Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-123/2025 16.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X2 şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)- 635/2024 saylı, 03 oktyabr 2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-635/2024 saylı, 03 oktyabr 2024-cü il tarixli hökmü (sədrlik edən X6, hakimlər X7 və X4) ilə, Təqsirləndirilən şəxs, xx xxxxx 1980-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə təqsirli bilinib ona 10 (on) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 19 mart 2024-cü ildən hesablanmışdır. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd polietilen torbanın içərisində 08 ədəd polietilen torbada müavfiq olaraq çəkiləri 1000,0 qram, 1030,0 qram, 1070,0 qram, 1055,0 qram, 1010,0 qram, 1045,0 qram, 1015,0 qram, 65,854 qram ümumi təmiz çəkisi 7290,854 qram olan xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponetlərinə görə eyni tərkibli narkotik vasitə olan heroini əldə edib satışını həyata keçirmək üçün digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 18 mart 2024-cü il tarixdə axşam saatlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən Şirvan şəhəri, Səməd Vurğun küçəsində gizlədilmiş 01 ədəd polietilen torbanın içərisində 08 ədəd polietilen torbada yuxarıda göstərilmiş xüsusilə külli miqdarda xarici əlamətlərinə və kimyəvi tərkib komponetlərinə görə eyni tərkibli narkotik vasitə olan heroini Şirvan şəhəri, Səməd Vurğun küçəsindən götürməklə əldə edib sağ əlində daşıyaraq saxlamış, 19 mart 2024-cü il tarixdə saat 00:10 radələrində Təqsirləndirilən şəxs Şirvan şəhəri, Səməd Vurğun küçəsində yaşadığı evin yaxınlığında qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Şirvan Şəhər Polis Şöbəsinə gətirilərək 19 mart 2024-cü il müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsiaxtarış nəticəsində sağ əlində olan həmin 01 ədəd polietilen torbanın içərisində 08 ədəd polietilen torbada müavfiq olaraq çəkiləri 1000,0 qram, 1030,0 qram, 1070,0 qram, 1055,0 qram, 1010,0 qram, 1045,0 qram, 1015,0 qram, 65,854 qram ümumi təmiz çəkisi 7290,854 qram olan xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponetlərinə görə eyni tərkibli narkotik vasitə olan heroin aşkar olunaraq rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-635/2024 saylı, 03 oktyabr 2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-635/2024 saylı, 03 oktyabr 2024cü il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzəpdə tutulmuş aşağı həddə cəza təyin edin edilməsini xahiş etmişdir.Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs ilk dəfə məhkum olunmuşdur, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Yaşayış yerindən müsbət xarakterizə olunur. Himayəsində iki azyaşlı qız övladı vıardır. Onun həbs olunması ailəsinin maddi vəziyyətinə çox pis təsir edir.Lakin, hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi işdə olan yüngülləşdiricim halları nəzə almamış, Xaliq Mirzəliyeə ağır cəza təyin etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində çıxışında müdafiəçisnin verdiyi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, onun barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, Xaliq Mirxəliyevin barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı X3 apellyasiya şikayətinin təmin olunmamasını,Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-635/2024 saylı, 03 oktyabr 2024-cü il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi, hökmün dəyişdirilməməsi barədə rəyini dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-635/2024 saylı, 03 oktyabr 2024-cü il tarixli hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 35.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını, hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüquqları həyata keçirir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu onun özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadəsi, birinci instansiya məhkəməsində şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Apellyasiya şikayətində cinayət qanununun normalarına istinad edilsə də, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-635/2024 saylı, 03 oktyabr 2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-635/2024 saylı, 03 oktyabr 2024-cü il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzəpdə tutulmuş aşağı həddə cəza təyin edin edilməsini xahiş etmişdir. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsinə əsas vermir. Belə ki, iş materiallarından görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən apellyasiya şikayətində göstərdiyi yüngülləşdirici hallarınəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir.İş materoiallarından görünün ki, Təqsirləndirilən şəxsdlən aşkar edilmiş narkotimk vasitə olan heroinin xalis çəkisi 7290,854 qram olmaqla xüsusilə külli miqdarda olmuşqdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-635/2024 saylı, 03 oktyabr 2024-cü il tarixli hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Buna görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və apellyasiya şikayətini təmin edib, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsas görmür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-635/2024 saylı, 03 oktyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-635/2024 saylı, 03 oktyabr 2024-cü il tarixli hökmü təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-123/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-123/2025
16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver