Məhkəmə qərarları › İş №1(106)-116/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-116/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-116/2023 07.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, Zeynalov Musa Həsən oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X5 X27 prokuroru X22, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Beyləqan Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 1(020)-64/2022 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 1(020)-64/2022 saylı hökmü ilə (sədrlik edən hakim Ramiz Nurullayev), xx xxxxxx 1992-ci il tarixdə Beyləqan şəhərində anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Azərbaycan Melorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan rayon Suvarma Sistemlər İdarəsində maşınist işləyən, Beyləqan şəhəri, RTS qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməklə, cəzaçəkmə muddətinin əvvəli 05 aprel 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməklə, cəza çəkmə muddətinin əvvəli 31 mart 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkum edilmişlər ona görə ki, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı ümumi təmiz çəkisi 1,98 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 2022-ci ilin mart ayının ortalarında istintaqa məlum olmayan vaxtda Beyləqan şəhəri, RTS qəsəbəsi ərazisində 50 manat pulun qarşılığında tanışı Təqsirləndirilən şəxs1 satdıqdan sonra sonuncu satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı təmiz çəkiləri 0,30 qram və 0,56 qram olmaqla, ümumilikdə 0,86 qram iki bükümdə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 2022-ci ilin mart ayının ortalarında istintaqa məlum olmayan vaxtda Beyləqan şəhəri ərazisində tanışı X9 hər büküm üçün 10 manat olmaqla, cəmi 20 manat pulun qarşılığında satmış, 31 mart 2022-ci il tarixdə saat 20 radələrində Beyləqan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində X2 şəhəri, RTS qəsəbəsində yerləşən “Araz” adlı restoranda saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən onun əynində olan qara rəngli qolsuz gödəkçənin sol iç cibindən təmiz çəkisi 0,30 qram və əynində olan yaşıl rəngli gödəkçənin sol iç cibindən 0,56 qram satış məqsədi olmadan Təqsirləndirilən şəxs1 20 manat pulun qarşılığında qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı ümumi təmiz çəkisi 0,86 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tarixdə saat 22 radələrində Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərinin davamında Məmmədov X17 şəhəri ərazisində saxlanılaraq Beyləqan rayon Polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən onun 2022-ci ilin mart ayının ortalarında istintaqa məlum olmayan vaxtda Beyləqan şəhəri, RTS qəsəbəsi ərazisində 50 manat pulun qarşılığında Təqsirləndirilən şəxs1 satdığı iki bükümdə təmiz çəkiləri 0,70 qram və 0,42 qram olmaqla, ümumi təmiz çəkisi 1,12 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana sonuncunun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamı yuxarıda göstərilən qaydada həll etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs2 müdafiəçisi apellyasiya şikayətində aşağıdakılara istinad edərək Təqsirləndirilən şəxs2 bəraət verilməsini xahiş etmişdir. O göstərmişdir ki, işdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair heç bir sübut yoxdur. Məhkəmə hər iki şəxsi yalnız Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istintaq zamanı döymə və zorakılıq və işgəncə altında alınmış ifadələri əsasında məhkum etmişdir. İstintaq vaxtı Təqsirləndirilən şəxs2 döyülməsi barədə şikayət etmiş, müraciət Beyləqan rayon prokurorluğu tərəfindən araşdırılsa da 23 iyul 2022-ci il tarixdə ətraflı araşdırma aparılmadan cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bundan başqa məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 tutularaq polis şöbəsinə aparılarkən ona qarşı yol verilmiş qanunazidd hərəkətlərin şahidi olmuş şəxslərin şahid kimi dindirilməsi təmin edilməmiş, müdafiə tərəfinin əsaslı vəsatətlərinin araşdırılması üçün tədbirlər görülməmişdir. Şikayət müəllifi qeyd edilənlərə istinad edərək Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya baxışı iclasındakı çıxışında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini, Beyləqan Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 1(020)-64/2022 saylı hökmünun Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilməsini, ona bəraət verilməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası müəyyən edir ki, birinci instansiya məhkəməsi ittihamı həll edərkən aşağıdakı sübutlara istinad etmişdir. Birinci instansiya məhkəməsində ifadə verərkən Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi “VAZ-2105” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məğul olur. Təqribən 25 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuana qəbul edir. O, narkotik vasitə olan qurudulmuş marixuananı tütünlə qarışdırıb siqaret kağızına doldurmaq üsulu ilə mütəmadi olaraq qəbul edir. Həmin narkotik vasitəni işğaldan azad edilmiş ərazilərdən taparaq və tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Ümumilikdə dörd bükümdən iki ədəd kağız bükümdə olan nəşə kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlamışdır. 31 mart 2022-ci il tarixdə, saat 20 radələrində evdən çıxmışdır. Həmin gün saat 23 radələrində Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində olduğu zaman müllki formada olan 3 nəfər şəxs ona yaxınlaşaraq Beyləqan rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri olduqlarını bildirib özlərini təqdim etmişlər. Polis əməkdaşları onun narkotik vasitə istifadə etməkdə, üzərində daşımaqda və satışını həyata keçirməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığını görüb onlarla birlikdə Beyləqan rayon polis şöbəsinə gəlməsini bildirmişlər. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Polis geyimində olan və özünü Beyləqan rayon polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Əli Kərimzadə kimi təqdim edən şəxs narkotik vasitələri istifadə etməkdə və satışını həyata keçirməkdə şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrimi ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. X18 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Müstəntiq onun üzərinə aparılacaq şəxsi axtarış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması barədə Əli Kərimzadə məlumat vermişdir. Müstəntiq üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etmişdir. O, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən iki ədəd kağız bükümdə olan nəşə kimi tanıdığı narkotik vasitəni təqdim etmişdir. X29 tərəfindən təqdim etdiyi bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Həmin kütlələr zərfə qoyularaq möhürlənmiş, dir üzərinə imzalar edilmişdir. Bundan sonra müstəntiq həmin kütlələrin nə olması və nə məqsədlə üzərində gəzdirməsi barədə ona şifahi sual vermiş, o, həmin kütlələrin narkotik vasitə nəşə, yəni marixuana olduğunu, həmin nakotik vasitələri tapdığını demişdir. Üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş digər hər hansı maddə, predmet və ya əşya aşkar olunmamışdır. O, narkotik vasitədən özü üçün istifadə etmişdir. İ Qarabağ müharibəsi veteranıdır. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında habelə bildirmişdir ki, ibtidai istintaq dövründə üzərində aşkar edilən narkotik vasitəni Təqsirləndirilən şəxs2 alması və Əli Hüseynzadəyə narkotik vasitə satması barədə ifadəsini polis əməkdaşlarının təzyiqi ilə vermişdir, əslində isə o, Təqsirləndirilən şəxs2 heç bir narkotik vasitə almamış və Əli Hüseynzadəyə heç bir narkotik vasitə satmamışdır. Əli Mehtizadəyə əvvəllər istifadə etmək üçün narkotik vasitə vermişdir. Lakin ona nə əvvəl, nə də həmin gün narkotik vasitə satmamışdır. Barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 istintaq zamanı və məhkəmədə verdiyi ifadələri müqayisə edərək bu ifadələr arasında olan ziddiyyəti araşdıraraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs1 hazırki məhkəmə iclasında ibtidai istintaq dövründə üzərində aşkar edilən narkotik vasitəni Təqsirləndirilən şəxs2 alması və Əli Hüseynzadəyə narkotik vasitə satması barədə göstərdiklərini polis əməkdaşlarının təzyiqi ilə verməsi, əslində isə, Təqsirləndirilən şəxs2 heç bir narkotik vasitə almaması və Əli Hüseynzadəyə narkotik vasitə satmaması barədə dedikləri özünü müdfiə etmək məqsədi daşıyır, onun ibtidai istintaq zamanı verdiyi ifadələr digər iş materialları ilə uyğun gəlməklə, tam təsdiq edilir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi “VAZ-2105” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təqribən 25 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuana qəbul edir. O, narkotik vasitə olan qurudulmuş marixuananı tütünlə qarışdırıb siqaret kağızına doldurmaq üsulu ilə mütəmadi olaraq qəbul edir. Həmin narkotik vasitəni işğaldan azad edilmiş ərazilərdən taparaq və tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Bundan əlavə maddi vəziyyətində çətinlik olduğundan həmin narkotiok vasitələri satmaqla pul qazanmışdır. Son olaraq 2022-ci ilin mart ayının ortalarında o, Beyləqan şəhəri, RTS qəsəbəsi sakini Təqsirləndirilən şəxs2 zəng edib ona şəxsi istifadəsi üçün marixuana istəmişdir. O, bundan bir müddət əvvəl Təqsirləndirilən şəxs2 100 manat borc vermişdir. Belə ki, Ziya ona kart nömrəsi demişdir. O, həmin plastik karta 100 manat pul köçürmüşdür. Həmin kart hesabı Kapital Bank ASCyə məxsus olmuş, lakin kartın kimin adına olmasını və nömrəsini hazırda xatırlamır. O, Ziyaya zəng edib qurudulmuş marixuana istəyən zaman ona əvvəllər verdiyi 100 manat borcun 50 manatının əvəzinə edəcək qədər ona qurudulmuş marixuana verməsini bildirmişdir. Ziya onunla razılaşmışdır. Bir qədər sonra Ziya ona zəng edib narkotik vasitəni Beyləqan şəhəri, RTS qəsəbəsi ərazisində bir işıq dirəyinin dibinə qoyduğunu bildirmiş və ona həmin yeri başa salmışdır. O, həmin yerə gedib bir kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı həm özü istifadə etmək üçün, həm də satmaq üçün bükümlərə ayırmışdır. Ümumilikdə dörd bükümdən iki ədəd kağız bükümdə olan nəşə kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlamışdır. Beyləqan rayon sakini X10 uzun müddətdir tanımışdır. Beyləqan rayonu, RTS qəsəbəsində Əli Hüseynzadənin atası Məhərrəmə məxsus “Araz” adlı restoran olduğundan o tez-tez həmin restorana gedib yemək yeyib çay içmişdir. Əli Hüseynzadə ilə tanışlığı oradan yaranməşdır. Əli Hüseynzadə özü də narkotik vasitə istifadəçisi olmuşdur. Bir neçə dəfə onunla birlikdə narkotik vasitə qəbul etmişdir. 2022-ci ilin mart ayının ortalarında Əli Hüseynzadə istifadəsində olan hazırda onun xatırlamadığı mobil nömrədən onun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə zəng edərək istifadə etmək üçün narkotik vasitə olan qurudulmuş marixuana almaq istədiyini bildirmişdir. O, Əli Hüseynzadəyə satmaq üçün hazırladığı kağız bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu demişdir. Əli Hüseynzadə iki dəfə istifadəlik narkotik vasitə təşkil etməsini istəmiş, o, Əli ilə razılaşmışdır. Həmin gün təxminən saat 20 radələrində idarə etdiyi “VAZ-2105” markalı, **- BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu, RTS qəsəbəsində yerləşən “Araz” adlı restorana getmişdir. Orada Əli ona məxsus avtomobilə əyləşdikdən sonra o, hər bükümü 10 manat olmaqla, ümumlikdə 20 manat pula iki kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı Əli Hüseynzadəyə satmışdır. Yerdə qalan iki büküm narkotik vasitə olan qurudulmuş marixuananı isə şəxsi istifadə etməsi üçün əynində olan qara rəngli gödəkcənin sağ yan cibinə qoymuşdur. Həmin müddətdən sonra o, narkotik vasitə qəbul etməmişdir. 31 mart 2022-ci il tarixdə, saat 20 radələrində evdən çıxmışdır. Həmin gün saat 23 radələrində Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində olduğu zaman müllki formada olan 3 nəfər şəxs ona yaxınlaşaraq Beyləqan rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri olduqlarını bildirib özlərini təqdim etmişlər. Polis əməkdaşları onun narkotik vasitə istifadə etməkdə, üzərində daşımaqda və satışını həyata keçirməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığını görüb onlarla birlikdə Beyləqan rayon polis şöbəsinə gəlməsini bildirmişlər. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Polis geyimində olan və özünü Beyləqan rayon polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Əli Kərimzadə kimi təqdim edən şəxs narkotik vasitələri istifadə etməkdə və satışını həyata keçirməkdə şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrimi ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Bundan sonra o, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən iki ədəd kağız bükümdə olan nəşə kimi tanıdığı narkotik vasitəni təqdim etmişdir. X29 tərəfindən təqdim etdiyi bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və həmin bükümlərdən birinin çəkisi 0,71 qram, digər bükümün isə çəkisinin 0.59 qram olduğu müəyyən edilmişdir. Həmin kütlələr zərfə qoyularaq möhürlənmiş, dir üzərinə imzalar edilmişdir. Bundan sonra müstəntiq həmin kütlələrin nə olması və nə məqsədlə üzərində gəzdirməsi barədə ona şifahi sual vermiş, o, həmin kütlələrin narkotik vasitə nəşə, yəni marixuana olduğunu, həmin nakotik vasitələri tapdığını demişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş digər hər hansı maddə, predmet və ya əşya aşkar olunmamışdır. Həmçinin X29, X3 üzərinə şəxsi axtarış keçirildiyini və həmin şəxsin üzərindən narkotik vasitəyə bənzər kütlə aşkar olunduğunu, Əli Hüseynzadənin həmin narkotik vasitəni təxminən 15 gün əvvəl 20 manat qarşılığında ondan almasını dediyini, bu barədə nə deyə biləcəyini ona şifahi sual vermiş, o, isə cavabında Əli Hüseynzadəni rayon sakini kimi tanıdığını, onunla ədavət və düşmənçiliyinin olmadığını, Əli Hüseynzadəyə narkotik vasitə satmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. O, üzərinə şəxsi axtarış keçirilən zaman, habelə Əli Hüseynzadə ilə üzləşdirilən zaman məsuliyyətdən yayınmaq üçün ona narkotik vasitə satmadığını, əsl həqiqətdə isə Əli Hüseynzadəyə narkotik vasitələri onun satdığını bildirmişdir. O, bundan bir neçə gün sonra ərizə ilə müraciət edərək əlavə ifadə vermək istədiyini bildirmişdir. O, əlavə ifadə verərək Əli Hüseynzadəyə satdığı və öz üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı Beyləqan şəhəri, RTS qəsəbəsi sakini Təqsirləndirilən şəxs2 50 manat pulun qarşılığında aldığını etiraf etmişdir. Birinci instansiya məhkəməsində ifadə verərkən Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, 05 aprel 2022-ci il tarixdə saat 19 radələrində Beyləqan şəhəri ərazində avtomobillə hərəkətdə olan zaman bir avtomobil onun arxasınca hərəkət etmişdir. O, avtomobili Beyləqan şəhəri, RTS qəsəbəsi ərazisində saxlayıb yerə düşmüş, bu zaman avtomobildə olan 4 nəfər mülki formalı şəxs avtomobildən yerə düşüb onun üzərinə gəlmişlər. Həmin şəxslər ona özlərini təqdim etmədən əl-qolunu tutub üzərinə odlu silahtapança doğrultmuşlar. Sonra Anar adlı polis əməkdaşı onun qoluna qandal vurub öz avtomobilinin arxa oturacağına əyləşdirib özü də onun yanında əyləşmişdir. Əvvəllər tanıdığı polis əməkdaşı Ənvər Cəfərli də onun avtomobilinə əyləşib avtomobili idarə edərək Beyləqan rayon Polis şöbəsinin inzibati binasının həyətinə gətirmişlər. Sonra onu Beyləqan rayon Polis şöbəsinin inzibati binasında əməliyyat müvəkkili Ənvər Cəfərlinin xidməti otağina gətirmişlər. Orada olan Toğrul, Ənvər, Kamil və Anar adlı polis əməkdaşları onu döyməyə başlamışlar və onun özünü, avtomobilini və yaşadığı evi narkotik vasitə ilə yükləyəcəklərini demişlər. Polis əməkdaşı Ənvər Cəfərli onun sol qulağına vurması nəticəsində onun sol qulağının pərdəsi zədələnmişdir. Ənvər Cəfərli onu başqa otağa keçirib üzərinə narkotik vasitə qoymuş və ona narkotik vasitənin onun üzərində olmalı olduğunu bildirmişdir. Daha sonra onu müstəntiq X23 xidməti otağına gətirmişlər. Elton Ağayev ona mürcaiətindən sonra dövlət büdcəsinin vəsaiti hesabına Beyləqan rayon Vəkil bürosunun vəkili X15 müdafiəçi qismində təyin etdikdən sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirən zaman üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı barədə soruşduqda o, üzərində hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra X33 ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı predmet varsa təqdim etməsini bildirmişdir. O, üzərində heç bir qanunsuz predmet olmadığını bildirdikdən sonra üzərində olan 11 (on bir) manat pul və bir ədəd “Samsung A21” markalı mobil telefonu çıxarıb stolun üzərinə qoymuş və bundan başqa üzərində hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. X38 əlini əynində olan şalvarın sağ yan cibinə salıb özü qoyduğu kibrit qutusundakı narkotik vasitəni iştirakçıların və ona müdafiəçi qismində təyin edilmiş Beyləqan rayon Vəkil Bürosunun vəkili X13 gözü qarşısında çıxarıb stolun üzərinə qoymuşdur. Üzərindən çıxarılmış kibrit qutusuna baxış keçirib onun narkotik vasitəyə bənzər kütlə olduğunu bildirmiş və elektron tərəzi ilə çəkərək kütləsinin 2,10 qram olduğu müəyyən edilmişdir. Şəxsi axtarış zamanı baş verənlər mobil telefon vasitəsilə videolentə alınmışdır. Bundan sonra müstəntiq Rəşad Novruzov onunla Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirmiş, üzləşdirmədən öncə X33 və vəkil Fəxri Rüstəmov ona Təqsirləndirilən şəxs1 hər hansı nalayiq ifadə işlətməməsini, çəkiliş zamanı heç nə danışmamasını bildirmişlər. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 da narkotik vasitə satması barədə ifadə vermişdir. O, nə narkotok vasitə satmış, nədə istifadə etməmişdir. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 1,98 qram narkotik vasitə qurudulmuş marixuananı 2022-ci ilin mart ayının ortalarında istintaqa məlum olmayan vaxtda Beyləqan şəhəri, RTS qəsəbəsi ərazisində 50 manat pulun qarşılığında satmaması barədə göstərdikləri digər iş materialları ilə təsdiq edilmir, onun həmin ifadəsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmağa xidmət edir. Məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələr iş materialları ilə tam uyğun gəldiyindən mötəbər sübut hesab edilməli və əsas götürülməlidir. Belə ki, ibtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək 07 aprel 2022-ci il tarixli ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan qurudulmuş marixuananı tütünlə qarışdırıb siqaret kağızına doldurmaq üsulu ilə mütəmadi olaraq qəbul edir. Həmin narkotik vasitələri tanımadığı şəxslərdən alıb istifadə edir. Xocavənd rayon sakini Təqsirləndirilən şəxs1 yaxın 7-8 ay müddətdir tanımışdır. Təqsirləndirilən şəxs1 Beyləqan rayonu ərazisində taksi kimi fəaliyyət göstərir. Onunla aralarında əvvəllər ədavət və ya düşmənçilik olmamışdır. Təxminən 2022-ci ilin mart ayının ortalarında Beyləqan şəhəri, RTS qəsəbəsi ərazisində gəzən zaman yerdə kibrit qutusunun olduğunu görmüşdür. Özü siqaret çəkdiyi üçün həmin kibrit qutusunu götürmüş, qutunu açıb içərisinə baxan zaman həmin qutunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. O, narkotik vasitə istifadəçisi olduğu üçün narkotik vasitə olan qurudulmuş marixuananı götürüb əynində olan cins şalvarın sol yan cibinə qoymuş, bundan bir neçə gün sonra rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs1 ona zəng edərək qurudulmuş marixuana istəmişdir. O da Təqsirləndirilən şəxs1 marixuana istifadəçisi olduğunu bildiyi üçün Beyləqan şəhəri, RTS qəsəbəsi ərazisindən tapdığı kibrit qutusundakı marixuananın üzərindən bir qədər şəxsi istifadəsi üçün götürüb qalanını Təqsirləndirilən şəxs1 vermək qərarına gəlmişdir. O, Təqsirləndirilən şəxs1 zəng edərək marixuana olan kibrit qutusunu Beyləqan şəhəri, RTS qəsəbəsi ərazisində işıq dirəyinin dibinə qoyduğunu bildirmiş və oradan götürməsini demişdir. Götürdüyü marixuananı başqa kibrit qutusuna qoyub istifadə etmək məqsədilə təkrar əynindəki cins şalvarın cibinə qoymuşdur. Üzərindən aşkar edilmiş kibrit qutusundakı narkotik vasitə həmin vaxtdan cins şalvarın cibində qalmışdır. 05 aprel 2022ci il tarixdə saat 20 radələrində Beyləqan şəhəri, RTS qəsəbəsi ərazisində idarə etdiyi və etibarnamə ilə atası Səfər Məmmədquliyevə məxsus olan VAZ 2121 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman müllki formada olan 3 nəfər şəxs ona yaxınlaşaraq Beyləqan rayon Polis şöbəsinin Cinayət-Axtarış bölməsinin əməliyyat müvəkkilləri olduqlarını bildirib özlərini təqdim etmişlər. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, istifadə etməkdə, üzərində və idarə etdiyi avtomobildə daşımaqda və satışını həyata keçirməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığını görüb onlarla birlikdə Beyləqan rayon Polis şöbəsinə gəlməsini bildirmişlər. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Polis geyimində olan və özünü Beyləqan rayon Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi Elton Ağayev kimi təqdim edən şəxs onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, istifadə etməkdə, üzərində, idarə etdiyi avtomobildə daşımaqda, satışını həyata keçirməkdə şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Vəkil X24 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuş, müstəntiq onun üzərinə aparılacaq şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması barədə Elton Ağayev ona məlumat vermişdir. Müstəntiq üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etmişdir. Bundan sonra o, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunda olan nəşə kimi tanıdığı narkotik vasitəni təqdim etmişdir. X33 tərəfindən təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkilmiş və çəkisinin 2,10 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmiş, üzərinə imzalar edilmişdir. Bundan sonra müstəntiq həmin kütlənin nə olması və hansı məqsədlə üzərində gəzdirməsi barədə ona şifahi sual vermişdir. O, həmin kütlələrin narkotik vasitə nəşə, yəni qurudulmuş marixuana olduğunu, həmin nakotik vasitəni tapdığını və şəxsi istifadəsi üçün üzərində daşıdığını demişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş digər hər hansı maddə, predmet və ya əşya aşkar olunmamışdır. Həmçinin X33, icraatında olan cinayət işi üzrə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılan zaman aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı və Təqsirləndirilən şəxs1 tanışı X1 narkotik vasitəni ondan aldığını bildirməsi barədə nə deyə biləcəyini ona şifahi sual vermişdir. O, isə cavabında Təqsirləndirilən şəxs1 tanıdığını, onunla ədavət və düşmənçiliyinin olmadığını, Təqsirləndirilən şəxs1 narkotik vasitə satmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Daha sonra Beyləqan rayon Polis şöbəsinin inzibati binasının həyətində saxlanılan onun idarə etdiyi və etibarnamə ilə atası Səfər Məmmədquliyevə məxsus olan göy rəngli VAZ 2121 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçiriləcəyi barədə müstəntiq məlumat vermişdir. Avtomobilə baxış keçirilməyə başlanan zaman müstəntiq nəqliyyat vasitəsində qanunla qadağan olunan hər hansı bir əşya predmet və ya maddə varsa təqdim etməyisini təklif etmişdir. O, müstəntiqə idarə etdiyi avtomobildə qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə olmadığını bildirmişdir. Daha sonra avtomobilə baxış keçirilməyə başlanmışdır. Lakin avtomobildən qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Yekunda baxış keçirilməsi barədə protokol tərtib olunmuş və imzalarla həmin protokol təsdiq edilmişdir. Müstəntiq üzərində şəxsi axtarış keçirilərkən ona bir neçə gün əvvəl saxlanılmış Beyləqan rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş və Əli Hüseynzadə adlı şəxsə satdığı narkotik vasitəni ondan aldığını bildirdiyini deyən zaman o, əvvəlcə bunu etiraf etməmiş, lakin 06 aprel 2022-ci il tarixdə o, Təqsirləndirilən şəxs1la üzləşən zaman Kamal bunu onun üzünə qarşı demiş, o da Təqsirləndirilən şəxs1 narkotik vasitə verdiyini etiraf etmişdir. O, 2022-ci ilin mart ayının 12-də o, Təqsirləndirilən şəxs1 100 manat borc almışdır. 2022-ci ilin mart ayının ortalarında Novruz Bayramı ərəfələrində Təqsirləndirilən şəxs1 ona zəng edərək istifadə etmək məqsədilə narkotik vasitə qurudulmuş marixuana ondan istəmiş, o, Kamala tapdığı marixuananın çox hissəsini verib bir hissəini də başqa kibrit qutusuna qoyub şəxsi istifadəsi üçün saxlamışdır. O, Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni pay olaraq vermiş, ondan bunun qarşılığında heç nə almamışdır. İşdən görünür ki, istintaq vaxtı Təqsirləndirilən şəxs2 döyülməsi barədə şikayət etmiş, müraciət Beyləqan rayon prokurorluğu tərəfindən araşdırılaraq 23 iyul 2022-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Ona görə də apellyasiya şikayətinin Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi ifadələri işgəncə altında vermiş olması barədə dəlili əsassız hesab edilməlidir. İş materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 01 aprel 2022-ci il tarixli, 18/378 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “X6 üzərinə” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,30 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “X6 üzərinə” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,56 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 02 büküm marixuana eyni tərkiblidir. İş materiallarına əlavə edilmiş Məhkəmə-bioloji ekspertizasının 01 aprel 2022-ci il tarixli, 18/379 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 üzərinə” sözləri və imzalar olan kağız paketdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,70 qram, 0,42 qram, ümumi təmiz çəkisi 1,12 qram olan kütlələr kustar üsulla hazırlanmış çətənə (kannabis) bitkisindən hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 04 büküm marixuana eyni tərkiblidir. İş materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 05 aprel 2022-ci il tarixli, 18/403 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 üzərinə” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 0,74 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş bir ədəd kibrit qutusunda marixuana ilə Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 02 ədəd kağız bükümdə olan marixuana eyni tərkiblidir. İş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 26 may 2022-ci il tarixli, 2789 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabioidlərdən istifadə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 26 may 2022-ci il tarixli, 2785 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabioidlərdən istifadə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş “Şəxsi axtarış və götürmə haqqında” 31 mart 2022-ci il tarixli protokoldan görünür ki, X7 üzərində Beyləqan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 02 ədəd ağ rəngli kağıza bükülmüş, bükümlə birlikdə çəkisi 0,53 qram və 0,79 qram olmaqla cəmi 1,32 qram olan, tünd yaşıl rəngli, kəskin qoxulu, narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş “Şəxsi axtarış və götürmə haqqında” 31 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində Beyləqan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd kağıza bükülmüş, bükümlə birlikdə çəkisi 0,59 qram və 0,71 qram olmaqla cəmi 1,3 qram olan, tünd yaşıl rəngli, kəskin qoxulu, narkotik vasitə olan marixuana bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş “Şəxsi axtarış və götürmə haqqında” 05 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində Beyləqan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunda, kibrit qutusu ilə birlikdə çəkisi 2,10 qram olan, tünd yaşıl rəngli, kəskin qoxulu, narkotik vasitə olan marixuana bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil “Samsung” markalı mobil telefona baxış keçirilməsinə dair 03 iyun 2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs2 istifadəsində olan “Samsung” markalı mobil telefonda olan “Whatsapp” ani mesajlaşma proqramına baxış keçirilən zaman həmin proqramda istifadə olunan +**********75 saylı mobil nömrə ilə +**********22 saylı mobil nömrə arasında iş üzrə əhəmiyyət kəsb edə biləcək aşağıdakı mətndə sms yazışmaları olması müəyyən edilmişdir: 26 noyabr 2021-ci il tarixdə Abi 150-200 currasam ne atdira bilersen? 200 corla 2 daw hell edim 2 daw nedi abi? 20 abi bağiwla sehv oldoo abi gorum neynirem abi pulu curruyan gunu alinacaq. Tez bazar goturub rayona qayida bilecem?? Abi and olsun bizi yaradana veziyyetim pisdi onu gotursem ozumu duzelde bilerem 4 yanvar 2022-ci il tarixdə Abi salam Abi weherdeyem axwam qayidacam nese ata bilirsen? Goturum gedim Abi alinsa yaxsi is olar Gor neynirsen Təqsirləndirilən şəxs2 digər şəxsə Pərvin adlı şəxsin 20 kiloqramla Dövlət Sərhəd Xidməti tərəfindən tutulması, həmin şəxslə sadəcə bir iki dəfə görüşməsi, 20 kiloqram adı gəldikdə özünün yoxa çıxdığını bildirməsi, rayona çatan kimi ona nəğd pul göndərəcəyinə vəd verməsi məzmununda səs yazısı göndərmişdir. - Nomrevi verirem bir qardawa onan iw gor - Osene nisye mal qoyacax - Verim ya yo? + Abi tehlukeli adam deyilki?? + Poxa düwerem abi Digər şəxs Təqsirləndirilən şəxs2 mobil nömrəsini istəyirsə bir nəfərə verməsi, həmin şəxsin malının olması məzmununda səs yazısı göndərmişdir. + Abi valla sen duzgun qardawliq elemedin + Men batmiwam sende meni lap saldin collere + Mawinin 2 ayliq kreditin ata bilmirem elimden almaq isdiyirler + Sende mene 300 qoyursan ne bilim valla kime inanim neye inanim bilmirem valla + Abi hele buda azmıw kimi deyirsenki pull at uwaqlar mal atsin ne bilim abi men hec olmuya sene duzgun qardawliq etdim yadindadi senin artiq malini yer yurd etdim hec 1-2 qramda yol haqqidi dedin onuda goturmedim cunki men qardaw dediyim oglanlarla temennasiz yoldawliq edirem birde seninle iw görmeyimiz yeqinki alinmaz abi sene mawennik qardaw lazimdi 03 fevral 2022-ci il tarixdə + 16 man yoldaw var duzub qowdu Goturdun mal + Abi men 6 dene goturdum 100 man - İranli verdi? - Kimnen Göturdun? - Yaxsi is gorubsan ama gozle ozuvo zibile salmasinlar + Abi men yoldawin ozunden goturdum çoxdan taniyiram - Hele 6 dene bir ay besindi - sen mene inanmirsan day - ona xatir birlikde is gore bilmerik + Abi ne komeklik edim - olan vaxtlar artiginan atirdim aparib satib polon vorardin - ama indi poolsuzam diye mene inanmirsan + abi mene 300 agir geldiye - 100 vursaydin mene 10 dene mal qoyaceydim borcunnan çıxacaydim - Sen 150 corla men sene 20 daw gotdorom - 18 den 360 manat - Menim sene 90 manat burcom galsin - Onu da ikinci reisde hel edek, yene de meslehet senindi - bu 6 deneni sat hele gorey ne olur +**********49 saylı mobil nömrə ilə aşağıdakı məzmunlu sms yazışmaları müəyyən edildi: - Kola 15 - Salam - Pati 18 + Get yat Bax, cild 2 iş vərəqə 124-126 İş materialları ilə o da müəyyən edilir ki, 01 avqust 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 ümumilikdə 2,72 qram narkotik vasitə qurudulmuş marixuananı əldə etmə mənbəsinə görə cinayət işinin materiallarından ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Beyləqan rayo prokurorluğunun köməkçisi İ dərəcəli hüquqşünas Babaşzadə Qorxma Ağakişi oğlu tərəfindən 162C-22 nömrəli material üzrə qəbul edilmiş 23 iyul 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Beyləqan rayon polis şöbəsinin CAB-in rəisi polis mayoru X16, CAB-in baş əməliyyat müvəkkili, polis mayoru X4, Narkotiklərlə mübarizə qrupunun baş məliyyat müvəkkili polis kapitanı X19, CAB-in sabiqəməliyyat müvəkkili polis əməliyyat müvəkkili, polis baş leytenantı X11 öz qulluq səlahiyyətlərindən qulluq mənafeinə qəsdən qəsdən zidd olaraq istifadə edib və xidmət səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək Təqsirləndirilən şəxs2 döymələri, Təqsirləndirilən şəxs2 onu, avtomobilini və yaşadığı evi narkotik vasitə ilə yükləyəcəklərini demələri, Kamil Axundovun və Anar Abdullayevin xidməti odlu silahdan isitifadə etmələri və ya nümayiş etdirmələri, Ənvər Cəfərlinin onun üzərinə narkotik vasitə qoyması təsdiqini tapmadığı üçün barələrində cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi həmçinin birinci instansiya məhkəməsində ifadə vermiş şahidlər X12, X8, X4, X20, X7 ifadələri ilə də öz təstiqini tapır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 33-cdinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri arasındakı ziddiyyətlərə qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərilmiş qərarının tövsiyyələrinə əməl etmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istintaq zamanı verdikləri ifadələrin işdə olan digər sübutlarla təstiq olunmasını, həmin sübutlarla tamamlanmasını müəyyən edərək bu sübutlar əsasında da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəlmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Ziya Məmmədova təyin edilmiş cəza da işin hallarına, Plenum qərarının tövsiyyələrinə uyğun olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərin əldə edilməsi Təqsirləndirilən şəxs2 ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı çəkməsi ilə mümkündür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməməsi barədə qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilmələrinə dair Beyləqan rayon məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 1(020)-64/2022 saylı hökmü, həmin hökmdən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilməsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: İsmayıl Əhmədov Hakimlər: Məhəmməd Bağırov Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar