Məhkəmə qərarları › İş №1(106)-1016/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-1016/2024

24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-1016/2024 24.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), X4 və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə Zeynalov Musa Həsən oğlunun katibliyi Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X7 Üzrə şöbəsinin prokuroru X8, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1 və 242-ci maddələri ilə məhkum edilməsinə dair Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(032)-91/2024 nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli 1(032)-91/2024 nömrəli hökmü ilə (hakim Məmmədli Aydan Zakir qızının sədrliyi) xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Respublikası, Müdafiə Nazirliyində operator vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Abşeron rayonu, Saray qəsəbəsi, V.Əliyev küçəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci və 242-ci maddələri ilə təqsirli bilinib, CM-nin 156.1-ci maddəsi ilə qazancından 15% dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına, CM-nin 242-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının 4 günü azadlıqdan məhrumetmə cəzasının 1 günü hesabı ilə 6 ay islah işləri cəzası 01 ay 15 gün müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar cinayətlərin məcmusu qaydasında qismən toplanılmaqla ona qəti olaraq 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, məhkəmə iclas zalında dərhal həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasının əvvəlinin 18 sentyabr 2024-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs arvadı Şahid4 ondan boşanmaq fikrindən yayındırmaq məqsədi ilə anası Zərərçəkmiş şəxs1 barəsində qanunsuz olaraq toplayıb özündə saxladığı, intim görüntülərini özündə əks etdirən video faylları qohumları arasında yayıb onu rüsvay edəcəyi ilə hədələmiş, arvadı Şahid4 bu hədələri ciddi qəbul etmədiyini görüb 05 dekabr 2023-cü il tarixdə qaynanası Zərərçəkmiş şəxs1 real cinsi əlaqə səhnələrini özündə əks etdirən 2 dəqiqə 38 saniyəlik və 10 saniyəlik iki ədəd video faylları istifadəsində olan ********** nömrəli mobil telefonundan Whatsapp proqramı vasitəsi ilə qaynanası Zərərçəkmiş şəxs1 istifadəsində olan **********, sonuncunun əri, eyni zamanda qayınatası olan X5 istifadəsində olan **********, arvadı Şahid4 istiladəsində olan ********** mobil telefon nömrələrindəki Whatsapp proqramına göndərməklə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şəxsi və ailə həyatının sirrini əks etdirməklə pornoqrafik materiallar hesab olunan video çəkiliş materiallarını qanunsuz toplayıb göstərilən şəxslərə göndərməklə yayıb şəxsi həyatlarının toxunulmazlığını pozmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, hökmün qismən ləğv edilməsini və CM-nin 242-ci maddəsinə aid olan hissədə Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, işin faktiki halları, zərərçəkmiş şəxslərin verdikləri ifadə və işdə sübuta yetməyən əsaslardan görünür ki, Təqsirləndirilən şəxs həmin videyo görüntüləri izahatına uyğun olaraq arvadı, xalası (qaynanası) və onun ərinə göndərmişdir. Onun həmin video görüntüləri göndərməsinin məqsədi yalnız və yalnız işin faktiki hallarında olan münasibətləri olmuşdur ki, səmimi olaraq bunları etiraf etmişdir. Bundan başqa həmin videyo görüntüdə iş üzrə zərərçəkmiş şəxs qismində tanınan Zərərçəkmiş şəxs2 olmasını təsdiq edən tutarlı əsaslar yoxdur. Həmin əsaslar yalnız şübhədən ibarət olduğu üçün, təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Təqsirləndirilən şəxs əməlində CM-nin 242-ci maddəsinin tərkib əlamətləri yoxdur. Şərh olunan cinayətin əsas bilavasitə obyekti ictimai mənəviyyatdır. Bu cinayətin predmeti pornoqrafik materiallar və ya əşyalardır. Pornoqrafik materiallar və ya əşyalar dedikdə, əsas məzmunu cinsi münasibətlərin anatomik və ya fizioloji xüsusiyyətlərinin kobud naturalist formada müfəssəl təsvirindən ibarət olan bədii, qrafik, ədəbi, musiqi və digər əsərlər başa düşülür. Nəzərə almaq lazımdır ki, materialların və əşyaların xarakteri mütləq müvafiq ekspertizanın (ədəbiyyatşünaslıq, sənətşünaslıq, seksoloji və s.) rəyi əsasında müəyyən olunmalıdır. Bu, pornoqrafiyanın erotik xarakterli əsərlərdən fərqləndirilməsinin zəruriliyi ilə izah olunurr Burada əsas fərq təsvir etmənin metodundadır. Lakin hər bir halda pornoqrafiya ilə erotikanın fərqləndirilməsi çox mürəkkəb və çətin məsələ olduğu üçün sənətşünaslıq ekspertizası aparılmalıdır. Qanunverici CM-in 242-ci maddəsində cinayətinpredmetləri qismində pornoqrafik xarakterli nəşrləri, kino və ya video materialları, şəkilləri və sair əşyaları qeyd edir. Sair əşyalar dedikdə, pornoqrafik xarakterli audio yazılar, plas-tinkalar, kompakt disklər nəzərdə tutulur. Şərh olunan cinayət əməlinin obyektiv cəhəti pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədi ilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət etmədə ifadə olunur. Hazırlama dedikdə, pornoqrafik xarakterli təsviri, ədəbiyyat, musiqi və s. əsərin, şəkil və ya fotomaterialın, heykəltəraşlıq əsərinin tam hazır vəziyyətdə yaradılması başa düşülür. Artıq hazır materialın nüsxələrinin çoxaldılması (surətinin çıxarılması və s.), onun dəyişdirilməsi və ya ona əlavələr edilməsi də hazırlama hesab edilməlidir. «Hazırlama» termini həm materialın yaradılması prosesini, həm də artıq hazır materialın və ya əşyanın reklam məqsədi ilə əldə olunmasını əhatə edir. Hazırlamağa görə cinayət məsuliyyəti yalnız təqsirkar şəxs bu cinayətin predmetlərini yaymaq, satmaq və ya reklam etmək məqsədi ilə hazırladıqda yarana bilər. Sadalanan predmetlərin şəxsi istehlak məqsədi ilə, yaxud dar şəxslər dairəsində istifadə etmək üçün hazırlanması CM-in 242-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olmur. Qeyd olunan predmetlər əxlaqsız hərəkətlər törətmək üçün istifadə edilmişdirsə, təqsirkar şəxs CM-in 153-cü maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Yayma dedikdə, şərh olunan cinayətin predmetlərini digər şəxslərə onların məzmunu ilə tanış olmaq üçün vermə başa düşülür. Bu, çəkilmiş şəkillərin, kino və ya video filmlərin nümayiş etdirilməsi, pornoqrafik xarakterli ədəbiyyat əsərlərinin, jurnal və qəzetlərin və s. ucadan oxunması, pornoqrafik şouların təşkil edilməsi və keçirilməsi və s. üsullarla edilə bilər. Qeyd olunan cinayətin predmetlərini yayma əvəzli (məsələn, satma və ya icarəyə vermə) və əvəzsiz (oxumaq və ya baxmaq üçün vermə, bağışlama) xarakter daşıya bilər. Şəxsin pornoqrafik materialları və ya əşyaları öz ailə üzvlərinə, qohumlarına, tanışlarına nümayiş etdirməsi və ya verməsi CM-in 242-ci maddəsində nəzərdə tutulan mənada yayma hesab oluna bilməz. Pornoqrafik materialları və ya əşyaları on dörd yaşma çatmayan şəxslər arasında yayma, onları bu materiallarla tanış etmə, habelə bu şəxslərdən pomo- biznesdə istifadə etmə cinayətlərin məcmusu qaydasında CM-in 242-ci və 153-cü maddələri ilə tövsif edilməlidir. Cinayəthüquqi tövsifin bu cür aparılması BMT-nin uşaq hüquqları haqqında 1989-cu il tarixli Konvensiyasının müddəalarına uyğundur. Reklametmə dedikdə, insanlara pornoqrafik materialların və ya əşyaların olması, onların məzmunu, əldə olunma şərtləri və s. haqqında məlumat verilməsi nəzərdə tutulur. Bu, qeyd olunan predmetlərin mağazaların vitrinlərində hamının görə biləcəyi şəkildə qoyulması, mediada bu predmetlər haqqında məlumat verilməsi və s. üsullarla həyata keçirilə bilər. Pornoqrafik predmetləri və ya əşyaları həm onları hazırlayanlar, həm də digər şəxslər reklam edə və yaya bilərlər. Ticarət dedikdə, şərh olunan cinayətin predmetlərinin realizə edilməsi (satılması, icarəyə verilməsi, başqa əmlakla dəyişdirilməsi və s.), yaxud bu məqsədlə təklif olunması başa düşülür. Əslində ticarət yaymanın bir forması olsa da, qanunverici onu müstəqil cinayət tərkibi kimi fərqləndirmişdir. Nəzərə almaq lazımdır ki, CM-in 242-ci maddəsində bu cinayətin predmetləri ilə qanunsuz ticarətə görə məsuliyyət haqqında söhbət gedir. Qanunsuz ticarət pornoqrafik material və ya əşyalarla qadağan olunmuş yerlərdə ticarətin qanunla müəyyən olunmuş qaydalarını pozmada, onları yetkinlik yaşma çatmayanlara satmada və s. ifadə oluna bilər. Ticarət həmişə əvəzli xarakter daşıyır. Şərh olunan cinayətin predmetləri ilə qanunsuz ticarət təqsirkarın bu predmetlərdən heç olmazsa birini satmağa nail olub-olmamasından asılı olmayaraq, onlar satışa çıxarıldığı andan başa çatmış hesab olunur. CM-in 242-ci maddəsinin dispozisiyasından aydın olur ki, qanunverici bu maddədə sadalanan hərəkətlərin yalnız qanunsuz olaraq törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutur. Pornoqrafik materialların və ya əşyaların qanunsuz hazırlanması və ya yayılması dedikdə, onlardan istifadə olunmasının qanunla müəyyən edilmiş qaydasının pozulması başa düşülür. Belə qayda ali qanunverici orqan tərəfindən qəbul edilən qanunla müəyyən oluna bilər. Müasir seksologiyada pornoqrafik materiallardan, məsələn, videofilmlərdən bəzi seksual pozuntuların müalicəsində terapevtik məqsədlərlə istifadə olunur. Lakin bütün bu qeyd olunanlara baxmayaraq, nə qədər ki respublikamızda şərh olunan məsələ ilə bağlı müvafiq qanun və ya digər normativ akt yoxdur, pornoqrafik materialları və ya əşyaları hazırlama, yayma, reklam etmə, habelə onlarla ticarət qanunsuz xarakter daşıyır. Buna görə də, fikrimizcə, şərh olunan maddənin adında «qanunsuz» sözünün istifadə edilməsinə ehtiyac yoxdur. Nəzərdən keçirilən cinayət əməli bütövlükdə formal tərkibli olduğu üçün CM-in 242-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərdən hər hansı biri törədildiyi andan başa çatmış hesab olunur. Şərh olunan cinayət əməli subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Təqsirkar CMin 242-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan hərəkətləri törətdiyini dərk edir və məhz belə hərəkət etməyi arzu edir. Bu cinayətin məqsədi pornoqrafik materialları və ya əşyaları yaymaq və reklam etməkdir. Burada məqsəd qeyd olunan cinayət əməlinin subyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulur. Pornoqrafik materialları və ya əşyaları şəxsi istehlak məqsədi ilə hazırlama və ya əldə etmə şərh olunan cinayət tərkibini yaratmır. Nəzərdən keçirdiyimiz cinayət əməli əksər hallarda tamah motivi ilə törədilir. Lakin bu cinayətin motivləri əməlin tövsifinə təsir etmir. Şərh olunan cinayətin subyekti cinayəti törədənədək 16 yaşı tamam olmuş istənilən anlaqlı fiziki şəxs ola bilər. Bu cinayət vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, əməl cinayətlərin məcmusu qaydasında CM-in 242-ci və 308.1 -ci maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası cinayət və cinayət-prosessual qanunvericiliyin, Konstitusiyanın müvafiq normalarına, Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə əsaslanaraq hesab edir ki, cinayət işinin materiallarında olan sübutların heç biri Təqsirləndirilən şəxs təqsirli olmağına dəlalət etmir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun çıxış etdilər və apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X12 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 156.1 və 242-ci maddələri ilə tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, təqsirləndirilən şəxsə bəraət verilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və Şirvan Şəhər Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışının vaxtı və yeri barədə zərərçəkmiş şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etdi ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Plenum daha sonra göstərmişdir ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayətprosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətindən görünür ki, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun qismən təqsirli bilinib, CM-in 242-ci maddəsinə aid olan hissədə ona bəraət verilməsini kollegiyadan xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını əlaqəli şəkildə nəzərdən keçirərək, habelə apellyasiya baxışı zamanı cinayət prosesinin tərəflərini dinləyərək aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-in 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 25.1 və 25.2-ci maddələrinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. CM-in 156.1-ci maddəsində şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması cinayət məsuliyyətinə və cəzaya səbəb olan əməl kimi təsbit edilmişdir. CM-in 242-ci maddəsində pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət cinayət məsuliyyətinə və cəzaya səbəb olan əməl kimi təsbit edilmişdir. Onu da qeyd etmək lazımdır ki, törədilən cinayətin tərkib əlamətlərinin müəyyən edilməsi və əməlin Cinayət Qanunu norması üzrə tövsif edilməsi yuxarıda qeyd edilən Cinayət Məcəlləsinin müvafiq normaları əsasında aparılsa da, törədilən əməlin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar əsasında aparılır. Bu mənada Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının müəyyən etdiyi hüquqi prosedurların xatırladılması da zəruridir. Belə ki, CPM-in 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Cabardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təqsirliliklə bağlı məsələni cinayət və cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin törədilməsində onun təqsiri cinayət işinin materiallarında olan mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, arvadı Şahid4 ondan boşanmaq fikrindən yayındırmaq məqsədi ilə anası Zərərçəkmiş şəxs1 barəsində qanunsuz olaraq toplayıb özündə saxladığı, intim görüntülərini özündə əks etdirən video faylları qohumları arasında yayıb onu rüsvay edəcəyi ilə hədələmiş, arvadı Şahid4 bu hədələri ciddi qəbul etmədiyini görüb 05 dekabr 2023-cü il tarixdə qaynanası Zərərçəkmiş şəxs1 real cinsi əlaqə səhnələrini özündə əks etdirən 2 dəqiqə 38 saniyəlik və 10 saniyəlik iki ədəd video faylları istifadəsində olan ********** nömrəli mobil telefonundan Whatsapp proqramı vasitəsi ilə qaynanası Zərərçəkmiş şəxs1 istifadəsində olan **********, sonuncunun əri, eyni zamanda qayınatası olan X5 istifadəsində olan **********, arvadı Şahid4 istiladəsində olan ********** mobil telefon nömrələrindəki Whatsapp proqramına göndərməklə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şəxsi və ailə həyatının sirrini əks etdirməklə pornoqrafik materiallar hesab olunan video çəkiliş materiallarını qanunsuz toplayıb göstərilən şəxslərə göndərməklə yayıb şəxsi həyatlarının toxunulmazlığını pozmuşdur. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində Azərbaycan Respublikasının CM-in 242-ci və 156.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2012-ci ildə xalası Zərərçəkmiş şəxs1 qızı Aliyə ilə ailə həyatı qurmuşdur. Aliyə ilə ailə həyatı qurduqdan sonra Bakı şəhəri, Abşeron rayonu, Saray qəsəbəsində yaşamışlar. Aliyə ilə nikahlarından iki azyaşlı övladları olmuşdur. Ailə daxili münasibətləri əvvəllər yaxşı olmuşdur. Aliyə evdən gedənə qədər onlar aralarında hər hansı bir ciddi mübahisə olmamışdır. 2 il bundan öncə həm xalası oğlu, həm də Aliyənin qardaşı Ramiq ondan müxtəlif vaxtlarda ümumilikdə 17 min manat borc almışdır. O, hər dəfə ondan borcunu tələb etdikdə o bu gün sabah borcunu ödəyəcəyini bildirmiş, ondan möhlət istəmişdir. Aliyə də hər dəfə ondan qardaşına borcu qaytarması üçün vaxt verməyini xahiş etmişdir, 2023-cü ilin oktyabr ayında o xalası, həm də qaynanası Faziləyə zəng edərək Bakı şəhərinə gəlməsini və oğlunun ona olan borcunu verməsini tələb etmişdir. Həmin vaxtı Fazilə Rusiya Federasiyasında olmuşdur. 2023-cü ilin oktyabr ayının 24-də xalası Fazilə oğlu Ramiq və gəlini Nərgizlə onların yaşadıqları evə gəlmişlər. O, xalası və oğlundan ona verməli olduqları 17 min manat borclarını tələb etmişdir. Fazilə ilə Ramiq onun üzünə dayanmışlar ki, Ramiqin ona borcu olmamışdır, Bu zəmində onunla Ramiq arasında mübahisə başlamışdır. Bacısının əri Əli Ramiqlə onu bir-birilərindən uzaqlaşdırmışdır. Daha sonra xalası Fazilə həyat yoldaşı Aliyəni və 2 uşağını məcburi şəkildə ayaqyalın evdən çıxarıb avtomobilə əyləşdirərək aparmışdır. Fazilə qışqıraraq ona demişdir ki, sənin ailəni dağıdacam, səni sındıracam, uşaqlarına həsrət qoyacam. Sonra onlar onun ailəsini zorla götürüb aparmışlar. Həyat yoldaşı getdikdən sonra o, dəfələrlə onunla əlaqə saxlamaq istəmişsə də, onu normal telefondan, eləcə whatsapp mobil tətbiqindən əngəllədiyi üçün əlaqə saxlamağı mümkün olmamışdır. Onun həyat yoldaşı Aliyə ilə heç vaxt mübahisə olmamışdır. Sonuncu getdiyi gün də onun Aliyənin anası və qardaşı ilə mübahisəsi olmuş, onun özü ilə olmamışdır. 2023-cü ilin dekabr ayının 1-də o, qızı Aylini və oğlu Ümidi görmək üçün onların təhsil aldığı məktəbə getmişdir. Orada uşaqlarıyla görüşmüşdür. Görüş zamanı görmüşdür ki, qızı Aylini ona qarşı döndərmişlər. Sonradan onun uşaqları ilə əlaqə saxlamasına da maneə yaratmışlar. Aliyə ilə polis vasitəsi ilə telefon əlaqəsi saxlamış, ona qarşısında iki seçimin olduğunu, yəni ya ayrılmaq, ya da ki, barışmalı olduqlarını söyləmişdir. Aliyə ondan atasının yanına gəlməyini, onun böyüklərindən üzr istəməsini söyləmişdir, O da ona demişdir ki, belə bir şey heç vaxt olmayacaq. Aliyə də ondan ayrılmaq istədiyi bildirmişdir. Aliyə ona demişdir ki, ayrılsaq uşaqları sənə göstərməyəcəm. O da ona uşaqları ondan necə alacağını bildiyini söyləmişdir. O da bunu necə edəcəyini soruşmuşdur. O da Aliyəyə anasının intim görüntülərinin olduğu videonu göstərmişdir. Aliyə da ona demişdir ki, get nə bilirsən et . Aliyə də Whatsapp mobil tətbiqində həmin videonu ona göndərməyini bildirmişdir. Sonra Ramiq və digərləri onu evdən məcburi çıxarmışlar. Ramiq üzərinə də tüpürmüşdür. Sonra aralarında sözlü mübahisə olmuşdur. Çölə çıxanda qayınatası Mirəşrəflə qarşılaşmışdır. Sonra o onunla namusdan danışmağa başlamışdır. O da ona ailəsini aparmağa gəldiyini söyləmişdir. Sonra Ramiq onu yenidən təhqir etmişdir. Ramiqdən uzaqlaşmaq üçün o da Mirəşrəfi öz şəxsi avtomobilinə oturdub onunla maşının içərisində danışmışdır. Ona Aliyədən ayrılmaq istəməyinin səbəbini whatsapp mobil tətbiqi vasitəsi ilə göndərəcəyini bildirmişdir. Sonra Mirəşrəfi maşından endirmişdir. Bu zaman videonu da Whatsapp mobil tətbiqi vasitəsi ilə ona göndərmişdir. Lakin bir az uzaqlaşdıqdan sonra videonu Mirəşrəfə göndərdiyi üçün səmimi peşman olmuşdur. Silmək istədiyi zaman görmüşdür ki, videoya artıq baxılmışdır. Elə həmin günü Bakıya geri qayıtmışdır. Həmin günü Ramiqin onu təhqir etməsindən əsəbləşərək videonu xalası Faziləyə də göndərmişdir. Eyni zamanda ona qızından boşanmaq səbəbinin həmin video olduğunu, ondan əl çəkməyəcəkləri halda videonu Mirəşrəfin qardaşlarına və dayılarına da atacağını söyləmişdir. Lakin videonu Mirəşrəfin qardaşlarına, dayılarına və ya digər hər hansı bir şəxsə atmamışdır. Fazilənin intim görüntülərinin olduğu videogörüntünü yollayarkən onların pornoqrafik xarakterli olduğunu bilməmiş, çünki həmin videolara açıb baxmamış, həmin videoları göndərərkən onlarda Fazilənin bir kişi ilə intim görüntülərinin olduğunu bilmişdir. Lakin həmin videodakı kişinin kim olduğunu bilməmişdir. Xalası Zərərçəkmiş şəxs1 şəxsi həyatının toxunulmazlığı hüququnu pozduğunu boynuma almış, etdiyi əməllərdən də səmimi peşman olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində? H’m,inin onu da göstərmişdir ki, o Aliyəni evə qayıtmayacağı halda anası Fazilənin intim görüntülərinin olduğu videosunu yayacağını və onları biabır edəcəyini söyləməmiş, Aliyəyə sadəcə olaraq boşandıqları zaman uşaqları ondan almaq üçün bu videodan məhkəmədə sübut kimi istifadə edəcəyini bildirmiş, çünki o uşaqlarından ayrı qalmaq istəməmişdir. Videodakı qadın onun xalası və eyni zamanda qayınanası Zərərçəkmiş şəxs1 olmuş, xalasının hərəkətlərindən utandığı və xəcalət çəkdiyi üçün videoya tam baxmamış, bu səbəblə digər şəxsin kim olduğunu bilməmiş, Zərərçəkmiş şəxs1 intim görüntülərinin olduğu videonu təxminən 5 il bundan öncə ona Fazilənin özü ilə şərik işləyən Vidadi adlı şəxs göndərmiş, Vidadi ona həmin videonu göndərərək Fazilənin əxlaqsız hərəkətlər etdiyini, onu bu yoldan çəkindirməyini demiş, Vidadi ona həmin videonu göndərənə qədər onun elə bir videonun olması barədə heç bir məlumatı olmamış, Vidadinin həmin videonu haradan və kimdən əldə etməsi barədə heç bir məlumatı olmamışdır. Vidadi Zərərçəkmiş şəxs1 intim görüntülərinin olduğu videoları ona Whatsapp mobil tətbiqi vasitəsi ilə göndərmiş, videoların göndərildiyi mobil telefon nömrəsi köhnə telefonunda qalmış, hal-hazırda telefon nömrəsini xatırlamamış, videoların göndərildiyi mobil telefon xarab olmuş, hazırda da harada olduğunu xatırlamamış, Vidadinin Zərərçəkmiş şəxs1 intim görüntülərinin olduğu videoları ona Whatsapp mobil tətbiqi vasitəsi ilə göndərdiyini təsdiq edən heç bir fakt təqdim edə bilməmişdir. Həmin videoları Zərərçəkmiş şəxs1 telefonundan götürməmiş, sonuncunun ifadəsində dedikləri yalan, böhtan xarakterli olmuşdur. Zərərçəkmiş şəxs1 intim görüntülərinin olduğu videonu Mirəşrəf Rzayevə, Aylin Süleymanovaya, Zərərçəkmiş şəxs1 o göndərmiş, Şahid1 izahatında dedikləri yalandır, onu Zərərçəkmiş şəxs1 intim görüntülərinin olduğu videonu həyat yoldaşı Cəmil Hüseynovaya və əmilərinə göndərəcəyi ilə təhdid etməmişdir. Fazilənin intim görüntülərinin olduğu videolara baxmamış, lakın videoların telefondakı ekran görüntüsündən onların içərisində intim xarakterli görüntülərin olduğu anlaşılmışdır. Vidadi Zərərçəkmiş şəxs1 intim videolarını onə Whatsapp mobil tətbiqi vasitəsilə göndərmiş, lakin hazırda bunu təsdiq edən sübut olmamış, çünki həmin videoların göndərildiyi mobil telefon xarab olmuş və indi harada olduğunu bilmir. Birinci instansiya məhkəməsində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 20 ildən çoxdur ki, Dağıstan Respublikasının Maxaçqala şəhərində yaşamış, orada meyvə-tərəvəz ticarəti ilə məşğul olmuşdur. Təxminən 2017-ci ildə Zərərçəkmiş şəxs2 adlı şəxslə tanış olmuş, həmin vaxtdan sevgili münasibətləri olmuş, Azərə qeyri-rəsmi ailə kimi yaşamış, Azər onunla rəsmi və dini nikah bağlamaq istəsə də, o, buna razı olmamış, çünki o 1989-cu ildən rəsmi nikahla Mirəşrəf Rzayevlə evli olmuşdur. Mirəşrəf Rzayevlə birgə nikahlarından Şahid4, Şahid1 və Şahid2 adlı üç övladı vardır. Mirəşrəf Rzayevlə rəsmi nikahları olsa da, ailə daxili münasibətləri əvvəldən soyuq olmuş, bir evin içərisində yad insanlar kimi yaşamışlar. Azər ilə Bakı şəhəri, Qaradağ rayonu, Meyvəli bazarında tanış olmuş, onunla tanış olduqdan sonra Azər onun üçün Dağıstan Respublikasının Maxaçqala şəhərinə meyvə-tərəvəz göndərmiş, onunla həm də meyvə-tərəvəz işində şərik işləmişlər. O, Bakı şəhərinə gəldiyi zaman onlar Bakı şəhəri, Nizami rayonu, Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında Fazilənin kirayə götürdüyü evdə yaşamışlar. Təxminən 2018-ci ildə Azərlə cinsi əlaqədə olduqları zaman Azər həmin anı video ilə çəkmək istədiyini bildirmiş, o da buna etiraz etmərmişdir. Həmin videogörüntünü özlərində saxlayacaqlarmış. Video yataq otağında çəkilmiş, dəqiq xatırlamasa da, Azər videonu çəkərkən telefonu nəyəsə söykəmiş, onların cinsi əlaqədə olduqları zaman həmin görüntüləri videoya çəkməklərindəki məqsədləri bir-biriləri üçün darıxdıqları zaman açıb baxmaq olmuşdur. Azər videonu ona da göndərmiş, videonun biri onda, biri də Azərdə olmuşdur. Azər həmin vaxt iki ədəd video çəkmiş, ikinci videonu çəkmək istədiyi zaman Azərə çəkməməsini də bildirmiş, çünki bir ədəd videonun kifayət etdiyini düşünmüşdür. Bundan sonra Azərlə münasibətləri davam etmişdir. Azər ona əvvəllər olduğu kimi meyvə-tərəvəz göndərmişdir. 2018-ci ildə video çəkildikdən təxminən 6-7 ay sonra kürəkəni Təqsirləndirilən şəxs həmin videonu ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə Whatsapp mobil tətbiqi vasitəsilə göndərmişdir. Lakin Vüsal həmin vaxtı ona bir video göndərmişdir. Həmin video da istintaqa təqdim edilən video ilə eyni olmuşdur. O, Vüsalda iki ədəd video olduğunu bilməmişdir. O, dərhal Azərlə əlaqə saxlayıb, kürəkəni Vüsalın Azərlə intim görüntülərinin olduğu videonu ona göndərdiyini demiş, Azərdə heç bir məlumatının olmadığını bildirmiş, şok keçirmişdir. Çünki o, da Vüsalın həmin videonu haradan əldə etdiyini bilməmişdir. Azər ilə Vüsal 2017-ci ildən bir-birini tanımış, Azəri onun ailə üzvlərindən hər kəs tanımış, lakin Azərlə münasibətinin olduğunu heç kim bilməmişdir, Vüsal həm onun mərhum bacısı Firəngiz Süleymanovanın oğlu, eyni zamanda qızı Şahid4 həyat oldaşın olmuşdur. Vüsal onun qızı ilə evli olduğu üçün Vüsalın üzərinə getməmiş, videonu haradan əldə etdiyini araşdırmamışdır. Söhbəti açmaq, hər şeyi açıb ağartmaq istəməmişdir. Dağıstan Respublikasının Maxaçqala şəhərində rəfiqəsi Ayzanatdan xahiş etmişdir ki, Vüsal ilə danışsın. O da Vüsala zəng edərək həmin videonun saxta olduğunu, sonradan düzəldildiyini, oradakı qadının Fazilə olmadığını izah etmişdir. O, Vüsal;n buna inanıb, videonu sildiyini düşünmüşdür. Bir müddət Vüsal ilə danışmamışdır. O Azərin həmin videonu heç vaxt Vüsala və ya digər hər nansı bir şəxsə göndərmədiyinə əmin olmuşdur. O Azərə videonun Vüsalda olduğunu deyəndə, Azər özü də çox pis olmuşdur. 2023-cü ilə qədər həmin video bir daha üzə çıxmamışdır. Bildirmək istəmişdir ki, 5 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərlə 2018-ci ildə çəkdikləri intim görüntülərin olduğu iki ədəd videonu ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan 051- ***-**-** mobil nömrəsinə Whatsapp mobil tətbiqində göndərmişdir. Bundan öncə 2023- cü ilin sentyabr ayının 21-də Aliyə ona video atmış, həmin videoda Aliyənin qolunda, baldırında və çənə hissəsində göyərtilər olmuşdur. Aliyə ona Vüsalın onunla səbəbsiz yerə mübahisə edərək onu döydüyünü bildirmişdir. O da bununla bağlı 2023-cü ilin sentyabr ayının 22-də Bakı şəhərinə gəlmiş və 2023-cü ilin sentyabr ayının 24-də Aliyənin evinə getmişdir. Həmin vaxtı evdə Aliyənin qayınatası Nurəddin Süleymanov, Vüsalın bacısı Aytən və onun əri Əli olmuşdur. Onlara getməyinin məqsədi məsələnin nə olduğunu öyrənmək olmuşdur. O, məsələni aydınlaşdırmağa çalışdığı zaman mübahisə düşmüşdür. Mübahisənin səbəbi də pul məsələsi olmuşdur. X14 arasında olan maşın alqı-satqısı ilə bağlı bir müddətdir ki, narazılıqlar yaranmış, lakin onun əvvəlcədən maşın alqı-satqısından məlumatı olmamışdır. Aliyənin vəziyyətini gördükdən sonra qızını və nəvələrini də götürüb Şirvan şəhərinə gətirmişdir. Şirvan şəhərinə gəldikdən sonra qızını Şirvan ŞMX-na aparmış, həkim qızını müayinə etdikdən sonra polisə müraciət etmələrini bildirsə də, o buna razı olmamışdır. Çünki Vüsal onun doğma bacısının oğlu olmuşdur. 13 gün Şirvan şəhərində qaldıqdan sonra 2023-cü ilin oktyabr ayının 6-da Dağıstan Respublikasının Maxaçqala şəhərinə qayıtmışdır. Daha sonra 2023-cü ilin noyabr ayının 9-da yenidən Şirvan şəhərinə gəlmiş və 2023-cü ilin noyabr ayının 27-də Dağıstan Respublikasının Maxaçqala şəhərinə geri dönmüşdür. Yuxarıda qeyd etdiyi kimi, 5 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona Azərlə intim görüntülərinin olduğu iki ədəd videonu göndərmiş, həmçinin həmin videoları, qayınları Əkbər, Məmmədağa və Raufa göndərəcəyi ilə təhdid etmişdir. 2018-ci ildə Vüsal ilk dəfə həmin videonu ona göndərdikdən sonra Vüsaldan videonu haradan əldə etdiyini soruşanda Vüsal ona demişdir ki, sənin telefonundan götürmüşəm, belə də ki, yaxşı eləmişəm. Sonra bu mövzular böyüməsin, ailəsinin olanlardan xəbəri olmasın deyə susmaq məcburiyyətində qalmış, çünki ailəsi Azəri tanısa da, onunla olan münasibətini bilməmişdir. Həmçinin Vidadi ilə 2017-ci ilə qədər 4 il müddətində işləmiş, 2017-ci ildə Azərlə tanış olduqdan sonra onunla işləməyə başlamış, Vidadi ilə işlərinə son vermişdir. Video da 2018-ci ildə çəkildiyi üçün Vidadinin həmin video barədə məlumatının olması mümkün olmamışdır. X17 tanımamış, onun Azərlə olan münasibəti barədə heç bir məlumatı olmamışdır. Vüsal həmin videoları onun telefonundan götürmüş, bunu da özü ona etiraf etmişdir. Telefonunda kod olmadığı üçün Vüsal rahatlıqla onun telefonuna girib videoları götürmüşdür. Çünki Vüsal ilə Rusiya Federasiyası Maxaçqala şəhərinə gedib gələndə Fazilənin başı saatlarla işə qarışırmış, Vüsal isə yalnız avtomobili idarə etmiş, telefonu da saatlarla Vüsalın yanında avtomobildə qalmışdır. Vüsalın ifadəsində Vidadinin ona videoları göndərdiyi barədə verdiyi məlumat yalan olmuşdur. O düşünmüşdür ki, Vüsal özünü müdafiə etmək məqsədilə belə ifadə vermişdir. Vüsal onun videosunu yaymaqla onun şəxsi toxunulmazlıq hüququnu pozmuşdur. Təqsirləndirilən şəxs ilə qəti olaraq barışmaq kimi bir fikri olmamış, tələbi onun törətdiyi cinayət əməllərinə görə cəzalandırılmasıdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmamış, ondan şikayətçidir. Birinci instansiya məhkəməsində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2014-cü ildən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli topdan satış ticarət mərkəzi”ndə fərdi sahibkar kimi fəaliyyət göstərmiş və orada icarəyə götürdüyü talvarda meyvə tərəvəz satışı ilə məşğul olmuşdur. Təxminən 2017-ci illərdə işlədiyi “Meyvəli topdan satış ticarət mərkəzi”ndə Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs1 Rusiya Federasiyasında meyvə-tərəvəz satışı ilə məşğul olumuşdur. O bir neçə dəfə ondam mal aldıqdan sonra münasibətləri yaranmışdır. Tanışlıqlarından 3 ay sonra münasibətləri səmimi olduğu üçün artıq Fazilə Bakıya gəlmirdi, o, Faziləyə lazım olan meyvə-tərəvəzi Rusiya Federasiyasına göndərmiş, hətta bir müddət sonra şərik işləməyə başlamışlar. Zamanla əlaqələri daha da səmimiləşmiş və aralarında sevgili münasibətləri yaranmışdır. Fazilənin evli olduğunu bilmiş, lakin Fazilə həyat yoldaşı ilə görüşmədiyi üçün onların ailə kimi münasibətləri olmamışdır. Faziləyə həyat yoldaşından boşanıb, onunla rəsmi nikahla evlənməsini təklif etmiş, amma Fazilə əri Mirəşrəfin ondan boşanmadığını bildirmiş, bu səbəblə onların münasibətləri qeyri-rəsmi olmuşdur. Fazilə Bakı şəhərinə gəldiyi zaman Fazilənin Bakı şəhəri, Nizami rayonu, Xalqlar Dostluğu metrostansiyanın yaxınlığında kirayəyə götürdüyü mənzildə yaşamışlar. Fazilə Rusiya Federasiyası Maxaçqala şəhərində yerləşən bazarda meyvə-tərəvəz satışı ilə məşğul olmuş, işlərinin çoxluğu ilə əlaqədar Fazilə ayda bir dəfə gələ bildiyi üçün onlar tez-tez görüşə bilməmişlər. Təxminən 2018-ci ildə Fazilə ilə cinsi əlaqədə olduqları zaman həmin anı videoya çəkməyi təklif etmiş və Fazilə də onunla razılaşmışdır. Həmin videogörüntünü özlərində saxlayacaqlarmış. Həmin video yataq otağında çəkilmiş, videonu çəkərkən telefonu şkafın üzərindəki şüşə qaba söykəmiş, onlar cinsi əlaqədə olduqları zaman həmin görüntüləri videoya çəkmələrindəki məqsədləri bir-biriləri üçün darıxdıqları zaman açıb baxmaq olmuş, çünki ayda bir dəfə bəzən də daha gec-gec görüşmüşlər. Həmin vaxtı iki ədəd video çəkilmişdir. Videoları Faziləyə də göndərmiş, videolar onda və Fazilədə olacaqmış. Onlar bir-birlərinə çox bağlı olmuş, bundan sonra da Fazilə ilə həm sevgili münasibətləri, həm də şərikli işləri davam etmişdir. 2018-ci ildə video çəkildikdən təxminən 6-7 ay sonra Fazilə ağlaya-ağlaya ona zəng edərək kürəkəni Təqsirləndirilən şəxs onların ikilikdə çəkdikləri və şəxsi telefonlarında saxladıqları videolardan birini ona göndərdiyini bildirmişdir. Həmin vaxt Fazilə Şirvan şəhərində olmuşdur. Bunu eşidən kimi özünə məxsus olan “HUNDAY” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhərinə Fazilənin yanına gəlmiş, Faziləni də götürüb Bakı şəhərində kirayə yaşadıqları evə yola düşmüşlər. Yolda olarkən Fazilədən Vüsalın həmin videonu haradan əldə etdiyini soruşmuş, lakin Fazilə bu barədə heç bir məlumatının olmadığını, Vüsalın videonu ona Whatsapp mobil tətbiqi vasitəsilə göndərdiyini bildirmişdir. Həmin vaxtı Vüsal bir ədəd video göndərmiş, görüntüdə üzü görünməyən bir nəfərin əlində olan telefonla digər smartfon telefondan həmin videonu çəkdiyi görünmüşdür. Onun telefonunun video çəkmək kimi bir funksiyaysı olsa da, “Nokia” markalı adi telefonu olmuş, smartfon olmamışdır. Fazilənin telefonu isə smartfon olmuşdur. Həm də Fazilə bu söhbəti çox böyütmək istəmədiyini bildirmiş, çünki Vüsal onun həm bacısının oğlu, həm də qızı Aliyənin həyat yoldaşı olmuşdur. Fazilənin qızının da onunla münasibətindən heç bir məlumatı olmadığı üçün bu məsələnin böyüməyini istəməmişdir. Fazilə ona Vüsalın qarşısına çıxmamağı üçün yalvarmış, çünki həmin vaxtı o çox hirsli olmuşdur. Vüsalın qarşısına çıxıb, nə üçün belə bir hərəkət etdiyini soruşmaq, etdiyi hərəkətin cəzasını çəkməyini istəmişdir. Lakin Fazilənin pis vəziyyətdə qalmaması üçün onun xahişi ilə susmuşdur. Həm də Fazilə ona söhbət böyüyərsə digər ailə üzvlərinin, qohumlarının da məlumatı olacağını demişdir. X18 ilə olan münasibətindən heç kimin xəbəri olmamışdır. Lakin bütün ailə üzvləri onu tanımışdır. Daha sonra Fazilə Dağıstan Respublikasının Maxaçqala şəhərinə geri dönmüş və oradakı rəfiqəsi Ayzanat Fazilənin xahişi ilə Vüsala zəng edərək həmin videonun saxta olduğunu, sonradan düzəldildiyini, oradakı qadının Fazilə olmadığını izah etmişdir. Onlar Vüsalın buna inanıb videonu sildiyini düşünmüşlər. Hətta Fazilə bir müddət Vüsal ilə danışmamışdır. Bildirmək istəmişdir ki, 5 dekabr 2023-cü il tarixdə Fazilə whatsapp mobil tətbiqində ona səsli mesaj göndərərək, Vüsalın yenidən onların videolarını ona, uşaqlarına və həyat yoldaşı Mirəşrəfə göndərdiyini demiş, eyni zamanda Fazilə videoları Azərə göndərmişdir. Mesajı oxuduqdan sonra Faziləyə zəng etmiş və nə edə biləcəklərini danışmışlar. Fazilə Vüsalın bu dəfə ona videoları başqa şəxslərə də göndərəcəyini, onu biabır edəcəyini dediyini bildirmişdir. Bu zaman X16 barəsində şikayət etməsini söyləmiş, lakin Fazilə ilk öncə şikayət etmək istəmədiyini bildirmişdir. Lakin bir neçə gün sonra qızı Aliyənin Vüsal barəsində şikayət etdiyini söyləmiş və ondan sonra Fazilə özü də Vüsal barəsində şikayət ərizəsi yazmışdır. 2018-ci ildə Vüsal bir dənə video göndərsə də, bu dəfə videoların hər ikisini də göndərmişdir. Lakin onun Vüsalın onların çəkdikləri videoları haradan əldə etməsi barədə heç bir məlumatları olmamışdır. Vüsal Azərin və Fazilənin videolarını yaymaqla şəxsi toxunulmazlıq hüquqlarını pozmuşdur. Vüsalla barışmamışdır, şikayətçidir. Tələbi Vüsalın etdiyi hərəkətə görə cinayət qanuni və ədalətli cəza almasıdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin dekabr ayının 5-də bacısı Aliyə ona zəng edərək xalası oğlu, eyni zamanda həyat yoldaşı Təqsirləndirilən şəxs Şirvan şəhərinə gəldiyini bildirmişdir. Bacısı Aliyə ilə Vüsal 2012-ci ildə ailə həyatı qurmuşdur. Onların 2 azyaşlı övladları var. Onlar Bakı şəhərində yaşayırlar. 2023-cü ilin oktyabr ayında Aliyə ilə Vüsalın arasında baş vermiş mübahisə ilə əlaqədar bacısı övladlarını da götürüb Şirvan şəhərinə atasıgilin evinə qayıtmışdır. 2023-cü ilin dekabr ayının 5-də Vüsal guya övladlarını görmək üçün Şirvan şəhərinə gəlmişdir. O da həmin vaxtı Salyan rayonu, Qarabağlı kəndində evində olmuşdur. Aliyə ona zəng edib Vüsalın Şirvana gəldiyini dediyi zaman o da Şirvana yola duşmüşdür. O Şirvana atasıgilin evinə çatanda görmüşdür ki, Vüsal da onların evindədir. Bacısıyla nə isə danışmışlar. Sonra o, Aliyənin qızı Aylini məktəbdən götürmək üçün evdən çıxmışdır. Aylini məktəbdən götürüb evə qayıtdığı zaman yolda Vüsal ilə rastlaşmışdır. Vüsal avtomobili saxlamış, qızı ilə görüşmüşdür. Daha sonra onların aralarında bacısıyla arasında olan münasibətlərlə bağlı sözlü mübahisə baş vermişdir. Lakin bu 5 dəqiqə belə çəkməmişdir. Sonra Vüsal avtomobilinə əyləşərək onların yanından uzaqlaşmışdır. O da atasının evinə gəlmişdir. Evə gəldiyi zaman görmüşdür ki, bacısı Aliyə ilə qardaşı Ramiq nə isə danışırlar. Onlardan nə olduğunu soruşanda, Aliyə ona demişdir ki, Vüsal ona anası Fazilənin intim görüntülərinin əks olunduğu videonun olduğunu, həmin videonu əmilərinə və dayılarına yayacağını, anası və bütün ailələrini biabır edəcəyini bildirmişdir. Daha sonra Aliyə ona həmin videoları göstərmişdir. Video iki ədəd olmuşdur. Orada anasının bir kişi ilə intim görüntüləri olmuşdur. Onun daha öncə belə bir videoların olduğundan xəbəri olmamışdır. Bundan sonra o, Vüsala zəng edərək belə bir videonu yaymaqla düzgün etmədiyini, onun anasının onun da xalası olduğunu bildirmişdir. Lakin Vüsal ona demişdir ki, indi görərsən həmin videonu əmilərinizə də göndərəcəm. Daha sonra o anasının videolarını atası Mirəşrəf Rzayevə, bacısı Şahid4 və anası Zərərçəkmiş şəxs1 göndərmişdir. Onlar da Vüsalın bu hərəkətləri barədə analarına da məlumat vermişlər. Anaları keçirdiyi sarsıntı ilə əlaqədar həmin gündən sonra bir neçə gün onlarla əlaqə belə saxlamamışdır. Aliyə və qardaşı Ramiq Vüsalın bu hərəkətləri barədə şikayət edəcəklərini bildirmiş və daha sonra yazılı şəkildə şikayət etmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2012-ci ildə mərhum xalası X1 Süleymanovla ailə həyatı qurmuşdur. Həmin nikahdan bir qız və bir oğlan övladı var. Əvvəllər ailə daxili münasibətləri normal olsa da, son zamanlar aralarında mübahisələr baş vermişdir. Ailə həyatı qurduqdan sonra Təqsirləndirilən şəxsla Bakı şəhəri, Abşeron rayonu Saray qəsəbəsində yaşayırmışlar. Aralarında mübahisələr baş verdikdən sonra o, 2023-cü ilin oktyabr ayının 24-də övladlarını da götürüb Şirvan şəhərinə ailəsinin yanına geri dönmüşdür. Şirvan şəhərində atası Mirəşrəf Rzayev, qardaşı Şahid2, bacısı Şahid1 yaşayır. O da onların yanına gəlmişdir. O, Şirvan şəhərinə gəldikdən sonra həyat yoldaşı nə onunla nə də ki, övladları ilə maraqlanmamışdır. 2023-cü ilin dekabr ayının 1-də Təqsirləndirilən şəxs qızları Aylin Süleymanlının məktəbinə getmişdir. Orada guya qızı ilə görüşmək istəmişdir. Qızı ilə görüşdükdən sonra yenidən Bakı şəhərinə qayıtmışdır. Bunu ona qızının təhsil aldığı məktəbin direktoru məlumat vermişdir. Çünki qızı atasını gördüyü zaman qorxaraq ağlamışdır. Məktəbin direktoru və müəlliməsi də bundan narahat olaraq ona məlumat vermişdilər. Lakin o, məktəbə gedənə qədər Təqsirləndirilən şəxs artıq çıxıb getmişdir. 2023-cü ilin dekabr ayının 5-də səhər saatlarında ona DİN-nin 102 xidmətindən zəng gəlmişdir. Özünü Şirvan şəhər polis şöbəsinin əməkdaşı kimi təqdim edən adı yadında qalmayan bir polis əməkdaşı ona nə üçün oğlunu atasına göstərmədiyini, atasının da uşağını görmək kimi hüququnun olduğunu bildirmişdir. O da atasının istədiyi zaman uşağını gəlib görə biləcəyini söyləmişdir. Sonra həyat yoldaşı Vüsal telefonu alaraq ona demişdir ki, oğlu ilə danışmaq istəyir. O da telefonu oğluna vermişdir. Onlar telefonla danışmışlar. Sonra oğlu telefonu ona vermişdir. Vüsal ona demişdir ki, oğulları Ümidi görmək istəyir. O da ona atasıgilə gəlib oğlunu istədiyin zaman görə biləcəyini bildirdim. O da atamın evinə gəlmək istəmədiyini, uşağı çöldə görmək istədiyini bildirmişdir. Lakin o, Vüsala oğullarının hazırda qızılca olduğunu, müalicələr aldığını, bununla əlaqədar onu çölə çıxara bilməyəcəyini söyləmişdir. O da sonda onunla razılaşaraq atasının evinə gəlmişdir. Oğlunu gördükdən sonra çölə çıxanda qapının ağzında ona demişdir ki, evə qayıdacaqsan. O da ona demişdir ki, atan gəlsin, böyüklər danışsın, ondan sonra geri dönərəm. Bu zaman Vüsal ona anası Fazilənin intim görüntülərinin olduğu videosunu göstərək atasının onlara gəlməyəcəyini, onun da evə qayıtmayacağı halda həmin videogörüntünü yayacağını, onları hər yerdə biabır edəcəyini bildirmişdir. O da ona demişdir ki, nə etsən mən sənən geri dönməyəcəm. Əvvəl düşünmüşdür ki, böyüklər danışandan sonra ailəsi dağılmasın deyə geri dönər. Lakin o onu təhdid etdikdən sonra Vüsala geri dönməkdən qəti olaraq imtina etmişdir. Həmin videoda anasının tanımadığı bir kişi ilə sevişmə görüntüləri olmuşdur. Həmin videodakı kişini daha əvvəl görməmiş və tanımamışdır. Vüsal ona göstərənə qədər belə bir videonun olduğundan da xəbərsiz olmuşdur. Daha sonra Vüsal atasını yanına çağıraraq avtomobilinə əyləşdirmiş, məhəllənin başına qədər aparıb sonra geri qaytarmışdır. Atası evə gəldikdən sonra demişdir ki, Vüsal ona deyib ki, dayı indi sənə bir video göndərəcəm, baxıb qərarını verərsən. Atası demişdir ki, ondan videoda nə olduğunu soruşanda Vüsal heç nə deməmiş, atasına sadəcə olaraq videoya baxmasını bildirmişdir. Atası evə çatdıqdan sonra Vüsal videonu atasına da göndərmişdir. Lakin qardaşının həyat yoldaşı Nərgiz Rzayeva həmin videonu gördükdən sonra atası görməsin deyə tez atasının telefonundan silmişdir. Atası da telefonu çox yaxşı bilmədiyi üçün onların oradan videonu sildiklərini bilməmişdir. Daha sonra Vüsal həmin videonu whatsapp mobil tətbiqi vasitəsilə ona göndərmişdir. Lakin o, onu whatsapp mobil tətbiqində əngəllədiyi üçün video ona gəlib çıxmamışdır. Elə həmin gün Vüsal whatsapp mobil tətbiqində anasına yazaraq onun videosunu əmilərinə və dayılarına göndərəcəyini bildirmişdir. Həmin vaxtdan sonra bir müddət analarından xəbər ala bilməmişlər. Anası hal-hazırda Rusiya Federasiyasının Maxaçqala şəhərində işləyir və orada yaşayır. Bir neçə gün sonra anasıyla əlaqə saxlaya bilməmişlər. Anası Vüsal bacısı oğlu olduğu üçün ilk öncə şikayətçi olmaq istəməsə də, lakin sonradan şikayətçi olacağını bildirmişdir. Şirvan şəhər prokurorluğuna ərizə ilə də müraciət etmişdir. Təqsirləndirilən şəxs qısa müddət ərzində boşanmağı düşünür. Onun tələbi anasının intim görüntülərinin olduğu videonu yaydığı üçün Təqsirləndirilən şəxs layiqli cəzasını almasıdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qaynanasıdır. 2023-cü ilin sentyabr ayında baldızı Şahid4 həyat yoldaşı ilə arasında yaranmış mübahisə ilə əlaqədar yaşadığı Bakı şəhərindən Şirvan şəhərinə gəlmiş və onlarla yaşamağa başlamışdır. Şahid4 iki azyaşlı övladı da vardır. 2023-cü ilin dekabr ayının 5-də Aliyənin həyat yoldaşı Təqsirləndirilən şəxs uşaqlarını görmək məqsədilə ünvan 3 ünvanında yaşadıqları evə gəlmişdir. Həmin vaxtı evdə o və həyat yoldaşı Ramiq olmuşdur. Onlar Vüsala uşaqlarının xalası Şahid1 evində olduğunu demişdir. Daha sonra o çıxıb getmişdir. Ramiq də Aliyə və oğlunu bacısıgildən götürmək üçün Ramilənin evinə getmişdir. Sonra Aliyə və oğlunu götürüb geri qayıtmışdır. Həmin vaxtı Vüsal da gəlmişdir. Aliyə ilə Vüsal mətbəxə keçərək söhbət etməyə başlamışlar. Lakin onların nə danışdığını bilməmişdir. Daha sonra Ramiqlə Vüsalın arasında sözlü mübahisə baş vermişdir. o və Ramilə Ramiqi oradan uzaqlaşdırmışdır. Vüsal Aliyə ilə söhbət etdikdən sonra çölə çıxmışdır. Bu vaxt qaynatası Mirəşrəf Rzayev işdən gəlirmiş. Vüsal da onu uzaqdan görən kimi onun yanına getmiş, maşınına əyləşdirmişdir. Lakin nə danışdıqlarını bilməmişdir. Qaynatası evə gəldikdən sonra ona demişdir ki, Vüsal ona demişdir ki, indi ona whatsapp mobil tətbiqində nə isə göndərəcək. Ondan xahiş etmişdir ki, telifonunda interneti aktiv etsin. O, telefonu götürüb aşağı enmiş və interneti aktiv etmişdir. İnterneti aktiv edən kimi whatsapp mobil tətbiqində Vüsalın istifadəsində olan ********** mobil nömrədən qaynatası Mirəşrəf Rzayevin istifadəsində olan ********** mobil nömrəyə qaynanası Zərərçəkmiş şəxs1 tanımadığı bir şəxslə intim görüntülərinin olduğu iki ədəd video faylın gəldiyini görmüşdür. Həmin vaxtı Vüsal qaynatası videolara baxması üçün ard-arda yığmışdır. O, videoları görən kimi həmin videoları dərhal silmiş və Vüsalın hər iki nömrəsini əngəlləmişdir ki, qaynatasıyla əlaqə saxlaya bilməsin. Telieonu qaynatasına vermək üçün yuxarı çıxmışdır. Bu zaman Ramiq telefonu ondan almışdır. Videolar telefonun zibil qutusunda qalmışdır. Oradan silmək yadından çıxmışdır. Ramiq telefonu ondan aldıqdan sonra videoları görmüşdür. Sonra telefonu qaynatasına verib Vüsalın ona heç nə göndərmədiyini demişdir. Həmin vaxtı Ramiq və bacıları aşağı enmişdir. Orada söhbət etməyə başlamışlar.O isə yuxarıda olduğu üçün nə danışdıqlarını bilməmişdir. Lakin sonradan Aliyə demişdir ki, Vüsal onu evinə geri dönməyəcəyi halda həmin videoları yamaqla, anası Zərərçəkmiş şəxs1 biabır etməklə təhdid etmişdir. Zərərçəkmiş şəxs1 intim görüntülərinin olduğu videonun nə zaman və kim tərəfindən çəkilməsi barədə heç nə deyə bilməmiş, çünki bu barədə heç bir məlumatı olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şirvan şəhər prokurorluğuna ünvanladığı ərizəni özü yazmışdır. Bacısı Şahid4 2012-ci ildə mərhum xalası X1 Süleymanovla ailə həyatı qurmuşdur. Həmin nikahdan bir qız və bir oğlan övladı var. Əvvəllər ailə daxili münasibətləri normal olsa da, son zamanlar aralarında mübahisələr baş vermişdir. Ailə həyatı qurduqdan sonra Təqsirləndirilən şəxsla Bakı şəhəri, Abşeron rayonu Saray qəsəbəsində yaşayırmış. Son zamanlar Vüsal Aliyə ilə kobud rəftar etmişdir. Bi zamanlar Vüsal ilə münasibətləri çox yaxşı olmuşdur. Vüsal ilə birlikdə bir neçə dəfə onun üçün avtomobil də almışdır. Birlikdə kreditlə avtomobil təkərləri və planşet götürmüşlər. O da Vüsala olan borcunun qarşılığında özünə məxsus olan 14000 manatlıq avtomobili Vüsala vermişdir. Lakin Vüsal hələ də ona borcu olduğunu bildirmişdir. Bu da onların aralarında olan münasibətlərin gərhinləşməsinə səbəb olmuşdur. Çünki onun Vüsala borcu qalmamışdır. O ona olan borcunu tam ödəmişdir. Amma Vüsal ona olan qəzəbini bacısı Aliyədən çıxarmışdır. Çünki bacısıyla danışdığı zaman Aliyə ona Vüsalın guya onun ona borclu olmağıyla bağlı onu incitdiyini, hətta vurduğunu bildirmişdir. 2023-cü ilin sentyabr ayının 24-də anası Zərərçəkmiş şəxs1 Rusiya Federasiyasından gəldikdən sonra o onunla birlikdə Aliyəgilin evinə getmişdir. Lakin anasının Vüsalla onun arasında olanlardan xəbəri olmamışdır. Onların evinə getməklərindəki əsas səbəbin Vüsalla aralarında olan pul məsələsini, yəni onun ona borcunun olmadığını aydınlaşdırmaq, bu məsələyə görə Aliyəni incitməməsi olmuşdur. Onlar məsələni aydınlaşdırmağa çalışdıqları zaman Vüsal mübahisə salmışdır. Həmin vaxtı onlara ağzılarını açıb danışmağa imkan verməmişdir. Onları evdən qovmuşdur. Mübahisənin səbəbi yenə də pul məsələsi olmuşdur. Anası da Aliyənin orada çətin vəziyyətdə qaldığını, Vüsalın onu incitdiyini görüb Aliyəni və 2 uşağını götürüb Şirvan şəhərinə gəlmişlər. Şirvan şəhərinə gəldikdən sonra anası Aliyəni Şirvan ŞMX-na aparmışdır. Orada müayinə olunduqdan sonra bir müddət müalicələr almışdır. Həmin tarixdən bu günə qədər bacısı və uşaqları onlarla birlikdə yaşayır. 5 dekabr 2023-cü il tarixdə Vüsal Şirvan şəhərinə onların evlərinə gəlmişdir. Həmin vaxtı Aliyə və uşaqları bacısıgildə olmuşdur. Vüsal uşaqları ilə görüşmək istədiyini bildirmişdir. O ona da uşaqların və Aliyənin bacısıgildə olduğunu söyləmişdir. Lakin Vüsal onların evlərindən çıxdıqdan sonra DİN-nin 102 xidmətinə uşaqlarını görə bilməməsi ilə bağlı müraciət etmişdir. Daha sonra o bacısıgilə gedərək Aliyəni və uşaqları evlərinə gətirmişdir. Vüsal da yenidən onlara gələrək uşaqları ilə görüşmüşdür. Sonra Aliyə ilə söhbət etmişdir. Lakin nə barədə söhbət etdiklərini bilməmişdir. Vüsal getdikdən sonra Aliyə ona demişdir ki, Vüsal onu anaları Fazilənin intim görüntülərinin olduğu videonu başqalarına göndərməklə təhdid etmişdir. O da Aliyəyə demişdir ki, narahat olma, yəqinki Vüsal səni qorxutaq üçün yalandan deyir. O Aliyəni sakitləşdirib çölə çıxmışdır. Çölə çıxdığı zaman görmüşdür ki, atası Vüsalın avtomobilində oturmuşdur. Atası avtomobilindən düşdükdən sonra o atasından Vüsalın ona nə dediyini soruşmuşdur. Atası demişdir ki, Vüsal ona demiş ki, sənin telefonuna videolar atacam, onlara baxarsan. Təxminən 1 saat sonra o evə getmişdir. Evə gedəndə görmüşdür ki, sakitçilikdir. Atası da ikinci mərtəbədə olmuşdur. Görmüş ki, atasının telefonu birinci mərtəbədədir. Düşünmüş ki, yəqin Vüsal hələ videoları göndərməmişdir. Yenə də telefonu götürüb orada whatsapp mobil tətbiqinə baxmışdır. Lakin whatsapp mobil tətbiqində videolar olmamışdır. Sonra telefonun zibil qutusuna girdiyi zaman orada iki ədəd videogörüntünün olduğunu görmüşdür. Həmin videolarda anası Fazilənin Azər adlı şəxslə intim görüntülərinin olduğunu görmüşdür. Daha sonra bilmiş ki, Vüsal həmin görüntüləri bacısı Aliyəyə və anası Faziləyə göndərmişdir. Hətta anasını həmin videoları əmilərinə və dayılarına göndərəcəyi ilə təhdid etmişdir. Anası Zərərçəkmiş şəxs1 intim görüntülərinin olduğu videonun nə zaman və kim tərəfindən çəkilməsi barədə bilmir, lakin videodakı digər şəxsin adının Zərərçəkmiş şəxs2 olduğunu bilmiş, o Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən meyvəli bazarda işləmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, DVD diskdə olan VİD-20231211-WA0002 və VİD-20231211- WA0003 adlı videogörüntülərdə qadın və kişi cinsli iki şəxsin cinsi əlaqədə olduqlarını əks etdirən intim görüntüləri vardır. İş materiallarında olan məhkəmə-kompüter texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 4/97-5/59 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş VİD-20231211- WA0003 adlı videofonoqramda kadrdaxili və kadrlararası montaj əlamətləri, audioaxının videoaxına sintezi müəyyən olunmadı. Videofonoqramın “Samsung” markalı mobil telefon və ya digər yazı qurğusu vasitəsilə qeydə alınıb-alınmadığını və videoyazının tam və ya ilkin videoyazının bir hissəsi olub-olmadığını videoyazı təkrarkodlaşdırılma nəticəsində əldə olunduğundan müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim olunmuş VİD20231211-WA0002 adlı videoyazıda kadrdaxili və kadrlararası montaj əlamətlərinin olubolmamasını tədqiqi hissədə göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. Videoyazının “Samsung” markalı mobil telefon və ya digər yazı qurğusu vasitəsilə qeydə alınıb-alınmadığını və videoyazının tam və ya ilkin videoyazının bir hissəsi olubolmadığını videoyazı təkrarkodlaşdırılma nəticəsində əldə olunduğundan müəyyən etmək mümkün olmadı. İşdə olan məhkəmə-sənətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 11/68 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd DVD diskdə olan VİD- 20231211- WA0002 və VİD-20231211-WA0003 adlı videogörüntülər pornoqrafik xarakterlidir. İşdə olan xx.xx.2023-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ““SAMSUNG” markalı, “İMEİ **********36492” kodlu nömrəli mobil telefonuna baxış keçirilmiş, Təqsirləndirilən şəxs mobil telefonunda olan whatsapp mobil tətbiqinə baxış keçirilərkən Zərərçəkmiş şəxs1 intim görüntülərinin olduğu 2 ədəd 2:38 saniyə və 10 saniyəlik videoları 05 dekabr 2023-cü il tarixdə, saat 13:26 radələrində Umid adı ilə qeydiyyatda olan ********** nömrəli kontakta göndərdiyi, həmçinin eyni videoları 05 dekabr 2023-cü il tarixdə, saat 13:41 radələrində Fazilə adı ilə qeydiyyatda olan ********** nömrəli kontakta göndərdiyi, eləcə də həmin videoları 5 dekabr 2023-cü il tarixdə, saat 13:02 radələrində Esref Emi adı ilə qeydiyyatda olan ********** nömrəli kontakta göndərdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində müəyyən edilən hallar CM-in 156.1 və 242-ci maddələrinin dispozisiyasında göstərilən cinayət tərkibinin əlamətlərini özündə tamamilə əks etdirir. Onun qeyd olunan cinayəti törətməsi ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və digər iş materialları ilə kifayət qədər təsdiq edilir. Məhkəmə kollegiyasının qənaətinə görə, işdə olan mötəbər sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayətdə təqsirliliyinə dair hər hansı şübhə yeri qoymur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən yuxarıda sadalanan sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəklində tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və məhkum edilmiş şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Apellyasiya şikayətindən görünür ki, təqsirləndirilən şəxsin müdafiəçisi Təqsirləndirilən şəxs CM-nin 242-ci maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 242-ci maddəsində pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət cinayət əməlləri nəzərdə tutulmuşdur və həmin cinayətin əsas bilavasitə obyekti ictimai mənəviyyatdır. Pornoqrafik materiallar və əşyalar dedikdə, əsas məzmunu cinsi münasibətlərin anatomik və ya fizioloji xüsusiyyətlərinin müfəssəl təsvirindən ibarət olan bədii, qrafik,ədəbi və digər əsərlər başa düşülür. Pornoqrafik materialları və ya əşyaları yayma dedikdə, şərh olunan cinayətin predmetlərini digər şəxslərə onların məzmunu ilə tanış olmaq üçün vermə başa düşülür. Bu, çəkilmiş şəkillərin, kino və ya video filmlərin nümayiş etdirilməsi, pornoqrafik xarakterli ədəbiyyat əsərlərinin, jurnal və qəzetlərin və s. ucadan oxunması, pornoqrafik şouların təşkil edilməsi və keçirilməsi və s. üsullarda edilə bilər. Qeyd olunan cinayətin predmetlərini yayma əvəzli (məsələn, satma və ya icarəyə vermə) və əvəzsiz (oxumaq və ya baxmaq üçün vermə, bağışlama) xarakter daşıya bilər. Bu cinayətin məqsədi pornoqrafik materialları və ya əşyaları hazırlama, yaymaq və reklam etməkdir. Göründüyü kimi, pornoqrafik materialları və ya əşyaları yayma dedikdə, sözügedən cinayətin predmetlərini onların məzmunu ilə tanış olmaq üçün digər şəxslərə vermə başa düşülür. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin apellyasiya şikayətində qayınanası X11 Məmmədovla cinsi əlaqəyə dair videogörüntüsünü həyat yoldaşı Şahid4, Zərərçəkmiş şəxs1 özünə və qayınatası Mirəşrəf Rzayevə göndərməsini etiraf etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ailəsini bərpa etməyə cəhd göstərməklə artıq ailəsindən kənar şəxslərin pornoqrafik hesab olunan materiallarını kənar şəxslər arasında yayması işin təkzib olunmaz halıdır. Təqsirləndirilən şəxs məqsədi qeyd olunan pornoqrafik materialı yaymaq olmuş və onun Mirəşrəf Rzayevə göndərdiyi görüntüləri Şahid3 və Şahid2 də görmüşdür. Videogörüntüdə olan şəxsin Zərərçəkmiş şəxs2 olması isə iş materialları ilə sübuta yetirilir və şübhə doğurmur. Apellyasiya şikayətinin təqsiri olmadığından Təqsirləndirilən şəxs bəraət verilməsi ilə bağlı müdafiəçinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 42-ci (bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1 bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin başverməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2 bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3 bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4 bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmə tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın hər iki cinayət əməli üzrə sonuncuya bəraət verilməsi üçün qanuni əsaslar mövcud deyil və apellyasiya şikayətinin bu barədə dəlilləri tam əsassızdır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəliləri ilə razılaşmayaraq qeyd edir ki, cinayət işinin materiallarından, iş üzrə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin, şahidlərin verdiyi ifadələrdən də bir daha aydın olur ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslər barəsində olan videogörüntüləri hansı yolla əldə etməsindən asılı olmayaraq, həmin videogörüntüləri məqsədli şəkildə yayması sübuta yetirilmişdir, bu səbəbdən birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə təqsirli bilib, iş üzrə onun təqsirliliyini təsdiq edən ittiham hökmü qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsində tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ittiham edildiyi əməlləri törətməsi tam təsdiq edilir. Onun əməlləri məhkəmə tərəfindən düzgün olaraq CM-in 156.1 242-ci maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Həmin Plenum qərarının 4-cü bəndinə görə CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. İşdə olan X3 Sistemindən xx.xx.2024-cü il tarixdə çıxarılmış sənəddən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, həmçinin onun cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Hökmdən həmçinin görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 156.1 və 242-ci maddələri ilə təqsirli bilib, CM-nin 156.1-ci maddəsi ilə qazancından 15% dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına, CM-nin 242-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş, Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının 4 günü azadlıqdan məhrumetmə cəzasının 1 günü hesabı ilə 6 ay islah işləri cəzası 01 ay 15 gün müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar cinayətlərin məcmusu qaydasında qismən toplanılmaqla ona qəti olaraq 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası CM-in 156.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 242-ci maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halı, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən həddə azadlıqdan məhrum etmə növündə qanuni və ədalətli cəza təyin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəza məsələsində də düzgün nəticəyə gəlmiş, bu hissədə cinayət və cinayət-prosessual qanunvericiliyi düzgün tətbiq etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli 1(032)-91/2024 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Cinayət Prosessual Məcəlləsinin 410cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar