Məhkəmə qərarları › İş №1(106)-1105/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-1105/2024

26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-1105/2024 26.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X2 şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-567/2024 saylı, 23 oktyabr 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-567/2024 saylı, 23 oktyabr tarixli hökmü (sədrlik edən X4, hakimlər X6 və X7) ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1999-cu ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan şəhəri, Ş.Ə.Hüseynzadə küçəsi, ev 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinib ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 10 ay ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 6 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 23 oktyabr 2024-cü ildən hesablanmışdır. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, 13000 (on üç min) manat qazanc əldə etmək üçün istintaqa “Baba” ləqəbi ilə İran İslam Respublikasının vətəndaşı kimi məlum olan şəxslə “Whatsapp Plus” ani mesajlaşma mübadilə sistemi vasitəsilə külli miqdarda narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə edilib saxlanması və daşınması barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 18 aprel 2023-cü il tarixdə günorta saatlarında “Toyota Prius” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən İmişli rayonu istiqamətində hərəkət edərək, aralarındakı razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq, yolda “Baba” ləqəbli şəxsin “Whatsapp Plus” ani mesajlaşma mübadilə sistemində +**********8 və +**********08 saylı mobil nömrələrlə qeydə alınan hesablarından onun +**********12 saylı mobil nömrə ilə qeydə alınan hesabına göndərdiyi fotoşəkillərə və məkan göstəricisinə əsasən həmin gün saat 21:10 radələrində İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisində yerləşən mişar daşlarından hörülmüş yarımtikilinin yanına çataraq, “Baba” ləqəbli şəxsin cinayətkar qrupun istintaqa məlum olmayan digər üzvləri ilə birlikdə satış məqsədilə qanunsuz olaraq əldə edib saxladıqları və daşıyıb qeyd olunan yarımtikilinin içərisində gizlətdikləri narıncı rəngli sellofan torbadakı üç ədəd qara rəngli polietilen bağlamada, birinci bağlamanın içində olan üç ədəd bağlamada 3426,0 qram, ikinci bağlamanın içində olan yeddi ədəd bağlamada 3524,8 qram və üçüncü bağlamanın içində olan beş ədəd bağlamada 6099,2 qram olmaqla, cəmi 13050,0 qram çəkidə, külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, onları saxlayıb daşımaqla yarımtikilidən çıxaraq gəldiyi avtomobilə doğru hərəkət edərkən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində yarımtikilinin yaxınlığında saxlanılaraq İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərində aparılmış şəxsi axtarış zamanı onun yarımtikilidən götürdüyü narıncı rəngli sellofan torbanın içərisindən üç ədəd qara rəngli polietilen bağlamada, birinci bağlamanın içində olan üç ədəd bağlamada 3426,0 qram, ikinci bağlamanın içində olan yeddi ədəd bağlamada 3524,8 qram və üçüncü bağlamanın içində olan beş ədəd bağlamada 6099,2 qram olmaqla, ümumilikdə 13050,0 qram çəkidə, külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-567/2024 saylı, 23 oktyabr 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verilmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətində barəsində olan hökmün dəyişdirilməsini,ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,heç vaxzt məhkumluğu olmayıb, narkotik vasitə istifadəçisi deyildir. Ağır sosial ailə vəziyyətinə gürə bu işlə razılaşaraq narkotik vasitəni götürmək üçün həmin yerə getmişdir. Lakin orada narkotik vasitə olmamışdır. Narkotik vasitəni götürməmişdir. Polis əməkdaşları tərəfindən təzyiq olunduğundan etirafedici ifadə vermişdir. Ailə vəziyyəti ağırdır. Ondan başqa işləyən qazanc gətirən yoxdur. Qardaşının ailəsinə də o baxır. Ona görə də ailə vəziyyətinin ağır olmasını, maddi durumunun çox çətin olmasını nəzərə alaraq ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. Müdafiəçi1 apellyasiya şikayətində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)- 567/2024 saylı, 23 oktyabr 2024-cü il tarixli hökmünün ləğv edilməsini, müdafiəçisi olduğu Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müdafiəçisi olduğu şəxs məhkəmədə ifadə verərkən ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Elməddin narkotik vasitəni götürmək üçün getsə də sonra cinayətdən könüllü imtina etmiş, narkotik vasitəni götürməmiişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində çıxışında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, onun cəzasının yüngülləşdirilməsini xahiş etdi. Göstərdi ki, etdiyi əməldən peşimandır. Ağır maddi durumu olduğu üçün iranlı ilə telefonla danışmış, narkotik vasitəni 13000 manat müqabilində götürməyə razılaşmışdır. Təqsirsiz olduğunu demir. Əməlindən peşimandır. Lakin maddi durumu ağır olduğundan bu işə getmişdir. Qardaşı həbsdə oldubğundan qardaşının ailəsinədə o baxır. Ona görə də ailəsinin maddi vəziyyətinin ağğır olmasını, ailəyə ondan başqa baxan olmadığını nəzərə alaraq ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. Apellyasiya məhkəməsində çıxışında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 müdafiəçisi oldu şəxsin və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərini müdafiə edərək apellyasiya şikayətlərinin təmin edilməsini, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı X3 apellyasiya şikayətinin təmin olunmamasını, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-567/2024 saylı, 23 oktyabr 2024-cü il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi, hökmün dəyişdirilməməsi barədə rəyini dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-567/2024 saylı, 23 oktyabr 2024-cü il tarixli hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 35.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını, hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüquqları həyata keçirir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu onun özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadəsi,şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Təqsirləndirilən şəxs Şhahin oğluna ittiham olunan cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-567/2024 saylı, 23 oktyabr 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri vermiş, Təqsirləndirilən şəxs apellyasiya şikayətində ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini, Müdafiəçi1 apellyasiya şikayətində təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi və ya onun barəsində bəraət hökmünün çıxarılması üçün əsas vermir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadəsi,şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. İş materiallarından görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən apellyasiya şikayətində göstərdiyi yüngülləşdirici hallarınəzərə alaraq, ondan aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın külli miqdarda - çəkisinin13050.0 qram olmasına baxmayaraq ona təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-567/2024 saylı, 23 oktyabr 2024-cü il tarixli hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyası həddində məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Buna görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və apellyasiya şikayətini təmin edib,Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsas görmür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-567/2024 saylı, 23 oktyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-567/2024 saylı, 23 oktyabr 2024-cü il tarixli hökmü təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar