Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-111/2025 23.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasıhakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, X25 və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X10 üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X10 Üzrə şöbəsinin prokuroru X8, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş hüquqi şəxslər - Cəlilabad Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə1 və Cəlilabad rayon Bələdiyyəsinin nümayəndəsi X13 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 311.3.1, 311.3.2 və 311.3.3cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 311.3.1 və 311.3.3-cü maddələri ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2024 saylı, 1(099)-223/2024 sayı hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 və digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-223/2024 saylı hökmü (hakimlər X20 (sədrlik edən və məruzəçi), X17 və X3 ibarət tərkibdə) ilə , xx.xx.1993-cü il tarixdə Cəlilabad şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, Cəlilabad Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri – Baş memarı vəzifəsində işləmiş və hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunaraq 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının şübhəli şəxs qismində tutulduğu 31 iyul 2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, xx.xx.1971-ci il tarixdə Cəlilabad şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin sədri vəzifəsində işləmiş və hazırda işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 31 iyul 2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 barəsində olan həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 7 oktyabr 2022-ci il tarixli 258 nömrəli sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən vəzifə təlimatına əsasən öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnamənin, «Dövlət Qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyinin və rayon icra hakimiyyətində aparılmış iş bölgüsünün tələblərinə uyğun qurmaq və həyata keçirmək, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən rayon icra hakimiyyəti başçısının tapşırıq və tövsiyələrini icra etmək, təsdiq olunmuş memarlıq layihələrini qeydiyyatdan keçirmək, memarlıq obyektinin layihəsini və layihənin texniki və ekoloji ekspertiza qaydalarını memarlıq-planlaşdırma tapşırılıqlar verən orqanla razılaşdırmaq, qəbul edilmiş memarlıq layihəsinin memarlıq həllinin bütün dəyişikliklərinə razılıq vermək və nəzarət etmək, İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədlərini hazırlamaq üçün rəy vermək, müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə verilməsi üçün rəy vermək, tikinti işləri başa çatmış ərazilərin həmin işləri aparmış şəxslər tərəfindən abadlaşdırılmasına və yaşıllaşdırılmasına nəzarət etmək, şəhərsalma fəaliyyəti ilə əlaqədar mübahisələrə baxmaq, memarlıq planlaşdırma sxemlərini və layihələrini, yaşayış məntəqələrinin baş planlarını, müvafiq ərazinin tikinti-planlaşdırma layihələrinin qanunauyğunluğunu yoxlamaq, inzibati ərazi vahidlərinin baş planlarını təsdiq üçün aidiyyəti dövlət orqanına təqdim etmək, daşınmaz əmlak obyektlərinin ünvanları barədə məlumat bazasını formalaşdırmaq, ətraf ərazilərin çirklənməsi təhlükəsi doğura biləcək tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər görmək, qəbul edilmiş memarlıq layihəsinin dəyişikliklərinə razılıq vermək və nəzarət etmək, tikintisinə və istifadəsinə icazə verilmiş obyektlərin istismarına icazə sənədlərinin araşdırılmasında onların müvafiq tikinti norma və qaydalara uyğun olmasına və yerində baxış keçirilməsinə rəhbərlik etmək, obyektlərin tikintisinə və istismarına icazə sənədlərinin hazırlanmasına rəhbərlik etmək, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”, “Dövlət qulluğu haqqında” Qanun və Azərbaycan Respublikasının digər müvafiq normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş aidiyyəti vəzifələri yerinə yetirmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Şahid1 Cəlilabad şəhəri “Okean” restoranının arxa hissəsində yerləşən 1 ha torpaq sahəsi üzərində mehmanxana tikintisi üçün layihənin hazırlanaraq təsdiq olunması və İcra Hakimiyyətində aparılmalı olan digər sənədləşdirmələrdə köməklik göstərilməsinə dair 2023-cü ilin may ayının əvvəllərində özünə etdiyi müraciəti ilə əlaqədar, qeyd edilən məsələnin müsbət həlli üçün sonuncudan Cəlilabad rayonu ərazisində həmin torpaq sahəsi üzərində tikiləcək mehmanxananın sənədlərinin hazırlanması, yəni X2 (layihənin) çəkilməsi və sənədlərin təsdiq edilib verilməsi müqabilində özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 4.000 (dörd min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, həmin niyyətlə 2023-cü ilin may ayının ortalarında Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 203 ünvanında yerləşən Cəlilabad Rayon İcra Hakiyyətinin inzibati binasının qarşısında Şahid1 3.000 manat, 21 iyun 2023-cü il tarixdə Şahid1 tərəfindən Bakı şəhəri ərazisində yerləşən pul terminalından özünün istifadəsində olan "xxxx" ASC-ə məxsus 4169********5971 nömrəli bank hesabına göndərilmiş 1.000 manat pul vəsaitini həmin tarixdə Cəlilabad şəhəri ərazisində yerləşən bankomatdan çıxarıb nağdlaşdıraraq, qeyd edilən qaydada əldə etdiyi ümumilikdə 4.000 manat pul vəsaitini özünün şəxsi ehtiyaclarına sərf edərək, şəxsən özü üçün birbaşa yolla maddi nemət olan 4.000 (dörd min) manat məbləğində pul vəsaitini vahid niyyətlə rüşvət qismində almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3, 74 və 75-ci maddələrinə əsasən, tikintisinə (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpasına) icazə tələb olunan obyektlərdə tikinti fəaliyyətinin sifarişçi tərəfindən tikinti layihəsi əlavə edilmiş ərizə ilə yerli icra hakimiyyətinə etdiyi müraciət əsasında icra hakimiyyəti orqanı tərəfindən müraciət təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində sənədlərin tamlığı yoxlanılıb, tam olması nəticəsinə gəlindikdə tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən, ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olubolmaması barədə, ekspertizadan keçirilməklə rəy verilməsinin və rəy müsbət olduğu təqdirdə qeyd edilən tikintiyə icazə verilməsi ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsinin təmin edilməsindən sonra alınacaq rəylərə müvafiq olaraq tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina barədə qərar qəbul edilməli olduğu halda Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin sədri vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Xatirə” parkında iaşə obyektinin tikintisi üçün Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsi üzərində qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilməklə digər qurumlar qarşısında tikintinin dayandırılması məsələsinin qaldırılmamasına görə 2023-cü ilin iyun ayının ortalarında Şahid1 özünə və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 müraciəti ilə əlaqədar, qeyd edilən məsələnin müsbət həlli üçün özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 35.000 (otuz beş min) manat pul vəsaitini həmin tarixdə Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Xatirə” parkı ərazisində rüşvət qismində təkrarən istəmiş, həmin niyyətlə 20 iyun 2023-cü il tarixdə Cəlilabad şəhəri ərazisində idarə etdiyi “Tiguan” markalı, **-OO-*** qeydiyyat nişanlı avtomobildə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə 35.000 manat pul vəsaitini Şahid1 alıb, bundan sonra, cinayətkar niyyətini davam etdirib 2023-cü ilin iyun ayının sonlarında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında olan razılaşmaya əsasən istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “WhatsApp” tətbiqetməsi vasitəsilə ilə danışıqları zamanı əlavə 5.000 manat maddi nemət olan pul vəsaitinin eyni niyyətlə təqdim olunmasını sonuncudan özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla şəxsən təkrarən rüşvət qismində istəyərək Şahid1 razılığını aldıqdan sonra 31 iyul 2023-cü il tarixdə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən “Şəhri Şuşa” restoranında 5.000 manat olmaqla ümumilikdə 40.000 manat pul vəsaitini Şahid1 alıb, həmin pul vəsaitini əlbir olduğu Təqsirləndirilən şəxs2la aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, şəxsən özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla külli miqdarda maddi nemət olan 40.000 (qırx min) manat məbləğində pul vəsaitini vahid niyyətlə təkrarən rüşvət qismində almışdır. Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, xx.xx.2021-ci il tarixli 12 saylı iclas protokolu əsasında Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin sədri seçilib həmin vəzifədə işləyərkən Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin xx.xx.2013-cü il tarixli iclasının 9 saylı qərarı ilə təsdiq edilmiş “Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin Nizamnaməsi”nə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli, 160-İİQ nömrəli Azərbaycan Respublikası Qanununa və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Azərbaycan Respublikasının 2002ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Əsasnaməyə əsasən, torpaq sahəsinin ayrılması üçün şəxsin ərizə ilə bələdiyyəyə müraciət etməsi, torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edildiyi halda müraciətdən çıxarışın torpaq sahəsinin planı və ölçüsünü təsdiq etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilərək razılıq alınmalı, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla fiziki şəxslərə bələdiyyələrin qərarı ilə verilməli, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalı olduğu halda vəzifəli şəxs kimi Cəlilabad Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri – Baş memarı vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Xatirə” parkında iaşə obyektinin tikintisi üçün Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsi üzərində qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilməklə digər qurumlar qarşısında tikintinin dayandırılması məsələsinin qaldırılmamasına görə 2023-cü ilin iyun ayının ortalarında Şahid1 özünə və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 müraciəti ilə əlaqədar, qeyd edilən məsələnin müsbət həlli üçün özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 35.000 (otuz beş min) manat pul vəsaitini həmin tarixdə Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Xatirə” parkı ərazisində rüşvət qismində istəmiş, həmin niyyətlə 20 iyun 2023-cü il tarixdə Cəlilabad şəhəri ərazisində idarə etdiyi “Tiguan” markalı, **-OO-*** qeydiyyat nişanlı avtomobildə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə 35.000 manat pul vəsaitini Şahid1 alıb, bundan sonra, cinayətkar niyyətini davam etdirib 2023-cü ilin iyun ayının sonlarında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə aralarında olan razılaşmaya əsasən sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “WhatsApp” tətbiqetməsi vasitəsilə ilə danışıqları zamanı əlavə 5.000 manat maddi nemət olan pul vəsaitinin eyni niyyətlə təqdim olunmasını sonuncudan özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla şəxsən rüşvət qismində sonuncu vasitəsi ilə istəyərək Şahid1 razılığını aldıqdan sonra 31 iyul 2023-cü il tarixdə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən “Şəhri Şuşa” restoranında 5.000 manat olmaqla ümumilikdə 40.000 manat pul vəsaitini Şahid1 alıb, həmin pul vəsaitini əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, şəxsən özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla külli miqdarda maddi nemət olan 40.000 (qırx min) manat məbləğində pul vəsaitini vahid niyyətlə rüşvət qismində almışdır. Həmin cinayət işinə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA PROTESTİNİN VƏ APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı Rəhim Nəhmətov apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə məhkum olunmalarına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün Təqsirləndirilən şəxs2 təyin olunmuş əsas cəzaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsi barədə müddəalar çıxarılmaqla və apellyasiya instansiyası məhkəməsi tərəfindən ona təqsirli bilindiyi CM-in 311.3.1, 311.3.3-cü maddələri ilə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmaqla cinayət qanunun normalarının düzgün tətbiq edilərək dəyişdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı1 apellyasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində dövlət ittihamçısı kimi iştirak edərək Təqsirləndirilən şəxs1 Mehdi oğlunun CM-in 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, Təqsirləndirilən şəxs2 CM-in 311.3.1, 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəməyə təklif etmişdir. Lakin, məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin ictimai təhlükəliliyini, xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini düzgün nəzərə almamış, onun şəxsiyyətinə açıq-aşkar uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən CM-in 62-ci maddəsi tətbiq edilməklə ədalətsiz olaraq aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası CPM-in 383.2-ci maddəsinə əsasən apellyasiya protesti vermək hüququna onun gəldiyi nəticələrin və təkliflərin nəzərə alınmadığı hissədə birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etmiş dövlət ittihamçısı malikdir. Hesab edirəm ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 şəxsiyyətinə, törətdiyi cinayətlərin ictimai təhlükəliliyinə və ağırlığına uyğun olmayaraq CMin 62-ci maddəsi tətbiq edilməklə aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edildiyindən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli hökmü apelyasiya instansiyası məhkəməsi tərəfindən ona daha ağır həddə azadlıqdan məhrum etmə cəzası təyin edilib cinayət qanununun norması düzgün tətbiq edilməklə dəyişdirilməlidir. Belə ki, CM-in 2-ci maddəsinə əsasən həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Bundan başqa, Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunanlar ona dəlalət edir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Həmçinin, CM-in 59.2-ci maddəsinə əsasən həmin məcəllənin 59.1.1,- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Eyni zamanda, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli Plenum qərarının 4-cü bəndində qeyd olunmuşdur ki, qanunda göstərilməyən halların cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilməsi hökmdə əsaslandırılmalıdır, insan Hüquqları üzrə Avropa Məhkəməsinin «Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli, «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli və «X29rşı» iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarlarında məhkəmə qeyd etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. CM-in 62-ci maddəsində qeyd edilmişdir ki, cinayətin məqsədi və motivi, təqsirkarır cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranış ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçıİıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Lakin məhkəmə hökmdə bu halı tam müzakirə etməmiş, məhz hansı səbəbdən Təqsirləndirilən şəxs2 qanunda nəzərdə tutulduğundan aşağı həddə cəza təyin olunması qənaətinə gəldiyini əsaslandırmamışdır. Hökmdə qeyd olunmuşdur ki, “məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdikləri cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmələrındən ibarət şəxsiyyətlərini xarakterizə edən halı, (Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən) və zərərçəkmiş şəxslə barışıq əldə etmələri (Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən) ilə bağlı cəzalarını yüngülləşdirən halların olduğunu, nəzərə alıb təyin olunacaq cəzanın islah olunmalarına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır.” Yəni, təqsirləndirilən şəxslərin hər biri üçün eyni olaraq cəzanı yüngülləşdirən hal müəyyən edilir. Lakin, daha sonra hökmə əsasən məhkəmə kollegiyası belə hesab etmişdir ki, “Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur,....məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 münasibətdə cəzanın yüngülləşdırici halların məcmusunu cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hal kimi qəbul edib, hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 311.3.1 və 311.3.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az müddətə cəza təyin edilməlidir. Bu cəza ilə onun islah olunmasına və bu yolla cəzanın məqsədinə nail olunması mümkündür.” Baxmayaraq ki, məhkəmə hökmdə təqsirləndirilən şəxslərin ikisi üçün də eyni yüngülləşdirici hallar müəyyən etmişdir, lakin cəza təyini zamanı Təqsirləndirilən şəxs2 tam fərqləndirmiş və barəsində əsassız olaraq CM-in 62-ci maddəsini tətbiq etməklə, Təqsirləndirilən şəxs1 ilə müqayisədə kifayət qədər aşağı cəza təyin olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyini zamanı cinayət qanununda nəzərdə tutulmayan halları cəzanı yüngülləşdirən hallar kimi qəbul etməsinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmiş, həmin halların gəlmiş olduğu nəticəyə təsirini tutarlı dəlillərlə əsaslandırmamışdır. Məhkəmə hökmdə Təqsirləndirilən şəxs2 cinayət törətdikdən sonrakı davranışını, yəni zərərçəkmiş şəxslə barışıq əldə etməsini (Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən), rüşvət qismində aldığı pulu şəxsi ehtiyacları üçün deyil, Cəlilabad rayonunda təşkil edilmiş bir sıra tədbirlərin təşkilinə dəstək məqsədi ilə xərclədiyini, uzun müddət bələdiyyə orqanlarında olan fəaliyyətini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qeyd etmiş və həmin halları nəzərə alaraq CM-nin 62-ci maddəsinin müddəalarını tətbiq etməklə aşağı həddə cəza təyin edə biləcəyi qənaətinə gələrək ona real cəza tətbiq edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Eyni zamanda məhkəmə CM-in 311.3.1, 311.3.3-cü maddələrin ağır cinayətlər kateqoriyasına aid olmasına da sadə yanaşmışdır. CM-in 62-ci maddəsinə əsasən ilk növbədə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Yəni, iş üzrə elə müstəsna hallar olmalıdır ki, məhkəmə məhkuma az cəza təyin etməklə islah və tərbiyə olunacağı qənaətinə gəlsin. Hazırkı cinayət işi üzrə isə belə hallar müəyyən edilməmiş və bu tələblər baxımından hökm əsaslandırılmamışdır. Yuxarıda sadalananlardan görünür ki, cəzanın ümumi və xüsusi xəbərdaredici məqsədinə nail olmaq, Təqsirləndirilən şəxs2 tərəfindən yuxarıda göstərilən cinayətləri gələcəkdə törədilməsinin qarşısını almaq baxımından ona ittiham olunduğu maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin zəruri olmasına baxmayaraq, məhkəmə sonuncunun rüşvət qismində aldığı pulu şəxsi ehtiyacları üçün deyil, Cəlilabad rayonunda təşkil edilmiş bir sıra tədbirlərin təşkilinə dəstək məqsədi ilə xərclədiyini, uzun müddət bələdiyyə orqanlarında olan fəaliyyətini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qeyd etmiş və həmin halları nəzərə alaraq, CM-in 62-ci maddəsinin tətbiqi ilə aşağı həddə cəza təyin etməklə islah olunmasını mümkün saymışdır. Məhkəmə nəzərdən qaçırmışdır ki, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən qeyd olunan hallar, ona real olaraq ittiham olunduğu maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini şərtləndirən, onun tərəfindən törədilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məqsəd və motivini, özünün şəxsiyyətini, eləcə də işin digər faktiki hallarını heç də dəyişdirməməklə yanaşı həmin halların mövcudluğunu aradan qaldırmır. Göründüyü kimi, məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs2 CM-in 62-ci maddəsi tətbiq edilməklə ittiham olunduğu 311.3.1, 311.3.3-cü maddələrin sanksiyasında nəzərdə tutulan minimum həddindən aşağı təyin edilmiş 6 il müddətə azadlıqdan məhrum etmə cəzası onun tərəfindən törədilən cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmadığından açıq-aydın ədalətsiz olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-cü maddəsinə əsasən tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi və tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir və cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olur. Həmin Məcəllənin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 1(099)- 223/2024 saylı hökmü Təqsirləndirilən şəxs2 törətdiyi cinayətlərin ictimai təhlükəliliyinə və ağırlığına uyğun olmayaraq CM-in 62-ci maddəsinin müddəalarının əsassız tətbiq edilərək aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi əsası ilə dəyişdirilməli, ona təqsirli bilindiyi maddə üzrə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2025ci il tarixli, 1(099)-223/2024 nömrəli hökmünün məhkum Təqsirləndirilən şəxs2 aid olan hissədə dəyişdirilməsini, ona Azərbaycan Respublikası CM-in 311.3.1 və 311.3.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə əməlinin CM-in 309.1-ci maddəsi ilə tövsif etməklə həmin maddə ilə ədalətli cəza təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Cəlilabad bələdiyyəsinin sədri vəzifəsində işləyərkən RİH Memarlıq və Tikinti şöbəsinin müdiri Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni Cəlilabad şəhərində yerləşən “Xatirə” parkında iaşə obyektinin tikintisi üçün 0,03 ha torpaq sahəsinin ayrılması və həmin sahədə qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməklə digər qurumlar qarşısında tikintinin dayandırılması məsələsinin qaldırılmamasına görə 2023-cü ilin iyun ayının ortalarında Şahid1 özünə və Təqsirləndirilən şəxs1 müraciəti ilə əlaqədar, qeyd edilən məsələnin müsbət həlli üçün özü və Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla şəxsən 40.000 manat pulu rüşvət qismində istəmiş, həmin niyyətlə 20 iyun 2023-cü il tarixdə sonuncunun idarə etdiyi “Tiguan” markalı, 99-00-192 qeydiyyat nişanlı avtomobildə Təqsirləndirilən şəxs1 ilə birlikdə 35.000 manat, 31 iyul 2023-cü il tarixdə Cəlilabad şəhəri ərazisində yerləşən “Şəhri Şuşa” restoranında 5.000 manat, ümumilikdə 40.000 manat məbləğində pulu almışdır. Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-in 311.3.1 və 311.3.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmənin hökmünü əsassız və qanunsuz hesab edir. Məhkəmə çıxışında Təqsirləndirilən şəxs2 CM-in 311.3.1 və 311.3.3-cü maddələri ilə irəli sürülmüş ittihamı əsassız hesab etməklə, əməlinin CM-in 309.1 -ci maddəsinə tövsif edilməsini, ona həmin maddə ilə ədalətli cəza təyin edilməsini xahiş etmişlər, lakin xahiş təmin olunmamışdır. Azərbaycan Respublikası CM-in 311-ci maddəsinin dispozisiyasında rüşvət alma cinayətinin əlaməti kimi alınmış maddi və sair nemətin vəzifəli şəxs tərəfindən özü və ya üçüncü şəxs üçün alınması nəzərdə tutulur. Yəni, bu faktor rüşvət alma cinayətinin tərkibinə aid olan obyektiv cəhətin vacib elementini təşkil edir ki, bu faktın təsdiq və ya təkzib edilməsinin araşdırılması məhkəmə tərəfindən təmin edilməmişdir. Bununla yanaşı, həmin maddə ilə Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamın məzmununa və məhkəmənin həmin ittihama uyğun mövqeyinə görə Təqsirləndirilən şəxs2 Şahid1 tərəfindən ona verilmiş rüşvəti edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü üçün almış və digər məhkum Təqsirləndirilən şəxs1 ilə öz aralarında bölərək şəxsi ehtiyaclarına sərf etmişdir. Bununla bağlı məhkəmənin mövqeyinin əsassızlığı ondan ibarətdir ki, əgər Təqsirləndirilən şəxs2 edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə rüşvət almaqda ittiham olunursa, bu halın özü məhkəmə istintaqı zamanı təsdiqini tapmamış, əksinə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs2 Şahid1 torpaq sahəsinin satılması ilə bağlı gələcəkdə edəcəyi hərəkətlər qanunsuz deyil, qanun çərçivəsində nəzərdə tutulan hərəkətlərdən ibarət olmalı idi. Onun Şahid1la söhbətlərinin videoyazılarından da aydın görünür ki, gələcəkdə icrası zəruri olan sənədləşmə prosesini ətraflı izah etmiş, Şahid1 bələdiyyəyə ərizə ilə müraciət etməli olduğunu, müraciətinin bələdiyyə yığıncaqmda müzakirə olunacağını, aidiyyəti təşkilatlara sorğular göndəriləcəyini, torpağın satış qiymətinin müəyyən ediləcəyini və alqı-satqısının hərrac yolu ilə aparılacağını, torpağın satış pulunun rəsmi qaydada bələdiyyənin hesabına köçürüləcəyini ətraflı bildirmişdir. Nəzərdə tutulan və icrası məcburi olan bu prosesi heç də ediləcək bilə-bilə qanunsuz hərəkət kimi qiymətləndirmək mümkün deyildir, əksinə bələdiyyə tərəfindən qanunla nəzərdə tutulmuş proses həyata keçirilməli idi. Şahid4 və Şahid1 özünün ifadələri ilə təsdiq olundu ki, sonuncu rüşvət vermək niyyəti ilə daim üzərində gəzdirdiyi pulu hansı yolla olur-olsun Təqsirləndirilən şəxs2 ötürməyə, yəni üzərinə qoyülmüş əməliyyat tapşırığını nəyin bahasına olur-olsun icra etməyə dəfələrlə cəhd etmiş, müxtəlif vaxtlarda Cəlilabadda, Lerikdə, Lənkəranda kafedə pulu çıxarıb stolun üstünə qoymuş, lakin Təqsirləndirilən şəxs2 lazımı sənədləşmə aparılmadan pulu qəbul etməkdən imtina etmişdir. Hətta, ilk dəfə beh adı ilə Şahid1 təkidlə verdiyi 5 min manatı Təqsirləndirilən şəxs2 özü qəbul etməyib saxlanılması üçün Şahid4 vermişdir. Həmçinin, məhkəmə baxışında Şahid4 və Şahid1 özünün ifadəsi ilə təsdiq olundu ki, Təqsirləndirilən şəxs2 son imkanına qədər Şahid1la təmasdan və görüşdən yayınmış, onun aramsız telefon zənglərinə bilərəkdən reaksiya verməmişdir. Belə bir davranış nümayiş etdirmiş Təqsirləndirilən şəxs2 öz şəxsi ehtiyacları üçün rüşvət alması iddiası nə dərəcədə məntiqə uyğun ola bilər? Şahid1 xx.xx.2023-cü il tarixli şikayət ərizəsində qeyd edir ki, Təqsirləndirilən şəxs2 ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Cəlilabad şəhərində istirahət parkı ərazisində hərrac qaydasında 0,03 ha torpaq sahəsinin uzun müddətli icarəyə verilməsi ilə bağlı hərracda qalib gələrək torpaq sahəsinin ona ayrılmasını təmin edəcəyini bildirməklə bunun müqabilində 25.000 manat pul tələb edir. Ərizənin məzmunu onu deməyə əsas verir ki, şikayətçinin rüşvət kimi vermək niyyətində olduğu pul əslində onun özünün də ərizəsində qeyd etdiyi, qanunla müəyyən olunmuş təyinat üçün ödənilməli olan pul olmuşdur. Bununla yanaşı, bir az əvvəldə qeyd etdik ki, ittihamda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs2 Şahid1 alınmış 40.000 manatı özü üçün alması, həmin pulu Təqsirləndirilən şəxs1 ilə bölüb şəxsi ehtiyaclarına sərf etməsi məhkəmə baxışında təsdiqini tapmadı, əksinə həmin məbləğin Cəlilabad rayonunda keçirilmiş kütləvi tədbirlərə sərf olunduğu şahid ifadələri və digər danılmaz sübutlarla təsdiq olundu. Təkzibedilməz faktdır ki, nə Təqsirləndirilən şəxs2 nə də digərləri Şahid1 alınmış pulu öz şəxsi ehtiyacları üçün sərf etmək imkanından məhrum idilər. Çünki ayrılacaq torpaq sahəsi bələdiyyə tərəfindən alqı-satqı yolu ilə sonuncunun mükliyyətinə verilməli, bunun üçün mütləq qaydada torpağın bazar qiymətinə uyğun satış dəyəri bələdiyyənin hesabına rəsmi qaydada ödənməli idi ki, Təqsirləndirilən şəxs2 istər özünün və ya istərsə də digər kimsənin həmin pula şəxsi maraqlarının təmin edilməsi məqsədilə yiyələnməsi mümkünsüz idi. Torpağın həcminə görə dəyərini müəyyən etdikdə isə aydın olur ki, Cəlilabad şəhərinin mərkəzi hissəsində, parkın içərisində yerləşməklə hər bir sotunun qiyməti 8-10 min manat civarından aşağı ola bilməzdi, çünki son dövrlərdə Cəlilabad şəhərinin mərkəzdən kənar ərazisində satılmış topaqların bir sotunun dəyəri 5 min manata yaxın məbləğdə qiymətlənidirlmiş, rəsmi alqı-satqı bu qiymətə uyğun aparılmışdır. Bu hesabla demək olar ki, Şahid1 alınmış pulun 25-30 min manatı məhz bu məqsəd üçün ödənilməli idi. İstintaq gedişində vəsatətlə müraciət edib, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsinə vacib əhəmiyyət kəsb edəcəyini nəzərə alaraq, alınmış pulun hər hansı hissəsinin Təqsirləndirilən şəxs2 tərəfindən qazanc kimi əldə edilməsi və şəxsi ehtiyaclarına sərf edilməsi, yaxud bunun əksinin araşdırılmasını xahiş etmişlər, lakin heç bir əsas göstərilmədən vəsatət təmin edilməmişdir. Məhkəmə həmin vəsatəti təmin etmiş, məhkəməyə dəvət edilərək dindirilmiş əlavə şahidlər Cəlilabad şəhəri üzrə icra nümayəndəsi Ramin Əmənovun, Cəlilabad bələdiyyəsinin sədr əvəzi Şahid3, Cəlilabad rayon Mənzil-Kommunal Sahəsinin rəisi Şahid5 və həmin sahənin sabiq rəisi Şahid6 ifadələri ilə də təsdiq olundu ki, 2023-cü ilin may ayında Cəlilabad rayonunda keçirilmiş “Çiyələk festivalı” və “Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi” ilə əlaqədar tədbirlərin təşkili ilə bağlı xərclər Təqsirləndirilən şəxs2 tərəfindən qarşılanmışdır. Eyni zamanda Cəlilabad RİH və Cəlilabad Bələdiyyəsi tərəfindən məhkəməyə təqdim olunmuş məktublarla da təsdiq olundu ki, RİH başçısının xx.xx.2023-cü il tarixli sərəncamı ilə Təqsirləndirilən şəxs2 bələdiyyə sədri kimi təşkilat komitəsinin tərkibinə daxil edilmiş nə RİH, nə də Bələdiyyə tərəfindən may ayının 10-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və 21 may tarixdə keçirilmiş “Çiyələk festivalına” həsr olunmuş tədbirlərə nə dövlət büdcəsindən, nə də bələdiyyədən hər hansı maliyyə vəsaiti ayrılmamışdır. Hökmün 12-ci səhifəsində 2-ci abzasda qeyd olunur: Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollannı, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlan məcmu halda və ayn-aynlıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 311.3.1, və 311.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmişhr, onların əməli ibtidai istintaq orqanı tərəfindən həmin maddələrlə düzgün tövsüfedilmişdir. Növbəti abzasda zərərçəkmiş hüquqi şəxsləri təmsil edən şəxslərin şahid ifadələrinin məzmunu qısa qeyd olunur ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş hüquqi şəxs - Cəlilabad rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətləri ilə bağlı rayon İcra Hakimiyyətinə heç bir zərər dəyməmiş, buna görə də həmin şəxslər barəsində heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zəıərçəkmiş hüquqi şəxs Cəlilabad şəhər Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 hərəkətləri ilə bağlı Cəlilabad şəhər Bələdiyyəsinə heç bir zərər dəyməmiş, buna görə də həmin şəxslər barəsində heç bir şikayət və tələbləri yoxdur. Məhkəmənin ittihamın əsasını təşkil edən sübut növü kimi qiymətləndirdiyi və qəbul etdiyi həmin ifadələrin məhz ittihamı təsdiq edə biləcək hansı sübut əhəmiyyəti kəsb etməsi başa düşülən deyildir, əksinə hər iki zərəçəkmiş hüquqi şəxsin nümayəndələri təqsirləndirilən şəxslərin hərəkətləri nəticəsində nə RİH, nə də Cəlilabad bələdiyyəsinə heç bir zərər vurulmadığını, onlar qarşı heç bir şikayət və tələbləri olmadığını bildiriblər. Bundan başqa hökmün 12-13-cü səhifələrində şahid qismində dindirilmiş Cəlilabad bələdiyyəsinin sədr müavini Şahid3 və Cəlilabad şəhəri üzrə icra nümayəndəsi Şahid2 ifadələrinə ittihamı təsdiq edən sübut kimi istinad olunur. Halbuki hər iki ifadənin məzmunu tam əksini təsdiq edir, yəni həmin ifadələrdə Təqsirləndirilən şəxs2 nəinki ttihamedici, daha çox bəraətverici sübutlardan söhbət gedir. Şahid3 təsdiq etmişdir ki, 2023-cü ilin may ayında Cəlilabad rayonunda “Çiyələk festivalı”, 10 may tarixində ulu öndər Heydər Əliyevin doğum günü ilə bağlı tədbir keçirilmişdir. Həmin tədbirlərin keçirilməsinə ümumi olaraq Cəlilabad bələdiyyəsi də köməklik göstərmiş, lakin bu köməklik maddi cəhətdən olmamışdır. Heç bir sənədlərdə də bələdiyyədən həmin tədbirlərə vəsait ayrılması barədə qeydlər yoxdur. Digər Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 bələdiyyə sədri işlədiyi dövrdə böyük işlər görmüş, şəhərin abadlığında, təmizliyində böyük zəhmətləri vardır. Rayon ərazisində 2023-cü ilin may ayı ərzində təşkil olunan tədbirlər ilə əlaqədar səhnə və digər bəzək əşyalarının quraşdırlması fəaliyyəti ilə məşğul olan şəxslər ilə Təqsirləndirilən şəxs2 tanış etmiş, həmin tədbirlərin keçirilməsində Təqsirləndirilən şəxs2 böyük rolu olmuş, küçə işıqlandırılması, “Cəlilabad” sözünün yazılması, bordürlərin rənglənməsi və s. işlər görmüşdür. O, Təqsirləndirilən şəxs2 tədbirlərin keçirilməsinə xərclədiyi pulların mənbəyini soruşmamışdır. Lakin hesab edir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrini satmaqla əldə etdiyi gəlirdən həmin xərcləri qarşılamışdır. Həmin tədbirlərdə səhnənin alınmasını 15 min manat pul xərclənmişdir. Bundan əlavə elektrik naqillərinin, reklam lövhələrinin, dekorativ çiçəklərin alınmasına və s. pullar xərclənmişdir. Səhnə avadanlıqları Vüqar adlı şəxsdən icarəyə götürülmüşdür. Təqsirləndirilən şəxs2 kiməsə vəsait ödəməsinin şahidi olmamış, lakin Vüqar adlı şəxsin hesabına pul Mehdinin adamları vasitəsi ilə göndərilmişdir. Rayon tədbirlərində maddi vəsaitin xərclənməsi Təqsirləndirilən şəxs2 şəxsi təşəbbüsü olmamış, lakin həmin tədbirlərdə bələdiyyənin də üzərinə qoyulan vəzifələr olmuşdur. Eləcə də hökmün 17-ci səhifəsinin 2-3-cü abzaslarında sübut kimi istinad edilmiş, şahidlər Şahid5 Qurban oğlu və Şahid6 Qurban oğlunun ifadələri qeyd olunmuşdur. Hər iki ifadə bütövlükdə ittihamı təsdiq deyil, təkzib edən məzmuna malik ifadələrdir. Belə ki, Cəlilabad rayon Kommunal Müəssisələr Kombinatının sabiq və hazırkı direktorları Şahid5 və Şahid6 2023-cü ilin may ayında Cəlilabad rayonunda keçirilmiş “Çiyələk festivalı” və Ulu öndər Heydər Əliyevin 100 illik ildönümü tədbirlərinə hazırlıq və onların təşkilinəsərf olunmuş maliyyə vəsaitlərinin bələdiyyə sədri Təqsirləndirilən şəxs2 tərəfindən qarşılandığını, lakin xərclərin hansı vəsait hesabına ödənildiyini bilmədiklərini göstərmişlər. Hökmün 28-ci səhifəsinin 3-cü abzasında qeyd olunur : Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün hallan hərtərəfli, tam və obyektiv araşdınb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlikprezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallannda olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəlişəkildə təhlil ediləiəк qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutlann məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-in 311.3.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətmələri özlərinin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı verdikləri qismən etirafedici izahat və ifadələri ilə yanaşı, Şahid3, Şahid2, Şahid4 Heydər oğlu, Şahid1, İsgəndərovİslam Qurbanali oğlu, Şahid6 Qurban oğlunun ifadələri, digərsübutlar, o cümlədən də iş üzrə maddisübut qismində tanınmış əməliyyat axtanş fəaliyyətizamanı qeydə alınmış görüntüləriözündə əks etdirən 03 ədəd “DVD” disklərilə tam sübut edilir. Şahid ifadələrinə münasibətdə mövqeyi yuxarıda ətraflı şərh etmişlər. Qaldı ki, maddi sübut kimi tanınmış və sübut kimi qiymətləndirilmiş 3 ədəd “DVD” disklərlə bağlı aşağıdakıları qeyd etməlidir. Məhkəmə baxışı zamanı məhkəmənin diqqətini cəlb edərək bildirmişlər ki, cinayət işinin materiallarına əlavə edilmiş (1-ci cild səh.6) KQMBİ rəisinin müavini Emin Mürsəliyev tərəfindən imzalanmış 31 iyul 2023-cü il tarixli məktubla həmin idarənin digər rəis müavini Asəf Sarıkişiyevə 174 vərəqdən ibarət cinayət işinin materialları, 01 ədəd CD disk və 5000 manat pulun göndərilməsi təsdiq olunur. Məktubun mətnində həmin diskin hansı əməliyyat tədbirlərinə dair çəkilişi əks etdirməsini göstərən qeydlər yazılmamışdır. İdarənin əməliyyat müvəkkili Orxan Qazızadə tərəfindən tərtib edilmiş 22.02.23tarixli arayışdan görünür ki, o, həmin tarixdə Şahid1 tərəfindən 3000 manat pulun Şahid4 tərəfindən alınmasını əks etdirən videogörüntülərə dair çəkilişi CD diskə köçürüb iş materiallarına əlavə etmişdir. xx.xx.2023-cü il tarixli digər arayışdan görünür ki, o həmin gün Şahid1 tərəfindən Təqsirləndirilən şəxs2 5000 manat pulun verilməsini əks etdirən videogörüntüləri CD diskə köçürüb iş materiallarına əlavə etmişdir. Lakin, müstəntiq tərəfindən tərtib edilmiş 03 oktyabr 2023-cü il tarixli 301 №-li protokoldan görünür ki, həmin gün o üzərində «Cəlilabad rayonu Üçtəpə bələdiyyəsi: xx.xx.2022-ci il tarixə aid əməliyyat görüntüləri» yazılmış diskə, həmin tarixli 302 №-li protokoldan görünür ki, üzərində «Cəlilabad rayon Üçtəpə bələdiyyəsi: xx.xx.2023-cü il tarixli əməliyyat görüntüləri» yazılmış digər diskə, xx.xx.2023-cü il tarixli 303 №-li protokoldan görünür ki, həmin tarixdə üzərində «Cəlilabad rayon icra hakimiyyəti : 20 iyun 2023-cü il tarixli əməliyyat görüntüləri» yazılmış digər diskə, 05 oktyabr 2023-cü il tarixli 304 №-li protokoldan görünür ki, həmin gün üzərində «Cəlilabad rayon icra hakimiyyəti: 31 iyul 2023-cü il tarixə aid əməliyyat görüntüləri» yazılmış digər diskə, yəni ümumilikdə dörd diskə baxış keçirilmiş, onlardan xx.xx.2023-tarixli 303 №-li və xx.xx.2023-tarixli 304 №-li protokollar Təqsirləndirilən şəxs2la bağlı çəkilişlərə aid diskə baxış keçirilməsinə dair prosessual sənədlərdir ki, müstəntiqin «Sübutların qiymətləndirilməsinə dair» 26 oktyabr 2023-cü il tarixli qərarı ilə həmin disklər (qərarın nəticə hissəsinin 6-cı bəndi) ittihamın əsasını təşkil edən sübutlar kimi tanınmış, həmçinin ittiham aktına əlavə edilmiş arayışla (2-ci bənd) üç ədəd disk sübutlar siyahısına daxil edilmişdir. Rəis müavini Emin Mürsəliyevin yuxarıda qeyd edilən məktubuna bir disk əlavə olunduğu və istintaqa təqdim edildiyi halda, müstəntiq tərəfindən dörd diskə baxış keçirilməsi, məhz digər üç diskdən ikisi bilavasitə Təqsirləndirilən şəxs2 aid əməliyyat görüntülərini əks etdirən disklər olmaqla, onların cinayət işinin materiallarına nə vaxt, kimin tərəfindən, hansı qaydada əlavə edilməsini təsdiq edən heç bir məlumat, rəsmi sənəd, məktub, protokol və s. yoxdur. CPM-nin 128-ci maddəsinin tələbinə görə əşya o halda maddi sübut kimi qəbul oluna bilər ki, onun əlamətləri, aşkar edilməsi, saxlanması halları prosessual sənədlərdə-istintaq və məhkəmə hərəkəti protokollarında təsbit edilmiş olsun, yəni rəsmiləşdirilsin. Həmin məcəllənin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayətprosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. 125.2-ci maddəsinin tələbinə görə aşağıdakı hallarda əldə edilmiş məlumatlann, sənədlərin və digər əşyalann cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla apanldıqda; 125.3. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. 137-ci maddənin tələbinə görə əməliyyat-axtanş fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtanş fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Ona görə də kobud qanun pozuntusu yolu ilə cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs2 aid videogörüntüləri əks etdirən disklər və həmin disklərə baxış keçirilməsinə dair xx.xx.2023-tarixli 303 və xx.xx.2023-tarixli 304 №-li protokollar hüquqi qüvvəsi olmayan sübutlar kimi qiymətləndirilməli olduğu halda onlar məhkəmənin hökmü ilə ittihamın əsasını təsdiq edən sübutlar kimi qəbul olunmuşdur. Qeyd etməlidir ki, Təqsirləndirilən şəxs2 bələdiyyə sədri kimi özbaşına hər hansı şəxsə həyətyanı sahə, fərdi yaşayış evi tikintisi üçün sahə ayrımaq, bələdiyyə mülkiyyətində olan sahəni satmaq, icarəyə vermək səlahiyyəti olmamışdır, bu barədə müvafiq qərar bələdiyyənin ümumi yığıncağında qəbul olunmalıdır. Şahid1 ərizəsinin bələdiyyə yığıncağında müzakirəsi zamanı hansı qərarın qəbul ediləcəyi, müsbət halda torpaq sahəsinin hərrac yolu ilə alqı-satqısında hərracda kimin qalib ola biləcəyini, hərracın nəticələrini Təqsirləndirilən şəxs2 əvvəlcədən müəyyən etmək imkanında olmamışdır. Təqsirləndirilən şəxs2 cinayət əməlinin tövsifində cinayət təqibi orqanı tərəfindən qərəzli və qeyri-obyektiv yanaşmanı təsdiq edən daha bir fakt Əmrah Quliyevə və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamların fərqində açıq-aydın görünür. Onlar hər ikisi bələdiyyə sədri olublar, rayonun Üçtəpə bələdiyyəsinin sədri Əmrah Quliyev şikayətçi Böyükağa Məmmədova, Cəlilbada bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs2 isə şikayətçi Şahid1 torpaq sahələrinin ayrılmasını, onların adlarına sənədləşmə aparılacağını söz veriblər, Əmrah Quliyev verdiyi sözün icrası üçün B.Məmmədovdan 3.000 manat, Təqsirləndirilən şəxs2 Şahid1 40.000 manat pul almışdır, hər iki fakt əməliyyat tədbirləri ilə təsdiq olunmuşdur. Lakin, Əmrah Quliyevin əməli CM-in 178.2.3-cü maddəsi ilə tövsif edilərək, yekunda iş üzrə icraata xitam verilmiş, Təqsirləndirilən şəxs2 əməli isə CM-in 311-ci maddə ilə tövsif edilmişdir. Müdafiə tərəfi olaraq bizim üçün maraqlıdır belə bir fərqli yanaşmanı necə izah etmək olar? Beləliklə, hesab edir ki, Təqsirləndirilən şəxs2 münasibətdə məhkəmənin CM-in 311.3.1 və 311.3.3-cü maddələri ilə elan olunmuş ittihamın sübuta yetirilməsinə dair gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, həmin ittihamı təsdiq edən hallar kimi hökmdə əks olunmuş sübutlar mötəbər olmayan, ziddiyyətli və konkret ittihama aid olmayan sübutlardan ibarət olmuş, məhkuma münasibətdə ictimai təhlükəli əməlin tövsifmə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə əməl olunmamışdır. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilmiş, təqsirinin mahiyyəti ondan ibarət olmuşdur ki, o, Şahid1 ərizəsi daxil olmadan, ümumi yığıncaqda məsələyə baxılıb qərar qəbul edilmədən, hərrac keçirilmədən, yəni qanunla nəzərdə tutulmuş qaydada sənədləşmə aparılmadan Şahid1 nağd pul qəbul etmək səlahiyyətinə malik olmamış, həmçinin həmin pulu nə öz təşəbbüsü, nə də digər kimsənin tapşırığı ilə hər hansı tədbirlərin keçirilməsinə sərf etmək səlahiyyəti olmamışdır. Bu halda o, şübhəsiz ki, bələdiyyə sədri kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlərə yol vermiş, yəni vəzifə səlahiyyətlərini aşmışdır. Ona görə də, belə hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş ictimai təhlükəli əməlin tövsifinin dəyişdirilməsi və daha yüngül cinayət haqqında cinayət qanununun normasının tətbiq edilməsinə dair qərar qəbul olunmalıdır. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi X12 apellyasiya şikayəti verərək, apellyasiya baxışı məhkəmə istintaqı aparılmaqla keçirilməsini və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 1(099)-223/2024 nömrəli hökmünün məhkum Təqsirləndirilən şəxs2 aid olan hissədə ləğv edilməsini və həmin hissədə barəsində bərat hökmünun çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, vəzifəli şəxs qismində, qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi neməti vahid niyyətlə təkrarən rüşvət qismində istəməklə təkrarən almış, vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə, dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə çıxışı zamanı ittihamçı prokuror Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina etdiyini bildirmiş və məhkəmənin 19 iyul 2024-cü il tarixli qərarı ilə həmin ittiham üzrə cinayət işinə xitam verilmişdir. S.T.X28 Cinayətlər Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin həmin hökmünü aşağıda qeyd olunanlara əsasən tamamilə qanunsuz, əsassız və saxta hesab edir. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin rüşvət alma maddəsi ilə 2 epizod üzrə ittiham olunub və ikinci epizod təkrar rüşvət alma kimi qiymətləndirilib. Birinci rüşvət alma epizodu üzrə ittiham onunla əsaslandırılıb ki, - Şahid1 Cəlilabad şəhəri “Okean” restoranının arxa hissəsində yerləşən 1 ha torpaq sahəsi üzərində mehmanxana tikintisi üçün layihənin hazırlanaraq təsdiq olunması və İcra Hakimiyyətində aparılmalı olan digər sənədləşdirmələrdə köməklik göstərilməsinə dair 2023-cü ilin may ayının əvvəllərində özünə etdiyi müraciəti ilə əlaqədar, qeyd edilən məsələnin müsbət həlli üçün sonuncudan Cəlilabad rayonu ərazisində həmin torpaq sahəsi üzərində tikiləcək mehmanxananın sənədlərinin hazırlanması, yəni, X2 (layihənin) çəkilməsi və sənədlərin təsdiq edilib verilməsi müqabilində özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 4.000 (dörd min) manat məbləğində pul vəsaitini vahid niyyətlə rüşvət qismində almışdır. Bununla bağlı bildirir ki, əvvəla, həmin epizod üzrə qeyd olunan 4000 (dörd min) manat pul vəsaiti Sənan Əlişöv tərəfindən Təqsirləndirilən şəxs1 rüşvət qismində deyil, Şahid1 özünün bildirdiyinə görə, Cəlilabad şəhəri ərazisində tikmək istədiyi mehmanxananın layihəsinin hazırlanması ilə bağlı, zəhmət haqqı kimi ödənilmişdir. İşdə bu faktı təsdiq edən kifayət qədər sübutlar var. Bu fakt ilk növbədə Şahid1la Təqsirləndirilən şəxs1 arasında olan “Whatsapp” yazışmaları ilə təsdiq olunur. Həmin “Whatsapp” yazışmalarına görə Təqsirləndirilən şəxs1 Şahid1 xahişi ilə onun Cəlilabad şəhərinin ərazisində tikmək istədiyi mehmanxananın layihəsini hazırlamağı ondan xahiş etmiş və həmin layihənin hazırlanmasını qarşılıqlı olaraq 18.000 manata razılaşmışlar. Layihə hazırlandıqdan sonra həmin məbləğin, 3.000 manat və 1.000 manat olmaqla, 4.000 manatı 2 dəfəyə ödənilmişdir. Bunu təsdiq edən “Whatsapp” yazışmalarını rəsmi qaydada məhkəməyə də təqdim etmişlər. Bundan başqa, bu fakt Şahid1la Təqsirləndirilən şəxs1 işdə olan üzləşdirmə protokolu ilə də təsdiq olunur. Belə ki, 31 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ilə üzləşdirmə zamanı Şahid1 ifadəsində bildirib ki, “fermer təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsinin alınması ilə əlaqədar olaraq Cəlilabad rayon İşıq İdarəsinin rəhbəri Səttar məni İcra Başçısının müavini Qalib müəllimlə və İcra Hakimiyyətinin memarı Sahil müəllimlə tanış etdi. İz birlikdə Qalib müəllimin qardaşı Fuada məxsus Okean restoranında oturub yemək yedik. Mən öz planlarımla bağlı yemək yeyən zaman Qalib müəllimə və Sahil müəllimə danışdım. Onlar mənə ferma üçün torpaq sahəsi deyil, tikinti üçün torpaq sahəsinin ayrılmasında kömək edə biləcəklərini dedilər. Söhbət əsnasında Qalib müəllim “Okean” restoranının arxasında qardaşına məxsus 1 ha torpaq sahəsinin olduğunu bildirərək, həmin sahədə mənə torpaq sahəsinin satılmasında kömək edə biləcəyini dedi, biz, birlikdə həmin torpaq sahəsinə baxdıq. Qalib müəllim mənə həmin torpaq sahəsində tikinti işlərinin aparılmasında, gələcəkdə restoran və otelin fəaliyyət göstərməsində himayədarlıq edəcəyini dedi. Mən, torpaq sahəsinin qiymətini soruşduqda Qalib müəllimlə Sahil müəllim mənə bildirdilər ki, - sən əvvəlcə burada tikmək istədiyin otelin layihəsini çəkdir, biz həmin layihəni icra başçısına göstərək, icra başçısı razı olandan sonra qiymət məsələsini danışarıq. Mən onlara layihəni çəkmələrini, daha sonra yenidən bu barədə danışmağımızı təklifetdim, onlar da mənimlə razılaşdılar. Təxminən 2023-cü il may ayının 15-20 arası Sahil öz istifadəsində olan 055 *** ** ** mobil nömrəsi ilə, “Whatsapp” təthiqetmə proqramı vasitəsi ilə mənə zəng vuraraq layihənin hazır olduğunu və huna görə 4000 manatpul verməli olduğumu dedi”. Göründüyü kimi, qeyd olunan 4.000 manat pul vəsaitinin Təqsirləndirilən şəxs1 məhz mehmanxana layihəsinin hazırlanması ilə bağlı zəhmət haqqı kimi ödənilməsi faktı Sahil Qəmbərli ilə üzləşdirmə zamanı həmin vəsaiti ödəyən şəxsin özü tərəfindən, yəni Şahid1 tərəfindən açıq şəkildə etiraf olunub. Həmin fakt "xxxx" ASC-nin Cəlilabad şöbəsinin sabiq rəisi Şahid4 tərəfindən də təsdiq olunub. Belə ki, Şahid4 şahid qismində məhkəməyə verdiyi ifadəsində Şahid1la yaxın qohumunun vasitəsi ilə tanış olduğunu və həmin şəxsi Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Qalib Xudaverdiyevlə və digərləri ilə tanış etdiyini, mehmanxana layihəsinin Şahid1 sifarişi əsasında Təqsirləndirilən şəxs1 tərəfindən hazırlandığını, 4.000 manat pul vəsaitinin də Sahilə məhz həmin otel layihəsinin hazırlanmasına görə verildiyini bildirdi. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 verilən 4.000 manat pul vəsaiti ona mehmanxana tikintisi üçün layihənin hazırlanaraq təsdiq olunması və İcra Hakimiyyətində aparılmalı olan digər sənədi əşdirmələrdə köməklik göstərilməsinə görə deyil, bir mütəxəssis olaraq, Cəlilabad şəhərində inşa edilməli olan mehmanxananın layihəsini hazırladığına görə, zəhmət haqqı kimi ödənilmişdir ki, bu fakt, yuxarıda qeyd etdiyimiz kimi, həm Şahid1la Təqsirləndirilən şəxs1 arasında olan “Whatsapp” yazışmaları, həm Təqsirləndirilən şəxs1 ilə üzləşmə zamanı Şahid1 özünün etirafı, həm də Şahid4 məhkəməyə verdiyi ifadəsi ilə birbaşa təsdiq olunur. İşdə həmin 4.000 manatın Şahid1 məhz rüşvət kimi istənildiyini və alındığını təsdiq edən heç bir sübut mövcud deyildir. Belə olan halda, Təqsirləndirilən şəxs1 həmin 4.000 manatın Cəlilabad şəhəri “Okean” restoranının arxa hissəsində yerləşən 1 ha torpaq sahəsi üzərində mehmanxana tikintisi üçün layihənin hazırlanaraq təsdiq olunması və İcra Hakimiyyətində aparılmalı olan digər sənədləşdirmələrdə köməklik göstərilməsinə görə rüşvət qismində alındığı barədə ittiham tərəfinin və məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Digər tərəfdən, əgər ittiham tərəfi Təqsirləndirilən şəxs1 4.000 manat pulu Şahid1 1 ha torpaq sahəsi üzərində mehmanxana tikintisi üçün layihənin hazırlanaraq təsdiq olunması və İcra Hakimiyyətində aparılmalı olan digər sənədləşdirmələrdə köməklik göstərilməsi məqsədi ilə aldığını iddia edirsə, bu halda ilk növbədə həmin hərəkətlərin Təqsirləndirilən şəxs1 vəzifə səlahiyyətlərinə aid olub-olmadığını müəyyən etməli idi. İttiham aktına görə həmin hərəkətlər aşağıdakılardan ibarətdir :
1. Mehmanxana tikintisi üçün layihənin hazırlanması;
2. Həmin layihənin təsdiq olunması;
3. İcra Hakimiyyətində aparılmalı olan digər sənədləşdirmələrdə köməklik göstərilməsi. Birinci hal üzrə hərəkət — yəni, mehmanxana tikintisi üçün layihənin hazırlanması Təqsirləndirilən şəxs1 vəzifə səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Lisenziya tələb olunan fəaliyyət növləri”nin siyahısında tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə fəaliyyət lisenziya tələb edilən fəaliyyət növü kimi nəzərdə tutulub. Şəhərsalma və Tikinti Məcəlləsinin 48.1-ci maddəsində isə qeyd olunub ki, - Tikintisinə icazə tələb olunan tikinti obyektlərinin, habelə məlumatlandırma icraatı qaydasında tikilməsi nəzərdə tutulan tikinti obyektlərinin layihələri layihəçi tərəfindən hazırlanır. Yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər layihəçi ola bilərlər. Həmin Məcəllənin 3.0.43-cü maddəsinə görə isə Layihəçi dedikdə - sifarişçi ilə bağlanmış müqaviləyə əsasən ərazi planlaşdırılması sənədlərinin, tikinti obyektlərinin və ya onların ayrı-ayrı hissələrinin layihəsini hazırlayan hüquqi və ya fiziki şəxs nəzərdə tutulur. Göründüyü kimi, mövcud qanunvericiliyə görə mehmanxana tikintisi üçün layihənin hazırlanması səlahiyyətləri yerli icra hakimiyyəti orqanının memarına deyil, bunun üçün xüsusi razılıq (lisenziya) almış digər hüquqi və ya fiziki şəxslərə məxsusdur. İkinci hal üzrə səlahiyyət də - yəni, tikinti layihəsinin təsdiq olunması səlahiyyəti də Təqsirləndirilən şəxs1 məxsus deyildir. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinə görə kommersiya məqsədləri üçün nəzərdə tutulan memarlıq obyektlərinin layihəsi Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilir. Digər memarlıq obyektlərinin layihəsini təsdiq etmək səlahiyyəti isə “Yerli icra hakimiyyəti orqanları haqqında Əsasnamə’’ nin 4.11.11.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanının başçısına - hazırkı halda Cəlilabad rayon İcra Hakimiyyətinin Başçısı Rafiq Cəlilova məxsusdur. Lakin məhkəmənin hökmündə yuxarıda qeyd etdiyim səlahiyyətlərin əsassız olaraq Cəlilabad rayon İcra Hakimiyyətinin Baş memarına - yəni Təqsirləndirilən şəxs1 aid olduğu göstərilmişdir. Deməli, qüvvədə olan qanunlara görə mehmanxana tikintisi üçün nəzərdə tutulan layihə Şahid1 sifarişi və onunla bağlanılmış müqavilə əsasında xüsusi lisenziyası olan şəxs (Layihəçi) tərəfindən hazırlanmalı və sonra həmin layihə müvafiq icra hakimiyyəti orqanına təqdim olunmalı idi. Təqsirləndirilən şəxs1 bu sahə üzrə bacarıqlı mütəxəssis olduğuna görə, Cəlilabad Rayon İcra hakimiyyəti Başçısının birinci müavini Qalib Xudaverdiyevin və Şahid1 özünün xahiş ilə həmin mehmanxana layihəsinin yalnız texniki sənəd olaraq tərtib olunması işini icra edib, eyni zamanda yalnız xüsusi lisenziyası olan fiziki, yaxud hüquqi şəxs tərəfindən təsdiq olunduğu halda həmin layihədən istifadə oluna biləcəyini ona izah edib. Qeyd olunan hərəkətlər onun vəzifə səlahiyyətlərinə aid olmadığı üçün həmin hərəkətlər rüşvət alma cinayətinin tərkibini yarada bilməz. Üçüncü hal üzrə qeyd olunan ifadə isə - yəni, İcra Hakimiyyətində aparılmalı olan digər sənədləşdirmələrdə köməklik göstərilməsi - ifadəsi isə ümumiyyətlə aydın deyildir. Bu hal aşağıdakı 2 suala cavab verilməsini tələb edir :
1. Digər sənədləşdirmə işlərinin nədən ibarət olması;
2. Həmin işlərin Sahil Qənbərimin vəzifə səlahiyyətlərinə aid olub -olmaması. Nə ittiham aktında, nə də hökmdə bu sualların da heç birinə cavab verilməyib. İrəli sürülən ittiham bu hissədə ümumiyyətlə qeyri-müəyyəndir. Digər sənədləşdirmə işlərinin nədən ibarət olduğunu və həmin işlərin icrasının Təqsirləndirilən şəxs1 vəzifə səlahiyyətlərinə aid olub-olmadığını müəyyən etmədən, həmin hərəkətlərə görə onu rüşvət almada ittiham etmək absurddur. Digər tərəfdən, həmçinin nəzərə alınmalıdır ki, Şahid1 sifarişi əsasında Təqsirləndirilən şəxs1 tərəfindən mehmanxana layihəsi hazırlanan zaman həmin mehmanxananın harada inşa ediləcəyi, yaxud, ümumiyyətlə inşa edilibedilməyəcəyi də hələ məlum deyildi. Çünki həmin mehmanxananın inşa edilməsi üçün torpaq sahəsi belə ayrılmamışdı. Həmin dövrdə tikintiyə icazə verilməsi ilə bağlı məsələ də müzakirə mövzusu deyildi. Bu faktlar da Təqsirləndirilən şəxs1 verilən 4000 manatın tikinti layihəsinin təsdiq olunması və digər sənədiərşdirmə işlərində kömək göstərilməsi ilə bağlı ona rüşvət kimi verildiyini birbaşa təksib edir. Təqsirləndirilən şəxs1 qarşı təkrar rüşvət alma cinayəti ilə bağlı irəli sürülən ittiham isə ondan ibarətdir ki - O, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin sədri vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəkləri qanunsuz hərəkətə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Xatirə” parkında iaşə obyektinin tikintisi üçün Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsi üzərində qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilməklə digər qurumlar qarşısında tikintinin dayandırılması məsələsinin qaldırılmamasına görə özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan ümumilikdə 40.000 (qırx min) manat pul vəsaitini vahid niyyətlə təkrarən rüşvət qismində almışdır. Bununla bağlı bildirir ki, əvvəla yuxarıda qeyd etdiyi kimi, yerli icra hakimiyyəti orqanının baş memarının hər hansı tikinti işlərinin aparılmasına icazə vermək səlahiyyəti yoxdur. Həmin səlahiyyətlər yerli icra hakimiyyəti orqanının baş memarına deyil, yerli icra hakimiyyəti orqanının başçısına aid olan səlahiyyətlərdir. Belə ki, “Yerli icra hakimiyyəti orqanları haqqında Əsasnamə” nin 4.11-ci bəndinə əsasən - təsdiq edilmiş memarlıq layihələrini qeydiyyatdan keçirmək (4.11.11.L); memarlıq obyektinin layihəsini və layihənin texniki və ekoloji ekspertiza qaydalarını memarlıq-planlaşdırma tapşırıqları verən orqanla razılaşdırmaqla təsdiq etmək (4.11.11.2.); qəbul edilmiş memarlıq layihəsinin memarlıq həllinin bütün dəyişikliklərinə razılıq vermək və nəzarət etmək (4.11.11.3.); tikinti üçün sənədlərin tərtibatı və ya memarlıq obyektinin inşası zamanı müəllifin razılığı ilə memarlıq layihəsinə edilən dəyişikliklər memarlıqplanlaşdırma tapşırığının tələblərindən və ilkin razılaşdırma layihəsindən kənara çıxdıqda, bu dəyişiklikləri təsdiq etmək (4.11.11.4.); Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq ərazidə tikintiyə və tikinti obyektlərinin istismarına icazələr vermək və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək (4.11.13.); müvafiq ərazidə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq səyyar (mövsümi) ticarət və xidmət yerlərinin müəyyən edilməsinə görə icazə, onların dublikatlarını və əlavələrini vermək, həmin icazələri yenidən rəsmiləşdirmək, dayandırmaq, bərpa və ya ləğv etmək, icazə şərtlərinə riayət olunmasına nəzarəti həyata keçirmək (4.11.14.) və sair - səlahiyyətlər yeri icra hakimiyyəti orqanının başçısına aid edilmişdir. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, Şahid1 3 sot torpaq sahəsinin ayrılması və ondan 40.000 (qırx min) manat pulun alınmasını da məhz Cəlilabad rayon İcra Hakimiyyətinin Başçısı Rafiq Cəlilov tələb etmiş və Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Qalib Xudaverdiyev həmin məbləğin razılaşdırılmasında bilavasitə iştirak etmişdir. Belə ki, hazırkı cinayət işi üzrə digər təqsirləndirilən şəxsin - Təqsirləndirilən şəxs2 31 iyul 2023-cü il tarixli şübhəli şəxs qismində dindirilmə, 01 avqust 2023-cü il tarixli Şahid1la üzləşmə və 24 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs kimi dindirilmə protokollarından görünür ki, Şahid1 3 sot torpaq sahəsinin ayrılması və ondan 40000 (qırx min) manat pulun alınması təklifini ona Rafiq Cəlilov vermişdir. Həmin protokollardan həmçinin aydın olur ki, 35 000 manat pulu Şahid1 aldıqdan sonra o, Cəlilabad Rayon İcra hakimiyyətinin Başçısı Rafiq Cəlilovun yanma gedərək ona bu barədə məruzə etmiş və Rafiq Cəlilov həmin pulun 2023-cü ilin may ayında rayonda keçirilmiş tədbirlərlə bağlı yaranmış borclara ödənilməsini tapşırmış və o, Rafiq Cəlilovun həmin tapşırığını icra etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 31 iyun 2023-cü il tarixli şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində dindirmə protokollarından və 01 avqust 2023cü il tarixli Şahid1la üzləşmə protokolundan görünür ki, Şahid1 tələb olunan pulun məbləğinin razılaşdırılmasmda Qalib Xudaverdiyev şəxsən iştirak etmiş və o, bu məsələni Cəlilabad rayon İcra Hakimiyyətinin Başçısı Rafiq Cəlilovla razılaşdığını bildirmişdir. Həmin ifadələrində Təqsirləndirilən şəxs1 həmçinin özünün də bu məsələni şəxsən Rafiq Cəlilova məruzə etdiyini və Şahid1 torpağa görə 25000 manatın, tikintiyə icazə verilməsinə görə isə 10000 manatın alınmasını Rafiq Cəlilovun tələb etdiyini və Rafiq Cəlilovun bu barədə Təqsirləndirilən şəxs2 və birinci müavin Qalib Xudaverdiyevə də göstəriş verdiyini deməsini, Şahid1 verdiyi 35000 manatın Təqsirləndirilən şəxs2 tərəfindən ona verildiyini və özünün Rafiq Cəlilovun yanma gedərək pulun onda olduğunu bildirdiyini, Rafiq Cəlilovun isə tikintiyə icazə verilməsi üçün 10000 manatın az olduğunu, Şahid1 əlavə olaraq 5000 manat da alınacağını və bu barədə Təqsirləndirilən şəxs2 tapşırıq verəcəyini, Başçının onda olan 35000 manatı Mehdiyə təqdim etməyə göstəriş verdiyini və onun tapşırığı ilə həmin pulu elə həmin gün Təqsirləndirilən şəxs2 təqdim etdiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 ilə Şahid1 01 avqust 2023-cü il tarixli üzləşmə protokolundan həmçinin görünür ki, həmin üzləşdirmə zamanı Şahid1 bildirmişdir ki, Cəlilabad şəhərində tikinti işlərinin aparılmasında və gələcəkdə restoran və otelin fəaliyyət göstərməsində himayədarlıq edəcəyini ona Cəlilabad rayon icra Hakimiyyəti Başçısının birinci müavini Qalib Xudaverdiyev vəd vermişdir. Göründüyü kimi, cinayət işində Rafiq Cəlilovun və Qalib Xudaverdiyevin, həmçinin həmin şəxslərlə əlaqəli olan digər şəxslərin adlarının keçməsinə baxmayaraq, istintaq orqanı bu istiqamətdə heç bir araşdırma aparmayıb, bununla da ciddi prosessual qanun pozuntularına yol verib. Bundan başqa, sübutların qiymətləndirilməsinə dair müstəntiqin qərarında Cəlilabad rayon İcra Hakimiyyətinin Başçısı Rafiq Cəlilovun və onun 1-ci müavini Qalib Xudaverdiyevin barəsində Cinayət Məcəlləsinin 308-ci və 311-ci maddələri ilə aparılan cinayət təqibinə xitam verildiyi qeyd olunub. Halbuki onlar barəsində ümumiyyətlə cinayət təqibi aparılmayıb. Əgər onların barəsində cinayət təqibi aparılmışdırsa, onlardan ən azından bir izahat alınmalı deyildirmi ?! Cinayət təqibi aparılmadığı halda, yəni, aparılmayan cinayət təqibinə necə xitam vermək olar ?! İş materialları isə baş vermiş hadisənin təşkilatçısının və təhrikçisinin məhz Rafiq Cəlilov və Qalib Xudaverdiyev olduğunu göstərir. Əgər baş vermiş hadisə rüşvət alma kimi qiymətləndirilirsə, bu halda həmin şəxslər də cinayət məsuliyyətinə cəlb edilməli və barələrində qanunauyğun tədbirlər görülməli idi. Lakin həmin şəxslərlə bağlı heç bir araşdırma aparılmamış və barələrində heç bir tədbir görülməmişdir. Həmin faktlara əsasən məhkəməyə rəsmi qaydada vəsatət təqdim edərək qeyd etdiyi halların məhkəmə tərəfindən araşdırılması və həmin hallara hüquqi qiymət verilməsini xahiş etdilər. Lakin, vəsatət məhkəmə tərəfindən əsassız olaraq təmin edilmədi və qeyd etdiyi faktlar məhkəmə tərəfindən də gizlədildi. Bundan başqa, irəli sürülmüş ittihama görə guya Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aldıqları pul vəsaitini öz ehtiyacları üçün xərcləyiblər. Halbuki, həmin vəsait Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun göstərişi ilə rayonda təşkil edilmiş dövlət tədbirlərinin keçirilməsi ilə bağlı yaranmış borcların ödənilməsinə sərf olunub. Bu fakt Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid2, Cəlilabad şəhər bələdiyyəsinin sonrakı sədri Şahid3, Cəlilabad rayon Mənzil Kommunal Təsərrüfatı Sahəsinin rəisi Şahid5 və həmin Sahənin əvvəlki rəisi Şahid6 ifadələri ilə birbaşa təsdiq olunur. Bundan başqa, Cəlilabad rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim olunan 06 mart 2024-cü il tarixli məktubda qeyd olunub ki, - Sizin 6 fevral 2024-cü il tarixli, 1 (099)-223/24 nömrəli sorğunuza cavab olaraq bildiririk ki, Cəlilabad rayonunda 2023-cü ilin 10 may tarixində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar rayon icra hakimiyyəti başçısının 12 dekabr 2022-ci il tarixli 342 nömrəli sərəncamı ilə tədbirlər planı və 21 may tarixində “Çiyələk festivah”nın keçirilməsinin təşkili məqsədilə rayon icra hakimiyyəti başçısının 27 aprel 2023-cü il tarixli sərəncamı ilə rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyevin sədrliyi ilə Cəlilabad bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs2 və digər şəxslərdən ibarət təşkilat komitəsi yaradılmışdır. Tədbirlər planına uyğun olaraq hər iki tədbirin keçiriləcəyi ərazilərdə müvafiq hazırlıq və abadlaşdırma işləri aparılmışdır. Həmin tədbirlərin keçirilməsi təşəbbüsü rayon icra hakimiyyətinə məxsus olduğuna görə istər RİHvə istərsə də digər dövlət qurumları tərəfindən dövlət büdcəsindən hər hansı maliyyə vəsaiti ayrılmamış, tələb olunan xərclər rayonun daxili imkanları hesabına qarşılanmışdır. Eyni məzmunlu məktub Cəlilabad şəhər bələdiyyəsi tərəfindən də məhkəməyə təqdim olunmuş və qeyd olunan tədbirlərin keçirilməsi üçün bələdiyyə büdcəsindən heç bir vəsaitin ayrılmadığı bildirilmişdir. Məhkəmə araşdırması zamanı nə Təqsirləndirilən şəxs1, nə də Təqsirləndirilən şəxs2 həmin pul vəsaitinin hər hansı bir hissəsini özləri üçün əldə etdiklərini və şəxsi ehtiyaclarına sərf etdiklərini təsdiq edən heç bir sübut müəyyən edilmədi. Cinayət Məcəlləsinin 311-ci maddəsinin dispozisiyasma görə həmin cinayət əməlinin vacib əlamətini vəzifəli şəxsin maddi və sair neməti özü, yaxud üçüncü şəxs üçün alması təşkil edir. Hazırki cinayət işi üzrə alman vəsait isə, yuxarıda qeyd etdiyim kimi, nə təqsirləndirilən şəxslərin özü, nə də üçüncü şəxslər üçün deyil, rayonda təşkil edilən dövlət tədbirlərinə görə yaranmış borcların ödənilməsinə sərf olunmuşdur. Bu faktın özü də təqsirləndirilən şəxslərin əməlində Cinayət Məcəlləsinin 311-ci maddəsinin tərkib elementlərinin olmadığını göstərir. Bundan başqa, is materialları ilə və işin faktiki halları ilə müəyyən edilir ki, Şahid1 Cəlilabad rayonuna göndərilməsi kimlərinsə tərəfindən planlı şəkildə qabaqcadan təşkil edilib. Belə ki : a) işdə olan sənədlərlə müəyyən edilir ki, Şahid1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 02 may 2023-cü ildə müraciət etmiş və həmin İdarənin müraciəti əsasında Bakı şəhərinin Binəqədi Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli qərarı ilə həmin şəxslərlə bağlı əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Lakin işdə olan sübutlarla həmçinin müəyyən edilir ki, həmin vaxt Şahid1la nə tikintiyə icazə verilməsi, nə də bələdiyyə tərəfindən ona hər hansı torpaq sahəsinin satılması ilə bağlı ümumiyyətlə heç bir danışıq belə aparılmamışdır. Şahid1la ilkin danışıq mehmanxana tikintisinin layihəsinin hazırlanması ilə bağlı olmuş və həmin danışıqlar 2023-cü ilin may ayının 15-20 aralığında baş vermişdir. Şahid1 3 sot torpaq sahəsinin ayrılması ilə bağlı danışıqlar isə həmin ilin iyun ayında aparılmışdır. Belə olan halda Şahid1 həmin danışıqlara başlanılandan ən azı 20 gün qabaq, yəni, 02 may 2023-cü ildə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət verməsi absurddur ; b) Bundan başqa işin faktiki hallarından və müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, Şahid1 ümumiyyətlə hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs deyildir. Cəlilabad rayonunda hər hansı otel tikmək üçün və onu işlətmək üçün onun nə təcrübəsi, nə də maddi imkanları olmuşdur. İşdə olan sübutlarla həmçinin müəyyən edilir ki, hətta o, dələduzluğa görə cinayət məsuliyyətinə cəlb olunub və barəsində bir neçə digər müəmmalı məhkəmə qərarları da vardır. Həmin hökm və qərarları da məhkəməyə təqdim etmişik. Belə olan halda, Cəlilabad rayonuna gələrək məsul vəzifədə çalışan şəxsləri rüşvət almağa təhrik etməsi bunun qabaqcadan təşkil olunmuş bir planın tərkib hissəsi olduğunu təsdiq edir ; c) Bu qanunsuz planın cinayətkarlığa qarşı, xüsusilə də korrupsiya cinayətlərinə qarşı mübarizə aparmaq vəzifəsi daşıyan bir dövlət qurumu tərəfindən təşkil edilməsi daha dəhşətlidir. İşin faktiki halları və işdə olan sübutlar onu göstərir ki, Şahid1 məqsədli şəkildə Cəlilabad rayonuna göndərilərək vəzifəli şəxslərə rüşvət təklif etməyə, vəzifəli şəxslər isə Şahid1 vasitəsi ilə rüşvət almağa təhrik edilmişlər ; d) İşdə olan sübutlarla həmçinin müəyyən edilir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ilk dəfə 28 oktyabr 2022-ci il tarixdə Cəlilabad rayon sakini Böyükağa Məmmədov adlı şəxs müraciət etmiş və Cəlilabad rayonunun Üçtəpə bələdiyyəsinin sədri Əmrah Quliyevin ondan 6000 (altı min) manat pul tələb etdiyini bildirmişdir. Həmin şikayət üzrə prokurorluq tərəfindən əməliyyat tədbirləri həyata keçirilmiş və Əmrah Quliyevin pul alması faktı təsdiq olunmuşdur. Buna baxmayaraq həmin əməliyyatın nəticəsi olaraq heç bir tədbir görülməmiş və cinayət işi başlanılmamışdır ; e) Bundan sonra, Böyükağa Məmmədov 12 fevral 2023-cü il tarixdə yenidən ərizə ilə prokurorluğa müraciət etmiş və onun ərizəsi əsasında 14 fevral 2023-cü il tarixli məhkəmə qərarı alınaraq Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Qalib Xudaverdyev və "xxxx" ASC-nin Cəlilabad rayon şöbəsinin müdiri Şahid4 barəsində əməliyyat tədbirləri həyata keçirilmiş və Şahid4 3000 manat pul alması faktı təsdiq olunmuşdur. Lakin yenə də həmin əməliyyat tədbirlərinin nəticəsi olaraq heç bir tədbir görülməmiş və cinayət işi başlanılmamışdır. Təqribən 3 ay müddətində keçirilən həmin əməliyyat tədbirlərində gizli videoçəkilişlər aparılmış, foto şəkillər çəkilmişdir. Lakin həmin materiallara baxış keçirilməsinə dair sənədlər işə əlavə edilməmiş, əməliyyat tədbirləri nəticəsində əldə olunan sübutların mahiyyəti və nəticəsi iş materiallarında öz əksini tapmamışdır. f) Həmin vaxtdan təqribən 6-7 ay ötəndən sonra, yəni, 02 may 2023-cü il tarixdə isə Şahid4 və Böyükağa Məmmədovun tanışı olan Şahid1 adlı şəxs ortaya atılaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində onıın adından prokurorluğa şikayət ərizəsinin yazılması təşkil edilmiş və 05 may 2023-cü il tarixli məhkəmə qərarı əsasında əməliyyat tədbirləri həyat keçirilərək, barələrində cinayət işi başlanılmışdır. Qeyd etdiyi faktlar onu deməyə əsas verir ki, həmin əməliyyat tədbirləri əslində bunun üçün heç bir hüquqi əsas olmadan, qabaqcadan düşünülmüş çirkli plan əsasında, “Əməliyyat axtarış fəaliyyəti haqqında” Qanunun tələbləri kobud qaydada qozulmaqla aparılmışdır. Bundan başqa, işin faktiki halları həm də onu təsdiq edir ki, həmin qanunsuz və çirkli əməliyyat Cəlilabad rayon İcra Hakimiyyətinin Başçısı Rafiq Cəlilovun üzərində qurulmuşdur. Lakin sonradan Rafiq Cəlilov və onun bu işdə fəal iştirak edən birinci müavini Qalib Xudaverdiyev nədənsə cinayət məsuliyyətindən kənarlaşdırılmış, barələrində toplanan sübutlar gizlədilmiş, əməliyyat tədbirləri nəticəsində toplanmış video materiallar montaj edilmiş və nəticədə heç bir günahı və təmənnası olmayan və yalnız Rafiq Cəlilovun və onun birinci müavini Qalib Xudaverdiyevin tapşırıqlarını icra edən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmişlər. İşdə Təqsirləndirilən şəxs1 bu işdə heç bir təqsirinin olmadığı, əgər rüşvət alma faktı vardırsa, bunun Cəlilabad Rayon İcra Hakimiyyətinin Başçısı Rafiq Cəlilovun və onun birinci müavini qalib Xudaverdiyevin göstərişləri əsasında baş verdiyini təsdiq edən kifayət qədər açıq sübutların olmasına baxmayaraq, işə baxan Lənkəran Ağır Cinayətlər Məhkəməsi həmin faktların heç birini nəzərə almamış, həmin faktları araşdırmaqdan belə məqsədli şəkildə imtina etmiş,hökmdə bu barədə neç nə qeyd etməmiş və onlara hüquqi qiymət verməmiş, nəticədə tamamilə qanunsuz, əsassız və saxta hökm çıxarmışdır. Təqsirləndirilən şəxs1 şəxsiyyətini xarakterizə edən bir sıra məlumatları da apellyasiya instansiyası məhkəməsinin diqqətinə çatdırmağı vacib hesab edir. Təqsirləndirilən şəxs1 orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra qardaş Türkiyə Respublikasında “Landşaft memarlığı” ixtisası üzrə ali təhsil almış, uzun illər Türkiyədə Landşaft memarlığı, memari dizayn işi ilə məşğul olmuş, bir sıra dövlət əhəmiyyətli layihələrdə, eyni zamanda özəl layihələrdə iştirak etmişdir. Bu kimi uğurlu layihələrdən sonra vətənə dönərək əldə etdiyi bacarıqlarını ölkəmiz üçün sərf etməyi qərara almış, 2020-ci ildə vətənə dönərək memarlıqla, landşaft memarlığı ilə məşğul olmağa başlamışdır. Tezliklə ölkəmizin iri sənaye-tikinti şirkəti olan “X40” Şirkətindən iş təklifi almış və həmin Şirkətdə landşaft memarı, sonra isə texniki ofis mütəxəssisi kimi fəaliyyət göstərməyə başlamışdır. Həmin müddət ərzində təhsilini də inkişaf etdirmiş, ABŞ-da yerləşən Kolumbiya Universitetinin (Columbia University, New York USA) təşkil etdiyi “İnşaat meneceri” (Construction Manager) və İsveçrədə yerləşən “EFPL” İnstitutunun təşkil etdiyi “Yaşıl şəhər, yenilə bilən enerji” (Green City, Renewably Energy) kurslarını müvəffəqiyyətlə bitirmişdir. Ölkə üçün bir çox layihələr işləyib hazırlamış və heç bir təmanna güdmədən həmin layihələri müvafiq dövlət orqanlarına təqdim etmişdir. İşğaldan azad edilmiş Laçın şəhərində aparılan yenidənqurma və abadlıq işlərində fəal iştirak etmiş və heç bir təmənna güdmədən, mənfəət əldə etmədən layihələr hazırlayıb "xxxx" Şirkətinə təhvil vermişdir (Laçın şəhərində kilsənin rekonstruksiyası, Məscid layihəsi, müxtəlif körpü və yolların işlənib hazırlanması, dağıdılmış evlərin, tarixi binaların rekonstruksiyası, Botanikparkın layihəsi və sair). Məhz bu xidmətlərinə və bacarıqlarına görə o, Cəlilabad rayon İcra Hakimiyyətinin Başçısı Rafiq Cəlilovun təkidli təklifi ilə Cəlilabad rayonunun baş memarı vəzifəsinə təyin olunmasına razılıq vermiş və vicdanla öz vəzifəsini icra etməyə başlamışdır. Lakin, həmin vəzifəyə təyin olunduqdan təqribən 6-7 ay sonra barəsində “tələ” qurularaq qeyd olunan maddələrlə şərlənmiş və həbs edilmişdir. Həbs edilən zaman cəmi 20 gün idi ki, ailə həyatı qurmuşdur. X35 Cinayətlər Məhkəməsi onun barəsində hökm çıxararkən qeyd etdiyi həmin halları da nəzərə almamışdır. İstinad olunan qanunvericilik : İnsan hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverm Məhkəmənin “Maksimov Rusiyaya qarşı “18 mart 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişdir ki, - əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir. Bu isə o deməkdir tərəfqeyd etdiyi dəlilərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Antrapov Rusiya Federasiyasina qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, - sübutların qiymətləndirilməsi zamanı Avropa Məhkəməsi bir qayda olaraq hər bir məntiqli şübhədən kənar sübııtetmə standartlarını qəbul edir. Həmin yanaşma Avropa insan hüquqları məhkəməsinin X4rşı iş üzrə qərarında da təkrarlanmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, - bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlikprezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən - Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət Prosessual Məcəlləsinin təqsirsizlik prezumpsiyasını nəzərdə tutan 21.1-ci maddəsində qeyd olunub ki, - Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsində qeyd olunub ki, - Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə isə - Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən - Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən - Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən - Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən - Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən - İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün ohnadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən - Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarılarkən qanunvericiliyin yuxarıda qeyd etdiyi bütün tələbləri pozulmuşdur. Təqsirləndirilən şəxs1 özü də ayrılıqda apellyasiya şikayəti verərək ona təyin edilmiş cəza ilə razılaşmadığını bildirmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilməsini xahiş etmişdir.
PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ:
Apellyasiya instansiyası məhkəməsində: Dövlət itihamçısı X15 apellyasiya şikayətinin dəlillərinin əsassız və apellyasiya protestinin əsaslı olduğunu, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri və Təqsirləndirilən şəxs2 həmin Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələrilə məhkum olunmalarına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)-223/2024 saylı hökmü Təqsirləndirilən şəxs2 təyin olunmuş əsas cəzaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsi barədə müddəalarının çıxarılmaqla və apellyasiya instansiyası məhkləməsi tərəfindən ona təqsirli bilindiyi CM-in 311.3.1, 311.3.3cü maddələri ilə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmaqla cinayət qanunun normalarının düzgün tətbiq edilərək dəyişdirilməsini, hökmün Təqsirləndirilən şəxs1 aid hissəsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi X1 Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 1(099)-223/2024 nömrəli hökmünün məhkum Təqsirləndirilən şəxs1 aid olan hissədə ləğv edilməsini və həmin hissədə barəsində bəraət hökmünun çıxarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Quliyev X21 Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 1(099)-223/2024 nömrəli hökmünün məhkum Təqsirləndirilən şəxs2 aid olan hissədə dəyişdirilməsini, ona Azərbaycan Respublikası CM-in 311.3.1 və 311.3.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə əməlinin CM-in 309.1-ci maddəsi ilə tövsif etməklə həmin maddə ilə ədalətli cəza təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında videokonfrans əlaqə sistemi vasitəsi ilə iştirak edən məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda müdafiəçilərinin çıxışları ilə razı olduqlarını bildirərək, barələrində ədalətli qərar qəbul edilməsini xahiş etdilər. Zərərçəkmiş hüquqi şəxslər - Cəlilabad Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə1 və Cəlilabad rayon Bələdiyyəsinin nümayəndəsi X22 məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ədalətli qərar qəbul edilməsini xahiş etdilər.
HÜQUQİ MƏSƏLƏLƏR:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərində hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 təyin olunmuş əsas cəzaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların çıxarılmaqla dəyişdirilməli olmasına, apellyasiya şikayətlərinin dəlillərində məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə əməlinin CM-in 309.1-ci maddəsi ilə tövsif edilərək ədalətli cəza verilməsinə və hökmün məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 aid olan hissədə ləğv edilməsini və həmin hissədə barəsində bəraət verilməli olmasını nəzərə alıb, eləcə də CPM-in 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 əməlinin Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə düzgün tövsif olunub-olunmamasına, ona Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsi tətbiq olunmasına, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 əməlinin 311.3.1 və 311.3.3-cü maddələri ilə düzgün tövsif olunub-olunmamasına, ona Azərbaycan Respublikası CM-in 46.2-ci və 62-ci maddələrini maddəsi tətbiq olunmasına, habelə birinci instansiya məhkəməsinin iş üzrə cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı apararaq cinayət işinin materiallarını, eləcə də apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayətləri təmin olunmamalı, apellyasiya protesti isə təmin edilməli və protestə əsasən birinci instansiya məhkəməsinin hökmü məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 aid olan hissədə dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxslərin özlərinin ifadələri, eləcə də zərərçəkmiş hüquqi şəxslər Nümayəndə1, Nümayəndə2, şahidlər Şahid3, Şahid2, Şahid4 Heydər oğlu, Şahid1, Şahid5 Qurban oğlu, Şahid6 Qurban oğlunun ifadələri, Şahid1 xx.xx.2023-cü il tarixli ərizəsi, “Pul vəsaitlərinin təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokolu, “Pul vəsaitlərinin təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokolu, Baxış keçirilməsi haqqına” 31 iyul 2023-cü il tarixli protokolu, 21 iyun 2023-cü il tarixli Mədaxil qəbzi, “diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokolu, “diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokolu, sənədlərin-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 5/1181 saylı rəyi, “Sübutların qiymətləndirilməsi haqqında” 26 oktyabr 2023-cü il tarixli qərarı və digər iş materiallarına əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 311.3.1 və 311.3.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmələri və təqsirli olmalarını tam sübuta yetirilməsinə, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsasların olmamasına görə onların həmin maddələr ilə təqsirili bilinib cəzalandırılmalı olmalarına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, birinci instansiya məhkəməsinin hökmü işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş zərərçəkmiş hüquqi şəxs-Cəlilabad rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətləri ilə bağlı rayon İcra Hakimiyyətinə heç bir zərər dəyməmiş, buna görə də həmin şəxslər barəsində heç bir şikayət və tələbləri yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş zərərçəkmiş hüquqi şəxs- Cəlilabad şəhər Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 hərəkətləri ilə bağlı Cəlilabad şəhər Bələdiyyəsinə heç bir zərər dəyməmiş, buna görə də həmin şəxslər barəsində heç bir şikayət və tələbləri yoxdur. Birinci instansiya məhkəməsində Şahid3 ifadəsində göstərmişdir ki, 2009, 2014 və 2019-cu illərdə ölkə ərazisində keçirilmiş bələdiyyə seçkilərində Cəlilabad rayon Cəlilabad bələdiyyəsinin bələdiyyə üzvü kimi seçkilərdə qalib olmuş və hər dəfə 5 il müddətinə olmaqla bələdiyyə üzvü kimi fəaliyyət göstərmişdir. Hazırda Bələdiyyə sədrinin müavini vəzifəsi üzrə çalışır. 25 noyabr 2021-ci il tarixli 12 saylı iclas protokolu əsasında Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin sədri vəzifəsinə Təqsirləndirilən şəxs2 səs çoxluğu ilə seçilmişdir. Bələdiyyə öz fəaliyyətində 22 avqust 2013-cü il tarixli iclasının 9 saylı qərarı ilə təsdiq edilmiş “Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin Nizamnaməsi”ni, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununu və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Azərbaycan Respublikasının Əsasnaməsini əsas tutmaqla fəaliyyət göstərmişdir. Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Xatirə” parkı bələdiyyə mülkiyyətindədir. 31 iyul 2023-cü il tarixdə bələdiyyə sədri Təqsirləndirilən şəxs2 bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin Sənan adlı şəxsə verilməsi və həmin sahədə tikinti aparılmasına icazə verilməsi üçün İcra hakimiyyətinin baş memarı Təqsirləndirilən şəxs1 ilə birlikdə 40.000 manat rüşvət alması və bununla əlaqədar saxlanması barədə bələdiyyəyə sonradan məlumat daxil olmuşdur. Həmin dövrdə Sənan adlı şəxsə torpaq sahəsinin ayrılması məsələsi bələdiyyə iclaslarına çıxarılmamış və bununla əlaqədar hər hansı bir səsvermədə və qərar qəbul olunmasında iştirak etməmişdir. Şahid3 həmçinin bildirmişdir ki, bələdiyyəyə aid torpaqların satışı ilə bağlı Təqsirləndirilən şəxs2 əvvəllər üzvlərə məlumat vermişdir. Torpağın qiyməti də real bazar qiyməti ilə, son hərrac qiyməti ilə tənzimlənmişdir. Sənanın torpaq sahəsi almaq istəməsi ilə bağlı eşitməmişdir. 2023-cü ilin may ayında Cəlilabad rayonunda “Çiyələk festivalı” keçirilmiş, həmin festivalı sahibkarlar keçirmişdir. Həmçin rayon ərazisində 10 may tarixində də ulu öndər Heydər Əliyevin doğum günü ilə bağlı tədbir keçirilmişdir. Həmin tədbirlərin keçirilməsinə ümumi olaraq Cəlilabad bələdiyyəsi də köməklik göstərmiş, lakin bu köməklik maddi cəhətdən olmamışdır. Heç bir sənədlərdə də bələdiyyədən həmin tədbirlərə vəsait ayrılması barədə qeydlər yoxdur. Təqsirləndirilən şəxs2 da həmin tədbirlərə xərc çəkməsi barədə məlumatı olmamışdır. “Xatirə parkı” deyilən ərazidə torpağın qiymətini dəqiq bilmir. Belə ki, işlədiyi dövrdə sahibkarlıq təyinatı ilə torpaq satmamışdır. Təqsirləndirilən şəxs2 sədrlik etdiyi dövrdə sahibkarlıq təyinatlı torpaq sahəsi satılmamış, həyətyanı torpaq sahəsinin qiyməti isə bir sotu 610 manat olmuşdur. Bələdiyyə hesabına pul köçürülmədən hər hansı vətədaşa torpaq verilməsi şəhid və qazi ailələri istisna olmaqla mümkün deyildir. Bələdiyyə vəsaiti hesabına Cəlilabad şəhəri ərazisində hər hansı tədbirin keçirilməsinə , səhnə alınmasına və s. pul xərclənməmişdir. Birinci instansiya məhkəməsində Şahid2 ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu İcra Hakimiyyəti Başçısının Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır, şəhər Bələdiyyəsinin sədri vəzifəsində Təqsirləndirilən şəxs2 çalışır, onunla yalnız işgüzar münasibətləri vardır. Təqsirləndirilən şəxs2 işlədiyi dövrdə bpyük işlər görmüş, şəhərin abadlığında , təmizliyində və s. böyük zəhmətləri vardır. Rayon ərazisində 2023-cü ilin may ayı ərzində təşkil olunan tədbirlər ilə əlaqədar səhnə və digər bəzək əşyalarının quraşdırlması fəaliyyəti ilə məşğul olan şəxslər ilə Təqsirləndirilən şəxs2 tanış etmiş, həmin tədbirlərin keçirilməsində Təqsirləndirilən şəxs2 böyük işlər görmüşdür. Belə ki, küçə işıqlandırılması, “Cəlilabad” sözünün yazılması, bordürlərin rənglənməsi və s. işlər görmüşdür. Şahid2 əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 tədbirlərin keçirilməsinə xərclədiyi pulların mənbəyini soruşmamışdır. Lakin hesab edir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrini satmaqla əldə etdiyi gəlirdən həmin xərcləri qarşılamışdır. Həmin tədbirlərdə səhnənin alınmasını 15 min manat pul xərclənmişdir. Bundan əlavə elektrik naqillərinin, reklam lövhələrinin, dekorativ çiçəklərin alınmasına və s. pullar xərclənmişdir. Səhnə Vüqar adlı şəxsdən icarəyə götürülmüşdür. “Çiyələk festivalı” təxminən 20 mayda keçirilmişdir. Təqsirləndirilən şəxs2 kiməsə vəsait ödəməsinin şahidi olmamış, lakin Vüqar adlı şəxsin hesabına pul Mehdinin adamları vasitəsi ilə göndərilmişdir. “Xatirə parkı” deyilən ərazidə torpağın qiymətini dəqiq bilmir, təxminən sahibkarlıq təyinatlı torpağın bir sotu 5 min manatdır. Rayon tədbirlərində maddi vəsaitin xərclənməsi Təqsirləndirilən şəxs2 şəxsi təşəbbüsü olmamış, lakin həmin tədbirlərdə bələdiyyənin də üzərinə qoyulan vəzifələr olmuşdur. Birinci instansiya məhkəməsində Şahid4 Heydər oğlu ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayında "xxxx" ASC-nin X9 rəisi vəzifəsinə təyin olunmaqla həmin vəzifədə çalışmış, bir müddət əvvəl ortaq tanışları vasitəsi ilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs Şahid1 ilə tanış olmuş, həmin şəxs Cəlilabad rayonu ərazisində sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi axtardığını bildirmişdir. Buna görə Sənanı Təqsirləndirilən şəxs2la tanış etmiş, Sənan Mehdiyə obyekt tikmək üçün torpaq almaq fikirləri barədə bildirmişdir. Bununla əlaqədar bir neçə dəfə onu Rayon İcra Hakimiyyəti başçısının müavini Qalib Xudaverdiyev və baş memar Təqsirləndirilən şəxs1 ilə də görüşdürmüşdür. Lakin sonrakı dövrlərdə Sənan torpaq məsələsini özünün həll etdiyini bildirmişdir. Sonradan eşitmişdir ki, Sənan Cəlilabad şəhəri ərazisində “Xatirə parkı” ərazisindən Təqsirləndirilən şəxs2 25 min manata torpaq sahəsi almağa razılaşmışdır. Şahid4 həmçinin bildirmişdir ki, Sənanı həm Sahillə, həm də Mehdi ilə 2023-cü ilin təxminən aprel ayında tanış etmişdir. Şahid1 Cəlilabad rayonu ərazisində torpaq almaq təklifi ilə ona müraciət etmiş, ilk dəfə X19 və Təqsirləndirilən şəxs1 ilə tanış etmişdir. Sənanın biznes fəaliyyətlə malik olmaq üçün imkanları olması barədə ortaq tanışları ona məlumat vermişlər. Torpaq almaq üçün Sənanla bir torpaq sahəsinə baxmışlar, lakin Sənan torpağı bəyənməmişdir. Təqsirləndirilən şəxs2 Sənanın zənglərinə cavab verməkdən yayındığı hallar olub, buna görə də Sənanın zənglərinə cavab verməyi Mehdidən xahiş etmişdir. Sənanın onun barəsində şikayət etməsi barədə sonradan, yəni iyulda məlumatı olmuşdur.İyul ayının 31-də olan proselər zamanı o, da KQMBİ-yə dəvət olunmuşdur. Sənanın Mehdiyə pul təklif etməsinin şahidi olub, lakin Mehdi pulu qəbul etməyib. Sonrakı vaxtda Sənanın Sahilə və Mehdiyə pul verməsindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 Sənana layihə çəkmək üçün hansı məbləğdə pul deməsindən məlumatı yoxdur, lakin Sənanın özünün layihəsi olmuş, lisenziyası olan şirkətə layihə çəkdirəcəyini Sənan bildirmişdir. 15-20 min manatı layihəni çəkmək üçün heç kim verməzdi, həmin məbləğə Şahid1 torpaq almağı fikirləşirdi. Sənanın özündə restoranın layihəsi olmasından məlumatı olmuşdur. Torpaq almamışdan əvvəl Sənanın hansı səbəbdən layihə ilə birlikdə gəlməsinin səbəbini bilmir. Birinci instansiya məhkəməsində Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin aprel-may aylarında Cəlilabad rayonu ərazisində sahibkarlıq obyekti tikmək üçün torpaq sahəsi almaq istəmişdir. Ortaq tanışları vasitəsi ilə Cəlilabad rayonunda "xxxx" ASC-nin X7 rəisi Səttar adlı şəxslə tanış olmuş və ona fikirləri barədə bildirmişdir. Onunla birlikdə bir neçə yerə baxmışlar. Həmçinin Sahil ona Cəlilabad rayonunda “Okean” restoranının yanında ona 1 ha torpaq sahəsi təklif edilmişdir. Həmin torpaq sahəsini almaq üçün qiymətdə razılaşmamışdır. Bundan sonra ona “Xatirə Parkı” ərazisində torpaq sahəsi göstərmişlər və tikinti aparmağa icazə verəcəklərini bildirmişlər. Həmin yeri 35 min manata ona verəcəklərini bildirmişlər. Lakin ona heç bir sənəd verilməmişdir. Həmin pulu verdikdən sonra Sahil ona zəng edib başçının əlavə olaraq 5 min manat da istədiyini bildirmişdir. Həmin pulu ondan Sahil və Mehdi birlikdə istəmişlər və həmin pulu da onlara vermişdir. Bundan əlavə Sahil ona müxtəlif layihə şəkilləri atmış və buna görə ondan pul istəmiş, buna görə də ona 3.000 manat bir, 1.000 manat da bir pul vermişdir. Şahid1 həmçinin bildirmişdir ki, Sahilə bir dəfə üç min manat, sonra min manat vermişdir. Daha sonra Mehdi və Sahilə 35 min manat, sonra isə onlara əlavə 5 min manat da pul vermişdir. Həmin pulları verdiyi vaxt ona hər hansı sənəd verilməmiş, həmin şəxslərin onu aldatdığını fikirləşmişdir. Pulu almaqda məqsədləri o olmuşdur ki, həmin torpaq sahəsi ona veriləcək, orada tikinti aparıldığı halda ona göz yumulacaq və o, heç bir maneəsiz orada tikinti aparacaqdır. Həmin pulun rüşvət qismində istənilməsini bilmişdir. Həmin torpaq sahəsini əvvəlcədən görmüş, bəyənmişdir. Səttar adlı şəxsə etibar etdiyindən Sahil və Mehdiyə də etibar etmiş, buna görə də bələdiyyəyə rəsmi müraciət etməmişdir. Səttar onu Mehdi və Sahillə tanış etdikdən sonra o, söhbətlərini onlarla aparmışdır. “Xatirə Parkı”nda olan torpaq sahəsini o, üç dəfə görmüşdür. KQMBİ-yə ilk dəfə şikayətinin nə vaxt olmasını xatırlamır. Həmin orqana müraciəti ərizə ilə etmişdir. Belə ki, İdarəyə getmiş, başına gələnləri demiş, Baş idarənin əməkdaşı yazmış və özü imzalamışdır. Həmin ərizəni kimin yazmasını bilməmişdir. Ona təqdim edilmiş ərizələrdə olan imzalar da ona məxsusdur. Torpaq sahəsinə görə Təqsirləndirilən şəxs2la sövdələşməzdən əvvəl bələdiyyədən torpaq alınması prosedurlarını öyrənməmişdir. Əslində o, çıxarışı olan torpaq sahəsi almaq istəmiş, lakin Sahil və Mehdi ona bələdiyyədən kiçik bir torpaq sahəsini almağı təklif etmişdir. İlk dəfə Cəlilabad rayonunda Səttarı tanımış, daha sonra Qalib, Sahil və Təqsirləndirilən şəxs2 tanımış, “Okean” adlı restoranda dəfələrlə oturub yemək yemişlər. Təqsirləndirilən şəxs2 ona müxtəlif xərclər olduğunu, bütün xərclərin 25 min manat edəcəyini bildirmişdir. Sonradan ona əng edib əlavə 5 min manat da pul istəmişlər. Cəlilabad rayonunda iş qurmaq istədiyindən Təqsirləndirilən şəxs2 və digərlərinin onu aldatmasına baxmayaraq iş qurmaqdan imtina etməmişdir. Verilən puldan hansı formada istifadə ediləcəyi, kimə nə çatacağını konkret olaraq bilməmişdir. Hərrac üçün köçürüləcək pul da verdiyi pulun içində olmuşdur. Verdiyi 35 min manat onun şəxsi vəsaiti olmuş, həmin pul vəsaiti ona qaytarılmamışdır. Pulu verdikdən 3-5 gün sonra yenidən Cəlilabada gəldikdən sonra ona torpaq satılması üçün ərizə vermişdir. Təqsirləndirilən şəxs2la bir neçə dəfə görüşmüş, sonuncu ilə Lənkəran və Lerik rayonlarında da görüşmüşdür. Cəlilabad rayonunda ferma üçün torpaq sahəsi axtarmış, həmin ərəfələrdə də Mehdi ilə görüşmüşdür. Mehdi onun zənglərinə bəzi hallarda gec cavab vermiş, buna görə də Səttara bu barədə demiş, Mehdi isə başının qarışıq olduğunu demişdir. Mehdi başçıdan hər şeyin razılığını aldıqdan sonra pulu alacağını bildirmişdir. İlk dəfə Mehdiyə pul verdikdə qəbul etmədiyindən 5 min manat pulu beh formasında saxlaması üçün Səttara vermişdir. Cəlilabad rayonunda bir neçə torpaq sahələrinə baxmış, lakin həmin yerlərdə real bir iş görməmişdir. Üçtəpə deyilən yerdə villa tikməsi, köhnə “şərab zavodu” deyilən ərazidə otel tikintisinə başlaması barədə Təqsirləndirilən şəxs2 hər hansı söz deməmişdir. 31 iyulda Təqsirləndirilən şəxs2 üzərindən pul aşkarlanması prosesində iştirak etməmiş, lakin maşında olmuşdur. 35 min manat pulu 20 iyun 2023-cü il tarixdə vermiş, həmin vaxt əməliyyatın keçirilməməsinin səbəbini bilməmişdir. Pulu verdikdən sonra Türkiyyəyə getməmiş, Azərbaycanda müalicə olunmuşdur. Cəlilabad rayonuna gəldikdə həmişə hesabı özü vermişdir. Səttarla münasibətlərinin pozulması, bundan sonra Türkiyəyə getməsi və buna görə də pulu götürüb ona kömək etməsini Mehdidən xahiş etmiş, Mehdi sənədləşmə həll olunduqdan sonra pulu götürəcəyini demiş, lakin sonra Sahil zəng edib hər şeyin hazır olduğunu deyib onun Cəlilabada çağırmışlar. 5 min manatı gətirməsi üçün Sahil ona zəng edib başçının istədiyini bildirmiş, buna görə də həmin pulu gətirmişdir. Mehdi ona 150 min manata ferma təklif etmiş, lakin istəməmişdir. Həmçinin Qalibin torpağını sotunu 5 min manata ona satmaq istəmişlər, lakin almamışdır. Onunla söhbətdə ona bildirilmişdir ki, həmin pulun az bir hissəsi rusum kimi köçürülməli, qalanı isə başçıya, “şəhərsalmaya” və s. yerlərə xərc kimi çıxacaqdır. Mehmanxana tikintisi üçün layihəni ona Sahil hazırlamalı, lakin layihə çəkilməsi ilə bağlı hər hansı qiymətə razılaşmamışlar. Həmçinin Sahil bu işlərə görə ondan 3 min manat bir, 1 min manat isə bir pul almışdır. Layihələrin çəkilməsini Sahilin hazırlatdıracağına razılaşmış, lakin qiymət barədə danışmamışdır. Lakin Sahil ona zəng edib tanıdığı şəxslərin yanında biabır olduğunu, layihənin bir hissəsinin çəkili hazırlanmasını bildirb pul istəmiş, buna görə də Sahilə 3.000 manat və əlavə 1.000 manat da vermişdir. Layihənin dəyərinin 18.000 manat olması barədə hər hansı söhbət yadında qalmamışdır. O, hər hansı layihə sifariş verməmişdir. Yazışmalardan da görünür ki, layihəni hazırlatdığını Sahil demiş, lakin o, hər hansı sifariş verməmişdir. “Okean” restoranın yanındakı torpaqda restoran tikilməsi ilə bağlı layihə çəkilməsi danışılmış, lakin həmin torpağı almadığı halda Sahil ona layihə hazırladığını bildirmiş, ondan pul almışdır. Sahil sadəcə ona tikinti obyektlərinin şəkillərini atmış, hər hansı layihə göndərməmişdir. Mehmanxana və digər tikililər üçün onda hər hansı layihə olmamış, Səttarın bu barədə nə deməsindən məlumatı yoxdur. Torpağı baha verdiklərindən otel tikintisini həyata keçirməmişlər. Parkın içində alacağı torpaqda aşağı hissəsi beton, orta hissəsi daş, yuxarı hissəsi isə yüngül konstruksiya ilə hazırlanacaq tikili olacaqdı. Tikili üçün icazə alınıb-alınmaması ilə bağlı məlumatı olmamış, Sahil və Mehdi nə demişdirsə onlara qulaq asmışdır. 35 min manatı verərkən prokurorluğa müraciət etmişdir. 4 min mantı verdiyi vaxt prokurorluğa müraciət edib-etməməsi yadında deyildir. Cəlilabad rayonuna xatırlamadığı maşınında gəlmişdir. Səttar onu ilk dəfə rayon İcra Hakimiyyətində müavin işləyən Qaliblə tanış etmişdir. Həmin şəxslə görüşüb torpaq məsələsi ilə bağlı söhbət etmişdir. Sahil ona zəng edib başçıdan çətinliklə razılıq aldıqlarını, əlavə 5 min manat da lazım olduğunu bildirmiş, buna görə də həmin pulu vermişdir. Ona zəng edəndə Sahilin telefonu ilə Mehdi də onunla danışmış, buna görə də həmin pulu ondan Sahil və Mehdi birlikdə istədiklərindən pulu da onlardan birinə - Mehdiyə vermişdir. Mehdi həmin pulu Səttara verməsini ona deməmişdir. Onu aldadan, onunla “məzələnən”, danışıqdan sonra əlavə pul tələb edən şəxslərdən şikayət etməli idi. Sahilə Böyükağanın apardığı tikintisi ilə bağlı icazə verilməsini xahiş etməmişdir. Sahilə layihə çəkilməsini bildirib ondan pul istəmiş, buna görə ona ümumilikdə 4 min mant pul vermişdir. İş materiallarında olan: Şahid1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Cəlilabad şəhərində istirahət parkı ərazisində hərrac yoluyla 0,03 ha torpaq sahəsinin uzun müddətli icarəyə verilməsi ilə bağlı hərracda qalib gələrək torpaq sahəsinin ona ayrılmasını təmin edəcəyini bildirməklə bunun müqabilində Cəlilabad şəhər bələdiyyəsinin sədri vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ondan qanunsuz olaraq 25.000 manat pul vəsaitini rüşvət qismində tələb etməsi barədə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat vermiş və müvafiq tədbir görülməsini xahiş etmişdir. Şahid1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Cəlilabad şəhərində istirahət parkı ərazisində 0,03 ha torpaq sahəsinin uzun müddətli icarəyə verilməsi ilə bağlı hərracda qalib gələrək torpaq sahəsində sahibkarlıq məqsədi ilə obyekt tikintisinə icazə verilməsi müqabilində Cəlilabad rayon İcra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyevin və RİH-nin Memarlıq və tikinti şöbəsinin müdiri Təqsirləndirilən şəxs1 ondan qanunsuz olaraq 10.000 manat pul vəsaitini rüşvət qismində tələb etmələri barədə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat vermiş və müvafiq tədbir görülməsini xahiş etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 5(001)-1085/2023 nömrəli, xx.xx.2023- cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və digərləri barəsində qəbul edildiyi gündən 3 ay müddətinə texniki vasitələrdən istifadə etməklə gizli video və foto çəklişlərin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərdə, zəruri hallarda binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış əməliyyataxtarış tədbirləri keçirilməsi qərara alınmışdır. Pul vəsaitlərinin təqdim edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 müraciətinə əsasən Təqsirləndirilən şəxs2 ondan 25.000 manat, Təqsirləndirilən şəxs1 10.000 manat rüşvət tələb etməsi faktının ilkin təsbit edilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun maliyyə xidmətindən götürülmüş 35.000 manat məbləğində pul vəsaiti Şahid1 təqdim edilmiş və tələb olunan pulun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verilməsi zamanı danışıqların audio və video yazısının aparılması məqəsdi ilə onun üzərinə xüsusi texniki avadanlıq quraşdırılmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən 35.000 manat pul vəsaitinin alınmasını əks etdirən videogörüntülər 01 diskə köçürülmüşdür. Pul vəsaitlərinin təqdim edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 müraciətinə əsasən Təqsirləndirilən şəxs1 ondan əlavə olaraq 5.000 manat rüşvət tələb etməsi faktının təsbit edilməsi məqsədi ilə 5.000 manat məbləğində pul vəsaiti Şahid1 təqdim edilmiş və tələb olunan pulun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verilməsi zamanı danışıqların audio və video yazısının aparılması məqəsdi ilə onun üzərinə xüsusi texniki avadanlıq quraşdırılmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən 5.000 manat pul vəsaitinin alınmasını əks etdirən videogörüntülər 01 diskə köçürülmüşdür. Baxış keçirilməsi haqqında 31 iyul 2023-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Kərimov X18 şəhəri, Qurtuluş küçəsində yerləşən “Şəhri Şuşa” restoranında saxlanılarkən orada üzərində baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 şalvarının cibindən A01810670, A16089750, A12917948, A32700052, A09380386, A04032140, A04032139, A14066110, A04032145, A04032146 seriya və nömrəli 10 ədəd 200 Azərbaycan manatı nominallı pul əskinasları, A22811713, C12539338, C42321060, A02354338, B07541288, D06170048, C63053089, C91921827, D15913885, A17671013, C41370205, C73049865, C52760872, C69762958, C90533488, C56307889, C89584600, C35705115, C71532790, D15950176, D01372217, C31554644, C76892284, A86529960, A26000685, C65254195, C59438560, C00892255, C41036827, C49086634 seriya və nömrəli 30 ədəd 100 Azərbaycan manatı nominallı pul əskinasları, cəmi 5.000 (beş min) manat pul vəsaiti aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 5.000 manat pul vəsaitini Şahid1 torpaq sahəsi ayrılaraq sənədləşdirilməsi və tikinti işlərinin aparılması üçün icazə alınması müqabilində ondan aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş qeyd olunan pul əskinasları götürülüb müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə edilmişdir. Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında 31 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 21:30-dan, Təqsirləndirilən şəxs1 isə həmin gün saat 01:45-də şübhəli şəxs qismində tutulmuşlar. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-802/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Həmçinin həmin qərarla Təqsirləndirilən şəxs1 haqqında əlavə qətimkan tədbiri qismində vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-801/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Həmçinin həmin qərarla Təqsirləndirilən şəxs1 haqqlnda əlavə qətimkan tədbiri qismində vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçilmişdir. 21 iyun 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Şahid1 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 50016 nömrəli “MilliÖn” elektron ödəmə sistemindən həmin tarixdə saat 18:48-də 1.000 manat pul vəsaiti Təqsirləndirilən şəxs1 istifadəsində olan "xxxx" ASC-ə məxsus 4169********5971 nömrəli bank hesabına göndərilmişdir. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı əldə edilmiş 20 iyun 2023-cü il tarixə aid videogörüntüləri özündə əks etdirən bir ədəd “CD” diskə baxış keçirilmişdir. Həmin diskdəki video görüntülərdəki söhbətlər 50:28 dəqiqədə davam etməklə ilkin olaraq otaq şəraitində 2 şəxsin iştirakı ilə çay süfrəsi arxasında aparılır, istintaq materiallarına əsasən görüntüdəki şəxs Təqsirləndirilən şəxs1, görüntülərdə üzü görünməyən şəxs isə Şahid1dur. Söhbət zamanı çəkilişin 01:10-cu dəqiqədən başlayaraq Təqsirləndirilən şəxs1 “Sən öl heç kim belə şərait yaratmaz, heç bir İcra hakimiyyəti yaratmır, onun qiyməti otuzdusa, səndən altmış istəyəcəklər”, 02:24-dən “Mehdi gəlsin sənin yerini göstərsin, sən sabahdan gec yox, sən gəl orada səliqə səhmanını yarat, qazıntını apar, betonu tök, işini gör” sözlərini Şahid1 deyir. Çəkilişin 18:30-cu dəqiqəsində onların yanına Təqsirləndirilən şəxs2 gəlir və hal-əhval tutaraq işə aid olmayan söhbətərini davam etdirirlər. Çəkilişin 27:38-cu dəqiqəsində Şahid1 “mənim işimi də danışın, məni yola salın gedim” sözlərini deyir, cavabında Təqsirləndirilən şəxs2 ona “sənin işini danışmışıq da, day əl çək” sözlərini deyir, çəkilişin 31:48-ci dəqiqəsindən Şahid1 “sənədləri də danışdığımız kimi, verə bilərəm indi?” sözlərini deyir, Təqsirləndirilən şəxs2 əvəzində “burada vermə də çıxaq həyətdə maşında götürərik, duraq gedək yerə də baxaq” sözlərini deyir. Çəkilişin 33:30-cu dəqiqəsində hər 3 şəxs həmin yeri tərk edərək bir qədər ayaqla yeridikdən sonra Sahil və Mehdi Şahid1 park ərazisində torpaq sahəsini göstərərək “bax buradır yer” sözlərini deyirlər. Bundan sonra addımlayaraq Sahilin idarə etdiyi avtomobilə doğru hərəkət edirlər, avtomobildə sürücü hissəsində Təqsirləndirilən şəxs1, sürücünün yan oturacağında Təqsirləndirilən şəxs2, arxa sərnişin yerində isə Şahid1 əyləşir. Çəkilişn 37:17-ci dəqiqəsində Şahid1 pul vəsaitini Təqsirləndirilən şəxs2 təqdim edərək “bir dənə bunu say” sözlərini deyir, Təqsirləndirilən şəxs2 da pulu qəbul edərək saymağa başlayır. Təqsirləndirilən şəxs2 pulu sayıb qurtardıqdan sonra Şahid1 “Allah hamıya xeyir versin, tikintidə daha heç kim problem yaratmaz da yəqin, düzdümü?” sözlərini deyir, Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 göstərək” bunlar problem yaratmasa heç kim yaratmayacaq” sözlərini deyir və daha sonra avtomobil dayanaraq sağollaşıb ayrılırlar. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı əldə edilmiş 31 iyul 2023-cü il tarixə aid videogörüntüləri özündə əks etdirən bir ədəd “CD” diskə baxış keçirilmişdir. Həmin video görüntülərdəki söhbətlər 02:02 dəqiqə müddətində davam etməklə otaq şəraitində 2 şəxsin iştirakı ilə aparılır, istintaq materiallarına əsasən görüntüdəki şəxs Təqsirləndirilən şəxs2, görüntülərdə üzü görünməyən şəxs isə Şahid1dur. Söhbət zamanı çəkilişin ilk saniyəsindən başlayaraq Şahid1 ilkin 3.000 manat pulu özü sayaraq Təqsirləndirilən şəxs2 təqdim edib saymasını xahiş edir, sonuncu da pulu qəbul edib saydıqdan sonra Sənan əlində qalan 2.000 manat pul vəsaitini də sayaraq təkrar Mehdiyə təqdim edir, Mehdi həmin pulu da sayaraq pul vəsaitlərini şalvarının sağ cibinə qoyur. Çəkilişn 01:30cu saniyəsində Şahid1 “yəqin tikinti aparan zaman kimsə gəlib, o, bu nə bilim, şəhərsalmadı, bələdiyyədi” sözlərini deyir. Təqsirləndirilən şəxs2 da cavabında “bələdiyyə mənəm də, heç bir problem yoxdur” sözlərini demişdir. Cəlilabad rayon Cəlilabad bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 407 nömrəli məktubundan görünür ki, Cəlilabad şəhəri ərazisində yerləşən “Xatirə” parkı bələdiyyə mülkiyyətində olmaqla Cəlilabad şəhəri, H.Əliyev prospektinrə yerləşir. “Şəhri Şuşa” restoranı isə Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşir. Sənədlərin-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 5/1181 saylı rəyindən görünür ki, A01810670, A16089750, A12917948, A32700052, A09380386, A04032140, A04032139, A14066110, A04032145, A04032146 seriya və nömrəli 10 ədəd 200 Azərbaycan manatı nominallı pul əskinasları, A22811713, C12539338, C42321060, A02354338, B07541288, D06170048, C63053089, C91921827, D15913885, A17671013, C41370205, C73049865, C52760872, C69762958, C90533488, C56307889, C89584600, C35705115, C71532790, D15950176, D01372217, C31554644, C76892284, A86529960, A26000685, C65254195, C59438560, C00892255, C41036827, C49086634 seriya və nömrəli 30 ədəd 100 Azərbaycan manatı nominallı pul əskinasları xüsusi mühafizə vasitələrilə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edir. Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin xx.xx.2013-cü il tarixli iclasının 9 saylı qərarı ilə təsdiq edilmiş “Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin Nizamnaməsi”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli, 160-İİQ nömrəli Azərbaycan Respublikası Qanunu və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Azərbaycan Respublikasının 2002ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Əsasnamədən çıxarışdan görünür ki, torpaq sahəsinin ayrılması üçün şəxsin ərizə ilə bələdiyyəyə müraciət edilməsi, torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edildiyi halda müraciətdən çıxarışın torpaq sahəsinin planı və ölçüsünü təsdiq etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilərək razılıq alınmalı, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla fiziki şəxslərə bələdiyyələrin qərarı ilə verilməli, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır. Cəlilabad rayon Cəlilabad bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 12 saylı iclas protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 bələdiyyə üzvlərinin səs çoxluğu ilə 25 noyabr 2021-ci il tarixdə həmin Bələdiyyənin sədri vəzifəsinə seçilmişdir. Cəlilabad Rayon İcra hakimiyyəti başçısının 7 oktyabr 2022-ci il tarixli, 258 nömrəli sərəncamından görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdən Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar vəzifəsinə təyin edilmişdir. Cəlilabad Rayon İcra hakimiyyəti üzrə Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memarın vəzifələrinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnamənin, «Dövlət Qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyinin və rayon icra hakimiyyətində aparılmış iş bölgüsünün tələblərinə uyğun qurmaq və həyata keçirmək, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən rayon icra hakimiyyəti başçısının tapşırıq və tövsiyələrini icra etmək, təsdiq olunmuş memarlıq layihələrini qeydiyyatdan keçirmək, memarlıq obyektinin layihəsini və layihənin texniki və ekoloji ekspertiza qaydalarını memarlıq-planlaşdırma tapşırılıqlar verən orqanla razılaşdırmaq, qəbul edilmiş memarlıq layihəsinin memarlıq həllinin bütün dəyişikliklərinə razılıq vermək və nəzarət etmək, İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədlərini hazırlamaq üçün rəy vermək, müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə verilməsi üçün rəy vermək, tikinti işləri başa çatmış ərazilərin həmin işləri aparmış şəxslər tərəfindən abadlaşdırılmasına və yaşıllaşdırılmasına nəzarət etmək, şəhərsalma fəaliyyəti ilə əlaqədar mübahisələrə baxmaq, memarlıq planlaşdırma sxemlərini və layihələrini, yaşayış məntəqələrinin baş planlarını, müvafiq ərazinin tikinti-planlaşdırma layihələrinin qanunauyğunluğunu yoxlamaq, inzibati ərazi vahidlərinin baş planlarını təsdiq üçün aidiyyəti dövlət orqanına təqdim etmək, daşınmaz əmlak obyektlərinin ünvanları barədə məlumat bazasını formalaşdırmaq, ətraf ərazilərin çirklənməsi təhlükəsi doğura biləcək tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər görmək, qəbul edilmiş memarlıq layihəsinin dəyişikliklərinə razılıq vermək və nəzarət etmək, tikintisinə və istifadəsinə icazə verilmiş obyektlərin istismarına icazə sənədlərinin araşdırılmasında onların müvafiq tikinti norma və qaydalara uyğun olmasına və yerində baxış keçirilməsinə rəhbərlik etmək, obyektlərin tikintisinə və istismarına icazə sənədlərinin hazırlanmasına rəhbərlik etmək, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”, “Dövlət qulluğu haqqında” Qanun və Azərbaycan Respublikasının digər müvafiq normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş aidiyyəti vəzifələri yerinə yetirmək və digər vəzifələr aid olmuşdur. 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Cəlilabad rayon İcra Hakimiyyəti və Cəlilabad rayon Bələdiyyəsi zərərçəkmiş hüquqi şəxs qismində, eyni tarixli qərarla isə Nümayəndə1 zərərçəkmiş hüquqi şəxs Cəlilabad rayon İcra Hakimiyyətinin, Nümayəndə2 zərərçəkmiş hüquqi şəxs Cəlilabad rayon Bələdiyyəsinin nümayəndəsi qsimində tanınmışdır. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 24 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 24 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 26 oktyabr 2023-cü il tarixli qərarın 6-cı bəndindən görünür ki, iş üzrə 20 iyun 2023-cü il və 31 iyul 2023-cü il tarixdə əməliyyataaxtarış tədbirlərinin keçirilməsi zamanı və Təqsirləndirilən şəxs2 üzrəinə 31 iyul 2023-cü il tarixdə baxış və götürmə keçirilmə zamanı əldə edilmiş videogörüntüləri özündə əks etdirən 03 ədəd CD disk, baxış zamanı Təqsirləndirilən şəxs2 üzərində aşkar olunan A01810670, A16089750, A12917948, A32700052, A09380386, A04032140, A04032139, A14066110, A04032145, A04032146 seriya və nömrəli 10 ədəd 200 Azərbaycan manatı nominallı pul əskinasları, A22811713, C12539338, C42321060, A02354338, B07541288, D06170048, C63053089, C91921827, D15913885, A17671013, C41370205, C73049865, C52760872, C69762958, C90533488, C56307889, C89584600, C35705115, C71532790, D15950176, D01372217, C31554644, C76892284, A86529960, A26000685, C65254195, C59438560, C00892255, C41036827, C49086634 seriya və nömrəli 30 ədəd 100 Azərbaycan manatı nominallı pul əskinasları və 21 iyun 2023-cü il tarixli mədaxil qəbzi maddi sübut kimi tanınmış, qeyd olunan pul əskinasları saxlanılması üçün xx.xx.2023-cü il tarixdə pulun qanuni sahibi Şahid1 təhvil verilmişdir. Həmin qərarın 7-ci bəndindən görünür ki, X14 barəsində CPM-in 39.1.11-ci maddəsinə cinayət təqibi başlanılması rədd edilmiş, elcə də qərarın 8-ci bəndinə əsasən X23 və X5 barəsində CM-nin 308 və 311-ci maddələri ilə aparılan cinayət təqibi üzrə icraata CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərarla Təqsirləndirilən şəxs1 götürülmüş “İphone” markalı mobil telefon və saat, “Xiomi” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 götürülümüş “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etmədiyindən sonuncuların ailə üzvlərinə (mümkün olmadığı halda ailə üzvlərinin müqavilə bağladığı vəkilə) qaytarılması qərara alınmışdır. Məhkəmənin sorğusuna əsasən Cəlilabad rayon İcra hakimiyyətinin Başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cəlilabad rayonunda 2023-cü ilin 10 may tarixində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar rayon icra hakimiyyəti başçısının 12 dekabr 2022-ci il tarixli 342 nömrəli sərəncamı ilə tədbirlər planı və 21 may tarixində “Çiyələk festivalı”nın keçirilməsinin təşkili məqəsdi ilə rayon icra hakimiyyəti başçısının 27 aprel 2023-cü il tarixli sərəncamı ilə rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyevin sədrliyi ilə Cəlilabad bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs2 və digər şəxslərdən ibarət təşkilat komitəsi yaradılmışdır. Tədbirlər planına uyğun olaraq hər iki tədbirin keçiriləcəyi ərazilərdə müvafiq hazırlıq və abadlaşdırma işləri aparılmışdır. Həmin tədbirlərin keçirilməsi təşəbbüsü rayon icra hakimiyyətinə məxsus olduğuna görə istər RİH və istərsə də digər dövlət qurumları tərəfindən dövlət büdcəsindən hər hansı maliyyə vəsaiti ayrılmamış, tələb olunan xərclər rayonun daxili imkanları hesabına qarşılanmışdır. Birinci instansiya məhkəməsi zamanı Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 7 oktyabr 2022-ci il tarixli 258 nömrəli sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar vəzifəsinə təyin edilməklə həmin vəzifədə çalışmışdır. 2023-cü ilin may ayında sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi tanıdığı və "xxxx" ASC-nin X7 rəisi Şahid4 vasitəsi ilə tanış olduğu Şahid1 ona müraciət edərək Cəlilabad rayonu ərazisində otel tikintisinə eskiz layihə hazırlanmasını ondan xahiş etmiş, ona razılıq verərək İcra Hakimiyyəti rəhbərliyinə də bu barədə məlumat vermişdir. İşlədiyi vəzifə üzrə əmək haqqısı az olduğundan işindən savayı eskiz layihələrin hazırlanması fəaliyyəti ilə də məşğul olaraq qazanc əldə etmişdir. Şahid1 həmin eskiz layihənin hazırlanması üçün 2023-cü ilin may ayında nağd qaydada 3.000 manat şəxsən almış və həmin ilin iyun ayında istifadəsində olan bank kartına 1.000 manat köçürülən pul vəsaitini Cəlilabad şəhəri ərazisində bankomatdan nağdlaşdırmış, ümumilikdə 4.000 manat pul vəsaitini Şahid1 almış və həmin eskiz layihəni hazırlayaraq Sənana təqdim etmişdir. Həmin ərəfədə Sənan otel tikintisi üçün pul vəsaiti çatışmadığı üçün fikrindən yayındığını bildirmişdir. Bir müddət sonra Cəlilabad rayonu ərazisində Şahid1 ilə görüşləri zamanı orada Cəlilabad rayonu Cəlilabad bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs2 da iştirak etmişdir. Söhbət zamanı Şahid1 Cəlilabad rayonu ərazisində yerləşən “Xatirə parkı” adlanan park ərazisində iaişə obyekti tikmək istədiyini, bunun üçün ona 3 sot torpaq sahəsi və həmin torpaq sahəsində tikinti aparılması üçün icazə lazım olduğunu bildirmişdir. Səhəri gün bu barədə Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyinə bu barədə məlumat verərək qeyd olunan park ərazisində iaişə obyekti tikmək üçün ona 3 torpaq sahəsi lazım olduğunu və həmin obyekti tikmək üçün İcra Hakimiyyətinin də razılığını istədiyini bildirmiş və İcra hakimiyyətindən Şahid1 qeyd olunan iaişə obyektini tikməkdə heç bir problem olmadığını bildirmişlər. Həmçinin, İcra hakimiyyətinin rəhbərliyindən həmin 3 sot torpaq sahəsinə görə 25.000 manat və tikintiyə icazə verilməsi üçün 10.000 manat Şahid1 verməli olduğunu deyərək bu barədə bələdiyyə sədri Təqsirləndirilən şəxs2 da deyəcəklərini bildirdilər. Bir neçə gün sonra Şahid1 ilə Təqsirləndirilən şəxs2 da iştirakı ilə aparılan söhbət zamanı ona torpaq sahəsinə görə 25.000 manat və tikintiyə icazə verilməsi üçün 10.000 manat pul vəsaiti verməli olduğunu demiş, Sənan da tələb olunan pul vəsaiti ilə razılaşaraq qısa müddət ərzində həmin pul vəsaitini təqdim edəcəyini bildirmişdir. 20 iyun 2023-cü il tarixdə Cəlilabad rayonunda yerləşən “Xatirə parkı” adlanan park ərazisində yerləşən kafedə Təqsirləndirilən şəxs2 və Şahid1 ilə görüşmüş, görüş zamanı Sənan pulu düzəltdiyini və özü ilə gətirdiyini bildirmiş, bundan sonra park ərazisində olan torpaq sahəsinə baxdıqdan sonra pulu almaq üçün mülkiyyətində olan və idarə etdiyi “Tiguan” markalı, **-OO-*** qeydiyyat nişanlı avtomobilə birlikdə əyləşmişdilər. Avtomobildə Şahid1 özü ilə gətirdiyi 35.000 manat pul vəsaitini onlara təqdim etmiş və onlarda həmin pul vəsaitini qəbul edərək Sənana daha heç bir problem olmadığını, tikintiyə başlaya biləcəyini demişlər. Daha sonra Şahid1 avtomobili tərk etmiş və Təqsirləndirilən şəxs2 da avtomobildə 25.000 manat pulu ona təqdim edərək saxlamağı ondan xahiş edərək daha sonra götürəcəyini bildirərək 10.000 manat pul vəsaitini özündə saxlamışdır. Bu barədə Rayon İcra hakimiyyətinin rəhbərliyinə də məlumat verdikdə həmin pul vəsaitinin az olduğunu, Şahid1 qeyd olunan məsələlərin müsbət həll olunması üçün əlavə 5.000 manat verməli olduğunu və bu barədə bələdiyyə sədri Təqsirləndirilən şəxs2 da tapşırıq verdiklərini, həmçinin özündə saxladığı 25.000 manat pul vəsaitini də Mehdiyə təqdim etməyi tapşırmışlar. Həmin pul vəsaitini elə həmin gün Təqsirləndirilən şəxs2 təqdim etmiş, bundan əlavə Şahid1 ilə əlaqə saxlayaraq onun qeyd olunan məsələlərin müsbət həll olunması üçün əlavə 5.000 manat ödəməli olduğunu demişdir. 31 iyul 2023-cü il tarixdə səhər saatlarında Sənan ona mobil telefonla zəng edərək görüşməyi istəmiş, saat 13 radələrində Təqsirləndirilən şəxs2 da iştirakı ilə Sənanla “Şəhri Şuşa” restoranında görüş zamanı Sənan pulu hazır etdiyini və Səhəri gün tikinti işlərinə başlamaq istədiyini bildirmiş, Mehdi Şahid1 pulu qəbul etmək üçün kafedə digər sakit otağa keçmiş, bir neçə dəqiqə sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları otağa daxil olaraq özlərini təqdim etmiş və izahatının alınması üçün baş idarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməyərək həmin ifadə ilə tanış olmadığını, birinci dəfə həmin vəziyyətlə qarşılaşdığını, buna görə ifadəsinə oxumadan imza etdiyini, həmin ifadə də yazılanların düzgün olmadığını bildirmişdir. Cəlilabad rayonuna baş memar vəzifəsinə gəlməkdə məqsədi Cəlilabad rayonunda aparılan quruculuq işlərində iştirak etmək istəməsi olmuşdur. Məhkəmə istintaqı zamanı verdiyi ifadəsini tam təsdiq edir. Barəsində həbs qətimak tədbiri seçilərkən hakim qarşısına çıxarılarkən verilən ifadəsini də təsdiq etmişdir. Qanunvericiliklə tanış olmadığı, özünü təqsirli bilmədiyi üçün ibtidai istintaqın sonunda ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyə ünvanladığı son sözündə bildirmişdir ki, Cəlilabad rayonunda işə başlamazdan əvvəl ən böyük sənaye və tikinti şirkətlərinin birində məsul vəzifədə işləmiş, Cəlilabad rayonuna qayıtmaqda məqsədinin həmin rayonda tikinti və memarlıq işlərini nizama salmaq və bir sıra dövlət hesabına keçiriləcək layihələri icra etmək olmuşdur. 2022-ci ilin oktyabr ayında işə başlamış, cəmi 03 ay sonra başçının birinci müavini Qalib Xudaverdiyev onu Şahid1la tanış etmişdir. O, əvvəllər dövlət işlərində işləmədiyindən nəyi necə etməli olduğunu bilməmiş, buna görə də çox şeyi sonuncudan soruşaraq, görərək öyrənmişdir. Həmin vaxt Qalib Xudaverdiyev ona bildirmişdir ki, Cəlilabad rayon İcra Hakimiyyətində qeyri rəsmi fond vardır, həmin fonda bir sıra iş adamları ianələr verirlər və həmin ianələr hesabına bir sıra şəhid ailələri və qazilərin problemləri həll edilir. Bu məsələnin xırda detallarını Qalib Xudaverdiyevdən soruşmamış, sonuncu onun birbaşa kuratoru olmuşdur. Qalibin tanış etdiyi Şahid1 da həmin fonda 10 min manat ianə verəcəyini bildirmiş, onu bu məsələ maraqlandırmamışdır. Onu yalnız rayonda aparılacaq tikinti-quruculuq işləri maraqlandırmışdır. O, rayon üçün bir çox layihələri pulsuz çəkərək təqdim etmişdir. Şahid1 özü də etiraf etmişdir ki, ona 4 min manatı layihə çəkmək üçün vermişdir. Lakin qalan 10 min manatı onun rüşvət kimi alması yazılsa da bu belə deyildir, həmin pulu rüşvət kimi almışdırsa özü üçün xərcləməli idi. Lakin rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun tapşırığı ilə həmin pulu Təqsirləndirilən şəxs2 vermiş, həmin pulu özü üçün xərcləməmişdir. İşlədiyi dövrdə hər şeyi kuratoru olan Qalib Xudaverdiyevdən öyrənmiş, sonuncu nə demişdirsə onu da icra etmişdir ki, bunu da hamı bilmişdir. Cəlilabad sakinləri işlədiyi dövrdə onu tanımış, o, heç vaxt heç kimdən 1 manat rüşvət almamış, təklif olunsa belə almamışdır. Hadisənin ictimailəşməsinin qarşısını almaq üçün bir ildən artıqdır ki, susmuşdur, lakin onun başına gələnlərin reallığını ictimaiyyət bilir. Ona köməklik ediləcəyi vəd olunduğundan o, susmuşdur. Lakin ona çox ağır cəza verilməsi dövlət ittihamçısı tərəfindən təklif olunmuş, lakin o, cinayət törətməmiş, tapşırığı icra etmişdir. Onun və digər qohumlarının adında heç bir mülkiyyət yoxdur, əgər rüşvət almış olsaydı bu hallar bilinərdi. O, bütün qanunsuz tikintilərə etiraz etmiş, bir çox tikintinin qarşısını almışdır. Şahid1 aldığı 4 min manatı etiraf edir, həmin pulu da layihə çəkmək üçün almışdır. Əgər pul almışdırsa belə tikintiyə icazə vermə səlahiyyəti yoxdur, belə olan halda əməli dələdzuluqla tövsif olunmalıdır. Bütün bunları, tutulmamışdan bir ay əvvəl ailə həyatı qurduğunu da nəzərə alaraq onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi zamanı məhkum edilmiş Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsində verdiyi ifadə ilə oxşar məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsi zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, Şahid1la tanışlığı 2023-cü ilin fevral ayında Səttar müəllimin vasitəsi ilə olmuşdur. Belə ki, Səttar ona zəng edib yaxın dostu olan Sənan adlı şəxsin Cəlilabad rayonunda təsərrüfat qurmaq istədiyini, buna görə də ona 20-30 ha torpaq sahəsi lazım olduğunu bildirmişdir. Bir-iki gün sonra Səttar müəllimlə görüşmüş, bələdiyyənin mülkiyyətində o qədər torpaq olmadığına görə tanıdığı bir vətəndaşın torpaq sahəsini almağı Sənana təklif etmiş, Səttar müəllimlə birlikdə gedib həmin torpaq sahəsinə baxmışlar, Səttar isə fikirləşib ona zəng edəcəyini bildirmişdir. Bir neçə gün sonra Səttar ona zəng edib bələdiyyənin hesabında olan torpaq sahəsi lazım olduğunu demiş, o, bir daha torpaq sahəsi olmadığını bildirmişdir. Bu söhbətdən təxminən iki ay keçdikdən sonra Cəlilabad rayon İcra Hakimiyyənin arxasında olan parkdan keçərkən orada Təqsirləndirilən şəxs1 bir nəfər şəxslə söhbət edərkən görmüşdür. Onunla salamlaşarkən Sahil söhbət etdiyi şəxsi Səttar müəllimin dostu Sənan kimi təqdim etmiş, Cəlilabad rayonunda otel, restoran tikmək istədiyini bildirmişdir. Həmin günədək o, Sənanı görməmişdir. Həmçinin Sahil bildirmişdir ki, Sənan park ərazisində olan seyrangah deyilən ərazidə obyekt tikmək istədiyini bildirmişdir. O, da həmin parkın ulu öndər Heydər Əliyevin adını daşıdığını, həmin parkda müxtəlif səviyyəli tədbirlər keçirildiyini və həmin parkda bələdiyyənin torpağı olduğu halda belə icazəsiz obyekt tikilməsinin mümkün olmadığını bildirmişdir. Bu söhbətdən on beş gün keçdikdən sonra Sahil və Sənan birlikdə olarkən ona zəng etmiş, həmin seyrangah deyilən yerdə tikinti aparmağa icazə olmadığını bildirmişlər. Həmin şəxslərlə görüşərkən o, rayonda sahibkarlıqla bağlı torpağın az olduğunu, çox torpağın satıldığını, lakin Səttar müəllimin yaxın olduğu adam olduğu üçün rayonda bir sıra torpaqlara baxmağı, istədiyi yer olduğu halda çalışıb ona kömək edəcəyini bildirmişdir. Bu söhbətdən də təxminən 10 gün keçdikdən sonra yenə Sənan və Sahillə görüşmüşlər. Sənan ona park deyilən ərazidə bəyəndiyi yer olduğunu demiş, o, da təsadüfən həmin ərazinin sənədlərinə baxarkən orada 300 m2 torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olduğunu ona demişdir. Həmçinin izah etmişdir ki, sahibkarlıq təyinatlı torpaqların satılmasını hərrac və ya müsabiqə yolu ilə satıldığını, buna görə sənədləri hazırlayacağını bundan sonra həmin ərazidən istifadə edə biləcəyini izah etmişdir. Həmçinin bildirmişdir ki, o, bələdiyyə sədri seçilməzdən əvvəl torpaqların satılmasında qanunsuzluqlar olmuş, bununla bağlı regional Ədliyyə İdarəsindən onlara məktub da göndərildiyini, torpaqlar satılarkən orta bazar qiymətinin müəyyən edildiyini, həyətyanı torpaq sahəsinin 6 sotunun 3.600 manata bərabər olduğunu, sahibkarlıq təyinatlı torpaq sahələri isə ondan əvvəl bir sotu 300-500 manat arası olduğu halda, onun satdığı torpaq sahəsinin hər sotu üçün təxminən 5.000 manat müəyyən etmişdir. Həmçinin onun istədiyi yerin rayonun mərkəzi olduğunu, orada torpaq sahəsinin qara bazar qiymətinin 25-30 min manat olduğunu, lakin dəqiq qiymət bilmədiyini bildirmişdir. Sənan isə hər hansı problem olmadığını bildirmişdir. Lakin bu söhbət belə də qalmış, Sənan ona dəfələrlə zəng etsə də sənədləşmədə hər hansı irəliləyiş olmadığını bildirmişdir. Dəqiq tarix yadında qalmayan vaxt “Okean” adlı restorana zəng əsasında yaxın bir dostu ilə getmiş, orada Sahili, Səttarı, Şahid1 görmüşdür. Birlikdə çörək yemişlər. Sənan yenə bu məsələ ilə bağlı soruşmuş, o, bir daha sənədlərin hazır olmadığını bildirmişdir. Sənan səhhəti ilə bağlı Türkiyəyə getdiyini, buna görə pulu saxlamaq üçün ona verməyi təklif etmiş, o, pulu qəbul etməyib Səttara verməsini istəmiş, lakin Səttar onun kimi rəislərin yerini tez-tez dəyişdiklərinə görə həmin pulu özünün götürmədiyini bildirmişdir. Çox isrardan sonra Şahid1 5 min manat pul götürmüş və pulu Səttara vermişdir ki, lazım olacağı halda Səttardan götürəcəkdir. Bundan sonra Sənan dəfələrlə zəng etmiş, bir neçə dəfə onunla görüşmüş, ondan pulu almasını xahiş etmiş lakin o, sənədləri hazırlamadığından pulu götürməmişdir. 2023-cü ilin iyun ayının əvvəli o, sənədləri hərraca vermək üçün hazırlamış, Sənana zəng edib şəxsiyyət vəsiqəsinin surəti, yaşayış yeri barədə ərizə və torpaq istəməsi barədə ərizə lazım olduğunu bildirmişdir. Buna görə həmin ərəfədə Sənan Cəlilabad rayonuna gəlmiş, onunla görüşmüş, bir daha pulu ondan götürməyi xahiş etmişdir. O, həmin torpaq sahəsi üzrə sənədlərin hazırlanmasının 4-5 ay çəkəcəyini bildirmiş, Sənan isə yenə səhhətində problem olduğunu, ola bilər ki, lazım olan vaxt ölkədə olmadığını deyib 30 min manat ona vermək istədiyini bildirmişdir. Həmçinin torpağın qiymətinin artıq olduğu halda yenə verəcəyini bildirmiş, ölkədə olmadığı halda kiməsə etibarnamə verəcəyini və hərracda iştirak edəcəyini bildirmişdir. Buna görə də, Sənanla razılaşmış, sonuncu Sahillə ona 35 min manat vermiş, həmin pulu götürmüş və pul da Sahildə qalmışdır. Həmçinin lazım olan sənədləri də Sənan verəcəyini bildirmişdir. Pulu saxlamaqda məqsədi isə o olmuşdur ki, ola bilər ki, hərrac vaxtı həmin torpaq sahəsini hərracda iştirak edən başqa bir şəxs daha baha qiymətə ala bilər. Bundan sonra o, bilmişdir ki, Sahillə Şahid1 arasında nə isə layihə məsələləri olmuş, həmin pulun 10 min manatı layihənin pulu üçün ona çatmalı imiş. Həmçinin növbəti gün Sahilə zəng edib torpaq sahəsinin ilkin hərrac qiymətinin 30 min manatdan başlayacağını, əlavə 5 min manat da lazım olacağını bildirmiş, Sənan da sənədlərlə birlikdə həmin pulu verəcəyini bildirmişdir. Həmin ərəfədə yenə Sənan rayona gəlmiş, ərizəni, arayışı, şəxsiyyət vəsiqəsinin surətini verərkən 5 min manat pulu da ona vermişdir. Həmin vaxt xəstəxanaya getdiyi üçün pul lazım olmadığını desə də o, pulu vermək istəmiş, lakin o, bir daha razılaşmamışdır. Sonra gedib işlərini görmüşdür. Sonra sənan ona zəng edib “Şəhri Şuşa” deyilən restoranda Sahillə oturduqlarını deyib onu da dəvət etmişdir. Həmin yerə getdikdə Sənan və Sahilin yemək yediklərini görmüşdür. Həmin vaxt da Sənanla söhbət edərkən Sənan yenə də arxayın olmaq üçün həmin pulu ondan götürməyi xahiş etmiş, buna görə də Sənanla razılaşıb həmin pulu götürmüşdür. Az sonra isə KQMBİ-nin əməkdaşları gəlib onu və sahili saxlamışdır. Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, rayonun daxili hesabına görüləcək işlər olduğundan Şahid1 verdiyi və Sahildə olan 35 min manat pulu həmin işlərə xərcləmişlər. Torpaq sahəsinin alınması üçün 35 min manat lazım olacağ Şahid1 Sahillə birlikdə demişlər, daha dəqiq həmin məbləği özü demişdir, həmin məbləğ də torpaq üçün ödənilməli rüsum olmuşdur. Hərrac keçirilməmiş heç bir vətəndaş bələdiyyənin hesabına pul köçürə bilməzdi, hərrac da keçirilmədiyindən həmin pulu bələdiyyə hesabına köçürməyi deməmişdir. Hərracdan əvvəl pul alınması da qanunsuz olmuşdur. Həmin 35 min manat pulu Sahillə birlikdə almış, həmin pulu Sənandan özü alıb Sahilə vermişdir. Sahilə pulu verməkdə məqsədi hərrac keçirilənədək pulun saxlanılması olmuşdur. Şahid1 əlavə 5 min manat istəməsinin səbəbi torpağın hərrac qiymətinin 25 min yox 30 min manatdan başlayacağını bildirməsi olmuşdur. İl yarımdır ki, bələdiyyə sədri işləmişdir. Aldığı 40 min manatı hər hansı şəxsi ehtiyaclarına xərcləməmişdir. Həmin puldan 21.500 manat tədbirin keçirilməsi üçün səhnənin icarəsinə, daha sonra “Çiyələk festivalının” keçirilməsinə, sonra “Jek”in müdiri işləyən Vahidə verməklə fontan təmirinə, rayonun müəyyən yerlərinə dekorativ güllərin əkilməsinə və s. xərcləmişdir. Cəlilabad şəhəri ərazisində sonuncu dəfə hərrac yolu ilə satılan torpaq sahəsinin bir sotu 5 min manat olmuşdur. Lakin həmin torpaq şəhərdən kənarda olmuşdur, şəhərin mərkəzində torpaq sahəsi satmadığı üçün dəqiq qiymət bilməmiş, torpağın bir sotunun ilikn satış qiymətinin 10 min manat olacağını nəzərdə tutmuşdur. 35 min manat pulu verərkən Şahid1 torpaq ayrılması üçün ərizə də vermişdir. Həbs olunanadək Cəlilabad şəhər bələdiyyəsinin hesabında 50 min manat civarında pul olmuşdur. Həmin pulun xərclənməsi bələdiyyə üzvlərinin yığıncağının qərarı ilə müəyyən olunmuşdur. Az əvvəl dediyi xərclərin çəkilməsinə görə bələdiyyə üzvləri tərəfindən hər hansı qərar qəbul edilməmişdir. Həmin pul bələdiyyənin büdcəsinə köçmədiyindən həmin pulun xərclənməsi ilə bağlı da qərar qəbul edilməmişdir. Hərracda torpağı Sənandan başqası alsaydı, həmin pulu Sənana qaytarmağı fikirləşmişlər. 35 min manatın xərclənməsi istiqamətində rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ona hər hansı tapşırıq verilməmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyə ünvanladığı son sözündə pul alınmamalı olduğu halda Şahid1 etibar edib pul aldığını, həmin pulu aldıqdan sonra şəxsi ehtiyaclarına deyil, Cəlilabad rayonunda keçiriləcək tədbirlərə xərclədiyini nəzərə alaraq onun barəsində ədalətli qərar qəbul etməsini xahiş etmişdir Apellyasiya məhkəməsi zamanı məhkum edilmiş Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsində verdiyi ifadə ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə kollegiyası ilk öncə apellyasiya protestinin dəlillərinə münasibət göstərərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göründüyü kimi məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini mütləq şəkildə nəzərə almalı, onun islah olunmasına təsir edən hər bir məsələni işin materialları çərçivəsində müzakirə etməlidir. Lakin birinci instansiya məhkəməsi qeyd olunan Cinayət Qanunu normalarını formal olaraq sadalasa da bu normalarla müəyyən edilmiş ədalətlilik tələblərinə əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 311.3.1 və 311.3.3-cü maddəsinin sanksiyasından görünür ki, həmin maddədə alternativsiz olaraq 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi isə təqsirkar Təqsirləndirilən şəxs2 8 ildən də aşağı, yəni 6 il həddində cəza təyin etmiş və bu cəzanı təyin edərkən CM-in 62-ci maddəsinə istinad etmiş və hesab etmişdir ki, iş üzrə həmin maddədə nəzərdə tutulan müstəsna hallar mövcud olduğuna görə təqsirkara aşağı həddə cəza təyin etmək olar. Müstəsna hallar kimi isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu, o cümlədən zərərçəkmiş şəxslə barışıq əldə etməsini (Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən), rüşvət qismində aldığı pulu şəxsi ehtiyacları üçün deyil, Cəlilabad rayonunda təşkil edilmiş bir sıra tədbirlərin təşkilinə dəstək məqsədi ilə xərclədiyini, uzun müddət bələdiyyə orqanlarında olan fəaliyyətini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən peşman olmasını nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 8-ci bəndində qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrıayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Həmin Qərarın 15-ci bəndində Plenum cinayətin ictimai təhlükəliliyini azaldan halların nədən ibarət olmasını izah edərək göstərir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cinayət Qanununun 62-ci maddəsinin məzmunundan göründüyü kimi iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və belə halların məcmusu müstəsna hallar kimi nəzərə alına bilər, lakin bu bu hallar cinayətin xarakteri və ictimai təhlükəlilk dərəcəsi ilə birlikdə nəzərdən keçirilməlidir. Həmçinin, müəyyən halların cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınması zamanı təqsirkarın cinayəti törədərkən və bundan sonrakı davranışı da nəzərə alınmalıdır. Eyni zamanda cinayəti törətdikdən sonra təqsirkarın davranışı elə tərzdə olmalıdır ki, o cinayətin ictimai təhlükəliliyini kifayət qədər azaltmış olsun. Lakin, işin həqiqi halları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, təqsirkarın istər cinayəti törədərkən, istərsə də bundan sonrakı davranışında müstəsna hallar yoxdur. Belə ki, məhkəmənin hökmdə sadaladığı hallar həm ayrı-ayrılıqda, həm də məcmu halında cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilən hallar ola bilər. Lakin həmin hallardan hər hansı biri, eləcə də bu halların məcmusu müstəsnalıq tələblərinə cavab vermir. Müstəsna hallar bir qayda olaraq törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, habelə təqsirkarın şəxsiyyətini səciyyələndirən hallarla bağlı elə halları əhatə etməlidir ki, bu hallar istər məhkəmənin nəzərində, istərsə də cəmiyyətin nəzərində xüsusilə fərqləndirici hallar olsun, sıradan hallar olmasın, təqsirkarın şəxsiyyətini müəyyən dərəcədə başqalarından fərqləndirsin, onun cinayəti törətdikdən sonrakı davranışını fərqləndirsin, ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltsın. Yalnız belə hallar CM-in 62-ci maddəsinin məqsədləri baxımından nəzərdən keçirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, rüşvətxorluq korrupsiya cinayətlərinin ən təhlükəli forması olmaqla sosial ədalətin pozulmasına, şəxsiyyətin, cəmiyyətin və dövlətin hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsi və müdafiəsi üçün nəzərdə tutulmuş idarəetmə aparatının fəaliyyətinin zəifləməsinə səbəb olur, dövlət hakimiyyətini nüfuzdan salır. Rüşvətxorluqla bağlı cinayətlərin bilavasitə obyektini dövlət, bələdiyyə qulluğunun, habelə yerli özünüidarə orqanlarında, kommersiya və qeyri-kommersiya təşkilatlarında qulluğun lazımi qaydada həyata keçirilməsi maraqları təşkil edir. Bu baxımdan kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının dövlət mənafelərinə əhəmiyyətli zərər vurmuşdur. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə onun hərəkətlərində, davranışında Azərbaycan Respublikasının dövlət mənafeləri ilə müqayisədə müstəsnalıq təşkil edə biləcək hallar olmadığına görə onun barəsində olan cəzanı yüngülləşdirən halların məcmusu CM-nin 62ci maddəsinin tətbiqinə əsas verə bilməz. Beləliklə də, məhkəmə kollegiyası qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, apelyasiya protesti əsaslıdır, təqsirkar Təqsirləndirilən şəxs2 hərəkətlərində müstəsna hallar yoxdur. Bu səbəbdən CM-in 62-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar hökmdən xaric edilməlidir. Bununla yanaşı, hər iki apellyasiya şikayətinə (Təqsirləndirilən şəxs1 vəkili bəraət verilməsini, Təqsirləndirilən şəxs2 vəkili isə əməlin CM-in 309.1-ci maddəyə tövsif edilməsini xahiş etmişdir) münasibət bildirərək məhkəmə kollegiyası yuxarıda sadalanan sübutları və cinayət işinin materiallarını təhlil etməklə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri və Təqsirləndirilən şəxs2 CM-in 311.3.1 və 311.3.3-cü maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumların ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 əməlləri Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri və Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum olunmuş şəxslərə həmin maddələrlə bəraət verilməsi və əməllərinin tövsif edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxslərin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Hər iki şəxsin təqsirli bilindikləri CM-in 311-ci maddəsi “dövlət hakimiyyəti əleyhinə cinayətlər” bölməsinin “korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmaqla onun dispoziyası “rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi” kimi təsbit olunmuşdur. Cinayət Məcəlləsində yer aldığı bölmə və fəslin adlarından da aydın olduğu kimi, rüşvət alma cinayətinin obyektini dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər təşkil edir. Qeyd olunan maddənin dispozisiyasının müəyyən etdiyi vacib şərt odur ki, maddi və ya sair nemət məhz xidməti vəzifənin (səlahiyyətin) icrası ilə əlaqədar olan hərəkətə görə istənilsin və yaxud alınsın (CM-nin 311.1-ci maddəsinin dispozisiyasında hərəkətin, xidmət üzrə ümumi himayədarlığın, laqyedliyin maddi və sair nemətin müqabilində edilməsindən deyil, hərəkət, ümumi himayədarlıq, laqeydlik müqabilində maddi və sair nemətin istənilməsindən, alınmasından bəhs olunur). Təsadüfi deyil ki, hüquq ədəbiyyatında da xarakterinə görə rüşvət almanı “rüşvət-ələ alma” və “rüşvət-minnətdarlıq” kimi formalara ayırırlar. “Rüşvət-ələ alma”da xidməti vəzifənin (səlahiyyətin) icrası ilə əlaqədar olan hərəkət, ümumi himəyadarlıq, laqeydlik müqabilində maddi nemətin verilməsi hərəkətin, himayədarlığın, laqeydliyin edilməsinədək razılaşdırılır. “Rüşvət-minnətdarlıq”da isə vəzifəli şəxsin hətta xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar etdiyi hərəkətə görə əvvəlcədən heç bir kriminal niyyəti olmadığı, hərəkətinə görə kiminsə ona maddi nemət verəcəyini gözləmədiyi halda belə, hərəkətin edilməsindən sonradan maddi neməti məhz etdiyi hərəkətə görə istəməsi və alması passiv rüşvətxoluğun tərkibini yaradır. Bu baxımdam məhkəmə kollegiyası belə hesab edir ki, təqsirəndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hansısa rəhbər vəzifəli şəxsin (və ya şəxslərin) tapşırığı və ya təhriki ilə səlahiyyətlərinin icrası ilə əlaqədar hər hansı hərəkətə görə rüşvət qismində aldığı vəsaiti sonradan hansısa tədbirlərə xərcləməsi onların əməllərinin CM-in 311-ci maddəsi ilə tövsif olunmasını istisna etmir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 verilmiş ittihamla bağlı bəraət verilməsi, digər Təqsirləndirilən şəxs2 əməlinin isə CM-in 309.1-ci maddəsinə tövsif edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə kollegiyası məhkum olunmuş şəxslərə cəza təyini ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 311.3-cü maddəsinin sanksiyasında 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdikləri cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmələrindən ibarət şəxsiyyətlərini xarakterizə edən halı, (Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən) və zərərçəkmiş şəxslə barışıq əldə etmələri (Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən) ilə bağlı cəzalarını yüngülləşdirən halların olduğunu, eləcə də cəzaları ağırlaşdıran halların olmamasını nəzərə alıb Təqsirləndirilən şəxs1 maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə - 8 il müddətinə, Təqsirləndirilən şəxs2 isə CM-in 62-ci maddəsi tətbiq edilməklə maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az - 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsininə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 (Təqsirləndirilən şəxs2 təyin edilmiş cəza apellyasiya protestinin dəlillərinə aid hissədə qiymətləndirilmişdir) cəza təyin olunarkən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunmuş cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsiri və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Odur ki, məhkəmə kollegiyası hər iki təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsini əsaslı hesab etmir. AR Cinayət Prosessual Məcəlləsinin: 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. 405.1 və 405.1.4-cü maddələrinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Odur ki, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Dövlət ittihamçısı1 tərəfindən verilmiş apelyasiya protesti təmin edilsin. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 və digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2024 saylı, 1(099)-223/2024 saylı hökmü həmin apellyasiya protestinə münasibətdə Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaya aid hissədə dəyişdirilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2024 saylı, 1(099)-223/2024 saylı hökmündən Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar çıxarılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMin 311.3.1 və 311.3.3-cü maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Yaşar Həşimov Hakimlər: Əli Əliyev Habil Bəhmənov