Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-1047/2024 24.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X2 şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-426/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-426/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli hökmü (sədrlik edən X7, hakimlər X6 və X5) ilə xx xxxxxx 1983-cü ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Saatlı şəhəri, H.Əliyev prospekti döngə 6, ev 3-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 iyun 2023-cü il tarixdən 28 iyun 2023-cü il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 12 iyul 2023-cü il il tarixdən hesablanması hökm edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının sonlarından iyun ayının sonlarınadək istintaqa məlum olmayan müxtəlif vaxtlarda onunla qonşuluqda, Saatlı şəhəri, H.Əliyev prospekti döngə 6, ev 2-də yaşayan, əmisi arvadı Zərərçəkmiş şəxs külli miqdarda əmlakını tamah məqsədilə və əvəzsiz götürməkdən ötrü vahid niyyətlə bir neçə dəfə sonuncunun evinin dam örtüyünə çıxıb, oradan evin üçüncü mərtəbəsindəki otağın pəncərəsini açıb qanunsuz olaraq yaşayış sahəsi olan evə daxil olub, oradan isə evin ikinci mərtəbəsinə düşərək yataq otağındakı başqa saxlanc yeri hesab olunan dəmir seyfin qapısını açarla qanunsuz olaraq açaraq ******* Rusiya rublu (Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixə olan məzənnəsi ilə 100500 manat), 50000 Azərbaycan manatı, 128 800 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixə olan məzənnəsi ilə 218 960 manat), 12000 Avro (Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixə olan məzənnəsi ilə 22225,2 manat), ümumilikdə külli miqdarda 391.685 manat 20 qəpik pulu, 7680 manat dəyərində 96 qram çəkidə “reket” qızıl boyunbağı, 6880 manat dəyərində 86 qram çəkidə “reket” qızıl qolbağı, 3680 manat dəyərində “mactime” markalı qızıl saatı, 1600 manat dəyərində 20 qram çəkidə 5 barmaq formasında qızıl kişi üzüyünü, 6400 manat dəyərində 80 qram çəkidə paxlava formasında böyük qızıl qolbağı, 2880 manat dəyərində 36 qram çəkidə paxlava formasında qızıl qolbağı, 6500 manat dəyərində 5 barmaq formasında qızıl dəsti, 4000 manat dəyərində 50 qram çəkidə qızıl boyunbağı, 2400 manat dəyərində 30 qram çəkidə qızıl boyunbağı, 4000 manat dəyərində 50 qram çəkidə paxlava formasında qızıl boyunbağı, 1760 manat dəyərində 22 qram çəkidə üzərində klon olan “reket” qızıl boyunbağı, 1760 manat dəyərində 22 qram çəkidə sapfir qaşı klonu olan “reket” qızıl boyunbağı, 1600 manat dəyərində 20 qram çəkidə sapfir qaşlı “reket” qızıl qolbağı, 2500 manat dəyərində brilliant qaşlı qızıl boyunbağı, 1760 manat dəyərində 22 qram çəkidə qızıl qolbağı, 1 ədədinin dəyəri 2200 manat, 2 ədəd ümumilikdə dəyəri 4400 manat qızıl saatları, 2500 manat dəyərində 1 ədəd qızıl saatı, 1 ədədinin dəyəri 1600 manat, ümumilikdə 4800 manat dəyərində 3 ədəd 20 qram çəkidə qızıl qolbağı, 2500 manat dəyərində 1 ədəd “Dord Mind” markalı qızıl kişi saatı, 2500 manat dəyərində 1 ədəd “Telya” markalı qızıl kişi saatı, 4000 manat dəyərində 2 ədəd “Luc” markalı qızıl saat, 1 ədədinin dəyəri 1100 manat, ümumilikdə 5500 manat dəyərində 5 ədəd qızıl onluq, 8000 manat dəyərində xırda qaşlı qızıl kişi üzüyü, 4000 manat dəyərində zümrüd qaşlı qızıl üzük və sırğa dəsti, 2500 manat dəyərində 1 ədəd zümrüd qaşlı qızıl klon, 3500 manat dəyərində 1 ədəd böyük qızıl klon, 3000 manat dəyərində 1 ədəd qızıl dəsti, ümumilikdə külli miqdarda 102.600 manat məbləğində qızıl-zinət əşyalarını götürüb aparıb oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 494.285 manat 20 qəpik məbləğdə külli miqdarda maddi ziyan vurmuş, yəni yaşayış sahəsinə və başqa saxlanc yerinə qanunsuz daxil olmaqla külli miqdarda özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-426/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin l(099)-426/2024 saylı 11 sentyabr 2024cü il tarixli hökmünün dəyişdirilməsini, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin AR CM-nin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.3.2-ci maddəsinə tövsif edilməklə həmin maddənin sanksiyasında nəzərdə tutulan ən yüngül cəza növünün təyin olunması barədə qərar qəbul ediməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs əməli düzgün tövsif olunmamışdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, E. Vəliyevin əməli vahid davam edən oğurluq kimi qiymətləndirilməlidir, onun əməli əmisinin əmlakına qanunsuz yiyələnmə kimi ümumi bir məqsəd daşımış, vahid qəsd ilə əhatə olunan, öz cəminə görə bir cinayət təşkil edən bir sıra eyni cinayətkar hərəkətlərdən ibarət əmisinin əmlakını dəfələrlə qanunsuz talama hesab olunmalıdır. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmaq olmaz. Ümumiyyətlə, oğurluq cinayəti törədən şəxsin niyyəti özgənin əmlakına gizli yolla qanunsuz olaraq yiyələnməkdir. Təqsirləndirilən şəxs əməlinin ümumi məqsəd daşıması, vahid qəsd ilə əhatə olunması, vahid niyyətli olması subyektiv cəhətə bağlıdır. İşin halları və E. Vəliyevin ifadələri bu nəticəyə gəlmək üçün əsas vermir. Belə ki, AR CM-nin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Təqirləndirilən Təqsirləndirilən şəxs əməlləri də AR CM-nin 16.1-ci maddəsinin təsiri altına düşür və onun əməli AR CM-nin 177.2.2, 17.2.3-cü maddəsinə tövsüf olunmalıdır. Bundan əlavə məhkəmə özünün müəyyən etdiyi hallara görə də Təqsirləndirilən şəxs daha yüngül cəza təyin edə bilərdi. Məhkəmənin Təqsirləndirilən şəxs təqsirli hesab etdiyi AR CM-nin 177.3-cü maddəsinin azadlıqdan məhrum etmə cəzasının aşağı həddi 5 ildir. E. Vəliyevin cəzasının ağırlaşdıran halların olmaması, cəzasını yüngülləşdirən halların olması onun barəsində ittiham olunduğu maddənin sanksiyasaının ən aşağı həddində cəza təyin edilməsi üçün əsaslar yaradır. Yuxarıda göstərilənlərə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilməli, E. Vəliyevin əməli AR CM-nin 177.2.2, 177.3.2-ci maddəsinə tövsif olunmalıdır. Cinayət işi və ya cinayət təqibi üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyərtini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Hesab edir ki, təqsirləndirilən E Vəlyevə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ən yüngül cəza təyin etməklə də cəzanın məqsədlərinə nail olmaq olar. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ Müdafiəçi X3 müdafiəçisi olduğu Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs müdafiəçisinin verdiyi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı X8 Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-426/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi, hökmün dəyişdirilməməsi barədə rəyini, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-426/2024 saylı 11 sentyabr 2024-cü il tarixli hökmünün dəyişdirilməsi, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin AR CM-nin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.3.2-ci maddəsinə tövsif edilməklə həmin maddənin sanksiyasında nəzərdə tutulan ən yüngül cəza növünün təyin olunması barədə qərar qəbul ediməsi barədə çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-426/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilməməlidir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu, onun öz ifadəsi, şahidlər və zərərçəkmiş şəxsin ifadələri, hadisə yerinə baxış protokolları və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Bununla əlaqədar olaraq, məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə, müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2.1-ci maddəsinə görə şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri cinayət prosesində sübut kimi qəbul olunur. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Apellyasiya şikayətində cinayət qanununun normalarına istinad edilsə də, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Cəza təyini ilə bağlı apellyasiya dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla, məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, Azərbaycan Respublikası CM-in 59.2-ci, zərərçəkmiş şəxslə barışıq əldə etməsini isə Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən maddəsinə əsasən cəzasını yüngülləşdirən hal olmasını, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-426/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzasını ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Buna görə də, Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və apellyasiya şikayətini təmin edib, Təqsirləndirilən şəxs barəsində onun əməlinin AR CMnin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.3.2-ci maddəsinə tövsif edilməklə həmin maddənin sanksiyasında nəzərdə tutulan ən yüngül cəza növünün təyin olunması üçün əsaslar görmür. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-426/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-426/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli hökmü Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-1047/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-1047/2024
24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver