Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-1005/2022 21.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası - hakimlər Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, Zeynalov Faiq Şəkixan oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya İnstansiyası Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X6, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şirvan Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs və qeyrilərinin məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 1(099)-19/2019 nömrəli hökmündən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpasına dair vəsatətin rədd edilməsi barədə həmin məhkəmənin 11 oktyabr 2022-ci il tarixli, 1(099)-19/2019 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında ilkin məhkəmə baxışını keçirərək, m ü ə y y ə n e t d i: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 1(099)-19/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötüdüyü üçün onun bərpa edilməməsi barədə məhkəməyə vəsatət vermişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakim X4) 11 oktyabr 2022-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 1(099)19/2019 saylı qərarının ləğv edilib buraxılmış prosessual müddətin bərpa edilməsini, şikayətinə apellyasiya qaydasınında baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin hökmündən narazı olduğu üçün bir dəfə apellyasiya şikayəti vermiş, lakin mötəbər sübutları əldə edə bilmədiyi üçün şikayətini geri götürmüşür. Hal hazırda sübutları əldə etmişdir və məhkəmə iclasında yazılı və şifahi vəsatətlərini məhkəməyə təqdim edəcəkdir. Məhkəmə hökm çıxararkən yüngülləşdirici halları yəni, onun ilk məhkumluğunu, gəncliyini, himayəsidnə iki azyaşlı üşağının olmasını və onlardan birinin gözü ilə bağlı ömürlük əlil olmasını və daim himayəyə ehtiyacı olmasını nəzərə almamışdır. Apellyasiya şikayətinə ilkin məhkəmə baxışı iclasında məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X3 məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətin rədd edilməsi barədə düzgün nəticəyə gəlmədiyini göstərib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı X5 həbsdə saxlanılan və videokonfrans əlaqə sistemi vasitəsi ilə məhkəmə kollegiyasının iclasına qoşulan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edib, müdafiəçisi X2 çıxışı ilə razı olduğunu, apellyasiya şikayətinin təmin olunmasını və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməməsini xahiş etdi. Apellyasiya şikayətinə ilkin məhkəmə baxışı iclasında dövlət ittihamçısı X6 məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin apellyasiya şikayəti vermə müddətinin bərpa olunması haqqında vəsatətin rədd edilməsi barədə qanuni, əsaslı və düzgün nəticəyə gəldiyini bildirib, apellyasiya şikayətinin təmin olunmadan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini tətbiq edilməli cinayətprosessual hüquq normaları ilə müqayisəli şəkildə təhlil edib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətin rədd edilməsi barədə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, həmin məhkəmə apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir tutarlı sübutun olmaması əsası ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 1(099)-19/2019 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə vəsatətinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan nəticəsini qanuni və əsaslı hesab edir və apellyasiya şikayətinin dəlilləri ilə bağlı cinayət-prosessual qanunvericiliyi nəzəriyyəsində prosessual müddətlər, prosessual müddətin ötürülməsi nəticələri barədə anlayışlara istinad etməyi zəruri sayır. Belə ki, cinayət-prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM-in) 384.1-ci maddəsinə əsasən ittiham və ya bəraət hökmündən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Qanun normalarının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilməsi müddəti hökmün elan olunduğu vaxtdan hesablanır. Qanunverici yalnız həbsdə olan məhkumun müəyyən məhrumiyyətlərə məruz qalmasını istisna hal kimi nəzərə alaraq apellyasiya şikayəti verilməsi müddətini hökm elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün hökmün surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. Azərbaycan Respublikası CPM-in 202.1-202.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı bu Məcəllə ilə müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır. Cinayət mühakimə icraatı zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesaba alınmır. Cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Azərbaycan Respublikası CPM-in 203.1 və 203.3-cü maddələrinə görə cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İş materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 1(099)-19/2019 saylı hökmü elan olunarkən Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə məhkəmə iclasında iştirak etmiş, hökmdən apellyasiya şikayəti verilmə müddəti və qaydası onlara izah olunmuşdur. İş materiallarında olan məhkəmə qəbzindən görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 1(099)-19/2019 saylı hökmünün surəti 23 mart 2019cu il tarixdə məhkum Təqsirləndirilən şəxs qəbzə imza etdirilməklə təqdim olunmuşdur. Göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs hökmün surəti 23 mart 2019-cu il tarixdə təqdim edildiyindən ona münasibətdə prosessual müddətin axımı 23 mart 2019-cu il tarixdən başlamış və 13 aprel 2019-cı il tarixdə başa çatmışdır. Beləliklə, müəyyən olunur ki, həm məhkum tərəfindən apellyasiya şikayəti 13 aprel 2019-cu il tarixə kimi, yəni qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddət keçdikdən müvafiq olaraq 3 il 5 ay 1 gün sonra verilmiş və bununla da məhkum tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət üzrlü səbəblər olmadan buraxılmışdır. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2019-cu il tarixli hökmündən qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti vermək hüququ və imkanı olsa da, o, apellyasiya şikaytəi vermiş, lakin sonradan şikayətdən imtina edərək bu hüquqlarından istifadə etməmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz, ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 391.3.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərar qəbul edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 202, 203, 384.1-384.2 və 391-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (məhkum Təqsirləndirilən şəxs münasibətdə isə qərarın surəti ona verildiyi) gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(106)-1005/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-1005/2022
21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver