Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-130/2025 30.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Əliyev Elşad İbiş oğlu (sədrlik edən, məruzəçi hakim), Həşimov Yaşar Xanoğlan oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin prokuroru X3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1,177.2.3 və 185.2.2-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinmələrinə dair cinayət işi üzrə İmişli Rayon Məhkəməsinin 1(036)-53/2024 saylı, 18 oktyabr 2024-cü il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin 1(036)-53/2024 saylı, 18 oktyabr 2024-cü il tarixli hökmü (hakim X5) ilə Təqsirləndirilən şəxs2, xx.xx.1993-cü ildə imişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, S.Bəhlulzadə küçəsi, ev 19 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Həmçinin, həmin höbkmlə Təqsirləndirilən şəxs1 qeyd olunan maddələrlə müvafiq cəzaya məhkum edilmişdir. İŞİN HALLARİ: Hökmə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 11 mart 2024cü il tarixdə, saat 01:10 radələrində Zərərçəkmiş şəxs3 işlətdiyi İmişli şəhəri, N.Savalanov küçəsi 142 ünvanında yerləşən "Misli” idman-mərc oyunları ofisinə giriş qapısından qanunsuz daxil olmaqla oradakı işçi masasının saxlanc yeri hesab olunan siyirməsindən 80 (səksən) manat nağd pul, 29 ədəd “Qızıl”, 30 ədəd “Tap qazan”, 30 ədəd “Uğur 7”, 18 ədəd "Bombardir", 16 ədəd “Qızıl Extra”, 17 ədəd “Papaq at", 18 ədəd “5X”, 14 ədəd “Dan ulduzu”, 15 ədəd “Göz muncuğu”, 18 ədəd "Zümrüd”, 13 ədəd “10X”, 11 ədəd “Şans yağışı” adlı, 2891 (iki min səkkiz yüz doxsan bir) manat uduş dəyərinə malik 229 ədəd uduşlu ani lotereya biletini, hər biri 1 (bir) manat olmaqla 19 (on doqquz) manat dəyərində 19 ədəd "Qızıl”, 10 (on) manat dəyərində 10 ədəd “Tap qazan”, hər biri 2 (iki) manat olmaqla 30 (otuz) manat dəyərində 15 ədəd “Uğur 7”, 30 (otuz) manat dəyərində 15 ədəd “Bombardir”, hər biri 3 (üç) manat olmaqla 90 (doxsan) manat dəyərində 30 ədəd “Qızıl Extra”, 120 (yüz iyirmi) manat dəyərində 40 ədəd “Papaq at”, hər biri 5 (beş) manat olmaqla 200 (iki yüz) manat dəyərində 40 ədəd “5X”, 200 (iki yüz) manat dəyərində 40 ədəd “Dan ulduzu”, 50 (əlli) manat0 ədəd “Göz muncuğu”, 50 (əlli) manat dəyərində 10 ədəd “Zümrüd”, hər biri 10 (on) manat olmaqla 30 (otuz) manat dəyərində 3 ədəd “10X”, 20 (iyirmi) manat dəyərində 2 ədəd "Şans yağışı" adlı, 849 (səkkiz yüz qırx doqquz) manat dəyərində 234 (iki yüz otuz dörd) ədəd satışı həyata keçirilməmiş ani lotereya biletini gizli yolla talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 3820 (üç min səkkiz yüz iyirmi) manat maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişlər. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: İmişli Rayon Məhkəməsinin 1(036)-53/2024 saylı, 18 oktyabr 2024-cü il tarixli hökmündən Dövlət ittihamçısı apellyasiya protesti verərək İmişli Rayon Məhkəməsinin 1(036)-53/2024 saylı, 18 oktyabr 2024-cü il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Apellyasiya protestini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə imişli rayon məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli hökmü, ona dair hissədə təqsirli bilindiyi maddələrlə daha ağır - azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməlidir. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 1- ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrs izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin ləhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törodilməsinə görə tətbiq ədilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası CM- in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan cinayətin xarakteri - mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aid olmaqla təqsirləndirilən şəxsin özgə əmlakırın talanması, təqsirin forması - cinayətinin birbaşa qəsd və tamah niyəti ilə törədilməsi, əməlin - az ağır cinayətlər kateqoriyasına aid olması, ictimai təhlükəliyi isə - təqsirləndirilən şəxsin saxlanc yerinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsin əmlakını onun iradəsindən gizli olaraq ələ keçirməsidir. işin hallarından görünür ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək saxlanc yeri olan Zərərçəkmiş şəxs3 işlətdiyi imişli şəhəri, N.Savalanov küçəsi 142 ünvanında yerləşən "Misli" idman-mərc oyunları ofisinə giriş qapısından qanunsuz daxil olmaqla oradan işçi masasının saxlanc yeri hesab olunan siyirməsindən 80 manat nağd pulu və müxtəlif lotereya biletlərini gizli yolla talayaraq, Zərərçəkmiş şəxs3 ümumilikdə 3820 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişlər. Hökmdən də qörünüdüvü kimi. Təqsirləndirilən şəxs2 odlunun tanışı Təqsirləndirilən şəxs1 oqlu ilə törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs3 ümumilikdə 3820 manat məbləğində maddi ziyan vurulmuş, istər ib:idai istintaq dövründə, istərsə də məhkəmə hökmü çıxarılanadək həmin ziyanın heç bir hissəsi təqsirləndirilən şəxslər tərəfindən zərər çəkmiş şəxsə ödənilməmişdir. Hökmün təsviri-əsaslandırıcı hissəsində məhkəmə təqsirləndirilən səxs Nail Hüsevnlinin ilk dəfə olaraq az aqır cinayət törətməsini cəzasını CM-nin 59.1.1-ci maddəsinə əsasən yüngülləşdirən hallar qismində qivmətələndirmis və bu halı hökmdə əsas tutaraq ona CM-in 177.2- ci maddəsinin sanksiyasında nəzərdə tutulan, azadlıqdan məhrum etmə ilə baqlı olmayan, açıq- askar yüngül cəza təvin etmişdir. Eləcə də məhkəmə hökmdə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi göstərsə də, faktiki olaraq cəza təyini zamanı onun tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla cinayətin törədilmə üsulunun ictimai təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını (gecə saatlarında törədilməsi və sair) nəzərə almadan, ona təqsirli bilindiyi maddələrlə yüngül cəza təyin etmişdir. Göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halı düzgün müəyyən etməmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, zərərçəkmiş şəxsə vurulmuş ziyanın hər hansı hissəsinin təqsirləndirilən şəxslər tərəfindən ödənilməməsini cəzanın növünü müəyyən edərkən kifayət qədər nəzərə almamış, əsassız olaraq Təqsirləndirilən şəxs2 törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan, təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Lakin təqsirləndirilən şəxlərin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək saxlanc yeri olan Zərərçəkmiş şəxs3 işlətdiyi “Misli" idman-mərc oyunları ofisinə giriş qapısından qanunsuz daxil olmaqla oradan oğurluq etmələrini nəzərə almamışdır. Belə olan halda məhkəmə hökmdə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal qismində nəzərə almaqda haqlı deyildir. Belə ki, Azərbaycan Respublikası CM-in 34.8-ci maddəsinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Həmçinin, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi i ə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Göründüyü kimi, məhkəmə Təqsirləndirilən şəxs2 yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı halları, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz hökmü ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış olmuşdur. Məhkəmə bütün bunları nəzərə almayaraq Təqsirləndirilən şəxs2 yüngüllüyünə görə açıq aydın ədalətsiz cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. CPM-nin 404-cü maddəsinə əsasən - cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.4-cü maddəsinə görə hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs2 dövlət ittişamçısı tərəfindən verilmiş apellyasiya protestinə etiraz edərək protestin təmin edilməməsini xahiş etdi. Göstərdi ki, hadisə vaxtı sərxoş olduğu üçün Təqsirləndirilən şəxs1 ilə oğurluq etmək üçün getmişdir. Oğurladığı əmlakdan ona pul verilməmişdir. Hazırda heç yerdə işləmir. Ona görə də vurulmuş ziyanı ödəmək üçün maddi imkanı yoxdur. Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs2 müdafiəçisi X6 verilmiş apellyasiya protestinə etiraz edərək apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında Dövlət ittihamçısı X7 dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestini müdafiə edərək apellyasiya protestinin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə Cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya protestində ittiham və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışının dəlillərində işin faktiki halları və əməlin hüquqi tövsifi mübahisələndirilməsə də, CPM-in 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apelyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, təqsirləndirilən şəxsin törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apelyasiya protestinin dəlillərinə uyğun olaraq təqsirləndirilən şəxin əməllərinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını, apellyasiya protestinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 1(036)- 53/2024 saylı, 18 oktyabr 2024-cü il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bu onun özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadəsi,digər təqsirləndirilən şəxsin, zərəçəkmiş şəxsin ifadələri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Təqsirləndirilən şəxs2 ittiham olunan cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. İmişli Rayon Məhkəməsinin 1(036)-53/2024 saylı, 18 oktyabr 2024-cü il tarixli hökmündən Dövlət ittihamçısı apellyasiya protesti verərək İmişli Rayon Məhkəməsinin 1(036)-53/2024 saylı, 18 oktyabr 2024-cü il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Bu dəlillə əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının apellyasiya protestinin dəlilləri qismən əsaslı olduğundan təmin edilməli, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsinə dair hissədə apellyasiya protesti təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə Təqsirləndirilən şəxs2 münasibətdə açıq-aşkar yüngül cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, CM-in 41-ci maddəsinə əsasən cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbacan Respublikası CM-in 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmçinin CM-in 34.8-ci maddəsində göstərilmişdir ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Göründüyü kimi, məhkəmə Təqsirləndirilən şəxs2 yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı halları, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz hökmü ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış olmuşdur. Məhkəmə bütün bunları nəzərə almayaraq Təqsirləndirilən şəxs2 yüngüllüyünə görə açıq aydın ədalətsiz cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərə yüngül cəza təyin edərkən hər ikisinin himayəsində azyaşlı uşaqlarının olmasını cəzalarını yüngülləşdirən hal kimi nəzərə almış, lakin qanunvericiliyin yuxarıda sadalanan tələblərini (cinayət əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə daha ciddi cəzaya səbəb olduğunu), eləcə də iş üzrə zərər çəkmiş şəxslərin şikayətçi olmalarını nəzərə almamışdır. Konstitusiya Məhkəməsi Plenumunun CM-nin 46.2, 46.3-cü maddələrinin və CPMnin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair 14 noyabr 2011-ci il tarixli qərarında da qeyd edilmişdir ki, "CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakteri - mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aid olmaqla təqsirləndirilən şəxsin özgə əmlakırın talanması, təqsirin forması - cinayətinin birbaşa qəsd və tamah niyəti ilə törədilməsi, əməlin - az ağır cinayətlər kateqoriyasına aid olması, ictimai təhlükəliyi isə - təqsirləndirilən şəxsin saxlanc yerinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsin əmlakını onun iradəsindən gizli olaraq ələ keçirməsidir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək saxlanc yeri olan Zərərçəkmiş şəxs3 işlətdiyi imişli şəhəri, N.Savalanov küçəsi 142 ünvanında yerləşən "Misli" idman-mərc oyunları ofisinə giriş qapısından qanunsuz daxil olmaqla oradan işçi masasının saxlanc yeri hesab olunan siyirməsindən 80 manat nağd pulu və müxtəlif lotereya biletlərini gizli yolla talayaraq, Zərərçəkmiş şəxs3 ümumilikdə 3820 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişlər. Hökmdən də qörünüdüvü kimi. Təqsirləndirilən şəxs2 odlunun tanışı Təqsirləndirilən şəxs1 oqlu ilə törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs3 ümumilikdə 3820 manat məbləğində maddi ziyan vurulmuş, istər ib:idai istintaq dövründə, istərsə də məhkəmə hökmü çıxarılanadək həmin ziyanın heç bir hissəsi təqsirləndirilən şəxslər tərəfindən zərər çəkmiş şəxsə ödənilməmişdir. Belə olan halda zərər çəkmiş şəxslərlə barışıq əldə etməməklə yanaşı, buna cəhd belə göstərməyən təqsirləndirilən şəxsbarəsində açıq-aşkar yüngül cəza təyin olunması anlaşılan deyil və qanunsuzdur. Azərbaycan Respublikası CPM-in 398.1.2-ci madəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-in 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi əsaslarındandır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 30 yaqnvar 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Qeyd olunanlara əsasən və CPM-nin 397, 398.1.4, 399.1.5, 404, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 185.2.2-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinmələrinə dair İmişli Rayon Məhkəməsinin 1(036)- 53/2024 saylı, 18 oktyabr 2024-cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən dəyişdirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunsun, onun barəsində həbs qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalından həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Şirvan şəhər Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına həvalə olunsun. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 Şirvan şəhər Polis Şöbəsi vasitəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına etap edilsin. İmişli Rayon Məhkəməsinin 1(036)-53/2024 saylı, 18 oktyabr 2024-cü il tarixli hökmü qalan hissədə dəyişdirilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-130/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-130/2025
30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver