Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-1011/2024 19.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X2 şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Hacıqabul Rayon Məhkəməsinin 1(071)-37/2024 saylı, 26 sentyabr 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Məhkəməsinin 1(071)-37/2024 saylı, 26 sentyabr 2024-cü il tarixli hökmü(sədrlik edən X5) ilə, Təqsirləndirilən şəxs2, xx.xx.1984-cü il tarixdə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-286/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələrinə əsasən 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs2 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilmiş xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 04 (dörd) gün və xx.xx.2023-cü il tarixdə tutulduğu 1 (bir) gün müddət bir günə bir gün hesabı ilə cəmi 01 (bir) ay 07 (yeddi) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 04 il 10 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş və cəza çəkmə müddətinin əvvəli 13 noyabr 2023-cü il tarixdən hesablanmışdır. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs2 özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyəti ilə tanışları X6 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunu Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində işlə təmin edəcəyi barədə yalan vəd verib onu aldadaraq həmin məqsədlə 2023-cü ilin yanvar ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan vaxtda Hacıqabul şəhəri M.F.Axundov küçəsində Zərərçəkmiş şəxs atası Şahid 8000 (səkkiz min) manat nağd pul vəsaitini Təqsirləndirilən şəxs1 vasitəsilə almış, Aslan Abbasov əldə olunan 8000 manat nağd pul vəsaitinin 3500 manat hissəsini Təqsirləndirilən şəxs1la birlikdə istintaqa məlum olmayan ödəniş terminalı vasitəsilə ona məxsus plastik kart hesabına göndərmiş, 27 yanvar 2023-cü il tarixdə istintaqa məlum olmayan vaxtda isə ilkin cinayətkar niyyətinin davamı olaraq Zərərçəkmiş şəxs tərəfindən 1000 (min) manat nağd pul vəsaitinin Hacıqabul şəhəri H.Həmidov küçəsində yerləşən ödəniş terminalı vasitəsilə özünə məxsus plastik kart hesabına göndərilməsini təmin etməklə sonuncunun ümumilikdə xeyli miqdar təşkil edən 9000 (doqquz) min manat nağd pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmək yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirib öz ehtiyacı üçün xərcləməklə Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Hacıqabul Rayon Məhkəməsinin 1(071)-37/2024 saylı, 26 sentyabr 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək Hacıqabul Rayon Məhkəməsinin 1(071)-37/2024 saylı, 26 sentyabr 2024-cü il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müdafiəçisi olduğu Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyan tam ödənilmiş, zərərçəkmiş şəxsin təqsirləndirilənə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini tam etiraf etmiş, əməlindən peşimandır. Ailədidir, himayəsində iki yetkinlik yaşına çatmayan övladı vardır, ailədə yeganə qazanc gətirən şəxsdir. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-nin 178.2.1-ci maddəsinin sanksiyasında alternativ cəzalar olmasına baxmayaraq məhkəmə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanı azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Təqsirləndirilən şəxs2 apellyasiya məhkəməsində çıxışında müdafiəçisinin verdiyi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, onun barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi X7 təqsirləndirilən şəxsin müdafiəçisinin verdiyi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, Təqsirləndirilən şəxs2 barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı X4 apellyasiya şikayətinin təmin olunmamasını, Hacıqabul Rayon Məhkəməsinin 1(071)-37/2024 saylı, 26 sentyabr 2024-cü il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi, hökmün dəyişdirilməməsi barədə rəyini dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin 1(071)-37/2024 saylı, 26 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 35.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını, hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüquqları həyata keçirir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu onun öz ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, birinci instansiya məhkəməsində şahidlərin ifadələri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Təqsirləndirilən şəxs2 ittiham olunan cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Apellyasiya şikayətində cinayət qanununun normalarına istinad edilsə də, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Hacıqabul Rayon Məhkəməsinin 1(071)-37/2024 saylı, 26 sentyabr 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək Hacıqabul Rayon Məhkəməsinin 1(071)-37/2024 saylı, 26 sentyabr 2024-cü il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsinə əsas vermir. Belə ki, Təqsirləndirilən şəxs2 CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilmişdir. İş materiallarından görünür ki, məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən apellyasiya şikayətində göstərdiyi yüngülləşdirici hallarınəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir.Məhkəmə kollegiyası hesab edjir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsas ola bilməz. Belə ki, İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Lakin, Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən Təqsirləndirilən şəxs2 barəsində verilmiş tələbnamədən görünür ki, o, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3 və Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 artıq bir dəfə cinayət məsuliyyətindən azad edilmişdir. Odur ki, onun tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlətə ödəniş ediləcəyi təqdirdə də, yenidən zərərçəkmiş şəxslə barışmaqla əlaqədar cinayət məsuliyyətindən azad edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Hacıqabul Rayon Məhkəməsinin 1(071)-37/2024 saylı, 26 sentyabr 2024-cü il tarixli hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyası həddində məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Buna görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və apellyasiya şikayətini təmin edib, Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsas görmür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin 1(071)-37/2024 saylı, 26 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Hacıqabul Rayon Məhkəməsinin 1(071)-37/2024 saylı, 26 sentyabr 2024-cü il tarixli hökmü təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-1011/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-1011/2024
19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver