Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-11/2024 07.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X11 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X11 şöbəsinin prokuroru, Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri - Müdafiəçi2 və Müdafiəçi1, zərərçəkmiş şəxsin hüquqi varisi X12 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-518/2022 saylı, 28 noyabr 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçiləri - Müdafiəçi2, Müdafiəçi1 və zərərçəkmiş şəxsin hüquqi varisi X20 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-518/2022 saylı, 28 noyabr 2022-ci il tarixli hökmü (sədrlik edən X21, hakimlər X23 və X8 ibarət tərkibdə) ilə, 01 aprel 1967-ci ildə Cəlilabad rayonu, Zərbiəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Zərbiəlli kəndində qeydiyyatında olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə təqsirli bilinərək ona 9 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 18 iyul 2022-ci il tarixdən hesablanmışdır. İ Ş İ N H A L L A R İ: Təqsirləndirilən şəxs 09 may 2021-ci il tarixdə saat 19 radələrində birgə yaşadıqları Cəlilabad rayonu Zərbiəlli kəndindəki evin həyətində zərərçəkmiş şəxs - analığı X6 heç bir əsaslı səbəb olmadan zərərçəkmişin özünə məxsus əmlakları qohumlarına verməsini vəfat etmiş atası X9 qalan əmlakı bölüşdürməsi kimi qəbul edib onu və ailə üzvlərini də yaşadıqları evdən çıxaracağı kimi fikirləri özündə formalaşdıraraq həmin − reallıqda mövcud olmayan, yalnız özünün təxəyyülündə yaratdığı xəyali səbəbləri bəhanə edərək və həmin fikirlərin gələcəkdə baş verməsinin qarşısını almaq üçün, eləcə də zərərçəkmişin uzun müddətdir onların evində yaşamasına baxmayaraq atası öldüyünə görə daha həmin evdə yaşaya bilməyəcəyini deyərək öz şəxsiyyətini zərərçəkmişdən üstün tutub zərərçəkmişin fövqündə qoymaqla özünün müstəsna şəxsiyyət olmasına inanıb zərərçəkmiş Gülgəz Əsədova ilə mübahisə zamanı evin giriş qapısının qarşısında zərərçəkmişin sol ayağının arxa nahiyəsindən ayaq zərbələri ilə vurmaqla ona sol baldır nahiyəsində əzilmiş yara, sol qamış sümüyünün yerini dəyişən açıq sınığı kimi dərəcəsinə görə ağır bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuş, göstərilən ixtisaslı tibbi yardımlara baxmayaraq sonuncu 27 may 2021-ci il tarixdə saat 12:20 radələrində qardaşı X14 məxsus fərdi yaşayış evində aldığı həmin sol qamış sümüyünün yerini dəyişən açıq sınığı travması nəticəsində yaranmış ağ ciyər arteriyasının tromboemboliyası səbəbindən ölmüş, bununla da X1 xuliqanlıq niyyəti ilə qəsdən ağır zərər vurmaqla ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuşdur. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-518/2022 saylı, 28 noyabr 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 və zərərçəkmiş şəxsin hüquqi varisi X20 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X20 apellyasiya şikayətində təqsirləndirilən şəxsin barəsində daha yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə heç bir əsas olmadığı halda təqsirləndirilən şəxsə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Belə ki, təqsirləndiridlən şəxs bacısını heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə öldürmüşdür. Təqsirləndirilən şəxs onunla barışmamışdır. Təqsirləndirilən şəxs üçün heç bir yüngülləşdirici hallar yoxdur. Müdafiəçi2 apellyasiya şikayətində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)- 518/2022 saylı, 28 noyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini, müdafiəçisi olduğu Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1 (099)-518/2022 sayllı hökmünə diqqət yetirsək görərik ki, bir çox ziddiyətli məqamlar məhkəmə istintaqı zamanı həll edilməmiş, istintaqın ittihamın sübuta yetirilməsi ilə bağlı təqdim etdiyi yarımçıq ekspert rəyi, bir-birinə zidd olan şahid ifadələrinə əsasən məhkəmə iş üzrə doğru olmayan nəticəyə gəlmişdir. CPM-nin 399.1.1-ci maddəsinin tələbinə zidd olaraq məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması həmin Məcəllənin 399.1.2-ci maddənin tələbinə zidd olaraq məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə nəticələnmiş, eyni zamanda Bu Məcəllənin 399.1.3-cü maddəsi ilə müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilmədiyi halda formal 2 şahid ifadəsinə əsaslanaraq ittiahm hökmünün çıxarılması ilə nəticələnmişdir. İşin faktiki halının araşdırılmamasını məhkəmə iclasının audioyazısı ilə bir daha təsdiq etmək mümkündür ki, hakim verilən vəsatətləri araşdırmamış, təkrar ekspertizanın keçirilməsi zəruri olduğu halda bu vəsatəti də təmin etməmiş, ölməyən üçüncü şəxsin adından verilən ifadələrə (2 şahid ifadəsinə) sübut kimi qiymətləndirərək ittiham hökmünü çıxarmışdır. Şikayət edilən hökümə nəzərə saldıqda cəmi 2 şahid ifadəsindən başqa ittiham hökmü çıxarılması üçün əsaslı bir sübut olmadığını, ətraflı məhkəmə istintaqı aparılacağı halda ekspert rəyində tam, dolğun ətraflı rəy verilmədiyini, ibtidai istintaq zamanı şəxsin bu cinayəti törətməsinə dəlalət edən ekspert rəyində ziddiyətli məqamlara aydınlıq gətiurilməməsi, şübhə və ehtimallara əsaslanaraq verilmiş rəyə hüquqi qiymət verilmədən, digər qalan ifadələrin təqsirləndirilən şəxsin xeyrinə olaraq bəraətverici əsasların olduğunu müəyyən etmədən ittiham hökmü çıxarılmaqla CPM-nin 351.2-ci maddəsinin tələbi də nəzərə alınmamışdır. Xüsusilə qeyd edilməlidir ki, təkrar məhkəmə tibbi ekspertizasının 11 avqust 2021-ci il tarixli 166 nömrəli rəyində xəsarətin yetirilmə anı 08 may 2021-ci il kimi, tibbi ekspertizasının 24 iyun 2021-ci il tarixli 12 nömrəli rəyində isə xəsarətin yetirilmə anının 09 may 2021-ci il olduğu qeyd edilmişdir. Bundan başqa, nə məhkəmə tibbi ekspertizasının 24 iyun 2021-ci il tarixli 12 nömrəli rəyində, nə təkrar məhkəmə tibbi ekspertizasının 11 avqust 2021-ci il tarixli 166 nömrəli rəyində, komisyon məhkəmə tibbi ekspertizasının 01 aprel 2022- ci il tarixli KEŞ-142 nömrəli rəyində eksper qarşısına qoyulan suallar siyahısında ekspertlərin rəyin nəticə hissəsində göstərdikləri a) “bərk küt əşya” sözü “ təpik vurulma” kimi qiymətləndirilə bilərmi ? B) Heyvanın (mal qaranın vurması nəticəsində də belə zədə əmələ gələ bilərdimi ? sualları qoyulmamışdır. Bundan başqa təkrar məhkəmə tibbi ekspertizasının 11 avqust 2021-ci il tarixli 166 nömrəli rəyində, habelə komisyon məhkəmə tibbi ekspertizasının 01 aprel 2022- ci il tarixli KEŞ-142 nömrəli rəyində “ağ ciyər arteriyasının tromboemboliyası” digər hallarda, orqanizmin fizioloji aspektindən də (yaşlanma, həyəcan və s) yarana bilərmi ? Əgər yarana bilərsə hansı hallarda yarana bilərdi ? sualı da qoyulmamışdır. Bu sualın ekspert qarşısında qoyulmasının vacibliyi ondan ibarət idi ki, bədxassəli şişlər hipodinamiya ya da məcburi yataq rejimi qocalıq və ahıl yaşaşağı ətraf venalarının xroniki çatışmazlığı eritermiya cərrahi müdaxilələrzamanı da tromboemboliya zamanı ağ ciyər arteriyalarının mənfəzinin tutulması baş verir ki, bu da damarların qidalandırdığı nahiyələrin oksigensizləşməsinə səbəb olur. 70% hallarda ağ ciyər arteriyasının tromboemboliyasının yaranma səbəbi dərin venaların ileofemoral seqmenti ilə bağlı olurş Çox nadir sümüklərin qırılmasında ağ ciyər arteriyasının kökündə massiv tromboemboliya baş verir ki, bu da ağır klinik mənzərənin yaranmasına səbəb olur və həkim vaxtında müdaxilə etmədikdə ölümlə nəticələnir. Həkimlərin tromboemboliya barədə fikirlərini nəzərə alsaq aşağı ətraflı sümüklərin qırığı vəziyyətində ölüm halı nadir hallarda baş verdiyini müəyyən etmək mümkündür. Yuxarıda qeyd edildiyi kimi tromboemboliya digər hallarda da yarana bilərdi. Bu səbəbdən də həkim bu halları nəzərə almalı və trombun qarşısını almaq üçün dərman təyin etməli idi. Həkim dərman təyin etməməsinin məsuliyyəti təqsirləndirilən şəxs Sabirin məsuliyyəti kimi qiymətləndirilməməlidir.Bundan başqa komisyon məhkəmə tibbi ekspertizasının 01 aprel 2022b - ci il tarixli KEŞ-142 nömrəli rəyində eksperet qarşısında qoyulmuş sullar tam cavablandırılmamışdır. Belə ki, ekspert qarşısında qoyulmuş 5-ci sual üzrə düzgün tibbi yardım göstərilmişdirsə “Hansı tibbi yardım göstərilmişdir ? “ “ Aparılan müalicə nədən ibarət olmuşdur?” kimi suallara cavab verilməmişdir. Bundan başqa ekspert rəylərindən göründüyü kimi ölümün səbəbi “ağ ciyər arteriyasının tromboemboliyası” kimi göstərilmiş və rəyin əsaslandırıcı hissəsində ekspert ( iş.v səh 179) uzunborulu sümüklərin yerini dəyişən açıq sınıqlarının ən çox baş verdiyi ağırlaşmalarından birinin “ağ ciyər arteriyasının tromboemboliyası” nın olduğunu qeyd etmişdir. Belə vəziyyətdə həkim bu təhlükəni görməli və dərhal bunun qarşısını almalı idi. Həkim tərəfindən hansı tədbirlər görülmüşdür. Hansı dərman vasitələri xəsətəyə təyin edilmişdir. Belə təhlükəli vəziyyət ehtimal olunurdusa həkim hansı səbəbdən xəstənin ambulator müalicəsinə razı olmuşdur ? Hesab edirəm ki, birinci instansiya məhkəməsinin diqqətini bu məqam da çəkməli idi. Çünki həkimin düzgün tibbi müdaxilə etməməsinin məsuliyyəti də təqsirləndirilən şəxsin vəzifəsi kimi qiymətləndirilə bilməz. Hesab edirəm bu halda xəstənin ölümünə səbəb düzgün aparılmayan müalicə ( ümumiyyətlə qarşısını almayan həkim tərəfindən hərəkətsizlik) olmuşdur.Yuxarıda ekspertiza ilə bağlı araşdırılması zəruri olan qeyd edilən bu hallar birinci instansiya məhkəməsi tərəfindən ya diqqət yetirilməmiş, ya da diqqət yetrilməli olduğu halda hərəkətsizlik göstrərilərək ittiham tərəfinin mövqeyini hakim müdafiə edərək ədalət mühakiməsi, tərəflərin bərabərliyi prinsipi ziddinə ittiham funksiyasını həyata keçirərək ekspert qarşısında ittiham tərəfinin itihamyönümlü sualları ilə kifayətlənmişdir. Ekspert rəyindən göründüyü kimi ziddiyətli bir çox məqam işin halları ilə uyğunluq təşkil etmir. Belə hallar CPM-nin 140.0.1-ci maddəsində nəzərdə tutulan ölümün səbəbinin düzgün qiymətləndirilməməsi kimi qəbul edilməlidir. Bu vəziyyətdə birinci instansiyta məhkəməsi CPM-nin 331.7-ci maddəsinə uyğun ibtidai araşdırma zamanı ekspertizanın tam və dolğur keçirilmədiyini əsas götürərək ekspertiza təyin etməli idi. O da qeyd edilməlidir ki, ibtidai istintaq zamanı 3 dəfə ekspertiza təyin olunmasına baxmayaraq ekspertizanın təyin edilməsi barədə istintaq orqanının qərarı ilə də nə müdafiəçi, nədə ki təqsirləndirilən şəxs araşdırmanın aparıldığı dövrdə tanış olmamışıq. Əgər tanış olsaydıq belə vəziyyətdə dərhal ekspertiza qarşısında yaranmış anlaşılmazlığın aradan qaldırılması ilə bağlı sual qoymaq hüququmuzdan istifadə edərdik. CPM-nin 92.9.10-cu maddəsinə görə müdafiəçinin cinayət prosesini həyata keçirən orqanın ekspertizanın təyin edilməsi haqqında qərarı və ona dair ekspertin rəyi ilə, müdafiə etdiyi şəxsin tutulması, həbsə alınması və ya həbsdə saxlanmasının qanuni və əsaslı olduğunu təsdiq etmək üçün cinayət prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallarla tanış olmaq hüququ vardır. Eyni zamanda bu hüquqla cinayət prosesini həyata keçirən orqanın ekspertizanın təyin edilməsi haqqında qərarı və ona dair ekspertin rəyi ilə şübhəli və təqsirləndirilən şəxsin də hüquqlarıdır. İş materiallarında isə belə tanış olmaya rast gəlmək mümkün deyil. Ekspertiza təyin edilərkən bu qərarın bizə həmin vaxtı təqdim edilməsinə rast gəlmək mümkün deyildir. Adıçəkilən Məcəllənin 220.3-cü maddəsinə görə cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması üçün əhəmiyyət kəsb etdikdə, müstəntiq və ya təhqiqatçı şübhəli, təqsirləndirilən şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin, şahidlərin dindirilməsi, ekspertizanın keçirilməsi, digər istintaq hərəkətlərinin aparılması haqqında yazılı vəsatətlərinin təmin edilməsini əsassız rədd edə bilməz. Bununla belə CPM-nin 284.2-ci maddəsinin tələbinə uyğun olaraq müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün təqsirləndirilər şəxsə və müdafiəçiyə onların xahişindən asılı olmayaraq imkan yaratmalı idi. Qeyd edilən maddənin tələblərindən ehtiyat edərək ibtidai istintaq bizə vaxtında vəsatət vermək hüququmuzdan məhrum etmiş və bununla da prosessual pozuntuya yol vermişdir. Cinayət işinin materiallarında olan 166/2021 saylı ekspert rəyinə nəzər saldıqda rəyin təsviri əsaslandırıcı hissəsində ( iş.v 132-192)qeyd olunur ki, meyitin bədən səthində hır hansı başqa xəsarət izi də aşkarlanmamışdır. Belə vəziyyətdə şahid ifadələrinə əsaslanaraq zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında mübahisənin davam etməsi uzun müddətli olması, hətta oraya polis əməkdaşlarının da gəlməsini nəzərə alsaq belə vəziyyətdə bədən səthində davam etmiş mübahisə zamanı bunun açıq izləri də müşahidə olunardı. Belə hal isə ekspert rəyindən göründüyü kimi müşahidə olunmur. Belə vəziyyət onu deməyə əsas verir ki, zərərçəkən (ölmüş şəxs) özünün xəstəxanada və bir çox şahidlərə bildiridiyi kimi onu həyətində saxladığı mal-heyvanı yemləyərkən vurma ehtimalı da yüksəkdir. Bundan başqa məhkəmə hökmündən o da görünür ki, guya Cəlilabad rayon Prokurorluğu tərəfindən verilmiş əməliyyat tapşırığ əsasında Cəlilabad rayon məhkəməsinin 11 aprel 2022-ci il tarixli 4 (073)-85/2022 nömrəli qərarı ilə keçirilmiş telefon danışıqlarına qulaq asma əməliyyat-axtarış tədbirindən çıxarışlardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsiri bir daha sübuta yetirilir. Əksinə olaraq qeyd ediriəm ki, hökmdə qeyd edilən bu danışıqların məzmununda bir cümlə də olsun Sabirin Gülgəzin ayağına təpik vurmasına dair yazı mətni yoxdur.Bu yazılarda Sabirin və onun ailə üzvlərinin narahatlığı qeyd edilmiş, kiminsə əleyhinə ifadə verməməsi bildirilmişdir. Heç bir sözün mətnində “Sabirin qadına təpik vurmasını deməyin” kimi, və ya buna oxşar cümləyə rast gəlmək mümkün deyil. Bununla da o nəticəyə gəlmək olur ki, bu danışıqlara ittihamedici sübut kimi qəbul edilə bilməz. Qeyd edilən danışıqlarda iştirak edən şəxslər və təqsirləndirilən şəxs yaxın qohum olduöu üçün zərərçəkmiş şəxsin öldüyü bütün hallarda ibtidai araşdırma aparılması ilə əlaədar narahat olmuşdur. Belə vəziyyət hər bir insanda ətrafda yaranan təhlükəyə psixoloji münasibət kimi qiymətləndirilməlidir. Odur ki, ittihamın əsasını təşkil edən sübutlardan biri kimi qiymətləndirilə bilməz. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsinə məhkəmə qiymət verərkən Kamalİmanovun və onun ailə üzvlərinin Sabirlə torpaqla bağlı münaqişlərinin əvvəldən olduğunu, habelə bacısı olan zərərçəkmiş (vəfat edən şəxs) Gülgəzin evlə bağlı mübahisələrinin olduğuna və qərəzli olaraq Sabirin onun bacısını vurduğuna dair məsələlər aydınlaşdırılmamışdır. Belə ki, polisə əmlakla bağlı dəfələrlə mübahisəsinin olması barədə müraciət etmiş, şahidlər də belə mübahisələrin məhz əmlak üzərində olduöunun şahidi olmuşlar. Kamalın ifadəsindən də göründüyü kimi Sabir və Nizaminin bacısı ilə maraqlanmadığını görüb sonradan guya Sabirin onun bacısının qıçını sındırması ilə qorxu gəlmişlər. Məqsəd qərəzli şəkildə Sabiri belə cinayətlə ittiahm edib əmlaklarına yiyələnmək olmuşdur. Sabr qürbətov və Şahid12 Kamalla yaxın qohum olduqlarından eyni məzmunlu ifadə vermişlər. Bu şəxslər heç biri hadisə baş verərəkən orada olmamışlar və sonradan olan məlumatlar da qərəzli olaraq Sabiri ittiham etmək və qisas almaq məqsdi daşımışdır. Kamalın öz ifadəsində də təsdiq etdiyi kimi, habelə xəstəxanaya müraciət üzrə məlumatın qeydiyyatı kitabından da aydın etmək mümkündür ki, vəfat edən Gülgəz xəstəxanaya onu inək vurması ilə bağlı müraciət etmişdir. Dindirilmiş Şahid3 və Şahid4h oğlunun ifadəsinə gəldikdə isə qeyd edilməlidi ki, bu şəxslərin ifadəsindən də göründüyü kimi Sabirin oğlu Pərvizin atasının guya Gülgəzi vurmasına Pərvizin dedikırini polis olaraq Sabirgilir qapısına gəlndə eşitməklərini bildirməsinin sübut kimi əhəmiyyəti yoxdur. Belə ki, məhkəmədə yetkinlik yaşına çatmayan və psixi cəhətdən qüsuru olan, eyni zamanda ölməmiş şəxs olan Pərvizin dedikıərinə əsaslanması sübut olaraq keçərsizdir.CPM-nin 126.3-cü maddəsinə görə şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Qeyd edilməlidir ki, Sabirin oğlu Pərviz yetkinlik yaşına çatmayan şəxsdir, psixi pozuntudan əziyyət çəkir. Bu baxımdan üçüncü şəxslərin söylədiyi fikirlər sübut kimi qəbul edilə bilməz. O da qeyd edilməlidir ki, Şahid3 və Şahid4h oğlunun şahidlər siyahısına salınmas ittiham tərəfinin öz mövqeyini gücləndirmək xarakteri daşımışdır. Göründüyü kimi bu şəxslər Polis orqanında işləyir və belə vəziyyətdə ittiham müdaifə etməsi də normal haldır. Bu şahidlərin ölmüş şəxs Gülgəz Əsədovanın ağrıdan səsini eşitmələrinə münasibətdə isə qeyd edilməlidir ki, bu fakt Sabirin onu vurmasını təsdiqləmir. Çünki Gülgəz özü də xəstəxanada bildirmişdir ki, onu həyətdə saxladığı mal heyvan vurub. Şahidlərin Gülgəzin səsin eşitməsi onun Sabir tərəfindən vurulmas ıı demək deyil. Qeyd edilənlər baxımından birinci instansiya məhkəməsinin hökmündə göstərməklə ittiahmedici sübutlar siyasında şahid X13 və Şahid4h oğlunun ifadələrinə və üzləşdirmə aktlarına istinad etməsi qəbul edilən deyil və yuxarıdakılaı baxımından prosessual qanunun tələbinə birbaşa ziddir. Bu ifadələr sübutlar siyahısından çıxarılmalıdır. O da qeyd edilməlidir ki istintaq orqanı daha bir prosessual pozuntuya yol verərək yetkinlik yaşına çatmayan Pərvizi dindirərkən onur müəllimin, qəyumluğun və valideynin iştirakı ilə dindirilməsinə dair tələbləri, eyni zamanda psixi pozuntusu olması nəzərə alınmadan qanunun tələbləri də pozmuşdur ki, bu hallar kobud pozuntular sayılır. Məhkəmə hökmündə qeyd edilən bütün şahid ifadələrinə diqqət yetirsək görünür ki, dindirilmiş şahid Sabir Qürbətov məhkəmənin sualına cavab olaraq Sabirin Gülgəzi vurduğunu ona Cabbar dediyini bildirmişdir. Şahid2 isə ifadəsində göstərmişdir ki, ( abirlə həmkəndlidir. 09 may 2021-ci il tarixdə axşamüstü səsə-küyə Sabirgilə getmiş, lakin orada sakitçilik olduğunu, Gülgəzin nəvələri ilə bir yerdə turduğunu görmüşdür. Orada ailə üzvlərindən başqa heç kimi görməmiş, Sabirin Gülgəzi vurduğunu eşitməmiş, onun ayağnda xəsarət örməmişdir. Göründüyü kimi Cabbarın dediyini bildirsə də Cabbar bu faktı məhkəmədə təsdiq etməmişdir. Cabbarın məhkəmədə ibtidai istintaq vaxtı lan ifadəsinin səsləndirilməsi də hökmdən görünmür. Odur bu sübuta da təqsirləndirilən şəxsin xeyrinə qiymət verilməlidir. Göründüyü kimi şəxsin əleyhinə yalnız zərərçəkmiş şəxsin hüquqi varisi X12, onun ailə üzvü olan oğlı Şahid12 və ölmüş şəxsin bacısı oğlu X18 ifadə verərərək şikayətçidirlər ki, yuxarı bəndlərdə bildirdiyim kim u ifadələr də onların arasında olan əvvəldən davam edən ədavətə görədir. (digər iki şəxsin ifadəsi Şahid3 və şahid llahverdiyev Nəimi İnşallah oğlunun ifadəsinə əsaslandırmanın 4-cü bəndinə uyöun qiymət verilməlidir) Dindirilmiş digər şahidlər (şahidlərin əvvəllər vermiş olduğu və hazırki ifadələri arasında əhəhmiyyətli ziddiyyətlər olduğu halda belə) nə Şahid11, nə Şahid7, nə X4 ifadəsində , nə Şahid6 ifadəsində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Gülgəzi vurması barədə heç bir ifadə yoxdur. Bu şahidlərin əvvəllər vermiş olduğu və hazırki ifadələri arasında əhəhmiyyətli ziddiyyətlər olduğu halda belə Sabirin təpiklə zərərçəkmişi vurmasına dair bir ifadə belə yoxdur. Bəzi şahidlər aralarında olan mübahisənin olduğunu bildirmişlər. Mübahisənin olması isə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi vurması kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxsin əleyhinə ifadə verən şahidlərə münasibətdə məhkəmənin diqqətinə o hal da çatdırılmalıdır ki, Sabirin Kamalla bu hadisə olmamışdan əvvəl əmlak üzərində ədavətinin olması, hətta polis orqanına belə bu mübahisə barədə müraciət etmələri təqdim edilən sübutlarla təsdiqlənir. Göründüyü kimi bu şəxslər digər şahid Ağasəni də ələ almaqla Sabiri şərləməklə heyif çıxmaq və əmlakı ələ keçirmək üçün belə vasitəyə əl ataraq onu tutdurmaq istəməsi də birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirilməli olan məsələ idi. Buna baxmayaraq birinci instansiya məhkəməsi deyilən bu ifadələrə və Polis orqanına əvvəllər də mübahisə ilə bağlı müraciət etməyə dair müdafiə tərəfinin məhkəmə iclasında ifadələrinə və təqdim etdiyi sənədlərə hüquqi qiymət verməmişdir. O da qeyd edilməlidir ki, qeyd edilən bu şahid ifadələrinin hər birində Gülgəzin təpiklə vurulması göstərilmişdir. Məhkəmə tibbi ekspertizasının 24 iyun 2021-ci il tarixli 12 nömrəli rəyində, habelə təkrar məhkəmə tibbi ekspertizasının 11 avqust 2021-ci il tarixli 166 nömrəli rəyində, komisyon məhkəmə tibbi ekspertizasının 01 aprel 2022- ci il tarixli KEŞ- 142 nömrəli rəyində ekspert qarşısına qoyulan suallar siyahısında ekspertlərin rəyin nəticə hissəsində göstərdikləri “bərk küt əşya” sözü işlədilmiş, lakin birinci instansiya məhkəməsi işin hallarına uyğun olaraq “təpik küt əşya hesab oluna bilərmi ? “ məsələsinə də aydınlıq gətirməmişdir. Bundan başqa şikayətimizin 1-ci bəndində qoyulan məsələlər araşdırılmadan ittiahm hökmü çıxarılmışdır. Halbuki ekspert qarşısında ittihamyönlü suallarla yanaşı məhkəmə iş üzrə ədalətli və qanuni qərar qəbul etmək üçün bütün sübutlarla yanaşı yuxarıda qeyd edilən ( 1-ci bənddə ) sulları əlavə etməklə işi tam araşdırmış olar və yekun nəticəyə gələ bilərdi. Yuxarıda qeyd edilənlər baxımından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamır sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına daiı məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Qeyd edilən tələblər, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müxtəlif qərarlarında da öz əksini və təsdiqini tapmışdır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6.2-ci maddəsinin tətbiqi ilə əlaqədar “Barbera, Messegi və Cabardo İspaniyaya qarşı iş üzrə çıxarılmış qərarda göstərmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi - məhkəmə tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi və öz vəzifələrinin yerinə yetirilməsi zamanı təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi barədə ön mühakimə ilə başlamamağı tələb edir. Sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur . Qanunvericliyin bu qeyd edilən tələbləri də birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmadan təqsirli olmasına əsaslı şübhələri tədqiq etmədən məhkəmə rahatlıqla vəsatətləri rədd etmiş, ekspert rəyində boşluqlara, ibtidai istintaq vaxtı yuxarıda sadalanan pozuntularla aparılan istintaq hərkətlərinə məhəl qoymadan öz şüuraltında yaratdığı fikirlə, sübut kimi qəbul edilməsinə yol verilməyən şahid ifadələrinə əsaslanmaqla ittiham hökmü çıxarmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1 (099)-518/2022 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 126.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsi cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmiş, eləcə də bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları obyektiv tədqiq etməmiş, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Məhkəmənin qanunsuz və ədalətsiz qərar qəbul edilməsi nəticəsində təqsirli bilnən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Konstitusiyası, CPM-nin tələbləri və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü, 5-ci, 6-cı və 7ci maddələrində göstərilən hüquqları pozulmuşdur. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 25, 26, 63, 66, 67-ci maddəsinin 1-ci bəndi, 127-ci maddəsi, Avropa Konvensiyasının 6-cı maddəsinin 1 və 3-cü bəndləri, Azərbaycan Respublikası CPM-nin 10.1, 10.2, 10.5, 11.1, 12.1, 14.2, 14.4, 19.1, 19.4.1, 19.4.2, 21.1, 21.2, 21.3, 32.1, 33.1 və 33.2-ci maddələrinə əsasən cinayət prosesinin ədalətli şəkildə və qanun əsasında həyata keçirilməsi, bu zaman cinayət prosesi tərəflərinə bərabər şəraitin yaradılması, onların hüquqlarının təmin edilməsi, şübhə altına ahnan şəxsin və təqsirləndirilən şəxsin bütün hüquqlarının, o cümlədən müdafiə hüququnun təmin edilməsi istər milli qanunvericilikdə, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə imperativ qaydada qeyd edilmişdir. . Qanunverici, ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. Məhkəmə hökmün 2 vərəqinin 2-ci azsasında göstərir ki, məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Halbuki hazırkı işlə bağlı ibtidai istintaq zamanı ifadəsindən söhbət gedə bilməz və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs heç bir ifadə verməyib və ifadə verməkdən imtina edib. Hökmün 3-cü vərəqin 1-ci abzasında məhkəmə göstərmişdir ki, məhkəmədə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli təqsirləndirilən şəxsin məhkəmədə elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı vermiş olduğu qismən ifadəsi ilə yanaşı, dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduqu ifadəsi, istintaq hərəkəti protokolları, tədqiq edilmiş ekspertiza rəyləri, sənədlər və işin faktiki halları ilə ona aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə hökmün 3, 4, 5-ci vərəqələrində zərərçəkmiş şəxsin hüquqi varisi X12, X12 oğlu Şahid12, X12 bacısı oğlu şahid X10, Şahid1, polis əməkdaşları Şahid3 və polis nəfəri Şahid4h oğlunun ifadələrini göstərmişdir. Bildirir ki, göstərilən şahidlər zərərçəkmiş şəxsin hüquqi varisi X12 yaxın qohumları və iş üzrə maraqlı olan polis əməkdaşlarıdır. Hökmün 5-ci səhifəsinin 1-ci abzasında polis əməkdaşı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, “O nə baş verdiyini soruşmuş, Təqsirləndirilən şəxs Gülgəz Əsədovanın atasının əmlakı ilə əlaqədar narazılıqlar yaratdığını, oğlu Pərviz isə atasının yaxşı edib onun hərəkətlərinə görə ayağını sındırdığını demişdir”, “O, Gülgəz Əsədovadan nə hadisə baş verdiyini soruşmuş, Gülgəzdə həmin gün saat 19 radələrində özünə məxsus inəyi saxlamaq üçün bacısı qızı Xəyaləyə verdiyinə görə yaşadıqları evin həyətində Sabir, Ülviyyə və Pərvizin onunla mübahisə etdiklərini və mübahisə zamanı Sabirin təpiklə onun sol ayağına zərbə vurduğunu bildirmişdir”, “O da Təqsirləndirilən şəxs, Şahid6 və Şahid9 yazıh iltizam almışdır. O bu barədə rayon polis şöbəsinə şifahi məlumat vermişdir. 11 may 2021-ci il tarixdə Gülgəz Əsədovam inək vuraraq sol qamış sümüyünü sındırması və bu barədə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına müraciət etməsi barədə Cəlilabad Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur. Məlumat aidiyyəti üzrə ona verilmişdir. Həmin gün Gülgəz Əsədovanın xəsarət alması ilə bağh izahatını almaq üçün onun yaşadığı ünvana getsə də onu tapa bilməmişdir. Dindirilmiş Şahid4h oğlu Şahid3la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə dindirilmiş Şahid3 və Şahid4h oğlunun ifadələrində göstərdiyi xüsusatları, ziddiyyətləri, cinayət hadisəsi baş vermişdirsə cinayətin izlərini hansı səbəbdən gizlətdiyini və yaxud həmin material icraatında olarkən zərərçəkmiş şəxsi hansı səbəbdən tapıb dindirmədiyini araşdırmamış və diqqətdən kənarda saxlamaqla subut kimi qəbul etmişdir. Həmçinin hökmdə “Məhkəmədə CPM-nin 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və hazırki ifadələri arasında əhəhmiyyətli ziddiyyətlər olduğu üçün) Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir” ifadəsini qeyd etmiş, lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasındakı ziddiyyətləri araşdırmamış və düzgün qiymətləndirməmişdir. Hökmün 15 və 16-cı vərəqələrində göstərilir ki, Məhkəmə cinayətin motivi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkəti Gülgəz Əsədovanın qəsdən sağlamlığına ağır zərər vurmaqla ehtiyatsızlıqdan onun ölümünə səbəb olan hərəkət kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İV hissəsinə əsasən, “Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə edilə bilməz”. Eyni zamanda CPM-nin 125.3-cü maddəsinə əsasən, “bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulan hallarda alınmış məlumatlar, sənədər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz”. CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələrində deyilir: “İnsan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosessi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hanssı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının,...pozulması ilə (aşağıda buna xeyli sübutlar göstərəcəyəm) və istintaq və ya digər prosesual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (bu iş isə başdan-başa belə aparılıb) məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir”. Bildirir ki,Təqsirləndirilən şəxs 16 avqust 2021 -ci il tarixdə nümayəndə qismində təmsil olunma və hüquqlarının müdafiəsi üçün Cəlilabad Rayon Vəkil Bürosu ilə müqavilə bağlamış və onun hüquqlarının müdafiəsi mənə həvalə edilmişdir - Order N<? 0124119, 16 avqust 2021 -ci il.xx.xx.2021-ci il tarixdə tərəfimdən nümayəndə qismində işə buraxılma barədə ərizəni rəsmi qaydada Cəlilabad RPŞ-nin və Cəlilabad Rayon Prokurorluğunun dəftərxanasına təqdim etmişəm. Lakin bizə iş üzrə icraatın dayandırıldığı bildirilərək 16 iyul 2022-ci il tarixədək qəbul edilmiş prosessual qərarlar keçirilmiş ekspertizalar alınmış ifadələr və digər rəsmi sənədlər barədə bizə heç bir məlumat verilməmişdir. Müdafiəçi1 apellyasiya şikayətində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1 (099)-518/2022 nömrəli hökmünü ləğv edərək, Təqsirləndirilən şəxs ittaham olunduğu CM-nin 126.3-cü maddəsi ilə bəraət verilməsi və onun İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü, 5-ci, 6-cı, 7-ci maddələrində göstərilən hüquqlarının pozulmasının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, . işə Cəlilabad Rayon Prokurorluğunun 01 sentyabr 2021-ci il tarixli ləğv olunmamış “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı əlavə olunmuşdur. X2 ölməsi faktı ilə bağlı toplanmış 81 C-21 nömrəli araşdırma materiallarında hazırkı mərhələsində Gülgəz Əsədovanın “sol qamış sümüyünün yerini dəyişən açıq sınığı” xəsarətinin nə vaxt, harada və hansı şəraitdə alması, Gülgəz Əsədovam inək vurması, həmin xəsarəti yıxılma nəticəsində alması və ya oğlu Təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirilməsi, sonuncunun həmin xəsarəti ehtiyyatsızhqdan və ya qəsdən yetirilməsi faktı müəyyən edilməmişdir.(səh 196) Qərarın 2-ci vərəqinin 7-ci abzasında göstərilir ki, araşdırma zamanı Gülgəz Əsədovanın ağır bədən xəsarətinin Gülgəz Əsədovanın “sol qamış sümüyünün yerini dəyişən açıq sınığı” xəsarətinin nə vaxt, harada və hansı şəraitdə alması müəyyən edilmədiyindən, Gülgəz Əsədovam inək vurması, həmin xəsarəti yıxılma nəticəsində alması və ya oğlu Təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirilməsi, sonuncunun həmin xəsarəti ehtiyyatsızhqdan və ya qəsdən yetirilməsi faktı öz təsdiqini tapmadığından, Gülgəz Əsədovanın ağır bədən xəsarətini xx.xx.2021-ci il tarixdə alması və onun xx.xx.2021-ci il tarixdə, yəni xəsarət almasından uzun müddət sonra ölməsi xüsusatları, onun aldığı xəsarətlə ölümü arasında səbəbli əlaqənin olmasına və onun ölümünə ağciyər tromboemboliyasının səbəb olmasına şübhə doğurur. Azərbaycan Respublikasının CM-nin təqsirə görə məsuliyyət prinsipinin, eləcə də digər müddəlarımn qüvvəsinə görə əməli (hərəkət və hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. Belə olan halda istintaqın hazırkı mərhələsində ittihamın subut olunmasında yaranan şübhələri, digər sübutlarla aradan qaldırmaq mümkün olmadığından Gülgəz Əsədovanın ağır bədən xəsarətinin Təqsirləndirilən şəxs və ya başqa şəxs tərəfindən qəsdən və ehtiyyatsızhqdan yetirməsini bildirmək, eləcədə Gülgəz Əsədovanın ölməsi faktı ilə bağlı əməli AR CM-nin 126.3-cü maddəsi ilə tövsif etmək mümkün deyil. Beləliklə aparılmış araşdırma zaqmanı X6 ölümündə cinayət hadisəsi aşkar edilməmişdir. İşə əlavə olunmuş xx.xx.2021-ci il tarixli 1167 nömrəli telefon məlumatından görünür ki, Bilasuvar RMX-dan həkim Abbasov Cəlilabad Rayon Polis Şöbəsinin növbətçi hissəsinə telefonla məlumat verərək bildirir ki, Cəlilabad rayonu, Zərbiəlli kənd sakini 1954-cü il təvəllüdlü X5 qamış sümüyünün kiş kondulusunun yerdəyişmiş sınığı diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Xəstənin deməsinə görə üç gün bundan əvvəl inək vurmuşdur. Tel 050.445.74.70 (vər 7) xx.xx.2021-ci il tarixli 1229 nömrəli telefon məlumatından görünür ki, Cəlilabad RMXdan həkim Bayramov Cəlilabad Rayon Polis Şöbəsinin növbətçi hissəsinə telefonla məlumat verərək bildirir ki, Cəlilabad rayonu, Zərbiəlli kənd sakini 1954-cü il təvəllüdlü X5 qamış sümüyün bayır səthinin distan yerdən sınığı diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Deməsinə görə tanıdığı şəxs tərəfindən döyülüb. Tel 050.771.39.49 (vər 5 ) xx.xx.2021-ci il tarixli Cəlilabad rayonu, Zərbiəlli kənd sakini X6 (***-***-**-**) adından Cəlilabad Rayon Polis Şöbəsinin rəisi Mübariz Quliyevin adma yazılmış ərizədə göstərilir ki, xx.xx.2021-ci il tarixdə oğlum Təqsirləndirilən şəxs məni yaşadığım evdə döymüşdür. Xahiş edirəm onun barəsində qanuni tədbir görəsiz. (ərizə 974 nömrə ilə qeydiyyata ahnıb) xx.xx.2021-ci il tarixli X6 adından yazılmış izahatın 2-ci vərəqinin 2-ci abzasında verilmiş suala cavab olaraq yazılmışdır ki, Sabir onu vurduqda Sabirin oğlu Pərviz, arvadı Ülviyyə, qızları Aytac və Şəbinə gördü. (Vər 11,12) (izahatda tarix və izahatı alan şəxsin adı sonradan karandaşla yazılıb) xx.xx.2021-ci il tarixli “Baxış keçirmə haqqında” protokolda hal şahidləri dəfələrlə cinayət işlərində şahidlik etmiş, Cəlilabad şəhər sakinləri X16 və X24 həyatyanı sahəyə baxış keçirilməsində iştirak edib. Protokolda göstərilir ki, baxış zamanı digər xüsusatlar aşkar edilmədi. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir maddi subut götürülmədi. Bundan sonra işə Şahid12 izahatı əlavə olunmuşdur. İzahatda göstərir ki bibim Gülgəz xx.xx.2021-ci il tarixdə xəsarət döyüldükdən sonra onunla qonşuluqda yaşayan bacısının yeznəsi Yaşarın evinə getmişdir, 2 gün orada qalmış, xx.xx.2021-ci il tarixdə isə atama məxsus Şükürlü kəndində yerləşən evə getmişdir.Gülgəz atam Kamala inək vurması nəticəsində xəsarət aldığını demişdir. Göstərir ki, xx.xx.2021-ci il tarixdə Əlizadənin evini təmir edən vaxt xalam Gülgəzi görmədiyimi soruşdum. Əlizadə mənə xalam Gülgəzin ogey oğlu Sabirlə dalaşdığını dedi. Gülgəzdən orada kimlərin olduğunu soruşduqda o, Sabirin və Sabirin ailə üzvüləri ilə yanaşı Ərzumanında orada olduğunu bildirdi. Gülgəzdən soruşduqda isə ona Təqsirləndirilən şəxs xəsarət yetirdiyini, yəni təpiklə dizindən vurduğunu bildirmişdir. (Vər 102, 103) xx.xx.2021-ci il tarixli X17 Cəlilabad RPŞ-nin İB-də şahidin dindirilməsi haqqında protokolu əlavə olunmuşdur. Protokol 910 nömrə ilə qeydiyyata alınmış, dindirmə saat 11.00-11.40 də keçirilmişdir. Sabir Qürbətovun ifadəsində göstərdikləri yalandır.(vər 105, 106) xx.xx.2021-ci il tarixli həkim X4 Cəlilabad RPŞ-nin İB-də şahidin dindirilməsi haqqında protokolu əlavə olunmuşdur. Protokol 360 nömrə ilə qeydiyyata alınmış, dindirmə saat 11.00-11.35 də keçirilmişdir. xx.xx.2022-ci il tarixli və xx.xx.2021-ci il tarixli şahidin dindirilməsi haqqında protokolda göstərmişdir ki, Gülgəz və onun qohumları onun inək vurma nəticəsində sol qamış sümüyünün sınmasını bildirdilər, (vər 140,141) (protokol vər 95, 96) xx.xx.2021-ci il tarixli X12 Cəlilabad RPŞ-nin rəisinə müraciəti xx.xx.2021-ci il tarixdə RPŞ-nə daxil olmuşdur.Həmin müraciətdə göstərilir ki, Təqsirləndirilən şəxs ilə analığı bacım Gülgəz arasında məişət zəminində mübahisə düşüb. 2021 -ci ilin may ayının 9 da yaşadıqları evdə mübahisə zamanı oğulluğu Təqsirləndirilən şəxs və ailə üzvüləri ilə birlikdə bacım Gülgəzi möhkəm döyərək, sonda halsız olan bacımın diz nahiyyəsindən ayağındakı ayaqqabı ilə bir neçə ayaq zərbəsi endirmiş və nəticədə 67 yaşında köməksiz olan bacım möhkəm zədələnmişdir. Həmin müraciətdə qonşusu Cabbarın, Sabirin qardaşı Nizaminin, Nizaminin xalası oğlu Ağasən Qürbət oğlunu, əraziyə baxan sahə rəisi Rəşadı, Sabirin qardaşı Əyyubun oğlu Rəvanı, öz bacısı kürəkəni Yaşarın, öz bacısı oğlu Sabir Söhbət oğlunun adlarını çəkir. Sonra göstərir ki, Bacım oğlu xalasını dərhal rayon xəstəxanasına aparıb. Cəlilabad xəstəxanasında rengen olunub. Rayon həkimi rengen vərəqinə baxaraq tam müalicə edə bilməyəcəyini bildirib. Bu halda xəstəni Bilasuvar xəstəxanasına aparmaq məsləhət olunub. Əməliyyatdan bir neçə gün sonra qıçındakı ağrılar şiddətləndi. Bacım öz ata evində ona olan xidmətdən sonra baş verən hadisənin şokundan ayılıb və özünü güvəndə hiss edərək hadisəni olduğu kimi mənə danışdı və onu Cəlilabad RPŞ-nə aparılmasını tələb etdi.(vər 144, 145) 08 aprel 2022-ci il tarixdə Şahid12 (050 771-39-49) Prokurorluqda şahid qismində dindirilməsi haqqında protokol saat 09.30-10.45 radələrində tərtib olunmuş, protokolda göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə mən atam və anamın yaşadığı Cəlilabad rayonu, Şükürlü kəndinə getmişəm. Oraya çatdıqda bibim Gülgəzin yataqda uzanıqlı vəziyyətdə olmasını və sol ayağının sarıqlı olmasını görüb nə baş verdiyini bibimdən soruşanda o, cavabında inəyin ayaq zərbəsi ilə onun sol ayağına vurduğunu və buna görə sol ayağının sümüyünün sındığını mənə dedi. Mən onun sözlərinə şübhə ilə yanaşıb bu barədə atam və anamdan soruşanda onlar mənə xx.xx.2021-ci il tarixdə saat 19 radələrində bibimin yaşadığı evdə bibimlə Təqsirləndirilən şəxs və onun ailə üzvüləri arasında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs ayaq zərbəsi ilə bibimin sol ayağına vurduğunu və bibimin sol ayaq sümüyünün sındığını mənə dedi. Həmin vaxt ətrafda Şahid6, Şahid9, Şahid8 və Şahid7 da olmuşdur. Həmin ifadədə də Şahid5, sahə rəisi Şahid3, Ağasən Qürbət oğlunun, Firudinin, Yasərin adlarını çəkmişdir.(vər 287289) 11 aprel 2022-ci il tarixdə X20 (**********) Prokurorluqda şahid qismində dindirilmişdir. Şahidin dindirilməsi haqqında protokol saat 11.40-13.55 radələrində tərtib olunmuş, protokolda göstərmişdir ki, avtomaşını Sabir Qürbətov idarə edir, arxa sərnişin oturacağında isə bacım Gülgəz Əsədova əyləşmişdi. Mən bacımdan sol ayağının sümüyünün hansı şəraitdə sınmasını soruşanda o, cavabında mənə ona və ailə üzvülərinə məxsus əkin sahəsində vələmir bitgisinin Xəyalə Möhbiyevanın oğlunun biçərək aparmasına icazə verdiyim üçün xx.xx.2021-ci il tarix 19 radələrində yaşadıqları evin həyətində Təqsirləndirilən şəxs və arvadı Şahid6 ona irad bildirmiş, bacını isə cavabında torpaq sahəsində onunda payı olduğunu vələmir bitgisinin özünün biçdiyini bildirmiş və aralarında sözlü mübahisə davam etmişdir. Evin həyətində Təqsirləndirilən şəxs bir neçə ayaq zərbəsi ilə bacımın sol ayağının baldır nahiyyəsinə vurmuş və həmin vaxt bacını ayağının sındığını bildikdən sonra Təqsirləndirilən şəxs onun yanından uzaqlaşmışdır. Bacım həkimlərə ayağına inəyin təpik vurduğunu və buna görə ayağının sümüyünün sındığını bildirdi. Mən bacıma nəyə görə həkimlərə yanlış məlumat verdiyini, nəyə görə baş vermiş hadisə barədə hüquq mühafizə orqanlarına məlumat vermək istəmədiyini soruşanda o, mənə cavabında aralarında olan münaqişəyə görə utandığını bildirdi. Bacım hadisə baş verən vaxt onların yanında Şahid6, övladları Şahid9, Şahid8 və Şahid7 olmuşdur. İfadəsində sahə rəisi Şahid3, polis nəfəri Şahid4, Şahid1, Şahid5, polis bölməsinin rəisi Asif İmanovun adlarını çəkmişdir. (Vər 294-299) Bildirir ki, baş verənlərdən sonra xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə X18 (***-***-**-**), İslamov Asif (Əlizadə) Alkişi oğli (***-***-**-**), Şahid11 (***- ***-**-**, 050 535-24-15), Şahid2 (Ərzuman) Surxay oğlu (***-***-**-**,***-***-**-**), məcburi qaydada Cəlilabad RPŞ-nə gətirilərək fiziki və psixoloji təzyiq altında saxlanılaraq ifadələri alınmışdır. Yuxarıda göstərilən sənədlərdə və ifadələrdə kəskin ziddiyyətlərin olduğu Təqsirləndirilən şəxs qərəzli münasibətin olduğunu göstərir. Həmçinin Zərərçəkmiş şəxsin hüquqi varisi X20 və onun oğlu Şahid12 və onların yaxın qohumları güyya ölmüş şəxsin sözlərinə istinad edərək bir-birindən fərqli, ziddiyyətli ifadələr vermişlər. Lakin ilkin izahat və ifadələri ilə Cəlilabad Rayon Prokurorluğunda verdikləri ifadələr arasında kəskin, şübhəli ziddiyyətlər vardır. Göstərilən hallardan və Cəlilabad rayon Prokurorluğuna və Lənkəran Ağır Cinayətlər Məhkəməsinə təqdim etdiyimiz şikayət ərizələrindən də aydın görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Kamal İmanov və onun oğlu Şahid12la Təqsirləndirilən şəxs arasında torpaq münaqişəsi olmuş, məhz bu səbəbdən də aralarında düşmənçilik münasibəti yaranmışdır. Göstərilən hallar həm ittiham tərəfə, iş məhkəmədə baxılarkən isə məhkəməyə məlum idi. Buna baxmayaraq işin ətraflı, tam və obyektiv araşdırılması təmin olunmamış, müdafiə etdiyim şəxsə qərəzli münasibət göstərilmiş, bu səbəbdən ittiham şübhə altına alınmış və nəticədə verilmiş ittihama uyğun ədalətsiz qərar qəbul edilmişdir. Həmçinin ibtidai istintaq zamanı 3 dəfə ekspertiza təyin olunmasına baxmayaraq ekspertizanın təyin edilməsi barədə istintaq orqanının qərarı ilə nə təqsirləndirilən şəxs, nə də müdafiəçisi olaraq mən araşdırmanın aparıldığı dövrdə tanış olmamışıq. Əgər tanış olsaydıq belə vəziyyətdə dərhal ekspertiza qarşısında yaranmış anlaşılmazlığın aradan qaldırılması ilə bağlı sual qoymaq hüququmuzdan istifadə edərdik. İş materiallarına baxsanız belə tanış olmaya rast gəlmək mümkün deyil. Ekspertiza təyin edilərkən bu qərarın bizə həmin vaxtı təqdim edilməsinə rast gəlmək mümkün deyildir. CPM-nin 220.3-cü maddəsinin tələblərindən ehtiyat edərək ibtidai istintaq bizə vaxtında vəsatət vermək hüququmuzdan məhrum etmiş və bununla da prosessual pozuntuya yol vermişdir. Məhkəmə tibbi ekspertizasının 24 iyun 2021-ci il tarixli 12 nömrəli rəyində, habelə təkrar məhkəmə tibbi ekspertizasının 11 avqust 2021-ci il tarixli 166 nömrəli rəyində, komisyon məhkəmə tibbi ekspertizasının 01 aprel 2022- ci il tarixli KEŞ-142 nömrəli rəyində ekspert qarşısına qoyulan suallar siyahısında ekspertlərin rəyin nəticə hissəsində göstərdikləri “bərk küt əşya” sözü işlədilmiş, lakin birinci instansiya məhkəməsi işin hallarına uyğun olaraq “təpik küt əşya hesab oluna bilərmi ? “ məsələsinə də aydınlıq gətirməmişdir. Halbuki ekspert qarşısında ittihamyönlü suallarla yanaşı məhkəmə iş üzrə ədalətli və qanuni qərar qəbul etmək üçün bütün sübutlarla yanaşı aşağıda qeyd edilən şulları əlavə etməklə işi tam araşdırmış olar və yekun nəticəyə gələ bilərdi. Bundan başqa məhkəmə hökmündən o da görünür ki, guya Cəlilabad rayon Prokurorluğu tərəfindən verilmiş əməliyyat tapşırığı əsasında Cəlilabad rayon məhkəməsinin 11 aprel 2022-ci il tarixli 4 (073)-85/2022 nömrəli qərarı ilə keçirilmiş telefon danışıqlarına qulaq asma əməliyyat-axtarış tədbirindən çıxarışlardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsiri bir daha sübuta yetirilir. Əksinə olaraq qeyd ediriəm ki, hökmdə qeyd edilən bu danışıqların məzmununda bir cümlə də olsun Sabirin Gülgəzin ayağına təpik vurmasına dair yazı mətni yoxdur. Bu yazılarda Sabirin və onun ailə üzvlərinin narahatlığı qeyd edilmiş, kiminsə əleyhinə ifadə verməməsi bildirilmişdir. Heç bir sözün mətnində “Sabirin qadına təpik vurmasını deməyin” kimi, və ya buna oxşar cümləyə rast gəlmək mümkün deyil. Bununla da o nəticəyə gəlmək olur ki, bu danışıqlara ittihamedici sübut kimi qəbul edilə bilməz. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 verdiyi apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinin təmin edilməməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 verdiyi apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinin təmin edilməməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində çıxışında müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətlərinin təmin edilməsini, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsində çıxışında zərərçəkmiş şəxsin hüquqi varisi X20 verdiyi apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs daha yuxarı həddə azadlıqdan məhruetmə cəzasının təyin edilməsini, təqsirləndirilən şəxsin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi bğarədə qərar çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında Dövlət ittihamçısı3 təqsirləndirilən şəxsin müdafiəçiləri və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin olunmamasını, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)- 518/2022 saylı, 28 noyabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən aslı olmayaraq yoxlanılır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi, hökmün dəyişdirilməməsi barədə rəyini dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə zərərçəukmiş şəxsin hüquqi varisinin apellyavsiya şikayəti təmin edilməməli, təqsirləndirilən şəxsin müdafiəçidləri tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-518/2022 saylı, 28 noyabr 2023-cü il tarixli hökmü dəyişdirilməlidir. Azərbaycan Respublikasının CPM-nin 35.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını, hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüquqları həyata keçirir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bu zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, şahidlərin ifadələri, üzləşdirmədə dindirmə protokolları, baxış protokolları, ekspertiza rəyləri və dijər istintaq materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Apellyasiya şikayətində cinayət qanununun normalarına istinad edilsə də, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-518/2022 saylı, 28 noyabr 2022-ci il tarixli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X20 apellyasiya şikayəti verərək təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın daha da ağırlaşdırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bu dəlillə əlaqnədar olaraq məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətində göstərdiyi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi heç bir səbəb olmadan öldürməsi, zərərçəkmişin hüquqi varisi kimi onunla barışıq əldə etməməsi və cəzasını yüngülləşdirilən halların olmaması təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın dahada ağırlaşdırılması üçün əsas ola bilməz. Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 apellyasiya şikayətlərində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-518/2022 saylı, 28 noyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Bu dəlillərlə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilən hallar Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması üçün əsas vermir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, şahidlərin ifadələri, üzləşdirmədə dindirmə protokolları, baxış protokolları, ekspertiza rəyləri və digər istintaq materialları ilə tamamilə sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan üzləşdirmədə istintaq hərəkəti protokollarından görünür ki, Təqsirləndirilən şəxs ilə şahidlər Şahid2, Şahid1, Şahid3 və Şahid4h oğlu arasında aparılmış üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs X6 Cəlilabad Rayon Polis Şöbəsinə yazdığı ərizədən görünür ki, o həmin ərizəsində 09 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs onu yaşadığı evdə döyməsini bildirmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs X6 Cəlilabad Rayon Polis Şöbəsinin təhqiqatçısı Tural Şahbazova verdiyi izahatından görünür ki, o həmin izahatında əri Saroğlandan qalan sahənin otunu biçdiyinə görə 09 may 2021-ci il tarixdə saat 19 radələrində evində Təqsirləndirilən şəxs onunla mübahisə edərək, evdən getməsini tələb etdiyini, sonra da təpiklə onun sol dizinin arxasından vuraraq ona xəsarət yetirdiyini, 11 may 2021-ci il tarixdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gedərək müraciət etdiyini, həmin vaxt şikayət etmək fikri olmadığından həkimlərə inək vurduğunu bildirdiyini, sonra da Sabirin onu evə buraxmadığından şikayət vermək qərarına gəldiyini və 16 may 2021-ci il tarixdə Cəlilabad Rayon Polis Şöbəsinə müraciət etdiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş hadisə yerinə baxış aparılması haqqında protokoldan görünür ki, Cəlilabad Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Tural Şahbazov hadisənin baş verdiyi yerə Təqsirləndirilən şəxs öz iştirakı ilə baxış keçirmiş və Təqsirləndirilən şəxs hadisə zamanı münaqişənin baş verdiyi yeri baxış iştirakçılarına göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Gülgəz Əsədovanın meyitinə “Baxış aparılması haqqında” 27 may 2021-ci il tarixli protokoldan görünür ki, meyitin əynində qarışıq materialdan hazırlanmış üzərində qəhvəyi-ağ rəngli damaları olan, ön hissasi düyməli uzunqol don, üzərində göy və qırmızı damaları olan açıq qəhvəyi rəngli qarışıq materialdan hazırlanmış tuman, qarışıq materialdan hazırlanmış qara rangli qolsuz gecə köynəyi, sintetik materialdan hazırlanmış açıq qəhvəyi rəngli döşlük. Qeyd olunan paltarlar köhnədir, zədəsizdir. Paltarlar soyundurularkan meyit qadın cinsli olub düzgün bədən quruluşlu, orta köklükdədir. Boyunun uzunluğu 160 sm-dir. Toxunduqda meyit soyuqdur, meyit qacıması yoxlanılan əzələ qruplarında yaxşı inkişaf etmişdir. Meyit ləkələri göyümtülbənövşəyi rəngdə olub meyitin arxa va yan səthlərində yerləşmişdir. Ləkələrə barmaqla təzyiq etdikdə avazayır, təzyiq götürüldükdən 50-60 saniyə sonra bərpa olunur. Başında 20-30 sm uzunluğunda ağ və qara rəngli tükləri vardır. Başın tüklü hissəsi xəsarətsizdir. Gözləri göz qapaqları ilə örtülüdür, buynuz qişaları şəffafdır, bəbəkləri dairəvi formada olub diametləri 0,6 sm-ə müvafiqdir. Qulaq seyvanları adi formada olub tamdır. Hər iki qulaq keçəcəyi sərbəstdir. Yoxlanılarkən burun və üz skleti sümükləri tamdırlar. Hər iki xarici burun keçəcəyi sərbəstdir. Ağzı qapalıdır, aşağı çənədə dişləri yoxdur. Yuxarı çənədə dişləri çıxan protezdir. Dili ağız boşluğunda orta xətt üzərində yerləşmişdir. Boynu adi qalınlıqda və uzunluqda olub meyit qacıması fonunda hərəkətlidir. Döş qəfəsi silindirik formada olub, simmetrikdir. Yoxlanılarkən sümük divarında patoloji hərəkət qeyd olunmur. Qarnı qabırğa qövslərindən yuxarı səviyyədə yerləşmişdir. Xarici cinsiyyət üzvləri qadın cinsində düzgün inkişaf etmişdir. Anal dəliyi qapalıdır, ətrafı dəyişiksizdir. Ətrafları düzgün inkişaf etmişdir. Sol budun orta 1/3 hissəsindən sol aşıq-baldır oynağı nahiyəsinədək dairəvi gips sarğısı qoyulmuşdur. Gips sarğısı açılarkən sol baldırın yuxarı 1/3-nin bayır səthində 3,0x1,7sm ölçüdə 1 ədəd oval formalı, kənarları nahamar, qurtaran ucları küt sağalan yara vardır. Həmin yaradan 2 ədəd yanaşı yerləşmiş 2,5 sm uzunluğunda, 0,3 sm diametrində dəmir mil xaricə çıxmışdır. Digər ətraf sümükləri yoxlanılarkən tamdırlar. Meyitin xarici müayinəsi zamanı bədən səthində yuxarıda qeyd olunanlardan başqa hər hansı bir xəsarət izi aşkar olunmamışdır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 29 may 2021-ci il tarixli 282 nömrəli rəyindən görünür ki, X3 qamış sümüyünün yerini dəyişən açıq sınığı müəyyən olundu. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir. Təpiklə vurulma nəticəsində əmələ gələ bilməsi inkar olunmur. Törənmə müddəti qərarda qeyd olunan 09 may 2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Birinci instansiya məhkəməsində tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 24 iyun 2021-ci il tarixli 12 nömrəli rəyindən görünür ki, mərhum X6 ölümünə ağ ciyər arteriyasının tromboemboliyası səbəb olmuşdur. Meyitin bədəni üzərində sol baldır nahiyəsində əzilmiş yara, sol qamış sümüyünün yerini dəyişən açıq sınığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 09 may 2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Mərhumun ölümünə səbəb olmuş ağ ciyər arteriyasının tromboemboliyasının, onun 09 may 2021-ci il tarixdə aldığı sol qamış sümüyünün yerini dəyişən açıq sınığı travması nəticəsində törənmişdir. Mərhumun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və hər hansı bir narkotik və psixotrop maddələr aşkar edilməmişdir. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 4-8 saat əvvəl baş vermişdir. Birinci instansiya məhkəməsində tədqiq edilmiş təkrar məhkəmə tibbi ekspertizasının 11 avqust 2021-ci il tarixli 166 nömrəli rəyindən görünür ki, G.H.Əsədovada sol qamış sümüyündə yerinidəyişən açıq sınıq, sol baldırda əzilmiş-cırılmış yara, ağciyər arteriyasının trombo-emboliyası olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın bilavasitə təsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 08 may 2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Mərhum G.H.Əsədovanın ölümünə səbəb sol qamış sümüyünün yerinidəyişən açıq sınığından sonra yaranmış ağciyər arteriyasının tromboemboliyası olmuşdur. Belə ki, uzun borulu sümüklərin yerinidəyişən açıq sınıqlarının ən çox baş verən ağırlaşmalarından biri tromboemboliyadır. Bu səbəbdən də yetirilən xəsarətlə ölüm arasında birbaşa səbəbli əlaqə vardır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş komisyon məhkəmə tibbi ekspertizasının 01 aprel 2022-ci il tarixli KEŞ-142 nömrəli rəyindən görünür ki, 1.2. İş materiallarına əlavə edilmiş məlumatlara və Gülgəz Əsədovanın adına “Biləsuvar şəhər mərkəzi xəstəxanası”nda tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən o 11 may 2021-ci il tarixdə “sol qamış sümüyünün tış kondulusun yerdəyişmiş sınığı” diaqnozu ilə xəstəxanaya daxil olmuş, yerli anesteziya ilə 2 ədəd kişner metal ştif ilə fiksə edilmiş və ambulator müalicəyə buraxılmışdır. Xəstədə dəri səthi arxa gips langeti ilə ətraf fiksasiya edilmişdir. “Cəlilabad rayon mərkəzi xəstəxanası”nda G.Əsədovanın adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən o 16 may 2021-ci il tarixdə “sol qamış sümüyünün bayır epikondilusunun köndələn sınıq və ostiosintezi” diaqnozu ilə daxil olmuş və ambulator müalicə almışdır. 3. Gülgəz Əsədovaya aparılmış müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. 4.7.8. Gülgəz Əsədovanın meyitinin məhkəmə tibbi müayinəsinə əsasən onun ölümünə səbəb “sol qamış sümüyünün yerini dəyişən açıq sınığından sonra yaranmış ağ ciyər arteriyasının tromboemboliyası” olduğu müəyyən edilmişdir. Belə ki, uzun borulu sümüklərin yerdəyişən açıq sınıqlarının ən çox baş verən ağırlaşmalarından biri tromboemboliyadır. Bu səbəbdən də yetirilən xəsarətlə baş vermiş ölüm arasında birbaşa səbəbli əlaqə vardır. Müalicənin proqnozu haqqında əvvəlcədən fikir söylənilməsi mümkün deyil. 5. Gülgəz Əsədovanın meyitinin məhkəmə tibbi müayinəsinə əsasən onun ölümünə səbəb “sol qamış sümüyünün yerini dəyişən açıq sınığından sonra yaranmış ağ ciyər arteriyasının tromboemboliyası” olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. 6.9. Gülgəz Əsədovaya göstərilmiş tibbi xidmət Səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydalarına uyğun olmuşdur. G.Əsədovaya göstərilmiş ambulator xidmətlə əlaqədar tibbi sənəd tərtib edilməli olduğu halda tərtib edilməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2023-cü il tarixli qərarı ilə «təkrar komisyon məhkəmə-tibbi ekspertizası» təyin edilmiş, təkrar komisyon məhkəmə- tibbi ekspertizasının 05 dekabr 2023-cü il tarixli KEŞ-832 nömrəli rəyindən görünür ki, Komisyon məhkəmə-tibbi ekspertizasının 01 aprel 2022-ci il tarixli 142-KEŞ nömrəli rəyində göstərildiyi kimi Gülgəz Əsədova 11 may 2021-ci il tarixdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına daxil olmuş, və ona “sol qamış sümüyünün tış kondulusun yerdəyişmiş sınığı” diaqnozu ilə əlaqədar 2 ədəd kişner metal ştif ilə fiksə edilmişdir.Xəstə stasionar müalicədən imtina etdiyi üçün o, ambulator müalicəyə buraxılmışdır. Daha sonra , xəstə 16 may 2021-ci il tarixdə “Cəlilabad rayon mərkəzi xəstəxanası”na “sol qamış sümüyünün bayır epikondilusunun köndələn sınıq və ostiosintezi” diaqnozu ilə daxil olmuş və ambulator müalicə almışdır. Səhiyyə Nazirliyi «Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu «X34 22 fevral 2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunur ki, 66-67 yaşlı insanlarda açıq sınıqlarda müalicə protokolunda tromboemboliya əleyhinə qandurululaşdırıçılardan(frakssiparin,kleksan və sair),həmçinin Milli Hematolrogiya və Transfuziologiya Mərkəzi» PHŞ-dən təqdim edilmiş 25 iyun 2023-cü il tarixli,3-28-5/2- 1066-2 nömrəli mütəxəssis rəyində instrumental və larator müayinələrlə tromboembaliya təsdiqlənərsə, qandurulducu properatlar istifadə edilməsi qeyd edilmişdir.Mütəxəssisi rəylərində qeyd olunan xüsusatlar tövsiyyə xarakterlidir və profilaklik tədbirlərin aparıldığı zaman tromboembaliyanın baş verməyəcək etimalı kimi qiymətləndirilə bilməz. İş materiallarına əlavə edimlmiş «Ambulator kitabçadan» görününr ki, Gülgəz Əsədovaya 11 may 2021-ci il tarixdə tibbi yardım göstərilən zaman təyinatda ona qan durulaşdırıcı preparatlar siyahısına aid olan «Aspirin Kardio» təyin edilmişdir. Beləliklə, Gülgəz Əsədovanın almış olduğu travmanın xarakterini və ağırdlıq dərəcəsini nəzərə alaraq onun ölümüqnə səbəb olan «ağçiyər arteriyasının tromboembaliyası»travmatik mənşəli olmuşdur.Lakin, qeyd etmək lazımdır ki, Gülgəz Əsədovanın almış olduğu travmadan sonra o, 18 gün yaşamışdır.Gülgəz Əsədovanın yaş faktorunu, orqanizmin fərdi xüsusiyyətləri, həmçinin hər-hansı bir ürək-qan damar sistemi xəstəlikləri ilə əlaqnədar damar patalogiyası və s. Nəticəsində daha erkən vaxtda formalaşmış torombun qopması «ağ ciyər arteriyasının tromboembğaliyası»na səbəb ola bilərdi. Sözügedən işdə baş vermiş ölüm hadisəsi istər tarmvatik, istərsə də qeyritravmatik mənşəli ola bilər. Beləliklə, məhkəmə kollegiyası hesapb ejdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai araşdırma və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla tamamilə təsdiq olunur. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini müzakirə edərək hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən (Məhkəməyə təkrar müraciət hüququ) məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Bundan başqa 10 fevral 2017-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamında göstərilir ki, İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Təqsirləndirilən şəxs təyin edilmiş cəza yüngülləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59-2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətmiş, yaşayış yerindən müsbət xarakterizə olunur, Təqsirləndirilən şəxs CM-in 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət əməli törətməsini, ailə üzvlərinin onun himayəsində olmasını nəzərə alaraq cəzasının yüngülləşdirilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının CPM–nin 405.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə dəyişdirir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, zəprərçəkmiş şəxsin hüquqi varisi X20 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 1(099)-518/2022 saylı hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs təyin edilmiş cəza yüngülləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1, 398.1.4, 399.1, 399.1.5, 404, 405.1, 405.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxsin hüquqi varisi X20 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-518/2022 saylı, 28 noyabr 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxsin müdafiəçilərinin apellyasiya şikayətinə əsasən dəyişdirilsin. Təqsirləndirilən şəxs CM-in 126.3-cü maddəsi ilə təyin edilmiş 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 09 (doqquz) ilə endirilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-518/2022 saylı, 28 noyabr 2022-ci il tarixli hökmü qalan hissədə dəyişdirilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-11/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-11/2024
07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver