nın Qaraçala qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı, 2012-ci il və 2016-cı il təvəllüdlü uşaqlarından ibarətdir, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. İşdə olan “Respublika Narkoloji Mərkəzi” X20 xx.xx.2023-cü il tarixli xx/xx-4599 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. İşdə olan Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 121 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. İşdə olan “Respublika Psixiatriya Xəstəxanası” X20 xx.xx.2023-cü il tarixli 6261 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 11811 nömrəli məktubu ilə istintaqa daxil olmuş diskdə olan məlumatlara baxış keçirilməsinə dair xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs atası X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 2022-ci ilin fevralın 14-dən həmin ilin iyulun 4-dək olan müddət ərzində ümumilikdə 24 dəfə telefon danışığının aparılması və 4 dəfə SMS mətnlərinin göndərilməsi aşkar edilmişdir. Eyni zamanda, tərəflər arasında olan ilk əlaqənin isə 2022ci ilin fevralın 14-də saat 09:06-da məhz Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs atası X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etməsi olmuşdur. Bundan başqa xx.xx.2022-ci ildə həmin nömrəyə zəng vuraraq 23 saniyə, xx.xx.2022-ci ildə 12 saniyə, xx.xx.2022-ci ildə 24 saniyə danışığı olmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 2023-cü il aprelin 25-də X7 Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək Salyan rayon Polis Şöbəsində əri Təqsirləndirilən şəxs tutulmaması müqabilində ondan 15.000 manat pul tələb olunmasını, həmin məbləğdə pulu verə bilmədikləri üçün ərinin şərlənərək tutulmasını bildirmişdir. Həmin müraciət əsasında Salyan rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas Toğrul Əhədzadə tərəfindən araşdırma aparılmış və araşdırma nəticəsində Gülşən Bayramovanın müraciətində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından və materialda cinayət hadisəsi müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan kompleks məhkəmə-psixoloji və məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1018 nömrəli rəyindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman və ona qədər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxsla hər hansı bir istintaq hərəkətinin aparılması mümkündür. Təqsirləndirilən şəxs özünü psixoloji müdafiə etməyə meyillilik, inadkarlıq, qıcığa qarşı həssaslıq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. İşdə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 193 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyyəsində cinsi əlaqəyə maneə törədə biləcək obyektiv əlamətlər aşkar edilməmişdir. Bundan başqa, apellyasiya baxışı zamanı Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək və həmin hərəkətlərə müqavimət göstərmək qabiliyyətinin olub-olmamasını müəyyən etmək üçün iş üzrə təkrar kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20in təkrar ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 2635 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs aşkarlanan psixi pozuntu onu hadisə barədə fikir yürütmək, məlumat vermək qabiliyyətindən tam məhrum etmir. Lakin onda müəyyən edilən yüngül dərəcəli əqli gerilik davranış pozuntusu ilə müşayiət olunduğundan baş vermiş hadisə zamanı onu öz hərəkətlərini idarə etmək iqtidarından məhrum etmişdir. Zərərçəkmiş şəxs əziyyət çəkdiyi kəmağıllılıq yüngül dərəcəli olduğundan onun hadisə zamanı müqavimət imkanlarının tam həcmdə olmaması qənaətinə gəlmək olar. Zərərçəkmiş şəxs müəyyən edilən “Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” formasında psixi pozuntu ilə əlaqədar onun hadisənin əhəmiyyətli hallarına diqqət yetirməsi, qavraması, yadda saxlaması və dərk etməsi tam həcmdə olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 11/493-739 saylı rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs əqli və psixi inkişafına, fərdipsixoloji xüsusiyyətlərinə görə ona qarşı edilən seksual hərəkətlərin xarakterini və mahiyyətini tam dərk etmək və həmin hərəkətlərə müqavimət göstərmək, davranışının mümkün nəticələrini görə bilmək qabiliyyətinə malik deyildir. Zərərçəkmiş şəxs məhkəmələrdə verdiyi ifadələrində “Rafikin ona qarşı pis, yəni əxlaqsız hərəkətlər etməsi” məzmununda fikir yürütməsi və ya hadisə barədə mühakiməsi onun öz hərəkətlərinin faktiki xarakterini tam dərk etmək və özünü tam şəkildə idarə etmək iqtidarında olmasına dəlalət etmir. Göründüyü kimi, apellyasiya şikayətlərinin dəlillərinin əksinə olaraq Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayından həmin ilin iyul ayınadək olan müddət aralığında dəqiq məlum olmayan aylarda və günlərdə 2 dəfədən artıq olmaqla ayrı-ayrı müxtəlif vaxtlarda 14 yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı sonuncunu köməksiz vəziyyətindən istifadə etməklə təkrarən seksual xarakterli zorakılıq hərəkətləri etməsi, bununla CM-in 150.3.3-cü maddəsinin obyektiv cəhətinə daxil olan hərəkətləri törətməsi təsdiq edilir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini 2022-ci ilin fevral ayından həmin ilin iyul ayınadək olan müddət aralığında törətdiyindən onun əməli birinci instansiyası məhkəməsi tərəfindən düzgün olaraq CM-in xx.xx.2022-ci il tarixədək qüvvədə olan 150.3.3-cü maddəsi ilə tövsif edilmişdir. Cəza məsələsinə gəldikdə isə kollegiya aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. CM-in 8.1, 41.2 və 58.2-ci maddələrində ədalətli cəzanın meyarları göstərilmiş və qeyd edilmişdir ki, cəza təyin edilərkən məhkəmə tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, xüsusən, cəzanın sosial ədaləti bərpa etməli olması, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alması məqsədini daşıması nəzərə alınır. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə almış, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almış, cəzanı ağırlaşdıran hal müəyyən etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini səciyyələndirən halları nəzərə alıb Təqsirləndirilən şəxs CM-in xx.xx.2022-ci il tarixədək qüvvədə olan 150.3.3-cü maddəsi ilə 11 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edərək, cəzanın məqsədlərindən bəhs edən CM-in 41.2-ci maddəsinin tələblərini gözləmiş və Cinayət Qanununun ədalət prinsipinə kifayət qədər əməl etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 1(099)-105/2024 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. X10 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar